Məhkəmə qərarları › İş №1(091)-239/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-239/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-239/2024 17.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, X20 X42 Sharifin iştirakları ilə, xx xxxx 1992-ci ildə Pakistan İslam Respublikasının Gujrat vilayətinin Sapra kəndində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Pakistan İslam Respublikası, İslamabad şəhəri, H 580, 102 küçəsi, sektor G-9/4 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək Bakı şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə adam oğurluğu etmiş, eləcə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zor tətbiq etməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxsiyyətləri istintaqa məlum olmayan tanışı “Sərdar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək niyyətilə adam oğurlamaq qərarına gəlmiş və bu məqsədlə aralarında əvvəldən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Afzal Muhammada Kanada Respublikasına getməsi üçün viza əldə etməsinə köməklik göstərəcəklərinə dair yalan vəd verib aldadaraq iradəsi əleyhinə 21 fevral 2024-cü il tarixdə saat 04 radələrində kirayə götürdükləri X7 məxsus Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlməsinə nail olduqdan sonra evin ikinci mərtəbəsində yerləşən yataq otağında sonuncuya zor tətbiq edib yerə yıxaraq əllərini və ayaqlarını iplə bağlamaqla oğurlayaraq həmin gün saat 19 radələrinədək saxlamış, həmçinin, qeyd olunan yerdə, tarixdə və müddət ərzində Zərərçəkmiş şəxs Afzal Muhammadın şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə, yəni daxili orqanlarını çıxarıb satacaqları ilə, ağır bədən xəsarətləri yetirməklə və öldürməklə hədələyərək həmin dövrün məzənnəsi ilə dəyəri 25.500 manat təşkil edən 15.000 ABŞ dolları məbləğində pul vəsaitini, yəni özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmiş, qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 fevral 2024-cü il tarixdə saat 19 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsindəki həmin evdə cinayət başında saxlanılmaqla Zərərçəkmiş şəxs Afzal Muhammadın azad edilməsi təmin olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Pakistan İslam Respublikasında yaşamış, bir müddət sonra maliyyə və bir sıra digər problemlərlə əlaqədar əvvəlcə Malayziyaya getmiş, orada 20 gün qaldıqdan sonra oradan Şri-Lankaya hərəkət etmişdir. Orada olan zaman o, Sərdar adlı şəxslə “Facebook” sosial şəbəkəsi vasitəsilə yazışmağa başlamış, həmin şəxs ona Azərbaycan Respublikası ilə əlaqələrinin olduğunu bildirib onun problemini həll edəcəyini demiş və bu məqsədlə Sərdar adlı şəxsə 9000-10000 dollar pul göndərmişdir. Şri-Lankada olan zaman ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət etmiş, lakin hər iki səfirlik tərəfindən viza verilməsindən imtina olunmuşdur. Bu zaman o, Sərdar adlı şəxsin onun problemini həll edə bilməyəcəyindən şübhələnib verdiyi pulu geri qaytarmasını xahiş etmiş, Sərdar adlı şəxs isə Qəbələ şəhərinə getməsini, oradan Gürcüstan Respublikasına, oradan da Kanadaya keçirə biləcəyini demişdir. Bundan sonra o, 30 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş və Bakı şəhərində olan zaman X43 Khan X22 ilə tanış olmuşdur. Sərdar adlı şəxs ona X24 işçisi olduğunu və problemi həll etməsi üçün 2000 manat pul verməsini demişdir. O, həmin məbləğlə razılaşmamış və X40 400 manat pul vermişdir. 20 fevral 2024-cü il tarixdə X44 ilə birlikdə Qəbələ şəhərinə getmiş, sonuncu ona Qəbələ şəhərində iki-üç gün qaldıqdan sonra viza alıb Gürcüstan Respublikasına gedəcəyini təşkil edəcəyini demiş və Qəbələ şəhəri istiqamətində hərəkətdə olan zaman X44 həm onun mobil telefonundan, həm də internet paketindən istifadə etmişdir. X33 Qəbələ şəhərində yerləşən evə gətirdikdən bir qədər sonra o, həmin şəxs ilə birlikdə restorana getmiş və yenidən qeyd olunan evə qayıtmışdır. Daha sonra o, yorğun olduğu üçün tez yatmış və gecə saatlarında sonuncu onu yuxudan oyadaraq içərisində internet paketi olan mobil telefonunu verməsini xahiş etmişdir. O, X35 bunun səbəbini soruşmuş, sonuncu isə bir nəfər dostu olduğunu və həmin şəxsin də Kanadaya getmək istədiyini bildirmişdir. O, mobil telefonunu verməyə razı olmadığı üçün X44 iplə onun əlini çarpayıya bağlamış və bu zaman o, müqavimət göstərdiyi üçün çarpayı qırılmışdır. 21 fevral 2024-cü il tarixdə saat təxminən 03:00-04:00 radələrində X44 gedib Zərərçəkmiş şəxsı həmin evə gətirmiş və qeyd olunan vaxt ərzində o, çarpayıya bağlı vəziyyətdə olmuşdur. X34 məxsus olan mobil telefon vasitəsilə Sərdar adlı şəxslə danışarkən sonuncu X40 Zərərçəkmiş şəxsı öldürdükdən sonra polis əməkdaşlarının həmin cinayətin onun tərəfindən törədilməsini güman etməsi üçün onun mobil telefonunu və pasportunu Zərərçəkmiş şəxs yanına qoymasını demişdir. Bundan sonra o, qorxduğu üçün ondan tələb olunanı yerinə yetirmək məcburiyyətində qalmış, sonradan 21 fevral 2024-cü il tarixdə səhər 05:00-06:00 radələrində X29 əlini bağladığı ipi açmış, daha sonra o, evin aşağı hissəsindən yuxarı hissəsinə qalxdıqda Zərərçəkmiş şəxs əlinin bağlı vəziyyətdə olduğunu görmüş, sonuncunun əlini X44 tək bağlamış, o, orada Zərərçəkmiş şəxs su vermiş və həmin vaxtlarda evdə sonuncu, o və X36muşdur. Həmin evdə olarkən zərərçəkmiş şəxsə kömək etməyə vaxtı olmamış və Sərdar adlı şəxs ona hədə-qorxu gəldiyi üçün sonuncunun dediklərini etmək məcburiyyətində qalmışdır. Evdə olarkən Sərdar adlı şəxsin göstərişi ilə 400 manat pulun müqabilində kirayə götürdükləri evin kirayə pulunu vermək üçün zərərçəkmiş şəxsin 1000 dirhəm pulunu götürmüş və həmin pulu götürərkən zərərçəkmiş şəxsdən icazə almamışdır. O, ev sahibi ilə birlikdə valyuta dəyişmə məntəqəsinə getmiş, bu zaman onun pasportu X17 üçün X12 dirhəmini ev sahibi öz şəxsiyyət vəsiqəsi ilə Azərbaycan manatına dəyişmiş və oraya gedən zaman Zərərçəkmiş şəxs əlləri bağlı vəziyyətdə olmuşdur. O, evdən qaçmağı planlaşdırmış, lakin sənədləri X13 və qaçacağı halda sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirə biləcəyini fikirləşərək fikrindən daşınmış və Zərərçəkmiş şəxs azad olunduqdan sonra sonuncu ilə birlikdə polis şöbəsinə getməyi qərarlaşdırmışdır. X38 əvvəlcədən bıçaq olmuş, bu hadisə əvvəlcədən Sərdar tərəfindən planlaşdırılmış və X25 pulun alınması məqsədilə onun yanına Sərdar adlı şəxs tərəfindən göndərilmişdir. X44 Azərbaycan Respublikasına ondan əvvəl gəlmiş və o, Sərdar adlı şəxslə əlbir olmamışdır, əks halda o, sonuncudan pul almalı idi, lakin o, sonuncudan pul almamışdır. X44 Zərərçəkmiş şəxs valideynlərindən 15 000 dollar pul tələb etmiş və bu zaman onun mobil telefonundan istifadə olunmuşdur. Polis əməkdaşları həmin evə gələn zaman qapını o, açmış və həmin vaxt Zərərçəkmiş şəxs əl-ayağı açıq vəziyyətdə olmuşdur. İbtidai istintaq zamanı hansı sənədlərə imza etdiyini xatırlamır və ibtidai istintaq müddətində onu ölkə hüdudlarından kənara məcburi çıxaracaqlarını demişlər. Polis şöbəsində ifadə verən zaman tərcüməçi yanında olmuş, ifadəsi Azərbaycan dilində yazılmış, lakin ona tərcüməçi tərəfindən oxunmamış, düzgün tərcümə olunmamış, ifadəsində qeyd olunanlar onun dediyi kimi yazılmamışdır və o, həmin ifadəyə imza etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, xx xxxx 1992-cü il tarixdə Pakistan İslam Respublikasının Gujrat şəhərində doğulmuş və həmin ölkənin İslamabad şəhərində daşınmaz əmlakın tikintisi, təmiri və alğı-satqısı ilə məşğul olmuşdur. 2023-cü sonlarında X8 getmək qərarına gəlmiş və bu səbəbdən də xarici pasportunda səfər tarixçəsini genişlədirməli olmuşdur. Bu məqsədlə 25 dekabr 2023-cü il tarixdə Malayziyanın Kuala-Lumpur şəhərinə getmiş, təxminən 20 gün orada qalmış, 15 yanvar 2024-cü il tarixdə isə Şri-Lankanın Kolombo şəhərinə getmişdir. Orada isə 31 yanvar 2024-cü il tarixədək qalmış, Kolombo şəhərində qaldığı müddət ərzində “Facebook” sosial şəbəkədəki “NaeemUllah Sapra” adlı hesabında “Sardar Travel” adlı istifadəçinin səhifəsində Kanada, X10 və Avropa ölkələrinə vizanın təklif edildiyini görmüş və həmin istifadəçiyə ABŞ-yə getmək istədiyi barədə yazmışdır. Həmin şəxs isə 15000 ABŞ dolları müqabilində viza məsələsini həll edə biləcəyini bildirmiş, təxminən 2024-cü ilin yanvar ayının sonlarında Sərdar adlı şəxs ona 01 fevral 2024-cü il tarixdə Bakı şəhərində ABŞ səfirliyində viza üçün təyin edilmiş görüşə getməli olduğunu demiş, bu səbəbdən 31 yanvar 2024-cü il tarixdə Bakı şəhərinə getmiş və əvvəlcədən internet vasitəsi ilə rezervasiya etdiyi “Old Baku” hostelində gecələmişdir. 01 fevral 2024-cü il tarixdə isə ABŞ-nin Azərbaycan Respublikasındakı səfirliyinə gedərək təyin edilmiş görüşdə iştirak etmiş, lakin ona viza verilməsindən imtina edilmişdir. Bu barədə Sərdar adlı şəxsə bildirmiş, sonuncu isə Birləşmiş Krallığın səfirliyi vasitəsilə onun məsələsini həll edəcəyini bildirmiş və elektron qaydada 05 fevral 2024-cü il tarixdə Birləşmiş Krallığın səfirliyində ona görüş təyin etmişdir. 02 fevral 2024-cü il tarixdə Sərdar adlı şəxs ona 055 927-51-89 mobil telefon nömrəsini göndərərək həmin mobil telefon nömrəsinin sahibi ilə əlaqə saxlayıb görüşməsini və 500 manat verməsini bildirmiş, 03 fevral 2024-cü il tarixdə Sərdar adlı şəxsin göstərişi ilə həmin şəxslə görüşmüş, qeyd olunan şəxs də Pakistan İslam Respublikasının vətəndaşı olmuşdur. Həmin vaxt plastik bank kartından yalnız 400 manat pul çıxara bilmiş və həmin pulu qeyd olunan şəxsə vermişdir. Sərdar adlı şəxs həmin pulu viza məsələsini həll etmək üçün ondan almış, 05 fevral 2024-cü il tarixdə Birləşmiş Krallığın səfirliyinə gedərək viza üçün sənədlərini təqdim etmiş, lakin təxminən 10 gün sonra cavabı bilmək üçün Birləşmiş Krallığın səfirliyinə getdikdə ona viza verilməsindən imtina edildiyini öyrənmişdir. Bundan sonra, Sərdar adlı şəxs ona ABŞ-yə getməsi üçün başqa bir plan hazırladığını deyərək 2-3 gün gözləməsini təklif etmiş və 17 fevral 2024-cü il tarixdə qeyd olunan Pakistan İslam Respublikasının vətəndaşı ona zəng edərək növbəti gün üçün görüş təyin etmişdir. 