Məhkəmə qərarları › İş №1(091)-242/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-242/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-242/2025 27.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olamadan, qanunsuz olaraq külli miqdarda 3,078 qram psixotrop maddə olan metamfetamini və 3,080 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan vaxtda, mənbədən və şəraitdə əldə edib, üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 12:22-də qanunsuz əldə edərək, saxlamaqda şübhəli bilindiyinə görə, Yevlax şəhəri, İ.Quliyev küçəsində Yevlax Rayon Polis Şöbəsinin (bundan sonra Yevlax RPŞ) polis əməkdaşları tərəfindən saxlanılaraq, orada həmin gün, saat 12:22-dən 12:29-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxladığı bir ədəd şəffaf sellofan bükümün içərisində 3,078 qram külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümün içərisində 3,080 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 may 2025-ci ildə yas mərasimində iştirak etmək üçün Bakı şəhərindən ünvan 2 ünvanından polislər onu aparmışlar. Onu əməliyyatçılar yox, Kərim adlı polis tutub polis şöbəsinə aparmış və orada qabağına narkotik vasitə qoymuşdur ki, bu, sənindir. Polis şöbəsində onu döymüşlər və ona görə ayaqları şişmişdir. Polislər telefonla zəng vuraraq, evi göstərmiş və “bunu boynuna almasan, paketi evinə atıb, oradan çıxaracağıq” demişlər. Ona görə onlarla razılaşmış və narkotiki cibinə qoyub, sonra isə çəkiliş aparmışlar. Üzərində narkotik olmamışdır. X2rkən, döyüldüyünü bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, polislər onu döymüş, Kərim və Cavid adlı polislər isə onu yerə yıxaraq, başını tapdalamışlar. Tibbi yoxlanışı olmamışdır, amma X2rkən, döyüldüyünü bildirmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən hakimə döyüldüyü barədə demişdir. Döyülməsi barədə vəkilə də məlumat vermişdir. Müstəntiq və vəkil Sevda xanım onun olmayan şey üçün özünü təqsirli bildiyini yazmışlar. Etiraz etmiş, vəkilə də demişdir. Ondan ifadə almamışlar, özləri yazmışlar. Onu polis şöbəsinə evdən aparmışlar. Onu PPX avtomobilinin içərisində də döymüşlər. Qonşular polis tərəfindən aparıldığını görmüşlər. Evdə, qapıda üzərinə baxış keçirməmişlər. Hadisə 20 may 2025-ci il tarixdə, səhər saat 6-7 aralarında olmuşdur. Onu polis şöbəsində, əməliyyatçının otağında döymüşlər. Məhəmməd onu “Whatsapp” vasitəsilə görüntülü yığaraq, onların küçəsini göstərmiş və paketi göstərərək, “bunu boynuna almasan, paketi evinə atıb, oradan çıxaracağıq. Ailəni də polis şöbəsinə aparacağıq” demişdir. Bundan sonra da məcbur qalıb, boynuna almışdır. O, kiməsə narkotik satmamışdır. Onu prokurorluğa aparmışlar və orada döyüldüyünü demişdir. Birinci dəfə məhkəməyə çıxanda, narkotikin onun olmadığını demişdir. Məhkəmədə peşmançılıqla bağlı nəsə deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə yadındadır. Narkotik vasitə olan heroindən istifadə edir. Həmin gün üzərində narkotik olmamışdır. Çəkilişə gedən vaxt polislər narkotiki onun cibinə qoyub, aparmışlar. O, narkotik vasitə onun olmamışdır. Videoda narkotikin üzərindən aşkar olunduğu yer Dəmiryolu küçəsi olmuşdur. Qara rəngli avtomobillə onu o küçəyə aparmışlar. O, Zamirdən narkotik almamışdır. Kimdənsə aldığı barədə ad çəkməmişdir. Narkotiki əməliyyatçılar cibinə qoymuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı isə verdiyi ifadəsində özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, həmin maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə bağlı cəza nəzərdə tutulmasını, CM-in 234.1-ci maddəsi ilə ittiham olunmasını istədiyini bildirərək, göstərmişdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan və el arasında “patı” kimi tanınan metamfetamin istifadəçisidir. İstifadə etmək üçün narkotik vasitəni sosial şəbəkələrdən maraqlanıb, əldə edir. Tutulmazdan təxminən 1 həftə əvvəl, sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə tanımadığı İran vətəndaşı ilə əlaqə saxlayıb, narkotik vasitə olan heroin və “patı”, yəni metamfetamin almaq istədiyini bildirmişdir. Həmin şəxs isə pulu onun kart hesabına köçürdükdən sonra istədiyi narkotik vasitəni göndərəcəyini demişdir. O, 100 manat müqabilində İran vətəndaşından narkotik vasitə, heroin və psixotrop maddə metamfetamin almağa razılaşmış, həmin ərəfədə Bakı şəhərində “Milli ön” ödəmə terminalı vasitəsilə İran vətəndaşının göndərdiyi kart hesabına 100 manat pul köçürdükdən sonra sonuncu heroin və metamfetamini Bakı şəhəri, Maştağa qəsəbəsində, yolun kənarında zibil qablarının yanına qoyduğunu bildirmişdir. Bundan sonra qeyd edilən yerə gedib, sellofan torbada olan heroin və metamfetamini götürmüş və yaşadığı Yevlax şəhərinə qayıtmışdır. Həmin narkotik vasitələrin bir hissəsini qarışdırıb, istifadə etmişdir. Sonra ağrıları olduğuna görə, aptekdən şpris almaq üçün xx.xx.2025-ci il tarixdə iki ədəd şəffaf sellofana bükülmüş bükümü içərisində olan heroin və metamfetaminlə birlikdə onlardan istifadə etmək üçün evdən çıxmışdır. xx.xx.2025-ci il tarixdə, saat 12:22 radələrində Yevlax şəhəri, İ.Quliyev küçəsində üç nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirməklə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək, üzərində yoxlama aparılmalı olmasını açıqlamışlar. O, üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, üzərində yoxlama aparılmazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Yoxlama aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkilişlə yoxlama aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. O, polisin qanuni tələblərinə tabe olaraq, üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üstünü yoxlayan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd şəfaff sellofan bükümdə olan heroin və metamfetamin aşkarlanaraq götürülmüşdür. Yoxlama zamanı səmimi olaraq həmin kütlələlərin heroin və metamfetamin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Üzərindən aşkar edilərək götürülmüş iki ədəd şəffaf sellofan bükümdə olan heroin və metamfetamini baxış keçirilən yerdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkmişlər. Heroinin çəkisi 3,49 qram, metamfetaminin çəkisi isə 3,12 qram olmuş və onlar bir ədəd zərfdə qablaşdırılmışdır. Zərfin üzərində müvafiq qeydlər aparılmış, o və digər iştirakçılar zərfin üzərini imzalamışlar. Qablaşdırılan bükülünün üzərinə müvafiq qeydlər yazılmış vərəq yapışdırılmışdır. O da həmin vərəqi iştirakçılarla birlikdə imzalamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Yevlax RPŞ-nın inzibati binasına aparılıb, təhqiqatçıya təhvil verilmişdir. Baş təhqiqatçı Səddam Əsgərov tərəfindən üzərindən aşkar edilərək, götürülmüş narkotik vasitə və psixotrop maddəyə yenidən baxış keçirilmiş, elektron tərəzidə çəkildikdə, narkotik heroinin çəkisi 3,43 qram, metamfetamin çəkisi isə 3,25 qram olmuşdur. Həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Qablaşdırmanın üzərində olan vərəqi imzalayaraq təsdiqləmişdir. Səddam Əsgərov tərəfindən üzərində küçədə keçirilən baxış və götürmənin videogörüntülərini özündə əks etdirən disk komputer vasitəsi ilə ona izlədilmişdir. O, baş təhqiqatçı Səddam Əsgərova səmimi olaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bir daha etiraf etmişdir. Bundan sonra Səddam Əsgərov tərəfindən təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiə edilməsi üçün vəkil Sevda Bəkirovanı özünə müdafiəçi seçmiş və Səddam Əsgərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Üzərindən aşkar edilərək, götürülmüş heroin və metamfetamin özünə məxsusdur. O, heroin və metamfetamin istifadəçisidir və həmin heroin və metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyildir. Üzərindən aşkar edilən heroin və metamfetamindən heç kimə satmamışdır. Özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilir. Həmin maddədə nəzərdə tutulmuş ittihamın ona elan olunmasını istəyir. Hazırkı vəziyyətdə gələcəkdə azadlıqdan məhrum ediləcəyinə görə narazıdır (İ cild, i/v 234-238). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında Şahid1 bildirmişdir ki, 21 may 2025-ci ildə, günün birinci yarısında işdə olan zaman əməliyyat məlumatı daxil olmuş və o, dərhal raportla məruzə etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, Rəşid və Məqsəd olmuşlar. Bundan sonra məlumat aldıqları əraziyə getmişlər. Hadisə yerində gələn şəxsin Elxas olduğunu bilmişlər. Adı onlara sonradan məlum olmuşdur. Ona yaxınlaşıb, özlərini təqdim etmişlər və narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu ona bildirmişlər. Şəxs səmimi etiraf etmiş və şalvarından iki büküm şəffaf rəngli sellofanlarda olan heroin və metafetamin çıxartmışdır. Narkotik vasitələr çəkilmiş, ancaq onların miqdarını xatırlamır. Narkotik vasitələr zərfə qoyulub, Yevlax RPŞ-ya aid 85 nömrəli möhürlə möhürlənmişdir. Sonra şəxsi polis şöbəsinə aparıb, təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı təkrar videoçəkilişlə sənədləşmə işləri görmüş və onların çəkdikləri videonu Elxasa göstərmişdir. Sonra narkotik vasitəni təkrar qablaşdırmışlar və vəkil gəlmişdir. Təqsirləndirilən şəxs təklikdə vəkili ilə danışmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni Bakı şəhərində tanımadığı İran vətəndaşından 100 manat qarşılığında əldə etdiyni bildirmişdir. Təqsirləndirilən şəxs narkotik istifadəçisi idi, üzərindən biraz istifadə etdiyini bildirmişdir. Evdəkilər bilməsin deyə, narkotik vasitənin yerini dəyişdiyini etiraf etmişdir. Daha sonra verilən suallara cavab verən Şahid1 bildirmişdir ki, şəxsin narkotik vasitənin istifadəsində və saxlanılmasında şübhəli olduğuna dair əməliyyat məlumatı daxil olmuşdur. Şəxsin üzərindən başqa heç bir yerdə narkotik vasitə aşkar olmamışdır. Şəxs narkotik vasitəni Bakıda İran vətəndaşından aldığını, özünün xəstə olduğunu və istifadə etdiyini bildirmişdir. Narkomanlar adətən narkotik vasitələri qarışdırıb istifadə edirlər. Ona qarşı heç bir təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 21 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və saxlaması ilə məşğul olmaqda şübhəli olması barədə Yevlax RPŞ-nın əməliyyat aparatına əməliyyat məlumatı daxil olduğundan, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq, onun xx.xx.1995-ci ildə Yevlax şəhərində doğulduğunu, ünvan 3 ünvanda yaşadığını müəyyən etmiş və daxil olmuş məlumatı raportla ünvan 4əruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax RPŞ-nın 21 may 2025-ci il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün polis şöbəsindən çıxaraq, Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, İ.Quliyev küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri, İ.Quliyev küçəsində olması barədə məlumatı olmuşdur. Saat 12:22 radələrində Yevlax şəhəri, İ.Quliyev küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs görüb, ona yaxınlaşmışlar. Şahid2 Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax RPŞ-ya məlumat daxil olduğunu, onun saxlanılıb, üzərinə yoxlama keçirilməsi üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərində yoxlama keçirilməli olduğunu, onun üzərində öz razılığı ilə yoxlama keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağını bildirərək, Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən yoxlama keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Bundan sonra saat 12:22-dən 12:29-dək onun üzərində yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı qanunla qadağan olunmuş hər hansı əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindəki iki ədəd şəffaf sellofan bükümləri çıxarıb, təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmişdir. Şahid2 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəfaff bükümlərin içərisində nə olduğu soruşulduqda, o, həmin bükümlərdə narkotik vasitə - heroin və psixortop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni təxminən bir həftə əvvəl tanımadığı İran vətəndaşından 100 manat müqabilində əldə etdiyini, arada həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini istifadə etmək üçün həmin sellofanın içərisinə qoyub, əvvəlcə evə qoysa da, ailə üzvləri və başqa şəxslərin xəbər tutmaları üçün kütlələrin yerini dəyişdirmək üçün Yevlax şəhəri, İ.Quliyev küçəsində piyada hərəkətdə olarkən Yevlax RPŞ-nın əməkdaşlarının ona yaxınlaşdığını, həmin vaxt narkotik vasitə və psixotrop maddənin üzərində olmasını demişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni də istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin sellofan bükümlərin içərisinə baxdıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə və ağ kristal rəngli psixotrop maddə metamfetaminə bənzər kütlələr așkar edilmişdir. Həmin tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildikdə, çəkisi 3,49 qram, ağ kristal rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə isə elektron tərəzi vasitəsilə çəkildikdə, çəkisi 3,12 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax RPŞ-nın inzibati binasına gətirib, saat 13 radələrində baş təhqiqatçı Səddam Əsgərova təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Bundan sonra Yevlax RPŞ-nın Təhqiqat bölməsinin baş təhqiqatçısı X13 tərəfindən 21 may 2025-ci il tarixdə, saat 13:25 dəqiqədən, saat 13:43 dəqiqəyədək olan müddət ərzində Yevlax RPŞ-nın inzibati binasının xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video görüntülərini özündə əks etdirən DVD diskə və üzərindən aşkar edilən əşyalara baxış keçirilmişdir. Həmin istintaq hərəkətində o, Şahid2 və Şahid3 iştirak etmiş, ekspert-kriminalisti X21 tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparılmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Həmin istintaq hərəkətində Şahid2 tərəfindən zərfə qablaşdırılan əşyalara yenidən baxış keçirirlərək, 2 ədəd sellofan bükümlərdəki heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildikdə, çəkisi 3,43 qram, o cümlədən ağ kristal rəngli metamfetaminə bənzər kütlə isə elektron tərəzi vasitəsilə çəkildikdə, çəkisi 3,25 qram olmuşdur. Heroin və matamfetaminə bənzər həmin kütlələr maddi sübut əhəmiyyət kəsb etdiyindən, baş təhqiqatçı Səddam Əsgərov tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Səddam Əsgərov zərfdə qablaşdırdığı kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan matamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 və o, zərfin üzərinə imza etmişlər. Bundan sonra baxış başa çatmışdır. Səddam Əsgərov protokol tərtib edib, iştirakçılara oxumuş, o, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X10 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X28 RPŞ-ya dəvət edilmişdir. Baş təhqiqatçı Səddam Əsgərov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat istintaq qrupunun tərkibində Yevlax rayon sakini Elxas adlı şəxsi rayon ərazisində saxlamışlar. Ona saxlanmağı ilə bağlı hüquq və vəzifələr izah olunmış və nə səbəbə görə saxladıqları bildirilmişdir. Şəxs saxlanandan sonra üzərində olan iki ədəd heroinə və metafetaminə bənzər kütləni təqdim etmişdir. O, həmin kütləni İran vətəndaşından 100 manata aldığını, özü istifadə etmək üçün saxladığını və kiməsə satmaq niyyətinin olmadığını bildirmişdir. Şəxsin təqdim etdiyi kütlələr qablaşdırılmış, təhqiqat bölməsinə təhvil verilmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Quliyev küçəsində saxlamışlar. Həmin küçə dəmir yolunun kənarında yerləşir. Şəxsin üzərindən iki ədəd heroinə və metanfetaminə bənzər kütlə aşkarlanmışdır. Şəxsi saxlayan zaman 3 nəfər olmuşlar, video çəkilişi onlardan biri həyata keçirmişdir. Video çəkiliş vasitəsilə kütlələr qablaşdırılmış, sonra şəxsi təhqiqat bölməsinə təhvil vermişlər. Onlar da təhqiqatçının yanında olmuşlar. Şəxs video çəkiliş zamanı deyilən səzləri orada da qeyd etmişdir. Təqsirləndirilən şəxs heç bir təyziq olmamışdır. Şəxsi piyada gəzən zaman saxlamışlar, video çəkiliş zamanı özü üzərində olan kütləni könüllü təqdim etmişdir. Əlavə axtarış etmişlər, Təqsirləndirilən şəxs özü təqdim etdiyi kütlədən başqa heç nə aşkar edilməmişdir. Təhqiqat bölməsində vəkilin iştirakı ilə təkrar video çəkiliş olmuşdur. Təqsirləndirilən şəxs narkomandır, rayon ərazisində narkotik vasitə satan şəxs kimi tanınır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı digər Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid3 bildirmişdir ki, 21 may 2025-ci ildə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasına şübhələr var. Onlar Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, Quliyev küçəsinə tərəf getmişlər və Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etmişlər. Ona üzərində narkotik vasitə olması ilə bağlı məlumat vermişlər. Təqsirləndirilən şəxs özü üzərindəkiləri könüllü şəkildə təqdim etmiş və üzərindən iki büküm olmaqla, heroin və metanfetamin aşkar olunmuşdur. Həmin kütlələr qablaşdırıldıqdan sonra Yevlax RPŞ-nın təhqiqatçısının otağına getmişlər. Orada şəxsin üzərinə baxış keçirilmiş və sənədləşdirilmişdir. Şahid3 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dəmiryolunun yanındakı Quliyev küçəsində saxlamışlar. Onun üzərindən heroin və metanfetamin aşkarlanmışdır. Əməliyyatı video çəkilişlə aparmışlar və video çəkilişi o həyata keçirmişdir. Təqsirləndirilən şəxs yalan deyir, Elxası onlar saxlamışlar. Hadisəyə qədər həmin şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs heç nəyə etiraz etməmişdir. Şəxsə özlərini təqdim etmiş və üzərində narkotik vasitə olması ilə bağlı şübhələrin olduğunu bildirmişlər. Bundan sonra Elxas könüllü şəkildə üzərindəki kütlələri təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid3 ibtidai istintaq zamanı digər Şahid1la eyni məzmunlu ifadə vermişdir. Şahid ifadələrini dinləyib, tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid1 21 may 2025-cü il tarixli raportu ilə. Həmin raportlardan görünür ki, Şahid1 Yevlax RPŞ-nın rəisinə müraciət edərək, bildirmişdir ki, etimad doğuran, məlum və qərəzsiz mənbəədən daxil olmuş məlumatda xx.xx.1995-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax şəhəri, Nizami prospekti, ev 249 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, daşıması və istifadəsi ilə məşğul olması bildirilir. Göstərilənlərə əsasən, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunur (İ cild, i/v 03). Əməliyyat-axtarış qrupunun yaradılması barədə 21 may 2025-ci il tarixli 3-13- 117/7298/2025 nömrəli əmrlə. Həmin əmrdən görünür ki, xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Yevlax şəhəri, Nizami prospekti, ev 249 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olmasına şübhələr olduğundan, məlumatın yoxlanılması və keçirilən əməliyyat-axtarış tədbirlərinin təxirəsalınmazlığı nəzərə alınaraq, Yevlax RPŞnın CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yardılmışdır (İ cild, i/v 043). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 21 may 2025-ci il tarixli qərarla. Həmin qərardan müəyyən olunur ki, xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax şəhəri, Nizami prospekti, ev 249 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadə etməsi ilə məşğul olması barədə, etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmduğundan və adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsi qeyri-mümkün olduğundan, cinayət törədən şəxsin ifşa edilməsi və yaxalanması üçün vaxt məhdudluğu, törədilməsi ehtimal olunan cinayətin qısa müddət ərzində baş verə biləcəyi ehtimalının mövcudluğu, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda X22 tərəfindən qısa müddətdə narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, tədbirin gedişi zamanı o, tutulduqdan sonra üstünün yoxlanılması, əlməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin müşahidəsinin aparılması, tutulduğu halda üstünün yoxlanılması, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (İ cild, i/v 05). Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 21 may 2025-ci il tarixli protokol və həmin tədbirin keçirilməsini özündə əks etdirən videogörüntü ilə. Həmin videogörüntü və protokoldan müəyyən olunur ki, Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən 21 may 2025-ci il tarixdə, saat 12:22 dəqiqədən saat 12:29 dəqiqəyədək olan müddət ərzində Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax şəhəri, Nizami prospekti, ev 249 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilmiş və bu zamanı Təqsirləndirilən şəxs 21 may 2025-ci il tarixdə, saat 12:22 dəqiqədə Yevlax şəhəri İ.Quliyev küçəsində piyada hərəkət edən zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun üstü həmin yerdə yoxlanlmışdır. Təqsirləndirilən şəxs üstündə yoxlama və götürmə aparılmazdan əvvəl onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan açıq göy rəngli şalvarının sağ ön cibindən iki ədəd şəffaf rengli sellofan torbada olan narkotik vasitə heroinə və metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı üzərindən başqa predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin, ümumilikdə çəkisi 3,49 qram, narkotik vasitə olan metamfetaminə bənzər kütlənin, ümumilikdə çəkisi isə 8,12 qram olmuşdur. Daha sonra aşkar olunmuş heroinə bənzər kütlə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ondan aşkar olumuş narkotik vasitələri tanımadığı İran vətəndaşı ilə onlayn şəkildə əlaqə saxlayaraq, Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində yerdən götürdüyünü bildirmişdir (İ cild, i/v 13-14). Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid1 21 may 2025-ci il tarixli digər raportu ilə. Həmin raportda bildirilir ki, Yevlax RPŞ-nın əməkdaşlarının keçırdikləri əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.1995-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax şəhəri, Nizami prospekti, ev 249 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin daşınması, saxlanması və istifadəsində şübhəli bilindiyi üçün 21 may 2025-ci il tarixdə, saat 12:22 dəqiqədə Yevlax şəhəri, İ.Quliyev küçəsində piyada hərəkət edən zaman saxlanılmış və üzərini yoxlama zamanı əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan torbaya bükülmüş narkotik vasitə olan heroinə və metamfetaminə bənzər kütlələr aşkar edilərək qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. Göstərilənlərə əsasən müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunur (İ cild, i/v 16). Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında 21 may 2025-ci il tarixli protokol və buna dair videoçəkilişlə. Həmin videoçəkiliş və protokoldan müəyyən olunur ki, Yevlax RPŞ-nın Təhqiqat bölməsinin baş təhqiqatçısı X13 tərəfindən Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Yevlax RPŞ-nın KTQ-nun baş inspektoru X3 Elxas Ramiz oğlunun iştirakı ilə təqdim olunmuş bir ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmişdir. Baxış zamanı üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd sellofan bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisinin 3,43 qram, bir ədəd sellofan bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin 3,25 qram olduğu aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra bir ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə olan heroinə bəznər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitələrin aşkar olunması barədə bildirməsi əksini tapmışdır. DVD-yə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd sellofan bükümdə ağ rəngli, psixotrop maddə olan metanfetaminə bənzər kütlənin ona məxsus olduğunu, həmin kütlələri təxminən bir həftə əvvəl tanımadığı İran vətəndaşından onlayn yolla əlaqə saxlayıb, 100 manata aldığını, Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində yerdən götürdüyünü, satmaq niyyətinin olmadığını bildirmişdir (İ cild, i/v 18-19). Məhkəmə kimyəvi ekspertizasının 22 may 2025-ci il tarixli 17/370 nömrəli rəyilə. Həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada heroinə bənzər və bir ədəd sellofan torbada psixotrop maddə olan metamfetaminə bənzər kütlələr..” yazısı, adlar və imzalar yazılmış bir ədəd zərfin içərisindəki digər bir ədəd zərfin içərisində olan bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 3,078 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. MEM Şəki regional bölməsində müvafiq labaratoriya cihazı olmadığından təqdim olunmuş digər bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,080 qram olan qəhvəyi rəngli maddənin tədqiqatını aparmaq mümkün olmamışdır (İ cild, i/v 45-49). Məhkəmə kimyəvi ekspertizasının 11 iyun 2025-ci il tarixli 6/2036 nömrəli rəyilə. Həmin rəydə göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X29 bölməsi, tədqiqat obyekti №3”, möhür əksi, “Ekspert rəyi № 17/370 22 may HK-1/849 Yevlax RPŞ Təqsirləndirilən şəxs 01 (bir) ədəd sellofan bükümdə-metamfetamin, 01 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə, ekspert (imza) Ə.Əsədullayev” yazısı olan paketin içərisində, üzərində Azərbaycan Respublikası DİN zərflər üçün № 85” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş.... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdə, bir ədəd bükümdə təmiz çəkisi – 3,080 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin müxtəlif növ və tərkibli maddələr olduğu üçün onların arasında müqayisəli tədqiqiat aparılmamışdır (İ cild, i/v 128-129). Məhkəmə kimyəvi ekspertizasının 16 iyul 2025-ci il tarixli 17/527 nömrəli rəyilə. Həmin rəydə göstərilir ki, tədqiqata təqdim edilmiş, bir ədəd zərfin içərisindəki bir ədəd sellofan bükümdə olan heroin ilə digər bir ədəd zərfin içərisindəki bir ədəd kağız bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə fərqlidirlər (İ cild, i/v 176-177). Məhkəmə narkoloji ekspertizanın 30 may 2025-ci il tarixli 873 nömrəli rəyi ilə. Bu rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardr. Narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsi məsləhət görülür (İ cild, i/v 132). Diskə baxış keçirilməsi haqqında 01 iyul 2025-ci il tarixli protokolla. Həmin protokoldan və diskdən müəyyən olunur ki, 21 fevral 2025-ci il tarixdən 21 may 2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, mesajlarda göndərilən mətnlərə dair məlumatlar və əlaqədə olmuş abonentlərin anket məlumatlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı fakt aşkar edilməmişdir (İ cild, i/v 142-145). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası X12 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,078 qram psixotrop maddə olan metamfetamini və 3,080 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan vaxtda, mənbədən və şəraitdə əldə edib, üzərində saxlaması və xx.xx.2025-ci il tarixdə, saat 12:22-də həmin əməlinə görə şübhəli bilinib, Yevlax şəhəri, İ.Quliyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq, orada həmin gün, saat 12:22-dən 12:29-dək olan müddət ərzində video çəkilişlə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 3,078 qram külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümün içərisində 3,080 qram külli miqdarda narkotik vasitə olan heroinin aşkar olunub, götürülməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.1-1-ci maddəsilə tövsif edilməsinə imkan verir. Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsilə tövsif olunmasını qanuni və əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. CPM-in tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməli və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir (CPM-in 139-cu maddəsi). “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin ərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 83-cü bəndinə əsasən, heroinin 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, həmin siyahıların 2-ci siyahısının 118-ci bəndinə görə isə metamfetaminin 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. İşdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən CM-in 234.1-ci maddəsi ilə ittiham olunmaq istədiyini, narkotik vasitə olan heroin və psxotrop maddə olan metamfetamin istifadəçisi olduğunu, yoxlama zamanı üzərindən aşkar edilmiş metamfetamin və heroini öz istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilən heroin və metamfetamindən heç kimə satmadığını, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini demişdir (İ cild, i/v 234-238). CAB-ın əməliyyat müvəkkili Şahid1 Yevlax RPŞ-nın rəisinə raportla müraciət edərkən bildirmişdir ki, etimad doğuran, məlum və qərəzsiz mənbəədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, daşıması və istifadəsi ilə məşğul olması bildirilir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 21 may 2025-ci il tarixli qərarda göstərilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadə etməsi ilə məşğul olması barədə, etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduğundan .. onun olduğu yerin müşahidəsinin aparılması, tutulduğu halda üstünün yoxlanılması ..qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid1 21 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və saxlaması ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat əməliyyat məlumatının daxil olduğunu bildirmişdir. Bunlardan başqa, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, mesajlarda göndərilən mətnlərə dair məlumatlarda onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir məlumat aşkar edilməmişdir. O da qeyd olunmalıdır ki, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,078 qram psixotrop maddə olan metamfetamini saxlamaqda şübhəli bilindiyinə görə barəsində CM-in 234.1-1-ci maddəsilə cinayət işi başlansa da, 04 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla onun əməli həmin maddədən CM-in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, SMS və “Whatsapp” yazışmasına dair hər hansı bir sünut yoxdur. Tədqiq etdiyi sübutlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olub-olmaması və üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 3,078 qram psixotrop maddə olan metamfetamini və 3,080 qram külli miqdarda narkotik vasitə olan heroini satmaq niyyətinin olub-olmamasının müəyyən olunması barədə müstəntiq tərəfindən imzalanmamış əməliyyat tapşırığına həmin şöbənin əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılma günü göstərilməyən raportla “..O, bununla yanaşı, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmuş, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 3,078 qram psixotrop maddə olan metamfetamini və 3,080 qram külli miqdarda narkotik vasitə olan heroini özü istifadə etməklə bərabər, satmaq niyyətində də olmuşdur” kimi formal bir cavabın verilməsi (İ cild, i/v 138-140) Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminin külli miqdarda aşkar edilməsi onun CM-in 234.4.3-cü maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz olaraq saxlama) təqsirli bilinməsinə əsas verə bilməz. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminin aşkar edilməsi və onların külli miqdarda olmasına əsaslanaraq onun əməlinin külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri saxlama kimi qiymətləndirilməsi ilə razılaşa bilmir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair ittiham ibtidai istintaq orqanının mülahizəsidir. Belə mülahizə və fərziyyələr şübhəli olduğu üçün CPM-in 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X26rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, Təqsirləndirilən şəxs dinləyən məhkəmə kollegiyası onun qəsdən və qanunsuz olaraq əldə edib saxladığı 3,078 qram külli miqdarda psixotrop maddə metamfetamin və 3,080 qram heroinin ona məxsus olmasını və satış məqsədi olmadan, öz istifadəsi üçün əldə edib, saxlaması təqsirləndirilən şəxsin istintaq zamanı və məhkəmə kollegiyasının iclasında verdiyi ifadələri, işdə olan digər sübutlar, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında videogörüntü və protokollar, maddi sübutlar və digər istintaq sənədləri ilə təsdiq olunur. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 23 may 2025-ci il tarixli PHŞ-1996/25 nömrəli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (İ cild, i/v 99). Təqsirləndirilən şəxs psixiatr uçotunda deyil, anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntularının olması barədə məlumatlar yoxdur, ona görə də məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polislərin onu döymələri barədə məsələni araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin heç bir əsası yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verənə qədər heç bir zaman nə özü, nə də müdafiəçisi tərəfindən hər hansı bir qanunsuz rəftara, təzyiqə məruz qalması və ya hər hansı bir polis əməkdaşı tərəfindən döyülməsi barədə hər hansı bir orqana və ya şəxsə hər hansı bir şikayət və ya narazılıq ifadə edən müraciət etməmişdir. Həmçinin, 21 may 2025-ci il tarixdə Yevlax RPŞ-nın baş təhqiqatçısı, polis kapitanı X13, həmin şöbənin əməliyyat müvəkkilləri Rəşad İsmayılov, Şahid1, KTQ-nun baş inspektoru Sirac Fərəcov, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sevda Bəkirovanın iştirakı ilə Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən saxlanılmasına dair bir ədəd DVD-yə videoçəkilişlə baxış keçirilərkən və uzərində axtarış aparılarkən onun müdafiəçisi Sevda Bəkirova ilə konfedensial ünsiyyət saxladığı, lakin bu zaman polisin hər hansı bir qanunsuz təsirinə məruz qalması barədə müdafiəçisinə heç bir məlumat verməməsi müəyyən olunur. Bundan əlavə, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə, saat 18:30-dan saat 20:00-dək müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən müstəntiq Səxavət Mirzəyevin “Siz saxlanılarkən, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə, zora məruz qalmısınızmı, xəasarətiniz, şikayət və tələbiniz varmı, ekspert müayinəsindən keçmək istəyirsinizmi?” suallarına cavab olaraq bildirmişdir ki, xeyir, polis əməkdaşları mənə heç bir zor və təzyiq etməmişlər. Heç bir xəsarətim yoxdur, polis əməkdaşlarından şikayət etmirəm, ekspert müayinəsindən keçmək istəmirəm. Digər tərəfdən, Yevlax Rayon Məhkəməsində 23 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən qeydə alınmış videogörüntüdən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, əməlimdən peşmanam, daimi yaşayış yerim, himayəmdə azyaşlı uşaqlarım var. Azadlıqda qalaramsa, cinayət prosesini həyata keçirən orqanın istənilən çağırışına hər an gəlməyə hazıram, heç bir halda istintaqa mane olmayacam. Heç kimə təsir etmək niyyətim yoxdur. Ona görə də təqdimatın təmin edilməməsini xahiş edirəm (İİ cild, i/v 45) Qeyd olunanlarla bərabər, X4 daxil olmuş 02 oktyabr 2025-ci il tarixli 3-16-17/37/2- 5625/2025 nömrəli məktuba əlavə edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə X8 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş və bu zaman onun dəri səthində çapıq və zədə aşkar edilməmişdir. Bunlardan başqa, Yevlax RPŞ-dan daxil olmuş 15 oktyabr 2025-ci il tarixli 3-13-117/2- 21433/2025 nömrəli məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 21 may 2025-ci il tarixdə Yevlax RPŞ-ya gətirildikdən sonra tibbi müayinədən keçirilmiş və onun üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nın polis əməkdaşlarının onu döyməsini, Kərim və Cavid adlı polislərin isə onu yerə yıxaraq, başını tapdalamalarını, onu polis şöbəsində və əməliyyatçının otağında döymələrini, PPX avtomobilinin içərisində də polislərin onu döydüklərini, polis şöbəsinə evdən aparıldığını, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən hakimə döyüldüyü barədə deməsini bildirsə də, göstərilən bu xüsusatlar istinad edilən tibbi sənədlər, onun təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, Yevlax Rayon Məhkəməsinin məhkəmə iclasının gedişatına dair videogörüntüsü, habelə şahid ifadələrilə öz təsdiqini tapmamışdır. Odur ki, müdafiə tərəfinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. X1 10 iyun 2014-cü ildə polis tərəfindən pis rəftara məruz qalması, tutulması və həbs olunmasının qanuniliyi barədə şikayəti üzrə Avropa Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarının 35-36-cı bəndlərində qeyd olunmuşdur ki, 20 avqust 2008-ci il tarixdə baş verdiyi iddia olunan pis rəftar (məsələn, polisin əlinin ovucu ilə ərizəçinin başına vurması) kimi rəftarlar həmişə izlərin qalmasına səbəb olmamalıdır. Lakin hazırkı işdə ərizəçi məhkəməyə pis rəftara dair iddiasını dəstəkləyən başqa sübut təqdim edə bilməyib. Bundan əlavə, o, şikayətini dəstəkləmək üçün istintaq zamanı verilmiş şahid ifadələrinə istinad etsə də, işdəki sənədlərdən və şahidlərin ərizəçinin polis tərəfindən döyülməsi ilə bağlı hər hansı bir ifadə verdikləri görünmür. Bu kimi halları və əlindəki bütün iş materiallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçinin 20 avqust 2008-ci il tarixində polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı sübutlar “əsaslı şübhə” standartına cavab vermir. Bu isə məhkəmənin ərizəçinin pis rəftara məruz qalması nəticəsinə gəlməyinə mane olur. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini və həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini, əksinə onun qeyd olunan tarixdə polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı dəlilləri “əsaslı şübhə” standartına cavab vermədiyindən məhkəmə onun polis tərəfindən tutularkən pis rəftara məruz qalması nəticəsinə gələ bilmir və bu barədə iddialarını əsassız hesab edir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında “Məhəmməd onu “Whatsapp” vasitəsilə görüntülü yığaraq, onların küçəsini göstərmiş və paketi göstərərək, “bunu boynuna almasan, paketi evinə atıb, oradan çıxaracağıq. Ailəni də polis şöbəsinə aparacağıq” demişdir. Bundan sonra da məcbur qalıb, boynuna almışdır. O, kiməsə narkotik satmamışdır. Onu prokurorluğa aparmışlar və orada döymüşlər” Çəkilişə gedən vaxt polislər narkotiki onun cibinə qoyub, aparmışlar. O, narkotik vasitə onun olmamışdır. Narkotiki əməliyyatçılar cibinə qoymuşlar” kimi səsləndirdiyi fikirlərə gəlincə, cinayət işinin materiallarında iddia olunan xüsusatların təsdiqinə dəlalət edən hər hansı bir sübut yoxdur. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd olunan iddialarını tamamilə əsassız hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarının 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, baxış keçirilməsi haqqında protokol, videoyazılar və digər sübutlarla tam təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək, onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək, hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarın 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində, həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiqini tapmışdır. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. DİN-nin Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsilə təqsirli bilinib, 3 il 6 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq təyin olunmuş və o 29 iyun 2017-ci ildə cəzasını çəkib qurtarmış, Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 221.3, 71.5, 67.1-ci maddəsilə təqsirli bilinib, 5 il müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən, cəzadan azad edilmişdir (İ cild, i/v 109-110). Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Eyni zamanda, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax RİH başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 may 2025-ci il tarixli arayışdan, doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospekti, ev 249 ünvanında qeydiyyatdadır və arvadı X14, uşaqları xx.xx.2015-cu ildə doğulmuş X15, xx.xx.2017-ci ildə doğulmuş X16, xx.xx.2019-cu ildə doğulmuş X17, xx.xx.2021-ci ildə doğulmuş X18, xx.xx.2022-ci ildə doğulmuş X19, xx.xx.2023-cü ildə doğulmuş X7 ibarət ailə tərkibi vardır (İ cild, i/v 114-121). Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospekti, ev 249 ünvanında yaşadığı müddətdə qonşularla yaxşı münasibət qurmağa çalışmışdır, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgəyaşayış qaydalarına riayət etməyə çalışmışdır. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir (İ cild, i/v 113). Məhkəmə kollegiyası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində altı azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-in 61.1.1-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran hallar yoxdur. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci (Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) külli miqdarda törədildikdə) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur. Təqsirləndirilən şəxsin əməli fərd olaraq narkotik vasitədən istifadə etməklə öz tələbatının ödənilməsinə yönəlsə də, bu cinayət əməli bütövlükdə cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaradır. Cinsindən asılı olmayaraq insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatının 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.1-1-ci maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs himayəsində altı nəfər azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət və humanizm prinsiplərinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasına uyğun olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 21 may 2025-ci il tarixdə, saat 12:22-də şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan etibarən həbsdədir. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, Yevlax RPŞ-da saxlanılan və tədqiqatdan sonra qalıq qalmış 2.830 qram narkotik vasitə - heroin və 3.028 qram psixotrop maddə - metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına, əşyalara və diskə baxış keçirilməsinə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair təxirəsalınmaz istintaq hərəkətlərinin videogörüntülərini özünə əks etdirən üç ədəd DVD disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən iş üzrə, 255,4 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir (İ cild, i/v 50). İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 2.830 qram miqdarında narkotik vasitə heroin və 3.028 qram miqdarında psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına, əşyalara və diskə baxış keçirilməsinə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair təxirəsalınmaz istintaq hərəkətlərinin videogörüntülərini özünə əks etdirən üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə iki yüz əlli beş manat dörd qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar