Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-228/2023 18.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə ümumilikdə 1805 qram çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana və istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 1305.809 qram, külli miqdarda narkotik vasitə - heroin əldə etdikdən sonra 1805 qram çəkidə olan narkotik vasitə – qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanında yerləşən yataq otağındakı dolabçanın arxa hissəsində bir ədəd göy rəngli sellofan torbanın içərisində saxlamış, 1305,809 qram çəkidə narkotik vasitə – heroinin 1305 qram olan hissəsini əynindəki qara rəngli qış gödəkçəsinin iç yan cibində, 0,809 qram hissəsini isə əynindəki qara rəgli qış gödəkçəsinin sol yan cibində saxlayaraq daşımış, 17 mart 2023-cü il tarixdə saat 05 radələrində Mingəçevir ŞPŞ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 50 saylı binanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldıqdan sonra Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilərək, orada həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq satış məqsədi ilə saxlayaraq daşıdığı 1305,809 qram çəkidə narkotik vasitə – heroin əynindəki qara rəngli qış gödəkçəsinin iç yan və sol yan ciblərindən aşkar olunaraq götürülmüş, davam edən əməliyyat axtarış tədbirləri zamanı qanunsuz olaraq satış məqsədi ilə saxladığı 1805 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuana həmin tarixdə onun yaşadığı ünvan 5 ünvanında yerləşən yataq otağında baxış istintaq hərəkəti aparılan zaman yataq otağındakı dolabçanın arxa hissəsində bir ədəd göy rəngli sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, lakin narkotik vaitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunan narkotik vasitəni İsa adlı İran İslam Respublikasının vətəndaşından əldə etmiş, İsanın nömrəsini əvvəllər cəzaçəkmə müəssisəsində birlikdə olduğu Anar adlı şəxs vermişdir. Həmin İsa adlı şəxslə telefonla əlaqə saxladıqdan sonra sonuncunun Bakı şəhəri Hövsan qəsəbəsində bazarın arxa tərəfində qoyduğu narkotik vasitəni götürmüş, həmin narkotik vasitənin 240 manatını özü İsanın göndərdiyi karta atmış, qalan pulu isə Anar İsaya verməli olmuşdur. Həmin narkotik vasitənin 240 manatlıq təxminən 18 qramını özü götürməli, qalan hissəsini isə Anar Mingəçevir şəhərinə gəlib götürməli olmuşdur. xx.xx.2023-cü ildə polis əməkdaşları onu saxlayaraq üzərindən qeyd olunan narkotik vasitələr aşkar olunmuşdur. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində sosial şəbəkədə tanış olduğu İsa adlı İran İslam Respublikası vətəndaşına “whatsapp” vasitəsi ilə mesaj yazaraq ona narkotik vasitə olan heroin lazım olduğunu bildirmiş, İsa isə ona “whatsapp” vasitəsi ilə ona onlayn qaydada terminaldan “M10” vasitəsi ilə pul göndərməyin qaydası ilə bağlı video göndərdikdən sonra Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Araz» marketdən «Milliön» terminalında “M10” vasitəsi ilə İsanın göndərdiyi +994-99-337-10-37 saylı mobil nömrəyə 240 manat pul göndərmişdir. Göndərdiyi pulun qəbzini İsaya göndərdikdən sonra tanımadığı taksi ilə Bakı şəhərinə yola getmiş, İsa “whatsapp” ani ismarıc mesajlaşma sistemi vasitəsi ilə ona məkan atmışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhərində Hövsan qəbəsində həmin İsa adlı şəxslə görüşmüş və sonuncu ilə razılaşdığı kimi sellofana bükülmüş bükümdə narkotik vasitəni götürdükdən sonra isə gecə saatlarında tanımadığı taksi ilə Mingəçevir şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Mingəçevir şəhərinə çatdıqdan sonra böyük bükümdən özü üçün istifadə etmək məqsədi ilə kiçik ölçülü büküm düzəltsə də istifadə etməmiş, saat 0455 radələrində yaşadığı evin yaxınlığında olarkən Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət etmişlər. Mingəçevir şəhər Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan iç cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə çəkisi 1340 qram olan içərisində narkotik vasitə olan heroinin və sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülüdə çəkisi 1,07 qram olan içərisində yenə narkotik vasitə heroinin olduğu kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Polis əməkdaşlarına mənzilində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyinə görə yaşadığı mənzilə baxış keçirilən zaman giriş qapısı ilə üzbəüz yerləşən yataq otağındakı dolabçanın arxa tərəfində göy rəngli sellofan torbada çəkisi 1836 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitəni isə bir müddət əvvəl Ağdaş rayonunda olarkən yolun kənarında yabanı halda bitən kollardan yığıb qurutduğunu, həmin vaxtdan etibarən isə orada saxladığını, iki dəfə istifədə etdiyini, nəm halda olduğuna, tam qurumadığına görə qurumasını gözlədiyini, şəxsi istifadəsi üçün yaşadığı ünvanda saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin X1 baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 04 radələrində Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-nın əməliyyat müvəkkili Şahid2, ƏRQ-nin kiçik inspektoru işləyən Şahid3 ilə birlikdə Mingəçevir şəhəri, Naxçıvan küçəsi 50 saylı binanın yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Mingəçevir şəhər Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qış gödəkçəsinin sol yan iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş çəkisi 1340 qram olan içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olan bükümü və həmin qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş çəkisi 1,07 qram olan içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu büküm aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofan bükümlər içərisində olan narkotik vasitə heroini Bakı şəhəri, Hövsan qəsəbəsindən onlayn qaydada İran İslam Respublikasının vətəndaşı olan “İsa” adlış şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərindən aşkar olunmuş qəbzin isə “İsa” adlı şəxsə narkotik vasitə almaq üçün pul göndərməsi ilə bağlı qəbz olduğunu, yaşadığı mənzildə də, narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilən zaman yataq otağında dolabçanın arxa hissəsində göy rəngli sellofan torbanın içərisində çəkisi 1835 qram olmaqla narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı bir müddət əvvəl Ağdaş rayonunda olan zaman yolun kənarında bitdiyini gördüyünü və şəxsi istifadəsi üçün yaşadığı mənzildə saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və ƏRQ-nın kiçik inspektoru Şahid3 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/262 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0.809 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitələr..” sözləri, adlar və imzalar olan 01 ( bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki, təmiz çəkisi – 1305 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “ Vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunub götürülmüş narkotik vasitə ..” sözləri, adlar və imzalar olan 01 ( bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi -1805 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 (bir) əddə sellofan bükümdə və 01 (bir) ədəd sellofan bağlamada olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin və qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına” daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 968 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əyinindəki qış gödəkçəsinin sol yan iç cibindən ümumi çəkisi 1340 qram narkotik vasitə olan heroin, həmin qış gödəkçəsinin sol yan cibindən ümumi çəkisi 1,07 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvaındakı mənzilin yataq otağındakı dolabçanın arxa tərəfində ümumi çəkisi 1835 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung SM-J500H” markalı mobil telefonda “Kişilər” bölməsində adı “X9” kimi qeydiyyata alınmış ölkə kodu İran İslam Respublikasına məxsus olan “+**********39” saylı mobil nömrə qeyd olunmuşdur. Mobil telefonun “Fotoğraflar” bölməsinə baxış zamanı xx.xx.2023-cü il tarixli şəkildə “Milliön” ödəmə sisteminin 51104 nömrəli çekinin şəkili vardır. Çekin məzmunundə +994 99 *** ** ** nömrəni istifadəsində olan müştəriyə məxsus debet karta mədaxil 240.00 manat pulun Mingəçevir şəhəri, H.Əliyev prospekti, Araz supermarket xx.xx.2023-cü il tarixdə saat 19:59:03-də köçürülməsi əks olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 23:27-də fotoğraflar bölməsində sol hissədə hasarın aşağı yaşıl otlaq ərazisinin yaşıl rəngli ox vasitəsi ilə işarələnmiş şəklin ekran görüntüsü qeydə alınmışdır. xx.xx.2023-ci il tarixdə saat 22:27-də fotoğraflar bölməsində olan qarşıda olan hasara yaxın iki ağacın arasında olan yaşıl otlaq sahəsinin orta hissəsinə yaşıl rəngli ox vasitəsi ilə işarələnmiş şəklin olması aşkar edilmişdir. xx.xx.2023-ci il tarixli 00:47 saniyəlik videogörüntüdə Milliön terminalı vasitəsi ilə +994 99 *** ** ** nömrəsinin “M10” vasitəsi ilə hesabın artırılması forması öz əksini tapmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə “whatsapp” ani ismarıc mesajlaşma sistemində “X9” kimi qeydiyyata alınmış ölkə kodu İran İslam Respublikasına məxsus olan “+**********39” saylı mobil nömrə ilə adı qeyd olunan şəxsin Təqsirləndirilən şəxs konum atması, Təqsirləndirilən şəxs səs yazılarından ““kokos” yəni, “torpaq” istəməsi “X9” kimi qeydiyyata alınmış şəxs “nə lazımdırsa məndə var” “çekin şəklini at” məzmununa səs yazısı, “10 K” mesajı, “atdığı konumu qoşmağını həmin konum onu şəkildə yaşıl rəngli oxla işarələnmiş yerə aparacağı” məzmununda səsli mesajlar müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 06 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəi ilə təsqirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 09 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-cin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X3 şəhər Rayonlararası Nakoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1067 nömrəli arayışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 50 mənzil 15-də yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən “kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” asılılıq sindromu diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X3 şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 876 nömrəli arayışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 50 mənzil 15-də yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Psixo-Nevroloji qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər 3 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 169 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 50, mənzil 38-də qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0515-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi olmadan saxlamasına, qalan narkotik vasitənin Anar adlı şəxsə məxsus olmasına dair ifadəsini müəsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı, yəni həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, bir neçə bükümdə və çeşiddə olması, aşkar olunan ödəniş qəbzi, mobil telefonundakı şəkillər onun aşkar olunan narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitənin xeyli hissəsinin Anar adlı şəxsə məxsus olmasını bildirsə də, həmin şəxsin anket məlumatları, həmçinin Anar adlı şəxsin ondan narkotik vasitəni götürəcəyini təsdiq edəcək konkret heç bir dəlil təqdim edə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 mart 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edələcək azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq qəti cəza təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 1304.659 qram olan narkotik vasitə-heroin, təmiz qalıq çəkisi 1804.90 qram qurudulmuş marixuana məhv edilsin, ““Samsung SM-J500H” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın, bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-228/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-228/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver