Məhkəmə qərarları › İş №1(091)-245/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-245/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-245/2025 13.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, X13 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Ucar rayonunun Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.3, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, hazırda məhkumluğu ödənilmiş, İsmayıllı rayonunun Mücühəftəran kəndində qeydiyyatda olan və İsmayıllı rayonunun Qalınçaq kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib, həmin bitkiləri kultivasiya etmək qərarına gəlmiş, bu məqsədlə 2025-ci ilin aprel ayının əvvəllərində, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda özünə məxsus İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinin 2 metr enində 15 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyib, əkin üçün yararlı vəziyyətə gətirmiş və istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını həmin yerdə qəsdən qanunsuz olaraq əkib su verməklə, alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək, ümumilikdə külli miqdar təşkil edən, cəmi 61 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 22 santimetrdən 98 santimetrədək hündürlüyə çatdıraraq, qəsdən qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən qanunsuz olaraq əkib yetişdirməklə, kultivasiya etdiyi, cəmi 9600,0 qram çəkidə, ümumilikdə külli miqdar təşkil edən 61 (altmış bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək, ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Mücühəftəran kəndində qeydiyyatda olsa da, İsmayıllı rayonunun Qalınçaq kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Ondan başqa yaşadığı evdə anası X14, arvadı X15, azyaşlı qızı Diana Məmmədova və oğlu Əbülfəz Məmmədov yaşayırlar. Təxminən 10 ildən artıqdır ki, marixuanadan istifadə edir. 2025-ci ilin mart ayının ortalarında, dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı ryaonunun Qalınçaq kəndi ərazisindəki küçə ilə yaşadığı evə gələrkən, hazırda xatırlamadığı yerdə, qarşısına 1 ədəd sellofan büküm çıxmış və diqqətini cəlb etdiyi üçün bükümü götürüb, açdıqda içərisində çətənə bitkisinin toxumları olduğunu görmüşdür. Həmin toxumları yaşadığı evin damında gizlətmişdir ki, başqa heç kim görməsin. 2025-ci ilin aprel ayının əvvəllərində çətənə bitkisinin toxumlarını əkmişdir, gələcəkdə şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana əldə etsin. Bu məqsədlə yaşadığı evin həyətində təxminən 2 metr enində 15 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyib, belləmiş və orada çətənə bitkisinin toxumlarını əkmişdir. Təxminən 1 həftə sonra bitki toxumları cücərmiş və tez-tez çətənə bitkisinin şitillərinə qulluq göstərərək, diblərini boşaltmış, su və peyin vermişdir. xx.xx.2025-ci il tarixədək artıq bitkilər 1 metrə qədər müxtəlif hündürlükdə olmuşlar. xx.xx.2025-ci il tarixdə, saat 14:50 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etmiş və yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərməkdə şübhəli olmasını deyib, onu əməliyyat-axtarış tədbiri haqqında qərarla tanış etmişlər. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirəcəklərini, buna hər hansı etirazının olub-olmamasını bildirdikdə, o, hər hansı etirazının olmaması barədə ərizə təqdim etmişdir. Polis əməkdaşları ona videoçəkilişlə həyətyanı sahəyə və evə baxış keçirəcəklərini, əgər yaşadığı evdə hər hansı narkotik vardırsa, təqdim etməsini bildirdikdə, o, etiraf edərək, yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərdiyini demişdir. Bundan sonra polis əməkdaşlarına çətənə bitkilərini əkibbecərdiyi yeri göstərmiş və baxış zamanı 61 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər, 12 ədəd plasmas butulka və 1 ədəd plasmas qab aşkar edilmişdir. 61 ədəd bitki bir ədəd sintetik kisədə qablaşdırılıb, üzəri möhürlənərək götürülmüşdür. Ümumilikdə, aşkar edilmiş 13 ədəd plasmas qab da bir ədəd sintetik kisədə qablaşdırılıb, üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra evə baxış keçirilmiş, evdən hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra baxış keçrilməsi barədə potokol tərtib edilmiş və o, tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etdikdən sonra, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə ərizə ilə müraciət edərək, müdafiəçi ilə təmin olunmasını istəmiş və təqdim edilmiş vəkillərin siyahısından vəkil İslam İsmayılovu seçmişdir. Bundan qısa müddət sonra həmin vəkil ona təqdim edilmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş və saat 18 radələrində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yazılan 61 ədəd kolla razıdır. Çətənə kollarını saymamışdır. Çətənə toxumlarını səpən vaxt çox olacağını bilməmişdir. Şəxsi istifadəsi üçün əkmişdir. Çünki, başında şiddətli ağrılar olur, dərmanlar isə bahalı olduğu üçün ala bilmir. Bu məqsədlə çətənə kolu əkmək qərarına gəlmişdir ki, ağrılarnı kəsmək üçün marixuana əkib, istifadə etsin. Tutulan vaxt polis əməkdaşları tərəfindən ona təzyiq olmamışdır. Polis əməkdaşları qapısına gəlib, həyətində çətənə kolları olub-olmadığını soruşmuşlar. O, səmimi etiraf etmiş və əkdiyi kolların yerini onlara göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə doğrudur. Həmin ifadəni təsdiq edir. Həyətdə əkdiyi çətənə kollarından ailə üzvlərinin xəbəri olmamışdır. Belə ki, həyətyanı torpaq sahəsi 1 hektar 37 sotdur. Çətənə kollarını həyətində olan kanalın ətrafında əkmiş və bundan ailə üzvlərinin heç birinin məlumatı olmamışdır. Mobil telefondan istifadə etmir. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü madəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonunun Qalınçaq kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində külli miqdarda narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi barədə ona əməliyyat məlumatı daxil olduğundan, bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. 12 iyun 2025-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə rəhbərliyi tərəfindən təsdiq edilərək, özündən, RPŞ-nın İstintaq bölməsinin müstəntiqi, polis mayoru X5, RPŞ-nın CAB-ın əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis kapitanı Şahid2, polis baş leytenantı Şahid4 və RPŞ-nın KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X10 ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Qərarın icrası ilə əlaqədar baxış zamanı mütəxəssis qismində iştirak etmək üçün X29 X7 sektorunun baş məsləhətçisi X11 dəvət edilmişdir. 12 iyun 2025-ci il tarixdə, saat 15 radələrində o və adlarını qeyd etdiyi şəxslər İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evə getmişlər. Onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və onu narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında təsdiq edilmiş əməliyyat-axtarış tədbiri qərarı ilə tanış edib, yaşadığı evə və həyətyanı sahəyə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirərək, müvafiq ərizə də təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməməsi və narkotik vasitə saxlayıb saxlamaması soruşulduqda, o, şəxsi istifadəsi üçün yaşadığı evin həyətində çətənə bitkisi becərdiyini və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxış iştirakçıları Təqsirləndirilən şəxsla birlikdə evin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşayış evindən kənarda böyürtkən kollarının arasında torpaqda olan bitkiləri göstərərək həmin bitkilərin çətənə bitkiləri olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin bitkilər 2 metr enində 15 metr uzunluqda şumlanmış torpaq sahəsində əkilmişdir. Baxışda iştirak edən İsmayıllı rayon Dövlət Aqrar X7 sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən, X11 bildirmişdir ki, həmin bitkilər formasından, iyindən narkotik tərkibli çətənə bitkilərinə oxşayır və həmin bitkilərin dibi alaq otlarından təmizlənmiş, su verilərək mütəmadi qulluq göstərilmişdir. Həmin bitkilər torpaqdan çıxarılmış və sayıldıqda 61 ədəd olması müəyyən edilmişdir. Bitkilərin hündürlüyü ölçüldükdə, ən kiçiyinin 22 santimetr, ən böyüyünün isə 98 santimetr ölçüdə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini nə vaxt əkib-becərdiyini soruşduqda o, yaşadığı evə tərəf gələrkən küçədə yerdən 1 ədəd sellofan bükümdə təsadüfən çətənə bitkisinin toxumunu tapdığını, həmin çətənə bitkisinin toxumlarını 2025-ci ilin aprel ayının əvvəllərində həmin yeri şumlayaraq əkdiyini və toxumdan çıxan çətənə bitkilərinə qulluq etdiyini, məqsədinin şəxsi istifadəsi üçün marixuana əldə etmək olduğunu bildirmişdir. Bundan başqa, çətənə bitkilərinə bənzər bitkilərin əkilib-becərildiyi yerin yanında 1 ədəd bel, 12 ədəd plasmas butulka və 1 ədəd plasmas qab olmaqla, cəmi 13 ədəd plasmas qab aşkar edilmiş və 61 ədəd bitkilər 1 ədəd sintetik kisədə qablaşdırılıb, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanaraq, götürülmüşdür. 13 ədəd plasmas qablar da bir ədəd sintetik kisədə qablaşdırılıb, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və o, tərtib olunmuş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyi təklif edilmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, dövlət hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmiş və ona təqdim edilmiş vəkillərin siyahısından İsmayıllı Rayon Vəkil Bürosunun vəkili X1, həmin vəkil Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə, saat 17:48-də şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. İsmayıllı RPŞ-nın növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs üzərinə həmin gün videoçəkilişlə onun, İsmayıllı RPŞ-nın məsul növbətçisi, polis leytenantı X21, RPŞ-nın İB-nin müstəntiqi, polis mayoru X5, RPŞ-nın CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, RPŞ-nın CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, RPŞ-nın KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X22 və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Polis şöbəsinin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya vasitə vardırsa təqdim etməyi təklif edildikdə, o, üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilərək, ucadan oxunmuş, o və digər iştirakçılar protokolun düzgünlüyü imzaları ilə təsdiq etmişlər. O, daha sonra Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Həyətə baxış keçirdikdən sonra təqsirləndirilən şəxsi polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs xəstə olduğu üçün marixuanadan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Aqronom çətənə kollarına qulluq olunduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, İsmayıllı RPŞ-nın CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyirəm. İsmayıllı rayonunun Qalınçaq kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışam, onunla heç bir ədavətim və düşmənçiliyim olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində külli miqdarda narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə RPŞ-nın CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 əməliyyat məlumatı daxil olduğundan, bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və 12 iyun 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Şöbə rəhbərliyi tərəfindən təsdiq edilərək, mən, RPŞ-nın İB-nin müstəntiqi, polis mayoru X5, əməliyyat müvəkkili, polis kapitanı Şahid1, axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və RPŞ-nın KTQ-nın baş inspektor kriminalisti, polis mayoru X10 ibarət əməliyyat-istintaq qrupu yaradılmışdı. Qərarın icrası ilə əlaqədar baxış zamanı mütəxəssis qismində iştirak etmək üçün X29 X8 sektorunun baş məsləhətçisi X11 dəvət edilmişdi. 12 iyun 2025-ci il tarixdə, saat 15 radələrində mən və adlarını qeyd etdiyim şəxslər İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evə getdik. Biz Təqsirləndirilən şəxs xidməti vəsiqələrimizi göstərib, özümüzü təqdim etdik və оnu narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında təsdiq edilmiş əməliyyat-axtarış tədbiri qərarı ilə tanış edib, yaşadığı evə və həyətyanı sahəyə videoçəkiliş aparılmaqla, baxış keçiriləcəyini bildirdik. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək, müvafiq ərizə də təqdim etdi. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməməsi və narkotik vasitə saxlayıb-saxlamaması soruşulduqda, o, şəxsi istifadəsi üçün yaşadığı evin həyətində çətənə bitkisi becərdiyini və təqdim edə biləcəyini bildirdi. Bundan sonra baxış iştirakçıları Təqsirləndirilən şəxsla birlikdə evin həyətinə daxil olduq. Təqsirləndirilən şəxs yaşayış evindən kənarda böyürtkən kollarının arasında torpaqda olan bitkiləri göstərərək, həmin bitkilərin çətənə bitkiləri olduğunu və özünə məxsus olduğunu bildirdi. Həmin bitkilər 2 metr enində 15 metr uzunluqda şumlanmış torpaq sahəsində əkilmişdi. Baxışda iştirak edən İsmayıllı Rayon Dövlət Aqrar X7 sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən X11 bildirdi ki, həmin bitkilər formasından, iyindən narkotik tərkibli çətənə bitkilərinə oxşayır və həmin bitkilərin dibi alaq otlarından təmizlənmiş, su verilərək, mütəmadi qulluq göstərilmişdir. Həmin bitkilər tərəfimizdən torpaqdan çıxarıldı və sayıldıqda 61 ədəd olması müəyyən edildi. Bitkilərin hündürlüyü ölçüldükdə, ən kiçiyinin 22 santimetr, ən boyüyünün isə 98 santimetr ölçüdə olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini nə vaxt əkibbecərdiyini soruşduqda, o, yaşadığı evə tərəf gələrkən küçədə yerdən bir ədəd sellofan bükümdə təsadüfən çətənə bitkisinin toxumunu tapdığını, həmin çətənə bitkisinin toxumlarını 2025-ci ilin aprel ayının əvvəllərində həmin yeri şumlayaraq əkdiyini və toxumdan çıxan çətənə bitkilərinə qulluq etdiyini, məqsədinin şəxsi istifadəsi üçün marixuana əldə etmək olduğunu bildirdi. Bundan başqa, çətənə bikilərinə bənzər bitkilərin əkilib-becərildiyi yerin yanında 1 ədəd bel, 12 ədəd plasmas butulka və 1 ədəd plasmas qab olmaqla, cəmi 13 ədəd plasmas qab aşkar edildi. 61 ədəd bitki 1 ədəd sintetik kisədə qablaşdırılıb, üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürüldü. 13 ədəd plasmas qablar da 1 ədəd sintetik kisədə qablaşdırılıb, üzəri İsmayıllı RPŞnin 74 saylı zərflər üçün möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürüldü. Bu barədə protokol tərtib edildi, mən də tərtib olunmuş protokolun düzgünlüyünü imzamla təsdiqlədim. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyi təklif etdik və birlikdə polis şöbəsinə gəldik. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, dövlət hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etdi və ona təqdim edilmiş vəkillərin siyahısından İsmayıllı Rayon Vəkil Bürosunun vəkili X2 və həmin vəkil Təqsirləndirilən şəxs təqdim edildi. Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə, saat 17:48-də şübhəli şəxs qismində tutuldu və ona hüquq və vəzifələri izah edildi. İsmayıllı RPŞ-da, növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs üzərinə həmin gün videoçəkilişlə mənim, İsmayıllı RPŞnın məsul növbətçisi X21, müstəntiq X5, əməliyyat müvəkkilləri Şahid1, Şahid3, baş inspektor kriminalist X22 və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi deyildi. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirdi. Polis şöbəsinin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya vasitə vardırsa, təqdim etməyi təklif edildikdə, o, üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya vasitə olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmadı və götürülmədi. Şəxsi axtarış zamanı protokol tərtib edildi, tərtib edilmiş protokol ucadan oxundu. Mən və digər iştirakçılar protokolun düzgünlüyü imzalarımızla təsdiq etdik. Şahid ifadələrini dinləyib, tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid3, Şahid1, Şahid2 və Şahid4 həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların bu ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin həm ibtidai istintaqı zamanı, həm də məhkəmə baxışında göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir. Ona görə məhkəmə kollegiyası həmin ifadələri dürüst və mötəbər sübutlar hesab edir və hökmün əsasına qoyur, şahidlərin qeyd olunan ifadələrində təqsirləndirilən şəxsə böhtan atmaları üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: İsmayıllı RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid3 İsmayıllı RPŞ-nın rəisinə ünvanladığı 12 iyun 2025-ci il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, İsmayıllı rayonunun Qalıncaq kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə mənə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar zəruri olan əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilməsinə göstəriş verilməsi xahiş olunur (İ cild, i/v 02). Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 12 iyun 2025-ci il tarixli qərarla. Həmin qərardan müəyyən olunur ki, İsmayıllı rayonunun Qalıncaq kənd sakini X6 yaşadığı evin həyətyanı sahəsində külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinə və yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır (İ cild, i/v 03). Həyətyanı sahəyə və evə baxış keçirilməsi haqqında 12 iyun 2025-ci il tarixli protokol və həmin tədbirin gedişatını özündə əks etdirən DVD diskdə olan videogörüntülərlə. Həmin videogörüntü və protokoldan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi və narkotik vasitə saxlayıbsaxlamaması soruşulduqda o, şəxsi istifadəsi üçün yaşadığı evin həyətində çətənə bitkisi becərdiyini və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxış iştirakçıları Təqsirləndirilən şəxsla birlikdə evin həyətinə daxil olmuşlar. Həyətyanı sahə 0,20 hektardır. Həyətyanı sahədə olan Təqsirləndirilən şəxs məxsus ev kürsülü olmaqla, birmərtəbəlidir. Təqsirləndirilən şəxs yaşayış evindən kənarda böyürtkən kollarının arasında torpaqda olan bitkiləri göstərərək, həmin bitkilərin çətənə bitkiləri olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin bitkilər 2 metr enində 15 metr uzunluqda şumlanmış torpaq sahəsində əkilmişdir. Baxış zamanı iştirak edən İsmayıllı rayon Dövlət Aqrar X7 sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən, X11 həmin bitkilər formasından, iyindən narkotik tərkibli çətənə bitkilərinə oxşamasını və həmin bitkilərinin diblərinin alaq otlarından təmizləndiyini, su verilərək, mütəmadi qulluq göstərildiyini bildirmişdir. Bitkilər torpaqdan çıxarılaraq, sayıldıqda 61 ədəd olması müəyyən edilmişdir. Bitkilərin hündürlüyü ölçüldükdə, ən kiçiyinin 22 santimetr, ən böyüyünün isə 98 santimetr ölçüdə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini nə vaxt əkib-becərdiyini soruşduqda, o, bildirmişdir ki, yaşadığı evə tərəf gələrkən küçədə yerdən bir ədəd sellofan bükümdə təsadüfən çətənə bitkisinin toxumunu tapmış, həmin çətənə bitkisinin toxumlarını 2025-ci ilin aprel ayının əvvəllərində həmin yeri şumlayaraq, əkmiş və toxumdan çıxan çətənə bitkilərinə qulluq etmişdir, məqsədinin şəxsi istifadəsi üçün marixuana əldə etmək olduğunu bildirmişdir. Bundan başqa, çətənə bitkilərinə bənzər bitkilərin əkilib-becərildiyi yerin yanında 1 ədəd bel, 12 ədəd plasmas butulka və 1 ədəd plasmas qab olmaqla, cəmi 13 ədəd plasmas qab aşkar edilmişdir. 61 ədəd bitki bir ədəd sintetik kisədə qablaşdırılıb, üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 13 ədəd plasmas qab da 1 ədəd sintetik kisədə qablaşdırılıb, üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həyətyanı sahəyə və evə baxış davam etdirilsə də, digər hər hansı narkotik tərkibli bitkiyə bənzər bitki, narkotik vasitəyə bənzər bitki kütləsi, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmiş və götürülməmişdir (İ cild, i/v 14-16). 13 iyun 2025-ci il tarixli mütəxəssis rəyi ilə. Həmin rəydə göstərilir ki, xx.xx.2025-ci il tarixində, təxminən saat 15:00 radələrində rayon polis şöbəsinin dəvəti əsasında İsmayıllı rayonunun Qalınçaq kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə fərdi yaşayış evinin həyətyanı sahəsinin yanında yerləşən əraziyə baxış keçirdik. Baxış zamanı ümumi sahəsi 30 m2 (15 m x 2 m) ərazidə kolların arasında xüsusi hazırlanmış açıq torpaq sahəsində 61 ədəd kökü üstə yaş halda olmaqla, narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkiyə oxşar bitkilərin boyu 0.22 metrdən 0.98 metrə qədər olmuş, həmin bitkilərə qulluq göstərilmiş, su verilmiş, dibləri alaq otlarından təmizlənmişdir. Beləliklə, 61 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (İ cild, i/r 17). Məhkəmə bioloji ekspertizasının 13 iyun 2025-ci il tarixli 17/428 nömrəli rəyilə. Həmin rəydə göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “İsmayıllı rayon Qalınçaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş çətənə bitkisinə bənzər 61 (altmış bir) ədəd bitkilər.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik bağlamanın içərisindəki, uzunluqları 22 sm-dən 98 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 9600,0 qram olan 61 (altmış bir) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X17 12 iyun 2025-ci il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (İ cild, i/v 43-46). Məhkəmə narkoloji ekspertizanın 24 iyun 2025-ci il tarixli 1163 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 160). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 237.2.3-cü maddəsilə tövsif etməyə imkan verir, çünki Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib, həmin bitkiləri kultivasiya etmək məqsədlə 2025-ci ilin aprel ayının əvvəllərində özünə məxsus İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinin 2 metr eni 15 metr uzunluğu olan torpaq sahəsində istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib su verməklə, alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək, ümumilikdə külli miqdar təşkil edən, cəmi 61 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirmiş, xx.xx.2025-ci il tarixdə, həmin çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” həmin qərarın 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyləri, baxış keçirilməsi haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 237.2.3-cü maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək, onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). İsmayıllı Rayon Mərkəzi Poliklinikasından verilmiş xx.xx.2025-ci il tarixli 18-1-47/2- 806/2025 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1979-cu il təvəllüdlü Məmmədov X12 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında deyil, lakin Poliklinika şöbəsinin “ruhi-əsəb” kabinetində xx.xx.2024-cü il tarixdən “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu” diaonozu ilə dispanser qeydiyatdadır (İ cild, i/v 99). Eyni zamanda, ambulator məhkəmə psixiatrik ekspertizasının 04 iyul 2025-ci il tarixli 402 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs “əhvalın üzvi mənşəli pozuntusu” F06.3 xəstəliyi müəyyən edilir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. - Təqsirləndirilən şəxs müəyyən edilən əhvalın üzvi mənşəli pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmasın. Buna görə də, Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə ANLAQLİ hesab edilməlidir. - Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. - Təqsirləndirilən şəxs əhvalın üzvi mənşəli pozuntusu xəstəliyi müəyyən edilir. O, hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. - Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. - Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir (İ cild, i/v 162-164). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, ona görə də məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 237.2.3-cü maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən, CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, i/v 100-101). Həmçinin, cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(003)-454/2013 nömrəli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələrilə təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 2 il 6 ay, CM-in 221.3-cü maddəsilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (İ cild, i/v 138-145). Cinayət işinə əlavə edilmiş “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli 1657 nömrəli Sərəncamından isə müəyyən olunur ki, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2013-cü il 19 dekabr tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, i/v 146-153). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş İsmayıllı RİH başçısının Qalınçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 5-54-1/2-48/2025 nömrəli arayışlardan, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Məmmədov X12 rayonunun Mücühəftəran kəndində qeydiyyatda olub, İsmayıllı rayonunun Qalınçaq kəndində yaşayır, evlidir, himayəsində 29 mart 2013-cü il təvəllüdlü qızı X18 və 06 fevral 2017-ci ildə doğulmuş X16 adlı azyaşlı övladları vardır (İ cild, i/v 94-95, 128-129). Məhkəmə kollegiyası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını və Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın İİİ siyahınsının (Tərkibində narkotik maddələr olan bitkilər) 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında bitən, tərkibində narkotik maddələr olan çətənə bitkisinin 3- 15 ədədi (6-30 hissəsi) xeyli miqdar, 16-800 ədədi (31-1550 hissəsi) külli miqdar, 801 ədədi (1551 hissəsi) isə xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs 61 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin qanunsuz olaraq kultivasiya edilməsində təqsirləndirilən şəxsdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl bütövlükdə bir neçə səbəbdən cəmiyyət üçün böyük risklər və təhdidlər yaradır:

1. Narkotiklərin yayılması və asılılıq problemi. Narkotik bitkilərin kultivasiya edilməsi, onların kütləvi şəkildə bazara çıxarılmasına və daha çox insanın narkotik maddələrdən asılı olmasına səbəb olur. Narkotik maddələr insanların həyatına ciddi zərər vurur, fiziki və psixoloji asılılıq yaradır, eləcə də cəmiyyətdə sosial problemlərin artmasına yol açır. Asılılıq vəziyyətində olan insanlar daha çox cinayətkarlıqla məşğul olurlar, təhsildən uzaqlaşırlar və ümumiyyətlə cəmiyyətin inkişafını əngəlləyirlər.

2. Təhlükəli cinayətkar şəbəkəsinin güclənməsi. Narkotik bitkilərin qanunsuz şəkildə yetişdirilməsi və tədarük edilməsi təşkilatlanmış cinayətkar şəbəkələrinin artmasına və güclənməsinə səbəb ola bilər. Bu şəbəkələr, narkotiklərin ticarəti ilə məşğul olub, yalnız qanunsuz iqtisadiyyatın böyüməsinə deyil, həm də cəmiyyətdə zorakılıq, narkotik ticarəti ilə əlaqədar cinayət hadisələrinin artmasına yol açır.

3. Hüquq-mühafizə orqanlarının resurslarının israfı. Qanunsuz narkotik bitkilərin kultivasiyası, hüquq mühafizə orqanlarının böyük miqdarda vaxt və resurs xərcləməsinə səbəb olur. Bu isə digər daha əhəmiyyətli cinayətlərin qarşısını almağa yönələn fəaliyyətləri zəiflədir və hüquq-mühafizə orqanlarının effektivliyini azaldır.

4. Ekoloji təhlükələr. Narkotik bitkilərin yetişdirilməsi üçün geniş ərazilər tələb olunduğu halda, bu, ətraf mühitin pozulmasına gətirib çıxara bilər. Çox zaman, narkotik bitkilər qanunsuz olaraq meşəlik ərazilərdə və ya qorunan təbiət zonalarında yetişdirilir ki, bu da ekosistemin balansını poza bilər. Eyni zamanda, bu bitkilərin becərilməsi üçün istifadə olunan pestisidlər və kimyəvi maddələr torpağı və suyu çirkləndirə bilər.

5. Sosial təhlükələr. Narkotik ticarəti və istifadəçilərinin sayının artması cəmiyyətdə mənəvi və sosial dəyərlərin pozulmasına, ailə içi zorakılıq, işsizlik, yoxsulluq və digər sosial problemlərin güclənməsinə yol açır. Cəmiyyətin müxtəlif təbəqələrini narkotik maddələrdən qorumaq, ölkənin ümumi təhlükəsizliyi və rifahı üçün əhəmiyyətlidir. Bu səbəblərdən, narkotik bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, yalnız hüquq pozuntusu deyil, həm də ciddi sosial, iqtisadi və ekoloji təhlükələr yaradır. Belə fəaliyyətlərin qarşısının alınması, cəmiyyətin sağlamlığını və inkişafını qorumaq baxımından çox əhəmiyyətlidir. Məhz buna görə də X9 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 237.2.3-cü maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və törətdiyi əməldən peşman olduğunu bildirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 237.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına təsiri böyük və çoxyönlüdür. Belə ki, düzgün təyin edilmiş cəza, cəmiyyətdə hüquq və ədalət prinsipinin işləməsini təmin edir, həmçinin cinayət törətmiş şəxsin gələcəkdəki davranışlarını dəyişdirmək və zərərçəkmiş şəxsin hüquqlarını bərpa etmək məqsədini güdür. Cəzanın təyini, sosial ədalətin və hüququn bərpası üçün mühüm bir alət olur. Cəzanın təyin edilməsi, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməsini təmin edir. Bu, hüququn və ədalətin qorunması baxımından çox vacibdir. Əgər cinayət törətmiş şəxs cəzalandırılmırsa, bu, cəmiyyətdə ədalətsizlik hissinin yaranmasına və hüquq pozuntularının daha da artmasına səbəb ola bilər. Cəzanın təyini, təqsirləndirilən şəxsin təqsirini etiraf edib, tanıyıb, davranışlarını dəyişdirməsinə, həmçinin digər potensial cinayət törətmək niyyətində olan şəxsləri qorxutmağa, çəkindirməyə, tərbiyələndirməyə xidmət edir. Sosial ədalət, bütün fərdlərə bərabər hüquqların verilməsini və cinayətlərin qarşısının alınmasını nəzərdə tutur. Əgər cəmiyyətdə hüquqların pozulmasına qarşı cəza tədbirləri mövcuddursa və bu cəzalar ədalətli şəkildə tətbiq olunursa, cəmiyyətin üzvləri bu hüquq sisteminə güvənir və onlarda ədalət hissi güclənir. Bu, sosial harmoniya və hüquqi nizamı qorumağa kömək edir. Digər tərəfdən, cəzanın ədalətli tətbiqi insanlar arasında bərabərlik və ədalət anlayışını təşviq edir. Cəzanın təyin edilməsi yalnız cinayət törətmiş şəxslərə qarşı deyil, həm də cinayətin qurbanında ədalət mexanizminin mövcudluğuna əminliyi təmin edir. Eyni zamanda, ədalətli və düzgün təyin edilmiş cəza, cəmiyyətin hüquqi sisteminə inamı artırır. İnsanlar cəmiyyətdə hüquq sisteminin işləməsinə və ədalətin yerinə yetirilməsinə güvənməyə başladıqda, ümumi sosial harmoniya da güclənir. Əgər cinayət törətmiş şəxslər cəzasız qalarsa, bu, hüquq sisteminin zəifləməsinə və ədalətsizliyə gətirib şıxarar və qanunların pozulmasına səbəb olar. Cəzanın düzgün təyini isə hüquqi sisteminin etibarını artırır və sosial ədaləti bərpa edir. Cəzanın təyini, yalnız təqsirləndirilən şəxsin davranışını düzəltmək deyil, həm də digər şəxsləri cinayət törətməkdən çəkindirmək məqsədini güdür. Cinayət törətmiş şəxs cəzalandırılarsa, bu, digər şəxslər üçün bir xəbərdarlıq rolunu oynayar və hüquqi qaydalara riayət etməyə təşviq edir. Bu, həm də cinayətlərin qarşısını almaq və cəmiyyətdəki ümumi təhlükəsizliyi təmin etmək baxımından sosial ədalətin bərpası üçün mühüm rol oynayır. Cəzanın təyini, sosial ədalət prinsipinə uyğun olaraq, cəmiyyətdəki hüquqi və etik qaydaların gücləndirilməsinə də xidmət edir. Əgər cəzalar qanunla müəyyən edilmiş şəkildə, obyektiv və ədalətli təyin edilərsə, cəmiyyətin fərdləri hüquqi qaydalara daha çox hörmət etməyə başlayar. Bu, cəmiyyətin etikasının və hüquqi çərçivəsinin möhkəmlənməsinə kömək edir. Cəzanın məqsədi yalnız cəzalandırmaq deyil, həm də cinayət törətmiş şəxsin islah olunmasına, davranışlarını dəyişməsinə və cəmiyyətə reinteqrasiyasına şərait yaratmaqdır. Reabilitasiya proqramları, təhsil və psixoloji dəstək vasitəsilə cinayət törətmiş şəxslər cəmiyyətə yenidən uyğunlaşa bilərlər. Bu, cəzanın sosial ədalətin bərpasına təsirinin bir hissəsidir — cinayət törətmiş şəxsin gələcəkdə təkrarlanan cinayətlərdən çəkinməsinə və cəmiyyətə faydalı bir fərd halına gəlməsinə yardım edər. Cəzanın təyin edilməsi, eyni zamanda sosial ədalətin bərpası üçün çox mühüm rol oynayır. Düzgün və ədalətli cəzaların təyin edilməsi, hüquqi nizamın qorunmasına, cəmiyyətin etibarının artmasına, cinayət törətmiş şəxsin məsuliyyətə cəlb olunmasına və zərərçəkmiş şəxslərin hüquqlarının bərpa olunmasına kömək edir, gələcək cinayətlərin qarşısını almağa və cəmiyyətin daha ədalətli və təhlükəsiz olmasına xidmət edir. Cəza yalnız bir mühakimə və cəzalandırma aləti deyil, həm də islah və sosial ədalət prinsiplərinin həyata keçirilməsi üçün bir vasitədir. Cəzanın şəxsin islah olunmasına təsiri məsələsinə gəlincə, burada cəzanın məqsədi yalnız şəxsi cəzalandırmaq və cəmiyyətə qarşı törətdiyi cinayətə görə məsuliyyətini hiss etdirmək deyil, həm də onun təkrar cinayət törətməməsi və cəmiyyətə yenidən inteqrasiya olunması üçün bir vasitədir. Cəzanın daha geniş sosial və psixoloji məqsədləri vardır. Cəza şəxsin davranışlarını dəyişdirərək, onu daha yaxşı və məsuliyyətli bir fərd halına gətirməyi nəzərdə tutur. Cəza yalnız təhdid etmə və qorxutma ilə bitmir. Şəxsin mənəvi və psixoloji inkişafını dəstəkləyən proqramlar, təlimlər və reabilitasiya ilə müşayiət olunmasını ehtiva edir. Bu cür yanaşma, cəzanın məqsədinin yalnız şəxsin azadlığını məhdudlaşdırmaq olmadığını göstərməklə, həm də onu islah etmək və cəmiyyət üçün faydalı bir insan halına gətirmək vəzifəsi daşıyır. Cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri isə şəxsin cinayət əməlinə görə cəza almasını, onun ailə üzvlərində yaratdığı sosial, emosional, psixoloji, iqtisadi və digər təsirləri, cəzanın yalnız cinayətə görə məsuliyyət daşıyan şəxsi deyil, həm də onun ailə üzvlərinə necə təsir etdiyini, cəza alan şəxsin işləməkdən məhrum olmasını, bu vəziyyətin onun ailəsinin maliyyə vəziyyətinə mənfi təsirini, ailə üzvlərinin emosional (cəza alan şəxsə qarşı sevgi və ya qəzəb) hisslər yaşamalarını, bu halların ailə üzvlərinin psixoloji vəziyyətinə mənfi təsir edə bilmək ehtimalını nəzərdə tutur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 237.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:15-də şübhəli şəxs qismində tutulmuş və İsmayıllı Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 4(037)- 18/2025 nömrəli qərarı ilə əvvəli 12 iyun 2025-ci il tarixdən hesablanmaqla, barəsində dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. CPM-in 158.2 və 158.2.2-ci maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsində göstərilir ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Bundan əlavə, CPM-in tələblərinə əsasən, maddi sübut olub, İsmayıllı RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış, bir ədəd sintetik bağlamada qablaşdırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası X32 Bölməsinin Tədqiqat obyekti №3 mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan ekspert tədqiqatından sonrakı çəkisi 9599,0 qram çətənə bitkiləri, 1 ədəd sintetik kisədə qablaşdırılmış üzəri İsmayıllı RPŞ-nın 74 saylı möhürü ilə möhürlənmiş vəziyyətdə olan 13 ədəd plasmas qab və 1 ədəd bel məhv edilməlidir. İş üzrə 34,55 manat manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ:

Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, İsmayıllı RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış bir ədəd sintetik bağlamada qablaşdırılmış, ekspert tədqiqatından sonrakı çəkisi 9599,0 qram təşkil edən çətənə bitkiləri, 1 ədəd sintetik kisədə qablaşdırılmış üzəri İsmayıllı RPŞnın 74 saylı möhürü ilə möhürlənmiş vəziyyətdə olan 13 ədəd plasmas qab və 1 ədəd bel məhv edilsin. İş üzrə otuz dörd manat əlli beş qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev

Hakimlər: Tural Əfəndizadə

Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar