Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-242/2023 04.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Masallı rayonu Zuvandlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayonu X1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 2,620 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək 25 mart 2023-cü il tarixdə saat 17 radələrində, Yevlax şəhər avtovağzalının yaxınlığında yerləşən «Neptun» marketin yaxınlığında həmin narkotik vasitə olan heroinin 1,513 qram miqdarında olan hissəsini bir ədəd sellofan bükümdə olmaqla tanışı Şahid3 20 manat pul müqabilində satmış, Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 26 mart 2023-cü il tarixdə saat 16 radələrində Yevlax S.Əsgərova küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 1710-dan 1740-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax RPŞ-də keçirilmiş şəxsi axtarış nəticəsində Şahid3 əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs aldığı cəmi 1,513 qram miqdarında narkotik vasitə – heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 27 mart 2023-cü il tarixdə saat 1620 radələrində Yevlax rayonunun X1 qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin günü saat 1735-dən 1815-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynində olan şalvarın sağ yan cibindən Şahid3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlə eyni tərkibli olan təmiz çəkisi 1,107 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları evə gələrək onu evdən götürüb polis şöbəsinə aparmış, orada əllərini bağlayaraq qarşısına qoyduqları narkotik vasitəni boynuna götürməsini, əks halda daha çox miqdarda narkotik vasitəni boynuna qoyacaqlarını bildirmişlər. Polis əməkdaşları ilə CM-in 234.1-ci maddəsi ilə razılaşmış, ona görə də hər şeyi etiraf etmişdir. Atasının tanışı Məmməd adlı şəxsi tanısa da sonuncuya narkotik vasitə satmamış, sonradan ona satış məqsədi ilə narkotik vasitə saxlamağa görə ittiham verildiyi məlum olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Yevlax rayonu X1 yaşadığı evin yaxınlığında yerdə gördüyü içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükülünü özü istifadə etmək üçün götürüb əynindəki şalvarın sağ yan cibinə qoymuş, saat 16 radələrində yaşadığı evin yaxınlığındakı küçə ilə piyada yaşadığı evə gedərkən Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı içərisində heroin olan 1,18 qram çəkidə bir ədəd sellofan bükümü əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmiş, həmin bükülü qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı sellofan bükümdə narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yerdən tapdığını demiş, narkotik vasitələrin satışı ilə məşğul olmamaqla Şahid3 narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə Yevlax şəhəri Qırmızı Oktyabr qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə saat 1620 radələrində Yevlax rayonu X1 yolun kənarı ilə gedən Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə Yevlax rayon Polis Şöbəsində baxış keçirilməli olduğunu izah etmişdir. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünün təqdim edərək bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.32023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadığı Yevlax rayonu X1 yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin kütləni sellofan bükümlə birlikdə elektiron tərəzidə çəkilərək çəkisi 1,18 qram olmuş, daha sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Yevlax rayon X9 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almamış, polis əməkdaşlarının təsir və təzyiqinə görə ibtidai araşdırma zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni Aslandan aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində narkotik vasitəsi qurtardığına görə piyada Yevlax şəhər H.Əliyev prospektində yerləşən «Neptun» marketin yaxınlığına gedib orada tanışı Təqsirləndirilən şəxs ilə görüşərək sonuncudan ona narkotik vasitə tapmasını xahiş etmişdir. Aslan ona narkotik vasitə təşkil edəcəyini dedikdən sonra sonuncuya 20 manat pul vermiş, Aslan isa ona bir bükümdə heroin vermişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı küçə ilə şəhər istiqamətində gedən zaman Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu rayon polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı içərisində heroin olan bükülüdəki narkotik vasitə onun əynindəki qısaqol gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Sorğu zamanı bükümdəki heroini tanışı Xıdırın oğlu Aslandan 20 manata aldığını və gələcəkdə istifadə etmək üçün üzərində gəzdirdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli 17/282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi- 1,107 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 27 mart 2023-cü il tarixli 17/277 nömrəli rəyindən görünür ki, Şahid3 üzərindən aşkar olunmuş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi- 1,513 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə kimyəvi ekspertizasının 11 aprel 2023-cü il tarixli 17/304 nömrəli rəyindən görünür ki, Şahid3 üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan heroin kimyəvi tərkib komponetlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 2023-ci il tarixli 1083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə 1,18 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Şahid3 əynində olan boz rəngli jiletin sağ yan cibindən bir ədəd sellofan bükümdə 1,57 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatların olduğu CD-diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 21:47:02-də və 23:17:20-də göndərilən mesajlarda müvafiq olaraq “EVDE LOMKADA GOZDUYREM. SEN QEYRETİN GELİRSEN. QAPİ ACİQDİR”, «ADAM KİWİ OLAR,AGRİDA QOYUB GETMİSEN. SEN QEYRETİN GEL CİX. GOZDUYREM». Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 21:44:31-də və xx.xx.2023cü il tarixdə saat 13:43:18-də göndərilən mesajlarda müvafiq olaraq “Adam kiwi olar cebi mennen yaxїndї sene”, «Qaqa g*t günündəyəm bir söz de». Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 16:14:16-da göndərilən mesajlarda müvafiq olaraq “X13 X7 X11» məzmunlu mesajların göndərilməsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən 25 gün vaxtından əvvəl şərti azad olunmuş, Yevlax rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Şəki rayon məhkəməsinin həmin tarixli qərarı ilə 08 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 146 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Yevlax rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 052627 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 veteranıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Yevlax rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 31 may 2023-cü il tarixli PHŞ-3455/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixonevroloji kabinetində dispanser müşahidəsndə dayanmır. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1725-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmçinin ərizə ilə də müraciət edərək polis əməkdaşları tərəfindən ona qarşı hansısa zor tətbiq edilməməsi və heç bir qanunsuzluğa yol verilməməsini bildirmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilərək imkanı olduğu halda polis əməkdaşları tərəfindən döyülməsi və digər qanunsuzluqlara məruz qalmasına dair heç bir orqana və ya xəsarət alması ilə əlaqədar tibb müəssisəsinə müraciət etməmişdir. Bundan başqa məhkəmə Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitə almamasına dair ifadəsinə də tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin ifadə də Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün verilən ifadə kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı videoçəkilişlə aparılan üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı 20 manat müqabilində narkotik vasitəni aldığını bildirmiş, eyni zamanda onun barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirlərkən də eyni məzmunlu ifadə vermişdir. Şahid3 polis əməkdaşlarının ona qarşı etdikləri təsir və təzyiqə görə Təqsirləndirilən şəxs narkotik vasitə almasını bildirdiyinə dair ifadə versə də barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinə baxmayaraq, nəyə görə bu barədə şikayət etməməsi, həmçinin döyülməsinə dair tibb müəssisəsinə müraciət etməməsinin səbəbinə dair əsaslı izah təqdim edə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və X2nin iştirakçısı olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı və CM-in 56.1.2ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu 04 dekabr 2023-cü tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 1,007 və 1,413 qram narkotik vasitə olan heroin məhv edilsin, dörd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-242/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-242/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver