Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-245/2024 08.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X26, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-cı ildə İsmayıllı rayonunun Gəndov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, himayəsində bir azyaşlı uşağı olan, sonuncu dəfə Göyçay rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycna Respubikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum emtə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 11 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, sonuncu məhkumluğu ödənilməmiş, İsmayıllı rayonunun Gəndov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunaraq İsmayıllı rayonunun Gəndov kəndində yerləşən evinə qayıtdıqdan sonra həmin evdə onunla birlikdə yaşayan və himayəsində olan, tərbiyə etmək vəzifəsi daşıdığı, aralarındakı yaş fərqi iki ildən çox olan, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs on altı yaşına çatmadığını, 13 yaşı olmasını bildiyi halda, 2022-ci ilin iyul ayının sonlarında, gecə vaxtı, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Gəndov kəndində yaşadıqları evin yataq otağında, yerdə döşək üzərində yatan qızı Zərərçəkmiş şəxs yanında uzanaraq öz cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncunun döşlərinə və bədəninin müxtəlif nahiyələrinə toxunmaqla, habelə cinsi orqanını sonuncunun bədəninə toxundurmaqla qəsdən seksual xarakterli hərəkətlər etmiş, bundan sonra o, öz cinayətkar niyyətini davam etdirib, təkrarən 2022-ci ilin iyul ayının sonlarında, dəqiq tarixi və saatı istintaqa məlum olmayan vaxtda, təqribən saat 22-23 radələrində İsmayıllı rayonunun Gəndov kəndində yaşadığı evin yataq otağında yerdə döşək üzərində yatan qızı Zərərçəkmiş şəxs yanında uzanaraq öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs döşlərinə və bədəninin müxtəlif nahiyələrinə toxunaraq sonuncunun cinsi həvəsini oyatmaqla üzü üstə döşək üzərində uzanmasını bildirib cinsi orqanını arxa tərəfdən Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək hərəkət etdirib qızlıq pərdəsinin tamlığını pozmaqla qəsdən cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmiş, daha sonra o, öz cinayətkar niyyətini davam etdirib təkrarən 2022-ci ilin iyul ayının sonlarından 2023-cü ilin dekabr ayının sonlarına kimi olan müddət ərzində, dəqiq tarixləri və saatları istintaqa məlum olmayan vaxtlarda, mütəmadi olaraq İsmayıllı rayonunun Gəndov kəndində yaşadığı evin yataq otağında yerdə döşək üzərində yatan on altı yaşına çatmayan Zərərçəkmiş şəxs yanında uzanaraq döşlərinə və bədəninin müxtəlif nahiyələrinə toxunub sonuncunun cinsi ehtirasını oyadaraq cinsi orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək qəsdən cinsi əlaqədə olmaqla və seksual xarakterli digər hərəkətlər etməklə öz cinsi ehtirasını başa çatdırıb, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıdığı halda on dörd yaşına çatmayan, daha sonra isə on altı yaşına çatmayan, aralarında yaş fərqi iki ildən çox olan qızı Zərərçəkmiş şəxs ilə təkrarən mütəmadi olaraq qəsdən cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmiş, xx.xx.2024-cü il tarixdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanası X31də müayinə zamanı Zərərçəkmiş şəxs 34 həftəlik hamilə olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 152.4.1-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Leyla onun qızıdır. Onunla birlikdə yaşamışdır. Leylanı məktəbə göndərmiş və namaz qılmağı öyrətmişdir. 2018-ci ildə o, həbsdə ola-ola arvadı onun türmə yoldaşına ərə getmişdir. Həmin vaxt Tahirə onun nikahlı arvadı olmuşdur. Həbsdən çıxandan sonra öz evinə getmiş və Tahirənin anasına zəng edərək uşaqlarını görmək istədiyini bildirmişdir. Yoldaşı Tahirə onu biyabır edirmiş. Belə ki, onun məhkum yoldaşı ilə birlikdə həbsxananın qarşısına gəlib fırlanırmış. Bütün məhkumlar bunu görürmüş. Həbsdən çıxdıqdan sonra Tahirə ilə münasibəti olmamışdır. Sonra uşaqlarını yanına gətirmiş və işləyərək onlara baxmağa başlamışdır. Heç vaxt spirtli içki içməmiş və narkotik istifadə etməmişdir. Ailəsi onun azadlıqda olmağını istəmirmiş. Leyla məktəbə gedibgəldiyini deyirmiş. O, əgər ona qarşı əxlaqsız hərəkət etmiş olsaydı necə məktəbə göndərə bilərdi? Belə bir hal qeyri-mümkündür. İndiyə kimi heç bir qadının arxasınca getməmişdir. O, şərəfsiz biri deyildir ki, qızına qarşı seksual hərəkətlər etsin. Sözügedən hadisəni o, törətməmişdir. Uşağın qan analizi alınsın və nəticələri məhkəməyə gəlsin. Onun da qanından analiz alınsın. Çünki onun qanında bir-neçə xəstəlik var. Həmin xəstəlik görək onun qanında çıxırmı? Leylanın ifadəsində göstərdikləri yalandır. O, elə əxlaqsız hərəkət etməmişdir. Ümumiyyətlə o, ona qarşı əxlaqsız hərəkət etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, uşağın kimdən hamilə qaldığını anası yaxşı bilirmiş. Leylanı öyrədən anasıdır. Uşaq anasıgilə gedib-gəlmişdir. Nə olubsa orada olmuşdur. Leyla ilə bir yerdə qalmışdır. Leyla onun otağında qalırmış. Leyla ilə ayrı-ayrı yataqlarda yatmışdır. Leylanı daima evdə görürmüş. Leylanın qarının böyüdüyünü görməmişdir. Leylanın qarnının böyüməsi bilinmirmiş. Uşağın atasının kim olması barədə işdəki ekspert rəyi ilə tanış olmuşdur. Həmin rəyə şübhə edir və inanmır. Genetik ekspertiza rəyinə inanmır. Uşağın atasının kim olduğunu bilmir. Leyla ilə münasibəti yaxşı olmuşdur. Leylanın onu şərləmə səbəbi anasıdır. Məhkum yoldaşı onun evində qalmışdır. Qızı olan evə məhkum yoldaşını gətirmişdir. Məhkum yoldaşı ilə Leyla fərqli otaqlarda qalmışlar. Elə vaxt olub ki, evdə olmamış, lakin məhkum yoldaşı ilə Leyla eyni evdə olmuşdur. Özü namaz qılan olmuş və qızına namaz öyrətmişdir. Qızı namaz qılıb onu şərləyir, çünki anası belə öyrədmişdir. O, onun qarnının böyüməsini görməmişdir. Uşağın atasının kim olduğunu bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. Həmin ifadəni təzyiq altında vermişdir. Polis əməkdaşları onu döyərək, etirafedici ifadə almışlar. İbtidai istintaq zamanı ifadə verən vaxt işgəncəyə məruz qalmışdır. Elan etdiyiniz ifadəni təzyiq altında vermişdir. Polis əməkdaşları onu döymüşlər. Bədənində yüngülvari qaraltılar olmuşdur. Döyülməyi barədə prokurorluğa şikayət etmiş və döyülməyi barədə Baş prokurorluğa şikayət ərizəsi ünvanlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, Leylanı öyrədən anası olmasını, uşaq anasıgilə gedibgəldiyini, nə olubsa orada olmasını, arvadı Qanuni nümayəndə Leylanı öyrətdiyini, ailəsinin onu azadlıqda olmasını istəməməsini, onun ekspert rəylərinə inanmamasını, polis əməkdaşları tərəfindən təyziqə və işgəncəyə məruz qalmasını, həmçinin onun Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, yaşadığı evdə ondan başqa atası Təqsirləndirilən şəxs, nənəsi X2, 2016-cı il təvəllüdlü qardaşı X11 yaşayır. 2016-cı ildə atası cinayət etdiyi üçün həbs edilmiş və ona 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Atası həbs olunan vaxt anası Qanuni nümayəndə onlarla birlikdə yaşamış, atası cəzaçəkmə müəssisəsində olan zaman 2019-cu ilin noyabr ayında anası Tahirə bildiyinə görə dolanışıqlarının ağır olmasını bəhanə edib onu, qardaşı Loğmanı götürüb Ağsu rayonunun Bəyimli kəndində yaşayan babası Sahib Abbasovun yaşadığı evə aparmışdır. O, həmin vaxt Gəndov kənd məktəbində 4-cü sinifdə oxumuş, buna görə də dərslərindən qalmalı olmuş, o və qardaşı Loğman Ağsu rayonu Bəyimli kəndində babası Sahibin və nənəsi Zeynəbin yanında təxminən 1 həftəyə qədər qalmışlar. Sonra isə anası onu və qardaşını hansısa səbəbdən Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsinə aparmış, onlar orada həyət evində kirayə yaşamağa başlamış, həmin vaxtlar anası Tahirənin Nicat adlı şəxslə yaxın münasibətdə olması ona məlum olmuş, Nicat teztez anasının yanına, onların yaşadığı evə gəlmiş, Nicat hər dəfə onların evinə gələndə ərzaq və s. alıb gətirmişdir. Nicat adlı şəxs onun anası ilə birlikdə onu Sulutəpə qəsəbəsində 217 nömrəli məktəbə düzəltmiş və o, orada 4-cü sinifdə təhsilini davam etdirməyə başlamışdır. Sulutəpə qəsəbəsində o, 2 il yaşamış, 5-ci sinifi Sulutəpə qəsəbəsində məktəbdə oxuyub bitirmiş və anası 5 aylıq hamilə olduğundan Nicat adlı şəxslə birlikdə Bakı şəhəri, Xətai rayonunda Əhmədli qəsəbəsində bina evində kirayə yaşamağa başlamışlar. Sonra isə Ağsu rayonu Bəyimli kəndində yaşamağa başlamışlar. X32 rayonunda 1 uşaq dünyaya gətirmiş, həmin uşaq anasının dediyinə görə Nicat adlı şəxsdən olmuş, 2022-ci ilin iyun ayında atası cəzaçəkmə müəssisəsindən azadlığa çıxmış, həmin vaxt o, anası və qardaşı Ağsu rayonu Bəyimli kəndində yaşayırmışlar. Atası nənəsinə xəbər edib kəndə gətirməsini demiş, nənəsi Zeynəb ilk əvvəl qardaşı Loğmanı, 2 həftə sonra isə onu Gəndov kəndinə gətirmiş, artıq o, aybaşı olmuş və xəstlənmişdir, artıq cinsi həyatı başa düşmüşdür. Onlar bir otaqda yerdə döşək üzərində yatırdıq. Onlar atabala kimi qucaqlaşıb yatırmışlar. O da atasına ata sevgisini bildirmiş, başqa hər hansı bir intim münasibət fikirləşməmişdir. Bir həftə atası onu qucaqlayıb yatmış, artıq o, atasının əlini onun döşlərinə və müxtəlif intim nahiyələrinə toxundurduğunu, həmçinin cinsi orqanını ona toxundurduğunu hiss etmiş, atası ona bu barədə heç kimə deməməyini, əks halda onu döyəcəyini demişdir. O da qorxduğu üçün bu barədə heç kimə deməmiş, o, kənddə olarkən atası ona Ağsu rayonu Bəyimli kəndində yaşayan anası ilə danışmamağı demişdir. Bu səbəbdən də anası ondan küsmüşdür. 2022-ci ilin iyul ayının axırlarında dəqiq tarixini xatırlamadığı gündə o, gecə vaxtı saat 22-23 radələrində yerdə yatarkən atası Təvəkkül yenə də gəlib onun yanında yatmış, həmin vaxt nənəsi Firəngiz, qardaşı Loğman otaqda yatmışdılar. Yay ayı olmasına baxmayaraq onun əynində qolsuz kofta, həmçinin tuman olmuşdur. Atası ona yaxınlaşıb onu qucaqlamış, onu öpməyə, əllərini bədəninin müxtəlif nahiyələrinə toxundurmağa başlamış, o, istəməsə də atası ona sakit olmağını demişdir. Atası onun alt paltarını əynindən çıxartmış, özü də paltarlarını çıxarmışdır. Lakin əynində mayka olmuşdur. Atası ona üzü üstə uzanmağını demiş, o, üzü üstə uzanarkən atası, arxadan yenə də onu qucaqlamış və cinsi orqanına öz cinsi orqanını salmışdır. O, ağrı hiss etdiyinə görə “ay” deyə səsini çıxartsa da atası ona sakit olmağını demişdir. Bundan sonra o, baxanda cinsi orqanının qanadığını görmüşdür. Paltarını dəyişmək üçün ayağa durmuş və digər otağa keçmək istəmiş, atası da ayağa qalxıb eyvana çıxmış, atası eyvanda ona “bu nə qandı paltarıma dəyib?” demiş, o da atasına “ola bilər xəstəliyim başa çatmayıb məndən dəyib” demişdir. O da paltarını dəyişmiş, atası onun bu barədə heç kimə heç nə deməməyini demişdir. 2022-ci ilin iyul ayından 2023-cü ilin iyun ayına qədər onunla mütəmadi olaraq onun istəyi ilə onunla cinsi əlaqədə olmağa başlamışdır. 2023-cü ilin may ayında atası ilə bir yerdə cəzaçəkmə müəssisəsində cəza çəkən əslən Şəki rayonundan olan türmə yoldaşı Rəhim adlı şəxs onların evinə gəlmişdi və 7 iyun 2023-cü ilə qədər onlarda qalmışdır. 7 iyun 2023-cü il tarixdə atası Təvəkkül və Rəhim adlı şəxs Şəki şəhərinə getmişlər. Rəhim və atası Təvəkkül onlarla evdə qaldığı müddətdə ayrı otaqda bir yerdə qalırmışlar. Sonuncu dəfə 18 iyun 2023-cü il tarixdə o, aybaşı olmuş, lakin sonrakı aylarda artıq aybaşı olmamışdır. Bu barədə o, atasına demiş, sonuncu ona, “ola bilər xəstəliyin gecikir, bu yaxınlarda olarsan” demişdir. O, hamilə olduğunu bilməmiş, artıq 2023-cü ilin oktyabr ayında qarnının böyüdüyünü görüb hamilə olduğunu başa düşmüşdür. Bu barədə Təvəkküllə danışdıqda təvəkkül, ona hədə gələrək, “səni xəstəxanaya apara bilmərəm, işin üstü açılar, səndən gələcəkdə kimsə bu barədə soruşarsa deyərsən ki, türmə yoldaşım Rəhim mənimlə cinsi əlaqədə olub” demişdir. Bu səbəbdən o, məktəbə gedərkən məktəb şagirdləri və müəllimlərin onun hamilə olduğunu bilməmələri üçün əynində olan üst paltarını əynindən çıxartmamışdır. 14 fevral 2024-cü il tarixdə məktəbdə tədbir keçirilərkən əynindən paltarını çıxarmaq istəməsə də müəllimlərin təkidi ilə paltarını əynindən çıxartmış, Pərvanə və Vüsalə müəllimə onu tədbirdən kənara çağıraraq qarnının hansı səbəbdən böyüməsini, paltarı əynindən çıxartmaq istəməməyinin səbəbini soruşduqda o da müəllimələrə hamilə olduğunu, atasının türmə yoldaşı Rəhim adlı şəxsin onunla cinsi əlaqədə olduğunu demişdir. Buna baxmayaraq atası Təvəkkül yenə də onun istəyi ilə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə atası Təvəkkül onunla 2023-cü ilin dekabr ayına qədər cinsi əlaqədə olmuş və hər dəfə cinsi ehtirasını ya üstünə, ya da içinə başa çatdırmışdır. 15 fevral 2024-cü il tarixdə İsmayıllı Uşaq və X20, həmçinin icra hakimiyyətinin işçiləri yaşadığı evə gəlmişlər və onu müayinə etmək üçün İsmayıllı rayon mərkəzi xəstəxanasına gətirmişlər. Müayinə zamanı onun 34 həftəlik hamilə olduğu müəyyən olunmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 3 uşağı var. Təqsirləndirilən şəxs onun əridir. O, Təvəkküllə 2005-ci ildə ailə həyatı qurmuşdur. Birgə nigahlarından 2009-cu il təvəllüdlü Leyla adlı qızı və 2016-cı il təvəllüdlü Loğman adlı uşaqları var. Təvəkkül 2016-cı ildə həbs olunandan sonra o, ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkdiyi üçün ata evinə, Ağsu rayonunun Bəyimli kəndinə getmiş, Təvəkkül tutulanadək onlar Gəndov kəndində yaşamışlar. Onlarla birlikdə qaynanası Firəngiz də yaşamışdır. O, dolanmaqda çətinlik çəkdiyi üçün Leyla və Loğmanı götürüb ata evinə getmiş, 2022-ci ildə Təvəkkül azadlığa çıxdıqdan sonra ona zəng edərək, uşaqları Gəndov kəndinə, onun yaşadığı evə gətirməyini istəmişdir. Anası Zeynəb də ilk öncə Loğmanı sonra isə Leylanı atasıgilə aparmışdır. Təvəkkül onların istədiyi vaxt gəlib onu görə biləcəklərini demiş, o, mütəmadi olaraq Leyla ilə telefon əlaqəsi yaratmış, 2023-cü ilin sonlarında isə Leyla artıq onun telefon zənglərinə cavab verməmiş, onun Leyla ilə münasibətləri pozulmuşdur. O da nə olduğunu anlamamış, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona zəng edərək, polis şöbəsinə dəvət etmiş, o da polis şöbəsinə gəldikdə qızının 34 həftəlik hamilə olduğunu öyrənmiş, daha sonra o, Leyla ilə söhbət edərkən Leyla atası Təvəkkülün onunla mütəmadi olaraq cinsi əlaqədə olduğunu və atasından hamilə olduğunu ona demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “raport”-dan görünür ki, Leyla İsmayılov 14 (yaş) “34 həftəlik hamilə” diaqnozu ilə İsmayıllı RMX-nə daxil olmuşdur (cild 01, iş vər. 02). xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30 –da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 47). xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il təvəllüdlü himayəsində olan yektinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu yer İsmayıllı rayonun Gəndov kəndində yaşadığı evin yataq otağıdır (cild 01, iş.vər. 58-60). xx.xx.2024-cü il tarixli “üzləşmə və dindirmə protokolu”-ndan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs X12 ifadələrində göstərdikləri halları bir-birinin üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir (cild 1, i.v. 64-66) xx.xx.2024-cü il tarixli, 4(037)-6/2024 nömrəli İsmayıllı Rayon Məhkəməsinin qərarından görünür ki, həbs etmənin müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində müəyyən edilməklə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 103-107). xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs 2023-2024-cü tədris ilində Gəndov kənd ümumi orta məktəbin Vİİ (yeddi)-nci sinfində təhsil alır (cild 01, iş vər.108). xx.xx.2024-cü il tarixli İsmayıllı Rayon Polis şöbəsinin 84/2-3642/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs steril pambıqlı çöplərə vasitəsilə götürülmüş yanaq epiteli qaşıntısı “DNT” məlumat bankına daxil edilməsi üçün göndərilmişdir (cild 01, iş vər.110). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası SSRİ CM-nin 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1999-cu il tarixli amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası SSRİ CM-nin 93-3M 2H, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 166 saylı əfv fərmanına əsasən azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.1-ci maddələri ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (cild 01, iş vər 115-117). 05 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X31 18-1-47/2-489/24 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonunun Gəndov kənd sakini xx.xx.1980-cı il təvəllüdlü İsmayılov X8 RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur (cild 1, iş vər. 118) xx.xx.2024-cü il tarixli “raport”-dan görünür ki, verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs dostu “Rəhim” adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər 124). xx.xx.2024-cü il tarixli, 87 nömrəli Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin, Publik hüquqi şəxsi İsmayıllı rayon şöbəsinin məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində, eləcə də başında xəsarətin hər hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir (cild 1, iş vər. 125-128). xx.xx.2024-cü il tarixli, 86 nömrəli Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin, Publik hüquqi şəxsi İsmayıllı rayon şöbəsinin məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində, həmçinin ağız boşluğunda xəsarətin hər-hansı obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdu, pozulma müddəti onun məhkəmə-tibbi müayinəsindən 2 həftədən artıq müddətə uyğundur. Zərərçəkmiş şəxs 34 həftəlik hamilədir. Zərərçəkmiş şəxs onunla mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər aşkar edilməmişdir (cild 01, iş vər. 129-132). xx.xx.2024-cü il tarixli 189 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X27 Bakı şəhər Şöbəsinin ekspertizasının rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində onun məhkəmə-tibbi müayinəsi zamanı qərarda göstərilən tarixlərə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabliyyətini təsdiq edən əlamətlər müsbətdir (cild 01, iş.vər. 183-186). xx.xx.2024-cü il tarixli, 353 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X23 X29 X17 ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən, öz hərəkətlərini ölçübbiçmək, və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir (cild 01, iş vər. 196-198). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1254R nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs - 99,99 % ehtimalla Zərərçəkmiş şəxs 12 mart 2024-cü il tarixdə dünyaya gətirdiyi X5 bioloji atasıdır (cild 01, iş vər. 213-218). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X23 X29 X17 ambulator məhkəmə-psixoloji ekspertizasının 394 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakı kimidir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təlqinə qapılmağa başqalarının təsiri altında hərəkətlər etməyə, hadisəni özündər uydurmağa meyilli deyildir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaş xüsusiyyəti və intelekktual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelekktual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs psixi vəziyyətində hal-hazırda hər hansı pozuntu müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur (cild 01, iş vər. 223-226). xx.xx.2016-cı il tarixli, 1(046)-76/2016 nömrəli Göyçay Rayon Məhkəməsinin hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəazsına məhkum edilmişdir (cild 02, iş vər.4-17). xx.xx.2022-ci il tarixli, 7 (007)-804/2022 nömrəli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki,Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 11(on bir) gün hissəsindən şərti olaraq vaxtından əvəl azad edilmişdir (cild 01, iş vər.18-21). 22 avqust 2024-cü il tarixli İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Gəndov inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Gəndov kənd sakini olmaqla ailə üzvləri arvadı Qanuni nümayəndə, qızı 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, oğlu 2016-cı il təvəllüdlü X3 ibarətdir və mənfi xarakterizə olunur (cild 02, iş vər. 33-35). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qəraradan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 149, 29, 149, 150 və 29, 150-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilməsi, habelə Zərərçəkmiş şəxs “Rəhim” adlı şəxs tərəfindən zorlanmasına dair hallar öz təsdiqini tapmadığına görə həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır (cild 02, iş vər.43-53). xx.xx.2024-cü il tarixli, 3-16-17/37/2-4871-2024 nömrəli X15 məktubuna əlavə olunmuş X4 məxsus 714/2024 nömrəli “məhkumun tibbi kitabçası” –dan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs qarnında çoxsaylı, sol kürəkdə (cərrahi əməliyyatdan sonra) köhnə çapıq toxumalar aşkar olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X19 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları (ekspertiza rəyini) və irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Qanuni nümayəndə arasında nikah bağlanmış, bu nikahdan Zərərçəkmiş şəxs və X11 doğulmuşdur. 2016-cı ildə Təqsirləndirilən şəxs cinayət törətdiyindən ona 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, o, həbs olunan vaxt arvadı Qanuni nümayəndə uşaqlarla birlikdə İsmayıllı rayonunda yaşamış, 2019-cu ilin noyabr ayında Qanuni nümayəndə uşaqları götürüb Ağsu rayonunun Bəyimli kəndinə atası Sahib Abbasovun yaşadığı evə getmişdir. Sonra isə Qanuni nümayəndə Zərərçəkmiş şəxs qardaşı Loğman ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsinə aparmış və onlar orada yaşamağa başlamışlar. Daha sonra isə Qanuni nümayəndə hamilə olması ilə bağlı uşaqlarla birlikdə Ağsu rayonu Bəyimli kəndinə qayıtmışdır. 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qaynanası Zeynəbə xəbər edib uşaqlarını kəndə gətirməsini demiş və Zeynəb əvvəl Loğmanı İsmayılovu daha sonra isə Zərərçəkmiş şəxs Gəndov kəndinə gətirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarına gəldikdə isə qeyd edilməlidir ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, 2022-ci ilin iyul ayının sonlarından 2023-cü ilin dekabr ayının sonlarına kimi olan müddət ərzində, dəqiq tarixləri və saatları istintaqa məlum olmayan vaxtlarda, mütəmadi olaraq İsmayıllı rayonunun Gəndov kəndində yaşadığı evin yataq otağında yerdə döşək üzərində yatan on altı yaşına çatmayan Zərərçəkmiş şəxs yanında uzanaraq döşlərinə və bədəninin müxtəlif nahiyələrinə toxunub sonuncunun cinsi ehtirasını oyadaraq cinsi orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək qəsdən cinsi əlaqədə olmaqla və seksual xarakterli digər hərəkətlər etməklə öz cinsi ehtirasını başa çatdırıb, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıdığı halda on dörd yaşına çatmayan, daha sonra isə on altı yaşına çatmayan, aralarında yaş fərqi iki ildən çox olan qızı Zərərçəkmiş şəxs ilə təkrarən mütəmadi olaraq qəsdən cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla razılaşmayaraq və həmin ittihamı bütövlükdə mübahisələndirərək bildirmişdir ki, Zərərçəkmiş şəxs doğma qızıdır. O, Zərərçəkmiş şəxs qarşı cinayət törətməmiş, sözügedən hadisəni o, törətməmiş, ibtidai istintaq orqanı ona qarşı qərəzli olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə öyrətməsi ilə həqiqətə uyğun olmayan verdiyi məlumatlar əsasında ona qanunsuz və əsassız ittiham elan etmiş, ona görə də ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını, eləcə də ittihamın şər və böhtandan ibarət olmasını onunla əsaslandırmışdır ki, yoldaşı Tahirə onu biyabır edirmiş, onun məhkum yoldaşı ilə birlikdə həbsxananın qarşısına gəlib fırlanırmış, bütün məhkumlar bunu görürmüş, həbsdən çıxdıqdan sonra Tahirə ilə münasibəti olmamış, heç vaxt spirtli içki içməmiş və narkotik istifadə etməmişdir. Leyla məktəbə gedib-gəldiyini demişdir. Leylanı öyrədən anası olmuş, uşaq anasıgilə gedib-gəlmiş, nə olubsa orada olmuş və Leylanın onu şərləmə səbəbi anası olmuşdur. Özü namaz qılan olmuş və qızına namaz öyrətmişdir. Qızı namaz qılıb onu şərləyir, çünki anası belə öyrədmişdir. Ailəsi onun azadlıqda olmağını istəməmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məzmunda ifadə verməklə ittihamı mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin iddia etdiyi halların həqiqət olmasını sübuta yetirə bilməmişdir. Bunun əksinə olaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadələr, şahid ifadəsi və cinayət işi materiallarına əlavə edilmiş sübutlar ilə təsdiq edilmişdir. Bundan başqa, ibtidai araşdırma zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs barəsində ekspertiza keçirilmiş və xx.xx.2024-cü il tarixli, 86 nömrəli Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin, Publik hüquqi şəxsi İsmayıllı rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2009cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində, həmçinin ağız boşluğunda xəsarətin hər-hansı obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdu, pozulma müddəti onun məhkəmə-tibbi müayinəsindən 2 həftədən artıq müddətə uyğundur. Zərərçəkmiş şəxs 34 həftəlik hamilədir. Zərərçəkmiş şəxs onunla mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1254R nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs - 99,99 % ehtimalla Zərərçəkmiş şəxs 12 mart 2024-cü il tarixdə dünyaya gətirdiyi X5 bioloji atasıdır Zərərçəkmiş şəxs kişi cinsindən olan başqa şəxslə/şəxslərlə yaxın münasibətdə olmaması və kişi cinsindən olan başqa şəxslərin onların yaşadığı evə gəlməməsi hallarını həm ayrı-ayrılıqda, həm də bütövlükdə təkzib edə biləcək hallar məhkəmə istintaqında müəyyən edilmədiyindən, eləcə də müdafiə tərəfi göstərilən halları istisna edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs verdiyi ifadələrin həqiqiliyinə şübhələr yoxdur və ona görə də məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul edir. Başqa sözlə, Zərərçəkmiş şəxs cinsi əlaqədə olmasını göstərən əlamətlər aşkar edildiyindən və bu əlamətlərin başqa şəxsin əməlləri nəticəsində yaranmasını təsdiq edən sübut olmadığından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. xx.xx.2024-cü il tarixli 189 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X27 Bakı şəhər Şöbəsinin ekspertizasının rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində onun məhkəmə-tibbi müayinəsi zamanı qərarda göstərilən tarixlərə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabliyyətini təsdiq edən əlamətlər müsbətdir. Müəyyən edilmiş bu hal da iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinsiyyət orqanında onun cinsi əlaqəyə girməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya olmadığından o, həqiqətən də Zərərçəkmiş şəxs ilə təkrarən mütəmadi olaraq qəsdən cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər edərək Cinayət Məcəlləsinin 152.4.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, yuxarıda göstərilən nəticəni həm məcmu, həm də ayrı-ayrılıqda yoxlayıb və hüquqi qiymət verib məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs kimi aralarında yaş fərqi iki ildən çox olan, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə təkrarən cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması ilə bağlı Təqsirləndirilən şəxs göstərdiyi hallarla bağlı məhkəmə qeyd edir ki, X10 sorğu verilərək əldə olunmuş X4 məxsus 714/2024 nömrəli “məhkumun tibbi kitabçası” –dan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs qarnında çoxsaylı, sol kürəkdə (cərrahi əməliyyatdan sonra) köhnə çapıq toxumalar aşkar olunmuş və göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı iddia etdiyi hallar öz təsdiqini tapmamışdır. Həmçinin Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin, Publik hüquqi şəxsi İsmayıllı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 87 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində, eləcə də başında xəsarətin hər hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə olduğu təqdirdə məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin əməl törədilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə tövsif edir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 1 (bir) azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Az ağır cinayət törətməyə görə məhkumluğu ödənilmədiyi müddət ərzində təqsirləndirilən şəxs X6 yenidən qəsdən ağır cinayət törətməsi sadə residiv təşkil etdiyindən və X13 təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətdiyindən, məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən, cəzanı ağırlaşdıran hal kimi residiv mövcud olduğundan və X7 Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci (ekspertiza xərci) və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər, maddi məsul və tərbiyyə etməklə əlaqədar vəzifə daşımaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Tural Əfəndizadə Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-245/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-245/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver