Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-243/2024 11.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, iştirakları ilə, xx.xx.1997-ci ildə Şəmkir rayonu Ağlavaşlı (köhnə adı Qasım İsmayılov) kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı “Calal” adlı şəxslə bir qrup şəxs halında qabaqcadan əlbir olaraq sonuncunun Zərdab şəhərində yerləşən 51 saylı qəsəbənin giriş hissəsindəki boş torpaq sahəsində istifadəsiz vəziyyətdə olan beton piltələrin arxasında gizlətdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, külli miqdar hesab olunan 01 ədəd böyük sellofan torbanın içərisindəki 04 ədəd qara sellofan torbada, hər birinin içərisində isə müvafiq olaraq təmiz çəkiləri 1120.0 qram, 1125.0 qram, 1070.0 qram və 1135.0 qram olmaqla ümumi təmiz çəkisi 4450 qram narkotik vasitə olan qurudulmuş marixuananı və həmin qara sellofanın içərisində olan şəffaf sellofanda külli miqdar hesab olunan təmiz çəkisi 178.290 qram psixotrop maddə hesab edilən metamfetamini götürərək satış məqsədilə qanunsuz olaraq əldə etməklə daşımış, xx.xx.2024-cü il tarixdə saat 20:55-də Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Zərdab şəhəri, 51 saylı qəsəbənin giriş hissəsində olan çöl sahəsində saxlanılaraq Zərdab rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq daşıdığı həmin külli miqdarda 01 ədəd böyük sellofan torbanın içərisindəki 04 ədəd qara sellofan torbada, hər birinin içərisində isə müvafiq olaraq təmiz çəkiləri 1120.0 qram, 1125.0 qram, 1070.0 qram və 1135.0 qram olmaqla ümumi təmiz çəkisi 4450 qram narkotik vasitə olan qurudulmuş marixuana və həmin qara sellofanın içərisindəki şəffaf sellofandakı külli miqdar hesab olunan təmiz çəkisi 178.290 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham edildiyi maddənin tərkibində bir qrup şəxs yazılıbsa onu niyə tək tutmuşlar? Niyə İran vətəndaşını tutmamışlar. Sonra CM-in 234.4.3-cü maddəsi ilə də ona ittiham vermişlər. Haradan biliblər ki, o, narkotik vasitənin satışı ilə məşğul olmuş və ya olur? Necə sübut ediblər bunu? Özünü yalnız hadisə yerinə getməkdə təqsirli bilir. Belə ki, hadisədən bir il əvvəl İran vətəndaşı “Teleqram” vasitəsilə ona “SMS”lər yazmış, 10-15 dəfə narkotik təklif etmişdir. Ancaq o, qəbul etməmişdir. Sonra pula ehtiyacı olmuş və ona görə də, İran vətəndaşı ilə razılaşmışdır. Belə ki, İran vətəndaşı Zərdab rayonunda 3 kiloqram narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni onun dediyi ünvandan götürüb Gəncə şəhərinə apardıqdan sonra ona kilo başına 1000 manat verəcəyinə dair vəd vermişdir. O da onunla razılaşmış və 08 aprel tarixində Gəncə şəhərinə gəlmişdir. Bundan sonra əvvəllər tanımadığı taksiyə əyləşib Zərdab rayonuna gəlmişdir. Taksiyə də onu aparması üçün 50 manat pul vermişdir. Zərdab rayonuna gəldikdən sonra İran vətəndaşı ona narkotik vasitənin olduğu yerin konumunu atmışdır. Maşından düşüb həmin konum atılan əraziyə doğru hərəkət etmişdir. Konum olan ərazidə 2 mərtəbəli tikili olmuşdur. Narkotikə yaxınlaşıb onu almağa çalışan vaxt polis əməkdaşları qəflətən çıxaraq onu saxlamışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, konum atılan ərazidən 3 kiloqram narkotik vasitə olan marixuana götürməliymiş. İran vətəndaşı konum atılan ərazidə biraz metamfetamin olduğunu da yazmışdır. 3 kiloqram narkotik vasitə olan marixuananı götürüb Gəncə şəhərinə aparmalıymış. Gəncə şəhərində İran vətəndaşı ona konum atacaqmış. O da həmin narkotiki göstərilən əraziyə qoymalıymış. İran vətəndaşı narkotik vasitənin hər kilosuna görə ona 1000 manat verməliymiş. İran vətənaşı konum atdığı ərazidə metamfetamin olduğunu yazmışdır. Metamfetaminin nə olduğunu bilmir. Buna görə İran vətəndaşından həmin maddənin nə olduğunu soruşmuşdur. O, da ona cavab vermişdir ki, konum atılan ərazidə biraz həmin maddədən var. Həmin metamfetamini də götürüb İran vətəndaşının dediyi ünvana aparmalıymış. Heç vaxt metamfetamindən istifadə etməmişdir. Ona görə də, həmin maddənin nə olduğunu bilmir. İran vətəndaşı “Whatsapp” vasitəsilə konum atılan ərazidə 3 kiloqram marixuana və 10 qrama yaxın metamfetamin olduğunu yazmışdır. O da metamfetaminin nə olduğunu bilməmişdir. Bu barədə İran vətəndaşından soruşduqda ərazidə biraz metamfetamin olduğunu və həmin maddənidə onun dediyi ünvana aparmalı olduğunu qeyd etmişdir. İran vətəndaşı ilə “Teleqram” vasitəsilə tanış olmuşdur. “Teleqram”da oyun oynadığı vaxt İran vətəndaşı ona yazmışdır. Biraz söhbət etmiş və onunla dost olmuşdur. Sonradan İran vətəndaşı ona narkotik təklif etdiyi üçün onun nömrəsini silmişdir. Sonra həmin İran vətəndaşı onu “Tiktok” sosial şəbəkəsindən tapıb yenə yazmışdır. O, onu “Tik-tok” sosial şəbəkəsindən silmişdir və sonra Türkiyə Respublikasına getmişdir. Türkiyə Respublikasında bir müddət işlədikdən sonra Azərbaycan Respublikasına qayıtmışdır. Sonra İran vətəndaşı ilə danışmış və o, ona yenə narkotik təklif etmişdir. Ancaq onunla razılaşmamış və ona yazmamasını bildirmişdir. Sonra pula ehtiyacı olmuşdur. Ona görə də, İran vətəndaşı ilə razılaşmışdır. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. İran vətəndaşının niyə məhz ona yazdığını bilmir. Birinci dəfə idi ki, İran vətəndaşı ilə iş görürmüş. Tutulan vaxt polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalmışdır. Polis əməkdaşları onu 08 aprel tarixində tutmuşlar və 12 aprel tarixinə qədər polis şöbəsində saxlamışlar. 4 gün ərzində təzyiqə məruz qalmışdır. Törətdiyi əməldən peşmandır. İran vətəndaşı ilə razılaşmış, çünki pula ehtiyacı olmuşdur. İran vətəndaşını 1 ildir tanıyır. Heç vaxt onunla razılaşmamış, çünki pula ehtiyacı olmamışdır. Sonradan pula ehtiyacı olduğu üçün İran vətəndaşı ilə razılaşmışdır. İran vətəndaşı narkotik vasitənin hər kilosuna görə ona 1000 manat verməli olmuşdur. İran vətəndaşı ona əvvəlcədən ödəniş etməmişdir. Onu Zərdab rayonuna aparması üçün taksiyə 50 manat pul vermişdir. Cibində olan pulu borc götürmüşdür. İran vətəndaşı narkotik vasitəni Zərdab rayonuna qoymuşdur. O, həmin narkotik vasitəni götürüb Gəncə şəhərinə aparmalıymış. Narkotiki Gəncə şəhərində İran vətəndaşının atdığı konuma qoyacaqmış və bunun müqabilində ondan pul alacaqmış. Konum atılan əraziyə çatdıqdan sonra maşından düşmüş və konuma doğru hərəkət etməyə başlamışdır. Həmin ərazidə beton pillələr olmuşdur. Narkotik vasitə beton pillələrin yanında olmuşdur. Əlini atıb narkotik vasitəni götürmək istəyən vaxt polis əməkdaşları havaya atəş açmış və dayanmağını bildirmişlər. Narkotik vasitəni götürdükdən sonra Gəncə şəhərinə yol maşını ilə gedəcəkmiş. Üstündə 60 manat pul olmuşdur. Onun 50 manatını taksi sürücüsünə vermişdir. 3 manatına isə siqaret almışdır. Cibində 7 manat pul qalmışdır. İran vətəndaşı Gəncə şəhərində olan dəqiq ünvanı ona atmamışdır. Ona demişdir ki, Gəncə şəhərinə çatdıqdan sonra dəqiq ünvanı atacaqdır. İran vətəndaşı konum atdığı yerdə 3 kiloqram marixuana və metamfetamin olduğunu demişdir. Marixuananın hər kilosuna görə 1000 manat pul alacaqmış. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında Mersedes markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və digər sənədləri vardır. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, adətən Gəncə şəhər avtovağzalında dayanıb müştəri gözləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində bir nəfər tanımadığı şəxs ona yaxınlaşmışdır. Ona Zərdab rayonuna getmək istədiyini bildirmiş və hansı qiymətə onu apara biləcəyini soruşmuşdur. O da 50 manata apara biləcəyini demişdir. Həmin şəxs razılaşmışdır. Sonradan o həmin şəxsin adının Kamran olduğunu bilmişdir. Kamranla Zərdab şəhərinə gəlmişlər. Kamran yolda mütəmadi telefonla danışırmış. Gəlirəm, gəlirəm deyirmiş. Onlar Zərdab şəhərinə gəlmişlər. Kimsə Kamrana telefonda məkan ataraq Kamrana həmin məkana getməyi demişdir. O da taksi işlədiyi üçün həmin məkana getmişdir. Orada Kamranı düşürmüşdür. Kamran çıxıb getmişdir. O Kamranı düşürdükdən sonra getmək istəyirmiş, çünki Kamranla onu Zərdab rayonuna gətirmək barədə razılaşmışlar. Kamranı qaytarmağı barədə danışmamışlar. Həmin vaxt polis əməkdaşları onu saxlamışlar. Onun və Kamranın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onu da polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o şübhəli şəxs qismində tutulmuşdur. Üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onun avtomobilinə də baxış keçirilmişdir. Baxış zamanı da onun avtomobilindən narkotik vasitə aşkar edilməmişdir. Ancaq bildiyi qədər ilə Kamrandan narkotik vasitə aşkar edilmişdir. O, polis şöbəsində bilmişdir ki, Kamran Zərdab rayonuna narkotik vasitə götürmək üçün gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 09 aprel 2024-cü il tarixdə ünvan 5i ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə və gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında əməliyat qrupu yaradılmış və daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək onunla birlikdə taksi kimi fəaliyyət göstərərək onu Zərdab rayonuna gətirən Samux rayonu Alıuşağı kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Zərdab rayonu, 51 saylı qəsəbənin giriş hissəsində hərəkət edən zaman saxlanılıb rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 22:45-də videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan 01 ədəd qara qara rəngli sellofan torbaya bükülmüş bağlamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung A 52” markalı telefonu 01 ədəd pul kisəsi və pul kisəsinin içərisində pul əskinaslarını, özünə məxsus şəxsiyyət vəsiqəsini, bank kratlarını təqdim etmiş, üzərində həmin sellofan torbadan başqa cinayət xarakterli hər hansı bir əşyanın olmadığını bildirmişdir. O, həmin bağlamanı tanışı olan İran Respublikası vətəndaşı Calal adlı şəxsin Zərdab rayonu ərazisinə qoyduğunu və Təqsirləndirilən şəxs onu müvafiq yerə çatdırdıqdan sonra ona 3000 manat məbləğində pul verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 ədəd qara rəngli sellofan torbaya bükülmüş bağlamanın içərisinə baxış keçirildikdə bağlamanın içərisində, 04 ədəd qara rəngli bükülmüş bağlamalara bükülmüş içərisində yaşımtıl rəngli spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi ilə çəkdikdə hər biri ayrı-ayrılıqda 1095 qram, 1115 qram, 1155 qram, 1155 qram olmaqla ümumilikdə 4.820 qram çəkidə olması, həmin qara rəngli sellofan bükülünün içərisində 01 ədəd şəffaf sellofan bükülünün içərisindı ağ rəngli, kristal formalı narkotik vasitə və ya psixotrop maddəyə bənzər kütlələr çəkildikdə ümumi şəkisi 180 qram olması aşkar edilmişdir. Həmin qara rəngli sellofan bükümlər möhürlənmiş və Təqsirləndirilən şəxs üzərindən çıxmış “ Samsung A52” markalı telefon iş üçün əhəmiyyət kəsb edildiyi üçün götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2024-cü il tarixli “raport”dan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxxxx 1997-ci il təvəllüdlü Şəmkir rayonunda doğulmuş və Şəmkir rayonu Qasım İsmayılov kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 01, iş vər.04). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır(cild 01, iş vər 5). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2024-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə saxlamaq və daşımaqda şübhəli bilindikyi üçün 09 aprel 2024-cü il tarixdə saat 20:55 radələrində Zərdab rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab şəhəri, 51 saylı qəsəbənin giriş hissəsində saxlanılaraq Zərdab rayon polis şöbəbəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı, 01 ədəd qara rəngli sellofan torbaya bükülmüş içərisindəki, 04 (dörd) ədəd qara rəngli sellofan bağlamalara bükülmüş hər biri ayrı-ayrılıqda təmiz çəkisi 1120.0 qram, 1125.0 qram, 1070.0 qram və 1135.0 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və həmin qara sellofan torbanın içərisində 01 ədəd şəffaf sellofan bükülünün içərisində ağ rəngli, kristal formalı psixotrop maddə hesab edilən təmiz çəkisi 178.292 qram olan aşkar edilərək götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus “Samsung A 52” markalı mobil telefon götürülmüşdür (cild 01, iş vər. 51-53). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 10 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/354 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində yapışdırılmış vərəqədə “ xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Ağlavaşlı ( köhnə adı Qasım İsmayılov) kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş marixuanaya bənzər kütlələr...” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki 04(dörd) ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkisi - 1120.0 qram, 1125.0 qram, 1170.0 qram, 1135.0 qram ümumi təmiz çəkisi- 4450.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, 04 (dörd) ədəd qara rəngli sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) (cild 01, iş vər. 71-76). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2024-cü il tarixli, 4(035)-3/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.115-117) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, +98 ***-***-**-** nömrəsinin “Calal İran” adı ilə qeyd edildiyi, həmin nömrədən Təqsirləndirilən şəxs məkan,həmin məkana aid foto şəkillər, Zərdab rayonunda yerləşən 51 saylı qəsəbənin giriş hissəsinin fotoşəkili, narkotik vasitələrin gizlədildiyi yer, narkotik vasitələrin olduğu yer, göndərilmişdir. “Whatsapp” yazışmalarında “Calal İran” adlı şəxsə əvvəlcədən razılaşdırılmış qaydada ödəniş etməsi üçün Təqsirləndirilən şəxs öz istifadəsində olan 4096 5544 7175 4711 nömrəli kart hesabını qeyd edilən nömrəyə göndərmişdir (cild 01, iş vər. 125-132). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl xx.xx.2021-ci il tarixdə Şəmkir rayon məhkəməsinin hökmü ilə 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmiş, xx.xx.2022-ci il tarixdə Şəmkir rayon məhkəməsinin qərarı ilə Azərbaycab Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırıması cəzasından azad edilib və üzrərindən məhkumluq götürülmüşdür (cild 01, iş vər. 139). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhəri Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 1209 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 184). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 450 nömrəli rəyində göstərilmişdir ki, Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmışanamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtətfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmişdir yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 185-187). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyul 2024-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılan zaman ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək əyani olaraq göstərmişdir (cild 01, iş vər. 196-197). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli, 3-16-16/2-6/2278 nömrəli rəyindən görünür ki, Təqdiqata təqdim edilımiş üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 X9 №2” dairəvi möhür əksi, “....01 (bir) ədəd sellofon bükümdə naməlum maddə Təqsirləndirilən şəxs oğ..” yazısı və imza olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 178,290 qram ağ rəngli kristalldan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”in İ siyahısına daxildir (cild 01, iş vər 198-202). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək narkotik vasitələri əldə etdiyi yeri əyani olaraq göstərmişdir (cild 01, iş vər. 242-245). Cinayət işinin materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Mərkəzi xəstəxanasında psixiatrik kabinetdə dayanmır (cild 01, iş vər. 247). Cinayət işinin materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq olunmuş Şəmkir RİHB-nin Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası X7 və qardaşı X2 ibarət ailə tərkibi vardır, o Şəmkir rayon Qaralar kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı ərazidə dəfələrlə oğurluq etdiyi üçün mənfi xarakerizə olunur (cild 01, iş vər. 249-250). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəl xx.xx.2021-ci il tarixdə Şəmkir rayon məhkəməsinin hökmü ilə 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 01, iş vər. 252-257). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və ayrıca baxılması mümkün olduğundan ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqla müəyyən edilməyən "Calal" adlı İran vətəndaşı barəsində material ayrılması, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxardılaraq həmin materiala əlavə edilməsi və həmin materialın gələcək istiqaməti barədə Təqsirləndirilən şəxs və müdafiəçisi X5 məlumat verilməsi qərara alınmışdır (cild 01, iş vər. 266-281). Cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin təqdim etdiyi CD disk olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrinədək aktiv olmuşdur. Cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqında tədqiq edilmiş Zərdab RPŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:40-da Zərdab RPŞ-nin inzibati binasına gətirilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 12-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs aprel ayının səkkizi tutulduğunu, onun heç kimlə əlbir olmadığını, polis əməkdaşlarının özlərinin onu həmin yerə gəlməyə təhrik etməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı İran İslam Respublikası vətəndaşı ilə mobil telefonunda “Cəlal İran” adlı şəxs tərəfindən həmin bağlamanı razılaşdırılmış pul qarşılığında çatdırılması üçün Zərdab rayonundan götürdüyünü, həmin bağlamanı götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulduğunu bildirmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman da ona qarşı hansısa qanusuzluq edilməsinə dair heç nə bildirməmişdir. Bundan başqa "xxxx" MMC-nin təqdim etdiyi CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrinədək aktiv olmuş, həmin tarixlərdə anten məlumatlarında onun hərəkətdə olması müəyyən edilmiş, həmçinin Zərdab RPŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:40-da Zərdab RPŞ-nin inzibati binasına gətirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.1. və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 09 aprel 2024-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Zərdab rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.449.6 qram narkotik vasitə olan qurudulmuş marixuana və qalıq təmiz çəkisi qalıq 178.090 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmaqla Şəki Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış zamanı götürülmüş 01 ədəd “Samsung A 52” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılmalı və Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 149 (bir yüz qırx doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 149 (bir yüz qırx doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Zərdab rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.449.6 qram narkotik vasitə olan qurudulmuş marixuana və qalıq təmiz çəkisi qalıq 178.090 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə olunmaqla Şəki Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış zamanı götürülmüş 01 ədəd “Samsung A 52” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılsın və Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 149.97 AZN (yüz qırx doqquz manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Tural Əfəndizadə (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-243/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-243/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver