Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-227/2025 18.02.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəki şəhəri, X2, ev 2 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2023-cü il tarixli qərarla 6 ay müddətinə məhdudlaşdırılmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 06 fevral 2024-cü il tarixdə, saat 17:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “Hyundai i30 Minik” markalı, **- KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Qax avtomobil yolunun Şəki rayonu, Qoxmuq kəndi ərazisindən keçən hissəsində Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci bəndinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, buna riayət etməyərək avtomobili 70-75 km/saat sürətlə hərəkət etdirərkən yolun sağ çiynində yola perpendikulyar vəziyyətdə dayanmış sürücü X12 idarə etdiyi “Mercedes Benz E190 Minik” markalı, 55-BN -614 dövlət qeydiyyat nişanlı avtomobillə dayandığı yerdən sola dönmək üçün yolun əks hərəkət zolağına doğru hərəkət edərək hərəkət hissəsinə daxil olduqdan sonra özünün idarə etdiyi “Hyundai i30 Minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə X7 idarə etdiyi “Mercedes Benz E 190 Minik” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü X7 qarının küt travması, nazik və yoğun bağırsaqların, böyük və kiçik piyliyin, bağırsaq müsariqələrinin əzilməsi və qansızmaları, xarici cinsiyyət orqanlarının (penis və hər iki xayaların) əzilmələri və boşluqlarına qansızmalar, sidik kisəsinin cırılması, dalağın kapsula altı hematoması, çanaq üzvlərinin küt travması, qasıq bitişməsinin aralanması, qasıq və çanaq sümüklərinin yerdəyişən sınıqları, qarının aşağı ön və sağ yan kvadratlarında, qasıq nahiyəsində, cinsiyyət orqanlarında, hər iki budlarında, sağ dizində geniş sahələrdə yumşaq toxumaların əzilməsi və qançırları nəticəsində inkişaf edən travmatik şok kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq həmin xəsarətlər nəticəsində inkişaf edən travmatik şok nəticəsində 08 fevral 2024-cü il tarixdə, saat 22:20 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmaqla sürücülük hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, taksi kimi fəaliyyət göstərir. Hadisə baş verən gün Qudula kəndinə müştəri götürməyə getmişdir. Kənddən qayıdan zaman Qoxmuq kəndinin yanında olan əsas yolda işıqforu keçib hərəkət edəndə anidən qarşısına avtomobil çıxmış və qəza baş vermişdir. Hadisə zamanı idarə etdiyi avtomobilin sürəti 60- 65 km/saat olmuşdur. O, qəza baş verməsin deyə əyləcdən istifadə etsə də məsafə az olduğundan qəzadan yayına bilməmişdir. Hadisə baş verən zaman hava yağışlı olsa da tam qaralmamış, yol nəm olmuşdur. O, digər avtomobili öncədən görməmiş, yalnız həmin avtomobil onun qarşına çıxan an görmüşdür. Həmin avtomobili görəndə aralarında təxminən 10 metr məsafə olmuşdur. Toqquşduğu avtomobilin dönmə işığını yandırıbyandırmamasına fikir verməmişdir. O, işıqforun qırmızı işığında dayanmış və yaşıl işıq yandıqdan sonra hərəkət etmişdir. İşıqfordan 30-40 metr sonra qəza baş vermişdir. Toqquşma anında idarə etdiyi avtomobilin sürəti təxminən 55-60 km/saat olmuşdur. Qəza baş verən yolda avtomobillərin hərəkətinə icazə verilən sürət həddi 60 km/saat olmuşdur. O, həmin zaman sürət həddini aşmamış, onun idarə etdiyi avtomobilin sürəti də 60 km/saat olmuşdur. Qəza saat 17:30 radələrində baş vermişdir. Hadisə onun hərəkət zolağında baş vermişdir. O, həmin avtomobillə toqquşmamışdan öncə digər avtomobilləri ötüb keçməmişdir. Qəzadan sonra digər avtomobil sürüşüb kanala düşmüş, onun avtomobilinin isə ön hissəsi əzilmişdir. Onun avtomobilində üç nəfər sərnişin olmuş, digər avtomobildə isə neçə sərnişin olduğu barədə məlumatı olmamışdır. O, hadisə baş verdikdən dərhal sonra digər avtomobilə yaxınlaşaraq avtomobilin sürücüsünün vəziyyəti ilə maraqlanmış, həmin vaxt sürücünün huşu özündə olmamışdır. Qəza baş verdikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir aqressiya olmamışdır. Daha sonra xəstəxanaya getmiş, orada qəzaya uğramış şəxsləri, eləcə də onu müayinə etmişlər. Qəza zamanı onun fikrini yayındıran heç bir amil olmamış, qəza nəticəsində özü xəsarət almamışdır. O, 2008-ci ildən avtomobil idarə edir. Onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatı olmamış, bunu yalnız ibtidai istintaq zamanı bilmişdir. Onun mobil telefonu bağlı olduğu üçün inzibati cərimələrlə bağlı ona sms bildiriş gəlməmiş, əsasən internetdən istifadə etdiyi üçün sms bildiriş gələndə də onlara fikir verməmişdir. İnzibati cərimələrini ödəniş aparatlarında ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında bəzi ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun “Hyundai İ30” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə sərnişin daşımaqla məşğul olur. “*0066” taksi şirkəti ilə işləmişdir. 06 fevral 2024-cü il tarixdə saat 17 radələrində Şəki rayonu, Qudula kəndindən üç nəfər sərnişini götürüb Şəki şəhəri istiqamətində hərəkətdə olmuşdur. Şəki rayonu Qoxmuq kəndinin mərkəzindən keçən yolla Şəki şəhər istiqamətində təxminən 60- 70 km/ saat sürətlə avtomobili idarə edən zaman ondan qabaqda markasını xatırlamadığı avtomaşın getdiyini görərək həmin avtomaşını ötüb keçərək öz yoluna qayıtmışdır. Qoxmuq kəndinin mərkəzindən keçən yolla hərəkətdə olan zaman işıqforu keçib bir qədər getdikdən sonra yolun sağ kənarında “Mercedes Benz-190” markalı avtomaşının sola dönmə işığını yandırıb dayandığını görmüşdür. Həmin avtomaşına çatmağa təxminən 10- 15 metr qalmış həmin “Mercedes Benz-190” markalı avtomaşın yolun sağından soluna doğru hərəkətə başlamışdır. O, həmin vaxt avtomobilin yola çıxdığını görüb əyləci basdıqda avtomobil sola doğru sürüşmüş, nəticədə onun idarə etdiyi avtomaşının qabaq hissəsi “Mercedes Benz-190 markalı avtomaşının sol qabaq yan qapısına dəymiş və toqquşma baş vermişdir. Həmin vaxt onun idarə etdiyi avtomaşın tormozda hərəkətinə davam etmiş və avtomaşının qabaq hissəsi “Mercedes-Benz 190” markalı avtomaşının sol qabaq yan qapısına dəymişdir. Həmin toqquşma zamanı “Mercedes-Benz 190” markalı avtomaşın zərbədən yolun sol kənarındakı arxın üzərinə düşüb qalmışdır. Onun idarə etdiyi avtomaşın isə yolun ortasında dayanıb qalmışdır. Həmin vaxt o, hadisənin təsirindən bir anlıq özünü itirmişdir. Avtomaşından düşüb idarə etdiyi avtomaşına baxanda görmüşdür ki, heç kim yoxdur. “Mercedes-Benz 190” markalı avtomaşında da heç kim olmamışdır. Həmin vaxt orada olanlardan “xəsarət alan, ölən varmı?” deyə soruşmuş, ona “ölən yoxdur, ancaq xəsarət alanları xəstəxanaya göndəriblər” deyə cavab vermişlər. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. O da həmin vaxt orada olmuşdur. Baxış keçiriləndən sonra birlikdə xəstəxanaya getmişlər. Xəstəxanada “Mercedes” markalı avtomaşının sürücüsü olan yaşlı kişini müayinə etdiklərini görmüşdür. Orada kişinin qıçlarının sındığını eşitmişdir. Yol-nəqliyyat hadisəsi zamanı hava açıq olmuş, yolun hərəkət hissəsi nəm olmuş, lakin yağış yağmamışdır. Hadisə yerində yol düz, görmə məsafəsi qeyri-məhdud olmuşdur. Hadisədən qabaq onun qarşısına heç bir maneə çıxmamışdır. Hadisə zamanı onun idarə etdiyi avtomaşında üç nəfər tanımadığı sərnişin olmuşdur. O, “Mercedes” markalı avtomaşında sürücüdən başqa kimlərinsə olub-olmamasını görməmişdir. Ətrafda kimlərin olduğunu və həmin hadisəni kimlərin gördüyünü bilməmişdir. Hadisədən sonra oraya gələnləri tanımadığı üçün adlarını qeyd edə bilmir. Hadisə zamanı yorğun, yuxulu və ya içkili olmamış, idarə etdiyi avtomaşında maqnitofon işlək vəziyyətdə olmamışdır. O, avtomaşını idarə edən zaman diqqətini yayındıran heç bir amil olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomaşının sükan-tormoz sistemində və digər hissələrində hər hansı bir nasazlıq olmamışdır. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun sağ əlinin baş barmağı əzilmiş, başqa heç bir xəsarət almamışdır (cild 1, iş vərəqə 203-205; cild 3, iş vərəqə 35-38). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uygun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi dindirilmiş X9 göstərdi ki, mərhum X12 onun atasıdır. Hadisə günü o, işdə olarkən, yəni saat 17-18 radələrində atasının dayısı oğlu Nuru İlyasov ona zəng edərək hadisə barədə məlumat vermiş, o da yoldaşı ilə birlikdə kəndə doğru yola düşmüşdür. Hadisə yerinə çatdıqda yolun kənarında çoxlu adamların və təcili tibbi yardım avtomobilinin olduğunu, avtomobillərdən birinin arxa düşdüyünü, atasının isə yerdə uzadıldığını görmüşdür. O, hadisə yerinə çatanda atasının huşu üzərində olmuş, “ölürəm, ölürəm” demişdir. Həmin vaxt ona hadisə barədə məlumat verilmişdir ki, “Hyundai” markalı avtomobil onun atasının idarə ediyi “Mercedes” markalı avtomobili vuraraq arxa düşməsinə səbəb olmuşdur. Kənd camaatı ona hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerində olmuş, “qabağıma çıxdı, mən də sürətli gəlirdim vurdum” deyərək hadisəni özünün törətdiyini etiraf etmişdir.Təcili tibbi yardım avtomobilini kənd camaatı çağırmışdır. Hadisə 06 fevral 2024-cü il tarixdə baş vermiş, atası isə 08 fevral 2024-cü il tarixdə dünyasını dəyişmişdir. O, atasını xəstəxanada görsə də onunla danışa bilməmişdir. Atası sağ zolaqdan sol zolağa dönərkən qəza baş vermişdir. Dayısı oğlu Şahid4 ona demişdir ki, o, özünün idarə etdiyi avtomobillə Şəki şəhər istiqamətində gedərkən ondan qabaqda iki dənə başqa avtomobil getmiş, həmin “Hyundai” markalı avtomobil eyni istiqamətdə sürətlə gəlib onu və qarşıda gedən avtomobilləri keçəndən sonra qabaqda toqquşma səsi eşitmiş, amma hadisənin necə baş verdiyini görməmiş, hadisə yerinə çatanda “Hyundai” markalı avtomobilin onun atasının idarə etdiyi “Mercedes” markalı avtomobili vurduğunu görmüşdür. O, hadisə yerinə gələndə Rasim də orada olmuşdur. Hadisə vaxtı atasının avtomobilində iki nəfər, “Hyundai” markalı avtomobildə isə üç nəfər olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisə günü onun avtomobili ustada olmuş və o, avtomobili ustadan götürmək üçün “*0066” taksi şirkətinə zəng edərək taksi sifariş etmişdir. Sifariş əsasında taksi sürücüsü Təqsirləndirilən şəxs “Hyundai” markalı avtomobillə gəlmişdi. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sərnişin oturacağında, qardaşı Cavad və qonşusu Samir isə arxa oturacaqda oturmuşlar. Onlar Şəki şəhəri istiqamətində gedərkən yolun sağ tərəfində dayanan “Mercedes” markalı avtomobil qəflətən yolun sol zolağına çıxmış və nəticədə qəza baş vermişdir. “Mercedes” markalı avtomobil hərəkətə başlayarkən onların arasında təxminən 25-30 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün avtomobili tormozlasa da saxlaya bilməmiş və “Mercedes” markalı avtomobilin sürücü tərəfdən orta hissəsinə dəymişdir. O, “Mercedes” markalı avtomobilin yolun sağ tərəfində dayandığını görmüş, amma həmin avtomobil aralarında təxminən 30 metr məsafə qalanda hərəkətə başlamışdır. “Mercedes” markalı avtomobil yola çıxarkən sola dönmə işığı yandırmışdı. Hadisə vaxtı hava tutqun olsa da yağış yağmamışdır. Hadisədən sonra onun qapısı açılmadığı üçün qardaşı Cavad avtomobildən düşməyə ona kömək etmiş və təcili tibbi yardım çağırmışdır. O, hadisə nəticəsində üz nahiyəsindən xəsarət almışdır. Xəstəxanaya təcili tibbi yardım avtomobili ilə getməmiş, yaxınlıqda olan taksi sürücüsü onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs “Hyundai” markalı avtomobili çox sürətlə idarə etməmiş, amma həmin yol üçün nəzərdə tutulmuş sürətlə də idarə etməmişdir. Belə ki, həmin yolda sürət həddi 60 km/saat olmuş, amma Təqsirləndirilən şəxs avtomobili təxminən 70-75 km/saat sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs işıqfora çatmamış iki dənə avtomobili ötüb keçmiş, amma qəza baş verən istiqamətdə heç bir avtomobili ötməmişdir. Hadisə vaxtı onların yoluna hər hansı maneə çıxmamış, Təqsirləndirilən şəxs yuxulu və ya içkili vəziyyətdə olmamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, özünün idarə etdiyi “Vaz-2107” markalı avtomobillə Qoxmuq kənddən Şəki şəhəri istiqamətində gələrkən Təqsirləndirilən şəxs öz idarə etdiyi avtomobillə onu ötüb keçmişdir. O, yolun kənarından sərnişin götürdüyü üçün bir qədər ləngimiş, sonra hərəkətə başladıqda qarşıda qəza olduğunu görərək hadisə yerinə yaxınlaşmışdır. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və yaralılar xəstəxanaya aparılmışdır. O, öz avtomobilini 50 km/saat sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs avtomobili hansı sürətlə idarə etdiyini bilməmiş, amma sonuncunun avtomobilin sürəti onun avtomobilinin sürətindən daha çox olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun idarə etdiyi avtomobil onu ötüb keçərkən o, həmin an avtomobilin konkret olaraq kimə məxsus olduğunu bilməmiş, sadəcə qarşıda qəza törədən avtomobilin onu bir az əvvəl ötüb keçən avtomobil olduğunu bilmişdir. Hadisə yeri ilə onun avtomobili arasında təxminən 200 metr məsafə olmuş və o, qəzanın səsini eşitməmişdir. O, hadisə yerinə təxminən 5 dəqiqə sonra çatmışdır. Hadisə yerinə gələndə Təqsirləndirilən şəxs avtomobilinin yolun ortasında olduğunu, digər avtomobilin isə yolun kənarındakı arxa düşdüyünü görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin markasını hazırda xatırlamır, amma digər avtomobil “Mercedes” markalı avtomobil olmuşdur. Həmin “Mercedes” markalı avtomobil bibisinin əri Çingiz Səmədova məxsus olduğu üçün onu görən kimi tanımış, ona görə də, hadisə yerinə yaxınlaşmışdır. Həmin vaxt Çingiz Səmədovun vəziyyəti yaxşı olmamışdır. Zərbə “Mercedes” markalı avtomobilin sürücü tərəfdən olan sol hissəsinə dəymişdir. “Mercedes” markalı avtomobildə yalnız Çingiz Səmədov olmuş, başqa heç kimi görməmişdir. Digər avtomobildə neçə nəfər olduğunu görməmiş, amma xəstəxanada eşitdiyinə görə digər avtomobildə üç nəfər olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin yol-nəqliyyat hadisəsi Şəki-Qax yolunun Şəki rayonu, Qoxmuq kəndinin mərkəzindən keçən yolda baş vermişdir. Baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs deməsi ilə müəyyən olunmuşdur ki, o, idarə etdiyi “Hyundai i30” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhər istiqamətində hərəkətdə olan zaman həmin istiqamətdə yolun sağ ehtiyat hissəsində yola perpendikulyar vəziyyətdə dayanmış X7 idarə etdiyi “Mercedes Benz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolu soldan sağa doğru keçmək istəyən zaman toqquşma baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsinin eni 8,2 metr olmuşdur. Hadisə yerində yolun ortasında hər iki istiqamətdə avtomobillərin hərəkətini ayıran qırıq xətt vardır. Hadisə yerinin baxışı “Hyundai i30” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində aparılmış, həmin istiqamətdə yolun sol çiyinin eni 1,9 metr, sağ çiyninin eni isə 5,85 metr olmuşdur. Toqquşma yolun hərəkət hissəsinin sağ kənarında 4,2 metr məsafədə baş vermiş, toqquşma izinin eni 0,8 metr olmuşdur. Hadisə yerində “Hyundai i30” markalı avtomobilin hərəkəti istiqamətində yolun sağ kənarından 0,5 metr məsafədə başlayaraq 23 metr davam edərək toqquşma yerində qurtaran həmin avtomobildən qalmış iki ədəd bir-birinə paralel tormoz izləri olmuşdur. Hadisə törətmiş “Hyundai i30” markalı və “Mercedes Benz” markalı avtomobillər hadisə yerində olmaqla “Hyundai i30” markalı avtomobilin qabaq hissəsi, əsasən qabaq sol küncü əzilərək deformasiyaya uğramışdır. “Mercedes Benz” markalı avtomobilin isə sol qabaq qapısı və qabaq qanadı içəri doğru əzilərək deformasiyaya uğramışdır. “Hyundai i30” markalı avtomobil yolun hərəkət hissəsində olmaqla qabaq sol təkərindən yolun hərəkət hissəsinin sol kənarına qədər olan məsafə 2,35 metr, arxa təkərdən yolun sol kənarına qədər olan məsafə 3,2 metr olmuşdur. “Mercedes Benz” markalı avtomobil yolun son kənarında yola perpendikulyar vəziyyətdə düşüb qalmışdır. “Hyundai i30” markalı avtomobilin qabaq sol təkərindən “Mercedes Benz” markalı avtomobilin arxa sol təkərinə qədər olan məsafə 7,7 metr olmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 6-15). Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 06 fevral 2024-cü il tarixli 19 A №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur (cild 1, iş vərəqə 16-17). Yaddaşda olan videogörüntünün götürülməsi haqqında 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəki-Qax yolunun Şəki rayonu, Qoxmuq kəndinin mərkəzindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin yaxınlığında yerləşən “Buta” marketdə qoyulmuş müşahidə kamerasının yaddaşında olan yol-nəqliyyat hadisəsinin baş verdiyi anın video görüntüsü bir ədəd DVD diskə köçürülərək götürülmüş və həmin disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 43-45). Baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüsünün əks olunduğu diskdən və həmin diskə baxış keçirilməsi haqqında 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, disk açıldıqda orada mağazanın qarşı tərəfi və mağazanın qarşı tərəfindən keçən yol görünür. Mağazanın qarşı tərəfində 4 ədəd dövlət qeydiyyat nişanı görünməyən avtomobil dayanmışdır. Mağazanın qarşısından keçən yolda avtomobillər hər iki istiqamətdə hərəkət etmişlər. Saat 17:29:50-də qara rəngli “Mercedes Benz” markalı avtomobil hərəkətdə olub qabaqda hərəkəti istiqamətində yolun sağ çiyninə çıxıb yola perpendikulyar şəkildə dayanıb gözləmiş, eyni vaxtda həmin yoldan hər iki istiqamətdə avtomobillər hərəkət etmişdir. “Mercedes Benz” markalı avtomobil qarşı tərəfdən gələn avtomobilləri buraxdıqdan sonra saat 17:30:08-də sola doğru hərəkətə başlayıb manevr etmək istəyən zaman eyni istiqamətdə hərəkətdə olan qara rəngli “Hyundai” markalı avtomobil gələrək qarşı tərəfi ilə həmin “Mercedes Benz” markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur (cild 1, iş vərəq 46). Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, o, Şəki rayonu, Qoxmuq kəndinin mərkəzindən keçən yolda yol-nəqliyyat hadisəsinin baş verməsi hallarını və yerini əyani olaraq göstərməklə bildirmişdir ki, o, 06 fevral 2024-cü il tarixdə idarə etdiyi “Hyundai İ30” minik markalı, **-KG- *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətində təxminən 70-75 km/saat sürətlə hərəkətdə olmuş, təxminən saat 17:30 radələrində yolun kənarında yerləşən “Buta” marketdən bir qədər qabaqda onun idarə etdiyi avtomobillə “Mercedes Benz” markalı avtomobil toqquşmuşdur. Turqut Abbasazadə toqquşma yerinə təxminən 20 metr qalmış məsafəni göstərərək həmin yerdə “Mercedes Benz” markalı avtomobilin qarşısına çıxdığını gördüyünü və həmin an idarə etdiyi avtomobilə tormoz verdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı hadisə yerində Təqsirləndirilən şəxs hadisə vaxtı hərəkətdə olduğu yolun sağ kənarından 0,5 metr məsafədə başlayaraq təxminən 23 metr məsafədə davam edib toqquşma yerində qurtaran bir-birinə paralel avtomobil təkərlərindən qalmış izlər aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 54-56). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində qeyd etdikləri xüsusatları birbirilərinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 101-104). Şəki Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinin əməliyyat tapşırığına verilmiş 26 fevral 2024-cü il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, 06 fevral 2024-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai i30” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhər istiqamətində hərəkətdə olan zaman yolun sağ kənarında dayanmış X7 idarə etdiyi “Mercedes Benz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun soluna doğru keçib əks istiqamətdə hərəkətdə olmaq istəyən zaman toqquşma baş vermişdir. Keçirilmiş tədbirlər zamanı “Hyundai i30” markalı **-KG- *** dövlət qeydiyyat nişanlı avtomobilin hansı sürətlə hərəkətdə olmasını müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı tədbirlər zamanı müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz” markalı avtomobildə X6, “Hyundai i30” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə Şahid1, X10 və onların dostu Samir adlı şəxs olmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı hadisə yerinin yaxınlığında olmuş və hadisəni görən şəxslərin, eləcə də hadisə yerinə gələn şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Adları qeyd olunan şəxslərin ifadələrinin alınması üçün istintaq bölməsinə gəlmələri təmin olunur. Həmçinin keçirilmiş tədbirlər zamanı yolnəqliyyat hadisəsi yerinin yaxınlığında yerləşən “Buta market” mağazasında olan müşahidə kamerasının olması müəyyən edilmişdir. Bundan başqa tədbirlər zamanı Təqsirləndirilən şəxs ilə X12 arasında əvvəllər ədavət və ya düşmənçilik, o cümlədən pul və ya əmlakla bağlı mübahisələrinin olması müəyyən olunmamışdır (cild 1, iş vərəqə 94). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 aprel 2024-cü il tarixli 8/832 nömrəli rəyindən görünür ki, “Hyundai i30” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes-Benz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 139-143). Məhkəmə-tibbi ekspertizasının 05 mart 2024-cü il tarixli 09 nömrəli rəyindən görünür ki, mərhum X7 meyitinin müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - qarının küt travması, nazik və yoğun bağırsaqların, böyük və kiçik piyliyin, bağırsaq müsariqələrinin əzilməsi və qansızmaları, xarici cinsiyyət orqanlarının (penis və hər iki xayaların) əzilmələri və boşluqlarına qansızmalar, sidik kisəsinin cırılması, dalağın kapsula altı hematoması, çanaq üzvlərinin küt travması, qasıq bitişməsinin aralanması, qasıq və çanaq sümüklərinin yerdəyişən sınıqları, qarının aşağı ön və sağ yan kvadratlarında, qasıq nahiyəsində, cinsiyyət orqanlarında, hər iki budlarında, sağ dizində, geniş sahələrdə yumşaq toxumaların əzilməsi və qançırları nəticəsində inkişaf edən travmatik şok, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sürücü qismində xəsarətlərin yetirilməsi mümkündür. Onun almış olduğu xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Onun ölümünə səbəb göstərilən xəsarətlər nəticəsində inkişaf edən travmatik şok olmuşdur. X1 meyitindən götürülmüş qanın kimyəvi müayinəsi zamanı metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenozepam, pirazalon törəmələri aşkar olunmamışdır (cild 1, iş vərəqə 134-138). Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ tərəfindən ona xx.xx.2018-ci il tarixdə AD 140314 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük vəsiqəsi 10 il müddətində, yəni xx.xx.2028-ci il tarixədək etibarlı olmuşdur (cild 1, iş vərəqə 31-32). Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir (cild 2, iş vərəqə 146). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin 15 oktyabr 2024-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, həmin idarənin mərkəzi informasiya sistemində Təqsirləndirilən şəxs sürücülük hüququ xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən 6 ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə əsasən sürücülük hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır (cild 2, iş vərəqə 213). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin 25 oktyabr 2024-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən 6 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması etibarlılıq müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixdək olan AD 140314 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə 15 oktyabr 2024-cü il tarixdə təqdim olunduğundan xx.xx.2024-cü il tarixdən etibarən sürücülük hüququnun məhdudlaşdırılması icraya yönəldilmiş, xx.xx.2025-ci il tarixdə başa çatacaqdır (cild 2, iş vərəqə 185). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin 13 mart 2025-ci il tarixli 3-13-16-6/2-50576/2025 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AD 140314 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddətə Şəki Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmış, vəsiqə sonradan təhvil verildiyi üçün sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı xx.xx.2024-cü il tarixdən başlamış və xx.xx.2025-ci il tarixdə isə qurtaracaqdır (cild 2, iş vərəqə 240). Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(075)-52/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məhdudlaşdırılması Şəki Rayon Məhkəməsinin qərarı ilə deyil, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən bir il ərzində 20 və ya daha çox bal toplanması səbəbindən məhdudlaşdırılmışdır (cild 2, iş vərəqə 249). Şəki Şəhər-Rayon Polis Şöbəsinin DYPB-nin Hərəkətin Təhlükəsizliyi üzrə mühəndisi Namiq Yusubovun 24 may 2025-ci il tarixli raportundan görünür ki, Şəki-Qax yolunun Şəki rayonu, Qoxmuq kəndinin mərkəzindən keçən asfalt yolun kənarında yerləşən yanacaq doldurma məntəqəsini keçdikdən sonra Kiş çayının üzərində yerləşən körpüyə qədər olan məsafədə 06 fevral 2024-cü il tarixdə avtomobillərin maksimum sürət həddi 50 km/saat olmuşdur (cild 3, iş vərəqə 246). Şəki “Çələbixan” məhəllə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşadığı müddətdə onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 167). Şəki Rayon Psixatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın dispanser müşahidəsində yoxdur (cild 1, iş vərəqə 168). Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən daxil olmuş 23 aprel 2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur (cild 1, iş vərəqə 172). Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 131). Zərərçəkmiş şəxsin hüquqi varisi X9 yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatının olmamasına, mobil telefonu bağlı olduğu üçün inzibati cərimələrlə bağlı ona sms bildiriş gəlməməsinə, əsasən internetdən istifadə etdiyi üçün mobil telefonuna sms bildiriş gələndə də onlara fikir verməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs taksi sürücüsü olmaqla “*0066” taksi şirkəti ilə işləmiş və gündəlik iş fəaliyyəti avtomobil idarə etməkdən ibarət olmuşdur. Hadisə günü də avtomobilində olan sərnişinləri “*0066” taksi sifarişi əsasında Şəki rayonunun Qudula kəndindən götürərək Şəki şəhərinə aparmaq istəmişdir. Göründüyü kimi iş fəaliyyəti avtomobil sürməkdən ibarət olmaqla taksi sifarişlərini daima mobil telefonu vasitəsilə qəbul edən Təqsirləndirilən şəxs mobil telefonunun davamlı bağlı olması inandırıcı deyil. Təqsirləndirilən şəxs inzibati cərimələrlə bağlı mobil telefonuna gələn smslərə fikir verməməsi ilə bağlı ifadəsi isə onun bu məsələdə laqeydliliyinin göstəricisi olmaqla məsuliyyətini aradan qaldırmır. Mobil telefonuna gələn smslərə fikir verməsə belə onun cərimə balları barədə müxtəlif üsullarla (mobil tətbiqlər, saytlar, ödəniş terminalları və sair) məlumat almaq imkanı olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, məhkəmə iclasında soruşularkən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində 20 bal toplamasına görə sürücülük hüquququn məhdudlaşdırıldığını ibtidai istintaq dövründə bildirməsinə zərurət duymadığı üçün demədiyini bildirmişdir. Şəki Rayon Məhkəməsinin həmin qərarı ilə cinayət işinə baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Təqsirləndirilən şəxs hadisədən sonra da sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarı mübahisələndirməmiş, qərardan aidiyyəti üzrə şikayət etməmiş, yəni faktiki olaraq sürücülük hüququnun məhdudlaşdırıldığını qəbul edərək 15 oktyabr 2024-cü il tarixdə sürücülük vəsiqəsini Baş X21 İdarəsinə təqdim etmiş, həmin vaxtdan onun sürücülük hüququnun məhdudlaşdırılması icraya yönəldilmiş və 15 aprel 2025-ci il tarixdə başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri iş üzrə toplanmış sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, yol hərəkəti qaydalarının qanunvericiliklə müəyyən edilmiş hallarda kobud surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək əsas və əlavə cəzaların həddi ilə bağlı nəticəyə gələrkən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının izah və tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Plenum Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzanın çəkilməsi müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmasının təmin olunması Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İbtidai istintaq orqanın 24 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 210-211). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüsünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmasının təmin olunması Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut - baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüsünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-227/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-227/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver