Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-248/2023 26.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işi üzrə icraata xitam verilməsi barədə) Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Bilal Mahir oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Tağıyeva Xumar Habil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin hüquqi varisi: X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1970-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi Şəki Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni təmiz çəkisi 2,473 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd şəffaf sellofan bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri Ə.Kərim küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx.xx.2023-cü il tarixdə saat 13:20-da RPŞ-nin Növbətçi Hissəsində onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli gödəkcəsinin sol iç yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan təmiz çəkisi 2,473 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 84/MEŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü ildə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malik xəsarətlər səbəbi ilə xx.xx.2023-cü ildə saat 07:30-da müalicə olunduğu Respublika Neyrocərrahiyə Xəstəxanasında vəfat etmişdir. Təqsirləndirilən şəxs meyitində baş beyin qişaları altına qansızma, sol beyin yarımkürəsinin təpə-alın-bazal şöbəsinə subaraxnoidal qansızma, alın payının beyindaxili hematoması, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, başın sol alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözün üst qapağının qansızması, döş qəfəsinin sağ qabırğa qövsü nahiyəsinin sıyrığı, hər iki dizin ön səthinin xırda qançırları, sağ aşıq-baldır oynağının iç-topuq nahiyəsinin hematoması xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs ölümünün bilavasitə səbəbi başın sol alın-təpə travması ilə əlaqədar kəllə tağı sümüklərinin sınıqları, beyin qişaları hematoma və alın-bazal şöbəsinin qansızması olmuşdur. Təqsirləndirilən şəxsin bacısı X2 yazılı ərizəsinə əsasən ölmüş elan olunmuş Təqsirləndirilən şəxs hüquqi varisi qismində cinayət prosesinə buraxılması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 106-1.5-ci maddəsində göstərilir ki, təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması barədə müraciət etmiş bir neçə yaxın qohum arasından hüquqi varisin seçilməsində mübahisə olduqda, həmin məsələni məhkəmə həll edir. Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınması üçün digər yaxın qohumlarından məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə baxışı zamanı ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış bacısı X3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə iclasında Təqsirləndirilən şəxs ölümünün kifayət qədər rəsmi sənədlərlə tədqiq olunduğunu nəzərə alaraq, hüquqi varisin ərizəsinin əsaslı olduğunu bildirmiş və Təqsirləndirilən şəxs ölməsi ilə bağlı olaraq onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə tərkibi iş üzrə proses iştirakçılarının ayrı-ayrılıqda fikrini dinləyib, habelə cinayət işində olan sənədləri araşdırıb belə qənaətə gəlir ki, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X6 tərəfindən məhkəməyə təqdim olunan ərizə təmin edilməklə Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan təqsirləndirilən şəxsin ölməsi səbəbi ilə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.5-ci maddəsində göstərilmişdir ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmçinin həmin Məcəllənin 43.1 və 43.3-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd edilən Məcəllənin 106-1.4-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ölmüş, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi isə müdafiəçi ilə birlikdə yazılı ərizə təqdim edərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən isə, belə olan halda məhkəmə hər hansı istintaq aparmadan imperativ qaydada ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin ərizəsini təmin etməklə təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı : Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra öldüyünə görə onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 2,423 qram narkotik vasitə olan heroin məhv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-248/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-248/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver