Məhkəmə qərarları › İş №1(091)-224/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-224/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-224/2024 11.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri Səttərxan küçəsi ev 81 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,444 qram olan narkotik vasitə heroin əldə edib, daşıyaraq saxlamış, 05 aprel 2024-cü il tarixdə saat 04:00-da Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi-119 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,444 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Mustafa” adlı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Balakən rayonu Katex kəndi ərazisindəki "xxxx" MMC-nin yaxınlığında yolun kənarında kolluq ərazidə gizlədilmiş bir ədəd sintetik kisənin içərisindəki 6 (altı) ədəd bağlamalarda olan ayrı-ayrılıqda təmiz çəkiləri 1645,0 qram, 1420,0 qram, 1525,0 qram, 1180,0 qram, 1205 qram və 2030,0 qram olmaqla, cəmi külli miqdarda – ümumi çəkiləri 9005,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və həmin sintetik kisədə olan əlavə 1 ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bağlamadakı 15 ədəd lentdə 150 ədəd narkotik vasitə - metadon həblərini əldə etmək məqsədilə 10 aprel 2024-cü il tarixdə saat 20:20 radələrində həmin yerə gəldikdən sonra qeyd edilən külli miqdarda narkotik vasitələrin içərisində olduğu bir ədəd sintetik kisəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək cinayət barədə xəbərsiz olan taksi sürücüsü Şahid4 idarə etdiyi “VAZ-2109” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına qoymaqla daşıyarkən Balakən rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində 10 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonu Katex kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən əlində gəzdirdiyi bir ədəd sintetik kisənin içərisindəki 6(altı) ədəd bağlamalarda külli miqdarda-9005 qram narkotik vasitə qurudulmuş marixuana və həmin sintetik kisədə olan əlavə 1 ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bağlamadakı 15 ədəd lentdə 150 ədəd tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 6 qram olan narkotik vasitə - metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dinirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadə etdiyini səmimi etiraf edir. o, iranlı bir şəxsdən narkotik vasitə almış və ona borclu qalmışdır. Həmin şəxs ona tez-tez zəng etmişdir. İranlı şəxs bir dəfə ona zəng vurmuş, Balakən rayonuna getməyini istəmiş və o da getmişdir. O, narkotik vasitənin miqdarının az olduğunu düşünürmüş, lakin gələndə miqdarın çox olduğunu görmüşdür. O, hadisə yerində “meşox”u götürmüş və ayaq səsinin gəldiyini hiss etmişdir. O, düşünmüşdür ki, ayaq səsi ya narkotik vasitəni həmin yerə qoyan şəxsə, ya da polis əməkdaşlarına aiddir. O, “meşox”u götürmüş, yolun digər tərəfinə keçmiş və maşın saxlatmağa çalışmışdır. Bu vaxt VAZ 2109 markalı maşın saxlamışdır. O, həmin maşının arxa oturacağına əyləşmiş, sürücüyə 5 manat pul vermiş və onu Zaqalata şəhərinə aparmasını xahiş etmişdir. Həmin maşınla gedən zaman polis əməkdaşları maşını qarşısını kəsmiş, onu saxlamış və polis şöbəsinə aparmışlar. İranlı şəxsə onu satdığı üçün 1000 manat pul verilmişdir. Həmin iranlı şəxs ondan sonra bir neçə şəxsi də satmışdır. İranlı şəxs polislərdən 1000 manat pul alır və adamların polis tərəfindən tutulmasına şərait yaradır. Onun atası və anası rəhmətə getmiş, bacısı isə ailə qurmuşdur. Maşın ustası, yəni maşınlarda elektrik işləri üzrə təmir fəaliyyəti göstərmişdir. Xəstə olduğu üçün narkotik vasitə istifadə etmişdir. O, Bakıda Vasmoyda maşın bazarında işləmişdir. Odur ki, qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmiş Bakıda olan epizodla bağlı qeyd edir ki, o, həmin narkotik vasitəni Bakı şəhərində əvvəllər birlikdə cəza çəkdiyi bir şəxsdən əldə etmişdir. İranlı şəxsin nömrəsini isə “İnstagram” sosial şəbəkəsindən tapmışdır. O, həmin şəxsə zəng vurmuş və dediyi yerdən narkotik vasitəni götürmüşdür. “İnstagram” səhifəsində nömrələr və hər növdə narkotik vasitə və psixotrop maddənin satılması qeyd olunur. Narkotik vasitə əldə etmək üçün isə pul karta atılır, sonra narkotik vasitənin olduğu yer barədə “konum” göndərilir və gedib həmin yerdən əldə edilir. O da bu formada narkotik vasitə əldə etmişdir. İranlı şəxsdən əvvəl 10-15 manatlıq narkotik vasitə əldə etmişdir. İranlı şəxs ona Balakən rayonundan narkotik vasitə götürüb Bakı şəhərində onun deyəcəyi yerə gətirməyini istəmiş, bunun müqabilində ona 1000 manat və istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. O, deyilən yerə gələndə narkotik vasitənin çox olduğunu görmüş, lakin uzun məsafə yol gəldiyi üçün narkotik vasitənin çox olmasına baxmayaq onu götürməyə qərar vermişdir. İranlı şəxs narkotik vasitənin olduğu yer barədə ona “konum” atmışdır. Qeyd edir ki, onlar polislərlə hadisə yerinə gedən zaman polislər narkotik vasitəni götürdüyü yerə ondan əvvəl yaxınlaşmışdır. Onların həmin yeri necə bilmələri şübhəli məsələdir. O, hadisə yerində səs eşidəndə hiss etmişdir ki, polis əməkdaşları da ola bilər. Uzun yol gəldiyi üçün narkotik vasitəni götürmüşdür. Polislərin iranlı şəxslərə pul verib şəxsləri məsuliyyətə cəlb etmələri barədə ona başqa bir iranlı şəxs demişdir, lakin bunu sübut edə bilmir. İranlı şəxslə yazışmış, səs də atmışdır. Həmin şəxsin səsindən, həmçinin ləhcəsindən onun iranlı olmasını müəyyən etmək mümkün olmuşdur. İranlı şəxs ona bildirmişdir ki, Gürcüstana gedən mal vardır, lakin aparılması mümkün deyildir və gedib onu Balakən rayonundan götürsün. İranlının onu Balakən rayonuna göndərməsi onda şübhələr yaratmışdır. Aşkar olunanlar narkotik vasitə olan marixuana və psixotrop maddə olan metadon həbləridir. Digər narkotik vasitə isə Bakı şəhərində saxlanıldığı zaman olan epizoddur. Ona Bakı şəhərində narkotik vasitə verən adamla, onu Balakən şəhərinə görən adam eynidir. Atası və anası vəfat etmişdir. Maddi vəziyyəti pisdir. Ağrıdığı üçün işləyə bilməmişdir. Ona görə pul müqabilində Balakən şəhərinə getmişdir. Onu Balakən şəhərinə narkotik vasitə arxasınca göndərən şəxs, ona pul verməli imiş. Narkotik vasitəni atılan konumdan götürmüşdür. Narkotik olan torbanı götürən vaxt hiss etmişdir ki, bu polis əməkdaşının oyunudur. Ancaq yenə də, həmin torbanı götürmüşdür. Çünki həmin vaxt sağına və soluna baxıb heç kimi görməmişdir. Sonra torbanı götürmüşdür. Balakən şəhərinə bir kilo marixuananın arxasınca getmişdir. Ancaq görmüşdür ki, torbadakı narkotikin çəkisi çoxdur. Yenə də, məcbur qalıb torbanı götürmüşdür. Çünki həmin ərəfədə maddi vəziyyəti pis olmuşdur. Ona görə də, narkotik olan torbanın arxasınca getmişdir. Səs yazısında olan danışıqda yanında olan şəxs tanışıdır. Tanışının narkotik məsələsindən xəbəri olmamışdır. O, yalnız onun harasa gedəcəyini bilmişdir. Ancaq nə üçün gedəcəyini bilməmişdir. Narkotik vasitəni şəkildə görünən ərazidən götürmüşdür. Abşerondakı məhkəmə işi yarıda qalmışdır. Nizami işində onu 3 gün həbsdə saxlamışlar. Dəqiq xatırlamır, bəlkə də, 2 gün həbsdə saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 10 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə xidməti ərazidə olduqları zaman Yevlax-Zaqatala – Gürcüstan magistral yolunun Balakən rayonu Katex kəndi ərazisində "xxxx" MMC-nin yaxınlığında özünü şübhəli aparan və əlində ağ rəngli kisə olan bir nəfər kişinin üzərində taksi nişanı olan «VAZ-2109» markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısını açıb həmin avtomaşına əyləşdiyini görmüşlər. Həmin şəxs özü və əlindəki ağ rəngli kisə şübhə doğurduğundan dərhal həmin avtomaşının dayandırılması üçün Balakən RPŞ-nin DYPB-nin yaxınlıqda xidmətdə olan YPX-nin xidməti avtomaşının ekipaj üzvlərinə məlumat vermişlər. Bir qədər getdikdən sonra YPX avtomaşını həmin avtomaşına «saxla» işarəsini verib dayandırmış, avtomaşına yaxınlaşıb özlərini təqdim etmişlər və avtomaşında olanların şəxsiyyətlərinə dair məlumatları soruşarkən sürücü özünü təqdim edərək Balakən rayonu Gərəkli kənd sakini Şahid4, qabaq oturacaqda əyləşmiş sərnişin Balakən rayonu Katex kənd sakini X7, arxa sağ oturacaqda oturan şəxs isə Lənkəran rayon sakini Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs əlində gətirib avtomaşına qoyduğu ağ rəngli kisənin içərisində nə olduğunu soruşduqda kisənin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra avtomaşına və Təqsirləndirilən şəxs olan ağ rəngli kisəyə baxış keçirmək üçün «VAZ-2109» markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı həmin avtomobil sürücü və sərnişinlərlə birlikdə Balakən RPŞ-yə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir şeyin olmadığını, lakin əlində olan bir ədəd ağ rəngli sintetik kisədə “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlində olan bir ədəd ağ rəngli sintetik kisəyə baxıldıqda kisənin içərisində 6 ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli sellofan torbalarda narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaları əldə etdikdən sonra açıb içinə baxmadığını, lakin bağlamalarda marixuana olduğunu demişdir. Şəxsi axtarış zamanı bir ədəd ağ rəngli sintetik kisənin içərisində olan 1 ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bağlamada hər birində 10 ədəd həb olan 15 lent üzərində “Metadon 40” yazılan metadona oxşar həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin həblərin psixotrop maddə – sakitləşdirici metadon həbləri olduğunu, 20 gün əvvəl özünü İran vətəndaşı Mustafa kimi təqdim edən şəxsin ona İran nömrəsi ilə zəng etdiyini, Mustafanın ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduğunu, həmin şəxsi görmədiyini, tanımadığı Mustafa adlı şəxsin həmin vaxtdan 5 gün sonra ona yenidən zəng edərək Bakı şəhəri Xətai rayonunun bilmədiyi məhəlləsində olan işıq sayğacının içərisinə narkotik vasitə – 2 qram “nəşə“ qoyduğunu bildirdiyini, həmin 2 qram marixuananı ordan götürərək istifadə etdiyini, 4 ildir ki narkotik vasitə istifadəçisi olduğunu, Mustafa adlı İran vətəndaşının bir həftə bundan əvvəl ona yenidən zəng edərək Balakən rayonu ərazisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhərinə gətirməyini ondan xahiş etdiyini, bunun qarşılığında Mustafanın ona 1000 manat pul və istifadə etməsi üçün narkotik vasitə – “nəşə” verməli olduğunu, bu barədə Mustafa ilə razılığa gəldiklərini, xx.xx.2024-cü il tarixdə Mustafa adlı İran vətəndaşının ona yenidən zəng edərək Balakən rayonuna gedə bilibbilməyəcəyini soruşduğunu, ona Balakənə gedə biləcəyini dediyini, Mustafa adlı şəxsin istəyi ilə Balakən rayonundan götürəcəyi narkotik vasitə – marixuananı Bakı şəhərində Mustafanın deyəcəyi ünvana çatdırmalı olduğunu, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zaqatala rayonuna yol maşını ilə gəldiyini, daha sonra Balakən avtomaşınları ilə gələrək Balakən rayonu ərazisində Mustafa adlı şəxsin “konum” göndərdiyi yerdə taksidən düşdüyünü, Katex kəndi ərazisində “konum”da göstərilən yol kənarındakı daşa söykənmiş 1 ədəd sintetik kisəni tapdığını, kisənin içərisində narkotik olduğunu bildiyini, lakin açıb baxmadığını, kisənin ağzını özünə məxsus USB kabeli ilə bağladığını, kisəni götürüb yolun kənarına çıxıb yoldan keçən maşınlara əl etdiyini, maşınların saxlamadıqlarını, sonra VAZ-2109 markalı avtomaşının sürücüsünün maşını saxladığını, sürücünü və qarşı oturacaqda oturmuş sərnişini tanımadığını, sürücüyə Zaqatala rayon avtovağzalına getmək istədiyini dediyini, lakin sürücünün ona Zaqatala şəhərinə getmədiyini, getdiyi yerə kimi onu apara biləcəyini bildirdiyini, sürücüyə yol pulu olaraq 2 manat pul verdiyini, təxminən 200-300 metr avtomaşınla getdikdən sonra polis əməkdaşlarının maşını saxladıqlarını, əvvəllər AR CM-nin 234.1-ci maddələri ilə məhkum olunduğunu, Mustafa adlı İran vətəndaşının ona sintetik kisədə metadon həblərinin olmasını bildirmədiyini, bu barədə məlumatının olmadığını bildirmişdir. Aşkar edilmiş 6 ədəd sellofan bağlamalar bir ədəd sintetik kisədə qablaşdırılaraq elektron tərəzidə çəkildikdə ümumi çəkiləri 9 kiloqram 240 qram olmuşdur. Həmin sintetik kisə möhürlənərək götürülmüşdür. Daha sonra hər lentində 10 ədəd həb olmaqla 15 ədəd lentdə olan üzərində “Metadon-40” yazılan həblər qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan, onun üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli, “Redmi 6“ markalı mobil telefon təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞdə ona qarşı hər hansı bir psixi və fiziki təsirin göstərilmədiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, VAZ-2109 markalı avtomobilin sürücüsünün və sərnişinin onun əlindəki kisədə narkotik vasitə saxlamasını və daşımasını bilmədiklərini demişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 10 manat pul və bir ədəd təsbeh ona geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Balakən rayonu Gərəkli kənd sakini Şahid4 idarə etdiyi VAZ 2109 markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı avtomaşında hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Baxış videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs içərisində narkotik vasitə- qurudulmuş marixuanaya oxşar bitki kütlələri və 15 ədəd lentdə metadon həblərinə oxşar həblər olan 1 ədəd sintetik kisəni götürdüyu Balakən rayonun Katex kəndinin ərazisindəki daşlıq və kolluq əraziyə baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa baş təhqiqatçı Natiq Muradov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Məlahət Emçiyeva, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, RPŞ-nin KTQ-nun baş inspektor -kriminalisti X11, RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid3 və RPŞ-nin MSY-nin polis nəfəri-konvoyu X8 da iştirak etmişlər. Baxış keçirilən zaman həmin ərazidə hər hansı qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan 1 ədəd sintetik kisəni həmin ərazidən İran vətəndaşı kimi özünü təqdim edən Mustafa adlı şəxsin göstərişi ilə götürdüyünü və sonra yoldan keçən avtomaşını saxlayaraq kisə ilə birlikdə avtomaşına əyləşdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmaqla tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermələri müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özünə məxsus olan, etibarnamə əsasında idarə etdiyi Vaz 2109 markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Balakən şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu zaman Balakən şəhəri Bayraq meydanı yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında sonradan adının Xanlar olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq yaşadığı Balakən rayonu Katex kəndində yerləşən evinə sərnişin qismində aparmağını xahiş etmişdir. O da həmin şəxsi qeyd edilən ünvana aparmağı üçün 5 manata razılaşmışdır. Xanlar adlı şəxs idarə etdiyi avtomaşının ön sərnişin oturacağında əyləşmişdir. İdarə etdiyi avtomobillə Balakən rayonu Katex kəndində yerləşən “Balxurma MMC”-yə yaxınlaşdığı zaman yolun sağ tərəfində dayanmış, sonradan adının İslam olduğunu bildiyi şəxs idarə etdiyi avtomaşına əl edərək saxlatmışdır. O da taksi fəaliyyəti ilə məşğul olduğundan avtomaşını saxlamışdır. İslam adlı tanımadığı şəxs ona yaxınlaşaraq onu Zaqatala şəhərinin avtovağzalına aparmağını xahiş etmişdir. Ona Zaqatala rayonuna getməyəcəyini, onu ancaq Katex kəndinin qurtaracağına kimi apara biləcəyini bildirmişdir. İslam adlı şəxs də onunla razılaşaraq əlində olan bir ədəd ağ rəngli sintetik kisə ilə avtomaşınının arxa oturacağına əyləşmiş və ona 2 manat pul vermişdir. İslam adlı şəxs avtomaşınına əyləşdikdən sonra o hərəkətə başlamışdır. Təxminən 200-300 metr yol getdikdən sonra YPX xidməti avtomobilində olan əməkdaşlar ona «saxla» işarəsi vermişlər. Avtomaşınını saxladıqda polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan şəxsiyyətlərini soruşmuşlar. Hər kəs özünü təqdim etdikdən sonra polis əməkdaşları İslam adlı şəxsdən maşına qoyduğu kisənin içərisində nə oduğunu soruşmuşlar. İslam kisənin içində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onların üçünü də avtomobillə birlikdə Balakən RPŞ-yə aparmışlar. Sonradan o avtomaşınına sərnişin qismində əyləşmiş İslam adlı şəxsin əlindəki kisədə narkotik vasitə aşkar edildiyini eşitmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində ona məxsus olan Vaz 2109 markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Şahid4 həmçinin ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. İslamı və Xanları idarə etdiyi avtomaşına sərnişin qismində mindirmişdir. Maşınına sərnişin qismində minmiş Təqsirləndirilən şəxs əlindəki kisədə narkotik vasitələr olmasından məlumatı olmamışdır. İslam ona bu barədə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış və onunla ədavəti olmamışdır. 04 aprel 2024-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-yə Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi-22 ünvanının yaxınlığında tez-tez görünən 35-40 yaşlı, orta boylu, arıq bədən quruluşlu, İslam adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra “İslam” adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonunun ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ilə birlikdə 05 aprel 2024-cü il tarixdə İslam adlı şəxsin olması ehtimal edilən ünvan 7 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Həmin gün saat 04 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə İslam adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və bundan sonra həmin şəxs özünü xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nin 25-ci PŞ-yə gətirilmişdir. Nizami RPİ-nin 25-ci PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü, şalvarının sol cibindən “Mi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kristal formalı maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində “ kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, həmin narkotiki “ Radiozavod” kimi tanıdığı ərazidən Rəfael adlı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 bükümdə narkotik vasitə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürülmə zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, 10 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində Balakən RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 va RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə xidməti ərazidə olduqları zaman, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonu, Katex kəndi ərazisində, «Balxurma MMC»nin yaxınlığında özünü şübhəli aparan və əlində ağ rəngli kisə olan bir nəfər kişinin üzərində taksi nişanı olan «VAZ-2109» markalı, AZ **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sağ qapısını açıb həmin avtomaşına əyləşdiyini görmüşlər. Onlar həmin şəxsin özünün və əlindəki ağ rəngli kisənin şübhə doğurduğundan dərhal həmin avtomaşının dayandırılması üçün Balakən RPŞ-nin DYPB-nin yaxınlıqda xidmətdə olan YPX xidməti avtomaşının ekipaj üzvlərinə məlumat vermişlər. Bir qədər getdikdən sonra YPX avtomaşını həmin avtomaşına saxla işarəsi verib dayandırdı, avtomaşına yaxınlaşıb özümüzü təqdim etdik və şəxsiyyətlərinə dair məlumatları soruşarkən, sürücü özünü təqdim edərək Balakən rayonu, Gərəkli kənd sakini Şahid4, qabaq oturacaqda əyləşmiş sərnişin Balakən rayonu, Katex kənd sakini X7, arxa sağ oturacaqda oturan şəxs isə Lənkəran rayon sakini Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs əlində gətirib avtomaşına qoyduğu ağ rəngli kisənin içərisində olan şübhəli əşyanın nə olduğunu soruşduqda, kisənin içərisində narkotik vasitə olduğunu bildirmişdir (cild 01, iş vər. 3). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:10-da X9 şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 20-21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan və ona əlavə olunmuş CD diskdən görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 21:40-dan 22:40-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: ünvan 8-də qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu Nəbi Qaçayev küçəsi ev-19-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Balakən rayonu Katex kəndi ərazisindəki "xxxx" MMC-nin yaxınlığında sərnişini olduğu VAZ-2109 markalı, 99 ZR -854 dövlət qeydiyyat nişanlı avtomaşında saxlanılaraq həmin avtomaşınla birlikdə Balakən RPŞ-yə gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun üzərində vəkillər siyahısından seçdiyi vəkil X3 və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və vasitənin olmadığını, lakin əlində olan bir ədəd ağ rəngli sintetik kisədə narkotik vasitə – “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlində olan bir ədəd sintetik kisəyə baxıldıqda kisənin içərisində 6 ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli sellofan torbalarda narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaları əldə etdikdən sonra açıb baxmadığını, bağlamalarda narkotik vasitə – marixuananın olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı həmçinin bir ədəd ağ rəngli sintetik kisənin içərisində olan 1 ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bağlamada hər birinin içərisində 10 ədəd həb olan 15 lentdə üzərində “Metadon 40” yazılan narkotik vasitə – metadona oxşar həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin həblərin psixotrop maddə – sakitləşdirici Metadon həbləri olduğunu, 20 gün əvvəl özünü İran vətəndaşı Mustafa kimi təqdim edən şəxsin ona İran nömrəsi ilə zəng etdiyini, ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduğunu, həmin şəxsi görmədiyini, tanımadığı Mustafa adlı şəxsin həmin vaxtdan 5 gün sonra ona yenidən zəng edərək Bakı şəhəri Xətai rayonunun bilmədiyi məhəlləsində olan işıq sayğacının içərisinə narkotik vasitə – 2 qram “nəşə “ qoymasını ona bildirdiyini, həmin 2 qram marixuananı götürərək istifadə etdiyini, 4 ildir ki narkotik vasitədən istifadə etdiyini, Mustafa adlı İran vətəndaşının bir həftə bundan əvvəl ona yenidən zəng edərək Balakən rayonu ərazisində narkotik vasitə - marixuana olduğunu, onu Bakı şəhərinə gətirməyini, bunun qarşılığında Mustafa adlı şəxsin ona 1000 manat pul və istifadə etməsi üçün narkotik vasitə – “nəşə” verməli olduğunu, onunla razılaşdığını, xx.xx.2024-cü il tarixdə Mustafa adlı İran vətəndaşının ona yenidən zəng edərək Balakən rayonuna gedə bilibbilməyəcəyini soruşduğunu, ona gedə biləcəyini dediyini, Mustafa adlı şəxsin istəyi ilə Balakən rayonundan götürəcəyi narkotik vasitə – marixuananı sonuncunun Bakı şəhərində deyəcəyi ünvana çatdırmalı olduğunu, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zaqatala rayonuna yol maşını ilə gəldiyini, daha sonra Balakən avtomaşınları ilə gələrək Balakən rayonu ərazisində Mustafa adlı şəxsin “konum” göndərdiyi yerdə taksidən düşdüyünü, Katex kəndi ərazisirndə “konum”da göstərilən yol kənarındakı daşa söykənmiş 01 ədəd sintetik kisəni tapdığını, kisənin içərisində narkotik vasitə olmasını bildiyini, lakin açıb baxmadığını, kisənin ağzını özünə məxsus USB kabeli ilə bağladığını, sintetik kisə ilə yolun kənarına çıxdığını, 4-5 ədəd avtomaşına əl etdiyini, onların saxlamadıqlarını, lakin sonra VAZ-2109 markalı avtomaşının saxladığını, həmin avtomaşının sürücüsünü və qarşı oturacaqda əyləşən sərnişini tanımadığını, sürücüyə Zaqatala rayon avtovağzalına getmək istədiyini dediyini, lakin sürücünün ona Zaqatala şəhərinə getmədiyini, getdiyi yerə kimi onu apara biləcəyini bildirdiyini, sürücüyə 2 manat verdiyini, təxminən 200-300 matr avtomaşınla getdikdən sonra polis əməkdaşlarının onları saxladıqlarını, əvvəllər AR CMnin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, Mustafa adlı İran vətəndaşının ona sintetik kisədə metadon həblərinin olmasını bildirmədiyini, bu barədə məlumatının olmadığını bildirmişdir. Aşkar edilmiş 6 ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bağlamalar bir ədəd sintetik kisədə qablaşdırılaraq elektron tərəzidə çəkildikdə ümumi çəkiləri 9 kiloqram 240 qram təşkil etmişdir. Həmin sintetik kisə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra hər lentində 10 ədəd həb olmaqla 15 ədəd lentdə olan üzərində “Metadon-40” yazılan narkotik vasitə – metadona oxşar həblər bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir və təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan, onun üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli, “Redmi 6“ markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞ-də ona qarşı hər hansı bir psixi və fiziki təsirin göstərilmədiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, VAZ-2109 markalı avtomobilin sürücüsünün və sərnişinin onun əlindəki kisədə narkotik vasitə saxlamasını və daşımasını bilmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 10 manat pul və bir ədəd təsbeh iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Şəxsi axtarış “Panaconic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 01, iş vər. 27-32). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış və götürmə barədə” protokoldan və ona əlavə olunmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşa bitki kütlələri və narkotik vasitə metdona oxşar həblərin olduğu 1 ədəd sintetik kisəni götürdüyü Balakən rayonu Katex kəndində yerləşən əraziyə baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin kisəni götürdüyü yeri əyani olaraq göstərmişdir (cild 01, iş vər. 42-46. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd qara rəngli “Redmi 6” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus olan “Redmi 6” markalı mobil telefona baxdıqda həmin mobil telefondakı Vatsapp tətbiqinə “Sınqo” kimi qeyd olunan şəxsin +**********62 saylı nömrədən Vatsapp vasitəsi ilə Zaqatala-Balakən yazısı olan konum göndərdiyi, həmçinin “Sınqo” kimi qeyd olunan şəxsin +**********62 saylı nömrədən Vatsapp vasitəsi ilə Təqsirləndirilən şəxs “mənə cavab ver, adam mənim yanımda oturub, ora nə qədər yolun qalıb, mənə xəbər ver, qardaş yanımdadır, götürdünmü ok ver, qaqa mənə cavab ver, qaqa orada 6 ədəd bağlama var, 80 min manat pul edir, salam qardaş sabahın xeyir Allah rast gətirsin, onun adamı Balakəndəymiş, Qazağa gedən yolda, Gürcüstana gedən yoldaymış, mən deyirəm bəlkə Yevlaxda imiş, Yevlax və Balakən yaxındı, Balakəndə gör gedib gətirə bilirsən, deyir gəlsin verim aparsın, axşam saat 2 də mənə zəng vurubdu məndə götürməmişdim, indi yuxudan dururam görürəm zəng vurub, mən geri zəng vurdum dedi adamına de çıxsın Balakəndəyəm, Balakəndə yolun qırağındadır” səs yazısı göndərdiyi, sonra Təqsirləndirilən şəxs “Sınqo” kimi qeyd etdiyi şəxsə, yəni Mustafa kimi tanıdığı şəxsə “Salam ay qaqa bu yol hardasa 4 saat yarımlıq yoldu, məndə indi durmuşam, çörəyimi zad yeyim, bu gün inşallah çıxacam ora, sən adamına deki işi abadə eləsin, mən gedib orda gözləməyim, inşallah bugün günortadan sonra və ya günorta çıxacam, ay Mustafa Balakəndə adam tuturlar ey, çətin məsələdi, Yevlaxla Balakən eyni yer deyil, Balakənin yolu 5 saatlıq yoldu” səsini göndərdiyi, buna cavab olaraq “Sınqo” kimi qeyd olunan şəxsin, yəni Mustafanın Təqsirləndirilən şəxs “elə bir şey yoxdu, nə adam tuturlar” səs yazısını göndərdiyi, Təqsirləndirilən şəxs “Mustafaya “ay Mustafa ora maşınsız getmək qəlizdi, pulumuzda yoxdu, sən birdənə maraqlan, gör kəndidi, harasıdı, onu bilim” dediyi, Mustafa kimi özünü təqdim edən şəxsin İslama “qaqa buradı bax konumunu atdım, bu ərazidən götürəcəksən”, İslamın Mustafaya “saatını görürsən nə qədərdi, 6 saat 6 dəqiqə”, Mustafanın İslama “ 6 saata xərcləyəcəksən 200 manat, ancaq orada əlimizə gələndə 8-9 kq ot gələcək, heç onda 6 saat yaddan çıxacaq, get ordan və sairi götür mənə ok ver, sonra Bakıya sağ salamat gəl mən qurban kəsəcəm”, İslamın Mustafaya “qaqa imkan yoxdu, vəziyyət pisdi, adam ona görə qalır belə, yoxsa bu dəqiqə altımda maşın olsa xodlayıb gedərəm, Mustafa qurbanın qəbul olsun qaqa,məndə pul yoxdur, müəllim var çağımışam mənə kömək etsə o edəcək”, Mustafanın İslama “işi görmək məndən, getmək səndən, sən sağ salamat çatdınki evə, yığdın qardaşı mallar qabağımızdadır, ordan sonrası sənlikdi, ondan sonra məndə sizin pulunuzla qurbanlıq alıb kəsəcəm burda, daha orda bir adam tapda, biraz pul al, çıx ora” İslamın Mustafaya “yaxşı inşallah Mustafa, səbrli ol mən sənə bir söz deyirəm indi”, Mustafanın İslama “Neyliyək şad xəbər ver, mən İranlıynan danışdım, deyir saat 5-ə qədər özünü ora çatdırsın, ora yağış yağır, çöldə qalıb islanmasın, nə xəbər qadan alım, mənə bir söz dedə, telefona baxmaqdan gözümün dibi ağarıb”, İslamın Mustafaya “çıxıram Mustafa mən birazdan, yarım saata 40 dəqiqəyə çıxıram, sən işinin üstündə ol bax, elə bil məni ölümə göndərirsən”, Mustafanın İslama “Allah eləməsin səni istəməyən ölsün, mən işimin üstündə mıx kimi dayanmışam, ay qaqa hardasan mənə bir cavab verdə, İranlı mənim yanımı kəsdirib deyir ki mənim malımı adam götürüb mənə xəbər vermir, ay qardaş mən sənə xalxın malını verirəm, şəkil konumunu vermişəm, malı götürüb telefonu niyə bağlayıbsan, mənə bir cavab verdə” səs yazılarını göndərdikləri, həmçinin mobil telefonun Vatsapp proqramına baxdıqda orada ünvanların (konumların) göndərildiyi, 1 ədəd ağ rəngli sintetik kisənin olduğu kolluq və daşlıq ərazinin fotoşəklinin çəkilərək işarələndiyi müəyən olundu. Qeyd edilən səsli mesajlar və şəkillər 01 ədəd diskə köçürülərək cinayət işinə əlavə edilmişdir (cild 01, iş vər. 66-69). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X6 Regional Bölməsinin 11 aprel 2024-cü il tarixli 3-16-16-2- 17/356 nömrəli ekspert rəyindən görünür: tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs əlində olan 1 ədəd ağ rəngli sintetik kisədə 6 ədəd bağlamalarda narkotik vasitə –qurudulmuş marixuanaya oxşar bitki kütlələri.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki üzərləri yapışqan lentlə sarınmış 06 (altı) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 1645,0 qr., 1420,0qr., 1525,0 qr., 1180,0 qr., 1205 qr və 2030,0 qr., ümumi çəkiləri – 9005,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 06 (altı) ədəd sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. MEM-in Şəki regional bölməsində müvafiq laboratoriya cihazı olmadığından təqdim olunmuş həblərin tədqiqatını aparmaq mümkün olmadı (cild 01, iş vər. 72-74). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 115-117). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur, lakin hazırda məhkumluğu yoxdur (cild 01, iş vər. 122-124). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ********* nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (cild 01, iş vər. 136-137). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin saxlanması və daşınmasında şübhəli olduğundan barəsində əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 148-149). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 164). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş CD diskdən görünür ki, şəxsi axtarış Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 05:40-dan 06:10-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdlən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofan bükümünü və şalvarın sol yan cibindən bir ədəd “Mİ” markalı mobil telefonu çıxardıb təqdlim etmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sual verdikdə o, 01 ədəd ağ rəngli sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni “Radiozavod” kimi tanıdığı yerdən barəsində heç bir məlumatı olmayan Rəfael adlı şəxsdən 15 manata əldə edib öz istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd ağ rəngli sellofan bükümündə qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə cinayət əqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb AR DİN-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 01, iş vər. 173-175). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2024-cü il tarixli 3-16-16-2- 6/1870 nömrəli ekspert rəyindən görünür: tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №165” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,444 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 01, iş vər. 182-183). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 220-221). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli 4506 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 01, iş vər. 235). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 02, iş vər. 6-16). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 ay 2 gün əvvəl cəzadan şərti olaraq azad edilmişdir (cild 02 iş vər. 25-27). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə - Narkoloji ekspert komissiyasının 04 may 2024-cü il tarixli 773 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana və metadon qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 30). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2024-cü il tarixli 3-16-16/2- 6/2692 nömrəli ekspert rəyindən görünür ki: tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 X10 №3” ştamp əksi ilə möhürlənmiş vəziyyətdə dairəvi möhür əksləri olan bir ədəd kağız paketdəki 15 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 150 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur, 150 ədəd açıqqəhvəyi rəngli dairəvi formalı dərman həblərinin üzərilərindəki göstəricilərə əsasən tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 6 qram təşkil edir. Təqdim olunmuş həblər xarici əlamətlərinə – rənginə, formasına, üzərilərindəki göstəricilərə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına ( Siyahı İİ) daxildir (cild 02, iş vər. 33-36). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Məmmədov X5 şəhəri Səttərxan küçəsi ev 81 ünvanında qeydiyyatdadır, ailə tərkibi həmin ünvanda tək özündən ibarətdir və onun barəsində Lənkəran şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır (cild 02, iş vər. 38-39) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid4 və X2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işinin materiallarından Cm-in 234.4.3-cü maddəsi ilə fakta görə cinayət işi ayrıca icraata ayrılması və ayrılmış cinayət işi üzrə icraat ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır (cild 02, iş vər. 61-78). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 31-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 04 aprel 2024-cü il tarixdə “İslam” adlı şəxsin qanun Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 12-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, o cümlədən ekspert rəyləri və iş üzrə mövcud olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-ci maddəsini mübahisələndirməyərək ittihamın həmin hissəsi ilə razılaşmasına baxmayaraq məhkəmə iclasında irəli sürülümüş itihamın digər hissəsinə münasibətdə onu mübahisələndirərək təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin satış məqsədi olmadan əldə edildiyini bildirmişdir. Qeyd olunan hallarla bağlı məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Mustafa” adlı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Balakən rayonu Katex kəndi ərazisindəki "xxxx" MMC-nin yaxınlığında yolun kənarında kolluq ərazidə gizlədilmiş bir ədəd sintetik kisənin içərisindəki 6 (altı) ədəd bağlamalarda olan ayrı-ayrılıqda təmiz çəkiləri 1645,0 qram, 1420,0 qram, 1525,0 qram, 1180,0 qram, 1205 qram və 2030,0 qram olmaqla, cəmi külli miqdarda – ümumi çəkiləri 9005,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və həmin sintetik kisədə olan əlavə 1 ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bağlamadakı 15 ədəd lentdə 150 ədəd narkotik vasitə - metadon həblərini əldə etmək məqsədilə 10 aprel 2024-cü il tarixdə saat 20:20 radələrində həmin yerə gəldikdən sonra qeyd edilən külli miqdarda narkotik vasitələrin içərisində olduğu bir ədəd sintetik kisəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək cinayət barədə xəbərsiz olan taksi sürücüsü Şahid4 idarə etdiyi “VAZ-2109” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına qoymaqla daşıyarkən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X6 Regional Bölməsinin 11 aprel 2024-cü il tarixli 3-16-16- 2-17/356 nömrəli ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs əlində olan 1 ədəd ağ rəngli sintetik kisədə 6 ədəd bağlamalarda narkotik vasitə –qurudulmuş marixuanaya oxşar bitki kütlələri.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki üzərləri yapışqan lentlə sarınmış 06 (altı) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 1645,0 qr., 1420,0qr., 1525,0 qr., 1180,0 qr., 1205 qr və 2030,0 qr., ümumi çəkiləri – 9005,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 06 (altı) ədəd sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd edilənlər onu deməyə əsas verir ki, aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuşdur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrinin həmin hissəsi ilə razılaşmır, həmin halın işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Məmmədov X5 şəhəri Səttərxan küçəsi ev 81 ünvanında qeydiyyatdadır, ailə tərkibi həmin ünvanda tək özündən ibarətdir və onun barəsində Lənkəran şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə kollegiyası tərəfindən CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların, həmçinin cəzanı ağırlaşdıran hallarından olmadığını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, habelə həmin cəzaların da tam toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, habelə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət cəzasına hesablanmaqla çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana və metadon qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 9003,80 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 0,394 qram olan narkotik vasitə –heroin və ekspertiza tədqiqatından sonra qalmış 148 ədəd narkotik vasitə – metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd qara rəngli “Redmi 6” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 06 ədəd DVD diskin cinayət işinin materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 180,55 AZN (yüz səksən manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Balakən RPŞnin maddi sübutların saxlanma otağında saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 9003,80 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,394 qram olan narkotik vasitə – heroin və ekspertiza tədqiqatından sonra qalmış 148 ədəd narkotik vasitə – metadon həbləri məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd qara rəngli “Redmi 6” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 06 ədəd DVD diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə 180,55 AZN (bir yüz səksən manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Tural Əfəndizadə (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar