Məhkəmə qərarları › İş №1(091)-240/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-240/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-240/2024 27.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa (məruzəçi) və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxx 1985-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və insan həyatı üçün təhlükəli olan iki şəxsin sağlamlığına qəsdən xuliqanlıq niyyəti ilə ağır zərər vurmuş, habelə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 08 radələrində «orta dərəcəli» sərxoşluq vəziyyətində Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, 79 nömrəli yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs1 fəaliyyət göstərdiyi mənzillərin alğı-satqısı ofisinin qarşısındakı insanların aktiv gediş-gəlişinin olduğu küçədə nalayiq ifadələr və söyüşlərdən istifadə etdiyinə, habelə yaxınlıqda yerləşən ərzaq dükanında işləyən Şahid1 nisyə qaydada spirtli içki pivə istəyib, rədd cavabını aldığı üçün sonuncunun ünvanına küçədə nalayiq və söyüşlü kəlmələrdən istifadə etdiyinə görə onu sakitləşdirmək istəyərək, irad bildirən Zərərçəkmiş şəxs2 ilə sözlü mübahisə etdikdən, sonuncunun ona Şahid1 mağazasından aldığı «GO» markalı spirtli içkini təpiklə vurub küçəyə atdıqdan, habelə Zərərçəkmiş şəxs2lə əlbəyaxa olmaq istəyərkən bunun qarşısı sonuncunun atası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs3 tərəfindən alındıqdan, sonuncu tərəfindən sakitləşdirilərək yaxınlıqda yerləşən yolayrıcındakı işıqfora tərəf aparıldıqdan və bununla da Zərərçəkmiş şəxs2lə aralarında qısa müddət ərzində davam edən mübahisə faktiki olaraq başa çatdıqdan sonra o, bir qədər əvvəl ictimai qaydanın pozulması, cəmiyyətə qarşı hörmətsizliklə müşayiət olunan törətdiyi hərəkətlərə görə ona haqlı irad bildirən Zərərçəkmiş şəxs2 hər hansı bir əsaslı səbəb olmadan qisas almaq məqsədini güdərək, yaşadıqları ünvan 2 ünvanında yerləşən yaşayış binasının girişinə (blokuna) gedib, əvvəlcədən orada saxladığı, istintaqa məlum olmayan iri ölçülü tiyəyə malik bıçağı götürərək, həmin bıçağın vizual olaraq görünməməsi üçün bıçağı yaşadığı binanın arxasında yerləşən bağdan dərdiyi güllərin arasında gizlədib, yenidən Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, 79 nömrəli yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi ofisin qarşısındakı küçəyə qayıdaraq, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dayandıqları yerə yaxınlaşıb, ictimai yerdə öz şəxsiyyətini küçədə dayanan Şahid1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Şahid2 və istintaqa məlum olmayan digər şəxslərin fövqündə qoyaraq, onlara etinasızlıq və laqeydlik, habelə əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirərək, həmçinin ümumi qəbul olunmuş davranış və etik normaları «tapdalıyıb», ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə, Zərərçəkmiş şəxs2lə ara məsafəsini yaxınlaşdırmış, sonuncunun qanunazidd davranışı və ona qarşı hər hansı bir zorakı hərəkəti olmadığı halda, əlində saxladığı güllərin arasında gizlətdiyi bıçağı qəfil olaraq çıxararaq, bir qədər əvvəl aralarında olan mübahisəni bəhanə gətirib, hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 qarın boşluğuna bir dəfə zərbə endirməklə, ona iri ölçülü tiyəyə malik bıçağın təsirindən əmələ gəlməyə xarakterik, bağırsaqların zədələnmələri ilə qarın boşluğuna dəlib-keçən, yetirilən anda insan həyatı üçün təhlükəli olan və sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə və bununla da Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə, qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər vuraraq, silah qismində istifadə etdiyi bıçaqla xüsusilə qərəzli xuliqanlıq etmiş, baş verənləri, habelə Zərərçəkmiş şəxs2 zəruri müdafiə vəziyyətinə düşdüyünü görən sonuncunun qardaşı Zərərçəkmiş şəxs3 onun səngimək bilməyən xuliqanlıq hərəkətlərinin və qardaşı Zərərçəkmiş şəxs2 qarşı növbəti zorakı hərəkətlərinin qarşısını almaq üçün ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona yaxınlaşaraq, onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını aldığı zaman o, əlindəki bıçaqla Zərərçəkmiş şəxs3 arxasınca qaçaraq, onu da təqib etməyə başlamış, bıçaqla təqib olunduğunu görən Zərərçəkmiş şəxs3 qaçarkən ofisin qarşısında olan «reklam» lövhəsinə dəyərək yerə yıxılıb, tez bir zamanda ayağa qalxaraq atası Zərərçəkmiş şəxs1 yanında dayandığı zaman o, ictimai qaydanın pozulması ilə müşayiət edilən zorakı hərəkətlərini davam etdirərək, əlində saxlamağa davam etdiyi bıçaqla həm Zərərçəkmiş şəxs3, həm də Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkmiş və onun atdığı bıçaq zərbələrindən oğlu Zərərçəkmiş şəxs3 yayındırmaq və onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən və bununla da övladlarının həyat və sağlamlıqlarını cinayətkar qəsddən qorumaqla, həm də ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən də bir dəfə bıçaqla vuraraq sonuncuya iri ölçülü tiyəyə malik bıçağın təsirindən əmələ gəlməyə xarakterik, döş qəfəsinin arxa sol səthindən döş qəfəsinin daxilinə dəlib-keçən, pnevmohemotoraksla müşayiət olunan, yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vuraraq, xüsusilə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmiş, təxminən 5 dəqiqə ərzində davam etdirdiyi və hər üç zərərçəkmiş şəxsi zəruri müdafiə vəziyyətinə düşürdüyünə görə onların göstərdiyi aktiv müqavimət nəticəsində o, müvazinətini itirərək, yerə yıxıldığı zaman onun hərəkətlərinin qarşısının alınması üçün zəruri müdafiə vəziyyətində olmaqda davam edən - ilk öncə Zərərçəkmiş şəxs3, ardınca isə Zərərçəkmiş şəxs2 onun ayağa qalxmasının qarşısını almaq üçün ona yaxınlaşarkən o, əlində hələ də saxlamağa davam etdiyi bıçaqla növbəti dəfə Zərərçəkmiş şəxs3 kürəyindən zərbə endirərək, ona iri ölçülü tiyəyə malik bıçağın təsirindən əmələ gəlməyə xarakterik, döş fəqərəsinin arxa səthində döş boşluğuna dəlib-keçməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül zərər vurmaya aid, habelə yerdə uzanıqlı vəziyyətdə Zərərçəkmiş şəxs2lə yaxalaşdığı və sonuncu onun əlindəki bıçağı almağa səy göstərdiyi zaman həmin bıçaqla növbəti dəfə Zərərçəkmiş şəxs2 sol dirsək nahiyəsinə vurub, Zərərçəkmiş şəxs2 iri ölçülü tiyəyə malik bıçağın təsirindən əmələ gəlməyə xarakterik, hemorragik şokla müşayiət olunan, sol dirsək nahiyəsinin kəsilmiş-deşilmiş yarası, yetirilən anda insan həyatı üçün təhlükəli olan və sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan iki şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuş, habelə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə müqavimət göstərməklə xüsusilə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əvvəlcədən tanımışdır və adları qeyd olunan şəxslərlə aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 27 aprel 2024-cü il tarixdə səhər vaxtı 2 ədəd spirtli içki pivə içmiş, Mingəçevir şəhərində yerləşən və yaşadığı binanın arxasında yerləşən bağda işləmiş, daha sonra isə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1lə birlikdə ünvan 3 ünvanında yerləşən ərzaq dükanında işləyən Şahid1 yanına getmişdir. Oraya çatdıqda Şahid1 bir ədəd spirtli içki pivə istəyərək atası Sahib Abdullayev işdən gəldikdən sonra pivənin pulunun sonuncu tərəfindən veriləcəyini bildirmiş, lakin Şahid1 nisyə mal vermədiyini deyərək razılaşmamışdır. Bu zaman Zərərçəkmiş şəxs2 həmin yerə gələrək, onunla Şahid1 arasında olan söhbətə müdaxilə edərək onunla yüksək səs tonu ilə danışmış, bu səbəbdən də o, Zərərçəkmiş şəxs2 tənbeh etmək məqsədilə özü ilə birlikdə yaşadığı binanın qarşısına aparmış, lakin oraya çatdıqda Zərərçəkmiş şəxs2 telefon zəngi gəldiyi üçün sonuncu geri qayıtmışdır. Bundan sonra o, Şahid1 işlətdiyi ərzaq dükanının qarşına doğru hərəkət etdikdə Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb Zərərçəkmiş şəxs2 binanın qarşısına aparmasının səbəbini soruşmuş, o isə sonuncu ilə söhbət etmək məqsədilə getdiklərini Zərərçəkmiş şəxs1 bildirib Şahid1 işlətdiyi dükanın qarşısına getmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs2 onunla yenidən mübahisə etməyə başlamış, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onun qarşısında, Zərərçəkmiş şəxs2 isə bir neçə metr kənarda dayanmışlar. O, Zərərçəkmiş şəxs2 sakitəşdirməsini Zərərçəkmiş şəxs1 təklif etmiş, sonuncu isə sifətini Zərərçəkmiş şəxs2 tərəf istiqamətləndirib sonuncuya oradan uzaqlaşmasını tapşırmışdır. Buna baxmayaraq, Zərərçəkmiş şəxs2 hərəkətlərini davam etdirib onu təhqir etdiyi üçün o, əsəbləşərək qarşısında dayanan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 itələyib Zərərçəkmiş şəxs2 zərbə vurmaq üçün sonuncuya tərəf hərəkət etmiş, lakin Zərərçəkmiş şəxs2 ofisə tərəf qaçmağa başlamışdır. Bundan sonra o, əynində olan qara rəngli uzunqol gödəkçəni çıxartmış və həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onu sakitləşdirmək üçün qarşısına keçmişlər. Lakin o, Zərərçəkmiş şəxs2lə dalaşmaq niyyətində olmuş və bu zaman Zərərçəkmiş şəxs2 əlində bıçaqla ona tərəf gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs1 bunu görüb Zərərçəkmiş şəxs2 sakitləşdirmiş, Zərərçəkmiş şəxs3 isə onun qolundan tutaraq yaxınlıqdakı işıqfora tərəf aparmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2lə aralarında yaranmış ilk mübahisə vaxtı sonuncunun ona tərəf bıçaqla gəlməsinə cavab vermək məqsədilə Zərərçəkmiş şəxs3 uzaqlaşıb yaşadığı binanın blokuna gedərək əvvəlcədən blokda saxladığı təxminən 15-20 sm uzunluğunda, şabalıdı rəngli taxta tutacağa olan bıçağı götürüb gül kolunun arasında gizlədərək əlində saxlamış və Zərərçəkmiş şəxs2 bıçaqla zərbə vurmaq məqsədilə geri qayıtmışdır. Ofisin qarşısına çatdıqda Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 orada dayandıqlarını görmüş, həmin vaxt Zərərçəkmiş şəxs2 ofisə daxil olmuş və dərhal da çölə çıxmışdır. O, əvvəlcə Zərərçəkmiş şəxs2 tərəf hərəkət edib özü ilə gətirdiyi bıçaqla sonuncunun qarın nahiyəsinə bir zərbə vurmuş, eyni zamanda sonuncu da əlindəki bıçaqla onun sol qoluna zərbə endirmişdir. Bundan sonra o, bıçaqla yenidən Zərərçəkmiş şəxs2 vurmaq istədikdə sonuncu qaçmağa başlamış, lakin bir müddət hərəkət etdikdən sonra ofisin qarşısındakı reklam tablosuna dəyərək yerə yıxılmış, yerdən qalxdıqdan sonra isə Zərərçəkmiş şəxs2 və atası Zərərçəkmiş şəxs1 onun qarşısında dayanmışlar. O, yenidən Zərərçəkmiş şəxs2 bıçaqla zərbə vurmaq istədikdə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 sağ tərəfə hərəkət etdirdiyi üçün bıçaq sonuncuya deyil, Zərərçəkmiş şəxs1 kürəyinə dəymiş və həmin vaxt o, özü də yerə yıxılmışdır. Bu zaman Zərərçəkmiş şəxs3 ona hücum etdikdə o, əlində olan bıçaqla sonuncunun kürək nahiyəsinə bir zərbə vurmuş, daha sonra isə yerdə dalaşan zaman əvvəlcə Zərərçəkmiş şəxs2, ardınca isə Zərərçəkmiş şəxs1 ona tərəf hərəkət etmiş və yerdə dalaşdıqları zaman bilmədiyi şəxs onun əlindəki bıçağı alaraq ona xəsarət yetirmişdir. Təxminən 2-3 dəqiqə dalaşmışlar, lakin həmin vaxt bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməmişlər, bundan sonra isə o, yaralanmış halda oradan qaçaraq Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “Nərgiz Klinika”sının yanında taksiyə əyləşib sürücüdən onu Gəncə şəhərinə aparmasını xahiş etmiş və həmin avtomobilə əyləşmişdir. Avtomobil hərəkət edib Gəncə şossesində yerləşən yanacaq doldurma məntəqəsinin yanına çatdıqda avtomobildən düşərək sanitar qovşağa tərəf getmək istəmiş, lakin yolun yarısında huşunu itirdiyi üçün yerə yıxılmış, ayıldıqda isə xəstəxanada olduğunu görmüşdür. O, hadisədən bilavasitə əvvəl Şahid1 pivə istəyərkən hər hansı kobudluq etməmiş, nalayiq ifadələr işlətməmiş, Zərərçəkmiş şəxs2 ona əsassız olaraq irad bildirmiş, sonuncu ilə mübahisə edərkən Zərərçəkmiş şəxs2 tərəfindən ona bıçaqla xəsarətin ilkin olaraq dalaşdıqları, yaxud yerdə yıxılı vəziyyətdə yetirilməsini dəqiq xatırlamamış və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 özünü müdafiə etmək məqsədilə xəsarət yetirmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 isə onun övladlarıdır. 27 aprel 2024-cü il tarixdə təxminən saat 07:40 radələrində övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2lə birlikdə işlədikləri ünvan 3 ünvanında yerləşən mənzillərin alğı-satqısı ofisində olan zaman Təqsirləndirilən şəxs ofisin qarşısına gələrək oğlu Zərərçəkmiş şəxs3 çölə çağırmış, sonuncu çölə çıxmış və bir müddət sonra isə içəri daxil olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ofisin qarşısında ucadan söyüş söyməyə başlamış, bu səbəbdən də o, Təqsirləndirilən şəxs ofisə dəvət etmiş və sonuncuya çay təklif etmişdir. Bir qədər sonra əvvəlcə oğlu Zərərçəkmiş şəxs2, təxminən 2-3 dəqiqə sonra isə Təqsirləndirilən şəxs çölə çıxmışlar. Bir qədər sonra da da ofisdən çölə çıxdıqda Təqsirləndirilən şəxslə oğlu Zərərçəkmiş şəxs2 Şahid1 işlətdiyi ərzaq dükanının qarşısında, sonuncunun yanında olduqlarını görmüş və həmin vaxt Təqsirləndirilən şəxs orada ünvansız söyüşlərdən istifadə edərək Şahid1 yüksək səs tonu ilə nisyə pivə istədiyini eşitmişdir. Bu zaman oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu sakitəşdirməyə çalışmış, elə həmin vaxt Təqsirləndirilən şəxs ərzaq dükanından götürdüyü içkini təpiklə vuraraq yola atmasını, Zərərçəkmiş şəxs2lə mübahisə etməsini görmüş və həmin yerə tərəf hərəkət etmişdir. Mağazanın qarşısına çatdıqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qolundan tutaraq sonuncunu yaşadıqları binaya tərəf aparmış və o, bu barədə oğlu Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs2 zəng edərək geri qayıtmasını tələb etmiş, bir müddət sonra sonuncu və Təqsirləndirilən şəxs Şahid1 mağazasının qarşısına gəlmişlər. Həmin vaxt o, oğlu Zərərçəkmiş şəxs2 kənara aparmasının səbəbini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu isə söhbət etmək məqsədilə getdiklərini ona demişdir. Mağazanın qarşısında yenidən Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış və o, mübahisənin qarşısını almaq məqsədilə oğlu Zərərçəkmiş şəxs3lə birlikdə Təqsirləndirilən şəxs qarşısında dayanmış, Zərərçəkmiş şəxs2 isə onların arxasında olmaqla təxminən 1-2 metr məsafədə dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs3 itələyərək Zərərçəkmiş şəxs2 zərbə vurmaq üçün sonuncunun üzərinə atılmış, bunu görən Zərərçəkmiş şəxs2 isə geri çəkilib ofisə tərəf qaçmış və bu zaman o və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşısında dayanmışlar. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəni çıxarıb Zərərçəkmiş şəxs2lə dalaşmağa cəhd etmiş və həmin vaxt o, oğlu Zərərçəkmiş şəxs2 əlində bıçaqla Təqsirləndirilən şəxs tərəf gəldiyini görmüşdür. O, dərhal oğlu Zərərçəkmiş şəxs2 qarşısını kəsib sakitləşdirib əlindəki bıçağı alıb cibinə qoymuş, oğlu Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs sakitləşdirərək sonuncunu yaxınlıqdakı işıqfora tərəf aparmış və bir qədər sonra oğlu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs yola salıb yenidən Zərərçəkmiş şəxs2 yanına qayıtmışdır. Bundan bir qədər sonra ofisin qarşısında olarkən Təqsirləndirilən şəxs əlində saxladığı gül kolu ilə onların yanına qayıtmış və onlara çatarkən əlindəki gül kollarını tullayıb həmin gül kollarının arasında gizlətdiyi bıçaqla qəflətən Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə bir zərbə vurmuşdur. Bu zaman o və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almaq üçün sonuncuya tərəf hərəkət etməyə çalışmışlar, lakin Elvin Təqsirləndirilən şəxs Qarayevin gəldiyini görüb, əlində olan bıçaqla sonuncuya da zərbə vurmaq üçün iti addımlarla sonuncunu təqib etməyə başlamışdır. Bunu görən oğlu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qaçmağa başlamış, sonuncu isə Zərərçəkmiş şəxs3 də bıçaqla zərbə vurmaq üçün sonuncunun arxası ilə qaçmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almağa cəhd etmiş, oğlu Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs zorakı hərəkətlərindən yayınmaq istədikdə ofisin qarşısındakı reklam tablosuna dəyərək yerə yıxılmış, lakin dərhal ayağa qalxmışdır. Təqsirləndirilən şəxs əlində saxladığı bıçaqla onun və Zərərçəkmiş şəxs3 qarşısında dayanmış və ona və Zərərçəkmiş şəxs3 xəsarət yetirmək üçün əlində saxladığı bıçaqla onlara hücum etmişdir. Bunu görüb, yanında dayanan oğlu Zərərçəkmiş şəxs3 sağ tərəfə hərəkət etdirmiş, bu zaman Təqsirləndirilən şəxs onlara tərəf istiqamətləndirdiyi bıçaq zərbəsi onun kürəyinə dəymiş, sonra isə Təqsirləndirilən şəxs ayağı onun ayağına ilişmiş və birlikdə yerə yıxılmışlar. Bu zaman oğlu Zərərçəkmiş şəxs3 və oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yerdən qalxmasına və yenidən onlara xəsarət yetirməsinə mane olmaq məqsədilə sonuncuya hücum etmişlər, lakin sonuncu əlində saxladığı bıçaqla Zərərçəkmiş şəxs3 kürək nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Bunu görən oğlu Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 səsləyərək Təqsirləndirilən şəxs əlindəki bıçağı almasını demiş, sonuncu yerdə olmasına baxmayaraq, zorakı hərəkətlərini dayandırmadığını, fiziki cəhətdən onlardan xeyli güclü olduğunu görüb zorakı hərəkətlərinin qarşısını başqa yolla ala bilməyəcəklərini anlayıb, habelə oğlanları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bədənindən qanın axdığını görüb, ayağa qalxıb toparlandıqdan sonra bir qədər əvvəl Zərərçəkmiş şəxs2 aldığı və cibində saxladığı bıçağı cibindən çıxarıb Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncunun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3lə yerdə əlbəyaxa davaya davam etdiyini və övladlarından əl çəkmədiyini görüb cibindən çıxardığı və əlində saxladığı bıçaqla Təqsirləndirilən şəxs sinə nahiyəsinə 1 zərbə və bədəninin sol nahiyəsinə 1 zərbə olmaqla, ümumilikdə 2 zərbə vurmuşdur. Mübahisənin gedişində yerdə olan oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlində saxladığı bıçağı sonuncudan almağa çalışmış, lakin həmin vaxt Təqsirləndirilən şəxs qeyd olunan bıçaqla Zərərçəkmiş şəxs2 sol bilək nahiyəsini kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerdən qalxaraq, yola tərəf qaçmağa başlamış, o və övladları isə qaçaraq avtomobillərinə əyləşib Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Təqsirləndirilən şəxslə aralarında yaranmış mübahisəyə səbəb sonuncunun həmin vaxt orada nalayiq sözlər işlətməsi, sakitləşdirmək cəhdlərinə baxmayaraq, Təqsirləndirilən şəxs ardıcıl olaraq hərəkətlərini davam etdirməsi, bununla yanaşı Təqsirləndirilən şəxs sonuncunu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs2lə mübahisə etməsi, daha sonra onun və oğlu Zərərçəkmiş şəxs3 də Təqsirləndirilən şəxs sakitləşdirməyə cəhd etmələrinə sonuncunun məhəl qoymadan spirtli içkinin təsiri nəticəsində hər kəslə mübahisə etməsi olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Zərərçəkmiş şəxs1 onun atası, Zərərçəkmiş şəxs3 isə qardaşıdır. 27 aprel 2024-cü il tarixdə təxminən saat 07:40 radələrində atası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs3lə birlikdə işlədikləri ünvan 3 ünvanında yerləşən mənzillərin alğı-satqısı ofisində olan zaman Təqsirləndirilən şəxs ofisin qarşısına gələrək qardaşı Zərərçəkmiş şəxs3 çölə çağırmış, sonuncu çölə çıxmış və bir müddət sonra içəri daxil olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ofisin qarşısında ucadan söyüş söyməyə başlamış, bu səbəbdən də atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ofisə dəvət etmiş və sonuncuya çay təklif etmişdir. Bir qədər sonra o, ərzaq mağazası işlədən Şahid1 yanına getmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs mağazanın qarşısına gəlib uca səslə həm Şahid1 ünvanına, həm də ünvansız nalayiq ifadələrdən istifadə edib Şahid1 nisyə pivə istəyərək pulunun atası tərəfindən sonra ödəniləcəyini demiş, lakin sonuncu bundan imtina etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bu hərəkətini görüb sonuncuya irad bildirərək sakit dayanmasını, Şahid1 yaşca böyük olmasını demiş və onun hesabına Təqsirləndirilən şəxs bir ədəd spirtli içki olan “GO” verməsini Şahid1 xahiş etmişdir. Təqsirləndirilən şəxs “GO” spirtli içkisini götürdükdən sonra səbəbsiz yerə təpik vuraraq bir neçə metr kənara tullamış, bu səbəbdən də o, yenidən Təqsirləndirilən şəxs irad bildirmiş və sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu yaşadığı binanın qarşısına aparmış, oraya çatdıqda qardaşı Zərərçəkmiş şəxs3 ona zəng edərək geri qayıtmasını təklif etdiyi üçün əvvəlcə o, ardınca isə Təqsirləndirilən şəxs Şahid1 mağazasının qarşısına qayıtmışlar. Həmin vaxt atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxınlaşıb onu binanın qarşısına aparmasının səbəbini soruşmuş, Təqsirləndirilən şəxs isə söhbət etmək üçün binanın qarşısına getdiklərini bildirmişdir. Orada olan zaman yenidən onunla Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, bu zaman atası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşısında, o isə atası və qardaşının arxa tərəfində təxminən 1-2 metr kənarda dayanmışdır. Bu zaman atası və qardaşı Təqsirləndirilən şəxs sakitləşdirmələrinə baxmayaraq, sonuncu öz hərəkətlərini davam etdirmiş və qardaşı Zərərçəkmiş şəxs3 itələyərək ona yumruq zərbəsi vurmaq məqsədilə ona tərəf hərəkət etməyə cəhd etmiş, lakin o, ofisə tərəf qaçmış və oradan bıçaq götürüb yenidən həmin yerə qayıtmışdır. Ofisdən götürdüyü bıçaqla Təqsirləndirilən şəxs tərəf gedən zaman atası və qardaşı onun qarşısını kəsmişlər və atası Zərərçəkmiş şəxs1 onun əlində olan bıçağı alıb cibinə qoymuşdur. Qardaşı Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs sakitləşdirərək yaxınlıqdakı yolayrıcında olan işıqfora tərəf aparmış, sonuncunu yola saldıqdan sonra onların yanına qayıtmış və daha sonra isə birlikdə ofisin qarşısına gəlmişlər. Bundan bir qədər sonra ofisin qarşısında olarkən Təqsirləndirilən şəxs əlində saxladığı gül kolu ilə onların yanına qayıtmış və onlara çatarkən əlindəki gül kollarını tullayıb həmin gül kollarının arasında gizlətdiyi bıçaqla qəflətən onun qarın nahiyəsinə bir zərbə vurmuşdur. Bu zaman qardaşı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almaq üçün sonuncuya tərəf hərəkət etməyə çalışmış, lakin Elvin Təqsirləndirilən şəxs Qarayevin gəldiyini görüb əlində olan bıçaqla sonuncuya da zərbə vurmaq üçün iti addımlarla sonuncunu təqib etməyə başlamışdır. Bunu görən qardaşı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qaçmağa başlamış, sonuncu isə Zərərçəkmiş şəxs3 də bıçaqla zərbə vurmaq üçün sonuncunun arxası ilə qaçmışdır. Həmin vaxt atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almağa cəhd etmiş, qardaşı Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs zorakı hərəkətlərindən yayınmaq istədikdə ofisin qarşısındakı reklam tablosuna dəyərək yerə yıxılmış, lakin dərhal ayağa qalxmışdır. Təqsirləndirilən şəxs əlində saxladığı bıçaqla atası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs3 qarşısında dayanmış, atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs3 bıçaqla vurmağa cəhd etdiyini görüb sonuncunu sağ tərəfə hərəkət etdirmiş, bu zaman X6 Qarayevə tərəf istiqamətləndirdiyi bıçaq zərbəsi atasının kürəyinə dəymiş, sonra isə Təqsirləndirilən şəxs ayağı atasının ayağına ilişmiş və birlikdə yerə yıxılmışlar. Bu zaman o və qardaşı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs yerdən qalxmasına və yenidən onlara xəsarət yetirməsinə mane olmaq məqsədilə sonuncuya hücum etmişlər, lakin sonuncu əlində saxladığı bıçaqla Zərərçəkmiş şəxs3 kürək nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Qardaşı Zərərçəkmiş şəxs3 onu səsləyərək Təqsirləndirilən şəxs əlindəki bıçağı almasını demiş, sonuncunun onlara yenidən xəsarət yetirməməsi üçün yerdə Təqsirləndirilən şəxslə əlbəyaxa olan zaman sonuncunun əlindəki bıçağı almaq istəmiş, lakin Təqsirləndirilən şəxs bıçaqla onun bilək nahiyəsi kəsilmişdir. O, Təqsirləndirilən şəxs məxsus bıçağı sonuncunun əlindən almış, sonuncunun zorakı hərəkətlərini dayandırmadığını, həmin hərəkətlərinin qarşısını başqa formada ala bilməyəcəyini, habelə ona, atası və qardaşına yenidən xəsarət yetirə biləcəyini düşünüb Təqsirləndirilən şəxs sinə və sol qol nahiyələrinə zərbələr vuraraq xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerdən qalxaraq yola tərəf qaçmış, onlar isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Təqsirləndirilən şəxslə aralarında yaranmış mübahisəyə səbəb sonuncunun həmin vaxt spirtli içkinin təsiri ilə orada nalayiq sözlər işlətməsi, sakitləşdirmək cəhdlərinə baxmayaraq, Təqsirləndirilən şəxs ardıcıl olaraq hərəkətlərini davam etdirməsi olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Zərərçəkmiş şəxs1 onun atası, Zərərçəkmiş şəxs2 isə qardaşıdır. 27 aprel 2024-cü il tarixdə təxminən saat 07:40 radələrində atası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə işlədikləri ünvan 3 ünvanında yerləşən mənzillərin alğı-satqısı ofisində olan zaman Təqsirləndirilən şəxs ofisin qarşısına gələrək onu çölə çağırmış və o, çölə çıxıb Təqsirləndirilən şəxs siqaret verərək yenidən ofisə daxil olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ofisin qarşısında ucadan söyüş söyməyə başlamış, bu səbəbdən də atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ofisə dəvət etmiş və sonuncuya çay təklif etmişdir. Bir qədər sonra əvvəlcə qardaşı Zərərçəkmiş şəxs2, təxminən 2-3 dəqiqə sonra isə Təqsirləndirilən şəxs çölə çıxmışlar. Bir qədər sonra atası Zərərçəkmiş şəxs1 də çölə çıxmış, o isə ofisdə qalmışdır. Bir qədər sonra atası ofisə daxil olaraq Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 binaya tərəf apardığını ona demiş, o da qardaşı Zərərçəkmiş şəxs2 zəng edərək geri qayıtmasını tələb etmiş, bir müddət sonra isə Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs Şahid1 mağazasının qarşısına gəlmişlər. Həmin vaxt atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs2 binanın qarşısına aparmasının səbəbini soruşmuş, Təqsirləndirilən şəxs isə söhbət etmək üçün binanın qarşısına getdiklərini bildirmişdir. Orada olan zaman yenidən Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, bu zaman o və atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşısında, qardaşı Zərərçəkmiş şəxs2 isə onun və atasının arxa tərəfində təxminən 1-2 metr kənarda dayanmışdır. Bu zaman o və atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sakitləşdirmələrinə baxmayaraq, sonuncu öz hərəkətlərini davam etdirmiş və onu itələyərək qardaşı Zərərçəkmiş şəxs2 yumruq zərbəsi vurmaq məqsədilə sonuncuya tərəf hərəkət etməyə cəhd etmiş, lakin qardaşı Zərərçəkmiş şəxs2 ofisə tərəf qaçmış və oradan bıçaq götürüb yenidən həmin yerə qayıtmışdır. Qardaşı Zərərçəkmiş şəxs2 ofisdən götürdüyü bıçaqla Təqsirləndirilən şəxs tərəf gedən zaman o və atası Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qarşısını kəsmişlər və atası Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 əlində olan bıçağı alıb cibinə qoymuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs sakitləşdirərək yaxınlıqdakı yolayrıcında olan işıqfora tərəf aparmış, sonuncunu yola saldıqdan sonra atası Zərərçəkmiş şəxs1 yanına qayıtmış və daha sonra isə birlikdə ofisin qarşısına gəlmişlər. Bundan bir qədər sonra ofisin qarşısında olarkən Təqsirləndirilən şəxs əlində saxladığı gül kolu ilə onların yanına qayıtmış və onlara çatarkən əlindəki gül kollarını tullayıb həmin gül kollarının arasında gizlətdiyi bıçaqla qəflətən Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə bir zərbə vurmuşdur. Bu zaman o və atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almaq üçün sonuncuya tərəf hərəkət etməyə çalışmışlar, lakin Təqsirləndirilən şəxs onun gəldiyini görüb əlində olan bıçaqla ona da zərbə vurmaq üçün iti addımlarla onu təqib etməyə başlamışdır. Bu zaman o, Təqsirləndirilən şəxs qaçmağa başlamış, sonuncu isə onda da bıçaqla zərbə vurmaq məqsədilə onun arxası ilə qaçmışdır. Həmin vaxt atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almağa cəhd etmiş, o isə Təqsirləndirilən şəxs zorakı hərəkətlərindən yayınmaq istədikdə ofisin qarşısındakı reklam tablosuna dəyərək yerə yıxılmış, lakin dərhal ayağa qalxmışdır. Daha sonra Təqsirləndirilən şəxs əlində saxladığı bıçaqla onun və atası Zərərçəkmiş şəxs1 qarşısında dayanmış, ona və atası Zərərçəkmiş şəxs1 xəsarət yetirmək üçün əlində saxladığı bıçaqla onlara hücum etmişdir. Həmin vaxt atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona bıçaqla vurmağa cəhd etdiyini görüb onu sağ tərəfə hərəkət etdirmiş, bu zaman Elvin Abullayevin ona tərəf istiqamətləndirdiyi bıçaq zərbəsi atasının kürəyinə dəymiş, sonra isə Təqsirləndirilən şəxs ayağı atasının ayağına ilişmiş və birlikdə yerə yıxılmışlar. Bu zaman o və qardaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yerdən qalxmasına və yenidən onlara xəsarət yetirməsinə mane olmaq məqsədilə sonuncuya hücum etmişlər, lakin Təqsirləndirilən şəxs əlində saxladığı bıçaqla onun kürək nahiyəsinə zərbə vuraraq sonuncuya xəsarət yetirmişdir. O, Zərərçəkmiş şəxs2 səsləyərək Təqsirləndirilən şəxs əlindəki bıçağı almasını demiş, sonuncu Təqsirləndirilən şəxs əlindəki bıçağı almaq istəmiş, lakin sonuncu bıçaqla Zərərçəkmiş şəxs2 bilək nahiyəsini kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerdən qalxaraq yola tərəf qaçmış, onlar isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Təqsirləndirilən şəxslə aralarında yaranmış mübahisəyə səbəb sonuncunun həmin vaxt orada nalayiq sözlər işlətməsi, sakitləşdirmək cəhdlərinə baxmayaraq, Təqsirləndirilən şəxs ardıcıl olaraq hərəkətlərini davam etdirməsi, bununla yanaşı Təqsirləndirilən şəxs sonuncunu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs2lə mübahisə etməsi, daha sonra onun və atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sakitləşdirməyə cəhd etmələrinə sonuncunun məhəl qoymadan spirtli içkinin təsiri nəticəsində hər kəslə mübahisə etməsi olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. ünvan 3 ünvanında yerləşən ərzaq dükanında işləyir. 27 aprel 2024-cü il tarixdə təxminən səhər saat 07:40 radələrində ərzaq dükanının qarşısında olarkən Təqsirləndirilən şəxs yolu keçərək uca səslə danışa-danışa ərzaq dükanının qarşısına gəlmiş, o da Təqsirləndirilən şəxs irad bildirərək sakit danışmasını və qışqırmamasını demişdir. Həmin vaxt ərzaq dükanının üstündə yerləşən mənzillərdə yaşayan hazırda xatırlamadığı şəxslərdən bir neçəsi eyvana çıxmış və Təqsirləndirilən şəxs öz iradlarını bildirmişlər. Təqsirləndirilən şəxs ona daha yaxın gələrək dükanın giriş qapısının qarşısında onunla üzbəüz dayanmış, ondan spirtli içki pivə istəmiş, lakin Təqsirləndirilən şəxs atası sonuncuya spirtli içki vərməməsini tapşırdığı üçün o, müxtəlif bəhanələr gətirərək sonuncuya pivə verməkdən yayınmışdır. Təqsirləndirilən şəxs pivə vermədiyi üçün sonuncu onunla mübahisə etməyə və mağazasının qarşısında uca səslə nalayiq sözlər deməyə başlamış, o da Təqsirləndirilən şəxs mağazanın qarşısından uzaqlaşması üçün mağazaya daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs mağazanın qarşısında dayanaraq ona pivə vermədiyi üçün ünvanına nalayiq sözlər deməyə davam etmiş, qeyd olunan səbəbdən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs2 sonuncuya yaxınlaşıb küçədə söyüş söydüyünə görə Təqsirləndirilən şəxs irad bildirib hərəkətlərinə son qoymasını tələb etmişdir. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs2 öz hesabına Təqsirləndirilən şəxs “Go” spirtli içkisini verməsini ondan xahiş etmiş, daha sonra Zərərçəkmiş şəxs2 “GO” spirtli içkisini ondan alıb Təqsirləndirilən şəxs vermiş, sonuncu isə “GO” spirtli içkisini götürdükdən sonra təpiklə vuraraq yola tərəf atmışdır. Bundan sonra Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında mübahisə başlamış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qolundan tutaraq sonuncunu yaşadıqları binaya tərəfə aparmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs2, ardınca isə Təqsirləndirilən şəxs mağazanın qarşısına gəlmişlər. Mağazanın qarşısında yenidən onların arasında mübahisə yaranmış və orada olan Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 və sonuncunun oğlu Zərərçəkmiş şəxs3 onları sakitləşdirməyə çalışmışlar. Lakin Təqsirləndirilən şəxs öz hərəkətlərini dayandırmamış, onun qarşısında dayanan Zərərçəkmiş şəxs3 itələyərək Zərərçəkmiş şəxs2 yumruq zərbəsi vurmaq üçün sonuncuya tərəf hərəkət etmiş, lakin Zərərçəkmiş şəxs2 ofisə tərəf qaçmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşısına keçərək sonuncunu sakitləşdirməyə çalışmışlar, Zərərçəkmiş şəxs2 isə ofisdən götürdüyü bıçaqla Təqsirləndirilən şəxs tərəf getmişdir. Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 bıçaqla gəldiyini görüb sonuncunun qarşısını kəsib bıçağı əlindən alaraq qoluna girib ofisə tərəf aparmış, Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs sakitləşdirərək yaxınlıqdakı yolayrıcında olan işıqfora tərəf aparmışdır. Təxminən bir neçə dəqiqə sonra mağazanın qarşısında olan zaman Təqsirləndirilən şəxs yolu keçərək həmin şəxslərin işlədiyi ofisə tərəf gəldiyini görmüş, qeyd olunan vaxt Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 isə işlədikləri ofisin qarşısında dayanmışlar. Təqsirləndirilən şəxs həmin yerə çatdıqdan sonra sonuncu ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 arasında dava-dalaş baş vermiş, lakin həmin vaxt o, dalaşan tərəflərin sayının çox olması səbəbindən hansı şəxsin hansı şəxsə və hansı xəsarəti yetirməsini görə bilməmişdir. Mübahisə başa çatdıqdan sonra isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəstəxanaya getmişlər. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsi ilə nəticələnmiş dava-dalaşın səbəbi Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs içkili vəziyyətdə insanların gediş-gəlişdə olduğu yerdə, yəni küçədə ünvansız nalayiq sözlər deməsinin və səs-küy salmasının qarşını almaq məqsədilə sonuncunu sakitləşdirməyə çalışmaları olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 aprel 2024-cü il tarixdə təxminən səhər saat 07:50 radələrində işlədiyi ünvan 3 ünvanında yerləşən “Təmizkar Butik” mağazasında olan zaman adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs onların işlədiyi mağazanın qarşısında ucadan ünvansız nalayiq sözlər dediyini görmüş, həmin vaxt Zərərçəkmiş şəxs1 ofisdən çıxaraq Təqsirləndirilən şəxs yaxınlaşıb irad bildirərək nalayiq sözlər deməməsini tələb etmiş və sonuncunu ofisə dəvət etmişdir. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs həmin yeri tərk edib ərzaq dükanında işləyən Şahid1 işlətdiyi mağazanın qarşısında dayanmış, daha sonra Şahid1 yaxınlaşaraq uca səslə sonuncudan spirtli içki pivə istəyərək pulunu atasının ödəyəcəyini demiş, həmin vaxt o, “Təmizkar Butik” mağazasının qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs Şahid1la mübahisə edərkən Zərərçəkmiş şəxs2 oraya yaxınlaşmış və təxminən bir neçə dəqiqə sonra ərzaq dükanının qarşısında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında mübahisənin yarandığını görüb həmin yerə tərəf yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşısında dayanmışlar, Zərərçəkmiş şəxs2 isə onların arxasında dayanaraq Təqsirləndirilən şəxs ilə mübahisə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşısında dayanan Zərərçəkmiş şəxs3 itələyərək Zərərçəkmiş şəxs2 tərəf hərəkət etmiş, sonuncu isə ofisə tərəf qaçmışdır. Zərərçəkmiş şəxs1lə oğlu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışlar, Zərərçəkmiş şəxs2 isə əlində saxladığı bıçaqla Təqsirləndirilən şəxs tərəf getmiş, bunu görən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 qarşısına keçib bıçağı sonuncunun əlindən almışdır. Bundan sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qolundan tutaraq sonuncunu işıqfora tərəf aparmış, bir qədər sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ofisin qarşısına gəlib orada dayanmışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs əlində olan gül kollarının arasında gizlətdiyi bıçaqla adları qeyd olunan şəxslərə tərəf gəlmiş və ilk öncə Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 tərəf gedərək bıçaqla sonuncunun qarın nahiyəsinə zərbə vurmuş, sonra isə Zərərçəkmiş şəxs1 kürəyinə bıçaqla zərbə vurub xəsarət yetirmişdir. Daha sonra dava-dalaş zamanı Təqsirləndirilən şəxs yerə yıxılmış və bu zaman əvvəlcə Zərərçəkmiş şəxs3, ardınca isə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzərinə tullanmışlar. Zərərçəkmiş şəxs2 yerdə dalaşan zaman Təqsirləndirilən şəxs əlində saxladığı bıçağı almağa çalışmış, bu zaman Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yerdə dalaşan zaman Zərərçəkmiş şəxs1 oraya tərəf yaxınlaşıb əlində olan bıçaqla yerdə olan Təqsirləndirilən şəxs yuxarıdan aşağı istiqamətlənən iki zərbə vurmuş və həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlindəki bıçağı almaq istəyərkən qolundan xəsarət almışdır. Mübahisə başa çatdıqdan sonra Təqsirləndirilən şəxs yerdən qalxaraq yola tərəf qaçmış, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə dalaşmalarının səbəbi sonuncunun həmin tarixdə ətrafda olan şəxslərə qarşı etdiyi saymazlıq olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 27 aprel 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 10:20-də “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Mingəçevir Şəhər Polis Şöbəsinə Zərərçəkmiş şəxs1 döş qəfəsinin kəsilmiş-deşilmiş yarası və ciyərin deşiyi, Zərərçəkmiş şəxs2 qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş və sol dirsəyin kəsilmiş yarası, Zərərçəkmiş şəxs3 isə döş qəfəsinin arxa səthinin kəsilmiş-çapılmış bıçaq yarası xəsarətləri ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs1 tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 27 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə vaxtı sonuncunun ona bıçaqla xəsarət yetirməsi barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs3 tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 27 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə vaxtı sonuncunun ona bıçaqla xəsarət yetirməsi barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs1 tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 27 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə oğlu Zərərçəkmiş şəxs2 aralarında yaranmış mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməsi barədə məlumat verərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 27 aprel 2024-cü il tarixli 427 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 27 aprel 2024-cü il tarixli 428 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət əməli törədilən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 27 aprel 2024-cü il tarixli 429 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət əməli törədilən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs3 əynində olmuş olan bir ədəd ağ rəngli qısaqol köynəyə və bir ədəd ağ rəngli qolsuz maykaya baxış keçirilmiş və bu zaman köynəyin səthində qəhvəyi rəngli qanabənzər maddənin izləri, uzunluğu 620 mm, çiyin hissədən eni 330 mm olan, arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 270 mm yuxarıda, sol yan tikişdən 160 mm sağda 30 mm uzunluğunda bir ədəd zədə, qolsuz maykanın səthində isə qəhvəyimtil rəngli qanabənzər ləkələr, uzunluğu 600 mm, qoltuqaltı hissədən eni 410 mm olan, arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 285 mm yuxarıda 33 mm uzunluğunda bir ədəd zədə aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd ağ rəngli qısaqol köynəyə və bir ədəd ağ rəngli qolsuz maykaya baxış keçirilmiş və bu zaman köynəyin səthində qəhvəyi rəngli qanabənzər maddənin izləri, ön sağ və hər iki qol hissəsi kəsilmiş vəziyyətdə, uzunluğu 630 mm, çiyin hissədən eni 360 mm olan, ön hissəsinin sol aşağı tərəfində, ətəyin son kənarından 90 mm yuxarıda, sol yan tikişdən 125 mm sağda 24 mm uzunluğunda bir ədəd zədə, qolsuz maykanın səthində isə qəhvəyi rəngli qanabənzər ləkələr, sağ yan hissəsi və hər iki çiyin bağları kəsilmiş vəziyyətdə, uzunluğu 590 mm, qoltuqaltı hissədən eni 430 mm olan, ön hissəsinin nisbətən sol aşağı tərəfində, ətəyin son kənarından 70 mm yuxarıda 40 mm uzunluğunda bir ədəd aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, M.Maqomayev prospekti 79 nömrəli yaşayış binasında yerləşən “Təmizkar Butik” mağazasının qarşısıdır. Hadisə yeri piyadalar üçün nəzərdə tutulmuş səkidir. Həmin ərazi iaşə obyektlərinin qarşısı, həmçinin insanların intensiv gedişgəlişdə olduğu yer olmaqla, Mingəçevir şəhəri, M.Maqomayev prospektinin sağ və sol tərəfində yerləşən yaşayış binalarından aydın görünən və prospektdə hərəkətdə olan avtomobillərin müşahidəsi altında olan ərazidir. Həmin yerdə, yəni “Təmizkar Butik” mağazasının qarşısında yerdə qan ləkələri vardır. Qan ləkələri asfalt örtüyün üzərinə yayıldığından götürülməsi mümkün olmamışdır. Həmin yerdə iş üzrə sübut əhəmiyyəti kəsb edən əşyalar (bıçaq, geyim əşyalarına aid hissələr və sair) aşkar olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, hadisə yeri ətrafda olan iaşə obyektlərinin təhlükəsizlik kameralarının müşahidə zonasındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş vermə anını əks etdirən, ünvan 3 nömrəli yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən aptekə quraşdırılmış videogörüntülər DVD diskə köçürülərək götürülmüşdür. 1-ci videofraqmentdən 4 nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mübahisə etmələri, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hücum edərək zərbə vurmağa cəhd etməsi, orada olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onun qarşısına keçərək Təqsirləndirilən şəxs sakitləşdirib oradan uzaqlaşdırmağa cəhd etmələri, lakin Təqsirləndirilən şəxs əynində olan uzunqol gödəkçəni çıxarıb Zərərçəkmiş şəxs2lə dalaşmağa cəhd etməsi, Zərərçəkmiş şəxs2 bıçağı götürüb Təqsirləndirilən şəxs tərəf hərəkət etməsi, həmin vaxt Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 qarşısına keçib sonuncunu sakitləşdirməsi, daha sonra Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərzaq mağazasının qarşısından keçərək ofisə tərəf getmələri, təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduğu yerə, yəni ofisin qarşısına gəlməsi, ofisin qarşısında adları qeyd olunan şəxslərin arasında dava-dalaşın baş verməsi, dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 arxası ilə qaçması, Zərərçəkmiş şəxs3 isə ofisin qarşısında olan reklam tablosuna dəyərək yerə yıxılması, daha sonra Zərərçəkmiş şəxs3 ayağa qalxaraq atası Zərərçəkmiş şəxs1 yanında dayanması, həmin vaxt onların qarşısında dayanan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 bıçaqla hücum etməsi, nəticədə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs yerə yıxılması, daha sonra Təqsirləndirilən şəxs yerdən qalxmasına Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mane olması, eyni zamanda Zərərçəkmiş şəxs1 axsayaraq Təqsirləndirilən şəxs doğru hərəkət etməsi müəyyən olunmuşdur. 2-ci videofraqmentdən 27 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanında qeyri-yaşayış sahəsində yerləşən “Təmizkar Butik” mağazasının qarşısında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 arasında, yəni 4 nəfər şəxsin xəsarət almaları ilə nəticələnən dava-dalaşın baş verməsi, Elvin Abdulayevin yerə yıxılması, ilk öncə sonuncuya tərəf Zərərçəkmiş şəxs3, ardınca Zərərçəkmiş şəxs2 hücum etməsi, daha sonra Zərərçəkmiş şəxs1 əlində bıçağa bənzər əşya ilə Elvin Abdulayevə yaxınlaşması, sonuncuya zərbələr vurmağa çalışması, həmin şəxslər dalaşan zaman bir nəfər şəxsin əlində oturacaq ilə onların yanına yaxınlaşması, bundan başqa dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 də əlində bıçağa bənzər əşya ilə Təqsirləndirilən şəxs zərbələr vurmağa çalışması, Təqsirləndirilən şəxs yerdən qalxaraq səkiyə doğru qaçması, sonda isə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 oradan uzaqlaşmaları müəyyən olunmuşdur. Eyni zamanda təhlükəsizlik kameralarının videogörüntülərindən dava-dalaşın sonunda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əlində bıçağa bənzər əşyanın olması əks olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 may 2024-cü il tarixli 239 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizası zamanı onda “bağırsaqların zədələnmələri ilə qarın boşluğuna dəlib-keçən yara, hemorragik şokla müşayiət olunan sol dirsək nahiyəsinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə, 27 aprel 2024-cü il tarixdə kəsici-deşici əşyanın, ola bilsin bıçağın təsirindən qərarda qeyd olunan şəraitdə əmələ gəlmiş, hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Onun bədənində qarşılıqlı dalaşmaya xarakterik xəsarətlər (əzilmiş yaralar, qançırlar, müxtəlif növ sıyrıqlar və s.) aşkar olunmadı. Onun bədənindəki xəsarətlə Təqsirləndirilən şəxs bədənindəki bütün xəsarətlər eyni alətlə yetirilməyə uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs döş sümüyünün ön səthində döş sümüyü proyeksiyasında və sol qoltuqaltı nahiyəsində olan xəsarətlər ekspertizaya təqdim olunmuş kiçik ölçülü tiyəyə malik bıçaqla yetirilə bilərdilər. Lakin Təqsirləndirilən şəxs döş qəfəsinin sağ yarısında (sağlamlığa ağır zərər vuran) və sol bazu nahiyəsində olan xəsarətlərlə Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər iri ölçülü tiyəyə malik olan eyni bıçağın təsirindən əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 may 2024-cü il tarixli 240 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı onda “döş qəfəsinin arxa sol səthindən döş qəfəsinin daxilinə dəlib-keçən, pnevmohematoraksla müşayiət olunan yara” diaqnozu ilə, 27 aprel 2024-cü il tarixdə kəsici-deşici əşyanın, ola bilsin bıçağın təsirindən qərarda qeyd olunan şəraitdə əmələ gəlmiş, yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarət aşkar edilmişdir. Onun bədənində aşkar olunan xəsarət qarşılıqlı dalaşmaya xarakterik xəsarətlər (əzilmiş yaralar, qançırlar, müxtəlif növ sıyrıqlar və s.) deyildir. Onun bədənindəki xəsarətlə Təqsirləndirilən şəxs bədənindəki bütün xəsarətlər eyni alətlə yetirilməyə uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs döş sümüyünün ön səthində döş sümüyü proyeksiyasında və sol qoltuqaltı nahiyəsində olan xəsarətlər ekspertizaya təqdim olunmuş kiçik ölçülü tiyəyə malik bıçaqla yetirilə bilərdilər. Lakin Təqsirləndirilən şəxs döş qəfəsinin sağ yarısında (sağlamlığa ağır zərər vuran) və sol bazu nahiyəsində olan xəsarətlərlə Zərərçəkmiş şəxs1 bədənində olan xəsarət iri ölçülü tiyəyə malik olan eyni bıçağın təsirindən əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 may 2024-cü il tarixli 241 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibb ekspertizası zamanı onda “döş fəqərəsinin arxa səthində döş boşluğuna dəlib-keçməyən kəsilmiş yara” diaqnozu ilə, 27 aprel 2024-cü il tarixə kəsici-deşici əşyanın, ola bilsin bıçağın təsirindən qərarda qeyd olunan şəraitdə əmələ gəlmiş, sağlamlığı qısa müddətdə müvəqqəti pozduğundan ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət aşkar olunmuşdur. Onun bədənində aşkar olunan xəsarət qarşılıqlı dalaşmaya xarakterik xəsarətlər (əzilmiş yaralar, qançırlar, müxtəlif növ sıyrıqlar və s.) deyildir. Onun bədənindəki xəsarət ilə Təqsirləndirilən şəxs döş qəfəsinin sağ yarısında (sağlamlığa ağır zərər vuran) və sol bazu nahiyəsində olan xəsarətlər iri ölçülü tiyəyə malik olan eyni bıçağın təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 18 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və bir ədəd bıçağın (Zərərçəkmiş şəxs1 təqdim etdiyi qeyd edilən bir ədəd bıçaq) səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kanar lif mikrohissəciklərinin növü və rəngi 1 nömrəli cədvəldə göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik-trasoloji ekspertizasının 18 iyul 2024-cü il tarixli 3-16-16/2-3/1010; 1011 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs3 məxsus 2 ədəd geyim əşyası...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş köynək və maykanın ön hissəsinin nisbətən sol aşağı tərəfində yerləşən və rəyin tədqiqi hissəsində təsvir edilmiş iki ədəd zədə vardır. Zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd geyim əşyası...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş köynək və maykanın ön hissəsinin nisbətən sol aşağı tərəfində yerləşən və rəyin tədqiqi hissəsində təsvir edilmiş iki ədəd zədə vardır. Zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərə əsasən iki ədəd köynəyin və üç ədəd maykanın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın, həmçinin tiyəsi həmin xassəyə malik hər hansı digər bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmiş, barəsində CM-in 29, 120.2, 128, 131.2 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və həmin cinayət işinin materiallarından Zərərçəkmiş şəxs1 barəsində CM-in 130.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə qeyd olunan cinayət işinin materiallarından Zərərçəkmiş şəxs1 barəsində CM-in 130.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində hadisədən bilavasitə əvvəl Şahid1 pivə istəyərkən hər hansı kobudluq etmədiyini, sonuncunun ünvanına nalayiq ifadələr işlətmədiyini, qeyd olunan məsələ ilə bağlı Şahid1la müzakirə aparan zaman Zərərçəkmiş şəxs2 hər hansı səbəb olmadan həmin məsələyə müdaxilə etməsi və əsassız olaraq ona irad bildirməsi nəticəsində mübahisənin yarandığını, daha sonra hadisənin gedişində baş verənlərin həmin vaxt Zərərçəkmiş şəxs2 onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən baş verdiyini və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 özünü müdafiə etmək məqsədilə xəsarət yetirdiyini demişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Həmçinin qeyd etmək zəruridir ki, “iki və ya daha çox şəxsə qarşı törədilmə”, “zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi” və “xuliqanlıq niyyəti” anlayışlarına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarında (bundan sonra – Qərar) aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın 11-ci bəndinə əsasən, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. İki və ya daha çox qəsdən adam öldürmə vahid qəsdlə əhatə olunmadıqda ayrı-ayrı vaxtlarda törədildikdə təqsirkarın əməli təkrar adam öldürmə kimi CM-in 120.2.10-cu maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs vahid qəsdlə və eyni vaxtda qəsdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər vurması onun qəsdən iki şəxsin sağlamlığına ağır zərər vurmasını təsdiq edir. Habelə bu Qərarın 7-ci bəndinə əsasən, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs əlində olan bıçaqla həm Zərərçəkmiş şəxs3, həm də Zərərçəkmiş şəxs1 hücum çəkməsi və bu zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs istiqamətləndirdiyi bıçaq zərbələrindən oğlu Zərərçəkmiş şəxs3 yayındırmaq, oğlunun həyat və sağlamlığını cinayətkar qəsddən qorumaq və ictimai borcunu yerinə yetirmək məqsədilə müvafiq hərəkətləri edən zaman məhz Zərərçəkmiş şəxs1 özünün sağlamlığına ağır zərər vurulması Təqsirləndirilən şəxs məhz zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünün sağlamlığına ağır zərər vurulmasını təsdiq edir. Həmçinin bu Qərarın 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid1 qarşı etdiyi qanunazidd hərəkətlərinə Zərərçəkmiş şəxs2 irad bildirməsi səbəbindən Təqsirləndirilən şəxs bunu bəhanə edərək hər hansı əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2, habelə mübahisənin gedişində yenidən hər hansı əsaslı səbəb olmadan hadisənin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 sağlamlıqlarına qəsdən ağır zərər vurması onun məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmasını təsdiq edir. Bundan başqa, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Bu Qərarın 2-ci bəndinə əsasən, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu Qərarın 3-cü bəndinə əsasən, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bu Qərarın 4-cü bəndinə əsasən, CM-in 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu Qərarın 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Bu Qərarın 8-ci bəndinə əsasən, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin CM-in 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Bu Qərarın 9-cu bəndinə əsasən, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan CM-in 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs ictimai yer hesab edilən küçədə digər şəxslərin gözü qarşısında insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib həmin qaydalara etinasızlıq göstərərək bıçaqdan silah qismində istifadə etməklə zərərçəkmiş şəxslərə zərbə vurub sağlamlıqlarına zərər vurması onun məhz xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və insan həyatı üçün təhlükəli olan iki şəxsin sağlamlığına qəsdən xuliqanlıq niyyəti ilə ağır zərər vurmuş, habelə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə 126.2.1, 126.2.2, 126.2.4-cü maddələrində göstərilən cinayət əməlləri ağır, CM-in 221.3-cü maddəsində göstərilən cinayət əməli isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs oğıuna qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Abdullayev X4 şəhəri, M.Maqomayev küçəsi, ev 12, mənzil 3 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Qarayev X1 şəhəri, M.ünvan 5 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Qarayev X2 şəhəri, M.ünvan 5 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Abdullayev X4 Şəhər Məhkəməsinin 11 iyul 2014-cü il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 30 oktyabr 2014cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti başa çatdığına görə 02 mart 2015-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, məhz cinayətin üsulu kimi bıçaqdan istifadə edilməsini, xəsarət yetirilmiş şəxslərin və yetirilən bədən xəsarətlərinin sayını, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 126.2.1, 126.2.2, 126.2.4-cü maddələrində göstərilən cinayət əməlləri ağır, CM-in 221.3-cü maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 01 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 gün olmaqla, 05 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 01 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Nevroloji Dispanserindən daxil olmuş 30 may 2024-cü il tarixli 932 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut qismində tanınma haqqında 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qara rəngli qolsuz mayka, Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd ağ rəngli qısaqol köynək və bir ədəd ağ rəngli qolsuz mayka və Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd ağ rəngli qısaqol köynək və bir ədəd ağ rəngli qolsuz mayka həmin tarixdə maddi sübut qismində tanınmışdır və Mingəçevir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılır. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qara rəngli qolsuz mayka, Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd ağ rəngli qısaqol köynək və bir ədəd ağ rəngli qolsuz mayka və Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd ağ rəngli qısaqol köynək və bir ədəd ağ rəngli qolsuz mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 214 (iki yüz on dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 214 (iki yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qara rəngli qolsuz mayka, Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd ağ rəngli qısaqol köynək və bir ədəd ağ rəngli qolsuz mayka və Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd ağ rəngli qısaqol köynək və bir ədəd ağ rəngli qolsuz mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar