Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-236/2024 21.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü ildə Göyçay şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, ali təhsilli, işsiz, Rusiya Federasiyası, Tümen Vilayəti, X11, Koqalım şəhəri, Mira küçəsi, ev 2 B, mənzil 41 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək Göyçay rayonunun Şəkər kəndində yaşamış, barəsində qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşadığı dövrdə təxminən 2016-cı ildən onda “Paranoid şizofreniya” psixi xəstəliyi təzahür etməyə başlamış, həmin xəstəliyi ilə əlaqədar psixi vəziyyəti daha da pisləşdiyinə görə, atası X4 və anası Qanuni nümayəndə onu Azərbaycan Respublikasına gətirərək, Göyçay rayonunun Şəkər kəndində birlikdə yaşamağa başlamışlar, Göyçay rayonunda yaşadıqları müddətdə də daimi olaraq psixi xəstəliyi ilə bağlı müalicələr almış, lakin edilən müalicələrin ona heç bir müsbət təsiri olmamış, günü-gündən psixi vəziyyəti daha da ağırlaşmağa başlamış, son vaxtlar həkim tərəfindən yazılmış dərmanları qəbul etməmiş, özünə qapanıqlığı artmış, heç kimlə ünsiyyət saxlamamış, yaşadığı evdən gəzmək üçün tək çıxaraq xeyli uzaq məsafələrə piyada getmiş, bu zaman evə geri qayıda bilmədiyi üçün hər dəfə valideynləri onu taparaq geri evə qaytarmış, sonuncu dəfə 29 aprel 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evdən tək çıxaraq getmiş, bu zaman valideynləri onun tək gəzməsinin xəstəliyinə müsbət təsir göstərəcəyini fikiləşdikləri üçün buna mane olmamış, həmin gün saat 20 radələrində atası Eynulla Əhmədova həmkəndliləri Şahid4 və Şahid5 tərəfindən zəng edilərək, onun Göyçay rayonunun Ləkçıplaq kəndində avtomobil yolunun ortası ilə piyada getməsi barədə məlumat verilmiş, bundan sonra, Eynulla Əhmədov həyat yoldaşı Qanuni nümayəndə ilə birlikdə özünə məxsus “Mercedes Benz” markalı, “**-CV- ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə onun arxasınca gedərək, Göyçay rayonunun Ləkçıplaq kəndində onu tapıb avtomobilə əyləşdirərək geri qayıtmışlar, həmin vaxt avtomobilin arxa sağ otucağında, anası Qanuni nümayəndə isə avtomobildə arxa sol oturacaqda əyləşmiş, yolda atası Eynulla Əhmədov onun hərəkətlərindən həddindən artıq əsəbi olduğu üçün onu danlamağa başlamış və əsəblərini cilovlaya bilmədiyi üçün avtomobili idarə edən vaxt geri çevrilib ona bir sillə zərbəsi vurmuş, bu zaman atasının ona sillə vurmasından əsəbiləşdiyi üçün əli ilə bir dəfə atasının sifət nahiyəsinə zərbə vuraraq həm əli ilə, həm də uzun müddət dırnaqlarını tutmadığından dırnaqları uzun olduğu üçün sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan burun tağı nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası, hər iki qaşarası nahiyədə, sol göz yuvası altı-üzün sol yanaq-sol ağız bucağı və hər iki çənə nahiyələrində dərialtı qansızma xəsarətləri yetirmiş, buna görə atası Eynulla Əhmədov daha da əsəbiləşdiyindən anası Qanuni nümayəndə avtomobili saxlamasını bildirmiş, həmin vaxt Eynulla Əhmədov avtomobili Göyçay rayonunun Qaraxıdır kəndinin ərazisində saxlamış, həmin kənd sakini X12 məxsus aptekin binasına quraşdırılmış müşahidə kamerasına əsasən, saat 20:21 dəqiqədə avtomobildən düşüb yolu keçərək Şahin Yaqubova məxsus aptekə tərəf gəlib, aptekin içərisinə daxil olmuş, atası Eynulla Əhmədov da onun arxasınca gəlib aptekin içərisinə daxil olduqdan sonra atasını gördükdə sonuncuya tərəf gəlmiş, bu zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı atası onu tutub saxlamış, daha sonra atası ona sillə zərbəsi vurmaq istəyərkən, saat 20:22:31-dən 20:22:34-dək olan müddət ərzində atasının baş nahiyəsinə ardıcıl 5 yumruq zərbəsi vurmaqla, Eynulla Əhmədova qəsdən dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan qapalı kəllə beyin travması, baş beyin maddəsinin ödemi, baş beynin sərt qişasında xırda ocaqlı qansızmalar, ağciyər atelektaz və emfizema ocaqları, beyin maddəsinə qansızmalar xəsarətləri və dərəcəsinə görə sağlamlığa zərər vurmayan sol diz oynağının ön hissəsində dərinin epidermis qatının bir qədər soyulması fonunda sıyrıqlar xəsarətlərini yetirməklə, X2 qapalı kəllə beyin travması fonunda baş beynin sərt qişasına və beyin maddəsinə qansızmalar xəsarətlərindən ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, yəni “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkməklə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmişdir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, habelə psixi xəstəliyi ilə əlaqədar ibtidai istintaq zamanı da dindirilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, mərhum X4 isə onun əri olmuşdur. Oğlu Təqsirləndirilən şəxs 2 yaşında olarkən ehtiyatsızlıq səbəbindən yaşadıqları evin həyətində yerləşən dərinliyi təxminən 1 metr və içərisi su ilə dolu olan hovuza yıxılmış, həmin vaxt sonuncunun xilas olunmasına nail olsalar da oğlunu müayinə edən həkim gələcəkdə oğlunda müəyyən fəsadların olacağının ehtimal olunduğunu demişdir. O, bir müddət ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşamış, həmin müddətdə oğlu orta məktəbi çox yaxşı oxumuş, daha sonra Tümen Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, ali təhsilini çox yaxşı nəticələrlə bitirmiş, lakin oğlunun çəkisi həddindən artıq yüngül olduğu üçün sonuncunu həqiqi hərbi xidmətə aparmamışlar. Bundan sonra oğlu Təqsirləndirilən şəxs işləmək üçün Tümen şəhərinə getmiş, lakin iş tapa bilməmiş və təxminən 6 ay sonra Koqalım şəhərinə geri qayıtmışdır. Bu zaman Təqsirləndirilən şəxs həddindən artıq gərgin və əsəbi olması açıq şəkildə hiss olunmuş, o, sonuncudan bunun səbəbini soruşsa da sonuncu onlara sərt reaksiya verərək əsəbləşmiş, atası və qardaşları ilə heç bir səbəb olmadan mübahisələr etməyə, əsassız olaraq ailədə söz-söhbətlər yaratmağa, mütəmadi olaraq evdən xəbərsiz çıxıb gec gəlməyə başlamış və oğlu onun hər işinə qarışdıqlarını və bu səbəbdən də onları görmək istəmədiyini və ayrı yaşamaq istədiyini deyərək özünə qapanmağa başlamışdır. Təqsirləndirilən şəxs hətta ən yaxın olduğu doğma qardaşlarını belə görmək, onlarla ünsiyyət qurmaq istəmədiyini deyib, onlara qarşı da aqressiv olmağa başlamış, bir dəfə Təqsirləndirilən şəxs özünü pis aparmasına qarşı sərt fikir bildirdiyində sonuncu ona hücum etmişdir. Həmin vaxt bunu görən həyat yoldaşı və digər övladları Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını alıb sonuncunu danlamağa başlamışlar. Qeyd olunan səbəbdən sonuncu 1 ay müddətində Surqut rayonunda yerləşən Ruhi-Əsəb Dispanserində müalicə olunmuş və bundan sonra həkim oğlunun səhhətinin yaxşılaşdığını və oğlunun orada qalmasına ehtiyac olmadığını dediyi üçün yenidən evə gətirmişlər. Lakin bundan sonra da oğlunun yenə də evdən qaçmasının, aqressiv hərəkətlər etməsinin və ailə üzvlərinə qarşı qəzəbli davranmasının davam etdiyini gördüyü, sağalmadığını və müalicələrin müsbət təsir göstərmədiyinin şahidi olduqları üçün mühit dəyişikliyinin oğluna müsbət təsir edəcəyini fikirləşərək 2017-ci ildə oğlunu Göyçay rayonunun Şəkər kəndinə gətirmişlər. Bundan sonra oğlu Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim-psixiatrın qəbulunda olmuş və həkim oğluna müəyyən dərmanlar yazmışdır. Lakin oğlu həmin dərmanları qəbul etməkdən imtina etdiyi üçün vəziyyəti daha da ağırlamış və qeyd olunan səbəbdən dərmanları əzərək gah yeməyinə gah suyuna, gah da meyvə şirəsinə əlavə edərək qəbul etdirmişdir. Oğlu həmin dərmanları qəbul etdikdən sonra uzun müddət yatmağa başlamış və qeyd olunan səbəbdən bəzən gün ərzində yemək yeməmiş, su içməmiş və dərmanları vaxtlı-vaxtında qəbul etməmişdir. 2021-ci ildə oğlunu yenidən həkim-psixiatrın qəbuluna aparmışlar, həkim oğlunu müayinə edərək iynələr vurulmasını tövsiyə etdiyi üçün həmin iynələri alaraq oğluna vurdurmuşdur. Bundan bir qədər sonra oğlunun qaynı Nemət adlı şəxsin evində paltar ipi ilə tavandan asdığını görmüşlər və dərhal müdaxilə edərək sonuncunun həyatını xilas etməyə nail olmuşlar. Daha sonra oğlu əvvəlcə bir gün müddətində Göyçay Rayon Mərkəzi Xəstəxanasında, daha sonra isə 1 ay 15 gün müddətində Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında müalicə olunmuş və bundan sonra isə oğlunu müalicə edən həkimin razılığı ilə oğlunu yaşadıqları evə gətirmişlər. Lakin oğlu bundan sonra da dərmanlarını qəbul etməkdən imtina edərək davamlı olaraq onlarla aqressiv davranmağa başlamış, yemək yeməkdən, yuyunmaqdan və onlarla bir evdə yaşamaqdan imtina edərək Rusiya Federasiyasında yaşayan qaynı Nemət adlı şəxsin yaşayış olmayan qaranlıq evində yatmağa başlamışdır. Qeyd olunan səbəbdən bir il sonra oğlunu yenidən Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına yerləşdirmişlər və oğlu 2 ay 15 gün müddətində orada müalicə aldıqdan sonra vəziyyəti normallaşdığı üçün xəstəxanadan çıxarıb evə gətirmişlər. 29 aprel 2024-cü il tarixdə təxminən günorta saatlarında oğlu evdən çıxıb getmiş, lakin sonuncu bunun səbəbini deməmişdir. O, oğlunun rahatlıq tapması üçün bir qədər gəzmək istəməsini və sonda yenidən evə geri qayıdacağını düşünərək arxası ilə getməmişdir. Bir müddət sonra təxminən 20 radələrində bilmədiyi şəxs mobil telefon vasitəsilə əri Eynulla Əhmədovun mobil telefon nömrəsinə zəng etmiş və sonuncunun həmin zəngdən sonra əsəbləşdiyini görmüşdür. Eynulla ona hazırlaşmasını, oğlunun arxası ilə gedəcəklərini demiş və birlikdə sonuncuya məxsus “Mercedes Benz” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğlunu gətirməyə getmişlər. Avtomobil ilə Göyçay rayonunun Ləkçıplaq kəndinin ərazisinə çatdıqdan sonra oğlunun asfalt örtüklü yolun kənarı ilə piyada getdiyini görmüşlər və əri Eynulla Əhmədovun göstərişi ilə oğlu həmin avtomobildə arxa sağ oturacaqda əyləşdikdən sonra Göyçay rayonunun Şəkər kəndi istiqamətində hərəkətə başlamışlar. Avtomobildə olan zaman əri Eynulla Əhmədov oğlunu danlamış, lakin sonuncu cavab qaytarmamışdır. Daha sonra əri Eynulla Əhmədov sifətini arxaya doğru çevirib oğluna bir sillə zərbəsi vurmuş, oğlu da cavab olaraq əli ilə əri Eynulla Əhmədovun alın nahiyəsinə zərbə vurmuşdur. Oğlu dırnaqlarını tutmağa icazə vermədiyi üçün əl dırnaqları çox uzanmış, bu səbəbdən oğlunun dırnağı əri Eynulla Əhmədovun alın nahiyəsini yaralamış və qan axmağa başlamışdır. O, baş verənlərdən narahat olmuş və onun deməsinə əsasən Eynulla Əhmədov avtomobili yolun kənarında saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb orada yerləşən aptekə daxil olmuş, həmin vaxt əri Eynulla Əhmədov da əsəbi halda oğlunun arxası ilə hərəkət edərək aptekə daxil olmuşdur. O, oğlu Təqsirləndirilən şəxsla əri Eynulla Əhmədovun arasında mübahisənin baş verməməsi üçün aptekə daxil olmuş və bu zaman adları qeyd olunan şəxslərin aptekin içərisində bir-birinin yaxasından tutduğunu görmüşdür. Eynulla Əhmədova sakitləşməsini demiş, Təqsirləndirilən şəxs isə kömək üçün bir neçə dəfə polis əməkdaşlarını çağırmışdır. Adları qeyd olunan şəxslərin bir-birilərinə xəsarət yetirmələrindən qorxduğu üçün aptekin giriş qapısını açaraq Eynulla Əhmədovu çölə çıxarmağa çalışmış, kömək üçün kənarda olan şəxsləri səsləmiş, bu zaman oğlu Kamal ilə əri Eynulla Əhmədovun bir-birilərindən tutaraq dartışmalarını və aptekin içərisində vitrinlərə zərblə dəymələrini görüb oraya yaxınlaşdıqda əri Eynulla Əhmədovun ayaqüstə dayanmasına baxmayaraq, hərəkətsiz qaldığını və anidən yerə yıxıldığını görmüş, Təqsirləndirilən şəxs isə aptekdən çıxıb getmişdir. Bundan sonra isə əvvəlcə orada olan vətəndaşlar, daha sonra isə Təcili və X9 Stansiyasının əməkdaşları tərəfindən Eynulla Əhmədov müayinə olunsa da əri orada ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X4 onun böyük qardaşı, Təqsirləndirilən şəxs isə onun qardaşının oğludur. Təqsirləndirilən şəxs Göyçay rayonunun Şəkər kəndində doğulmuş və sonuncuda psixi və ruhi xəstəlik təxminən 2016-cı ildən yaranmağa başlamışdır. Təqsirləndirilən şəxs iki yaşı olarkən sonuncu yaşadıqları evin həyətində yerləşən su hovuzuna yıxılmış, bu səbəbdən müayinə olunmuş və bu zaman həkim qeyd olunan hadisə nəticəsində sonuncuda hər hansı fəsadın yaranmasının ehtimal olunmasını demişdir. X18 Əhmədovu dəfələrlə həkim yoxlanışına aparması barədə xəbəri olsa da sonuncuya hansı diaqnozun qoyulması barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq müalicə olunsa da səhhətində sağalmağa doğru müsbət nəticə olmamış, sonradan X21 Federasiyasına getdiyi üçün Təqsirləndirilən şəxs da sonuncu ilə birlikdə getmişdir. Sonradan 2016-2017-ci illərdə bir neçə dəfə mobil telefon vasitəsilə qardaşı Eynulla Əhmədovla əlaqə saxladıqda sonuncu ona oğlu Təqsirləndirilən şəxs səhhətində müəyyən problemlərin olduğunu, özünə qapandığını və onlarla aralarında fikir müxtəlifliyinin olduğunu demişdir. Sonradan qardaşı Eynulla Əhmədov Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar Rusiya Federasiyasından Göyçay rayonuna köçmüş və söhbət əsnasında Eynulla Əhmədov Təqsirləndirilən şəxs mühiti dəyişməkdə səhhəti üçün müsbət təsir edəcəyini düşündüyü üçün köçdüyünü demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilk əvvəllər onun yaşadığı evə gəlib-getmiş, həmin müddətdə sonuncuda özünə qapanma, hərəkətlərində və davranışında, eyni zamanda danışmaqda çətinlik çəkməsi açıq şəkildə hiss olunmuş, bundan başqa, Təqsirləndirilən şəxs bəzən bir nöqtəyə baxaraq özbaşına gülməsinin şahidi olmuşdur. Son vaxtlar Təqsirləndirilən şəxs psixi vəziyyəti daha da ağırlaşdığından sonuncu uzun müddətdir özbaşına onlara gəlibgetməmiş və bunun səbəbinin isə artıq sonuncuda psixi vəziyyətin daha da ağırlaşmasına görə yolu tanıya bilməməsi olduğunu düşünmüşdür. Həmçinin son vaxtlar qardaşı Eynulla Əhmədovla söhbət edən zaman sonuncu ona Təqsirləndirilən şəxs psixi vəziyyətində hər hansı irəliləyişin olmadığını demişdir. Təqsirləndirilən şəxs əvvəllər az da olsa onlarla ünsiyyət qursa da atası Eynulla Əhmədovla danışmamış, sonuncunun çox vaxt gününü qaranlıq otaqlarda, təklikdə və danışmadan, son vaxtlar isə həftələrlə gününü ac və susuz keçirməsini eşitmişdir. Hadisədən təxminən bir ay əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə olan zaman sonuncuya salam versə də Təqsirləndirilən şəxs onunla salamlaşmamış, gərgin halda öz otağına daxil olmuş və həmin vaxt sonuncunun paltarlarının və səliqəsinin bərbad halda olduğunu görmüşdür. Bu barədə qardaşı Eynulla Əhmədovdan soruşmuş, sonuncu isə Təqsirləndirilən şəxs yuyunmadığını, saçını və dırnaqlarını kəsmədiyini və qeyd olunanları etməyə onlara icazə vermədiyini demişdir. Təqsirləndirilən şəxs psixi və ruhi vəziyyəti ağırlaşdığı üçün qardaşı Eynulla Əhmədov Təqsirləndirilən şəxs dəfələrlə həkim-psixiatr tərəfindən müayinə olunması məqsədilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmış və sonuncu orada müalicə olunmuşdur. Təqsirləndirilən şəxs 2021-ci il tarixdə intihara cəhd etdikdən sonra müalicə olunması üçün Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına göndərilmiş və orada müalicə olunmuşdur. 29 aprel 2024-cü il tarixdə axşam vaxtı bacısı Minayənin oğlu Elçin ona mobil telefonla zəng edərək, qardaşı Eynulla Əhmədovun öldüyünü demiş və mobil telefonu söndürmüşdür. Sonradan qohumlarla əlaqə saxlamış və söhbət əsnasında Təqsirləndirilən şəxs evdən xəbərsiz çıxıb getməsi, həmin vaxt kənd sakinlərindən bir neçəsinin qardaşına zəng edərək Təqsirləndirilən şəxs avtomobil yolu ilə Göyçay rayonunun Ləkçıplaq kəndi istiqamətində getməsi barədə məlumat vermələrini, bu səbəbdən qardaşının qəzəblənməsi, Nərminə ilə birlikdə özünə məxsus avtomobillə Təqsirləndirilən şəxs evə gətirmək üçün arxası ilə getmələri, həmin vaxt Təqsirləndirilən şəxs Göyçay rayonunun Ləkçıplaq kəndinin ərazisində yolun kənarı ilə getməsini görmələri, daha sonra X18 Əhmədovu güclə avtomobilə əyləşdirərək Göyçay rayonunun Şəkər kəndinə aparması, yolda olan zaman Təqsirləndirilən şəxsla aralarında mübahisəninin yaranması, X18 Əhmədovun hərəkətlərinə dözə bilmədiyi üçün qəzəblənməsi, bu səbəbdən sükan arxasında olan zaman sifətini Təqsirləndirilən şəxs tərəf çevirərək sonuncuya zərbə vurmaq istəməsi, bu vaxt Təqsirləndirilən şəxs əli ilə qardaşına bir zərbə vurması, Eynulla Əhmədovun burun nahiyəsindən qanın axması, bundan sonra avtomobilin içərisində gərginliyin daha da artması səbəbindən qardaşının idarə etdiyi avtomobili dayandırması, Eynulla Əhmədovun avtomobili yolun kənarında saxlaması, Təqsirləndirilən şəxs avtomobildən düşərək aptekə daxil olması, qardaşı və Qanuni nümayəndə Təqsirləndirilən şəxs yenidən avtomobilə əyləşdirmək üçün sonuncunun arxası ilə hərəkət etmələri, aptekə daxil olan zaman X19 Əhmədovun arasında mübahisənin yaranması, mübahisə vaxtı Təqsirləndirilən şəxs Eynulla Əhmədovun baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurması, nəticədə qardaşının huşunu itirməsi və daha sonra isə ölməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən şahid Qanuni nümayəndə ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X4 onunla həmkəndlidir, Təqsirləndirilən şəxs isə sonuncunun oğludur. Eynulla Əhmədov ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüş, 2017-ci ildə isə arvadı və oğlu Təqsirləndirilən şəxsla birlikdə Göyçay rayonuna köçmüşlər və Göyçay rayonunun Şəkər kəndində yaşamağa başlamışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs psixi xəstəliyin olduğunu, həmin xəstəliyin anadangəlmə olmadığını və sonradan yarandığını eşitmişdir. Eynulla Əhmədov Təqsirləndirilən şəxs dəfələrlə həkimə aparsa da sonuncunun səhhətində sağalmağa doğru müsbət nəticə olmamış və xəstəliyi daha da ağırlaşmışdır. 2020-ci ildən sonra isə Təqsirləndirilən şəxs xəstəliyi ilbəil daha da ağırlaşmış, sonuncu artıq heç kəslə ünsiyyət qurmamış, tək gəzmiş, heç kimin evinə getməmiş, hətta o, Təqsirləndirilən şəxs küçədə görüb çağırdıqda sonuncu ona hər hansı reaksiya verməmişdir. Son vaxtlar Təqsirləndirilən şəxs evdən çıxıb yol ilə hərəkət etdiyini, bəzi vaxtlarda isə hətta digər kəndlərin ərazisinə də getdiyini bilmiş, Eynulla Əhmədov da həmişə axşam özü Təqsirləndirilən şəxs tapıb evə gətirmişdir. 2021-ci ildə Təqsirləndirilən şəxs intihara cəhd etməsi və müalicə olunması üçün Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına göndərilməsi, həmin xəstəxanadan qayıtdıqdan sonra isə səhhətində hər hansısa irəliləyişin olmaması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs həddindən artıq özünə qapandığı üçün heç kəslə söhbət etməmiş, hər hansı şəxs də sonuncuya hər hansı söz dedikdə, sonuncu səssiz şəkildə həmin şəxsdən uzaqlaşaraq çıxıb getmişdir. 29 aprel 2024-cü il tarixdə təxminən saat 17 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndinin ərazisində olarkən Təqsirləndirilən şəxs Göyçay şəhəri istiqamətində avtomobillərin hərəkət etdiyi asfalt örtüklü yolun ortasında olan ağ zolaqla piyada şəkildə hərəkət etdiyini görmüş və sonuncunun psixi vəziyyətini nəzərə alaraq, dərhal bu barədə sonuncunun atası Eynulla Əhmədova mobil telefonla zəng edərək məlumat vermişdir. Həmin tarixdə təxminən saat 21 radələrində xatırlamadığı şəxs ona zəng edərək X17 rayonunun Qaraxıdır kəndində yerləşən aptekin qarşısında öldüyünü eşitmiş və həmin yerə getdikdə orada bir çox şəxsin toplaşdığını, Təcili və X9 Stansiyasının həkimlərinin, polis və prokurorluq əməkdaşlarının orada olduğunu görmüşdür. Orada olan şəxslərin deməsinə əsasən aptekdə X7 Əhmədovun arasında mübahisənin yaranması, bu zaman sonuncunun atası Eynulla Əhmədovun baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurması, nəticədə sonuncunun ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X20 rayonunun Şəkər kənd sakini kimi tanımış, sonradan Təqsirləndirilən şəxs sonuncunun oğlu olduğunu bilmişdir. Eynulla Əhmədov uzun müddət Rusiya Federasiyasında yaşamış, sonradan sonuncunun oğlu Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında yaşamasını və sonuncunun psixi xəstəliyi ilə əlaqədar X17 rayonunun Şəkər kəndinə yerləşməsini eşitmişdir. Sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi hadisədən əvvəlki günlərdə Göyçay rayonunun Qaraxıdır və Şəkər kəndlərinin ərazisində görmüş, lakin həmin şəxsin Eynulla Əhmədovun oğlu olmasını bilməmiş və Təqsirləndirilən şəxs hərəkətlərindən və davranışından sonuncunun psixi xəstəliyinin olmasını hiss etmişdir. 29 aprel 2024-cü il tarixdə saat 20 radələrində Göyçay rayonunun Qaraxıdır kəndində yerləşən Şahin Yaqubova məxsus aptekin qarşısında olan zaman Göyçay rayonunun Ləkçıplaq kəndi istiqamətindən həmin rayonun Alpout kəndi istiqamətində yüksək sürətlə hərəkət edən avtomobilin aptekin qarşısında, yolun kənarında yüksək tormoz səsi ilə dayandığını, sükan arxasından bir nəfər şəxsin və arxa sərnişin yerindən isə digər şəxsin avtomobildən düşdüyünü və bundan sonra sükan arxasından düşən şəxsin həmin avtomobilin arxa hissəsinə keçərək arxa sərnişin yerindən düşən şəxsin arxası ilə hərəkət edərək sanki təqib etməsini görmüşdür. Bundan sonra arxa sərnişin yerindən düşən şəxs yolu keçərək aptekə tərəf gəlmiş və onun yanına çatdıqdan sonra isə həmin şəxs ona baxaraq həyəcanlı şəkildə polis çağırmasını deyib aptekə daxil olmuşdur. Həmin vaxt qeyd olunan şəxsin arxası ilə hərəkət edən şəxsin Göyçay rayonunun Şəkər kənd sakini Eynulla Əhmədov olduğunu, sonuncunun alın hissəsindən qanın axdığını, paltarının ön hissəsinin qana bulaşmış halda olduğunu və sonuncunun arxası ilə hərəkət edən şəxsin isə Eynulla Əhmədovun arvadı Qanuni nümayəndə olduğunu görmüşdür. Qanuni nümayəndə aptekə daxil olanadək Eynulla Əhmədovu nəzərdə tutaraq etməməsini dediyini, aptekə ilk daxil olan şəxsin isə ona həyəcanlı şəkildə polis çağırmasını deməsini, ardınca isə Qanuni nümayəndə Eynulla Əhmədovu nəzərdə tutaraq etməməsini dediyini eşitmişdir. Daha sonra aptekin içərisinə baxdıqda oraya daxil olan və sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin orada dayandığını, Eynulla Əhmədovun isə aptekə daxil olan kimi içəridə olan stulu əlinə götürüb oğluna tərəf istiqamətləndirdiyini görmüşdür. Dərhal aptekə daxil olduqda Eynulla Əhmədovun əlində olan stulun bir hissəsindən sonuncunun, digər hissəsindən isə oğlu Təqsirləndirilən şəxs tutduğunu, X8 Əhmədova sillə zərbəsi vurmağa çalışdığını, bu zaman Təqsirləndirilən şəxs Eynulla Əhmədovun baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurduğunu, sonuncunun həmin zərbələrin təsirindən yerə yıxılaraq huşunu itirdiyini və sonda isə Təqsirləndirilən şəxs aptekdən çıxaraq oradan uzaqlaşdığını görmüşdür. Həmin vaxt orada Eynulla Əhmədova ilkin tibbi yardım göstərilsə də sonuncunun huşu özünə gəlməmişdir. Bundan bir qədər sonra Təcili və X9 Stansiyasının əməkdaşları oraya gələrək Eynulla Əhmədovu müayinə etmişlər və sonuncunun artıq öldüyünü demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 20 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ilə həmin rayonunun Qaraxıdır kəndinin yaxınlığında yerləşən ət kəsimi mağazasının qarşısında olan zaman Göyçay rayonunun Ləkçıplaq kəndi istiqamətindən Göyçay rayonunun Alpout kəndi istiqamətində asfalt örtüklü yolla yüksək sürətlə hərəkət edən və yüksək tormozla yolun kənarında saxlayan “Mercedes Benz” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu, avtomobilin sükan arxasından sonradan Eynulla Əhmədov olduğunu bildiyi şəxsin, sağ arxa sərnişin yerindən sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin, sonda isə sol arxa sərnişin yerindən sonradan Qanuni nümayəndə olduğunu bildiyi şəxsin düşdüyünü, Eynulla Əhmədovun həmin avtomobilin arxa hissəsinə keçib Təqsirləndirilən şəxs arxası ilə hərəkət etdiyini görmüş və sonuncunun Eynulla Əhmədovdan qaçmaq istəməsi açıq şəkildə hiss olunmuşdur. Təqsirləndirilən şəxs yolu keçərək aptekə tərəf gedərkən, həmin vaxt sonuncunun arxası ilə hərəkət edən Eynulla Əhmədov Təqsirləndirilən şəxs dayanmasını və avtomobilə əyləşməsini demiş və bu zaman o, iki şəxsin arasında gərginliyin olduğunu hiss etmişdir. Eynulla Əhmədov avtomobildən aşağı düşərkən sonuncunun alın nahiyəsindən qanın axdığını, paltarının ön hissəsinin isə qana bulaşmış halda olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs avtomobil yolunu keçib yolun əks hissəsində yerləşən aptekə daxil olmuş, sonuncunun arxası ilə Eynulla Əhmədovun, daha sonra isə Qanuni nümayəndə qeyd olunan aptekə daxil olduqlarını görmüşdür. Bundan sonra o, kənardan aptekin pəncərəsindən baxıb içəridə bir qədər əvvəl oraya daxil olan qeyd olunan şəxslərin mübahisə etdiklərini görüb dərhal yolu keçərək aptekə daxil olmuş və bu zaman Təqsirləndirilən şəxs Eynulla Əhmədovun baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurduğunu, sonuncunun həmin zərbələrin təsirindən yerə yıxılaraq huşunu itirdiyini, ardınca isə Təqsirləndirilən şəxs aptekdən çıxaraq oradan uzaqlaşdığını görmüşdür. Həmin vaxt orada Eynulla Əhmədova ilkin tibbi yardım göstərilsə də sonuncunun huşu özünə gəlməmişdir. Bundan bir qədər sonra Təcili və X9 Stansiyasının əməkdaşları oraya gələrək Eynulla Əhmədovu müayinə etmişlər və sonuncunun artıq öldüyünü demişlər. Sonradan araşdırma zamanı X17 rayonunun Şəkər kənd sakini olması, uzun müddət Rusiya Federasiyasında yaşaması və oğlu Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar birdəfəlik olaraq Göyçay rayonunun Şəkər kəndinə köçmələri ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X4 onun həmkəndlisidir, Təqsirləndirilən şəxs isə sonuncunun oğludur. Eynulla Əhmədov uzun müddət ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamış, 2017-ci ildə isə Azərbaycan Respublikasına qayıdaraq Göyçay rayonunda yaşamağa başlamışdır. Bundan sonra o, bir nəfər şəxsin kənddə tək gəzdiyini, bəzi vaxtlarda başqa kəndlərin də ərazisinə getdiyini, hərəkətlərinin normal olmadığını, deyilən sözə cavab vermədiyini görüb sonuncunun kim olduğunu soruşmuş, kənd sakinlərinin deməsinə əsasən həmin şəxsin X8 Əhmədov olması və sonuncuda psixi xəstəliyin olması ona məlum olmuşdur. Hər hansı şəxs Təqsirləndirilən şəxs nəsə dedikdə sonuncu cavab vermədən oradan uzaqlaşıb getmiş və həddindən artıq özünə qapandığı üçün heç kəslə söhbət etməmişdir. 29 aprel 2024-cü il tarixdə saat 18 radələrində Göyçay rayonunun Qaraxıdır kəndindən keçib Göyçay şəhəri istiqamətində hərəkət edərkən Təqsirləndirilən şəxs həmin kəndin ərazisində, bir qədər sonra Göyçay rayonunun Ləkçıplaq kəndinin ərazisində olan zaman isə Təqsirləndirilən şəxs həmin kəndin ərazisində, avtomobil yolunun kənarında tək hərəkət etdiyini görmüş və bu barədə Eynulla Əhmədova məlumat vermişdir. Bundan bir müddət sonra Göyçay rayonunun Qaraxıdır kəndinin ərazisində yerləşən aptekin qarşısında insanların toplaşdığını görüb nə baş verdiyini soruşmuş və orada olan şəxslərin demələrinə əsasən Təqsirləndirilən şəxs aptekin içərisində Eynulla Əhmədova zərbələr vuraraq sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 aprel 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 21:09-da Göyçay Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq bir nəfər şəxsin ölməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 aprel 2024-cü il tarixli təqrirdən görünür ki, həmin tarixdə saat 21:45-də Göyçay Rayon Polis Şöbəsindən Göyçay Rayon Prokurorluğuna telefonla zəng olunaraq bir nəfər şəxsin Göyçay rayonunun Qaraxıdır kəndinin ərazisində yıxılaraq ölməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay rayonunun Qaraxıdır kəndində yerləşən Şahin Yaqubova məxsus aptekin yerləşdiyi binadır. Aptekin giriş qapısının qarşısında üzəri ağ mələfə ilə örtülmüş meyit vardır. Meyitin ayaq tərəfi aptekin giriş qapısı istiqamətində, baş hissəsi isə əks istiqamətdədir. Meyitin əynində üzərində qanabənzər ləkələr olan açıq-göy rəngli, qısaqol və öndən düymə ilə bağlanan köynək, tünd-göy rəngli cins materialdan olan şalvar, alt paltarı və ayaqqabı vardır. Aptekin içərisində yerləşən pəncərəyə vurulmuş “jalüz” tipli pərdənin müəyyən hissəsinin bərkidildiyi yerdən qoparaq düşməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə mərhum X2 meyitinə baxış keçirilmişdir. Meyitin əynində olan qısaqol köynəyin ön hissəsi, habelə 01 cüt ayaqqabının müxtəlif hissələri qana bənzər maddəyə bulaşmış haldadır. Meyitin arxa yan səthində 5-10 saniyəyə bərpa olan, açıq-bənövşəyi çalarlı meyit ləkəsi vardır. Sağ gicgah nahiyəsində olan tüklərarası hissə burun tağından axmış qan hesabına bir qədər bulanmışdır. Burun tağı nahiyəsində boylama istiqamətli, kənarları nahamar, tünd-bənövşəyi çalarlı qançır fonunda, 1,5x0,4 sm ölçüdə əzilmiş-cırılmış yara vardır. Hər iki qaşarası nahiyədə açıq-qırmızımtıl çalarlı qeyri-müəyyən uzunsov formalı, 1,5x1,1 sm ölçüdə dərialtı qansızma vardır. Sol göz yuvası altı-üzün sol yanaq-sol ağız bucağı və hər iki çənə nahiyələrində tünd-bənövşəyi-çəhrayımtıl çalarlı, qeyri-müəyyən uzunsov-ovalxətti formalı, ölçüləri 0,6x0,2 sm-dən 2,22-2,5x1-1,2 sm-ə qədər olan dərialtı qansızmalar vardır. Meyitin burun belində olan əzilmiş yaradan axan qan hesabına üz nahiyəsinin bəzi hissələri qanabənzər maddəyə bulaşmışdır. Sol said və sol əlüstü nahiyələrdə damcı şəkilli qurumuş qan izləri vardır. Sol diz oynağının ön hissəsində dərinin epidermis qatının bir qədər soyulması fonunda ölçüləri 0,6x0,4 sm-dən 1,1x0,9 sm-ə qədər olan sıyrıqlar vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim edilən paltarların götürülməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol idman köynəyi, 01 ədəd idman şalvarı, 01 ədəd qısaqol köynək və 01 cüt başmaq həmin tarixdə götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol idman köynəyinə, 01 ədəd idman şalvarına, 01 ədəd qısaqol köynəyə və 01 cüt başmağa həmin tarixdə baxış keçirilmiş və bu zaman qısaqol köynəyin və şalvarın üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı X2 əynində olmuş 01 ədəd tünd göy rəngli cins şalvar, 01 ədəd açıq boz rəngli qısaqol köynək və 01 cüt qara rəngli ayaqqabıya həmin tarixdə baxış keçirilmiş və bu zaman şalvarın, qısaqol köynəyin və ayaqqabının üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim edilən əşyanın götürülməsi haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X12 məxsus olan aptekdə quraşdırılmış videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülər götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, Göyçay rayonunun Qaraxıdır kənd sakini X12 məxsus olan aptekin içərisinə və çöl divarına quraşdırılmış videomüşahidə kameralarından götürülmüş videogörüntülərin köçürüldüyü 01 ədəd diskə baxış keçirilmişdir. Diskdə 04 (dörd) ədəd fayl vardır. Birinci fayla daxil olduqda, həmin faylda 03 dəqiqə müddəti olan videogörüntünün olduğu müəyyən olundu və həmin videogörüntü aptekin çöl divarına quraşdırılmış 9 nömrəli videomüşahidə kamerasından götürülmüşdür. Həmin videogörüntüdən görünür ki, saat 20:21:34-də yolun digər tərəfindən Göyçay şəhərindən Göyçay rayonunun Şəkər kəndi istiqamətində hərəkət edən avtomobil tormozu sıxaraq dayanır. Edilən tormozlamadan avtomobilin sürətlə gəlməsi görünür. Avtomobil dayandıqdan sonra avtomobilin sürücüsü avtomobildən düşüb avtomobilin arxa hissəsinə doğru gəldikdə sağ arxa sərnişin yerindən bir nəfər cavan oğlan düşərək avtomobilin ön hissəsinə tərəf gəlir. Bu zaman sol arxa sərnişin yerindən də bir nəfər qadın düşür. Həmin cavan oğlan avtomobilin ön tərəfindən düşərək aptek istiqamətində gəlir, onun arxası ilə isə sürücü, onun da arxası ilə avtomobildən düşən qadın cinsli şəxs aptekə tərəf gəlir. Saat 20:22:07-də oğlan aptekin içərisinə daxil olaraq, videomüşahidə kamerasının əhatəsindən çıxır. Onun arxası ilə hərəkət edən sürücü və qadın cinsli şəxs aptekin içərisinə daxil olaraq, videomüşahidə kamerasının əhatəsindən çıxırlar. İkinci fayla daxil olduqda, həmin faylda 03 dəqiqə müddəti olan videogörüntünün olduğu müəyyən olundu və həmin videogörüntü aptekin çöl divarına quraşdırılmış 15 nömrəli videomüşahidə kamerasından götürülmüşdür. Həmin videogörüntü 1-ci faylda olan videogörüntü ilə eynilik təşkil edir. Sadəcə olaraq fərqli istiqamətdə quraşdırılmışdır. Üçüncü fayla daxil olduqda, həmin faylda 03 dəqiqə 01 saniyə müddəti olan videogörüntünün olduğu müəyyən olundu və həmin videogörüntü aptekin içərisinə quraşdırılmış 8 nömrəli videomüşahidə kamerasından götürülmüşdür. Həmin videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs saat 20:22:10-da aptekin içərisinə daxil olur, onun arxası ilə isə atası Eynulla Əhmədov aptekin içərisinə daxil olur və aptekin içərisində olan stulu əlinə götürür. Bu zaman Təqsirləndirilən şəxs bunu gördükdə atasına tərəf hərəkət edib sonuncuya zərbə vurmağa çalışır, Eynulla Əhmədov isə oğlunu tutub saxlayır və onlar əlbəyaxa olurlar. Bundan sonra onların bir-birilərinə nə isə deməsi görünür. Bir qədər dayandıqdan sonra Eynulla Əhmədovun əlində stul olmasına baxmayaraq, Təqsirləndirilən şəxs da həmin stulun bir hissəsindən tutduğu üçün Eynulla Əhmədov qeyd olunan stulla Təqsirləndirilən şəxs zərbə vura bilmir, bu səbəbdən də Eynulla Əhmədov Təqsirləndirilən şəxs yumruq zərbəsi vurmağa cəhd edir, lakin sonuncu baş nahiyəsini bir qədər kənara hərəkət etdirdiyi üçün buna nail ola bilmir. Həmin vaxt da Təqsirləndirilən şəxs saat 20:22:31-dən saat 20:22:34-dək olan müddət ərzində Eynulla Əhmədovun baş nahiyəsinə ardıcıl olaraq 5 yumruq zərbəsi vurur. Bundan sonra Eynulla Əhmədov huşsuz vəziyyətə düşür və yerə yıxılır. Yerə yıxılan zaman isə Eynulla Əhmədovu aptekin içərisinə köməyə gələn şəxslərdən biri tutur və sonuncunun zərblə yerə dəyməsinin qarşısını alır. Dördüncü fayla daxil olduqda, həmin faylda 3 dəqiqə müddəti olan videogörüntünün olduğu müəyyən olundu və həmin videogörüntü aptekin içərisinə quraşdırılmış 4 nömrəli videomüşahidə kamerasından götürülmüşdür. Həmin videomüşahidə kamerası 8 nömrəli videomüşahidə kamerası ilə eynilik təşkil edir. Qeyd olunan videogörüntü səs qeydiyyatı da aparır və yalnız aptekin piştaxtasının içərisini çəkir. Səs qeydiyyatından görünür ki, Təqsirləndirilən şəxs içəri girərək “bibi, polis, polis” sözlərini deyir, bundan sonra Eynulla Əhmədov içəri daxil olur, bu zaman onların birbirilərinə tərəf hərəkət etmələri və bir-birilərinə nəsə demələri eşidilir, lakin səs aydın olmadığına görə onların bir-birinə nə deməsi tam başa düşülmür. Həmçinin, Qanuni nümayəndə “Eynulla bura sənin evin deyil, Eynulla, Eynulla” sözlərini deməsi, daha sonra isə “kömək edin, kömək edin” deyə qışqırması eşidilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 22 may 2024-cü il tarixli 3-16-16-2-17/444 nömrəli rəyindən görünür ki, tədiqaqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman şalvarının səthi üzərindən tapılmış tünd-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X3 məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X3 məxsus 01 ədəd qısaqol köynəyin səthi üzərindən tapılmış qəhvəyimtil-qara rəngli kimyəvi elastan lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 22 may 2024-cü il tarixli 14 nömrəli rəyindən görünür ki, mərhum X2 meyitində “qapalı kəllə beyin travması. Baş beyin maddəsinin ödemi. Baş beynin sərt qişasında xırda ocaqlı qansızmalar. Ağciyər atelektaz və emfizema ocaqları. Beyin maddəsinə qansızmalar. Burun tağı nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası. Hər iki qaşarası nahiyədə, sol göz yuvası altı-üzün sol yanaq-sol ağız bucağı və hər iki çənə nahiyələrdə dərialtı qansızmalar. Sol diz oynağının ön hissəsində dərinin epidermis qatının bir qədər soyulması fonunda sıyrıqlar” xəsarətləri aşkar olunmuşdur. “Qapalı kəllə beyin travması fonunda baş beynin sərt qişasına və beyin maddəsinə qansızmalar” xəsarətləri küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş 29 aprel 2024-cü il tarixdə mərhum Eynulla Əhmədovun ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi əvvəl əmələ gəlmişlər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. “Burun tağı nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası, hər iki qaşarası nahiyədə, sol göz yuvası altı-üzün sol yanaq-sol ağız bucağı və hər iki çənə nahiyələrdə dərialtı qansızmalar, sol diz oynağının ön hissəsində dərinin epidermis qatının bir qədər soyulması fonunda sıyrıqlar” xəsarətləri küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş 29 aprel 2024-cü il tarixdə onun ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi əvvəl əmələ gəlmişlər və bu da canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Onun meyitinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində öz boyu hündürlüyündə yıxılmağa xarakterik xəsarətlər aşkar edilmədi. Onun ölümünə səbəb qapalı kəllə beyin travması fonunda baş beynin sərt qişasına və beyin maddəsinə qansızmalar olmuşdur. Onun meyitindən götürülmüş qanda və sidikdə etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 30 may 2024-cü il tarixli 215-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyin ön səthində solda bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma küt alətin təsiri nəticəsində yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd idman gödəkcəsi və bir cüt başmağın üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs Sahabqulu oğluna məxsus bir ədəd şalvar, bir ədəd köynək və bir cüt başmağın üzərində zədə və zədə izləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 31 may 2024-cü il tarixli 312/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X2 ABO sistemi üzrə qan qrupu Balfa/İİİ/-dür. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Balfa/İİİ/-dür. Ekspertizaya təqdim olunan Təqsirləndirilən şəxs məxsus bir ədəd idman gödəkcəsi, bir ədəd şalvar, bir ədəd alt maykası, X3 məxsus bir cüt ayaqqabı, bir ədəd şalvar və bir ədəd köynəyin üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzəri tədqiq olunduqda B antigeni, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş şəxs X4 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət varsa. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus bir cüt 01 cüt başmağın üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 14 iyun 2024-cü il tarixli 76/2-25952/24 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixi xəstəlikdən əziyyət çəkən Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxıb getməsi, bu zaman atası X2 onun arxası ilə gəlməsi, Təqsirləndirilən şəxs Göyçay rayonunun Qaraxıdır kəndində yerləşən aptekə daxil olmasından sonra Eynulla Əhmədovun da oraya daxil olması, orada Təqsirləndirilən şəxsla Eynulla Əhmədovun aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs atası Eynulla Əhmədovun baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurması, nəticədə Eynulla Əhmədovun almış olduğu xəsarətlərdən həmin aptekdə ölməsi, Eynulla Əhmədovun fərdi əməklə məşğul olması, normal həyat tərzi keçirməsi, ailə üzvləri, tanışları, dostları və qonşuları ilə normal münasibətdə olması, spirtli içki və narkotik vasitə aludəçisi olmaması, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkməsi, kənd ərazisində heç kimlə münasibəti olmaması, əvvəllər ailə üzvlərinə xəsarət yetirməsə də, mübahisələrinin olması müəyyən olunmuş, lakin Təqsirləndirilən şəxs Göyçay rayonunun Ləkçıplaq kəndində olan zaman onu görən şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi nəzərə alınmış və barəsində CM-in 120.1, 120.2.2, 120.2.4, 123.1, 130.1 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusifa Federasiyanın Tümen vilayətində qeydiyyatda olmaqla Göyçay rayonunun Şəkər kəndində yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonunun Şəkər kəndində yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Qeyd olunmalıdır ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayətprosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, habelə psixi xəstəliyi ilə əlaqədar ibtidai istintaq zamanı da dindirilməsi mümkün olmamışdır. Bununla yanaşı, iş materiallarında olan hadisənin baş vermə anını əks etdirən videogörüntü məhkəmə iclasında görüntülü şəkildə tədqiq olunarkən də müəyyən olunmuşdur ki, əvvəlcə Təqsirləndirilən şəxs, ardınca isə atası Eynulla Əhmədov aptekin içərisinə daxil olur, daha sonra isə sonuncu aptekin içərisində olan stulu əlinə götürür. Bu zaman Təqsirləndirilən şəxs bunu gördükdə atasına tərəf hərəkət edib sonuncuya zərbə vurmağa çalışır, Eynulla Əhmədov isə oğlunu tutub saxlayır və onlar əlbəyaxa olurlar. Bir qədər dayandıqdan sonra Eynulla Əhmədovun əlində stul olmasına baxmayaraq, Təqsirləndirilən şəxs da həmin stulun bir hissəsindən tutduğu üçün Eynulla Əhmədov qeyd olunan stulla Təqsirləndirilən şəxs zərbə vura bilmir, bu səbəbdən də Eynulla Əhmədov Təqsirləndirilən şəxs yumruq zərbəsi vurmağa cəhd edir, lakin sonuncu baş nahiyəsini bir qədər kənara hərəkət etdirdiyi üçün buna nail ola bilmir. Həmin vaxt da Təqsirləndirilən şəxs Eynulla Əhmədovun baş nahiyəsinə ardıcıl olaraq 5 yumruq zərbəsi vurur. Bundan sonra Eynulla Əhmədov huşsuz vəziyyətə düşür və yerə yıxılır. Bununla bağlı qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. CM-in 36-cı maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs və Eynulla Əhmədov bir qədər mübahisə etdikdən sonra bir-birilərindən yapışmışlar və həmin vaxt Eynulla Əhmədovun əlində stul olmasına baxmayaraq, Təqsirləndirilən şəxs da həmin stulun bir hissəsindən tutduğu üçün Eynulla Əhmədov qeyd olunan stulla Təqsirləndirilən şəxs zərbə vura bilmir. Bu səbəbdən də Eynulla Əhmədov Təqsirləndirilən şəxs yumruq zərbəsi vurmağa cəhd edir, lakin sonuncu baş nahiyəsini bir qədər kənara hərəkət etdirdiyi üçün buna nail ola bilmir. Həmin anda artıq X18 Əhmədovun həyatı və ya sağlamlığı üçün təhlükə törədə biləcək imkanı qalmır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs zəruri müdafiə vəziyyəti ilə hər hansı əlaqəsi olmadan qəsdən Eynulla Əhmədovun baş nahiyəsinə ardıcıl olaraq 5 yumruq zərbəsi endirib sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməli törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Bu Qərarın 13-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Kürdəmir Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 03 may 2024-cü il tarixli 62 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək “kəskin şizofreniyaya bənzər psixotik pozuntu F23.2” və 30 mart 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək “şizofreniya paranoid forma, fasiləsiz gedişli (F20.0)” diaqnozu ilə həmin xəstəxanada stasionar şəraitdə müalicə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 03 may 2024-cü il tarixli 18-1- 40/2-503/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdən “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu” diaqnozu ilə həkim-psixiatrın qeydiyyatındadır, həkim-narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 iyun 2024-cü il tarixli 103 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma” kimi xroniki gedişli psixi patologiyadan əziyyət çəkmişdir. O, öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də, ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malik deyil. O, ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Şizofreniya paranoid forma” xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, o, təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. O, hal-hazırda onda qeyd olunan “şizofreniya paranoid forma” psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. O, hal-hazırda “Şizofreniya paranoid forma” adlı psixi xəstəlikdən əziyyət çəkir. O, əziyyət çəkdiyi psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Onda müşahidə edilən psixi patologiya təqdim olunmuş tibbi sənədlərə əsasən 2021-ci ildə kəskin formada təzahür etmiş və o, ilk dəfə 26 mart 2021-ci il tarixdə stasionar şəraitdə müalicəyə cəlb edilmişdir. O, ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Şizofreniya paranoid forma” xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də o, təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun əziyyət çəkdiyi “Şizofreniya paranoid” formasında psixi patologiyada psixotik xarakterli əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacınnın yarandığı müəyyənləşir. Hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində CM-in 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun əməli CMin 22-ci maddəsinin təsiri altına düşmür. O, psixiatrik müayinə zamanı onda müəyyən edilən psixi xəstəliklə əlaqədar öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət əməlini törədərkən psixi-emisional vəziyyəti onda yaranmış psixi patalogiya ilə əlaqədar olduğundan, o, etdiyi hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Cinayət əməlini törədərkən onun psixi-emosional vəziyyəti onda yaranmış psixi patalogiya ilə əlaqədar olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 iyul 2024-cü il tarixli 127 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Paranoid şizofreniya” psixi xəstəliyindən əziyyət çəkmişdir. “Paranoid şizofreniya” xroniki psixi xəstəlikdir. O, hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malik deyildir. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən keçirdiyi “Paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun mübtəla olduğu psixi xəstəliyin gedişində psixotik vəziyyət hazırda da davam etdiyindən o, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Onun “Paranoid şizofreniya” psixi xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilir. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onda hal-hazırda “Paranoid şizofreniya” psixi xəstəliyi müəyyən edilir. Həmin psixi xəstəliyin dəqiq yaranma tarixini müəyyən etmək mümkün olmasa da, qeyd edilməlidir ki, cinayət işinin materiallarındakı toplanmış ifadələrə və tibbi sənədlərə əsasən həmin psixi xəstəlik onda təxminən 2016-cı ildən təzahür etməyə başlamış və o, Azərbaycan Respublikasında psixi vəziyyətinə görə ilk dəfə Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında 2021-ci ilin mart ayında stasionar qaydada müalicə olunmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. O, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Hal-hazırkı psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Onun barəsində CM-in 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. O, cinayət əməlini törədərkən, cinayət əməlini törətdikdən sonra və hal-hazırda onda qeyd edilən psixi xəstəlik ilə əlaqədar öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Cinayət əməlini törədərkən onun psixi-emosional halını onda qeyd edilən psixi xəstəlik şərtləşdirdiyindən o, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Həmçinin o, psixi xəstəliyi ilə əlaqədar öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik deyil. Cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbləri onda qeyd edilən psixi xəstəliklə şərtləşmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən göstərilən maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.4-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 29 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Göyçay Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 10 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri ilə əvəz edilmişdir. CPM-in 474.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilə bilər. CPM-in 474.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin digər qətimkan və ya təhlükəsizlik tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol idman gödəkçəsi və 01 cüt başmaq, X3 məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək və 01 cüt ayaqqabı, habelə hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmışdır, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol idman gödəkçəsi və 01 cüt başmaq, X3 məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək və 01 cüt ayaqqabı hazırda Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılır, hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol idman gödəkçəsi və 01 cüt başmaq, X3 məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək və 01 cüt ayaqqabı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol idman gödəkçəsi və 01 cüt başmaq, X3 məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək və 01 cüt ayaqqabı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-236/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-236/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver