Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-23/2025 19.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X7 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xankəndi şəhəri ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində xidmətdə olarkən anası Şahid4 ona zəng edərək Yevlax rayon sakini X9 azyaşlı nəvəsi Şahid1 qarşısını kəsərək onu bıçaqla hədələyib sonuncuya qarşı seksual xarakterli hərəkətlər etdiyini dedikdən sonra xx.xx.2023-cü il tarixdə Xankəndi şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə taparaq qanunsuz olaraq əldə edib üzərində saxlayıb gəzdirdiyi 1988-ci ildə SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı yivli oldu silah hesab edilən tapançanı, həmçinin hər birində 7 və 6 ədəd, ümumilikdə 13 ədəd atəş üçün yararlı 9x18 kalibrli patronlar olan və biri həmin tapançaya daxil edilmiş olmaqla onun komplekt hissəsi sayılan 08 ədəd 9x18 mm patronlar yerləşdirmək üçün nəzərdə tutulan 02 ədəd darağı Xankəndi şəhərindən əvvəlcə ünvan 2 ünvanında yerləşən yaşadığı evə gəlib üzərində gəzdirdiyi silahı-tapançanı evin yataq otağında olan taxtın üzərindəki yastığın altında gizlətmiş, xx.xx.2023-cü il tarixdə bacısı X1 Eyyub Elçin oğlu onlara qonaq gəlmiş, o, həmin vaxt Şahid1 evdə öz yataq otağına tərəf aparıb hansı səbəbdən kefsiz olmasını soruşduqda sonuncu ağlayaraq X9 dəfələrlə bir manatlıq pul əskinası və konfet verərək ona qarşı əxlaqsız hərəkətlər etməyə cəhd etdiyini, sonuncu dəfə isə onu binanın dəhlizinə salaraq bir əli ilə ağzını tutub onun üzərinə bıçaq çıxardıqdan sonra öldürməklə hədələyib cinsiyyət orqanını çıxarmasını, sonra isə ona qarşı digər seksual xarakterli hərəkətlər etməyə cəhd etməsini bildirdikdən sonra Əhməd Nəsibovun etdiyi əxlaqsız hərəkətlərdən hiddətlənərək sonuncudan qisas alıb onu öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özü ilə gətirib evdə gizlətdiyi “Makarov” konstruksiyalı tapançanı götürərək X21 şəhəri Qanboy Quliyev küçəsində yaşadığı binanın qarşısına gəlib sonuncunu səsləyib çağırmış, mənzilin balkonundan X16 ona cavab verdikdə Əhməd Nəsibovun dostu olduğunu və görüşmək istədiyini bildirdikdən sonra binanın arxa tərəfinə keçib orada mənzilin yerləşdiyi blokun qarşısında gözləmiş, X20 bir neçə dəqiqə sonra həyətə düşdükdə Solmaz Nəsibovanın da gəldiyini görüb Əhməd Nəsibova nəfəsini kəsəcəyini, hələki nəfəs almaqda davam etməsini sakit tonla deyib ətrafda bina sakinlərinin də olduğunu müşahidə etdikdən sonra cinayətkar niyyətini həyata keçirtmək fikrindən yayınmış və oradan uzaqlaşıb yaşadığı evə qayıtmış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində spirtli içki qəbul edib yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Əhməd Nəsibovu öldürməklə bağlı cinayətkar niyyətini başa çatdırmaq məqsədilə sonuncunun yaşadığı Yevlax şəhəri Qanboy Quliyev küçəsindəki binanın qarşısında yerləşən su bulağının yanına təkbaşına piyada gedib Əhməd Nəsibovun həyətə düşməsini bir müddət gözlədikdən sonra həmin gün saat 16 radələrində sonuncunun Şahid2 ilə birlikdə bina ilə paralel yerləşən “Dədə Qorqud” parkı ilə bulaq istiqamətində hərəkət etdiyini görüb onlara tərəf gedib Əhməd Nəsibova yaxınlaşaraq haraya getdiyini soruşmuş, sonuncu da nəyə görə soruşduğunu maraqlandıqda onu yeyib-içməyə aparacağını deyib qolundan tutub yaxınlıqda istintaqla dövlət qeydiyyat nişanı müəyyən edilməyən taksi fəaliyyəti ilə məşğul olan “Vaz 2107 markalı” avtomobilə əyləşdirmək istəsə də, Əhməd Nəsibov maşına minməkdən imtina edib istifadəsində olan mobil telefonla anası Solmaz Nəsibovaya zəng etmək istəsə də, ona imkan verməmiş, özü ilə gətirdiyi “Makarov” tipli tapançanı şalvarının bel nahiyəsindəki kəmərdən çıxarmaq istəyərkən odlu silah yerə düşmüş, bunu görən Şahid2 onların yanından uzaqlaşmış, o, silahı yerdən götürdükdən sonra X9 qaçaraq uzaqlaşdığını görüb ictimai yerdə, dinc sakinlərin çoxluq təşkil etdiyi ərazidə öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla parkda olan başqa şəxslərin də həyatı üçün real təhlükə yaradaraq birgə istirahət və yaşayış qaydalarına etinadsızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Makarov tipli odlu silahdan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edib Əhməd Nəsibovu öldürmək məqsədilə ümumi təhlükəli üsulla həmin silahdan qəsdən sonuncunun arxasınca 2 dəfə atəş açdıqdan sonra Əhməd Nəsibovun xəsarət almadığını görüb onu təqib edərək ünvan 3 ünvanında yerləşən 5 mərtəbli binanın ikinci blokunda Əhməd Nəsibova çataraq bloka daxil olub sağ əlində olan Makarov tipli odlu silahla öldürmək məqsədilə qəsdən 02 dəfə olmaqla atəş açmış, yalnız açılmış ilk atəşin sonuncunun baş nahiyəsinə dəyməsi nəticəsində X13 “baş beyin toxumasının zədələnməsi ilə ağırlaşan başın dəlib keçən odlu silah yarası” ilə müşayiət olunan yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib xuliqanlıq etməklə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi odlu silah ilə ümumi təhlükəli üsulla X14 qisas almaq məqsədi ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli, yəni CM-in 120.1 və 221.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, iki ildən çoxdur ki, bu dövlətə can qoymuşdur. O, dövlət uğruna can qoymamış ki, hansısa şəxs körpə-körpə uşaqları zorlasın və ya buna icazə verməz ki, elə insanlar çöldə nəfəs alsın. O, canını ona görə qoymuşdur ki, o, uşaqlar böyüsün və onların gələcəkləri olsun. Əhməd onlardan başqa 5-6 ailənində uşaqlarına əxlaqsız hərəkətlər etmiş və ailələri gözü-yaşlı qoymuşdur. Yevlax balaca şəhərdir və hamı-hamıdan utanır. Əlbətdə ki, zərərçəkmiş şəxs həmin hərəkətləri edən zaman o da bir Azərbaycan vətəndaşı kimi buna qarşı çıxmışdır. Çünki hamımızın qeyrəti və namusu var. Hadisədən bir gün əvvəl zərərçəkmişə xəbərdarlıq etmişdir. Sözün düzü zərərçəkmişi məhz bir gün əvvəl öldürəcəkmiş. Öldürdüyünü də boynuna alır. Zərərçəkmişi öldürdüyünə görə peşman deyil. Bu gün elə bir hadisə olsa yenə də onu öldürər. Ona görə ki, elə insanlar yaşamalı deyil. Ona CM-in 120.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Həmin hissə ilə razı deyil. Çünki o, zərərçəkmiş şəxsi tutub ona demişdir ki, onunla getsin. Zərərçəkmiş şəxs həmin vaxt qaçmaq istəmiş. O da o, qaçmasın deyə və ətrafdakı insanlara zərər gəlməsin deyə havaya iki dəfə atəş açmışdır. Zərərçəkmiş şəxs qaçmağa başlamış və o da onun arxasınca qaçmışdır. Əhməd arteziyan bulağından qarşıda yerləşən binanın digər tərəfindən fırlanıb həmin istiqamətdən binanın 2-ci podyezinə daxil olub dəmir qapını bağlamaq istəyərkən Əhmədə mane olub sol qolunu qapının arasına daxil etmiş, buna görə Əhməd Nəsibov qapını örtə bilməmişdir. Bundan sonra qapını açıb sağ əlində olan tapançadan bir dəfə Əhmədin baş nahiyyəsi istiqamətində atəş açmışdır. Əməlindən də peşman deyildir. Əhməd əxlaqsız hərəkətləri ilə bir-neçə ailənin gözünü yaşlı qoymuşdur. Məhkəmə istintaqında ona ünvanlanmış suaları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, silah erməni silahı olmuşdur. Silah “Makarov” tipli tapança olmuşdur. Onun özü Çevik Əməliyyat qrupunda partlayış mütəxəssisi olmuşdur. Mina axtaran zaman silahı tapıb özü ilə evə gətirmişdir. Bir gün əvvəl Əhmədi balkonda görüb aşağı çağırmışdır ki, elə onu orada öldürüb çıxıb getsin. Əhməd həmin vaxt aşağı düşmüş, lakin ətrafda körpə uşaqlar olduğu üçün onu orada öldürməmişdir. Əhmədə yalnız bir güllə vurmuşdur. Əhmədə heç bir əzab-əziyyət verməmişdir. Ona yalnız bir güllə vurmuşdur. Güllənidə başından vurmuşdur ki, ikinci gülləyə ehtiyyac qalmasın. Onun özü mina axtarandır. Ərazidə bir-çox silah tapırmış. Silahı evinə gətirmişdir ki, evində qalsın. Silahı hadisə ilə bağlı gətirməmişdir. O, silahı gətirən zaman belə bir hadisədən məlumatı olmamışdır. Silahı hadisədən 15-20 gün əvvəl bəlkə də, 1 həftə əvvəl gətirmişdir. Sözügedən silahı hadisəni törətmək məqsədilə gətirməmişdir. Hadisəni eşidən zaman silahı evdən götürmüş və Əhmədi öldürmək qərarına gəlmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisini və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin arxasınca atəş açmamasını, havaya iki dəfə atəş açmasını və ümumi təhlükəli üsulla qəsdən adam öldürməklə cinayət törətməməsi barədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X20 onun doğma qardaşı olmuşdur. Əhməd anaları Solmaz Nəsibova ilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. O da öz ailəsi ilə birlikdə ünvan 5a yaşayır. Təxminən 3 aydır ki, Laçın rayonunda yerləşən “Poladyol” tikinti şirkətində fəhlə işləyir. İşi ilə əlaqədar Laçın rayonunda olur. Hər iki həftədən bir gəlib Yevlax rayonunda ailəsinin yanında 2 gün qalıb gedir. Əhməd xasiyyətcə sakit və mehriban insan olmuşdur. Əhməd psixoloji cəhətdən kəmağıllığı olmuşdur. Daha çox uşaqlarla oynamışdır. 2023-cü ilin oktyabr ayının sonlarında Yevlax rayonuna gələn zaman qardaşı Əhmədin Elçin adlı şəxslə mübahisə etdiyini öyrənmişdir. Həmin vaxt Elçin Əhmədə yumruq vurmuşdur. O, Əhməddən mübahisənin səbəbini soruşduqda Əhməd ona Elçinin oğlu Eyyuba bir dəfə papaq verdiyini, buna görə də Elçinlə aralarında mübahisə olduğunu bildirmişdir. Bundan sonra Əhməd ona həmin uşaqdan uzaq qalacağını bildirmişdir. Daha sonra o, Əhməd ilə bu barədə söhbət etməmişdir. 2023-cü ilin noyabr ayının 12-də Laçın rayonunda olan zaman anası Solmaz ona Əhmədin qətlə yetirildiyini bildirmişdir. Mərhum qardaşı Əhməd Nəsibov ilə Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı mübahisə olmamışdır. Yalnız 2023-cü ilin oktyabr ayının sonlarında qardaşı Əhməd Gülnarın əri Elçin ilə dava etmiş, Elçin Əhmədi yumruq ilə vurmuşdur. Mübahisənin səbəbi də Əhmədin deməsinə görə Elçinin oğlu Eyyuba idman papağı verməsidir. Mərhum qardaşı X24 Əliyevin bacısı X3 qarşı hər hansı əxlaqsız hərəkətlər etməsi barədə heç bir məlumatı yoxdur. Yalnız Əhməd ona Eyyuba qarşı heç bir əxlaqsız hərəkət etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında qanuni nümayəndə və mütəxəssisin (müəllim) iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək ifadəsində göstərmişdir ki, Yevlax şəhər 1 saylı tam orta məktəbdə 5-ci sinifdə orta təhsil alır. Dərsi həftənin 1-5 günləri saat 13:00 dəqiqədə başayıb saat 17:00 dəqiqədə bitmişdir. 11 oktyabr 2023-cü il tarixdə saat təxminən 12:45 dəqiqədə məktəbə getmək üçün evdən çıxmışdır. Həmin vaxt evdə içməli su olmadığı üçün yaxınlıqda yerləşən arteziandan çantasında olan termosa su doldurub oradan da məktəbə getmək istəmişdir. Arteziana yaxınlaşıb su doldurmuşdur. Həmin vaxt əvvəllər tanımadığı və görmədiyi X20 orada olmuş, Əhməd onu gördükdən sonra yanına yaxınlaşaraq bildirmişdir ki, taekvando üzrə idman müəllimdir və ona idman papağı verəcəkdir. O da Əhmədlə razılaşmışdır. Bundan sonra yaxında olan binanın 2-ci mərtəbəsinə qalxmışlar. Həmin vaxt evdə Əhmədin anası Solmaz da olmuşdur. Əhməd otağında olan idman papağını ona verib bildirmişdir ki, arada yanına gəlsin, çünki idman papağının ipini də ona verəcəkdir. Bundan sonra o, oradan çıxıb məktəbə getmişdir. Axşam dərsdən sonra evə qayıdanda anası Gülnar papağı haradan əldə etdiyini soruşduqda anasına idman müəllimimin verdiyini demişdir. Lakin atası Elçin axşam evə qayıdanda papağı ona Əhmədin verdiyini demişdir. Bundan təxminən 10-15 gün sonra səhər saatlarında yaxınlıqda olan “Neptun” marketə çörək almağa gedən zaman Əhməd marketin yanında dayanmışdır. Əhməd onu gördükdən sonra onun qolundan tutaraq marketin yanına çəkmiş, onun cibinə 1 manat pul qoymuş və bildirmişdir ki, axşam evinə gəlsin, onu futbol oynamağa aparacaqdır. Həmçinin bildirmişdir ki, evdə 1 manat pulu yoldan tapdığını desin, əgər evdə pulun Əhmədin verdiyini desə onu bıçaqlayar. O da çörək aldıqdan sonra evə geri qayıtmışdır. Əhmədin ona yaxınlaşdığını heç kimə deməmişdir. Bundan təxminən 2 gün sonra saat 13:30 radələrində məktəbə getmək üçün evdən çıxmış və “Neptun” marketin qarşısı ilə məktəbə getmək istəyən zaman birdən arxası ilə Əhməd gəlib onun sağ qolundan tutaraq onların yaşadığı binanın mənzili yerləşən bloka salmış və əlində olan bıçağı onun boğazına dirəmişdir. Bundan sonra Əhməd öz cinsi orqanını çıxarmış və onun da paltarını çıxarmasını tələb etmişdir. Həmin vaxt Əhməd bıçağı cibinə qoymaq istəyən zaman bıçaq Əhmədin əlindən düşmüş, bu zaman o, oradan qaçmış və məktəbə getmişdir. Həmin gün valideynlərinə heç bir şey danışmamışdır. Bundan təxminən 5-6 gün sonra atasına Əhmədin ona etdiklərini demişdir. Bundan bir neçə gün sonra o, evdən çıxaraq yaxınlıqda olan “Araz” marketdən çörək almağa gedən zaman marketin yanında olan kafedə Əhməd oturmuşdur. Həmin vaxt Əhməd onun yanına yaxınlaşaraq 1 manat pul vermiş və yenidən bildirmişdir ki, axşam Əhmədin evinə gedib futbol oynayacaqlar. Bundan sonra bir neçə dəfə də Əhməd həmin marketin yaxınlığında ona yaxınlaşaraq ona 1 manat pul və saqqız verib demişdir ki, axşam onların evinə gəlib futbol oynayacaq. O da bunları öz valideynlərinə danışmışdır. xx.xx.2023-cü il tarixdə dayısı Saleh Yevlaxa qayıtmışdır. Həmin gün o, anası Gülnarla birlikdə babası Azərin evinə dayısını görməyə getmişlər. Çünki o, dayısı Saleh ilə çox yaxın olmuş və valideynlərindən çox hər şeyi dayısına danışmışdır. Həmin gün dayısı Saleh ondan Əhmədin ona nə etdiyini soruşduqda o. dayısına hər şeyi, hətta Əhmədin cinsi orqanını çıxarıb ona göstərməsini də danışmışdır. Həmin gün onlar babası Azərin evində qalmış, səhəri gün anası Gülnar gəlib onu evə gətirmişdir. Əhməd bir dəfə onu öz yaşadığı mənzilin blokuna salaraq əlinə olan bıçağı onun boynuna dirəmiş və öz cinsi orqanını çıxarmışdır. Bundan sonra isə ondan paltarını çıxarmasını tələb etmişdir. Lakin həmin vaxt bıçaq onun əlindən düşdüyü üçün o, oradan qaçmış və Əhməd niyyətinə çata bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə X10 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 2 övladı dünyaya gəlmişdir. 2013-cü il təvəllüdlü Şahid1 və 2020ci il təvəllüdlü Fatimə Məmmədzadə. Təqsirləndirilən şəxs onun arvadı Gülnarın qardaşıdır. Saleh xasiyyətcə sakit insandır. Saleh “ANAMA”-da minatəmizləyən işləmiş, Şuşa və digər işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərmiş, arabir də Yevlaxa gəlmişdir. Salehin onun oğlu Eyyub ilə çox yaxın münasibəti olmuşdur. Saleh Yevlax rayonuna gələndə oğlu Eyyub Salehin evinə gedərək orada qalmışdır. xx.xx.2023-cü il tarixdə oğlu Eyyub məktəbdən 01 ədəd idman papağı ilə gəlmişdir. Həyat yoldaşı Eyyuba papağı kimin verdiyini soruşduqda, Eyyub papağı məktəbdən verdiklərini bildirmişdir. Lakin həmin axşam Eyyub ona papağı Əhməd adlı şəxsin verdiyini bildirmişdir. O, arvadı Gülnara “Əhməd yaxşı insan deyil, buna görə də ona gedib uşaqdan uzaq qalmasını deyəcəyəm”–deyə bildirmişdir. Çünki o, Əhməd Nəsibov barəsində xoş olmayan məlumatlar eşitmişdir. O, Əhmədin uşaqlara qarşı əxlaqsız hərəkətlər etməsi barədə rayon sakinlərindən məlumatlar eşitmişdir. Lakin hansı uşaqlara qarşı həmin hərəkətləri etdiyini bilmir. Həmin günün sabahı arvadı Gülnar və qaynanası Anaxanım Əhmədin yaşadığı evə getmişlər və idman papağını geri qaytaraq oğlu Eyyubdan uzaq durmasını tələb etmişlər. Həmin gün axşam o, xalası oğlu Orxan ilə Əhmədlə görüşmüşdür. Həmin vaxt Əhməddən oğlu Eyyubdan uzaq durmasını xahiş etmişdir. Daha sonra onlar çıxib getmişlər. Bundan təxminən 15 gün sonra oğlu Eyyub marketdən geri qayıdan zaman Eyyubun əlində saqqız olduğunu görmüş, həmin vaxt Eyyub onlara bildirmişdir ki, guya yerdən pul tapıb və saqqızı həmin pul ilə almışdır. Bundan sonra bir neçə dəfə də Eyyub onlara yerdən pul tapdığını və marketdən müxtəlif şeylər aldığını demişdir. Bundan sonra o, arvadı Gülnarla birlikdə Eyyubla söhbət etdikdən sonra Eyyub onlara pulların Əhməd tərəfindən verildiyini, hətta Əhmədin bir dəfə onun boğazına bıçaq dirəyərək paltarını çıxarmasını tələb etdiyini demişdir. Bundan sonra həyat yoldaşı Gülnar bu barədə Yevlax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Lakin Eyyub barəsində mənfi fikir formalaşmasın deyə Əhmədin cinsi orqanını çıxarmasını deməmişdirlər. Bu məsələni həmin gün Eyyub ona danışdıqdan sonra o, Əhməd ilə əlaqə saxlayaraq Yevlax şəhərində yerləşən "xxxx" ASC-nin Yevlax rayon filialının yaxınlığında görüşmüşdür. Həmin vaxt o, Əhmədə yumruq vuraraq xəsarət yetirmişdir. Bu faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində iş yerində olan zaman Saleh öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək evinə gəlməyini xahiş etmişdir. O da Salehin yaşadığı ünvan 7 ünvanında yerləşən evə getmişdir. Həmin vaxt evdə qaynanası Anaxanım, qaynı Saleh və oğlu Eyyub olmuşdur. Saleh ilə tək söhbət edən zaman ona nə üçün Əhməd məsələsini demədiyini irad bildirmişdir. O da Salehə “narahat olmağa dəyəcək bir şey yoxdur, bu barədə polisə şikayət verilib, həmçinin mən özüm də Əhmədi vuraraq onun cəzasını vermişəm”-deyə bildirmişdir. Bundan sonra Saleh bu barədə onunla söhbət etməmişdir. Həmin vaxt da Salehin üzərində heç bir odlu və soyuq silah görməmişdir. Bundan sonra Saleh ilə Yevlax şəhərinə gələrək qardaşı Nahid və Salelə birlikdə Nahidin Yevlax şəhərində yerləşən telefon mağazasında kofe içmişdir. Saat təxminən 14 radələrində Saleh onların yanından ayrılaraq evə qayıtmışdır. Bundan sonra o, Salehi görməmiş və Salehlə telefon əlaqəsi saxlamamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində rayon sakinlərindən X22 qətlə yetirdiyini eşitmişdir. Təqsirləndirilən şəxs Əhməd Nəsibovu qətlə yetirəcəyi barədə ona məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs indiyədək hər hansı odlu və ya soyuq silah görməmişdir. Saleh onun oğlu Eyyuba çox bağlı olmuşdur. Düşünür ki, Saleh Əhmədi onun oğluna qarşı əxlaqsız hərəkətlər etdiyini öyrəndiyi üçün qətlə yetirmişdir. O, Salehlə Xankəndi rayonunda olan zaman onunla telefon əlaqəsi saxlamamış və Əhməd barəsində danışmamışdır. Saleh xx.xx.2023-cü il tarixdə öz evlərində onunla söhbət edən zaman hətta ona irad bildirmişdir ki, nə üçün Əhməd məsələsini gizlətmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Saleh 2021-ci ildən indiyədək ANAMA-da mina axtaran işləyir. Şuşa, Xankəndi və digər işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərib. Sonuncu dəfə Xankəndi rayonunda işləmişdir. Təxminən 3 aydır Kəlbəcər rayonunda işləyir. Hər ayın 5 günü Yevlax rayonuna evə gəlib ailəsini görə bilir. Saleh təbiətcə sakit və mehriban insan olmuşdur. X10 onun doğma qızıdır. Qızı Gülnar evlidir və 2 övladı vardır. Oğlu 10 yaşlı Eyyub və qızı 3 yaşlı Fatimədir. xx.xx.2023-cü il tarixdə qızını görmək üçün onların evinə getmişdir. Həmin vaxt nəvəsi Eyyubun əlində 01 ədəd idman papağı olduğunu görmüşdür. O, qızı ilə birlikdə papağı kimin verdiyini Eyyubdan soruşduqda Eyyub onlara papağın məktəbdə verildiyini bildirmişdir. Lakin daha sonra Eyyub atasına bildirmişdir ki, həmin idman papağını ona Əhməd Nəsibov vermişdir. Həmin gün sabahı o, qızı Gülnar ilə birlikdə X21 şəhərində yaşadığı evə getmişdir. Əhməd və anası Solmaz evdə olmuşdur. O, qızı Gülnarla birlikdə Əhməddən nəvəsi Eyyubdan uzaq durmasını tələb etmiş, çünki Əhməd barəsində mənfi fikirlər eşitmişlər. Onlar Əhmədin azyaşlı uşaqlara qarşı qeyriəxlaqi hərəkətlər etdiyini eşitmişlər. Həmin vaxt Əhməd Nəsibov bildirmişdir ki, bundan sonra Eyyubdan uzaq duracaqdır. Bundan sonra onlar evlərinə geri qayıtmışlar. Bundan təxminən 15 gün sonra Kəlbəcər rayonunda olan zaman qızı ilə telefon əlaqəsi saxlayarkən qızı Gülnar ona bildirmişdir ki, Əhməd yenə də Eyyubdan uzaq durmamış və Eyyuba pul və sair şeylər vermiş, bir dəfə də Eyyuba qarşı əxlaqsız hərəkətlər etmək istəmişdir. xx.xx.2023-cü il tarixdə Kəlbəcər rayonundan Yevlax rayonunda yerləşən evinə gəlmişdir. Həmin gün nəvələri Eyyub və Fatimə də onun yanına gəlmişlər və Eyyub da onunla qalmışdır. Evə gəldikdən sonra saat 18 radələrində oğlu Saleh ***-***-**-** saylı mobil nömrəsi ilə onun ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin vaxt o, Salehə Yevlax rayonda evdə olduğunu demişdir. Həmin vaxt onun öz işi və Salehin işi ilə əlaqədar Salehi təxminən 2 aydır ki, görməmişdir. Saleh telefon danışığı zamanı ondan ötrü darıxdığını və evə gələcəyini bildirmişdir. Həmin gün saat 23 radələrində oğlu Saleh evə gəlib çatmışdır. Həmin vaxt Saleh özü ilə yalnız çirkli paltarlar gətirmişdir. Evə gəldikdə Saleh yemək yemiş, sonra onlar söhbət etmiş və bundan sonra Saleh duş qəbul etmişdir. Həmin gün Saleh ilə Eyyub barəsində heç bir söhbət etməmişlər. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Saleh Xankəndi rayonuna geri qayıtmaq üçün evdən çıxıb getmişdir. Sabahı günü Saleh yenidən onunla əlaqə saxlayaraq bir neçə günlük istirahətə buraxılacağını bildirmişdir. O, qorxmuşdur ki, Saleh Yevlax rayonuna gəldikdən sonra Əhməd məsələsini eşidər və Əhmədə nə isə edər. Ona görə həmin vaxt sakit formada baş verənləri Salehə danışmış və tapşırmışdır ki, Elçin Əhmədin cəzasını vermişdir, ona görə sakit dayansın. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Saleh gəlib evə çatmışdır. Saleh evə gələndə əlində çanta olmuşdur. Çanatnın da içində çirkli paltarlar olmuşdur. Lakin həmin vaxt Salehin üzərində və ya çantasında heç bir odlu və ya soyuq silah görməmişdir. Axşam Saleh evdə olmuşdur. Sabahı günü qızı Gülnar da onun yaşadığı evə gəlmişdir. Saleh Əhməd məsələsini danışmadığı üçün bacısı ilə də mübahisə etmişdir. O, Salehi sakitləşdirmişdir ki, Elçin Əhməd ilə dava etmiş və döyərək cəzasını vermiş, həmçinin polis şöbəsində də bu barədə araşdırma aparılır. Həmin vaxt Saleh ona Əhmədə heç bir şey etməyəcəyi barədə söz vermişdir. Həmin gün o, işi ilə əlaqədar Kəlbəcər rayonuna getməli olmuşdur. Buna görə də Saleh saat 15 radələrində onu Yevlax rayon avtovağzalına apararaq yola salmışdır. O da həmin gün Kəlbəcər rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində qızı Gülnar ona zəng edərək Salehin Yevlax şəhərində yerləşən Dədə Qorqud parkının yanında Əhməd Nəsibovu odlu silah ilə atəş açaraq qətlə yetirdiyini bildirmişdir. X33 öldürəcəyi barədə ona heç bir məlumat verməmişdir. Hətta o da Əhmədə bir şey etməsin deyə Salehlə dəfələrlə söhbət etmişdir. O. oğlu Təqsirləndirilən şəxs indiyədək hər hansı odlu və ya soyuq silah görməmişdir. Saleh xx.xx.2023-cü il tarixdə Xankəndi şəhərindən evə gələn zaman da Salehin üzərində heç bir silah görməmişdir. Oğlu Saleh nəvəsi Eyyuba çox bağlı olmuşdur. O, düşünür ki, Əhmədin Eyyuba qarşı əxlaqsız hərəkətlər etdiyini öyrəndiyi üçün X33 qətlə yetirmişdir. Oğlu Saleh ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayının 18-dən Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə xidmət yoldaşı Qərib Məmmədov ilə səhər 10:00 dəqiqədən xx.xx.2023-cü il saat 09:00 dəqiqəyədək Yevlax şəhərində yerləşən Dədə Qorqud parkında xidmətdə olmuşdur. Həmin gün saat 16:00 radələrində Yevlax şəhər İcra Hakimiyyətinin qarşısında olan Heydər Əliyev sarayının arxasında əraziyə nəzarət etmişdir. Xidmət yoldaşı Qərib isə həmin vaxt nahardan qayıtmamışdır. O, anidən güclü səs eşitmişdir. Həmin vaxt elə bilmişdir ki, parkda olan uşaqlar nə isə partladırlar. “Dədə Qorqud” heykəlinin yaxınlığında tanımadığı uşaqlardan biri ona bildirmişdir ki, əlində silah olan bir nəfər atış açaraq orada olan binanın digər tərəfinə qaçmışdır. Bu zaman o, 2 dəfə də silah səsi eşitmişdir. Bundan sonra üzərində olan xidməti silahının qoruyucusunu açaraq oradan olan “Al marketin” yanına qaçmışdır. Binanın digər tərəfinə keçdikdən sonra Təqsirləndirilən şəxs əlində “Makarov” tipli tapança ilə onun qarşısına tərəf gəldiyini görmüşdür. Bu zaman Saleh əlində olan silahın qundağını ona tərəf çevirərək təslim olduğunu və Əhməd Nəsibovu öldürdüyünü bildirmişdir. O da Salehin əlindən silahını və digər dolu maqazini almış və qolundan tutaraq hadisə yerinə getməyə başlamışdır. Həmin vaxt xidmət yoldaşı Qərib Məmmədov da gəlib onun yanına çatmışdır. Bundan sonra o, Qəribi hadisə yerinin mühafizəsi üçün qoyaraq Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə aparmış və növbətçi hissəyə təhvil vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs Əhməd Nəsibovu öldürmək üçün kömək edən hər hansı şəxsi görməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs tək olmuşdur. Salehin yanında kömək edən başqa heç kim görməmişdir. O, Təqsirləndirilən şəxs əlində olan “Makarov” tipli tapançadan yalnız 04 dəfə atəş səsini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü küçədə rəhmətliklə qarşılaşmış və ondan hara getdiyini soruşmuşdur. O da ona çörək almağa getdiyini bildirmişdir. Bundan başqa ona demişdir ki, içmişdir və marixuana çəkmişdir, vəziyyəti əladır. Sonra ondan siqaret istəmişdir. O da ona siqaret vermişdir. Sonra bulağın yanına çatanda uşaqlar Əhməd dayı deyə rəhmətliyə səslənmişlər. Əhməd ona uşaqların yanına gedəcəyini bildirmişdir. Elə orada onunla sağollaşıb yola davam edən zaman Əhmədin qışqırıq səslərini eşitmişdir. Əhməd qışqıraraq “Mən etməmişəm, vallah mənim xəbərim yoxdur” demişdir. O da çevrilib arxasına baxmışdır. Sonra təqsirləndirilən şəxsin Əhmədin yaxasından yapışdığını görmüşdür. Əhməd həmin vaxt qışqırıb “Mən heç nə etməmişəm” demişdir. Sonra təqsirləndirilən şəxsin silah çıxardığını görmüşdür. Bunu görən vaxt yaxınlaşmağa qorxmuşdur. Təqsirləndirilən şəxs silahı Əhmədə doğru tutan zaman, silah yerə düşmüşdür. Təqsirləndirilən şəxs yerə əyilib silahı götürmək istəyən vaxt Əhməd qaçmışdır. Elə bu vaxt Saleh qışqırmışdır və Əhmədə dayanmasını bildirmişdir. Əhməd isə dayanmamış və qaçmağa davam etmişdir. Bu vaxt Saleh havaya atəş açmışdır. Ancaq Əhməd yenə dayanmamış və qaçmağa davam etmişdir. Saleh bundan sonra Əhmədin arxasınca atəş açmışdır. X30 arxasınca qaçmağa başlamışdır. Salehin əlində tapança olmuşdur. Salehin Əhmədi öldürdüyü anı görməmişdir. Hadisə vaxtı onunla bağlı təhlükə olmamışdır. Hadisə günü Əhməd ona içkili olduğunu və marixuana çəkdiyini bildirmişdir. Əhmədlə bulağın yanında qarşılaşmışdır. Digər tərəfdə uşaqlar oynayırmış. Bir də orada ağ maşın olmuşdur. Saleh Əhmədi maşına sıxmışdır. Salehin Əhmədə nə dediyini eşitməmişdir. Dədə Qorqud parkı qeyd etdiyi bulağın ərazisi olmamışdır. Dədə Qorqud parkı polis şöbəsinə yaxındır. Dədə Qorqud parkı ilə bulaq arasında təxminən 100 metr məsafə olarmış. Salehin Əhmədi maşına sıxdığını görmüşdür. Əhmədin qaçdığını görüb, arxasınca getməmişdir. Saleh Əhmədi maşına sıxmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 16:30 radələrində Yevlax RPŞ-nin növbətçi hissəsindən rayon prokurorluğuna xx.xx.1991-ci təvəllüdlü X9 baş nahiyyəsindən ağır güllə yarası almış vəziyyətdə Yevlax RMX-na daxil olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli binanın orta 2-ci blokunun giriş hissəsidir. Həmin binanın qarşısına asfalt yolla gəlinir. Binanın sol tərəf hissəsi “Dədə Qorqud” parkı ilə qarşı-qarşıya yerləşir. Binanın sağ tərəf hissəsində isə mənzillərə daxil olmaq üçün bloklar vardır. Binanın sağ tərəfində “Al Market” yerləşir. Hadisə baş verən blokun giriş hissəsinin artırma beton tavanı mövcuddur. Bloka iki taylı, üzəri qəhvəyi rəngli boya ilə rənglənmiş dəmir materiallı qapıdan daxil olunur. Giriş qapısı ilə paralel istiqamətdə, asfalt yer örtüyü üzərində 01 ədəd 01 nömrə ilə işarələnmiş qızılı rəngli giliz aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bloka daxil olduqda girişdən 25 sm irəlidə 02 nömrə ilə işarələnmiş qızılı rəngli giliz beton yer örtüyü üzərində aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Blokda girişdən 15 sm irəlidə beton yer örtüyü üzərində səpələnmiş vəziyyətdə qanabənzər ləkələr aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin qan ləkəsi 01 nömrə ilə işarələnməklə qanabənzər ləkə nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin qanabənzər ləkələrdən 25 sm irəlidə isə digər gölməçəşəkilli qanabənzər ləkələr aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin qan ləkəsi 02 nömrə ilə işarələnməklə qanabənzər ləkə nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 08-17). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, mərhum X9 meyitinə baxış zamanı müəyyən edilmişdir ki, alın nahiyəsində, orta xətdə qeyri müəyyən formalı, dəri toxuması çatmamazlığı ilə müşaiət olunan nahamar kənarlı 1,2x0,8 sm ölçülü (giriş dəliyi), ənsə nahiyəsində, orta xətdən solda ellepsəbənzər formalı, nisbətən hamar kənarlı 2x0,6 sm ölçülü (çıxış dəliyi) yaralar, sol gözətrafı nahiyədə dərialtı hematoma fonunda solğun bənövşəyimtil-sarımtıl çalarlı rəngdə qançır vardır. Hər iki yara yara kanalı vasitəsi ilə birləşir. Yara kanalının istiqaməti öndən arxaya, yuxarıdan aşağı, nisbətən sağdan soladır. Bədən səthində başqa xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 20-34). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:05 dəqiqədə Yevlax rayon polis şöbəsində tutulmuşdur (cild 01, iş vər. 56). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 noyabr 2023-cü il tarixli Yevlax Rayon Məhkəməsi 4(039)-88-2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində “həbs” növündə qətimkan tədbiri keçirilmiş və həbs etmənin əvvəli 12 noyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 85-90). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2023-ci il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “makarov CM” markalı 9 mm kalibirli tapancanı və 02 ədəd maqazini təqdim etmişdir (cild 01, iş vər 94). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 noyabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, protokolun “Təkrar müayinə” qrafasında xx.xx.2023-cü il tarixdə saat 17:20 dəqiqədə müayinə aparılmış və Təqsirləndirilən şəxs yüngül dərəcəli şərxoş olmuşdur (cild 01, iş vər. 97). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İstintaq zamanı “Oxu.az” xəbər portalından götürülmüş videogörüntüdən görünür ki, 12 noyabr 2023-cü il tarixdə Yevlax şəhərində yerləşən Dədə Qorqud parkında Təqsirləndirilən şəxs əlində olan “makarov” tipli tapança ilə Əhməd Nəsibovun arxasınca qaçaraq ona tərəf 02 dəfə atəş açması öz əksini tapmışdır (cild 01, iş vər. 100-102). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 nayabr 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yevlax şəhər Dədə Qorqud parkının yaxınlığında yerləşən “Fərid” marketin sahibi X5 təqdim etdiyi – içərisində hadisə vaxtı marketin müşahidə kameralarının qeydə aldığı videogörüntünün olduğunu bildirdiyi 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində “1_11_R_**********0000” adlı videogörüntü faylı vardır, videogörütüyə baxış zamanı 32-ci dəqqiədə Təqsirləndirilən şəxs ilə Əhməd Nəsibov arasında mübahisənin olması, daha sonra Əhməd Nəsibovun oradan qaçaraq uzaqlaşmağa cəhd göstərməsi, bundan sonra Təqsirləndirilən şəxs Əhməd Nəsibova əlində olan silah ilə atəş açması və onun arxasınca qaçması öz əksini tapmışdır (cild 01, iş vər. 105-107). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 noyabr 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yevlax şəhər Dədə Qorqud parkının yaxınlığında yerləşən “Sərfəli” adlı marketin sahibi X4 təqdim etdiyi – içərisində hadisə vaxtı müşahidə kameralarının qeydə aldığı videogörüntünün olduğunu bildirdiyi 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində “CH04-20231112-160135-161013-**********00” adlı videogörüntü faylı vardır, videogörütünün 6-ci dəqiqəsində Təqsirləndirilən şəxs ilə Əhməd Nəsibov arasında mübahisənin olması, daha sonra Əhməd Nəsibovun oradan qaçaraq uzaqlaşmağa cəhd göstərməsi, bundan sonra Təqsirləndirilən şəxs Əhməd Nəsibova əlində olan silah ilə atəş açması və onun arxasınca qaçması öz əksini tapır (cild 01, iş vər.114-116). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “Al Market” in müşahidə kamerasının hadisə vaxtı, yəni xx.xx.2023-cü il tarixdə qeydə aldığı videogörüntülərə baxış keçirilərkən kameraların qeydə alma saatının hazırki vaxtdan təxminən 20 dəqiqə öndə olması, xx.xx.2023-cü il tarixdə saat 16:19 radələrində Təqsirləndirilən şəxs əlində olan silah ilə Əhməd Nəsibovun arxasınca qaçaraq onu qovalaması müəyyən olunmuş və həmin videogörüntü 01 ədəd cd diskə köçürülərək götürülmüşdür (cild 01, iş vər. 120-124). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Rayonlararası Narkoloji Dispanseri məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası narkoloji Dispanserdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 181). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 noyabr 2023-cü il tarixli Yevlax şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-a-1/2-628/2023 nömrəli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun ailə tərkibi dörd nəfərdən ibarət olmaqla himayəsində bir azyaşlı uşağı vardır. Həmçinin 07 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən istintaqa təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. (cild 01, iş vər. 183-184 və cild 02, iş vər. 37). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 noyabr 2023-cü il tarixli Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo–nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 186). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X8” PHŞ 685 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə -tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və.s) aşkar edilmişdir (cild 01, iş vər. 187). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və həmin prosesual hərəkət aparılan zaman ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 01, iş vər. 199-202). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 50). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Yevlax RPŞ-in 3-13-117/2-2557/24 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə əvvəllər X20 arasında heç bir münaqişə olmamış, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədəcəyi barədə heç kimə məlumat verməmiş, Təqsirləndirilən şəxs kömək edən və ya onu təhrik edən yəni cinayətin iştirakçıları olmamış, cinayət hadisəsini görən şəxslərdən Şahid2 şəxsiyyəti müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs X14 qətlə yetirmək üçün istifadə etdiyi “Makarov” tipli tapançanı və güllələri Azərbaycan Respublikasinin Minatəmizləmə Agentliyinin əməkdaşı olduğu üçün Xankəndi şəhərində işləyən zaman oradan taparaq gətirmişdir (cild 02, iş vər. 62). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibb Ekspertiza və X8” PHŞ-in 41 nömrəli ekspert rəyindən görünür ki, X9 meyitində bir ədəd giriş dəliyi alın, çıxış dəliyi ənsə nahiyəsində yerləşməklə başın dəlib keçən odlu silah (güllə) yarası (vara kanalının istiqaməti öndən-arxaya, bir qədər yuxarıdan-aşağı, nisbətən sağdan-soladır) olmuşdur. Qeyd olunan xəsarət patronu güllə ilə doldurulmuş odlu silahdan açılan atəş nəticəsində törənmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl yetirilmişdir, ölümlə bir başa səbəbli əlaqəlidir, sağlamlığa AĞİR zərər vuran xəsarətlərə xas əlamətlərə malikdir. Atəş atəşin əlavə faktorlarının təsir göstərmədiyi məsafədən açılmışdır. Atəş açılan zaman alın nahiyəsi atəş açılan silahın lüləsinin en kəsiyinə doğru olmuşdur. Qançır küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti ölüm baş verməmişdən 6-8 gün əvvələ uyğun gəlir, ölümlə səbəbli əlaqəsi yoxdur, adətən dərəcəsi təyin edilmir. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə həmin xəsarəti aldıqdan sonra zərərçəkmişin hər hansı iradi hərəkət edə bilməsinin inandırıcı etmir. Giriş və çıxış dəliyinin yerləşdiyi nahiyə, yara kanalının istiqaməti onu göstərir ki, bu növ xəsarətlər kənar şəxs tərəfindən yetirilən zaman törənir. Məhkəmə-kimyavi şöbədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli. 4192/K saylı aktdan görünür ki.mərhum X9 meyitindən götürülmüş duru qanın məhkəmə-kimyavi tədqiqatı nəticəsində etil spirti, narkotik vasitələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. X9 bilavasitə ölümünə baş beyin toxumasının zədələnməsi ilə ağırlaşan başın dəlib-keçən odlu silah yarası olmuşdur. Erkən meyit əlamətləri onu göstərirki, ölüm meyitin müayinəsindən 2-3 saat əvvəl baş vermişdir (cild 02, iş vər 68-70). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2057 nömrəli ekspert rəyindən görünür ki, X23 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 78). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ 767 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. X23 təsvir olunmuş cinayət hadisəsini törədərkən ANLAQLİ olmuşdur. X23 hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. X23 təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. X15 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs X15 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs X23 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir) (cild 02, iş vər 79-82). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibb Ekspertiza və X8” PHŞ-in 806/2023-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, X9 ABO sistemi üzrə qan qrupu: B-alfa//H//İİİ/. Ekspertizaya təqdim edilən mərhum X13 məxsus köynək, pulover, jilet, şalvar üzərində olan maddə ləkələrində və hadisə yerindən 02 ədəd çubuqlu pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B,H antigenləri və həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/lll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X13 məxsus ola bilər. Təqdim edilən X13 məxsus cins şalvarın sol ayağının arxa səthinin aşağı nahiyəsində olan 01 ədəd maddə ləkəsində qan, ona məxsus trusik və 1 cüt corab üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 02, iş vər. 83-88). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/2074; 3/2075 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata bir ədəd jilet, bir ədəd pulover, bir ədəd kofta, bir ədəd şalvar, bir cüt corab, bir ədəd tuman təqdim edilmişdir. Həmin geyim əşyalarının təsviri və ölçüləri rəyin trasoloji tədqiqat hissəsində verilmişdir. Təqdim edilmiş geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd jiletin şalvarın, bir ədəd tumanın, bir cüt corabın səthində qarşılıqlı mübarizə və ya hər hansı predmetlə yetirilməyə xarakterik trasoloji zədə yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd jiletin, bir ədəd puloverin, bir ədəd koftanın, bir ədəd şalvarın, bir ədəd tumanın, bir cüt corabın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir (cild 02, iş vər. 89-92). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/1206 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd CM-4409 №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş 9 mm Kalibrli, “makarov” Konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 02 ədəd daraqlar zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-daraqlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş, 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar(bax silahının tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 02 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronların bir hissəsidir atılmış-gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş 9 mm kalibrli CM-4409 №-li PM modelli, Makarov konstruksiyalı tapançadan atılmışdır. Tədqiqata təqdim edilmiş 9 mm kalibrli CM-4409 №-li PM modelli, Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri və tədqiqata təqdim edilmiş 02 ədəd 9x18 mm kalibrli gilizlər İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə, əvvəllər törədilmiş açılmamış cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 02, iş vər. 93-101). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək o, Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə yenidən ittiham olunmuş, xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin, həmçinin Cinayət Məclləsinin 120.2.2-ci maddəsinin tərkib əlamətinin olmaması ilə əlaqədar cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 232.1-ci maddəsinin tərkib əlamətinin olmaması ilə bağlı ona ittiham elan edilməmişdir (cild 02, iş vər. 103-122). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin sübutlara dair öz etirazını bildirməsə də, müdafiə tərəfi törədilmiş Təqsirləndirilən şəxs əməlinin (CM 120.2.4-cü maddəsinə münasibətdə) hüquqi tövsifini məhkəmə istintaqında mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin arxasınca atəş açmamasını, havaya iki dəfə atəş açması ilə bağlı xüsusatlar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin arxasınca atəş açmamasını, havaya iki dəfə atəş açması barədə göstərdiyi bu hallar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə baş verərkən zərərçəkmiş şəxsin arxasınca atəş açmamasını, o da Əhməd Nəsibov qaçmasın deyə və ətrafdakı insanlara zərər gəlməsin deyə havaya iki dəfə atəş açmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs qeyd etdiyi bu hal məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Səfərli” market adlı mağazanın müşahidə kameralarının çəkdiyi video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs ilə Əhməd Nəsibov arasında mübahisənin olması, daha sonra Əhməd Nəsibovun oradan qaçaraq uzaqlaşmağa cəhd göstərməsi, bundan sonra Təqsirləndirilən şəxs Əhməd Nəsibova əlində olan silah ilə atəş açması və onun arxasınca qaçması, habelə ətrafda sakinlərin olması öz əksini tapmışdır. Həmçinin məhkəmə istintaqında tədqiq edilmiş “Oxu.az” xəbər portalından əldə edilərək götürülmüş videogörüntüdə Təqsirləndirilən şəxs Əhməd Nəsibovun arxasınca qaçaraq əlində olan makarov tipli tapancadan ona atəş açmasını, eyni zamanda sakinlərin partda hərək etdiyi və baş verən hadisədən qorxduqları və polisə məlumat verilməsi ilə bağlı səslənmələri öz əksini tapmışdır (video görüntünün 0:10 dəqiqəsi). Məhkəmə istintaqında tədqiq edilmiş “Al market” adlı mağazanın müşahidə kameralarının çəkdiyi video görüntüdən görünür ki, binanın həyətidir və Təqsirləndirilən şəxs qaçaraq silahı Əhməd Nəsibova doğruldmuş və binanın həyətində insanlar olmuş, daha sonra polis əməkdaşının gəlməsi və Təqsirləndirilən şəxs polisə yaxınlaşaraq makarov tipli tapançanı ona təqdim etməsi öz əksini tapmışdır video görüntü 04:24 və 04:50 dəqiqələr). “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Habelə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində onun Salehi sakitləşdirdiyini, Elçin Əhməd ilə dava edərək və onu döyüb cəzasını verdiyini, həmçinin polis şöbəsində də bu barədə araşdırma aparıldığını, həmin vaxt Saleh ona Əhmədə heç bir şey etməyəcəyi barədə söz verdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Saleh ilə tək söhbət edən zaman ona nə üçün Əhməd məsələsini demədiyini irad bildirmiş, o da Salehə “narahat olmağa dəyəcək bir şey yoxdur, bu barədə polisə şikayət verilib, həmçinin o, özü də Əhmədi vuraraq onun cəzasını verdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən və sualları cavablandırarkən göstərmişdir ki, iki ildən çoxdur ki, bu dövlətə can qoymuşdur. O, dövlət uğruna can qoymamış ki, hansısa şəxs körpə-körpə uşaqları zorlasın və ya buna icazə verməz ki, elə insanlar çöldə nəfəs alsın. Zərərçəkmişi öldürdüyünə görə peşman deyil. Bu gün elə bir hadisə olsa yenə də onu öldürər. Ona görə ki, elə insanlar yaşamalı deyil. Zərərçəkmişi məhz bir gün əvvəl öldürəcəkmiş. Bir gün əvvəl Əhmədi balkonda görüb aşağı çağırmışdır ki, elə onu orada öldürüb çıxıb getsin. Əhməd həmin vaxt aşağı düşmüş, lakin ətrafda körpə uşaqlar olduğu üçün onu orada öldürməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2023-cü il tarixdə Xankəndi şəhəri ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində xidmətdə olarkən anası Şahid4 ona zəng edərək Yevlax rayon sakini X9 azyaşlı nəvəsi Şahid1 qarşısını kəsərək onu bıçaqla hədələyib sonuncuya qarşı seksual xarakterli hərəkətlər etdiyini dedikdən sonra xx.xx.2023-cü il tarixdə Xankəndi şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə taparaq qanunsuz olaraq əldə edib üzərində saxlayıb gəzdirdiyi 1988-ci ildə SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı yivli oldu silah hesab edilən tapançanı, həmçinin hər birində 7 və 6 ədəd, ümumilikdə 13 ədəd atəş üçün yararlı 9x18 kalibrli patronlar olan və biri həmin tapançaya daxil edilmiş olmaqla onun komplekt hissəsi sayılan 08 ədəd 9x18 mm patronlar yerləşdirmək üçün nəzərdə tutulan 02 ədəd darağı Xankəndi şəhərindən əvvəlcə ünvan 2 ünvanında yerləşən yaşadığı evə gəlib üzərində gəzdirdiyi silahı-tapançanı evin yataq otağında olan taxtın üzərindəki yastığın altında gizlətmiş, xx.xx.2023-cü il tarixdə bacısı X1 Eyyub Elçin oğlu onlara qonaq gəlmiş, o, həmin vaxt Şahid1 evdə öz yataq otağına tərəf aparıb hansı səbəbdən kefsiz olmasını soruşduqda sonuncu ağlayaraq X9 dəfələrlə bir manatlıq pul əskinası və konfet verərək ona qarşı əxlaqsız hərəkətlər etməyə cəhd etdiyini, sonuncu dəfə isə onu binanın dəhlizinə salaraq bir əli ilə ağzını tutub onun üzərinə bıçaq çıxardıqdan sonra öldürməklə hədələyib cinsiyyət orqanını çıxarmasını, sonra isə ona qarşı digər seksual xarakterli hərəkətlər etməyə cəhd etməsini bildirdikdən sonra Əhməd Nəsibovun etdiyi əxlaqsız hərəkətlərdən hiddətlənərək sonuncudan qisas alıb onu öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə özü ilə gətirib evdə gizlətdiyi “Makarov” konstruksiyalı tapançanı götürərək X21 şəhəri Qanboy Quliyev küçəsində yaşadığı binanın qarşısına gəlib sonuncunu səsləyib çağırmış, mənzilin balkonundan X16 ona cavab verdikdə Əhməd Nəsibovun dostu olduğunu və görüşmək istədiyini bildirdikdən sonra binanın arxa tərəfinə keçib orada mənzilin yerləşdiyi blokun qarşısında gözləmiş, X20 bir neçə dəqiqə sonra həyətə düşdükdə Solmaz Nəsibovanın da gəldiyini görüb Əhməd Nəsibova nəfəsini kəsəcəyini, hələki nəfəs almaqda davam etməsini sakit tonla deyib ətrafda bina sakinlərinin də olduğunu müşahidə etdikdən sonra cinayətkar niyyətini həyata keçirtmək fikrindən yayınmış və oradan uzaqlaşıb yaşadığı evə qayıtmış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində spirtli içki qəbul edib yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Əhməd Nəsibovu öldürməklə bağlı cinayətkar niyyətini başa çatdırmaq məqsədilə sonuncunun yaşadığı Yevlax şəhəri Qanboy Quliyev küçəsindəki binanın qarşısında yerləşən su bulağının yanına təkbaşına piyada gedib Əhməd Nəsibovun həyətə düşməsini bir müddət gözlədikdən sonra həmin gün saat 16 radələrində sonuncunun Şahid2 ilə birlikdə bina ilə paralel yerləşən “Dədə Qorqud” parkı ilə bulaq istiqamətində hərəkət etdiyini görüb onlara tərəf gedib Əhməd Nəsibova yaxınlaşaraq haraya getdiyini soruşmuş, sonuncu da nəyə görə soruşduğunu maraqlandıqda onu yeyib-içməyə aparacağını deyib qolundan tutub yaxınlıqda istintaqla dövlət qeydiyyat nişanı müəyyən edilməyən taksi fəaliyyəti ilə məşğul olan “Vaz 2107 markalı” avtomobilə əyləşdirmək istəsə də, Əhməd Nəsibov maşına minməkdən imtina edib istifadəsində olan mobil telefonla anası Solmaz Nəsibovaya zəng etmək istəsə də, ona imkan verməmiş, özü ilə gətirdiyi “Makarov” tipli tapançanı şalvarının bel nahiyəsindəki kəmərdən çıxarmaq istəyərkən odlu silah yerə düşmüş, bunu görən Şahid2 onların yanından uzaqlaşmış, o, silahı yerdən götürdükdən sonra X9 qaçaraq uzaqlaşdığını görüb ictimai yerdə, dinc sakinlərin çoxluq təşkil etdiyi ərazidə öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla parkda olan başqa şəxslərin də həyatı üçün real təhlükə yaradaraq birgə istirahət və yaşayış qaydlarına etinadsızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Makarov tipli odlu silahdan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edib Əhməd Nəsibovu öldürmək məqsədilə ümumi təhlükəli üsulla həmin silahdan qəsdən sonuncunun arxasınca 2 dəfə atəş açdıqdan sonra Əhməd Nəsibovun xəsarət almadığını görüb onu təqib edərək ünvan 3 ünvanında yerləşən 5 mərtəbli binanın ikinci blokunda Əhməd Nəsibova çataraq bloka daxil olub sağ əlində olan Makarov tipli odlu silahla öldürmək məqsədilə qəsdən 02 dəfə olmaqla atəş açmış, yalnız açılmış ilk atəşin sonuncunun baş nahiyəsinə dəyməsi nəticəsində X13 “baş beyin toxumasının zədələnməsi ilə ağırlaşan başın dəlib keçən odlu silah yarası” ilə müşayiət olunan yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib xuliqanlıq etməklə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi odlu silah ilə ümumi təhlükəli üsulla X14 qisas almaq məqsədi ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələn doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğu istiqamətlənmişdir. Qeyd edilən cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi vasinin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə tövsif edilməlidir və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllini başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza və Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna alması (CM-in 59.1.4 və 59.1.10-cu), o cümlədən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə, həmçinin iş yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 46-cı bəndinin sonuncu abzasında qeyd edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Cinayət işi üzrə ittiham aktından görünür ki, ibtidai istintaq orqanı iş üzrə Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hal müəyyən etməmişdir. Ancaq məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən odlu silahdan istifadə etməsi (cinayət Məcəlləsinin 61.1.10) onun əməlinin ağırlaşdırıcı kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin 120.2.4, 221.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır, Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə isə az ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların ağırlığını, təqsirləndirilən şəxsin yaşını, cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını həbsxanada çəkməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub və Yevlax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 və 02 nömrə ilə işarələnmiş qan nümunələri, 01 və 02 nömrə ilə işarələnmiş gilizlər məhv edilməli, X13 məxsus 01 ədəd qara rəngli jilet, 01 ədəd göy rəngli poliver, 01 ədəd ağ rəngli qısaqol boğazlı köynək, 01 ədəd göy rəngli cins materiallı şalvar, 01 ədəd qara rəngli alt paltarı, 01 cüt qara rəngli corab onun hüquqi varisi X11 qaytarılmalı və içərisində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin videogörüntüsü olan 01 ədəd CD disk, içərisində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin videogörüntüsü olan 01 ədəd CD disk, içərisində “Oxu.az” xəbər portalından götürülmüş videogörüntünün olduğu 01 ədəd CD disk, içərisində “Fərid” marketin müşahidə kameralarının çəkdiyi videogörüntünün olduğu 01 ədəd CD disk, içərisində “Sərfəli” marketin müşahidə kameralarının çəkdiyi videogörüntünün olduğu 01 ədəd CD disk, içərisində “Al” marketin müşahidə kameralarının çəkdiyi videogörüntünün olduğu 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş içərisində X9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD disk, Azercell” MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair rabitə məlumatları əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında olması nəzərə alınmalıdır. Həmçinin Yevlax RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı tapança, 02 ədəd daraq və ekspertiza tədqiqatından sonra geri qalan 06 ədəd 9/18 mm kalibirli patron Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat anbarına təhvil verilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) müddətə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 06 (altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış baxış zamanı götürülmüş 01 və 02 nömrə ilə işarələnmiş qan nümunələri, 01 və 02 nömrə ilə işarələnmiş gilizlər məhv edilsin, X13 məxsus 01 ədəd qara rəngli jilet, 01 ədəd göy rəngli poliver, 01 ədəd ağ rəngli qısaqol boğazlı köynək, 01 ədəd göy rəngli cins materiallı şalvar, 01 ədəd qara rəngli alt paltarı, 01 cüt qara rəngli corab onun hüquqi varisi X11 qaytarılsın və içərisində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin videogörüntüsü olan 01 ədəd CD disk, içərisində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin videogörüntüsü olan 01 ədəd CD disk, içərisində “Oxu.az” xəbər portalından götürülmüş videogörüntünün olduğu 01 ədəd CD disk, içərisində “Fərid” marketin müşahidə kameralarının çəkdiyi videogörüntünün olduğu 01 ədəd CD disk, içərisində “Sərfəli” marketin müşahidə kameralarının çəkdiyi videogörüntünün olduğu 01 ədəd CD disk, içərisində “Al” marketin müşahidə kameralarının çəkdiyi videogörüntünün olduğu 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş içərisində X9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD disk, Azercell” MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəyə dair rabitə məlumatları əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında olması nəzərə alınsın. Həmçinin Yevlax RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı tapança, 02 ədəd daraq və ekspertiza tədqiqatından sonra geri qalan 06 ədəd 9/18 mm kalibirli patron Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə 120 (bir yüz iyirmi) manat ekspertiza xərcini təşkil edən pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-23/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-23/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver