Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-229/2022 30.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X11, zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakları ilə, xx xxxx 1997-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi, ev 21, mənzil 4-də qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(051)-518/2021 saylı qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmaqla məhdudlaşdırma müddətinin axımı xx.xx.2022-ci il tarixdən hesablanmış Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 4 iyul 2022-ci il tarixdə saat 01 radələrində idarə etdiyi özünə məxsus «Mercedes Benz E220» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mingəçevir-Xaldan avtomobil yolunun Yevlax rayonunun Havarlı kəndinin ərazisindən keçən 1-ci km-də Xaldan kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni diqqətini daimi dəyişən yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmaqla hərəkət istiqamətində görmə şəraitini nəzərə almamaqla, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək yolu soldan sağa keçən piyada X4 vuraraq sonuncuya «açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq qəlpəli, kəllə əsası sümüklərinin xətti sınığı, sol İV-Vİİİ qabırğaların qapalı, sağ baldırı sümüklərinin aşağı 1/3-nin açıq-qəlpəli sınıqları, sol said sümüklərinin aşağı 1/3-nin qapalı sınıqları, subdural və subaraxnoidal qansızma» ilə müşayiət olunan törəndiyi anda həyat üçün təhlükəli olan, bu əlamətlərinə görə sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə Vaqif Məmmədzadənin ehtiyatsızlıqdan açıq kəllə beyin travması ilə müşayiət edilən baş beyinin yumşaq toxumalarına qansızma nəticəsində hadisə yerində ölməsinə səbəb olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə saat 2359-da özünə məxsus olan “Mercedes-Benz E220” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “*0066” taksi şirkətindən qəbul etdiyi adını bilmədiyi müştərinin mobil nömrəsinə zəng edərək müştərinin ona dediyi Mingəçevir şəhərində “1941-1945” abidəsinin qarşısına getmiş, avtomaşına oturan 3 nəfər müştərilər Yevlax rayonu Varvara kəndinə getdiklərini bildirdiklərinə görə Mingəçevir-Xaldan yolu istiqamətində hərəkət etməyə başlamışdır. Mingəçevir şəhərindən çıxaraq Xaldan kəndi istiqamətinə təxminən 1 km məsafə qət etdikdən sonra yolun əks hissəsində ağ rəngli markasını xatırlamadığı avtomobilin öz yolunda dayandığını görmüş, həmin avtomobilin işığı yanılı olduğu üçün onun görüş məsafəsi qısalmışdır. Təxminən 70-80 km/saat sürətlə hərəkətini davam etdirdikdə qəflətən hərəkət yoluna yolun sol hissəsindən çıxan piyadanı vurmuş, piyada onun yoluna qəflətən çıxdığı üçün piyadanı görə bilmədiyindən əyləci sıxa bilməmişdir. Piyadanı vurduqdan sonra geriyə dönmə əməliyyatı edərək üzü Mingəçevir şəhər istiqamətində avtomobilini saxlamış, piyada Vaqif Məmmədzadəni vurduqdan sonra sonuncu zərbənin təsirindən yolun əks hissəsinə, hərəkət zolağına düşmüşdür. Avtomobildən düşərək Vaqif Məmmədzadəyə yaxınlaşmış və sonuncunun öldüyünü bilmişdir. Bundan sonra DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və o, polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinə edilməsində iştirak etmişdir. Onun xx.xx.2019-cu il tarixdə aldığı 238970 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuş, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin qərarına əsasən onun nəqliyyat vasitəsi idarəetmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, 2022-ci ilin mart ayında özünə məxsus olan sürücülük vəsiqəsini Mingəçevir şəhər polis şöbəsinin DYPB-nə təqdim etmiş, həmin vaxt bölmənin əməkdaşı tərəfindən onun nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırıldığı ona izah edilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum X7 onun əri olmaqla 04 iyul 2022-ci il tarixdə Bakı şəhərində olduğu vaxt polis şöbəsinin əməkdaşları onlara zəng edərək əri Vaqif Məmmədzadənin yol-nəqliyyat hadisəsi zamanı, yəni piyada olaraq yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E220” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq öldüyünü bildirmişlər. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə həmkəndliləri Şahid2 və Elməddin adlı şəxslə birlikdə ot presi boşaltdıqdan sonra Mingəçevir şəhərinə getmiş, saat 2355 radələrinədək Mingəçevir şəhərində qaldıqdan sonra yaşadıqları Yevlax rayonu Varvara kəndində getmək üçün “*0066” taksi şirkətinə zəng edərək taksi sifariş etmişdir. 04 iyul 2022-ci il tarixdə saat 0005də əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi taksi sürücüsü “Mercedes-Benz E220” markalı avtomobil ilə onların olduğu Mingəçevir şəhərində yerləşən “1941-1945” abidəsinin qarşısına gəlmiş, onlar Təqsirləndirilən şəxs Yevlax rayonu Varvara kəndinə gedəcəklərini bildirdikdən sonra o, avtomaşının qabaq, digər iki nəfər şəxs isə arxada əyləşərək Mingəçevir-Xaldan yolu ilə Varvara kəndi istiqamətinə getmişlər. Təxminən 1 km irəlilədikdən sonra avtomobilə nəyinsə dəydiyini hiss etmiş, sürücü Təqsirləndirilən şəxs “mən nə etdim deyərək” təxminən 15-20 metr avtomobillə irəliləyərək geriyə dönmə əməliyyatı həyata keçirib və Mingəçevir şəhəri istiqamətinə hərəkət edərkən yolun kənarında bir nəfər şəxsin qan içərisində uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Avtomobildən düşüb baxdıqda sonradan adının Vaqif Məmmədzadə olduğunu bildiyi şəxsin öldüyünü, nəfəs almadığını görmüşlər. Təxminən 5- 10 dəqiqə hadisə yerində qaldıqdan sonra Elməddin və Ceyhunla birlikdə yaşadıqları Varvara kəndinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 iyul 2022-ci il tarixli 16 nömrəli rəyində göstərilmişdir ki, X2 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinə qansızma ilə ağırlaşan kəllə tağı sümüklərinin açıqqəlpəli, kəllə əsası sümüklərinin xətti sınığı, sağ baldır sümüklərinin açıq, sol said sümüklərinin qapalı sınıqları bərk küt alətin(alətlərin) təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa Ağır zərə vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 8-10 saat əvvəl baş verdiyini göstərir. Mərhumun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatında 0,4 promilli qatılığında etil spirti aşkar edilmişdir. Bu göstəricidə onu göstərir ki, mərhum alkoqollu içki qəbul etməsinə baxmayaraq praktiki ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 avqust 2022-ci il tarixli 8/2011 nömrəli rəyində göstərilmişdir ki, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayandan nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi (Sa” onun mövcud şəraitə uyğun tam dayanma yolundan (Sd) böyükdür. Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Mercedes Benz E220” markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomibilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Yevlax RQİ və TBŞ tərəfindən verilən xx.xx.2022-ci il tarixli 309-3149-1222 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixdə AE 238970 saylı “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsi tərəfindən 6 (altı) ay müddətinə Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-si tərəfindən Yevlax RQİ və TBŞ-nə göndərilmiş, sürücülük hüququnun məhdudlaşdırma müddətinin axımının sürücülük vəsiqəsi Yevlax RQİ və TBŞ-nə daxil olduğu gündən hesablandığı üçün Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırma müddətinin axımının xx.xx.2022-ci il tarixdən 6 (altı) ay müddətinə hesablandığından Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırma müddətinin bitməmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(051)-518/2021 saylı qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji dispanserinin “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə” dair 445 nömrəli aktından məlum olur ki, sürücü Təqsirləndirilən şəxs hadisəni törədən zaman sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X3 şəhər Rayonlararası Narkoloji Dispanserinin 08 iyul 2022-ci il tarixli 440 nömrəli arayışından görünür ki, Quliyev X6 şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X3 şəhər Rayonlararası Psixonevroloji Dispanserinin 08 iyul 2022-ci il tarixli 1111 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı Kombinatı 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda və xasiyyətnamədə göstərilmişdir ki, Quliyev X6 şəhəri C.Əliyev küçəsi ev 21, mənzil 4-də ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan SX ******* №-li hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissənin tərkibinə daxil edilməklə Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında heyət-nəfəri-atıcı vəzifəsində iştirak etmişdir. Qətimkan tədbirinin seçilməsinə dair 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının da rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi olan arvadı ilə barışaraq sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, bu cəzanın, yəni təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsində saxlanılan «Mercedes Benz E220» markalı, ** OC *** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Mingəçevir şəhər İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan «Mercedes Benz E220» markalı, ** OC *** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev(sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-229/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-229/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver