Məhkəmə qərarları › İş №1(091)-232/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-232/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-232/2023 22.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X2 iştirakı ilə xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, külli miqdar hesab edilən, yəni təmiz çəkisi 2,488 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə edərək 01 sellofan bükümdə qablaşdırılmış formada satış məqsədi olmadan üzərində daşıyaraq saxlamış, 02 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, 02 aprel 2023-cü il tarixdə, saat 14:30-da polis şöbəsinin növbətçi hissəsində videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan sarı rəngli gödəkcəsinin sol yan iç cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,488 qram həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, mart ayının 31-də, səhər saat 11 radələrində şəhərdə hərəkət edən zaman 6-7 nəfər polis üzərinə hücum etmiş və onu maşına mindirərək polis şöbəsinə aparmışlar. Üzərinə baxış keçirilən zaman ondan boş şpris çıxmış, lakin daha sonra polislər gətirib şalvarının sol cibinə narkotik vasitə qoymuşlar. Ona “ya bu narkotiki boynuna götür, ya da evinizə baxışa gedirik” demişlər. O, evdə xəstə valideyinləri olduğuna, həmçinin ona CM-in 234.1-ci maddəsilə təqsirli bilinəcəyini dediklərinə görə, narkotik vasitəni boynuna götürmüşdür. Videoçəkiliş zamanı da özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilərək istifadəçi olduğunu bildirmişdir. Həm prokurorluqda, həm də məhkəməyə çıxan zaman CM-in 234.1-1-ci maddəsilə ona elan olunan ittihamı qəbul etməmişdir. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Ona təzyiq olunması ilə bağlı heç bir yerə şikayət etməmiş, müdafiəçisinə də heç nə deməmişdir, çünki narkotik vasitəni vəkilin gözləri qarşısında cibinə qoymuşlar. Poliş əməkdaşları onu mart ayının 31-i saxlamışlar. 3 gün ərzində polis şöbəsində olmuş, həmin günlərdə müdafiəçi ilə təmin olunmamışdır. Həmin 3 gün ərzində ailə üzvləri ilə də əlaqə saxlamağa icazə verməmişlər. Polis şöbəsində 3 gün qeyri-qanuni saxlanılmasının səbəbi narkotik vasitəni boynuna götürməməsi olmuşdur. O, döyülmüş, dizinə və dişinə zərbələr endirmişlər. Barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında narkotik vasitənin özünə aid olmadığını bildirmişdir. Üzərində axtarış aparılarkən narkotik vasitəni əməliyyatçılar cibindən çıxartmışlar. Həmin vaxt üzərində sadəcə boş insulin şprisi olmuşdur. Polis şöbəsində onu döyənləri xatırlamışdır. X3 gətirilən zaman üzərinə tibbi baxış keçirilmiş, həmin gün bədənində xəsarətlər olmuşdur. Narkotik vasitə istifadəçisi olmuşdur. Ancaq saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Saxlanıldıqdan sonrakı gün, yəni 1 aprel tarixində bu hadisələr baş vermişdir. Saxlanılan zaman narkotik vasitənin təsiri altında olmuş, bədəni ağrımış, amma nə danışdığını xatırlayır. Məhkəməyə nə vaxt aparıldığını dəqiq xatırlaya bilmir. Ona həmin vaxt zəng olunmamış, amma mesaj gəlmişdir. Münasibətdə olduğu Ruslan adlı şəxs olmuş, Ruslan tutulduqdan sonra telefonu ilə ona mesaj yazmışlar, daha sonra bilmişdir ki, mesajı göndərən polislərdir. Nakotik vasitə əldə etdiyi şəxsin adı Ruslandır, lakin o, hazırda ölmüşdür. Saxlanılmazdan əvvəl həmin əməliyyatçıları tanımamış və aralarında problem olmamışdır. Narkotik vasitə istifadə edən zaman ayağına iynə vurmamışdır. Hadisədən əvvəl ayağı topuq nahiyəsindən qırılmış, ona görə də yeriyən zaman ayağı şişmişdir. Ayağının üzərində olan yara polislər tərəfindən zor tətbiq edilən zaman yaranmışdır. Əməlindən peşmandır. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin maddədə nəzərdə tutulmuş məsuliyyəti başa düşür, ittihamın mahiyyəti və mənası ona aydındır. Əməlindən peşmandır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 02 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Göyçay şəhəri, Z.Tağıyev küçəsi ilə piyada şəhərin mərkəzi tərəfə hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz narkotik vasitə saxlamağında şübhələndiklərini bildirib, onu Göyçay Rayon Polis Şöbəsinə getməyi dəvət etmişlər. O da polislərə etiraz etməmiş və polis şöbəsinə gəlmişdir. Polis işçiləri onu vəkil Rasim Vəliyevlə təmin edərək növbətçi hissədə videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğunu izah etmişlər. Həmçinin, ona şübhəli şəxs qismində saxlanılması ilə bağlı qərar təqdim ediləndən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt o da polislərə etiraz etməmişdir. Bu zaman ondan üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olub olmaması soruşulmuş, o da üzərində əynində olan gödəkcəsinin sol yan iç cibində içərisində qəhvəyi rəngli narkomanlar arasında “kokos” adlanan heroin narkotik vasitə olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda, gödəkcəsinin cibindən heroini inyeksiya yolu ilə damarına vurmaq üçün istifadə etdiyi 01 ədəd 1 ml-lik şpris və 01 ədəd qırmızı rəngli alışqan çıxardıb masanın üzərinə qoymuşdur. Bundan başqa, şalvarının sağ yan cibindən içərisində 02 ədəd bank kartı, 1 manatlıq pul əsginası olan pul kisəsini və 01 ədəd aerozolu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt polislər tərəfindən içərisində heroin olan sellofan büküm açılaraq içərisindəki qəhvəyi rəngli maddənin nə olması və haradan əldə etməsi ilə bağlı sorğu edilmiş, bu zaman o, həmin bükümdəki maddənin narkomanlar arasında “kokos” adlanan heroin narkotik vasitəsi olduğunu, 2 gün əvvəl Bakı şəhərində olan zaman yerdən taparaq özündə saxladığını bildirmişdir. Aşkar olunmuş həmin heroin olduğu sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofanla bir yerdə ümumi çəkisi 2,88 qram olmuşdur. Həmin sellofan büküm, eləcə də istifadə edilmiş 1 ədəd 1 ml-lik şpris bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. O, zərfin üzərini imzalamış, üzərindən qadağan olunmuş hər hansı başqa əşya və predmet aşkar edilməmişdir. Axtarış zamanı protokol tərtib olunmuş, həmin protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş həmin heroini sellofan bükümdə tutulan gündən 2 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən yerdən tapmış, həmin vaxt yanında heç kim olmadığından, gələcəkdə istifadə etmək üçün cibinə qoyub saxlamış, elə həmin gün yaşadığı evə qayıdarkən gizlincə cüzi bir hissəsini istifadə etmiş və qalan hissəsini elə həmin sellofan bükümdə sonra istifadə etmək məqsədilə saxlamışdır. O, heç kimə narkotik vasitə satmamış və ya verməmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan büküm adi elektron tərəzidə aşkar olunmuş bükümlərlə birlikdə çəkilmiş, ancaq ekspertizanın tərəzisi daha dəqiq olmaqla, eyni zamanda aşkar edilmiş maddələr bükümsüz çəkilmiş və ekspertizanın xx.xx.2023-cü il tarixli rəyində göstərilən çəkilər düzgün olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatına malik olduğundan 02 aprel 2023-cü il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2lə birlikdə onun ətrafında əməliyyat tədbiri keçirmişdir. 02 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Göyçay şəhəri, Z.Tağıyev küçəsində Təqsirləndirilən şəxsla rastlaşmışdır. O, CAB-ın əməliyyat müvəkkili Şahid2lə Vasifə yaxınlaşıb özlərini təqdim edərək, onun qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib, özləri ilə polis şöbəsinə getməli olduğunu demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla birlikdə Göyçay RPŞ-ya gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs dərhal vəkil Rasim Vəliyevlə təmin olunmuş, ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçəsinin sol iç cibindən içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra gödəkcəsinin cibindən 01 ədəd 1 ml-lik şpris, 01 ədəd qırmızı rəngli alışqanı çıxardıb masanın üzərinə qoymuş, bundan başqa şalvarının sağ yan cibindən içərisində 02 ədəd bank kartı, 1 manatlıq pul əsginası olan pul kisəsini və 01 ədəd aerozolu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin sellofan büküm açılaraq içərisindəki qəhvəyi rəngli maddənin nə olması və onu haradan əldə etməsi soruşulanda, Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “kokos” adlanan heroin narkotik vasitəsi olduğunu, 2 gün əvvəl Bakı şəhərində olan zaman yerdən taparaq özündə saxladığını bildirmişdir. Aşkar olunmuş həmin heroin olan sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərək 2,88 qram olmuşdur. Həmin sellofan büküm, eləcə də istifadə edilmiş 1 ədəd 1 ml-lik şpris bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüş, zərfin üzəri Təqsirləndirilən şəxs və vəkili tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəsini haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə olunmamışdır. Onun narkotik vasitələrin istifadəçisi olması və üzərində daşıması barədə əməliyyat məlumatı olsa da, ancaq satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərməmiş və sonuncuya qarşı heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan 5-10 dəqiqə sonra müdafiəçi dəvət edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Digər Şahid3 məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Göyçay RPŞ-nin KTQ-nun kiçik inspektor kriminalisti vəzifəsidə işləyir, polis serjantıdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ilə heç bir münasibəti olmamışdır. 02 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Göyçay RPŞ-ya gətirilərkən növbətçi hissədə onun üzərinə axtarış keçirilən zaman sənədləşdirmə prosesində o da iştirak etmişdir. Belə ki, o, həmin prosesləri “Panasonic HC-V770” markalı videokamera vasitəsi ilə çəkmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən müdafiəçi Rasim Vəliyevlə təmin edilmiş, hüquq və vəzifələri ona izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik maddə və vasitələr, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçəsinin sol iç cibindən içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan bükümü, 01 ədəd 1 ml-lik şprisi və 01 ədəd qırmızı rəngli alışqanı çıxardıb masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm açılaraq içərisndəki qəhvəyi rəngli maddənin nə olması və haradan əldə etməsi ondan soruşulanda, bildirmişdir ki, sellofan bükümdəki maddə “kokos” adlanan heroindir, 2 gün əvvəl Bakı şəhərində olan zaman yerdən taparaq özündə saxlamışdır. Aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkiləndə 2,88 qram olmuşdur. Həmin sellofan büküm, eləcə də istifadə edilmiş 1 ədəd 1 ml-lik şpris bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirlərində iştirak etmir, Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbiri zamanı orada olmamışdır, sadəcə baxış zamanı videoçəkiliş aparmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir formada zor tətbiq etməmişdir. Şahid ifadələrini dinləyib tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid3, Şahid1 və Şahid2 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Göyçay RPŞ-nın CAB-nın əməliyyat müvəkkili Şahid1 02 aprel 2023-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Şahid1 Göyçay RPŞ-nın rəisinə müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olması, eləcə də mütamadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi və saxlaması barədə ona əməliyyat məlumatının daxil oduğunu bildirmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsini xahiş etmişdir (İ cild, i/v 04). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02 aprel 2023-cü il tarixli qərarla. Bu qərardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədilə onun ətrafında əməliyyat-axtarış tədbiri keçirilmiş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir (İ cild, i/v 5-6). Şübhəli şəxsin tutulması haqqında 02 aprel 2023-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən xx.xx.2023-cü il tarixdə, saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 17). Şəxsi axtarış keçirilməsi və götürmə haqqında 02 aprel 2023-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən sonuncunun üzərində narkotik maddə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçəsinin sol iç cibindən içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən 01 ədəd 1 ml-lik şpris, 01 ədəd qırmızı rəngli alışqan çıxardıb masanın üzərinə qoymuş, bundan başqa şalvarının sağ yan cibindən içərisində 02 ədəd bank kartı, 1 manatlıq pul əsginası olan pul kisəsini və 01 ədəd aerozolu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin sellofan büküm açılaraq içərisindəki qəhvəyi rəngli maddənin nə olması və onu haradan əldə etməsi soruşulmuş, bu zaman sonuncu həmin bükümdəki maddənin “kokos” adlanan heroin narkotik vasitəsi olduğunu, 2 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olan zaman yerdən taparaq özündə saxladığını bildirmişdir. Aşkar olunmuş həmin heroin olduğu sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərək 2,88 qram olmuşdur. Həmin sellofan büküm eləcə də istifadə edilmiş 1 ədəd 1 ml-lik şpris bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs və vəkili tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, i/v 21-22). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/302 nömrəli rəyilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümdə maddə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi – 2,488 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şpris.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki bir ədəd 1ml-lik şprisdə cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) (İ cild, i/v 32-33). Məhkəmə narkoloji ekspertizanın 11 iyul 2023-cü il tarixli 1161 nömrəli rəyi ilə. Bu rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə, narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (İ cild, i/v 103). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan bükümdə, təmiz çəkisi – 2,488 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində cüzi miqdarda heroin hissəcikləri olan (normal çəki təşkil etməyən) bir ədəd 1ml-lik şprisin aşkar edilərək götürülməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.1-1-ci maddəsilə tövsif edilməsinə imkan verir. Təqsirləndirilən şəxs dinləyən məhkəmə kollegiyası onun qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan bükümdə, təmiz çəkisi 2,488 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin özünə məxsus olmaması barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər işdə olan digər sübutlar, özünün qismən etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol, habelə maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edilir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polislərin onu döymələri barədə məsələni araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin də heç bir əsası yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verənə qədər heç bir zaman nə özü, nə də müdafiəçisi tərəfindən hər hansı bir qanunsuz rəftara, təzyiqə məruz qalması və ya hər hansı bir polis əməkdaşı tərəfindən döyülməsi barədə hər hansı bir orqana və ya şəxsə hər hansı bir şikayət və ya narazılıq ifadə edən müraciət etməmişdir. Əksinə, 02 aprel 2023-cü ildə videoçəkilişlə davam edən şəxsi axtarış zamanı o, müdafiəçisi tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik maddə özünə aiddir. Tutulan zaman, həmçinin polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Bundan əlavə, istinad olunan videogörüntüyə baxılarkən Təqsirləndirilən şəxs özünü sərbəst aparması və üzərində hər hansı xəsarət əlamətlərinin olmaması müəyyən olunur. Ancaq buna baxmayaraq, məsələnin əhəmiyyətini nəzərə alan məhkəmə kollegiyası onun həbs edildikdən sonra X8 yerləşdirilərkən tibbi müayinədən keçirilməsinə dair tibbi sənədləri (X4 01 avqust 2023-cü il tarixli 3-16-17/33/2-3390/2023 nömrəli məktubu və ona əlavə edilən tibbi sənədlər) əldə edib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə X5 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, hər iki yuxarı və aşağı ətraflarda çoxsaylı postinyeksion yaralar, sol ayaq pəncəsinin üst səthində qartmaqlaşmış yara, sol baldır, topuq və pəncə nahiyələrində şişkinlik xəsarəti aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarətləri həbs edilməmişdən əvvəl aldığını bildirmişdir. Həbs olunmazdan əvvəl alınmış zədələr, bədən xəsarətləri, dəri səthində çapıqlar və zədələr aşkar edilməmişdir. Obyektiv müayinə zamanı şikayətinin olmamasını bildirmişdir (İİ cild, i/v 30-37). Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadə edən zaman ayağına iynə vurmamışdır. Hadisədən əvvəl ayağı topuq nahiyəsindən qırılmış, ona görə də yeriyən zaman ayağı şişmişdir. Ayağının üzərində olan yara isə polislər tərəfindən zor tətbiq edilən zaman yaranmışdır. Penitensiar müəssisəyə yerləşdirilən zaman onun üzərində aşkar edilmiş xəsarətlərin hansı faktorun təsirindən yaranması, həmin vaxta və döyməyə xarakterik olub-olmaması və digər suallara aydınlıq gətirilməsi məqsədilə həmin vaxt Təqsirləndirilən şəxs müayinə etmiş TSH-nin həkim-ifeksionisti, tibb xidməti baş leytenantı X9 məhkəmə kollegiyasının iclasına dəvət edilərək dindirilmiş və izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin yaranma müddətini dəqiq deyə bilmir, ancaq baxış zamanı gördüyü xəsarətləri qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarəti həbs olunmazdan əvvəl aldığını ona bildirmişdir. Dediyinə görə, Təqsirləndirilən şəxs aşkar olunmuş qartmaqlaşmış yara sağalmamış yara hesab edilir və həmin yaranın Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 2023-cü ilin aprel ayının 2-də əmələ gəlməyə uyğundur. Məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs barədə məhkəmə-tibbi ekspertizası təyin etmiş və verilmiş 03 noyabr 2023-cü il tarixli 548 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki yuxarı və aşağı ətraflarda çoxsaylı postinyeksion yaralar, sol ayaq pəncəsinin üst səthində qartmaqlaşmış yara, sol baldır topuq və pəncə nahiyəsində şişkinlik müşahidə edilmişdir. Hər iki yuxarı və aşağı ətraflarda postinyeksion yaralar məlum olduğu kimi inyeksiyadan (narkotik vasitələrin inyeksiyasından sonra) əmələ gələ bilərdilər. Sol ayaq pəncəsinin üst səthində qartmaqlaşmış yara, sol baldır, topuq və pəncə nahiyəsində şişkinlik müşahidə edilmişdir. Məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş mövcud yaraların xarakteri təsvir olunmadığı üçün yetirilmə müddətini dəqiq müəyyən etmək mümkün deyildir, xəsarətlər bədənində əl çatan nahiyələrdədir, şəxsin özü tərəfindən yetirilməsi və ya hər hansı bir küt alətlə vurulması yaxud hər hansı bir küt alətə vurulması zamanı əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilmir. O da qeyd olunmalıdır ki, 04 aprel 2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü CM-in 234.1-1-ci maddəsilə təqsirli bilmişdir. Həmin tarixdə barəsində əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 66-68). Odur ki, müdafiə tərəfinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. X1 10 iyun 2014-cü ildə polis tərəfindən pis rəftara məruz qalması, tutulması və həbs olunmasının qanuniliyi barədə şikayəti üzrə Avropa Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarının 35-36-cı bəndlərində qeyd olunmuşdur ki, 20 avqust 2008-ci il tarixdə baş verdiyi iddia olunan pis rəftar (məsələn, polisin əlinin ovucu ilə ərizəçinin başına vurması) kimi rəftarlar həmişə izlərin qalmasına səbəb olmamalıdır. Lakin hazırkı işdə ərizəçi məhkəməyə pis rəftara dair iddiasını dəstəkləyən başqa sübut təqdim edə bilməyib. Bundan əlavə, o, şikayətini dəstəkləmək üçün istintaq zamanı verilmiş şahid ifadələrinə istinad etsə də, işdəki sənədlərdən və şahidlərin ərizəçinin polis tərəfindən döyülməsi ilə bağlı hər hansı bir ifadə verdikləri görünmür. Bu kimi halları və əlindəki bütün iş materiallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçinin 20 avqust 2008-ci il tarixində polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı sübutlar “əsaslı şübhə” standartına cavab vermir. Bu isə məhkəmənin ərizəçinin pis rəftara məruz qalması nəticəsinə gəlməyinə mane olur. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini və həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini, əksinə onun qeyd olunan tarixdə polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı dəlilləri “əsaslı şübhə” standartına cavab vermədiyindən məhkəmə onun polis tərəfindən tutularkən pis rəftara məruz qalması nəticəsinə gələ bilmir və bu barədə iddialarını əsassız hesab edir. Təqsirləndirilən şəxs dediyinə görə, narkotik vasitələrdən bundan əvvəl istifadə etmiş və buna görə məhkum da olunmuşdur, lakin hazırda ondan aşkar olunmuş narkotik vasitə heroin özünə aid deyil. Belə vəziyyətdə onun dəlilləri ağlabatan hesab oluna bilməz. Həmçinin, ondan aşkar edilmiş narkotik vasitənin polislər tərəfindən üzərinə qoyulması xüsusatı da heç bir sübutla təsdiq olunmur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 3 gün müddətində qanunsuz olaraq polis şöbəsində saxlanılması və həmin müddət ərzində vəkilinin olmaması barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla da razılaşa bilmir. Çünki, cinayət işinin İ cildində olan Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, ona vəkillərin siyahısı və müdafiəçi X14 təqdim edilərək müdafiəçi tutmaq hüquqları izah olunmuşdur. Təqsirləndirilən şəxs ərizəni öz imzası ilə təsdiq etmişdir. Həmçinin, dövlət hesabına müdafiəçi təyin olunması barədə müstəntiqin 02 aprel 2023-cü il tarixli qərarından, Göyçay Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X11 02 aprel 2023-cü il tarixli 000079 nömrəli vəkil orderindən, müstəntiq tərəfindən tərtib olunmuş eyni tarixli müdafiəçi təyin edilməsi haqqında protokoldan və 31 yanvar 2023-cü il tarixdə, saat 14:30-dan başlayaraq saat 14:39-a qədər videoçəkilişlə davam edən şəxsi axtarış haqqında protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X14 02 aprel 2023-cü il tarixdə dövlət hesabına Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə bağlı gətirdiyi dəlillərin heç bir əsası yoxdur. Digər tərəfdən, Təqsirləndirilən şəxs qanunsuz olaraq üç gün ərzində Göyçay RPŞ-da saxlanıldığını iddia etsə də, cinayət işinin materiallarında onun həmin müddət ərzində Göyçay RPŞ-da saxlanılmasına dair hər hansı bir sübut aşkar edilməmişdir. Məsələnin aydınlaşdırılması üçün həmin zaman Göyçay RPŞ-da müşahidə və digər videokameraların olub-olmaması, əgər varsa 30 mart 2023-cü ildən 05 aprel 2023-cü il tarixədək qeydə alınmış videogörüntülərin verilməsi barədə məhkəmə kollegiyası tərəfindən Göyçay RPŞ-ya sorğu verilmiş və Göyçay RPŞ-nın 07 sentyabr 2023-cü il tarixli 3-13-76/2-3178/2023 nömrəli məktubu ilə məhkəməyə bildirilmişdir ki, Göyçay RPŞ-da quraşdırılmış videomüşahidə kameralarının yaddaş kartının həcmi az olduğu üçün videomüşahidəni 30 mart 2023-cü ildən 05 aprel 2023-cü il tarixədək olan müddət ərzində təqdim etmək mümkün olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyasının sorğusu ilə Göyçay RPŞ-ya gətirilən şəxslərin qeydiyyat jurnalından 25 mart 2023-cü ildən 05 aprel 2023-cü il tarixə qədər olan qeydiyyat məlumatlarından müəyyən olunur ki, (həmin şöbənin rəisinin 16 sentyabr 2023cü il tarixli 3-13-76/2-32646/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından götürülmüş kserosurətlər, 63-cü vərəq, sıra nömrəsi 463) Təqsirləndirilən şəxs 02 aprel 2023-cü ildə, saat 14:10-da Göyçay RPŞ-ya gətirilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2023-cü il tarixli protokoldan və digər sübutlardan da müəyyən olunur ki, həmin gün, saat 14:30-da Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Beləliklə, Vasif Qasımovun öz ifadəsindən başqa hər hansı bir sübutla qanunsuz olaraq üç gün ərzində Göyçay RPŞ-da saxlanılması təsdiqini tapmadığı üçün məhkəmə kollegiyası bu barədə dəlillərin əsaslı olması qənaətinə gələ bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarının 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 234.1-1-ci maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 16-cı bəndində deyilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyataxtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Cinayət işindən görünür ki, (İ cild, i/v 05) əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 02 aprel 2023-cü il tarixli qərarın qanuniliyini yoxlanılmasına dair qərar cinayət işinin materiallarına əlavə edilmədiyi üçün məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinə sorğu vermiş və Göyçay Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 1-3799/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Göyçay Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs barədə əməliyyat-axtarış tədbirinin aparılmasına dair qərar qanuniliyinin yoxlanılması ilə əlaqədar təqdim olunmamış və bu barədə məhkəmə qərarı qəbul olunmamışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 234.1-1-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 iyul 2023-ci il tarixli tələbnaməsindən müəyyən olunur ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (İ cild, iş vər. 97). Göyçay Rayon İcra və Probasiya Şöbəsinin 10 avqust 2023-cü il tarixli 1583-1(046)- 43/2019 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(046)-43/2019 nömrəli hökmü ilə CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət ənəlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti 07 dekabr 2020-ci ildə başa çatmış və o, məhkum kimi şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Göyçay RİH başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri, 20 Yanvar küçəsi, dalan 4, ev 3 ünvanında atası, anası və qardaşları ilə birlikdə yaşayır (İ cild, iş vər. 106). Həmin nümayəndəlik tərəfindən təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü normal aparmış, haqqında hüquq mühafizə orqanlarından və sakinlərdən nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır (İ cild, iş vər.107). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Dövlət Sosial Müdafiə Fondu 2 saylı X16 Filialının 30 oktyabr 2023-cü il tarixli 3-17- 1/2 254267/2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir və ona 26 noyabr 2012-ci il tarixdən ümumi səbəbdən İİ dərəcə əlilliyə görə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) sosial müavinət təyin edilmiş və ödəniş davam etdirilir. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsi, tutduğu əməldən peşman olması və İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşıma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur. Təqsirləndirilən şəxsin əməli fərd olaraq narkotik vasitədən istifadə etməklə öz tələbatının ödənilməsinə yönəlsə də, bu cinayət əməli bütövlükdə cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaradır. Cinsindən asılı olmayaraq insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də X7 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.1-1-ci maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsi və İİ qrup əlil olması cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən, habelə ondan bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,488 qram heroinin aşkar edilməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət və humanizm prinsiplərinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasına uyğun olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə bağlı narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Ona görə də o, cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, CPM-in tələblərinə əsasən, Göyçay RPŞ-da saxlanılan və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,438 qram narkotik vasitə heroin və içərisində cüzi miqdarda heroin hissəcikləri olan (normal çəki təşkil etməyən) 01 ədəd 1 ml-lik şpris məhv edilməli, iş üzrə 69 manat 10 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 02 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Göyçay RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,438 qram narkotik vasitə olan heroin və içərisində cüzi miqdar heroin hissəcikləri olan (normal çəki təşkil etməyən) 01 ədəd 1 ml-lik şpris məhv edilsin və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69 manat 10 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Xaliq Məmmədov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar