Məhkəmə qərarları › İş №1(091)-232/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-232/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-232/2024 20.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 65 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni 1,972 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda, yəni 28,198 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib, yerini dəyişdirərək daşıyıb Ağsu şəhərinə gətirərək özünə məxsus çiyindən asmaq üçün kəməri olan qara rəngli əl çantasında saxlamış, 23 aprel 2024-cü il tarixdə qayınatası Şahid4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək orada həmin tarixdə saat 23 radələrində qayınatası Şahid4, qayınanası Şahid5 və arvadı Şahid3 gözləri qarşısında narkotik vasitə qəbul etdikdən sonra 24 aprel 2024-cü il tarixdə saat 04 radələrində arvadı Şahid3 ilə aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə səbəbindən Şahid4 Ağsu Rayon Polis Şöbəsinin inzibati binasına gələrək narkotik vasitənin təsiri altında mübahisə yaratdığına görə onun barəsində qanunamüvafiq tədbir görülməsi üçün ərizə ilə müraciət etməsi nəticəsində həmin tarixdə saat 05 radələrində Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şahid4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlanılıb ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 05:30-dan etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərində olan qara rəngli əl çantasının içərisindən bir ədəd qırmızı rəngli sellofan bükümdə 27,123 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, konfet kağızına bükülmüş bir ədəd şəffaf sellofan bükümdə 0,924 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd ağ rəngli kağız bükümdə 0,081 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd ağ rəngli kağız bükümdə 0,070 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də bir ədəd şəffaf sellofan bükümdə 1,522 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd ağ rəngli kağız bükümdə 0,304 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, gümüşü rəngli kağıza bükülmüş bir ədəd ağ rəngli kağız bükümdə 0,146 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddə istifadəsi üçün nəzərdə tutulmuş bir ədəd dəmir borucuq və narkotik vasitə və psixotrop maddələrin çəkisinin müəyyən olunmasında istifadə olunan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir, lakin 4-5 aydır narkotik vasitədən istifadə etmir və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İstifadəsində 055 ***-**-** mobil telefon nömrəsi olmuş, həmin mobil telefon nömrəsini 15 ildir işlətmiş, lakin qeyd olunan mobil telefon nömrəsi iki il başqa şəxsin istifadəsində olmuşdur. 23 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Ağsu şəhərində yaşayan qayınatası Şahid4 yaşadığı evə getmiş, həmin vaxt üzərində olan əl çantasında evin və ailəsinin sənədləri, bıçaq və 10 manat pulun müqabilində aldığı və yarısını çəkdikdən sonra qalan narkotik vasitə olmuş, həmin narkotik vasitə siqaret qutusunun içərisində olmuş, lakin ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş çəkidə narkotik vasitə və psixotrop maddə, habelə elektron tərəzi olmamışdır. Şahid4 yaşadığı evdə yeyib-içdikdən sonra yatmış, bir müddət sonra qayınatası çıxıb getmiş, təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları oraya gələrək onu ayaqyalın formada avtomobilə əyləşdirmişlər. Həmin vaxt ona ayaqqabısını geyinməyə icazə verməmişlər, 30 dəqiqə müddətində qayınatasının evinin qarşısında avtomobilin arxa oturacağında qalmışdır və polis əməkdaşları qeyd olunan vaxt evdə olmuşlar. Polis şöbəsinə daxil olarkən onun üzərində çanta olmamış və polis əməkdaşları onu yuxarı mərtəbəyə qaldırdıqdan sonra çantanı ona vermişlər. Narkotik vasitəni istifadə etdikdən sonra qalan hissəsini polis şöbəsində olan zaman o, təqdim etməmiş və polis əməkdaşları özləri müəyyən edərək stolun üzərinə qoymuşlar. Üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş kağız bükümlərdən ikisi ona məxsus olmuş, digər bükümlər isə ona məxsus olmamışdır. Narkotik vasitənin əl çantasına kim tərəfindən yerləşdirilməsi barədə məlumatı olmamış, narkotik vasitənin onun çantasına Şahid7 məxsus olan avtomobildə gələrkən və ya qayınatası Şahid4 evində olan zaman yerləşdirildiyini düşünmüşdür. Yazıb-oxumağı bacarmadığı üçün mobil telefon nömrəsinə gələn mesajlarla bağlı hər hansı məlumatı olmamışdır. Sonradan X2 daxil olarkən müayinə olunmuş və bu zaman bədəni üzərində xəsarətlər aşkar olunmuşdur. Qollarında aşkar olunan xəsarətlər 15 yaşı olan zaman kəsdiyi xəsarətlər, boyun nahiyəsində olan xəsarətlər isə polis şöbəsində müvəqqəti saxlama yerində özünü asmaq istəməsi nəticəsində yaranmış xəsarətlər olmuş, habelə arvadı Şahid3 ilə dalaşan zaman da bədəni üzərində xəsarətlər yaranmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir, lakin hazırda istifadə etmir və narkotik vasitələrin satışı ilə məşğul olmur. Şahid3 onun arvadı, Şahid4 isə sonuncunun atasıdır. Tutulmamışdan 3 gün əvvəl Bakı şəhərində yaşadığı evdə arvadı Şahid3 ilə ailədaxili mübahisəsi yarandığından qayınatası Şahid4 arvadı Şahid3 və azyaşlı uşaqları Aybəniz Məhərrəmovanı və Nadir Məhərrəmovu götürüb Ağsu şəhərinə gəlmişdir. Arvadı Şahid3 Şahid7la ona xəyanət etməsindən şübhələnmiş, bu səbəbdən də sonuncu ilə Şahid3 arasında üzləşdirmə aparmaq qərarına gəlmişdir. 23 aprel 2024-cü il tarixdə günorta vaxtı Bakı şəhərindən qonşusu Şahid7 avtomobili ilə həm ailə üzvlərini aparmaq, həm də sonuncu ilə Şahid3 arasında üzləşdirmə aparmaq məqsədilə Ağsu şəhəri istiqamətində hərəkətə başlamışlar və həmin vaxt avtomobildə Şahid7 adını xatırlamadığı dostu da olmuşdur. Hərəkətə başlamamışdan əvvəl o, Bakı şəhərində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığı narkotik vasitə və psixotrop maddəni də özü ilə götürmüşdür. Avtomobillə hərəkətdə olan zaman Şamaxı rayonuna çatmağa az məsafə qalmış Şahid7 narkotik vasitə və psixotrop maddə qəbul etməyi ona təklif etmiş, o da sonuncunu Ağsu şəhərinə aparmaq üçün bu təklifi qəbul etmiş, heroin və metamfetamini siqaretin falqasının üzərinə töküb qızdırmış, daha sonra isə tüstüsünü çəkib istifadə etmişdir. Qayınatasıgilə gəldikdən sonra yemək yemiş, daha sonra isə yuxulamışdır. Yuxudan oyandıqda saat 22 radələri olmuş və qayınatası və ailə üzvləri ilə birlikdə axşam yeməyini yemişdir. Bir qədər sonra evin ikinci mərtəbəsindən səs gəldiyini eşidib həmin mərtəbəyə qalxmış, lakin orada heç kəsi aşkar etməmişdir. O, otaqlardan birinin pənəcərəsinin açıq olduğunu görərək Şahid3 evin ikinci mərtəbəsində adamların olduğunu demiş, sonuncu isə bunu inkar etmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı qayınatası Şahid4 bunun səbəbini ondan soruşmuş, o isə evdə başqa adamların olduğunu bildirmişdir. Orada olduğu müddət ərzində narkotik vasitədən istifadə etməmiş, bundan sonra qayınatası çölə çıxmış, bir neçə dəqiqə sonra isə polis əməkdaşları oraya gələrək qayınatası Şahid4 onun barəsində Ağsu Rayon Polis Şöbəsinə şikayət etdiyini bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və özünə məxsus olan qara rəngli əl çantasını da götürüb polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada olarkən Şahid4 ərizəsi ilə tanış olmuş və bu zaman sonuncunun ərizədə onun evdə olan zaman narkotik vasitədən istifadə etməsi və mübahisə etməsi barədə qeydlərin edildiyini görmüşdür. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman ona məxsus olan əl çantasından narkotik vasitələr və psixotrop maddələr, bir ədəd elektron tərəzi və digər əşyalar aşkar olunmuşdur. O, çantasından aşkar olunmuş narkotik vasitələrdən, psixotrop maddələrdən və elektron tərəzindən başqa digər əşyaların ona məxsus olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını, narkotik vasitə və psixotrop maddənin təsiri altında olduğu üçün narkotik vasitələrin və psixotrop maddələrin Şahid4 aid olduğunu, arvadı Şahid3 Şahid7la ona xəyanət etdiyini, bu barədə məlumat əldə etdiyi üçün Şahid3 və Şahid7 onun cinayət məsuliyyətinə cəlb olunması üçün həmin narkotik vasitələri və psixotrop maddələri onun çantasına qoyduqlarını qeyd etmişdir. Daha sonra narkotik vasitələr və psixotrop maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Onun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə 15 may 2023-cü il, 14 iyun 2023-cü il və 23 iyun 2023-cü il tarixlərdə 055 ***-**-** mobil telefon nömrəsindən mesajların daxil olmasından məlumatı olmamış, həmin mesajları oxumamış və kim tərəfindən yazıldığını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağsu Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. 24 aprel 2024-cü il tarixdə saat 04:30 radələrində Ağsu şəhər sakini Şahid4 Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kürəkəni Təqsirləndirilən şəxs ona məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində narkotik vasitədən istifadə etməsi və qızı Şahid3 ilə mübahisə etməsi barədə məlumat vermiş və məlumat əsasında qeyd olunan ünvana gedərək Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Ağsu Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə Ağsu Rayon Polis Şöbəsinə gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman üzərində olan əl çantasından bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, konfet kağızının içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə, siqaretin gümüşü kağızının içərisində bir ədəd kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə, iki ədəd kağıza bükülmüş narkotik vasitə heroinə bənzər kütlə, narkotik vasitə və psixotrop maddələrin çəkisinin müəyyən olunmasında istifadə olunan elektron tərəzi, narkotik vasitədən istifadə etmək üçün nəzərdə tutulmuş bir ədəd borucuq və digər əşyalar aşkar edilmişdir. Daha sonra narkotik vasitələr, psixotrop maddələr və digər əşyalar müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmiş və narkotik vasitənin təsiri altında olduğu vaxt evdə mübahisə yaratmışdır, lakin sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını bilməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində olarkən tanımadığı şəxsdən narkotik vasitə və psixotrop maddə əldə etmiş və özünə məxsus olan əl çantasında saxlamışdır. 21 aprel 2024-cü il tarixdə Bakı şəhərində yaşadıqları evdə olan zaman Təqsirləndirilən şəxs onu döyərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmiş, bu səbəbdən də onun təklifi ilə atası Şahid4 oraya gəlib onu və övladlarını Ağsu şəhərinə aparmışdır. 23 aprel 2024-cü il tarixdə günorta saatlarında Ağsu şəhərində atasının evində olan zaman əri Təqsirləndirilən şəxs oraya gəlmiş və bu zaman qara rəngli əl çantası sonuncunun üzərində olmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs yuxulamış, həmin tarixdə saat 23 radələrində yuxudan oyanmış və birlikdə yemək yemişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bir qədər spirtli içki qəbul etmiş, daha sonra isə Bakı şəhərindən gələrkən özü ilə gətirdiyi qara rəngli əl çantasının içərisindən əşyaları çıxarmışdır. Bu zaman çantanın içərisində müxtəlif bükümlərdə narkotik vasitələrin, elektron tərəzinin və digər əşyaların olmasını görmüş və həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs Bakı şəhərində olarkən tanımadığı şəxsdən aldığı narkotik vasitələr olmasını düşünmüşdür. Daha sonra Feyzi Məhərərmov narkotik vasitədən istifadə etmiş, atası Şahid4 və Şahid5 da bu bununla bağlı təklif etmiş, lakin adları qeyd olunan şəxslər bundan imtina etmişlər. 24 aprel 2024-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs onu yuxudan oyadıb onunla mübahisə edərək onu xəyanətdə günahlandırıb öldürəcəyi ilə hədələmiş, mübahisə səslərini eşidən atası Şahid4 oraya gəlsə də Təqsirləndirilən şəxs sakitləşdirə bilməmişlər. Bu səbəbdən o, atası Şahid4 bu barədə polis orqanına şikayət etməsini təklif etmiş, sonuncu da onun bu təklifi ilə razılaşaraq Ağsu Rayon Polis Şöbəsinə getmişdir. Bundan bir qədər sonra polis əməkdaşları oraya gələrək Təqsirləndirilən şəxs Ağsu Rayon Polis Şöbəsinə dəvət etmişlər və sonuncu da özünə məxsus olan qara rəngli əl çantasını götürüb polis əməkdaşları ilə birlikdə evi tərk etmişdir. Sonradan Təqsirləndirilən şəxs deməsinə əsasən sonuncu ilə Şahid7 birlikdə narkotik vasitədən istifadə etmələri ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmiş və narkotik vasitənin təsiri altında olduğu vaxt evdə mübahisə yaratmışdır. 21 aprel 2024-cü il tarixdə qızı Şahid3 ona zəng edib Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü demiş və Ağsu şəhərinə aparmasını xahiş etmiş, o da oraya gedib Şahid3 və övladlarını Ağsu şəhərinə aparmışdır. 23 aprel 2024-cü il tarixdə Bakı şəhərində olan zaman qızı Şahid3 ona zəng edib Təqsirləndirilən şəxs Ağsu şəhərinə yaşadığı ünvana gəldiyini demiş, bundan sonra o, Bakı şəhərindən Ağsu şəhərinə qayıtmış və yaşadığı evə daxil olduqda Təqsirləndirilən şəxs yuxuladığını görmüşdür. Bir qədər sonra Təqsirləndirilən şəxs yuxudan oyanmış və birlikdə yemək yemişlər. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli əl çantasının içərisindən əşyaları çıxarmış və bu zaman çantanın içərisində müxtəlif bükümlərdə narkotik vasitələrin, elektron tərəzinin və digər əşyaların olmasını görmüşdür. Daha sonra Feyzi Məhərərmov narkotik vasitədən istifadə etmiş, ona və Şahid5 da bununla bağlı təklif etmiş, lakin o və Şahid5 bundan imtina etmişlər. Bundan sonra o, yuxulamış və 24 aprel 2024-cü il tarixdə saat 04 radələrində qızının qışqırıq səsinə yuxudan oyanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qızını xəyanətdə günahlandırıb öldürəcəyi ilə hədələmiş, bu səbəbdən də o, Ağsu Rayon Polis Şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmiş və polis əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs özünə məxsus əl çantasını götürüb polis əməkdaşları ilə birlikdə Ağsu Rayon Polis Şöbəsinə getmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncuya məxsus olan əl çantasından narkotik vasitələr və psixotrop maddələr, bir ədəd elektron tərəzi və digər əşyalar aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid4la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasının ikinci əridir. 23 aprel 2024-cü il tarixdə günorta vaxtı evdə olan zaman Təqsirləndirilən şəxs həmin evə gəlmiş və bu zaman sonuncunun üzərində qara rəngli əl çantası olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, daha sonra isə o yuxulamışdır. Bir qədər sonra yuxudan oyanmış, lakin nə baş verməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir, lakin bir il yarımdan çox müddətdir narkotik vasitə və ya psixotrop maddədən istifadə etmir. Təqsirləndirilən şəxs yaşadığı küçə ilə onun yaşadığı küçə yanaşı olduğundan uzun müddətdir sonuncunu tanıyır, lakin sonuncunun arvadı Şahid3 tanımır və sonuncu ilə münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuş və o da bir il yarım əvvəl təxminən 4-5 dəfə Təqsirləndirilən şəxs narkotik vasitə marixuana almışdır. 23 aprel 2024-cü il tarixdə səhər saat 07 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Ağsu şəhərinə getməyi təklif etmiş, o da razılaşmışdır. Saat təxminən 10 radələrində o, onun Fərid adlı dostu və Təqsirləndirilən şəxs ona məxsus olan avtomobillə Bakı şəhərindən Ağsu şəhəri istiqamətində hərəkətə başlamışlar və bu zaman Təqsirləndirilən şəxs özü ilə çanta götürmüşdür. Həmin avtomobillə hərəkətdə olan zaman o və ya Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmiş, bir müddət hərəkət etdikdən sonra Ağsu şəhərinə çatmışlar və Təqsirləndirilən şəxs ona dediyi ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs avtomobildən düşmüş və bundan sonra o, həmin yeri tərk etmişdir. Bir müddət sonra yenidən oraya getmişlər və bu zaman Təqsirləndirilən şəxs qayınatası Şahid4 sonuncunun yuxuladığını bildirdiyi üçün həmin yeri tərk etmişlər. Təqsirləndirilən şəxs çantasına narkotik vasitə və ya psixotrop maddə yerləşdirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid4 tərəfindən Ağsu Rayon Polis Şöbəsinə ünvanlanmış 24 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o, kürəkəni Təqsirləndirilən şəxs Bakı şəhərindən onun Ağsu şəhərində yaşadığı evinə gələn zaman özü ilə narkotik vasitə gətirməsi və həmin narkotik vasitənin bir hissəsini istifadə edərək narkotik vasitənin təsiri altında onunla və digər ailə üzvləri ilə mübahisə etməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 aprel 2024-cü il tarixli raportdan görünür ki, Ucar Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin tarixdə ünvan 8 ünvanında saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman üzərində olan əl çantasından bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, konfet kağızının içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə, siqaretin gümüşü kağızının içərisində bir ədəd kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə, iki ədəd kağıza bükülmüş narkotik vasitə heroinə bənzər kütlə, narkotik vasitə və psixotrop maddələrin çəkisinin müəyyən olunmasında istifadə olunan elektron tərəzi, narkotik vasitədən istifadə etmək üçün nəzərdə tutulmuş bir ədəd borucuq və digər əşyalar aşkar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 24 aprel 2024-cü il tarixli 408 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 24 aprel 2024-cü il tarixli 3-16-16-2-17/390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs əl çantasından aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 27,123 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Konfet kağızına bükülmüş 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,924 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,081 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,070 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,522 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,304 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Gümüşü rəngli kağıza bükülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,146 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd dəmir borucuqda cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan və 02 (iki) ədəd kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan və 02 (iki) ədəd kağız bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 aprel 2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 15 may 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuş, lakin onun üzərində olan əl çantasından aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə olunma mənbəyini müəyyən etmək mümkün olmamışdır.. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə 15 may 2023-cü il tarixdə saat 12:42:45-də 055 ***-**-** mobil telefon nömrəsindən “Xestesen qaqaw sen her weti goturmusen mennen qalmiwam lomda ne puluh versen nede onu acda bu zibili by geder yatmaa olur dunende axwana geder yagnisan dedin indide”, 14 iyun 2023-cü il tarixdə saat 18:10:16-da “Ay brat sen now meni agrida saxlisan ki senol vurmuwam diye getizdirmiwem senin elediyivə bax” və 23 iyun 2023-cü il tarixdə saat 00:35:56-da “Qaqaw pulu ver m3ne tapmiwiq gediriy fotrey” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 134, 228.4 və 234.4.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin və psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 24 aprel 2024-cü il tarixdə vətəndaş Şahid4 tərəfindən Ucar Rayon Polis Şöbəsinə kürəkəni Təqsirləndirilən şəxs Bakı şəhərindən onun Ağsu şəhərində yaşadığı evinə gələn zaman özü ilə narkotik vasitə gətirməsi və həmin narkotik vasitənin bir hissəsini istifadə edərək narkotik vasitənin təsiri altında onunla və digər ailə üzvləri ilə mübahisə etməsi barədə ərizə daxil olmuş, şəxs qeyd olunan tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə göstərilən tarixdə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 24 aprel 2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilməsi zamanı CPMin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPMin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək üzərində az miqdarda narkotik vasitə heroinin olduğunu, əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, hazırda istifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 23 aprel 2024-cü il tarixdə Şahid7 avtomobili ilə Ağsu şəhəri istiqamətində hərəkətə başlamamışdan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığı narkotik vasitə və psixotrop maddəni də özü ilə götürdüyünü, avtomobillə hərəkətdə olan zaman Şamaxı rayonuna çatmağa az məsafə qalmış Şahid7 narkotik vasitə və psixotrop maddə qəbul etməyi ona təklif etdiyini, bu təklifi qəbul etdiyini, heroin və metamfetamini siqaretin falqasının üzərinə töküb qızdırdığını, daha sonra isə tüstüsünü çəkib istifadə etdiyini, qayınatasıgilə getdikdən sonra yemək yediyini, daha sonra yuxuladığını, yuxudan oyandıqda saat 22 radələri olduğunu, daha sonra Şahid3 ilə aralarında mübahisənin yarandığını, orada olduğu müddət ərzində narkotik vasitədən istifadə etmədiyini, bundan sonra qayınatasının çölə çıxdığını, bir neçə dəqiqə sonra isə polis əməkdaşlarının oraya gələrək qayınatası Şahid4 onun barəsində Ağsu Rayon Polis Şöbəsinə şikayət etdiyini bildirib onu polis şöbəsinə apardıqlarını, oraya gedən zaman özünə məxsus olan qara rəngli əl çantasını da götürdüyünü, daha sonra orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman ona məxsus olan əl çantasından narkotik vasitələrin, psixotrop maddələrin, bir ədəd elektron tərəzinin və digər əşyaların aşkar olunduğunu, çantasından aşkar olunmuş narkotik vasitələrdən, psixotrop maddələrdən və elektron tərəzindən başqa digər əşyaların ona məxsus olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını, narkotik vasitə və psixotrop maddənin təsiri altında olduğu üçün narkotik vasitələrin və psixotrop maddələrin Şahid4 aid olduğunu, arvadı Şahid3 Şahid7la ona xəyanət etdiyini, bu barədə məlumat əldə etdiyi üçün Şahid3 və Şahid7 onun cinayət məsuliyyətinə cəlb olunması üçün həmin narkotik vasitələri və psixotrop maddələri onun çantasına qoyduqlarını, onun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə 15 may 2023-cü il, 14 iyun 2023-cü il 23 iyun 2023-cü il tarixlərdə 055 ***-**-** mobil telefon nömrəsindən mesajların daxil olmasından məlumatının olmadığını, həmin mesajları oxumadığını və kim tərəfindən yazıldığını bilmədiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə əvvəllər narkotik vasitədən istifadə etdiyini, 4-5 aydır narkotik vasitədən istifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, istifadəsində 055 ***-**-** mobil telefon nömrəsinin olduğunu, həmin mobil telefon nömrəsini 15 ildir işlətdiyini, lakin qeyd olunan mobil telefon nömrəsinin iki il başqa şəxsin istifadəsində olduğunu, 23 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Ağsu şəhərində yaşayan qayınatası Şahid4 yaşadığı evə gedən zaman üzərində olan əl çantasında evin və ailəsinin sənədlərinin, bıçağın və 10 manat pulun müqabilində aldığı və yarısını çəkdikdən sonra qalan narkotik vasitənin olduğunu, həmin narkotik vasitənin siqaret qutusunun içərisində olduğunu, lakin ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş çəkidə narkotik vasitə və psixotrop maddənin, habelə elektron tərəzinin olmadığını, Şahid4 yaşadığı evdə yeyibiçdikdən sonra yatdığını, bir müddət sonra qayınatasının çıxıb getdiyini, təxminən 15-20 dəqiqə sonra polis əməkdaşlarının oraya gələrək onu ayaqyalın formada avtomobilə əyləşdirdiklərini, həmin vaxt ona ayaqqabısını geyinməyə icazə vermədiklərini, 30 dəqiqə müddətində qayınatasının evinin qarşısında avtomobilin arxa oturacağında qaldığını, həmin vaxt polis əməkdaşlarının qeyd olunan vaxt evdə olduqlarını, polis şöbəsinə daxil olarkən onun üzərində çantanın olmadığını, polis əməkdaşları onu yuxarı mərtəbəyə qaldırdıqdan sonra çantanı ona verdiklərini, narkotik vasitəni istifadə etdikdən sonra qalan hissəsini polis şöbəsində olan zaman özünün təqdim etmədiyini, polis əməkdaşlarının özlərinin müəyyən edərək stolun üzərinə qoyduqlarını, üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş kağız bükümlərdən ikisinin ona məxsus olduğunu, digər bükümlərin isə ona məxsus olmadığını, narkotik vasitənin əl çantasına kim tərəfindən yerləşdirilməsi barədə məlumatının olmadığını, narkotik vasitənin onun çantasına Şahid7 məxsus olan avtomobildə gələrkən və ya qayınatası Şahid4 evində olan zaman yerləşdirildiyini düşündüyünü, yazıb-oxumağı bacarmadığı üçün mobil telefon nömrəsinə gələn mesajlarla bağlı hər hansı məlumatının olmadığını, sonradan X2 daxil olarkən müayinə olunduğunu, bu zaman bədəni üzərində xəsarətlərin aşkar olunduğunu, qollarında aşkar olunan xəsarətlərin 15 yaşı olan zaman kəsdiyi xəsarətlər, boyun nahiyəsində olan xəsarətlərin isə polis şöbəsində müvəqqəti saxlama yerində özünü asmaq istəməsi nəticəsində yaranmış xəsarətlər olduğunu, habelə arvadı Şahid3 ilə dalaşan zaman da bədəni üzərində xəsarətlərin yarandığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə Şahid3 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan sonuncunun 23 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəldiyini, axşam həmin ünvanda olarkən üzərində olan əl çantasından müxtəlif bükümlərdə olan narkotik vasitələri və digər əşyaları çıxarıb stolun üstünə qoyduğunu, daha sonra isə yenidən həmin narkotik vasitələri əl çantasına yığdığını, qeyd olunan vaxt narkotik vasitədən istifadə etdiyini, atası Şahid4 və Şahid5 da narkotik vasitədən istifadə etməyi təklif etdiyini və əl çantasından aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində olarkən tanımadığı şəxsdən aldığını Təqsirləndirilən şəxs üzünə demişdir. Həmçinin Şahid4 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan sonuncunun 23 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəldiyini, axşam həmin ünvanda olarkən üzərində olan əl çantasından müxtəlif bükümlərdə olan narkotik vasitələri və digər əşyaları çıxarıb stolun üstünə qoyduğunu, daha sonra isə yenidən həmin narkotik vasitələri əl çantasına yığdığını, qeyd olunan vaxt narkotik vasitədən istifadə etdiyini, ona və arvadı Şahid5 da narkotik vasitədən istifadə etməyi təklif etdiyini, polis şöbəsinə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını, orada sonuncunun əl çantasına baxış keçirilən zaman əl çantasından müxtəlif bükümlərdə narkotik vasitələrin, psixotrop maddələrin, bir ədəd elektron tərəzinin və digər əşyaların aşkar olunduğunu Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 24 aprel 2024-cü il tarixli 3-16-16-2-17/390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan və 02 (iki) ədəd kağız bükümlərdə olan heroinlər və 01 (bir) ədəd sellofan və 02 (iki) ədəd kağız bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X2 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı “sol saidin bayır səthində 2 ədəd, içəri səthində 2 ədəd, sol saidin içəri səthində çoxsaylı, sol kürəkaltı nahiyədə bir ədəd, sağ dirsək nahiyəsində bir ədəd və hər iki qolda 1 ədəd köhnə çapıq toxuma” xəsarətləri, habelə 26 aprel 2024-cü il tarixdə Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində öz-özünə yetirdiyi “boğaz nahiyəsində bir ədəd stranqulyasiya şırımı, sol diz nahiyəsində bir ədəd sıyrıq, sağ bazunun bayır səthində bir ədəd qərtmək, sağ baldırın ön səthində bir ədəd qərtmək və sağ kürəkaltı nahiyədə bir ədəd sıyrıq” xəsarətləri aşkar edilmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 aprel 2024-cü il tarixli 128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “boynun aşağı hissəsində bir qədər sol tərəfdə və sol döşkörpücük sümüklərinin birləşdiyi nahiyədə sıyrıqlar” diaqnozu ilə, ucu sivrilənmiş bərk alətin, insanın əl barmaqlarının ucluqlarının təsirindən 26 aprel 2024-cü il tarixdə törənmiş və sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlərin bir qismi tutulmamışdan əvvəllər aldığı, bir qismi isə artıq Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində öz-özünə yetirdiyi xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol saidin bayır səthində 2 ədəd, içəri səthində 2 ədəd, sol saidin içəri səthində çoxsaylı, sol kürəkaltı nahiyədə bir ədəd, sağ dirsək nahiyəsində bir ədəd, hər iki qolda 1 ədəd köhnə çapıq toxuma, boğaz nahiyəsində bir ədəd stranqulyasiya şırımı, sol diz nahiyəsində bir ədəd sıyrıq, sağ bazunun bayır səthində bir ədəd qərtmək, sağ baldırın ön səthində bir ədəd qərtmək, sağ kürəkaltı nahiyədə bir ədəd sıyrıq, boynun aşağı hissəsində bir qədər sol tərəfdə və sol döşkörpücük sümüklərinin birləşdiyi nahiyədə sıyrıqlar” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şəxslərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə etmiş, daşımış və üzərində saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilməsini, aşkarlanmış narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin müxtəlif növdə olmasını və xırda bağlamalara bükülməsini, elektron tərəzinin olmasını, habelə mobil telefon məlumatlarına əsasən onunla digər şəxsin arasında narkotik vasitənin satışı ilə bağlı mesajların olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan, xasiyyətnamədən və çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanda yaşamışdır, 06 noyabr 2017-ci ildə doğulmuş Aybəniz Məhərrəmova və 12 sentyabr 2019-cu ildə doğulmuş Nadir Məhərrəmov onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli hökmünün surətindən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtardığından, habelə əvvəllər törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və həmin cəza azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Ucar Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 24 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2024-cü il tarixli 1102 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 16 nömrəli Şəhər Poliklinikasından daxil olmuş 29 iyun 2024-cü il tarixli 18-1-1-9/2-158/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcə əlilliyi olan şəxsdir. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq olunmuş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 iyun 2024-cü il tarixli 385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur, ona şamil edilən əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir, onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 16 nömrəli Şəhər Poliklinikasından daxil olmuş 29 iyun 2024-cü il tarixli 18-1-1-9/2-158/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “şəxsiyyətin emosional davamsız pozuntusu, kobud çoxsaylı özünü kəsmələrlə, tez-tez təkrarlanan dekompensasiya halları” diaqnozu ilə Psixiatrik kabinetdə dispanser qeydiyyatındadır. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da onda müşahidə olunan həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə 28,058 qram narkotik vasitə heroin, 1,822 qram psixotrop maddə metamfetamin, bir ədəd boru və bir ədəd elektron tərəzi maddi sübut hesab olunmuş və saxlanılması üçün Ağsu Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid olan İİ Siyahısının 27-ci bəndinə əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan 28,058 qram narkotik vasitə heroin, 1,822 qram psixotrop maddə metamfetamin, bir ədəd boru və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat və 30,60 (otuz manat altmış qəpik) manat olmaqla, ümumilikdə 99,70 (doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Məhkəmə eyni zamanda qeyd olunmasını zəruri hesab edir ki, 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin tədqiq edilməsi ilə bağlı çəkilmiş və bununla bağlı tərtib olunmuş materialların məhkəmə ekspertizasının 24 aprel 2024-cü il tarixli 3-16-16-2-17/390 nömrəli rəyinə əsasən, 30,60 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci isə Təqsirləndirilən şəxs məhkəməyə verildiyi CM-in 234.4.3cü maddəsinin istintaqı ilə bağlı deyil, sonuncunun üzərindən aşkar olunmuş soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx və turist bıçaqlarının tədqiq edilməsi ilə bağlı çəkilmiş və bununla bağlı tərtib olunmuş məhkəmə-ballistik ekspertizasının 25 aprel 2024-cü il tarixli 3-16-16-2-17/391 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur və sonradan sübutların qiymətləndirilməsi haqqında 27 iyul 2024-cü il tarixli qərara əsasən həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs barəsində CM-in 228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, Təqsirləndirilən şəxs təqsirsiz sayıldığı hissədə 30,60 (otuz manat altmış qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan 28,058 qram narkotik vasitə heroin, 1,822 qram psixotrop maddə metamfetamin, bir ədəd boru və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün, Təqsirləndirilən şəxs təqsirsiz sayıldığı hissədə 30,60 (otuz manat altmış qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar