Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-226/2024 08.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1957-ci ildə Ağdaş rayonu, Ağcaqovaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan Ağdaş rayonu, Ağcaqovaq kəndində qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin fevral ayının əvvəllərində Ağdaş rayonu, Ağcaqovaq kəndində yaşadığı evin həyətyanı sahəsinə bitişik olan yaşayış məntəqlərinin torpaqlarına aid olan X-688958.21 Y-4494843.51, X-688966.70 Y-4494834.65, X-688963.99 Y- 4494831.75, X-688955.20 Y-4494840.57 koordinatlı ümumilikdə 50 kv.m olan torpaq sahəsində yerə əkmiş, həmin toxumlardan inkişaf etmiş 137 (bir yüz otuz yeddi) ədəd, yəni külli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 17:28-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerə saat 17:28-dən saat 18:49-dək keçirilmiş baxış zamanı 137 ( bir yüz otuz yeddi) ədəd, uzunluqları 28 sm-dən 321 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 25 kq 405,0 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yoldaşı “Covid-19” virusu yayılan vaxtı rəhmətə getmişdir. Həmin gündən sonra tək qalmışdır. Belə ki, övladları ondan uzaqda qalmış və artıq yoldaşı yanında olmamışdır. Tək qaldığı üçün özünü pis hiss etmişdir. Gecələri yata bilməmiş və mütamadi olaraq fikir etmişdir. Bu yaşına qədər marixuana istifadə etməmiş, nə də ki, narkotik satmamışdır. Bir yoldaşın məsləhəti ilə marixuana çəkmişdir. Məqsədi hər şeyi unutmaq olmuşdur. Beləliklə bir il marixuana istifadə etmiş və sonra əlinə çətənə bitkilərinin toxumları keçmişdir. Həmin toxumları həyətinə səpmişdir. Toxumları səpməkdə məqsəd özünün istifadəsi olmuşdur. Başqa məqsədi olmamışdır. Çünki düşünmüşdür ki, haradansa almaqdansa özü səpib, qulluq edər və daha sonra istifadə edərmiş. Əkdiyi toxumlar biraz çox olmuşdur. O, fikirləşməmişdir ki, ağaclar bu qədər çox ola bilər. Törətdiyi əməldən peşmandır. Uşaqlarının üzünə baxa bilmir. Bir səhvdi etmiş və səhvini boynuna alır. Çətənə bitkilərinin çoxsunu çıxarıb atmışdır. Səhv etmirsə, 40-a yaxın ağac qalmışdır. Qalanı isə balaca və yararsız olmuşdur. Ürək-damar sistemində problemi vardır. Eyni zamanda beyin-qan dövranın pozğunluğu (nevroz) xəstəliyindən əziyyət çəkir. Qaraciyərində də problemi vardır. Hazırda müalicə alır. Törətdiyi əməldən peşmandır. 2 ildir qurudulmuş marixuanadan istifadə edirmiş. Çətənə toxumlarını əkmiş, çünki haradansa marixuana almağa imkanı olmamışdır. Ona görə də, əkmək qərarına gəlmişdir. Yararlı olan çətənə bitkiləri inkişaf etmişdir. Yararsız olanlar isə böyüməmişdir. Tutulana qədər qurudulmuş marixuanadan istifadə etmişdir. Səhv etdiyini başa düşür və əməlindən peşmandır. Əlində olan toxumları həyətə səpmişdir. Bu qədər çox olacağını bilməmişdir. Bir çox ağacı çıxarıb atmaq fikri olmuşdur. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə etmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat - axtarış tədbirləri keçirmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:28 radələrində polis əməkdaşları və aqronom ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Ağcaqovaq kəndində yerləşən evinin qarşısına gedilmişdir. Qapı döyüldüyündə Təqsirləndirilən şəxs qapını açmışdır. Onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib, ondan tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib-etməməsini soruşmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkisi əkməsini bildirmiş və buna görə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kollarını əkdiyi yerə onları aparmış, həmin yerdə Təqsirləndirilən şəxs həmin bitkilərin ona məxsus olduğunu, həmin bitkilərə hər gün aqrotexniki qaydada qulluq etdiyini, suladığını və diblərini boşaltdığını bildirmişdir. Bundan sonra həmin yerdən 137 (bir yüz otuz yeddi) ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər torpaqdan çıxarılaraq sıra ilə kiçikdən böyükə yerə düzülmüş, metrə ilə ölçülmüş, ən kiçiyinin uzunluğu 28 sm, ən böyüyünün uzunluğu isə 321 sm olması müəyyən edilmişdir. Bundan sonra aqronom tərəfindən həmin bitkilərə baxış keçirilmiş və o, həmin bitkilərin çətənə bitkiləri olmasını, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılmasını, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşamasını bildirmişdir. Daha sonra həmin bitkilərin 03 ədəd sintetik kisəyə qablaşdırılmış və möhür ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılarkən o həmin bitkilərin özünə məxsus olduğunu, təxminən 2024-cü ilin fevral ayının əvvəllərində əkdiyini, bitkinin toxumlarını 2024-cü ilin yanvar ayının ortalarında yaşadığı Ağdaş rayonu, Ağcaqovaq kəndi ərazisindən, küçədə hərəkətdə olan zaman yerdən tapdığını, həmin bitkiləri əkməsindən heç kimin xəbəri olmadığını, şəxsi istifadəsi üçün əkdiyini, bitkilərə hər gün qulluq etdiyini, diblərini suladığını və boşaltdığını, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamış və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahid) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə xx.xx.1957-ci il təvəllüdlü, Ağdaş rayonunda doğulmuş, Ağdaş rayonu Ağcaqovaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Ağdaş rayonu Ağcaqovaq kəndində yerləşən evinin həyətyanı sahəsinə və evinə baxış keçirilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01 iş vər. 06-07). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Ağdaş rayonu Ağcaqovaq kəndində yerləşən evinin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01 iş vər. 18). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, baxış keçirilən yer Ağdaş rayonu, Ağcaqovaq kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsidir. Təqsirləndirilən şəxs ilkin olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin olması ilə bağlı Ağdaş RPŞ-yə məlumat daxil olduğu və bununla bağlı olaraq həmin topraq sahəsinə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığı bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmış, həyətə girərkən həyətin sağ tərəfində birmərtəbəli yaşayış evi, yaşayış evinin həyətində sol və sağ tərəfində ağaclar olmuş, təxminən 40 metr getdikdən sonra həyətdəki evin arxa tərəfindən taxta qapıdan keçib kolluq əraziyə keçilmiş, Təqsirləndirilən şəxs həyətyanı sahədə əkdiyi narkotik tərkibli bitkilərin yerini göstərmiş, həmin yerdə ümumilikdə 137 (bir yüz otuz yeddi) ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkar olunmuş, sonra torpaq sahəsinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, başqa hər hansı yerdə narkotik tərkibli bitkiyə bənzər bitkilər aşkar olunmamış, bundan sonra Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi, X4 tərəfindən də aşkar olunmuş 137 (bir yüz otuz yeddi) ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilərə baxış keçirilmiş, ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən olunmuş, bundan sonra təhqiqatçı tərəfindən torpağa əkilmiş çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış, sıra ilə kiçikdən böyüyə düzülmüş, ölçülmüş, hündürlüklərinin ən kiçiyinin uzunluğunun 28 sm, ən böyüyünün uzunluğunun isə 321 sm olmuş, daha sonra yenidən sayılaraq 03 ədəd içi boş sintetik kisəyə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlə möhürlənmiş, daha sonra şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılmış, Təqsirləndirilən şəxs həmin bitkilərin ona məxsus olmasını, bitkilərin toxumlarını 2024-cü ilin fevral ayında yaşadığı evin həyətyanı sahəsində şəxsi istifadəsi üçün əkdiyini, onlara hər gün qulluq etdiyini, diblərini suladığını və boşaltdığını bildirmişdir (cild 01, iş vər. 18- 21). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli aqronom (mütəxəssis) rəyindən görünür ki, həmin tarixdə Ağdaş rayonu, Ağcaqovaq kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsindən 137 (bir yüz otuz yeddi) ədəd çətənə bitkisi aşkar olunmuşdur. Uzunluqları 28 sm-dən 321 sm-dək olan 137 (bir yüz otuz yeddi) ədəd çətənə bitkisinin dibləri yumuşaldılmış, suvarılmış və onlara aqrotexniki qaydada qulluq edilmişdir (cild 01, iş vər. 22). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01 iş vər. 33-34). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 3-16-16-2-17/486 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş.bitkilər...” yazısı, adlar və imzalar olan 03(üç) ədəd sintetik kisənin içərisindəki, ümumilikdə 137 (bir yüz otuz yeddi) ədəd, uzunluqaları 28 smdən 321 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 25 kq 405,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir (cild 01, iş vər.52-56). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 4(014)-19/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti 4 (dörd) ay müəyyən edilməklə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.84- 88). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı mobil telefina baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmamışdır (cild 01, iş vər. 112). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatı yoxdur (cild 01, iş vər 126). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, əməliyyat taşırığına verilmiş cavaba əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirdiyi tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərinin toxumlarını naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ağcaqovaq kəndində yerləşən evdə tək yaşamış, ailə üzvlərinin onun həmin evin həyətyanı sahəsində narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkməsindən xəbərsiz olmuş, ona hər hansı bir formada köməklik göstərməmişlər, Təqsirləndirilən şəxs ilə əlbir olan başqa şəxslər olmamışdır (cild 01, iş vər.127). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1984-cü il tarixdə Yevlax Rayon Xalq Məhkəməsinin Hökmü ilə Az SSR CM-in 208 maddəsinin 3-cü hissəsinə əsasən 08 il azadlıqdan məhrum etmə cazasına məhkum edilmiş, SSRİ X10 Heyətinin xx.xx.1987-ci il tarixli Fərmanının 9 maddəsinin “d” bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi ½ qədər azaldılıb 02 il 03 ay 15 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.1988-ci il tarixdə Ağdam Rayon Xalq Məhkəməsinin Qərarı ilə Az SSRİ CM-nin 50 maddəsinə əsasən 01 il 04 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 01, iş vər. 132-133). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Ağdaş Rayon İcra hakimiyyəti başçısının Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Ağcaqovaq kəndinin sakini olmaqla həmin kənddə yaşamış, yaşayış yeri üzrə qeydiyyatda olmaqla xx.xx.2021-ci il tarixdə arvadı vəfat etmiş, 4 (dörd) qızı isə ərə gedərək ər evinə köçmüş və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər.155). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 1164 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs marixuanadan istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdində profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər.162). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) ədəd çətənə (kannabis) bitkilərinin toxumlarını əkdiyi Ağdaş rayonu, Ağcaqovaq kəndində yaşadığı evin həyətyanı sahəsinə bitişik olan yaşayış məntəqlərinin torpaqlarına aid olan X-688958.21 Y-4494843.51, X-688966.70 Y-4494834.65, X-688963.99 Y- 4494831.75, X-688955.20 Y-4494840.57 koordinatlı ümumilikdə 50 kv.m olan torpaq sahəsidir (cild 01, iş vər.170-171). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 188-ci, 234.2-ci və 234.1-ci maddələri ilə cinayət təqibi rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər.198-207). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin həmin Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1.2-ci bəndinə əsasən - 16 (on altı) ədəddən 800 (səkkiz yüz) ədədədək (31 hissədən 1550 hissəyədək) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını Ağdaş rayonu, Ağcaqovaq kəndində yaşadığı evin həyətyanı sahəsinə bitişik olan yaşayış məntəqlərinin torpaqlarına aid, ümumi sahəsi 50 kvadrat metr olan torpaq sahəsində 2024-cü ilin fevral ayının əvvəllərində əkmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin satışı, narkotik vasitənin tapması və yaxud əkib-becərməsi, həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda hərhansı şübhəli şəxslərlə əlaqəsinin, habelə sözügedən ərazidə narkotik tərkibli bitkiləri əkibbecərməkdə köməklik edən, ümumiyyətlə hər hansı əlbir olduğu şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilməsinə baxmayaraq qeyd edilən hallar ibtidai araşdırma zamanı müəyyən edilməmişdir. Eləcə də məhkəmə istintaqında da Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini müəyyən etmək ibtidai istintaq zamanı mümkün olmamışdır. Lakin məhkəmə istintaqında xx.xx.2024-cü il tarixdə saat 17:28-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Ağcaqovaq kəndində Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə bitişik olan yaşayış məntəqlərinin torpaqlarına aid olan X-688958.21 Y-4494843.51, X-688966.70 Y- 4494834.65, X-688963.99 Y-4494831.75, X-688955.20 Y-4494840.57 koordinatlı ümumilikdə 50 (əlli) kvadrat metr olan torpaq sahəsinə saat 17:28-dən saat 18:49-dək keçirilmiş baxış zamanı 137 ( bir yüz otuz yeddi) ədəd, uzunluqları 28 sm-dən 321 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 25 (iyirmi beş) kiloqram, 405,0 (dörd yüz beş) qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) kollarının aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək və törətdiyi əməldən səmimi peşmançılıq keçirərək bildirmişdir ki, özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı Ağdaş rayonu, Ağcaqovaq kəndində evinin həyətyanı sahəsinə bitişik olan yaşayış məntəqlərinin torpaqlarına aid, ümumi sahəsi 50 (əlli) kvadrat metr olan torpaq sahəsində yerə əkmiş və bundan sonra əkdiyi toxumlara qulluq edərək yetişdirmişdir. Həmçinin o, fərdi yaşayış evinin həyətyanı sahəsinə bitişik, ümumi sahəsi 50 (əlli) kvadrat metr olan yaşayış məntəqlərinin torpaqlarına aid torpaq sahəsində aşkar olunaraq götürülmüş 137 (bir yüz otuz yeddi) ədəd çətənə bitkisini öz istifadəsi üçün əkibbecərdiyini ətraflı şəkildə bildirmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da xx.xx.2024-cü il tarixdə, saat 17:28-dən saat 18:49-dək Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ağcaqovaq kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə bitişik olan yaşayış məntəqlərinin torpaqlarına aid, ümumilikdə 50 (əlli) kvadrat metr olan torpaq sahəsinə baxış keçirdiklərini və həmin vaxt oradan ümumilikdə 137 (bir yüz otuz yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) kolunu aşkar etdiklərini və baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarının özünə məxsus olmasını qeyd etdiyini bildirmişdirlər. Bundan başqa, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı, eləcə də Ağdaş rayonu, Ağcaqovaq kəndində yaşadığı evin həyətyanı sahəsinə bitişik olan, yaşayış məntəqlərinin torpaqlarına aid olan torpaq sahəsində aşkarlanmış çətənə kollarının növünü, sayını, çəkisini və vəziyyətini (yaş halda olmasını) mübahisələndirməmişdir. Əksinə o, etirafedici ifadələr verərək şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsinə bitişik olan yaşayış məntəqlərinin torpaqlarına aid olan ümumilikdə 50 (əlli) kvadrat metr olan torpaq sahəsində çətənə toxumlarını əkdiyini, daha sonra həmin bitkilərə qulluq edərək yetişdirdiyini dəfələrlə bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) ədəd çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) ədəd çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs 67 (altmış yeddi) yaşının olması, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək törətdiyi cinayət əməlindən peşman olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM–in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs marixuanadan istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 25 (iyirmi beş) kiloqram, 404,45 (dörd yüz dörd tam yüzdə qırx beş) qram təşkil edən 137 (bir yüz otuz yeddi) ədəd narkotik tərkibli çətənə kolu məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilməsini əks etdirən 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə 35 (otuz beş) manat, 97(doxsan yeddi) qəpik ekspertiza xərci vardır. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35 (otuz beş) manat, 97(doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Ağdaş rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 25 (iyirmi beş) kiloqram, 404,45 (dörd yüz dörd tam yüzdə qırx beş) qram təşkil edən 137 (bir yüz otuz yeddi) ədəd narkotik tərkibli çətənə kolu məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilməsini əks etdirən 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 35 (otuz beş) manat, 97(doxsan yeddi) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rafail Əliyev
Hakimlər: Tural Əfəndizadə
Bilal Məmmədov