18 fevral 2024-cü il tarixdə görüş zamanı onun adının X43 X1 bilmiş, həmin vaxt qeyd olunan şəxsdən viza məsələsinin həll olunub-olunmadığını soruşmuş, sonuncu isə ona hazırlaşmasını bildirmişdir. 19 fevral 2024-cü il tarixdə X34 zəng edərək növbəti gün Gürcüstan Respublikasına getmək üçün Qəbələ rayonuna hərəkət edəcəklərini demiş və 20 fevral 2024-cü il tarixdə sonuncu ilə görüşüb avtobusla Qəbələ rayonuna getmişlər. Sərdar adlı şəxs onun mobil telefon nömrəsinin “WhatsApp” tətbiqinə Qəbələ rayonunda qalacaqları evin ünvanını göndərmiş, onlar da həmin ünvana getmişlər. Orada evin sahibi olan təxminən 65 yaşlı kişi cinsli bir nəfər şəxs onları qarşılaşmış evə aparmışdır. Sərdar adlı şəxs ona evin sahibinə 500 manat pul verməsini demiş, onun 400 manat pulu olduğundan həmin şəxsə yalnız göstərilən məbləğdə pul vermiş və qeyd olunan şəxs çıxıb getmişdir. 21 fevral 2024-cü il tarixdə saat 03-04 radələrində X44 evdən çıxaraq Zərərçəkmiş şəxs Afzal Muhammadı evə gətirmiş, həmin vaxt Sərdar adlı şəxs ona zəng edərək X37 tapşırıqlarını yerinə yetirməsini tapşırmış və onun tapşırıqlarını yerini yetirməyəcəyi halda onu öldürəcəyi ilə hədələmişdir. Bu zaman X44 Zərərçəkmiş şəxsı yerə yıxmış və cibindən ip çıxararaq ona verib Zərərçəkmiş şəxs ayaqlarını bağlamasını tapşırmışdır. O, Zərərçəkmiş şəxs ayaqlarını bağlamış, daha sonra isə X44 Zərərçəkmiş şəxs əllərini bağlayaraq Sərdar adlı şəxsə zəng edib bu barədə məlumat vermiş və həmin vaxt Sərdar adlı şəxsin X40 tapşırıq verməsi ona məlum olmuşdur. X24 öldürəcəyindən qorxaraq qeyd olunan tapşırığa əsasən Zərərçəkmiş şəxs valideynlərinə zəng etmiş və Kanadaya getmək üçün 15000 ABŞ dolları göndərməli olduğunu demək məcburiyyətində qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs mobil telefonu vasitəsilə valideynləri ilə əlaqə saxlayaraq Kanadaya gedəcəyini və 15000 ABŞ dolları pulu hazırlamalarını bildirmiş, daha sonra X44 ikinci mərtəbədə Zərərçəkmiş şəxs yanında qalmış, ona isə birinci mərtəbədə qalmasını tapşırmışdır. Bundan sonra onlar yatmışlar, səhər təxminən saat 10 radələrində ev sahibi gəlmiş və ondan borclu qaldığı 100 manat pulu istəmişdir. O, həmin şəxsə pullarının dirhəm şəklində olduğunu bildirmiş, bundan sonra onlar ev sahibinin avtomobili ilə şəhər tərəfə getmişlər və orada yerləşən bankda pulunu dəyişərək ev sahibinin 100 manat pulunu vermişdir. Daha sonra ev sahibi onu yenidən evə gətirib düşürtmüş və Sərdar adlı şəxsdən növbəti tapşırıqları gözləməyə başlamışlar. Təxminən saat 17-18 radələrində X44 ilə Zərərçəkmiş şəxs ikinci mərtəbədə, özü isə birinci mərtəbədə olan zaman bir neçə şəxs həyətə daxil olmuşlar, ilk öncə onu, daha sonra isə mənzilə daxil olaraq X41 tutmuşlar və həmin vaxt onları tutan şəxslərin hüquq-mühafizə orqanlarının əməkdaşları olmaları ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Afzal Muhammad məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında yaşadığı kənddə olan Chand adlı dostu Kanadanın Ottava şəhərinə getməyin, orada işləməyin mümkün olduğunu və orada kifayət qədər pul ala biləcəyini ona demiş, o, razılaşdıqdan sonra sonuncu ona həmin məsələni Sərdar adlı şəxsin təşkil edə biləcəyini deyərək sonuncunun Kanadada yaşadığını bildirmişdir. Bundan sonra dostu Chand adlı şəxs Sərdarın mobil telefon nömrəsini ona vermiş və “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək sonuncu ilə danışan zaman sonuncu Kanadaya gəlməyin mümkün olduğunu və bununla bağlı bütün köməkliyi edə biləcəyini ona bildirmişdir. Sərdar adlı şəxs X18 Respublikasından birbaşa getməyin mümkün olmadığını və bu məqsədlə Azərbaycan Respublikasına getməyin zəruri olduğunu demişdir. Bir müddət gözləyəndən sonra 2024-cü ilin fevral ayında Azərbaycan Respublikasına bilet almış və 20 fevral 2024-cü il tarixdə axşam saat 10 radələrində Bakı şəhərinə çatmışdır. Bundan sonra o, Sərdar adlı şəxslə danışmış, bu zaman sonuncu ona taksi vasitəsilə Qəbələ şəhərinə getməsini demiş və tətbiq vasitəsilə gedəcəyi yeri göndərmişdir. O, 21 fevral 2024-cü il tarixdə səhər 4-5 radələrində Qəbələ şəhərinə çatmış, Sərdar adlı şəxsin göstərdiyi yerə getdikdə orada adını xatırlamadığı marketin yanında sonuncunun əvvəlcədən ona dediyi X44 ilə görüşmüş və sonuncu onu özünün yaşadığı evə aparmışdır. Həmin evdə Təqsirləndirilən şəxs da olmuş və onlar evə daxil olduqdan sonra ikinci mərtəbəyə qalxmışlar. X16 yaxınlaşaraq pulların harada olduğunu soruşmuş, o isə çox pulunun olmadığını, pulların hamısının Pakistan İslam Respublikasında atasında olduğunu və Kanadaya çatacağı təqdirdə oraya göndəriləcəyini demişdir. Həmin an X33 itələmiş və o, yatağa yıxılmışdır. Bundan sonra X29 belinin üstündə oturmuş, Təqsirləndirilən şəxs isə onun əllərini bağlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Sərdar adlı şəxsə zəng edərək pulun olmadığı barədə məlumat vermiş və telefonu səsli rejimə qoymuşdur. Sərdar adlı şəxs ona telefonla ailəsində olan pulları ailəsinin Kanadaya göndərməyəcəyi halda X44 və Təqsirləndirilən şəxs onun əllərini və gözlərini kəsmələri və bədən orqanlarını çıxarıb satmaları barədə göstəriş verəcəyini demiş, o da bu sözlərdən qorxmuşdur. Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə səhər saat 09 radələrində onun mobil telefonu ilə atasına səsli mesaj göndərərək Azərbaycan Respublikasında olduğunu, hər şeyin yaxşı olduğunu, sərhədkeçmə ilə bağlı hər hansı probleminin olmadığını və bir müddət sonra Kanadaya gedəcəyini demişdir. Bu mesajı göndərən zaman X29 mobil telefonunu əlində tutmuş, Təqsirləndirilən şəxs isə inandırıcı olması üçün başqa mobil telefon vasitəsilə hava limanında olan səsləri qoşmuşdur. Kanadaya uçuş 18 saat radələrində olduğundan, təxminən 18 saat sonra yenə də atasına səsli mesaj göndərərək hər şeyin yaxşı olması və Kanadaya çatması barədə məlumat verməli olduğunu demişlər, Sərdar adlı şəxs isə atasına zəng edərək pulların göndərilməsini tapşırmışdır. Bundan sonra X44 və Təqsirləndirilən şəxs burada əli bağlı vəziyyətdə qalacağını, 18 saat bitdikdən və pullar atasından Sərdar adlı şəxsə çatdıqdan sonra azad olunacağını ona demişlər. 21 fevral 2024-cü il tarixdə axşam 18-19 radələrində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları oraya gəlmişlər və onu xilas etmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X43 Khan X22 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2003-cü il tarixdə Pakistan İslam Respublikasının Bagh vilayətində anadan olmuş, sonradan həmin ölkənin ərazisində iş axtarsa da tapa bilməmiş və ölkədən xaricdə iş axtarmaq qərarına gəlmişdir. Bu məqsədlə “WhatsApp” mobil tətbiqi vasitəsilə özünü ona “Mokish Verm” adı ilə təqdim şəxslə tanış olmuş və sonuncunun dəvəti ilə 15 mart 2023-cü il tarixdə ilk dəfə Azərbaycan Respublikasına səfər etmişdir. Özünü “Mokish Verm” adı ilə təqdim şəxs ona Kanadada yaşadığını, bir çox ölkədə, o cümlədən Azərbaycan Respublikasında kazinolarının olduğunu bildirmiş və ona həmin kazinoların birində iş təklif etmişdir. Həmin şəxslə qabaqcadan əlaqə saxlayaraq Lahor-Bakı aviareysi ilə Azərbaycan Respublikasına daxil olduqda, özünü ona Mohsen adı ilə təqdim edən əslən Pakistan milliyətindən olan şəxs “Mokish Verm” adlı şəxsin tapşırığı ilə onu qarşılamağa gəldiyini bildirmiş və onu Bakı şəhərində yerləşən “İnterContinental » hotelinə aparmışdır. Orada təxminən 10-15 gün qaldıqdan sonra Mohsen ona “Mokish Verm" adlı şəxsin əsl niyyətini açıqlamış, bu söhbətdən sonuncunun Pakistan İslam Respublikasının vətəndaşlarına müəyyən pul vəsaitləri müqabilində xarici ölkələrə, xüsusilə Kanadaya viza vəd edib, həmin şəxsləri Azərbaycan Respublikasına dəvət edərək onları burada zorla əvvəlcədən müəyyənləşdirilmiş ünvana aparıb ailə üzvlərinə getmək istədikləri xarici ölkədə artıq olduqlarını deməyə məcbur edərək pul vəsaitlərini ələ keçirməsi ilə məşğul olduğunu bildirmişdir. Mohsen adlı həmin şəxs bu işə qoşulmağı ona təklif etmiş, o isə bunun qanunsuz olduğunu anlayaraq razılaşmamışdır. Bundan təxminən on gün sonra X5 yaşayan Shamsul Rahman adlı qohumunun yanına həmin ölkənin Dubay şəhərinə getmiş və orada təxminən 4-5 ay müddətində işləmişdir. 2023-cü ilin təxminən oktyabr ayında özünü ona “Mokish Verm” adı ilə təqdim edən şəxs pasport məlumatlarına sahib olduğunu bildirib ona hədə-qorxu gəlmiş, onu və ailəsini öldürəcəyi ilə hədələmişdir. Həmin şəxs ona qoşulmasını təklif etmiş, əks halda başına pis hadisələrin gələcəyini bildirmişdir. Ona “WhatsApp” mobil tətbiqi ilə Şri-Lankaya gediş üçün viza göndərib həmin ölkəyə getməsini tələb etmiş, o isə Şri-Lankanın çox təhlükəli ölkə olduğunu bildirib həmin şəxsə etiraz etmiş, qeyd olunan şəxs isə Azərbaycan Respublikasına getməyi ondan tələb etmişdir. O, əlacsız qalıb razılaşmış və Azərbaycan Respublikasına gələrək həmin ölkənin hüquqmühafizə orqanlarına məlumat verməyi planlaşdırmışdır. Bundan sonra 25 noyabr 2023-cü il tarixdə Dubay-Bakı aviareysi ilə Azərbaycan Respublikasına gəlmiş və hava limanında polis əməkdaşları onu polis idarəsinə aparıb Mohsen adlı şəxslə bağlı sorğu-sual etmişlər. O, Mohsen adlı şəxsi tanıdığını, lakin sonuncu ilə yaxın əlaqələrinin olmadığını bildirmişdir. Bundan sonra o, Bakı şəhərində Fəvvarələr meydanının yaxınlığında yerləşən “Happy” hostelində yerləşmiş və hüquq-mühafizə orqanlarına müraciət etmək üçün “Mokish Verm” adı ilə ona məlum olan şəxsin onunla əlaqə saxlamasını gözləmişdir. Təxminən 2024-cü ilin fevral ayının əvvəllərində “Mokish Verm” adlı həmin şəxs onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxsla görüşməsini tapşırmış və həmin şəxsin mobil telefon nömrəsini “WhatsApp” mobil tətbiqi ilə ona göndərmişdir. Təxminən 2024-cü ilin fevral ayının əvvələrində Fəvvarələr meydanında Təqsirləndirilən şəxsla görüşmüş və bu zaman sonuncu ona bir nəfər şəxsin Azərbaycan Respublikasına gələcəyini bildirib həmin şəxsi məcburi qaydada Qəbələ rayonunun ərazisində bir ünvana aparmalı olduqlarını və orada qeyd olunan şəxsi ailə üzvləri ilə danışmağa məcbur edəcəklərini bildirmişdir. Bundan sonra o, bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermiş, daha sonra onlar “Mokish Verm” adlı həmin şəxsin göstərişi ilə Qəbələ şəhərinə gedərək orada bir evə yerləşmişlər və Azərbaycan Respublikasına gələcək həmin şəxsi gözləmişlər. Təqsirləndirilən şəxs ona dediyi plana görə həmin şəxslə mobil telefonla “Mokish Verm” adlı şəxs özü danışmış və o, bu müddət ərzində Azərbaycan Respublikasının hüquqmühafizə orqanının əməkdaşları ilə gizli qaydada əlaqə saxlamışdır. 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona həmin şəxsin gəldiyini bildirib evdə qalmasını tapşırmış və getdikdən bir qədər sonra qeyd olunan şəxslə birlikdə geri qayıtmışdır. Evə daxil olduqdan az sonra Təqsirləndirilən şəxs həmin şəxsin üzərinə hücum edərək əl-qolunu bağlamış, bir müddət sonra isə hüquq-mühafizə orqanının əməkdaşları evə daxil olaraq Təqsirləndirilən şəxsı tutmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Vəndam Qəsəbəsində yerləşən oğlu X4 adına olan fərdi yaşayış evini gündəlik kirayəyə verir. 19 fevral 2024-cü il tarixdə X6 vətəndaşı kimi özünü təqdim edən şəxs ona zəng edərək evi bir neçə günlük kirayəyə götürmək istədiyini bildirmiş, müəyyən məlumatları öyrəndikdən sonra razılaşmış və evi 500 manat pulun müqabilində gündəlik kirayəyə verə biləcəyini demişdir. Həmin şəxs razılaşaraq nömrəsini bir nəfər şəxsə verəcəyini və həmin şəxsin zəng edib onunla danışacağını bildirmişdir. 20 fevral 2024-cü il tarixdə təxminən günorta saatlarında iki nəfər X6 vətəndaşı olan şəxslər oraya gəlmişlər, ona 400 manat pul vermişlər və qalan pulu isə səhər verəcəklərini demişlər, o da etiraz etməmişdir. Səhəri günü həmin şəxslərdən biri ilə birlikdə banka gedərək pulu milli valyutamıza dəyişmişlər və həmin şəxs qalan 100 manat pulu ona vermişdir. Sonradan araşdırma zamanı orada olan Pakistan İslam Respublikasının 2 nəfər vətəndaşının həmin ölkənin digər vətəndaşının əlqolunu bağlayaraq orada əsir saxlaması və onlardan birinin isə bu barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına məlumat verməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə ünvanlanmış 21 fevral 2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə X44 Khan X22 ibtidai istintaq orqanına müraciət edib ona qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı məlumat verərək şəxslərin cəzalandırılmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman adam oğurluğu cinayəti törətməkdə Təqsirləndirilən şəxs saxlanılmış, Zərərçəkmiş şəxs Afzal Muhammad azad edilmiş, habelə cinayət işi üzrə əhəmiyyət kəsb edən və Zərərçəkmiş şəxs əl-qollarının bağlanıldığı iplər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və cinayət işi üzrə istintaq qrupunun yaradılması haqqında 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və digər şəxslərin barəsində CM-in 144.2.3 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 144.2.3 və 144.2.6-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə müddəti 04 saniyə olan 01 ədəd videogörüntü vardır və qeyd olunan videogörüntüdə Zərərçəkmiş şəxs Afzal Muhammadın əlləri və ayaqları bağlanmış vəziyyətdə çarpayının üzərində uzanmış halda olması müşahidə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məlumatların götürülməsi haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının www.cbar.az rəsmi internet saytına daxil olmaqla 01 ABŞ dollarının 21 fevral 2024-cü il tarixə Azərbaycan Respublikasının manatına olan məzənnəsinə dair sənədlər çıxarılmış və bu zaman 20 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək olan müddət ərzində 01 ABŞ dollarının Azərbaycan Respublikasının manatına olan məzənnəsinin 1,70 (bir manat yetmiş qəpik) manat olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərhədkeçmə hesabatlarına baxış keçirilməsi haqqında 13 may 2024-cü il tarixli protokoldan görünür ki, X44 Khan X22in 25 noyabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə və Zərərçəkmiş şəxs Afzal Muhammadın isə 20 fevral 2024cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmaları müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 03 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini Pakistan İslam Respublikasının vətəndaşı “Sərdar” adlı şəxsin göstərişi əsasında qazanc əldə etmək məqsədi ilə törətməsi, cinayət əməlinin həyata keçirilməsi məqsədilə Pakistan İslam Respublikasının vətəndaşı X37 X22 Khanı da cinayətkar qruplaşmaya cəlb etmək istəməsi, nəticədə Sheraz X9rlayaraq Qəbələ rayonunda yerləşən evdə qanunsuz olaraq saxlamaları müəyyən edilmişdir. Cinayətin iştirakçısı Şahid1 hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək cinayətin açılmasında fəal iştirak etmişdir. Lakin ”Sərdar” adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyən olunması və istintaq orqanına gətirilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməlləri CM-in 144.2.3 və 144.2.6-cı maddələrindən həmin Məcəllənin 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinə tövsif edilmiş və barəsində qeyd olunan Məcəllənin 144.2.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbuıl edilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə qeyd olunan cinayət işinin materiallarından cinayətin digər iştirakçısı “Sərdar” adlı şəxsin və digər şəxslərin barələrində CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli, 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-1-ci bəndində göstərilmişdir ki, CM-in 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Bu Qərarın 1-2-ci bəndinə əsasən, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə CM-in digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, CM-in 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Bu Qərarın 3-cü bəndinə əsasən, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının oğurlanması, qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ya girov saxlanması ilə müşayiət edilərsə, təqsirkarın əməli CM-in 182-ci maddəsi və müvafiq olaraq 144-cü, 145-ci və ya 215-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır. Bu Qərarın 3-1-ci bəndinə əsasən, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq CM-in 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə CM-in 182.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində təsbit edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas tərkibindən fərqli olaraq CM-in 182.2.3 və 182.3.3-cü maddələrində nəzərə tutulmuş cinayətlərin başa çatmış cinayətlər kimi qiymətləndirilməsi üçün həmin maddələrdə nəzərdə tutulmuş nəticələrin baş verməsi, yəni müvafiq olaraq zərərçəkmiş şəxs barəsində zorakılığın tətbiq edilməsi və yaxud onun sağlamlığına ağır zərərin vurulması tələb olunur. Bu nəticələr təqsirkarın iradəsindən asılı olmayan səbəblərdən baş vermədikdə (cinayətə hazırlıq və yaxud cinayətə cəhd mərhələsində cinayətin qarşısının alınmasından asılı olaraq) əməl CM-in 182.2.3 və yaxud CM-in 182.3.3-cü maddəsində göstərilən cinayətə hazırlıq və yaxud cəhd kimi, müvafiq olaraq CM-in 28 və yaxud 29-cu maddəsinə istinad olunmaqla tövsif olunmalıdır. Bu Qərarın 5-ci bəndinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (CM-in 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Bu Qərarın 6-cı bəndinə əsasən hədə-qorxu ilə tələb etmənin xüsusilə tövsifedici əlaməti kimi CM-in 182.3.3-cü maddəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulması göstərildiyindən, CM-in 182.2.3-cü maddəsində özgə əmlakını və ya əmlaka olan hüququ və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsini hədə-qorxu ilə tələb etmə “zor tətbiq etmə ilə törədildikdə” dedikdə, sağlamlığa ağır zərər vurma ilə müqayisədə daha yüngül zoraklığın bütün digər formaları, o cümlədən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnmiş və yaxud hər hansı zərərin vurulması ilə nəticələnməyən fiziki ağrı yetirmə, azadlığın məhdudlaşdırılması halları başa düşülür. CM-in 182.2.3 və 182.3.3-cü maddələrində barəsində zor tətbiq edilmiş, sağlamlığına ağır zərər vurulmuş zərər çəkmiş şəxs dedikdə, CM-in 182.1-ci maddəsində göstərilən dairəyə daxil olan şəxslər, yəni həm əmlakına (əmlak hüququna) qəsd edilən şəxs, həm də onun yaxın qohumları nəzərdə tutulur. Bu Qərarın 7-ci bəndinə əsasən, hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.3-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi CM-in həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. Bu zaman nəzərə almaq lazımdır ki, CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Əldə etmək məqsədinin yönəldiyi əmlakın “xeyli miqdar” və ya “külli miqdar” və ya “xüsusilə külli miqdar” olması cinayət hadisəsi törədilən (cinayətkar tələbin irəli sürüldüyü) vaxta münasibətdə müəyyən edilməli və ittihamda bu şəkildə göstərilən əmlakın miqdarları hökm çıxarılan tarixə əmlakın dəyərinin, milli valyutanın məzənnəsinin, alıcılıq qabiliyyətinin artmasına və yaxud azalmasına görə dəyişdirilməməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, adam oğurluğunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 144.2.3-cü maddəsi, tamah məqsədi ilə törədilməsi isə həmin Məcəllənin 144.2.6-cı maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə adam oğurluğu etmiş, eləcə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zor tətbiq etməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib ibtidai istintaq zamanı verdiyi ifadəsində “Facebook” sosial şəbəkəsindəki “NaeemUllah Sapra” adlı hesabında “Sardar Travel” adlı istifadəçinin səhifəsində Kanada, X10 və Avropa ölkələrinə vizanın təklif edildiyini görərək həmin istifadəçiyə ABŞ-yə getmək istədiyi barədə yazdığını, həmin şəxsin 15000 ABŞ dolları müqabilində viza məsələsini həll edə biləcəyini bildirdiyini, təxminən 2024-cü ilin yanvar ayının sonlarında Sərdar adlı şəxsin ona 01 fevral 2024-cü il tarixdə Bakı şəhərində ABŞ səfirliyində viza üçün təyin edilmiş görüşə getməli olduğunu dediyini, bu səbəbdən 31 yanvar 2024-cü il tarixdə Bakı şəhərinə getdiyini, 01 fevral 2024-cü il tarixdə ABŞ-nin Azərbaycan Respublikasındakı səfirliyində təyin edilmiş görüşdə iştirak etdiyini, lakin viza verilməsindən imtina edildiyini, bu barədə Sərdar adlı şəxsə bildirdiyini, daha sonra Sərdar adlı şəxsin təklifi ilə 05 fevral 2024-cü il tarixdə Birləşmiş Krallığın səfirliyinə gedərək viza üçün sənədlərini təqdim etdiyini, təxminən 10 gün sonra Birləşmiş Krallığın səfirliyinə getdikdə orada viza verilməsindən imtina edildiyini öyrəndiyini, bundan sonra Sərdar adlı şəxsin ona ABŞ-yə getməsi üçün başqa bir plan hazırladığını deyərək 2-3 gün gözləməsini təklif etdiyini, 18 fevral 2024-cü il tarixdə qeyd olunan Pakistan İslam Respublikasının vətəndaşı olan X44 X28 Naseeb ilə görüşdüyünü, X26 hazırlaşmasını bildirdiyini, 19 fevral 2024-cü il tarixdə X26 zəng edərək növbəti gün Gürcüstan Respublikasına getmək üçün Qəbələ rayonuna hərəkət edəcəklərini dediyini, 20 fevral 2024-cü il tarixdə X44 ilə görüşüb avtobusla Qəbələ rayonuna getdiyini, Sərdar adlı şəxsin onun mobil telefon nömrəsinin “WhatsApp” tətbiqinə Qəbələ rayonunda qalacaqları evin ünvanını göndərdiyini, həmin ünvana getdiklərini, orada evin sahibi olan təxminən 65 yaşlı kişi cinsli bir nəfər şəxsin onları qarşılayıb evə apardığını, 21 fevral 2024-cü il tarixdə saat 03-04 radələrində X37 evdən çıxaraq Zərərçəkmiş şəxs Afzal Muhammadı evə gətirdiyini, həmin vaxt Sərdar adlı şəxsin ona zəng edərək X37 tapşırıqlarını yerinə yetirməsini tapşırdığını, verdiyi tapşırıqları yerinə yetirməyəcəyi halda onu öldürəcəyi ilə hədələdiyini, bu zaman X37 Zərərçəkmiş şəxsı yerə yıxdığını, cibindən ip çıxararaq ona verib Zərərçəkmiş şəxs ayaqlarını bağlamasını tapşırdığını, sonuncunun ayaqlarını bağladığını, daha sonra isə X37 Zərərçəkmiş şəxs əllərini bağlayaraq Sərdar adlı şəxsə zəng edib bu barədə məlumat verdiyini, həmin vaxt Sərdar adlı şəxsin X40 tapşırıq verməsinin ona məlum olduğunu, sonuncunun onu öldürəcəyindən qorxaraq qeyd olunan tapşırığa əsasən Zərərçəkmiş şəxs valideynlərinə zəng etdiyini və Kanadaya getmək üçün 15000 ABŞ dolları göndərməli olduğunu demək məcburiyyətində qaldığını, bundan sonra Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə valideynləri ilə əlaqə saxlayaraq Kanadaya gedəcəyini və 15000 ABŞ dolları pulu hazırlamalarını bildirdiyini, bundan sonra X37 ikinci mərtəbədə Zərərçəkmiş şəxs yanında qaldığını, ona isə birinci mərtəbədə qalmasını tapşırdığını, növbəti gün səhər təxminən saat 10 radələrində ev sahibinin borclu qaldığı 100 manat pulu istədiyini, ona pullarının dirhəm şəklində olduğunu bildirdiyini, bundan sonra bankda pulunu dəyişərək ev sahibinin 100 manat pulunu verdiyini, Sərdar adlı şəxsdən növbəti tapşırıqları gözləməyə başladıqlarını, təxminən saat 17-18 radələrində evdə olan zaman X44 ilə Zərərçəkmiş şəxs ikinci mərtəbədə, özü isə birinci mərtəbədə olan zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarının oraya gələrək onları tutduqlarını demişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Sərdar adlı şəxslə “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, həmin şəxsin ona Azərbaycan Respublikası ilə əlaqələrinin olduğunu deyib onun problemini həll edəcəyini dediyini, bu məqsədlə Sərdar adlı şəxsə 9000-10000 dollar pul göndərdiyini, Şri-Lankada olan zaman ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət etdiyini, lakin hər iki səfirlik tərəfindən viza verilməsindən imtina olunduğunu, bu zaman Sərdar adlı şəxsin onun problemini həll edə bilməyəcəyindən şübhələnib verdiyi pulu geri qaytarmasını xahiş etdiyini, Sərdar adlı şəxsin isə Qəbələ şəhərinə getməsini, oradan Gürcüstan Respublikasına, oradan da Kanadaya keçirə biləcəyini dediyini, bundan sonra 30 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasına gələrək X44 ilə tanış olduğunu, Sərdar adlı şəxsin deməsinə əsasən sonuncunun işçisinin X15 ona məlum olduğunu, problemi həll etməsi üçün 2000 manat pul verməsini dediyini, həmin məbləğlə razılaşmayaraq X40 400 manat pul verdiyini, 20 fevral 2024-cü il tarixdə X44 ilə birlikdə Qəbələ şəhərinə getdiyini, bir qədər sonra sonuncu ilə birlikdə restorana gedib yenidən həmin evə qayıtdığını, evdə olan zaman X19 mobil telefonunu istədiyini, lakin mobil telefonunu verməyə razı olmadığı üçün X37 iplə onun əlini çarpayıya bağladığını, bu zaman müqavimət göstərdiyini, çarpayının qırıldığını, 21 fevral 2024-cü il tarixdə saat təxminən 03:00-04:00 radələrində X37 gedib Zərərçəkmiş şəxsı həmin evə gətirdiyini, qeyd olunan vaxt ərzində çarpayıya bağlı vəziyyətdə olduğuu, X26 məxsus olan mobil telefon vasitəsilə Sərdar adlı şəxslə danışarkən sonuncunun X40 Zərərçəkmiş şəxsı öldürdükdən sonra polis əməkdaşlarının həmin cinayətin onun tərəfindən törədilməsini güman etməsi üçün onun mobil telefonunu və pasportunu Zərərçəkmiş şəxs yanına qoymasını dediyini, bundan sonra qorxduğu üçün ondan tələb olunanı yerinə yetirmək məcburiyyətində qaldığını, sonradan səhər 05:00- 06:00 radələrində X23 əlini bağladığı ipi açdığını, daha sonra evin aşağı hissəsindən yuxarı hissəsinə qalxdıqda Zərərçəkmiş şəxs əlinin bağlı vəziyyətdə olduğunu gördüyünü, sonuncunun əlini X37 tək bağladığını, orada Zərərçəkmiş şəxs su verdiyini və həmin vaxtlarda evdə sonuncu, o və X14, həmin evdə olarkən zərərçəkmiş şəxsə kömək etməyə vaxtının olmadığını, Sərdar adlı şəxsin ona hədə-qorxu gəlməsi səbəbindən sonuncunun dediklərini etmək məcburiyyətində qaldığını, evdə olarkən Sərdar adlı şəxsin göstərişi ilə 400 manat pulun müqabilində kirayə götürdükləri evin kirayə pulunu vermək üçün zərərçəkmiş şəxsin 1000 dirhəm pulunu götürdüyünü, həmin pulu götürərkən zərərçəkmiş şəxsdən icazə almadığını, daha sonra ev sahibi ilə birlikdə valyuta dəyişmə məntəqəsinə getdiyini, bu zaman onun pasportu X17 üçün X12 dirhəmini ev sahibinin öz şəxsiyyət vəsiqəsi ilə Azərbaycan manatına dəyişdiyini, oraya gedən zaman Zərərçəkmiş şəxs əllərinin bağlı vəziyyətdə olduğunu, evdən qaçmağı planlaşdırdığını, lakin sənədləri X13 və qaçacağı halda X37 Zərərçəkmiş şəxs xəsarət yetirə biləcəyini fikirləşərək fikrindən daşındığını, Zərərçəkmiş şəxs azad olunduqdan sonra sonuncu ilə birlikdə polis şöbəsinə getməyi qərarlaşdırdığını, X38 əvvəlcədən bıçağın olduğunu, bu hadisənin əvvəlcədən Sərdar tərəfindən planlaşdırıldığını, X19 pulun alınması məqsədilə onun yanına Sərdar adlı şəxs tərəfindən göndərildiyini, X37 Azərbaycan Respublikasına ondan əvvəl gəldiyini, Sərdar adlı şəxslə əlbir olmadığını, əks halda sonuncudan pul almalı olduğunu, lakin sonuncudan pul almadığını, X37 Zərərçəkmiş şəxs valideynlərindən 15 000 dollar pul tələb etdiyini, bu zaman onun mobil telefonundan istifadə olunduğunu, polis əməkdaşları həmin evə gələn zaman qapını özünün açdığını, həmin vaxt Zərərçəkmiş şəxs əl-ayağının açıq vəziyyətdə olduğunu, ibtidai istintaq zamanı hansı sənədlərə imza etdiyini xatırlamadığını, ibtidai istintaq müddətində ona ölkə hüdudlarından kənara məcburi çıxarılacağını dediklərini, polis şöbəsində ifadə verən zaman tərcüməçinin onun yanında olduğunu, ifadəsinin Azərbaycan dilində yazıldığını, lakin ona tərcüməçi tərəfindən oxunmadığını, düzgün tərcümə olunmadığını, ifadəsində qeyd olunanların onun dediyi kimi yazılmadığını və həmin ifadəyə imza etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı ifadə verərkən ifadəsinin ona tərcüməçi tərəfindən oxunmadığını, düzgün tərcümə olunmadığını və ifadəsində qeyd olunanların onun dediyi kimi yazılmadığını deyərək həmin məsələni mübahisələndirdiyindən məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, ifadə verən zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və həmin hərəkətlərin qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş X44 ifadələrində Təqsirləndirilən şəxs qeyd etdiklərini təkzib etmişlər. Digər tərəfdən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin evdə olarkən zərərçəkmiş şəxsə kömək etməyə vaxtının olmadığını desə də həmin ifadəsində onun X44 ilə birlikdə restorana və ev sahibi ilə birlikdə valyuta dəyişmə məntəqəsinə getməsini deməsi də əvvəlki ifadəsini təkzib edir və qeyd olunanlar onun kifayət qədər vaxtının olmasına dəlalət edir. Eləcə də qeyd olunmalıdır ki, əgər Sərdar adlı şəxs və ya X44 tərəfindən Təqsirləndirilən şəxs hədə-qorxu gəlinmişdirsə, onun hüquq-mühafizə orqanlarına məlumat verməyə kifayət qədər imkanı var idi. Buna baxmayaraq, Təqsirləndirilən şəxs hər hansı dövlət orqanına müraciət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. CM-in 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməli və o, əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı 21 fevral 2024-cü il tarixdə saat 19:15-dən şübhəli şəxs qismində tutulmuş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 21 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə iki ədəd ip və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini əks etdirən bir ədəd disk maddi sübut qismində tanınmış, iki ədəd ip Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkaqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanc yerinə təhvil verilmmiş, bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkaqla Mübarizə İdarəsində saxlanılan iki ədəd ip dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilsin və əsas cəza növünü çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkaqla Mübarizə İdarəsində saxlanılan iki ədəd ip hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar