Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-24/2025 13.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməlləri anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X5, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay şəhəri, X19 küçəsi, ev 115 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməlləri anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X11 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, həmçinin ictimai yer hesab edilən küçədə silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgəyə zor tətbiq etməklə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında əmisi X12 məxsus fərdi yaşayış evində kirayədə qalan tələbələrin səs-küy salmasını bəhanə edərək, əmisinin həyətinə gəlmiş, bu zaman əmisinin arvadı Zərərçəkmiş şəxs1 əri Əflatun Əliyev xəstə olduğu üçün onu sakitləşdirərək həyətdən çıxarmaq istədikdə, həyət darvazasının qarşısında ictimai yer hesab edilən küçədə ictimai qaydanı kobud surətdə pozan, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə əmisinin arvadı Zərərçəkmiş şəxs1 zor tətbiq edib sifət nahiyəsinə sillə zərbəsi vurmaqla sonuncuya fiziki ağrı yetirmiş, bunu görən əmisi Əflatun Əliyevin həyət darvazasının qarşısına-küçəyə çıxaraq ona irad bildirməsindən sonra yaşadığı özünə məxsus evdən istintaqa məlum olmayan dəmir alət götürüb geri qayıdaraq, Əflatun Əliyevə zor tətbiq etməklə özü ilə gətirdiyi silah qismində istifadə olunan istintaqa məlum olmayan dəmir alət ilə baş nahiyəsinə zərbə vurub sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmamaqla dərəcəsi təyin edilməyən başın alın, alt çənə nahiyələrində, boynun sol yan aşağı şöbəsində və sağ alüstü nahiyələrində sıyrıqlar ilə müşayiət olunan xəsarətlər yetirdikdən sonra öz qərəzli hərəkətlərinə davam edərək orada olan bibisi Zərərçəkmiş şəxs2 da baş nahiyəsinə dəmir parçası ilə zərbə vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən başın sağ təpə-ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası, həmçinin sağlamlığa zərər vurmamaqla dərəcəsi təyin edilməyən boynun sağ yan arxa tərəfində dərinin epidermis qatının sıyrılmış yarası, sol əlüstü nahiyədə İ əl darağı sümüyü proyeksiyasında və sağ əlin ovuc səthində dərialtı qansızmalar ilə müşayiət olunan xəsarətlər yetirməklə, ictimai birgəyaşayış qaydalarına və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini digərlərinin mənafelərindən üstün tutaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə saat 12 radələrində əvvəldən tanıdığı Göyçay şəhər sakini X6 rəsmi nikahda olduğu arvadı Qanuni nümayəndə ilə intim münasibəti olmasından şübhələndiyi və arvadı Ülfət X4 zorlamasını deməsindən sonra X23 şəhəri, Heydər Əliyev prospekti 179 nömrəli fərdi yaşayış evinin qarşısında avtomobil yolunun kənarında gördükdə, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ilk əvvəl sonuncuya yumruq zərbəsi vurduqdan sonra Şahmar Kərimovun yaxşı hərəkət etməsi barədə ifadə işlətməsindən hiddətlənərək, Şahmar Kərimovu qəsdən öldürmək qərarına gəlib müstəsna qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, bu məqsədlə üzərində olan soyuq silah hesab edilməyən qatlanan cib bıçağını çıxarıb, qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurduqdan sonra Şahmar Kərimovun onun əlindən çıxaraq Göyçay şəhəri, Heydər Əliyev prospekti ilə həmin prospektdə yerləşən “Buta” mebel sexi (əvvəllər tikiş fabriki kimi fəaliyyət göstərmiş bina) istiqamətində qaçmağa başlamasından sonra cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə sonuncunun arxasınca qaçaraq Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən “Buta” mebel sexinin (əvvəllər tikiş fabriki kimi fəaliyyət göstərmiş binanın) qarşısında Şahmar Kərimova çataraq sonuncunu tutub, qəsdən ona əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla çoxsaylı zərbələr endirməklə sonuncuya boynun sol yan orta şöbəsində sol yuxu arteriyasının zədələnməsi ilə nəticələnən 01 ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran deşilmiş-kəsilmiş yara, başın sol gicgah, sol gözün iç bucaq və sol alt 03 ədəd və başın alın nahiyəsindən başlayaraq aşağı doğru gedərək burunun yumşaq toxumalarının-burun sümüyünün sol tərəfdən bir qədər və yuxarı dodağın kəsilməsi ilə müşahidə olunan 01 ədəd dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran deşilmiş-kəsilmiş yaralar və başın sağ gicgah nahiyəsində və hər iki saidin 1/3-nin iç səthlərində dərinin epidermis qatının və yumşaq toxumaların dərəcəsinə görə sağlamlığa zərər vurmayan 03 ədəd deşilmişkəsilmiş yarası xəsarətlərini yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, həkim-psixiatrın qeydiyyatındadır və buna görə də İİ dərəcə əlilliyi olan şəxsdir. Babasından qalmış bir fərdi yaşayış evi atası ilə əmisi arasında bölünmüş, lakin həyətyanı sahə və evlərin giriş-çıxışı ayrı olmuş və buna baxmayaraq, əmisigildə hər hansı danışıq olanda, evlərində eşidilmişdir. Əmisigilin evlərində tələbələr kirayə qalmışlar və həmin tələbələr səs-küy saldığı üçün hadisədən təxminən 3-4 gün əvvəl tələbələrə buna görə irad bildirmişdir. 28 sentyabr 2022-ci il tarixdə evdə olarkən bibisi Zərərçəkmiş şəxs2 onun oradan uzaqlaşdırılacağını deməsini eşitmiş, bibisinə irad bildirmiş, bu zaman bibisi Zərərçəkmiş şəxs2 ona və ailəsinə qarşı nalayiq ifadələr işlətmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Bu səbəbdən o, əsəbləşərək çölə çıxmış və əmisigilin darvazasının qarşısında dayanıb əmisi Əflatun Əliyevi çölə çağırmışdır. Həmin vaxt əmisi Əflatun Əliyev çölə çıxıb ondan nə baş verdiyini soruşmuş, o isə bibisinin dediklərini əmisinə bildirmiş, habelə əmisi ondan tələbələrə irad tutmasının səbəbini soruşmuş və bu zəmində aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman səs-küyə bibisi Zərərçəkmiş şəxs2 və əmisinin arvadı Zərərçəkmiş şəxs1 çölə çıxmış və onunla əlbəyaxa olmuşlar və bu zaman o, əli ilə əmisi Əflatun Əliyevə zərbə vurmuşdur. Bundan sonra bibisi Zərərçəkmiş şəxs2 ona qarşı nalayiq ifadələr işlətmiş, daha sonra o, orada olan əmisinin arvadı Zərərçəkmiş şəxs1 sifətinə bir sillə zərbəsi vurmuşdur. Bundan sonra həyətə daxil olub oradan 15-20 sm uzunluğunda olan dəmir parçasını götürmüş və yenidən adları qeyd olunan şəxslərin yanına qayıtmışdır. Bibisi Zərərçəkmiş şəxs2 yenidən ona qarşı nalayiq ifadələr işlətdiyi üçün o, həmin dəmir parçası ilə bibisinin baş nahiyəsinə bir zərbə vurmuş, ardınca isə mübahisə baş çatmış və o, yaşadığı evə daxil olmuşdur. Bundan başqa, X14 onunla qonşuluqda yaşadığı üçün sonuncunu tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. Şahmar Kərimov son bir ayda bir neçə dəfə ona zəng edib ondan harada olduğunu və evə nə vaxt gələcəyini soruşmuş, o isə sonuncuya işdə olduğunu və axşam saatlarında evə gələcəyini demişdir. Şahmar Kərimovdan nə lazım olduğunu, hər hansı problemin olub-olmadığını soruşmuş, sonuncu isə ona hər hansı işinin olmadığını və haləhval tutmaq üçün zəng etdiyini demişdir. 30 iyun 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olarkən arvadı Qanuni nümayəndə mobil telefonuna zəng daxil olmuş, arvadı mobil telefonu açdıqda səsinə əsasən zəng edən şəxsin kişi cinsli olduğunu bilib arvadı Qanuni nümayəndə kimin zəng etdiyini soruşmuş və mobil telefonu sonuncunun əlindən almışdır. Daha sonra zəng edən mobil telefon nömrəsinə baxmış və bu zaman həmin mobil telefon nömrəsinin Şahmar Kərimova məxsus olması ona məlum olmuşdur. Bu vaxt Şahmar Kərimovdan arvadının mobil telefon nömrəsini haradan bildiyini və nə üçün zəng etdiyini soruşmuş, sonuncu isə qeyd olunan mobil telefon nömrəsindən zəng daxil olduğunu və bu səbəbdən də zəng etdiyini demişdir. Bundan sonra Şahmar Kərimovla görüşüb bu məsələni dəqiqləşdirməyə çalışmış, lakin sonuncu ona arvadı Qanuni nümayəndə ilə aralarında hər hansı münasibətin olmadığını demişdir. Bundan bir müddət sonra küçədə Hakim adlı şəxslə söhbət edən zaman Şahmar Kərimovun oradan keçdiyini görüb yanına çağırmış, sonuncu oraya gəldikdə isə sonuncunun sifətinə yumruq zərbəsi vurmuşdur. Bu zaman Hakim adlı şəxs onları bir-birindən kənarlaşdırmış və Şahmar Kərimov həmin yeri tərk edib getmişdir. Bir müddət sonra evə gedərək arvadı Qanuni nümayəndə Şahmar Kərimovla aralarında münasibətin olub-olmamasını soruşmuş və söhbət əsnasında X24 Əliyevaya ünvanlı sosial yardımın təyin olunmasında köməklik edəcəyini deməsi və münasibət qurmağı təklif etməsi ona məlum olmuşdur. Səhəri gün yenidən arvadı Qanuni nümayəndə bu barədə soruşmuş, söhbət əsnasında təxminən 20- 25 gün əvvəl ona məxsus olan evdə Şahmar Kərimovun arvadı Qanuni nümayəndə zorlaması və sonuncunun qorxduğu üçün bu barədə heç kimə heç nə deməməsi ona məlum olmuşdur. Bundan sonra o, Göyçay Rayon Polis Şöbəsinə gedərək hadisə ilə bağlı ərizə ilə müraciət etmiş, orada olan zaman Pərvin adlı polis əməkdaşı Şahmar Kərimovun onun barəsində şikayət etdiyini demiş, o da baş vermiş hadisəni danışmışdır. Daha sonra arvadını da Göyçay Rayon Polis Şöbəsinə aparmış və sonuncu da izahat vermişdir. Bundan sonra, 03 iyul 2023-cü il tarixdə küçədə olarkən Şahmar Kərimovu görüb yenidən bu barədə soruşmuş, lakin sonuncu yenidən belə halın baş vermədiyini demişdir. 05 iyul 2023-cü il tarixdə yaşadığı evi tərk etmiş və bu zaman təxminən 2 il əvvəl Bakı şəhərində olarkən aldığı qatlanan cib bıçağını da özü ilə götürmüşdür. Daha sonra Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evlərinin birinin qarşısında kölgəlikdə dayanmış və bu zaman Şahmar Kərimovun piyada şəkildə Göyçay şəhəri, Heydər Əliyev parkı istiqamətindən ona tərəf gəldiyini görmüşdür. O, yenidən Şahmar Kərimovu görüb ailəsini dağıtdığını və hörmətini itirdiyini demiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Bu zaman o, əvvəlcə Şahmar Kərimovun sifətinə yumruq zərbəsi vurmuş, sonuncu ona yaxşı hərəkət etdiyini dedikdə əsəbiləşərək əynində olan şalvarın arxa cibində olan cib bıçağını çıxarıb əvvəlcə sonuncunun sifətinə bıçaqla zərbə vurmuş, ardınca isə bir neçə dəfə də bıçaq zərbəsi vurmuş, lakin həmin zərbələrin sonuncuya dəyib-dəyməməsini bilməmiş və məqsədi sonuncunu öldürmək deyil, cinsiyyət orqanını kəsmək olmuşdur. Lakin həmin vaxt Şahmar Kərimov oradan qaçaraq uzaqlaşmağa çalışmış, o da sonuncunun arxa ilə qaçmış və köhnə tikiş fabrikinin yerləşdiyi yerin, hazırda isə mebel sexi kimi fəaliyyət göstərən obyektin qarşısında Şahmar Kərimova çatıb yerə sonuncunu yerə yıxmış və yenidən sonuncuya xatırlamadığı sayda bıçaqla zərbələr vurmuşdur. Daha sonra isə Göyçay RPŞ-yə gedərək özünü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, X14 isə onun qonşusu olmuşdur. 2012-ci ildə Təqsirləndirilən şəxslə ailə qurmuşdur və əri epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün İİ dərəcə əlilliyi olan şəxsdir. Təxminən 2023-cü ilin iyun ayının əvvəllərində yol ilə hərəkətdə olarkən Şahmar Kərimov ona ünvanlı sosial yardımın təyin olunmasının mümkün olduğunu demiş, o isə bu məsələ ilə bağlı əri Təqsirləndirilən şəxslə danışmasını məsləhət görmüşdür. Bundan sonrakı günlərdə də Şahmar Kərimov onun arxası ilə hərəkət edib onu narahat etsə də o, söz-söhbətin yaranmaması üçün Təqsirləndirilən şəxs bu barədə deməmişdir. Təxminən 2023-cü ilin iyun ayının ilk 10 günlüyündə yaşadığı evdə olarkən Şahmar Kərimov evə daxil olaraq onunla zorla cinsi əlaqədə olmuş və bundan sonra isə onu hədələyərək bu barədə Təqsirləndirilən şəxs məlumat verəcəyi təqdirdə sonuncunu və onu öldürəcəyi ilə hədələmişdir. Bundan təxminən iki gün sonra və növbəti gün səhər saatlarında evdə olan zaman Şahmar Kərimov yenidən evə daxil olaraq onunla zorla cinsi əlaqədə olmuş, daha sonra sonuncu evi tərk etmişdir. Bundan sonra da Şahmar Kərimov bir neçə dəfə ona zəng edərək danışmaq istədiyini demiş, lakin o, razı olmamışdır. Şahmar Kərimov ona bu məsələni sübut edə bilməyəcəyini və onu biabır edəcəyini dediyi üçün bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. 30 iyun 2023-cü il tarixdə təxminən səhər saatlarında qızı Fatimə Əliyevanın sinif yoldaşının anası Şahnaz adlı şəxsə zəng etmək istəyərkən səhvən Şahmar Kərimova zəng etmiş və cavab verən şəxsin Şahmar Kərimov olduğunu bilib dərhal telefonu söndürmüşdür. Bu zaman Təqsirləndirilən şəxs onun kiminləsə telefonla danışdığını eşidib bu barədə soruşmuş, o isə Şahnaz adlı şəxslə danışdığını demiş, lakin Təqsirləndirilən şəxs ona inanmayıb dərhal həmin nömrəyə zəng etdikdə qeyd olunan şəxsin Şahmar Kərimov olması məlum olmuşdur. Təqsirləndirilən şəxs və Şahmar Kərimov telefonda danışaraq məsələni aydınlaşdırmağa çalışmışlar, daha sonra isə Təqsirləndirilən şəxs ondan Şahmar Kərimova zəng etməsinin səbəbini soruşmuş, o isə Şahnaz adlı şəxsə zəng etmək istəyərkən səhvən Şahmar Kərimova zəng etdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahmar Kərimovu evə dəvət edərək bu məsələni aydınlaşdırmağa çalışmış və bu zaman sonuncu onun səhvən zəng etməsini Təqsirləndirilən şəxs demişdir. Daha sonra Şahmar Kərimov və Təqsirləndirilən şəxs həmin evi tərk edib çölə çıxmışlar və bir müddət sonra sonuncu evə qayıtmışdır. Bundan sonra Təqsirləndirilən şəxs mətbəx otağından bıçaq götürüb Şahmar Kərimova zəng etməsinin səbəbini soruşmuş, düzgün danışmasını təklif etmiş, əks halda isə öldürəcəyi ilə hədələmişdir. Bu zaman o, Şahmar Kərimovun ona ünvanlı sosial yardımın təyin olunmasında köməklik edəcəyini deyib ondan əl çəkmədiyini, onu məktəbə gedərkən narahat etdiyini, şəxsi münasibət yaratmaq istədiyini və ona əxlaqsız təkliflər etdiyini, lakin Şahmar Kərimova razılıq vermədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs evi tərk etmiş, bir qədər sonra əsəbi halda evə qayıtdıqda sonuncudan bunun səbəbini soruşmuş, sonuncu isə Şahmar Kərimovu döydüyünü ona demişdir. 01 iyul 2023-cü il tarixdə səhər vaxtı Təqsirləndirilən şəxs ona düzgün danışmasını təklif etmiş və bu zaman o, Şahmar Kərimovun onunla zorla cinsi əlaqədə olduğunu ona demişdir. 05 iyul 2023-cü il tarixdə 12 radələrində Göyçay şəhərinin ərazisində olarkən Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərək Şahmar Kərimovu öldürdüyünü və Göyçay Rayon Polis Şöbəsinə gedərək özünü təqdim edəcəyini demiş, daha sonra isə Təqsirləndirilən şəxs tutulduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri Əflatun Əliyevin qardaşının oğludur, mərhum X14 isə onunla qonşuluqda yaşamışdır. 28 sentyabr 2022-ci il tarixdə yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs həyətlərinə daxil olaraq evində kirayə yaşayan tələbələrin səs-küy salmalarını bəhanə edərək mübahisə yaratmağa başlamış və əri Əflatun Əliyev xəstə olduğu üçün o, Təqsirləndirilən şəxs küçəyə çıxarmışdır. Küçədə həyət darvazasının qarşısında olarkən səsə baldızı Zərərçəkmiş şəxs2 və əri Əflatun Əliyev küçəyə çıxmışlar və bu zaman Təqsirləndirilən şəxs əsəbi halda onları təhqir edərək onun sifətinə bir sillə zərbəsi vurmuşdur. Həmin vaxt əri Əflatun Əliyev Təqsirləndirilən şəxs qeyd olunan yeri tərk etməsini demiş, bundan sonra sonuncu qeyd olunan yeri tərk edib evə gedərək dəmir parçası götürüb yenidən oraya qayıtmış və əlində olan dəmir parçası ilə əri Əflatun Əliyevin və baldızı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə zərbələr vurmuşdur. Sonradan onlar bu barədə ərizə ilə Göyçay RPŞ-yə şikayət etmişlər. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının oğludur, mərhum X14 isə onunla qonşuluqda yaşamışdır. 28 sentyabr 2022-ci il tarixdə yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs həyətlərinə daxil olaraq evində kirayə yaşayan tələbələrin səs-küy salmalarını bəhanə edərək mübahisə yaratmağa başlamış və qardaşı Əflatun Əliyev xəstə olduğu üçün sonuncunun arvadı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs küçəyə çıxarmışdır. Küçədə həyət darvazasının qarşısında olarkən səsə o və qardaşı Əflatun Əliyev küçəyə çıxmışlar və bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sifətinə bir sillə zərbəsi vurmuşdur. Həmin vaxt qardaşı Əflatun Əliyev Təqsirləndirilən şəxs qeyd olunan yeri tərk etməsini demiş, bundan sonra sonuncu qeyd olunan yeri tərk edib evə gedərək mismarçıxaranı götürüb yenidən oraya qayıtmış və əlində olan mismarçıxaran ilə qardaşı Əflatun Əliyevin və Zərərçəkmiş şəxs2 baş nahiyəsinə zərbələr vurmuşdur. Sonradan onlar bu barədə ərizə ilə Göyçay RPŞ-yə şikayət etmişlər. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X22 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum Şahmar Kərimov onun oğlu olmuş, Təqsirləndirilən şəxs isə onunla qonşuluqda yaşayır. 03 iyul 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evin həyətindən küçəyə çıxdıqda qardanlıqda bir nəfər şəxsin dayandığın görmüş və Şahmar Kərimovun deməsinə əsasən həmin şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs yaxınlaşdıqda sonuncunun əlləri ilə üzünü tutduğunu görmüş və bunun səbəbini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs biabır olmasını dediyi üçün o, məsələni aydınlaşdırmaq üçün sonuncunu evə dəvət etmiş, orada olarkən Təqsirləndirilən şəxs ona təxminən 20 gün əvvəl Şahmar Kərimovun arvadı Qanuni nümayəndə ilə zorla cinsi əlaqədə olduğunu demiş, Şahmar Kərimov isə belə halın baş vermədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs səbrli olmasını və növbəti gün hamının yığışaraq bu məsələ barəsində söhbət etməsini təklif etmiş, ardınca isə Təqsirləndirilən şəxs həmin yeri tərk edib getmişdir. Bundan sonra o, oğlu Şahmar Kərimovdan bu barədə soruşmuş, lakin sonuncu belə halın baş vermədiyini demişdir. 05 iyul 2023-cü il tarixdə saat 12 radələrində arvadı ona zəng edərək Şahmar Kərimova bıçaqla zərbələrin vurulduğunu demiş və dərhal evə tərəf gedərkən Göyçay şəhəri, Heydər Əliyev prospektinin kəsişməsində, yolun bağlandığını, polis və prokurorluq əməkdaşlarının orada olduğunu görmüş və bir qədər irəli getdikdə isə Şahmar Kərimovun meyitinin yerdə uzanıqlı vəziyyətdə olması ona məlum olmuşdur. Daha sonra oraya çatıb hadisənin necə baş verməsini soruşmuş, orada olan bir nəfər şəxsin deməsinə əsasən Şahmar Kərimovun qonşusu tərəfindən bıçaqla zərbələr vurularaq öldürülməsi ona məlum olmuş və o, hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini ehtimal etmişdir. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, mərhum X16 onun qardaşı olmuş, mərhum X14 onunla qonşuluqda yaşamış, Təqsirləndirilən şəxs isə onun qardaşının oğludur. 28 sentyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdə olan zaman qardaşı Əflatun Əliyev ona mobil telefonla zəng edərək Təqsirləndirilən şəxs dava-dalaş salmasını və onun yaşadığı evə gəlməsini demiş, o da Əflatun Əliyevin yaşadığı evə getmişdir. Oraya çatan zaman Təqsirləndirilən şəxs əlində mismarçıxaran ilə qaçdığını görmüş, daha sonra isə Əflatun Əliyevin yaşadığı evin həyətinə daxil olmuş və orada olarkən Təqsirləndirilən şəxs mismarçıxaran ilə bacısı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə, qardaşı Əflatun Əliyevin çənə nahiyəsinə xəsarət yetirməsi, sonuncunun arvadı Zərərçəkmiş şəxs1 sifətinə isə bir sillə zərbəsi vurması ona məlum olmuş və həmin vaxt Zərərçəkmiş şəxs2 baş nahiyəsindən, Əflatun Əliyevin isə çənə nahiyəsindən qanın axdığını görmüşdür. Bir qədər sonra Təcili və X9 Xidmətinin əməkdaşları oraya gələrək Zərərçəkmiş şəxs2 və Əflatun Əliyevi avtomobil ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X14 onun qardaşı olmuş, Təqsirləndirilən şəxs isə onunla qonşuluqda yaşamışdır. 30 iyun 2023-cü il tarixdə təxminən axşam saatlarında Şahmar Kərimov mobil telefonla ona zəng edərək təcili olaraq Göyçay RPŞ-nin qarşısına gəlməsini demiş, o da dərhal həmin yerə getmişdir. Orada olan zaman Şahmar Kərimovun sifətində və boyun nahiyəsində sıyrıq izlərinin olduğunu görüb nə baş verdiyini soruşmuş, sonuncunun deməsinə əsasən Təqsirləndirilən şəxs X24 Əliyeva ilə münasibət qurmaq məqsədilə mobil telefonla zəng etməsini düşünərək Şahmar Kərimovu döyməsi, nəticədə sonuncuda həmin xəsarətlərin yaranması və bu səbəbdən də Göyçay RPŞ-yə şikayət etməsi ona məlum olmuşdur. Bundan sonra evə gəlmişlər və küçədə olarkən o, Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncudan Şahmar Kərimovla dalaşmasınən səbəbini soruşmuş və Təqsirləndirilən şəxs deməsinə əsasən X24 Əliyeva ilə münasibət qurmaq məqsədilə söz deməsi səbəbindən Şahmar Kərimovu döyməsi ona məlum olmuşdur. 05 iyul 2023-cü il tarixdə təxminən saat 11:30 radələrində işdə olan zaman qohumu Cavid adlı şəxs ona mobil telefonla zəng edərək dərhal Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən keçmiş “Tikiş fabrikinin” qarşısına gəlməsini demiş, o da dərhal həmin yerə getmişdir. Oraya çatdıqda polis və prokurorluq əməkdaşlarının orada olduğunu görmüş və bir qədər irəli getdikdə isə Şahmar Kərimovun meyitinin yerdə uzanıqlı vəziyyətdə olması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 05 iyul 2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində olan keçmiş “Tikiş Fabriki”nin binasında yerləşən mebel sexinin qarşısında olan zaman həmin prospekt ilə işlədiyi mebel sexinin qarşısına tərəf tanımadığı bir nəfər şəxsin qaçaraq gəldiyini və arxada isə tanımadığı bir nəfər şəxsin əlində olan bıçaqla öndə hərəkət edən şəxsə zərbə vurmaq istədiyini, ancaq bu zaman ayağı büdrəyərək yerə yıxıldığını görmüşdür. Lakin sonradan öndə qaçan şəxs onlara yaxınlaşdıqda əynində mayka olmasını, üzərinin qan olmasını və həmin şəxsin isə həyəcanlı olmasını görmüş və qeyd olunan şəxslərin dalaşdıqlarını anlamışdır. Sonradan adının və soyadının Şahmar Kərimov olduğunu bildiyi şəxs onlara tərəf yaxınlaşmaq istədikdə arxadan əlində bıçaqla qaçaraq sonradan adının və soyadının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs Şahmar Kərimova çatmışdır. Şahmar Kərimov onların yaxınlığına çatdıqda sifətini Təqsirləndirilən şəxs tərəf çevirib özünü müdafiə etməyə çalışmış, lakin bu zaman Təqsirləndirilən şəxs Şahmar Kərimova çatan kimi əlində olan bıçaqla sonuncunun boyun və sifət nahiyələrinə 4-5 zərbə vurmuşdur. Bu vaxt Şahid4 müdaxilə etməyə çalışsa da Təqsirləndirilən şəxs kənarda dayanmasını və namus məsələsinin olduğunu dediyi üçün müdaxilə edə bilməmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs həmin yeri tərk edib getmiş və bir müddət sonra hadisə yerinə polis, prokurorluq və Təcili və X9 Xidmətinin əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6, X20 və Şahid7 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid3la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdən etibarən Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 115 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs1 evində kirayədə qalmağa başlamış, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamışdır. 28 sentyabr 2022-ci il tarixdə axşam saat təxminən 20 radələrində kirayə qaldığı evdə olan zaman çöldə səs-küy eşidib evdən həyətə çıxdıqda həyətə giriş qapısının açıq vəziyyətdə olmasını və küçədə kirayə qaldığı evin sahibləri ilə qonşuluqda qalan qohumları Təqsirləndirilən şəxs arasında mübahisənin olduğunu görmüşdür. Küçəyə çıxdıqda Zərərçəkmiş şəxs1 və həmin evdə qalan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tutub saxlamalarını və bu zaman sonuncunun adları qeyd edilən şəxslərin əllərindən çıxıb həmin evdə qalan Əflatun Əliyevə hücum etmək istədiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əlində mismarçıxaran əşya olmuş və sonuncu həmin əşya ilə Əflatun Əliyevə hücum etmək istəmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs iradını bildirərək Əflatun Əliyevin xəstə olmasını deyib dalaşmamasını bildirmiş, və bu zaman Təqsirləndirilən şəxs ona tərəf gəldikdə oranı tərk edib getmişdir. Təxminən 10 dəqiqə sonra geri qayıdıb evə daxil olduqda Zərərçəkmiş şəxs2 və Əflatun Əliyevin oraya gələn Təcili və X9 Xidmətinin avtomobili ilə xəstəxanaya aparılmaları ona məlum olmuş və sonradan oraya polis əməkdaşları gəlmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20:19-da Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək Təqsirləndirilən şəxs onun ərinin və baldızının baş nahiyəsinə dəmir parçası ilə zərbə vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs mübahisə zamanı ona sillə zərbəsi vurması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, X16 həmin tarixdə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs mübahisə zamanı onun baş nahiyəsinə dəmir parçası ilə zərbə vurması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs mübahisə zamanı dəmir parçası ilə ona zərbə vurması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:20-də Göyçay Rayon Mərkəzi Xəstəxanasından Göyçay Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq X7 “alın nahiyəsinin səthi sıyrılmış yarası”, Zərərçəkmiş şəxs2 isə “başın təpə nahiyəsinin kəsilmişcırılmış yarası” xəsarətləri ilə xəstəxanaya daxil olmaları barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:50-də Göyçay Rayon Mərkəzi Xəstəxanasından Göyçay Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq Zərərçəkmiş şəxs1 “sol üz nahiyəsinin səthi əzilməsi” xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay şəhəri, H.Z.Tağıyev küçəsidir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 hadisə baş verən zaman X8 ona, X12 və Zərərçəkmiş şəxs1 zərbə vurduğu yeri göstərmişdir. Hadisə yerinə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 577 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizası zamanı onda “başın sağ təpə-ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası” diaqnozu ilə, 28 sentyabr 2022-ci il tarixdə küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, habelə “boynun sağ yan arxa tərəfində dərinin epidermis qatının sıyrılmış yarası, sol əlüstü nahiyədə İ əl darağı sümüyü proyeksiyasında və sağ əlin ovuc səthində dərialtı qansızmalar” diaqnozu ilə, 28 sentyabr 2022-ci il tarixdə küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş və sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 578 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində, eləcə də üzün sol yarısında 28 sentyabr 2022-ci il tarixə uyğun xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 579 nömrəli rəyindən görünür ki, X7 məhkəmətibb ekspertizası zamanı onda “başın alın, alt çənə nahiyələrində, boynun sol yan aşağı şöbəsində və sağ əlüstü nahiyələrdə sıyrıqlar” diaqnozu ilə, 28 sentyabr 2022-ci il tarixdə küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş və sağlamılığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 23 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 iyul 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:26-da Şahid3 mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək vətəndaşın bıçaqlanması və vəziyyətinin ağır olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 iyul 2023-cü il tarixli təqrirdən görünür ki, həmin tarixdə saat 12:05-də Göyçay RPŞ-nin Növbətçi hissəsindən bir nəfər şəxsin Göyçay şəhəri, Heydər Əliyev prospektində bıçaqlanması və hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən 179 nömrəli fərdi yaşayış evinin qarşısı və həmin prospektdə yerləşən keçmiş “Tikiş Fabrikinin” qarşısıdır. Həmin 179 nömrəli fərdi yaşayış evinin qarşısında dəmir torlar bərkidilmiş dəmir çərçivələr vardır. Dəmir çərçivənin üzərində qara rəngli qısaqol köynək (sonradan həmin köynəyin mərhum Şahmar Kərimova məxsus olması müəyyən edildi) asılmışdır. Həmin dəmir torlar bərkidilmiş dəmir çərçivənin qarşısında, asfalt örtüyün üzərində qanabənzər ləkələr vardır. Həmin prospektlə Ağdaş rayonu istiqamətində hərəkət etdikdə avtomobil yolunda qanabənzər ləkələr aşkar edildi. Həmin prospektdə, yəni avtomobil yolunun sağ tərəfində yerləşən piyada yoluna tərəf irəlilədikdə isə parça-tül satılan mağaza yerləşir. Qeyd olunan mağazanın giriş qapısından 4 metr arxada yerə bərkidilmiş daşların üzərində qanabənzər ləkələr aşkar edildi. Həmin piyada yolu ilə əvvəllər “Tikiş Fabriki” kimi fəaliyyət göstərmiş tikiliyə tərəf irəlilədikdə tikiş fabriki kimi fəaliyyət göstərən tikilidə mebel sexinin fəaliyyət göstərməsi müəyyən edildi. Sözügedən mebel sexindən piyada yoluna tərəf 6 metr məsafədə yerə bərkidilmiş daşların üzərində qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr olan yerdən bir qədər irəlidə, 180 sm məsafədə, səkinin kənarında X6 meyiti vardır. Həmin meyitin üzərində qanabənzər ləkələr olan açıq boz rəngli mayka, qara rəngli cins şalvar və ayağında isə 01 cüt qara rəngli yay başmaqları vardır. Meyitin başı keçmiş tikiş fabrikinin binasına tərəf, ayaqları isə Heydər Əliyev prospektinə tərəfdir. Meyitin olduğu yerdə, meyitin sağında 01 ədəd açılıb qatlanan qara rəngli bıçaq vardır. Meyitin üzərində gözlə görünən şəkildə kəsici-deşici alətlə yetirilməyə xarakterik olan xəsarət izləri vardır. Baxış keçirilən zaman mebel sexinin divarına quraşdırılmış videomüşahidə kamerasının olması müəyyən edildi və həmin videomüşahidə kamerasından hadisənin baş verməsi ilə bağlı müvafiq videogörüntülər götürülərək protokola əlavə edildi. Baxış keçirilən zaman hadisə yerində olan qanabənzər ləkələrdən pambıq vasitəsi ilə hopdurularaq 08 ədəd bağlamada nümunələr, 01 ədəd qatlanan bıçaq, Şahmar Kərimova məxsus 01 ədəd qısaqol köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə X1 meyitinə baxış keçirilmişdir. Meyitin əynində qısaqol qana bulaşmış mayka vardır. Maykanın ön sol qoltuq tikişindən 8 sm aşağı nahiyədə 3x1,5 sm ölçüdə kənarları hamar parça zədəsi vardır. Şalvar qara cins materialdan hazırlanmışdır. Tuman qara rənglidir. Ayaqqabı çəkələk tiplidir. Meyitin üz, hər iki yuxarı ətraf və gövdənin ön səthləri kəskin qana bulaşmışdır. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Meyit ləkələri qismən meyitin arxa yan səthində əmələ gəlmişdir. Barmaqla təzyiq etdikdə rəngi avazıyır və 5 saniyə sonra öz əvvəlki rəngini bərpa edir. Başın tüklərinin arasında köndələn istiqamətli, kənarları hamar, 6,5x1,4 sm ölçüdə yumşaq toxumanın deşilmişkəsilmiş yarası vardır. Başın alın nahiyəsindən başlayaraq aşağı doğru gedərək burunun yumşaq toxumalarının və yuxarı dodağın kəsilməsi müşahidə olunan 13x1,4 sm ölçüdə yara vardır. Yaranı araladıqda burun sümüyünün sol tərəfdən bir qədər kəsilməsi ilə müşahidə olunur. Sol gözün iç bucaq nahiyəsində 1,5x1 sm ölçüdə eyni xarakterli yumşaq toxumanın deşilmiş-kəsilmiş yarası vardır. Sol alt çənə bucağı nahiyəsində, köndələn formalı, eyni xarakterli 1,8x1 sm ölçüdə yumşaq toxumanın kəsilmiş yarası vardır. Boynun sol yan orta şöbəsində eyni xarakterli 2,2x2 sm ölçüdə yumşaq toxumanın kəsilmiş yarası vardır. Hər iki saidin orta 1/3-nin səthlərində, eyni xarakterli, ölçüləri 2x1,5 sm-dən 5x2 smə qədər olan dərinin epidermis qatının və yumşaq toxumaların deşilmiş-kəsilmiş 03 (üç) ədəd yaraları vardır. Baxış keçirilən zaman meyitin üzərində olan 01 ədəd şalvar, 01 ədəd mayka və 01 ədəd yay başmağı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 05 iyul 2023-cü il tarixli 256 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “Buta Mebel”də quraşdırılmış videomüşahidə kamerasından götürülmüş 01 ədəd diskə baxış keçirilmişdir. Fayla daxil olduqda faylda 01 dəqiqə 20 saniyə müddəti olan videogörüntü vardır. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs X13 bıçaqla xəsarət yetirməsinə dair videogörüntülər vardır. Baxış keçirilən zaman videogörüntüdə qeyd olunan vaxtla 11:14:19-da Şahmar Kərimovun üzərində qısaqol mayka ilə qaçaraq mebel sexinin qarşısına gəlməsi, Təqsirləndirilən şəxs isə əlində bıçaq ilə sonuncunun arxasınca qaçması, daha sonra Şahmar Kərimovu tutaraq sonuncuya bıçaq ilə zərbələr yetirməsi, Şahmar Kərimov yerə yıxıldıqdan sonra bir qədər orada dayanıb, ətrafda olan şəxslərə nə isə deməsi, daha sonra Şahmar Kərimova tərəf gedib sonuncu başını qaldırmaq istəyərkən sonuncuya yenidən bıçaqla zərbə vurması və hadisəni törətdiyi bıçağı Şahmar Kərimovun yanına atıb oraya gəldiyi istiqamətdə geri qayıdıb getməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı X6 üzərində olmuş 01 ədəd qara rəngli cins şalvara, 01 ədəd qara rəngli qısaqol köynəyə, 01 ədəd boz rəngli maykaya və 01 cüt qara rəngli başmağa baxış keçirilmişdir. Şalvarın üzərində qanabənzər ləkələr vardır, köynəyin zəncirbəndlə bağlanan yeri sökülmüşdür, sol arxa hissəsində zədələr vardır. Maykanın ön və arxa tərəflərində qanabənzər ləkələr və zədələr vardır. Başmağın üzərində qanabənzər ləkələr və zədələr yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş 01 ədəd qısaqol köynəyə və 01 ədəd cins şalvara baxış keçirilmişdir. Köynəyin üzərində qanabənzər ləkələr vardır. Şalvarın üzərində qanabənzər ləkələr və zədələr vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş bir ədəd bıçaq qatlanandır, qatlanmış formada uzunluğu 12,1 sm, açıq vəziyyətdə uzunluğu 22,2 sm, tiyə hissəsinin uzunluğu isə 9,9 sm-dir. Bıçağın dəstəyi qara rəngli olmaqla dəmir materialdandır, tiyə hissəsinin bir ucu iti, digər ucu isə kütdür. Bıçağın üzərində qanabənzər ləkələr vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsində yerində yoxlanılarkən o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 19 iyul 2023-cü il tarixli 17/539 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynəyin səthi üzərindən tapılmış qara rəngli viskoz kimyəvi lifləri cinsi əlamətlərinə görə X13 məxsus 01 ədəd qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X13 məxsus 01 ədəd cins şalvarın səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə CM-in 221.1-ci maddəsi ilə istintaq edilən cinayət işi CM-in 120.1-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə əməl CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.1 və 221.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2023-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, X6 meyitində “boynun sol yan orta şöbəsində sol yuxu arteriyasının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, 05 iyul 2023-cü il tarixdə və qərarda qeyd olunan şəraitdə iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmiş, mərhumun ölümündən az əvvəl baş vermiş, həyati, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaqla yetirilməsi inkar edilməyən və canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, habelə “başın sol gicgah, sol gözün iç bucaq və sol alt çənə bucağı nahiyələrində yumşaq toxumaların deşilmiş-kəsilmiş yaraları, başın alın nahiyəsindən başlayaraq aşağı doğru gedərək burunun yumşaq toxumalarınınburun sümüyünün sol tərəfdən bir qədər və yuxarı dodağın kəsilməsi ilə müşahidə olunan yarası” diaqnozu ilə, 05 iyul 2023-cü il tarixdə və qərarda qeyd olunan şəraitdə iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmiş, mərhumun ölümündən az əvvəl baş vermiş, həyati, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaqla yetirilməsi inkar edilməyən və canlı şəxslərdə dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmçinin “başın sağ gicgah nahiyəsində və hər iki saidin orta 1/3-nin iç səthlərində dərinin epidermis qatının və yumşaq toxumalarının deşilmiş-kəsilmiş 03 (üç) ədəd yaraları” diaqnozu ilə, 05 iyul 2023cü il tarixdə və qərarda qeyd olunan şəraitdə iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmiş, mərhumun ölümündən az əvvəl baş vermiş, həyati, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaqla yetirilməsi inkar edilməyən və canlı şəxslərdə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən və ölümlə hər hansı səbəbli əlaqəsi olmayan xəsarətlər aşkar edilmişdir. X1 xarici müayinəsi zamanı onun döş qəfəsinin ön və arxa səthlərində xəsarət izləri aşkar edilməmişdir. Lakin əynində olan paltarların, yəni qısaqol qana bulaşmış maykanın üzərində parça zədəsi aşkar edilmişdir. X1 meyitinin bədəni üzərində olan xəsarətlərin, yəni boynun sol yan orta şöbəsində sol yuxu arteriyasının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara kanalının istiqaməti soldan-sağa, bir qədər yuxarıdan-aşağı çəp istiqamətdə, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaqla yetirilməsi halı inkar edilmir və dərinliyi 6,9 sm-dir. X1 ölümünə səbəb boynun sol yan orta şöbəsində sol yuxu arteriyasının zədələnməsi ilə nəticələnən xarici qanitirmə olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində spirt və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş 14 avqust 2023-cü il tarixli 3-13-26/2-9910/23 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 ailə üzvləri ilə münasibətlərinin normal olması, arvadından boşanaraq ayrı yaşaması, normal həyat tərzi keçirməsi, hər hansı şəxslə ədavət və düşmənçiliyinin olmaması, spirtli içki və narkotik vasitə aludəçisi olmaması, fərdi əməklə məşğul olması, Təqsirləndirilən şəxs həyat tərzinin normal olması, arvadı və övladları ilə birlikdə yaşaması, hər hansı şəxslə ədavət və düşmənçiliyinin olmaması, spirtli içki və narkotik vasitə aludəçisi olmaması və fərdi əməklə məşğul olması, X25 Əliyevin əvvəllər bir-biriləri ilə münasibətlərinin normal olması, sonuncuların qonşu olduqları üçün bir-birilərini xeyli vaxtdır tanımaları, əvvəllər hər hansı mübahisələrinin və ya dava-dalaşlarının olmaması, onların arasında mübahisənin X26 Əliyevin arvadı Qanuni nümayəndə qarşı cinsi zorakılığa yol verməsindən sonra yaranması, Təqsirləndirilən şəxs Şahmar Kərimovu hadisədən bir neçə gün əvvəl döyməsi, Şahmar Kərimovun bununla bağlı Göyçay RPŞ-yə rəsmi qaydada müraciət etməsi, Qanuni nümayəndə həmin tarixlərdə zorlanması ilə bağlı rəsmi olaraq hər hansı şikayət etməməsi, Qanuni nümayəndə bu barədə Şahmar Kərimovun arvadının Təqsirləndirilən şəxs barəsində Göyçay RPŞ-yə şikayət etməsindən sonra aparılan araşdırma zamanı bildirməsi müəyyən olunmuş, lakin Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə törətdiyi cinayət əməlini əvvəldən planlaşdırıb-planlaşdırmamasını, Şahmar Kərimov ilə Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə hadisədən əvvəl aralarında hər hansı münasibətin olub-olmamasını, Şahmar Kərimovun 2023-cü ilin iyun ayında Qanuni nümayəndə zorlaması halının olub-olmamasını, Təqsirləndirilən şəxs qohumları Zərərçəkmiş şəxs2 və Əflatun Əliyevə xəsarət yetirdiyi dəmir alətin yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 21 avqust 2023-cü il tarixli 320/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X13 məxsus arxa hissəsinin sol-orta nahiyəsində dörd ədəd və maykanın sol qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Bıçaq ekspertizaya tiyəsinin ucu əyilmiş vəziyyətdə təqdim edildiyinə görə müqayisəli müayinə üçün eksperiment aparmağa yararsız hesab edilir. Ona görə də, X13 məxsus paltarların üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş X13 məxsus köynəyin sağ qolunun dairəvi tikişinin üzərində dörd ədəd, köynəyin boyun nahiyəsində olan zəncirbəndin sağ tikişinin üzərində bir ədəd məhdud cırılmalar aşkar edildi. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş X13 məxsus şalvar və bir cüt başmağın üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ayağının ön-orta nayihəsində bir ədəd məhdud cırılma aşkar edildi. Bu cırılma küt yaranma mexanizminə malikdir, şalvarın müvafiq nahiyəsinin hər hansı əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 23 avqust 2023-cü il tarixli 440/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X6 AB0 sistemi üzrə qan qrupu A/H/İİ/-dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A/H/İİ/-dir. Ekspertizaya təqdim edilmiş Şahmar Kərimova məxsus olan şalvarın, maykanın, köynəyin və bir cüt başmağın, Təqsirləndirilən şəxs məxsus olan şalvarın, köynəyin və bir ədəd bıçağın, habelə 08 ədəd pambıq topasının üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə A beta/H /İİ/ qruplu şəxsə, o cümlədən X13 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 120.1 və 221.1-ci maddələrindən həmin Məcəllənin 120.2.4 və 221.3-cü maddələrinə tövsif edilmiş və barəsində CM-in 120.2.2 və 134-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 120.1 və 221.1-ci maddələrindən həmin Məcəllənin 120.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X21 şəhəri, H.Z.Tağıyev küçəsi, ev ev 115 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X3 şəhəri, H.Z.Tağıyev küçəsi, ev 136 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bunlarla yanaşı qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” anlayışına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahmar Kərimova çoxsaylı bıçaq zərbələri vurmaqla çoxlu miqdarda xəsarətlər yetirərək sonuncunu öldürdüyündən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Bundan başqa, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Bu Qərarın 2-ci bəndinə əsasən, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu Qərarın 3-cü bəndinə əsasən, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bu Qərarın 4-cü bəndinə əsasən, CM-in 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu Qərarın 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Bu Qərarın 8-ci bəndinə əsasən, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin CM-in 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Bu Qərarın 9-cu bəndinə əsasən, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan CM-in 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs ictimai yer hesab edilən küçədə digər şəxslərin gözü qarşısında insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib ictimai birgəyaşayış qaydalarına və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək dəmir alətdən silah qismində istifadə etməklə zərərçəkmiş şəxslər X16, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərbələr vurub zor tətbiq etməsi onun məhz xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X11 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, həmçinin ictimai yer hesab edilən küçədə silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgəyə zor tətbiq etməklə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CMin 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməlləri törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Bu Qərarın 13-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 138 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkmiş, həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti olmuş və disforik hal qeydə alınmışdır. O, hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvirini vermək iqtidarına malikdir. Lakin o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır. Hər hansı cinayət əməlinə görə təqsirləndirilən şəxsin görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvirini vermək iqtidarında olması onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları ölçüb-biçərək idarə etmək qabiliyyətinə malik olmasını söyləməyə əsas vermir. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyətində olmuş, onda disforik hal qeydə alınmışdır. Buna görə də o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun mübtəla olduğu epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq, o, hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkir. Təqdim olunmuş tibbi sənədlərin təhlili zamanı məlum olur ki, o, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində 26 yanvar 2000-ci il tarixdən “Epilepsiya cəngolma tutmaları, şəxsiyyət dəyişməsi ilə” diaqnozu ilə həkimpsixiatrın qeydiyyatındadır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X2 24 dekabr 2002-ci il tarixdən 26 dekabr 2002-ci il tarixədək stasionar müayinə zamanı ona “Epilepsiya, cəngolma tutmaları ilə və şəxsiyyət dəyişiklikləri ilə” diaqnozu qoyulmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbi psixi vəziyyəti ilə əlaqədar ola bilərdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 noyabr 2023-cü il tarixli 174 nömrəli rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkdiyi, həmin psixi patologiyanın gedişində dekompensasiya vəziyyəti olduğu və disforik hal qeydə alındığı müəyyən edilir. O, qərarda göstərilən əməli törətdiyi zaman düçar olduğu epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olmuş və hadisə gedişatında onda disforik hal meydana gəlmişdir. Buna görə də, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu, disforik hal ilə” kimi psixi patologiyası nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. O, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Onun əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində hal-hazırda da dekompensasiya vəziyyəti davam etdiyindən o, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkir. Onun əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun dəqiq yaranma tarixini müəyyən etmək mümkün deyildir. Lakin təqdim edilmiş tibbi sənədlərə görə həmin psixi pozuntunun 2000-ci ildən təzahür etdiyini ehtimal etmək olar (Göyçay Rayon Mərkəzi Xəstəxanasında 26 yanvar 2000-ci il tarixdən “Epilepsiya cəngolma tutmaları, şəxsiyyət dəyişməsi ilə” diaqnozu ilə həkim-psixiatrın qeydiyyatında olması, 2 saylı X2 25 dekabr 2002-ci il tarixdən 26 dekabr 2002-ci il tarixədək stasionar müayinə zamanı ona “Epilepsiya, cəngolma tutmaları ilə və şəxsiyyət dəyişiklikləri ilə” diaqnozu qoyulması). Həmin psixi pozuntunun meydana gəldiyi vaxtdan etibarən xəstəliyin gedişatında müxtəlif vaxtlarda kompensasiya (xəstəliyin sabitləşməsi) və dekompensasiya (xəstəliyin kəskinləşməsi) vəziyyətləri olur, yəni həmin vəziyyətlər bir-birini əvəzləməklə xəstəlik davam edir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun düçar olduğu epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Buna görə o, hal-hazırda da öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, özü və ətrafdakılar üçün ciddi sosial təhlükə əhəmiyyəti kəsb edir. CM-in 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Onun psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onda müəyyən edilən psixi pozuntu əlamətləri (idrak proseslərində-təfəkkürünün torpid olması, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, ümumiləşdirmə və analizetmə qabiliyyətinin normadan aşağı olması, tənqidilik və proqnozlaşdırmasının zəif çıxış etməsi, anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, qavrama prosesində lənglik, emosional sferasında-aqressiyaya meyllilik, emosional dayanıqsızlıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı və s.), həmçinin törətdiyi əməl zamanı keçirdiyi emosional vəziyyətinin həmin psixi pozuntu ilə şərtləşməsinə əsasən belə qənaətə gəlinir ki, o, törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədən zaman onun keçirdiyi emosional halın yaranma səbəbinin psixi vəziyyəti ilə əlaqədar olması nəticəsinə gəlinir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 fevral 2024-cü il tarixli 28 nömrəli rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə qeyd olunan cinayət əməlini törədərkən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkmişdir, həmçinin həmin psixi patologiyanın gedişində dekompensasiya vəziyyəti olmuş və disforik hal qeydə alınmışdır. Onda 28 sentyabr 2022ci il tarixdə qeyd olunan cinayət əməlini törədərkən, müşahidə edilən epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olmuş və hadisə gedişatında onda disforik hal qeydə alınmışdır. Buna görə də o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu, disforik hal ilə” kimi psixi patologiyası nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. O, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Onda müşahidə edilən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu, disforik hal ilə” hal-hazırda da dekompensasiya vəziyyətindədir. Bu səbəbdən o, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan” əziyyət çəkir. Onun əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun dəqiq yaranma tarixini müəyyən etmək mümkün deyildir. Lakin təqdim edilmiş tibbi sənədlərə görə həmin psixi pozuntunun 2000ci ildən təzahür etdiyini ehtimal etmək olar (Göyçay Rayon Mərkəzi Xəstəxanasında 26 yanvar 2000-ci il tarixdən “Epilepsiya cəngolma tutmaları, şəxsiyyət dəyişməsi ilə” diaqnozu ilə həkim-psixiatrın qeydiyyatında olması, 2 saylı X2 24 dekabr 2002-ci il tarixdən 26 dekabr 2002-ci il tarixədək stasionar müayinə zamanı ona “Epilepsiya, cəngolma tutmaları ilə və şəxsiyyət dəyişiklikləri ilə” diaqnozu qoyulması). Həmin psixi pozuntunun meydana gəldiyi vaxtdan etibarən xəstəliyin gedişatında müxtəlif vaxtlarda kompensasiya (xəstəliyin sabitləşməsi) və dekompensasiya (xəstəliyin kəskinləşməsi) vəziyyətləri olur, yəni həmin vəziyyətlər bir-birini əvəzləməklə xəstəlik davam edir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun düçar olduğu epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Buna görə o, hal-hazırda da öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, özü və ətrafdakılar üçün ciddi sosial təhlükə əhəmiyyəti kəsb edir. CM-in 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Onun psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. O, onda müəyyən edilən psixi pozuntuya xas olan əlamətlərə görə (diqqətində dayanıqsızlıq, təfəkkürünün torpid olması, abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, qavrama prosesində lənglik, yaddaşında zəiflik, təfəkkürünün ümumiləşdirmə və təhlil etmə, proqnozlaşdırma proseslərinin normadan aşağı olması, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik, inadkarlıq, hövsələsizlik, kinlilik, tez özündən çıxmaq, davranışında özünü idarəetmənin çatışmazlığı, konfliktə və mübahisəyə meyllilik və s.) cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Onun cinayət əməlini törədərkən emosional halı onda müəyyən edilən psixi pozuntu ilə şərtləşdiyindən o, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Onun hadisə zamanı psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması ondan müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 19 iyul 2023-cü il tarixli PHŞ-6- 40/2-837/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2000-ci il tarixdən “Epilepsiya cəngolma tutmaları, şəxsiyyət dəyişməsi ilə” diaqnozu ilə həkimpsixiatrın qeydiyyatındadır, həkim-narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməllərini anlaqsız vəziyyətdə törətdityindən göstərilən maddələr ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.3cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 ay olmaqla, 05 mart 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 05 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri ilə əvəz edilmişdir. CPM-in 474.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilə bilər. CPM-in 474.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin digər qətimkan və ya təhlükəsizlik tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd şalvar və bir ədəd qısaqol köynək, mərhum X13 məxsus olan bir ədəd şalvar, bir ədəd qısaqol köynək, bir ədəd mayka və bir cüt yay başmağı və səkkiz ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi, cinayətin aləti olan bir ədəd bıçaq həmin tarixdə maddi sübut qismində tanınmışdır və saxlanılması üçün Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd şalvar və bir ədəd qısaqol köynək, mərhum X13 məxsus olan bir ədəd şalvar, bir ədəd qısaqol köynək, bir ədəd mayka və bir cüt yay başmağı və səkkiz ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi, cinayətin aləti olan bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 124,94 (yüz iyirmi dörd manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 124,94 (yüz iyirmi dörd manat doxsan dörd qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməlləri anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd şalvar və bir ədəd qısaqol köynək, mərhum X13 məxsus olan bir ədəd şalvar, bir ədəd qısaqol köynək, bir ədəd mayka və bir cüt yay başmağı və səkkiz ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 124,94 (yüz iyirmi dörd manat doxsan dörd qəpik) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-24/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-24/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver