Məhkəmə qərarları › İş №1(091)-224/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-224/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-224/2025 23.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək Rusiya Federasiyası, Moskva şəhəri, Tula rayonu, Ton Paşişkina küçəsi, ev 6 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla 2013-cü ilin sentyabr ayının əvvəlindən 2014-cü ilin aprel ayınadək dini düşmənçilik zəminində, qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda, digər Azərbaycan Respublikasının vətəndaşlarının da iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçilində olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin cinayət əməlinə görə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs dini düşmənçilik zəminində, qəsdən Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 29 avqust 2013-cü il tarixdə avtobusla Gürcüstan Respublikasının ərazisindən keçməklə Türkiyə Respublikasına, oradan isə 2013-cü ilin sentyabr ayının əvvəlində Türkiyə Respublikasının Reyhanlı qəsəbəsi istiqamətindən şəxsiyyəti istintaqa məlum olmayan “İbrahim” adlı şəxsin vasitəsi ilə sərhədi qanunsuz yolla Suriya Ərəb Respublikasının ərazisinə keçərək Suriya Ərəb Respublikasının, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin tərkibinə digər Azərbaycan Respublikasının vətəndaşları ilə birlikdə qoşularaq qanunsuz silahlı birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi təlimlərdə iştirak etdikdən sonra ona təhkim edilmiş döyüş sursatı ilə birlikdə “Kalaşnikov” tipli avtomat silahla 2014-cü ilin sentyabr ayınadək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsində iştirak etmiş və bu cinayət əməlinə görə Suriya Ərəb Respublikasında məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2010-cu ildən “Qurani-Kərim”i oxumağı öyrənmək üçün Şəki şəhərində yerləşən “Mərkəzi” məscidə getməyə və elə həmin vaxtdan da İslam dininin “əhli-sünnə” təriqətinə uyğun olaraq namaz qılmağa başlamışdır. Şəki şəhərində olduğu müddətdə namazlarını həm məsciddə, həm də evdə qılmışdır. Bir neçə dəfə işləmək üçün Rusiya Federasiyasına getmiş və bir müddət orada işlədikdən sonra yenidən Azərbaycan Respublikasına qayıtmışdır. 2013-cü ilin yay aylarında tanışlarından mobil telefon nömrəsini aldığı Türkiyə Respublikasının vətəndaşı Əhməd adlı şəxslə əlaqə saxlayaraq onu Türkiyə Respublikasındə işlə təmin etməsini xahiş etmiş, sonuncu isə tikinti işlərində fəhlə işləmək üçün onu Türkiyə Respublikasının İstanbul şəhərinə dəvət etmişdir. O, 29 avqust 2013-cü il tarixdə Türkiyə Respublikasına getmək məqsədilə Balakən rayonunda yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçmiş, oradan həmin tarixdə quru yolla Türkiyə Respublikasına getmiş, bir neçə gün sonra İstanbul şəhərinə çatmışdır. Onunla birlikdə Şəki şəhər sakini Aqil Hümmətov və Qəbələ şəhər sakini Şahid2 da getmiş və İstanbul şəhərinə çatdıqda Aqil Hümmətov və Şahid2 ondan ayrılmış və başqa şəhərə gedəcəklərini demişlər. Bundan sonra o, Əhməd adlı şəxslə görüşmüş və sonuncu onu İstanbul şəhərində yaşayış binasının tikintisində fəhlə kimi işə qəbul etmişdir. Təxminən səkkiz ay müddətində Türkiyə Respublikasında işlədikdən sonra iş rejimi dözülməz olduğuna görə 2014-cü ilin mart ayında Rusiya Federasiyasının Moskva şəhərinə fəhlə kimi işləməyə getmiş və təxminən üç ay müddətində orada işləmişdir. Sonradan sənədləri qaydasında olmadığına görə 2014-cü ilin sentyabr ayında Rusiya Federasiyasından deportasiya olunmuş və Azərbaycan Respublikasına qayıtmışdır. Heç vaxt Suriya Ərəb Respublikasında olmamış, hər hansı cinayətkar birliyin üzvü olmamış, qanunsuz silahlı birləşmələrdə iştirak etməmiş və orada olan şəxslərlə əlaqəsi olmamışdır. 2016-cı ildə ümumvətəndaş pasportunu dəyişib həmin ilin mart ayında yenidən işləmək üçün Rusiya Federasiyasının Vladivostok şəhərinə getmiş və iki il üç ay müddətində orada işlədikdən sonra 2018-ci ildə Azərbaycan Respublikasına qayıtmaq istəmiş, lakin sərhəd buraxılış məntəqəsində onun ölkəyə daxil olmasına məhdudiyyət qoyulduğunu bildirib onun Azərbaycan Respublikasının ərazisinə daxil olmasına icazə verməmişlər. Bundan sonra o, Rusiya Federasiyasının Moskva şəhərinə qayıtmış və orada şirniyyat sexindən paxlavanı alıb digər şəxslərə satmaqla məşğul olmuşdur. 22 iyul 2024-cü il tarixdə şirniyyat sexinin işçilərindən bir nəfər şəxs ona zəng edərək Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının əməkdaşlarının işçilərdən yeddi nəfəri saxladığını və sonunculardan onu soruşduqlarını bildirmiş, o da həmin işçilərin azad olunması halında gələcəyini demişdir. Bundan sonra 24 iyul 2024-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən polis bölməsinə getmiş və orada olarkən Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının əməkdaşları onu saxlayaraq Azərbaycan Respublikası tərəfindən onun barəsində axtarış elan edilməsi haqqında məlumat vermişlər. O, həmin tarixdən 09 aprel 2025-ci il tarixədək Rusiya Federasiyasında həbsdə saxlanılmış, 09 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarına təhvil verilmiş və Azərbaycan Respublikasına gətirilmişdir. Şahid1 onu tanımamış və bunu sonuncunun özünə də demişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən sual vermək istədiyini bildirmiş, lakin buna icazə verilməmişdir. 2018-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona Azərbaycan Respublikasının ərazisinə gəlməyə icazə verməmişlər, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bundan məlumatı olmamış və hadisənin baş verdiyi vaxtdan bir neçə il keçdikdən sonra onun barəsində axtarış elan etmişlər. Şahidlər ifadələrində hər kəsin avtomat silah ilə döyüşdüyünü qeyd etmişlər, lakin Suriya Ərəb Respublikasında avtomatdan başqa silahın da ola biləcəyini düşünmüşdür. Şahidlərin məqsədlərini bilməmiş, lakin keçmişdə onunla düşmənçiliklərinin ola biləcəyini düşünmüşdür. Şahid1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən onu sərhəddə gördüyünü, sonradan haraya getdiyini bilmədiyini demiş, amma ifadəsində tamamilə başqa formada qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən Şahid1 və Şahid2la aralarında üzləşdirmə aparılmış, bu zaman adları qeyd olunan şəxslər onun boyunun hündürlüyünün 1.65 metr olduğunu, gözlərinin rənginin isə qəhvəyi olduğunu demişlər. Adları qeyd olunan şəxslərin onun haqqında eyni məlumatı demələrinə əsasən məqsədlərinin nə olduğunu bilməmiş və ona qarşı böhtan atıldığını düşünmüşdür. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən müəyyən şəxslərin adlarını çəkərək onları tanıyıb-tanımadığını soruşmuşlar, o isə həmin şəxsləri 2008-2009cu illərdə məsciddə namaz qıldığı vaxtdan tanıdığını demişdir. İbtidai istintaq zamanı ona şahidlərə sual verməsi üçün imkan yaradılmamış, şahidlərin onu necə tanıması ilə bağlı sual verməsini bir neçə dəfə xahiş etmiş, lakin ona bunun qadağan olunduğunu demişlər. Şahid2 onu gördüyünü, birlikdə olduqlarını və birlikdə getdiklərini demiş, lakin ona ifadə verməyə icazə verməmişlər və həmin vaxt müdafiəçisi də orada olmuşdur. Müstəntiq Şahid1 fotoşəklini mobil telefon vasitəsilə ona göstərərək tanıyıb-tanımadığını soruşmuş, o isə tanımadığını demişdir. Daha sonra müstəntiq ona Şahid1la aralarında üzləşdirmə aparılacağını deyərək onu otağa aparmış və həmin vaxt otaqda o, müdafiəçi və müstəntiq olmuşdur. Üzləşdirmə vaxtı müdafiəçi şahidə sual verməmiş və yalnız onun istintaq təcridxanasında yemək və qalma şəraiti ilə maraqlanmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bir neçə dəfə çay içmiş, Ömər adlı şəxsi və Məhəmməd Əzimlini tanımamışdır. Qəbələ rayonunun Qum qəsəbəsində yaşamış, Şəki şəhərinə yoldaşlıq məqsədilə getmiş, orada kimin evində qaldığı dəqiq olaraq xatirində qalmamış, orada olarkən Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, lakin bunun səbəbi xatirində qalmamışdır. Təqsirləndirilən şəxsla eyni evdə kirayədə qalmamış, sonuncunun Suriya Ərəb Respublikasına getməsindən məlumatı olmamış, Türkiyə Respublikasına 7-8 nəfər şəxslə birlikdə getmiş, Təqsirləndirilən şəxs Türkiyə Respublikasına gedən zaman görmüş və sonuncunun işləmək üçün getdiyini düşünmüşdür. O, Türkiyə Respublikasına işləmək məqsədilə getməmiş, Suriya Ərəb Respublikasına keçmək məqsədilə getmiş, lakin Suriya Ərəb Respublikasına kimin təklifi ilə getməsi xatirində qalmamışdır. Təqsirləndirilən şəxs onunla birlikdə Suriya Ərəb Respublikasına getməmiş, sonuncu ona Suriya Ərəb Respublikasına gedəcəyini deməmiş, sonuncunu Suriya Ərəb Respublikasında görüb-görməməsi xatirində qalmamış və Suriya Ərəb Respublikasında 3 ay ərzində qalmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman sonuncunu ikinci dəfə görmüş, 12 il keçdiyi üçün sonuncunu tanımamış və həmin vaxt Suriya Ərəb Respublikası məsələsi ilə bağlı nə isə deyib-deməməsi xatirində qalmamışdır. İbtidai istintaq zamanı ona qarşı təsir-təzyiq olunmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumuş və imza etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi doğru olmuşdur. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2013-cü ilin avqust ayında X3 təklifi ilə Suriya Ərəb Respublikasında gedən döyüşlərə qoşulmaq və hicrət etmək qərarına gəlmiş, bunun üçün o, Məhəmməd Əzimli, Qəbələ rayon sakinləri X14, X5, Bakı şəhər sakini X8 ilə birlikdə Qax rayonuna Arif adlı şəxsin yanına getmiş, bir neçə saat Arif adlı şəxsin yanında qaldıqdan sonra Məhəmməd Əzimli onları dini adı Abu Ömər olan Vüqar adlı şəxsin Şəki şəhərində yerləşən evinə gətirmiş, onlar Abu Ömərin evinə gəldikdə orada Şəki rayon sakinləri Təqsirləndirilən şəxs və X6, Yevlax rayon sakinləri X9 və Şahid1, habelə adlarını xatırlamadığı Şəki rayon sakini olan Abdul Vahhab ləqəbli bir nəfər şəxs, sonuncunun arvadı və təxminən 11-12 yaşlarında oğulları olmuş, Abu Ömərin evində dini mövzularda müzakirələr aparılmış, orada aparılan danışıqlar əsnasında Məhəmməd Əzimlinin onunla birlikdə Abu Ömərin evinə apardığı Eldost Quliyev, Əhməd Həsənov, habelə orada olan adlarını çəkdiyi digər şəxslərin hər birinin Suriya Ərəb Respublikasına gedəcəyi, Məhəmməd Əzimlinin, Tural Şahverdiyevin və Abu Ömər ləqəbli Vüqarın isə həmin ölkəyə getməyəcəyi ona məlum olmuşdur. Məhəmməd Əzimli və Tural Şahverdiyev onları Abu Ömərin evinə yola saldıqdan sonra Qəbələ şəhərində yerləşən evlərinə qayıtmışlar, həmin evdə də əsasən radikal dini fikirlər səslənmiş və Abu Ömər də onların Suriya Ərəb Respublikasına getmələrini dəstəkləmişdir. Həmin gün Abu Ömərin evində qalmışlar, səhəri gün, yəni təxminən 2013-cü ilin avqust ayının sonlarında Abu Ömər Şahid1 bütün təlimatları vermiş, hansı formada Gürcüstan Respublikasına, oradan Türkiyə Respublikasına və daha sonra Suriya Ərəb Respublikasına getmələrini başa salmış, Türkiyə Respublikasında onları qarşılayacaq adını bilmədiyi Abdurrahman ləqəbli Azərbaycan Respublikası vətəndaşının və Suriya Ərəb Respublikasında qoşulacaqları Aqil Hacıyevin mobil telefon nömrəsini vermiş, Türkiyə Respublikasına çatdıqda Abdurrahman adlı şəxslə danışmağı və sonuncu ilə görüşməyi izah etmişdir. Daha sonra onlar adlarını xatırlamadığı Abu Ömərin dindar tanışları olan taksi fəaliyyəti ilə məşğul olan şəxslərə məxsus 2 ədəd avtomobillərə əyləşərək Balakən rayonuna gedib Gürcüstan Respublikası ilə sərhədə çatmışlar və avtomobillərdən düşdükdən sonra avtomobillər həmin yeri tərk etmişlər. Daha sonra onlar sərhədi piyada keçmişlər və yenidən Gürcüstan Respublikasının ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus avtomobilə əyləşərək Türkiyə Respublikası ilə sərhədə getmişlər və Türkiyə Respublikası ilə Gürcüstan Respublikası arasındakı sərhədini keçdikdən sonra avtobusa əyləşib Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Daha sonra Şahid1 Abdurrahman adlı şəxslə əlaqə saxlayaraq İstabul şəhərində olduqlarını bildirmiş, bir qədər sonra Abdurrahman adlı şəxs oraya gələrək onları Türkiyə Respublikasının Kadıköy bölgəsində yerləşən evinə aparmış, 4 gecə orada qaldıqdan sonra Abdurrahman adlı şəxs Şahid1 təlimatlar verərək təşkil edəcəyi avtomobillərlə Türkiyə Respublikasının Reyhanlı şəhərinə gedəcəklərini bildirmiş və həmin gün Abdurrahman adlı şəxsin təşkil etdiyi taksi vasitəsilə Türkiyə Respublikasının Reyhanlı şəhərinə getmişlər. Orada olan zaman Şahid1 Abdurrahman adlı şəxsin verdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlamış, bir müddət sonra kürd əsilli olduğunu təxmin etdiyi həmin şəxs oraya gələrək onları bilmədiyi evə aparmış, bu zaman evdə başqa şəxslərin də olduğu və həmin şəxslərin hamısının Ərəb əsilli şəxslər olduğu ona məlum olmuşdur. Orada olarkən onları evə aparan şəxs Billal İsmayılova axşam saatlarında Suriya Ərəb Respublikasına gizli yolla keçəcəklərini bildirmiş, saat təxminən 22 radələrində həmin şəxs onları Suriya Ərəb Respublikası ilə sərhədə aparmış, evdə olan Ərəb əsilli şəxslər də sərhədə gəlmiş və daha sonra isə gizli yolla Suriya Ərəb Respublikasına keçmişlər. Bundan sonra Şahid1 Aqil Hacıyevlə əlaqə saxlamış, təxminən 15-20 dəqiqə sonra Aqil Hacıyev avtomobillə oraya gələrək onları oradan götürmüş, Ərəb əsilli şəxslər isə onlarla gəlməyərək başqa istiqamətdə getmişlər. Aqil Hacıyev onları “Mühəndisium” adlandırdıqları yerdə yerləşən yaşadığı 2 mərtəbəli evə aparmış, həmin evdə 5-6 otaq olmuş, eyni evdə təxminən 50-60 nəfər yaşamış, evdə yaşayanlardan çoxunun Azərbaycan Respublikasının vətəndaşı, bir hissəsinin isə Ərəb əsilli olması, həmin evdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının bəzilərinin ləqəblərinin Abu Əli, Abu Muaz, Zubeir, Abdurrahman, Xəlil və Abu Davud olması ona məlum olmuşdur. Danışıqlar əsnasında Aqil Hacıyevin camaatı “Cəbhət ən-Nusra”nın “Cundu Şam” camaatı adlandırması ona məlum olmuş, həmin evdə yaşadıqları müddətdə onlara Misir Ərəb Respublikasının vətəndaşı olan şeyx Abu Əli tərəfindən dini dərslər keçirilmiş, Şahid1 bir neçə gün sonra aşpaz təyin edilmiş, təxminən bir ay sonra Şahid1 həmin düşərgədən qaçmış və söhbət əsnasında sonuncu bunu oradakı vəziyyətə tab gətirə bilməməsi ilə əlaqələndirmişdir. Bir müddət keçdikdən sonra onları “Muaska” adlanan hərbi təlim düşərgəsinə aparıb-gətirmişlər, təxminən 2-3 dəfə orada olmuş, həmin müddətlərdə onlara silahdan atəş açma qaydaları öyrədilmiş, idman hərəkətləri yerinə yetirilmiş və o da orada 1 dəfə “Kalaşnikov” markalı avtomatdan atəş açmışdır. Təxminən 4-5 ay sonra, yəni 2014-cü ilin yanvar ayında şeyxləri Abu Əliyə müraciət edərək oradakı rejimə tab gətirə bilmədiyini, geri qayıtmaq istədiyini, əks təqdirdə sağlamlığına ziyan vuracağını bildirmiş, şeyx isə camaatın rəhbəri Aqil Hacıyev ilə danışacağını və onu geri yola salacağını demiş, bir neçə gün sonra isə Aqil Hacıyev onu və müalicə üçün Türkiyə Respublikasına getmək istəyən Abdul Vahhabı, sonuncunun arvadını və oğlunu avtomobillə Türkiyə Respublikası ilə sərhədə aparmışdır. Orada onları 7 ABŞ dolları pulun müqabilində çaydan keçirərək Türkiyə Respublikasına yola salmışlar, əvvəlcə avtobusla Gürcüstan Respublikasına getmiş, oradan da Azərbaycan Respublikasına gəlmişdir. Qoşulduğu “Cundu Şam” camaatı döyüşlərə qoşulmadığı üçün o da Suriya Ərəb Respublikasında olduğu dövrdə heç bir döyüşlərdə iştirak etməmiş, yalnız 1-2 dəfə atış təliminə getmişdir. “Cundu Şam” qanunsuz silahlı birləşməsinin və “Sumqayıt camaatı”nın rəhbəri olan Aqil Hacıyev təxminən 38-40 yaşlı, 180 sm boyu olan, arıq bədən quruluşlu, qara saçlı, uzun saqqallı, bığsız, qarabəniz şəxs olmuş, dini ləqəbi “Abu Muhamməd” olmuş, Təqsirləndirilən şəxs isə təxminən 25-27 yaşlı, 165 sm boyu olan, orta bədən quruluşlu, qara saçlı, saqqallı, bığsız, ağbəniz şəxs olmuş, dini ləqəbi isə “Eyyub” olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ömər adlı şəxsi tanımamış, Məzahir adlı şəxs isə onun bibisinin oğlu olmuşdur. Aqil Hacıyevi tanımış, lakin sonucunun Suriya Ərəb Respublikasında hansı fəaliyyətlə məşğul olduğunu bilməmiş və silahlı birləşmədən məlumatı olmamışdır. Şəki şəhərində olarkən Təqsirləndirilən şəxs görməmiş, sonuncunu Laqodexi sərhəd keçid məntəqəsində görmüş və həmin vaxt sonuncu Türkiyə Respublikasına işləmək üçün getmişdir. Təqsirləndirilən şəxs birinci dəfə Balakən rayonunda Gürcüstan Respublikası ilə sərhəddə, ikinci dəfə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında, üçüncü dəfə isə məhkəmə iclasında görmüşdür. O, qaçaqmalçılıq yolu ilə avtomobil və yanacaq alıb satmağın mümkün olduğunu düşünmüş, Suriya Ərəb Respublikasına silahlı birliyə qoşulmaq məqsədilə getməmiş və oraya işləmək məqsədilə getmiş, lakin onu qarşılayan şəxsin adını bilməmişdir. Şəki şəhərindən Balakən şəhərinə, oradan Gürcüstan Respublikasına, oradan Türkiyə Republikasına, oradan da Suriya Ərəb Respublikasına getmişlər. Suriya Ərəb Respublikasında 14 gün ərzində qalmış, orada olarkən təxminən 10-12 gün ərzində aşpaz kimi fəaliyyət göstərmiş, orada olarkən Təqsirləndirilən şəxs görməmiş və bundan sonra Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən təsirə məruz qalmış və orada olarkən Təqsirləndirilən şəxs işləmək məqsədilə Türkiyə Respublikasına getdiyini demişdir. Latın qrafikası ilə yazılan yazını çətinliklə oxumuş və müdafiəçi ona tutulacağını demişdir. Orada verdiyi ifadəsini əməkdaş özündən uyduraraq yazmış və hər gün imzalaması üçün ona bir neçə sənəd təqdim olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs harada görməsi ilə bağlı ona sual verilmiş, o isə həmin şəxsi bir dəfə sərhəd keçid məntəqəsində gördüyünü demişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2013-cü ilin avqust ayının ortalarında Məzahir adlı şəxsin vasitəsi ilə şəhər məscidindən tanıdığı Adil adlı şəxs ona və onun kimi eyni dini əqidə sahibi dini ləqəbi “Abdulsalam” olan X4 Suriya Ərəb Respublikasında vəziyyətin yaxşı olmadığını, bu səbəbdən oraya gedib oradakı qardaş və bacılara köməklik göstərməli olduqlarını bildirmiş, o və Hüseyn Məmmədov təxminən 1 həftə ərzində fikirləşdikdən sonra Suriya Ərəb Respublikasına gedib oradakı qanunsuz silahlı birləşmələrin fəaliyyətinə qoşulmaq qərarına gəlmişlər. Bundan təxminən 1 həftə sonra o, Hüseyn Məmmədovla birlikdə Şəki şəhərinə getmiş və orada onları Ömər dini ləqəbli adını bilmədiyi şəxs qarşılamışdır. Orada ondan və Hüseyn Məmmədovdan başqa Şəki rayon sakinləri Təqsirləndirilən şəxs və Bəylər Balabəyli, Qəbələ rayon sakinləri Şahid2 və Əhməd Həsənov, habelə Bakı şəhər sakinləri Eldost Quliyev və Aqil Hümmətov da olmuş, bir gün Şəki şəhərində olan evdə qaldıqdan sonra səhəri gün adlarını sadaladığı şəxslərlə birlikdə Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonunun Mazımqara kəndində yerləşən Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikasına daxil olmuşlar və birbaşa quru yolla Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Orada onları əslən Azərbaycanlı olan Fuad adlı şəxs qarşılayıb öz evinə aparmış, 4 gün orada qaldıqdan sonra Fuad adlı şəxs onları Türkiyə Respublikasının Hatay vilayətinin Reyhanlı qəsəbəsinə yola salmış və Suriya Ərəb Respublikasının ərazisinə daxil olan kimi onları Aqil Hacıyevin qarşılayacağını demişdir. Reyhanlı qəsəbəsinə çatdıqdan sonra orada onları Türk əsilli İbrahim adlı şəxs qarşılamış və həmin tarixdə gizli şəkildə Suriya Ərəb Respublikasına keçmələrinə kömək etmişdir. Təxminən 500 metr getdikdən sonra onları dini ləqəbi “Abu Muhamməd” olan X26 qarşılamış, həmin vaxtadək o, Aqil Hacıyevi görməmiş, lakin Yevlax şəhərində olan zaman mobil telefon vasitəsilə sonuncu ilə danışmışdır. Həmin telefon danışıqlarında Aqil Hacıyev onu, Adil və X19 Ərəb Respublikasında cihada dəvət etmiş, bundan başqa onlara heç bir vəd verməmiş, yəni heç bir maddi maraqları olmamış, sadəcə tutduqları yolda onlara sona qədər getməyi söyləmişdir. Aqil Hacıyev “Cəbhət ən Nusra” adlı cinayətkar terror təşkilatının tabeçiliyində fəaliyyət göstərən “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin rəhbəri olmuş və sonuncu onları rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin tabeliyində olan əraziyə apararaq tanış etmişdir. Həmin ərazi Suriya Ərəb Respublikasının İdlib vilayətinin Atameh qəsəbəsində yerləşmiş, orada 4 ədəd ev olmuş və həmin silahlı birləşmənin üzvləri olan şəxslər qeyd olunan evlərdə yaşamışlar. Onunla birlikdə Suriya Ərəb Respublikasına gedən Hüseyn Məmmədov, Şahid2, Təqsirləndirilən şəxs, Bəylər Balabəyli, Əhməd Həsənov, Eldost Quliyev, Aqil Hümmətov, həmçinin onlardan 10-15 gün sonra qruplaşmaya qoşulan Tural Şahverdiyev və Məhəmməd Əzimli “Muaska” adlanan hərbi təlim düşərgəsində xüsusi hərbi təlimlər keçmişlər və sonradan onlara “AKM” markalı avtomat silahlar təhkim olunmuşdur. Adları sadalanan şəxslər “Abu Muhamməd” tərəfindən təhkim olunmuş həmin silahlardan istifadə etməklə düşərgənin ərazisini mühafizə etmişlər. Aqil Hacıyev təxminən 38-40 yaşlı, 180 sm boyu olan, arıq bədən quruluşlu, qara saçlı, uzun saqqallı, bığsız, qarabəniz şəxs olmuş, dini ləqəbi “Abu Muhamməd” olmuş, Təqsirləndirilən şəxs isə təxminən 25-27 yaşlı, 165 sm boyu olan, orta bədən quruluşlu, qara saçlı, az saqqallı, bığsız, ağbəniz şəxs olmuş, lakin dini ləqəbini xatırlamamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə tələbnamədən görünür ki, X6, Şahid2, Şahid1, X14, X8, X15, Təqsirləndirilən şəxs və X9 29 avqust 2013-cü il tarixdə səhər saatlarında bir neçə dəqiqə fərqlə X24 Məntəqəsindən Azərbaycan Respublikasının ərazisini tərk edərək Gürcüstan Respublikasına daxil olmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və digər şəxslərin barəsində CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 20 iyun 2019-cu il tarixli 5/3531 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əhməd Həsənov, Eldost Quliyev, Hüseyn Məmmədov, Tural Şahverdiyev və “Abdulvəhab” dini ləqəbli X25 Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən X12 rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin tərkibində iştirak etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunmamaları, Aqil Hacıyevin davam edən hərbi əməliyyatlar zamanı əsir götürülərək edam edilməsi, Təqsirləndirilən şəxs və Bəylər Balabəylinin hazırda Rusiya Federasiyasının ərazisində gizlənməsi, X10 Respublikasının hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq terrorçu qruplaşmalarla əlaqədə şübhəli bilindiyi üçün həbs edilməsi və yaxın zamanlarda Azərbaycan Respublikasının ərazisinə deportasiya edilməsinin nəzərdə tutulması, Şahid2 və Şahid1 Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiklərinə görə həmin dövlət tərəfindən məhkum olunmamaları müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 27 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Şahid2 Suriya Ərəb Respublikasının ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən Təqsirləndirilən şəxs fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 28 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Şahid1 Suriya Ərəb Respublikasının ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən Təqsirləndirilən şəxs fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin olduğu yer məlum olmadığı üçün ona həmin maddələr ilə ittiham elan edilməsi mümkün olmamış, barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və tutulduqdan sonra 09 aprel 2025-ci il tarixdə ona qeyd olunan maddələr ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə elan edilmiş ittiham həmin tarixdə qüvvəsində saxlanılmış və qeyd olunan cinayət işinin materiallarından X13 və digər şəxslərin barəsində CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə qeyd olunan cinayət işinin materiallarından X13 və digər şəxslərin barəsində CM-in 12.1, 218.2 və 12.1, 279.1ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək təxminən 2010-cu ildən “Qurani-Kərim”i oxumağı öyrənmək üçün Şəki şəhərində yerləşən “Mərkəzi” məscidə getməyə və elə həmin vaxtdan da İslam dininin “əhli-sünnə” təriqətinə uyğun olaraq namaz qılmağa başladığını, Şəki şəhərində olduğu müddətdə namazlarını həm məsciddə, həm də evdə qıldığını, bir neçə dəfə işləmək üçün Rusiya Federasiyasına getdiyini, bir müddət orada işlədikdən sonra yenidən Azərbaycan Respublikasına qayıtdığını, 2013-cü ilin yay aylarında tanışlarından mobil telefon nömrəsini aldığı Türkiyə Respublikasının vətəndaşı Əhməd adlı şəxslə əlaqə saxlayaraq onu Türkiyə Respublikasında işlə təmin etməsini xahiş etdiyini, sonuncunun isə tikinti işlərində fəhlə işləmək üçün onu Türkiyə Respublikasının İstanbul şəhərinə dəvət etdiyini, 29 avqust 2013-cü il tarixdə Türkiyə Respublikasına getmək məqsədilə Balakən rayonunda yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçdiyini, oradan həmin tarixdə quru yolla Türkiyə Respublikasına getdiyini, bir neçə gün sonra İstanbul şəhərinə çatdıqlarını, onunla birlikdə Şəki şəhər sakini Aqil Hümmətov və Qəbələ şəhər sakini Şahid2 da getdiklərini və İstanbul şəhərinə çatdıqda Aqil Hümmətov və Şahid2 ondan ayrıldıqlarını və başqa şəhərə gedəcəklərini dediklərini, bundan sonra Əhməd adlı şəxslə görüşdüyünü, sonuncunun onu İstanbul şəhərində yaşayış binasının tikintisində fəhlə kimi işə qəbul etdiyini, təxminən səkkiz ay müddətində Türkiyə Respublikasında işlədikdən sonra iş rejimi dözülməz olduğuna görə 2014-cü ilin mart ayında Rusiya Federasiyasının Moskva şəhərinə fəhlə kimi işləməyə getdiyini, təxminən üç ay müddətində orada işlədiyini, sonradan sənədləri qaydasında olmadığına görə 2014cü ilin sentyabr ayında Rusiya Federasiyasından deportasiya olunduğunu, Azərbaycan Respublikasına qayıtdığını, heç vaxt Suriya Ərəb Respublikasında olmadığını, hər hansı cinayətkar birliyin üzvü olmadığını, qanunsuz silahlı birləşmələrdə iştirak etmədiyini, orada olan şəxslərlə əlaqəsinin olmadığını, 2016-cı ildə ümumvətəndaş pasportunu dəyişib həmin ilin mart ayında yenidən işləmək üçün Rusiya Federasiyasının Vladivostok şəhərinə getdiyini, iki il üç ay müddətində orada işlədikdən sonra 2018-ci ildə Azərbaycan Respublikasına qayıtmaq istədiyini, lakin sərhəd buraxılış məntəqəsində onun ölkəyə daxil olmasına məhdudiyyətin qoyulduğunu bildirib onun Azərbaycan Respublikasına daxil olmasına icazə vermədiklərini, bundan sonra Rusiya Federasiyasının Moskva şəhərinə qayıtdığını, orada şirniyyat sexindən paxlavanı alıb digər şəxslərə satmaqla məşğul olduğunu, Şahid1 onu tanımadığını, bunu sonuncunun özünə də dediyini, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən sual vermək istədiyini bildirdiyini, lakin buna icazə verilmədiyini, 2018-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının ona Azərbaycan Respublikasının ərazisinə gəlməyə icazə vermədiklərini, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bundan məlumatının olmadığını, hadisənin baş verdiyi vaxtdan bir neçə il keçdikdən sonra onun barəsində axtarış elan olunduğunu, şahidlərin ifadələrində hər kəsin avtomat silah ilə döyüşdüyünü qeyd etdiklərini, lakin Suriya Ərəb Respublikasında avtomatdan başqa silahın da ola biləcəyini düşündüyünü, şahidlərin məqsədlərini bilmədiyini, lakin keçmişdə onunla düşmənçiliklərinin ola biləcəyini düşündüyünü, Şahid1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən onu sərhəddə gördüyünü, sonradan haraya getdiyini bilmədiyini dediyini, amma ifadəsində tamamilə başqa formada qeyd olunduğunu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən Şahid1 və Şahid2la aralarında üzləşdirmə aparıldığını, bu zaman adları qeyd olunan şəxslərin onun boyunun hündürlüyünün 1.65 metr olduğunu, gözlərinin rənginin isə qəhvəyi olduğunu dediklərini, adları qeyd olunan şəxslərin onun haqqında eyni məlumatı demələrinə əsasən məqsədlərinin nə olduğunu bilmədiyini və ona qarşı böhtan atıldığını düşündüyünü, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən müəyyən şəxslərin adlarını çəkərək onları tanıyıb-tanımadığını soruşduqlarını, həmin şəxsləri 2008-2009-cu illərdə məsciddə namaz qıldığı vaxtdan tanıdığını dediyini, ibtidai istintaq zamanı ona şahidlərə sual verməsi üçün imkan yaradılmadığını, şahidlərin onu necə tanıması ilə bağlı sual verməsini bir neçə dəfə xahiş etdiyini, lakin ona bunun qadağan olunduğunu dediklərini, Şahid2 onu gördüyünü, birlikdə olduqlarını və birlikdə getdiklərini dediyini, lakin ona ifadə verməyə icazə vermədiklərini, həmin vaxt müdafiəçisinin də orada olduğunu, müstəntiqin Şahid1 fotoşəklini mobil telefon vasitəsilə ona göstərərək tanıyıb-tanımadığını soruşduğunu, tanımadığını dediyini, daha sonra müstəntiqin ona Şahid1la aralarında üzləşdirmə aparılacağını deyərək onu otağa apardığını, həmin vaxt otaqda o, müdafiəçi və müstəntiqin olduğunu, üzləşdirmə vaxtı müdafiəçinin şahidə sual vermədiyini və yalnız onun istintaq təcridxanasında yemək və qalma şəraiti ilə maraqlandığını qeyd etmişdir. Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində 2013-cü ilin avqust ayında X3 təklifi ilə Suriya Ərəb Respublikasında gedən döyüşlərə qoşulmaq və hicrət etmək qərarına gəldiyini, bunun üçün o, Məhəmməd Əzimli, Qəbələ rayon sakinləri X14, X5, Bakı şəhər sakini X8 birlikdə Qax rayonuna Arif adlı şəxsin yanına getdiklərini, bir neçə saat Arif adlı şəxsin yanında qaldıqdan sonra Məhəmməd Əzimlinin onları dini adı Abu Ömər olan Vüqar adlı şəxsin Şəki şəhərində yerləşən evinə gətirdiyini, Abu Ömərin evinə gəldikdə orada Şəki rayon sakinləri Təqsirləndirilən şəxs və X6, Yevlax rayon sakinləri X9 və Şahid1, habelə adlarını xatırlamadığı Şəki rayon sakini olan Abdul Vahhab ləqəbli bir nəfər şəxsin, sonuncunun arvadı və təxminən 11-12 yaşlarında oğullarının olduğunu, Abu Ömərin evində dini mövzularda müzakirələr aparıldığını, orada aparılan danışıqlardan Məhəmməd Əzimlinin onunla birlikdə Abu Ömərin evinə apardığı Eldost Quliyev, Əhməd Həsənovun, habelə orada olan adlarını çəkdiyi digər şəxslərin hər birinin Suriya Ərəb Respublikasına gedəcəyini başa düşdüyünü, X34 İsmayılova bütün təlimatları verdiyini, hansı formada Gürcüstan Respublikasına, oradan Türkiyə Respublikasına və daha sonra Suriya Ərəb Respublikasına getmələrini başa saldığını, Türkiyə Respublikasında onları qarşılayacaq adını bilmədiyi Abdurrahman ləqəbli Azərbaycan Respublikası vətəndaşının, Suriya Ərəb Respublikasında qoşulacaqları Aqil Hacıyevin mobil telefon nömrəsini verdiyini, Türkiyə Respublikasına çatanda Abdurrahman adlı şəxslə danışmağı və sonuncu ilə görüşməyi izah etdiyini, daha sonra adlarını xatırlamadığı Abu Ömərin dindar tanışları olan taksi fəaliyyəti ilə məşğul olan şəxslərə məxsus 2 ədəd avtomobillərə əyləşərək Balakən rayonuna gedib sərhədi keçərək Gürcüstan Respublikasının ərazisinə, oradan da Türkiyə Respublikasının ərazisinə keçərək İstanbul şəhərinə getdiklərini, daha sonra Abdurrahman adlı şəxsin təklifi ilə Türkiyə Respublikasının Hatay vilayətinin Reyhanlı qəsəbəsinə getdiklərini, orada olan zaman kürd əsilli olduğunu təxmin etdiyini şəxsin onları qarşılayıb Suriya Ərəb Respublikasına gizli yolla keçmələrinə köməklik etdiyini, orada Aqil Hacıyevin onları qarşılayıb “Mühəndisium” adlandırdıqları yerdə yerləşən yaşadığı 2 mərtəbəli evə apardığını, həmin evdə 5-6 otağın olduğunu, eyni evdə təxminən 50-60 nəfərin yaşadığını, evdə yaşayanlardan çoxunun Azərbaycan Respublikasının vətəndaşı, bir hissəsinin isə Ərəb əsilli olmasının, həmin evdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının bəzilərinin ləqəblərinin Abu Əli, Abu Muaz, Zubeir, Abdurrahman, Xəlil və Abu Davud olmasının ona məlum olduğunu, danışıqlar əsnasında Aqil Hacıyevin camaatı “Cəbhət ən- Nusra”nın “Cundu Şam” camaatı adlandırmasının ona məlum olduğunu, həmin evdə yaşadıqları müddətdə onlara Misir Ərəb Respublikasının vətəndaşı olan şeyx Abu Əli tərəfindən dini dərslərin keçirildiyini, Şahid1 bir neçə gün sonra aşpaz təyin edildiyini, təxminən bir ay sonra sonuncunun həmin düşərgədən qaçdığını və söhbət əsnasında sonuncunun bunu oradakı vəziyyətə tab gətirə bilməməsi ilə əlaqələndirdiyini, bir müddət keçdikdən sonra onları “Muaska” adlanan hərbi təlim düşərgəsinə aparıb-gətirdiklərini, təxminən 2-3 dəfə orada olduğunu, həmin müddətlərdə onlara silahdan atəş açma qaydalarının öyrədildiyini, idman hərəkətlərinin yerinə yetirildiyini, orada 1 dəfə “Kalaşnikov” markalı avtomatdan atəş açdığını, oradakı vəziyyətə tab gətirə bilmədiyi üçün təxminən 4-5 ay sonra, yəni 2014-cü ilin yanvar ayında bu barədə şeyxləri Abu Əlinin vasitəsilə şeyx camaatının rəhbəri Aqil Hacıyevə məlumat verdiyini, bir neçə gün sonra isə sonuncunun onu Türkiyə Respublikası ilə sərhədə aparıb oradan Türkiyə Respublikasına yola saldığını, əvvəlcə avtobusla Gürcüstan Respublikasına getdiyini, oradan da Azərbaycan Respublikasına gəldiyini, qoşulduğu “Cundu Şam” camaatının döyüşlərdə iştirak etməməsi səbəbindən Suriya Ərəb Respublikasında olduğu dövrdə heç bir döyüşlərdə iştirak etmədiyini, yalnız 1-2 dəfə atış təliminə getdiyini, “Cundu Şam” qanunsuz silahlı birləşməsinin və “Sumqayıt camaatı”nın rəhbəri olan Aqil Hacıyevin dini ləqəbinin “Abu Muhamməd” olduğunu, Təqsirləndirilən şəxs isə təxminən 25-27 yaşlı olduğunu və dini ləqəbinin “Eyyub” olduğunu desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsla bir neçə dəfə çay içdiyini, Ömər adlı şəxsi və Məhəmməd Əzimlini tanımadığını, Qəbələ rayonunun Qum qəsəbəsində yaşadığını, Şəki şəhərinə yoldaşlıq məqsədilə getdiyini, orada kimin evində qalmasının dəqiq olaraq xatirində qalmadığını, orada olarkən Təqsirləndirilən şəxsla aralarında mübahisə yarandığını, lakin bunun səbəbinin xatirində qalmadığını, Təqsirləndirilən şəxsla eyni evdə kirayədə qalmadığını, sonuncunun Suriya Ərəb Respublikasına getməsindən məlumatının olmadığını, Türkiyə Respublikasına 7-8 nəfər şəxslə birlikdə getdiyini, Təqsirləndirilən şəxs Türkiyə Respublikasına gedən zaman gördüyünü, sonuncunun işləmək üçün getdiyini düşündüyünü, Türkiyə Respublikasına işləmək məqsədilə getmədiyini, Suriya Ərəb Respublikasına keçmək məqsədilə getdiyini, lakin Suriya Ərəb Respublikasına kimin təklifi ilə getməsinin xatirində qalmadığını, Təqsirləndirilən şəxs onunla birlikdə Suriya Ərəb Respublikasına getmədiyini, sonuncunun ona Suriya Ərəb Respublikasına gedəcəyini demədiyini, sonuncunu Suriya Ərəb Respublikasında görüb-görməməsinin xatirində qalmadığını, Suriya Ərəb Respublikasında 3 ay ərzində qaldığını, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirmə aparılan zaman sonuncunu ikinci dəfə gördüyünü, 12 il keçdiyi üçün sonuncunu tanımadığını və həmin vaxt Suriya Ərəb Respublikası məsələsi ilə bağlı nə isə deyib-deməməsinin xatirində qalmadığını, ibtidai istintaq zamanı ona qarşı təsir-təzyiq olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub imza etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsinin doğru olduğunu qeyd etmişdir. Şahid1 isə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində 2013-cü ilin avqust ayının ortalarında Məzahir adlı şəxsin vasitəsi ilə şəhər məscidindən tanıdığı Adil adlı şəxsin ona və onun kimi eyni dini əqidə sahibi dini ləqəbi “Abdulsalam” olan X4 Suriya Ərəb Respublikasında vəziyyətin yaxşı olmadığını, bu səbəbdən oraya gedib oradakı qardaş və bacılara köməklik göstərməli olduqlarını bildirdiyini, Hüseyn Məmmədovla birlikdə təxminən 1 həftə ərzində fikirləşdikdən sonra Suriya Ərəb Respublikasına gedib oradakı qanunsuz silahlı birləşmələrin fəaliyyətinə qoşulmaq qərarına gəldiklərini, bundan təxminən 1 həftə sonra Hüseyn Məmmədovla birlikdə Şəki şəhərinə getdiklərini, orada onları Ömər dini ləqəbli adını bilmədiyi şəxsin qarşıladığını, orada ondan və Hüseyn Məmmədovdan başqa Şəki rayon sakinləri Təqsirləndirilən şəxs və Bəylər Balabəyli, Qəbələ rayon sakinləri Şahid2 və Əhməd Həsənov, habelə Bakı şəhər sakinləri Eldost Quliyev və Aqil Hümmətovun da olduğunu, bir gün Şəki şəhərində olan evdə qaldıqdan sonra səhəri gün adlarını sadaladığı şəxslərlə birlikdə Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonunun Mazımqara kəndində yerləşən Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikasına daxil olduqlarını, daha sonra birbaşa quru yolla Türkiyə Respublikasının İstanbul şəhərinə getdiklərini, orada onları əslən Azərbaycanlı olan Fuad adlı şəxsin qarşılayıb Türkiyə Respublikasının Hatay vilayətinin Reyhanlı qəsəbəsinə yola saldığını, daha sonra Türk əsilli İbrahim adlı şəxsin vasitəsilə gizli şəkildə Suriya Ərəb Respublikasına keçdiklərini, orada onları dini ləqəbi “Abu Muhamməd” olan X12 qarşıladığını, həmin vaxtadək Aqil Hacıyevi görmədiyini, lakin Yevlax şəhərində olan zaman mobil telefon vasitəsilə sonuncu ilə danışdığını, həmin telefon danışıqlarında Aqil Hacıyevin onu, Adil və X19 Ərəb Respublikasında cihada dəvət etdiyini, bundan başqa onlara heç bir vəd vermədiyini, yəni heç bir maddi maraqlarının olmadığını, Aqil Hacıyevin “Cəbhət ən Nusra” adlı cinayətkar terror təşkilatının tabeçiliyində fəaliyyət göstərən “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin rəhbəri olduğunu, sonuncunun onları rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin tabeliyində olan əraziyə apararaq tanış etdiyini, həmin ərazinin Suriya Ərəb Respublikasının İdlib vilayətinin Atameh qəsəbəsində yerləşdiyini, orada 4 ədəd evin olduğunu, həmin silahlı birləşmənin üzvləri olan şəxslərin qeyd olunan evlərdə yaşadıqlarını, onunla birlikdə Suriya Ərəb Respublikasına gedən Hüseyn Məmmədov, Şahid2, Təqsirləndirilən şəxs, Bəylər Balabəyli, Əhməd Həsənov, Eldost Quliyev, Aqil Hümmətov, həmçinin onlardan 10-15 gün sonra qruplaşmaya qoşulan Tural Şahverdiyev və Məhəmməd Əzimlinin “Muaska” adlanan hərbi təlim düşərgəsində xüsusi hərbi təlimlər keçdiklərini, sonradan onlara “AKM” markalı avtomat silahların təhkim olunduğunu, adları sadalanan şəxslərin “Abu Muhamməd” tərəfindən təhkim olunmuş həmin silahlardan istifadə etməklə düşərgənin ərazisini mühafizə etdiklərini, Aqil Hacıyevin dini ləqəbinin “Abu Muhamməd” olduğunu, Təqsirləndirilən şəxs isə təxminən 25-27 yaşlı olduğunu, lakin dini ləqəbini xatırlamadığını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Ömər adlı şəxsi tanımadığını, Məzahir adlı şəxsin isə onun bibisinin oğlu olduğunu, Aqil Hacıyevi tanıdığını, lakin sonucunun Suriya Ərəb Respublikasında hansı fəaliyyətlə məşğul olduğunu bilmədiyini və silahlı birləşmədən məlumatının olmadığını, Şəki şəhərində olarkən Təqsirləndirilən şəxs görmədiyini, sonuncunu Laqodexi sərhəd keçid məntəqəsində gördüyünü, həmin vaxt sonuncunun Türkiyə Respublikasına işləmək üçün getdiyini, Təqsirləndirilən şəxs birinci dəfə Balakən rayonunda Gürcüstan Respublikası ilə sərhəddə, ikinci dəfə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında, üçüncü dəfə isə məhkəmə iclasında gördüyünü, qaçaqmalçılıq yolu ilə avtomobil və yanacaq alıb satmağın mümkün olduğunu düşündüyünü, Suriya Ərəb Respublikasına silahlı birliyə qoşulmaq məqsədilə getmədiyini, oraya işləmək məqsədilə getdiyini, lakin onu qarşılayan şəxsin adını bilmədiyini, Şəki şəhərindən Balakən şəhərinə, oradan Gürcüstan Respublikasına, oradan Türkiyə Republikasına, oradan da Suriya Ərəb Respublikasına getdiklərini, Suriya Ərəb Respublikasında 14 gün ərzində qaldığını, orada olarkən təxminən 10-12 gün ərzində aşpaz kimi fəaliyyət göstərdiyini, orada olarkən Təqsirləndirilən şəxs görmədiyini, bundan sonra Azərbaycan Respublikasına qayıtdığını, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olarkən təsirə məruz qaldığını, orada olarkən Təqsirləndirilən şəxs işləmək məqsədilə Türkiyə Respublikasına getdiyini dediyini, latın qrafikası ilə yazılan yazını çətinliklə oxuduğunu, müdafiəçinin ona tutulacağını dediyini, orada verdiyi ifadəsini əməkdaşın özündən uyduraraq yazdığını, hər gün imza etməsi üçün ona bir neçə sənədin təqdim olunduğunu, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs harada görməsi ilə bağlı ona sual verildiyini və həmin şəxsi bir dəfə sərhəd keçid məntəqəsində gördüyünü dediyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüş, şahidlər isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə vermişlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (fotoşəkil üzrə tanınma haqqında protokollar, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadə verən zaman, habelə onunla Şahid2 və Şahid1 aralarında üzləşdirmə aparılarkən orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və həmin hərəkətlərin qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokollara hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçiyə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də fotoşəkil üzrə tanınma həyata keçirilən zaman da həm Şahid2, həm də Şahid1 Suriya Ərəb Respublikasının ərazisində yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edən Təqsirləndirilən şəxs fotoşəklini tanımışlar. Bundan başqa, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi üzrə tələbnaməyə əsasən X6, Şahid2, Şahid1, X14, X8, X15, Təqsirləndirilən şəxs və X2 29 avqust 2013-cü il tarixdə səhər saatlarında bir neçə dəqiqə fərqlə X24 Məntəqəsindən Azərbaycan Respublikasının ərazisini tərk edərək Gürcüstan Respublikasına daxil olmaları, digər sübutlarla adları qeyd olunan şəxslərin, o cümlədən də Təqsirləndirilən şəxs Gürcüstan Respublikasından keçərək Türkiyə Respublikasının ərazisinə, oradan da Suriya Ərəb Respublikasının ərazisinə daxil olub orada ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan dini fanatizm zəminində “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçiliyində olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmələrini təsdiq edir. Bundan əlavə, məhkəmə-tibb ekspertizasının 22 may 2025-ci il tarixli 188/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hadisənin baş vermə şəraiti ilə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, şahidlər Şahid2 və Şahid1 isə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahidlər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla 2013cü ilin sentyabr ayının əvvəlindən 2014-cü ilin aprel ayınadək dini düşmənçilik zəminində, qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda, digər Azərbaycan Respublikasının vətəndaşlarının da iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeçilində olan Aqil Hacıyevin rəhbərlik etdiyi “Cundu Şam” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin cinayət əməlinə görə məhkum olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla bir neçə ildir Rusiya Federasiyasında yaşamışdır, 04 iyun 2016-cı ildə doğulmuş Yəhya İbrahimli onun himayəsindədir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini dini düşmənçilik zəminində törətməsini CM-in 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzasını ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarından görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin saxlanılması haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Rusiya Federasiyasının Moskva şəhərinin Nikulinsk Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərarından görünür ki, CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində göstərilən cinayət əməllərini törətdiyinə görə beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına verilməsi imkanının təmin edilməsi məqsədilə barəsində 40 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Rusiya Federasiyasının Moskva şəhərinin Nikulinsk Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 ay 20 gün olmaqla, 24 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Rusiya Federasiyasının Moskva şəhərinin Nikulinsk Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 06 ay olmaqla, 24 iyul 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasından daxil olmuş 10 aprel 2025-ci il tarixli 26/368 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına təhvil verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxil olmaqla onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən şübhəli şəxs qismində tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 aprel 2025-ci il tarixli 1259 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəsəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 aprel 2025-ci il tarixli 3-28-29/2-4220/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixiatrik kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar