Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-243/2023 31.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Yevlax şəhəri F.İsayev küçəsi mənzil 20-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 8,006 qram külli miqdarda narkotik vasitə olan heroini, 3,589 qram külli miqdarda psixotrop maddə olan metamfetamini, 2 qram narkotik vasitə olan qurudulmuş marixuananı, üzərində “Tramadol 50 mq” göstəricisi olan 03 ədəd konvalyut kəsiyində ümumilikdə 03 ədəd ağ-göy rəngli kapsulda tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,15 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edici maddə olan tramadol hidroxloridi istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək həmin əldə etdiyi narkotik vasitə olan heroinin 0,965 qram olan hissəsini və psixotrop maddə olan metamfetaminin 0,182 qram olan hissəsini 01 aprel 2023-cü ildə günorta saatlarında Yevlax şəhəri 2 saylı tam orta məktəbin yaxınlığında küçədə əvvəllər tanıdığı Şahid3 50 manat pul müqabilində satmış, xx.xx.2023-cü il tarixdə saat 2030-da Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Pişəvəri küçəsində Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilərək həmin gün onun üzərində saat 2125-dən 2150-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid3 Təqsirləndirilən şəxs pul müqabilində qəsdən satış məqsədi ilə alaraq əldə edib üzərində saxladığı bir ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,965 qram olan narkotik vasitə-heroin və bir ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,182 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə, saat 1100-dan 1140-dək olan müddət ərzində video çəkilişlə keçirilmiş baxış nəticəsində həmin evin yataq otağında yerləşən stolun üzərindən Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə və psixotrop maddə olan metamfetaminlə eyni tərkibli olan Təqsirləndirilən şəxs məxsus bir ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,034 qram və bir ədəd sellofon bükümdə təmiz çəkisi 7,007 qram olmaqla ümumi cəmi çəkisi 7,041 qram olan külli miqdarda narkotik vasitə olan heroin, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,119 qram və iki ədəd şəffaf sellefon bükümlərdə olmaqla təmiz çəkiləri 1,492 qram və 1,796 qram olan ümumi təmiz çəkisi 3,407 qram külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,25 qram, iki ədəd şəffaf sellefon bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram və 0,19 qram, bir ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,12 qram olan ümumu cəmi təmiz çəkisi 2 qram olan qurudulmuş marixuana, həmçinin üzərində “Tramadol 50 mq” göstəricisi olan 03 ədəd konvalyut kəsiyində ümumilikdə 03 ədəd ağ-göy rəngli kapsulda tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,15 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edici maddə olan tramadol hidroxlorid və üzərində cüzi miqdarda psixotrop maddə metamfetamin hissəcikləri olan 2 ədəd elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə onu saxlayan zaman CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirmiş, sonra aşkar olunmuş narkotik vasitənin miqdarı çox olduğuna görə başqa maddə ilə ittiham vermişlər. Üzərindən aşkar olunmuş narkotik vasitələri 150 manat pulu tanımadığı şəxsin kartına vurmaq müqabilində Hacıqabul rayonunda yolun kənarından 150 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmiş, özünü narkotik vasitəni saxlamaqda təqsirli bilməklə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Şahid3la birlikdə cəzaçəkmə müəssisəsində olmuş, sonuncuya heç vaxt narkotik vasitə satmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, aprel ayının əvvəllərində yaşadığı Yevlax şəhəri Q.B.Zakir küçəsində piyada gedərkən yerdən içərisində narkotik vasitələr olan bükülünü götürərək yaşadığı evə aparmış, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları onu küçəyə çağıraraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə yaşadığı evə baxış keçiriləcəyini bildirmiş, onun razılığından sonra yaşadığı evinə baxış keçirilən zamanı yataq otağındakı masanın üzərində 3 ədəd “Tramadol” dərman həbləri, narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər olan 3 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər, bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülü, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, 2 ədəd istifadə edilmiş 2 qramlıq şprist, 1 ədəd istifadə edilmiş şprist, 2 ədəd baş hissəsi sınmış ampula şüşə qablar, 1 ədəd 10 sm uzunluğunda olan şüşə boru, 1 ədəd “samsung” markalı mobil telefon 1 ədəd göy rəngli sellofana bükülmüş bükülü, 1 ədəd qara rəngli açar üstü qapaq, 2 ədəd elektron tərəzi, 1 ədəd içərisində qurudulmuş marixuanaya bənzər kibrit qutusu, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş marixuanaya bənzər bükülü, 1 ədəd başı qırılmış siqaret dənəsi və 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş içərisində tütünə bənzər bükülü aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Heç kimə narkotik vasitə satmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 Rəfael oğlu ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmiş, həmin vaxt evdə yaşadığı evdə olan Təqsirləndirilən şəxs təxirəsalınmaz əməliyyat-axtarış tədbrinin həyata keçirilməsi haqqında qərarla tanış edərək yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman evin həyətində olan iki mərtəbəli evin birinci mərtəbəsində olan yataq otağında stolun üzərində olan 3 ədəd Tramadol dərman həbləri, 3 ədəd şəffaf rəngli sellofan bükülü, bir ədəd qızıl rəngli siqaret kağızına bükülmüş büküm, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, bir ədəd şəffaf rəngli sellofan bükülü, iki ədəd istifadə edilmiş 2 qramlıq şpirist, bir ədəd 10 sm uzunluğunda olan şüşə boru, 1 ədəd “samsung” markalı mobil telefon, bir ədəd göy rəngli sellofana bükülmüş bükülü, bir ədəd qara rəngli açar üstü qapaq, 2 ədəd elektron tərəzi, 1 ədəd içərisində qurudulmuş marixuanaya bənzər kibrit qutusu, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş marixuanaya bənzər bükülü, 1 ədəd baş hisəsi qırılmış siqaret dənəsi və bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş içərisində tütünə bənzər bükülü aşkar edilmişdir. Baxış zamanı bükümlərin içərisində bir neçə sellofan bağlamalar, həmin bükülülərin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlələr, yaşıl rəngli kəskin iyli marixunaya bənzər kütlə və metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan bükümlərdəki kütlələrin narkotik vasitə kakos, yəni heroin, marixuana və metamfetamin olduğunu, həmin narkotik vasitələri özünün istifadəsi məqsədilə saxladığını narkotik vasitələri isə yaşadığı küçədən yerdən tapdığını və yaşadığı evə gətirib özünün istifadəsi üçün saxladığını, heç kimə narkotik vasitə satmadığını, ona qarşı heç bir qanunsuz hərəkət olmadığını, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X8 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Rəfael oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə cəzaçəkmə müəssisəsində olmuş, onunla birlikdə Faiq adlı başqa iki nəfər də cəza çəkmişdir. 01 aprel 2023-cü il tarixdə Yevlax rayon Polis əməkdaşları tərəfindən tutulan zaman üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs deyil, başqa Faiq adlı şəxsən aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 01 aprel 2023-cü ildə əvvəllər tanıdığı Faiq adlı şəxsdən 50 manat pul qarşılığında Yevlax şəhəri 2 nömrəli orta məktəbin yaxınlığında almışdır. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Faiq adlı şəxsdən aldıqdan sonra üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən 05 aprel 2023-cü ildə saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı Faiq adlı şəxsdən aldığı narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamin üzərindən aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2023-cü il tarixli 17/345 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən masanın üzərində aşkar edilmiş 1(bir) ədəd spişka qutusu...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 1,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,44 qram və 0,19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən 3 ədəd Tramadol dərmana oxşar həblər...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,034 qram və 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 7,007 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 01 (bir) ədəd gümüş-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,119 qram və 02(iki) ədəd şəffaf sellofan bükümlərdə, təmiz çəkiləri- 1,492 qram və 1,796 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 2(iki) ədəd elektron tərəzi...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Marixuana (kannabis) və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı’na daxildir (İ siyahı).Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı’na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 06 aprel 2023-cü il tarixli 17/345 nömrəli rəyindən görünür ki, Şahid3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0, 965 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və digər bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,182 qram olan psixotrop maddə olan metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 02 iyun 2023-cü il tarixli 17/423 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “01 ədəd kağız və 01 ədəd sellofan bükümdə heroin, 01 ədəd kağız və 02 ədəd sellofan bükümdə-metamfetamin, 02 ədəd sellofan bükümdə naməlum maddə. Təqsirləndirilən şəxs.” Sözləri yazılmış 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə və 01(bir) ədəd sellofan bükümdə olan heroinlər ilə üzərində “01(bir) ədəd kağız bükümdə heroin, 01(bir) ədəd kağız bükümdə metamfetamin. Şahid3 oğ.” sözləri yazılmış zərfdə 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd qara-ağ rəngli kağız bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli 6/2658 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 X5 №3” dairəvi möhür əksləri olan, “17/345 ... “11” aprel 2023-cü il ... HK- 1/769 Yevlax RPŞ ...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdəki üzərində “Tramadol 50 mq” göstəricisi olan üç ədəd konvalyut kəsiyində ümumilikdə 3 ədəd ağ-göy rəngli kapsulda tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,15 qram (üzərində olan göstəriciyə əsasən 1 ədəd kapsulda təsiredici maddənin miqdarı 0,05 qram) təşkil edir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 1022 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli baxış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin birinci mərtəbəsindəki yataq otağında yazı masasının üzərində üç ədəd “Tramadol” dərman həbləri, içərisində bir ədədinin içərisində narkotik vasitə heroin və iki ədədinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu üç ədəd şəffaf rəngli sellofan bükülü, içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülü, iki ədəd istifadə edilməmiş 2 qramlıq şpirits, bir ədəd istifadə edilmiş şpirits, iki ədəd baş hissəsi sınmış vəziyyətdə boş halda olan ampula şüşə qabları, bir ədəd 10 sm uzunluğunda olan şüşə boru, bir ədəd göy rəngli sellofan bükülü, iki ədəd elektron tərəzi, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu kibrit qutusu, iki ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu şəffaf rəngli bükülü aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05 aprel 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Şahid3 əynində olan idman şalvarın sağ yan cibindən iki ədəd siqaret kağızına bükülmüş 1,11 qram narkotik vasitə heroinə bənzər kütlənin və 0,37 qram çəkidə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu bükülü aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” aktının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1ci maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 325 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri F.İsayev küçəsi 20 saylı evdə yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan AZ-İİ 87-215 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildə doğulmuş Süleyman Hüseynli adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 10 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1200-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə saxlaması həmin narkotik vasitə və psixotrop maddələrin çeşidi, aşkar olunmuş tərəzi və işdə olan digər sənədlər təsdiq edir. Məhkəmə Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs almamasına dair ifadəsinə də tənqidi yanaşaraq həmin ifadəni Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitəni dörd gün əvvəl Yevlax şəhərində 2 nömrəli məktəbin yaxınlığında Faiq adlı şəxsdən 50 manata aldığını bildirməsi və hər ikisinin üzərindən aşkar olumuş narkotik vasitələrin tərkiblərinə görə eyni olması kimi hallar məhkəməni belə qənaətə gəlməyə əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi olmadan saxlamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 237,75 AZN (iki yüz otuz yeddi manat yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 237,75 AZN (iki yüz otuz yeddi manat yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1,92 qram marixuana, 0,014 qr, 6,897 qram heroin, 0,049 qr, 1,392 qr, 1,696 qram metamfetamin, 2 ədəd Tramadol kapsulu və 2 ədəd elektron tərəzi məhv edilsin, üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Şahid3 üzərindən aşkar edilmiş 0,865 qram narkotik vasitə olan heroin, 0,082 qram psixotrop maddə olan metamfetaminin digər cinayət işi üzrə maddi sübut olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-243/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-243/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver