Məhkəmə qərarları › İş №1(091)-244/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-244/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-244/2022 07.12.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: –Şəki Regional Vəkil Bürosunun vəkili X9, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respubikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,120.1 və 29,120.2.2-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzası 08 il 05 ay 07 günə endirilmiş, Yevlax şəhəri, Bakıxanov Döngəsi ev 85-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tаrixdə saat 17 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən ictimai yer hesab edilən “Sənəm” şadlıq sarayında təşkil edilmiş qardaşı Kirman Orucovun nişanqoyma məclisi zamanı həmin məclisdə iştirak edən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs qardaşının nişanlısı Şahid3 yanına qoyulmuş stulda əyləşməsini görüb alkoqol sərxoşluğu vəziyyətində ona yaxınlaşaraq nə üçün onun qardaşının nişanlısının yanında oturmasını Zərərçəkmiş şəxs irad tutaraq heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə Zərərçəkmiş şəxs qarşı nalayiq söyüşlər söyərək aralarında olan mübahisəni davam etdirmək üçün sonuncunu şadlıq sarayının sağ yan tərəfinə aparıb mübahisəni davam etdirərək orada olan şəxslərin gözü qarşısında üzərində olan silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı qatlanan tipli soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə qəsdən vuraraq ona sol kürəküstü nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli оlаn xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə “Sənəm” şadlıq sarayında keçirilən qardaşının nişan mərasimində Alxan adlı şəxsin gəlinlərinin yanında əyləşdiyini görüb Alxana yaxınlaşaraq problem olub-olmadığını soruşmuş, Alxan gəlinlərinin əmisi oğlu olduğunu bildirib aşağıya düşməsini bildirmişdir. Şadlıq sarayından aşağı düşən zaman bibisi qızı ona evə getmələrini bildirmiş, həmin vaxt Elçin adlı şəxs onun qolundan tutaraq ona baş zərbəsi vurmuşdur. Elçin, Alxan və digər tanımadığı şəxs onu döyməyə başlamış, həmin vaxt özünü müdafiə edərək Alxanın kürəyindən bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə saat 13 radələrində qardaşı X1 Şahid3 ilə Yevlax şəhərində yerləşən “Sənəm” şadlıq sarayında keçirilən nişan mərasimində spirtli içki qəbul etmiş, nişan mərasimi gedən zaman şadlıq sarayının içərisində qardaşı və nişanlısı oturan stola yaxınlaşarkən həmin stolda, qardaşı Kirmanın stulunda, qardaşının nişanlısı Pərinin yanında Zərərçəkmiş şəxs oturub Pəri ilə söhbət etdiyini görmüşdür. Bunu görüb Alxana niyə qardaşının yerində oturmasının səbəbini soruşmuş, Alxan isə cavabında Pərinin qohumu olduğunu bildirmişdir. Bu zaman Alxanla əvvəlcə şadlıq sarayının içərisində, sonra isə şadlıq sarayından çıxaraq sarayın yan tərəfinə keçərək orada mübahisəni davam etdirmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüş söymüş, o da Alxanı söydüyünə görə əlbəyaxa olmuşlar. Bu zaman Alxan yerə yıxılmış, o da içkili olduğu üçün özünü saxlaya bilməyərək Alxanın üzərinə yıxılmışdır. Alxanın üzərinə yıxılan zaman Alxan qolu ilə öz üzünü tutmuş və bu zaman o, özünü saxlaya bilmədiyindən sifəti Alxanın qoluna dəyərək burnundan xəsarət almışdır. Bundan sonra Alxan onu kənara itələmiş və əlbəyaxa olduqları üçün Alxanın altına düşmüşdür. Bundan sonra içkili olduğu üçün özündə olmamış və həyəcanlanaraq cibində olan özünə məxsus qatlanan əl bıçağını çıxarıb Alxanın kürəyindən bir dəfə bıçaqla vurmuşdur. Daha sonra ətrafda olan şəxslər Alxanı ondan aralamış və Alxan hadisə yerindən çıxıb getmişdir. Ayağa durduqdan sonra polis əməkdaşları oraya yaxınlaşaraq onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə əmisi qızı Fərqanənin qızı Şahid3 Yevlax şəhərində yerləşən “Sənəm” şadlıq evində keçirilən nişan mərasimində iştirak etmiş, saat 17 radələrində qohumu Şahid3 yanına gedərək yanındakı stulda əyləşmişdir. Pəri ilə şəkil çəkdirdikdən sonra sonuncu ilə söhbət edən zaman əvvəlcədən tanımadığı, sonradan adının bildiyi Təqsirləndirilən şəxs onlar əyləşən stola yaxınlaşaraq ona “sən kimsən ki, mənim qardaşımın yerində və bizim gəlinimizin yanında əyləşmisən” deyərək nalayiq söyüşlər söyməyə başlamışdır. Pərvizə Pərinin qohumu olduğunu və sonuncu ilə şəkil çəkdirmək orada əyləşdiyini Təqsirləndirilən şəxs bildirdikdən sonra Pərviz onunla mübahisə etməyə davam edərək onu şadlıq evinin çölünə çağırmışdır. Şadlıq evində olan insanlar narahat olmaması üçün Pərvizlə şadlıq evindən çölə çıxaraq şadlıq evinin yan tərəfinə keçmişlər. Şadlıq evinin yanına keçdikdən sonra Pərviz ona nalayiq söyüşlər söyməyə başlamış, o da Pərvizin söyüşlərinə qarşılıq verərkən Pərviz onu qəflətən itələyərək yerə yıxdıqdan sonra üzərinə hücum etmişdir. Pərviz onun üzərinə hücum edən zaman o da qolu ilə üzünü tutmaq istəmiş, Pərviz özünü saxlaya bilməyərək sonuncunun üzü onun qoluna dəymişdir. Ayağa durmaq üçün Pərvizin qolundan tutub yan tərəfə yıxmış, bu zaman Pərviz onun yaxasından tutmaqla onu üzərinə çəkərək ayağa durmağına mane olmuşdur. Pərvizin sinəsini əli ilə itələyərək ayağa durmaq istəyən vaxt Pərviz cibindən bıçaq çıxararaq onun belinin yuxarı hissəsinə, kürəyinə bıçaqla zərbə endirmişdir. Bu zaman kimsə onu dartıb Pərvizdən araladıqdan sonra ayağa qalxaraq hadisə yerindən qaçıb uzaqlaşmış və xəstəxanaya getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X11 Patrul Xidmət Bölüyündə polis nəfəri işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şahid2 ilə birlikdə Yevlax şəhəri ərazisində onlara təhkim olunmuş 4 saylı marşrutda xidməti dislokasiyada xidmətdə olarkən Yevlax şəhəri ərazisində yerləşən “Sənəm” şadlıq sarayının qarşısında insanların toplaşdığını və orada səs-küy olduğunu görüb həmin əraziyə yaxınlaşarkən orada olan şəxslərdən “Sənəm” şadlıq evində baş vermiş mübahisə nəticəsində Pərviz adlı şəxsin həmin şadlıq evində keçirilən nişan məclisində iştirak edən Alxan adlı şəxslə mübahisə edərək sonuncunu bıçaqla vuraraq xəsarət yetirdiyi barədə məlumat almışlar. Bundan sonra xidmət yoldaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs Yevlax rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X11 Patrul Xidmət Bölüyündə polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə onun Yevlax şəhərində yerləşən “Sənəm” şadlıq sarayında X4 ilə keçirilən nişan mərasimində saat 17 radələrində bəy-gəlin stolunda oturan zaman anası Fərqanənin əmisi oğlu Zərərçəkmiş şəxs gəlib bəyin stulunda onun yanına oturaraq onunla söhbət etməyə başlamış, bir müddət sonra nişanlısının qardaşı Təqsirləndirilən şəxs həmin stola yaxınlaşaraq Alxana nə üçün bəyin stulunda oturduğunu, Alxandan stoldan durmasını tələb etmiş, Alxan isə cavabında bəy olmadığı üçün, gəlin tək qalmasın deyə oturduğunu bildirmişdir. Pərviz isə cavabında bəyin qardaşı olduğu halda orada oturmadığını, nə üçün Alxanın oturduğunu deyərək birlikdə şadlıq evindən çıxıb küçəyə getmişlər. X6 şadlıq evinin yanında mübahisəni davam etdirdiyini, Pərvizin Alxanı bıçaqla vuraraq xəsarət yetirdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə Yevlax şəhərində yerləşən “Sənəm” şadlıq sarayında qardaşı oğlu X4 ilə Şahid3 arasında keçirilən nişan mərasimində saat 17 radələrində qardaşı oğlu Kirmanın və nişanlısı oturan stolda kimlərinsə mübahisə etdiyini görüb həmin stola tərəf yaxınlaşmışdır. Stola yaxınlaşan zaman bəy-gəlin stolunda qardaşı oğlu Kirmanın stulunda, gəlinləri Pərinin yanında tanımadığı bir nəfər şəxsin əyləşdiyini və qardaşı oğlu Təqsirləndirilən şəxs isə həmin şəxslə mübahisə etdiyini görmüş, Pərvizlə həmin şəxsin nə danışdığını eşidə bilməsə də sonuncuların mübahisə etdiyini başa düşmüşdür. Pərvizlə sonradan adının Alxan olduğunu bildiyi həmin şəxs şadlıq sarayından çıxaraq aşağı düşmüş, bir müddət sonra isə o, aşağıda səs-küy olduğunu eşidərək aşağıya düşüb “Sənəm” şadlıq evinin yan tərəfinə keçdikdə Pərvizin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, Alxana yaxınlaşaraq sonuncunu yerdən qaldırmışdır. Bu zaman polis əməkdaşları həmin yerə gəlmiş və Pərvizi polis avtomaşınına mindirərək polis şöbəsinə aparmışlar. Sonradan ona Pərvizin şadlıq evində mübahisə etdiyi Alxanı şadlıq evinin həyətində bıçaqla vuraraq xəsarət yetirdiyi ona məlum olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 442 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs оğlunun bədəni üzərində sol kürəküstü nahiyyənin daxilə keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmotoraks deşici-kəsici alətin, ola bilsin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 419-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan deşici-kəsici alətin, ola bilsin, yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmiş sol kürəküstü nahiyənin daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin lokalizasiyasına görə demək olar ki, zədə yetirilən anda Zərərçəkmiş şəxs zədə yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, iz törədən alət köynəyin üzərində olan zədə nahiyəsinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 525/2022-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim olunan portalından çıxarılışın kserosurətinə əsasən qan qrupu – Abeta/İİ/. Ekspertizaya təqdim olunan 01 ədəd cib bıçağı, Zərərçəkmiş şəxs məxsus qısaqol kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, kofta üzərində həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər, əgər onun qanında müşayiətçi “H” antigeni varsa. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Yevlax rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Orucov X3 rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respubikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,120.1 və 29,120.2.2-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzası 08 il 05 ay 07 günə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 972 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. CM-in 18.3.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətmədiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi müəyyən olunur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 03 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1710-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin 05 iyul 2022-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Orucov X3 şəhəri Bakıxanov küçəsi ev 72A ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun onun qardaşının nişanlısının yanında oturmasını bəhanə edərək mübahisə etməyə başlamış, həmçinin bu hərəkətləri keçirilən nişan mərasimində iştirak edən insanların normal istirahətlərini pozmuşdur. Bu hərəkətlərinə davam edərək daha sonra şadlıq evinin həyətinə düşən Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncunun sağlamlığına xuliqanlıq niyyəti ilə ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünü müdafiə edərkən bıçaqla vurub xəsarət yetirməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs bir neçə şəxs tərəfindən döyüldüyünü göstərsə də məhkəməyədək icraat zamanı bu barədə bildirməmiş, həmçinin hər hansı xəsarət almasına görə tibb müəssisəsinə müraciət etməmiş və məhkəmə-tibb ekspertinin müayinəsindən keçməmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.4 və 221.3-cü maddələrinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin xüsusi təhlükəli residividir. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq mövcud olsa da onun əməlində cəzanı ağırlaşdıran hal kimi xüsusi təhlükəli residivin olması onun barəsində CM-in 60-cı maddəsinin tətbiqini istisna edir. Məhkəmə CM-in 126.2.4-cü maddəsi ilə cəza təyin edərkən nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 03 iyul 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.4-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd qara rəngli kişi koftası məhv edilsin, 02 CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar