Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-24/2022 11.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X6, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1974-cü ildə Kürdəmir rayonu Xırdapay kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki rayonu İnçə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 12 iyun 2021-ci il tarixdə saat 19 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Şəki rayonu, İnçə kəndində yaşadığı fərdi yaşayış evinə gedən yolda küçədə dayanan zaman yanından ötüb keçmək istəyən həmkəndlisi xx xxxxxxx 2009-cu il tarixdə anadan olmaqla onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs gördükdə sonuncunun başqa şəxsləri köməyə çağırmaq imkanının olmadığını, onun fiziki cəhətdən üstün olduğunu başa düşməsini bildiyini və ona müqavimət göstərmək imkanının olmadığını dəqiq bilərək köməksiz vəziyyətdə olmasından istifadə edib cinsi ehtirasını təmin etmək məqsədilə Gülşən Əhməlinin qolundan və ağzından tutub fiziki zor tətbiq edib yaşadığı evin həyətinə, oradan isə fasilə vermədən evinin yataq otağına aparmış və azyaşlı olduğuna görə müqavimət göstərmək iqtidarında olmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib ona zor tətbiq edərək yataq otağındakı yerə sərilmiş yorğan-döşək dəstinin üzərinə uzadıb özü də onun üzərinə uzanaraq bədənini onun bədəninə sürtüb saxlayaraq seksual etirasını həyata keçirmək üçün üzündən öpmüş, üzünü və qollarını sıxmış, Zərərçəkmiş şəxs onun əlindən çıxmaq istədikdə o, sonuncunun müqavimətini qırmaq üçün fiziki zor tətbiq edərək beş dəfə yumruqla sonuncunun baş nahiyəsinə qəsdən vurub ona başın sağ təpə-gicgah və sağ gicgah nahiyələrinin yumşaq toxumalarının əzilməsi və dərialtı hemotoması, sağ bazunun qançırı ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə ot yığmağa getmiş, həmin gün günorta saatlarında sahədən otu yığıb qayıtmışlar. Ot yığmağına görə 5 manat zəhmət haqqı almış, ot yığdığı maşın Baş Göynük kəndinə qalxan yol ayrıcından keçəndə avtomaşını saxladıb orada yerləşən mağazadan bir ədəd «Əfsanə» markalı banka pivəsi alıb içmişdir. Sonra birlikdə Zunud kəndinə gəlmiş, otu boşaltdıqdan sonra piyada evinin yanına gəlmişdir. Saat 1930 radələrində yaşadığı evə çatmağa bir qədər qalmış qonşuları Gülşənin qarşı tərəfdən gəldiyini görmüş, həmin vaxt itlər Gülşənə tərəf gəldiyinə görə sonuncu ona yaxınlaşıb ondan kömək istəmişdir. İtləri qovub Gülşənin sağ qolundan tutub yaşadığı evin həyətinə aparmış, həyətində yerləşən evin qarşısındakı pilləkəndə Gülşənlə birlikdə oturmuşlar. Gülşən onun sol tərəfində oturaraq ondan qızı Maisəni soruşmuş, o da Gülşənə, Maisənin evdə olmadığını demişdir. Təxminən 2-3 dəqiqə oturub söhbət etdikdən sonra birlikdə ayağa qalxmış, Gülşəni əlləri ilə tutub özünə çəkib qucaqlayıb üzündən bir dəfə öpmüşdür. Bu vaxt, qonşuluqda yaşayan arvadların onlara tərəf gəldiyini görmüş, qadınlar gəlib evin üstünə daş atmışlar. Gülşənin qolundan tutub darvazadan yola çıxarmış, qadınlar Gülşənin çölə çıxdıqlarını görüb daha daş atmamışlar. Qonşular ondan, uşağa nə etdiyini soruşmuş, o da cavabında Gülşənə heç nə etmədiyini, aparıb yoxlada bilmələrini demişdir. Həmin vaxt qonşular Gülşəni aparıb getmiş, o da öz evinə gəlmişdir. Bir müddətdən sonra polis əməkdaşları gəlib onu Polis Şöbəsinə dəvət etmişlər. Gülşəni evinə aparmamış, sonuncunu yerə uzatmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə saat 1830 radələrində anası Təranə ona 5 manat pul verib mağazadan xəngəl xəmiri almasını bildirmiş, o da əvvəlcə daim alış-veriş etdiyi Zaurun işlətdiyi mağazaya getmişdir. Mağazada xəngəl xəmiri olmadığı üçün bir qədər kənarda yerləşən Xəyalın mağazasına getmiş, orada da xəngəl xəmiri olmadığı üçün mağazadan çıxıb geriyə evə qayıtmışdır. Evinə gedən zaman yolun kənarında oturan Təqsirləndirilən şəxs yanından keçəndə sonuncu ondan, kimin qızı olduğunu soruşmuş, Qalibə Rövşənin qızı olduğunu bildirmişdir. Qalib ona, «sənin boyda qızım var, gedək həyətə onunla oyna» demiş, cavabında Qalibə getmək istəmədiyini demişdir. Bundan sonra Qalib ona “gedək həyətə qızımla oyna” deyib əvvəlcə qolundan tutub sıxaraq dartıb evlərinə tərəf aparmış, qapılarının yanına çatanda Qalibin əlindən çıxıb qaçmaq istəmiş, sonuncu onun saçından tutub özünə tərəf çəkmişdir. Qışqırmaq istəyəndə Qalib digər əli ilə ağzını tutub çəkib onu həyətə salmış, həyətə keçəndən sonra bir əli ilə qolunu, o biri əli ilə ağzını tutub onu evlərinə aparıb otağa salmışdır. Qalib onu çəkib otağın ortasında olan yorğan-döşəyin üzərinə uzatmış, özü də onun üstünə uzanıb üzündən öpmüşdür. Qalibə yalvarıb, evinə getmək istədiyini demiş, Qalib isə ona bu gecə orada qalacağını, onu özünə arvad edəcəyini demişdir. Çabalayıb Qalibin əlindən çıxmaq istəyəndə sonuncu bir əli ilə onun ağzını tutub, o biri əli ilə başına yumruq vurmuşdur. Həmin vaxt darvazaya kimlərsə daşlar vurduğu üçün Qalib üstündən qalxıb ona çölə çıxmasını, heç kimin görməməsi üçün həyətin aşağısındakı qapıdan yola çıxıb evinə getməsini demişdir. Bundan sonra o, həyətə çıxmış, Qalib isə evə qalmışdır. Həyətə çıxandan sonra yolu tapa bilmədiyi üçün həyətdəki tut ağacının altında oturub ağlamış, bu vaxt küçə qapısından həyətə bir nəfər kişi daxil olub onu qaldırıb yola çıxarmışdır. Həmin vaxt yolda çoxlu adamlar olmuş, ona su və şirinçay vermişlər. Bir müddətdən sonra atası Rövşən və anası Təranə gəlib çıxmış və onu evlərinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə axşama yaxın qızları yemək üçün yarpaq xəngəli istədiklərini bildirdiklərinə görə qızı Gülşənə 5 manat pul verib gedib mağazadan kəsilib hazırlanmış xəngəl xəmiri almasını bildirmişdir. Gülşən pulu götürüb saat 1830 radələrində evdən çıxıb getmiş, təxminən 30-40 dəqiqə sonra Gülşən qayıtmadığı üçün əri Rövşənə Gülşəni mağazaya göndərdiyini və hələ qayıtmadığını bildirmişdir. Bundan sonra əri Rövşən Gülşənin arxasınca əvvəlcə Zaurun mağazasına, sonra isə Xəyalın mağazasına gedib baxdıqdan sonra qayıdıb Gülşəni tapmadığını bildirmişdir. Sonra Rövşən onun qaynının arvadı Gülxara zəng edib Gülşənin oraya gedib-getmədiyini soruşmuş, Gülxar da Rövşənə Gülşənin əmisi evinə getmədiyini demişdir. Bu vaxt qonşları İntizar onların evinə gəlib, qorxmamalarını, Gülşəni Qalib tutub evinə apardığını, yolda qızlar görüb xəbər verdiklərini və tez gedib Gülşəni Qalibin evindən çıxarmalarını demişdir. O, əri Rövşən, baldızı Saniyə və eltisi Gülxar ilə birlikdə Qalibin evinin yanına getmiş, Qalibin qapısının yanında çoxlu adamların toplaşdığını və Gülşənin orada olan qadına söykənib ağladığını görmüşlər. Gülşən onları görən kimi atasının üstünə gedib qucaqlayıb ağlayaraq heç nə etmədiyini demişdir. Sonra onlar Gülşəni evə gətirib sakitləşdirib nə baş verdiyini soruşduqda, sonuncu onlara xəngəl xamırı almaq üçün əvvəlcə Zaurun mağazasına getdiyini, orada xəngəl xəmiri olmadığı üçün bir qədər kənarda yerləşən Xəyalın mağazasına getdiyini, orada da xəngəl xəmiri olmadığı üçün geri qayıdan zaman yolda Qalibin Gülşəni görüb kimin qızı olduğunu soruşduğunu, Qalibə Rövşənin qızı olduğunu dediyini, sonra Qalib Gülşənə sonuncu yaşda qızı olduğunu və gedib qızı ilə oynamasını dediyini, Gülşən getmək istmədikdə, Qalib Gülşənin qolundan tutub dartdığını, qışqırmaq istəyəndə isə ağzını tutub zorla həyətə oradan da evinə aparıb evdə salınmış yorğan-döşəyin üstünə uzatdığını, sonra özü Gülşənin üstünə uzanaraq üzündən öpdüyünü, Qalibə yalvarıb evə getmək istədiyini deyəndə, Qalib Gülşəni özünə arvad edəcəyini dediyini, Qalib Gülşənin başına yumruqlar vurduğunu, qonşular qapıya daş vurduğu üçün Qalib Gülşəni buraxıb aşağıdakı qapıdan çıxıb getməsini dediyini, Gülşən də həyətə çıxandan sonra yolu tapa bilməyib həyətdəki tut ağacının altında oturub ağladığını bildirmişdir. Qalibin evinin yanında olanda orada olan söhbətdən Qalib Gülşənin qolundan tutub evinə aparanda məşğələdən gələn Aydan və başqa qızların bunu görüb valideyininə dediyini, Aydanın valideyini də qonşuları çağırıb Qalibin qapısına daşlar vurduğunu, Salehin həyətə daxil olub Gülşəni tut ağacının altından çölə çıxartdığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 və Şahid4 eyni məzmunlu ifadə verərək Qanuni nümayəndə yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən cıxıb kəndin mərkəzində yerləşən mağazaya gedərkən kəndin mərkəzindən keçən yolla Qalibin yaşadığı evin qapsının ağzına adamların toplaşdığını görüb nə baş verdiyni öyrənmək üçün oraya getmişdir. Qapının qarşısına toplanmış qadınlardan biri Qalibin sərxoş vəziyyətdə az yaşlı uşağı saçından tutaraq evə apardığını, evə girməyə qorxduqlarına görə ondan evə girib nə baş verdiyni öyrənməsini xahiş etmişlər. Bundan sonra o, taxta qapıdan həyətə daxil olarkən bir nəfər az yaşlı qız uşağının ağacın altında qısıldığını və onu görüb qalxaraq aşağı tərəfə qaçdığını görmüşdür. Sonradan adının Gülşən olduğunu bildiyi qıza yaxınlaşıb qorxmamasını demiş, həmin vaxt Gülşənin həycan icərsində olduğunu və ağladığını görüb nə baş verdiyni soruşduqda sonuncu ona Qalib tərəfindən 5 manat pulunun alındığını demişdir. Gülşənə küçədə dayanın qadınların yanına gedib dayanmasını, 5 manat pulunu alıb qaytaracağını demiş, sonra Qalibi çağırıb uşağın 5 manat pulunu qaytarmasını bildirdikdə sonuncu cibini göstərib uşaqdan 5 manat pul almadığını demişdir. Bundan sonra küçəyə cıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elab olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixda saat 19 radələrində həmkəndliləri Elmira, Fidan və Zərif ilə birlikdə kənddə yaşayan və onlara dərsdən kənar məşğələ çəkən Vüsalə müəllimənin evindən çıxıb küçədə bir-biriləri ilə söhbət edərək getdikləri vaxt bir nəfər şəxsin, adını sonradan öyrəndiyi Qalib adlı şəxsin Gülşənin qolundan tutaraq darta-darta evinə doğru apardığını görmüş, Qalib Gülşənin getmək istəmədiyini görüb sonuncuya "qızım Maisə səni evdə gözləyir gedək onunla oyna" demişdir. Buna baxmayaraq Gülşən yenə Qaliblə getməyərək dartınanda, Qalib Gülşənin saçından tutub dartmış, bu qayda ilə Gülşəni aparıb yaşadığı evin həyətinə salmışdır. Onlar çəpərdən həyətdə də Gülşənin qaçmaq istədiyini görmüş, Qalib isə Gülşənə mane olub evinə aparmışdır. Təxminən 10-12 dəqiqə yolda dayanaraq gözləmiş, həmin vaxt Vüsalə müəllimənin yola çıxdığını görüb onlara yolda dayandıqlarına görə açıqlanacağından ehtiyat edərək oradan uzaqlaşıb hərə öz evinə getmişdir. Evə çatdıqdan sonra bu barədə anasına məlumat vermək istəmiş, lakin anası evdə olmadığına görə kiməsə məlumat vermək üçün qayıdıb yola çıxmışdır. Həmin vaxt yolda oynayan az yaşlı oğlan uşaqlarına yaxınlaşıb gördüyü hadisəni danışıb həmin yerə gedib qonşulara bu barədə məlumat vermələrini xahiş etmişdir. Bundan sonra həmin uşaqlar dediyi yerə gedib qabaqlarına çıxan qonşulara məlumat vermişlər. Bundan sonra həmin məlumat küçəyə yayılmış və küçədə yaşayan qadınlar Qalibin evinə doğru getmişlər. O, qadınların ardınca getsə də tam yaxınlaşmamış və uzaqdan oraya gedən şəxslər Gülşəni Qalibin həyətindən çıxardıqlarını görmüşdür. Sonra evə qayıtdığı üçün sonradan baş verən hadisələrdən məlumatı olmamışdır. Məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş şahidlər Şahid3, Şahid5 və Şahid6 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə onun evinə məşğələ keçmək üçün gəlmiş Şahid2, Şahid6, Şahid5 və Şahid3 saat 19 radələrində məşğələ başa çatdıqdan sonra evlərinə getmişlər. Təxminən 10-15 dəqiqədən sonra artezianın nə vaxt düzələcəyini qonşulardan soruşmaq üçün çölə çıxarkən adlarını qeyd etdiyi qızların bir qədər qabaqda dayandıqlarını görmüş, qızlar onu görən kimi uzaqlaşmışlar. Həmin vaxt qonşusu Xuraman yola çıxmış, sonuncu ilə söhbət edən zaman bir nəfər oğlan uşağı velosipedlə onlara yaxınlaşıb qonşuları Qalibin evə az yaşlı qız uşağı apardığını, həmin xəbəri Aydandan eşitdiyini demişdir. Bu vaxt qabaqdan digər qonşu qadınlar gəlmiş, Qalibin içkili olduğunu eşidib sonuncunun evinə daxil olmağa qorxmuş, heç nə edə bilməyib Qalibin evinin dəmirdən olan dam örtüyünə daş atmağa başlamışlar. Bu vaxt oraya gələn Salehə vəziyyəti danışıb evə girib uşağı çölə çıxartmasını xahiş etdikdən sonra Saleh həyətə keçəndə Gülşəni həyətdə görüb yola çıxarmışdır. Gülşən yola çıxanda sifəti qızarmış, saçları dağınıq və həddən artıq həyəcanlı vəziyyətdə olmuşdur. Qadınlarla birlikdə Gülşəni Qalibin evindən bir qədər kənara gətirib su ilə üzünü yuyub, şirinçay verib sakitləşdirməyə çalışmışlar. Gülşən bir az sakitləşəndən sonra nə baş verdiyini soruşanda sonuncu mağazadan çıxıb geri evlərinə qayıdan zaman yolda Qalibin Gülşəni görüb kimin qızı olduğunu soruşduğunu, Qalibə Rövşənin qızı olduğunu dedikdən sonra Qalib Gülşən yaşda qızı olduğunu, qızı ilə oynamaq üçün getməsini dediyini, Gülşən getmək istəmədiyini deyəndə Qalib də qolundan tutub dartdığını, qışqırmaq istəyəndə isə ağzını tutub zorla həyətə oradan da evinə aparıb evdə salınmış yorğan-döşəyin üstünə uzatdığını, sonra özü Gülşənin üstünə uzanaraq üzündən öpdüyünü, sifətini və qolunu sıxdığını, Qalibə yalvarıb evə getmək istədiyini deyəndə, Qalib Gülşəni özünə arvad edəcəyini dediyini, ağlayıb çabalayanda Qalib başına yumruqla vurduğunu, qonşular qapıya daş vurduğu üçün Qalib Gülşəni buraxıb aşağıdakı qapıdan çıxıb getməsini dediyini, həyətə çıxandan sonra həyətdəki ağacının altında oturub ağladığını demişdir. Həmin vaxt orada olan söhbətdən Qalib Gülşənin qolundan tutub evinə aparanda məşğələdən gələn Aydan və başqa qızların bunu görüb yolda olan oğlan uşaqlarına dediyini, oğlan uşaqları da gəlib onlara xəbər verdiyini bilmişdir. Həmin vaxt zəng edib xəbər verdikləri üçün bir müddətdən sonra Gülşənin atası Rövşən və anası Təranə gəlib çıxmış, sonra Gülşəni evilərinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 və Şahid9 eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 14 iyun 2021-ci il tarixli 257 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs başın sağ tərə-gicgah və sağ gicgah nahiyələrinin yuşmaq toxumalarının əzilməsi və dərialtı hematoması, sağ bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən iki günə qədər vaxda olmaqla, qərarda qeyd edilən 12.06.2021-ci il tarixinə uyğundur, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 iyun 2021-ci il tarixli 260 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi əlaqəyə girmə qabiliyyəti normaldır və cinsi həyatı aktivdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixatirik ekspertizasının 07.07.2021-ci il tarixli 357 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olduğundan o, ona şamil edilən hazırki əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə pisixoloji ekspertizasının 23.07.2021-ci il tarixli 134 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intilektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını qismən anlaya bilərdi. Zərərçəkmiş şəxs baş vermiş hadisəni “pis iş” xarakterizə edir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxu psixi-emosional halda olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 12.08.2021-ci il tarixli 17/569 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərində tapılmış açıq-cəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin səthi üzərində tapılmış qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd donun tərkib liflərinə uyğun gəlirlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Şəki Rayonlararası Psixatriya Xəstəxanasından daxil olmuş 24.06.2021-ci il tarixli 687 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30.10.1992-ci ildə “Yüngül əqli gerilik” diaqnozu ilə həmin xəstəxananın dispanser müşahidəsinə götürülmüş, uzun müddət müraciət etmədiyi üçün 2019-cu ildə dispanser müşahidəsindən çıxarılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Şəki Mərkəzi Rayon Xəstəxanası Narkoloji şöbəsindən daxil olmuş 25.06.2021-ci il tarixli 779 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyatda yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2230-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 16 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Şəki şəhər İcra Hakimiyyəti Başçısının İnçə kəndindəki nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu İnçə kəndində yaşayır, himayəsində 2009-cü doğulmuş Maisə Məmmədli adlı bir azyaşlı uşağı var. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli hərəkətlərə yol verməməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb, fiziki-kimyəvi, psixoloji ekspertizasının rəyləri və işdə olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olmasıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdiriləmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli şəxs kimi tutulduğu 14 iyun 2021-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Şəki rayon Polis Şöbəsində saxlanılan bir ədəd şalvar və köynək Təqsirləndirilən şəxs, bir ədəd don və bir ədəd şalvar zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 14 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Şəki Rayon Polis Şöbəsində saxlanılan bir ədəd şalvar və köynək Təqsirləndirilən şəxs, bir ədəd don və bir ədəd şalvar zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-24/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-24/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver