Məhkəmə qərarları › İş №1(091)-23/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-23/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-23/2023 15.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclas katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinnin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X11 və X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi: Yevlax rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxx 1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 bacısı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında baldızı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı sonuncuya məxsus 38.000 manat nəğd pulu, 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə 1 ABŞ dollarının ekvivalenti ilə 7735 manat dəyərində 4550 ABŞ dollarını, 2022-ci ilin fevral ayının əvvəllərində 1 RUS RUBLUNUN ekvivalenti ilə 340 manat 50 qəpik dəyərində 15.000 rus rublunu və 25430 (iyirmi beş min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə oğurlamaq qərarına gələrək bu niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin oktyabr ayının 10-dan aprel ayının 18-dək olan müddətdə, yəni 2021-ci ilin oktyabr ayının 10-da günorta saatlarında, 2021-ci ilin oktyabr ayının axırlarında günorta saatlarında, 2021-ci ilin noyabr ayının ortalarında günorta saatlarında, 2021-ci ilin dekabr ayının axırlarında günorta saatlarında, 2022-ci ilin yanvar ayının ortalarında günorta saatlarında, 2022-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında, 2022-ci ilin mart ayının əvvəllərində Yevlax rayonu Nərimanabad kəndində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində digər ev əşyaların içərisində saxladığı qabıq hissəsi metaldan olan, qapaq hissəsi qıfıl ilə bağlanmış saxlanc yeri olan sandığın qıfılını istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi açar ilə açmaq yolu sandıqda olan Zərərçəkmiş şəxs məxsus 38.000 manat nəqd pulu, 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə 1 ABŞ dollarının ekvivalenti ilə 7735 manat dəyərində 4550 ABŞ dollarını, 2022-ci ilin fevral ayının əvvəllərində 1 RUS RUBLUNUN ekvivalenti ilə 340 manat 50 qəpik dəyərində 15.000 rus rublunu, 583 əyardan olan 4000 manat dəyərində ağ və bənövşəyi qaşları olan brilyant sırğa-üzük dəstini, 583 əyardan olan 3000 manat dəyərində yaşıl qaşlı brilyant sırğa-üzük dəstini, 583 əyardan olan 4080 manat dəyərində 48,08 qram olmaqla 55 sm uzunluğunda 0,8 sm enində bir ədəd qızıl boyunbağını, 583 əyardan olan 1050 manat dəyərində 12,39 qram olan üzərində kitab şəkli olan bir ədəd qızıl klonu, 583 əyardan olan 600 manat dəyərində ağ qaşlı qızıl sırğa və üzük dəstini, 583 əyardan olan 1000 manat dəyərində «7 gözəl adlanan» sadə qaşlı qızıl üzük-sırğa dəstini, 583 əyardan olan bir ədəd 500 manat dəyərində paxlava formasında qızıl üzüyü, 583 əyardan olan bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl klonu, 583 əyardan olan 400 manat dəyərində bir cüt sadə qaşlı qızıl sırğanı, əyarı müəyyən edilməyən ümumilikdə 500 manat dəyərində hər biri 1 qramdan olan 10 ədəd qızıl dişləri, 583 əyardan olan bir ədəd 400 manat dəyərində sadə formada qızıl üzüyü, 583 əyardan olan 1100 manat dəyərində 1 ədəd 13 qram çəkidə paxlava formalı qızıl boyunbağını, 583 əyardan olan 2 ədəd ümumilikdə 2550 manat dəyərində hər birinin çəkisi 15 qram olan sadə formada toxunmuş qızıl boyunbağıları, 583 əyardan olan bir ədəd 1000 manat dəyərində sadə formada toxunulmuş qızıl qolbağını, 583 əyardan olan 1 ədəd 1050 manat dəyərində 12,35 qram çəkidə sadə qara qaşlı qızıl kişi üzüyünü, 583 əyardan olan 1 ədəd 1500 manat dəyərində ağ 5 qaşlı brliyant qızıl kişi üzüyünü, 583 əyardan olan bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl klonu, 583 əyardan olan bir ədəd 1000 manat dəyərində «tros» adlanan qızıl boyunbağını, həmin evin otağındakı şüşəli dolabın içərisindəki saxlanc yeri hesab edilən şüşə qabın içərisindən əyarı müəyyən edilməyən ümumilikdə 700 manat dəyərində hər biri 1 qram olmaqla 14 ədəd qızıl dişləri, 4500 manat nəqd pulu, şüşəli dolabın içərisində olan saxlanc yeri hesab edilən pul qabının içərisindən 377 manat nəqd pulu və 71 manatlıq müxtəlif dəqiqələrdə mobil danışıq kartlarını (sim konturları), sonuncu dəfə isə 2022-ci ilin aprel ayının 18-də gecə saatlarında saxlanc yeri hesab edilən sandıqdan qıfılı açarla açmaq yolu 5500 manat pulu vahid niyyətlə qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 81953 manat 50 qəpik (səksən bir min doqquz yüz əlli üç manat əlli qəpik) külli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 bacısı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun baldızı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı sonuncuya məxsus 38.000 manat nağd pulu, 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə 1 ABŞ dollarının ekvivalenti ilə 7735 manat dəyərində 4550 ABŞ dollarını, 2022-ci ilin fevral ayının əvvəllərində 1 RUS RUBLUNUN ekvivalenti ilə 340 manat 50 qəpik dəyərində 15.000 rus rublunu və 25 430 (iyirmi beş min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə oğurlamaq qərarına gələrək bu niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin oktyabr ayının 10-dan aprel ayının 18-dək olan müddətdə, yəni 2021-ci ilin oktyabr ayının 10-da günorta saatlarında, 2021-ci ilin oktyabr ayının axırlarında günorta saatlarında, 2021-ci ilin noyabr ayının ortalarında günorta saatlarında, 2021-ci ilin dekabr ayının axırlarında günorta saatlarında, 2022-ci ilin yanvar ayının ortalarında günorta saatlarında, 2022-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında, 2022-ci ilin mart ayının əvvəllərində Yevlax rayonu Nərimanabad kəndində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində digər ev əşyaların içərisində saxladığı qabıq hissəsi metaldan olan, qapaq hissəsi qıfıl ilə bağlanmış saxlanc yeri olan sandığın qıfılını istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi açar ilə açmaq yolu sandıqda olan Zərərçəkmiş şəxs məxsus 38.000 manat nağd pulu, 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə 1 ABŞ dollarının ekvivalenti ilə 7735 manat dəyərində 4550 ABŞ dollarını, 2022-ci ilin fevral ayının əvvəllərində 1 RUS RUBLUNUN ekvivalenti ilə 340 manat 50 qəpik dəyərində 15.000 rus rublunu, 583 əyardan olan 4000 manat dəyərində ağ və bənövşəyi qaşları olan brilyant sırğa-üzük dəstini, 583 əyardan olan 3000 manat dəyərində yaşıl qaşlı brilyant sırğa-üzük dəstini, 583 əyardan olan 4080 manat dəyərində 48,08 qram olmaqla 55 sm uzunluğunda 0,8 sm enində bir ədəd qızıl boyunbağını, 583 əyardan olan 1050 manat dəyərində 12,39 qram olan üzərində kitab şəkli olan bir ədəd qızıl klonu, 583 əyardan olan 600 manat dəyərində ağ qaşlı qızıl sırğa və üzük dəstini, 583 əyardan olan 1000 manat dəyərində «7 gözəl adlanan» sadə qaşlı qızıl üzük-sırğa dəstini, 583 əyardan olan bir ədəd 500 manat dəyərində paxlava formasında qızıl üzüyü, 583 əyardan olan bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl klonu, 583 əyardan olan 400 manat dəyərində bir cüt sadə qaşlı qızıl sırğanı, əyarı müəyyən edilməyən ümumilikdə 500 manat dəyərində hər biri 1 qramdan olan 10 ədəd qızıl dişləri, 583 əyardan olan bir ədəd 400 manat dəyərində sadə formada qızıl üzüyü, 583 əyardan olan 1100 manat dəyərində 1 ədəd 13 qram çəkidə paxlava formalı qızıl boyunbağını, 583 əyardan olan 2 ədəd ümumilikdə 2550 manat dəyərində hər birinin çəkisi 15 qram olan sadə formada toxunmuş qızıl boyunbağıları, 583 əyardan olan bir ədəd 1000 manat dəyərində sadə formada toxunulmuş qızıl qolbağını, 583 əyardan olan 1 ədəd 1050 manat dəyərində 12,35 qram çəkidə sadə qara qaşlı qızıl kişi üzüyünü, 583 əyardan olan 1 ədəd 1500 manat dəyərində ağ 5 qaşlı brilyant qızıl kişi üzüyünü, 583 əyardan olan bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl klonu, 583 əyardan olan bir ədəd 1000 manat dəyərində «tros» adlanan qızıl boyunbağını, həmin evin otağındakı şüşəli dolabın içərisindəki saxlanc yeri hesab edilən şüşə qabın içərisindən əyarı müəyyən edilməyən ümumilikdə 700 manat dəyərində hər biri 1 qram olmaqla 14 ədəd qızıl dişləri, 4500 manat nəqd pulu, şüşəli dolabın içərisində olan saxlanc yeri hesab edilən pul qabının içərisindən 377 manat nəqd pulu və 71 manatlıq müxtəlif dəqiqələrdə mobil danışıq kartlarını (sim konturları), sonuncu dəfə isə 2022-ci ilin aprel ayının 18-də gecə saatlarında saxlanc yeri hesab edilən sandıqdan qıfılı açarla açmaq yolu 5500 manat pulu vahid niyyətlə qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 81953 manat 50 qəpik (səksən bir min doqquz yüz əlli üç manat əlli qəpik) külli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından başlayaraq sandıqdan pul və qızıl-ziynət əşyalarını götürüb bacısına verməyə başlamış, bacısı onun verdiyi pullara həm onların evlərinə, həm də öz evlərinə bazarlıq edib gətirmişdir. 2022-ci lin aprel ayında hadisənin üstü açılmış, sandıqda olan pulun dəqiq məbləğini bilməmişdir. Həm bacısı Bağçagülə, həm də sonuncunun əri Elnura pul vermiş, sonuncu da həmin pulun oğurluq olduğunu bilmişdir. Sonuncu dəfə Elnura 40 manat pul vermiş, əvvəl isə sonuncuya 400-500 dollar və ***-**** rubl pul vermişdir. Zərərçəkmiş şəxs 38000-40000 manat dəyirində ziyan dəyməsini hesab etmiş ona görə də özünü həmin məbləğdə pulun talanmasında təqsirli bilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı, əri Şahid1 və baldızı Zərərçəkmiş şəxs ilə birlikdə Yevlax rayonu Nərimanabad kəndindəki evdə yaşamış, yaşadıqları ev kürsülü olmaqla 3 otaq, zal və mətbəxdən ibarət olmuş, 2021-ci ilin ortalarında yaşadıqları evlərini təmir etdirdikləri üçün ailəlikcə evin bir otağında yaşamışlar. Baldızı Vəsilə miqdarını bilmədiyi Azərbaycan manatı, ABŞ dolları və Rusiya rublu olan pulları ağzı qıfılla bağlı olan sandığın içərisinə qoymuş, həmin sandığı evin həyətində saxlamışlar. Həmin sandığın qıfılının açarlarından birini gizlincə Vəsilədən götürərək Vəsilə evdə olmayanda həmin sandığın qıfılın açaraq sandığın içərisində olan qızılları və pulları görmüşdür. Vəsilənin konkret olaraq hansı miqdarda pulu və qızıllarının olması tam yadında qalmasa da pulların içərisində manat, dollar və rus pulunun olduğunu görmüşdür. Həmçinin qızılların içərisində özünə məxsus qızıllardan başqa Vəsiləyə məxsus brilyant sırğa-üzük dəsti, qızıl boyunbağı, klon, ağ qaşlı qızıl sırğa üzük dəsti, paxlava üzük, 10 ədəd qızıl dişlər, paxlava boyunbağı, qolbağı və digər qızıl boyunbağı və üzüklər, əri Novruza məxsus ağ və qara qaşlı üzük, 5 qaşlı brilyant üzük, qızıl əqrəb klon, tros boyunbağını görmüşdür. Bundan başqa təmiri bitmiş otaqda olan şüşəli dolabın içərisindəki qabın içində isə Vəsiləyə məxsus 4500 manat pul, 14 ədəd qızıl dişlər, pul qabında isə dəqiq bilmədiyi məbləğdə pul, həmçinin sim konturlar olmuşdur. Vəsilə ilə qaldıqları evin onlara qalacağı, Vəsilənin isə həmin qızıl və pula özünə ev alacağını razılaşmış, ona görə də Vəsilə yaşadıqları evin təmirinə köməklik etmişdir. 2021-ci ilin okyabr ayının ortalarında günorta saatlarında evdəki pulları və qızılları, həmçinin sandıqdakı qızılları gizlincə götürüb, bacısı Bağçagülə hissə-hissə verməyi, əvəzində isə bacısının onlara ərzaq və paltarlar almasını tapşırmaq qərarına gəlmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Vəsilə evdə olmayan vaxt həyətdə olan sandıqdan qıfılı açıb özünə məxsus olan qızıllardan və həmçinin Vəsiləyə məxsus qızıllardan bəzilərini götürüb həmin vaxt onlara gəlmiş Bağçagülə verərək aparıb satmasını və evə ərzaq almasını bildirmişdir. Qızılları az-az götürəndə niyyətinin bunu heç kimin bilməməsi olmuş, birinci dəfə Vəsilənin qalın boyunbağısını, qızıl klonu, Novruzun brilyant qaşlı üzüyünü, sırğa dəstini və qırıq sırğanı götürüb Bağçagülə verərmişdir. Bağçagülə həmin qızılları evdən Vəsilənin qızıllarından götürdüyünü demiş, Bağçagül də onunla razılaşaraq qızılları götürməsini, aparıb həmin qızılları aparıb satacağını heç kəsin bilməyəcəyini, bildirmişdir. Bundan sonra bacısı ilə razılaşaraq ayrı-ayrı vaxtlarda dəqiq yadında qalmayan günlərdə sandığı açaraq oradan Vəsilənin, həmçinin özünün və Novruzun Vəsiləyə verdiyi qızılları da götürüb Bağçagülə vermiş, Bağçagül də aparıb həmin qızılları sataraq lazım olan ərzaqları alıb gətirib vermiş, ərzağa olan borcları ödəmişdir. Bundan sonra o, ayrı-ayrı vaxtlarda sandıqdan manat, dollar və rus rublunu götürərək Bağçagülə vermiş, Bağçagül də ona və özlərinə ərzaq, paltar alıb gətirib ona vermişdir. Sandıqdan götürdüyü pulu miqdarını dəqiq xatırlamamış, hər dəfə tələsik sandığı açıb qızılları və pullardan götürərək bilən olmaması üçün qalanını yerinə qoymuşdur. Bağçagül əksər vaxtlarda kənddəki Samirəgilin mağazasından alver etmiş, dəqiq hansı miqdarda bazarlıq etdiyini bilməmişdir. Ayda mağazaya borca görə Bağçagülə 2000 manatdan çox pul vermiş, Bağçagül həmin qızılların və pulların Vəsilənin olduğunu bilmişdir. Qızılların hamısını bacısının vasitəsi ilə satıb pulu xərcləmiş, 2022-ci ilin aprel ayına qədər sandıqda olan qızılları və dollar, rus rublunu oğurlamış, bundan sonra 2022-ci ilin aprel ayının əvvəllərində evin təmirdən çıxmış otağında olan dolabın gözündən Vəsiləyə məxsus olan 4500 manat pulu, pul qabındakı xatırlamadığı miqdarda pulu, həmçinin servantda olan sim konturları da oğurlayıb, Bağçagülə verərək xərcləmişlər. Sonuncu dəfə 18 aprel 2022-ci il tarixdə gecə saatlarında sandığa baxarkən sandıqda 5500 manat pul qaldığını görmüş, həmin pulu götürdükdən sonra evdə heç kəsin olmamasından istifadə edərək sandığın arxa tərəfinin petlə deyilən hissəsini orada olan dəmirlə çıxartmış və sandığın qapağını açıq hala gətirib qırılmış kimi göstərməklə sandıqda olan dəsmal paltarları da çölə tökmüşdür. Həmçinin evin təmirli otağında olan əşyaları yerə tökərək görən şəxsin evə oğru girib qızılları, pulları, dolları və rus rubulun oğurladığını düşünməsi görüntüsünü yaratmışdır. Səhər açılanda Vəsilənin evin həyətində qışqırdığın eşidərək həyətə çıxmış, Vəsiləgil evə oğru girdiyini və evdən qızılları, pulu, dolları və rus rublunun oğurlandığını bilmişlər. Ona görə Vəsilə DİNnin 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları oraya gələrək hadisə yerinə baxış keçirtdikdən sonra birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində hadisə ilə bağlı izahatları alınmış, izahatında hadisənin kimin tərəfindən törədilməsini bilmədiyini demişdir. 14 may 2022-ci il tarixdə Vəsilə oğurluğun onunla bacısı Bağçagülün etdiyini öyrəndikdən sonra sonuncu dəfə oğurladığı 5500 manat pulu Vəsiləyə qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, günlərin birində bacısı Sevinc onunla əlaqə saxlayıb evlərinə şirniyyat almasını istəmiş, sonuncudan marketin sahibi ilə danışmasını bildirmişdir. Sevinc marketin sahibi ilə danışdıqdan sonra marketdən alış-veriş edib sonuncunun yaşadığı evə aparmışdır. Həmin gündən başlayaraq müntəzəm olaraq həm Sevincgilin, həm də öz evlərinə bazarlıq etmiş, 2021-ci ilin oktyabr ayından etibarən Sevinc ona nağd pul verməyə başlamış, Sevincdən pulun mənbəyini soruşsa da sonuncu ona pulun mənbəyini deməmişdir. Lakin onun təkidindən sonra Sevinc pulu öz baldızından oğurladığını etiraf etmiş, həmin əmələ görə Sevincə öz iradını bildirmişdir. Sevinc evdə ailə üzvləri tərəfindən döyüldüyünə görə qisas almaq məqsədilə pulları oğurladığını bildirmişdir. Sevincdən həmin pulları götürmək istəməsə də mağazalara borcu olduğuna görə həmin pulları götürmək məcburiyyətində qalmış, bu hadisədən sonra Sevinc ona qızıl-zinyət əşyaları verməyə başlamışdır. Sevincin verdiyi qızıl-zinyət əşyalarını Mİngəçevir və Bərdə şəhərlərində satdıqdan sonra pulunu Sevincə vermiş, əri Elnurun bu işlərdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs təxminən 30000 manat dəyirində ziyan dəyməsini hesab etmiş ona görə də özünü həmin məbləğdə pulun talanmasında təqsirli bilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bacısı olmaqla ailəlisi ilə birlikdə onunla qonşuluqda yaşamış, 2021-ci ilin oktyabr ayının əvvəllərində bacısı Sevinclə söhbət edərkən sonuncu ona baldızı Vəsilənin sandıqda saxladığı miqdarın bilmədiyi pulu və qızılını heç kim şübhələnməməsi üçün hissə-hissə götürüb ona verəcəyini, onun da həmin qızılları satıb evə lazım olan ərzaq və paltarı almasını ona demişdir. Sevinclə razılaşaraq 2021-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında sonuncunun yaşadığı evə gedərək Sevincin ona verdiyi bir neçə ədəd qızılı götürüb kənddə evinin həyətində mağaza işlədən Samirə adlı qadının yanına gedərək sonuncudan nisyə ərzaq götürmüş, həmçinin borcunu ödəməsi üçün qızılları Samirəyə göstərmişdir. Samirə qızıllara baxaraq Bərdədən mal almağa gedəndə orada satıb pulunu gətirəcəyini demiş, Samirə ilə razılaşaraq aldığı ərzağı götürüb Sevincgilə verdikdən sonra qalan ərzağı evlərinə aparmışdır. Samirə bir neçə gün sonra onunla əlaqə saxlayaraq Bərdə şəhərində olduğunu, qızılları almaq istəyənin olduğunu bildirdikdən sonra sonuncuya qızılları satmasını bildirmişdir. Samirə qızılları sataraq kəndə qayıtdıqdan sonra Samirənin mağazasına gedərək Samirə satdığı qızılın pulundan borcunu çıxmış, yerdə qalan və dəqiq yadında qalmayan pulu ona vermişdir. Özünə və Sevincə lazım olan ərzağı aldıqdan sonra Sevincgilə gedərək ərzağı və qalan pulu Sevincə verib evə getmişdir. Bundan sonra demək olar ki, hər həftə xatırlamadığı günlərdə əsasən də günorta vaxtları Sevincgilə gedərək sonuncunun Vəsilədən oğurladığı qızılları götürmüş, həmin qızılları ayrı-ayrı vaxtlarda Mingəçevir şəhəri H.Əliyev prospektində binanın altında yerləşən qızıl mağazasına apararaq orada satmışdır. Satdığı qızılların puluna evinə və Sevincə lazım olan əşyaları almış, qalan pulu isə Sevincə verib evlərinə getmişdir. Bundan başqa ayrı-ayrı vaxtlarda Sevincin oğurlayaraq ona verdiyi qızıl sırğalar, üzüklər və boyunbağıları həmkəndlisi Samirəyə satmış, Samirədən özlərinə və Sevincgilə ərzaq və digər əşyalar aldığına görə borcu yaranmışdır. Həmin borcun əvəzinə o, Sevincin oğurlayıb ona verdiyi bir ədəd qalın boyunbağı, kitab formasında klon, brilyant qaşlı kişi üzüyünü Samirəyə satmaq üçün vermiş, bundan başqa Samirəgildən götürdüyü ərzağın pulun ödəmək üçün bir dəfə Sevincin ona verdiyi 1000 ABŞ dollarını da Samirəyə vermişdir. Samirə isə həmin dollar ilə borclarını silsə də, yenə də Samirənin mağazasından ərzaq və digər əşyalar aldığı üçün borcları yaranmışdır. Ona görə Sevincin ona başqa vaxt verdiyi 1200 ABŞ dollarını da borcunu silməsi üçün aparıb Samirəyə vermişdir. Daha sonra Sevincin ona verdiyi 1000 manat, sonrakı günlərdə 800 manat və digər xatırlamadığı məbləğdə olan pulları həm özünə, həm də Sevincə ərzaq və geyim əşyaları almışdır. Bu puldan başqa dəfələrlə miqdarı yadında qalmayan məbləğdə Sevinc ona Vəsilənin pulunu oğurlayıb vermiş, o, da lazım olan ərzaq, geyim paltarlarını Mingəçevir şəhərindən alıb gətirib Sevincinin özünə vermişdir. Özünün götürdüyü məbləği isə evinə aparıb istifadə etmişdir. Daha sonra Sevinc ona miqdarı yadında qalmayan rus rublu da vermiş, həmin pulu Mingəçevir şəhərində xatırlamadığı yerdə dəyişdirib lazım olan şeyləri almışdır. xx.xx.2022-ci il tarixdə Vəsilənin evindən oğurluq olması barədə şikayət etdiyini eşitmiş, Sevinclə görüşərkən sonuncu ona polis şöbəsində izahat verdiyini, oğurluğu kimin etdiyini bilmədiyini dediyini, lakin sandıqda qızıllar qurtardığı, pul az qaldığı üçün evdəkilərin evə oğru girərək evdəki pulu, qızılı oğru apardığını hesab etmələri görüntüsü yaratmaq üçün özü sandığı gecə arxadan sındırıb əşyaları yerə tökdüyünü bildirmişdir. Sonradan Sevincin evdən oğurluq etdiyini Vəsilə bildikdən sonra Sevinc sonuncu dəfə götürdüyü pulu Vəsiləyə qaytarmışdır. Vəsilənin evindən oğurluğu bacısı Sevinclə birlikdə etsə də həyat yoldaşı Elnur Əliyevin qeyd etdiyi oğurluqdan xəbəri olmamış, baş vermiş oğurluğun onların tərəfindən edildiyini Elnur Əliyev ancaq hadisənin üstü açılandan sonra bilmişdir. Təqsirləndirilən şəxs2 ifadələrində Zərərçəkmiş şəxs məxsus qızılları və pulları oğurlasalar da lakin onun oğurladığı pul və qızılların Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi məbləğlərdə deyil, həmin məbləğlərdən az olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Şahid1, sonuncunun arvadı Təqsirləndirilən şəxs1 və qardaşının üç yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Yevlax rayonu Nərimanabad kəndində yaşamış, münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin sonlarında evlərini təmir etdirdiklərinə görə hamısı bir otaqda yaşamış, evdə olan digər əşyaları həyətə çıxarmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində yuxudan durduqdan sonra həyətə yığdıqları əşyaların dağıldığını görüb qardaşının arvadı Sevincə həyətdə çadrın altında olan əşyaların üstünün açıldığını bildirmiş, əşyalara baxarkən çadırın altında olan ona məxsus qapağı qıfıl ilə bağlı olan sandığın arxa tərəfinin sındırılmış vəziyyətdə olduğunu görmüşlər. Sandığa baxarkən sandığın içərisində təzə dəsmalların içərisində olan ona məxsus 38.000 manat nəğd pulun, 4550 ABŞ dollarının, 15.000 rus rublunun, bundan başqa ona məxsus bütövlükdə hamısının 583 əyardan olan 4000 manat dəyərində ağ qaşları ortasında bənövşəyi qaşı olan brilyant qaşlı sırğa-üzük dəstinin, 3000 manat dəyərində ortasında yaşıl qaşı olan brilyant qaşlı sırğa-üzük dəstinin, 4000 manat dəyərində 48,08 qram olmaqla 55 sm uzunluğunda və 0,8 sm eni olan qızıl boyunbağının, 1500 manat dəyərində 12,39 qramlıq üzərində kitab şəklində klonun, 600 manat dəyərində ağ qaşlı qızıl sırğaüzük dəstinin, 1000 manat dəyərində «7 gözəl adlanan» sadə qaşlı üzük sırğa dəstinin, bir ədəd 500 manat dəyərində paxlava formasında qızıl üzüyün, bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl klonun, 400 manat dəyərində bir cüt sadə qaşlı sırğanın, 2000 manat dəyərində hər biri 1 qramdan olan 10 ədəd qızıl dişlərin, bir ədəd 400 manat dəyərində sadə formada qızıl üzüyün, 1500 manat dəyərində 1 ədəd 13 qram çəkidə paxlava boyunbağının, 3200 manat dəyərində hər birinin çəkisi 15 qram olan sadə formada toxunmuş boyunbağıların, bir ədəd 1000 manat dəyərində sadə formada toxunulmuş qolbağının, yaşadıqları evin tikilməsində pul verdiyinə görə əvəzində qardaşı Novruzun ona bağışladığı evlənməmişdən qabaq aldığı 1 ədəd 1500 manat dəyərində 12,35 qram ağ və qara qaşlı brilyant üzüyün, 1 ədəd 1500 manat dəyərində ağ qaşları olan 5 qaşlı brilyant üzüyün, bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl klonun, 1 ədəd 1000 manat dəyərində «tros» adlanan boyunbağının, gəlinləri Sevincə məxsus 2400 manat dəyərində 6 ədəd sadə formada qızıl üzüklərin, 700 manat dəyərində bir dəst sadə qaşla sırğa-üzük dəstinin, 400 manat dəyərində 1 cüt sadə qaşlı uşaq sırğasının, 400 manat dəyərində 2 ədəd uşaq üçün qol bağının, 1500 manat dəyərində qızıl qolbağı və boyunbağının və 500 manat dəyərində qızıl boyunbağı klonu ilə birlikdə yerində olmadığını, bundan sonra evin təmirli otağına baxarkən isə otaqda olan şüşəli dolabın içərisindəki qabların içərisindən ona məxsus 4500 manat nəğd pulun, 2800 manat dəyərində hər biri 1 qramdan olan 14 ədəd qızıl dişlərin, orada olan pul qabından 377 manat nəğd pul və 71 manatlıq mobil danışıq kartlarının oğurlandığını gördüklərinə görə evlərinə oğru girdiyini hesab etdiyindən bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Özünə məxsus oğurlanmış pulları və qızılları pay torpaq sahəsində göyərti əkib satmaqla və özünə məxsus heyvanların süd-qatığını satmaqla əldə etmiş, sonuncu dəfə 2021-ci ilin oktyabr ayının əvvəllərində sandığa baxarkən pulların və qızılların orada olmasını görmüş, 19 aprel 2022-ci il tarixdə sandıqda olan qızıl və pulların oğurlandığını bilmişdir. İlk günlər hadisənin kim tərəfindən törədildiyini müəyyən etmək mümkün olmasa da sonradan həmin pul və qızılları gəlinləri Sevincin oğurlayaraq bacısı Bağçagülə verdiyini bilmişdir. Bu barədə bildikdən sonra Sevinc oğurladığı 4877 manat pulu ona qaytarmış, həmçinin Sevincin Bağçagülə verdiyi qızılların bir hissəsini kənddə ərzaq mağazası işlədən Samirəyə, digər hissələrini isə ayrı-ayrı vaxtlarda Mingəçevir şəhərinə apararaq qızıl satılan mağazalara satdığını bilmişdir. Sevincin özünə məxsus oğurlayıb satdığı 2400 manat dəyərində 6 ədəd sadə formada qızıl üzüklərin, 700 manat dəyərində bir dəst sadə qaşlı sırğa-üzük dəstinin, 400 manat dəyərində 1 cüt sadə qaşlı uşaq sırğasının, 400 manat dəyərində 2 ədəd uşaq üçün qolbağıların, 1500 manat dəyərində qızıl qolbağı və boyunbağı dəstinin və bir ədəd 500 manat dəyərində qızıl boyubağının klonun ona aidiyyəti olmadığına görə özünə məxsus oğurlanmış qızıllara aid etməmişdir. Sevinc və Bağçagülün qızıl və pulları tək oğurlamadığını, Bağçagülün əri Elnurun və hər ikisinin anasının da bu işdən xəbəri olmuş, sonuncular qabaqcadan əlbir olaraq ona məxsus qızılları və pulları oğurlamışlar, on görə də digər iki nəfərin də məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yevlax rayonu Nərimanabad kəndindəki evin birinci mərtəbəsində ərzaq mağazası işlətmiş, həmkəndliləri Zərərçəkmiş şəxs, Noruz Bağırov, Təqsirləndirilən şəxs1 və Elnur Əliyev heç vaxt mağazadan alver etməmiş, ancaq Təqsirləndirilən şəxs2 çox vaxt mağazadan nisyə ərzaq alaraq sonradan gətirib həmin ərzağın pulun ödəmişdir. 2022-ci ilin yanvar ayından başlayaraq Baxçagül hər ay mağazaya gələrək 1000 manatdan artıq nisyə alver etmiş, hər ayın sonunda isə gətirib pulu ödəmişdir. Bağçagül çox vaxt mağazaya gələndə telefonla bacısı Sevincə zəng edərək sonuncuya lazım olan ərzaqları soruşduqdan sonra həmin ərzaqları alıb çıxıb getmişdir. Dəqiq xatırlamadığı günlərin birində Bağçagül nisyə aldığı borcunun yerinə birinci dəfə bir cüt sırğa və qırılmış formada boyunbağı gətirərək evdən çıxa bilmədiyinə görə həmin qızılları aparıb satmasını, həmin puldan da öz borcunu götürməsini bildirmişdir. Həmin qızılları Bağçagüldən götürüb Bərdə şəhərinə gedərkən orada həmin qızılları satmış, pulun bir hissəsin Baxçagülün borcun çıxdıqdan sonra qalan pulu isə Bağçagülə qaytarmışdır. Bağçagül yenə onun mağazasından nisyə ərzaq aldığına görə dəqiq xatırlamadığı gündə mağazaya gələrək bir cüt sırğa, nazik qolbağı və yadında qalmayan qızıl gətirərək həmin qızılları da satıb pulu gətirməsini ondan xahiş etmişdir. Həmin qızılları da götürüb Bərdə şəhərində qızıl mağazasına təqdim edib təklif edilən pul məbləği barədə zəng vurub Bağçagülə demiş, Bağçagül qızılı ucuz aldıqlarını deyərək qaytarmasın demiş, o da qızılları satmayaraq qaytarıb kənddə Bağçagülə vermişdir. Bağçagül yenə bir neçə dəfə mağazadan nisyə ərzaq götürərək mağazaya 3000 manatdan artıq borcu yaranmış, həmin borcun yerinə Bağçagül ona bir ədəd qara qaşlı qızıl kişi üzüyü, bir ədəd kitab formasından qızıl klon və bir ədəd qızıl boyunbağı verib mağazaya olan borcu verənə kimi həmin qızılların onda qalmasını bildirmişdir. 14 may 2022-ci il tarixdə Bağçagülün ona verdiyi qızılları bacısı Sevinclə əlbir olaraq Vəsilədən oğurladıqlarını bilmişdir. Bundan sonra özündə saxladığı həmin qızılları polis şöbəsinə təqdim etmiş, Bağçagül qızılları ona verərkən özünün olduğunu bildirərək Vəsilədən oğurladığını ona deməmişdir. Elnur heç vaxt onun mağazasından alver etməmiş, bir dəfə Bağçagül mağazadan çıxıb avtomaşına oturduğuna görə həmin avtomaşında da Elnurun olduğunu hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhəri H.Əliyev prospekti 42 saylı binanın 1-ci mərtəbəsində yerləşən qızıl mağazasında satıcı işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında dəqiq xatırmadığı gündə Təqsirləndirilən şəxs2 onun işlədiyi mağazaya gələrək özünə məxsus bir neçə qızıl təqdim edib həmin qızıllarını satdığını bildirmişdir. Həmin tarixə uyğun qızılın qram hesabına Bağçagülün pulunu verdikdən sonra Bağçagül çıxıb getmiş, o da həmin qızılları ərinti kimi satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhəri H.Əliyev prospekti 51 saylı binanın 1-ci mərtəbəsində qızıl mağazasında satıcı işləyən Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 dəqiq xatırmadığı gündə günorta saatlarında qonşuluqda qızıl mağazasında satıcı işləyən Şahid3 mağazasına özü tək gələrək özünə məxsus bir neçə qızıl təqdim etmiş və pul lazım olduğu üçün satdığını bildirmişdir. Xəyal qızıllara baxaraq almadığına görə onu mağazaya çağırmış, o da həmin qızıla baxaraq həmin tarixə uyğun qızılın qram hesabına Təqsirləndirilən şəxs2 pul vermişdir. Daha sonra həmin qızılları ərinti kimi satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında qardaşıgilə gedərkən gəlinləri Sevincin bacısının əri Elnura avtomaşından pul verdiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən oktyabr və noyabr aylarında həyətlərində olan heyvanlara su vermək üçün həyətə çıxarkən anası Təqsirləndirilən şəxs1 çölə Elnura pul verməsinə şahid olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi baş verdiyini ona polis əməkdaşları bildirmiş, Yevlax rayon Polis Şöbəsinə dəvət edildikdən sonra arvadı Bağçagülün və baldızı Sevincin oğurluq etməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs1 ona heç vaxt oğurladığı puldan verməmiş, Bakı şəhərində özünə ev almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 avqust 2022-ci il tarixli 9/5805 nömrəli rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, qərarda göstərilən 583 əyarlı 1 ədəd 48,08 qram çəkidə olmaqla 55 sm uzunluqda və 0,8 sm eni olan qızıl boyunbağı 4080 manat, 1 ədəd 12,39 qram çəkidə üzərində kitab şəkilində klon 1050 mana, 1 ədəd 12,35 qram çəkidə sadə qara qaşlı kişi üzüyü 1050 manat, hər biri 1 qram olan 24 ədəd qızıl dişlər 1200 manat, 1 ədəd 13 qram çəkidə paxlava boyunbağı 1100 manat, 2 ədəd hər birinin çəkisi 15 qram olan sadə formada toxunmuş qızıl boyunbağı 2550 manat olmaqla ümumilikdə nəzəri qaydada 11030 manat müəyyən olunur. 12 adda zərgərlik məmulatlarının kütləsi məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan “ABB ASC”-nin Yevlax filialından alınmış YVL-53\2022 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək olan müddətdə 1 ABŞ dolları 1.7000 AZN təşkil edir. 2022-ci ilin fevral ayında günlər üzrə 1 Rusiya rubulunun yüksək məzənnəsi 0,0227 AZN təşkil etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluqları olmamışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 may 2022-ci il tarixdə saat 1840-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 may 2022-ci il tarixdə saat 2005-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimlan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 16 may 2022-ci il tarixdə X1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayonu Nərimanabad kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2009-cu ildə doğulmuş Aysun Əli, xx.xx.2008-ci ildə doğulmuş Yaqub əli, xx.xx.2014-cü ildə doğulmuş Cansu Əli və xx.xx.2018-ci ildə doğulmuş Elvin Əli adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayonu Nərimanabad kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə məxsus əmlakı və pulu oğurlamalarını onların özlərinin qismən etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyi və işdə olan digər sənədlərlə CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətmələri qənaətinə gəlir. Lakin məhkəmə zərərçəkmiş şəxsin iddia etdiyi kimi oğurluğun törədilməsində təqsirləndirilən Təqsirləndirilən şəxs2 əri Elnur Əliyevin iştirak etməsi və sonuncunun da məsuliyyətə cəlb edilməsinə dair ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı Elnur Əliyevin həmin cinayətin törədilməsində iştirak etməsini təsdiq edəcək dəlillər aşkar edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 bacısı Təqsirləndirilən şəxs2 verdiyi qızılları satdığı mağazada işləyən şəxslər, həmçinin ərzaq mağazasından ərzaq aldığı Şahid2 Elnur Əliyevi görmədiklərini, sonuncunun onlardan alver etmədiyini bildirmişlər. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs gəlinləri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında olan danışıqlara dair səs yazısının olduğu CD disk təqdim edərək həmin danışıq zamanı Təqsirləndirilən şəxs2 Elnur Əliyevin də baş vermiş oğurluq cinayətində iştirak etməsini təsdiq etdiyini bildirsə də, məhkəmə baxışı zamanı həmin CD diskə qulaq asan zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə danışan zaman təkidlə Elnurun da bu oğurluqdan xəbəri olduğunu bildirsə də Təqsirləndirilən şəxs2 əri Elnurun bu məsələdən xəbəri olmadığını bildirmişdir. Odur ki, məhkəmə CM-in 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin CM-in 177.3.2-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların movcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduğu CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəmədiklərinə görə məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin sosial ədalətin bərpası baxımından öz məqsədinə uyğun olmayan cəza təyini kimi qəbul edir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onların cəzasının əvvəli həbsə alındıqları tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduqları 02 (iki) gün müddət onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 50 AZN (əlli manat) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 AZN (iyirmi beş manat) tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli həbsə alındığı 15 mart 2023cü i il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhəkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli həbsə alındığı 15 mart 2023cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 50 AZN (əlli manat) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 AZN (iyirmi beş manat) tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd qızıl kişi üzüyünün, bir ədəd kitab formasında qızıl klonun və bir ədəd qızıl boyunbağının zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar