Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-225/2025 11.03.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X20, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Ölmüş zərərçəkmiş şəxslər X2 və X18 hüquqi varisi X10 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, tələbə, subay, ünvan 1 ünvanda yaşamış, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-2107» markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən, adsız küçəyə dönüb, oradan Şəfa küçəsi istiqamətində hərəkətini davam etdirərkən, həmin adsız küçənin Samux küçəsi ilə kəsişməsində yerləşən və adsız küçəni Şəfa küçəsi ilə birləşdirən yol ayrıcına çatarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanı) tələbini pozaraq, sürücü həmin maddənin tələbinə əsasən üstünlük nişanları yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini gözləməli olduğu halda, Qanunun bu tələbinə əməl etməyərək Samux küçəsində yolun hərəkət hissəsinə çıxıb Şəfa küçəsi istiqamətində hərəkətini davam etdirməkdə olarkən Samux küçəsi ilə düz istiqamətdə hərəkətdə olan və şəhərin H.Əliyev prospektini Samux küçəsi ilə birləşdirən adsız küçə ilə Samux küçəsinin kəsişdiyi yol ayırıcının yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, yəni həmin maddənin tələblərinə əsasən yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini 60 km/saat sürətdən yüksək sürətlə hərəkət etdirməməli olduğu halda, Qanunun bu tələbinə əməl etməyərək yolda avtomobili 100 km/saat sürətdən artıq sürətlə hərəkət etdirən sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi «X29» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkər hissəsindən idarə etdiyi avtomobilin qabaq sağ qanad hissəsi ilə vurmuş, avtomobillərin toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi «X29» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirib, yolun hərəkət hissəsi ilə sürüşərək yolun sol tərəfində yerləşən ehtiyyat torpaq sahəsində olan elektrik dirəyinə bərkidilmiş dəmir naqilə dəyərək aşmış və «X29» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərnişin qismində gedən X3 həyatla bir araya sığmayan, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan başın sağ yarısının və üz sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyin maddəsinin dağılması (evakuasiya), sağ said sümüklərinin qapalı yerdəyişən sınıqları xəsarətləri, azyaşlı X21 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan açıq kəllə beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq sınıqları, baş beyin maddəsinin əzilməsi, baş beyinə qansızma, hər iki körpücük və sağ bazu sümüklərinin qapalı sınıqları xəsarətləri, Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyan sol 2-3-4-cü qabırğaların qapalı sınıqları xəsarətləri, Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyan sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı xəsarəti, Zərərçəkmiş şəxs3 yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan qapalı kəllə-beyin travması, 4-5-6-cı boyun fəqərələrinin cisminin sınıqları, 8-ci döş fəqərəsinin cisminin sınığı, çanaq sümüklərinin qapalı çoxsaylı yerdəyişən sınığı xəsarəti, Zərərçəkmiş şəxs4 yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan sol tərəfli hematoraksla müşayiət olunan sol 6-cı qabırğanın qapalı sınığı, sağ 3-4-cü qabırğaların sınığı, döş sümüyünün və 12-ci döş fəqərəsinin qapalı sınığının əmələ gəlməsi ilə nəticələnən, ehtiyyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 baş-beynin maddəsinin əzilib-dağılmasından xx.xx.2024-cü il tarixdə hadisə yerində, X26 isə baş-beynin diffuz travmasından xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ölmüşlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə ayın 2dən 3-nə keçən gecə baş vermişdir. O, özü tələbədir. Ancaq qardaşı onkoloji xəstə olduğu üçün gecələri taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisə günü gecə saat 12 radələrində taksi fəaliyyəti ilə məşğul olurmuş. Dostu da yanında olmuşdur. Həmin vaxt taksi sifarişi almışdır. Sifarişi verən cavan oğlan olmuşdur. Onu maşına əyləşdirib yola çıxmışdır. Hadisə olan yerə yaxın ərazidə “Stop” işarəsini görüb sürətini tam azaltmış və uzaqdan maşın gəldiyini görmüşdür. Yavaş-yavaş maşını qabağa doğru hərəkət etdirmişdir. Bir anda nəyəsə dəydiyini hiss etmişdir. Ancaq nəyə dəydiyini bilməmişdir. Onun maşını yerində çevrilmişdir. Bundan sonra maşından düşmüşdür. Digər maşının aşdığını görüb, dərhal həmin tərəfə qaçmışdır. Bir-iki nəfərə kömək etmişdir. Rəhmətə gedənləri görmüşdür. Bundan sonrasını xatırlamır. Daha sonra onu narkoloji şöbəyə aparmışlar. Test verdikdən sonra isə onu polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, sürücülük vəsiqəsi vardır. Hadisə vaxtı ikinci dərəcəli yoldan əsas yola çıxırmış. Həmin ərazidə “Stop” işarəsi olmuşdur. “Stop” işarəsini görüb sürətini tam azaltmışdır. Əsas yola saatda 10 kilometr sürətlə çıxmışdır. Əslində “Stop” işarəsini görüb tam dayanmalı imiş, ancaq “Stop” işarəsi biraz aralıda olmuşdur. O, maşını biraz irəli sürməli imiş ki, qarşıdan gələn maşını tam aydın şəkildə görə bilsin. “Vito” maşın ondan xeyli aralıda olmuşdur. Düşünməmişdir ki, o, yüksək sürətlə gələr. O, “Vito” markalı maşını görmüşdür. Həmin maşın ondan çox aralıda olmuşdur. 3 zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Həmin vaxt maneəsiz “Stop” işarəsini keçib gedəcəyini düşünmüşdür. O, “Stop” işarəsini keçdikdən az müddət sonra qəza baş vermişdir. O, digər maşının sürətini artırdığını görməmişdir. “Vito” maşının sürəti yüksək olmuşdur. Onun sürəti saatda 100 kilometrdən artıq olmuşdur. Çünki o, həmin maşını uzaq məsafədə görmüşdür. Onun az sürətlə ona çatması mümkün deyilmiş. Ona görə hesab edir ki, “Vito” maşının sürəti olduqca yüksək olmuşdur. “Stop” işarəsinə qədər saatda 30-40 kilometr sürətlə hərəkət edirmiş. “Stop” işarəsindən 2-3 metr irəli çıxmaq lazım imiş ki, qarşıdan gələn maşını aydın şəkildə görə bilsin. O, “Stop” işarəsinə çatan zaman “Vito” maşın yanacaqdoldurma məntəqəsi tərəfdə olmuşdur. O, “Stop” işarəsindən biraz irəli getmişdir ki, qəza baş vermişdir. “Stop” xəttində maşını tam dayanmamışdır. “Stop” xəttinə yaxınlaşan zaman “Vito” maşını təxminən 200-250 metr uzaqlıqdan görmüşdür. Həmin maşın ondan çox aralıda olmuşdur. “Vito” maşını gördüyü andan hərəkətə davam etmişdir. Onun sürəti çox aşağı olmuşdur. Onun maşınının qabaq hissəsi, “Vito” maşının arxa hissəsinə dəymişdir. O, “Vito” maşının onun idarə etdiyim maşına necə dəydiyini görməmişdir. Sadəcə dəymə səsini eşitmiş və onun maşını yerində dönmüşdür. Maşının qabaq hissəsini əsas yola çıxaran kimi qəza baş vermişdir. “Vito” maşının işıqları zəif vururmuş. Eyni zamanda ondan çox uzaqda olmuşdur. Onun yüksək sürətlə hərəkət etdiyini anlamamışdır. Maşınının “Vito” maşına necə dəydiyini görə bilməmişdir. Hadisə günü içkili olmamışdır. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslərin hüquqi varisi qismində dindirilmiş X15 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ailə üzvləri yəni mərhum həyat yoldaşı Həbliyeva Yasəmən və mərhum oğlu Həbliyev Adəmlə birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə gəlmək istəmişdir. O, bunun üçün telefonunun kontaktında olan “Vito” sürücüsü ilə əlaqə saxlamış, lakin həmin şəxs ona yer olmadığını bildirmişdir. Bundan təxminən bir necə saat sonra yəni 22:09-da Bakı şəhərində olan zaman əvvəllər tanımadığı adını soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs4 ona zəng edərək, Mingəçevir şəhərinə getmək istəməsini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 ilə telefon danışığı zamanı ona idarə etdiyi avtomobildə 2 nəfər üçün boş yer olmasını, həmçinin təxminən 30 dəqiqə avtovağzal ərazisində gözləyəcəyini və əgər yaxın ərazidədirsə gəlməsini söyləmişdir. O da Zərərçəkmiş şəxs4 fikri ilə razılaşaraq gələcəyini söyləmişdir. Zərərçəkmiş şəxs4 ona 22:19-da yenidən zəng edərək çatması ilə bağlı sual vermiş, o da təxminən 15-20 dəqiqəyə çatacağını bildirmişdir. Zərərçəkmiş şəxs4 dediyi kimi danışıqlarından təxminən 15-20 dəqiqə sonra o, mərhum həyat yoldaşı Həbliyeva Yasəmən və mərhum oğlu Həbliyev Adəmlə birlikdə Bakı şəhəri Beynəlxalq Avtovağzal ərazisinə çatmışlar. Onlar ora çatdıqdan sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobilin yanına getmişlər. Onlar avtomobilin yanına çatdıqda Zərərçəkmiş şəxs4 onu və ailə üzvlərini avtomobilin arxa sərnişin hissəsində əyləşdirmişdir. Belə ki, mərhum həyat yoldaşı Yasəmən Həbliyeva avtomobilin arxa hissəsində sol tərəfdə, qucağında mərhum oğlu Adəm, o isə mərhum həyat yoldaşının yanında, ondan sağ tərəfdə isə tanımadığı sərnişin əyləşmişdir. Onlar əyləşdikdən təxminən bir neçə dəqiqə sonra, yəni 22:45 radələrində Zərərçəkmiş şəxs4 avtomobil ilə avtovağzal ərazisindən hərəkətə başlamışdır. Hərəkətə başladıqdan təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs4 sərnişinlərin təbii ehtiyaclarını ödəmək, eyni zamanda müəyyən müddət dincəlmək üçün idarə etdiyi X29 markalı avtomobili Kürdəmir rayonu ərazisində saxlamışdır. Bundan təxminən 15-20 dəqiqə sonra onlar yenidən hərəkətə başlamışlar. Təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobili Yevlax rayonu Xaldan dairəsi adlanan ərazidə saxlamış və avtomobildə olan sərnişinlərdən biri həmin ərazidə düşmüşdür. Zərərçəkmiş şəxs4 yenidən avtomobili hərəkətə gətirərək Mingəçevir şəhəri istiqamətinə hərəkətə başlamışdır. Onlar Mingəçevir şəhəri “Ala qapı” adlanan yerə çatanda Zərərçəkmiş şəxs4 sərnişinlərə kim harda düşəcək deyə sual vermişdir. Onların qarşısında əyləşən iki nəfər sərnişin Zərərçəkmiş şəxs4 bu sualından sonra Mingəçevir şəhəri ərzisində yerləşən Şuşa restoranın qarşısında düşəcəklərini bildirmişlər. Buna görə də, Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri ərazisinə girdikdən sonra hərəkətini Heydər Əliyev prospekti ilə deyil Samux küçəsi ilə davam etdirmişdir. Zərərçəkmiş şəxs4 Samux küçəsi ilə hərəkətini davam etdirən zaman başqa nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs4 nəqliyyat vasitəsinə dəymişdir. Toqquşmadan sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobil Samux küçəsi ilə təxminən bir neçə metr düz hərəkət edəndən sonra sürüşərək yolun sol kənarında yerləşən mane dəyərək 6-7 dəfə fırlanaraq yolun sol kənarında olan otluq ərazidə dayanmışdır. Avtomobil fırlanan zaman onun baş və bədəninin müxtəlif nahiyələri avtomobilin içərisində müxtəlif künçlərə dəymişdir. Həmin vaxt yəni avtomobil fırlanan zaman avtomobilin yük qapısı açıldığı üçün o, avtomobildən çölə düşmüşdür. Bundan sonra o, özünü toparlayıb avtomobilə tərəf qaçmışdır. İlkin növbədə avtomobilin arxa hissəsinə baxaraq mərhum oğlu Adəmi axtarmağa başlamışdır. Oğlunu tapmadıqda “uşaq hanı” “uşaq hanı” deyə qışqırmışdır. Bundan sonra avtomobilin arxa hissəsinə keçərək yenidən oğlunu və həyat yoldaşını axtardıqda onları tapmayaraq avtomobilin yan tərəfinə gəlmişdir. Avtomobilin yan tərəfindən təxminən 5-10 metr kənarda mərhum həyat yoldaşının yerdə uzanıqlı vəziyyətdə olmasını görüb ona yaxınlaşmışdır. Onun yanına çatdıqda yoldaşının vəfat etdiyini görüb “öldü” “öldü” deyərək qışqırmağa başlamışdır. Bundan sonra iki nəfər şəxs qaçaraq onlara tərəf gəlmişlər. Həmin şəxslərdən biri onların yanına çatdıqda bu arada uşaq var deyərək qucağına götürmüşdür. O, qaçaraq həmin yerə getmişdir. Onların yanına çatdıqda mərhum oğlunun baş nahiyəsində qan olduğunu görmüşdür. Sonra həmin şəxs oğlunu tez bir zamanda avtomobilinə əyləşdirib şəhər xəstəxanasına aparmışdır. Həmin vaxt orada olan şəxslərdən biri əli ilə baş nahiyəsinə vuraraq “öldü” “öldü” deyərək qışqırmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşıları və təcili tibbi yardım maşını gəlmişdir. Daha sonra mərhum həyat yoldaşını tibbi yardım maşını ilə aparmışlar. Zərərçəkmiş şəxs4 Bakı şəhərindən Mingəçevir şəhərinə yəni Ala qapı adlanan əraziyə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili yüksək sürətlə idarə etmişdir. Hənçinin İsmayılov X13 şəhəri Ala qapı adlanan ərazidən hadisə baş verdiyi yerə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili yüksək sürətdən artıq sürətdə hərəkət etdirmişdir. O, yalnız Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobillə Samux küçəsində hərəkətdə olan zaman başqa nəqliyyat vasitəsinin onların hərəkətdə olduqları nəqliyyat vasitəsinə dəyməsini hiss etmişdir. Lakin toqquşmanın hansı şəraitdə baş verməsini görməmişdir. Yol-nəqliyyat hadisəsi baş verməzdən öncə o, avtomobilin içərisində avtomobilə aid siqnal səsi eşitməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindrilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 7 nəfər sərnişinlə birlikdə axşam saat 11-ə 15-20 dəqiqə işləmiş Bakı şəhərindən hərəkətə başlamışdır. Kürdəmirdə istirahət üçün 10 dəqiqə saxlamışdır. 10 dəqiqə istirahətdən sonra hərəkətə başlamışdır. Onun işi “Vito” markalı maşınla sərnişinləri evinə qədər çatdırmaq olmuşdur. Mingəçevir şəhərinə çatana yaxın kimin harada düşəcəyini soruşmuşdur. Bundan sonra yolun arxa hissəsi ilə hərəkətə davam etmişdir. Yol kəsişməsinə çatan vaxt anidən “vaz 21 07” markalı avtomobil idarə etdiyi “Vito” markalı avtomobilin arxa təkərindən vurmuşdur. Bundan sonra özündə olmamışdır. Burada demişlər ki, “Vito” 2 saata gəlmişdir. O, 11-ə 20 dəqiqə işləmiş Bakı şəhərindən çıxmışdır. Gecə saat 02 radələrində Mingəçevirə çatmışdır. Sürət həddi isə yüksək olmamışdır. Əgər elə olsaymış yol boyu radarlara düşərmiş. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, əsas yolla hərəkət edirmiş. Qarşıda Məhəmməd tərəfdə “Stop” işarəsi olmuşdur. Məhəmməd “Stop” işarəsini gözləməmiş və idarə etdiyi maşının arxa təkərindən vurmuşdur. Məhəmməd maşını sürətlə idarə etmişdir. Elə olmasaymış onun maşını aşmazmış. O, dövlət işində işləmişdir. 90-lıq yolda maşını 90-la sürmüşdür. 110-luq yolda isə 110-la sürmüşdür. Müstəntiqə demişdir ki, şəhərə girən vaxt sürəti 60-80 arası olmuşdur. Yol boyu maşını sürətlə hərəkət etdirdiyinə görə sərnişinlərdən ona irad gəlməmişdir. Çünki maşını aşağı sürətlə hərəkət etdirmişdir. Elə olmasaymış radara düşərmiş. Əlizamin Şuşa restoranının yanında düşəcəkmiş. Hadisənin olduğu yerlə Şuşa restoranının arasındakı məsafə təxminən 2-3 kilometrdir. Şəhərə girən vaxt sürəti 60-80 olmuşdur. “Vaz 21 07” markalı avtomobili 15-20 metr məsafədən görmüşdür. Çevrilən vaxt ani anda onun maşınını vurmuş və qəza baş vermişdir. “Vaz 21 07” markalı avtomobili gördüyü anla qəzanın baş vermə anı saniyə aralığındadır. Hadisə vaxtı döş qəfəsindən, qabırğasından və onurğasından xəsarətlər almışdır. Təqsirləndirilən şəxs barışıqla bağlı heç bir addım atmamışdır. Onun üzünü ilk dəfə məhkəmədə görmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçiydir. İbtidai istintaq zamanı dediyi bəzi sözlər dəyişdirilmişdir. “Vaz 21 07” markalı avtomobili 15-20 metr məsafədən görmüşdür. Bakı şəhərindən 11-ə 20 dəqiqə işləmiş çıxmışdır. Gecə saat 2-ə qalmış qəzaya düşmüşdür. Kürdəmirdə 10 dəqiqə dayanmış, çox dayanmamışdır. Xaldanda bir nəfər düşürmüşdür. Kürdəmirdə 2 nəfər düşmüşdür. Yolda yanacaqdoldurma məntəqəsinə girmişdir. Maşına 15 manatlıq dizel yanacaq tökmüşdür. Amilə qəzadan əvvəl maşını sürətləndirməyi barədə heç nə deməmişdir. Xəstəxanada yatan vaxt Amil yanına gəlmiş və ona “Sənə nə kömək edə bilərəm?” demiş, o da ona demişdir ki, heç nə lazım deyil, yasını yola versin. Amil də onun bu işdə günahının olmadığını bildirmişdir. Yüksək sürətlə bağlı ona heç kim irad bildirməmişdir. “Vaz 21 07” markalı avtomobili 15-20 metr məsafədən görmüşdür. Onu gördükdən saniyələr sonra qəza baş vermişdir. Qəza anidən baş vermişdir. Onun sürət həddi çox olmamışdır. “Vaz 21 07” markalı avtomobili gördükdən 1-2 saniyə sonra anidən qəza baş vermişdir. O, başını çevirən anda 07 maşın onun idarə etdiyi maşına dəymişdir. Əyləcə basa bilməmişdir. Çünki 07 maşın onun idarə etdiyi maşına dəydiyi an özünü itirmişdir. O, əsas yolla hərəkət etmişdir. Qarşıda Məhəmməd tərəfdə “Stop” işarəsi olmuşdur. O, keçən vaxt Məhəmməd “Stop” işarəsini gözləməmiş və idarə etdiyi maşının arxa təkərindən vurmuşdur. “Stop” işarəsi ilə toqquşma olan yer arasındakı məsafə təxminən 15 metr civarındadır. Sürəti 60-80 aralığında olmuşdur. “Vaz 21 07” markalı avtomobili 15-20 metr məsafədən görmüşdür. “Vaz 21 07” markalı avtomobili 15- 20 metr məsafədən gördüyünü müstəntiqə deməmişdir. Çünki ağır vəziyyətdə olmuşdur. “Vaz 21 07” markalı avtomobil maşına dəyən kimi huşunu itirmişdir. Ona görə əyləcə basmamışdır. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintintaq zamanı verdiyi ifadəsi arasından ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, X29 markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomibili idarə edir. Həmçinin, avtomobili idarə etmək hüququ verən “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2011-ci ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin İİ Mühafizə taborunda hərbi xidmətdədir və həmin taborda sürücü vəzifəsində xidmət edir. Həmçinin həmin avtomobillə sərnişin daşıyır. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri dairəsi adlanan ərazidən 7 nəfər sərnişin ilə birlikdə Mingəçevir şəhərinə yola düşmüşdür. Hərəkətə başladıqdan təxminən bir neçə saat sonra o, sərnişinlərin təbii ehtiyaclarını ödəmək, eyni zamanda müəyyən müddət dincəlmək üçün idarə etdiyi X29 markalı avtomobili Kürdəmir rayonu ərazisində saxlamışdır. Kürdəmir rayonu ərazisində sərnişinlərdən bəziləri avtomobildən düşmüş, digərləri isə avtomobildə qalmışlar. Bundan təxminən 15-20 dəqiqə sonra o yenidən hərəkətə başlamışdır. Təxminən bir neçə saat sonra o, idarə etdiyi X29 markalı avtomobili Yevlax rayonu Xaldan dairəsi adlanan ərazidə saxlamış və avtomobildə olan sərnişinlərdən biri həmin ərazidə düşmüşdür. O, yenidən avtomobili hərəkətə gətirərək Mingəçevir şəhəri istiqamətinə hərəkətə başlamışdır. Mingəçevir şəhəri “Ala qapı” adlanan yerə çatanda o, sərnişinlərə kim harda düşəcək deyə sual vermişdir. Həmin vaxt sərnişinlərdən biri onun sualından sonra Mingəçevir şəhəri ərzisində yerləşən Şuşa restoranın qarşısında düşəcəyini bildirmişdir. Buna görə də o, Mingəçevir şəhəri ərazisinə girdikdən sonra hərəkətini Heydər Əliyev prospekti ilə deyil Samux küçəsi ilə davam etdirmişdir. Samux küçəsində yerləşən Socar yanacaq dolduma məntəqəsini keçdikdən sonra H.Əliyev prospektini Samux küçəsi ilə birləşdirən adsız küçədən nəqliyyat vasitəsinin çıxdığını görmüşdür. Həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsini 80 km/saat sürətlə hərəkət etdirmişdir. Yol ayrıcından çıxan nəqliyyat vasitəsinin dayanacağını görüb, sürətini aşağı salmadan və qabaqlayıcı tədbir görmədən hərəkətini davam etdirmişdir. O, idarə etdiyi avtomobillə yol ayrıcından çıxan Vaz 2107 markalı avtomobilin qarşısına çatdıqda həmin nəqliyyat vasitəsinin qabaq sağ tərəfi onun idarə etdiyi avtomobilin arxa sol təkərinə dəymişdir. Bu zaman o, idarə etməni itirdiyi üçün nəqliyyat vasitəsi təxminən 30 metrdən artıq məsafədə yolun hərəkət hissəsi ilə sürüşərək, yolun kənarında sol tərəfdə yerləşən işıq dirəyinə bərkidilmiş dəmir naqilə dəyməsi nəticəsində 2 dəfə aşaraq otluq sahədə dayanmışdır. İdarə etdiyi avtomobil aşaraq dayandıqdan sonra o, huşunu itirmişdir. Özünə gəldikdə isə həmin yerə təcili tibbi yardım və polis maşınların gəldiyini və onu şəhər xəstəxanasına aparmaqlarını xatırlayır. Hadisə baş verən zaman hərəkəti 80 km/saat sürət olmuşdur. O, Bakı şəhərindən Mingəçevir şəhərinə gələn zaman, eyni zamanda Ala qapı adlanan ərazidən hadisə baş verən məsafəyə qədər olan məsafəni yüksək sürətlə deyil, müəyyən olunmuş sürət hədlərinə uyğun idarə etmişdir. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Həmin vaxt, onunla əks və eni istiqamətdə olan hərəkət zolağında avtomaşınlar olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra idarə etdiyi avtomobilə ümümumilikdə ziyan dəymişdir. Hadisə baş verən zaman onun idarə etdiyi avtomobildə sərnişinlərə məxsus əl çantaları olmuş və ondan başqa 6 nəfər sərnişin olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişinlərdən adını və soyadını sonradan bildiyi Yəsamən Həbliyeva aldığı xəsarətlərdən hadisə yerində ölmüş, Həbliyev Adəm isə aldığı xəsarətlərdən şəhər xəstəxanasında ölmüşdür. O, daxil olmaqla avtomobildə olan digər sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Yol nəqliyyat hadisəsi baş verən zaman idarə etdiyi X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsi baş verən zaman o, hərəkəti üçün təhlükəli anı yəni Vaz 2107 markalı **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkətdə olduğu yola çıxma anını 15 metr məsafədən görmüşdür. Hadisədən öncə onun idarə etdiyi avtomobil ilə toqquşan digər avtomobilin yol ayrıcından çıxaraq onun hərəkətdə olduğu Samux küçəsinə dogru hərəkətini davam etdirdiyini görsə də, həmin avtomobilin sürücüsünün onun hərəkətinə yol verəcəyini düşüdüyü üçün hadisənin qarşısını ala bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindrilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə gəlmək istəmişdir. Onlar Bakı şəhərində olarkən saat təxminən 21 radələrində Mingəçevir şəhərinə gəlmək üçün həyat yoldaşı tanışı Elçin adlı şəxsə telefon zəngi etmişdir. Elçin adlı şəxslə yoldaşının telefon danışıqları zamanı Elçin həyat yoldaşına zəng gələcəyini, həmin zəng edən şəxsin Bakı şəhərində olduğunu və onun idarə etdiyi avtomobillə gəlməklərini söyləmişdir. Həyat yoldaşı Elçinlə danışığını bitirdikdən təxminən 10-15 dəqiqə sonra adını və soyadını sonradan bildikləri Zərərçəkmiş şəxs4 yoldaşı Əlizaminə zəng edərək, Mingəçevir şəhərinə getmək istədiklərini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 ilə yoldaşı Əlizaminin telefon danışığı zamanı yoldaşı Elgizə, onun və özü üçün iki nəfərlik yer saxlatmasını, həmçinin haradan minəcəkləri ilə bağlı sual vermişdir. Zərərçəkmiş şəxs4 yoldaşı Əlizaminə Bakı şəhəri Biləcəri dairəsi adlanan yerdə olduğunu söyləmişdir. Bundan təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs4 dediyi ünvanda yəni Bakı şəhəri Biləcəri dairəsi adlanan yerə çatmışlar. Onlar ora çatdıqdan sonra Zərərçəkmiş şəxs4 onları qarşılamış və onları idarə etdiyi X29 markalı avtomobilin orta yəni sürücünün arxa hissəsində əyləşdirmişdir. Belə ki, o, yoldaşı Əlizaminin sol tərəfində, onun sol tərəfində isə tanımadıqları xanım sərnişin əyləşmişdir. Onlar əyləşdikdən təxminən bir neçə dəqiqə sonra, yəni 22:45 radələrində Zərərçəkmiş şəxs4 avtomobil ilə avtovağzal ərazisindən hərəkətə başlamışdır. Hərəkətə başladıqdan təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs4 sərnişinlərin təbii ehtiyaclarını ödəmək, eyni zamanda müəyyən müddət dincəlmək üçün idarə etdiyi X29 markalı avtomobili Kürdəmir rayonu ərazisində saxlamışdır. Kürdəmir rayonu ərazisində yoldaşı Əlizamin avtomobildən düşərək özü və onun üçün su alaraq yenidən avtomobilə qayıtmışdır. Bundan təxminən 15-20 dəqiqə sonra onlar yenidən hərəkətə başlamışlar. Təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobili Yevlax rayonu Xaldan dairəsi adlanan ərazidə saxlamış və avtomobildə olan sərnişinlərdən biri həmin ərazidə düşmüşdür. Zərərçəkmiş şəxs4 yenidən avtomobili hərəkətə gətirərək Mingəçevir şəhəri istiqamətinə hərəkətə başlamışdır. Onlar Mingəçevir şəhəri “Ala qapı” adlanan yerə çatanda Zərərçəkmiş şəxs4 sərnişinlərə kim harda düşəcək deyə sual vermişdir. Həmin vaxt yoldaşı Əlizamin Zərərçəkmiş şəxs4 bu sualından sonra Mingəçevir şəhəri ərzisində yerləşən Şuşa restoranın qarşısında düşəcəklərini bildirmişdir. Buna görə də, Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri ərazisinə girdikdən sonra hərəkətini Heydər Əliyev prospekti ilə deyil Samux küçəsi ilə davam etdirmişdir. Zərərçəkmiş şəxs4 Samux küçəsi ilə hərəkətini davam etdirən zaman başqa nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs4 nəqliyyat vasitəsinə dəymişdir. Toqquşmadan sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobil Samux küçəsi ilə təxminən bir neçə metr sürüşərək yolun sol kənarında yerləşən maneəyə dəyib fırlanmağa başlamışdır. Həmin vaxt yəni avtomobil fırlanan zaman o, aldığı zərbələrdən dolayı huşunu itirmişdir. Gözünü açdıqda avtomobil aşmış vəziyyətdə dayanmışdı. Özünü toparlayıb ətrafa göz gəzdirdikdə yoldaşı Əlizaminin yanımda olmadığını görüb onu səsləməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra yoldaşının avtomobilə yaxınlaşdığını görmüşdür. Yoldaşı avtomobilə yaxınlaşdıqdan sonra əlindən tutaraq onu çölə çıxartmışdır. Yoldaşı onu çölə çıxartdıqdan sonra onu kənarda otuzdurmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşıları və təcili tibbi yardım maşını gəlmişdir. Daha sonra onu və həyat yoldaşını təcili tibbi yardım maşını ilə şəhər xəstəxnasına aparmışlar. Zərərçəkmiş şəxs4 Bakı şəhərindən Mingəçevir şəhərinə yəni Ala qapı adlanan əraziyə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili yüksək sürətlə idarə etmişdir. Həmçinin İsmayılov X13 şəhəri Ala qapı adlanan ərazidən hadisə baş verdiyi yerə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili yüksək sürətdən artıq sürətdə hərəkət etdirmişdir. O, yalnız Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobillə Samux küçəsində hərəkətdə olan zaman başqa nəqliyyat vasitəsinin bizim hərəkətdə olduqları nəqliyyat vasitəsinə dəyməsini hiss etmişdir. Lakin toqquşmanın hansı şəraitdə baş verməsini görməmişdir. Yolnəqliyyat hadisəsi baş verməzdən öncə o, avtomobilin içərisində avtomobilə aid siqnal səsi eşitməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindrilmiş Zərərçəkmiş şəxs3 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Mingəçevir şəhərinə gəlmək istəmişdir. O, Bakı şəhərində olarkən saat təxminən 21 radələrində Mingəçevir şəhərinə gəlmək üçün oğlu Elgünə telefon zəngi edərək, Bakı şəhərindən Mingəçevir şəhərinə gəlməyi üçün avtomobil tapmasını söyləmişdir. Telefon danışıqlarını bitirdikdən təxminən bir neçə dəqiqə sonra oğlu Elgün ona yenidən zəng edərək ona adını və soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs4 telefon nömrəsini verərək sonuncu ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs4la əlaqə saxlamış və ona Mingəçevir şəhərinə getməyi üçün bir nəfər üçün yer saxlatmasını söyləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 ilə telefon danışıqları zamanı sonuncuya haradan minəcəyi ilə bağlı sual vermişdir. Zərərçəkmiş şəxs4 ona Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yerləşən “Bizim Dönər” adlı kafenin qarşısında olduğunu söyləmişdir. Bundan təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs4 dediyi ünvana yəni Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yerləşən “Bizim Dönər” adlı kafenin qarşısına çatmışdır. O, ora çatdıqdan sonra Zərərçəkmiş şəxs4 onu qarşılamış və idarə etdiyi X29 markalı avtomobilin arxa hissəsində əyləşdirmişdir. Belə ki, ondan sol tərəfdə iki nəfər qadın və kişi sərnişinlər əyləşmişdi. Qadın sərnişinin qucağında isə bir nəfər azyaşlı uşaq əyləşmişdi. Onlar əyləşdikdən təxminən bir neçə dəqiqə sonra, yəni 22:45 radələrində Zərərçəkmiş şəxs4 avtomobil ilə avtovağzal ərazisindən hərəkətə başlamışdır. Hərəkətə başladıqdan təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs4 sərnişinlərin təbii ehtiyaclarını ödəmək, eyni zamanda müəyyən müddət dincəlmək üçün idarə etdiyi X29 markalı avtomobili Kürdəmir rayonu ərazisində saxlamışdır. Kürdəmir rayonu ərazisində o, avtomobildən düşərək özü üçün kofe alaraq yenidən avtomobildə əyləşmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra onlar yenidən hərəkətə başlamışdır. Təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobili Yevlax rayonu Xaldan dairəsi adlanan ərazidə saxlamış və avtomobildə olan sərnişinlərdən biri həmin ərazidə düşmüşdür. Zərərçəkmiş şəxs4 yenidən avtomobili hərəkətə gətirərək Mingəçevir şəhəri istiqamətinə hərəkətə başlamışdır. Onlar Mingəçevir şəhəri “Ala qapı” adlanan yerə çatanda Zərərçəkmiş şəxs4 sərnişinlərə kim harda düşəcək deyə sual vermişdir. Həmin vaxt orta hissədə əyləşən tanımadığı şərnişinlərdən biri Mingəçevir şəhəri ərzisində yerləşən Şuşa restoranın qarşısında düşəcəklərini bildirmişdir. Buna görədə Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri ərazisinə girdikdən sonra hərəkətini Heydər Əliyev prospekti ilə deyil Samux küçəsi ilə davam etdirmişdir. Zərərçəkmiş şəxs4 Samux küçəsi ilə hərəkətini davam etdirən zaman başqa nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs4 nəqliyyat vasitəsinə dəymişdir. Toqquşmadan sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobil Samux küçəsi ilə təxminən bir neçə metr sürüşərək yolun sol kənarında yerləşən maneəyə dəymişdir. Avtomobil maneəyə dəydikdən sonra o, huşunu itirmişdir. O, özünə gəldikdə avtomobildən çölə düşdüyünü görmüşdür. Avtomobildən düşdükdən sonra zərbədən yerdə olduğunu hiss etmişdir. Ətrafa baxdıqda avtomobilin aşmış vəziyyətdə ondan bir neçə metr aralıda olmasını görmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşıları və təcili tibbi yardım maşını gəlmişdir. Daha sonra onu tibbi yardım maşını ilə şəhər xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs4 Bakı şəhərindən Mingəçevir şəhərinə yəni Ala qapı adlanan əraziyə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili hansı km/saat surətlə hərəkət etdirdiyini bilmir. Həmçinin İsmayılov X13 şəhəri Ala qapı adlanan ərazidən hadisə baş verdiyi yerə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili hansı km/saat surətlə hərəkət etdirdiyini bilmir. O, yalnız Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobillə Samux küçəsində hərəkətdə olan zaman başqa nəqliyyat vasitəsinin onların hərəkətdə olduqları nəqliyyat vasitəsinə dəyməsini hiss etmişdir. Lakin toqquşmanın hansı şəraitdə baş verməsini görməmişdir. Yol-nəqliyyat hadisəsi baş verməzdən öncə o, avtomobilin içərisində avtomobilə aid siqnal səsi eşitməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindrilmiş Zərərçəkmiş şəxs2 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs1 birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə gəlmək istəmişdir. O, Bakı şəhərində olarkən saat təxminən 21 radələrində Mingəçevir şəhərinə gəlmək üçün tanışı Elçin adlı şəxsə telefon zəngi etmişdir. Telefon danışıqları zamanı Elçin ona, zəng gələcəyini, həmin zəng edən şəxsin Bakı şəhərində olduğunu və onun idarə etdiyi avtomobillə gəlməsini söyləmişdir. O, Elçinlə danışığını bitirdikdən təxminən 10-15 dəqiqə sonra əvvəllər tanımadığı adını , soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs4 ona zəng edərək, Mingəçevir şəhərinə getmək istəməsini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 ilə telefon danışıqları zamanı Zərərçəkmiş şəxs4, özü və həyat yoldaşı üçün iki nəfərlik yer saxlatmasını, həmçinin haradan minəcəkləri ilə bağlı sual vermişdir. Zərərçəkmiş şəxs4 ona Bakı şəhəri Biləcəri dairəsi adlanan yerdə olduğunu söyləmişdir. Bundan təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs4 dediyi ünvanda yəni Bakı şəhəri Biləcəri dairəsi adlanan yerə çatmışlar. Onlar ora çatdıqdan sonra Zərərçəkmiş şəxs4 onları qarşılamış və idarə etdiyi X29 markalı avtomobilin orta yəni sürücünün arxa hissəsində əyləşdirmişdir. Belə ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 onun sol tərəfində, onun( Zərərçəkmiş şəxs1) sol tərəfində isə tanımadıqları xanım sərnişin əyləşmişdir. Onlar əyləşdikdən təxminən bir neçə dəqiqə sonra, yəni 22:45 radələrində Zərərçəkmiş şəxs4 avtomobil ilə avtovağzal ərazisindən hərəkətə başlamışdır. Hərəkətə başladıqdan təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs4 sərnişinlərin təbii ehtiyaclarını ödəmək, eyni zamanda müəyyən müddət dincəlmək üçün idarə etdiyi X29 markalı avtomobili Kürdəmir rayonu ərazisində saxlamışdır. Kürdəmir rayonu ərazisində o, avtomobildən düşərək özü və yoldaşı üçün su alaraq yenidən avtomobildə əyləşmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra onlar yenidən hərəkətə başlamışlar. Təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobili Yevlax rayonu Xaldan dairəsi adlanan ərazidə saxlamış və avtomobildə olan sərnişinlərdən biri həmin ərazidə düşmüşdür. Zərərçəkmiş şəxs4 yenidən avtomobili hərəkətə gətirərək Mingəçevir şəhəri istiqamətinə hərəkətə başlamışdır. Onlar Mingəçevir şəhəri “Ala qapı” adlanan yerə çatanda Zərərçəkmiş şəxs4 sərnişinlərə kim harda düşəcək deyə sual vermişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs4 bu sualından sonra Mingəçevir şəhəri ərazisində yerləşən Şuşa restoranın qarşısında düşəcəklərini bildirmişdir. Buna görə də, Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri ərazisinə girdikdən sonra hərəkətini Heydər Əliyev prospekti ilə deyil Samux küçəsi ilə davam etdirmişdir. Zərərçəkmiş şəxs4 Samux küçəsi ilə hərəkətini davam etdirən zaman başqa nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs4 nəqliyyat vasitəsinə dəydi. Toqquşmadan sonra Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı avtomobil Samux küçəsi ilə təxminən bir neçə metr sürüşərək yolun sol kənarında yerləşən mane dəyib fırlanmağa başlamışdır. Həmin vaxt yəni avtomobil fırlanan zaman o, aldığı zərbələrdən dolayı huşunu itirmişdir. Gözünü açdıqda avtomobil aşmış vəziyyətdə dayanmışdır. Özünü toparlayıb avtomobilin pəncərəsindən çölə çıxmışdır. Çölə çıxdıqdan sonra avtomobildən bir neçə metr uzaqlaşıb ətrafa göz gəzdirmişdir. Həmin vaxt yoldaşı onu səsləyirmiş. O, bundan sonra avtomobilə yaxınlaşıb yoldaşının əlindən tutaraq çölə çıxartmışdır. Yoldaşını çölə çıxartdıqdan sonra onu kənarda otuzdurmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşıları və təcili tibbi yardım maşını gəlmişdir. Daha sonra onu və həyat yoldaşını tibbi yardım maşını ilə aparmışlar. Zərərçəkmiş şəxs4 Bakı şəhərindən Mingəçevir şəhərinə yəni Ala qapı adlanan əraziyə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili yeksək sürətlə idarə etmişdir. Həmçinin İsmayılov X13 şəhəri Ala qapı adlanan ərazidən hadisə baş verdiyi yerə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili100 km/saat sürətdən artıq sürətdə hərəkət etdirmişdir. O, yalnız Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobillə Samux küçəsində hərəkətdə olan zaman başqa nəqliyyat vasitəsinin onların hərəkətdə olduqları nəqliyyat vasitəsinə dəyməsini hiss etmişdir. Lakin toqquşmanın hansı şəraitdə baş verməsini görməmişdir. Yol-nəqliyyat hadisəsi baş verməzdən öncə o, avtomobilin içərisində avtomobilə aid siqnal səsi eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun zamandır ki, dostluq münasibəti vardır. Belə ki, xx.xx.2024-cü il tarixdə dostu Məhəmmədin idarə etdiyi VAZ 2107 markalı **-HH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə şəhər ərazisində gəzərkən, həmin vaxt, yəni təxminən saat 01 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsi ilə Nərimanov küçəsinin kəsişməsində hərəkətdə olan zaman Məhəmmədin telefonunda olan “Bolt” proqramından müştəri sifarişi daxil olmuşdur. Məhəmməd ilk öncə həmin daxil olan sifarişi qəbul edib, müştəri ilə yazışma vasitəsilə əlaqə yaratmışdır. Müştərinin yanına getməzdən əvvəl avtomobilində onun olmasını müştəriyə bildirmişdir. Müştəri isə bundan narahat olmamasını Məhəmmədə bildirərək gəlməsini söyləmişdir. Bundan sonra o və Məhəmməd müştərinin olduğu yerə, yəni Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən “Park House” adlı restoranının qarşısına getmişlər. Ora çatdıqdan təxminən bir neçə dəqiqə gözlədikdən sonra müştəri Məhəmmədin idarə etdiyi avtomobilə yaxınlaşaraq avtomobilin arxa salonunda əyləşmiş və onlar hərəkətə başlamışlar. Müştəri ilk öncə avtomobilə əyləşdikdən sonra bankomatdan pul çıxarmaq istəməsini bildirərək, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Uni Bank”a getmək istədiyini bildirmişdir. Onlar ora çatdıqda müştəri “Uni Bank”a quraşdırılmış bankomatdan pul çıxarmaq üçün avtomobildən düşmüşdür. Müştəri təxminən bir neçə dəqiqə sonra gələrək terminal vasitəsilə pul köçürmək istəməsini bildirmişdir. Müştəri, avtomobilə əyləşmədən Uni Bankın yaxınlığında olan marketə getmişdir. Məhəmməd də idarə etdiyi avtomobili həmin marketin qarşısına sürmüşdür. Müştəri işini bitirib gəldikdən sonra avtomobilə əyləşmiş və onlar hərəkətə başlamışlar. Məhəmməd müştərinin ev ünvanına getmək üçün H.Əliyev prospekti ilə hərəkətini davam etdirmişdir. H.Əliyev prospekti ilə hərəkətini davam etdirərək birinci Qaçqınlar Şəhərciyinə çatmamış sol yola yəni Samux küçəsinə tərəf dönmüşdür. Həmin yol ilə davam edib avtomobilin hərəkət sürətini təxminən 20-30 km/saat sürətə salmışdır. Məhəmməd Mingəçevir şəhəri, H.Əliyev prospektini Samux küçəsi ilə birləşdirən adsız küçədən Şəfa küçəsi istiqamətində hərəkətdə olarkən H.Əliyev prospektini Samux küçəsi ilə birləşdirən adsız küçə ilə Samux küçəsinin kəsişdiyi yol ayrıcına çatarkən sağ və sol tərəfə baxıb heç bir nəqliyyat vasitəsinin gəlmədiyini görüb hərəkətini dayandırmadan davam etdirmişdir. Həmin vaxt sağ tərəfdən yəni, Ala qapı istiqamətdən gələn hərəkətdə olan nəqliyyat vasitəsini görmədiyi üçün idarə etdiyi Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sağ tərəfdən yəni, həmin nəqliyyat vasitəsinin sol arxa hissəsindən dəymişdir. Toqquşmadan sonra Məhəmmədin idarə etdiyi avtomobilin arxa hissəsi çevrilmiş və yolun hərəkət hisəsində qalmışdır. Bundan sonra o, Məhəmməd və avtomobildə olan sərnişin avtomobildən düşmüşlər. O və Məhəmməd dərhal həmin nəqliyyat vasitəsinin yanına qaçmışlar. Belə ki, toqquşmadan sonra digər avtomobilin sürücüsü isə idarə etməni itirdiyi üçün, həmin avtomobil təxminən 40 metr məsafəyə qədər sürüşdükdən sonra Samux küçəsinin Kür çayının sol sahili istiqamətində yolun solunda yerləşən elektirik dirəyinə bərkidilmiş naqilə dəyib, aşaraq otluq ərazidə dayanmışdır. O və Məhəmməd avtomobilin yanına çatdıqda ilk öncə Məhəmməd aşmış vəziyyətdə olan maşının bir tərəfinə o isə digər tərəfinə keçmişdir. O həmin zaman maşının içərisində olan sərnişinlərdən birinin sürünərək avtomobildən çıxmaq istəməsini görüb ona kömək edərək avtomobildən çıxartmışdır. Bundan sonra ərtafa kömək etmək məqsədilə insalar toplaşmışdır. Təxminən bir neçə dəqiqə sonra təcili tibbi yardım gəlmiş və hadisə zamanı xəsarət alanları təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına aparmışlar. Orada olan zaman Məhəmməd dayısı Rəşada zəng edərək yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarına Məhəmməd özünü təqdim edərək yol nəqliyyat hadisəsi törətməsini bildirmişdir. Bundan sonra Məhəmməd polis əməkdaşları ilə birlikdə müayinə olunmaq üçün Mingəçevir şəhəri Rayonlararası Narkoloji Dispanserə getmişdir. Hadisə baş verən zaman o, nəqliyyat vasitəsinin içərisində sürücünün yanında əyləşmişdir. Onun bədənində xəsarəti olmadığından MTE-dan keçmək istəmir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Avtovağzal ərazisində olan zaman tanışına zəng edərək, Mingəçevir şəhərinə gəlmək istəməsini və onun üçün maşın tapmasını bildirmişdir. Tanışı həmin zaman ona nömrə verərək onunla əlaqə saxlamasını bildirmişdir. O da həmin nömrə ilə əlaqə saxlayaraq Bakı şəhəri Beynəlxalq Avtovağzal ərazisində olduğunu və haraya yaxınlaşacağını söyləmişdir. Bundan sonra o sürücünün olduğu yerə yaxınlaşmış və Mercedes Benz markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişdir. O, əyləşdikdən təxminən 30 dəqiqə sonra Mingəçevir şəhərinə yola düşmüşdür. Mingəçevir şəhərinə gələn zaman yuxusu gəldiyi üçün yatmaq qərarına gəlmişdir. Təxminən bir saat yatdıqdan sonra gözünü açdıqda avtomobilin içərisində fırlandığını görmüşdür. Həmçinin həmin vaxt avtomobilin içərisində olan sərnişinlər qışqırırmışlar. Bundan sonra o, huşunu itirmişdir. Təxminən 2-5 dəqiqə aralığnda həmin vəziyyətdə qaldıqdan sonra o, gözünü açaraq maşının içində tək olduğunu görmüşdür və avtomobilin qırıq olan pəncərəsindən sürünərək çölə çıxmışdır. Çölə çıxdıqdan sonra onun sol yanında bir nəfər cavan oğlanın qışqırmasını, sağa döndükdə isə yerdə üzü tanınmaz halda qadın meyiti görmüşdür. O, həmin zaman şok vəziyyətində ərtafa baxmışdır. Həmin vaxt ətrafda olan tanımadığı qadınlardan biri ona yaxınlaşaraq kömək etmək istəmişdir. Bundan başqa ətrafdakı insanlardan biri eynilə onun yanına gələrək telefon lazım olduğunu soruşmuşdur. O da həmin şəxsin telefonu alaraq atasına zəng edib baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Bundan təxminən bir neçə dəqiqə sonra atası həmin yerə gəlmişdir. O, atasına mobil telefonunu itirməsini və axtarmasını bildirmişdir. Bundan sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına getmişdir. Zərərçəkmiş şəxs4 Bakı şəhərindən Mingəçevir şəhərinə yəni Ala qapı adlanan əraziyə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili yüksək sürətlə idarə etmişdir. Hənçinin İsmayılov X13 şəhəri Ala qapı adlanan ərazidən hadisə baş verdiyi yerə qədər olan məsafədə idarə etdiyi X29 markalı avtomobili100 km/saat sürətdən artıq sürətdə hərəkət etdirmişdir. O, yalnız Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobillə Samux küçəsində hərəkətdə olan zaman başqa nəqliyyat vasitəsinin onların hərəkətdə olduqları nəqliyyat vasitəsinə dəyməsini hiss etmişdir. Lakin toqquşmanın hansı şəraitdə baş verməsini görməmişdir. Yol-nəqliyyat hadisəsi baş verməzdən öncə o, avtomobilin içərisində avtomobilə aid siqnal səsi eşitməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 noyabr 2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 01 radələrində Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhəri Samux küçəsində toqquşmuş, nəticədə X29 markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan sərnişin X6 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 mart 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Mingəçevir şəhər Samux küçəsində asfalt yolda baş vermişdir. Həmin küçədə hərəkət ikitərəfli bir cərgəlidir, yolun mərkəzində düzünə bütöv xətt yoxdur. Hadisə baş verən yolun ümumi eni 6.5 metr, hadisə baş verən hərəkət istiqamətinin eni 3.25 metrdir. Hadisə zamanı X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Samux küçəsi ilə şəhərin Ala qapı istiqamətindən Şuşa restoranı istiqamətinə Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə H.Əliyev prospektini Samux küçəsi ilə birləşdirən adsız küçədən Şəfa küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Hadisə zamanı X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi, yəni sol arxa təkərin üst hissəsi ilə Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qənəd (krlo) hissəsi ilə dəyərək toqquşmuşlar. Toqquşma nöqtəsi sağdakı qaz borusundan 6,8 metr, soldakı qaz borusundan 7.1 m məsafədə baş vermişdir. Toqquşmadan sonra X29 markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Samux küçəsində yolun sağ yan kənarında ehtiyyat torpaq sahədə qarşısı şəhərin Ala qapı istiqamətində, Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun Samux küçəsində yolun orta hissəsində qarşısı şəhərin Kür Çayı istiqamətində dayanmışdır. Toqquşma nöqtəsindən X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilədək 97 metr, Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsinə qədər olan məsafə 1.2 metrdir. Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil stop yol nişanına əsasən dayanma nöqtəsindən toqquşma nöqtəsinədək 15.4 metr məsafə qət etmişdir. Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu küçənin Samux küçəsi ilə birləşdiyi yerdən toqquşma nöqtəsinədək 6.7 metr məsafə qət etmişdir. Samux küçəsində avtomobillərin hərəkəti üçün sürət məhdudiyyəti 60 km/saat surət həddidir (cild 01, iş vər. 04-19). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 noyabr 2024-cü il tarixli “raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:40-da Mingəçevir şəhər xəstəxanasının PHŞ-nın Acil şöbəsindən t/b-sı Musayeva telefonla məlumat verərək bildirdi ki, Mingəçevir şəhər ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Mingəçevir şəhəri A.Məmmədov döngəsi ev 1-də yaşayan xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4, Mingəçevir İşəhəri Şəfa bağ massivi ev 13-də yaşayan xx.xx.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, arvadı xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1,, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 8A mənzil 2-də yaşayan xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 6A-da yaşayan xx.xx.1992-ci il təvəllüdlü Şahid1, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 168 mənzil 18-də yaşayan xx.xx.1983-cü il təvəllüdlü X15 yüngül dərəcəli bədən xəsarətləri, övladı xx.xx.2020-ci il təvəllüdlü X26 açıq kəllə-beyin travması xəsarətini almış və arvadı xx.xx.1989-cu il təvəllüdlü X6 hadisə yerində aldığı xəsarətdən ölmüşdür (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BD210321 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BD364091 nömrəli X9 Şəhadətnaməsindən görünür ki, 90HH207 dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 noyabr 2024-cü il tarixli 1224 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 noyabr 2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 17:15-də Mingəçevir şəhər xəstəxanasının Reanimasiya şöbəsindən həkim Musayev telefonla məlumat verərək Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 35/38 mənzil 3-də qeydiyyatda olan və yaşayan X26 müalicə aldığı Mingəçevir şəhər X5 şöbəsində aldığı xəsarətdən ölmüşdür (cild 01, iş vər. 60). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 91-92). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024 il tarixli 39 saylı rəyindən görünür ki, mərhum- X2 meyidinin müayinəsi zamanı meyidində aşkar olunan həyatla bir araya sığmayan xəsarətlər-başın sağ yarısının və üz sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyin maddəsinin dağılması( evakuasiya) sağ said sümüklərinin qapalı yerdəyişən sınıqları, qərarda göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin hərəkətdə olan vaqon tipli minik avtomobilin toqquşması nəticəsində vaqon tipli minik avtomobilinin içərisində sərnişin qismində göstərilən xəsarətləri ala bilərdi, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəli əlaqə vardır. X1 ölümünə səbəb, həyatla bir araya sığmayan baş-beynin maddəsinin əzilib-dağılmasından olmuşdur (cild 01, iş vər. 134-136). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024 il tarixli 40 saylı rəyindən görünür ki, X18 meyitində aşağıdakı xəsarətlər: açıq kəllə beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq sınıqları, baş beyin maddəsinin əzilməsi, baş beyinə qansızma, hər iki körpüçük və sağ bazu sümüklərinin qapalı sınıqları, qərarda göstərilən müddətdə və şəraitdə yəni hərəkətdə olan minik avtomobilinin hərəkətdə olan vaqon tipli minik avtomobilin toqquşması nəticəsində vaqon tipli minik avtomobilinin içərisində sərnişin qismində göstərilən xəsarətləri alması mümkündür, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəli əlaqə vardır. 2020-ci il təvəllüdlü mərhum X18 ölümünə səbəb, baş beyin diffuz travması olmuşdur, tərtib olunmuş tibbi sənədlərdə onun ölümünün xx.xx.2024-cü il tarixdə saat 16:31-də baş verməsi göstərilmişdir, meyit əlamətləri ilə uyğundur (cild 01, iş vər 139-141). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sol 2-3-4-cü qabırğaların qapalı sınıqları, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində yetirilə bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir (cild 02, iş vər 8). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 11 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: qapalı kəllə-beyin travması, 4-5-6-cı boyun fəqərələrinin cisminin sınıqları, 8-ci döş fəqərəsinin cisminin sınığı, çanaq sümüklərinin qapalı çoxsaylı yerdəyişən sınıqları qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində yetirilə bilərdilər, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir (cild 02, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sol körpüçük sümüyünün qapalı yerdəyişən sınığı qərarda göstərilən xx.xx.2024cü il tarixdə avtoqəza nəticəsində yetirilə bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir (cild 02, iş vər. 12). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 13 saylı rəyindən görünür ki, X11 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sol tərəfli hematoraksla müşaiyət olunan sol 6-cı qabırğanın qapalı sınığı, sağ 3-4-cü qabırğaların sınığı, döş sümüyünün və 12-ci döş fəqərəsinin qapalı sınıqları, qərarda göstərilən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində yetirilə bilərdi, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir (cild 02, iş vər. 14). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır (cild 02, iş vər. 16). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə video texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/1887 saylı rəyindən görünür ki: 1. “XVR_ch3_main_**********3521_**********3643.dav-sc-converted” adlı videoyazı bir ədəd diskə yazılaraq ekspertizaya təqdim olunmuş, lakin həmin videoyazıya əsasən “X29” markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmamışdır. 2. Tədqiqata təqdim olunmuş “1_02_R_**********1500.h264-sc-converted” adlı videoyazıya əsasən, “X29” markalı avtomobilin kadrlarda əks olunan iki elektrik transformatoru arasından keçərkən görsənən S = 32,7 metr uzunluğundakı yol hissəsində orta sürəti V = 118 km/saat, sağdakı elektrik transformatorundan solda görünən tək elektrik dirəyi ilə soldakı transformator arasında görünən S = 27 metr uzunluğundakı yol hissəsində isə orta sürəti V = 110 km/saat olmuşdur (cild 02, iş vər. 96-103). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/6776 saylı rəyindən görünür ki: VAZ-2107 markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanı) tələblərinə uyğunluq müşahidə edilməmişdir. Sürücü həmin maddənin tələblərinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkana malik olmuşdur. X29 markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hərəkətlərində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunluq olmamışdır. Sürücünün həmin maddələrin tələblərinə zidd hərəkətləri ilə yolnəqliyyat hadisəsinin baş verməsi arasında səbəbli əlaqə olmuş və o, göstərilən tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkana malik olmuşdur (cild 02, iş vər. 128- 132). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil və sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçiləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 təhvil verilmişdir (cild 02, iş vər.145-146). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Mirzəyev X8 ŞMX-də Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur (cild 01, iş vər. 151). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Mirzəyev X8 şəhəri, Naxçıvan küçəsi ev 48 mənzil 4 ünvanında yaşayır (cild 01, iş vər. 152). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş MKTKnın Mənzil Kommunal İstismar sahəsinin rəisinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir (cild 01, iş vər. 153). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 143 və 264-cü maddələri ilə cinayət təqibi başlanması rədd edilmişdir (cild 01, iş vər. 154-170). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 ərizə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 1183 nömrəli çekdən görünür ki, Mərmər qranit istehalı sexinin hesabına 3040 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 1188 nömrəli çekdən görünür ki, Mərmər qranit istehalı sexinin hesabına 2400 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 1190 nömrəli çekdən görünür ki, Mərmər qranit istehalı sexinin hesabına 2560 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 1194 nömrəli çekdən görünür ki, Mərmər qranit istehalı sexinin hesabına 2000 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə X7 Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək bildirmişdir ki, X15 xidmət göstərdikləri Məzar-daşları sexində avtomobil qəzasında həlak olmuş həyat yoldaşı və oğlu üçün məzar-baş daşları sifariş etmişdir. Həmin məzar daşlarının qiymətləri 10000 AZN (on min) təşkil etmişdir. Ödəniş hissə-hissə kassaaparat çeklərində göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2425 nömrəli çekdən görünür ki, "xxxx" MMC-nin hesabına 110,4 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2448 nömrəli çekdən görünür ki, "xxxx" MMC-nin hesabına 290 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2945 nömrəli çekdən görünür ki, "xxxx" MMC-nin hesabına 884.8 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2517 nömrəli çekdən görünür ki, "xxxx" MMC-nin hesabına 80 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2536 nömrəli çekdən görünür ki, "xxxx" MMC-nin hesabına 1500 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2730 nömrəli çekdən görünür ki, "xxxx" MMC-nin hesabına 50 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin arayışından görünür ki, arayış verilir X12 ondan ötrü ki, O həqiqətən VÖEN: ********** Hüquqi şəxs,mərmər və qranit daşlarının satışı ilə məşgul olan "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİndǝn 5915.20 manat məbləğində dəfn və qəbr daşı üçün Mərmər və Qranit materialları almışdır. Həmin məbləğin 3000 manat məbləğini 4169-7388-6563-7080 nömrəli kart vasitəsilə posterimala ödəmişdir,2915.20 manat məbləği isə hissə hissə (xx.xx.2025 tarixdə -110.40 manat xx.xx.2025 tarixdə -290 manat, xx.xx.2025 tarixdə -884.80 manat, xx.xx.2025 tarixdə -80 manat, xx.xx.2025 tarixdə - 1500 manat,xx.xx.2025 tarixdə - 50 manat) nağd formada ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X17 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirmiş və həmin sübutları və onların mötəbərliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən yol hərəkəti qaydalarınını pozaraq ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxslər X2 və X18 ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «VAZ- 2107» markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən, adsız küçəyə dönüb, oradan Şəfa küçəsi istiqamətində hərəkətini davam etdirərkən, həmin adsız küçənin Samux küçəsi ilə kəsişməsində yerləşən və adsız küçəni Şəfa küçəsi ilə birləşdirən yol ayrıcına çatarkən “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanı tələbini pozaraq Samux küçəsində yolun hərəkət hissəsinə çıxıb Şəfa küçəsi istiqamətində hərəkətini davam etdirməkdə olarkən Samux küçəsi ilə düz istiqamətdə hərəkətdə olan və şəhərin H.Əliyev prospektini Samux küçəsi ilə birləşdirən adsız küçə ilə Samux küçəsinin kəsişdiyi yol ayırıcının yaxınlığında - yaşayış məntəqələri daxilində avtomobili 100 km/saat sürətdən artıq sürətlə hərəkət etdirən sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi «X29» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkər hissəsindən idarə etdiyi avtomobilin qabaq sağ qanad hissəsi ilə vurmuş, avtomobillərin toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi «X29» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirib, yolun hərəkət hissəsi ilə sürüşərək yolun sol tərəfində yerləşən ehtiyyat torpaq sahəsində olan elektrik dirəyinə bərkidilmiş dəmir naqilə dəyərək aşmış və «X29» markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərnişin qismində gedən X3 həyatla bir araya sığmayan, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan başın sağ yarısının və üz sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyin maddəsinin dağılması (evakuasiya), sağ said sümüklərinin qapalı yerdəyişən sınıqları xəsarətləri, azyaşlı X21 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan açıq kəllə beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq sınıqları, baş beyin maddəsinin əzilməsi, baş beyinə qansızma, hər iki körpücük və sağ bazu sümüklərinin qapalı sınıqları xəsarətləri, Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyan sol 2-3-4-cü qabırğaların qapalı sınıqları xəsarətləri, Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyan sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı xəsarəti, Zərərçəkmiş şəxs3 yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan qapalı kəllə-beyin travması, 4-5-6-cı boyun fəqərələrinin cisminin sınıqları, 8-ci döş fəqərəsinin cisminin sınığı, çanaq sümüklərinin qapalı çoxsaylı yerdəyişən sınığı xəsarəti, Zərərçəkmiş şəxs4 yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan sol tərəfli hematoraksla müşayiət olunan sol 6-cı qabırğanın qapalı sınığı, sağ 3-4-cü qabırğaların sınığı, döş sümüyünün və 12-ci döş fəqərəsinin qapalı sınığının əmələ gəlməsi ilə nəticələnən, ehtiyyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 baş-beynin maddəsinin əzilib-dağılmasından xx.xx.2024-cü il tarixdə hadisə yerində, X26 isə baş-beynin diffuz travmasından xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ölmüşlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Repsublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsininə əsasən, üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına ağır və az ağır zərər vurulmasına, habelə ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqında dindirilmiş şahid ifadəsi ilə və digər sübutlarla tam şəkildə təsdiq olunmuşdur. Belə ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2024 il tarixli, 39 saylı rəyindən görünür ki, mərhum- X2 meyidinin müayinəsi zamanı meyidində aşkar olunan həyatla bir araya sığmayan xəsarətlər-başın sağ yarısının və üz sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyin maddəsinin dağılması( evakuasiya) sağ said sümüklərinin qapalı yerdəyişən sınıqları, qərarda göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin hərəkətdə olan vaqon tipli minik avtomobilin toqquşması nəticəsində vaqon tipli minik avtomobilinin içərisində sərnişin qismində göstərilən xəsarətləri ala bilərdi, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəli əlaqə vardır. X1 ölümünə səbəb, həyatla bir araya sığmayan baş-beynin maddəsinin əzilib-dağılmasından olmuşdur. Həmçinin, məhkəmə-tibb ekspertizasının xx.xx.2024 il tarixli, 40 saylı rəyindən görünür ki, X18 meyitində aşağıdakı xəsarətlər: açıq kəllə beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq sınıqları, baş beyin maddəsinin əzilməsi, baş beyinə qansızma, hər iki körpüçük və sağ bazu sümüklərinin qapalı sınıqları, qərarda göstərilən müddətdə və şəraitdə yəni hərəkətdə olan minik avtomobilinin hərəkətdə olan vaqon tipli minik avtomobilin toqquşması nəticəsində vaqon tipli minik avtomobilinin içərisində sərnişin qismində göstərilən xəsarətləri alması mümkündür, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəli əlaqə vardır. 2020-ci il təvəllüdlü mərhum X18 ölümünə səbəb, baş beyin diffuz travması olmuşdur, tərtib olunmuş tibbi sənədlərdə onun ölümünün xx.xx.2024-cü il tarixdə saat 16:31-də baş verməsi göstərilmişdir, meyit əlamətləri ilə uyğundur. Bundan əlavə, məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sol 2-3-4-cü qabırğaların qapalı sınıqları, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində yetirilə bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. Bundan başqa, məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 11 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: qapalı kəllə-beyin travması, 4-5-6-cı boyun fəqərələrinin cisminin sınıqları, 8-ci döş fəqərəsinin cisminin sınığı, çanaq sümüklərinin qapalı çoxsaylı yerdəyişən sınıqları qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində yetirilə bilərdilər, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Bundan əlavə, məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sol körpüçük sümüyünün qapalı yerdəyişən sınığı qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində yetirilə bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 02, iş vər. 12). Bundan başqa, məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 13 saylı rəyindən görünür ki, X11 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sol tərəfli hematoraksla müşaiyət olunan sol 6-cı qabırğanın qapalı sınığı, sağ 3-4-cü qabırğaların sınığı, döş sümüyünün və 12-ci döş fəqərəsinin qapalı sınıqları, qərarda göstərilən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində yetirilə bilərdi, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 02, iş vər. 14). Bundan əlavə, məhkəmə video texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/1887 saylı rəyindən görünür ki: “XVR_ch3_main_**********3521_**********3643.dav-sc-converted” adlı videoyazı bir ədəd diskə yazılaraq ekspertizaya təqdim olunmuş, lakin həmin videoyazıya əsasən “X29” markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş “1_02_R_**********1500.h264-sc-converted” adlı videoyazıya əsasən, “X29” markalı avtomobilin kadrlarda əks olunan iki elektrik transformatoru arasından keçərkən görsənən S = 32,7 metr uzunluğundakı yol hissəsində orta sürəti V = 118 km/saat, sağdakı elektrik transformatorundan solda görünən tək elektrik dirəyi ilə soldakı transformator arasında görünən S = 27 metr uzunluğundakı yol hissəsində isə orta sürəti V = 110 km/saat olmuşdur. Habelə, məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/6776 saylı rəyindən görünür ki: VAZ-2107 markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanı) tələblərinə uyğunluq müşahidə edilməmişdir. Sürücü həmin maddənin tələblərinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkana malik olmuşdur. X29 markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hərəkətlərində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunluq olmamışdır. Sürücünün həmin maddələrin tələblərinə zidd hərəkətləri ilə yol-nəqliyyat hadisəsinin baş verməsi arasında səbəbli əlaqə olmuş və o, göstərilən tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkana malik olmuşdur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına ağır və az ağır zərər vurulmasına, habelə ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3–cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilməli və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən hallarla bağlı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la barışmasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddə üzrə ona nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun həbs olunduğu vaxtdan, yəni 11 mart 2026-cı il tarixdən hesablanmalıdır. Mülki iddia ilə bağlı məsələyə gəldikdə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində göstərilən cinayətlərin törədilməsi sübuta yetirildiyindən və həmin cinayət əməlləri nəticəsində vurulmuş ziyanla bağlı mülki iddia verildiyindən mülki iddiaçı - zərərçəkmiş şəxslərin hüquqi varisi X15 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, yəni cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 20915 (iyirmi min doqquz yüz on beş) manat 20 (iyirmi) qəpik, mənəvi ziyana görə 10000 (on min) manat və ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumu, ümumilikdə 31128 (otuz bir min yüz iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində pul mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxslərin hüquqi varisi X12 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Bunula bağlı məhkəmə kollegiyası qeyd etmək istəyir ki, mülki qanunvericilikdə mülkiyyətçinin əldən çıxmış faydanı deyil, vicdanlı sahibin götürməli olduğu gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququnu nəzərdə tutmuşdur. Mənəvi ziyan dedikdə isə şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verməsi kimi başa düşülür. Zərərçəkmiş şəxslərin hüquqi varisi, mülki iddiaçı X15 öz iddiasının həmin hissədə təmin edilməsi üçün məhkəmə kollegiysına sübutlar təqdim etmişdir. Məhkəmənin mülki iddialar ilə bağlı hissədə gəldiyi nəticə, həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə də uyğundur. Belə ki, qeyd edilən qərarın 65-ci bəndində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayətprosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Sözügedən qərarın 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, mülki iddiaçı zərərçəkmiş şəxslərin hüquqi varisi X10 mülki iddiası qismən təmin edilməli, yəni cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 20915 (iyirmi doqquz min on beş) manat 20 (iyirmi) qəpik, mənəvi ziyana görə 10000 (on min) manat və ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumu, ümumilikdə 31128 (otuz bir min yüz iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxslərin hüquqi varisi X12 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və hadisə zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçiləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X14 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı zərərçəkmiş şəxslərin hüquqi varisi X15 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 20915 (iyirmi min doqquz yüz on beş) manat 20 (iyirmi) qəpik, mənəvi ziyana görə 10000 (on min) manat və ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumu, ümumilikdə 31128 (otuz bir min yüz iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində pul mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxslərin hüquqi varisi X12 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut olan və hadisə zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2107 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi X29 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçiləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 278 (iki yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-225/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-225/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver