Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-23/2021 08.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X80, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, xx xxxx 1950-ci il tarixdə Ermənistan SSR Razdan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 179.2.3-cü maddəsi ilə, xx xxxxxxxx 1956-cı il tarixdə İsmayıllı rayonunun Mican kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri Koroğlu küçəsi ev 19 ünvanında qeydiyyatda olmaqla İsmayıllı rayonunun Mican kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsə CM) 32.4, 32.5, 179.2.3, 308.1, 311.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X108 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vahid niyyətlə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, maddi məsul şəxsə etibar edilmiş özgə əmlakını vahid niyyətlə israf etməyə qeyrisini təhrik etmiş və həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Belə ki, o, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2006-cı il tarixli, 55 nömrəli əmri ilə həmin rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər X92 üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən xx xxxxxx 2009-cu il tarixdən İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə aralarında olan şəxsi münasibətlərdən və həmin şəhər X92 üzrə İcra Hakimiyyəti başçısının nümayəndəsi olması ilə əlaqədar xidməti mövqeyindən yararlanaraq, 2017-ci ilin əvvəllərində qardaşı X42 və qardaşı oğlu X43 imkansız ailə olduğunu, sonunculara kömək məqsədilə onların Təqsirləndirilən şəxs2 rəisi olduğu həmin Kombinata işçi kimi qəbul edilmələri, lakin işə gəlməməklə adlarına əmək haqqı qismində ayrılacaq pul vəsaitinə dair plastik kartın özünə təqdim edilməklə həmin kartdan çıxaracağı puldan qeyd edilən qohumlarına kömək etmək istəməsinə dair İsmayıllı rayonu ərazisində istintaqla müəyyən edilməyən ünvanda və vaxtda görüşləri zamanı Təqsirləndirilən şəxs2 bildirməsi ilə əlaqədar, sonuncunun razılığını almaqla onunla sövdələşib, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2017-ci il tarixdə həmin Kombinatın İsmayıllı şəhəri H.Əliyev prospekti 95 ünvanında yerləşən inzibati binasında verilmiş xx.xx.2017-ci il tarixli 191 nömrəli əmrlə X64 Kommunal Müəssisələri Kombinatına fəhlə kimi işə qəbul olunmasına nail olmaqla, sonuncunun faktiki olaraq həmin işə çıxmamaqla əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, həmin Kombinat tərəfindən sonuncunun adına “xxxx” ASCnin Göyçay filialının İsmayıllı şöbəsinə verilmiş sifariş əsasında onun adına açılmış əmək haqqı hesabı üzrə təqdim edilmiş **********518334 nömrəli plastik kart hesabına x xxxxx 2017-ci il tarixdən x xxxxxx 2017-ci il tarixədək olan müddətdə qeyd edilən Kombinatın müvafiq bank şöbəsində olan AZ14 İBAZ******************** nömrəli hesabından köçürülmüş cəmi 472,52 manat məbləğində, həmçinin eyni niyyətlə Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2017-ci il tarixdə həmin Kombinatın qeyd edilən inzibati binasında verilmiş xx.xx.2017-ci il tarixli 371 nömrəli əmrlə Xətai Əhmədlinin də qeyd edilən Kombinata fəhlə kimi işə qəbul olunmasına nail olmaqla sonuncunun faktiki olaraq həmin işə çıxmamaqla əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, həmin Kombinat tərəfindən sonuncunun adına “xxxx” ASC-nin Göyçay filialının İsmayıllı şöbəsinə verilmiş sifariş əsasında onun adına açılmış əmək haqqı hesabı üzrə təqdim edilmiş **********020651 nömrəli plastik kart hesabına xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddətdə qeyd edilən Kombinatın müvafiq bank şöbəsində olan hesabından köçürülmüş cəmi 1.796,08 manat məbləğində, ümumilikdə 2.268,6 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsilə əldə etdiyi həmin kartlardan istifadə etməklə İsmayıllı rayonu ərazisində həmin banka məxsus bankomatlardan şəxsən çıxarmaqla özünün və cüzi bir hissəsini isə qeyd edilən qohumlarının şəxsi ehtiyaclarına sərf etməklə İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi Təqsirləndirilən şəxs2 həmin Kombinata məxsus olmaqla ona etibar edilmiş 2.268,6 manat (iki min iki yüz altmış səkkiz manat, altmış qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək israf etməklə vahid niyyətlə talamağa təhrik etmiş və həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən və sair arayışlar vermək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına, habelə həmin Qərarda dəyişiklik edilməsi barədə x xxxxx 2020-ci il tarixli Nazirlər Kabinetinin 126 nömrəli qərarına əlavə “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimat”ın 2.1, 3.1, 4.2.1-4.2.3-cü bəndlərinə əsasən, kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası, heyvandarlıq sahəsində fermer fəaliyyəti (baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası, iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması), bitkiçilik sahəsində fermer fəaliyyəti (şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması), gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi, aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi və heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti ilə bağlı fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları), tədarükçülər və təchizatçılar, aqronomlar, baytar həkimlər, zootexniklər, süni mayalanma mütəxəssisləri, mövsümi işçilər, mexanizatorların hərəkətlərinə olduqları kənd daxilində sərbəst qaydada, olduqları rayon daxilində isə (kəndlərarası, rayon-kənd, kənd-rayon) yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı, habelə rayonlar arasında mexanizator, “X65” informasiya sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü olduqları rayon dövlət X79, digərləri isə olduqları rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə həyata keçirilməsi ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qeyd edilən Təlimatın 4.1-ci bəndinə əsasən, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin həmin Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilməsinin və 4.3-cü bəndinə əsasən, müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin müəyyən edilməsinə baxmayaraq, fərdi qaydada sahibkarlıq və sair şəxsi məqsədlərlə əlaqədar xüsusi karantin rejiminin tələblərindən yayınaraq sərbəst hərəkət etmələri üçün müvafiq arayışın verilməsində köməklik göstərilməsi məqsədilə özünə müraciət edən, müvafiq Qərarlarla müəyyən edilən arayış əsasında və ya barələrində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilmiş şəxslər olmayan ayrı-ayrı tanışlarına və digər şəxslərə fəaliyyət göstərdiyi qeyd edilən nümayəndəliyin İsmayıllı şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında x xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddətdə şəxsən imzalayıb həmin nümayəndəliyə məxsus dairəvi möhürlə möhürləməklə tərtib etdiyi müxtəlif məzmunlu arayışları, o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid8 rayon ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1039 nömrəli, İsmayıllı şəhər sakini Şahid9 yaşadığı İsmayıllı rayonundan Ağsu rayonuna getməsi üçün xx.xx.2020-ci il tarixli, 1055 nömrəli, İsmayıllı şəhər sakini Şahid10 yaşadığı İsmayıllı şəhərindən Göyçay rayonuna getməsi barədə xx.xx.2020-ci il tarixli, 1062 nömrəli, İsmayıllı şəhər sakini Şahid11 yaşadığı İsmayıllı şəhərindən Göyçay rayonuna getmək üçün xx.xx.2020-ci il tarixli, 1052 nömrəli, Bakı şəhər sakini Şahid12 İsmayıllı şəhərində evi olduğundan Bakı şəhərindən İsmayıllı şəhərinə sərbəst gəlməsi üçün xx.xx.2020-ci il tarixli 1060 nömrəli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid13 İsmayıllı şəhərində yerləşən ticarət obyektinə sərbəst gedib gəlməsi üçün xx.xx.2020-ci il tarixli, 1054 nömrəli, İsmayıllı şəhər sakini Şahid14 İsmayıllı rayonundan Zaqatala və Balakən rayonlarına getməsi üçün xx.xx.2020-ci il tarixli, 1056 nömrəli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid15 İsmayıllı şəhərində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1077 nömrəli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid16 ölkə ərazisində rayonlararası sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1065 nömrəli, İsmayıllı şəhər sakini Şahid17 özünə məxsus yük avtomobili ilə yükdaşımasını həyata keçirmək məqsədilə rayonlararası sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1072 nömrəli, İsmayıllı şəhər sakini Şahid18 İsmayıllı şəhərində yerləşən ticarət obyektinə sərbəst getməsi üçün xx.xx.2020-ci il tarixli, 1091 nömrəli, İsmayıllı şəhər sakini Şahid19 kənd təsərrüfatı ilə məşğul olan fermer kimi Ağsu rayonunda əkin yeri olması ilə bağlı Ağsu rayonuna getməsi üçün xx.xx.2020-ci il tarixli, 1070 nömrəli, İsmayıllı şəhər sakini Şahid21 Bakı şəhərinə getməsi üçün xx.xx.2020-ci il tarixli, 1088 nömrəli, İsmayıllı şəhər sakini Şahid20 Bakı şəhərinə getməsi üçün xx.xx.2020-ci il tarixli, 1089 nömrəli, İsmayıllı şəhər sakini Şahid22 Bakı şəhərinə getməsi üçün xx.xx.2020-ci il tarixli, 1087 nömrəli, İsmayıllı şəhər sakini Şahid23 Saatlı rayonuna getməsi üçün xx.xx.2020-ci il tarixli, 1066 nömrəli, İsmayıllı şəhər sakini Şahid24 sürücülük vəsiqəsini dəyişmək məqsədilə Qəbələ rayonuna getmək üçün xx.xx.2020-ci il tarixli, 1069 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan X20 özünə məxsus “Qazel” **-BZ-*** markalı yük avtomobili ilə İsmayıllı şəhər ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1093 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyəti ilə məşğul olan X13 özünə məxsus yük avtomobili ilə İsmayıllı şəhəri ərazisində yük daşıma ilə məşğul olmaq və şəhər ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1095 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyəti ilə məşğul olan X33 İsmayıllı şəhərində yerləşən ticarət obyektlərində fəhlə kimi fəaliyyət göstərməsi və şəhər ərazisidə sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1095 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyəti ilə məşğul olan X21 İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən “Günəşli” inşaat mağazasında fəhlə kimi işləməsi və şəhər ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1096 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid5 məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən şüşə emalatxanasının fəaliyyət göstərməsi və Şahid5 həmin emalatxanaya özünə məxsus “VAZ 21015” markalı avtobillə gedib-gəlməsi və şəhər ərazisində sərbəst hərəkət etməsi barədə xx.xx.2020-ci il tarixli, 1127 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan X55 və İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyəti ilə məşğul olan X6 X44 məxsus İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən avtoyuma sexində işləmələri və həmin yerə sərbəst gedib-gəlmələri barədə xx.xx.2020-ci il tarixli, 1123 nömrəli, İsmayıllı şəhər sakini X68 özünə məxsus “Ford” markalı avtomobillə İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1105 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X18 İsmayıllı şəhəri H.Əliyev prospekti 6 ünvanında yerləşən çörək sexinə sərbəst gedib gəlməsi və İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1133 nömrəli, İsmayıllı şəhər sakini X56 və İsmayıllı şəhər sakini X25 İsmayıllı rayonu ərazisində sərbəst hərəkət etmələri üçün xx.xx.2020-ci il tarixli, 1115 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X45 İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən avtomobil təmiri sexinin fəaliyyət göstərməsi və özünün İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1138 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X46 rayon ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1139 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X69 İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1129 nömrəli, İsmayıllı şəhər sakini, İsmayıllı şəhəri, Ələkbərzadə küçəsində yerləşən “Şirvan” marketdə satıcı işləyən X70 həmin marketə gedib gəlməsi üçün xx.xx.2020-ci il tarixli, 1121 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X57 İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1122 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid25 İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən iş yerinə gedib gəlməsi üçün xx.xx.2020-ci il tarixli, 1132 nömrəli, İsmayıllı şəhər sakini Şahid27 anası Adikə Mövsümovanı Qəbələ rayonunda yerləşən xəstəxanaya aparmaq üçün xx.xx.2020-ci il tarixli, 1099 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan X8 özünə məxsus “QAZ 10” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri ərazisində yük daşınması və sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1113 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan X19 fərdi sahibkarlıqla məşğul olması ilə əlaqədar İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1141 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X58 İsmayıllı şəhərində sərbət hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1125 nömrəli, İsmayıllı şəhər sakini X82 İsmayıllı şəhərində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1131 nömrəli, İsmayıllı şəhər sakini X26 İsmayıllı şəhərində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1140 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan Şahid6 İsmayıllı rayonu ərazisində avtotəmir sexində usta işləməsi ilə bağlı sonuncunun şəhər ərazisində sərbəst hərəkət etməsi barədə xx.xx.2020-ci il tarixli, İsmayıllı şəhər sakini, sahibkar Şahid30 özünə məxsus İsmayıllı şəhəri Nizami küçəsində yerləşən “Turan” kafesinə sərbəst gedib gəlməsi və şəhər ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1161 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan X34 İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən avtomobil ehtiyat hissləri mağazasına sərbəst gedişgəlişini təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli, 1175 nömrəli, İsmayıllı şəhər sakini, X2 rayon Baytarlıq İdarəsinin nəzdində Talıstan sahə baytar həkimi kimi fəaliyyətini davam etdirmək və İsmayıllı rayonu ərazisində sərbəst hərəkəti üçün xx.xx.2020-ci il tarixli 1176 nömrəli, İsmayıllı şəhər sakini X59 İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1180 nömrəli, İsmayıllı şəhər sakini X47 İsmayıllı şəhəri ərazisində yerləşən satıcı işlədiyi mağazaya gedib gəlməsi və İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1177 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan X72 tikinti materiallarının daşınması ilə əlaqədar İsmayıllı rayonu ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1198 nömrəli, İsmayıllı şəhər sakini X48 İsmayıllı şəhərində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1196 nömrəli, İsmayıllı şəhər sakini X49 rayonun Diyallı kəndində kənd təsərrufatı ilə məşğul olan Şakir Həsənovu həmin kəndə özünə məxsus avtomobillə aparıb gətirməsi və rayon ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1206 nömrəli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsmayıllı şəhər sakini Şahid29 İsmayıllı rayonu, Diyallı kəndində kənd təsərrufatı ilə məşğul olması ilə əlaqədar həmin kəndə X35 idarə etdiyi “Mercedes Benz” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərbəst getməsi üçün Şahid29 barəsində xx.xx.2020-ci il tarixli, 1205 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan X73 İsmayıllı şəhərində yerləşən təkər təmiri sexinə gedib gəlməsi və İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1213 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X14 İsmayıllı rayonu ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1210 nömrəli, Bakı şəhəri Binəqədi rayonu İsfahani küçəsi ev 36da qeydiyyatda olan X60 İsmayıllı rayonunda evi olması və bu səbəbdən rayona gəlib gedə bilməsi və rayon ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1211 nömrəli, İsmayıllı şəhər sakini Alməmmədov Xəlil Cəbiş oğluna Bakı şəhərinə getməsi üçün xx.xx.2020-ci il tarixli, 1714 nömrəli, İsmayıllı şəhər sakini, fərdi əmək fəaliyyəti ilə məşğul olan X50 İsmayıllı şəhəri ərazisində yerləşən kəsim sexində satıcı işləməsi ilə bağlı iş yerinə gedib gəlməsi və İsmayıllı şəhərində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1223 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid26 İsmayıllı şəhəri, N.Nərimanov prospektində yerləşən ticarət obyektinə sərbəst gedib-gəlməsi və şəhər ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli 1237 nömrəli, İsmayıllı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid28 İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən ticarət obyektini işlətməsi və İsmayıllı şəhəri ərazisində sərbəst hərəkət etməsi üçün xx.xx.2020-ci il tarixli, 1249 nömrəli olmaqla ümumilikdə 55 ədəd arayışı cəmi 55 nəfərə qeyd edilən xidməti otağında və İsmayıllı şəhəri ərazisində müxtəlif ünvanlarda verib sonuncular tərəfindən həmin arayışlardan qeyd edilən məqsədlərinə uyğun istifadə olunmasına şərait yaratmaqla, Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması və xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkətin təşkili və ona nəzarət üzrə görülən təxirəsalınmaz tədbirlərin pozulmasında ifadə olunan dövlətin və cəmiyyətin qanuni mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi biləbilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarı və həmin qərara Əlavələrdə göstərilən kateqoriya şəxslərə aid edilməyən və hərəkətini zəruri edən fəaliyyətlə məşğul olmayan, eləcə də, sərbəst hərəkətinə icazənin verilməsi yerli icra hakimiyyəti orqanları ərazi nümayəndəliklərinin səlahiyyətində olmayan şəxsə, o cümlədən İsmayıllı rayon Kürdmaşı kənd sakini X51 onun rayon ərazisində sərbəst hərəkətinə imkan verən və İsmayıllı şəhəri, Heydər Əliyev prospekti və Cavanşir küçələrində taxıl məhsulları satışı mağazaları olması və qeyd edilən ictimai iaşə obyektlərini işlətməsi, eləcə də bu fəaliyyət zamanı R.Məmmədovun istifadəsində olan **-GU-*** dövlət nömrə nişanlı “X124” markalı avtomaşından istifadə etməsi barədə xüsusi qeyd edilmiş müvafiq arayışın verilməsinə görə x xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən İsmayıllı şəhər icra nümayəndəliyinin inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən Ramiz Məmmədovdan maddi nemət olan 20 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən məbləğdə pulu həmin vaxt xidməti otağında birbaşa yolla şəxsən özü üçün Ramiz Məmmədovdan rüşvət qismində alaraq ona qeyd olunan məzmunlu, 1259 nömrəli arayışı öz imzası və İsmayıllı şəhər X92 üzrə nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edərək təqdim etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarı, həmin Qərarda dəyişiklik edilməsi barədə x xxxxx 2020-ci il tarixli Nazirlər Kabinetinin 126 nömrəli Qərarı və həmin qərarlara Əlavələrdə göstərilən kateqoriya şəxslərə aid edilməyən və hərəkətini zəruri edən fəaliyyətlə məşğul olmayan, eləcə də, sərbəst hərəkətinə icazənin verilməsi yerli icra hakimiyyəti orqanları ərazi nümayəndəliklərinin səlahiyyətində olmayan şəxsə, o cümlədən İsmayıllı şəhər sakini Şahid7 onun rayon ərazisində sərbəst hərəkətinə imkan verən və İsmayıllı şəhəri, S.Mehdiyev küçəsində yerləşən “avto təmir emalatxana”-sında işləməsi barədə xüsusi qeyd edilən müvafiq arayışın verilməsinə görə x xxxxx 2020-ci il tarixdə, İsmayıllı şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən İsmayıllı şəhər icra nümayəndəliyinin inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən Şahid7 maddi nemət olan 10 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən məbləğdə pulu həmin vaxt xidməti otağında birbaşa yolla şəxsən özü üçün Şahid7 rüşvət qismində alaraq ona qeyd olunan məzmunlu, 1151 nömrəli arayışı öz imzası və İsmayıllı şəhər X92 üzrə nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edərək təqdim etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarı, həmin Qərarda dəyişiklik edilməsi barədə x xxxxx 2020-ci il tarixli Nazirlər Kabinetinin 126 nömrəli Qərarı və həmin qərarlara Əlavələrdə göstərilən kateqoriya şəxslərə aid edilməyən və hərəkətini zəruri edən fəaliyyətlə məşğul olmayan, eləcə də, sərbəst hərəkətinə icazənin verilməsi yerli icra hakimiyyəti orqanları ərazi nümayəndəliklərinin səlahiyyətində olmayan şəxsə, o cümlədən İsmayıllı rayonu, Quşencə kənd sakini Şahid2 onun rayon ərazisində sərbəst hərəkətinə imkan verən və bacısı X27 “xxxx” ASC-nin işçisi olması, eləcə də “İsmayıllı rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsdə tibbi bacısı işləyən anası Dilarə Qədirovanı və İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən “Al Marketdə” satıcı işləyən X15 istifadəsində olan “Mercedes-Benz” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə rayon ərazisində sərbəst hərəkətini təmin edən şəxs olması barədə xüsusi qeyd edilmiş müvafiq arayışın verilməsinə görə x xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən İsmayıllı şəhər icra nümayəndəliyinin inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən Şahid2 maddi nemət olan 5 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən məbləğdə pulu həmin vaxt xidməti otağında birbaşa yolla şəxsən özü üçün sonuncudan rüşvət qismində alaraq ona qeyd olunan məzmunlu,1186, 1187 və 1188 nömrəli arayışları öz imzası və İsmayıllı şəhər X92 üzrə nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edərək təqdim etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarı, həmin Qərarda dəyişiklik edilməsi barədə x xxxxx 2020-ci il tarixli Nazirlər Kabinetinin 126 nömrəli Qərarı və həmin qərarlara Əlavələrdə göstərilən kateqoriya şəxslərə aid edilməyən və hərəkətini zəruri edən fəaliyyətlə məşğul olmayan, eləcə də, sərbəst hərəkətinə icazənin verilməsi yerli icra hakimiyyəti orqanları ərazi nümayəndəliklərinin səlahiyyətində olmayan şəxsə, o cümlədən İsmayıllı şəhər sakini Şahid3 Kəblağa oğluna onun rayon ərazisində sərbəst hərəkətinə imkan verən və İsmayıllı şəhəri, Nəriman Nərimanov küçəsində icarəyə götürdüyü “dönər evi”-ni işlətməsi barədə xüsusi qeyd edilmiş müvafiq arayışın verilməsinə görə xx xxxxx 2020-ci il tarixdə, saat 14 radələrində İsmayıllı şəhər H.Əliyev prospekti 20 ünvanında yerləşən İsmayıllı şəhər icra nümayəndəliyinin inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən Şahid3 maddi nemət olan 10 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən məbləğdə pulu həmin vaxt xidməti otağında birbaşa yolla şəxsən özü üçün sonuncudan rüşvət qismində alaraq ona qeyd olunan məzmunlu, 1217 nömrəli arayışı öz imzası və İsmayıllı şəhər X92 üzrə nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edərək təqdim etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarı, həmin Qərarda dəyişiklik edilməsi barədə x xxxxx 2020-ci il tarixli Nazirlər Kabinetinin 126 nömrəli Qərarı və həmin qərarlara Əlavələrdə göstərilən kateqoriya şəxslərə aid edilməyən və hərəkətini zəruri edən fəaliyyətlə məşğul olmayan, eləcə də, sərbəst hərəkətinə icazənin verilməsi yerli icra hakimiyyəti orqanları ərazi nümayəndəliklərinin səlahiyyətində olmayan şəxsə, o cümlədən İsmayıllı şəhər sakini Şahid4 onun rayon ərazisində sərbəst hərəkətinə imkan verən və İsmayıllı şəhəri, Qazanxan küçəsində yerləşən “avto təmir sexi”-nin olması və qeyd edilən ictimai iaşə obyektində çilingər işləməsi barədə xüsusi qeyd edilmiş müvafiq arayışın verilməsinə görə xx xxxxx 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən İsmayıllı şəhər icra nümayəndəliyinin inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən Şahid4 maddi nemət olan 10 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən məbləğdə pulu həmin vaxt xidməti otağında birbaşa yolla şəxsən özü üçün Şahid4 rüşvət qismində alaraq ona qeyd olunan məzmunlu, 1254 nömrəli arayışı öz imzası və İsmayıllı şəhər X92 üzrə nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edərək təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-nin 32.4, 32.5, 179.2.3, 308.1, 311.3.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 65 yaşı tamam olmuşdur, 66 yaşına keçmişdir. Səhhətində bir sıra problemlər var, belə ki, ağır diabet xəstəsidir, həmçinin ürək və böyrək çatışmazlığından əziyyət çəkir. Uzun müddət dövlət xidmətində işləmiş, 34 il dövlət qulluqçusu olmuşdur və dövlət qulluqçusunun müşaviridir. Dövlət başçısı onu 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif etmişdir. Həyat yoldaşı “Hepatit C” xəstəliyindən əziyyət çəkir və o, çox ağır vəziyyətdədir. Bu işlə bağlı isə bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə bazar günü evdə olmuşdur, günortadan sonra nəvələrinin yanında istirahət edən zaman birdən qapıdan səs gəldiyini eşitmişdir. Oradakı şəxslər onun adını çəkmişlər. O, həmin şəxslərin rayona bələd olmayan şəxslər olduqlarını başa düşmüşdür. Həmin şəxslər gəlib ona yaxınlaşaraq onun haqqında sosial şəbəkələrdə müxtəlif mənfi məlumatlar yazıldığını, guya ki, X88 ayrılan ərzağı evinə apardığını, həmin ərzaqları qohumlarına payladığını və yaşadığı evdə axtarış etməli olduqlarını bildirmişlər. O isə həmin şəxslərin yaşadığı evdə axtarış etmələrinə etiraz etməmişdir. Daha sonra isə həmin şəxslər ona rəsmi formada geyinməsini və iş yerinə də gedəcəklərini bildirmişlər. İş yerinə gedən zaman həmin şəxslərin bir hissəsi yaşadığı evdə qalaraq yenə evdə axtarış etməyə davam etmişlər, digər hissəsi isə onun iş yerinə getmişlər. Həmin şəxslər onun xidməti otağına daxil olaraq otaqdakı seyfi açmışlar. Həmin seyfdən onun iki gün əvvəl aldığı əmək haqqı, yəni 950 manat məbləğində pul aşkar olunmuşdur və həmin şəxslər seyfdən aşkar olunan pulu masanın üstünə yığaraq şəklini çəkmişlər. Həmin pul 20 manatlıq pul əskinazlarından ibarət olmuşdur. Sonradan o aydınlaşdırıb görmüşdür ki, həmin pul əskinazlarının hamısı İsmayıllı şəhərində yerləşən “xxxx”dan çıxan əskinazlardır. Həmin pul sırf onun əmək haqqı olmuşdur. Həmçinin xidməti otaqdakı şkafda iki ədəd köhnə, işlənməyən əmək haqqı kartları olmuşdur. Həmin şəxslər əmək haqqı kartlarını da götürərək seyfdə əhəmiyyət kəsb edən bir şey olmadığını bildirmişlər. Daha sonra həmin şəxslər onu prokurorluğa aparmış və gecə saat 02:00-a qədər prokurorluqda saxlamışlar. Dindirmə olan zaman ona verilən suallara cavab olaraq rüşvət almadığını, heç kimdən pul almadığını bildirmişdir. Gecə saat 02:00-da tutma protokolu yazılmışdır və 48 saat müddətində İsmayıllı rayon polis şöbəsində saxlanılmışdır, daha sonra Bakı şəhəri Binəqədi rayon məhkəməsinə gətirilərək orada həbs edilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona ünvanlanan suallara cavab olaraq bildirdi ki, ittiham aktında adları sadalanan həmin şəxslərdən pul almamışdır, Təqsirləndirilən şəxs2 işə götürdüyü həmin iki nəfər şəxsdən biri onun qardaşı, biri isə qardaşının oğludur. Oğlu işə götürülən qardaşı birinci qrup əlildir, iki gözü kordur və imkansız adamdır. Həmin iki nəfər şəxs İsmayıllı Kommunal Müəssisələr Kombinatının rəisi Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət etmişlər. 2012-ci ildə Dövlət Başçısının sərəncamı ilə şəhər kəndə birləşdirilmişdir. Həmin vaxt Mican kəndindən şəhərin mərkəzinə sahibsiz heyvanlar girirdi. Həmin iki nəfər şəxs də həm ətrafı təmizləmək, həm də mal-qaranı qovaraq şəhərin mərkəzinə girmələrinin qarşısını almaq üçün Təqsirləndirilən şəxs2 razılığı ilə işə götürülmüşlər. Sonradan Təqsirləndirilən şəxs2 həmin şəxsləri ərizələrini alıb işdən çıxartmışdır. İşdən çıxarılandan sonra həmin şəxslər bir böyükləri kimi ona müraciət edərək onlara verilən kartların ləğv olunduğunu bildirmiş və həmin kartları tullayıb-tullamamalarını soruşmuşlar. O da həmin kartların birdən geri istənilə biləcəyini fikirləşib maraqlandıqdan sonra kartları tullamağı bildirmişdir. Həmin şəxslər, yəni X42 və X7 onun masasının üzərinə qoymuşlar. Daha sonra həmin kartların yararsız olduğu deyilmişdir. Sadəcə olaraq həmin kartlar onun yadından çıxmışdır. Həmin kartlardan biri 2017-ci ildə, digəri isə 2019-cu ildə verilmiş, hər ikisi işləməyən kartlar olmuşdur. Sadəcə olaraq yadından çıxdığı üçün o, həmin kartları nə sahibinə qaytara, nə də tullaya bilmişdir. Bundan əlavə o, qanunsuz heç bir arayış verməmiş, Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 saylı Qərarına əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan şəxslərə torpaqlarının becərilməsi ilə əlaqədar öz yerlərinə gedib-gəlmələri üçün arayış vermişdir. Bu da tam qanuni sənəddir. O, həmin arayışlarda yazmışdır ki, vətəndaşlar gedib öz torpaq sahələrində, əkin sahələrində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul ola bilərlər. O da buna uyğun olaraq İsmayıllı şəhərinin qeydiyyatında olan şəxslərə sənəd vermişdir. Adlarına arayış verilən həmin şəxslər faktiki həmin işlərlə məşğul olmuşlar. Həmin şəxslərə arayış verən zaman onun heç bir marağı olmamışdır. Heç kim ondan arayış alan zaman ona arayışın qarşılığında pul və ya başqa maddi nemət verdiyini deyə bilməz. O, arayışı qanunauyğun olaraq vermişdir. Adlarına arayış verdiyi şəxslər nümayəndəliyin kitabçasında qeydiyyatdan keçmişlər və arayışlar vətəndaşlara təqdim edilmişdir. Adlarına arayış verilən şəxslərin hamısı kənd təsərrüfatı payı, torpaq payı olan şəxslər olmuşlar. Torpaq payı olan şəxslərin yerlərinə gedibgəlmələri üçün o, həmin arayışları vermişdir. Bundan başqa, ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir. X12 yaxınlaşaraq işləmədiklərini, qazanclarının olmadığını, eyni zamanda Xətai Əhmədli atasının xəstə, birinci qrup əlil olduğunu və ona dərmanlar verildiyini bildirərək ondan nə edə bilmələrini soruşmuşlar. O, Təqsirləndirilən şəxs2la uzun müddət bir yerdə işləmiş, bir-birlərini tanımışlar. Buna görə də, o, həmin şəxslərin işə götürülmələrinin mümkün olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs2 isə imkan olduqda xəbər edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin şəxsləri də, onu da tanıyır. O, nə Təqsirləndirilən şəxs2 həmin şəxsləri işə götürməyə məcbur etmiş, nə də onu özündən asılı vəziyyətə salmışdır. Təqsirləndirilən şəxs2 bir gün hər iki şəxsi yanına çağıraraq gedib ərizələrini yazmalarını, Məşğulluq Mərkəzindən keçib gəlmələrini və onları işə qəbul edəcəklərini bildirmişdir. Həmin proses bu şəkildə baş vermişdir. Həmin şəxslər əmək haqqı kartlarını ləğv olunandan sonra ona vermişlər, yəni onların əmək haqqı kartları ləğv olunmuşdur. Sadəcə onlar həmin kartları nə etməli olduqlarını başa düşməmişlər və ona müraciət edərək həmin kartları nə etməli olduqlarını, atmalı yoxsa sındırmalı olduqlarını soruşmuşlar. O isə onlara həmin kartları hələlik saxlamağı, soruşduqdan sonra onları atmağı demişdir. O, həmin iki nəfər şəxslə bağlı Təqsirləndirilən şəxs2 müraciət edərək yalnız xahiş etmişdir ki, imkan olsa həmin şəxsləri işə götürsün. İbtidai istintaq zamanı ondan soruşmadıqlarına görə həmin şəxslərin işə götürülmələri ilə bağlı Təqsirləndirilən şəxs2 xahiş etdiyini deməmişdir. Bundan başqa bildirdi ki, onun arayış vermək səlahiyyəti var. O, icra nümayəndəsi kimi yaşayış yeri ilə bağlı arayış verir. O, əsasnamənin əsasında arayış verir. Pandemiya dövründəki arayışları isə Nazirlər Kabinetinin 124 nömrəli Qərarına əsasən vermişdir. O, əsasən yaşayış yeri ilə bağlı arayış vermişdir. Yaşayış yeri ilə bağlı arayışı hər hansı bir quruma təqdim etmək üçün vermişdir. O, 55 nəfər şəxsə Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 saylı Qərarına uyğun olaraq həmin şəxslər kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduqlarına, pay torpaqları olduğuna görə arayış vermişdir. Bundan başqa bildirdi ki, ikinci Qərarla Rayon İcra Hakimiyyətinin başçısının da arayış vermək hüququ var. Birinci arayışda isə həmin səlahiyyət şəhər icra nümayəndəliyinə aiddir. O, şəhər icra nümayəndəsi olaraq arayış vermək kimi belə bir səlahiyyətə malikdir. O, heç bir arayışda şəxsin rayon ərazisində sərbəst hərəkət edə bilməsini yazmamışdır. O, arayışda şəxsin iş yerinin hansı ünvanda olduğunu yazmışdır. Nazirlər Kabinetinin Qərarında icra nümayəndəsinin həmin arayışları vermək səlahiyyətinin olduğu yazılmışdır. Vətəndaş ona müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin şəxslərin uçotları nümayəndəlikdə təsərrüfat başlığı ilə kitablarda qeyd olunur. O, həmin şəxsin, həqiqətən, təsərrüfat başlıqlı kitabda qeydiyyatda olubolmadığına və onun pay torpağının olub-olmadığına baxmış, ona uyğun olaraq şəxsə arayış vermişdir. Adlarına arayış verilən həmin şəxslərin sənədləri də olmuşdur. Şəxs qeydiyyatda varsa, həqiqətən, pay torpağı, torpaq şəhadətnaməsi varsa, o, həmin şəxsə arayış vermişdir. Şəxslər arayış aldıqda həmin sənədləri təqdim etmişlər. Arayış verməklə bağlı müavininin də, onun səlahiyyətləri olmuşdur. Birinci Qərarda portaldan qeydiyyatdan keçmək məsələsi qeyd edilməmişdir, o, ikinci Qərarda olmuşdur. İkinci Qərar isə onun səlahiyyətində deyil, Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətindədir. Ona görə də, həmin ikinci arayışı İcra Hakimiyyətində vermişlər, amma birinci Qərar şəhər icra nümayəndəliyinin ixtiyarında olmuşdur. Birinci Qərar xx xxxxx 2020-ci il tarixli 124 saylı qərar, ikinci Qərar isə, səhv etmirsə, xx xxxxx 2020-ci il tarixli qərar olmuşdur. xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi olan dövr ərzində verilən arayışların “icaze.e-gov.az” portalına daxil edilməsi Qərarda yazılmamışdır. Arayışların “icaze.e-gov.az” portalına daxil edilməsi ikinci Qərarda nəzərdə tutulmuşdur. Arayışların “icaze.e-gov.az” portalına daxil edilməsi onun səlahiyyətində olmadığına görə arayışları həmin portala daxil etməmişdir. Onun verdiyi arayışlar “icaze.e-gov.az” portalına daxil edilməməli idi. Bundan başqa o, verdiyi arayışlara görə şəxsən və ya hansısa şəxsin vasitəsilə pul və ya maddi nemət almamışdır. Məhkəmə istintaqı zamanı hazırkı iş üzrə CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən, lakin X108 Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində başlanmış cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilən şəxs Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 2009-cu ilin noyabr ayından xx xxxx 2020-ci il tarixə kimi İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləmişdir. İşlədiyi dövrdə iki nəfər şəxsi işə götürmüşdür. Həmin şəxslərdən biri X42 olmuşdur. Dörd aydan sonra Cəmil Əhmədovun müəssisədə işləmədiyini bilmişdir. Bundan sonra Cəmil Əhmədovu çağırıb ərizəsini alaraq işdən çıxartmışdır. Daha sonra onun qardaşı oğlu X61 işə götürmüşdür. Həmin şəxsin atası birinci qrup əlil olmuşdur, eyni zamanda diabet xəstəliyindən gözləri kor olmuşdur. Buna görə də, həmin şəxsi işə götürmüş və ona axşamlar saat 18:00-dan 23:00-a kimi şəhərin içərisindəki yaşıllıqlara mal-qara girməyə qoymamasını tapşırmışdır. Ola bilsin ki, həmin şəxsin işinə nəzarət etməmiş, bununla israfçılığa yol vermişdir. Belə ki, həmin şəxs işləmədən əmək haqqı almışdır. Ona görə də, israf olunan 2268 manat məbləğində pulu ödəmişdir. Bundan başqa cinayət qanunvericiliyinin tələblərinə əsasən həmin məbləğin 25 faizini əlavə olaraq dövlət nəfinə ödəmiş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmışdır. Məhkəmə iclası zamanı ünvanlanan suallara cavab olaraq Vidadi Şərifov bildirmişdir ki, Təqsirləndirilən şəxs1la həmişə yaxın münasibətdə olmuşdur, həmçinin onun qardaşlarını da tanımışdır. Həmin şəxslərin ailə vəziyyətlərinin çətin olduğunu bilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 həmin şəxslərin işə götürülməsi ilə bağlı xahiş etmiş, o da həmin şəxsləri işə götürmüşdür. Əmək haqqı kartları şəxslərin özlərində olmuşdur, onun həmin kartlardan xəbəri olmamışdır. İşə düzələn şəxslər əmək haqqı kartlarını özləri götürməlidirlər və özlərində də həmin kartın kodu olmalıdır, həmin kartlardan onun xəbəri olmamışdır. Əvvəllər şəxsləri işə özləri götürür, “DOST” mərkəzləri yaranandan sonra isə həmin mərkəz özü şəxsləri işə götürmüşdür. İşə götürülən şəxslərə verilən əmək haqqı büdcədən ayrılır, ya İsmayıllı Rayon İcra Hakimiyyətinə, ya da İsmayıllı Şəhər İcra Nümayəndəliyinə verilir. Həmin vaxtlar əməkhaqqı İsmayıllı Şəhər İcra Nümayəndəliyinə verilir və oradan da İsmayıllı Kommunal Müəssisələri Kombinatına gəlirmiş. “DOST” mərkəzləri yaranmamışdan əvvəl işə götürülən şəxslərə ayrılan əmək haqqı Təqsirləndirilən şəxs1 rəhbəri olduğu İsmayıllı Şəhər İcra Nümayəndəliyinə verilirmiş. Həmin şəxslərin işə götürülmələri ilə bağlı Təqsirləndirilən şəxs1la aralarında sövdələşmə olmamışdır. Təqsirləndirilən şəxs1 həmin şəxslərin işə götürülmələrini ondan xahiş etmişdir. Məhərrəm X4 onun qardaşı oğlu olduğunu, evlərinə qazanc gətirən şəxsin olmadığını bildirərək ən azından atasının dərmanlarını ala bilmək üçün həmin şəxsin işə götürülməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs1la arasında həmin şəxslərin işləməməsi söhbəti olmamışdır. Həmin şəxslərin işinə müavini nəzarət etmişdir. Həmin şəxslərin adlarına rəsmiləşdirilən plastik kartları o, Təqsirləndirilən şəxs1 verməmişdir. İşçilərindən hansısa şəxsin həmin kartı birbaşa Təqsirləndirilən şəxs1 verib-vermədiyini bilmir. Çünki əmək haqqı kartını işləyən şəxslər özləri almalı idilər. Onların idarəsində də həmin şəxslər əmək haqqı kartlarını özləri almışlar. Onun vəzifəsinə görə Təqsirləndirilən şəxs1 tabeçiliyi olmamışdır, onu vəzifəyə Təqsirləndirilən şəxs1 yox, İsmayıllı Rayon İcra Başçısı təyin etmişdir. Onun vəzifəyə təyin olunmasında Təqsirləndirilən şəxs1 heç bir rolu, eyni zamanda onun Təqsirləndirilən şəxs1 heç bir asılılığı olmamışdır. İş axtaran şəxslər Məşğulluq Mərkəzinə müraciət edib sənəd alırlar, buna görə də, o, həmin şəxsləri işə götürməlidir. X42 ilə X5 Mərkəzindən göndəriş alaraq gəlib ərizə vermişlər, o da həmin şəxsləri işə götürmüşdür. Təqsirləndirilən şəxs1 həmin şəxslərin işə götürülmələrini ondan xahiş etməsə, özləri müraciət etsəydilər belə, o, həmin şəxsləri işə götürərmiş. O, sonradan həmin şəxslərin işləmədən əmək haqqı aldıqlarını bilmişdir. Ümumi idarəyə nəzarəti o, həyata keçirmiş, amma sosial işçilərə müavini nəzarət etmişdir. Müavinə şifahi qaydada həmin şəxslərə nəzarət etməsini tapşırmışdır, bununla bağlı əmr və ya göstəriş verməmişdir. X42 ilə X83 rəisi olduğu müəssisənin işçiləri deyil, sosial verən işçilər olmuşlar, həmin şəxslər onların işçiləri kimi daimi işçi olmamışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İsmayıllı Kommunal Müəssisələri Kombinatının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, İsmayıllı Kommunal Müəssisələr Kombinatının mühasibi vəzifəsində işləyir. İlk istintaqla müəyyənləşdirilən 2017-2018-ci illər ərzində İsmayıllı Kommunal Müəssisələri Kombinatına dəymiş ziyan, xx xxxx 2020-ci il tarixli İsmayıllı Rayon Kommunal Müəssisələr Kombinatının beynəlxalq valyuta ilə olan hesablaşma hesabına 2268 manat məbləğində pul tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuşdur və nümayəndəsi olduğu müəssisənin heç bir iddiası, tələbi yoxdur. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxs İsmayıllı Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Nümayəndə bildirdi ki, halhazırda müəssisəyə dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində halhazırda heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İsmayıllı rayon polis şöbəsinin nümayəndəsi qismində dindirilmiş X36 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunda işləyən bir şəxs kimi tanıyır, digər Təqsirləndirilən şəxs2 isə tanımır və onu ilk dəfədir ki, görür. Məhkəmə iclasına çağırılmalarının səbəbi verilmiş həmin arayışlarla bağlıdır, yəni karantin rejimi dövründə İsmayıllı rayon ərazisində gedişlə-bağlı edilmiş sərbəst hərəkətlərdir. Həmin hallar ilə bağlı ilkin olaraq heç bir məlumatları olmamışdır. Daha sonra arayışlar “icaze.e-gov.az” portalına daxil edilən zaman həmin arayışların heç bir hüquqi əsası olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq da həmin arayışlar bəzi şəxslərdən toplanaraq şöbə rəhbərliyinə təqdim edilmiş və rəhbərlik tərəfindən də belə sənədlərin olması barədə məlumatlandırmaq üçün İcra Hakimiyyətinə verilmişdir. Hal-hazırda isə Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxs İsmayıllı rayon polis şöbəsinin nümayəndəsi Hənifə Bayramzadə bildirdi ki, karantin rejimi dövründə pandemiya ilə bağlı olaraq bütün asayişin qorunması Daxili İşlər Nazirliyinin rəhbərliyinə həvalə edilmişdir. İsmayıllı rayon polis şöbəsi də Daxili İşlər Nazirliyinin bir qolu, bir qrupu olaraq rayon ərazisində asayişə nəzarət etmişdir. İsmayıllı rayonunda üç gün, yəni cümə, şənbə və bazar günləri ərzində karantin elan edilmiş və həmin karantin günlərində Daxili İşlər Nazirliyinin əməkdaşlarını və digər qurumların, orqanların əməkdaşlarını çxmaq şərtilə, fəaliyyət göstərən adi şəxslərin inzibati ərazidə sərbəst hərəkəti mümkün olmamışdır. Lakin elə şəxslər olmuşdur ki, rayon ərazisində sərbəst hərəkət etmişlər və həmin şəxslər saxlanılan zaman şəxsiyyət vəsiqələri tələb olunduqda Təqsirləndirilən şəxs1 verdiyi arayışları təqdim etmişlər. Sonradan həmin arayışlar “icaze.e-gov.az” portalına daxil edildikdə və həmin şəxslərin portalda qeydiyyatdan keçmədikləri müəyyən edildikdə həmin arayışlar toplanılaraq, həmin şəxslərin əlindən alınaraq İsmayıllı Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Həmin arayışlar müəyyənləşdirilərək İsmayıllı rayon polis şöbəsinin rəhbəri Şəmşir Kazımovun adından İcra Başçısı Nahid müəllimin adına məktub göndərilməklə həmin arayışlar məktubun arxasına tikilmişdir. Bundan əlavə bildirdi ki, Təqsirləndirilən şəxs1 ilə barışmışlar, ondan heç bir şikayət və tələbləri yoxdur. Hal-hazırda İsmayıllı rayon polis şöbəsinin bu işlə bağlı mövqeyi ondan ibarətdir ki, məsələnin həllini qanun çərçivəsində məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və qapı-pəncərə sexi var. Pandemiya dövrünün olması ilə əlaqədar fəaliyyət göstərə bilmək üçün Təqsirləndirilən şəxs1 müraciət edərək ona arayış verilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 da ona arayış vermişdir. Lakin o, həmin arayışın qarşılığında Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul təqdim etməmiş və ya pul verməmişdir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid5 bildirdi ki, sahibkar kimi dövlətə vergi ödəyir, sahibkar kimi dövlətə vergi ödəyir, sahibkar kimi fəaliyyət göstərir, ona görə də, ona arayış verilmişdir. Ona arayış verilməsini düzgün hesab edir, çünki onun vöeni var və o, hüquqi şəxsdir. Təqsirləndirilən şəxs1la həmkəndlidir. O, Təqsirləndirilən şəxs1 hər hansı bir arayış verən zaman hansısa şəxsdən maddi nemət tələb etdiyini eşitməmiş, hansısa şəxsin Təqsirləndirilən şəxs1 pul verdiyini və ya pul təklif etdiyini görməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid5 göstərmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, İsmayıllı şəhəri M.F.Axundov küçəsində yerləşən özünə məxsus şüşə emalatxanası vardır. Respublika ərazisində yayılmaqda olan “Covid- 19” virusu ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejiminə uyğun olaraq qaydalar x xxxxx 2020-ci il tarixdən sərtləşdirildikdən sonra ona məxsus emalatxana fəaliyyətini dayandırmışdır. Bu səbəbdən emalatxananın fəaliyyətini hansı formada davam etdirməsi ilə maraqlanmış və ona məxsus emalatxana İsmayıllı şəhəri ərazisində yerləşdiyindən İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 arayış ala biləcəyi ona məlum olmuşdur. Bu məqsədlə x xxxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində nümayəndəliyin inzibati binasına, icra nümayəndəsi Təqsirləndirilən şəxs1 xidməti otağına getmişdir. Təqsirləndirilən şəxs1 hansı məsələ ilə əlaqədar gəldiyini soruşduqda ona emalatxananın fəaliyyətini davam etdirməsi üçün arayış lazım olduğunu demişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur və onu yaxından tanıyır. Təqsirləndirilən şəxs1 qəbul otağında əyləşən adını bilmədiyi qadına yaxınlaşmasını bildirmişdir. O da həmin qadına yaxınlaşmış, həmin qadın kompüterdə arayış yazmış, çap edərək ona vermişdir. O, arayışı həmin qadından alaraq Təqsirləndirilən şəxs1 vermiş, o da arayışı imzası və möhürü ilə təsdiq edib ona qaytarmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 bu barədə hər hansı bir şəxsə məlumat verməməsini xahiş etmiş və demişdir ki, yoxsa hamı ondan havayı arayış istəyəcək. Arayışa görə Təqsirləndirilən şəxs1 pul verməmişdir. Həmin vaxt inzibati binanın içərisində arayış almaq üçün gələn xatırlamadığı 10-15 nəfər şəxs olmuş, onların Təqsirləndirilən şəxs1 pul verib-vermədiklərini bilməmişdir. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid5 bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində “havayı” sözünü işlətməmişdir. Arayış alan zaman ondan hər hansı bir məbləğdə pul tələb olunmamışdır və ya o, hər hansı bir məbləğdə pul verməmişdir. O, həmin sözün necə ifadəsində yazıldığına izah verə bilmir. Həmin söz onun üçün adi işlənilən söz olmuşdur. Ola bilsin ki, həmin sözü işlətsə də, həmin vaxt anlaqlı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Kəblağa oğlu ifadəsində göstərdi ki, dönər fəaliyyəti ilə məşğul olmuşdur və kafe işlətmişdir. Karantin rejimi olduğundan fəaliyyət göstərə bilmək üçün Təqsirləndirilən şəxs1 arayışla bağlı müraciət etmiş və müqaviləsini təqdim edərək Təqsirləndirilən şəxs1 arayış almışdır. Arayış aldıqdan sonra kafeni açaraq fəaliyyətini davam etdirməyə başlamışdır. İfadəsinin davamında əlavə olaraq bildirmişdir ki, o, həmin arayışın qarşılığında Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid3 bildirdi ki, arayış alan zaman Təqsirləndirilən şəxs1 ondan hər hansı məbləğdə pul tələb etməmiş, o, Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul verməmişdir. Şahid3 Kəblağa oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, İsmayıllı şəhəri Nərimanov küçəsi 46 ünvanında yerləşən ticarət obyektini icarəyə götürüb həmin yerdə dönər satışı ilə məşğuldur. Ölkə ərazisində “Covid-19” virusunun yayılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən elan edilmiş karantin rejimi ilə bağlı hərəkət məhdudiyyəti tətbiq edildiyindən ona da fəaliyyət göstərmək qadağan edilmişdir. Lakin bir müddət sonra İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 şəhər ərazisində, eləcə də rayonlararası sərbəst hərəkət etmək üçün müvafiq arayış verdiyini eşidib xx.xx.2020-ci il tarixdə saat 14 radələrində İsmayıllı şəhərində yerləşən İsmayıllı şəhər ərazi nümayəndəliyinə gedib dönərxananı işlətməsi və iş yerinə sərbəst gedib-gələ bilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 arayış verməsi üçün müraciət etmiş, Təqsirləndirilən şəxs1 10 manat müqabilində həmin arayışı verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 10 manat pul verdikdən sonra Məhərrəm ona dönərxananı işlətməsi və iş yerinə sərbəst gedib-gələ bilməsi üçün arayış vermişdir. Həmin gün dönərxanada olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb dönərxanın qanunsuz fəaliyyət göstərdiyini bildirdikdən sonra o, Təqsirləndirilən şəxs1 verdiyi arayışı onlara təqdim etmiş, lakin polis əməkdaşları dönərxananın fəaliyyətinin qanunsuz olduğunu bildirdiyinə görə fəaliyyətini dayandırmışdır. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadığını, ümumiyyətlə, oxumağı bacarmadığını, Təqsirləndirilən şəxs1 arayış almağını təsdiq etdiyini, ancaq həmin arayışın qarşılığında Təqsirləndirilən şəxs1 pul vermədiyini bildirərək faktiki olaraq ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasındakı ziddiyyəti izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, avtomobil təmiri sexində çilingər işləyir. Operativ Qərargah tərəfindən onların fəaliyyətlərinə icazə verilmişdir. Buna görə də, işə rahat gedib-gələ bilmək üçün Təqsirləndirilən şəxs1 arayışla bağlı müraciət etmiş, Təqsirləndirilən şəxs1 da ona arayış vermişdir. Lakin həmin arayışın qarşılığında Təqsirləndirilən şəxs1 ondan heç nə tələb etməmiş, həmçinin o da Təqsirləndirilən şəxs1 heç nə verməmişdir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 bildirdi ki, işlədiyi ünvanı deyərək həmin ünvanda yerləşən avtomobil təmiri sexində çilingər işlədiyini bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bunun da əsasında ona arayış yazıb vermişlər. O, həmin avtomobil təmiri sexində icarədardır. İsmayıllı Şəhər İcra Nümayəndəliyində ondan soruşulduqda da o, həmin sexin özünə məxsus olmadığını, icarədar olduğunu və həmin sexi işlətdiyini bildirmişdir. Onun vöeni vardır. Həmin vaxt arayış alarkən vöenini təqdim etmiş və həmin vöenin əsasında da ona arayış verilmişdir. Təqsirləndirilən şəxs1 həmin arayışı vermək üçün ondan pul və ya başqa bir qiymətli əşya tələb etməmişdir. O, Təqsirləndirilən şəxs1 həmin arayışın qarşılığında 10 manat pul verməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid4 göstərmişdir ki, İsmayıllı şəhəri Qazanxan küçəsində yerləşən İsmayıllı şəhər sakini Şirzad Əkbərova məxsus avtomobil təmiri sexini icarəyə götürüb işlədir. Ölkə ərazisində “Covid-19” virusunun yayılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən elan edilmiş karantin rejimi ilə bağlı hərəkət məhdudiyyəti tətbiq edildiyindən ona da fəaliyyət göstərmək qadağan edilmişdir. Lakin bir müddət sonra İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 şəhər ərazisində, eləcə də rayonlararası sərbəst hərəkət etmək üçün müvafiq arayış verdiyini eşidib xx.xx.2020-ci il tarixdə saat 11 radələrində İsmayıllı şəhərində yerləşən İsmayıllı şəhər ərazi nümayəndəliyinə gedib sexinin fəaliyyətinin davam etdirməsi üçün müvafiq arayış verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da həmin məzmunlu arayışın verilməsi müqabilində ondan 10 manat pul tələb etmiş, həmin məbləği Məhərrəmin tələbinə əsasən ona verdikdən sonra Məhərrəm ona sərbəst hərəkət etməsi üçün avtomobil təmiri sexində çilingər işləməsi ilə bağlı arayış vermişdir. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid4 ifadəsində yazılanlardan məlumatının olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, həmin ifadəsində yazılanların doğru olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadənin sonundakı yazının və imzanın ona məxsus olduğunu bildirməklə faktiki olaraq ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasındakı ziddiyyəti izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, avtomobil təmiri sexində işləyir, iş yerinə sərbəst gedib-gəlməsi üçün Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almışdır. Lakin həmin arayışın müqabilində Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul və ya maddi nemət verməmişdir. Əlavə olaraq ona ünvanlanan suallara cavab olaraq Şahid7 bildirdi ki, arayış alan zaman özünün şəxsiyyət vəsiqəsini və vöenini təqdim etmişdir, başqa heç bir sənəd təqdim etməmişdir, Təqsirləndirilən şəxs1 həmin arayışın qarşılığında ondan pul və ya başqa qiymətli əşya tələb etməmiş, o, Təqsirləndirilən şəxs1 həmin arayışın verilməsi üçün pul verməmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid7 göstərmişdir ki, təxminən 1 ildir ki, İsmayıllı şəhəri S.Mehdiyev küçəsində yerləşən avtomobil təmiri sexini icarəyə götürərək avtomobil təmiri ilə məşğul olur. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1la heç bir münasibəti olmamışdır. “Covid-19” virusu ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejiminə uyğun olaraq x xxxxx 2020-ci il tarixdə qaydalar sərtləşdirildikdən sonra eşitmişdir ki, sexə gedib-gəlmək və işini davam etdirmək üçün icazə almaq lazımdır. Bu səbəbdən sexin fəaliyyətini hansı formada davam etdirməsi ilə maraqlanmış və ona məxsus emalatxana İsmayıllı şəhəri ərazisində yerləşdiyindən Təqsirləndirilən şəxs1 arayış ala biləcəyini öyrənmişdir. x xxxxx 2020-ci il tarixdə nümayəndəliyin inzibati binasına, icra nümayəndəsi Təqsirləndirilən şəxs1 xidməti otağına getmişdir. Təqsirləndirilən şəxs1 hansı məsələ ilə əlaqədar gəldiyini soruşduqda ona avtomobil təmiri sexinin fəaliyyətini davam etdirməsi üçün arayış lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs1 demişdir ki, belə arayış almaq üçün on manat ödəmək lazımdır. Bu ödənişin qanunsuz olub-olmadığını Təqsirləndirilən şəxs1 soruşmamışdır, lakin fikirləşmişdir ki, yəqin qanuni olaraq ödəmək lazımdır. On manat pulu Təqsirləndirilən şəxs1 stolu üzərinə qoymuş, sonra isə onun göstərişilə qəbul otağında oturmuş katibə arayışı tərtib etmiş, çap edərək ona vermişdir. Arayışı həmin qadından alaraq Təqsirləndirilən şəxs1 vermiş və o, arayışı imzası və möhürü ilə təsdiq edib ona qaytarmışdır. Karantin dövründə sexin fəaliyyətini dayandırmamış, arayışı alandan sonra əmin olmuşdur ki, işləməyə tam icazəsi vardır. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid7 bildirdi ki, yazıb oxumağı bacarmır. İbtidai istintaq zamanı dediyi hər şey ifadəsinə yazılmışdır, ancaq orada pul söhbəti olmamışdır. O nə Təqsirləndirilən şəxs1 pul vermişdir, nə də Təqsirləndirilən şəxs1 ondan pul tələb etmişdir. İfadəsinin sonundakı yazı və imza ona məxsusdur. İbtidai istintaq zamanı ifadə verərkən ona nə demişdirsə, ifadəsində onun yazıldığı bildirilmişdir. O da arayış aldığına görə ifadəsinə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İsmayıllı RİHB-nın İsmayıllı şəhər X92 üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 müavini vəzifəsində işləmişdir. O, həmin nümayəndəlikdə təsərrüfat başına uçot kitablarının işlənməsi və ona daxil olan məktubların icrası ilə məşğul olmuşdur. Nazirlər Kabinetinin arayışların verilməsinə dair Qərarından sonra qeyd edilən arayışlar verilmişdir, amma Təqsirləndirilən şəxs1 həmin arayışların “icaze.e-gov.az” portalına daxil edilməli olmasından məlumatsız olmuşdur. İfadəsinin davamında həmçinin bildirdi ki, verilən arayışların qarşılığında Təqsirləndirilən şəxs1 pul alması ilə bağlı heç nə bilmir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində vətəndaşlardan eşitdiyinə görə Təqsirləndirilən şəxs1 pul verildiyini qeyd etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 arayışın qarşılığında pul almaq məsələsini vətəndaşlardan eşitməmiş, ibtidai istintaq zamanı həyəcanlı olduğuna görə elə demişdir. Təqsirləndirilən şəxs1 pul verilməsi məsələsini konkret olaraq kimdənsə eşitməmiş, ümumi olaraq eşitmişdir. Özü şəxsən hansısa vətəndaşın Təqsirləndirilən şəxs1 pul və ya maddi nemət verməsinin şahidi olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, xx xxxx 2017-ci il tarixdən hazıradək İsmayıllı RİHB-nın İsmayıllı şəhər X92 üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Əsas vəzifələri təsərrüfat başına uçot kitablarının qeydiyyatı, nümayəndəliyin adından arayışların tərtib edilməsi, nümayəndəliyə daxil olmuş məktubların cavablandırılmasından və icra nümayəndəsinin göstərişlərinin icrasından ibarətdir. Ölkə ərazisində “Covid”-19” virusunun yayılması ilə bağlı 2020-ci ilin mart ayında karantin rejimi tətbiq edildikdən sonra icra nümayəndəliyinin üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Belə ki, karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilmiş, aztəminatlı ailələrə müxtəlif təşkilatlardan göndərilmiş ərzaq yardımlarının paylanmasında iştirak etmiş, həmçinin karantin rejimi ilə bağlı sərbəst hərəkət etməsi üçün ayrı-ayrı şəxslərə arayışlar verilmişdir. Arayışların tərtibi və təsdiq edilməsi onun səlahiyyətlərinə aid edilsə də, karantin dövründə sərbəst hərəkət edilməsi ilə bağlı arayışların tərtib edilməsini icra nümayəndəsi Təqsirləndirilən şəxs1 şəxsən öz öhdəsinə götürmüşdür. Belə ki, arayışlar Təqsirləndirilən şəxs1 göstərişi əsasında kargüzar Şövkət Hüseynova tərəfindən tərtib edilərək Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Bir müddət Təqsirləndirilən şəxs1 tərəfindən arayışlar verildikdən sonra Məhərrəmin vətəndaşlardan arayış verilməsi müqabilində 5-20 manat arası məbləğdə pul aldığını eşitmişdir. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid1 həmin vaxt həyəcanlı və yorğun olduğuna görə, həmin formada ifadə verdiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, arıçılıqla məşğul olduğundan qonşu rayonlara gedib-gəlmək üçün arayış almışdır, həmin arayışın qarşılığında isə heç bir rüsum ödəməmiş və ya heç kim ondan bununla bağlı pul tələb etməmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid8 bildirdi ki, onun yaşadığı kənd əvvəllər kənd nümayəndəliyinə tabe olmuşdur, hal-hazırda isə yaşadığı kənd İsmayıllı Şəhər İcra Nümayəndəliyinə tabedir. Arayış alan zaman ondan heç bir rüsum və ya məbləğ tələb olunmamışdır. O, arayışla bağlı əvvəlcə müavinə yaxınlaşıb müraciət etmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 xidməti otağına gedib ona müraciət etmişdir və ona arayış verilmişdir. Həmçinin onun vöeni olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almışdır, həmin arayışın qarşılığında isə heç bir rüsum ödəməmiş və ya heç kim ondan bununla bağlı pul tələb etməmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid15 bildirdi ki, həyətində kənd toyuqları kəsib satır, qonşu məhlələrdən qadınlar gəlib onun həyətində toyuq yolurlar. Buna görə, o da həm işçi qadınların işə gəlmələri, həm də özü üçün arayış almışdır. O, özü ilə birlikdə təxminən 5-6 nəfər şəxs üçün arayış almışdır. O, özü kömək üçün Təqsirləndirilən şəxs1 yaxınlaşıb ona müraciət etmişdir. Təqsirləndirilən şəxs1 da onun həmin işlə qazanc əldə edib ailəsini həmin qazancla saxladığını görüb ona kömək edərək həmin arayışı verəcəyini bildirmişdir. O, rəsmi qaydada fəaliyyət göstərmir. Həmçinin bildirdi ki, təxminən 5-6 arayış almışdır. Verilən arayışlardan biri ona, biri onunla birlikdə toyuq kəsən oğlana, digər arayışlar isə toyuq təmizləyən şəxslərə aid olmuşdur. Həmin işçilər rəsmi işçi olmamışlar. Həmin qadınlar digər məhlədən gəlib onun həyətində toyuq yolmaqla məşğul olmuşlar. Polis əməkdaşları həmin şəxsləri də buraxmır, məhlədən keçməyə də icazə verməmişlər. Ona görə, o, həmin şəxslərə də arayış almışdır. Təqsirləndirilən şəxs1 ondan arayışın qarşılığında heç nə istəməmişdir. O, Təqsirləndirilən şəxs1 bir böyük insan kimi toyuq gətirib vermişdir ki, evə aparsın. Nəinki həmin ərəfədə, o, əvvəllər də Təqsirləndirilən şəxs1 müraciət edən zaman Təqsirləndirilən şəxs1 ondan heç nə tələb etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, onun özünün quşçuluq təsərrüfatı var. Həmin vaxt rayon ərazisində karantin rejimi olduğundan məhsullarını sata bilməmişdir. Buna görə də, İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətində isə ona Təqsirləndirilən şəxs1 yanına getməyi, Təqsirləndirilən şəxs1 ona arayış verəcəyi bildirilmişdir. Beləliklə, o, Təqsirləndirilən şəxs1 yaxınlaşıb arayış almaq üçün ona müraciət etmişdir. Təqsirləndirilən şəxs1 da məhsullarını sata bilməsi üçün onun adına arayış vermişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid14 bildirdi ki, Təqsirləndirilən şəxs1 həmin arayışa görə ondan pul və ya maddi nemət tələb etməmiş, həmçinin o da Təqsirləndirilən şəxs1 həmin arayışın qarşılığında pul və ya hər hansı bir maddi nemət verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, İsmayıllı rayonunda anadan olmuş və orta məktəbi İsmayıllı rayonunda oxumuşdur. Daha sonra universitetə qəbul olub Bakı şəhərinə köçmüş və orada işləmişdir. Bu dövr ərzində atası İsmayıllı rayonunda yaşadığına, eyni zamanda özünün İsmayıllı rayonunda fərdi yaşayış yerinin olduğuna görə mütəmadi olmasa da, ayda bir dəfə və məzuniyyət dövrlərində İsmayıllı rayonuna gəlmişdir. Təqsirləndirilən şəxs1 kənardan görmüş, ancaq onunla yaxın münasibətləri, şəxsi tanışlıqları və ya qohumluq əlaqələri olmamışdır. Respublika ərazisində yayılmış pandemiya ilə əlaqədar olaraq tətbiq edilən karantin rejimi dövründə İsmayıllı rayonunda adına fərdi yaşayış evinin olması ilə bağlı Təqsirləndirilən şəxs1 müraciət edərək ona arayış verməsini xahiş etmiş və beləliklə, şəhər icra nümayəndəliyindən arayış almışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid12 bildirdi ki, ondan həmin arayışın qarşılığında heç nə tələb olunmamışdır, həmçinin o da həmin arayışın qarşılığında Təqsirləndirilən şəxs1 heç nə verməmişdir. Çünki adına evi vardır. O, evinin çıxarışını göstərməklə arayış almışdır. Həmin arayışda evi olduğuna görə ona arayış verildiyi yazılmışdır. Həmin vaxt ölkə ərazisində yayılmış pandemiya ilə əlaqədar postlar qoyulmuşdur. Polis əməkdaşları saxlayan zaman evin çıxarışını hərəkətə icazə verən sənəd kimi tanımamışlar. O, ailəsini pandemiya dövründə İsmayıllı rayonunda qoyduğuna görə İsmayıllı rayonuna rahat gedib-gəlmək üçün arayış almışdır. Həmin vaxt stasionar postlar şəhər nümayəndəliyindən arayış alınmasını tələb etmişlər. O da stasionar postlara təqdim etmək üçün həmin arayışı almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, onun idarə etdiyi avtomobilin etibarnaməsinin müddəti bitirdi. Həmin vaxt ölkə ərazisində yayılmış pandemiya ilə əlaqədar karantin rejimi mövcud olduğuna görə, o, İsmayıllı Şəhər İcra Nümayəndəliyinə gəlib Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almışdır, həmin arayışın qarşılığında isə heç bir rüsum ödəməmiş və ya heç kim ondan bununla bağlı pul tələb etməmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid9 bildirdi ki, arayışı ona Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 ondan həmin arayışın qarşılığında heç bir rüsum və ya pul tələb etməmişdir. O, taksi fəaliyyəti ilə məşğul olmuş, lakin arayışı ən əsası avtomobilinin etibarnaməsinin müddəti bitmək üzrə olduğu üçün almışdır. Həmin avtomobili öz adına sənədləşdirməli olmuş, sənədləşdirmə isə İsmayıllı rayonunda yox, regional şöbə Ağsu rayonunda olduğundan orada aparılmalı imiş. Bir qədər geciksə, avtomobilin sahibini tapa bilməzdi. Buna görə də, o, həmin avtomobili öz adına sənədləşdirməli olduğundan arayış almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, onun jurnalist olduğu üçün xidməti vəsiqəsi olduğundan arayış almağa ehtiyacı olmamasına baxmayaraq karantin rejimi dövründə bir dəfə Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almışdır. Belə ki, o, Şahsultanlı kəndinə getməli olduğuna görə, Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid11 bildirdi ki, nəinki Təqsirləndirilən şəxs1, ümumiyyətlə, rayonda heç kim ondan arayış və ya başqa bir sənədə görə təmənna istəməmişdir. O, karantin rejimi dövründə bircə dəfə həmin arayışı almışdır. Ona verilən arayışın məzmununda yazılmışdır ki, Göyçay rayonunda vacib işi olduğu üçün pandemiya dövrü olduğuna görə arayış verilir. Xidməti vəsiqəsinin etibarlılıq müddəti bir neçə gün keçmişdi. Buna görə də, o, Təqsirləndirilən şəxs1 müraciət edərək ondan arayış almışdır. O, arayış almaq üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə, o cümlədən bələdiyyəyə də müraciət etmişdir. Həm İsmayıllı Rayon İcra Hakimiyyətində, həm də bələdiyyədə ona arayışın İsmayıllı Şəhər İcra Nümayəndəliyində verildiyi bildirilmişdir. Onun yaşayış yeri İsmayıllı rayonudur və İsmayıllı şəhərinin özündə yaşadığına görə arayış almaq üçün şəhər icra nümayəndəliyinə müraciət etmişdir. O, arayış alan zaman hər hansı bir rüsum və ya maddi nemət ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid25 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, işə gedib-gəlmək, avtomobillə rayon ərazisində hərəkət etmək üçün Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid25 bildirdi ki, adına verilən həmin arayışın məzmunu ondan ibarət olmuşdur ki, avtomobillə rayon ərazisində öz evindən işinə getməyə icazə verilsin. Həmçinin bildirdi ki, İsmayıllı rayonunda diş texnikləri tam təsərrüfat olmuşdur, sonradan ləğv olunaraq həmin şöbə poliklinika olmuşdur. Diş həkimləri yerində qalmış, diş texnikləri isə ixtisara düşmüşdür. Polis əməkdaşları saxlayan zaman o, diş texniki olduğunu, işə getdiyini, yəni həkimlə müştərək işlədiyini dedikdə polis əməkdaşları ona sənəd təqdim etməsini tapşırmışlar. O, icazə ilə bağlı xəstəxanaya müraciət edə bilməz, çünki o, özəl fəaliyyət göstərir və diş texnikidir. O, fəaliyyətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalına daxil olmamışdır. İsmayıllı şəhərinin özündə yaşayır. Pandemiya dövründə bir dəfə polis əməkdaşları onu avtomobili ilə hərəkətdə olarkən saxlamış və həmin vaxt arayışla hərəkət etməyə icazə verildiyini bildirərək ona şifahi xəbərdarlıq etmişlər. Buna görə, o da Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almışdır. Həmçinin onun vöeni vardır. O, arayış alarkən şəxsiyyət vəsiqəsini, vöenini təqdim etmiş, eyni zamanda avtomobilinin nömrəsini demişdir. Həmin arayışa görə heç bir rüsum və ya maddi nemət ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, uzun illərdir ki, quşçuluqla və taxılçılıqla, rayonlararası alğı-satqıyla məşğuldur, cücə gətirərək saxlayıb satmaqla ailəsini dolandırır. Həmin dövrdə pandemiya rejiminin olması ilə əlaqədar arayış lazım olmuşdur. Buna görə də, o, Təqsirləndirilən şəxs1 müraciət etmiş, Təqsirləndirilən şəxs1 da köməklik edərək ona arayış vermiş və həmin arayış sayəsində də o, öz fəaliyyətini davam etdirə bilmişdir. Əlavə olaraq bildirdi ki, arayış alarkən o, şəxsən Təqsirləndirilən şəxs1 rüşvət verməmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid16 bildirdi ki, pensiya alır. X133 X3 məlumatı yoxdur. O, arayış almaq üçün vöenini təqdim etmişdir. Vöendə onun vergi ödəyicisi olduğu görünür. Yaşadığı kəndin özünün icra nümayəndəliyi yoxdur, kəndləri sonradan şəhər icra nümayəndəliyinə birləşdirilmişdir. Hal-hazırda o, yaşayış yeri ilə bağlı arayış alan zaman şəhər icra nümayəndəliyinə müraciət edir. Arayış alan zaman Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Təqsirləndirilən şəxs1 onu tanıyır və onun quşçuluqla məşğul olduğunu bilir. O, arayış almaq üçün Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 onun fermer təsərrüfatının olduğunu da bilir. Onun vöeni də vardır. Arayış alan zaman vöenini, sənədlərini təqdim etmişdir. O, arayış alan zaman heç bir rüsum və ya maddi nemət ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid32 Kəblağa oğlu ifadəsində göstərdi ki, qardaşı X103 arayış almışdır və o da ibtidai istintaq zamanı, buna görə, çağırılıb dindirilmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid32 bildirdi ki, qardaşı X62 arayışı Təqsirləndirilən şəxs1 almışdır, həmin arayışın qarşılığında qardaşı Təqsirləndirilən şəxs1 heç bir maddi nemət və ya pul ödəməmişdir. X104 dönər satışı ilə bağlı fəaliyyətini davam etdirməyə görə arayış almışdır. Şahid32 Kəblağa oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid32 göstərmişdir ki, İsmayıllı şəhəri ərazisində ayrı-ayrı tikintilərdə fəhlə işləyir, qardaşı Şahid3 İsmayıllı şəhəri ərazisində dönərxana işlədir, digər qardaşı Kənan isə İsmayıllı şəhəri ərazisində kafe işlədir. 2020-ci ilin aprel ayının əvvəllərində ölkə ərazisində “Covid 19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi elan olunmuşdu və qaydalara görə rayonu tərk etmək mümkün olmamış və demək olar ki, bir çox sahədə işləyən şəxslərin iş yerləri bağlanmışdı. Eləcə də, tikinti və dönərxanalar da fəaliyyətini dayandırmışdı. Sənan kimdənsə İsmayıllı şəhər ərazi icra nümayəndəsi Təqsirləndirilən şəxs1 işləmək üçün arayış verdiyini eşitmişdir. Bununla bağlı Sənan 2020-ci ilin aprel ayında hazırda xatırlamadığı tarixdə İsmayıllı şəhər İcra nümayəndəsi Təqsirləndirilən şəxs1 müraciət edib dönərxananı işlətmək üçün arayış almışdır. Belə ki, Sənan onlayn qaydada sifariş qəbul edib sifarişləri şəhər ərazisində müxtəlif ünvanlara çatdırmaq üçün şəhər daxilində hərəkət etmək məqsədilə arayış almaq istəmişdir. Sənanın deməsinə görə Təqsirləndirilən şəxs1 10 manat pul verib həmin arayışı almışdır. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid32 qardaşı X77 Əhmədova 10 manat məbləğində pul verməklə arayış almadığını, ibtidai istintaq zamanı səhv ifadə verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadənin sonundakı yazının ona məxsus olduğunu, ibtidai istintaq zamanı çaşıb həmin formada ifadə verdiyini bildirərək faktiki olaraq ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasındakı ziddiyyəti izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, ölkə ərazisində yayılmış pandemiya ilə tətbiq edilmiş karantin rejimi dövründə xəstə olduğu üçün Bakı şəhərinə getməli olduğundan arayış almağa məcbur olmuşdur. Belə ki, yaşadığı kənddən ona arayış verilmədiyi üçün o, şəhər icra nümayəndəliyinə müraciət edərək arayış almışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid21 bildirdi ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır, İsmayıllı rayonunun Kürdmaşı kəndinin özünün icra nümayəndəsi var. O, həmin dövrdə xəstə olduğundan Bakı şəhərində həkimə getməyə görə arayış almaq üçün şəhər icra nümayəndəliyinə müraciət etmişdir. O, İsmayıllı rayonunda həkimə müraciət etmiş, həkim ona heç bir sənəd verməmişdir. O, Təqsirləndirilən şəxs1 yaxınlaşıb Bakı şəhərinə getmək üçün arayış almaq istədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 da ona arayış vermişdir. O, arayış alan zaman şəxsiyyət vəsiqəsini təqdim etmişdir, arayış alan zaman heç bir rüsum və ya pul ödəməmiş, Təqsirləndirilən şəxs1 onun xəstə olduğunu gördüyü üçün arayış vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid31 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, anasının qolu sındığından onu Bakı şəhərində yerləşən İstanbul NS klinikasına aparmış və anası həmin xəstəxanada qolundan əməliyyat olunmuşdur. Nəsə olsa, gəlmək problem olar deyə həkim anasının ən azı 15 gün müddətinə rayona getməməsini bildirmişdir. Buna görə, o da anasına bacısıgilə qoyub rayona qayıtmışdır. 15 gündən sonra gedib anasını gətirmək lazım idi. Anası qolundan əməliyyat olunduğu üçün ona başqa avtomobildə gəlmək narahat idi. Buna görə də, o, anasını öz avtomobili ilə gedib gətirmək istəmişdir. Beləliklə, həmin vaxt karantin rejimi olduğundan o, Təqsirləndirilən şəxs1 müraciət edərək ona arayış verməsini xahiş etmiş və Məhərrəm Əhməov da ona arayış vermişdir. O, həmin arayışla Bakı şəhərinə gedib anasını götürüb gəlmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid31 bildirdi ki, anasının qolu əməliyyat olunduqdan sonra onu aparıb Binəqədi rayonuna qoymuş, 15 gün Bakı şəhərində qalmamaq üçün qayıdıb rayona gəlmişdir. 15 gündən sonra Bakı şəhərinə gedib anasını gətirmək lazım idi. Həmin vaxt pandemiya rejimi olduğuna görə, Bakı şəhərinə gedib-gələ bilməmişdir. Anasını öz avtomobili ilə gedib gətirməsi lazım idi. Xəstəxanadan göndəriş ona yox, anasına verilmişdir. O, İsmayıllı şəhərinin özündə yaşayıram. O, həmin nümayəndəliyin şəhər icra nümayəndəliyi olduğunu bildiyi üçün həmin nümayəndəlikdən arayış almağı fikirləşmiş, Təqsirləndirilən şəxs1 yaxınlaşıb məsələni olduğu kimi danışmış, anasının başqa avtomobillə gələ bilmədiyini və Bakı şəhərinə gedib anasını gətirmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 da ona arayış vermişdir, o, arayış alan zaman heç bir dövlət rüsumu və ya pul ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, həmin dövrdə karantin rejimi olduğundan o, Bakı şəhərinə getmək üçün arayış almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 müraciət edərək ona arayış verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 da ona arayış vermişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid20 bildirdi ki, o, yaşadığı kəndin icra nümayəndəliyində arayış verilib-verilmədiyini bilmir, kənd icra nümayəndəliyindən bu barədə heç maraqlanmamışdır. O, arayış alan şəxslərdən Təqsirləndirilən şəxs1 arayış verdiyini eşitmişdir. Təqsirləndirilən şəxs1 onu tanımır. O, şəhər icra nümayəndəliyinə gedib Təqsirləndirilən şəxs1 müraciət etmiş, Təqsirləndirilən şəxs1 da ona arayış vermişdir. O, həmin vaxt xəstə olmuş və Təqsirləndirilən şəxs1 həkim üçün Bakı şəhərinə getdiyini demişdir. Arayış alan zaman Təqsirləndirilən şəxs1 xəstəliklə bağlı sənəd təqdim etməmiş, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi təqdim etmişdir. O, İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır, Kürdmaşı kəndi şəhər icra nümayəndəliyinə tabe deyil. İsmayıllı rayonunun Kürdmaşı kəndinin özünün icra nümayəndəliyi vardır. O, orada arayışın verilib-verilmədiyini heç bilmir. Arayış alan zaman əvvəlcə Təqsirləndirilən şəxs1 katibəsinə yaxınlaşıb bu barədə demiş, daha sonra Təqsirləndirilən şəxs1 yaxınlaşmışdır. O, arayış alan zaman rüsum ödəməmiş, həmin arayışın qarşılığında Təqsirləndirilən şəxs1 şirinlik verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid24 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, sürücülük vəsiqəsi almaq üçün Qəbələ şəhərinə getməli olmuşdur. Həmin dövrdə karantin rejimi olduğundan Daxili İşlər Nazirliyinin 102 xidmətindən İsmayıllı Rayonİcra Hakimiyyətindən arayış almaq üçün göndərilmişdir. O da maraqlanaraq İsmayıllı Şəhər İcra Nümayəndəliyinə gəlmiş və arayış almışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid24 bildirdi ki, Təqsirləndirilən şəxs1 ondan dönə-dönə nəyə görə arayış aldığını soruşmuş, o da sürücülük vəsiqəsini göstərərək sürücülük vəsiqəsinin etibarlılıq müddətinin keçdiyini bildirmişdir. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş və oradan ona arayış alıb getməsi bildirilmişdir. O, arayış alan zaman İsmayıllı şəhərində yaşamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, həmin dövrdə səhhətində problemlər olduğuna görə ölkə ərazisində “Covid-19” virusunun yayılması ilə əlaqədar elan edilmiş karantin rejimi ilə bağlı hərəkət məhdudiyyəti tətbiq edildiyindən Bakı şəhərinə getmək üçün Təqsirləndirilən şəxs1 müraciət edərək ondan arayış almışdır, həmin arayışın qarşılığında isə hər hansı bir rüsum ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X74 ifadəsində göstərdi ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müxtəlif marketlərə un və çörək satışını həyata keçirir. Ölkə ərazisində “Covid-19” virusunun yayılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən elan edilmiş karantin rejimi ilə bağlı hərəkət məhdudiyyəti tətbiq edildiyindən sahibkar kimi onun da fəaliyyəti qadağan edilmişdir. Buna görə də, o, fəaliyyətini davam etdirə bilmək üçün Təqsirləndirilən şəxs1 müraciət edərək ondan arayış almışdır. Lakin həmin arayışın qarşılığında Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul verməmişdir. Şahid X37 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Ramiz Məmmədov göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müxtəlif marketlərə un və çörək satışını həyata keçirir. Ölkə ərazisində “Covid-19” virusunun yayılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən elan edilmiş karantin rejimi ilə bağlı hərəkət məhdudiyyəti tətbiq edildiyindən sahibkar kimi onun da fəaliyyəti qadağan edilmişdir. Lakin bir müddət sonra İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 şəhər ərazisində, eləcə də rayonlararası sərbəst hərəkət etmək üçün müvafiq arayış verdiyini eşidib xx.xx.2020-ci il tarixdə saat 17 radələrində İsmayıllı şəhərində yerləşən İsmayıllı şəhər ərazi nümayəndəliyinə gedib rayon ərazisində avtomobillə hərəkət etməsi üçün Təqsirləndirilən şəxs1 arayış verməsi üçün müraciət etmiş, Təqsirləndirilən şəxs1 20 manat müqabilində həmin arayışı verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun iş otağında 20 manat pul vermiş və bundan sonra Məhərrəm ona şəhər ərazisində hərəkət etməsi üçün müvafiq arayış vermiş və həmin arayış əsasında İsmayıllı şəhərində karantin dövründə sərbəst hərəkət etmişdir. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq şahid Ramiz Məmmədov ibtidai istintaq zamanı həmin məzmunda ifadə vermədiyini, latın qrafikalı əlifba ilə oxumağı bacarmadığından ifadəsinə oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, onun kamazı (yük avtomobili) vardır və yük olanda Kürdəmir rayonundan İsmayıllı rayonuna un daşımaqla məşğuldur. Pandemiya ilə əlaqədar qərar çıxdıqdan sonra ölkə ərazisində sərbəst hərəkət etmək üçün ya icazəsi, ya da arayışı olmalı idi. Bununla əlaqədar olaraq, o, İsmayıllı Rayon İcra Hakimiyyətinə getmiş və İcra Hakimiyyətində İsmayıllı rayonuna un daşımaqla məşğul olduğunu bildirmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətində isə ona İsmayıllı Şəhər İcra Nümayəndəliyinə gedib nümayəndəlikdən arayış ala biləcəyi deyilmişdir. Buna görə, o da İsmayıllı Şəhər İcra Nümayəndəliyinə müraciət etmiş və özünə məxsus avtomobilin markasını, nömrəsini, İsmayıllı rayonuna un daşımaqla məşğul olduğunu bildirərək arayış almışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid17 bildirdi ki, idarə etdiyim yük avtomobilinin onun adına texniki pasportu vardır. O, arayış almaq üçün şəxsiyyət vəsiqəsini və idarə etdiyi yük avtomobilinin texpasportunu təqdim etmişdir. O, məsələni olduğunu kimi deyib arayış almışdır. O, İsmayıllı Rayon İcra Hakimiyyətinə gedib orada məsələni bildirmiş və İcra Hakimiyyətində ona arayışı gedib icra nümayəndəliyindən almağı bildirilmiş, daha sonra isə oradan nümayəndəliyə getmişdir. Həmçinin onun mağazası da vardır. Onun mağazası həmin müddətdə bağlı olmuş, o, həmin müddətdə mağaza işlətməmişdir. O, İsmayıllı şəhərində yaşadığına görə arayış almaq üçün İsmayıllı Şəhər İcra Nümayəndəliyinə müraciət etmişdir. O, arayış almaq üçün heç bir pul və ya maddi nemət verməmişdir. Həmin vaxt İsmayıllı rayon ərazisində karantin rejimi olmasından məlumatı olmuşdur. Nazirlər Kabinetinin qərarı ilə hərəkətinə icazə verilən şəxslər kateqoriyasına aid olubolmadığını bilmir. Ona İsmayıllı rayonuna un aparmağa kömək etməsi deyilmişdir. Həmin vaxt yük avtomobilinin hərəkətinə icazə olmuşdur. O da sərbəst hərəkət, yük avtomobili ilə gedib un gətirməyə görə icazə almaq üçün müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Ağsu rayonunda əkin sahəsi olmuşdur. Ölkə ərazisində koronovirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar qərar verildiyindən həmin dövrdə ərazini tərk etmək üçün icra nümayəndəliyindən arayış götürmək lazım olmuşdur. Buna görə də, o, Təqsirləndirilən şəxs1 müraciət edərək əkin sahəsinin olduğunu bildirərək həmin əkin sahəsinə gübrə vermək üçün ona arayış verilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 da ona arayışı vermişdir. Beləliklə, o, arayış aldıqdan sonra gedib əkin sahəsinə gübrə səpib gəlmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid19 bildirdi ki, arayış şəxsən ona verilmişdir. Onun şəxsi avtomobili olmamışdır. Arayış avtomobilə yox, əkin sahəsinə getmək üçün şəxsən ona verilmiş, o, avtomobilə görə arayış almamışdır. O, yol maşını ilə gedərək əkin sahəsinə baxmış, gübrəni səpib gəlmişdir. Onun yaşadığı kənd şəhərə birləşdirildiyi üçün o, şəhər icra nümayəndəliyindən arayış almışdır. Yaşadığı kənd Mican kəndidir. Mican kəndi şəhərə birləşdirilmişdir. O, Təqsirləndirilən şəxs1 yaxınlaşıb ondan arayış alan zaman heç bir rüsum, pul və ya maddi nemət ödəməmişdir. Arayış almaq üçün Təqsirləndirilən şəxs1 müraciət edən zaman şəxsiyyət vəsiqəsini və torpaq sənədini göstərmişdir. Ağsu rayonunda torpaq sahələri olduğu üçün həmin torpaq sahəsini əkmiş və oraya gübrə vermək lazım olmuşdur. Buna görə də, o, Ağsu rayonundakı həmin əkin sahəsinə gübrə vermək üçün arayış almışdır. Ona verilən arayışın məzmununda həmin arayışın əkin sahəsinə baxmaq və gübrənin səpilməsi üçün verildiyi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid29 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 20 ildən çoxdur ki, Təqsirləndirilən şəxs1 tanıyır. O, İsmayıllı rayonundan rayonun Diyallı kəndinə gedibgəlir. Həmin dövrdə karantin rejimi olduğundan bostan icarəyə götürüb əkinlə məşğul olduğuna görə Diyallı kəndinə gedib-gələ bilmək üçün Təqsirləndirilən şəxs1 müraciət edərək ondan arayış almışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid29 bildirdi ki, arayışı özü üçün almışdır. Amma Diyallı kəndinə hansı texnika ilə gedib-gəldiyini göstərmək üçün onunla birlikdə gedən şəxsin də avtomobilinin nömrəsi qeydiyyata alınmışdır. Diyallı kəndinə avtomobillə gedib-gəlmişdir. O, İsmayıllı rayonunun özündə yaşayır, İsmayıllı rayonunun Diyallı kəndində torpaq əkib-becərir. Onun Diyallı kəndində pay torpağı yoxdur. O, həmin torpağı icarəyə götürüb əkir. Karantin rejimi dövründə o, həmin kəndə gedib-gəlmək üçün Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almışdır. Arayış alan zaman hər hansı bir rüsum ödəməmiş, Təqsirləndirilən şəxs1 heç bir maddi nemət və ya pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid28 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, telefon mağazasında usta işləmişdir. Həmin dövrdə karantin rejimi olduğuna görə, Təqsirləndirilən şəxs1 müraciət edərək ona arayış verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 da ona arayış vermişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid28 bildirdi ki, o, İsmayıllı rayonunun özündə yaşayır, işlədiyi mağaza İsmayıllı rayonunun ərazisində bazar ətrafında olmuşdur. Ölkə ərazisində karantin rejiminin olması ilə əlaqədar telefon mağazaları bağlanmışdır. O, sahibkar deyil, yəni işlədiyi mağazanın öz sahibi vardır. O, usta olduğuna görə karantin rejimi dövründə onun fəaliyyətinə icazə olmamışdır. Həmin vaxt mağazada karantin rejimindən əvvəl müştərilərin təmir etməsi üçün verdikləri telefonlar olmuşdur. Həmin ərazidə polis əməkdaşları dayanmış və giriş-çıxışa icazə verməmişlər. Buna görə də, o, müştərilərin telefonlarını özlərinə qaytarmaq üçün təxminən beş günlük müddətə arayış almışdır. O, arayış alan zaman yalnız şəxsiyyət vəsiqəsini təqdim etmiş, başqa heç nə təqdim etməmişdir. İşlədiyi mağaza sahibinin vöeni olmuşdur, o isə sosial ödəmişdir. O, Təqsirləndirilən şəxs1 yalnız şəxsiyyət vəsiqəsini təqdim edərək arayış almış, arayış alan zaman ondan heç bir maddi nemət və ya pul tələb edilməmişdir. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə onun hərəkətinə icazə olmamışdır. O, Təqsirləndirilən şəxs1 müraciət edərək ona 5 günlük arayış verməsini xahiş etmiş, ona görə də, ona arayış verilmişdir. O, şəxsən Təqsirləndirilən şəxs1 xidməti otağına gedib ona arayış verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 xahişini nəzərə alıb ona arayış vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid23 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, həyat yoldaşı Saatlı şəhərində olmuşdur. O, həmin vaxt qızıgilə getmiş və orada qalmışdır. Ölkə ərazisində karantin rejimi tətbiq olunduğuna görə o, Saatlı rayonuna gedib həyat yoldaşını gətirə bilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs1 müraciət edərək arayış almış və Saatlı rayonuna gedərək həyat yoldaşını gətirmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid23 bildirdi ki, o, Təqsirləndirilən şəxs1 arayış almışdır. Yaşadığı kənd şəhər icra nümayəndəliyinə tabedir. O, Təqsirləndirilən şəxs1 katibəsinə müraciət etmiş və o da arayış yazmış, daha sonra həmin arayışa möhür vurulmuşdur. Bundan sonra o da Saatlı rayonuna gedib ailəsini götürüb gəlmişdir. O, həmin arayışı aprel ayında almışdır. Arayış zaman hər hansı məbləğdə pul və ya maddi nemət ödəməmişdir. O, şəxsiyyət vəsiqəsini təqdim edib arayış almış, arayış alaraq həyat yodaşı ilə nəvəsini Saatlı rayonundan götürüb gəlmişdir. Polis əməkdaşları yolda saxlamış, saxlayan zaman polis əməkdaşları arayışa baxmış və həmin vaxt heç bir problem yaranmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, oğlunun qolu sındığına görə Göyçay rayonunda onun qoluna sarıq qoydurmuşdur. Daha sonra ölkə ərazisində karantin rejimi tətbiq edildiyinə görə o, Göyçay rayonuna gedə bilməmişdir, belə ki, polis əməkdaşları yolda saxlayaraq buraxa bilməyəcəklərini bildirmiş və onu geri qaytarmışlar. O da Göyçay rayonuna aparıb oğlunun qolunun sarığını açdırmalı olduğuna görə, Təqsirləndirilən şəxs1 müraciət edərək ona arayış verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 həmin arayışı verdikdən sonra oğlunu Göyçay rayonuna apararaq onun qolunun sarığını açdırmış və qayıdıb gəlmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid10 bildirdi ki, o, İsmayıllı şəhərində yaşayır. Öz nümayəndəlikləri olduğu üçün o, arayış almağa görə İsmayıllı Şəhər İcra Nümayəndəliyinə müraciət etmişdir. O, oğlunun qoluna gipsi Göyçay rayonunda qoydurmuş və qolunun gipsini açdırmaq üçün onu Göyçay rayonuna aparmışdır. Həkim oğlunu onun yanına gətirmələrini, oğlunun qolunun sarığını özünün açıb rentgene salaraq yenidən baxacağını bildirmiş, ona görə də, oğlunun qolunun sarığını açdırmaq üçün yenidən Göyçay rayonuna getməli olmuşdur. O, Təqsirləndirilən şəxs1 müraciət edərək postdan keçmək üçün ona arayış verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 da ona arayışı vermişdir. O, arayış verilən zaman heç bir maddi nemət və ya rüsum ödəməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X42 ifadəsində göstərdi ki, ailəsində heç kim işləmədiyinə görə qazanc gətirən olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs2 müraciət edərək onu işə götürməsini xahiş etmiş, Təqsirləndirilən şəxs2 da onu işə götürmüşdür. Lakin 4 aydan sonra işdən azad olunmuş, işdən çıxandan sonra əmək haqqı kartını qardaşı Təqsirləndirilən şəxs1 vermişdir. Şahid X22 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Cəmil Əhmədov göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İsmayıllı RİHB-nin İsmayıllı şəhər ərazi dairəsi üzrə nümayəndəsinin sürücüsü işləmiş, həmin müddət ərzində icra nümayəndəsi qardaşı Təqsirləndirilən şəxs1 olmuşdur. Sürücü kimi əmək haqqını nağd şəkildə qardaşı Təqsirləndirilən şəxs1 almışdır. Belə ki, plastik bankomat kartından istifadə edə bilmədiyinə görə qardaşı öz əmək haqqını bankomat vasitəsilə çıxardanda onun əmək haqqını da çıxardıb vermişdir. Əmək haqqı əvvəlcə 213 manat sonradan isə 300 manat olmuşdur. Bildiyinə görə, əmək haqqı bir müddət “xxxx” vasitəsilə verilmiş, bir müddət isə “Muğan bank” vasitəsilə verilmişdir. Adına olan “xxxx”a aid olan kartdan məlumatı yoxdur. Həmin kartın hansı əsasla adına olmasını bilmir. Rayonun Mican kəndində 1.2 ha, Quşencə kəndində isə 4.32 ha torpaq sahəsi vardır. 2016-cı ildən hazırkı vaxtadək hər iki sahədə buğda əkini əkir və buna görə subsidiya alır. 50 manat əkinə, 150 manat da hər hektara görə gübrə pulu almışdır. Lakin konkret nə qədər aldığını bilmir. İsmayıllı Kommunal Müəssiləri Kombinatında işləməmiş, adına olan əmək haqqı kartından məlumatı yoxdur. Həmin idarədən də əmək haqqı almamış, onun əvəzinə əmək haqqını kimin almasını da bilmir və adına olan həmin əmək haqqı kartının da qardaşı Məhərrəmdə olmasının səbəbini bilmir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X83 ifadəsində göstərdi ki, ailəsi imkansız olduğundan, atası Xəlil İ qrup əlil olduğundan və maddi vəziyyəti pis olduğundan məşğulluq idarəsinə müraciət edərək İsmayıllı “Yaşıllaşdırma” İdarəsində işə düzəlmiş və işlədiyi müddətdə vəzifəsi yolları təmizləmək, nəzarət etmək olmuşdur. İşlədiyi müddətdə hər ay 240 manat əmək haqqı almışdır. Daha sonra öz ərizəsi ilə işdən çıxmış və mebel mağazasında işləmişdir. Şahid X43 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Xətai Əhmədli göstərmişdir ki, 2015-ci ildə İsmayıllı rayon Mican kənd orta məktəbini bitirmiş, məktəbi bitirdikdən sonra ayrı-ayrı mebel ustalarının yanında köməkçi işləmiş və hazırda da mebel ustası kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs1 əmisidir. Onunla münasibətləri çox yaxşıdır. Məhərrəm uzun müddət İsmayıllı şəhər icra nümayəndəsi vəzifəsində işləmişdir. Ailəsi imkansız olduğundan, atası Xəlil İ qrup əlil olduğundan və maddi vəziyyəti pis olduğundan əmisi Məhərrəm adını səhv etmirsə 2017-ci ilin dekabr ayından 2020-ci ilin fevral ayınadək İsmayıllı “Yaşıllaşdırma” İdarəsinə yazdırıb ona aylıq səhv etmirsə 240 manat ailəni dolandırmağa pul vermişdir. Aylıq əmək haqqı kimi pulu ona Məhərrəm vermişdir. Belə ki, o, əmək haqqı almaq üçün “xxxx”ın İsmayıllı filialından adına plastik bankomat kartını götürüb Məhərrəmin tələbinə əsasən ona vermişdir. Lakin hər ay Məhərrəm karta yüklənən əmək haqqını 240-250 manat ona vermişdir. İsmayıllı Kommunal Müəssisələri Kombinatında adı rəsmiləşdirilsə də, işə getməmişdir. Məhkəmə iclası zamanı dindirilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuş və həmin ifadəsində Şahid2 göstərmişdir ki, atası Tofiqə məxsus “Mercedes” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Ölkə ərazisində “Covid-19” virusunun yayılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən elan edilmiş karantin rejimi ilə bağlı hərəkət məhdudiyyəti tətbiq edildiyindən taksi sürücüsü kimi ona da fəaliyyət göstərmək qadağan edilmişdir. Lakin bir müddət sonra İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 şəhər ərazisində, eləcə də rayonlararası sərbəst hərəkət etmək üçün müvafiq arayış verdiyini eşidib ailə üzvləri-anası Dilarə Qədirov, bacısı Təranə Qədirov və qonşusu Sona Abdullayevanı işə aparıb gətirmək məqsədilə müvafiq arayış verməsi üçün xx.xx.2020-ci il tarixdə saat 12 radələrində İsmayıllı şəhərində yerləşən İsmayıllı şəhər ərazi nümayəndəliyinə gedib bununla bağlı Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu şəhər daxilində sərbəst hərəkət edilməsi üçün arayış verilməsi müqabilində 5 manat, rayonlararası hərəkət etmək üçün arayış verilməsi müqabilində 10 manat pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 tələbinə əsasən iş otağında ona 5 manat pul vermiş, ondan sonra Məhərrəm ona qəbul otağında əyləşən katibəyə yaxınlaşmağı və ona arayış yazdırmağı demişdir. Həmin şəxsə anası, bacısı və qonşusunun adına 3 ədəd arayış yazdırmış, həmin arayışları Təqsirləndirilən şəxs1 möhür və imzası ilə təsdiq edib ona vermişdir. Səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edib bacısı Təranənin adına olan arayışı gətirməsini bildirmiş, Məhərrəmin xahişi ilə nümayəndəliyə gedib həmin arayışı ona vermiş, Məhərrəm də öz növbəsində arayşı cırıb, Dilarənin adına verdiyi arayışla Təranənin işə gedib gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 verdiyi müvafiq arayışlar əsasında anası Dilarə, bacısı Təranə və qonşusu X31 şəhərində yerləşən iş yerlərinə aparıb gətirmişdir. Məhkəmə iclası zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuş və həmin ifadəsində Yaşar Əvəzxan göstərmişdir ki, ölkə ərazisində “Covid-19” virusunun yayılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən elan edilmiş karantin rejimi ilə bağlı hərəkət məhdudiyyəti tətbiq edildiyindən İsmayıllı şəhəri ərazisində yerləşən Elyar adlı şəxsə məxsus avtomobil təmiri sexində işləmək üçün müvafiq arayış verilməsi üçün xx.xx.2020-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 müraciət etmiş, Təqsirləndirilən şəxs1 ona İsmayıllı rayonu ərazisində avtotəmir sexində işləməsi və rayon ərazisində sərbəst hərəkət etməsi barədə arayış yazıb vermişdir. Həmin arayışın verilməsi müqabilində ondan hər hansı rüşvət və ya imtiyaz tələb edilməmişdir. Məhkəmə iclası zamanı Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuş və həmin ifadəsindən göstərmişdir ki, hər hansı rəsmi bir yerdə işləmir. İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən ərzaq və paltar satılan mağazası vardır. Xırda sahibkar olaraq VÖEN-i vardır. Həmin mağazaya ərzaq və paltar məhsullarını müxtəlif yerlərdən, o cümlədən Bakı şəhərində yerləşən “Meyvəli”dən gətirib satırlar. Respublikası ərazisində hazırkı vaxta qədər yayılmaqda davam edən “Covid-19” virusu ilə əlaqədar tətbiq edilmiş karantin rejiminə görə rayon ərazisində sərbəst hərəkət etmək, eyni zamanda Bakı şəhərinə getməyə məhdudiyyət qoyulduğundan mağazaya meyvə məhsulları gətirmək mümkün olmamışdır. Bakı şəhərinə hansı formada gedəcəyi ilə maraqlandıqda İsmayıllı şəhərində qeydiyyatda olduğundan ona məlum olmuşdur ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər X92 üzrə nümayəndəliyindən İsmayıllı şəhəri ərazisində ona məxsus evinin olması barədə arayış alsın. Yuxarıda qeyd etdiyi məqsədlə 2020-ci ilin aprel ayının əvvəllərində nümayəndəliyin inzibati binasına getmişdir. Orada qəbul otağına yaxınlaşmışdır. Qəbul otağında oturan adını bilmədiyi qadından Təqsirləndirilən şəxs1 otağında olub-olmamasını soruşmuş, həmin qadın Təqsirləndirilən şəxs1 otağında olduğunu demişdir. O, Təqsirləndirilən şəxs1 otağına daxil olub İsmayıllı rayonunun Kürdmaşı kəndində mağazası olduğunu bildirərək Bakı şəhərindən meyvə məhsulları gətirmək üçün ona arayış verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 VÖEN-inin olub-olmamasını soruşmuş, o da VÖEN-i ona təqdim etmiş, baxdıqdan sonra VÖEN-i ona qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 qəbul otağında əyləşən qadına yaxınlaşıb arayış yazmağını ona deməsini bildirmişdir. O da həmin qadına yaxınlaşmış və qeyd etdiyi məzmunda arayış yazmasını demişdir. Həmin qadın arayışı yazdıqdan sonra arayışı alıb Təqsirləndirilən şəxs1 təqdim etmiş, o, arayışa imza edib möhür vurduqdan sonra ona vermişdir. Həmin arayış hazırda onda deyil, zibilə atmışdır. Məhkəmə iclası zamanı Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuş və həmin ifadəsindən göstərmişdir ki, hər hansı rəsmi bir yerdə işləmir. İsmayıllı şəhəri ərazisində yerləşən “Kolxoz” bazarı adlanan bazarın qarşısında ərzaq məhsullarının satışını həyata keçirdiyi mağazası vardır. Fərdi sahibkar olaraq VÖENi vardır. Həmin mağazaya ərzaq məhsullarını müxtəlif yerlərdən gətirib satır. Respublika ərazisində hazırkı vaxta qədər yayılmaqda davam edən “Covid-19” virusu ilə əlaqədar tətbiq edilmiş karantin rejiminə görə rayon ərazisində sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğundan mağazaya ərzaq məhsulları gətirmək, eyni zamanda satışı həyata keçirmək mümkün olmamışdır. Mağazaya ərzaq məhsulları gətirmək, eyni zamanda satışı həyata keçirmək və rayon ərazisində sərbəst hərəkət etməyin hansı formada mümkün olacağı ilə maraqlandıqda İsmayıllı şəhərində qeydiyyatda olduğundan ona məlum olmuşdur ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər X92 üzrə nümayəndəliyindən arayış alsın. Yuxarıda qeyd etdiyi məqsədlə 2020-ci ilin aprel ayının əvvəllərində nümayəndəliyin inzibati binasına getmişdir. Orada qəbul otağına yaxınlaşmışdır. Qəbul otağında oturan adını bilmədiyi qadından Təqsirləndirilən şəxs1 otağında olub-olmamasını soruşmuş, həmin qadın Təqsirləndirilən şəxs1 otağında olduğunu demişdir. O, Təqsirləndirilən şəxs1 otağına daxil olub İsmayıllı rayonunun “Kolxoz” bazarının yaxınlığında mağazası olduğunu, mağazada gündəlik yeyinti satışı ilə məşğul olduğunu bildirib ona arayış verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 VÖENinin olub-olmamasını soruşmuş, o da VÖEN-i ona təqdim etmiş, baxdıqdan sonra VÖEN-i ona qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 qəbul otağında əyləşən qadına yaxınlaşıb arayış yazmasını ona deməyini bildirmişdir. O da həmin qadına yaxınlaşmış və qeyd etdiyi məzmunda arayış yazmasını demişdir. Həmin qadın arayışı yazdıqdan sonra arayışı alıb Təqsirləndirilən şəxs1 təqdim etmiş, o, arayışa imza edib möhür vurduqdan sonra ona vermişdir. Həmin arayış hazırda onda deyil, hazırda istifadə üçün lazım olmadığından məhv etmişdir. Məhkəmə iclası zamanı Şahid26 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuş və həmin ifadəsində göstərmişdir ki, hər hansı rəsmi bir yerdə işləmir. Xırda sahibkarlıqla məşğul olur, buna müvafiq olaraq VÖEN-i vardır. İsmayıllı şəhəri N.Nərimanov prospektində icarə əsasında götürdüyü obyektdə dəftərxana ləvazimatları satır. Bildirmişdir ki, 2020-ci ilin aprel ayında ölkə ərazisində “Covid-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi elan edildikdən sonra şəhər ərazisində hərəkət məhdudiyyəti qoyulmuşdur. Bir müddətdən sonra eşitmişdir ki, İsmayıllı şəhər İcra nümayəndəsi Təqsirləndirilən şəxs1 bəzi kateqoriya şəxslərə, məsələn market işlədənlərə, fermerlərə və s. Rayon ərazisində sərbəst hərəkət etmək üçün arayış verir. Bununla bağlı 2020-ci ilin aprel ayının ortalarında rayon ərazisində sərbəst hərəkət etmək üçün, yəni evdən iş yerinə gedib-gələ bilmək üçün müvafiq arayış almaq məqsədilə İsmayıllı şəhər İcra nümayəndəliyinə gedib orada sabiq icra nümayəndəsi Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri N.Nərimanov prospektində dəftərxana ləvazimatları satdığını, bu səbəbdən yaşadığı evdən həmin ünvana getməli olduğunu, bu səbəbdən rayon ərazisində sərbəst hərəkət etmək üçün arayış lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan VÖEN-ini alaraq baxmış və baxdıqdan sonra qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 yarım saatdan sonra gələrək arayışı götürməsini demişdir. O da binadan çıxaraq yarım saat sonra yenidən gəlib arayışı Təqsirləndirilən şəxs1 götürmüşdür. Sonradan həmin arayışı lazım olmadığından cırıb atmışdır. Məhkəmə iclası zamanı Şahid27 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuş və həmin ifadəsində göstərmişdir ki, hər hansı rəsmi bir yerdə işləmir. İsmayıllı şəhəri ərazisində yerləşən avtomaşın təmiri sexində usta kimi işləyir. Bildirmişdir ki, anası Mövsümova Adikə Həsən qızı uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən dəfələrlə Qəbələ şəhərində yerləşən Diaqnostika Mərkəzinə müraciət edib müalicələr almışdır. 2020-ci ilin mart ayının axırlarında anasını yenidən Qəbələ şəhərində yerləşən Diaqnostika Mərkəzinə aparmalı olmuşdur. 2020-ci ilin aprel ayında ölkə ərazisində “Covid-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi elan edildikdən sonra şəhər ərazisində hərəkət və digər rayonlara getməyə məhdudiyyət qoyulmuşdur. Bir müddətdən sonra eşitmişdir ki, İsmayıllı şəhər İcra nümayəndəsi Təqsirləndirilən şəxs1 bəzi kateqoriya şəxslərə, məsələn market işlədənlərə, fermerlərə və s. rayon ərazisində sərbəst hərəkət etmək və digər rayonlara getmək üçün arayış verir. Bununla bağlı 2020-ci ilin mart ayının axırlarında rayon ərazisində sərbəst hərəkət etmək və digər rayona, yəni Qəbələ rayonuna getmək üçün müvafiq arayış almaq məqsədilə İsmayıllı şəhər İcra nümayəndəliyinə gedib orada sabiq icra nümayəndəsi Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Təqsirləndirilən şəxs1 anasının uzun müddətdir ki, şəkər xəstəsi olduğunu, bu səbəbdən onu Qəbələ şəhərində yerləşən Diaqnostika Mərkəzinə aparmalı olmağının zəruri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan onun və anasının şəxsiyyət vəsiqələrini, avtomaşınının texniki pasportunu və anasının xəstəliyinə dair sənədləri alıb baxmışdır. Baxdıqdan sonra həmin sənədləri ona qaytarmışdır. Daha sonra qəbul otağında əyləşən adını bilmədiyi xanıma yaxınlaşmasını, arayışı xanımın yazacağını bildirmişdir. O da xanıma yaxınlaşıb yuxarıda qeyd etdiyi məzmunda arayış yazmasını demişdir. Xanım arayışı yazdıqdan sonra arayışı aparıb Təqsirləndirilən şəxs1 təqdim etmiş, o, arayışa imza edib möhür vurduqdan sonra arayışı ona vermişdir. Sonradan həmin arayış lazım olmadığından cırıb atmışdır. Məhkəmə iclası zamanı Şahid30 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olunmuş və həmin ifadəsində göstərmişdir ki, təxminən 10 ildən artıqdır ki, rayon ərazisində yerləşən “Turan” istirahət mərkəzinin fəaliyyətinə rəhbərlik edir. Ölkədə karantin rejimi elan olunduqdan sonra rəhbərlik etdiyi istirakət mərkəzinə gedib-gəlmək və sərbəst küçəyə çıxmaq üçün arayış almaq məqsədilə İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə müraciət edərək arayış almışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxx 2020-ci il tarixli, 2314-12-74 nömrəli məktubundan görünür ki, “COVİD-19” koronovirus infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı şəhər X92 üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 tərəfindən maddi maraq zəminində bir sıra aidiyyatı olmayan şəxslərə qanunsuz olaraq saxta sənədlər verilmiş, dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılmış ərzaq yardımlarını, həmçinin yaxın qohumlarının formal olaraq icra nümayəndəsində işləmələrini rəsmiləşdirməklə onların adlarına olan maaş kartlarındakı vəsaitləri mənimsəmişdir. (cild 01, iş vər. 11) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon polis şöbəsinin xx xxxxx 2020-ci il tarixli, 169-7093-1220 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində karantin qaydalarının müəyyən edilməsi ilə bağlı vermiş olduğu qərara zidd olaraq İsmayıllı RİH-in Aşıqbayramlı və İsmayıllı şəhər İƏD-in nümayəndələrinin vətəndaşlara səlahiyyətlərinə aid olmayan arayışlar verməsi müəyyən olunmuşdur. (cild 01, iş vər. 14) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İsmayıllı rayon İHB-nin İsmayıllı şəhəri üzrə nümayəndəliyinin binasıdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı əşya və sənədlər şəhər icra nümayəndəsinin otağında aşkar edildi: şəhər icra nümayəndəliyinə məxsus olan dairəvi möhür; 1 vərəqdə X28 adına verilmiş xx.xx.2020-ci il tarixli ortadan cırılmış arayış; Elxan Əhmədovun adına **********97065 nömrəli “xxxx”ın kartı; Elxan Əhmədovun adına **********758197 nömrəli “Muğan Bank”ın kartı; Xətai Əhmədlinin adına **********647019 nömrəli “xxxx”ın kartı; Cəmil Əhmədovun adına **********518334 nömrəli “xxxx”nın kartı; Cəmil Əhmədovun adına **********828766 nömrəli xxxx”ın kartı; **********828653 nömrəli “Sahibkar kartı” (Unibank), ********** və ********** nömrəli simkartlar; 30 ədəd 20 manatlıq və 7 ədəd 50 manatlıq əskinaslarda 950 manat (doqquz yüz əlli) pul – qeyd olunan əşyalar Təqsirləndirilən şəxs1 tərəfindən könüllü olaraq açılmış seyfdən aşkar edilmişdir. Bundan başqa masanın üzərində və siyirmələrində aşağıdakı əşyalar müəyyən edildi6 10 nəfərə ərzaq yardımı verilməsi haqqında imzalanmış siyahı 1 vərəq, 1 ədəd ********** nömrəli simkartla istifadə olunan “Nokia” markalı mobil telefon; qəhvəyi rəngli, üzərində “2017” yazısı olan qeydlər kitabı. İcra nümayəndəsinin qəbul otağından 1 ədəd göyümtül rəngdə üzlüklü arayışların qeydiyyatı kitabı aşkar edildi. Kitaba qeydlər X23 adı ilə başlanır, X16 adı ilə tamamlanır. İcra nümayəndəsinin xitməti otağına baxışdan sonra nümayəndənin müavininin xitməti otağına baxış zamanı 1 ədəd “Toshiba” markalı noutbuk qəhvəyi rəngli çanta ilə birlikdə aşkar edildi. Baş mühasibin otağından satınalmalar, tenderlərlə bağlı 6 ədəd ağ qovluqda sənədlər, bundan başqa şəhər icra nümayəndəsinin xidməti otağından 1 ədəd üzərində “Molten” sözü yazılmış kompüterin sistem bloku, ********* nömrəli “Nokia” telefonu tapılmışdır. Qeyd olunan əşyalar, sənədlər və pul vəsaitləri götürülmüşdür. (cild 01, iş vər. 35-38) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli “baxış” protokolundan görünür ki, baxış keçirilən yer İsmayıllı rayonunun Mican kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus yaşadığı mənzilin baxışı zamanı yaşayış yeri 2 (iki) mərtəbəli həyətyanı sahəsi olan evdir. Evin həyətyanı sahəsində olan çardağın altında kiçik ölçüdə olan mətbəx mebeli vardır. Mebellərin sağ tərəfində dəmir seyf vardır. Seyf açılıb içinə baxış olunan zaman bağlama sellofanda və ağ səbətdə kiçik ölçüdə sellofan içərisində müxtəlif növ ərzaq məhsulları vardır. Ağ səbətin içərisindən 2 (iki) ədəd makaron, 1 ədəd üzərində tarix xx.xx.2020-ci il saat 12-28 dəqiqə çəkisi 0,290 kg şəkər qəndi, 1 sellofan torbada çəkisi 1,000 kg, xx.xx.2020, 18:06 yekun qiyməti 1.350 sözləri yazılmış düyü, 1 ədəd sellofanda üzərində çəkisi 3,004 kg xx.xx.2020, 03628:22 rəqəmləri yazılmış şəkər tozu, 1 ədəd sellofanda üzərində çəkisi 1,002 kg, 09.03.20, 10:59:46 rəqəmləri yazılmış yumru düyü Ağdaş, 1 ədəd sellofanda üzərinə düyü Yumru 1-ci sort 15 kg çəki 1.000 kg xx-xx.2020 14:11 yekun qiymət 1350 rəqəmləri və sözləri yazılmış düyü, 5 ədəd kiçik kağız qablarda üzərinə “Final” sözləri yazılmış qənd qutu, 2 ədəd sabun, 1 ədəd sellofanda mərci, 1 ədəd duz, müxtəlif çəkilərdə şəkər tozu, sellofan qablaşdırılmış halda qeyd olunan ərzaq məhsulları qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 39-42) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X117 xx.xx.2020-ci il tarixli, 3581 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. (cild 02, iş vər. 326) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X117 xx.xx.2020-ci il tarixli xx/xx-4815 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və yaşadığı ünvan üzrə qeydiyyatda yoxdur. (cild 02, iş vər. 330) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sənədlərin götürülməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” ASC-nin baş mütəxəssisi X1 Cəmil Sayəddin oğlunun, X43, Təqsirləndirilən şəxs1 və X38 adına olan kartların sifarişinə, təhvil alınmasına dair sənədlər və hesablardan çıxarışları təqdim etmişdir: 1.AR Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı Dövlət X79 xx.xx.2018-ci il tarixli 168 nömrəli məktubu (X42) 1 (bir) vərəq və reyestr 1(bir) vərəq. 2.İsmayıllı şəhər İƏD-in məktubu (Təqsirləndirilən şəxs1 və X75) 1 (bir) vərəq, siyahı 1 (bir) vərəq. 3.Kartların təhvil alınması üçün İsmayıllı şəhər İƏD tərəfindən verilmiş etibarnamə (Təqsirləndirilən şəxs1 və X75) 1 (bir) vərəq, Plastik kartların təhvil-təslimi haqqında akt 1 (bir) vərəq, xx.xx.2019-cu il tarixli balansdankənar məxaric orderi 1 (bir) vərəq, X24 şəxsiyyət vəsiqəsi 1 (bir) vərəq. 4.İsmayıllı filialında kartların təhvil verilməsinə dair siyahı 1 (bir) vərəq (X42) X22 şəxsiyyət vəsiqəsi 1 (bir) vərəq. 5. xx.xx.2019-cu il tarixli balansdankənar məxaric orderi 1 (bir) ədəd və qəbz 1 (bir) ədəd, X43 şəxsiyyət vəsiqəsi 1 (bir) vərəq. 6. AR ƏƏSMN DOST İş Mərkəzinin məktubu 1 (bir) vərəq, X17 1 (bir) vərəq. 7. Hesablardan çıxarış 5 (beş) vərəq. Cəmi: 20 (iyirmi) vərəq sənəd. (cild 03, iş vər. 107-108) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının xx xxxx 2006-cı il tarixli, 55 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər X92 üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. (cild 04, iş vər. 108) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxx 2020-ci il tarixli, 51 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs1 həmin sərəncamla vəzifəsindən azad edilmişdir. (cild 04, iş vər. 109) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Kommunal Müəssiləri Kombinatından istintaqa daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X43 işlədiyi müddətdə ərzində “xxxx” ASC-nin İsmayıllı rayon şöbəsində olan **********6018478332 nömrəli hesabına 2017-2018-ci illərdə cəmi 1796.08 manat pul vəsaiti köçmüşdür. Həmçinin həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X83 işə qəbul olunması ilə bağlı xx.xx.2017-ci il tarixdə müraciət etmiş, onunla xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmçinin X90 Kommunal Müəssisələri Kombinatının rəisi Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il tarixdə 371 nömrəli əmri ilə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixli 720 nömrəli əmrlə işdən azad edilmişdir. (cild 04, iş vər. 117-126) İsmayıllı Kommunal Müəssiləri Kombinatından istintaqa daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X42 işlədiyyi müddətdə “xxxx” ASC-nin İsmayıllı rayon şöbəsində olan ******************** nömrəli hesabına 2017-ci il ərzində cəmi 472,52 manat pul vəsaiti köçmüşdür. Həmçinin həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X42 işə qəbul olunması ilə bağlı xx.xx.2017-ci il tarixdə müraciət etmiş, onunla əmək müqaviləsi bağlanmışdır. Həmçinin, X90 Kommunal Müəssisələri Kombinatının rəisi Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il tarixdə 191 nömrəli əmri ilə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixli 336 nömrəli əmrlə işdən azad edilmişdir. (cild 04, iş vər. 127-132) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2020ci il tarixli protokoldan görünür ki, İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndiliyindən götürülmüş “OFİFİCE BOOK” sözləri yazılmış göy rəngli dəftərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin dəftərin birinci 07.01.13 tarixi qeyd edilib və səhifə 1 rəqəmi X23 adı ilə başlanır. Dəftər xx.xx.2020-ci il tarix 1312 nömrə ilə bitir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən dəftər arayışların qeydiyyatı üçün nəzərdə tutulmuşdur. Dəftərdə 5 qrafa mövcuddur. Birinci qrafada sıra nömrəsi, ikinci qrafada ad, soyad və ata adı, üçüncü qrafada ünvan, dördüncü qrafada arayışın məzmunu və beşinci qrafada arayışın veriləcəyi yer qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 275 nəfərə müxtəlif məzmunlu arayış verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə arayış verilməsi 1037 nömrə ilə başlanır, xx.xx.2020-ci il tarixdə verilmiş arayışlar 1312 nömrə ilə bitir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 xx.xx.2020-ci il tarixli 1254 nömrəli, Şahid3 Kəblağa oğluna xx.xx.2020-ci il tarixli 1217 nömrəli, Şahid2, X39 və Dilarə Qədirovaya müvafiq olaraq xx.xx.2020-ci il tarixli 1186, 1187 və 1188 nömrəli arayışlar verilmişdir. (cild 04, iş vər. 201) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “xxxx” ASC-dən istintaqa daxil olmuş xx.xx.2020-ci il tarixli 18/3419 nömrəli məktubdan görünür ki, qeyd edilən banka məxsus **********020651 saylı üzərində Xətai Əhmədli sözləri yazılmış bankomat kartı X63 məxsusdur. Qeyd edilən plastik kart İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən xx.xx.2017-ci il tarixdə 153 saylı məktubla sifariş verilmişdir. Həmin kart 2019-cu ilin sentyabr ayından qeyri-aktivdir. Hesab üzrə dövriyyə 1796.08 manat təşkil edir. “xxxx” ASC-yə məxsus **********518334 saylı üzərində Camil Ahmadov sözləri yazılmış plastik kart X40 məxsusdur. Qeyd edilən plastik kart İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən xx.xx.2017-ci il tarixdə 36 saylı məktubla sifariş verilmişdir. Hesaba vəsaitlər əmək haqqı təyinatı üzrə mədaxil edilmiş və bankomatlar vasitəsilə nağdılaşdırılmışdır. Hesab üzrə dövriyyə 472.52 manat təşkil edir. (cild 05, iş vər. 14-21) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 5/385 nömrəli rəyindən görünür ki, 1.Təqdim edilmiş 01 ədəd “Nokia” markalı “6303i” modelli mobil telefonun yaddaşında “SMS” mesajlar bölməsində “+**********30” nömrəli “ASİM---ГАRA*” adlı abunəçidən xx.xx.2020-ci il tarixdə daxil olmuş “Pulu saydun?” məzmunlu “SMS” mesaj müəyyən edilmişdir. Mobil telefon üzrə müəyyən edilmiş bütün məlumatlar rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş “DVD” tipli optik diskə köçürülərək hazırkı ekspert rəyinə əlavə edilmişdir. 2. Təqdim edilmiş bir ədəd “Nokia” markalı “6100” modelli mobil telefonun yaddaşında “sosial yardım”, “arayış”, “pul” məzmunlu məlumatlar aşkar edilməmişdir. 3. Tədqiqata təqdim edilmiş 01 ədəd “Toshiba” markalı “Satellite C660” modelli, “HP” markalı “Probook 455” modelli “notebook” tipli kompüterlərin və 01 ədəd adsız və markası məlum olmayan masaüstü kompüterin yaddaş mənbəyində olan məlumatlarda “sosial yardım”, “ərzaq yardımı”, “arayış” məzmunlu axtarış kriteriyalarına uyğun olan “doc”, “docx”, “xls” formatlı rəqəmsal cədvəllər, elektron sənəd tipli fayllar, müvafiq qovluqlara yerləşdirilərək “DVD” tipli disklərə köçürülmüşdür və hazırkı ekspert rəyinə əlavə edilmişdir. 4. Tədqiqata təqdim edilmiş bir ədəd adsız və markasız masaüstü kompüterin yaddaşında “sosial yardım”, “arayış” məzmunlu “docx”, “doc” formatlı fayllar müəyyən olunmadı. (cild 05, iş vər. 33-39) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər X92 üzrə nümayəndəliyinin sədri olmuş Təqsirləndirilən şəxs1 və müxtəlif podratçı təşkilatların rəhbərləri arasında 2018 və 2019-cu illərdə İsmayıllı şəhərinin müxtəlif ünvanlarında cari, əsaslı təmir-tikinti işlərinin görülməsi və İsmayıllı şəhər 1, 2 və 3 saylı uşaq baxçalarının zəruri avadanlıqlarla təmin edilməsi ilə əlaqədar satınalma müqavilələri bağlanmışdır. 2018-2019-cu illərdə İsmayıllı şəhərinin müxtəlif ünvanlarında cari, əsaslı təmir-tikinti işlərinin görülməsi üçün ümumi dəyəri 255418,00 manat olan satınalma müqavilələrinə əsasən təmir-tikinti işlərinin aparıldığı ünvanlara baxış keçirilmiş, seçmə qaydada forma 2-lərə əsasən nəzarət ölçmə işləri aparılmış və müəyyən olunmuşdur ki, müqavilə üzrə nəzərdə tutulmuş işlər podratçı təşkilatlar tərəfindən yerinə yetirilmişdir. Bununla yanaşı, İsmayıllı şəhər 1, 2 və 3 saylı uşaq baxçalarını zəruri avadanlıqlarla təmin edilməsi məqsədilə 2018-2019-cu illərdə ümumi dəyəri 23387,00 manat olan satınalma müqavilələrinə əsasən uşaq baxçalarına baxış keçirilmiş, seçmə qaydada forma 2-lərə əsasən üzləşdirmə aparılmış və müəyyən olunmuşdur ki, müqavilədə nəzərdə tutulan avadanlıqlar podratçı təşkilatlar tərəfindən uşaq baxçalarında quraşdırılmışdır. Aparılmış araşdırma nəticəsində həmçinin müəyyən olunmuşdur ki, katirovka sorğusu və tenderlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzərdə tutduğu normalara və qanunlara uyğun aparılmışdır. Bundan əlavə, İsmayıllı rayonu İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər X92 üzrə nümayəndəliyinin sədri olmuş Təqsirləndirilən şəxs1 tərəfindən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının, habelə həmin Qərarda dəyişiklik edilməsi barədə x xxxxx 2020-ci il tarixli Nazirlər Kabinetinin 126 nömrəli Qərarının tələbləri pozularaq rəyin təsviri hissəsində adları qeyd edilmiş 60 nəfərə arayışlar verilmişdir. (cild 05, iş vər. 55-64) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarından və həmin Qərarda dəyişiklik edilməsi barədə x xxxxx 2020ci il tarixli Nazirlər Kabinetinin 126 nömrəli qərarına əlavə “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimat”ın 2.1, 3.1, 4.2.1-4.2.3-cü bəndlərindən görünür ki, kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası, heyvandarlıq sahəsində fermer fəaliyyəti (baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası, iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması), bitkiçilik sahəsində fermer fəaliyyəti (şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması), gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi, aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi və heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti ilə bağlı fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları), tədarükçülər və təchizatçılar, aqronomlar, baytar həkimlər, zootexniklər, süni mayalanma mütəxəssisləri, mövsümi işçilər, mexanizatorların hərəkətlərinə olduqları kənd daxilində sərbəst qaydada, olduqları rayon daxilində isə (kəndlərarası, rayon-kənd, kənd-rayon) yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında icazə verilir. (cild 05, iş vər. 70-80) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”dən görünür ki, İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək; əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək; nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək; ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyrihökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək; ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək; ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 46.4-cü, 46.5-ci, 46.15-ci və 87.6cı maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatları yerli icra hakimiyyəti başçısına təqdim etmək, seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair yerli icra hakimiyyəti başçısına təkliflər vermək; “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək; ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək; ilin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat vermək; nümayəndəliyin işçiləri (inzibati vəzifə tutan işçilər istisna olmaqla) barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək; səlahiyyətləri çərçivəsində əmrlər vermək. Bu Əsasnamənin 5.1-ci bəndində göstərilənlərə əlavə olaraq, X92 üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifə və səlahiyyətləri də həyata keçirirlər. (cild 05, iş vər. 81-82) X108 Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə hazırkı iş üzrə digər Təqsirləndirilən şəxs2 barəsində CM-nin 179.2.3-cü maddəsi ilə başlanmış cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs1 qarşı CM-nin 32.4, 32.5, 179.2.3, 308.1 və 311.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməli iş üzrə dindirilən şahidlərin ifadələri, həmçinin şahidlər Şahid3 Kəblağa oğlu, Şahid4, Şahid7, Şahid1, Şahid32 Kəblağa oğlu, X74, X42 və X43 məhkəməyədək icraat zamanı verdikləri ifadələr, ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 32.4, 32.5, 179.2.3, 308.1 və 311.3.2-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməməsinə və barəsində bəraət hökmünün çıxarılmasına dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarında olmaqla biri digərini tamamlayan sübutlar vasitəsi ilə onun ittiham olunduğu cinayət əməllərini törətməsi tam təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Məhkəmə kollegiyasının iclasında dindirilən şahidlərdən Şahid3 Kəblağa oğlu, Şahid4, Şahid7, Şahid1, Şahid32 Kəblağa oğlu, X74, X42 və X43 məhkəmə istintaqı zamanı verdikləri ifadələrə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin ifadələr əsaslı sayıla və ittihamın əsasına qoyula bilməz. Belə ki, təqsirləndirilən şəxs uzun müddət İsmayıllı rayonunda yüksək vəzifələrdə çalışmış, rayon əhalisi arasında kifayət qədər nüfuza malik olmuşdur. Sözügedən şahidlərin bir qisminin sonuncunun qohumları olmasını, bir qisminin sonuncu ilə birlikdə və onun tabeçiliyində çalışmasını, digər bir qisminin isə rayon əhalisi olmaqla bir rayon ərazisində yaşamasını və hər an onun yaxın qohumları ilə üz-üzə gəlmə ehtimalını, ona görə də, bir azərbaycanlı olmaqla sonuncunun əleyhinə ifadə verməyin ümumi formalaşan adət-ənənəyə uyğun olmadığını düşünən şahidlərin söylədiklərini nəzərə alan məhkəmə kollegiyası həmin şəxslərin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələrini anlayışla qarşılayır, ona görə də, həmin ifadələri əsaslı sayaraq ittihamın əsasına qoymur. Əksinə həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrin işin faktiki hallarına uyğun olmaqla digər sübutlarla üst-üstə düşməsini nəzərə alan məhkəmə kollegiyası həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri əsaslı sayaraq ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs1 barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 - xx.xx.1956-cı il tarixdə İsmayıllı rayonunun Mican kəndində anadan olub, İsmayıllı şəhəri Koroğlu küçəsi ev 19-da qeydiyyatdadır. (cild 01, iş vər. 90-92) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 179.2.3-cü maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, 65 yaşının olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təkrar rüşvət alma cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olmasını, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma cinayətlərinin ölkə ərazisində “Covid 19” pandemiyasının yayılması dövründə və ölkə üzrə elan olunmuş karantin şəraitində törədilməsini, qeyd edilən cinayətlərin törədilməsi ilə, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma cinayələtlərinin törədilməsi ilə ayrı-ayrı şəxslərə verilən arayışların nəticəsində həmin şəxslərin sərbəst şəkildə hərəkət etmələrinə və bununla da ölkə ərazisində “Covid 19” pandemiyasının yayılmasına şəraitin yaradılmasını, cinayət törədən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yalnız təyin olunan azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər X92 üzrə nümayəndəsi vəzifəsində işləyərkən törətdiyindən, ona təqsirli bilindiyi 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, həmçinin CM-nin 179.2.3 və 311.3.2-ci maddələrində nəzərdə tutulmadığı halda CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə, daha dəqiq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 120-121) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(001)-371/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 180-184) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28.042020-ci il tarixli, 4(001)-371/2020 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-371/2020 saylı, xx xxxxx 2020-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci abzası xaric edilmiş və həmin abzasın əvəzinə “xx.xx.1956-cı ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, İsmayıllı rayon İcra başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi vəzifəsində işləyən, İsmayıllı rayonu Koroğlu küçəsi ev 19 ünvanında qeydiyyatda olmaqla İsmayıllı rayonu Mican kəndində yaşayan Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilsin və əlavə qətimkan tədbiri qismində İsmayıllı rayon İcra başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi vəzifəsindən kənarlaşdırılsın.” Abzası əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-371/2020 saylı, xx xxxxx 2020-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci abzası xaric edilmiş və həmin abzasın əvəzinə “Həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın.” Abzası əlavə edilmişdir. (cild 01, iş vər. 185-187) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan xx xxxx 2020-ci il tarixli qərarla arayışların qeydiyyatı kitabı, X28 adına verilmiş xx.xx.2020-ci il tarixli ortadan cırılmış arayış, Şahid3 Kəblağa oğlunun adına verilmiş xx.xx.2020-ci il tarixli 1217 nömrəli, X37 adına verilmiş xx.xx.2020-ci il tarixli 1259 nömrəli, Şahid4 adına verilmiş xx.xx.2020-ci il tarixli 1254 nömrəli, Şahid5 adına verilmiş xx.xx.2020-ci il tarixli 1127 nömrəli, X10 adına verilmiş xx.xx.2020-ci il tarixli 1188 nömrəli, X68 verilmiş xx.xx.2020-ci il tarixli 1105 nömrəli, X11 adına verilmiş xx.xx.2020-ci il tarixli 1210 nömrəli arayışlar, Cəmil Əhmədovun adına olan **********518334 nömrəli “xxxx” ASC-yə aid kart, X43 adına olan “xxxx” ASC-yə aid **********020651 nömrəli kart və xx.xx.2020-ci il tarixli İsmayıllı şəhər İcra nümayəndəliyinin inzibati binasına baxış keçirilməsini əks etdirən disk cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 iş otağından götürülmüş və Baş Prokurorluğun depozit hesabında saxlanılan 950 manat pul vəsaitinin isə cinayət yolu ilə əldə edilməsi məhkəmə istintaqı zamanı müəyyən edilmədiyindən, həmin pul vəsaiti Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 61,17 AZN (altmış bir manat, on yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 32.5, 179.2.3, 308.1, 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 32.5, 179.2.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 311.3.2-ci maddəsi ilə CM-nin 46.2ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin olunan əsas cəzalar əsas cəzalarla, əlavə cəzalar əlavə cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birlədirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” əsas qətimkan tədbiri, “vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan xx xxxx 2020-ci il tarixli qərarla arayışların qeydiyyatı kitabı, X28 adına verilmiş xx.xx.2020-ci il tarixli ortadan cırılmış arayış, Şahid3 Kəblağa oğlunun adına verilmiş xx.xx.2020-ci il tarixli 1217 nömrəli, X37 adına verilmiş xx.xx.2020-ci il tarixli 1259 nömrəli, X29 adına verilmiş xx.xx.2020-ci il tarixli 1254 nömrəli, Şahid5 adına verilmiş xx.xx.2020-ci il tarixli 1127 nömrəli, X10 adına verilmiş xx.xx.2020-ci il tarixli 1188 nömrəli, X68 verilmiş xx.xx.2020-ci il tarixli 1105 nömrəli, X11 adına verilmiş xx.xx.2020-ci il tarixli 1210 nömrəli arayışlar, Cəmil Əhmədovun adına olan **********518334 nömrəli “xxxx” ASC-yə aid kart, X43 adına olan “xxxx” ASC-yə aid **********020651 nömrəli kart və xx.xx.2020-ci il tarixli İsmayıllı şəhər İcra nümayəndəliyinin inzibati binasına baxış keçirilməsini əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 iş otağından götürülmüş və Baş Prokurorluğun depozit hesabında saxlanılan 950 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 61,17 AZN (altmış bir manat, on yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində X108 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-23/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-23/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver