Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-24/2024 18.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 5,001 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə saat 04:15-də Yevlax şəhəri, Vaqif küçəsi 119 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 Yevlax Rayon Polis Şöbəsinə aparılıb həmin gün saat 06:00-dan etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 5,001 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli pencəyin sol iç cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə səhər saat 04:05 radələrində polis əməkdaşları yaşadığı evə daxil olaraq onu alt paltarında evdən götürüb, sürüyə-sürüyə polis şöbəsinə aparmışlar. Evinə daxil olan polis əməkdaşları oğlunun ayağını əzmişlər. Polis əməkdaşları onu aparan vaxt qışqırmışdır. Həmin vaxt qonşuları küçəyə çıxmış və onu o halda görmüşlər. Polis əməkdaşları maşını küçənin elə yerində saxlamışlar ki, heç kim onları görməsin. Bundan sonra onu maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu bir otağa aparmışlar. Yarım saat həmin otaqda alt paltarında qalmışdır. Sonra polis əməkdaşları ona idman geyimi gətirmişlər. Həmin idman geyimini geyinmişdir. Bir müddət sonra görmüşdür ki, polis əməkdaşı hazırda üzərində olan kostyumu gətirmişdir. Sonra həmin kostyumu üzərinə geyinmişdir. Bir müddət sonra olduğu otağa “Rəşad” adlı şəxs gəlmişdir. Rəşadı da həbs etmişlər. Sonra “Elmir”, “Məzahir” və “Fərid” adlı şəxsləri gətirmişlər. Həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bir müddət sonra onu polis şöbəsində üçüncü mərtəbədə “Kərim” adlı polis əməkdaşının otağına aparmışlar. Həmin otaqda beş nəfər polis əməkdaşı ona təzyiq göstərmiş və demişlər ki, o, həbs olunmalıdır. Polis əməkdaşlarına demişdir ki, onu günahsız içəri göndərməsinlər, övladları vardır. Həmin ərəfələrdə qız övladlarının toyu olacaqmış. Polis əməkdaşları israrla ona demişlər ki, yarım kiloqram narkotik vasitəni boynuna almalıdır. O da həmin vaxt demişdir ki, onu öldürsələr də boynuna narkotik vasitə almayacaqdır. Həmin vaxt polis əməkdaşları onu döyməyə başlamışlar. Onu döysələr də narkotik vasitəni boynuna almamışdır. Elə həmin vaxt polis əməkdaşı ona demişdir ki, onlar bilir ki, o həbsxana rəisi Fikrətin preslərindən keçmiş, ancaq onlar onun boynuna qoymağı bacaracaqlar. Daha sonra həmin polis əməkdaşı demişdir ki, gedib onun arvadı və qızını polis şöbəsinə gətirsinlər. Həmin vaxt polis əməkdaşına demişdir ki, bunu edə bilməzlər. Elə bu vaxt ona cavab gəlmişdir ki, edə bilərlər. Həmin vaxt polis əməkdaşlarına demişdir ki, xahiş edir ki, arvadını və qızını polis şöbəsinə gətirməsinlər. Çünki qızlarının toyu olacaqdır. Daha sonra onu başqa otağa aparmışlar. Həmin otaqda olan rəis demişdir ki, yaxşı buna 5 qram narkotik vasitə yükləyib göndərsinlər. Narkotik vasitəni yenə boynuna almamışdır. Həmin vaxt demişlər ki, bunun ailəsini götürüb gətirsinlər. Elə həmin an digər polis əməkdaşı demişdir ki, ailəsi polis şöbəsinin qarşısındadır. Belə olan halda polis əməkdaşları ilə razılaşmış və nə deyəcəyini soruşmuşdur. Polis əməkdaşları ona təlimat vermişlər ki, desin ki, güya narkotiki haradansa tapmışdır. O da bildirmişdir ki, narkotik vasitəni xəstəxananın yanından tapmışdır. Özü elə demişdir ki, gələcəkdə müstəntiq xəstəxananın videokameralarına baxış keçirən zaman görsün ki, o, həmin tarixdə orada olmamışdır. Polis əməkdaşlarının narkotik vasitəni çəkməyə tərəziləri də olmamışdır. Həmin vaxt müdafiəçisi Sevda xanım da bildirmişdir ki, tərəzi yoxdur, bu necə işdir. Hətta Sevda xanım ondan soruşmuşdur ki, onun narazılığı nədir? Həmin vaxt Sevda xanıma sual vermişdir ki, desə, onu çıxara biləcəkdir? Sevda xanım cavab verməmişdir. Bundan sonra onu bir günün içində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Səhərisi gün onları sənədləşdirmişlər. Bundan sonra həkimə getmişdir. Həkim özü onu müayinə etmiş və hər şeyi qeydiyyata almışdır. Bundan sonra barəsində həbs qətimkan tədbiri seçilmişdir. Tutulduqdan 4 ay sonra müstəntiq yanına gəlib ona demişdir ki, narahat olmasın, yaxşı olacaqdır. Müstəntiqə etiraz etmiş və ona işi düzgün aparmasını bildirmişdir. “Kərim” adlı polis əməkdaşı evdən kameraları aparıb, üç gün sonra isə kameraları qardaşına təhvil vermişdir. İbtidai istintaq zamanı ona olunan qanunsuzluqları bildirsə də, onu diqqətə almamışlar. Saxlanılma görüntülərini tələb etmişdir. Bundan başqa müvafiq orqanlara şikayət ərizələri ünvanlamışdır. Vəkilinə də, demişdir ki, bütün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ünvanlamışdır. Bundan sonra istintaq səkkiz ay davam etmişdir. O, həmin vaxt aclıq elan etmişdir. Bunu görən istintaq orqanı işini tez-bazar bağlamışdır. Ona olunan qanunsuzluqla bağlı hər yerə müraciət etmişdir. Müstəntiq səkkiz ay müddət ərzində onun yanına elə belə gəlibgetmişdir. İşi düzgün aparılmamışdır. Hətta müstəntiqi aclıq elan edib tələb etmişdir. Bundan sonra müstəntiq gəlmişdir. Müstəntiqə demişdir ki, polis əməkdaşları ilə üzləşmək istəyir. Heç bir polis əməkdaşı onunla üzləşməmişdir. Müstəntiq özü ona demişdir ki, narahat olmasın, məhkəmə düzgün istintaq aparsa, polis əməkdaşlarının kim olduqları ortaya çıxacaqdır. Müstəntiq yoldaşına demişdir ki, əməliyyatçılar desə ki, əməliyyat səhv keçirilib, onlar Nadiri azad edərlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları onu gecə 04:05 radələrində evdən aparmışlar. Çünki o, polis şöbəsinə daxil olan vaxt divarda saat görmüş və onda bilmişdir ki, hansı saatda gətirilmişdir. Səhv etmirsə polis şöbəsinə daxil olan vaxt saat 5-ə 15 dəqiqə işləmişdir. Polis əməkdaşları ona təzyiq göstərib evdən çıxarmışlar. Polis şöbəsinə daxil olan vaxt Növbətçi Hissədə qeydiyyat aparılmamışdır. Evdən çıxan vaxt alt paltarında olmuşdur. Evdə yatmışdır. Elə bu vaxt 5-6 nəfər polis əməkdaşı evə daxil olub, ona təzyiq göstərib polis şöbəsinə aparmışlar. Həmin vaxt qışqırmışdır. Elə bu vaxt bəzi qonşular buna şahid olmuşlar. Bütün küçə görmüşdür ki, polis əməkdaşları ona təzyiq göstərirlər. Polis əməkdaşları onu polis şöbəsində otağa aparmışlar. Sonra onu bir otağa aparmışlar. Sabaha qədər həmin otaqda qalmışdır. Polis əməkdaşları saxlanıldığı günün sabahısı onu polis şöbəsində üçüncü mərtəbəyə qaldırıb döyməyə başlamışlar. Polis əməkdaşları onu döyüb razı saldıqdan sonra vəkil dəvət etmişlər. Bundan bir müddət sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Cəzaçəkmə Müəssisəsinə daxil olan vaxt həkim müayinə etmişdir. Həmin vaxt döyüldüyünü bildirmişdir. Ona olunan qanunsuzluqla bağlı bir çox orqana şikayət ərizəsi ünvanlamışdır. Həmin ərizələrin bəzilərinə cavab gəlmişdir. Polis əməkdaşları evə daxil olan vaxt evdə yoldaşı, iki övladı, qardaşı, qardaşının yoldaşı və qardaşının azyaşlı uşaqları olmuşdur. Evdə iki otaq vardır. Onun yatdığı otaqda uşaqları və yoldaşı olmuşdur. Polis əməkdaşları onu gecə 04:05 radələrində evdən aparmışlar. Çünki o, polis şöbəsinə daxil olan vaxt divarda saat görmüş və onda bilmişdir ki, hansı saatda gətirilmişdir. Səhv etmirsə polis şöbəsinə daxil olan vaxt saat 5-ə 15 dəqiqə işləmişdir. Polis əməkdaşları ona təzyiq göstərib evdən çıxarmışlar. Polis şöbəsinə daxil olan vaxt Növbətçi Hissədə qeydiyyat aparılmamışdır. Evdən çıxan vaxt alt paltarında olmuşdur. Evdə yatmışdır. Elə bu vaxt 5-6 nəfər polis əməkdaşı evə daxil olub, ona təzyiq göstərib polis şöbəsinə aparmışlar. Həmin vaxt qışqırmışdır. Elə bu vaxt bəzi qonşular buna şahid olmuşlar. Bütün küçə gömüşdür ki, polis əməkdaşları ona təzyiq göstərmişdir. Polis əməkdaşları onu polis şöbəsində otağa aparmışlar. Sonra onu bir otağa aparmışlar. Sabaha qədər həmin otaqda qalmışdır. Polis əməkdaşları saxlanıldığı günün sabahısı onu polis şöbəsində üçüncü mərtəbəyə qaldırıb döyməyə başlamışlar. Polis əməkdaşları onu döyüb razı saldıqdan sonra vəkil dəvət etmişlər. Bundan bir müddət sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Cəzaçəkmə Müəssisəsinə daxil olan vaxt həkim müayinə etmişdir. Həmin vaxt döyüldüyünü bildirmişdir. Ona olunan qanunsuzluqla bağlı bir çox orqana şikayət ərizəsi ünvanlamışdır. Həmin ərizələrin bəzilərinə cavab gəlmişdir. Polis əməkdaşları evə daxil olan vaxt evdə yoldaşı, iki övladı, qardaşı, qardaşının yoldaşı və qardaşının azyaşlı uşaqları olmuşdur. Evdə iki otaq vardır. Onun yatdığı otaqda uşaqları və yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Yevlax Şəhər Xəstəxanasının yaxınlığında olan zaman yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tapmış, özü heroin istifadəçisi olduğundan sonradan qəbul etmək məqsədi ilə heroini üzərində saxlamaq qərarına gəlmişdir. 28 oktyabr 2022-ci il tarixdə saat 04:15 radələrində yaşadığı ünvan 5 ünvana gələrkən evin qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan özünü təqdim etməsini istəmiş, o da öz növbəsində özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olduğunu bildirmişdir. Həmin zaman üzərində, yəni əynindəki pencəyin sol iç cibində bir ədəd sellofan bükümdə heroin olduğundan o, öz səmimiyyətini göstərmək üçün polis əməkdaşlarına nə narkotik vasitə, nədə ki, psixotrop maddələrin satışı ilə məşğul olmadığını, lakin üzərində şəxsi istifadəsi üçün heroin saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmiş, oda buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmişdir. Orada hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra üzərnə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində heroin olduğunu bildirib, əynindəki qara rəngli pencəyin sol iç yan cibində saxladığı bir ədəd sellofan bükümdəki heroini masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra üzərini polis əməkdaşları axtarmış, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə ona məlumat daxil olmuşdur ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Bu barədə onlar baş idarə rəhbərliyinə məruzə etmişlər və Turqayla birlikdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Yevlax rayon polis şöbəsinə gəlmişlər. Şöbədən onlara kömək məqsədilə iki əməkdaş vermişlər. Bundan sonra əməliyyat qrupunun tərkibi müəyyən olunmuşdur. Daha sonra şəxsi 28-nə keçən gecə təxminən saat 4-5 radələrində yaşadığı evin qarşısında saxlamışlar və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı və müdafiəçinin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan pencəyin iç cibindən bir büküm narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş və bildirmişdir ki, aşkar olunan narkotik vasitəni 2-3 gün bundan əvvəl xəstəxananın yaxınlığından tapmışdır. Daha sonra büküm qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, bu iş üzrə məlumat ona daxil olmuşdur. Məlumatın məzmunu narkotik vasitənin satışı ilə bağlı olmuşdur. Şəxsi yaşadığı evin yaxınlığında saxlamışlar. Ünvanı dəqiq xatırlamır, lakin şəxsi küçədə saxlamışlar. Narkotik vasitə şəxsin pencəyinin iç cibindən aşkar edilmişdir. Narkotik vasitə ilə bağlı şəxsin heç bir etirazı olmamışdır. Şəxsi gecə saat 4-5 radələrində saxlamışlar. Saat 4-5 radələrində şəxsin evini müəyyən etmişlər. Buna görə də, Yevlax rayon polis şöbəsindən kömək götürmüşlər. Şəxs evdən çıxana qədər onu gözləyəcəkmişlər. Şəxsin evinə daxil olmamışlar. Çünki əllərində məhkəmə qərarı olmamışdır. Şəxsi polis şöbəsinə aparmışlar. Təhqiqatçı və müdafiəçi dəvət olunmuşdur. Müvafiq sənədləşmə işləri aparılmışdır. Daha sonra müdafiəçi gəlmiş və üzərinə şəxsi axtarış başlanılmışdır. Şəxs üzərindən çıxan narkotik vasitəni tapdığını bildirmişdir. Aşkar olunan narkotik vasitəyə şəxsin etirazı olmamışdır. Şəxsin evinə baxış keçirməmişlər. Çünki buna zərurət olmamışdır. Raportda nə yazıldığını dəqiq xatırlamır lakin, şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatda öz əksini tapmışdır. Əldə etdikləri məlumat üzrə tədbiri özləri keçirmişlər. Məlumat onların olduğu üçün Yevlax rayon polis şöbəsinin tədbir keçirməsinə ehtiyac olmamışdır. Onlar şəxsin evinə baxış keçirməmişlər. Buna zərurət olmamışdır. Eyni zamanda, evə baxış üçün əllərində məhkəmə qərarı olmamışdır. Sonradan şəxsin evinə baxış keçirməmişlər. Çünki ona daxil olan məlumat təsdiqini tapmışdır. Şəxsin üzərindən hansı miqdarda narkotik vasitə çıxdığını dəqiq xatırlamır, lakin bir büküm aşkar edilmişdir. Dəqiq deyə bilər ki, şəxsi gecə saat 4-5 radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi döyməmişlər. Belə bir hal baş verməmişdir. Şəxsi axtarışda iştirak etmişdir. Şəxsi saxladıqları vaxt səhhətində problem olmamışdır. Şəxs saxlanılan vaxt ağrıları olmamışdır. Elə olsaydı onlar təcili tibbi yardım çağırarmışlar. Şəxsi axtarış axşam saatlarında olduğu üçün vəkil biraz çətinliklə gəlmişdir. Yəni biraz gec gəlmişdir. Ancaq qeyd edir ki, şəxsi saxladıqdan sonra şəxsi axtarışa qədər xüsusi bir yubanma olmamışdır. Çəkiliş vaxtı şəxs birtəhər durmuşdur. Ancaq fiziki cəhətdən sağlam olmuşdur. Şəxs səhhəti ilə bağlı onlara heç bir məlumat verməmişdir. Şəxsi evdə saxlamamışlar. Şəxsi küçədə saxlamışlar. Çəkiliş zamanı şəxs birtəhər olmuşdur. Daha doğrusu düşünmüşdür ki, gecə saatları olduğu üçün yuxulu olmuşdur. Ancaq xüsusi bir narahatlığı olmamışdır. Yevlax şəhərinə oktyabr ayının 27-də gəlmişlər. Məlumat 27 oktyabr tarixində daxil olmuşdur. Məlumat daxil olan vaxt dərhal Yevlax şəhərinə gəlmişlər. Məlumat 27 oktyabrda səhər saatlarında daxil olmuşdur. Şəxsin Yevlax şəhərində müxtəlif ərazidə olduğu bildirilmişdir. Sonradan yeri müəyyən olunmuşdur. Tədbir üçün Turqay və o, Bakı şəhərindən Yevlax şəhərinə gəlmişlər. Sonra Yevlax şəhər polis şöbəsindən iki əməkdaş kömək məqsədilə onların tədbirinə qoşulmuşdur. Yevlax şəhərində şəxsin yerini müəyyən etmək üçün müvafiq tədbirlər görmüşlər. Şəxsin günorta vaxtı evinə gəlib-gəlmədiyi barədə məlumatı olmamışdır. İlk əvvəl şəxsi şəhər ərazisində axtarmışlar. Daha doğrusu şəxsin ola biləcəyi yerlərə baxmışlar. Şəxsi gündüz saxlaya bilərmişlər, lakin şəxs qarşılarına gecə çıxdığı üçün, şəxsi gecə saatlarında saxlamışlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. İş üzrə raportu o, yazmışdır. Yevlax şəhər polis şöbəsindən tədbirə qoşulan iki əməkdaşın adını hazırda dəqiq xatırlamır. Turqay gənc əməkdaş olduğu üçün, ona daxil olan məlumatları təcrübəli əməkdaşlar mənbəyi ilə dəqiqləşdirir. O nöqtəyi nəzərdən məlumat ona daxil olmuşdur. Adətən gənc əməkdaşa daxil olan məlumatı, özü işləyə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini az-çox xatırlayır. Raport məsələsi ilə bağlı ifadəsində nə dediyini dəqiq xatırlamır. Raportu Turqayın və ya onun yazdığını ifadəsində dediyini dəqiq xatırlamır. İfadəsini oxuyub imzalamışdır. Məlumat Turqaya daxil olsa da, qrupa rəhbərliyi o etmişdir. Çünki Turqay gənc əməkdaşdır. Şəxsi evində yox, məhz küçədə saxlamışlar. Babək adlı şəxs təhqiqatçıdır. Əksər əməliyyatlara təhqiqatçı ilə birlikdə gedirmişlər. Təhqiqatçı qrupun üzvü olmuşdur. Şəxsin evinə zərurət olmadığı üçün baxmamışlar. Əməliyyat məlumatı 27 oktyabr tarixində daxil olmuşdur. Əməliyyat məlumatı məxfidir. Ona görə də, kim tərəfindən daxil olduğunu deyə bilməz. Ramini 4 nəfər saxlamışlar. Ramini saxlamaq üçün bir maşınla gəlmişlər. İş üzrə bir gün əvvəl raport almışlar. Tədbir zamanı üzərində telefon olmuşdur. Ramini saxladıqları vaxt telefonla çəkiliş etməmişlər. Müəyyən etmişlər ki, Ramin küçədədir. Məlumat onlara məxfi mənbədən daxil olmuşdur. Müəyyən etmişlər ki, şəxs çöldədir. Onlar evə baxış üçün qərar almamışlar. Çünki şəxsi şəhər ərazisində müəyyən edib saxlayacaqmışlar. Təhqiqatçı təxirəsalınmaz istintaq hərəkətlərini həyata keçirən şəxsdir. Təhqiqatçı onlarla gəlib, lakin tədbirdə iştirak etməmişdir. Onlara məlumat daxil olduğu andan, onlar əməliyyat-axtarış tədbirlərinə başlayırlar. Elə cinayət var ki, onlar dərhal rayon polis şöbələrinə məlumat verirlər. Ancaq bu işlərdə məlumat onlara daxil olursa, onları özləri icra edirlər. Müəyyən səbəblər vardır ki, belə işlərdə rayon polis şöbələrinə məlumat vermirlər və tədbiri özləri keçirirlər. Həmin günü Ramindən başqa bir nəfər də saxlamışlar. Həmin günü keçirilmiş başqa tədbirlərlə bağlı məlumatı olmamışdır. Baxış zamanı onlarda tərəzi olmamışdır. Ramin onları aldada bilər, lakin eksperti aldada bilməz. Ramindən aşkarlanan narkotik vasitə ekspertizaya göndərilmişdir. Raminin üzərinə şəxsi axtarış keçirmişlər. Raminin üzərindən narkotik vasitə aşkarlanmışdır, başqa əşyaların aşkarlandığını isə xatırlamır. Bu işlə bağlı məlumat onlara daxil olmuşdur. Şəxsin narkotik vasitə satmasını realizə edə bilməmişdir. Onun maşınına baxış keçirməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdə oktyabr ayının 27-dən 28-ə keçən gecə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra təqsirləndirilən şəxs Yevlax rayonunda tərəflərindən saxlanılaraq, Yevlax rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi Yevlax rayonunda evinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsi küçədə saxladıqlarını xatırlamır. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxsin şəxsi axtarışdan əvvəl müdafiəçi ilə görüşüb görüşmədiyini xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitəyə etiraz etməmişdir. Tədbiri gecə saat 5 radələrində keçirmişlər. Əməliyyatda 3 nəfər iştirak etmişlər. Şahid2 və o tədbirdə iştirak etmiş, digər üçüncü şəxsi hazırda xatırlamır. Onlarla birlikdə təhqiqatçı gəlmişdir. Təhqiqatçının adını hazırda xatırlamır. Təhqiqatçı ilə birlikdə tədbirdə 4 nəfər olmuşdur. “Babək” adlı şəxs təhqiqatçıdır. Tədbirdə olan 4-cü şəxsi hazırda xatırlamır. Əməliyyata Bakı şəhərindən 4 nəfər gəldiklərini xatırlamır. Şəxsi konkret olaraq saat neçədə saxladıqlarını xatırlamır. Təqsirləndirilən şəxsi Yevlax rayonunda evinin yaxınlığında saxlamışlar. Tədbir 2022-ci il tarixdə olmuşdur. Ona görə də, proseslər dəqiq yadında qalmamışdır. Şəxsi tam harada saxladıqlarını hazırda xatırlamır. Şəxsi saxladıqdan sonra polis şöbəsində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı 4 nəfər polis əməkdaşı orada olmuşdur. Amma yenədə dəqiq yadında deyildir. Təqsirləndirilən şəxsin polis şöbəsində müdafiəçi ilə nə vaxt təmin olunduğunu konkret olaraq xatırlamır. Müdafiəçinin saat olaraq neçədə gəldiyini xatırlamır. Şəxsin növbətçi hissədə qeydiyyata düşməsi yadına gəlmir. Təqsirləndirilən şəxsi gecə saat 4-5 radələrində saxlamışlar. Vəkilin haradan gəldiyi yadında deyildir. Vəkilin qadın və ya kişi olduğunu hazırda xatırlamır. Tədbirin kimin tədbiri olduğu yadında qalmamışdır. Tədbirin onların tədbiri olduğu yadında qalmamışdır. Səhv etmirsə, bu iş üzrə məlumat Şahid2 daxil olmuşdur. Raportu kimin yazdığını xatırlamır. Raportu qrup rəhbəri yaza bilər. Bu işə rəhbərlik etdiyini xatırlamır. Raportda nə yazıldığı yadında qalmamışdır. Səhv etmirsə, məlumat şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. Şəxsin evinə baxış keçirməmişlər. Ancaq yenə də, dəqiq xatırlamır. Məlumat 27 oktyabr tarixində daxil olmuşdur. Raportu məlumat daxil olan günü almışlar. Raminin küçədə dayandığı barədə məlumatı kimin verdiyini deyə bilməz. Çünki bu əməliyyat məlumatıdır. Raminin evinə heç kim daxil olmamışdır. Əməliyyat məlumatı daxil olmuş və Ramin tərəflərindən Yevlax rayonunda saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Tədbir təxirəsalınmaz tədbir olmuşdur. Bakıdan Yevlax şəhərinə neçə saata gəldiklərini xatırlamır. Tədbir oktyabrn 27-dən 28-ə keçən gecə olmuşdur. Bakıdan Yevlax şəhərinə hansı tarixdə gəldikləri yadında qalmamışıdr. Ramini evdə saxlamamışlar. Ramini Yevlax rayonunda saxlamışlar. Tədbirə neçə nəfər gəldiklərini xatırlamır. Yevlax rayon polis şöbəsinin əməkdaşları tədbirdə iştirak etməmişdir. Ola bilsin ki, Yevlax rayon polis şöbəsinin əməkdaşları tədbirdə iştirak edib, lakin işin üstündən xeyli vaxt keçdiyi üçün hazırda dəqiq xatırlamır. Saxladıqları yerdə hal şahidi olmamışdır. Tədbir vaxtı üzərində telefon olduğu yadında deyildir. Səhv etmirsə, bu iş üzrə qərarı o, qəbul eləmişdir, lakin hazırda dəqiq xatırlamır. Göstərilən imza ona məxsusdur. Qərarın qanuniliyinin yoxlanılması üçün nə tədbir lazımdırsa görülmüşdür. Raminin üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində heroinə bənzər maddə aşkar edilmişdir. Üzərindən başqa nə aşkar edildiyini xatırlamır. Ola bilər ki, telefon və ya başqa əşya aşkar edilmişdir. Ancaq hazırda xatırlamır. Nə aşkar edilibsə qeydiyyat aparılmışdır. Aşkar olunan narkotik vasitənin çəkisini ekspert müəyyən etmişdir. Buna görə də, aşkar olunan maddəni qablaşdırıb ekspertizaya göndərmişlər. Ramin sadəcə satışda şübhəli olmamış, narkotiki daşımaqda da şübhəli olmuşdur. Ona görə Ramini dərhal saxlamışlar. Satış edilməsini gözləməmişlər. Həmin gün Ramindən başqa tədbir keçirdikləri yadında qalmamışdır. Həmin gün Raminlə bağlı məlumat daxil olmuşdur. Həmin gün Ramindən başqa şəxs barəsində məlumat daxil olduğunu xatırlamır. Şəxsin saxlanıldığı küçə ilə, polis şöbəsi arasında olan məsafəni dəqiq bilmir. Təqsirləndirilən şəxsi saxlamışlar və şübhəli olduğunu bildirib, polis şöbəsinə gətirmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi saxladıqları zaman ona qərarı göstərib izah edirlər. Qərarın məzmunu şəxsə izah olunur. Saxlanılan vaxt təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah olunmuşdur. Şəxsin saxlanılması, ona hüquq və vəzifələrinin izah olunması və polis şöbəsinə gətirilməsi eyni dəqiqədə baş verə bilməz. Raminin yaşadığı küçəyə neçə maşın gəldiklərini xatırlamır. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixli №134 saylı ekspert rəyini müdafiə edir. Rəydə göstərmişdir ki, həmin xəsarətlərdən biri öz-özünə yetirilə bilməz, digərləri isə öz-özünə yetirilə bilər, çünki biri istisna olmaqla digərləri əl çatan yerdədir. Xəsarətlər müxtəlif şəraitdə yarana bilər. Yəni özü-özünə də yetirə bilər. Başqası tərəfindən də yetirilə bilər. Rəydə xəsarəti özü-özünə yetirə bilməsi qeyd olunmamış, lakin şəxs əli çatan nahiyyəyə xəsarət yetirə bilər. Şəxs kürəyindəki xəsarəti özü-özünə yetirə bilməz. Çünki həmin xəsarət onun əli çatan nahiyyəsində deyildir. Şəxs kürəyini harasa vuraraq da xəsarət ala bilər. O, bu halı istisna etmir lakin, rəydə sual qoyulmuşdur ki, şəxs kürəyindəki xəsarəti özü-özünə yetirə bilərmi? Cavab vermişdir ki, şəxs kürəyindəki xəsarəti özü-özünə yetirə bilməz. Əlbətdə insan özü-özünə ağır xəsarət yetirə bilər, hətta qarnını bıçaqla cırıb tökədə bilər, özüözünə ağır xəsarət yetirə bilər. Bu insanın pisixologiyasından aslıdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı və əvvəlki tərkiblə baxılan məhkəmə iclasında verdiyi ifadəni təsdiq edir. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri tədbirdə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Qeyd edir ki, işin üstündən xeyli vaxt keçdiyi üçün şəxsin saxlanılma tarixi və saatını hazırda dəqiq xatırlamır. Narkotik vasitənin şəxsin üzərindən, harasından aşkar olduğunu hazırda dəqiq xatırlamır, lakin bununla bağlı ibtidai istintaq zamanı düzgün ifadə vermişdir. Aşkar olunan narkotik vasitəyə şəxsin heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Belə ki, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmamışdır. Tədbir onun tədbiri olmamışdır. Tədbiri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə keçirmişlər. Şəxsə heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsi səhər radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi evinin yaxınlığında saxlamışlar. Şəxs saxlanılan zaman onlara müqavimət göstərməmişdir. Şəxs sərbəst halda maşına əyləşmiş və müqavimət göstərməmişdir. Şəxs saxlanılan zaman ona təzyiq olunmamışdır. Polis şöbəsində şəxsi döyməmişlər. Polis şöbəsində şəxsin döyülmə halına şahid olmamışdır. Polis şöbəsində olan zaman şəxsin müayinədən keçdiyini görməmişdir. Şəxsi saxlayıb Yevlax rayon polis şöbəsinə gətirmişlər. Şəxsin üzərinə şəxsi axtarışda iştirak etmişdir, lakin şəxsi axtarışın saatını hazırda xatırlamır. Tədbir keçirdikləri vaxtı xatırlamır. Çünki işin üstündən xeyli vaxt keçmişdir. Səhv etmirsə, əməliyyat məlumatı həm Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, həm də onlara daxil olmuşdur. Ramini saxlamaq üçün bir maşınla gəlmişlər. Tədbirdə 2-3 nəfər iştirak etmişlər. Ramini saxlayan zaman özlərini təqdim etmişlər. Ramini qanunsuz saxlamamışlar. Ramini şübhəli şəxs qismində polis şöbəsinə dəvət etmişlər. Ramini saxlayan zaman üzərində telefon olmuşdur. Ramini saxlayan zaman telefonla videoçəkiliş etməyə ehtiyac olmamışdır. Ramini saxlayan vaxt hal şahidi dəvət etməmişlər. Çünki Ramini şübhəli şəxs qismində polis şöbəsinə dəvət edib, üzərinə baxışı videoçəlkilişlə aparmışlar. Ramin polis şöbəsinə paltarsız aparmamışlar. Üzərində paltar olmuşdur. Ramini polis şöbəsinə apardıqdan yarım saat sonra üzərinə şəxsi axtarış keçirmişlər. Üzərindən çıxan narkotik vasitənin çəkisini xatırlamır, lakin narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Narkotik vasitənin çəkisi səhv etmirsə 4-5 qram olmuşdur. Şəxsi axtarış zamanı elektron tərəzidən istifadə olunmuşdur. Videoçəlkiliş zamanı orada olmuşdur. Çəkiliş zamanı şəxsin üzərində xəsarət olmamışdır. Əməliyyat məlumatının məzmunu narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olunması ilə bağlı olmuşdur. Ramini şəxsi maşını ilə polis şöbəsinə aparmışdır. Raminin yoldaşı ona zəng etməmişdir. Tədbiri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə keçirmişlər. Tədbirdə köməkçi qüvvə kimi iştirak etməmişdir. Tədbir zamanı qrupun üzvü olmuşdur. Təqsirləndirilən şəxsi evinə yaxın küçədə saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi səhər radələrində saxlamışlar, lakin saatı dəqiq xatırlamır. Təqsirləndirilən şəxsi polis şöbəsinə gətirdikdən dərhal sonra təhqiqatçı vəkilə zəng edib, onu polis şöbəsinə dəvət etmişdir. Daha sonra şəxs vəkillə təmin olunmuşdur. Şəxsin evinə hansı səbəbə görə baxış keçirilmədiyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsi sağlam formada polis şöbəsinə aparmışlar. Həmin vaxt ona xəsarət yetirilməmişdir. Nə də ki, şəxs onlara müqavimət göstərməmişdir. Tədbir zamanı yanlarında prokurorluğun əməkdaşı olmamışdır. Raminin evindən kamera görüntüləri götürülməmişdir. Təqsirləndrilən şəxsin saxlanıldığı yerlə polis şöbəsi arasındakı məsafə təxminən 3 kilometrdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, təhqiqatçının otağında vəkilin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman, üzərindən sellofana bükülmüş narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi yaşadığı küçədə saxlamışlar. Təqsirləndirilən şəxsi evində saxlamamışlar. Təqsirləndirilən şəxsi günün birinci yarısı saxlamamışlar. Dəqiq saatı xatırlamır. Şəxsi gecə saxlamamışlar. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəyə etiraz etməmişdir. Videoçəkilişə qədər və videoçəkiliş zamanı şəxs heç nəyə etiraz etməmişdir. Videoçəkiliş zamanı şəxsin yanında vəkili olmuşdur. Təqsirləndirilən şəxsin saat neçədə saxlanıldığını hazırda xatırlamır. Təqsirləndirilən şəxsin səhər saat 6da və 6-dan sonra saxlanıldığını dəqiq xatırlamır. Şəxs polis şöbəsinə gətirildikdən dərhal sonra vəkillə təmin olunmuşdur. Şəxsi saxlayan zaman Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yanlarında olmuşlar. Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları polis şöbəsində şəxslə fərdi söhbət aparmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin saxlanılan zaman özünə xəsarət yetirdiyini xatırlamır. Çünki işin üstündən bir il keçmişdir. Şəxs polis şöbəsində özünü harasa vurub xəsarət almamışdır. Videoçəkilişdə iştirak etmişdir. Videoçəkiliş zamanı şəxsin şərti işarələrlə nə isə izah etməyə çalışmasının şahidi olmamışdır. Təxmini xatırlayır ki, şəxs polis şöbəsinə gətirilən zaman onun əynində şalvar və pencək olmuşdur. Şəxsi axtarışdan sonra şəxsin evinə gedilməmişdir. Şəxsi axtarışdan sonra şəxsin Yevlax rayon polis şöbəsində nə qədər vaxt saxlanıldığı barədə məlumatı yoxdur. Çəkiliş vaxtı iştirak etmişdir. Narkotik vasitə sellofan bükümdə aşkar edilmişdir. Narkotik vasitə üzərindən aşkar edilmişdir. Çəkiliş zamanı tərəzi olmamışdır. Aşkar olunan narkotik vasitənin çəkisini xatırlamır. Çəkiliş zamanı tərəzi olub-olmadığını xatırlamır. Tədbirə hansı maşınla getdiklərini hazırda xatırlamır. Tədbirə şəxsi maşın və ya dövlət maşını ilə gəldiklərini xatırlamır. Tədbirdə 4 nəfər iştirak etmişlər. Tədbir zamanı üzərində mobil telefon olmuşdur. Saxlanılan zaman Raminə çəkilişlə yaxınlaşmamışlar. Şəxsin saxlanıldığı zaman küçədə heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ayın 28-i bacısının qızının xeyir işi olmuşdur. O da aşbaz kimi bacısı gildə yemək hazırlayırmış. Təxminən gecə saat 4-5 radələrində küçədən səs-küy eşitmiş və dərhal küçəyə çıxmışdır. Bir də görmüşdür ki, küçədə polis maşınları var. Biraz qabağa yaxınlaşmışdır. Görmüşdür ki, polis əməkdaşları təqsirləndirilən şəxsi döyə-döyə polis maşınına aparırlar. Həmin vaxt təqsirləndirilən şəxsin üzərində olan maykası sallanmış və alt paltarında olmuşdur. Sonra təqsirləndirilən şəxsin yoldaşıgil səs-küy salmış, bir-iki dəqiqə orada dayandıqdan sonra evə qayıtmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin günü bacısı qızının xeyir işi olmuşdur. Toy saat 01-ə təyin olunmuşdur. O gecədən yemək hazırlıqlarını görmüşdür. Səs-küy eşidib küçəyə çıxmış və polis maşınlarını görmüşdür. Küçədə olan maşınlar polis maşınları olmuş, biri isə mülki maşın olmuşdur. Saat 4-5 radələri olmuşdur. Küçədə polis uniformasında və mülki formada əməkdaşlar görmüşdur. Saatı xatırlayır. Çünki həmin gün bacısı qızının xeyir işi üçün oyanıb yemək hazırlayırmış. Evdə ət asmış ki, toya qədər yeməkləri çatdıra bilsin. Küçədə bir xeyli adam olmuşdur. Çünki küçədə çox səs-küy olmuşdur. Polis əməkdaşları təqsirləndirilən şəxsi döyürmüşlər. Çünki təqsirləndirilən şəxs maşına minmək istəməmişdir. Qohumunun evindən hadisə olan yerə qədər iki ev məsafə olmuşdur. Qohumugildə yemək hazırlamışdır. Küçədə səs-küy eşitmiş və küçəyə çıxıb, bir ev yaxınlaşmışdır. Küçədən çığırışma səsləri gəlmişdir. Polis əməkdaşları təqsirləndirilən şəxsi maşına mindirmək istəmişlər. O, isə minmək istəməmişdir. Hadisə olan yerə bir ev yaxınlaşmışdır. Yəni qohumunun evindən hadisə olan yerə 10-15 metr yaxınlaşmışdır. Həmin vaxt orada 12- 15 arası polis əməkdaşı olmuşdur. Polis əməkdaşlarının çoxu polis uniformasında olmuşdur. 2-3 nəfər də mülki formada olmuşdur. Ancaq onların polis olub-olmadığını dəqiq bilməmişdir. Küçədə olan vaxt ətraf qonşuları görmüşdür. Səhv etmirsə, 3-4 qonşu çıxmışdır. Yaxınlaşıb hadisəyə baxmışdır. Polis əməkdaşları təqsirləndirilən şəxsi sillə və təpiklə vurmuşdurlar. Polis əməkdaşları şəxsin boynuna vura-vura maşına aparmışlar. Başqa da arxasından təpik vurduqlarını görmüşdür. Polis əməkdaşlarının təqsirləndirilən şəxsi 2-3 dəfə vurduqlarını görmüşdür. Çünki şəxs maşına minmək istəməmişdir. Həmin vaxt hadisənin təfərrüatı barədə polis əməkdaşlarından heç nə soruşmamışdır. Bir-neçə gündən sonra qonşulardan və şəxsin yoldaşından hadisə barədə soruşmuşdur. Güya kimsə demişdir ki, şəxsi gündüz tutmuşlar. O da demişdir ki, şəxsi gecə tutumuşlar. Qohumugildə ondan başqa adamlar da olmuşdur. Ancaq həmin şəxslər küçəyə çıxmamışdır. Şəxsin yoldaşı ilə söhbət etmişdir. Həmin vaxt o, ondan hadisə barədə soruşmuş, o da demişdir ki, şəxsin hansı vaxtda aparılmasını və hansı vəziyyətdə aparıldığını görmüşdür. Şəxsin ailəsi ilə münasibəti yoxdur. Aradan bir-neçə gün keçmişdir. Şəxsin yoldaşı ilə qarşılaşmışdır. Həmin vaxt şəxsin yoldaşı demişdir ki, polis əməkdaşları demişdir ki, güya Ramini gündüz tutmuşlar. O da hadisəni gördüyünü demişdir. Ayın 28-i olmuşdur. Tarix yadında qalmışdır. Çünki həmin gün bacısı qızının xeyir işi olmuşdur. Hadisə yerində 12-13 nəfər adam görmüşdür. 3-4 nəfər polis əməkdaşı zorla Ramini maşına aparmaq istəmişlər. Ramin isə maşına tərəf getmək istəməmişdir. Polis əməkdaşları Ramini təpiklə vurmuşlar. Polis əməkdaşları Raminin boyun nahiyyəsindən yapışıb maşına əyləşdirmək istəmişlər. Ramin isə maşına minmək istəməmişdir. Polis əməkdaşları təpiklə Raminin arxasından vurmuşlar. Qohumugillə hadisə olan yerə qədər iki ev vardır. Həmin vaxt evdən çıxıb bir evi keçmiş və hadisə olan yerə yaxınlaşmışdır. Hadisə yerində 12-13 adam olmuşdur, bəlkə də, bir az çox olarmış. Hadisə yerinə yaxınlaşmışdır. Çox adam olmasına baxmayaraq şəxsin hansı vəziyyətdə aparıldığını görmüşdür. Raminin döyüldüyünü dəqiq görmüşdür. Onu döyə-döyə maşına mindirmək istməmişdirlər. Polis əməkdaşları Raminin arxa nahiyyəsindən vurmuşdurlar. Çünki maşına minmək istəməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisə günü evdə yatırmış, küçədən səs-küy eşitmişdir. Yoldaşı namaz qıldığı üçün səhər tezdən oyanırmış. O da oyanmış və səs-küy eşitmişdir. Qonşularında içən bir nəfər vardır, elə bilmişdir ki, həmin şəxsdir. Yaxınlaşıb evin pəncərəsini açmış və görmüşdür ki, hadisə Ramingildədir. Bir az küçəyə baxmış və polis əməkdaşlarını görmüşdür. Öz-özünə demişdir ki, polis əməkdaşlarının Ramingildə nə işi ola bilər? Ramingildə xeyir iş olmalı imiş. Sonra polis əməkdaşlarının Ramini alt paltarında sürüyə-sürüyə təpikliyə-təpikliyə apardılarını görmüşdür. Polis əməkdaşları maşınları döngədə saxlamışlar. Polis əməkdaşları Ramini maşına əyləşdirib aparıb getmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt saat 4-5 arası olarmış. Hava tam işıqlı olmamışdır. Ramingildə xeyir iş olmalı imiş. Başqa qonşuda da xeyir iş olmalı imiş. Leylagildə xeyir iş olmalı imiş. Onların ev ilə Ramingilin evi üzbə-üzdür. Polis maşınları maşını döngənin başında saxlamışdırlar. Ramingilin evdən polis maşınlarına qədər 10 metr məsafə olarmış. Ancaq yenə də dəqiq bilmir. Digər qonşuda da xeyir iş olmalı imiş, ona görə hazırlıq var imiş. Onların evi ilə Ramingilin evi üzbə-üzdür. Küçədən səs-küy eşitmiş və elə bilmişdir ki, qonşuda içki içən adamdır. Sonra görmüşdür ki, polis əməkdaşları Ramini aparır. Polis əməkdaşları təxminən 10 nəfər olarmış. Bəlkə də, biraz çox olarmış. Polis əməkdaşları Ramini döymüşdürlər. Ramin “məni çılpaq hara aparırsız” deyə qışqırmışdır. Raminin təpiklə ayaqlarına, yumruqla kürəyinə zərbələr vurmuşdurlar. Ramini həm təpiklə, həm də yumruqla vururmuşlar. Ramini vuranlar onun arxasınca gedən əməkdaşlar olmuşdur. Raminin arxasınca 2-3 nəfər əməkdaş getmişdir. Polis əməkdaşlarının sayını dəqiq bilmir. Çünki diqqəti həmin vaxt Ramində olmuşdur. O, hadisəni pəncərədən görmüşdür. Əvvəllər Ramingilin evinə polis gəlməmişdir. Yuxudan oyanıb səs-küy eşidib pəncərədən baxmış və görmüşdür ki, polis əməkdaşları Ramini aparırlar. O, başqa adamlara diqqət etməmişdir. Diqqəti həmin vaxt Ramində olmuşdur. O, görəndə polis əməkdaşları Ramini döyə-döyə maşına aparmışlar. Ramingil ailəsi və qardaşı ilə birlikdə yaşayır. Polis əməkdaşları Ramini evdən çıxaran zaman döyürmüşlər. Polis əməkdaşlarının uniformada və ya mülki formada olduqlarına diqqət etməmişdir. Hadisə yerində kənar qonşular görməmişdir. Qonşular pəncərədən baxırdılar. Ora yaxınlaşan qonşuları görməmişdir. Polis əməkdaşları Ramini aparan vaxt onun yoldaşı qışqırmış və demişdir ki, “onun yoldaşını çılpaq hara aparırlar? Raminin yoldaşı polis əməkdaşlarına kimsiz? Nəyə gəlmisiz?” deyə qışqırmışdır. Pəncərədən baxan vaxt küçədəki insanları görməmişdir. O, Raminin həyətinə baxmışdır. Küçədəki insanları görə bilməzmiş. O, sadəcə həyətdəki insanları görmüşdür. Onların evi Ramingillə üzbə-üz olduğundan ortada olan küçəni görə bilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Raminin qardaşının yoldaşıdır. Onlar eyni evdə yaşamışdırlar. Hadisə günü gecə saat 4-5 radələrində evdə yatmışdır. Polis əməkdaşları qapıya təpik vurub açmışlar və içəri daxil olmuşlar. Polis əməkdaşları evin hər yerini axtarmışlar və sonra Raminin otağına girmişlər. Bundan sonra Ramini döyməyə başlamışlar. 4-5 nəfər Raminə hücum edib onu döyməyə başlamışlar. Ramin həmin vaxt qışqırmışdır. Daha sonra Ramini alt paltarında sürüyə-sürüyə evdən çıxartmışlar. Onlar da həmin vaxt qışqırmağa başlamışlar. Sonra polis əməkdaşları Ramini döyə-döyə aparmışlar. Səs-küylərinə qonşular küçəyə çıxmışdır. Ramini döyə-döyə maşına mindirmişlər. Sonra polis əməkdaşlarından biri kameranın aparatını çıxartmışdır. Həmin vaxt kameradan yapışmışdır və hara apardığını soruşmuşdur. Polis əməkdaşı onu geri itələmiş və kameranı söküb aparmışdır. 3 gündən sonra Kərim müəllim kameranı onlara gətirmişdir. Həmin vaxt kamera görüntüləri artıq silinmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Raminin arxasınca polis şöbəsinə getmişlər. Onlardan sonra polis əməkdaşları evə gəlib Raminə kostyum aparmışlar. Çünki Ramin polis şöbəsində alt paltarında qalmışdır. Gedən vaxt Raminin əynində qara mayka və qara alt paltarı olmuşdur. Polis əməkdaşları Ramini yatağından götürüb aparmışlar. Ramin, ailə ilə uşaqları ilə eyni otaqda qalmışdır. Onların gözü qabağında Ramini zor tətbiq edərək aparmışlar. Həmin gün Raminin yataq otağında yoldaşı, onun balaca qızı, Raminin böyük oğlu və balaca oğlu olmuşdur. Polis əməkdaşları evə daxil olan zaman qapını döyməmişlər. Birbaşa qapıya təpik vurub içəri daxil olmuşlar. Hadisə 28 noyabr tarixində baş vermişdir. Hadisənin hansı ildə baş verdiyini xatırlamır, çünki savadı yoxdur. Raminin arxasınca küçəyə çıxmışdır. Ramini boynundan yapışıb döyə-döyə maşına aparmışlar. Polis əməkdaşları Raminin arxasından təpiklə vurmuşlar. Hava səhərə yaxın olmuşdur. Tam qaranlıq olmamışdır. Qonşuluqda xeyir iş olmuşdur. Polis maşınları həmin tərəfdə dayanmışdırlar. Hadisə vaxtı qonşular küçədə olmuşdur. Onların evi 2 mərtəbəlidir. Aşağıda iki otaq vardır. Evin ikinci mərtəbəsi yandığı üçün istifadə etmirlər. Evin bir otağında onlar, digər otağında isə Ramingil qalmışıdır. Evin həyəti böyükdür. Həyətin giriş qapısından evin qapısına qədər yaxın məsafə vardır. Həyətin hasarları bir adam hündürlüyündə ola bilər. Polis əməkdaşları gecə saat 4-5 radələrində evə daxil olmuşdur. Polis əməkdaşları həm onların otağına, həm də Ramingilin otağına daxil olmuşlar. Onların ailəsindən heç kim saxlanılmamışdır. Polis əməkdaşları yalnız Ramini aparmışlar. Ramin polis əməkdaşları ilə evin içində sözlü mübahisə etmişdir. Ramin polis əməkdaşlarına “məni nə üçün aparırsız?” deyə soruşmuşdur. Bundan sonra polis əməkdaşları Ramini döyməyə başlamışlar. Ramin də polis əməkdaşlarını təhqir etmişdir. Polis əməkdaşları onlara heç bir məlumat verməmişlər. Həyətdə xeyli polis əməkdaşı olmuşdur. Polis əməkdaşları Raminin hər yerindən vurmuşdurlar. Polis əməkdaşlarını görsə, tanıya bilər. Həmin vaxt küçədə qonşular olmuşdur. Raminin arxasınca küçəyə çıxmışdır. Həmin vaxt küçədə qonşular olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Ramin” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Müəyyən edilmişdir ki, “Ramin” adlı şəxs xx.xx.1982-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olan və ünvan 8n Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1982-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olan və ünvan 8n Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 04:15-də ünvan 9 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 12). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, polis əməkdaşları tərəfindən müdafiəçinin də iştirakı ilə video çəkilişlər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli pencəyin sol iç cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Video çəkilişin əks olunduğu görüntülər CD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 32-33). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 6/6271 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş» və sözlər, soyadlar və imzalar bir ədəd bükümdə təmiz çəkisi 5,001 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat zamanı 5,001 qram heroindən 0,1 qram istifadə edilmiş və qalıq çəkisi 4.901 qram təşkil etmişdir (cild 01, iş vər. 48-52). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X12 X5 29 oktyabr 2022-ci il tarixli 6444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərini qəbulu nəticəsində yaranan asılılıq sindormu, (Narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər. 85-86). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 106-110). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 01 iş vər.119-120). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni nə vaxt, kimdən, hansı məqsədlə əldə etməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olubolmaması, cinayət əməlinin törədilməsində iştirakı olan digər şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 01 iş vər. 131). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(039)-173/2022 nömrəli qərarı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 01 iş vər. 132-135). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi işgəncə və fiziki zor tətbiq edilməsi xüsusatlarınin araşdırılması üçün cinayət işinin materiallarından material ayrılaraq araşdırılması üçün Azərbaycan Respulikası Baş Prokruorluğuna göndərilmiş və araşdırmanın nəticəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 01 iş vər. 145-147). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay hissəsini çəkməkdən şərti olaraq vaxtından azad edilmişdir. Məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 201-203). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli Yevlax Rayon Məhkəməsinin hökmündən görünür ki, CMnin 315.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər.205-213). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 30 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitən əldə etmə mənbəyinə görə cinayət işi materialın ayrılması haqqında qərar qəbul edilmişdir (cild 01, iş vər 214-222). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 9700/2022 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs sol kürək nahiyyəsinin sarımtıl qançır, döş qəfəsinin sol tərəfində yumşaq toxumaların əziyi, sol diz nahiyyəsində üzəri qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunduğu vaxt aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis şöbəsində MSY-ə daxil olmamışdır. Həmçinin Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında quraşdırılmış müşahidə kameralarının yaddaş qurğularında qeydə alınmış video görüntülər saxlanma müddəti cəmi 1 ay müddətində saxlanıldığına görə qeydə alınmış video görüntülər müşahidə kameralarının yaddaş qurğularından silinmişdir. Bu səbəbdən video görüntüləri təqdim etmək mümkün deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax RPŞ-nin 2022-ci il tarixli “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından xx.xx.2022-ci tarixə aid hissəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax RPŞ-yə gətirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmişn xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 3-13-3/2-7311/2024 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyində istənilən informasiyanın təqdim edilməsi qeyri mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 134 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Nabi oğlunun adına tərtib olunmuş, tibbi sənədlərə əsasən ekspertiza qarşısında qoyulan suallara və iş haqqında olan ilkin məlumata uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: -Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənədlərdə onun sol kürək nahiyəsində sarımtıl rəngdə qançır, döş qəfəsinin sol tərəfində yumşaq toxumaların ǝziyi, sol diz nahiyəsində üzəri qartmaqlı yaranın olması qeyd olunmuşdur, xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən ərəfələrə uyğun gələ bilərdilər, kürək nahiyəsində olan xəsarət zərəçəkənin özünün əli çatan nahiyəsində deyildir,xəsarətin vurulma nəticəsində əmələ gəlməsi inkar olunmur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri tǝyin olunmur. Tibbi sənədlərdə qeyd olunana digər xəsarətlərin yetirilməsi müxtəlif vəziyyətlərdə: yıxılma nəticəsində, döyülmə nəticəsində, müqavimət göstərmə zamanı və s. hallarda yetirilməsi mümkündür, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikasl Baş Prokurorluğunun təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat və müracət daxil olmamış, həmçinin bu barədə material üzrə araşdırma aparılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BMCMİ-in 3-13-/62- 5182/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BMCMİ-nin əməkdaşları tərəfindən Yevlax şəhəri ərazisində keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, xx.xx.2022-ci il tarixdə Baş idarənin X10 qəbul edilərkən ondan gözlə görünən xəsarətlər aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs qarşı işgəncə və fiziki zor tətbiq edilməsi xüsusatlarının araşdırılması ilə bağlı istintaq zamanı cinayət işindən material ayrılaraq Respublika Baş Prokurorluğuna göndərilmiş, araşdırmanın nəticəsinə müvafiq olaraq işgəncə, fiziki zor tətbiq etmə faktı təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə toplanmış hər bir sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur və aşağıdakı səbəblərə görə verilmiş ittiham üzrə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPMdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə ki, məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında məhkəməyədək icraat zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni yerdən tapdığını bildirsə də məhkəmə araşdırması zamanı həmin ifadəni polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün verdiyini bildirmişdir. Bir halı qeyd etmək lazımdır ki, məhkəmə 28 oktyabr 2022-ci il tarixli protokola əlavə edilmiş şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntünü tədqiq etməyi zəruri sayır. Həmin videogörüntü tədqiq olunarkən müəyyən olunmuşdur ki, BMCMİ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis şöbəsinə aparılmış Təqsirləndirilən şəxs səhhətində hər hansı problemin olmamasına baxmayaraq, üzərində şəxsi axtarış aparılan zaman bədənində ağrılar olmasına xarakterik hərəkətlər etməsi, əli ilə müdafiəçi Sevda Bəkirovaya vuraraq və baxaraq ona nəsə bildirmək istəməsi, Təqsirləndirilən şəxs təhqiqatçıya üzərindən aşkar edilmiş narkotik vasitənin neçə qram olması barədə sual verməsi, müdafiəçinin aşkar edilmiş narkotik vasitənin çəkilməsini xahiş etməsi, təhqiqatçının aşkar edilmiş narkotik vasitənin çəkilməsindən imtina etməsi, “biz nə qədər çəksək də ekspertiza az miqdar verir” deyərək imtinasını əsaslandırması, müdafiəçinin özünə etiraz etməsi, təhqiqatçının Təqsirləndirilən şəxs yönləndirici suallar verməsi ilə yanaşı müdafiəçinin Təqsirləndirilən şəxs “niyə belə dayanmısan nə olub sənə? Sənə indidən sonra heç kim, heç nə edə bilməz”. Təqsirləndirilən şəxs “Necə yəni heç nə edə bilməz?”. Müdafiəçi “sənə qarşı işgəncə olub, sənin halın xoşuma gəmir?”. Təqsirləndirilən şəxs “Necə yəni?”. Müdafiəçi “Döyülmüsən? Niyə beləsən? Nə sözün var de mənə. Konfidensial ünsiyyət zamanı gördüm nəsə demək istəyirsən, amma nəsə demirsən”. Sual cavablandırılınca təhqiqatçı Təqsirləndirilən şəxs “sizə qarşı pisixi-fiziki təsir olub?”, müdafiəçi “konfidensial ünsiyyətdə o, mənə başqa şey demək istəyirdi”. Təqsirləndirilən şəxs “deməklə sən məni qurtara biləcəksən?” Müdafiəçi “döyülmüsən de döyülmüşəm?”, Təqsirləndirilən şəxs “Qurtara bilməyəcəksən, qoy gedim yatım”. Təhqiqatçı Təqsirləndirilən şəxs “narkotik vasitə sənindir, sənə pisixi-fiziki təsir olub sualına bir cavab ver, bəli və ya yox qurtardı getdi”. Təqsirləndirilən şəxs sualı cavablandırmır başını yelləyir. Təhqiqatçı “pisixi-fiziki təsir olub? Bəli və ya xeyr”. Təqsirləndirilən şəxs “xeyr” kimi dialoqlar öz əksini tapmışdır. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən 26 yanvar 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərkən barəsində bəhs olunan məhkəmə-tibb ekspertizasının rəyinə istinad edilsə də Təqsirləndirilən şəxs müraciəti əsasında başlanılmış araşdırmada onun penitensiar xidmətə və BMCMİ-nin MSY-nə daxil olarkən keçirilmiş tibbi müayinələr əldə edilməmiş və həbsdə olmuş təqsirləndirilən şəxsin müraciəti ətraflı araşdırılmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İstintaq Təcridxanasına daxil olan zamanı bədən səthi üzərində sol kürək nahiyyəsində sarımtıl qançır, döş qəfəsinin sol tərəfində yumşaq toxumaların əziyi, sol diz nahiyyəsində üzəri qərtməkli yara kimi xəsarətlər aşkar olunmuşdur ki, həmin xəsarətlər xx.xx.2022-ci il tarixli 491/MEŞ saylı məhkəmə-tibb ekspertizasının rəyində göstərilmədiyindən və rəydəki müayinə xx.xx.2022-ci il tarixdə aparıldığından, həmin xəsarətlərin həmin tarixdən əvvəl yaranmasına məhkəmədə şübhə yaratmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Həmçinin CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yoverilməz elan edir. CPM-in 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Verilən ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə edib saxlaması, daşıması və hadisə günü onu polislərə təqdim etməsi məhz onun özünün ibtidai istintaqda verdiyi, lakin məhkəmədə imtina etdiyi ifadəsi ilə əsaslandırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında həmin ifadələrdən imtina etməsini polislər tərəfindən tutulduqdan sonra fiziki və psixoloji təzyiqlərə məruz qalması, döyülməsi və bunların təsiri altında həqiqətə uyğun olmayan izahat və ifadələr verməsi ilə izah etmişdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təhlil olunan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdüyü dəlillərinə məhkəməyədək icraatı aparan orqan tərəfindən qiymət verilsə də, məhkəmə araşdırması zamanı təyin edilmiş 13 mart 2024-cü il tarixli 134 saylı məhkəmə tibb-ekspertiza rəyində Təqsirləndirilən şəxs sol kürək nahiyyəsində sarımtıl rəngdə qançır, döş qəfəsinin sol tərəfində yumşaq toxumaların əziyi, sol diz nahiyyəsində üzəri qartmaqlı yaranın olması qeyd olunmuşdur, xəsarətlərin yetirilmə müddətləri qararda göstərilən ərəfələrə uyğun gələ bilərdilər, kürək nahiyəsində olan xəsarət zərərçəkənin özünün əli çatan nahiyəsində deyildir, xəsarətin vurulma nəticəsində əmələ gəlməsi inkar olunmur, sağlamlığa zərər vurmaddıqları üçün dərəcələri təyin olunmur və digər xəsarətlərin yetirilməsi müxtəlif vəziyyətdə: yıxılma nəticəsində, döyülmə nəticəsində, müqavimət göstərmə zamanı və.s hallarda yetirilməsi mümkündür, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə kollegiyası hazırki cinayət işində Təqsirləndirilən şəxs fiziki zorakılığın olubolmamasının şübhə doğurması ilə bağlı bir faktı da, qeyd edir ki, hazırki, cinayət işinin materiallarından aydın şəkildə görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı müdafiəçisinin ona təsirə və təzyiqə məruz qalıbqalmamasına dair suallarına qeyri-müəyyən cavablar verməsi təqsirləndirilən şəxsə fiziki və ya psixi təsirin olması barədə olan şübhələri bir daha təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu şübhələri hər hansı bir sübutlarla aradan qaldırmaq mümkün olmadığından Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbi baxımından bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsidə qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmin Qərarın 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Bu Qərarın 28-ci bəndində qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Buna görə də məhkəmə kollegiyası istintaq zamanı təqsirləndirilən şəxsin ifadələri arasında qeyd edilən kəskin ziddiyyətli şübhələri, başqa subutlarla aradan qaldırılmasının mümkün olmaması qənaətinə gələrək hesab edir ki, həmin şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azad olunmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut olan – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 4,901 qram narkotik vasitə olan heroin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd DVD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs iş üzrə 92 (doxsan iki) manat təşkil edən ekspertiza xərcini dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 350, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs iş üzrə 92 (doxsan iki) manat təşkil edən ekspertiza xərcini dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 4.901 qram olan narkotik vasitə heroin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin, 01 ədəd DVD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-24/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-24/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver