Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-247/2023 19.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1979-cu il tarixdə Qax rayonu Qaxmuğal kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qax şəhəri Cəfər Cabbarlı küçəsi ev 55-də qeydiyyatda olmaqla Qax rayonu, Əlibəyli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Niyazi oğlu 2023-cü ilin yanvar ayının əvvəlində istintaqa məlum olmayan İran İslam Respublikasında yaşayan “Əlirza” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni, 11,065 qram narkotik vasitə olan heroini və 5,600 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlamış, 16 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Qax rayonu Əlibəyli kəndində yerləşən evin yaxınlığında Balakən rayon sakini Şahid8 1 (bir) büküm narkotik vasitə olan heroini 30 manata satmışdır. Bundan başqa o, 16 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Qax rayonu Əlibəyli kəndində yerləşən evinin yaxınlığında Zaqatala rayonu sakini Şahid4 saxladığı narkotik vasitədən 1,057 qram narkotik vasitə olan heroini 50 manata satmışdır. Bundan başqa o, 16 yanvar 2023-cü il tarixdə Zaqatala rayon sakini Şahid5 bir bükümdə narkotik vasitə olan 0,692 qram heroini 65 (altmış beş) manata satmaq və həmin bükümü Qax rayonu, Əlibəyli kəndində yaşadığı evin yaxınlığında olan hasarın yanında gizlədəcəyi barədə mobil telefonla danışandan sonra, həmin pulun 20 (iyirmi) manatını ilkin olaraq alacağını, qalan 45 (qırx beş) manatını isə Şahid5 sonra alması barədə razılaşmış, bundan sonra 17 yanvar 2023-cü il tarixdə 20 (iyirmi) manat pulu Şahid5 ona aid olan “Unibank”a məxsus 4098 5844 6258 3608 nömrəli “Leobank” bank kart hesabına “Milli ön” ödəmə terminalı vasitəsilə göndərmiş, Şahid5 bir bükümdə narkotik vasitə olan 0,692 qram heroini 17 yanvar 2023-cü il tarixdə həmin yerdən götürmüşdür. Bundan başqa o, 16 yanvar 2023-cü il tarixdə saat 2130 radələrində Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qax rayonu Əlibəyli kəndində saxlanılmış, 17 yanvar 2023-cü il tarixdə yaşadığı evinə baxış zamanı evdə olan dolablardan bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,316 qram narkotik vasitə olan heroin, iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,058 qram və 2,542 qram, ümumi çəkiləri 5,600 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Niyazi özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, gözdən əlil olmaqla avtomobil vurduqdan sonra ağrıları çoxalmış, buna görə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 16 yanvar 2023-cü il tarixdə dostunun motosikleti xarab olduğuna görə həmin motosikletin mühərrikini düzəldərkən tanışı Nadir ona zəng edərək onun yaşadığı kəndə gəldiyini bildirmiş, Nadirə sonuncudan aldığı “drujbada” problemin olduğunu bildirərək sahibinin pulunu geri istədiyini demişdir. Saat 10 radələrində Nadir onun yaşadığı kəndə gələrək “drujbanın” pulunu qaytarmış, sonra ondan ağrıları olduğuna görə narkotik vasitə istəmişdir. İran İslam Respublikası vətəndaşından aldığı narkotik vasitədən Nadirə vermiş, hər ikisi birlikdə narkotik vasitəni qəbul etmişlər. Özündə bir az narkotik vasitə saxlamaqla Nadir çıxıb getmiş, sonra saat 13 radələrində Balakən rayon sakini Elnur ona zəng edərək küçələrində olduğunu bildirmişdir. Küçəyə çıxandan sonra Elnurun əsdiyini görmüş, Elnurla da birlikdə narkotik vasitə qəbul etdikdən sonra sonuncu çıxıb getmişdir. Həmin gün dişi ağrıdığına görə diş həkiminə getmiş, axşam saatlarında evinə qayıtmışdır. Evdə olarkən qapısı döyülərək çölə çağrılmış, əlində fənər çölə çıxarkən polis əməkdaşları onu avtomaşına qoyaraq polis şöbəsinə aparmışlar. Polis əməkdaşlarına narkotik vasitə olmadığını bildirmiş, buna görə ona təzyiqlər edilmişdir. Səhərə kimi polis şöbəsində saxlanılmış, səhəri gün polislərlə birlikdə yaşadığı evə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman evdəki rəfin bir gözünü açıb telefon kağızlarına baxmış, sonra iki sellofan torba çıxarıb stola qoymuşlar. Aşkar olunmuş tərəzinin ona aid olub-olmamasını soruşduqda tərəzinin özünə aid olmasını bildirmiş, sonra üzərində qan izləri olan rezin tapılmışdır. Evindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona aid olmamış, əvvəldən özündə olan narkotik vasitəni istifadə etdiyinə görə evində narkotik vasitə olmamışdır. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşlarının özləri onun evinə qoymuşlar. Özünü ancaq Nadirə satdığı narkotik vasitəyə görə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs Niyazi oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin yanvar ayında “instagram” sosial şəbəkəsində tanış olduğu və özünü “Alirza” kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı ilə 2022-ci ilin təxminən may ayında Alirza ilə danışan zaman Azərbaycan Respublikasına narkotik vasitə keçirməsini, ona narkotik vasitə olan heroini Azərbaycanda kuryer kimi satmağını demişdir. Həmin şəxsdən işin necə ola biləcəyini soruşan zaman sonuncu Azərbaycana narkotik vasitə keçirəndən sonra 20 qram şəklində olan narkotik vasitəni başqa şəxslərə satmaq üçün müxtəlif yerlərə qoyacağını, pulu isə ona yollayacağını demişdir. Əvvəllər məhkum olunduğuna görə Alirza ilə razılaşmamış, özünə istifadə etmək üçün narkotik vasitə heroin istəmişdir. Bundan sonra Bakı şəhərinə gedərək Alirza ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışmış, Alirzanın kartına 10 qram narkotik vasitə heroinə görə 200 manat pul yollamışdır. Bakı şəhərində bir neçə gün gözlədikdən sonra Alirzanın ona dediyi Abşeron rayonu Masazır qəsəbəsinə gedən yolun üstündə olan nişanın altına qoyulan narkotik vasitəni götürüb corabının içərisinə qoymaqla oradan uzaqlaşmış, sonra Qax rayon Əlibəyli kəndinə gəlib həmin narkotik vasitəni özü üçün istifadə etmişdir. Bundan sonra tutulmamışdan təxminən 15 gün qabaq yenidən narkotik vasitə almaq üçün Bakı şəhərinə gedib eyni qaydada Alirza ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışaraq bu dəfə 15 qram heroin və 5 qram metamfetamin istəmiş, həmin narkotik vasitə və psixotrop maddəyə görə 400 manat pulu kart vasitəsilə yollamışdır. Həmin danışığa əsasən 1 saylı şəhər kliniki xəstəxanasının arxa tərəfində olan marketin yanında olan nişanın altında olan bükülünü götürdükdən sonra Qax rayonuna gətirmiş, həmin narkotik vasitə olan heroindən istifadə etmişdir. 16 yanvar 2023-cü il tarixdə saat 16 radələrində əvvəllər Zaqatala rayonundan tanıdığı Nadir onun yanına gələrək ondan istifadə etmək üçün heroin istəmiş, Nadirə bir büküm narkotik vasitə olan heroini 50 manata satmışdır. Bir az keçəndən sonra onun tanışı Balakən rayonundan olan tanışı Şahid8 onun yanına gələrək narkotik vasitə istəmiş, Elnura da həmin narkotik vasitədən bir qədər vermişdir. 16 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Qax rayon polis şöbəsinin əməkdaşları onu Qax rayon polis şöbəsinə gətirmiş, Qax rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra 17 yanvar 2023-cü il tarixdə onun yaşadığı Qax rayonu Əlibəyli kəndində yerləşən evinə baxış keçirilən zaman evdə olan girişdə olan sol tərəfdə dolabda bir ədəd bükülü, sağ tərəfdə olan dolabda isə iki ədəd şəffaf sellafon torbada bükülü, evin güzgülü dolabından başı kəsilmiş iki ədəd şüşə ampula, bir ədəd rezin, aynabənddə olan paltar şkafının gözündə olan bir ədəd tərəzi aşkar edilib götürülmüşdür. Həmçinin Elşad adlı şəxsə narkotik vasitə heroin vermiş, amma satmamışdır, Elşadın ona 100 manat borcu olmuşdur. Həmçinin onun “Unibank”a məxsus olan Leobanka aid 4098 5844 6258 3608 nömrəli kartı olmuş, 17 yanvar 2023-cü il tarixdə həmin karta 20 manat pulun kim tərəfindən yollamasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 16 yanvar 2023cü il tarixdə Qax rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 21 radələrində Təqsirləndirilən şəxs Qax rayonu Əlibəyli kəndinin ərazisində saxlanılaraq üzərində narkotik vasitə ehtimalı olduğu üçün Qax rayon polis şöbəsinə dəvət edilmiş, rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu Əlibəyli kəndində yerləşən evinə baxış keçirilən zaman evin qonaq otağında olan giriş qapısından içəri tərəfdə olan dolabdan gümüşü rəngli 1 ədəd bükülü, şəffaf rəngli sellofan 2 ədəd bükülü, 1 ədəd şəffaf rəngli sellofan bükümdə limon duzuna oxşar kütlə, 1 ədəd istifadə edilmiş şüşə ampula, 1 ədəd damar sıxmaq üçün rezin, 2 ədəd başı sındırılmış baş hissəsinə qələm taxılmış balaca işıq lampası, 1 ədəd qırılmış vəziyyətdə olan boş şüşə, giriş qapısından sağ tərəfdə olan dolabda isə 1 ədəd sellofan bükümdə heroinə bənzər kütlə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkilləri işləyən Şahid3 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, özünə məxsus olan VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərən zaman Qax rayon sakini Təqsirləndirilən şəxs tanımış, 16 yanvar 2023cü il tarixdə saat 16 radələrində Vüqarla mobil telefonla danışaraq narkotik vasitə olan heroin istəmiş, sonra Qax rayonu Əlibəyli kəndinə gedərək Vüqara 50 manat pul verərək sellofan bükümdə narkotik vasitə olan heroin almışdır. Saat 17 radələrində kənddən çıxan zaman polis əməkdaşları onun avtomobilini saxladaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə Qax rayon Polis Şöbəsinə dəvət etmişlər. Qax rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə avtomobilə keçirilən baxış zamanı avtomobilin sürücü olan oturacağın altından bir ədəd şüşə apmula və içərisində narkotik vasitə heroinin olduğu çəkisi 1,27 qram olmaqla bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs ona narkotik vasitəni pul müqabilində verməmiş, sonuncuya borcu olduğuna görə kartına 20 manat pul vurmuşdur. Vüqar ona narkotik vasitə satmamış, əvəzsiz olaraq narkotik vasitə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq ona heroin lazım olduğunu bildirmiş, Vüqar ona heroini 65 (altmış beş) manata satacağını bildirmişdir. Həmin məbləğdə pulu olmadığına görə Vüqara ilkin olaraq 20 manat, qalanını isə sonra verəcəyini bildirərək “Milli ön” aparatı ilə 20 manat pulu Vüqara məxsus olan 4098 5844 6258 3608 nömrəli Leobank kart hesabına göndərmişdir. 17 yanvar 2023-cü il tarixdə narkotik vasitəni birlikdə qəbul etdiyi dostu Turala zəng edərək sonuncunun avtomaşını ilə Qax rayonu Əlibəyli kəndinə getmiş, həmişəki kimi Vüqarın narkotiki evin qarşısında olan hasarın yanına qoyduğu yerə baxaraq orada olan içərisində narkotik vasitə heroinin olduğu siqaret qutusunu götürmüşdür. Avtomobilə əyləşdikdən sonra Qax rayonu Əlibəyli kəndi ərazisində polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə gətirmişlər. Şöbədə şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilən zaman ondan bir ədəd sellofan bükümdə narkotik ola heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir 16 yanvar 2023-cü il tarixdə Qax rayon polis şöbəsinin əməkdaşları qeyri-rəsmi birlikdə yaşadığı Təqsirləndirilən şəxs Qax rayonu Əlibəyli kəndində olan evlərinin çöl tərəfində saxlayaraq, Qax rayon polis şöbəsinə aparmış, o da sonradan polis şöbəsinin əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Həmin gün Vüqarın orada narkotik satmasına görə saxlanmasını bilmiş, bundan sonra isə onun yaşadığı evdən Vüqara məxsus olan narkotik vasitə olan heroin, metamfetamin aşkar edilməsini bilmişdir. Onun narkotik vasitələrdən heç bir xəbəri olmamışdır. Bir dəfə dəqiq tarixi yadında olmayan vaxtda Vüqar ona məxsus olan mobil nömrəyə zəng vuraraq, evin çöl tərəfində olan daş divarda büküm olmasını, həmin bükümü ora gələn adama verməsini demiş, o da həmin boz rəngli sellofanda olan bükümü Vüqarın onun evinə göndərdiyi adama vermişdir. Həmin bükümün içərisində nə olmasını bilməmiş, Vüqardan bu barədə soruşanda sonuncu ona heç bir şey deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tanışı Elşad narkotik vasitə istifadə etmək üçün Qax rayonuna gedərək orada Vüqar adlı şəxsdən almışdır. Elşad isə ona məxsus olan 055 680 75 48 mobil nömrəsi ilə Vüqara məxsus olan mobil nömrə ilə danışmış, narkotik vasitə olan heroin almaq istəmişdir. Elşada narkotik vasitə olan heroin alması üçün 3-4 dəfə, 10-15 manat məbləğində pul vermiş, Elşadın narkotik vasitə olan heroin alması üçün Nadirlə həmin yerə getməsini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs yanına gedərək sonuncunun ona pulsuz olaraq verdiyi narkotik vasitədən istifadə etmişdir. Məhkəməyədək icraat zamanı Şahid8 16 yanvar 2023-cü il tarixdə Qax rayon sakini Təqsirləndirilən şəxs Niyazi oğlundan 30 manata narkotik vasitə olan heroin alaraq istifadə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tаriхli 17/69 sаylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunaraq qablaşdırıldı.” Sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 9,316 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 3,058 qram və 2,542 qram, ümumi çəkiləri-5,600 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin içərisindən aşkar olunub qablaşdırıldı.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə flakonda cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-5,439 qram olan açıq-qəhvəyi rəngli maddə narkotik vasitələrə və psixotrop maddə hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin içərisindən aşkar olunub qablaşdırıldı.” sözləri və imzalar yazılmış zərfin içərisində 02 (iki) ədəd baş hissəsi kəsilmiş və 02 (iki) ədəd baş hissəsinə qələm taxılmış kiçik şüşə lampalarda və 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə ampulada cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 09 (doqquz) ədəd alışqanın üzərində narkotik vasitə və psixotrop maddə hissəcikləri aşkar edilmədi. 01 (bir) ədəd üzərində “voda dlya ineksiy” yazısı olan şüşə ampulanın içərisindəki maye narkotik vasitə və psixotrop maddə deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 14 mart 2023-cü il tarixli 169 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3” xəstəliyi keçirmişdir və hal-hazırda da keçirir. Təqsirləndirilən şəxs cinayət törədən zaman və halhazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və həmin əməli idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2023-cü il tarixli 659 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan Asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Ərazi narkolоji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs Niyazi oğlunun yaşadığı Qax rayonu Əlibəyli kəndindəki evində qonaq otağında olan giriş qapısından içəri daxil olduqda sol tərəfdə olan dolabda gümüşü rəngli folqaya bükülmüş folqa ilə birlikdə ümumi çəkisi 0,10 qram heroinə bənzər kütlə, şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 3,45 qram olan metamfetaminə bənzər kütlə, şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 2,64 qram olan metamfetaminə bənzər kütlə, şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 7,12 qram olan limon duzuna oxşar kütlə, bir ədəd qırılaraq istifadə olunmuş şüşə ampula, bir ədəd damarı sıxmaq üçün nəzərdə tutulan rezin, bir ədəd elektron tərəzi, iki ədəd baş hissəsi sındırılmış balaca işıq lampası, iki ədəd baş hissəsində qələm taxılmış balaca işıq lampası, doqquz ədəd alışqan, bir ədəd qırılmış vəziyyətdə boş şüşə, bir ədəd üzərində “voda dlya ineksiy” sözləri yazılmış şüşə ampul, giriş qapısından içəri içəri daxil olduqda sağ tərəfdə olan dolabda isə bir ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 10,84 qram heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Unibank” bank Kommersiya Bankından daxil olmuş 24 iyun 2023-cü il tarixli məktubda göstərilmişdir ki, məhkəmə qərarında qeyd olunmuş 409858******3608 saylı kart xx-xx-1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) məxsusdur. Həmin kart üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində həyata keçirilmiş əməliyyatlar barədə məlumatların və “Unibank” Kommersiya Bankı” ASC-in ATM vasitəsi ilə həyata keçirilən görüntülərin olduğu disk daşıyıcısına baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokolundan görünür ki, 5-ci fayla baxan zaman “excel” proqramına daxil olan zaman proqram da 4098 5844 6258 3608 nömrəli kart xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur. Həmin faylda olan digər pəncərəyə baxan zaman karta daxil olan və kartdan xaric olan pullar öz əksini tapmışdır. Digər pəncərədə “milli ön”lə karta mədaxildə 17 yanvar 2023-cü il tarixdə 20 manat pulun karta göndərilməsi öz əksini tapmışdır. İş materiallarında olan Qax rayon İcra Hakimiyyət Başçısının Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 684 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Osmanov X5 şəhəri Cəfər Cabbarlı küçəsi, ev 55-də qeydiyyatda olmaqla Qax rayonu Əlibəyli kənində yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayonu Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 06 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müəssisənin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Osmanov X5 Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 1.1-ci bəndinə əsasən ilə 10 aprel 2009cu ildə azad olunmuş, Qax Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 221.2.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 15 mart 2011-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 5 ilədək artırılmış, Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixdə 04 ay 10 gün vaxtında əvvəl şərti azad edilmiş, Qax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 128 və 67.1-ci maddələri ilə təqsirli bilinib 7 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzası qurtardığına görə azad edilmiş, Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Qax rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunub və üzərindən məhkumluq götürülüb. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluqları ödənildiyinə və götürüldüyünə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərarında görünür ki, Şahid8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək iyirmi gün müddətə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə göstərilmişdir ki, Şahid4 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallrında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə göstərilmişdir ki, Şahid5 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Niyazi oğlu həmin tarixdə saat 2210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qax rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Niyazi oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs Niyazi oğluna qarşı irəli sürülmüş CM-in 234.4.2-ci maddəsi ilə olan ittihamdan imtina etmiş, məhkəmənin 19 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Niyazi oğluna qarşı isə irəli sürülmüş CM-in 234.4.2-ci maddəsi olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Niyazi oğlunun 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşlarının həmin narkotik vasitələri onun evinə qoymalarına, Şahid8, Şahid1 və Şahid5 narkotik vasitə satmamasına dair ifadəsini müəsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı evə məhkəmə qərarı əsasında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasına dair özü etirazını bildirsə də məhkəmə tərəfindən həmin narkotik vasitə və psixotrop maddənin aşkar olunmasının mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar olunmamış, narkotik vasitə və psixotrop maddə aparılan prosessual hərəkətin ardıcıllığına uyğun olaraq aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini və təzyiqlərə məruz qalmasını bildirsə də məhkəmə tərəfindən onun barəsində olan istintaq təcridxanasına daxil olarkən tərtib edilmiş məhkumun tibbi kitabçasına baxış keçirilərkən onun bədən səthində hansısa xəsarətlərin aşkar olunmadığı qeyd edilmişdir. Bundan başqa məhkəmə şahidlər Şahid5 və Şahid8 ifadələrinə də tənqidi yanaşaraq həmin şəxslərin narkotik vasitəni Təqsirləndirilən şəxs pul müqabilində almamalarına dair göstərdiklərini sonuncunun məxsuliyyətdən yayınmasına istiqamətlənmiş müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, qeyd olunan şəxslər məhkəməyədək icraat zamanı onlardan aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldıqlarını bildirmələrindən əlavə Şahid5 barəsində olan xx.xx.2023-cü il tarixli hökmündən də görünür ki, sonuncu məhkəmədə sərbəst ifadəsi zamanı eyni məzmunlu ifadə verərək narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmiş, eyni zamanda Şahid8 də barəsində inzibati qaydada araşdırma aparılan zaman narkotik vasitəni 30 manata Vüqar Ocmanovdan aldığını bildirmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Niyazi oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Niyazi oğlunun əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Niyazi oğlunun yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və İİİ qrup əlil olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Niyazi oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Niyazi oğlu azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niyazi oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs Niyazi oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Niyazi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Niyazi oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs Niyazi oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 9,216 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 02 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 2,958 qram və 2,442 qram psixotrop maddə olan iki ədəd bükümdə metamfetamin, 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə flakon, 02 (iki) ədəd baş hissəsi kəsilmiş və 02 (iki) ədəd baş hissəsinə qələm taxılmış kiçik şüşə lampalar, 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə ampula məhv edilsin, iki DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Niyazi oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Niyazi oğlu ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Niyazi oğluna isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-247/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-247/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver