Məhkəmə qərarları › İş №1(091)-246/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-246/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-246/2024 09.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X16, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azadılaraq 02 il həddində müəyyən edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş ünvan 1 ünvanda yaşamış, hazırda barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsi ev 118 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində spirtli içki qəbul edərək ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində və narkotik vasitə olan marixuananın təsiri altında arvadı X5 onunla eyni evdə yaşamaq istəməməsini ona deməsini bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Ləman Şükürovanı qəsdən öldürmək qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə evin həyətində olan stolun üzərindən dəstəyi qırmızı rəngli tiyəsinin uzunluğu 100 mm olan 01 ədəd soyuq silah hesab edilməyən məişət bıçağını götürərək əynində olan şalvarın arxa nahiyəsindən kəmərinə keçirib yaşadığı evin yerləşdiyi E.Ağayev küçəsinə çıxaraq küçə ilə piyada irəliləyib arvadı Ləman Şükürovanın işdən evə geri qayıtmasını gözləmiş, piyada addımladığı küçənin digər küçə ilə yol ayrıcının kəsişməsində arvadı Ləman Şükürova ilə qarşılaşıb onunla salamlaşaraq birlikdə piyada olaraq küçə ilə yaşadıqları ev istiqamətində gəlmiş, saat 17:40 radələrində yaşadığı evin yaxınlığına çatarkən qəfildən sol əli ilə Ləman Şükürovanın saçından tutub sağ əli ilə də əynində olan şalvarın kəmərinə keçirib gizlətdiyi bıçağı çıxarıb ictimai yer hesab edilən küçədə öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət və yaşayış qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da Ləman Şükürovaya əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək həmin bıçaq ilə Ləman Şükürovanın bədəninin sinə nahiyəsinə 02 dəfə bıçaq zərbələri vurmuş, daha sonra Ləman Şükürovanın saçından buraxmayaraq onu küçədə olan digər şəxslərin gözü qarşısında təxminən 10 metr məsafədə yaşadığı evə doğru sürütləyərək özü ilə gətirib küçədə yenidən üzü üstə yerə yıxıb öz hərəkətlərini davam etdirərək əlində olan bıçaq ilə Ləman Şükürovanın bədəninin sol arxa nahiyəsinə yenidən səkkiz dəfə bıçaq zərbələri vuraraq ümumilikdə sonuncunun ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran sol kürək nahiyənin yuxarı iç səthinin daxilə nüfuz edən 01 ədəd deşilmiş kəsilmiş yarası xəsarətini, sağlamlığa yüngül zərər vuran sol körpücükaltı nahiyənin 01 ədəd deşilmiş kəsilmiş yara xəsarətini, sol süd vəzisinin yuxarı iç kvadratının 01 ədəd deşilmiş kəsilmiş yara xəsarətini, sol kürəkaltı nahiyəsinin iç hissəsinin 07 ədəd deşilmiş kəsilmiş yaraları xəsarətlərini yetirməklə cəmi Ləman Şükürovaya 10 ədəd deşilmiş kəsilmiş yara xəsarətləri yetirməklə xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə Ləman Şükürovanı qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Məhkəmə kollegiyasınını iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 30 dekabr 2022-ci il tarixdə həbsdən çıxıb evinə getmişdir. Həmin vaxt oğlu Ceyhun əsgərdə olmuşdur. Evin həyət qapısını döymüşdür ki, qapını açsınlar. Elə bu vaxt qaynanası həyətə düşüb qapını açmış və ona xoş gəldin belə demədən evə girməyə qoymamışdır. Həmin vaxt qaynanasından nə baş verdiyini soruşmuş. Arvadı və qaynanası onun evə daxil olmasını istəməmişlər. O da demişdir ki, atasının ilini yola versin onlarla söhbət edəcəkdir. Həyətdə iki ev olmuşdur. Onu evə buraxmadıqları üçün gedib aşağıdakı evdə qalmışdır. Atasının ilini yola verdikdən sonra evdəkilərə demişdir ki, baldızım bir də onların evə gəlməsin. Qaynanası və baldızı yoldaşına onun haqqında mənfi sözlər deyərək yoldaşını ona düşmən etmişdirlər. Qaynanası onu evə buraxmamışdır. O da ona izah etməyə çalışmışdır ki, bu ev onun evidir. Onu hansı səbəbə görə evə qoymurlar? Evə gəldikdən sonra 500 manat qapıya xərc çəkmiş və 27 metr həyət barısı çəkmişdir. Heç biri ona köməklik etməmişdir. 150 manat yoldaşına pul vermişdir ki, evə çılçıraq alsın. Heç bir qonşu ondan şikayət etməmişdir. Çünki içmirdi və narkotik istifadə etmirdi. Gündəlik 21 manata işləyirdi. Yoldaşına demişdir ki, ona gündəlik 20 manat versin evə hər gün bazarlıq etsin. Yoldaşı onunla razılaşmamışdır. Oğlundan iki dəfə xahiş etmişdir ki, onu anası ilə barışdırsın. Oğluda onu arvadı ilə barışdıracağını bildirmişdir. Oğlu iki dəfə yoldaşından xahiş etmiş, lakin yoldaşı onunla barışmamışdır. Görmüşdür ki, bunların fikri tamam başqadır. Belə ki, onu kişi kimi evdə saymırlar. Evdən gedəndə qapını bağlayırdılar. İşdən gələndə qapını bağlayırdılar və onu evin yuxarı mərtəbəsinə qoymurdular. Axırda onu bezdirdilər. Yoldaşına 50 dəfə demişdir ki, bunun axırı yaxşı olmayacaq. Baxmışdır ki, paltarını özü yuyur, yeməyini özü bişirir və qabları özü yuyur. Öz-özünə düşünmüşdür ki, belə yaşamaq olmaz. Yoldaşını öldürdükdən sonra bıçaqla özünə 3 dəfə zərbə vurmuşdur. Çünki ölmək istəyirdi, bura düşmək istəmirdi. Özünə qəsd etmək istəyirdi, lakin polis əməkdaşları icazə vermədilər və onu xəstəxanaya çatdırdılar. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında hərbi xidmətə getmişdir. 2023-cü ilin iyun ayında hərbi xidmətdən gəlmişdir. İl yarım X4 əsgərlikdə olmuşdur. İl yarım ərzində atası bir dəfə zəng edib onunla maraqlanmamışdır. 21 il ərzində atası əlindən tutub nə onu məktəbə aparıb, nə də ki, ona bir dəst paltar alıb. Bu şəxs ona atalıq etməmişdir. Bu şəxs il boyu həbsdə olmuş, narkotik qəbul etmişdir. Onu anası böyüdmüşdür. Ona atalığı da anası etmişdir. Anası məktəbdə qarolçu işləyirmiş və yaşlı xəstə qadına baxıb pul qazanırmış. Anası onları əziyyətlə böyüdmüşdür. Nənəsinin bir əli üstlərində olmuşdur. X25 veteran olmuş. Anası ölənə qədər o kişiyə baxmışdır. Əsgərlikdən gəldikdən sonra atası onlarla yaşayırmış. Bir otaqda qalmasalar da, atası evin zalında qalırmış. Əsgərlikdən gəlməyinə bir ay qala anası kredit çəkib ona maşın almışdır ki, taksi fəaliyyəti ilə məşğul olsun. Əsgərdən gəldikdən sonra atasını kənara çəkmiş və demişdir ki, pis əməllərindən əl çəksə, onu anasıyla barışdıracaqdır. Atasına demişdir ki, artıq böyümüş evlənmə çağına çatmışdır. Ona narkotiki tərgitməsini bildirmişdir. Çünki kiminsə evinə elçi gedən vaxt ona deyəcəklər ki, bunun atası narkotik istifadə edir. Belə adamın oğluna kim qız verər axı? Atası işləməmiş və bütün gün narkotik istifadə edən adamlarla birlikdə gəzmişdir. Pensiya alırmış və həmin pulu marixuanaya verirmiş. Atasını dəfələrlə pis əməllərindən əl çəkməsini bildirsə də, o, onu dinləməmişdir. O da ona demişdir ki, evdən çıx və onunla yaşamasın. Bu yaşına kimi ona atalıq etməmişdir. Hadisə günü anasını məktəbin qarşısında düşürmüş. Anası demişdir ki, evə gedib, sonra məktəbə qayıdacaqdır. Onu maşından düşürüb avto-yuma məntəqəsinə gəlmişdir. Maşını yuduzdurub şəhərə çıxmışdır. Həmin vaxt telefonuna zəng gəlmiş. Ona zəng edən anası olmuşdur. Telefonu açan vaxt anasının qışqırıq səsini eşitmişdir. Dərhal hadisə yerinə getmişdir. Bir də görmüşdür ki, atası anasını bıçaqlayıb. Atası anasını 15-20 metr yerdə sürümüşdür. Qonşuların köməyi ilə anasını maşına mindirib xəstəxanaya aparmışdır. Elə bu vaxt anası yolda ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, mərhum X17 və Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşamışlar. Ləmangilin indiyədək hər hansı mübahisə və ya davalarını görməmişdir. Mətləb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı uzun müddət cəzaçəkmə müəssisəsində yatmışdır. Ləmanla Mətləbin 2 oğlan övladı olmuşdur. X8 birlikdə yaşamış, digər oğlanları Vəli isə Bakı şəhərində yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, yaşadıqları küçədə öz darvazasının qarşısında oturan zaman Ləman Şükürova 7 nömrəli məktəb tərəfdən gələn vaxt Mətləb də öz evi tərəfdən gəlmişdir. Hər ikisi küçədə qarşılaşmış, daha sonra öz evlərinə tərəf getməyə başlamışlar. Bir müddət gedən zaman mübahisə etmişlər. Mətləb belindən bıçağı çıxararaq Ləmana zərbələr endirərək Ləmanı yolda sürüyə-sürüyə aparmağa başlamışdır. Mətləb arvadı Ləmana çoxsaylı zərbələr endirmişdir. Daha sona Ləmanın yanından ayrılaraq öz evlərinin darvazasının qarşısına getmişdir. Daha sonra hadisə yerinə digər qonşular və Mətləbin oğlu Ceyhun gəlmişdir. Ceyhun anası Ləmanı avtomobilinə qoyaraq xəstəxanaya aparmışdır. Mətləb də həmin vaxt əlində olan bıçaq ilə özünə xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək Mətləbi də xəstəxanaya aparmışlar. Məhkəmə kollegiyasının şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, mərhum X17 onun doğma qızı olmuşdur. Qızı Ləman 2000-ci illərin əvvəllərində hazırda dəqiqliklə xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 oğlan övladı olmuşdur. Mətləb narkotik vasitələrdən istifadə etdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. X30 cəzaçəkmə müəssisəsində olan zaman işləyərək 2 övladını böyütmüş və Mətləbə ərzaq və pul göndərmişdir. Mətləb isə heç vaxt işləməmiş və ailəsinə baxmamışdır. Evin bütün tələbatlarını qızı Ləman qarşılamışdır. X31 şəhər 7 saylı tam orta məktəbində mühafizəçi işləmiş, həmçinin Yevlax şəhərində xəstə olan şəxslərə baxaraq müəyyən məbləğlərdə pullar alaraq ailəsini dolandırmışdır. Mətləb 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulmuşdur. 2022-ci ilin yanvar ayında qızı Ləmanın oğlu Ceyhun hərbi xidmətə getmiş, buna görə o da gedib onun evində qızı Ləmanla yaşamağa başlamışdır. 2022-ci ilin dekabr ayında Mətləb azadlığa çıxmışdır. Evə gəldikdən sonra narkomaniya ilə məşğul olduğuna görə qızı Ləman əri Mətləbi evə qoymayaraq həyətdə olan evdə yaşamasını bildirmişdir. Çünki Mətləb əvvəllər bir neçə dəfə evdə narkotik vasitə istifadə edən zaman qızı Ləman görmüş və irad bildirmişdir. Mətləb gəldikdən sonra o, Yevlax rayon Qaraməmmədli kəndində yerləşən öz evinə qayıtmışdır. X26 yeməyini bişirmiş və bütün işlərini həll etmişdir. 2023-cü ilin iyul ayında nəvəsi Ceyhun əsgərlikdən qayıtmışdır. O da bəzən Ləmangilin evinə gedib gəlmişdir. Mətləb sonuncu dəfə azadlığa çıxdıqdan sonra Mətləblə Ləman arasında hər hansı mübahisənin olduğunu görməmişdir. Qızı Ləmanın digər oğlu Vəli Bakı şəhərində hərbi akademiyanı oxumuş və orada yaşamışdır. Sonuncu dəfə qızı Ləman ilə xx.xx.2024-cü il tarixdə telefonda danışmışdır. Ləmanın telefon nömrəsi ***-***-**-** olmuşdur. xx.xx.2024cü il tarixdə saat 18 radələrində Mətləb öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək qızı Ləmanı öldürdüyünü bildirmişdir. O da bundan sonra qohumlarına xəbər vermiş və Yevlax RMX-na getmişdir. Orada öyrənmişdir ki, Mətləb onun qızı Ləmanı qətlə yetirmişdir. X27 ilə kürəkəni Təqsirləndirilən şəxs arasında əvvəllər mübahisələr olmuşdur. Lakin Mətləb sonuncu dəfə azadlığa çıxıb evə gələndən sonra arasında hər hansı mübahisə olmamışdır. Mətləb həyətdəki evdə yaşayır, qızı isə oğlu Ceyhun ilə birlikdə yuxarı evdə yaşamışdır. O, hesab edir ki, Mətləb yenə də spirtli içki və yaxud narkotik vasitə qəbul edərək heç bir əsaslı səbəb olmadan onun qızı Ləmanı qətlə yetirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində mərhum X17 onun doğma anası olmuşdur. Təqsirləndirilən şəxs isə onun doğma atasıdır. Atası Mətləb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Anası Ləman atası Mətləb cəzaçəkmə müəssisəsində olan zaman işləyərək onu və qardaşı Vəlini böyütmüş, atasına da ərzaq və pul göndərmişdir. Atası isə heç vaxt işləməmiş və ailəsinə baxmamışdır. Evin bütün tələbatlarını anası Ləman qarşılamışdır. X29 şəhər 7 saylı tam orta məktəbində mühafizəçi işləmiş həmçinin Yevlax şəhərində xəstə olan şəxslərə baxaraq onlardan müəyyən məbləğlərdə pullar alaraq onları dolandırmışdır. O, hazırda H.Əliyev adına Hərbi İnsitutda təhsil alır. Buna görə də Bakı şəhərində yaşayır. Qardaşı Ceyhun, anası və atası Yevlax rayonunda yaşamışlar. Atası Mətləb 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulmuşdur. Atası Mətləb 2022-ci ilin dekabr ayında vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Atası əvvəllər də mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. Ona görə anası Ləman həmişə onun atasına irad tutaraq narkotik vasitələrdən uzaq durmasını tələb etmişdir. Anası Ləman atası Mətləbin narkomaniya xəstəliyindən qurtulması üçün müalicəsinə külli miqdarda pullar xərcləmişdir. 2022-ci ilin dekabr ayında atası evə gəldikdən sonra narkomaniya ilə məşğul olduğuna görə anası Ləman atası Mətləbi evə qoymayaraq həyətdə olan evdə yaşamasını bildirmişdir. Anası həmçinin atasına bildirmişdir ki, haçansa narkotik vasitələrdən istifadə etməyi dayandıracağı və sağalacağı təqdirdə gəlib onlarla birlikdə yaşaya bilər. 2023-cü ilin iyul ayında qardaşı Ceyhun müddətli həqiqi hərbi xidməti başa vuraraq evə qayıtmışdır. Atası Mətləb onlarla yeyib içmiş, atasının bütün şəxsi işlərini anası Ləman etmişdir. Mətləb onlarla deyil, həyətdə olan evdə tək yaşamışdır. Anası Ləman ilə atası Mətləb arasında hər hansı mübahisənin şahidi olmamışdır. Anası Ləmanın istifadəsində ***-***-**-** saylı mobil nömrə, atası Mətləbin istifadəsində isə ***-***-**-** saylı mobil nömrə olmuşdur. xx.xx.2024-cü il tarixdə qardaşı Ceyhundan atası Mətləbin anası Ləmanı qətlə yetirdiyini öyrənmişdir. Bir neçə dəfə atası narkotik vasitə qəbul edərək evə onların yanına gəldiyi üçün anası Ləman irad tutmuş, lakin aralarında başqa heç bir mübahisə olmamışdır. Atası Mətləb həm narkotik vasitələrdən istifadə etmiş və mütəmadi olaraq spirtli içki qəbul etmişdir. Lakin özü real olaraq Mətləbin narkotik vasitə istifadə etdiyini görməmişdir. Atası Təqsirləndirilən şəxs anası Ləman Şükürovanı qətlə yetirəcəyi barədə ona hər hansı məlumat verməmişdir. Atası Təqsirləndirilən şəxs anası Ləman Şükürovanı spirtli içki və yaxud narkotik vasitə qəbul edərək heç bir əsaslı səbəb olmadan qətlə yetirmişdir. Atası Təqsirləndirilən şəxs anası Ləman Şükürovanı qətlə yetirmək üçün istifadə etdiyi bıçağı əvəllər atası Mətləbin əlində görmüşdür. Atası həmin bıçağı məişətdə nəyi isə doğramaq üçün istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “məlumat”dan görünür ki, həmin tarixdə saat 18:30 radələrində Yevlax RPŞ-dən rayon prokurorluğuna xx.xx.1984-cü il təvəllüdlü ünvan 2 ünvanında yaşayan X1 –deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarət alması nəticəsində ölməsi barədə telefon vasitəsi ilə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Yevlax şəhəri E.Ağayev küçəsində yerləşən mərhum X5 yaşadığı evdən 40 metr məsafədə yerləşir. Həmin küçəyə torpaq yolla gəlinir. Küçəyə daxil olduqda yer örtüyü çınqıl daşlardan ibarətdir. Küçəyə daxil olduqda 120 metr məsafədə yer örtüyü üzərində mərhum Ləman Şükürovanın yaşadığı evə doğru istiqamətdə səpələnmiş vəziyyətdə biri-birindən 3-4 metr məsafədə 01, 02 və 03 nömrə ilə işarələnmiş qanabənzər ləkələr vardır. 03 nömrə ilə işarələnmiş qanabənzər ləkənin yerləşdiyi yerdən 40 metr məsafədə sağ tərəf istiqamətində mərhum Ləman Şükürovanın yaşadığı fərdi yaşayış evi yerləşir. Evin həyətinə paslanmış vəziyyətdə olan 2 taylı dəmir darvazadan daxil olunur. Həyətə daxil olduqda sol tərəfdə mişar daşından hörülmüş iki mərtəbəli fərdi yaşayış evi yerləşir. Evin 1-ci mərtəbəsi açıqdır, hörülməmişdir. Həmin hissəyə daxil olduqda sol tərəfdə 5 metr irəlidə stol yerləşir. Stolun üzərində çörək, digər yeyinti məhsulları və yarım litr ölçüdə araq butulkası yerləşir. Araq butulkasının içərisində müəyyən miqdarda araq vardır. Həyətdə həmin evdən 20 metr aşağıda isə köhnəlmiş vəziyyətdə bir kürsülü başqa ev yerləşir. Hadisə yerinə baxış zamanı 01, 02 və 03 nömrə ilə işarələnmiş qanabənzər ləkələrdən nümunələr iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırlaraq götürülmüşdür (cild 01, iş vər. 7-17). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, mərhumə X5 meyitinə baxış zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir, sol körpücükaltı nahiyədə 1,2x0,5 sm ölçülü, sol süd vəzisinin yuxarı iç kvadratında 1,5x0,5 sm ölçülü iki ədəd (yara kanalının təftişi nəticəsində daxilə nüfuz etmədiyi müəyyən edildi), sol kürəkaltı nahiyəsinin iş hissəsində 08 ədəd, istiqaməti köndələn çəp yerləşmiş, 1,5x0,4 sm-dən 2x0,4 sm-dək ölçülü hamar kənzarlı ucları iti yaralar. Sol kürək altı nahiyədə olan yarların birinin təftişi zamanı yara kanalının daxilə nüfuz etdiyi müəyyən edilmişdir. Yara kanalının istiqaməti öndən arxaya nisbətən yuxarıdan aşağıdır. Meyitin vəziyyətini dəyişdirdikdə yaralardan tünd qırmızı rəngdə duru qan xaric olur. Bədən səthində başqa xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər 18-32). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 01 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ağır dərəcəli sərxoş olmuşdur (cild 01, iş vər. 39). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 02 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiklə müayinəsi zamanı THC marixuana aşkar edilmişdir (cild 01, iş vər. 40). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024 –cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin iştirakı ilə Yevlax RPŞ-nin istintaq otağında tutulmuşdur (cild 01, iş vər. 55). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “bıçağa baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla iki hissədən ibarətdir, açılıb-qatlanan formada açıq vəziyyətdə bıçağın uzunluğu təxminən 235 mm olmaqla tiyəsinin uzunluğu 100 mm, orta hissənin eni 21 mm, qalınlığı 2 mm- dir. Bıçağın üzərində qana bənzər ləkələr vardır. Təqsirləndirilən şəxs həmin bıçağı göstərərək Ləman Şükürovanı xx.xx.2024-cü il tarixdə həmin bıçaqla qətlə yetirdiyini bildirmişdir (cild 01, iş vər. 69). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatı yoxdur (cild 01, iş vər. 117). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax şəhəri İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-9-1/2-324/2024 nömrəli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatda olamaqla yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X10 təqdim etdiyi, içərisində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə çəkdiyi videogörütüdən görünür ki, 18-ci saniyədə Təqsirləndirilən şəxs və X18 şəhər E.Ağayev küçəsi ilə birlikdə hərəkət etmələri, daha sonra Təqsirləndirilən şəxs Ləman Şükürovaya zor tətbiq etməyə başlaması və daha sonra belində olan bıçağı çıxarması, zərərçəkmişi küçədə sürüyərək ona çoxsaylı xəsarətlər yetirməsi öz əksini tapır (cild 01, iş vər. 128-136). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X7 təqdim etdiyi, içərisində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə çəkdiyi videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs və X18 şəhər E.Ağayev küçəsi ilə birlikdə hərəkət etmələri, daha sonra Təqsirləndirilən şəxs Ləman Şükürovaya zor tətbiq etməyə başlaması və daha sonra belində olan bıçağı çıxarması, zərərçəkmişi küçədə sürüyərək ona çoxsaylı xəsarətlər yetirməsi öz əksini tapır (cild 01, iş vər. 137-145). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax RPŞ-in xx.xx.2024-cü il tarixli, 3-13-117/2-10511/24 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə arvadı X11 yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla bədəninin müxləlif nahiyyələrinə xəsarət yetirməklə onu qəsdən öldürmüş, daha sonra əlində olan bıçaqla özünə xəsarət yetirən zaman həmin küçədə qonşuluqda yaşayan Şahid3 hadisənin şahidi olmuş, hadisə ani baş verdiyindən Təqsirləndirilən şəxs heç kimə məlumat verməmiş, hadisəni tək özü törətmişdir. Təqsirləndirilən şəxs və arvadı Ləman Şükürovanın aralarında mübahisə və ya münaqişə olması ilə bağlı Yevlax RPŞ-yə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs qapalı həyat tərzi keçirmiş, heç kimlə əlaqəsi olmamışdır (cild 01, iş vər. 147). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 152). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 4(039)-52/2024 nömrəli Yevlax Rayon məhkəməsinin qərarından görünür ki, həmin tarixdə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər.179-182). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X14” PHŞ-in xx.xx.2024-cü il tarixli, 302 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər xx.xx.2024-cü il tarixə uyğun gəlir və əlçatan nahiyədə olduğundan özü-özünə yetitməsi nəticəsində törənməsi istisna edilmir və xəsarətlərin əlamətlərinə görə dərəcəsi yüngül zərər vuran xəsarətlərə aid edilir (cild 01, iş vər.187). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni Moskva vilayəti, Ximkinsk şəhər məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-in 228-ci maddəsinin 1-ci hissəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 06 müddətinə azadlıqdan məhrumetmə (narkomaniyadan məcburi müalicə olunmaqla) cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azadılaraq 02 il müəyyən edilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 01, iş vər. 206-207). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının 18 nömrəli ekspert rəyindən görünür ki, X5 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol körpücükaltı nahiyənin bir ədəd, sol süd vəzisinin yuxarı iç kvadratının bir ədəd, sol kürəkaltı nahiyəsinin iş hissəsində 08 ədəd (cəmi on ədəd) deşilmiş-kəsilmiş yaralar. Bu xəsarətlər həyatidir, ölüm baş verməmişdən az əvvəl yetirilmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici aləltin-alətlərin, ola bilsin ekspertizaya təqdim edilmiş bıçaq və ya ona bənzər digər bıçaqların təsirindən törənmişdir, həyatidir, ölümlə bir başa səbəbli əlaqəlidir,ölüm baş verməmişdən az müddət əvvəl yetirilmişdir. Qeyd olunan xəsarətlərdən sol kürək nahiyəsinin yuxarı iç hissəsinin daxilə nüfuz edən (01 ədəd) kəsilmiş-deşilmiş yarası sağlamlığa Ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malikdirlər. Qalan digər deşilmiş-kəsilmiş yaralar (cəmi doqquz ədəd) adətən Yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilir. Məhkəmə-kimyavi şöbədə tərtib edilmiş aktdan görünür ki, mərhum X5 meyitindən götürülmüş qanın məhkəmə-kimyavi tədqiqatı nəticəsində etil spirti.narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. X5 bilavasitə ölümünə döş qəfəsinin daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası nəticəsində sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə kəskin qanitirmə olmuşdur. Erkən meyit əlamətləri onu göstərir ki, ölüm meyitin müayinəsindən 1-2 saat əvvəl baş vermişdir (cild 01, iş vər. 219-221). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)- 37/2022 nömrəli qərarından görünür ki, həmin qərarala Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinəazadlıqdan məhrum etmə cəzası “8 Noyabr- Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə 06 (altı) ay azaldılaraq üzərində 02 (iki) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (cild 01, iş vər.233-265). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1000, 3/1001 və 3/1002 nömrəli kompleks məhkəmətrasoloji və daktiloskopik ekspertizasının ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində sayı, yerləşmə yeri göstərilməklə təsvir edilən zədələr vardır. Təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib- kəsilmə zədələridir. Ümumi əlamətlərinə əsasən qısaqol köynəyin, qolsuz maykanın səthindəki zədələrin təqdim edilmiş bıçağın təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Qısaqol köynəyin, qolsuz maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib- kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş bir ədəd büstqalterin, bir ədəd şalvarın, bir ədəd alt tumanının, bir cüt corabın səthində trasoloji zədə yoxudur (cild 01, iş vər. 269-273). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının 461 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subtektivizm əlamətləri, şəxslər arası konflikt poblemlərin olması və başqaları ilə müqaviləyə(anlaşmaya) çətin daxil olmadır. Təqsirləndirilən şəxs ekstremal psixi vəziyyətin yaranma səbəblərindən biri həyat yoldaşı ilə aralarında olan mübahisələr ola bilər. Təqsirləndirilən şəxs özünü öldürməyə cəhd etməsində əvvəlki dövrdə əsəbi psixi emosional halda olmuşdur (cild 01, iş vər. 274-277). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2024-cü il tarixli, 1278 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 278). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 1(091)-154/2021 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər.284-311). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 7(007)-1461/2022 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 11 (on bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, iş vər.312-317). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 392/2024-MTBŞ nömrəli məhkəmə bioloji ekspertizasının ekspert rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan qruppu-Abeta( H)/İİ/. Təqsirləndirilən şəxs təqdim olunan portalından çıxarılışın kserosurətinə əsasən onun qan qrupu-O/l/. Ekspertizaya təqdim olunan 03 ədəd çubuqlu pambıq tampon, 01 ədəd bıçaq, X12 məxsus büstqalter, tuman, 02 ədəd kofta, 01 cüt corab və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, bıçaq üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X12 məxsus ola bilər. Qanın qarışıq olduğu və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə həmçinin onunda qarışmış qanının olması inkar olunmur (cild 01, iş vər. 319-324). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 125 və 120.2.9-cu ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilməsi, həmçinin, Təqsirləndirilən şəxs əməlində CM-in 228 və 234.1ci maddələrin tərkib əlamətləri olmaması nəzərə alınması qərara alınmışdır (cild 02, iş vər. 325-338). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri üzrə irəli sürülmüş ittihamlar əsaslı və qanunidir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 17 radələrində yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsində spirtli içki qəbul edərək ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində və narkotik vasitə olan marixuananın təsiri altında arvadı X5 onunla eyni evdə yaşamaq istəməməsini ona deməsini bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Ləman Şükürovanı qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə evin həyətində olan stolun üzərindən dəstəyi qırmızı rəngli soyuq silah hesab edilməyən məişət bıçağını götürərək əynində olan şalvarın arxa nahiyəsindən kəmərinə keçirib yaşadığı evin yerləşdiyi küçəyə çıxaraq küçə ilə piyada irəliləyib arvadı Ləman Şükürovanın işdən evə geri qayıtmasını gözləmişdir. Piyada addımladığı küçənin digər küçə ilə yol ayrıcının kəsişməsində arvadı Ləman Şükürova ilə qarşılaşıb onunla salamlaşaraq birlikdə piyada olaraq küçə ilə yaşadıqları ev istiqamətində gəlmiş və yaşadığı evin yaxınlığına çatarkən qəfildən sol əli ilə Ləman Şükürovanın saçından tutub sağ əli ilə də əynində olan şalvarın kəmərinə keçirib gizlətdiyi bıçağı çıxarıb ictimai yer hesab edilən küçədə öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət və yaşayış qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq edərək heç bir əsaslı səbəb olmadan xuliqanılıq niyyətilə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da Ləman Şükürovaya əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək həmin bıçaq ilə Ləman Şükürovanın bədəninin sinə nahiyəsinə 02 dəfə bıçaq zərbələri vurmuş, daha sonra Ləman Şükürovanın saçından buraxmayaraq onu küçədə olan digər şəxslərin gözü qarşısında təxminən 10 metr məsafədə yaşadığı evə doğru sürütləyərək özü ilə gətirib küçədə yenidən üzü üstə yerə yıxıb öz hərəkətlərini davam etdirərək əlində olan bıçaq ilə Ləman Şükürovanın bədəninin sol arxa nahiyəsinə yenidən səkkiz dəfə bıçaq zərbələri vuraraq xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə Ləman Şükürovanı qəsdən öldürmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələn doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğu istiqamətlənmişdir. X10 təqdim etdiyi, içərisində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə çəkdiyi videogörütüdən görünür ki, 18-ci saniyədə Təqsirləndirilən şəxs və X18 şəhər E.Ağayev küçəsi ilə birlikdə hərəkət etmələri, daha sonra Təqsirləndirilən şəxs Ləman Şükürovaya zor tətbiq etməyə başlaması və daha sonra belində olan bıçağı çıxarması, zərərçəkmişi küçədə sürüyərək ona çoxsaylı xəsarətlər yetirmişdir. X2 təqdim etdiyi, içərisində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə çəkdiyi videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs və X18 şəhər E.Ağayev küçəsi ilə birlikdə hərəkət etmələri, daha sonra Təqsirləndirilən şəxs Ləman Şükürovaya zor tətbiq etməyə başlaması və daha sonra belində olan bıçağı çıxarması, zərərçəkmişi küçədə sürüyərək ona çoxsaylı xəsarətlər yetirmişdir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü bıçaqla vurması ilə bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yoldaşını öldürdükdən sonra özünə bıçaq zərbələri vurması kimi etdiyi hərəkət qarşısında peşmançılıq və.s bu kimi hisslər dayanmır, əksinə Təqsirləndirilən şəxs məhs törətdiyi hərəkətə və onun kriminal nəticələrinə münasibətdə ona təyin ediləcək cinayət – hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini dərk etdiyindən öz - özünə xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək göstərmişdir ki, yoldaşını öldürdükdən sonra bıçaqla özünə 3 dəfə zərbə vurmuş, çünki ölmək istəmiş və bura düşmək istəməmişdir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməllərini Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri başa çatan cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 (on dörd) ildən 20 (iyirmi) ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə, habelə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 02 (iki) ildən 05 (beş) illədək cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal aşkar olunmamışdır. Az ağır cinayət törətməyə görə məhkumluğu ödənilmədiyi müddət ərzində Təqsirləndirilən şəxs yenidən qəsdən xüsusilə ağır cinayət törətməsi sadə residiv təşkil etdiyindən və Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətdiyindən, məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2022-ci il tarixli, 3 nömrəli qərarının 18-ci bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə cinayətində CM-nin 120.2-ci maddəsinin bir neçə tövsifedici əlamətləri olduqda, əməl bu əlamətlərin hamısı ilə tövsif edilməlidir. Cəza isə hər bir tövsifedici əlaməti nəzərdə tutan maddələrlə ayrı-ayrılıqda bir neçə dəfə deyil, əlamətlərin hamısı sadalanmaqla bir dəfə təyin edilməlidir. Cəza təyin edilərkən bu hallar əməlin xarakterini və ictimai-təhlükəlilik dərəcəsinin yüksək olmasını əks etdirən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən, cəzanı ağırlaşdıran hal kimi residiv mövcud olduğundan və onun törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu təşkil etdiyindən (Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 maddələrində nəzərdə tutulmuş cinayət əməlləri həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə nisbətdə) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 120.2 (Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 və maddələri üzrə cinayətə görə vahid cəza) və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməli və təyin edilmiş cəzaları Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ona qəti cəza təyin edilməlidir. Yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların ağırlığını, təqsirləndirilən şəxsin yaşını, cəzasını yüngülləşdirən halların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını həbsxanada çəkməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri nin 27 iyul 2024-cü il tarixli, 1278 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 7-ci bəndinə əsasən, 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. İş materialları ilə Təqsirləndirilən şəxs 60 yaşının tamam olması müəyyən edildiyindən, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub və Yevlax rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 01, 02 və 03 nömrə ilə işarələnmiş qan nümunələri, mərhum X12 məxsus 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd ağ yerli, eninə ağ zolaqlı qolsuz mayka, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd tünd göy rəngli şalvar, 01 ədəd ağ rəngli tuman və 01 cüt göy rəngli corab və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, içərisində X15 məxsus fərdi yaşayış evinin müşahidə kameralarının hadisə zamanı çəkdiyi videogörüntünün olduğu 01 ədəd CD disk, içərisində X13 məxsus fərdi yaşayış evinin müşahidə kameralarının hadisə zamanı çəkdiyi videogörüntülərin olduğu 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD disk, Azercell” MMC-dən daxil olmuş içərisində X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair rabitə məlumatları əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında olması nəzərə alınmalıdır. Bundan başqa iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (bir yüz doxsan iki) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin iş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü maddələri ilə 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış baxış zamanı götürülmüş 01, 02 və 03 nömrə ilə işarələnmiş qan nümunələri, mərhum X12 məxsus 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd ağ yerli, eninə ağ zolaqlı qolsuz mayka, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd tünd göy rəngli şalvar, 01 ədəd ağ rəngli tuman və 01 cüt göy rəngli corab və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, içərisində X15 məxsus fərdi yaşayış evinin müşahidə kameralarının hadisə zamanı çəkdiyi videogörüntünün olduğu 01 ədəd CD disk, içərisində X13 məxsus fərdi yaşayış evinin müşahidə kameralarının hadisə zamanı çəkdiyi videogörüntülərin olduğu 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəyə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD disk, Azercell” MMC-dən daxil olmuş içərisində X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair rabitə məlumatları əks olunduğu 01 ədəd CD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 192 (bir yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar