Məhkəmə qərarları › İş №1(091)-227/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-227/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-227/2024 03.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi X2, ölmüş zərərçəkmiş şəxs X9 hüquqi varisi X10, ölmüş zərərçəkmiş şəxs X11 hüquqi varisi X15, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Tovuz rayonu Dondar Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tovuz rayonu Dondar Quşçu kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində idarə etdiyi Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan yolunun Ağdaş rayonu Ləki qəsəbəsindən keçən 263-cü kilometrliyində 60 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, avtomobilinin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini etməli olduğu halda bunu etməyərək qabaq sağ tərəfi ilə yolun sağ ehtiyyat hissəsində hərəkətin əksi istiqamətində dayanmış Ford transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfindən yolun sağ kənarından sağa doğru 0.7 metr məsafədə toqquşmuş, Ford transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil də geriyə gedərək Bakı şəhəri istiqamətində 2 metr məsafədə dayanmış Ford transit markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Ford markalı avtomobillərin arasında piyadalar X16, X21 və X22 qalmış, nəticədə o, ehtiyatsızlıqdan X5 ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin mədəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iç səthinə qansızmalar, alnın sol nahiyəsinin, təpə nahiyəsinin, sol gicgah nahiyəsinin, sağ baldırın bayır səthinin, sol gözaltı nahiyənin yaraları, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sol aşıq daban oynağının iç səthinin, döş qəfəsinin ön sol nahiyəsinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X11 qapalı, kəllə-beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin mədəsinə, beyin mədəciklərinə qansızmalar, sol ənsə nahiyəsinin hemotoması, sağ ənsə nahiyəsinin sıyrığı(şişkinli), sağ İ-İİ-İİİ-İV qabırğaların sınığı, döş boşluğuna qanaxma, burun sümüklərinin sınığı, alın nahiyəsinin, burun yəhərinin, sağ dirsək oynağının arxa sətihinin, alt çənə nahiyəsinin, sol saidin ön səthinin, sol qasıq nahiyəsinin, sol bud çanaq oynağının bayır səthinin sıyrıqlar, sağ bud çanaq oynağının bayır səthinin qançırı, sol saidin aşağı 1/3-nin ön səthinin yarası ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X9 ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin mədəsinə, beyin mədəciklərinə qansızma, alın nahiyəsinin qançırı, sol diz oynağının bayır sərthinin yarası, sol bazunun bayır səthinin, sağ budun bayır səthinin, sol budun iç səthinin, sağ diz oynağının iç səthinin, sol baldırın ön iç səthinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, yəni iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı istiqamətində hərəkət edən zaman Ağdaş rayonu Ləki qəsəbəsinə yaxınlaşmışdır. O, sonra yolda dayanıb maşının təkərlərinə və müxtəlif hissələrinə baxmış və sonra yoluna davam etmişdir. Hava şəraiti çox çiskinli olmuş və yolu görmək çox çətin olmuşdur. O, istəmişdir ki, qarşıda hər hansı bir kafe və ya marketin qarşısında dayansın. Əgər o, yolda dayansaymış, yol hərəkət iştirakçılarının hərəkətinə mane ola bilərdi. O, aşağı sürətlə hərəkət etmişdir. Qarşısına çıxan maşının işıqları qırmızı rəngdə olsaydı, diqqətini cəlb edərmiş. Dumanlı havada qarşıda olan maşının işığı ağ rəngdə olduğu üçün o, heç cür maneə hiss edə bilməmişdir. O, qarşıdakı maşına çatanda isə çox gec olmuşdur. Hər bir halda bu işdə özünü günahkar hesab edir və o, belə qənaətdədir. Hüquqi varislərin hər birindən üzr istəyir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, o, Qazax-Bakı yolu ilə hərəkət etmişdir. O, yolun sağı ilə hərəkət etmiş və yolun sağı 2 hissədən ibarət olmuşdur. Toqquşduğu maşın kameradan təxminən 30-50 metr məsafədə yol dönəcəyinin yanında olmuşdur. 2 maşın arxa-arxaya dayanıb yük boşaldırmış. Qara maşının istiqaməti onun maşını tərəfə olmuşdur. Ağ maşının istiqaməti isə əks tərəfə olmuşdur. Maşınlar arasında ara məsafəsi olmuşdur. Ağ maşının qapısı yana çılmış, qara maşının arxa qapısı isə yuxarı açılmış vəziyyətdə olmuşdur. Qapıların açılması ilə bağlı maşınlar ara məsafəsi ilə dayanmışdır. Hava şəraiti ilə bağlı görüntü çox məhdud olmuşdur. O, təxminən 50 km/saat sürətlə hərəkət etmişdir. Xəstəlikləri vardır. O, əməliyyat olunmuş və ürəyində 4 ədəd stent vardır. Həmçinin, 2-ci dərəcəli şəkər xəstəsidir və təzyiqi də vardır. Dərmanlarla yaşayır və onlar olmasa yaşaya bilməz. Hadisə baş verən günü 1 saat yarım maşın idarə etmişdir. Bundan əvvəl də evdə yatıb dincəlmişdir. Axşam saat səkkizin yarısı Tovuzun Düzqırxlı kəndinə yeşiklərdə olan xiyarları yüklənməsi üçün getmiş, yükləndikdən sonra, saat 09-da oradan çıxmış və on birə iyirmi dəqiqə qalmış hadisə yerinə gəlmişdir. Bundan sonra qəza baş vermişdir. Bu qısa vaxt ərzində də o, yuxuya gedə bilməz. O, yolun sağ tərəfi ilə getmiş və yol çiskinli olduğundan sağ tərəfə çıxmışdır. O, heç cür maşını yolda saxlaya bilməzdi. Çünki digər maşınlar üçün qəza şəraiti yaradardı. Çalışdığı bu olmuşdur ki, aşağı sürətlə yol kənarına keçsin. Zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X23 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindrilmiş X24 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Yasin Ağəmmədov onun əmisi oğludur. Bir müddətdir Gəncə şəhərində qoz-fındıq alveri ilə məşğul olurlar. Onunla bir evdə kirayə qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Yasin ona Qəbələ rayonundan ona qoz fındıq gəldiyini, onu gətirməyə kömək etməsini söyləmişdir. X30 transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu Ləki kəndinə gəlmişlər. Yolun kənarında Qəbələ rayonu Cığatelli kənd sakinləri Yaşarla Rəşadı gözləmişlər. Təxminən 20 dəqiqə sonra onlar ağ rəngli Ford Transit markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişlər. Avtomobilləri arxa arxaya təxminən 2 metr məsafədə saxlamışlar. O Ford transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə girmişdir.Digərləri **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobildən dolu kisələri ona vermiş, o isə Yasinin avtomobilinə yükləmişdir. Qəfildən onların avtomobillərini dayandıqları yerdə başqa avtomobil vurmuşdur. Onun hüşu getmiş, ayılanda artıq Ağdaş RMX-da olduğunu öyrənmişdir. Yasin, Rəşad və Yaşar avtomobildə olmamışlar, onlar iki avtomobilin arasında olmuşdurlar. Qəzanın necə baş verdiyini görməmişdir, sonradan hadisənin videogörüntüsünə baxanda Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan çıxaraq ehtiyyat hissədə Yasinin avtomobili ilə toqquşduğunu, Yasinin avtomobilinin arxaya gedərək Yaşarın avtomobili ilə toqquşduğunu, Yasin, Rəşad və Yaşarın avtomobillərin arasında qalaraq vəfat etdiklərini görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 mart 2024-cü il tarixli “raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu Ləki qəsəbəsindən keçən 263-cü kilometrliyidə Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ ehtiyyat hissəsində dayanmış X7 məxsus Ford transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X18 məxsus Ford transit markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşması, nəticədə Ford markalı avtomobillərin arasında dayanmış Yasin Ağəmmədov, Yaşar Qarayev və X22 hadisə yerində ölmüşdür (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 mart 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu ərazisindən keçən 263-cü kilometrliyində baş vermişdir. Avtomobil yolu Bakı şəhəri və Qazax rayonu istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur. Hər iki istiqaməti beton ara kəsmə ayırır. Hər istiqamətində üç hərəkət zolağı vardır. Bakı şəhəri istiqamət üçün ümumi eni 13.7 metrdir. Əsas hərəkət hissəsnin eni 8 metrdir, sol tərəfində geriyə dönmə yerinin 5 metr enində sürətləndirmə zolağı yerləşir Yolun Bakı şəhəri istiqamətinin sağında 40 sm enində sarı xətlə ayrılmış asfalt hissə yerləşir. Yolun Bakı şəhəri istiqamətinin sağında 2,5 metr enində yol çiyni vardır.Hadisə baş vermiş ərazidə sürət həddi 90 km/saat sürətlə məhdudlaşdırılmışdır (cild 01, iş vər 06-13). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 mart 2024-cü il tarixli 113 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 aprel 2024-cü il tarixli, 14 nömrəli rəyindən görünür ki, X9 meyitində aşkar edilmiş xəsarətlər – ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin mədəsinə, beyin mədəciklərinə qansızma, alın nahiyəsinin qançırı, sol diz oynağının bayır sərthinin yarası, sol bazunun bayır səthinin, sağ budun bayır səthinin, sol budun iç səthinin, sağ diz oynağının iç səthinin, sol baldırın ön iç səthinin sıyrıqlar,küt əşya(əşyalar) təsirindən törənmiş, həyatidirlər, törənmə müddəti 16.mart.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Yaşar Qarayevin ölümünə səbəb ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin mədəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X9 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. Onun ölümü meyitin müyainəsindən ən az 8, ən çoxu 12 saat əvvəl baş vermiş və Yaşar Qarayevin ölümü ilə baş vermiş yolnəqliyyat hadisəsi arasında birbaşa səbəbli əlaqə vardır (cild İ, iş vər. 54-57). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 aprel 2024-cü il tarixli, 15 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X5 meyitində aşkar edilmiş xəsarətlər – ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin mədəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iç səthinə qansızmalar, alnın sol nahiyəsinin, təpə nahiyəsinin, sol gicgah nahiyəsinin, sağ baldırın bayır səthinin, sol gözaltı nahiyənin yaraları, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sol aşıq daban oynağının iç səthinin, döş qəfəsinin ön sol nahiyəsinin sıyrıqları ,küt əşya(əşyalar) təsirindən törənmiş, həyatidirlər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Onun ölümünə səbəb qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin mədəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. Yasin Ağammədovun meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. Ölüm meyitin müyainəsindən ən az 8, ən çoxu 12 saat əvvəl baş vermişdir. X5 ölümü ilə baş vermiş yol-qənliyyat hadisəsi arasında birbaşa səbəbli əlaqə vardır (cild 01, iş vər. 58-61). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 aprel 2024-cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, X11 meyitində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin mədəsinə, beyin mədəciklərinə qansızmalar, sol ənsə nahiyəsinin hemotoması, sağ ənsə nahiyəsinin sıyrığı(şişkinli), sağ İ-İİ-İİİ-İV qabırğaların sınığı, döş boşluğuna qanaxma, burun sümüklərinin sınığı, alın nahiyəsinin, burun yəhərinin, sağ dirsək oynağının arxa sətihinin, alt çənə nahiyəsinin, sol saidin ön səthinin , sol qasıq nahiyəsinin, sol bud çanaq oynağının bayır səthinin sıyrıqlar, sağ bud çanaq oynağının bayır səthinin qançırı, sol saidin aşağı 1/3-nin ön səthinin yarası,küt alət təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri 16 mart 2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. Onun ölümünə səbəb qapalı kəllə beyin tarvması, beynin sərt qişası altına, beynin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. Rəşad Əlizadənin meyitində aşar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərlər. Ölüm meyitin müyainəsindən ən az 8, ən çoxu 12 saat əvvəl baş vermişdir (cild 01, iş vər.84-87). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Baş X36 İdarəsinin 07 may 2024-cü il tarixli, 3-13-16/2- 72639/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-cı il tarixdə (xx.xx.2028-cı il tarixədək etibarlı olan) AC 548744 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (cild 01, iş vər. 92). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X34 08 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxananın poliklinika şöbəsində həkim narkoloqun və həkim pisixiatrın dispanser qeydiyyatında dayanmır (cild 01, iş vər. 93). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 95). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 10 iyun 2024-cü il tarixli, 8/1375 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01, iş vər. 101-103). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti başçısının Dondar Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 aprel 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi yoldaşı Səhadət Qasımova, qızı Leyla Qasımova və oğlu Elgün Qasımovdan ibarətdir və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 109-110). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 iyun 2024-cü il tarixli “Qəbz” dən görünür ki, Yasin Ağəmmədovun idarə etdiyi Ford transit markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə baxışınadək saxlanılması üçün X6 təhvil verilmişdir (cild 01, iş vər 112). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbz” dən görünür ki, Yaşar Qarayevin idarə etdiyi avtomobil məhkəmə baxışınadək saxlanılması üçün X19 təhvil verilmişdir (cild 01, iş vər 113). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 iyun 2024-cü il tarixli “Qəbz” dən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə baxışınadək saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir (cild 01, iş vər 114). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 4(014)-25/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə 1 (bir) ay 16 (on altı) gün müddətində qətimkan tədbiri seçilmiş və seçilmiş həbsetmənin əvvəli 05 iyul 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.151-154). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qəraradan görünürki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə əlavə ittiham elan edilməsi, həmçinin Yaşar Qarayevin və Yasin Ağəmmədovun əməllərində cinayət tərkibi olmadığıdan onların barəsində cinayət işinin başlanılması rədd edilmişdir (cild 01, iş vər. 162-169). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X3 xx.xx.2024-cü il tarixli, **********265 nörməli notarial qaydada təsdiq olunmuş əirzəsindən görünür ki, X3 xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X10 xx.xx.2024-cü il tarixli, **********446 nörməli notarial qaydada təsdiq olunmuş əirzəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X15 xx.xx.2024-cü il tarixli, **********266 nörməli notarial qaydada təsdiq olunmuş əirzəsindən görünür ki, onun xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X13 Kardiologiya şöbəsinin ürək kateterizasiyası laboratoriyasının sənədindən görünür ki, Təqsirləndirilən şəxs barəsində UİX nəticəsində cərrahi müalicə (CABG) + PCİ qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tovuz Rayon Mərkəzi X20 Şəxsin poliklinika şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən sözügedən xəstəxananın poliklinika şöbəsində endikrinoloji kabinetində E11.7 şəkərli diabet tip 2 ağır forma diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xİdmətinin Hərbi Tibb Baş İdarəsinin təqdim etdiyi tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs UİX: qeyri-stabil stenokardiya, Hipertoniya xəstəliyi İİ mərhələ və şəkərli diabet İİ tip diaqnozları qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xİdmətinin Hərbi Tibb Baş İdarəsinin təqdim etdiyi tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs ürəyinə RCA-ya PTCA+ 4 dərmanlı stent qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsim hüquqi varisi X23 həmin tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsim hüquqi varisi X12 həmin tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsim hüquqi varisi X24 həmin tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və onların mötəbərliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən yol hərəkəti qaydalarınını pozaraq ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxslər X5, X9 və X11 ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində idarə etdiyi Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan yolunun Ağdaş rayonu Ləki qəsəbəsindən keçən 263-cü kilometrliyində 60 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilinin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkət etməli olduğu halda bunu etməyərək qabaq sağ tərəfi ilə yolun sağ ehtiyyat hissəsində hərəkətin əksi istiqamətində dayanmış Ford transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfindən yolun sağ kənarından sağa doğru 0.7 metr məsafədə toqquşmuş, Ford transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil də geriyə gedərək Bakı şəhəri istiqamətində 2 metr məsafədə dayanmış Ford transit markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Ford markalı avtomobillərin arasında piyadalar X16, X21 və X22 qalaraq ölmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Repsublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair sürücülərin üzərinə vəzifələr qoyulur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqında dindirilmiş şahid ifadəsi ilə və digər sübutlarla tam şəkildə təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının 13 nömrəli rəyindən görünür ki, X11 meyitində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin mədəsinə, beyin mədəciklərinə qansızmalar, sol ənsə nahiyəsinin hemotoması, sağ ənsə nahiyəsinin sıyrığı(şişkinli), sağ İ-İİ-İİİ-İV qabırğaların sınığı, döş boşluğuna qanaxma, burun sümüklərinin sınığı, alın nahiyəsinin, burun yəhərinin, sağ dirsək oynağının arxa sətihinin, alt çənə nahiyəsinin, sol saidin ön səthinin , sol qasıq nahiyəsinin, sol bud çanaq oynağının bayır səthinin sıyrıqlar, sağ bud çanaq oynağının bayır səthinin qançırı, sol saidin aşağı 1/3-nin ön səthinin yarası,küt alət təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. X11 ölümünə səbəb qapalı kəllə beyin tarvması, beynin sərt qişası altına, beynin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X11 meyitində aşar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərlər. Həmçinin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-sü il tarixli, 14 nömrəli rəyindən görünür ki, X9 meyitində aşkar edilmiş xəsarətlər – ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin mədəsinə, beyin mədəciklərinə qansızma, alın nahiyəsinin qançırı, sol diz oynağının bayır sərthinin yarası, sol bazunun bayır səthinin, sağ budun bayır səthinin, sol budun iç səthinin, sağ diz oynağının iç səthinin, sol baldırın ön iç səthinin sıyrıqlar,küt əşya(əşyalar) təsirindən törənmiş, həyatidirlər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X9 ölümünə səbəb ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin mədəsinə, beyin mədəciklərinə mədəciklərinə qansızmalar olmuşdur. X9 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X9 ölümü meyitin müyainəsindən ən az 8, ən çoxu 12 saat əvvəl baş vermişdir. X9 ölümü ilə baş vermiş yol-qənliyyat hadisəsi arasında birbaşa səbəbli əlaqə vardır. Habelə xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının 15 nömrəli rəyindən görünür ki, X5 meyitində aşkar edilmiş xəsarətlər – ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin mədəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iç səthinə qansızmalar, alnın sol nahiyəsinin, təpə nahiyəsinin, sol gicgah nahiyəsinin, sağ baldırın bayır səthinin, sol gözaltı nahiyənin yaraları, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin , sol aşıq daban oynağının iç səthinin, döş qəfəsinin ön sol nahiyəsinin sıyrıqları, küt əşya(əşyalar) təsirindən törənmiş, həyatidirlər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X5 ölümünə səbəb qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin mədəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X5 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X5 ölümü meyitin müyainəsindən ən az 8, ən çoxu 12 saat əvvəl baş vermişdir. X5 ölümü ilə baş vermiş yol-qənliyyat hadisəsi arasında birbaşa səbəbli əlaqə vardır. 10 iyun 2024-cü il tarixli 8/1375 nömrəli məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində idarə etdiyi Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan yolunun Ağdaş rayonu Ləki qəsəbəsindən keçən 263-cü kilometrliyində 60 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qabaq sağ tərəfi ilə yolun sağ ehtiyyat hissəsində hərəkətin əksi istiqamətində dayanmış Ford transit markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfindən yolun sağ kənarından sağa doğru 0.7 metr məsafədə toqquşmuş, Ford transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil də geriyə gedərək Bakı şəhəri istiqamətində 2 metr məsafədə dayanmış Ford transit markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Ford markalı avtomobillərin arasında piyadalar X16, X21 və X22 qalmış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3–cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilməli və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən hallarla bağlı Təqsirləndirilən şəxs əməlində onun zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını (CM 59.1.12 –ci maddəsinə əsasən), qeyri stabil stenokardiya, hipertoniya İİ mərhələ, şəkərli diabet İİ tip xəstəliklərinin olmasını, həmçinin məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsini, əməlindən peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və onun əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddə üzrə ona nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 15, 16 və 21ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun həbs olunduğu vaxtdan, yəni 05 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı, Ford transit markalı **-XM-*** dövlət qeydiyyat nişanlı və Ford transit markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinə köçürülməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Mercedes Benz 815D markalı **-HU-*** dövlət qeydiyyat nişanlı, Ford transit markalı **-XM-*** dövlət qeydiyyat nişanlı və Ford transit markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 128 AZN (bir yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar