Məhkəmə qərarları › İş №1(091)-225/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-225/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-225/2024 21.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1994-cü ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Sabirabad şəhəri, M.V.Vidadi küçəsi, ev 73 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini və satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar və 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil etdiyi halda, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 1250 qram kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroini və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 780 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qara rəngli sellofan torbada üzərində saxlayaraq daşımış, 29 mart 2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, “Günəşli” yaşayış massivi, 6-cı küçənin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib, həmin tarixdə saat 21:20-dən saat 21:45-dək olan müddət ərzində üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində saxladığı qara rəngli sellofan torbanın içərisində 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 780 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, sellofan torbanın içərisindəki digər ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1250 qram olan xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan istifadə etmiş, narkotik vasitə heroindən istifadə etməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. X6 Respublikasının vətəndaşı ona narkotik heroin və psixotrop maddə metamfetamin təklif etmiş, lakin o, bundan imtina etmiş və mümkün olduğu halda, istifadə etməsi üçün ona narkotik vasitə marixuana göndərməsini həmin şəxsə təklif etmişdir. Bundan sonra ona məxsus olan mobil telefon nömrəsinə sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı tərəfindən zəng olunmuş və Mingəçevir şəhərindən 500 qram narkotik vasitə marixuananı götürmək təklif olunmuşdur. Həmin şəxs narkotik vasitə marixuananı ona istifadə etməsi üçün hədiyyə etmiş və qeyd olunan şəxslə aralarında alğı-satqı olmamışdır. Həmin ünvana getdikdə polis əməkdaşlarının orada olduğunu görmüş və torbanı tullayıb qaçmışdır. 200-300 metr uzaqlaşan kimi polis əməkdaşları onu saxlamışlar, daha sonra polis əməkdaşları torbanı avtomobilə qoymuşlar və onu polis şöbəsinə aparmışlar. Orada olan zaman polis əməkdaşlarına narkotik vasitə marixuana üçün həmin yerə gəldiyini, narkotik vasitə heroinlə əlaqəsinin olmadığını demiş, lakin polis əməkdaşları ona qarşı zor tətbiq etməsələr də həm narkotik vasitə marixuananın, həm də narkotik vasitə heroinin ona məxsus olması barədə ifadə verməyəcəyi halda həmin narkotik vasitələr olan torbanı ona məxsus olan evə yerləşdirərək ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün torbada qeyd olunan bütün narkotik vasitələrin ona məxsus olması barədə ifadə vermək məcburiyyətində qalmışdır. İbtidai istintaq zamanı ifadəsi ona tam oxunmamış, polis əməkdaşları ona narahat olmamasını, hər şeyin yaxşı olacağını, CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını və imza etməsini dedikləri üçün aldanaraq ifadəyə imza etmiş, sonradan ittiham aktı ona təqdim olunan zaman CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsi ona məlum olmuşdur. Müdafiəçi ilə ünsiyyət qurmasına icazə verməmişlər, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğu üçün müdafiəçidən hansı maddə ilə ittiham olunduğunu soruşmamış və barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman polis əməkdaşlarının onu aldatdığını demişdir. “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitələrə dair məlumatları ona İran İslam Respublikasının vətəndaşı göndərmiş və həmin məlumatların narkotik vasitə marixuana ilə bağlı olmasını düşünmüşdür. Mobil telefonda adı “Ali Qaqa” kimi qeyd olunan şəxs ona mesaj yazan İran İslam Respublikasının vətəndaşı olmuş, həmin şəxs ondan daş və torpaq istəmiş, o da Sabirabad rayonunun ərazisində həmin predmetlərin olmadığını bildirmişdir. Ot dedikdə qurudulmuş marixuananı nəzərdə tutmuş, İran İslam Respublikasının vətəndaşı ondan narkotik vasitəni neçə günə sata biləcəyini soruşmuş, o isə narkotik vasitələrin satışı ilə məşğul olmadığını həmin şəxsə demişdir. İran İslam Respublikasının vətəndaşı ondan Mingəçevir şəhərinə çatıb-çatmamasını soruşmuş, o da səs yazısı göndərərək çatdığını həmin şəxsə demişdir. Səs yazısı vasitəsilə ilə ancaq salamlaşmış və ona məxsus olan mobil telefonda digər səs yazıları olmamışdır. Ona məxsus olan mobil telefonda yazışmalar da olmuş, lakin həm yazışmalar, həm də səs yazıları polis əməkdaşları tərəfindən silinmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan istifadə etmiş, lakin narkotik vasitələrin alğısatqısı ilə məşğul olmamışdır. Sabir Şahid5abad rayon sakini olmaqla onunla qonşuluqda yaşamış, əvvəllər sonuncu ilə birlikdə bir neçə dəfə qurudulmuş marixuanadan istifadə etmiş, lakin narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmamışlar. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 6-7 ay əvvəl «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxslə tanış olmuş və həmin şəxs sosial şəbəkələrdə narkotik vasitələrin fotoşəkillərini paylaşaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Əli adlı şəxslə mütəmadi olaraq əlaqə saxlamış, ancaq sonuncu ilə aralarında narkotik vasitələrin alğı-satqısı ilə bağlı hər hansı sövdələşmə olmamışdır. 29 mart 2024-cü il tarixdə saat 11 radələrində Əli adlı şəxs istifadəsində olan +**********93 mobil telefon nömrəsinin “WhatsApp” tətbiqi vasitəsilə ona mesaj yazaraq, Mingəçevir şəhərində təyin olunan yerə bükümdə narkotik vasitə qoyacağını və həmin yerdən narkotik vasitəni götürüb Sabirabad rayonunda təyin etdiyi yerə qoyması müqabilində ona qurudulmuş marixuana verəcəyini, habelə plastik bank kartının hesabına 500 manat məbləğində pul köçürəcəyini demiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Yaşadığı Sabirabad rayonundan Mingəçevir şəhərinə getmək üçün taksi axtarmış, lakin tapa bilmədikdə Bakı-Qazax yoluna çıxmaq üçün qonşusu Şahid4 taksi kimi onu “Padarçöl” adlandırılan yerə aparmasını xahiş etmişdir. Üzərində pul olmadığına görə Sabirabad rayonunda yaşayan əvvəlcədən tanıdığı Şahid5la həmin rayonun ərazisində rastlaşarkən sonuncuya Mingəçevir şəhərinə gedəcəyini, oraya narkotik vasitə qoyulacağını, həmin narkotik vasitəni Mingəçevir şəhərindən götürüb Sabirabad rayonuna gətirəcəyini, lakin bunun üçün pulunun olmadığını deyərək onunla birlikdə gedəcəyi və 50 (əlli) manat yol pulunu verəcəyi halda, bunun qarşılığında üç kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana verəcəyini Şahid5 təklif etmiş, lakin həmin vaxt hansı çəkidə və hansı növ narkotik vasitə olmasını və Əli adlı şəxsin ona Mingəçevir şəhərindən narkotik vasitə olan bükümü götürüb sonuncunun təyin etdiyi yerə qoyması müqabilində 500 manat pul verəcəyini Şahid5 deməmişdir. Sonuncu da onun bu təklifi ilə razılaşaraq ona 50 (əlli) manat pul vermiş və bundan sonra o, əvvəlcədən tanıdığı Şahid4 zəng edib onu gözlədikləri yerə çağırmışdır. Bir neçə dəqiqə sonra Şahid4 özünə məxsus “VAZ 21011” markalı avtomobillə oraya gəlmiş və o və Şahid5 avtomobilə əyləşdikdən sonra avtomobil “Padarçöl” adlandırılan istiqamətdə hərəkətə başlamışdır. “Padarçöl” adlandırılan əraziyə çatdıqda oradan Mingəçevir şəhərinə gedəcək avtomobil tapa bilməyəcəyini düşünüb Şahid4 onları Mingəçevir şəhərinə aparması müqabilində 40 (qırx) manat məbləğində pul verəcəyini demiş və hansı məqsədlə getdiklərini deməmişdir. Sonuncu da onun təklifi ilə razılaşmış və birlikdə Mingəçevir şəhəri istiqamətində hərəkətə başlamışlar. Hərəkətdə olan zaman bir neçə dəfə Əli adlı şəxslə yazışmış və sonuncunun tapşırığına əsasən rayondan çıxma vaxtını, harada olmasını və Mingəçevir şəhərinə çatmasına nə qədər məsafə qalmasını mütəmadi olaraq sonuncuya bildirmişdir. Mingəçevir şəhərinin girişinə çatdıqda Əli adlı şəxs «Ala qapı» adlandırılan yerə gedib orada dayanıb gözləməli olduğunu bildirmiş, sonuncunun göstərişinə əsasən həmin ərazidə avtomobili saxlatmış və bu zaman Əli adlı şəxs ona “WhatsApp” tətbiqi vasitəsilə ərazinin koordinatlarını və yarımtikilinin fotoşəklini göndərərək həmin ərazidə daşın altına bükümü qoyduğunu bildirmişdir. Əli adlı şəxsin ona göndərdiyi koordinatda qeyd olunan əraziyə çatdıqda o və Şahid5 avtomobildən düşmüşlər və bundan sonra o, yarımtikiliyə yaxınlaşaraq orada daşın altından qara rəngli sellofan bükümü götürmüşdür. Torbanın içərisində narkotik vasitə olduğunu bilsə də hansı növ narkotik vasitə olduğunu və çəkisinin nə qədər olduğunu qabaqcadan bilməmiş, narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədilə əldə etmiş, narkotik vasitə heroini isə Əli adlı şəxsin təlimatı əsasında sonuncunun təyin edəcəyi yerə qoyaraq əvəzində sonuncudan 500 manat pul almağı qərarlaşdırmışdır. Daha sonra o, avtomobilə tərəf gələn zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu və Şahid4 polis şöbəsinə dəvət etmişlər, bunu görən Şahid5 isə oradan qaçaraq uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər, orada olan zaman hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində saxladığı qara rəngli sellofan torbadan içərisində narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli sellofan büküm və içərisində narkotik vasitə heroin olan ağ rəngli sellofan büküm aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Ona məxsus olan mobil telefona baxış keçirilən zaman “Ali Qaqa” adlı istifadəçi ilə “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş səs yazılarında ona narkotik vasitənin Mingəçevir şəhərindən götürülüb başqa əraziyə çatdırılması və bunun müqabilində 500 manat pul vəd olunmasına dair danışıqlar aşkar olunmamışdır və həmin səs yazılarının silinməsini düşünmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid5 və Təqsirləndirilən şəxsla Sabirabad rayonunda qonşuluqda yaşamışlar və özünə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onları Mingəçevir şəhərinə aparmasını xahiş edərək qarşılığında 40 manat pul verərək Sabirabad rayonuna qayıtdıqdan sonra isə ona əlavə xidmət haqqı da ödəyəcəyini vəd etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs Mingəçevir şəhərinə hansı məqsədlə, o cümlədən narkotik vasitə əldə etmək məqsədilə gəlməsindən məlumatı olmamışdır. 29 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılmış və ona məxsus olan avtomobilə baxış keçirilmiş, lakin bu zaman qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamışdır və bir neçə dəfə sonuncu ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişlər. 29 mart 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsla Sabirabad rayonunda rastlaşdıqda sonuncu ona Mingəçevir şəhərinə gedərək orada İran İslam Respublikasının vətəndaşının onun üçün qoyacağı narkotik vasitə qurudulmuş marixuananı götürəcəyini deyib Mingəçevir şəhərinə getmək üçün yol pulu olmadığı üçün yol pulunu verməsini ondan xahiş etmiş, bunun qarşılığında ona narkotik vasitə qurudulmuş marixuana verəcəyini vəd etmiş, o da Təqsirləndirilən şəxs bu təklifini qəbul edib sonuncuya 40 manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hansı çəkidə və hansı növ narkotik vasitə götürəcəyindən məlumatı olmamış, sonuncunun külli miqdarda qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə heroin əldə etmək məqsədilə Mingəçevir şəhərinə gedəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı ilə danışıqları özü aparmış, sonuncu ilə Təqsirləndirilən şəxs arasında hansı söhbətlərin edilməsindən, sonuncunun həmin kütlələri hansı məqsədlə əldə etməsindən və onların satışı ilə məşğul olub-olmamasından məlumatı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Sabirabad rayon sakini Şahid4 zəng edərək onları Mingəçevir şəhərinə aparmasını xahiş etmiş, bir qədər sonuncu oraya gəldikdə Təqsirləndirilən şəxs ondan aldığı 40 manat pulu Şahid4 verib qalan pulu sonra verəcəyini bildirmiş, sonuncu isə etiraz etməmişdir. Bundan sonra birlikdə həmin avtomobillə Mingəçevir şəhəri istiqamətində hərəkətə başlamışlar, həmin şəhərdə “Günəşli” yaşayış massivi adlanan əraziyə çatdıqda Təqsirləndirilən şəxs avtomobildən düşüb həmin yeri tərk etmiş və bir qədər sonra Təqsirləndirilən şəxs olduğu yerdə bir qrup şəxsin toplaşdığını görüb polis əməkdaşları olmasını ehtimal edərək oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sabirabad rayon sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhərindən narkotik vasitə əldə edəcəyi barədə 29 mart 2024-cü il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə Mingəçevir şəhəri, “Günəşli” yaşayış massivi, 6-cı küçədə yerləşən yarımtikilinin qarşısında əlində qara rəngli sellofan torba ilə, sonuncunu oraya gətirmiş taksi sürücüsü Şahid4 isə avtomobili ilə birlikdə saxlanılmışdır, lakin qeyd olunan vaxt orada Şahid5 görməmiş və sonuncunun kənarda olmasını və ya qaçaraq gizlənməsini düşünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs və Şahid4 Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, bir qədər sonra polis şöbəsində olarkən Şahid5 da adları qeyd olunan şəxslərlə birlikdə Mingəçevir şəhərinə gəlməsi ona məlum olmuşdur. Mingəçevir Şəhər Polis Şöbəsində olarkən əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində saxladığı qara rəngli sellofan torbadan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan qara rəngli sellofan büküm və içərisində narkotik vasitə heroinə bənzər maddə olan ağ rəngli sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələri sosial şəbəkə vasitəsilə tanış olduğu Əli adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və sonuncunun təlimatı ilə Mingəçevir şəhərinə gələrək “Günəşli” yaşayış massivində yarımtikilidən əldə etdiyini bildirmişdir. Daha sonra həmin bükümlər müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Şahid4 üzərində şəxsi axtarış aparılmış və sonuncuya məxsus olan avtomobilə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid4 Təqsirləndirilən şəxs Mingəçevir şəhərinə hansı məqsədlə gəlməsini bilmədiyini və sonuncunun narkotik vasitə əldə etmək niyyəti ilə gəlməsindən məlumatının olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 mart 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Mingəçevir şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 mart 2024-cü il tarixli raportdan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş məlumat əsasında ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs və ünvan 4 ünvanda yaşayan Ələsgərov X3 şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları şübhəsi ilə həmin tarixdə Mingəçevir şəhəri, “Günəşli” yaşayış massivi, 6-cı küçədə saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlində saxladığı qara rəngli sellofan torbadan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan qara rəngli sellofan büküm və içərisində narkotik vasitə heroinə bənzər maddə olan ağ rəngli sellofan büküm aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 30 mart 2024cü il tarixli 3-16-16-2-17/323 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış şəffaf sellofan bükümdə təmiz çəkisi 1250,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 780 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 31 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 16 may 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşıdığı külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və xüsusilə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə şəxsiyyəti müəyyənləşdirilməyən Əli adlı İran İslam Respublikasının vətəndaşından əldə etməsi müəyyən olunmuş, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində cinayət əlaqəsinə girdiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefona baxış keçirilməsi haqqında 04 iyun 2024-cü il tarixli protokoldan da görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Məhəməd oğluna məxsus olan “Samsung A12” markalı mobil telefona baxış keçirilmiş və bu zaman sonuncunun “Ali Qaqa” adlı +**********93 mobil telefon nömrəsinin istifadəçisi ilə apardığı danışıqlar zamanı satmaq məqsədilə sonuncudan müxtəlif növ narkotik vasitələr istəməsi və Mingəçevir şəhəri, “Günəşli” yaşayış massivi, 6-cı küçənin qeyd olunduğu məkanın koordinatlarının ona göndərilməsindən sonra həmin ünvana gedərək tikilməkdə olan fərdi yaşayış evində gizlədilmiş və fotoşəkillərlə yeri ona izah olunmuş yerdən narkotik vasitələri götürməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 13 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Ali» adlı istifadəçi tərəfindən ona göndərilmiş məkan koordinatları vasitəsilə Mingəçevir şəhəri, “Günəşli” yaşayış massivi, 6ci küçədə yerləşən tikilməkdə olan fərdi yaşayış evinə gələrək fotoşəkillərlə izah edilmiş yerdən narkotik vasitələr olan bükümü götürdüyünü əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 228.4 və 234.4.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, habelə narkotik vasitə qurudulmuş marixuananı və heroini əldə etdiyi mənbənin müəyyən edilməsi və Şahid5 narkotik vasitə qurudulmuş marixuananı əldə etməyə cəhd etməsi ilə bağlı qeyd olunan tarixdə CM-in 29, 234.1 və 234.4-1-ci maddələri ilə göstərilən cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və heroini əldə etdiyi mənbənin müəyyən edilməsi və Şahid5 narkotik vasitə qurudulmuş marixuananı əldə etməyə cəhd etməsi ilə bağlı həmin tarixdə CM-in 29, 234.1 və 234.4-1-ci maddələri ilə qeyd olunan cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar və 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 29 mart 2024-cü il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Mingəçevir şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman əlində olan torbadan narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 29 mart 2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitə qurudulmuş marixuananın və narkotik vasitə heroinin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini və satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə marixuanadan istifadə etdiyini, narkotik vasitə heroindən istifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, X6 Respublikasının vətəndaşının ona narkotik heroin və psixotrop maddə metamfetamin təklif etdiyini, lakin bundan imtina etdiyini, mümkün olduğu halda, istifadəsi üçün narkotik vasitə marixuana göndərməsini həmin şəxsə təklif etdiyini, daha sonra ona məxsus olan mobil telefon nömrəsinə sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı tərəfindən zəng olunduğunu, Mingəçevir şəhərindən 500 qram narkotik vasitə marixuananı götürməsinin təklif olunduğunu, həmin şəxsin narkotik vasitə marixuananı ona istifadə etməsi üçün hədiyyə etdiyini, qeyd olunan şəxslə aralarında alğısatqının olmadığını, həmin ünvana getdikdə polis əməkdaşlarının orada olduğunu gördüyünü, torbanı tullayıb qaçdığını, 200-300 metr uzaqlaşan kimi polis əməkdaşlarının onu saxladıqlarını, daha sonra polis əməkdaşlarının torbanı avtomobilə qoyduqlarını, onu polis şöbəsinə apardıqlarını, orada olan zaman polis əməkdaşlarına narkotik vasitə marixuana üçün həmin yerə gəldiyini, narkotik vasitə heroinlə əlaqəsinin olmadığını dediyini, lakin polis əməkdaşları ona qarşı zor tətbiq etməsələr də həm narkotik vasitə marixuananın, həm də narkotik vasitə heroinin ona məxsus olması barədə ifadə verməyəcəyi halda həmin narkotik vasitələr olan torbanı ona məxsus olan evə yerləşdirərək ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün torbada qeyd olunan bütün narkotik vasitələrin ona məxsus olması barədə ifadə vermək məcburiyyətində qaldığını, ibtidai istintaq zamanı ifadəsinin ona tam oxunmadığını, polis əməkdaşları ona narahat olmamasını, hər şeyin yaxşı olacağını, CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını və imza etməsini dedikləri üçün aldanaraq ifadəyə imza etdiyini, sonradan ittiham aktı ona təqdim olunan zaman CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinin ona məlum olduğunu, müdafiəçi ilə ünsiyyət qurmasına icazə vermədiklərini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğu üçün müdafiəçidən hansı maddə ilə ittiham olunduğunu soruşmadığını, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman polis əməkdaşlarının onu aldatdığını dediyini, “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitələrə dair məlumatları ona İran İslam Respublikasının vətəndaşının göndərdiyini, həmin məlumatların narkotik vasitə marixuana ilə bağlı olmasını düşündüyünü, mobil telefonda adı “Ali Qaqa” kimi qeyd olunan şəxsin ona mesaj yazan İran İslam Respublikasının vətəndaşı olduğunu, həmin şəxsin ondan daş və torpaq istədiyini, Sabirabad rayonunun ərazisində həmin predmetlərin olmadığını bildirdiyini, ot dedikdə qurudulmuş marixuananı nəzərdə tutduğunu, İran İslam Respublikasının vətəndaşının ondan narkotik vasitəni neçə günə sata biləcəyini soruşduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını həmin şəxsə dediyini, İran İslam Respublikasının vətəndaşının ondan Mingəçevir şəhərinə çatıb-çatmamasını soruşduğunu, səs yazısı göndərərək həmin şəxsə çatdığını dediyini, səs yazısı vasitəsilə ilə ancaq salamlaşdığını, ona məxsus olan mobil telefonda digər səs yazılarının olmadığını, ona məxsus olan mobil telefonda yazışmaların da olduğunu, lakin həm yazışmaların, həm də səs yazılarının polis əməkdaşları tərəfindən silindiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, narkotik vasitədən istifadə etdiyini, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmadığını, “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitənin olduğu bağlamanın Mingəçevir şəhərindən Sabirabad şəhərinə aparılması müqabilində ona 500 manat pul və istifadəsi üçün müəyyən miqdarda narkotik vasitənin verilməsinin təklif olunduğunu, bu təkliflə razılaşdığını, daha sonra yaşadığı Sabirabad şəhərindən Mingəçevir şəhərinə gəldiyini və içərisində narkotik vasitə olan bağlamanı götürüb Sabirabad şəhərinə getmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini və satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və qurudulmuş marixuananı əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və qurudulmuş marixuananın aşkar edilməsini, aşkarlanmış narkotik vasitə heroinin və qurudulmuş marixuananın müxtəlif növdə olmasını və çəkilərinin çox olmasını, habelə telefon məlumatlarına əsasən narkotik vasitənin satışı ilə bağlı yazının olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və qurudulmuş marixuananı əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4-1-ci maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Cəfərov X2 şəhəri, M.V.Vidadi küçəsi, ev 73 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, aşkarlanmış narkotik vasitə heroinin və narkotik vasitə qurudulmuş marixuananın müxtəlif növdə olmasını və çəkilərinin çox olmasını, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4- 1-ci maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün olmaqla, 13 avqust 2024cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 mart 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2024-cü il tarixli 183 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 aprel 2024-cü il tarixli 215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq, o, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və əqli gerilik xəstəliyindən əziyyət çəkmir. O, hadisəni törədən zaman ruhi-xəstəlik keçirmədiyindən o, öz hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə 779,80 qram narkotik vasitə qurudulmuş marixuana və 1249,800 qram narkotik vasitə heroin maddi sübut hesab olunmuş və saxlanılması üçün Mingəçeçir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin və 146-cı bəndinə əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 1249,800 qram narkotik vasitə heroin və 779,80 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 103,65 (yüz üç manat altmış beş qəpik) manat və 30,60 (otuz manat altmış qəpik) manat olmaqla, ümumilikdə 134,25 (yüz otuz dörd manat iyirmi beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Məhkəmə eyni zamanda qeyd olunmasını zəruri hesab edir ki, 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin tədqiq edilməsi ilə bağlı çəkilmiş və bununla bağlı tərtib olunmuş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 30 mart 2024-cü il tarixli 3-16-16-2-17/323 nömrəli rəyinə əsasən, 30,60 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci isə Təqsirləndirilən şəxs məhkəməyə verildiyi CM-in 234.4-1-ci maddəsinin istintaqı ilə bağlı deyil, sonuncunun üzərindən aşkar olunmuş soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağının tədqiq edilməsi ilə bağlı çəkilmiş və bununla bağlı tərtib olunmuş məhkəmə-ballistik ekspertizasının 31 mart 2024-cü il tarixli 3-16-16-2-17/324 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur və sonradan sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2024-cü il tarixli qərara əsasən həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs barəsində CM-in 228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, Təqsirləndirilən şəxs təqsirsiz sayıldığı hissədə 30,60 (otuz manat altmış qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 1249,800 qram narkotik vasitə heroin və 779,80 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün, Təqsirləndirilən şəxs təqsirsiz sayıldığı hissədə 30,60 (otuz manat altmış qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar