Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-235/2023 28.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, işsiz, evli və himayəsində yeddi azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yevlax şəhəri, Həsən Seyidbəyli küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə saat 11 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi İsmayılov Elçin Şahid oğlunun mülkiyyətində olan “VAZ” markalı, “2101 MİNİK” modelli, **-DJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən avtomobil yolu ilə Çənlibel qəsəbəsindən Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 80- 90 km/saat sürətlə idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobilin idarəetməsini itirib idarə etdiyi həmin “VAZ” markalı, “2101 MİNİK” modelli, **-DJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili asfalt yolun sağ tərəfindən kənara çıxararaq aşırması nəticəsində həmin avtomobildə olan sərnişin, oğlu 13 oktyabr 2022-ci il tarixdə doğulmuş X7 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran «açıq kəllə-beyin travması, kəllə tağı və əsası, üz skelet sümüklərinin qəlpəli sınıqları, baş beyinin yumşaq toxumasına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan» xəsarətləri yetirməklə X4 ehtiyatsızlıqdan hadisə yerində ölməsinə səbəb olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 aprel 2023cü il tarixdə səhər saatlarında “VAZ-2101” markalı avtomobillə hərəkət edib ötmə əməliyyatını həyat keçirən zaman qarşısında olan “VAZ-2107” markalı avtomobil onun idarə etdiyi avtomobilə tərəf hərəkət etmiş, nəticədə o, idarəetməni itirib avtomobili yolun sağ tərəfinə aşıraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomobildə olan övladı Abdul Bəkirov vəfat etmişdir. Törətdiyi əmələ görə peşmandır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, etibarnamə əsasında və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2101” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlamazdan əvvəl avtomobilin saz vəziyyətdə olub-olmadığı yoxlamış, avtomobildə heç bir texniki problem olmamış və avtomobil tam saz vəziyyətdə olmuşdur. Həmin avtomobil ilə 25 aprel 2023-cü il tarixdə səhər saat 11 radələrində arvadı X13, övladları Sadiq Bəkirov və Abdul Bəkirovla birlikdə yaşadığı evdən çıxaraq Yevlax şəhərinə gedən zaman arvadı Feniya Bəkirova avtomobilin ön sağ oturacağında əyləşmiş, oğlu Abdul Bəkirov anasının qucağında olmuş, digər oğlu Sadiq Bəkirov isə arxa oturacaqda oturmuşdur. Həmin tarixdə saat 11 radələrində Yevlax şəhəri istiqamətində Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisində maksimum sürət həddi 60 km/saat olan asfalt örtüklü yolda 80-90 km/saat sürətlə hərəkətdə olan zaman dəmiryol relslərini keçdikdən sonra onun önündə hərəkətdə olan qırmızı rəngli “VAZ-2107” markalı avtomobili keçmək üçün ötmə əməliyyatını həyata keçirməyə çalışmış, lakin həmin avtomobili keçə bilmədiyi üçün idarə etdiyi avtomobilin sürətini azaldaraq yenidən hərəkət hissəsinə qayıtmağa çalışmışdır. Bu zaman o, idarəetməni itirdiyi üçün idarə etdiyi avtomobil yolun sağına tərəf yönələrək yolun hərəkət hissəsindən, daha sonra isə yol çiynindən çıxmış və çıxdığı an yolun sağ tərəfində olan boş otluq sahə yoldan çökəklikdə olduğu üçün avtomobil aşıb yuvarlanaraq həmin ərazidə arxası üstə dayanmışdır. O, avtomobildən çıxdıqdan sonra arvadı Feniya Bəkirova ilə oğlu Abdul Bəkirovun yerdə uzanmış vəziyyətdə olduğunu görmüş, daha sonra isə avtomobilə yaxınlaşıb arxa oturacaqda olan oğlu Sadiq Bəkirovu avtomobildən çıxartmışdır. Hadisə nəticəsində o, avtomobildə olan arvadı Feniya Bəkirova və oğlu Sadiq Bəkirov xəsarətlər almışlar. Orada olan və onun ötməyə çalışdığı “VAZ-2107” markalı avtomobilin sürücüsü ilə oğlu Abdul Bəkirovu xəstəxanaya aparmış, arvadı Feniya Bəkirova ilə oğlu Sadiq Bəkirov isə X32 avtomobili ilə xəstəxanaya gətirilmişdir. Sonradan oğlu Abdul Bəkirov xəstəxanada vəfat etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün yoldaşı avtomobili idarə edən zaman yuxulu vəziyyətdə olmuşdur. Hadisədən bir qədər əvvəl qırmızı rəngdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə onun əyləşdiyi avtomobilə tərəf hərəkət etdiyi üçün o, qeyd olunan avtomobilin sürücüsünə avtomobildə körpə övladlarının olduğunu deyib avtomobili əyləşdikləri avtomobilə tərəf hərəkət etdirməməsini xahiş etmiş, lakin göstərilən avtomobilin sürücüsü onun sözlərinə əhəmiyyət verməyərək avtomobili onun əyləşdiyi avtomobilə tərəf hərəkət etdirmişdir. Nəticədə həmin vaxt həyat yoldaşı idarəetməni itirmiş və avtomobil yolun sağ tərəfinə aşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, mərhum Abdul Bəkirov onun oğludur. 25 aprel 2023-cü il tarixdə səhər saat 11 radələrində övladları Sadiq Bəkirov və Abdul Bəkirov və əri Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi “VAZ-2101” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxaraq Yevlax şəhərinə gedən zaman o, avtomobilin ön sağ oturacağında əyləşmiş, oğlu Abdul Bəkirov onun qucağında olmuş, digər oğlu Sadiq Bəkirov isə arxa oturacaqda oturmuşdur. Həmin tarixdə saat 11 radələrində Yevlax şəhəri istiqamətində Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisində maksimum sürət həddi 60 km/saat olan asfalt örtüklü yolda 80-90 km/saat sürətlə hərəkətdə olan zaman dəmiryol relslərini keçdikdən sonra əri Təqsirləndirilən şəxs əyləşdiyi avtomobilin önündə hərəkətdə olan qırmızı rəngli “VAZ- 2107” markalı avtomobili keçmək üçün ötmə əməliyyatını həyata keçirməyə çalışmış, lakin həmin avtomobili keçə bilmədiyi üçün idarə etdiyi avtomobilin sürətini azaldaraq yenidən hərəkət hissəsinə qayıtmağa çalışmışdır. Bu zaman əri Təqsirləndirilən şəxs idarəetməni itirdiyi üçün idarə etdiyi avtomobil yolun sağına tərəf yönələrək yolun hərəkət hissəsindən, daha sonra isə yol çiynindən çıxmış və çıxdığı an yolun sağ tərəfində olan boş otluq sahə yoldan çökəklikdə olduğu üçün avtomobil aşmışdır. Bu zaman o, huşunu itirdiyi üçün baş verənləri xatırlamamış, xəstəxanada olan zaman isə oğlu Abdul Bəkirovun hadisə nəticəsində öldüyünü bilmişdir. Hadisə nəticəsində o və avtomobildə olan oğlu Sadiq Bəkirov müxtəlif xəsarətlər almışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru vəzifəsində işləyir. 25 aprel 2023-cü il tarixdə ona təhkim olunmuş xidməti avtomobillə Yevlax rayonunun Çənlibel qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yerə insanların toplaşmasını görərək oraya yaxınlaşmış və bu zaman “VAZ-2101” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ kənarına çıxaraq aşması, avtomobilin sürücüsünün və sərnişinlərin xəsarət almaları və Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılmaları ona məlum olmuşdur. Bundan sonra o, hadisə yerinin mühafizəsini təşkil etmiş, bir müddət sonra isə müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 aprel 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:30-da Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax şəhəri, Nizami prospektində yaşayan Təqsirləndirilən şəxs, X13 və X5 Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisində avtomobilin aşması nəticəsində müxtəlif bədən xəsarətləri almaları, X4 isə hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Yevlax rayonunun Çənlibel qəsəbəsindən keçən avtomobil yolunda baş vermişdir. Hadisə baş verən ərazi yaşayış məntəqəsidir, maksimum hərəkət sürəti 60 km/saat-dır, hadisənin baş verdiyi yerdə yol bir hərəkət hissəli, iki hərəkət istiqamətli və iki hərəkət zolaqlı olmaqla, asfalt örtüklü, quru, düz və hamardır, görmə məsafəsi aydındır, yolun sağ və sol kənarlarında yolun ehtiyat hissəsi vardır, həmin ərazidə şaquli yol nişanları yoxdur, sürücülərə ötmə əməliyyatı aparmalarına icazə verilir, yolun ümumi hərəkət hissəsinin eni 7 metr olmaqla hər iki hərəkət istiqamətlərinin eni 3,5 metrdir, yolun sağ kənarında olan ehtiyat hissənin eni isə 2,5 metrdir. Baxış keçirilən zaman “VAZ-2101” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin ərazidə yolun hərəkət hissəsinin sağ kənarında yerləşən yoldan çökəklikdə olan boş otluq sahədə aşmış vəziyyətdə arxası üstə dayanmışdır. Avtomobilin yoldan çıxmış olduğu yerdən avtomobilə qədər olan məsafə 23 metrdir. Yevlax rayonunun Çənlibel qəsəbəsindən keçən avtomobil yolunda “VAZ-2101” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qəzaya düşməzdən əvvəl Yevlax rayonunun Çənlibel qəsəbəsindən Yevlax şəhəri istiqamətində təxminən 80-90 km/saat sürətlə hərəkətdə olmuşdur. Hadisənin baş verməsi üçün həmin vaxt yolda hərəkətdə olan digər nəqliyyat vasitələri təhlükəli şərait və maneə yaratmamışlar. Hadisə yerində 20 metr uzunluğunda təkərin sürtünmə izi aşkar edilmişdir. Hadisə zamanı sürücü avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Sürücü həmin avtomobili etibarnamə əsasında idarə etsə də, onun sürücülük vəsiqəsi olmamışdır. Hadisədən əvvəl nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə ikisi azyaşlı olmaqla cəmi üç nəfər sərnişin olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 25 aprel 2023-cü il tarixli 238 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, mərhum X4 başı deformasiyaya məruz qalmışdır. Hər iki burun dəliklərindən, xarici qulaq keçəcəklərindən, ağzından duru qan xaric olur. Dəri və görünən selikli qişaları solğundur. Əllədikdə kəllə tağı və üz skelet sümüklərində patoloji hərəkət, sümük krepitasiyası hiss olunur. Xarici müayinə zamanı sağ gicgah-təpə nahiyəsində tünd qırmızı rəngdə zolağabənzər formalı, dərinin epidermis qatının zədələnməsi ilə müşayiət olunan 8x6 sm ölçülü sıyrıq, hər iki gözətrafı nahiyədə dərialtı hematoma fonunda solğun göyümtül rəngdə qançır (“eynək” simptomu”), sağ budun yuxarı 1/3-nin arxa səthində qeyrimüəyyən formalı, nahamar kənarlı 4,5x4 sm ölçülü yara aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 25 aprel 2023-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, mərhum X4 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda “açıq kəllə-beyin travması, kəllə tağı və əsası, üz skelet sümüklərinin qəlpəli sınıqları, baş beynin yumşaq toxumasına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası” diaqnozu ilə, küt alətin təsirindən əmələ gəlmiş, həyati, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malik, qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi istisna edilməyən xəsarətlər aşkar edilmişdir. Mərhumun bilavasitə ölümünə səbəb baş beynin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan kəllə sümüklərinin açıq, qəlpəli sınıqları olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsindən daxil olmuş 05 may 2023-cü il tarixli 3-13-16-11/2-2379/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. O, “VAZ 21063” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün 09 iyun 2022-ci il tarixdə barəsində İXP4686941 nömrəli protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 31 may 2023-cü il tarixli 8/1344 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “VAZ-2101” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. O, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. O, avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BD seriyalı, 233948 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-2101 markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İsmayılov Elçin Şahid oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 aprel 2023-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İsmayılov Elçin Şahid oğlu tərəfindən Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixədək “VAZ-2101” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 01 may 2023-cü il tarixli PHŞ-2756/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-3-cü maddəsi ilə elan olunmuş ittiham həmin tarixdə dəyişdirilmədən saxlanılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman qarşıda olan qırmızı rəngli “VAZ-2107” markalı avtomobili keçmək üçün ötmə əməliyyatını həyata keçirməyə çalışdığını, lakin həmin avtomobili keçə bilmədiyi üçün idarə etdiyi avtomobilin sürətini azaldaraq yenidən hərəkət hissəsinə qayıtmağa çalışan zaman idarəetməni itirdiyi üçün idarə etdiyi avtomobilin yoldan çıxaraq aşdığını bildirmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində idarə etdiyi avtomobillə hərəkət edib ötmə əməliyyatını həyat keçirən zaman qarşısında olan “VAZ-2107” markalı avtomobilin onun idarə etdiyi avtomobilə tərəf hərəkət etdiyini, nəticədə idarəetməni itirib avtomobili yolun sağ tərəfinə aşırdığını qeyd etmişdir. Hadisə vaxtı avtomobildə olan zərərçəkmiş şəxsin hüquqi varisi X13 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində ərinin idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman ərinin qarşıda olan qırmızı rəngli “VAZ-2107” markalı avtomobili keçmək üçün ötmə əməliyyatını həyata keçirməyə çalışdığını, lakin ərinin həmin avtomobili keçə bilmədiyini, idarə etdiyi avtomobilin sürətini azaldaraq yenidən hərəkət hissəsinə qayıtmağa çalışdığını və bu zaman idarəetməni itirdiyi üçün idarə etdiyi avtomobilin yoldan çıxaraq aşdığını bildirmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ərinin idarə etdiyi avtomobillə hərəkət edən zaman ərinin ötmə əməliyyatını həyat keçirən zaman qarşısında olan “VAZ- 2107” markalı avtomobilin ərinin idarə etdiyi avtomobilə tərəf hərəkət etdiyini, nəticədə ərinin idarəetməni itirib avtomobili yolun sağ tərəfinə aşırdığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüş, zərərçəkmiş şəxsin hüquqi varisi isə əri Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün qeyd olunan məzmunda ifadə vermişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Feniya Bəkirovanın və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələri sonuncunun təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 may 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X13 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, 15 avqust 2011-ci ildə doğulmuş Rəşad Bəkirov, 14 iyul 2012-ci ildə doğulmuş Fatimə Bəkirova, 05 iyun 2013-cü ildə doğulmuş Ramazan Bəkirov, 25 iyul 2014-cü ildə doğulmuş Zeynəb Bəkirova, 07 sentyabr 2015-ci ildə doğulmuş Rəmzi Bəkirov, 25 iyun 2018-ci ildə doğulmuş Elçin Bəkirov və 18 may 2020-ci ildə doğulmuş Sadiq Bəkirov onun himayəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, X1 şəhəri, Neftəməri küçəsində qeydiyyatdadır, 15 avqust 2011-ci ildə doğulmuş Rəşad Bəkirov, 14 iyul 2012-ci ildə doğulmuş Fatimə Bəkirova, 05 iyun 2013-cü ildə doğulmuş Ramazan Bəkirov, 25 iyul 2014-cü ildə doğulmuş Zeynəb Bəkirova, 07 sentyabr 2015-ci ildə doğulmuş Rəmzi Bəkirov, 25 iyun 2018-ci ildə doğulmuş Elçin Bəkirov və 18 may 2020-ci ildə doğulmuş Sadiq Bəkirov onun himayəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X14, X8, X9, X10, X15, X16, X17 və X4 adına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, həmin şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 24 aprel 2012-ci il tarixli hökmü ilə CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib 03 ay 25 gün müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanunu ilə CM-in 331-ci maddəsi ləğv edilmişdir. Odur ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnməsi, hadisə nəticəsində oğlunun ölməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışması, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmaması və himayəsində azyaşlı uşaqlarının olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmənin Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməli olmasını məqsədəmüvafiq hesab edir. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə müəyyən vəzifələri qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis X30 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan “VAZ-2101” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis X30 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan “VAZ-2101” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-235/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-235/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver