Məhkəmə qərarları › İş №1(091)-238/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-238/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-238/2022 04.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X13, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki regional Vəkil Bürosunun vəkilləri X10 və X2 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Balakən rayonu Qullar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Balakən rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs2 27 avqust 1967-ci ildə Balakən rayonu Qullar kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Təqsirləndirilən şəxs2 2020-ci ilin avqust ayında Balakən rayonu Gərəkli kəndi ərazisindəki dağlıq sahədə aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evə aparıb gizlətməklə saxladığı istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin mart ayının sonlarında birlikdə “Zaqatala X15” Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən 5 saylı dolayında qəsdən, qanunsuz olaraq, torpağa əkmiş, bitmiş külli miqdarda, yəni 100 (yüz) ədəd hündürlükləri 67 santimetrdən 03 metrədək, yaş vəziyyətdə ümumi çəkiləri 77 kq 540,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişlər. 11 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saat 0630 dəqiqədən 0830 dəqiqəyədək olan müddət ərzində “Zaqatala X15” Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən 5 saylı dolayına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, torpağa əkib alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdikləri külli miqdarda, yəni 100 (yüz) ədəd hündürlükləri 67 santimetrdən 03 metrədək, yaş vəziyyətdə ümumi çəkiləri 77 kq 540,0 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında yaşadığı Gərəkli kəndində qonşusu Təqsirləndirilən şəxs1 yaxınlaşaraq 2020-ci ilin avqust ayında rayonun Gərəkli kəndi ərazisində yerləşən dağlıq sahəsindən yabanı halda bitən 01 ədəd narkotik tərkibli çətənə bitkisindən yığaraq saxladığı narkotik tərkibli çətənə bitkilərinin toxumları olduğunu, buna görə də Zaqatala X15 Gərəkli kəndi ərazisində yerləşən dağ sahəsində birlikdə narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyi təklif etmiş, sonuncu da onunla razılaşdıqdan sonra 2022-ci ilin mart ayının sonlarında Zaqatala X15 Gərəkli kəndi ərazisində yerləşən dağ sahəsinə gedərək orada tapdıqları kənarları kolluq olan açıq sahədə təxminən 100dən çox çətənə bitkilərinin toxumlarını əkmişlər. Həmin toxumlara Təqsirləndirilən şəxs1lə birlikdə qulluq edərək şitil halına salmış, əkdikləri narkotik tərkibli çətənə bitkilərindən 100 ədədi inkişaf edərək böyümüşdür. xx.xx.2022-ci il tarixdə 0330 radələrində Balakən rayon Polis Şöbəsinin əməkdaşları onu və Təqsirləndirilən şəxs1 Zaqatala X15 ərazisində külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduqlarından Balakən RPŞ-yə dəvət etmiş, polis şöbəsində şübhəli şəxsi kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində hər-hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra polis əməkdaşlarının iştirakçıları ilə Zaqatala X15 Gərəkli kəndi ərazisində yerləşən 5 saylı dolayına baxış keçirilən zamanı oradan Təqsirləndirilən şəxs1lə birlikdə əkib-becərdikləri, hündürlükləri 67 sm-dən 3 metrədək, ümumi çəkiləri 81,4 kq olan 100 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edildikdə sonra qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə onların narkotik tərkibli bitkiləri əkdikləri sahədən ekspert kriminalist tərəfindən siqaret kötükləri, plastik qabların üzərindən əl-barmaq və ovuc izləri, həmçinin çətənə bitkilərini suvarmaq üçün istifadə etdikləri qara rəngli plastik boru aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 237.2.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında yaşadığı Gərəkli kəndind küçədə olduğu zaman həmkəndlisi Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq Zaqatala X15 Gərəkli kəndi ərazisində yerləşən dağ sahəsində birlikdə narkotik tərkibli çətənə bitkilərini əkibbecərməyi təklif etmiş, çətənə birkilərinin toxumlarını özü tapacağını, onun sadəcə özü ilə birlikdə dağa gedərək əkəcəkləri narkotik tərkibli çətənə bitkilərinə qulluq etməli olduğunu bildirmişdir. Ariflə razılaşaraq 2022-ci ilin mart ayının axırlarında Zaqatala X15 Gərəkli kəndi ərazisində yerləşən dağ sahəsinə gedərək orada tapdıqları kənarları kolluq olan açıq sahədə Arifin özü ilə gətirdiyi təxminən 100-dən çox çətənə bitkilərinin toxumunu əkmişlər. Həmin toxumlara qulluq edərək şitil halına salmış, 2022-ci ilin mart ayından sonra 3 dəfə çətənə bitkilərini əkdikləri dağ sahəsinə gedərək orada Təqsirləndirilən şəxs2la birlikdə narkotik tərkibli çətənə bitkilərinə qulluq etmişlər. Əkdikləri narkotik tərkibli çətənə bitkilərindən 100 ədədi inkişaf edərək böyümüş, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Balakən RPŞ-nin əməkdaşları onu və Təqsirləndirilən şəxs2 Zaqatala X15 ərazisində külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduqlarından Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşyz aşkar edilməmiş, sonra polis şöbəsinin əməkdaşlarının iştirakçıları ilə Zaqatala X15 Gərəkli kəndi ərazisində yerləşən 5 saylı dolayına baxış keçirilən zamanı oradan Təqsirləndirilən şəxs2lə birlikdə əkib-becərdikləri, hündürlükləri 67 sm-dən 3 metrədək, ümumi çəkiləri 81,4 kq olan 100 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edildikdə sonra qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə onların narkotik tərkibli bitkiləri əkdikləri sahədən ekspert kriminalist tərəfindən siqaret kötükləri, plastik qabların üzərindən əl-barmaq və ovuc izləri, həmçinin çətənə bitkilərini suvarmaq üçün istifadə etdikləri qara rəngli plastik boru aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X5 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 11 avqust 2022-ci il tarixdə Balakən rayon Gərəkli kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək X1suz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib-becərmələri barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin gün saat 03 radələrində Təqsirləndirilən şəxs2 və Quliyev X16 RPŞ-yə dəvət edilmiş, hər iki şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı hər-hansı qanunsuz əşya aşkar edilməmiş, saat 06 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçiləri, dəvət edilmiş mütəxəssis aqronom Şahid3, polis əməkdaşlarının və Zaqatala X15 5 saylı dolayının mühafizəçisinin iştirakları ilə Zaqatala X15 Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən 5 saylı dolayısına baxış keçirilən zaman hündürlükləri 67 sm-dən 300 sm-ə kimi olan 100 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Həmçinin baxış zamanı narkotik tərkibli çətənə bitkilərinin əkildiyi ərazidən üç ədəd Prima markalı siqaretin kötükləri, bir ədəd Argo markalı siqaret kötüyü, iki ədəd mario plastik limonad qablarının, bir ədəd Qax suyu plastik su qabının və bir ədəd 2 litrlik plastik su qabının üzərlərindən 21 ədəd əl barmaq və 06 ədəd ovuc izləri götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2022-ci ilin mart ayında əlbir olaraq qeyd olunan sahəyə təxminən 100 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əkdiklərini, Təqsirləndirilən şəxs2 isə əkdikləri bitki toxumlarını 2020-ci ilin yay aylarında yabanı halda bitən bitkinin üzərindən yığdığını və saxladığını, hər iki şəxs əkib-becərdikləri narkotik tərkibli çətənə bitkilərini gələcəkdə istifadə etmələri üçün əkdiklərini bildirmişlər. Baxışda iştirak edən mütəxəssis aqranom aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş ümumilikdə 100 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər yeddi ədəd sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkdikləri ərazinin yaxınlığındakı su hövzəsindən bitkiləri suvarmaq istifadə etdikləri plastik boru da qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət-axtarış ölməsində əməliyyat müvəkkili işləyən X7, aqronom-mütəxəssis X9 və Zaqatala X15 5 saylı dolayının mühafizə yegeri işləy Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli 17/639 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış kağızda "...Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əkib-becərdikləri..." yazısı olan 07 (yeddi) ədəd sintetik kisənin içərisində, yaş vəziyyətdə ümumi çəkiləri 77 kiloqram 540,0 qram olan 100 (yüz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 11 avqust 2022-ci il tarixli rəyinə əsasən 100(yüz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 1292 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 1293 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 011-9763-1222 saylı məktubdan və həmin məktuba əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı Zaqatala X15 5 nömrəli dolayında baxış keçirilən zaman Balakən rayonu Gərəkli kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik tərkibli bitkiləri əkib-becərmələri faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 08 ədədinin (ADİS-in məlumat bankına Balakən RPŞ-dən daxil olmuş) xx.xx.1985-ci ildə Balakən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovucu və adsız barmağı ilə və sol əlinin ovucu (02 dəfə) və sol əlinin ovuc (02 dəfə), şəhadət, orta (02 dəfə) və adsız barmaqları ilə, 13 ədədinin (ADİS-in məlumat bankına Balakən RPŞ-dən daxil olmuş) xx.xx.1967-ci ildə Balakən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovucu, şəhadət, orta (02 dəfə) adsız və çeçələ (02 dəfə) barmaqları ilə və sol əlinin ovucu, orta adsız (02 dəfə) və çeçələ (02 dəfə) barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş 11 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş videogörüntünün olduğu CD-diskdən görünür ki, Zaqatala X15 Balakən rayonu Gərəkli kəndi üzrə 5 saylı dolayısında kultivasiya edilən 100 (yüz) ədəd təmiz çəkisi 77 kiloqram 540 qram narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Balakən Rayon Məhkəməsininxx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə barəsində “8 – noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 10 ay 22 gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 1 (bir) ay 27 (iyirmi yeddi) gün vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-in 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətdikdən sonra yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində cinayətin təhlükəli residivi müəyyən olunur. Cinayət işinə əlavə edilmiş “Balakən rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli 198 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 və Quliyev X16 Mərkəzi rayon Xəstəxanasının poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Dibirov X8 rayonu Gərəkli kəndində yaşamaqla, himayəsində 2012-ci ildə doğulmuş Nürəddin Dibirov, 2014-cü ildə doğulmuş Məhəmməd Dibirov və 2017-ci ildə doğulmuş Fatimə Dibirova adlı üç azyaşlı uşağı vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Quliyev X16 rayonu Gərəkli kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0405-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0455-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Arza Quliyevin əməlinin CM-in 237.2.1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residividir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları 11 avqust 2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində, CMin 56.1.3-cü maddəsinə əsasən isə Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 17,28 AZN (on yeddi manat iyirmi səkkiz qəpik), Təqsirləndirilən şəxs1 isə 17,27 (on yeddi manat iyirmi yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 07 ədəd sintetik kisədə qablaşdırılmış 100 (yüz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 ədəd sintetik kisədə qablaşdırılmış plastik boru, baxış zamanı götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış əl barmaq və ovuc izləri və 01 ədəd zərfdə qablaşdırılmış 04 ədəd siqaret kötüyü məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 17,28 AZN (on yeddi manat iyirmi səkkiz qəpik), Təqsirləndirilən şəxs1 isə 17,27 (on yeddi manat iyirmi yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 07 ədəd sintetik kisədə qablaşdırılmış 100 (yüz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 ədəd sintetik kisədə qablaşdırılmış plastik boru, baxış zamanı götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış əl barmaq və ovuc izləri və 01 ədəd zərfdə qablaşdırılmış 04 ədəd siqaret kötüyü məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar