Məhkəmə qərarları › İş №1(091)-247/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-247/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-247/2022 07.12.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclas katibləri: X8 və X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinnin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X27 Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Şəki rayonu Aşağı Daşağıl kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29,178.2.2, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin avqust ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 guya özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini ona Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən “Sadik” adlanan parkda görüşləri zamanı yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2020-ci ilin avqust ayının əvvəllərində Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən “Sadik” adlanan parkda görüşləri zamanı Zərərçəkmiş şəxs1 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 10 avqust 2020-ci il tarixdə həmin parkda 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ondan şəxsən aldıqdan sonra öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göygöl şəhəri, A.Hacıyev küçəsi 44 saylı evin qarşısında yerləşən torpaq sahəsinin azad edilməsi, qohumu X21 otağının giriş qapısının açılması və həmin qapının qarşısında vaxtı ilə mövcud olmuş pilləkənin bərpa edilməsi barədə əri Şahid mülki iddiasının Göygöl Rayon Məhkəməsi tərəfindən təmin edilməsinə dair qətnamə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs5 ilə Göygöl şəhəri, A.Hacıyev küçəsi 44 saylı evin yaxınlığında görüşləri zamanı sonuncuya guya özünün Göygöl Rayon Məhkəməsində mülki iş üzrə qərar qəbul etmək səlahiyyətinə malik hakimlə geniş əlaqəsinin olmasını və həmin əlaqəsi vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün həmin hakimə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun iddiasının Göygöl Rayon Məhkəməsi tərəfindən təmin edilməsinə dair qətnamə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2021-ci ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanının yaxınlığında bildirərək, Zərərçəkmiş şəxs5 razılığını almaqla sövdələşib, həmin niyyətlə 07 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında 750 (yeddi yüz əlli) manat məbləğində Zərərçəkmiş şəxs5 məxsus pul vəsaitini sonuncudan şəxsən alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib Zərərçəkmiş şəxs5 ilə görüşləri və telefon danışıqları zamanı sonuncuya guya “Məhəmməd İsmayılov” adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini, onun vasitəsilə Göygöl Rayon Məhkəməsi tərəfindən Şahid iddiasının qismən təmin edilməsi barədə qəbul edilmiş 27 iyul 2021-ci il tarixli 2(066)- 95/2021 nömrəli qətnamədə Şahid xeyrinə dəyişiklik edilməsi məsələsini həll edə biləcəyini, bunun müqabilində yenidən iddia verilməsi üçün dövlət rüsumunun ödənilməsi və digər xərclərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla istintaqla müəyyən olunmayan tarixdə və yerdə ona bildirərək, Zərərçəkmiş şəxs5 razılığını almaqla sövdələşib, həmin niyyətlə Şahid adından xx.xx.2022-ci il tarixdə 132 (bir yüz otuz iki) manat, xx.xx.2022-ci il tarixdə 90 (doxsan) manat, sonuncunun cinayətdən xəbərsiz qohumu X6 adından xx.xx.2022-ci il tarixdə 200 (iki yüz) manat məbləğlərində Zərərçəkmiş şəxs5 məxsus pul vəsaitlərinin "xxxx" MMC-nin Göygöl poçt filialı vasitəsilə öz adına göndərilməsinə nail olub, həmin pul vəsaitlərini ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Şəki regional poçt filialından təhvil alıb nağdlaşdıraraq öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 1.172 (bir min bir yüz yetmiş iki) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs5 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əlillik dərəcəsinin 3-cü qrupdan 2-ci qrupa keçirilməsində köməklik göstərilməsi ilə bağlı 25 oktyabr 2021-ci il tarixdə özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 ilə ünvan 4 ünvanında yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinin inzibati binasının qarşısında görüşləri zamanı sonuncuya guya “Məhəmməd İsmayılov” adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini və onun vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd olunan vəzifədə işləyən tanış şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun əlillik dərəcəsinin 3-cü qrupdan yenidən 2-ci qrupa keçirilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 25 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinin inzibati binasının qarşısında bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, həmçinin, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs3 əlilliklə bağlı dövlət vəsaiti hesabına sosial mənzil verilməsinə köməklik göstərə biləcəyini, bunun müqabilində tanışı olan vəzifəli şəxsə zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2021-ci ilin oktyabr ayının sonlarında aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, bundan əlavə, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs3 əlilliklə bağlı dövlət vəsaiti hesabına avtomobil verilməsinə köməklik göstərə biləcəyini, bunun müqabilində tanışı olan vəzifəli şəxsə zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin əvvəllərində aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, bundan başqa, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs3 Göygöl şəhərində əlillərə verilməsi üçün nəzərdə tutulmuş torpaq sahələrindən 0,04 ha torpaq sahəsi ayırılmasına köməklik edə biləcəyini, bunun müqabilində zəruri tədbirlərin görülməsinə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin mart ayının sonlarında aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, həmin niyyətlə 28 oktyabr 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2.443 (iki min dörd yüz qırx üç) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs3 adından "xxxx" MMC-nin Göygöl poçt filialı vasitəsilə öz adına göndərilməsinə nail olub, həmin pul vəsaitlərini 28 oktyabr 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Şəki regional poçt filialından təhvil alıb nağdlaşdıraraq, həmçinin, 26 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Göygöl şəhəri, T.Arani küçəsində yerləşən “Qardaşlar” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cinayətdən xəbərsiz qohumu X2 adına olan "xxxx" ASC-yə məxsus olmaqla həmin dövrdə öz istifadəsində olan 4098********8277 nömrəli “Leobank” bank kartı hesabına göndərilməsinə və 26 fevral 2022-ci il tarixdə həmin pul vəsaitini Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazarstore” supermarketinin qarşısında olan bankomatdan çıxarıb nağdlaşdırmasına, eləcə də, 1 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Göygöl şəhəri, S.Vurğun küçəsində yerləşən “OBA” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin cinayətdən xəbərsiz tanışı X9 adına olan "xxxx" ASC-yə məxsus 510307******1465 nömrəli bank kartı hesabına göndərilməsinə və 1 aprel 2022-ci il tarixdə həmin pul vəsaitinin sonuncu tərəfindən Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazarstore” supermarketinin qarşısında olan bankomatdan çıxarılaraq özünə təqdim olunmasına nail olub, əldə etdiyi həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 2.753 (iki min yeddi yüz əlli üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı X1 əlilliklə bağlı pensiya təyin olunmasında köməklik göstərilməsi ilə bağlı 26 oktyabr 2021-ci il tarixdə özünə müraciət etmiş X15 ilə Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən “Sadik” adlanan parkda görüşləri zamanı sonuncuya guya “Məhəmməd İsmayılov” adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini və onun vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd olunan vəzifədə işləyən tanış şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Məhəbbət Bayramovanın xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuya əlilliklə bağlı pensiya təyin olunması üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 26 oktyabr 2021-ci il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən “Sadik” adlanan parkda bildirərək, Əyyub Qurbanovun maddi imkanı ilə əlaqədar 4.000 (dörd min) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə 26 oktyabr 2021-ci il tarixdə həmin parkda 2.000 (iki min) manat, 28 oktyabr 2021-ci il tarixdə qeyd edilən yerdə 2.000 (iki min) manat məbləğində pul vəsaitini ondan şəxsən alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya arvadı Məhəbbət Bayramovanın əlilliklə bağlı pensiya təyin olunması üçün lazım olan sənədlərin sistemə daxil edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 1 aprel 2022-ci il tarixdə aralarında aparılan telefon danışığı zamanı Əyyub Qurbanova yalandan bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 1 aprel 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən yerdə sonuncuya məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini istintaqla şəxsiyyəti müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs vasitəsilə alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Əyyub Qurbanova məxsus ümumilikdə 4.200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məhəbbət Bayramovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Əyyub Qurbanovu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əlillik dərəcəsinə görə pensiyasının bərpa olunmasında köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin yanvar ayının sonlarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 ilə telefon danışıqları zamanı sonuncuya guya “Məhəmməd İsmayılov” adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini və onun vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd olunan vəzifədə işləyən şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun əlillik dərəcəsi ilə bağlı pensiyasının bərpa olunması üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin yanvar ayının sonlarında aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs4 maddi imkanı ilə əlaqədar ilkin mərhələdə həmin məbləğin 800 (səkkiz yüz) manat hissəsinin, qalan hissəsinin isə hissə-hissə verilməsi barədə razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs3 vasitəsilə istintaqla müəyyən olunmayan yerdə 800 (səkkiz yüz) manat, sonuncunun adından xx.xx.2022-ci il tarixdə 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə 50 (əlli) manat məbləğində Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitinin "xxxx" MMC-nin Göygöl poçt filialı vasitəsilə öz adına göndərilməsinə nail olub, həmin pul vəsaitlərini ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Şəki regional poçt filialından təhvil alıb nağdlaşdıraraq, eləcə də, Zərərçəkmiş şəxs4 tərəfindən cinayətdən xəbərsiz tanışı X9 adına olan "xxxx" ASC-yə məxsus 510307******1465 nömrəli bank kartı hesabına 28 mart 2022-ci il tarixdə Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən “Əkizlər” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat, 30 mart 2022-ci il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospekti 15 ünvanında yerləşən “Əminə” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitlərinin göndərilməsinə və həmin pul vəsaitlərinin Vüsal Şabanov tərəfindən Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazarstore” supermarketinin qarşısında olan bankomatdan çıxarılaraq özünə təqdim edilməsinə nail olub, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmiş, Zərərçəkmiş şəxs4 aldadıldığını başa düşməsi səbəbindən razılaşdıqları pul vəsaiti üzrə qalan məbləği vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini sonuncudan almağa nail olmayaraq, Zərərçəkmiş şəxs4 məxsus 2.500 (iki min beş yüz) manat məbləğdə pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X19 dövründə arxa cəbhədəki xidmətlərinə görə müharibə veteranı adının verilməsində köməklik göstərilməsi ilə bağlı 17 fevral 2022-ci il tarixdə özünə müraciət etmiş tanışı Zərərçəkmiş şəxs6 ilə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Şəki Mərkəzi Bazarında görüşləri və aralarında aparılan telefon danışıqları zamanı sonuncuya guya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində mayor rütbəli “Ramin” adlı tanışının işlədiyini və həmin tanışı vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd olunan vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuya X19 dövründə arxa cəbhədəki xidmətlərinə görə müharibə veteranı adının verilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla ilkin olaraq maddi nemət olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 17 mart 2022-ci il tarixdə aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs6 razılığını almaqla sövdələşib, bundan əlavə, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs6 3 rayonun işğaldan azad edilməsinə görə medallar alması ilə bağlı hərbi biletində qeydiyyat aparılmasına köməklik göstərə biləcəyini, bunun müqabilində zəruri tədbirlərin görülməsinə və digər xərclərə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 190 (bir yüz doxsan) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla xx.xx.2022-ci il tarixdə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Şəki Mərkəzi Bazarının yaxınlığında görüşləri zamanı bildirərək, Zərərçəkmiş şəxs6 razılığını almaqla sövdələşib, bundan əlavə, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs6 X19 dövründə yaralanması ilə bağlı hərbi biletində qeydiyyat aparılmasına köməklik göstərə biləcəyini, bunun müqabilində zəruri tədbirlərin görülməsinə və digər xərclərə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla xx.xx.2022-ci il tarixdə aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs6 razılığını almaqla sövdələşib, bundan əlavə, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs6 X19 dövründə hərbi xidmətdə olması ilə bağlı əlavə olaraq 1.300 manat məbləğində pul vəsaitinin ödənilməsində köməklik göstərə biləcəyini, bunun müqabilində zəruri tədbirlərin görülməsinə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla xx.xx.2022-ci il tarixdə aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs6 maddi imkanı ilə əlaqədar 280 (iki yüz səksən) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarında 250 (iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarının yaxınlığında 190 (bir yüz doxsan) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarında 70 (yetmiş) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarında 100 (bir yüz) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarının yaxınlığında 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarında 80 (səksən) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs6 şəxsən alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 890 (səkkiz yüz doxsan) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs CM-in 29,178.2.2, 178.2.2 və 32.4, 312.2-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəli olduğu müddətdə Göygöl rayonunda Zərərçəkmiş şəxs3lə tanış olmuş, Zərərçəkmiş şəxs1 MAXE kimi işə düzəltmək adı ilə razılaşaraq sonuncudan alacağı 2500 manat məbləğində pulu Zərərçəkmiş şəxs3 ona poçt vasitəsilə göndərmişdir. Əli Əliyevin qardaşı yolunu kəsdiyinə görə sonuncu ilə birlikdə məhkəməyə gedərək köməklik göstərmək adı ilə pulunu almışdır. Zərərçəkmiş şəxs2 tanımamış, Zərərçəkmiş şəxs4 pulu Zərərçəkmiş şəxs3 vasitəsilə almışdır. Zaur ona zəng edəndə “elə bir adam var” deməsini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs6 veteranlığa kömək etmək məqsədilə pul almışdır. Aldığı pulların bir qismini Zərərçəkmiş şəxs3 vermiş, ona görə də özünü qismən təqsirli bilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Göygöl rayonunda yaşadığı müddətdə tanışı olduğu X4isi Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və hər iki şəxslə yoldaşlıq münasibətləri olmuşdur. Təxminən 2020-ci ilin avqust ayında Zaur ona İsmayılın müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə qəbul olunmaq istədiyini bildirərək əvvəllər hərbi qulluqçu olduğundan İsmayıla sənədləri toplamaqda köməklik etməsini xahiş etmiş, bununla bağlı 2020-ci ilin avqust ayının ortalarında Göygöl şəhərindəki parkda İsmayılın yanında Zaur ona 300 manat məbləğində pul verərək İsmayılla birlikdə hərbi hospitala gedib sənədləri toplamağını, həmçinin lazım gəldikdə həmin 300 manatı oradakı məsrəflərə sərf etməsini tapşırmışdır. Daha sonra Zaur telefonunu qulağına tutaraq onlardan aralaşıb kiminləsə danışdığı görüntüsünü yaratdıqdan sonra geri qayıdaraq işi həll edəcək tanışı ilə danışdığını və İsmayılın getməsinə ehtiyac olmadığını, tək gedib sənədləri verə biləcəyini bildirmişdir. Oradan ayrıldıqdan bir neçə dəqiqə sonra Zaur onun yanına gəlib sənədləri və 300 manat pulu ondan geri alaraq getməyinə ehtiyac qalmadığını və özünün İsmayılın işə düzəlmək məsələsini həll edəcəyini bildirərək 300 manat puldan 150 manatını yoldaş kimi köməklik etmək üçün ona vermişdir. Daha sonra ona verdiyi 150 manatla birlikdə kafeyə gedərək yeyib-içmişlər. Bundan başqa, 2021-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs3 ona qonşusu Şahid pilləkən yolu və torpaq zəbti ilə bağlı Göygöl Rayon Məhkəməsində işinin olduğunu, həmin Məhkəmənin hakimi Qələmdar müəllimin əslən Şəki rayonundan olduğundan onun Şahid və arvadı Zərərçəkmiş şəxs5 Qələmdar müəllimlə yaxşı münasibəti olduğunu, məhkəmədəki mülki işlərini 750 manat pul müqabilində həll edə biləcəyini deməsini tapşırmışdır. Zaurdan hansı səbəbdən özünün demədiyini soruşduqda, sonuncu onun Şəki rayonundan olduğundan Qələmdar müəllimlə yaxın olmasına inanacaqlarını bildirmişdir. Bundan sonra Zaurla birlikdə Şahidgilin evlərinə gedərək orada Zaurun başa saldığı kimi Şahid arvadı Zərərçəkmiş şəxs5 Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar müəllimin onun yerlisi olduğunu və çox yaxın münasibətləri olduğunu, məhkəmədə olan mülki işlərini 750 manat pul müqabilində Qələmdar müəllim vasitəsilə xeyirlərinə həll edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs5 da ona inanaraq 750 manat məbləğində pulu Zaurun yanında ona vermiş, hətta Zaura onunla birlikdə məhkəməyə getməsini tapşıraraq Zaura güvəndiyini bildirmişdir. Oradan ayrıldıqdan sonra Zaur həmin 750 manat pulu ondan alıb ona əvvəlcə 50 manat, daha sonra isə 30 manat pul vermişdir. Sonradan o, Şəki rayonunda olarkən Şahid ona xx.xx.2022-ci il tarixdə Göygöl rayon mərkəzi poçtundan 132 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2022-ci il tarixdə isə 200 manat pul göndərmiş, sonuncu 200 manat pulu Şahid qohumu Tariyel Abbasov adlı qohumunun adından göndərmişdir. Həmin pulları Şəki rayon Mərkəzi Poçtundan götürərək Zaurla bölmüş, həmin pulları almaq üçün Şahidlə dayısı kimi təqdim etdiyi Məhəmməd İsmayılovun adından danışmışdır. X25 adlı dayısı olmasa da, Zərərçəkmiş şəxs3 ayrı-ayrı şəxsləri aldadıb pulunu ələ keçirmək üçün belə bir şəxs uydurmağını ona tapşırmışdır. Bu səbəbdən Göygöl şəhərində yaşayan Zaurun tanışlarını Zaurla birlikdə aldadaraq pullarını ələ keçirmək üçün Məhəmməd İsmayılov adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini, dayısının “Mamed” ləqəbi ilə tanındığını və dayısı vasitəsilə bir çox məsələləri həll etmək imkanlarının olması barədə uydurma fikir formalaşdırmışdır. Şahid də daxil olmaqla aldatdığı şəxslərə müxtəlif mobil telefon nömrələrindən, o cümlədən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı və hazırda xatırlamadığı digər mobil telefon nömrələrindən zəng edərək səsini qalınlaşdırıb danışaraq özünü Məhəmməd İsmayılov kimi təqdim edib Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini, onun dayısı olduğunu bildirmişdir. Şahid də dayısı kimi təqdim etdiyi Məhəmməd İsmayılovun adından zəng edərək məhkəmədə olan mülki işi ilə bağlı qətnamənin dəyişdirilməsi üçün Göygöl rayonuna gələrək hakim Qələmdar müəllimlə görüşəcəyini demişdir. Bununla bağlı müəyyən xərclər olduğundan onun adına poçt vasitəsilə pul göndərməsini tapşırmış, bütün bunları ona Zaur öyrətdiyindən adına gələn pulları daha sonra Zaurla bölmüşdür. Zaur pulu almaq üçün Şəki rayonuna gəlmiş, onun üzərində nəzarət qurğusu olduğundan Şəki rayonunun ərazisini tərk edə bilməmişdir. Bundan əlavə, 2021-ci ilin təxminən oktyabr ayında Şəki rayonunda olarkən Zaur ona zəng edərək Göygöl şəhər sakini Zərərçəkmiş şəxs2 arvadı Məhəbbət Bayramovaya əllliklə bağlı pensiya təyin etdirmək istədiyini, bununla bağlı Eyyubu aldadaraq dayısı vasitəsilə həmin məsələni həll edə biləcəyini deyəcəyini bildirmişdir. Zaurla razılaşaraq öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək dayısı Məhəmməd İsmayılovun Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini və dayısı vasitəsilə arvadı Məhəbbət Bayramovaya pensiya təyin etdirə biləcəyini demişdir. Lakin Eyyubla pul barədə danışmamış, pulu Zaurla danışmasını tapşırmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2 müxtəlif mobil telefon nömrələrindən, o cümlədən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrindən dəfələrlə zəng edərək özünü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Məhəmməd İsmayılov kimi təqdim edərək arvadının pensiya məsələsi ilə məşğul olduğunu, verdiyi pulların ona çatdığını bildirmişdir. Zaurun bunun qarşılığında ona poçt vasitəsilə göndərdiyi müxtəlif məbləğlərdə olan pulları Şəki rayon Mərkəzi Poçtundan çıxararaq öz şəxsi ehtiyaclarına sərf etmiş, lakin Zaurun Zərərçəkmiş şəxs2 hansı məbləğdə pul almasından məlumatı olmamışdır. Bundan başqa, Zaur ona Zərərçəkmiş şəxs4 adlı bir nəfərin xatırlamadığı mobil telefon nömrəsini verərək dayısı kimi təqdim etdiyi Məhəmməd İsmayılovun adından zəng edib əlilliklə bağlı pensiya təyin olunmasına köməklik edəcəyini deməsini tapşırdıqdan sonra Zərərçəkmiş şəxs4 adlı şəxsə zəng edib özünü Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Məhəmməd İsmayılov kimi təqdim edərək pensiya məsələsinin həll olunmasına köməklik edəcəyini və verdiyi pulların ona çatdığını bildirmişdir. Zaur bunun müqabilində ona poçt vasitəsilə pul göndərmək istəmiş, lakin poçtun sistemində nasazlıq yarandığından ondan bank kartı hesab nömrəsi istəmişdir. Onun bank kartı olmadığından həmin vaxt Şəki rayon Mərkəzi Poçtunun arxasında yerləşən parkdakı çayxanada ofisiant işləyən X7 bank kartı lazım olduğunu, həmin karta pul köçürüləcəyini və pulu çıxarıb ona verməsini xahiş etmişdir. Vüsal Şabanovun ona verdiyi sonuncuya məxsus bank kartın nömrəsini Zaura dedikdən sonra Zaur həmin karta təxminən 200 manat pul göndərmişdir. Bundan sonra Vüsal Şəki şəhərində yerləşən "xxxx" ASC-nin bankomatından həmin pulu çıxararaq ona vermiş, Vüsalın həmin pulların hansı məqsədlə göndərilməsindən xəbəri olmamışdır. X39 Məmmədovdan hansı məbləğdə pul almasından məlumatı olmamış, Samirlə bir neçə dəfə danışıb işinin həll olunacağını bildirdiyindən hazırda xatırlamadığı tarixdə Zaur yenə də poçtun sistemində nasazlıq yarandığından və ya qeyri iş günü olduğundan X2 “Leobank” bank kartı hesabına təxminən 100 manat pul göndərmişdir. O, bankomatdan kart vasitəsilə pul çıxara bilmədiyindən həmin pulu Şəki şəhərində “BazarStore” mağazasının qarşısında yerləşən bankomatdan onun xahişi ilə tanımadığı şəxs çıxararaq ona vermişdir. Həmin pulu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə Şəki şəhərində yerləşən “bazar” ərazisində fəhlə işləyərkən tanımış, sonuncu X19nə səfərbərlik zamanı çağırıldığını, müharibə zamanı döyüşlərə qatılmasa da, Şəmkir, Gəncə və Ağstafa rayonlarında ümumilikdə 67 gün təlimdə olduğunu bildirərək veteranlıq almaq istədiyini demişdir. Oruca yalandan özünün də müharibədə iştirak etdiyini, veteranlıq üçün sənədləri toplamağa tanış adamının olduğunu, bu səbəbdən də həmin məsələni həll edə biləcəyini dedikdən sonra Orucun mobil telefon nömrəsini götürərək öz telefon nömrəsini də Oruca demişdir. Oruca X19 veteranı kimi 80 manat aylıq pul aldığını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində Ramin adlı tanışının olduğunu, həmin Ramin adlı şəxsin mayor olduğunu və həmin şəxsin 200 manat pul müqabilində onun işini düzəltdiyini bildirmişdir. Oruca Ramin vasitəsilə işini həll edə biləcəyini və Qarabağ müharibəsi veteranı kimi 80 manat aylıq pul almağına köməklik göstərə biləcəyini demişdir. Oruc da onunla razılaşdıqdan sonra o, Zaurun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Oruc adlı bir nəfər şəxsi aldatdığını bildirmiş və Oruca zəng edib xəttə qoşacağını, Oruca guya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində işləyən Ramin adlı şəxs olduğunu bildirməsini tapşırmışdır. Həmin gün axşam saat 19 radələrində o, Orucun ***- ***-**-** saylı mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng etmiş, öz mobil telefonunda Zaurla Orucu eyni xəttə qoşduqdan sonra Zaur onun tapşırdığı formada Orucla danışmışdır. Bundan sonra bir neçə dəfə də Oruca eyni formada zəng edib Zaurla danışdırmış, X41 adlı mayor kimi danışaraq tam inandırmışdır. Beləliklə xatırlamadığı tarixlərdə Orucdan hissə-hissə olmaqla şəxsən ümumilikdə 890 manat pul almış, həmin puldan 40 və 50 manat olmaqla 2 dəfə Zaura Şəki rayon Mərkəzi Poçtundan pul göndərmişdir. Zərərçəkmiş şəxs3lə dostluq münasibəti olduğundan ilkin araşdırma zamanı verdiyi izahatında düzgün qeyd etməyərək sonuncunun adını demək istəməmiş və hər şeyi öz üzərinə götürmüşdür. Sonradan Zaurun da ondan şikayət etdiyini öyrəndiyindən həqiqəti demək qərarına gəlmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildə Göygöl rayonunda onunla qonşuluqda yaşayan Aytəkin adlı xanımla ailə qurduqdan sonra tanımış, arvadı X3 əmək qabiliyyətini itirdiyindən arvadına əlilliklə bağlı pensiya alması ilə bağlı müvafiq dövlət qurumlarına dəfələrlə müraciət etsə də sənədləri tam olmadığından arvadı Məhəbbət Bayramovaya pensiya təyin olunmamışdır. 26 oktyabr 2021-ci il tarixdə yenə də arvadına pensiya təyin olunmasına nail olmaq məqsədilə xəstəliyi ilə bağlı sənədləri də götürüb xəstəxanaya getmiş, lakin xəstəxanadan yenə də müsbət cavab ala bilmədiyindən Göygöl şəhərində yerləşən parka gələrək oradakı çayxanada kefsiz halda oturmuşdur. Həmin vaxt orada olan tələbələrindən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq kefsiz olmasının səbəbini soruşmuş, o da arvadı Məhəbbət Bayramovaya pensiya təyin etdirə bilmədiyini, dərmanların bahalı olması səbəbindən maddi cəhətdən çox sıxıntı çəkdiyini Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 danışmışdır. Həmin vaxt söhbətlərini eşidən Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq onun arvadına pensiya təyin olunmasına Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işləyən dayısı Məhəmməd İsmayılov vasitəsilə köməklik edə biləcəyini bildirmiş, əvvəlcə Elnura inanmasa da, Zərərçəkmiş şəxs3 sonuncunun da pensiya məsələsinə köməklik etdiyini dediyindən Təqsirləndirilən şəxs inanmış və dayısı ilə danışmasını xahiş etmişdir. Elnur dayısı ilə danışmaq üçün onlardan kənara çəkilərək telefonu ilə kiməsə zəng etmiş, təxminən 1 saat onlardan aralıda dayanıb telefonla danışmışdır. Həmin müddətdə o, Zaur Mehtiyev və Zərərçəkmiş şəxs1 ilə çayxanada oturub çay içmiş, telefonla danışdıqdan sonra Elnur onlara tərəf yaxınlaşaraq dayısının onun arvadına pensiya təyin olunmasına köməklik etməyi öhdəsinə götürdüyünü, lakin bunun müqabilində 5.000 manat pul tələb etdiyini bildirmişdir. Elnura həmin məbləğdə pulunun olmadığını, satdığı inəyin pulu ilə evdə olan pulunun ümumilikdə 2.000 manat təşkil etdiyini bildirmişdir. Elnur da yenidən dayısı ilə danışmaq üçün telefonu qulağına tutaraq onlardan aralanmış, bir neçə dəqiqə sonra yenidən onlara yaxınlaşaraq dayısının 4.000 manata razılaşdığını, lakin daha az pula həll etməyəcəyini bildirmişdir. Yenə də həmin məbləğdə pulunun olmadığını bildirdikdə, orada olan Zaur qızının toy məclisindən biraz pulunun qaldığını və ona 2.000 manat borc pul verə biləcəyini bidirmiş, o da məcbur olub razılaşmışdır. Həmin gün, yəni 26 oktyabr 2022-ci il tarixdə 2.000 manat məbləğində pulu Zaur və İsmayılın yanında Təqsirləndirilən şəxs vermiş, 28 oktyabr 2022-ci il tarixdə o, Zaur, İsmayıl və Elnur yenidən Göygöl şəhərində yerləşən parkdakı çayxanada görüşərkən Zaur kağız parçasına bükülmüş vəziyyətdə olan 2.000 manat pulu ona, o isə həmin pulu Elnura vermişdir. Elnur da dayısına pulu aparıb çatdıracağını və onun arvadına pensiya təyin olunmasına nail olacağını bildirmiş, təxminən bir ay müddət keçməsinə baxmayaraq Elnurdan cavab ala bilməmişdir. Elə həmin ərəfələrdə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng olunaraq danışan şəxs özünü Təqsirləndirilən şəxs dayısı Məhəmməd İsmayılov kimi təqdim edərək pulun çatdığını, onun arvadına bir ay müddətində pensiya təyin olunacağını bildirmişdir. Təqribən bir ay sonra həmin şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək sənədlərin toplanmasında gecikmə yaşandığından iki ay müddətinə pensiyanın təyin olunacağını demişdir. Beləliklə, hər dəfə müxtəlif bəhanələrlə aprel ayınadək vaxt qazanmış, 1 aprel 2022-ci il tarixdə özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxs yenidən ona zəng edərək arvadının sənədlərini sistemə daxil edən həkimin 200 manat pul istədiyini bildirmişdir. Əvvəlcə həmin pulu vermək istəməsə də, sonradan məcbur olub 200 manat məbləğində pulu Məhəmməd İsmayılov kimi özünü təqdim edən şəxsə göndərməsi üçün Göygöl şəhərində yerləşən parkda Zərərçəkmiş şəxs3 vermişdir. Zaur da həmin 200 manat pulu özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxsin göndərdiyi şəxsə vermişdir. 4 aprel 2022-ci il tarixdə özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxs yenidən ona zəng edərək Göygöl şəhərində əlillərə verilməsi üçün nəzərdə tutulmuş torpaq sahələrindən Zərərçəkmiş şəxs3 dörd sot torpaq sahəsi ayırtdığını, 210 manat verəcəyi təqdirdə ona da həmin yerdən torpaq sahəsi ayırtdıra biləcəyini bildirmişdir. Bu zaman artıq aldadıldığını başa düşərək əsəbiləşib özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxsdən arvadına pensiya təyin etdirmək adı ilə aldığı ümumilikdə 4.200 manat təşkil edən pulu geri tələb etmiş, özünü ona Məhəmməd İsmayılov kimi təqdim edən şəxsi görməmiş, həmin şəxslə yalnız telefon vasitəsilə danışmışdır. Sonradan həmin şəxsin adından onunla Təqsirləndirilən şəxs danışdığını bilmiş, hazırda təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildə Göygöl rayonunda onlarla qonşuluqda yaşayan Aytəkin adlı xanımla ailə qurduqdan sonra Göygöl şəhərində yaşamağa başladığı vaxtdan tanımış, Təqsirləndirilən şəxsla normal münasibətləri olmuşdur. 2020-ci ilin avqust ayının əvvəllərində o, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə qəbul olunmaq istədiyindən Göygöl şəhərində yerləşən parkda olarkən Milli Qəhrəman Zaur Məmmədovu görərək sonuncuya bu barədə bildirmiş, Zaur Məmmədov hansı sənədlərin lazım olacağını öyrənib ona məlumat verəcəyini bildirmişdir. Zaur Məmmədov getdikdən sonra onların yaxınlığında oturan Təqsirləndirilən şəxs ona yaxınlaşıb adını çəkmədiyi “Şəmkir Korpusunda” yüksək vəzifədə işləyən zabit tanışının vasitəsilə onu işə düzəldə biləcəyini bildirərək bunun müqabilində 1.500 manat pul verməli olduğunu demişdir. Elnurun təklifi ilə razılaşaraq 10 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən parkda görüşüb sonuncuya 1.500 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs onun işə düzəlməsinə köməklik etməmişdir. 27 sentyabr 2020-ci il tarixdə X19 başladığından könüllü olaraq müharibəyə getmiş, müharibədən qayıtdıqdan sonra Elnurdan pulunu geri istədikdə Elnur onun işə qəbul məsələsinə köməklik edəcək tanışı olan yüksək vəzifəli zabitin şəhid olduğunu, 1.500 manat pulu da həmin şəxsə verdiyini bildirmişdir. Elnura inandığından sonuncudan həmin 1.500 manat məbləğində pulu geri tələb edə bilməmiş, 26 oktyabr 2021-ci il tarixdə Göygöl şəhərində Heydər Əliyev prospektində yerləşən parkda olarkən onun müəllimi olmuş Zərərçəkmiş şəxs2 parkda çayxanada kefsiz halda oturduğunu gördüyündən tanışı Zaur Mehtiyevlə birlikdə Zərərçəkmiş şəxs2 yaxınlaşıb hansı səbəbdən kefsiz olduğunu maraqlandıqda, sonuncu arvadı Məhəbbət Bayramovaya pensiya təyin etdirə bilmədiyini, dərmanların bahalı olması səbəbindən maddi cəhətdən çox sıxıntı çəkdiyini demişdir. Həmin vaxt söhbətlərini eşidən Təqsirləndirilən şəxs da onlara yaxınlaşaraq pensiya təyin olunmasına Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işləyən dayısı Məhəmməd İsmayılov vasitəsilə köməklik edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Elnurun sözünü əvvəlcə ciddi qəbul etməsə də, Zərərçəkmiş şəxs3 də pensiya məsələsinə köməklik etdiyini bildirdiyindən və Zərərçəkmiş şəxs3 də bunu təsdiq etdiyindən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs inanıb dayısı ilə danışmasını xahiş etmişdir. Elnur dayısı ilə danışmaq üçün onlardan kənara çəkilərək telefonu ilə kiməsə zəng etmiş, təxminən bir saata yaxın müddətdə Elnur onlardan aralıda dayanıb telefonla danışmışdır. Telefonla danışdıqdan sonra Elnur onlara tərəf yaxınlaşaraq dayısının Zərərçəkmiş şəxs2 arvadına pensiya təyin olunmasına köməklik etməyə razılıq verdiyini, bunun müqabilində 5.000 manat pul tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 o qədər pulunun olmadığını, satdığı inəklə birlikdə ümumilikdə 2.000 manat pul təşkil edə biləcəyini bildirmiş, Elnur da yenidən dayısı ilə danışmaq üçün telefonu qulağına tutaraq onlardan aralanmışdır. Bir neçə dəqiqə sonra yenidən yaxınlaşaraq dayısının 4.000 manata razılaşdığını, lakin daha az pula həll etməyəciyini bildirmiş, Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunun da olmadığını bildirdikdə, Zaur qızının toy məclisindən biraz pulunun qaldığını və 2.000 manat borc pul verə biləcəyini bidirdikdən sonra Zərərçəkmiş şəxs2 razılaşmışdır. Bundan sonra Elnur Zərərçəkmiş şəxs2 üzərində olan 2.000 manat pulu həmin gün sonuncudan almış, 2.000 manatı isə Zaurdan borc aldıqdan sonra verə biləcəyini bildirmişdir. Zaur özü də əlilliyə görə 2-ci qrup alması, ona avtomobil, sosial mənzil, torpaq sahəsi ayırılmasına köməklik göstərilməsi üçün ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs 3.244 manat pul vermişdir. Sonradan Təqsirləndirilən şəxs onları aldatdığı məlum olduğundan 2020-ci ildə onu da işə qəbul adı ilə aldadıb 1.500 manat pulunu ələ keçirdiyi ona aydın olmuşdur. Təqsirləndirilən şəxslə barışmamış, sonuncu ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildən sonuncu Göygöl rayonunda onlarla qonşuluqda yaşayan Aytəkin adlı xanımla ailə qurduqdan sonra orada yaşamağa başladıqdan sonra tanımış, Təqsirləndirilən şəxsla normal münasibətləri olmuşdur. 27 avqust 1993-cü il tarixdə Birinci Qarabağ döyüşləri zamanı yaralansa da tibbi sənədlərində müəyyən çatışmazlıq olduğundan 2010-cu ildən mülki şəxs kimi ikinci qrup əlillik dərəcəsinə görə pensiya almışdır. 19 dekabr 2017-ci il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlil kimi pensiya almağa başlamış, 24 sentyabr 2021-ci il tarixdə əlillik dərəcəsi 2-ci qrupdan 3-cü qrupa keçirildiyindən yenidən sənədlərini toplayıb Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. 25 oktyabr 2021-ci il tarixdə sənədlərini təqdim etmək üçün Bakı şəhərində yerləşən Əlillərin bərpa mərkəzinə getmiş, oraya çatdıqda təsadüfən Təqsirləndirilən şəxs ona zəng edərək hal-əhval tutmuşdur. Elnura Bakı şəhərində Əlillərin bərpa mərkəzində olduğunu bildirmiş, Elnur orada gözləməsini, onu görmək üçün yanına gələcəyini bildirmişdir. Saat 15 radələrində Elnur onun yanına gələrək hansı səbəbdən orada olduğunu soruşduqda sonuncuya əlillik dərəcəsinin 2-ci qrupdan 3-cü qrupa keçirildiyini bildirmiş, Elnur ona Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işləyən dayısı Məhəmməd İsmayılovun vasitəsilə əlillik qrupu məsələsini həll edəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq Elnur öz telefonu ilə kiməsə zəng edib kənara çəkilib danışdıqdan bir neçə dəqiqə sonra ona yaxınlaşaraq əlillik qrupu məsələsini 600 manat pul müqabilində həll edə biləcəyini demişdir. Həmin məbləğdə pulunun olmadığını bildirdikdən sonra Elnur pul verməyəcəyi təqdirdə onun əlillik qrupu məsələsinin həll olunmayacağını, dayısının çox nüfuzlu şəxs olduğunu, “Mamed” ləqəbi ilə tanındığını söyləmişdir. Elnura inandığından sonuncunun təklifi ilə razılaşaraq 600 manatı Göygöl rayonuna qayıtdıqdan sonra poçtla göndərəcəyini bildirmişdir. Səhəri gün Göygöl şəhərində olarkən Elnuru orada görüb orada nə işi olduğunu soruşduqda sonuncu övladlarını görmək üçün gəldiyini, bir neçə gün sonra Bakı şəhərinə qayıdacağını bildirmişdir. Həmin vaxt onun müəllimi olmuş Zərərçəkmiş şəxs2 parkda çayxanada kefsiz halda oturduğunu görüb tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 yaxınlaşıb hansı səbəbdən belə kefsiz olduğunu sonuncudan maraqlandıqda, Zərərçəkmiş şəxs2 arvadı Məhəbbət Bayramovaya pensiya təyin etdirə bilmədiyini, dərmanların bahalı olması səbəbindən maddi cəhətdən çox sıxıntı çəkdiyini onlara danışmışdır. Həmin vaxt söhbətlərini eşidən Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq pensiya təyin olunmasına Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işləyən dayısı Məhəmməd İsmayılov vasitəsilə köməklik edə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs2 Elnurun sözünü əvvəlcə ciddi qəbul etməsə də, onun da pensiya məsələsinə köməklik etdiyini dediyindən və o da Elnurun dediklərini təsdiq etdiyindən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs inanıb dayısı ilə danışmasını xahiş etmişdir. Elnur dayısı ilə danışmaq üçün onlardan kənara çəkilərək telefonu ilə kiməsə zəng etmiş, təxminən bir saata yaxın müddət ərzində Elnur onlardan aralıda dayanıb telefonla danışdıqdan sonra onlara tərəf yaxınlaşaraq dayısının Zərərçəkmiş şəxs2 arvadına pensiya təyin olunmasına köməklik edəcəyini, lakin bunun müqabilində 5.000 manat pul tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunun olmadığını, inəyini satdığından və evdə biraz pulu olduğundan ümumilikdə 2.000 manat pul təşkil edə biləcəyini bildirmişdir. Elnur da yenidən dayısı ilə danışmaq üçün telefonu qulağına tutaraq aralanmış, bir neçə dəqiqə sonra yenidən yaxınlaşaraq dayısının 4.000 manata razılaşdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunun da olmadığını bildirdikdə o, qızının toy məclisindən biraz pulunun qaldığını və 2.000 manat borc pul verə biləcəyini bildirdikdən sonra Zərərçəkmiş şəxs2 razılaşaraq üzərində olan 2.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Elnura öz əlillik məsələsi ilə bağlı dayısı Məhəmməd İsmayılova çatdırması üçün 600 manat məbləğində pulu əlbə-əl verməyəcəyini, əlində sübut olması üçün poçt vasitəsilə hissə-hissə göndərəcəyini demiş, 28 oktyabr 2021-ci il tarixdə o, Eyyub, İsmayıl və Elnur yenidən Göygöl şəhərində yerləşən parkdakı çayxanada görüşərkən orada o, kağız parçasına bükülmüş vəziyyətdə 2.000 manat pulu Zərərçəkmiş şəxs2, sonuncu isə Elnura vermişdir. Elnur da dayısına pulu aparıb çatdıracağını və Zərərçəkmiş şəxs2 arvadının pensiya məsələsini həll edəcəyini bildirmişdir. Elə həmin gün Elnurun göstərişi ilə ilkin olaraq 100 manat məbləğində pulu Göygöl rayon mərkəzi poçtundan Təqsirləndirilən şəxs adına göndərmiş, bundan sonra özünü ona Məhəmməd İsmayılov kimi təqdim edən şəxs müxtəlif mobil telefon nömrələrindən, o cümlədən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı və xatırlamadığı digər mobil telefon nömrələrindən zəng edərək pulların çatdığını, əlilliklə bağlı məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra özünü ona Məhəmməd İsmayılov kimi təqdim edən şəxs telefon danışıqları zamanı Elnurun onun ev növbəsində olduğunu dediyini, həmin növbədə onu irəli sıraya keçirərək ev almağına köməklik edəcəyinə görə 500 manat pul göndərməsini bildirmiş, o da razılaşaraq həm əlillik qrupunun İİ qrupa keçirilməsi, həm də ev növbəsində irəli sıraya keçirilməyi müqabilində ümumilikdə 1.100 manatı hissə olmaqla Azərpoçt vasitəsilə Təqsirləndirilən şəxs adına göndərmişdir. Pullar göndərildikdən sonra Məhəmməd İsmayılov kimi özünü təqdim edən şəxs ona müxtəlif mobil telefon nömrələrindən zəng edərək pulların çatdığını bildirmiş, daha sonra əlillik qrupu və ona ev verilməsi məsələsində müəyyən çətinliklər yarandığından əlavə pul göndərməsini demişdir. O da məsələ həll olunsun deyə hissə-hissə olmaqla poçt vasitəsilə yenə də Təqsirləndirilən şəxs adına pullar göndərmişdir. Həmin ərəfələrdə özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxs ona əlilliyi ilə bağlı avtomobil də verilməsinə köməklik göstərəcəyini, lakin bununla bağlı da müəyyən xərcləri qarşılamalı olacağını bildirmiş, o da razılaşaraq özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxsin göstərişi ilə hissə-hissə olmaqla Təqsirləndirilən şəxs Adşırın oğlunun adına poçt vasitəsilə pul göndərmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Məhəmməd İsmayılov kimi özünü təqdim edən şəxs ona zəng edərək avtomobilin şəhadətnaməsi üçün əlavə 100 manat pul verilməli olduğunu, buna görə Təqsirləndirilən şəxs dediyi kart hesabına 100 manat pul göndərməsini tapşırmışdır. Bundan sonra Elnur ona zəng edərək qardaşı arvadı X2 “Leobank” bank kartı hesabına pulu göndərməyini bildirmiş, o da xx.xx.2022-ci il tarixdə Göygöl şəhəri, T.Arani küçəsində yerləşən “Qardaşlar” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə 100 manat məbləğində pulu X2 “Leobank” bank kartı hesabına göndərmişdir. Daha sonra 2022-ci ilin mart ayının sonlarında özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxs yenidən ona zəng edərək Göygöl şəhərində əlillərə verilməsi üçün nəzərdə tutulmuş torpaq sahələrindən ona 4 sot torpaq sahəsi ayrılmasına köməklik edə biləcəyini, bunun müqabilində Təqsirləndirilən şəxs adına 210 manat pul göndərməli olduğunu bildirdikdən sonra Elnurla danışaraq sonuncunun göndərdiyi **********411465 saylı "xxxx" ASC-yə məxsus bank kartı hesabına 210 manat məbləğində pulu xx.xx.2022ci il tarixdə Göygöl şəhəri, S.Vurğun küçəsində yerləşən “OBA” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə göndərmişdir. Bir müddət sonra özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxs onunla əlaqə yaratdığı telefon nömrələrini söndürərək zənglərinə cavab verməmişdir. Bundan əlavə dostu Zərərçəkmiş şəxs4 da əlillik qrupunu həll etmək üçün Elnura müraciət etmiş, Elnur da dayısı Məhəmməd İsmayılov vasitəsilə 2.500 manat pul müqabilində həmin məsələni həll edəcəyini bildirmişdir. Samir o qədər pulunun olmadığını bildirdikdə Elnur ilkin olaraq 800 manat pul verib qalan pulu yavaşyavaş verə biləcəyini demiş, o da Elnura borc kimi kirayə pullarını ödəməsi üçün hissəhissə verdiyi pullardan Samirin işini həll etməsi üçün 800 manatı dayısına verməsini bildirmişdir. Bundan sonra Elnurun tələbi ilə ümumilikdə 450 manatı hissə-hissə olmaqla Samirlə poçt vasitəsilə onun adından Elnura göndərmişlər. Daha sonra isə Elnurun bildirdiyi bank kartı hesabına Samir özü 100 və 150 manat olmaqla 2 dəfə pul göndərmişdir. Bundan başqa, Novruz bayramı ərəfəsində özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxs ona zəng edərək Elnurun onun bağ evində tək qaldığını, hazırda Füzuli rayonunda olduğunu, qayıdana kimi Elnura yemək ala bilməsi üçün 50 manat məbləğində pul göndərməyini xahiş etdiyinə görə həmin pulu poçt vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Bayramdan sonra Elnurdan həmin pulu geri qaytarmasını tələb etmiş, Elnur da poçt vasitəsilə 50 manat məbləğində pulu onun adına göndərmişdir. Təqsirləndirilən şəxs poçt və bank hesabları vasitəsilə ümumilikdə 3244 manat pul göndərmiş, Göygöl RPŞ-nin İstintaq bölməsində dindirilən zaman göstərdiyi 2.934 manat 04 qəpik məbləğində pul ödədiyi poçt rüsumları ilə birlikdə olan pul olmuş, sırf Təqsirləndirilən şəxs adına göndərdiyi pul isə ümumilikdə 2.893 manat təşkil etmişdir. Həmin puldan 450 manat qonşusu Zərərçəkmiş şəxs4 işinə görə onun adından, qalan 2.443 manat məbləğində pul isə sırf öz işi ilə bağlı göndərilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncu ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində əvvəllər gizir kimi xidmət etmiş, 2002-ci ildə xəstəliyi ilə əlaqədar ordu sıralarından təxris olunmuşdur. Həmin tarixdən etibarən 2021-ci ilin mart ayınadək xəstəliyi ilə bağlı 2-ci qrup əlil kimi pensiya almış, 2021-ci ilin mart ayında isə o, yenidən əlilliklə bağlı tibbi komissiyadan keçsə də ona əlillik dərəcəsi verilmədiyindən pensiyası dayandırılmışdır. Təxminən 2022-ci ilin yanvar ayında tanışı Zərərçəkmiş şəxs3 əlillik qrupunun dəyişdirildiyini və bununla bağlı müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini, bu səbəbdən tanışı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işləyən dayısı Məhəmməd İsmayılov vasitəsilə pul verməklə əlillik məsələsini həll edəcəyini, istəsə onun da pensiyası ilə bağlı köməklik etməsi üçün Elnurla danışa biləcəyini ona bildirmişdir. X11 zəng edərək danışmış, 2022-ci ilin yanvar ayının sonlarında özü də Elnurla danışarkən sonuncu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işləyən dayısı Məhəmməd İsmayılovun ona yenidən pensiya təyin olunmasına köməklik etməsi üçün 2.500 manat pul verməli olduğunu bildirmişdir. Hazırda həmin məbləğdə pulunun olmadığını dedikdə Elnur ilkin mərhələdə 800 manat pul verə biləcəyini demiş, onun həmin vaxt 800 manat pulu da olmadığından, Zaur telefonda X16 pulundan onun işini həll etməsi üçün 800 manat dayısına verməsini, daha sonra onun pulu Zaura verəcəyini demişdir. Elnur da bununla razılaşaraq səhəri gün ona zəng edərək dayısının təcili 200 manat pul lazım olduğunu bildirdiyini demiş, Elnura göndərməsi üçün həmin 200 manat pulu Zaura vermişdir. Zaur da poçt vasitəsilə 200 manat pulu Elnurun adına göndərmiş, təxminən 5 gün sonra Elnur ona zəng edərək yenidən 200 manat pul lazım olduğunu bildirdiyinə görə Zaurla birlikdə Zaurun adından Elnurun adına həmin 200 manat pulu poçt vasitəsilə göndərmişdir. Təxminən 2 gün sonra Elnur yenidən 50 manat pul lazım olduğunu bildirdiyindən yenə də 50 manat pulu Zaurun adından poçt vasitəsilə Elnura göndərmişdir. Bundan sonra Elnur və dayısı kimi təqdim etdiyi Məhəmməd İsmayılov onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə müxtəlif mobil telefon nömrələrindən dəfələrlə zəng edərək əlilliklə bağlı pensiya məsələsinin həll olunmağa doğru getdiyini bildirmişlər. 28 mart 2022-ci il tarixdə Elnur pensiya məsələsinin həll olunması üçün təcili əlavə 100 manat pul da lazım olduğunu və həmin pulu X5 adına olan **********411465 saylı "xxxx" ASC-yə məxsus bank kartı hesabına göndərməsini ona tapşırdığına görə 28 mart 2022-ci il tarixdə 100 manat məbləğində pulu Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən “Əkizlər” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə qeyd olunan kartı hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə özünü Məhəmməd İsmayılov kimi təqdim edən şəxs ona zəng edərək sənədlərin artıq hazır olduğunu, yekun işlər üçün əlavə 150 manat pul lazım olduğunu və Elnurla əlaqə saxlamasını, sonuncunun dediyi bank kartı hesabına pulu göndərməsini tapşırdığına görə Elnurun göndərdiyi **********411465 saylı "xxxx" ASC-yə məxsus bank kartı hesabına 30 mart 2022-ci il tarixdə 150 manat məbləğində pulu Göygöl şəhəri, Heydər Əliyev prospekti 15 ünvanında yerləşən “Əminə” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə göndərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 1.500 manat pulu ələ keçirmiş, həmin puldan 700 manatını özü Zaur vasitəsilə və birbaşa Elnura göndərmiş, ilkin 800 manatı isə Zaur onun əvəzindən Elnurda olan pulundan vermişdir. Özünü ona Məhəmməd İsmayılov kimi təqdim edən şəxsi görməmiş, həmin şəxslə yalnız telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncu ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, X19 ilə əlaqədar 19 okyabr 2020-ci il tarixdə səfərbərlik vasitəsilə çağırılsa da döyüşlərdə iştirak etməyərək Şəmkir, Gəncə və Ağstafa rayonlarında ümumilikdə 67 gün təlimdə olmuşdur. 27 dekabr 2021-ci il tarixdə təlimdən buraxılıb evə qayıtmış, yaşadığı evə qayıtdıqdan sonra əvvəlki iş yeri olan Şəki rayon Mərkəzi Bazarında günəmuzd fəhlə kimi işinə davam edərkən xx.xx.2022-ci ildə orada Təqsirləndirilən şəxsla tanış olmuşdur. Elnurla söhbət zamanı X19ndə arxa cəbhədə təlimdə olduğunu, heç bir döyüşə girmədiyini, ancaq veteranlıq almaq istədiyini bildirmiş, həmin vaxt Elnur da müharibədə iştirak etdiyini, veteranlıq üçün sənədləri hazırlamağa tanış adamının olduğunu, onun üçün də həll edə biləcəyini bildirmişdir. Elnur onun mobil telefon nömrəsini götürərək öz telefon nömrəsini də ona demiş, X19 veteranı kimi 80 manat aylıq pul aldığını demişdir. Elnur həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şəki rayon şöbəsində Ramin adlı mayor tanışının 200 manat pul müqabilində işini düzəltdiyini bildirdikdən sonra Elnurdan Ramin adlı şəxsin onun işini də düzəltməsini və Qarabağ müharibəsi veteranı kimi 80 manat aylıq pul almasına köməklik göstərməsini xahiş etmişdir. Elnur onun mobil nömrəsini Raminə verəcəyini deyərək həmin günü saat 19 radələrində tanımadığı nömrədən ona zəng gələrək zəng edən şəxs özünü telefonda Ramin kimi təqdim edib Elnur deyən şəxs olduğunu bildirmişdir. Ramin özünü təqdim etdikdən sonra Elnurun onun veteranlıq almaq istədiyini dediyini, həmçinin üstüörtülü şəkildə Elnur dediyi “əmanəti” sonuncuya çatdırmasını bildirmişdir. Təxminən yarım saat sonra Elnur ona zəng edərək Ramin müəllimin dediyini sabah çatdırmasını bildirmiş, Elnurdan Ramin müəllimin nə qədər pul istədiyini soruşanda, Elnur ilkin olaraq 250 manat pul istədiyini demişdir. Elnur ona hərbi biletini və şəxsiyyət vəsiqəsini də gətirməsini tapşırmış, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Şəki Mərkəzi Bazarında, pilləkənlərin yanında Elnurla görüşərək şəxsiyyət vəsiqəsinin surətini və hərbi biletinin əslinin arasında 5 ədəd 50 manatlıq pul əskinazları ilə birgə sonuncuya vermişdir. Elnur pulu və sənədləri götürüb Ramin müəllimə çatdıracağını, Ramin müəllimin işi düzüb-qoşacağını, onu veteran kimi pensiyaya çıxardacağını bildirmişdir. Təxminən yarım saat sonra ona zəng gələrək zəng edən şəxsin Ramin olduğunu qeyd edərək Elnurun əmanəti çatdırdığını, narahat olmamasını, işini həll edəcəyini bildirmişdir. X17 işi ilə əlaqədar Gəncə şəhərinə yola saldığını, ona 3 ədəd medal yazılacağını və medalların da hərbi biletə qeyd ediləcəyini bildirmişdir. Həmin gün Elnur axşam saatlarında ona zəng edərək onun işi ilə bağlı 170 manat da pul lazım olduğunu, 3 ədəd medal yazılacağını və medalların da hərbi biletə qeyd ediləcəyini, lakin onun işini həll edəcək adamı bu gün tapa bilmədiyini, Gəncədə qalacağını bildirmişdir. İşin alınması üçün 170 manatı da verəcəyini bildirmiş, səhəri gün xx.xx.2022-ci il tarixdə saat 0930 radələrində Elnurla zəngləşib Şəki Mərkəzi Bazarında, Aşağı Daşağıl marşrut avtobuslarının bazarda dayandığı dayanacağın yaxınlığında görüşüb sonuncuya medallara görə 170 manat, yol xərci kimi isə 20 manat olmaqla ümumilikdə 190 manat pul almışdır. 20 mart 2022-ci il tarixdə Elnur ona zəng edib guya sənədlərini Bakı şəhərinə aparıb hansısa xəstəxanaya verməli olduğunu, həmin xəstəxanada müharibədə yaralanması ilə bağlı müvafiq qeydiyyatlar aparılacağını, həmçinin pensiya kartının təsdiq edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyini, sənədlərində ediləcək müvafiq qeydiyyatlara görə 70 manat, kartın alınmasından ötrü isə 100 manat pul lazım olduğunu bildirmişdir. Elnura 70 manatı həmin gün, 100 manat pulu isə Elnur gedib qayıtdıqdan sonra verə biləcəyini demişdir. Bundan sonra həmin gün saat 11 radələrində X36 Bazarında görüşüb 70 manat pulu sonuncuya vermişdir. Daha sonra 21 mart 2022-ci il tarixdə saat 11 radələrində Elnurla yenidən Şəki Mərkəzi Bazarında görüşüb qalan 100 manat pulu da sonuncuya vermişdir. Bu müddətdə özünü Ramin kimi təqdim edən şəxs onunla telefonda mütəmadi olaraq danışaraq və işinin alınmasından ötrü Elnurun dediyi pulları verməsini ona tapşırmışdır. 100 manat pulu verdikdən bir gün sonra Elnur onunla Şəki Mərkəzi Bazarında görüşərkən yaralanmağı ilə bağlı sənədin də yazıldığını deyib telefonunda nə isə şəkil göstərmiş, həmin şəkildən heç nə başa düşə bilməyərək yalnız sənədin üstündə bir ədəd anlamadığı möhür görmüşdür. Həmçinin Elnur pensiya kartının da 5 aprel 2022-ci il tarixdə içərisində 240 manat pul ilə birlikdə ona veriləcəyini demişdir. 23 mart 2022-ci il tarixdə ona yenə tanımadığı nömrədən bir nəfər zəng edib özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək ondan ad və soyadını, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin seriya nömrələrini soruşmuşdur. Həmin şəxsə ad və soyadını, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin seriya nömrələrini demiş, həmin şəxs ona Ramin müəllimin veteranlıqla bağlı pensiya məsələsini dediyini, bununla bağlı anket məlumatlarını dəqiqləşdirmək üçün zəng etdiyini bildirmişdir. 24 mart 2022-ci il tarixdə ***-***-**-** mobil telefon nömrəsindən onun telefonuna sms gələrək sms-də soyadı, adı, atasının adı, 0423 saylı kartın təsdiqləmə kodu və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yazılmışdır. Həmin gün Ramin adlı şəxs ona zəng edərək sms gəlib-gəlməməsi ilə maraqlanmış, o da həmin məzmunda sms gəldiyini demişdir. Həmin özünü Ramin kimi təqdim edən şəxs ona acıqlanaraq kartla bağlı sms gəldiyini deməməsini irad tutmuş, sonra ondan xidmətdə olduğu müddətdə ona 1300 manat pul verilib-verilmədiyini soruşmuşdur. Qol çəkib həmin pulu xidmətdə olduğu müddətdə götürdüyünü demiş, Ramin isə sistemdə onun adının qarşısında həmin pulun verilmədiyinin göstərildiyini söyləmişdir. Həmin pulu aldığını bildirdikdə, Ramin ona həmin pulu əvvəlki tarixə yazacağını, kartına yüklənən puldan əlavə, həmin pulu da Mərkəzi poçtdan 29 mart 2022ci il tarixdə şəxsiyyət vəsiqəsini verməklə götürə biləcəyini demişdir. Ramin bu məsələ ilə bağlı ondan əlavə 300 manat pul da istəmiş, həmin pulu verməyə razılaşmışdır. Həmin gün Elnur ona zəng edib Ramin müəllimin ona nəsə deyib-deməməsi ilə maraqlanmış, Elnura Ramin müəllimin 1.300 manat pulun ödənilməsi ilə bağlı əlavə 300 manat pul istədiyini demişdir. Elnur həmin məsələni tez bir zamanda həll etməsini ona dedikdən sonra 200 manat borc alaraq 24 mart 2022-ci il tarixdə saat 16 radələrində bazar ətrafında un satılan yerin qarşısında həmin 200 manat pulu Elnura vermiş, qalan 100 manat pulu isə 1-2 gün ərzində tapacağına söz versə də tapa bilmədiyindən telefonunu söndürmüşdür. Telefonunu açanda Elnur və Ramindən dəfələrlə zəng gəldiyini görmüş, xx.xx.2022-ci il tarixdə X40 Bazarına gələrək 100 manat pulu özünün ödədiyini, həmin puldan 20 manatı öz cibindən, 80 manatı isə başqa adamdan alıb verdiyini, 80 manat borcun qayıtmalı olduğunu ona bildirmişdir. Məcbur qalıb həmin yerdə borc alıb 80 manat pulu Elnura vermiş, 29 mart 2022-ci il tarixdə Ramin və Elnurla telefonla danışaraq sonunculardan 1300 manat pulun poçtdan ödənilməsi məsələsi barədə maraqlanmışdır. Elnur hələ pulun olmadığını demiş, sonrakı günlərdə Elnur və Raminlə telefonla danışsa da sonuncular hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışlar. Sonradan aldadıldığını başa düşmüşdür. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Şəki rayon sakini Təqsirləndirilən şəxs 2016-cı ildə onlarla qonşuluqda yaşayan Aytəkin adlı xanımla ailə qurduqdan sonra tanımış, sonuncu ilə normal münasibətləri olmuşdur. Onların qonşuları ilə torpaq zəbtinə görə aralarında mülki mübahisə olduğundan əri Əliyev X22 Rayon Məhkəməsinə torpaq sahəsinin zəbtdən azad edilməsi və sökülmüş pilləkənin bərpa edilməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə baxışı 2021-ci ilin iyul ayına təyin edilmişdir. Bu barədə məlumatlı olan Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının əvvəllərində ona yaxınlaşaraq Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasovla yaxın münasibəti olduğunu və iddialarının tam təmin olunması, yəni qonşuları X10 tərəfindən yaşadıqları mənzilin qarşısındakı torpaq sahəsinin zəbtdən azad edilməsi, eləcə də qayını Əli Əliyevin ailəsi ilə yaşadığı mənzilin çölə qapısının açılması barədə qətnamə qəbul edilməsi üçün Qələmdar Abbasovun 750 manat pul tələb etdiyini bildirmişdir. Elnura inamı olduğundan güvənib 7 iyul 2021-ci il tarixdə 750 manat məbləğində pulu əri Şahid yanında Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin pulu aparıb Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasova verəcəyini bildirmişdir. Özü də Elnurla birlikdə Qələmdar Abbasovun yanına getmək istəsə də, Elnur onun getməyinə ehtiyac olmadığını, tək gedib məsələni həll edəcəyini bildirmişdir. 27 iyul 2021-ci il tarixdə məhkəmə iclası olmuş və ərinin iddiası qismən təmin edilmişdir. Onlara əvvəlcə pilləkən yolu veriləcəyi bildirilsə də, sonradan məhkəmənin qətnaməsində göstərilmədiyi üçün pilləkən yolu verilməmişdir. Buna görə də qayınıgilin yaşadığı mənzilin qapısı açılmadığından məcbur onların evindən keçərək çölə çıxmışlar. Göygöl Rayon Məhkəməsinin qətnaməsinin icrası da uzun müddət gecikdiyindən onlar artıq narahat olmağa başlamış, Elnur da bundan xəbərdar olduğundan həmin məsələni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi vəzifəsində işləyən dayısı Məhəmməd İsmayılova bildirəcəyini və dayısının Qələmdar Abbasovun yanına gələrək 27 iyul 2021-ci il tarixli qətnaməyə pilləkən yolunun verilməsini də əlavə etdirəcəyini demişdir. Bununla bağlı Elnur müəyyən xərcləri qarşılamalı olduqlarını, yenidən iddia verilməsi üçün rüsum kimi ödəmək və digər xərclər adı ilə onlardan əvvəlcə 132 manat, sonra 90 manat, daha sonra isə 200 manat pul tələb etmişdir. Elnurun tələbi ilə əri Şahid xx.xx.2022-ci il tarixdə Göygöl rayon mərkəzi poçtundan Təqsirləndirilən şəxs adına 132 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2022-ci il tarixdə isə 200 manat pul göndərmişdir. Qeyd olunan pullar göndərilən ərəfələrdə özünü Elnurun dayısı Məhəmməd İsmayılov kimi təqdim edən bir nəfər şəxs əri Şahid mobil telefon nömrəsinə müxtəlif mobil telefon nömrələrindən zəng edərək pulların çatdığını, yaxın zamanlarda Göygöl rayonuna gələrək onların mülki məsələlərini həll edəcəyini bildirmişdir. Sonradan Elnur və dayısı Məhəmməd İsmayılov kimi təqdim etdiyi şəxslərin telefon nömrələri söndürüldüyündən həmin nömrələrə zəng çatmamışdır. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair CDdiskə baxış keçirilməsi haqqında 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022, xx.xx.2022, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində dəfələrlə müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı, Şahid istifadəsində olan ***-***-**-** saylı, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri arasında çoxsaylı telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair CDdiskə baxış keçirilməsi haqqında 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, Şahid istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixlərində müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair CDdiskə baxış keçirilməsi haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022, xx.xx.2022, Şahid istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022, xx.xx.2022, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixlərində müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 təqdim etdiyi "xxxx" MMC-dən verilmiş 21 ədəd qəbzin surətindən görünür ki, 28 oktyabr 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2.893 (iki min səkkiz yüz doxsan üç) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs3 adından "xxxx" MMC-nin Göygöl poçt filialı vasitəsilə Təqsirləndirilən şəxs adına göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 təqdim etdiyi MilliÖn elektron ödəmə terminalına məxsus 2 ədəd qəbzin surətindən görünür ki, 26 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Göygöl şəhəri, T.Arani küçəsində yerləşən “Qardaşlar” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat məbləğində pul vəsaiti X2 adına olan "xxxx" ASC-yə məxsus 4098********8277 nömrəli “Leobank” bank kartı hesabına, eləcə də 1 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Göygöl şəhəri, S.Vurğun küçəsində yerləşən “OBA” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti X9 adına olan "xxxx" ASC-yə məxsus 510307******1465 nömrəli bank kartı hesabına göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən təqdim olunmuş 2 ədəd qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən X9 adına olan "xxxx" ASC-yə məxsus 510307******1465 nömrəli bank kartı hesabına 28 mart 2022-ci il tarixdə Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən “Əkizlər” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat, 30 mart 2022-ci il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospekti 15 ünvanında yerləşən “Əminə” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti göndərilmişdir. İş materiallarında olan Şahid təqdim etdiyi "xxxx" MMC-dən verilmiş 3 ədəd qəbzin surətindən görünür ki, Şahid adından xx.xx.2022-ci il tarixdə 132 (bir yüz otuz iki) manat, xx.xx.2022-ci il tarixdə 90 (doxsan) manat, X6 adından xx.xx.2022-ci il tarixdə 200 (iki yüz) manat məbləğlərində pul vəsaiti "xxxx" MMC-nin Göygöl poçt filialı vasitəsilə Təqsirləndirilən şəxs adına göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Şəki regional poçt filialından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 28 oktyabr 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2.893 (iki min səkkiz yüz doxsan üç) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs3 adından, 19 yanvar 2022-ci il tarixdə 132 (yüz otuz iki) manat, 22 yanvar 2022-ci il tarixdə 90 (doxsan) manat Şahid adından, 17 mart 2022-ci il tarixdə 200 (iki yüz) manat X6 adından göndərilmiş, 12 mart 2022-ci il tarixdə 50 (əlli) manat pul vəsiti Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs3 adına göndərilmişdir. İş materiallarında olan Kapital Bank” ASC-dən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X9 adına olan "xxxx" ASC-yə məxsus 510307******1465 nömrəli bank kartı hesabına 28 mart 2022-ci il tarixdə 100 (yüz) manat, 30 mart 2022-ci il tarixdə 150 (yüz əlli) manat, 01 aprel 2022-ci il tarixdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti mədaxil olunmuş, müvafiq olaraq 29 mart 2022-ci il tarixdə, 30 mart 2022-ci il tarixdə və 01 aprel 2022-ci il tarixdə məxaric olunaraq nağdlaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC-dən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X2 adına olan "xxxx" ASC-yə məxsus 4098********8277 nömrəli “Leobank” bank kartı hesabına 26 fevral 2022-ci il tarixdə MilliÖn elektron ödəmə terminalı vasitəsilə 100 (yüz) manat məbləğində pul vəsaiti mədaxil olunmuş, həmin tarixdə həmin pul vəsaiti məxaric olunaraq nağdlaşdırılmışdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şahid iddiası qismən təmin edilməklə cavabdeh X10 tərəfindən Göygöl şəhəri, A.Hacıyev küçəsi 44 saylı evin qarşısında yerləşən zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən daxil olmuş məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində halhazırda Ramin adlı əməkdaş işləmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən təyin olunmuş cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, Şəki Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuş və üzərindən məhkumluq götürülmüşdür. Şəki Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti başçısının Aydınbulaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla həmin kənddə valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2 dəfə evli olub boşanmışdır, 3 azyaşlı övladı var, övladları analarının himayəsində yaşayırlar. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq Göygöl rayon X20 Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarında olan Göygöl rayon Məhkəməsinin 22 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li Qərarının (bundan sonra Qərar) 36-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir. Məhkəmə araşdırması zamanı da müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ümumilikdə 12015 manat pulunu sonuncuların işlərinin baxıldığı müvafiq qurumların vəzifəli şəxslərinə rüşvət verəcəyini deyib aldadaraq həmin pul vəsaitini ələ keçirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aldığl pulların bir qismini Zərərçəkmiş şəxs3 verməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə şahid ifadələri, pul göndərişlərinə dair qəbzlər, telefon danışıqları və iş materiallarında olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 29, 178.2.2, 178.2.2 və 32.4, 312.2-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların movcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 29,178.2.2, 178.2.2 və 32.4, 312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ən sərt cəza olan azadlıqdan məhrum etmə cəzasını təyin edərkən onun əvvəl də eyni xarakterli cinayət dələduzluq cinayətini törədərək, həmin əmələ görə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunması üçün yetərli olmamasını, həmçinin zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsi kimi vacib halları nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azadlıqdan məhrum etmə cəzası hesab edilərək Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq qəti cəza təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il azadlıqdan məhrum etmə cəzası hesab edilərək Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaəsn Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci ildən hesablansın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 təqdim etdiyi "xxxx" MMC-dən verilmiş 21 ədəd qəbz, MilliÖn elektron ödəmə terminalına məxsus 2 ədəd qəbzin, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim olunmuş 2 ədəd qəbzin, Şahid təqdim etdiyi "xxxx" MMC-dən verilmiş 3 ədəd qəbzin surətləri, "xxxx" ASC-dən verilmiş ödəniş kartından çıxarışlar, "xxxx" ASC-dən verilmiş ödəniş kartından çıxarışlar, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd telefon danışıqlarına dair izahlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar