Məhkəmə qərarları › İş №1(091)-248/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-248/2025

29.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-248/2025 29.12.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X20 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X30, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1999-cu ildə Belarusiya Respublikasının Qomel vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 120.1-ci maddəsilə təqsirli bilinib, 12 il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.4.1, 29, 317-1.1 və 317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən cəza çəkdiyi X1 olunmuş əşya əldə etmə, saxlama, gəzdirmə və istifadə etmə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, qəsdən cəzaçəkmə müəssisəsində satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuana əldə etmə, saxlama, daşıma, göndərmə və cəzaçəkmə müəssisəsinə ötürülməsinə cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə CM-in 120.1-ci maddəsilə təqsirli bilinib, 12 il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş şəxs kimi, X8 ciddi rejimli korpusda xx.xx.2020-ci il tarixdən etibarən məhkum kimi cəza çəkdiyi dövrdə, istintaqla dəqiq müəyən olunmayan vaxtda, qəsdən istintaqa məlum olmayan mənbədən «Həbs yerlərinin daxili intizam qaydaları»nın təsdiq edilməsi barədə Azərbacan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən istifadəsi qadağan olunmuş əşyaların siyahısına daxil olan, nömrəsi və markası istintaqla müəyyən olunmayan mobil telefon aparatı əldə edib, üzərində saxlayıb, gəzdirərək, cəza çəkdiyi X8 istifadə etməklə cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum kimi qadağan olunmuş əşya əldə etmə, saxlama, gəzdirmə və istifadə etmə cinayət əməlini törətmişdir. Bundan başqa, o, əvvəllər tanış olduğu şəxsiyyəti istintaqla müəyyən olunmayan "xxxx" ləqəbli şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xeyli miqdarda olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı cəzaçəkmə müəssisəsində satış məqsədi ilə əldə edib, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla, hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraqlar məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitə olan marixuananı qəsdən cəzaçəkmə müəssisəsinə yoxlamadan gizlətməklə ötürülməsini təmin etmək üçün 2024cü ilin yanvar ayının əvvəllərində cəza çəkdiyi X7 istifadəsində olan istintaqla nömrəsi və markası müəyyən olmayan sonuncunun mobil nömrəsinə zəng edərək, ona narkotik vasitə olan marixuana alıb ona göndərməsini sifariş vermiş, bundan sonra "xxxx" ləqəbli şəxs sifariş verənin tapşırığı ilə, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq, xeyli miqdarda 15,41 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana əldə edib, daşıyaraq üzərində saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaq məqsədi ilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətmək yolu ilə cəzaçəkmə müəssisəsinə göndərmək məqsədilə cinayətkar məqsədlər üçün əldə etdiyi «Head Shoulders» şampunun içərisində 01 ədəd sellofan bükümdə xüsusi qaydada qablaşdırıb, xüsusi üsulla gizlətmiş, bundan sonra həmin narkotik vasitəni ona ötürülməsi üçün 2024-cü ilin yanvar ayının əvvəllərində istintaqla müəyyən olnmayan vaxtda cinayətkar qəsddən məlumatı olmayan Mingəçevir şəhərində yaşayan tanışı Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, "xxxx" ləqəbli şəxsin istintaqla müəyyən olunmayan mobil nömrəsini verərək, onunla əlaqə saxlayıb, verəcəyi sovqatı ondan alıb poçt vasitəsi ilə X2 birlikdə cəza çəkən məhkum, cinayətkar qəsdən məlumatı olmayan Şahid3 adına göndərməsini bildirmiş, Şahid4 da "xxxx" ləqəbli şəxsə zəng edərək, onunla danışmış, sonuncu tələsdiyini bildirərək, sovqatı Mingəçevir şəhər avtovağzalı ərazisində yerləşən, cinayətkar qəsddən məlumatı olmayan ərzaq mağazasının satıcısı X18 verəcəyini və sovqatı ondan götürməsini bildirmiş, Şahid4 da 12 yanvar 2024-cü il tarixdə həmin narkotik vasitəni sovqatla birlikdə Mingəçevi şəhər avtovağzalı ərazisində yerləşən ərzaq mağazasının satıcısı Müşfiq Hətəmovdan alıb, ona təhvil vermək üçün Mingəçevir şəhər mərkəzi poçtundan onun tapşırığına əsasən, X2 birlikdə cəza çəkən məhkum, cinayətkar qəsdən məlumatı olmayan Şahid3 adına göndərmiş, xx.xx.2024-cü il tarixdə, saat 13:00da müəssisənin əməkdaşları tərəfindən nəzarət-buraxılış məntəqəsində sovqata baxış keçirilən zaman həmin sovqatın içərisində olan «Head Shoulders» şampunun daxilində xüsusi qaydada xüsusi üsulla gizlədilmiş xeyli miqdarda, 01 ədəd sellofan bükümdə qablaşdırılmış ümumi xalis çəkisi 15,41 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürüldüyünə görə, bilavasitə cinayət törətməyə yönəlmiş qəsd edilən cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətmək yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməyə cəhd cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü CM-in 234.4.1, 29, 317-1.1 və 317-2.1-ci maddəlrilə elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir. Ona görə müdafiəçisinin iştirakı ilə onunla Şahid4 arasında üzləşdirmə aparılan zaman verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin üzləşdirmədə bildirmişdir ki, Şahid4la uşaqlıqdan bir yerdə idmana getmiş, həmçinin bir hərbi hissədə xidmətdə olmuşlar. Xəyyamla aralarında əvvəllər hər hansı bir mübahisə, dava-dalaş, ədavət və düşmənçiliyi olmamış, hazırda da yoxdur. 2024-cü ilin yanvar ayının əvvəllərində X5 istifadə etdiyi mobil telefonla Xəyyamın hazırda xatırlamadığı mobil telefonuna zəng edib, ona bir mobil nömrə verəcəyini, həmin telefon nömrəsinin "xxxx" adında Mingəçevir şəhər sakinin telefon nömrəsi olduğunu, həmin nömrəyə zəng edib, "xxxx" ilə danışmasını, "xxxx"nın ona bir çanta verəcəyini, həmin çantanı ondan alıb, X9, ona göndərməsini demişdir. Xəyyam razılaşdığı üçün "xxxx"nın mobil nömrəsini Xəyyama vermişdir. Hazırda "xxxx"nın nömrəsini xatırlamır. Həmin ay sovqat limiti bitdiyi üçün Xəyyamdan sovqatı Şahid3 adına göndərməsini xahiş etmişdir. Xəyyam da həmin torbanı sonradan "xxxx"dan alıb, dediyi kimi, Şahid3 adına göndərmişdir. X14 Xəyyamın göndərdiyi sovqata baxış keçirilən zaman sovqatdakı şampunun içərisindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Sovqat Fərruxa gəldiyi üçün onun barəsində araşdırma aparılmış və onu ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərmişlər. "xxxx"nın həqiqi adını bilmir. Hamı onu "xxxx" kimi çağırmışdır. "xxxx"nın soyadının Mirzəyev olduğunu bilsə də, atasının adını bilmir. "xxxx" Mingəçevir şəhərində yaşasa da, onun dəqiq ünvanını bilmir. Eşitdiyinə görə "xxxx" 2-3 ay bundan əvvəl intihar etmişdir. "xxxx" ilə həbs olunmamışdan əvvəl tanış olmuş və sonradan aralarında dostluq münasibətləri yaranmışdır. "xxxx" əvvəllər narkotik vasitə istifadə etdiyinə görə həbs olunmuşdur. Özü tutulandan sonra 5-10 gündən bir X7 istifadə etdiyi telefonla "xxxx" ilə əlaqə saxlamışdır. Söhbət zamanı "xxxx" ona sovqatın içərisində narkotik vasitə olan marixuana gizlədib göndərəcəyini deyən zaman ona göndərməsini demişdir. Həmin vaxt "xxxx" ona narkotik vasitəni alıb, ona göndərəcəyi sovqatın içərisində gizlədib hazırlayacağını, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün bir nəfərin ondan sovqatı götürüb, türməyə göndərməsini bildirmişdir. Təxminən bir həftədən sonra "xxxx" ilə növbəti dəfə danışanda "xxxx" ona narkotik vasitəni sovqatın içərisində gizlətdiyini, sovqatın hazır olduğunu və bir nəfərin sovqatı gəlib ondan götürməsini demişdir. Ona görə Xəyyama zəng edib, "xxxx"nın mobil nömrəsini ona verib, "xxxx" ilə danışıb, sovqatı ondan alıb, poçtla Fərruxun adına göndərməsini demişdir. "xxxx" və Xəyyamla türmədən mobil telefonla danışmışdır. Xeyli vaxt keçdiyi üçün həmin telefonun nömrəsini xatırlamır. Həmin telefon X15 cəza çəkən məhkum Mirzə Mirzəyevin istifadə etdiyi telefonu olmuşdur. Sonradan penitensiar müəssisənin əməkdaşları Mirzədə telefon olduğunu bilib, telefonu ondan istəmişlər. Mirzə də eşitdiyinə görə, qorxduğu üçün telefonu sındırmış və sınmış vəziyyətdə telefonu penitensiar müəssisənin əməkdaşlarına təhvil vermişdir. Şahid3 onun adına göndərilən sovqatın içərisində narkotik vasitə olmasından məlumatı olmamışdır. Həmçinin, Şahid4 Şahid3 adına göndərdiyi sovqatda narkotik vasitə olduğunu deməmişdir. Yəni, Xəyyam sovqatda narkotik vasitə olduğunu bilməmişdir. "xxxx" adlı şəxs əvvəllər ona heç vaxt sovqat göndərməmişdir (İ cild, i/v 194-197, İİ cild, i/v 60-62). O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, polisdə verdiyi ifadəsini təsdiq edir. Oxuyub, imzalamışdır. O, heç kimə zəng vurmamışdır ki, ona bağlama göndərsinlər. Cinayət işində geyd olunan, içində narkotik tərkibli bitki, marixuana olan həmin o bağlamanı göndərən Şahid4 tanıyır. Ona qarşı ədavət və düşmənçiliyi yoxdur. O, Şahid4 deməmişdir ki, ona bağlama göndərsin. Şahid4 niyə bağlamanı göndərməsi barədə heç nə deyə bilmir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, əməliyyat müvəkkili Fuad adlı şəxs onu otağına aparıb, 6-7 nəfərlə birlikdə döymüş, söymüş, təhqir etmiş, o da canını ağrıdığı üçün olanları qəbul etmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmiş, həbsxanada xüsusi nəzarətdə olmamışdır. Hələ 6 il çəkilməmiş cəzası var, risk edib, içəridə narkotik satmaz. Elə şey etməmişdir. Vəkili ona sənədləri imzalamamağı demiş, lakin məcbur qalıb imzalamışdır. Bir il ilə razılaşmışdır, lakin CM-in 234.4.1-ci maddəsilə əlaqəsi yoxdur. Qabaqcadan əlbir olan bir qrup şəxs haradadır? Elədirsə, o niyə burada təkdir? Çəkilməyən cəzasının və yaşlı nənəsinin olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1, 29, 317-1.1 və 317-2.1-ci maddəlrilə nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ona bağlama gəldiyini bildirdikləri üçün bağlamanı almağa getmiş və bağlamanı açanda içindən nəşə - marixuana çıxmışdır. O, daha sonra verilən suallara cavab olaraq ildirmişdir ki, məhkumluğu narkotiklə bağlıdır. Narkotikdən istifadə etmir. Onun həmin bağlamadan xəbəri olmamışdır, sevinmişdir, elə bilmişdir ki, dost - tanışdan kimsə göndərib. Ona heç vaxt bağlama göndərməmişlər, bu ilk bağlama olmuşdur. 2023-cü ildən hal-hazıradək birinci bağlama olmuşdur. Bağlamanın niyə məhz ona göndərildiyini bilmir. Bağlama ona çatmamışdan 4-5 ay əvvəl atası ilə danışmaq üçün şəhərlərarası telefonlar olan kabinaya yaxınlaşmışdır. Ancaq bu zaman həmin telefona zəng gəlmiş və o, danışmışdır. Telefonda ondan Şahmar adında adam soruşmuşlar. O da edmişdir ki, o adamı tanımır. Daha sonra həmin adam ona demişdir ki, mən də dustaq olmuşam, istəsən sənə bağlama göndərərəm. Ona görə ad və soy adını demişdir. 4-5 aydan sonra isə bu hadisə baş vermişdir. Ancaq o bilmir ki, bağlamanı həmin şəxs göndərmişdir, yoxsa yox. Həmin şəxs özünü ona təqdim etməmişdir. İbtidai istintaqda olan ifadəsində zəng edən həmin şəxsin Şahid4 olması düzgün qeyd edilməmişdir. Təqsirləndirilən şəxslə eyni korpusda cəza çəkmişdir, ancaq dustaq otaqları eyni olmamışdır. Təqsirləndirilən şəxs öz soy adını və ata adını deməmişdir. Telefonla danışdığı adama adını, soy adını və ata adını demişdir. Sovqat gələn gün onu Fazil müəllim çağırmışdır. Başqa kiminsə sovqat qəbul olunan otaqda olması yadında deyil. Bağlama açılanda orada o və cəzaçəkmə müəssəsinin əməkdaşı olmuşdur. Bağlamada narkotik aşkarlanandan sonra onu ağır cəzaçəkmə müəssəsinə göndərmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, əvvəllər oğurluq etdiyinə və qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlayaraq istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının əvvəllərində qanunsuz olaraq narkotik vasitə əldə edib, istifadə etdiyinə görə barəsində cinayət işi başlanılmış və cinayət işi tamamlanaraq məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası verildikdən sonra cəzasını X14 çəkmişdir. 20 yanvar 2023-cü il tarixdə X16 əməkdaşları ona sovqat gəldiyini bildirdikləri üçün həmin sovqatı götürməyə getmişdir. Ancaq sovqatı ona kimin göndərdiyini bilməmişdir. Sovqat verilən otağa getdikdən sonra X16 əməkdaşları ona gələn banderola onun və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Banderolun içərisindəki sovqatlara X16 əməkdaşları baxış keçirən zaman «Head Shoulders» şampunun içərisində 01 ədəd sellofan büküm aşkar etmişlər. X16 əməkdaşları həmin bükümü onun və hal şahidlərinin iştirakı ilə açmışlar. Sellofan bükümün içərisindən yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar olunmuşdur. X16 əməkdaşları ondan sovqatı ona kimin göndərdiyini və onunla nə kimi münasibətləri olduğunu soruşan zaman onlara sovqatı ona kimin göndərdiyini və həmin şəxsi tanımadığını bildirmişdir. Ona göndərilən sovqatın üzərinə sovqatın Şahid4 tərəfindən göndərildiyi və onun ***-***-**-** nömrəli telefon nömrəsi yazılmışdır. Şahid4 adlı bir şəxs tanımamışdır. Onun sovqat göndərəcəyini əvvəlcədən bilməmişdir. Xəyyamdan ona sovqat göndərməsini, o cumlədən sovqatın içərisində narkotik vasitə olan marixuana göndərməsini sifariş etməmişdir. Bundan sonra X16 əməkdaşları ona göndərilən sovqatın içərisindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə olan marixuanaya bənzər maddəni zərfə qoyub qablaşdrıb, götürmüşlər. Bu barədə protokol tərtib olunub, onlara oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid4 tanımamış, onunla heç bir münasibəti olmamışdır. Şahid4 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə heç vaxt zəng etməmişdir. Lakin Xəyyam ona sovqat təxminən 4-5 ay əvvəl X10 atasına məxsus nömrəyə qısa zəng etmişdir. Sonra dəstəyi qoymuşdur ki, atası özü ona zəng vursun. Az sonra zəng gəldiyi üçün telefonun dəstəyini götürmüşdür. Zəng vuran atası olmadığını bilmiş və həmin şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs də özünü ona Xəyyam kimi təqdim edib, orda cəza çəkdiyini, Şahmarı telefona çağırmasını xahiş etmişdir. Həmin vaxt Xəyyama yeni gəldiyini heç kimi tanımadığını demişdir. Daha sonra atası ilə danışmışdır ( İ cild, i/v 39-41). Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid4 bildirmişdir ki, uşaqlıq dostu, həm də məşq yoldaşı olan Yasin yanvar, dekabr aylarında ona zəng vurub demişdir ki, burda dostum var, Şahid3, sumka götürüb, Şahid3 göndərmək lazımdır. Soruşmuşdur ki, niyə məhz Şahid3, Yasin demişdir ki, bu ay mənə sovqat çox gəlibdir, ona görə Fərruxa göndərməlisən. Soruşmuşdur ki, sovqatın içində nə var? Cavab vermişdir ki, narahat olma, corabdı, şampundu, siqaretdi, çaydı. O da demişdir ki, yaxşı, göndərəcəm. Yasin ona Mənə nömrə vermişdir ki, bu nömrəylə danışarsan. Həmin nömrə ilə anışmış, ancaq elə olmuşdur ki, işi çox olduğu üçün həmin adamla görüşə bilməmişdir. Axırda həmin şəxs ona zəng vurub, demişdir ki, mən bu sumkanı sənə verməliyəm. O da bildirmişdir ki, sən o sumkanı avtovoğzalda bir yerə goy, mən gəlib götürüm. Bundan sonra həmin gün gedib, mərkəzi poçtdan həmin sovqatı Şahid3 adına göndərmişdir. Bu hadisənin üstündən bir ay keçəndən sonra Yasin onunla əlaqə saxlayıb, bildirmişdir ki, sən belə iş görmüsən bir müddət gizlən. Yasindən soruşmuşdur ki, niyə qizlənməliyəm? Demişdir ki, sumkada nəsə lazım olmayan bir şey tapılıb. Yasin daha sonra demişdir ki, Fərrux da yoxdur, burda ona əlavə cəza veriblər. Sonra Yasinlə yenə əlaqəyə çıxmış və ona demişdir ki, salamatçılıqdı, narahat olma. Bu danışıqdan bir il keçəndən sonra Asan Xidmətdə olarkən polis onu saxlamışdır. Şahid4 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona zəng vurmuş və o, Təqsirləndirilən şəxs özü ilə danışmışdır. Təqsirləndirilən şəxs özü ona demişdir ki, adıma bağlama çox gəlib, ona görə də sovqatı Şahid3 göndər. O da göndərəcəyini bildirmişdir. Bundan bir il sonra bağlamanın içində narkotik olduğunu oyrənmişdir. Təqsirləndirilən şəxslə 1-ci dəfə danışandan təxminən 1 ay yarım, 2 ay sonra yenə danışmış və Yasin ona demişdir ki, Fərruxa əlavə cəza veriblər. Şahid3la heç vaxt danışmamış və onunla bağlı X21 zəng vurmamışdır. Təqsirləndirilən şəxslə həbs olunmasından əvvəl axırıncı dəfə 2019-cü ilin aprelində görüşmüşlər. Yasinlə 3-4 dəfə görüntülü danışmışlar. Yasinin sovqatını ona gətirən şəxs demişdir ki, sumkanı hara goyum, o da bildirmişdir ki, Mingəçevir avtovoğzalında ərzaq mağazasına qoy. O, avtovoğzala gələndə, ərzaq mağazısındakı satıcıdan ona bağlama verilib-verilməməsini soruşmuş və o, həmin başlamanın mağzanın yanındakı ağacın altına qoyulduğunu göstərmişdir. Baxanda orada bazar sumkasının olduğunu və içərisində çay, siqaret və şampun olduğunu bildirmişdir. O sumkanı avtovoğzala gətirən adamı görə bilməmişdir, ancaq onda həmin şəxsin nömrəsi olmuşdur ki, o da köhnə nömrəsinin yaddaşında galmış, onu da haqq hesab olandan sonra qırıb atmışdır. Həbsdə olmamışdır, 2021-ci ildə yüngül narkotik vasitə, marixuana istifadə etmişdir. O vaxt Yasin həbsdə olmuşdur. Sovqatı götürməmişdən 3 gün əvvəl Yasinlə danışmışdır. Sumkanı götürdüyu gün də danışmışdır. Sumka açılan gün də danışmışlar. Fərruxa əlavə cəza verildiyi gün də danışmışlar. Yasin, məhz sumka tutulduğu üçün ona zəng etmişdir. Polislər saxlayarkən ona təzyiq və hər hansı bir bir zorakılıq olmamışdır. Yasinin ona hansı nömrədən zəng vurması yadında deyil. Yasin onun 055 535 45 87 nömrəsinə zəng etmişdir. Bundan əvvəl Yasinə sövqt göndərməmiş və görüşünə gəlməmişdir. Neçə dəfə zəng olunmuşsa, hamısında Yasin ona zəng etmişdir. Sumkanı gətirən adamın adını bilməmişdir. Onunla görüntülü deyil, adi zənglə danışmışdır. Şəhər adamı olub-olmamasını bilmir. Ona demişdir ki, avtovoğzalda bir yerə qoy, o da demişdir ki, avtovoğzalda mağazaya qoyacam. O da yaxınlaşıb mağazanın satıcısının dediyi yerdən götürmüşdür. Həmin adamla danışandan yarım saat sonra avtovoğzala çatmışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid1 bildirmişdir ki, 20 yanvar 2024-cü il tarixdə məhkum Şahid3 tanışı Şahid4 tərəfindən göndərilmiş sovqata-banderola baxış keçirilən zaman, banderolun içində bir ədəd şampunun içində xüsusi üsulla qizlədilmiş salafana bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar olunaraq, götürülmüşdür. Daha sonra şahid verilən suallara cavab olaraq bildirmişdir ki, məhkumların telefon danışıqları üçün nəzərdə tutulmuş otaqda, özləri istədiyi nömrələrə qısa zəng vurur və həmin adamlar məhkumlara geri dönüş edirlər. Bir məhkum 15 dəqiqə ərzində danışa bilər. Danışıqlar növbəsi, canlı növbədir. Məhkum istədiyi şəxslə danışa bilər. Əgər məhkumun qısa zəng etdiyi nömrədən cavab gəlmirsə, məhkum orada gözləməli deyil. Məhkumlardan gedən zənglər telefon kartoçkasında durur. Şahid3 ona izahat verəndə tanımadığı adamın ondan danışdığını və ondan Şahmar adında bir adamın soruşulduğunu ona deməmişdir. Şahid3 müalicə alıb- almadığı barədə onda məlumat yoxdur. Şahid3 əvvələr narkotik istifadə etdiyini bilir, o, bundan əvvəl də tutulmuşdur. Narkotik vasitə aşkar olunduqda, həmin günü sənədləşdirilir və aidiyyəti üzrə göndərilir. O, bütün sovqatlara baxış keçirilməsində iştirak etmir, ancaq sovqatlarda narkotikə bənzər əşya tapılarsa, ona məruzə edilir və bundan sonra aktlaşdırılıb, aidiyyəti üzrə göndərilir. Narkotikə bənzər əşya tapılanda xidmətdə olan əməkdaş ona zəng edir. Əməkdaşlardan kimin ona zəng etməsi yadında deyil. Sovqata baxış keçirilən zaman Şahid3 orda olmuşdur. Həmin vaxt orda daha kimlərin olmasını xatırlamır. Onlar qablaşdırılmış narkotik vasitəni tərəzidə çəkmirlər, istintaq orqanları çəkir. Onlarda Şahid3 narkotik vasitə əldə etməyə meyilli olmasına dair əvvəlcədən məlumat olmuşdur. Şahid4 tanımır. Şahid4la hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Məhkum Şahid3 narkotik vasitə əldə etməyə meyilli olması barədə ona məlumat daxil olmuşdur. Ancaq kimin göndərəcəyi, necə göndərəcəyi barədə məlumatları olmamışdır. Məhkum Şahid3 üzərində nəzarəti onlar həyata keçirmişlər, məhz ona görə də bilmişlər ki, o, narkotik vasitə əldə etməyə meyillidir. Məhkum Şahid3 qarşı ədavət və düşmənçiliyi olmamışdır. Şahid3 və Təqsirləndirilən şəxs məhkum yoldaşları kimi münasibətləri olmuş və bir korpusda cəzalarını çəkmişlər. Təqsirləndirilən şəxs telefon danışıqları ilə bağlı məlumatı yoxdur. X19 hansısa cihaz vasitəsilə görüntü ilə danışığa icazə verilmir. Stasionar telefonlardan istifadə olunur. Təqsirləndirilən şəxs digər məhkumlar kimi cəzasını çəkən bir məhkum kimi tanıyır. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməyə meyilli olması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs mobil telefondan istifadə etməsi barədə ona məlumat daxil olmamışdır. Şahid3 sovqatı açılandan sonra oraya gəlib, soruşmuşdur ki, bu narkotikə bənzər maddə nədir? Demişdir ki, xəbərim yoxdur. Məhkum Şahid3un əvvəlcədən X4suz əşya keçirməsi barədə əməliyyat məlumatı əldə olunmuş və müvafiq əməliyyat tədbirləri keçirilmişdir. Tərəfimizdən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 göndərilən sovqatda narkotik tərkibli marixuana müəssisənin nəzarət buraxılış məntəqəsində aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 2016-cı ilin yanvar ayının 7-dən hal-hazıradək X22 əməliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləyir. Vəzifəsi müəssisədə gedən gizli prosesləri izləmək və baş verə biləcək cinayət hadislərinin qarşısını almaqdan ibarətdir. Müəssisənin giriş qapısında nəzarət buraxılış məntəqəsində məhkumlara gələn sovqata baxılır və məhkuma sovqat gətirmiş şəxslərə sovqatı müəssisəyə təqdim etməmişdən əvvəl cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətmək və ya hər hansı digər üsulla verilməsinə və ya ötürülməsinə görə məsuliyyət daşıması barədə məlumat verilir və tərtib edilmiş iltizam imzalanır. Həmin sənədlərə əsasən vətəndaş gətirdiyi sovqatı müəssisəyə təqdim edir. Həmçinin, müsəsisədə cəza çəkən məhkumlara yaxınları və qohumları tərəfindən poçt vasitəsi ilə sovqatlar göndərilir. Belə olan halda adına sovqat göndərilən məhkum dəvət olunur və onun özünün iştirakı ilə sovqata baxış keçirilir. xx.xx.2024-cü il tarixdə müəssisələrində cəza çəkən məhkum Şahid3 Mingəçevir şəhər sakini Şahid4 tərəfindən poçt vasitəsi ilə sovqat göndərilmişdir. Əvvəlcədən Şahid3 göndərilən sovqatda müəssisəyə qanunsuz narkotik vasitəsi keçirəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində məhkum Şahid3 poçtla sovqat gəldiyi üçün o, nəzərət buraxılış məntəqəsinə dəvət edilmiş və iki hal şahidi çağrılmışdır. Bundan sonra Şahid4 tərəfindən məhkum Şahid3 göndərilmiş sovqata özünün, hal şahidlərinin iş yoldaşı X11 rəisinin növbətçi köməkçisi Elvin Cəfərovun və müəssisələrinin rejim şöbəsinin nəzarətçisi Şahid2 iştirakları ilə baxış keçirilmişdir. Məhkum Şahid3 göndərilən sovqata baxış keçirən zaman poçt qutusunun içərisində olan «Head shoulders» şampununun içərisindən xüsusi üsulla gizlədilmiş bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmudur. Sonra isə 01 ədəd sellofon bükümdə olan narkotik vasitə marixuanaya bənzər kütlənin narkotik vasitə olubolmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürlənərək götürülmüşdür. Sonra tərəfindən protokol tərtib olunub, ucadan iştirakçılara oxunduğu üçün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Sorğu zamanı Şahid3 ona sovqat göndərən şəxsi, yəni Xəyyam Hüseynovu tanımadığını bildirmişdir. Bir neçə saatdan sonra ekspertiza rəyi əldə olunduqda, Şahid4 poçt vasitəsi ilə məhkum Şahid3 göndərdiyi sovqatın içərisində olan «Head shoulders» şampununun daxilində xüsusi üsulla gizlədilmiş bir ədəd sellofan bükümdə yaşıl rəngli kütlənin narkotik vasitə marixuana olmasını öyrənmişlər. Ona görə toplanmış material aidiyyatı üzrə Şəki ŞRPŞ-ya göndərilmişdir. Şahid4 tanımır, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Şahid3 müəssisələrində cəza çəkən məhkum kimi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. 20 yanvar 2024-cü il tarixdə X8 saxlanılan məhkum Şahid3 vətəndaş Şahid4 tərəfindən poçt vasitəsi ilə göndərilən sovqatın içərisindən narkotik vasitələrin aşkar olunması faktı üzrə müəssisənin əməliyyat aparatı tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Məhkum Şahid3 Mingəçevir şəhər sakini Şahid4la tanış olmaqla, yaxın münasibətdə olması, eləcə də müəssisə daxilində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əldə olunmuşdur. Daxil olmuş məlumata əsasən, məhkum Şahid3 tanışı Şahid4 telefonuna zəng vuraraq, narkotik vasitə tapıb, ona göndərilməsini istəmişdir. Məhkum Şahid3 X17 əvvəlcədən qanunsuz əşya, predmet və ya narkotik vasitə keçirməyə cəhd göstərəcəyi ilə bağlı əməliyyat məlumatı əldə olunmuş və bu barədə müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində məhkum Şahid3 göndərilən sovqatda narkotik vasitə olan marixuana müəssisələrinin nəzarət buraxılış məntəqəsində aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid2 bildirmişdir ki, xx.xx.2024cü ildə Şahid3 Şahid4 tərəfindən göndərilmiş banderol Şahid3 iştirakı ilə açılan zaman banderola qoyulmuş şampunun içində xüsusi salafana bükülmüş bir ədəd qurudulmuş marixuana aşkar edilmiş və aidiyyəti üzrə göndərilmişdir. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid3 gələndə Fazil müəllimi çağırmışdır. Şahid3 iştiraki ilə banderol açılmışdır. Elvin Cəfərov və Şahid1 hal şahid kimi gəlmişlər. Bundan əvvəl Şahid4 tanımamışdır. Şahid3 məhkum kimi tanımış, ədavət və düşmənçiliyi olmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2014-cü ilin iyul ayından X11 Rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsində xidmətə başlamışdır. Xidməti vəzifəsi X3 təqsirləndirilən şəxslərə və cəza çəkən məhkumlarla görşə gələn vətəndaşların üzərlərinə və gətirilən sovqatlara baxış keçirməkdən ibarətdir. Xidmət zamanı tərəflərindən müəssisənin giriş qapısında nəzarət buraxılış məntəqəsində məhkumlara gələn şovqata baxılır və məhkuma sovqat gətirmiş şəxslərə sovqatı müəssisəyə təqdim etməmişdən əvvəl cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətmək və ya hər hansı digər üsulla verilməsinə və ya ötürülməsinə görə məsuliyyət daşıması barədə məlumat verilir və tərtib edilmiş iltizam imzalanır. Həmçinin, müsəsisədə cəza çəkən məhkumlara yaxınları və qohumları tərəfindən poçt vasitəsi ilə sovqatlar göndərilir. Belə olan halda adına sovqat göndərilən məhkum dəvət olunur və onun özünün iştirakı ilə sovqata baxış keçirilir. xx.xx.2024-cü il tarixdə müəssisəmizdə cəza çəkən məhkum Şahid3 Mingəçevir şəhər sakini Şahid4 tərəfindən poçt vasitəsi ilə sovqat göndərilmişdir. Əvvəlcədən Şahid3 göndərilən sovqatda müəssisəyə qanunsuz narkotik vasitə keçirəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində məhkum Şahid3 poçt vasitəsi ilə sovqat gəldiyi üçün o, tərəflərindən nəzərət buraxılış məntəqəsinə dəvət edilmiş və iki hal şahidi çağrılmışdır. Bundan sonra Şahid4 tərəfindən məhkum Şahid3 göndərilmiş sovqata özünün, hal şahidlərinin iş yoldaşı, X11 rəisinin növbətçi köməkçisi Elvin Cəfərovun və müəssisənin əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 iştirakları ilə baxış keçirilmişdir. Məhkum Şahid3 göndərilən sovqata baxış keçirilən zaman poçt qutusunun içərisində olan “Head shoulders” şampunun içərisində xüsusi üsulla gizlədiyiş bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuşdur. Sonra isə 01 ədəd sellofon bükümdə olan narkotik qasitə marixuanaya bənzər kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd ağ rəngli zərlə qoyularaq qablaşdırılmış və zərfin ağızı möhürlənərək, götürülmüşdür. Daha sonra böük inspektor Şahid1 tərəfindən bu barədə protokol tərtib olunub, iştirakçılara oxunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Sorğu zamanı Şahid3 ona sovqat göndərən şəxsi, yəni Xəyyam Hüseynovu tanımadığını bildirmişdir. Bir neçə saatdan sonra ekspertiza rəyi əldə olunduqda, öyrənmişlər ki, Şahid4 poçt vasitəsi ilə məhkum Şahid3 göndərdiyi sovqatın içərisində olan “Head shoulders” şampununun daxilində xüsusi üsulla gizlədilmiş bir ədəd sellofan bükümdə yaşıl rəngli kütlənin narkotik vasitə marixuana olması müəyyən edilmişdir. Ona görə toplanmış material aidiyyatı üzrə Şəki ŞRPŞ-ya göndərilmişdir. Şahid4 tanımır, onunla hər hansı bir ədavəti və va düşmənçiliyi yoxdur. Şahid3 tanıyır, onunla hər hansı bir münasibəti və ya ədavəti yoxdur. Həmin şəxs müəssisədə cəza çəkən məhkumlardan olmuşdur. Daxil olmuş məlumata əsasən, məhkum Şahid3 tanışı Şahid4 telefonuna zəng vuraraq, narkotik vasitə taparaq ona göndərilməsini istəmişdir. Məhkum Şahid3 X17 əvvəlcədən qanunsuz əşya, predmet və ya narkotik vasitə keçirməyə cəhd göstərəcəyi ilə bağlı əməliyyat məlumatı əldə olunmuş və bu barədə müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində məhkum Şahid3 göndərilən sovqatda narkotik vasitə olan marixuana müəssisənin nəzarət buraxılış məntəqəsində aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında ifadə verən şahid X33 bildirmişdir ki, heç nə bilmir, heç nə baş verməmişdir. O, sonra verilən suallara cavab olaraq demişdir ki, məhkumlara gələn bağlamalara baxış keçirilən zaman orada iştirak etmir, ancaq özünə bağlama gələn zaman baxışda iştirak edir. Narkotik vasitə ilə bağlı onu çağırdıqlarını və narkotik vasitə ilə bağlı hansısa sənədə qol çəkdiyini xatırlamır. Şahid3 adına bağlama gəlib-gəlmədiyini xatırlamır. Bəlkə də bağlamanı görmüşdür, amma xatırlamır. Yaddaşında problem var. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, heç nəyə şahid olmamış və təqsirləndirilən şəxsi tanımamışdır. Daha sonra şahid Natiq Çələbiyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, Məhkumlara bağlama göndərilən yerdə olmamış, bağlamanın açılmasında iştirak etməmişdir. Sənədə qol çəkməmişdir. Oxumadan qol çəkməsini istəməmişlər. Bağlamanı yanında açmamışlar. X6 tanımışdır. Digər məhkumla birlikdə hər hansı bir bağlamaya baxış keçirilən zaman orada iştirak etməmiş, nəyəsə qol çəkməmişdir. 2024-cü ilin yanvar ayında hansısa bağlamanın açılmasında iştirak etdiyini xatırlamır. Ancaq hər hansı bir bağlamanı açan zaman içərisindən qanunsuz bir əşyanın aşkar olunduğunu eşitmişdir. Hər hansı bir məhkumun adına gələn bağlamanın içərisindən qanunsuz əşyanın aşkar olunmasında iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid X25 bildirmişdir ki, səhv etmirsə, narkotik vasitə tapılan gün 2024-cü ilin yanvar ayının 20-si olmuşdur. Səhər saat 09:00-da xidməti təhvil alıb, axşam saat 17:00-a kimi xidmətdə olmuşdur. Gələn bağlama Təqsirləndirilən şəxs yox, məhkum Şahid3 adına olmuşdur. Narkotik vasitəni şampun qabının içərisinə yerləşdirmiş, üzərinə də şampun tökmüşlər. Baxış keçirən əməkdaş şampun qabını şompul vasitəsilə qarışdıran zaman içərisindən marixuana çıxmışdır. Bağlama Şahid3 adına gəlmişdir. Təqsirləndirilən şəxs bu işdə nə üçün adının hallandığını bilmir. Şahid3 iştirakı ilə baxış keçirilib, aşkar olunmuşdur. Şahid Elvin Cəfərov daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə aşkar olunanda orada olmuşdur. Hal-hazırda orada müşahidə kamerası vardır, həmin vaxt orada müşahidə kamerasının olub-olmadığını bilmir. Eyni zamanda, Təqsirləndirilən şəxs gələn bağlamaların içərisində qadağan olunmuş əşyanın olubolmadığını bilmir. Əməliyyat şöbəsində məlumat olsa belə, onlara deyilmir. Şahid3 bağlamasına baxış zamanı iştirak etmişdir. Telefonla müəssisəyə daxil olmağa icazə yoxdur. Rəis və rəis müavinlərinə xüsusi icazə ilə telefon işlətməyə icazə verilir. Baxışa əməliyyatçılar dəvət olunmuşdur, ancaq əməliyyatçılardan kimi dəvət etdiklərini xatırlamır. Narkotik vasitəni kimin qablaşdırdığını bilmir. Hadisə vaxtı gördüklərini aktlaşdırmışdır. Narkotik vasitə aşkar olunanda orada olmuş, qablaşdırılanda isə yox. Narkotik vasitə ekspertizaya göndərilmiş və ekspertiza onun marixuana olduğunu və çəkisini bildirmişdir. Protokolda qeyd olunanları təsdiq edir, fərqli fikri yoxdur. Əməliyyat məlumatından, bağlamanın kimdən və hansı ünvana gəldiyindən xəbəri olmamışdır. Həmin vaxtı orada kimin olduğunu xatırlamır, ancaq Şahid3 iştirak etmişdir. Samirin isə orada olub-olmadığını xatırlamır. Şahid ifadələrini dinləyib tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid2 və Elvin Cəfərovun ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Penitensiar Xidmətin X11 rəisinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisinə ünvanladığı 20 yanvar 2024-cü il tarixli 3-16-17/33/2-208/2024 nömrəli məlumatı ilə. Həmin məlumatda göstərilir ki, 20 yanvar 2024-cü il tarixdə, saat 13:00 radələrində müəssisənin ciddi rejimli 2-ci korpusun 3-cü mərtəbəsinin 2-ci kamerasında saxlanılan, xx.xx.1989-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, CM-in 234.1, 93.1.2-ci maddələrilə iki il müddətə azadlıqdan məhrum edilmiş, məhkum (cəzasının əvvəli xx.xx.2023-cü il, cəzasının sonu xx.xx.2025) olan Şahid3 tanışı, Mingəçevir şəhər sakini Şahid4 (telefon nömrəsi ***-***-**-**) tərəfindən göndərilmiş banderola məhkum Şahid3 iştirakı ilə baxış keçirilərkən, banderolun daxilində olan «Head Shoulders» şampunun içərisində 01 ədəd sellofan bükümdə xüsusi üsulla gizlədilmiş, ümumi xalis çəkisi 15,41 qram narkotik vasitə qurudulmuş marixuananın tərəfiminzdən aşkar olunaraq götürülməsi ilə əlaqədar toplanmış sənədlər və maddi sübut Sizə təqdim olunur. Müəssisənin əməliyyat şöbəsi tərəfindən araşdırma aparılır (İ cild, i/v 06). X8 tərtib edilmiş 20 yanvar 2024-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, X11 Əməliyyat şöbəsinin böyük inspektoru, ədliyyə mayoru Şahid1 müəssisənin digər əməkdaşları RNK-ci ədliyyə mayoru Elvin Cəfərov, nəzarətçi, ədliyyə giziri Şahid2 və hal şahidləri – məhkumlar X33 və X12 iştirakı ilə ondan ötrü protokol tərtib edilmişdir ki, X11 ciddi rejimli 2-ci korpusun 3-cü mərtəbəsinin 2-ci kamerasında saxlanılan, xx.xx.1989-ci il təvəllüdlü, Şəki Şəhərində anadan olmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 234.1, 93.1.2-ci maddələrilə iki il müddətə azadlıqdan məhrum edilmiş, məhkum Şahid3, 20 yanvar 2024-cü ildə, saat 13:00 radələrində adına Mingəçevir şəhər sakini Şahid4 tərəfindən göndərilmiş banderola əməkdaşlar tərəfindən axtarış-baxış zamanı banderolun daxilində olan «Head Shoulders» şampunun içərisində xüsusi üsulla gizlədilmiş və bir ədəd sellofana bükülmüş, narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş həmin narkotik maddəyə bənzər vasitə məhkum Şahid3 və hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq “zərflər üçün” möhürlə möhürlənmişdir. Bütün proses zamanı protokol iştirakçılarından, Şahid3 və hal şahidlərindən ərizə, şikayət və təklif daxil olmamışdır (İ cild, i/v 07). Məhkəmə kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli 17/78 nömrəli rəyilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Məhkum Şahid3 gələn sovqatın içərisindən götürülmüş narkotik vasitəyə bənzər maddə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 15,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı) (İ cild, i/v 11-14). Məhkəmə narkoloji ekspertizasının 21 avqust 2025-ci il tarixli 1321 nömrəli rəyilə. Həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyiindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i/v 86). X11 rəisinin Azərbaycan Respubliksı Ədliyyə Nazirliyinə göndərdiyi 20 yanvar 2024-cü il tarixli 3-16-17/33/2-207/2024 nömrəli xüsusi məlumatı ilə. Həmin xüsusi məlumatda göstərilir ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında 20 yanvar 2024-cü il tarixdə, təxminən saat 13:00 radələrində müəssisənin ciddi rejimli 2-ci korpusun 3-cü mərtəbəsinin 2-ci kamerasında saxlanılan, xx.xx.1989-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, CM-in 234.1, 93.1.2-ci maddələrilə iki il müddətə azadlıqdan məhrum edilmiş, məhkum (cəzasının əvvəli xx.xx.2023-cü il, cəzasının sonu xx.xx.2025) olan Şahid3 tanışı, Mingəçevir şəhər sakini Şahid4 adlı şəxs tərəfindən göndərilmiş banderola məhkum Şahid3 iştirakı ilə baxış keçirilərkən, banderolun daxilində olan «Head Shoulders» şampunun içərisində 01 ədəd sellofan bükümdə xüsusi üsulla gizlədilmiş, ümumi xalis çəkisi 15,41 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Faktla bağlı toplanmış sənədlər və maddi sübutlar Şəki ŞRPŞ-ya təhvil verilmişdir. Müəssisənin əməliyyat şöbəsi tərəfindən araşdırma aparılır (İ cild, i/v 15). 17 may 2025-ci il tarixli üzləşdirmə protokolu ilə. Həmin protokoldan müəyyən olunur ki, istintaqın gedişində Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşdirilmişdir. Üzləşmə zamanı Şahid4 2024-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs X7 mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinə zəng edərək, ona bir şəxsin mobil nömrəsini verib, həmin şəxslə danışıb, onun verəcəyi sovqatı ondan alıb, poçtla X17 Şahid3 adına göndərməsini bildirdiyi üçün həmin şəxslə danışıb, sovqatı qoyduğu mağazadan götürüb, onun tapşırığına əsasən, Mingəçevir şəhər mərkəzi poçtundan X17, Şahid3 adına göndərdiyini, sovqatın içərisində narkotik vasitə olmasından məlumatının olmadığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha ifadəsində göstərdiyi dəlilləri təsdiq etmişdir (İ cild, i/v 194-197). 01 iyul 2025-ci il tarixli üzləşdirmə protokolu ilə. Həmin protokoldan müəyyən olunur ki, iş üzrə Şahid4 qeyd olunan tarixdə iş üzrə digər Şahid3 ilə üzləşdirilərkən X8 cəza çəkən Şahid3 poçtla sovqat göndərənə qədər onu tanımadığını, Fərruxla heç bir münasibətinin olmadığını, Yasinin dediyi üçün sovqatı onun adına X17 göndərdiyini, Təqsirləndirilən şəxs X7 2024-cü ilin yanvar ayının əvvəllərində ona məxsus ***-***-**-** mobil nömrəsinə xatırlamadığı nömrə ilə zəng vurduğunu bildirmişdir. Mobil nömrələrə daxil olan zənglərə və SMS mətnlərinə dair daxil olmuş məlumata baxış keçirilməsi haqqında 26 aprel 2025-ci il tarixli protokolla. Həmin protokolda göstərilir ki, “Bakcell" MMC-nin xx.xx.2025-ci l tarixli BKC\LGL- 3314/25 nömrəli məktubu ilə ***-***-**-** mobil nömrəyə dair məlumatlar 1 ədəd diskdə istintaqa təqdim edilmişdir. Həmin 01 ədəd "CD" disk "hp" markalı kompyuterə daxil edilərək baxış keçirilmiş, baxış zamanı "İMEİ detallashmasi_İMEİ **********04850 " faylı açıldıqda həmin faylda ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən, saat 00:00:00-dan xx.xx.2024-cü il, saat 00:00:00-dək müxtəlif nömrələrə adi və internet üzərindən zənglər edildiyi, zənglərin daxil olduğu, «İMEİ detallashmasi_ İMEİ _**********0 4854» faylı açıldıqda ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən, saat 00:00:00dan xx.xx.2024-cü il, saat 00:00:00-dək müxtəlif nömrələrə adi və internet üzərindən zənglər edildiyi, zənglərin daxil olduğu, «İMEİ detallashmasi _İMEİ_ ********** 77610» faylı açıldıqda ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən, saat 00:00:00-dan xx.xx.2024-cü il, saat 00:00:00-dək müxtəlif nömrələrə adi və internet üzərindən zənglər edildiyi, zənglərin daxil olduğu, müxtəlif müddətlərdə danışıqlar aparıldığı, «Mexsusluq tarixchesi _OTHER_555354587» faylı açıldıqda həmin faylda ***-***-**-** mobil nömrəsinin xx-xx-2019-cu il tarixdə, saat 12:23 dəqiqədən etibarən aktiv olmaqla Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatda olan, Şahid4 adına olduğu, nömrənin xx.xx.2024-cü il tarixdə, saat 02:01-dən xx.xx.2025-ci il tarixədək iki tərəfli bağlı statusunda olduğu, «Mushteri zenglerinin detallashmasi_MSİSDN_555354587» faylı açıldıqda ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən, saat 00:00:00-dan xx.xx.2024-cü il, saat 00:00:00-dək müxtəlif nömrələrə adi və internet üzərindən zənglər edildiyi, zənglərin daxil olduğu, müxtəlif müddətlərdə danışıqlar aparıldığı, Şahid4 Mingəçevi şəhər mərkəzi poçtundan X8 cəza çəkən məhkum Şahid3 adına sovqat göndərən tarixdə, yəni 12 yanvar 2025-ci il tarixdə, saat 00:34:55 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 4499 saniyə danışıq apardığı, danışığın GGNJ3035B/GGNJ3035 MingechvrTV/Mingechevir RTYS/ Mingechavir/ (40.7678/ 47.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 00:34:59 saniyədə ***-***-**-** nömrəsindən Şahid4 ***-***-**-** mobil nömrəsinə zəng edilərək, 62 saniyə danışıq aparıldığı, danışığın UGNJ1475A/UGNJ1475 Mingechevir/ Mingəçevir şəhəri, Samux ev 13, Şamxal-86 MMC/Mingechavir/ (40.7672/ 47.0697) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 01:54:01 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 1464 saniyə danışıq apardığı, danışığın GGNJ1357C/GGNJ1357 AvroMed/Mingəçevir şəhəri, Nəsimi küçəsi, 49 /Mingechavir/ (40.758/47.069) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 02:43:04 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 6 saniyə danışıq apardığı, danışığın LGNJ3035O5/LGNJ3035 MingechvrTV/Teleradio İB/ Mingechavir/ (40.76 xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 02:45:22 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 6 saniyə danışıq apardığı, danışığın LGNJ3035O5/LGNJ 3035 MingechvrTV/Teleradio İB/Mingechavir/ (40.7678/ 47.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 02:45:43 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 3006 saniyə danışıq apardığı, danışığın UGNJ3035K/GGNJ3035 MingechvrTV/Samux Yolu, Tires Shop/Mingechavir/ (40. 7678/47. 06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 03:46:01 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 2157 saniyə danışıq apardığı, danışığın UGNJ3035K/GGNJ3035 MingechvrTV/ Samux Yolu,Tires Shop/ Mingec havir/ (40.76xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 04:23:02 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 6 saniyə danışıq apardığı, danışığın UGNJ3035K/GGNJ3035 MingechvrTV/ Samux Yolu, Tires Shop/ Mingec havir/ (40.76xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 04:36:15 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 934 saniyə danışıq apardığı, danışığın UGNJ 3035K/GGNJ3035 MingechvrTV/Samux Yolu, Tires Shop/ Mingechavir/ (40.7678/47. 06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 04:57:28 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 6 saniyə danışıq apardığı, danışığın UGNJ3035K/GGNJ3035 MingechvrTV/Samux Yolu, Tires Shop/Mingechavir/ (40. 76xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 04:58:37 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 6 saniyə danışıq apardığı, danışığın UGNJ3035K/GGNJ3035 MingechvrTV/ Samux Yolu, Tires Shop/ Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 04:59:23 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 1535 saniyə danışıq apardığı, danışığın, UGNJ3035K/GGNJ3035 MingechvrTV/Samux Yolu, Tires Shop/Mingechavir/ (40.7678/47. 06511) anten dairəsini əhatə etdiyi, xx.xx.2025-ci il tarixdə, saat 05:56:11 saniyədə Şahid4 istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 5146 saniyə danışıq apardığı, danışığın UGNJ3035K/GGNJ3035 MingechvrTV/ Samux Yolu, Tires Shop/ Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 08:31:38 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 9 saniyə danışıq apardığı, danışığın LGNJ1357O5/LGNJ1357 AvroMed/ İMEKS MMC/ Mingechavir/ (40.758/47.069) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 08:37:42 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 8 saniyə danışıq apardığı, danışığın LGNJ3035O2/LGNJ3035 Mingechvr TV/ /Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 09:01:58 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 6 saniyə danışıq apardığı, danışığın LGNJ1357O5/LGNJ1357 AvroMed/İMEKS MMC/Mingechavir/ (40.758/ 47.069) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 09:47:44 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 8 saniyə danışıq apardığı, danışığın LGNJ1357O5/LGNJ1357 AvroMed/İMEKS MMC/Mingechavir/ (40.758/47.069) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 09:48:10 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 9 saniyə danışıq apardığı, danışığın LGNJ 1357O5/LGNJ1357 AvroMed/İMEKS MMC/ Mingechavir/ (40.758/47.069) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 09:50:19 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 1616 saniyə danışıq apardığı, danışığın GGNJ 3035A/GGNJ3035 Mingechvr TV/Mingechevir RTYS/Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 10:55:19 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 1460 saniyə danışıq apardığı, danışığın GGNJ3035 A/GG NJ3035 MingechvrTV/ Mingechevir RTYS/Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 11:19:39 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng edərək, 556 saniyə danışıq apardığı, danışığın UGNJ 1383G/ GGNJ1383 Kend Mingachevir/Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 24/ Mingechavir/ (40.75xx/xx.05691) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 11:28:18 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edilib, 36 saniyə danışıq aparıldığı, danışığın UGNJ1383G/GGNJ1383 Kend Mingachevir/Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 24/Mingechavir/ (40.7571/47. 05691) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 11:28:55 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 732 saniyə danışıq aparıldığı, danışığın LGNJ1733O4/LGNJ1733 Mingachevir-Park/X43/ Mingechavir/ (40.76177/47. 05448) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 11:36:16 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edilib, 82 saniyə danışıq aparıldığı, danışığın UGNJ4156G/GGNJ4156 Mingechevir tekstil/ Mingəçevir şəhəri, Heydar Əliyev prospekti, 69, X32 ərazisi/ Mingechavir/ (40.761xx/xx.07073) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 11:41:07 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 1093 saniyə danışıq aparıldığı, danışığın UGNJ1773A/ UGNJ1773 Mingechevir D.Aliyeva 16/Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsi, 16 saylı binanın yanındakı binanın damında/ Mingechavir/ (40.772xx/xx.05268) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 11:41:08 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edilib, 23 saniyə danışıq aparıldığı, danışığın UGNJ 1773 B/UGNJ1773 Mingechevir D.Aliyeva 16/ Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsi, 16 saylı binanın yanındakı binanın damında/ Mingechavir/ (40.772xx/xx.05268) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 11:59:20 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 1651 saniyə danışıq aparıldığı, danışığın LGNJ 1773O1/LGNJ1773 Mingechevir D.Aliyeva 16/X13/ Mingechavir/ (40.77237/ 47.05268) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 12:26:51 saniyədə 1774 saniyə danışıq aparıldığı, danışığın UGNJ0871G/UGNJ0871 MingechATS4/ Mingəçevir şəhəri, Heydər Əliyev, 47/2, Mingəçevir ATS/Mingechavir/ (40.770xx/xx.04027) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 12:26:56 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edilib, 18 saniyə danışıq aparıldığı, danışığın UGNJ1773A/UGNJ1773 Mingechevir D.Aliyeva 16/ Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsi, 16 saylı binanın yanındakı binanın damında/ Mingechavir/ (40.772xx/xx.05268) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 12:56:25 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 567 saniyə danışıq aparıldığı, danışığın LGNJ0893O4/LGNJ0893 X37/ M.Davudova adına X38 Teatrı/Mingechavir/ (40.767xx/xx.04769) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 13:05:52 saniyədə zəng olunaraq, 1029 saniyə danışıq aparıldığı, danışığın, LGNJ0893O4/LGNJ0893 X37/ M.Davudova adına X38 Teatrı/Mingechavir/ (40.767xx/xx.04769) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 13:19:22 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edilərək, 218 saniyə danışıq aparıldığı, danışığın UGNJ0871A/UGNJ0871 MingechATS4/ Mingəçevir şəhəri, Heydər Əliyev, 47/2, Mingəçevir ATS/Mingechavir/ (40.770xx/xx.04027) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 13:23:01 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 2633 saniyə danışıq aparıldığı, danışığın LGNJ1743O5/LGNJ1743 Mingechevir-Stadium/Y.Məmmədzadə ad.Mingəçevir şəhər Stadionu MMC/Mingechavir/ (40.76xx/xx.0415) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 13:31:14 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edilərək, 414 saniyə danışıq aparıldığı, danışığın UGNJ 0871A/UGNJ0871 MingechATS4/ Mingəçevir şəhəri, Heydər Əliyev, 47/2, Mingəçevir ATS/ Mingechavir/ (40.770xx/xx.04027) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 14:06:54 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 1028 saniyə danışıq aparıldığı, danışığın UGNJ0871G/UGNJ0871 Mingech ATS4/Mingəçevir şəhəri, Heydər Əliyev, 47/2, Mingəçevir ATS/Mingechavir/ (40.77045/47. 04027) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 14:23:44 saniyədə Şahid4 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edilərək, 18 saniyə danışıq aparıldığı, danışığın UGNJ0871G/ UGNJ 0871 MingechATS4/Mingəçevir şəhəri, Heydər Əliyev, 47/2, Mingəçevir ATS/Mingechavir/ (40.770 xx/xx.04027) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 14:24:02 saniyədə Şahid4 istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 1217 saniyə danışıq aparıldığı, danışığın LGNJ 3035O2/LGNJ3035 MingechvrTV/ /Mingechavir/ (40.7678 /47.06511) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 14:41:37 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edildiyi, lakin zəngə cavab verilmədiyi, zəngin LGNJ3035O5/ LGNJ 3035 MingechvrTV/Teleradio İB/ Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 14:44:19 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 958 saniyə danışıq aparıldığı, danışığın UGNJ1773B/ UGNJ1773 Mingechevir D.Aliyeva 16/Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsi, 16 saylı binanın yanındakı binanın damında/ Mingechavir/ (40.77237/ 47.05268) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 14:44:21 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edilərək, 20 saniyə danışıq aparıldığı, danışığın UGNJ1753A/ UGNJ1753 Mingechevir _Bank/Mingəçevir şəhəri, Heydar Əliyev prospekti, Mingəçevir Dövlət Universiteti 2-ci korpus binasının yaxınlığında/Mingechavir/ (40. 76665/ 47.05834) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 14:46:18 saniyədə ***-***-**- ** nömrəsindən zəng olunduğu, zəngə cavab verilmədiyi, zəngin LGNJ1753O4/ LGNJ1753 Mingechevir_Bank/X47 Kriman Eldaroviç/Mingechavir/ (40. 76665/47. 05834) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 15:00:17 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 9157 saniyə danışıq aparıldığı, danışığın LGNJ1773 O2/LGNJ1773 Mingechevir D.Aliyeva 16/X13/ Mingechavir/ (40.77237/47. 05268) anten dairəsini əhatə etdiyi, 12 yanvar 2025-ci il tarixdə, saat 15:25:36 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edildiyi və 43 saniyə danışıq aparıldığı, danışığın UGNJ0871G/ UGNJ0871 MingechATS4/Mingəçevir şəhəri, Heydər Əliyev, 47/2, Mingəçevir ATS/ Mingechavir/ (40.770xx/xx.04027) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 17:32:54 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 10800 saniyə danışıq aparıldığı, danışığın LGNJ0739O3/LGNJ0739 Bakcell-İm_ Mingechevir/ X26 /Mingechavir/ (40.769xx/xx.05334) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 20:32:54 saniyədə zəng edilib, 476 saniyə danışıq aparıldığı, danışığın LGNJ0739O3/LGNJ0739 Bakcell-İm_ Mingechevir /X26/ Mingec havir/ (40.769xx/xx.05334) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 22:03:20 saniyədə zəng edildiyi və 730 saniyə danışıq aparıldığı, danışığın LGNJ1357O2/ LGNJ1357 AvroMed/İMEKS MMC/Mingechavir/ (40. 758 /47.069) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 22:15:29 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng edildiyi və 15 saniyə danışıq aparıldığı, danışığın UGNJ3035B/ UGNJ3035 MingechvrTV /Samux Yolu, Tires Shop/Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsində qeydə alındığı, xx.xx.2025-ci il tarixdə, saat 22:15:30 saniyədə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mobil nömrəsi məlum olmayan telefon nömrəsinə internet üzərindən zəng olunaraq, 608 saniyə danışıq aparıldığı, danışığın UGNJ 3035K/ GGNJ3035 MingechvrTV/Samux Yolu, Tires Shop/Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 22:37:06 saniyədə zəng edildiyi, 1666 saniyə danışıq aparıldığı, UGNJ3035K/GGNJ3035 MingechvrTV/Samux Yolu, Tires Shop/Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 23:04:52 saniyədə zəng edildiyi, 902 saniyə danışıq aparıldığı, UGNJ3035H/ UGNJ3035 Mingechvr TV/Samux Yolu, Tires Shop/ Mingechavir/ (40.7678/ 47.06511) anten dairəsində qeydə alındığı, 12 yanvar 2025-ci il tarixdə, saat 23:37:01 saniyədə zəng edildiyi, 2255 saniyə danışıq aparıldığı, LGNJ3035O4/LGNJ3035 Mingechvr TV/Teleradio İB/ Mingechavir/ (40.76xx/xx.06511) anten dairəsində qeydə alındığı, bundan başqa 13 yanvar 2025-ci il tarixdən 20 yanvar 2024-cü il tarixədək Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən müxtəlif nömrələrə zənglər olunduğu, zənglərin daxil olduğu, 20 yanvar 2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək həmin nömrəyə ikitərəfli zənglərin olunmadığı, xx.xx.2024-cü il tarixədən başlayaraq, xx.xx.2024-cü il tarixədək Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən müxtəlif nömrələrə zənglər olunduğu, zənglərin daxil olduğu, «SMS detallashmasi_MSİSDN_555354587» faylı açıldıqda, həmin faylda Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən, saat 00:00:00-dan xx.xx.2024-cü il, saat 00:00:00-dək müxtəlif məzmunlu mesajların daxil olduğu, iş üçün əhəmiyyət kəsb edən məlumatların əldə edilmədiyi, «Zenglerin mexsusluq tarixcheleri_ MSİSDN_555354587» faylı açıldıqda həmin faylda Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən, saat 00:00:00-dan xx.xx.2024-cü il, saat 00:00:00-dək zəng etdiyi və zəngləri qəbul etdiyi telefon nömrə istifadəçilərinin anket məlumatlarının qeyd olunduğu müəyyən edilmişdir (İ cild, i/v 167-171). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən cəza çəkdiyi X1 olunmuş əşya əldə etmə, saxlama, gəzdirmə və istifadə etmə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, qəsdən cəzaçəkmə müəssisəsində satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuana əldə etmə, saxlama, daşıma, göndərmə və cəzaçəkmə müəssisəsinə ötürülməsinə cəhd etmə cinayət əməllərini törətməkdə təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməllərinin CM-in 234.4.1, 317-1.1 və 317-2.1-ci maddələrilə tövsif edilməsinə imkan verir. Çünki, o, X8 ciddi rejimli korpusda xx.xx.2020-ci il tarixdən etibarən məhkum kimi cəza çəkdiyi dövrdə, istintaqla dəqiq müəyən olunmayan vaxtda, qəsdən istintaqa məlum olmayan mənbədən, nömrəsi və markası istintaqla müəyyən olunmayan mobil telefon aparatı əldə edib, üzərində saxlayıb, gəzdirərək X8 istifadə etməklə cəza cəza çəkən məhkum kimi qadağan olunmuş əşya əldə etmə, saxlama, gəzdirmə və istifadə etmə (CM-in 317-2.1) cinayət əməlini və əvvəllər tanış olduğu şəxsiyyəti istintaqla müəyyən olunmayan "xxxx" ləqəbli şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuananı cəzaçəkmə müəssisəsində satış məqsədi ilə əldə edib, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraqlar məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin marixuananı qəsdən cəzaçəkmə müəssisəsinə yoxlamadan gizlətməklə ötürülməsini təmin etmək üçün 2024-cü ilin yanvar ayının əvvəllərində cəza çəkdiyi X7 istifadəsində olan istintaqla nömrəsi və markası müəyyən olmayan sonuncunun mobil nömrəsinə zəng edərək, ona narkotik vasitə olan marixuana alıb, ona göndərməsini sifariş vermiş, bundan sonra "xxxx" ləqəbli şəxs sifariş verənin tapşırığı ilə qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq, xeyli miqdarda 15,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq üzərində saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaq məqsədi ilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətmək yolu ilə cəzaçəkmə müəssisəsinə göndərmək məqsədilə cinayətkar məqsədlər üçün əldə etdiyi «Head Shoulders» şampunun içərisində 01 ədəd sellofan bükümdə xüsusi qaydada qablaşdırıb, xüsusi üsulla gizlətmiş, bundan sonra həmin narkotik vasitəni ona ötürülməsi üçün 2024-cü ilin yanvar ayının əvvəllərində istintaqla müəyyən olnmayan vaxtda cinayətkar qəsddən məlumatı olmayan Mingəçevir şəhərində yaşayan tanışı Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, "xxxx" ləqəbli şəxsin istintaqla müəyyən olunmayan mobil nömrəsini verərək, onunla əlaqə saxlayıb, verəcəyi sovqatı ondan alıb poçt vasitəsi ilə X2 birlikdə cəza çəkən məhkum, cinayətkar qəsdən məlumatı olmayan Şahid3 adına göndərməsini bildirmiş, Şahid4 da "xxxx" ləqəbli şəxsə zəng edərək, onunla danışmış, lakin sonuncu tələsdiyini bildirərək, sovqatı Mingəçevir şəhər avtovağzalı ərazisində yerləşən cinayətkar qəsddən məlumatı olmayan ərzaq mağazasının satıcısı X18 verəcəyini və sovqatı ondan götürməsini bildirmiş, Şahid4 da 12 yanvar 2024-cü il tarixdə həmin narkotik vasitəni sovqatla birlikdə Mingəçevir şəhər avtovağzalı ərazisində yerləşən ərzaq mağazasının satıcısı Müşfiq Hətəmovdan alıb, ona təhvil vermək üçün Mingəçevir şəhər mərkəzi poçtundan onun tapşırığına əsasən, X2 birlikdə cəza çəkən məhkum cinayətkar qəsdən məlumatı olmayan Şahid3 adına göndərmiş, xx.xx.2024-cü il tarixdə, saat 13:00-da müəssisənin əməkdaşları tərəfindən nəzarət-buraxılış məntəqəsində sovqata baxış keçirilən zaman həmin sovqatın içərisində olan «Head Shoulders» şampunun daxilində xüsusi üsulla gizlədilmiş xeyli miqdarda, ümumi xalis çəkisi 15,41 qram narkotik vasitə qurudulmuş marixuanana aşkar olunaraq götürüldüyünə görə, bilavasitə cinayət törətməyə yönəlmiş əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətmək yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməsinə cəhd cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs dinləyən məhkəmə kollegiyası onun qəsdən cəza çəkdiyi X1 olunmuş əşya əldə etmə, saxlama, gəzdirmə və istifadə etmə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, qəsdən cəzaçəkmə müəssisəsində satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuana əldə etmə, saxlama, daşıma, göndərmə və cəzaçəkmə müəssisəsinə ötürülməsinə cəhd etmə cinayət əməllərini törətməsininə dair irəli sürülən ittihamı əsaslı hesab edir. Çünki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham işdə olan digər sübutlar, ekspertiza rəyləri, protokollar, maddi sübut və digər istintaq sənədləri ilə təsdiq olunur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində ifadə vermiş X33 və X12 ifadələrinə tənqidi yanaşan məhkəmə kollegiyası onların məhkum yoldaşı olan Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə vermələrinin mümkünlüyünü istisna etmir. Ona görə də hər hansı bir səbəbdən onların X11 ciddi rejimli 2-ci korpusun 3-cü mərtəbəsinin 2-ci kamerasında saxlanılan məhkum Şahid3 adına 20 yanvar 2024-cü ildə, saat 13 radələrində Mingəçevir şəhər sakini Şahid4 tərəfindən göndərilmiş banderola X11 əməkdaşları tərəfindən axtarış-baxış aparılarkən banderolun daxilində olan «Head Shoulders» şampunun içərisində xüsusi üsulla gizlədilmiş və bir ədəd sellofana bükülmüş narkotik vasitəyə bənzər maddənin aşkar olunaraq götürülməsində iştirak etmələrini inkar etmələri həmin protokolun mötəbərliyinə əsas ola bilməz. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyib, son sözündə istintaq zamanı döyüldüyünü, söyüldüyünü, təhqir edildiyini və bu səbəbdən olanları qəbul etdiyini, heç vaxt narkotik vasitə istifadə etmədiyini, məcbur qalıb sənədləri imzaladığını, lakin CM-in 234.4.1-ci maddəsilə əlaqəsinin olmadığını və s. bildirsə də o, iş üzrə Şahid4 ilə 17 may 2025-ci il tarixdə müdafiəçisinin iştirakı ilə üzləşdirilərkən törətdiyi cinayət əməlləri barədə ətraflı məlumat vermişdir. Bundan əlavə, o hər hansı bir təsirə, təzyiqə və ya işgəncəyə məruz qalması barədə nə hər hansı bir dövlət orqanına, nə də müdafiəçisinə hər hansı bir məlumat verməmiş, hər hansı bir şikayət etməmişdir. Digər tərəfdən, məhkəmənin “Mişqa” ləqəbli X29 ilə bağlı Mingəçevir RPŞ-da hər hansı məlumatın, əməliyyat qeydiyyat işinin, təqsirləndirici materialın və ya cinayət işinin olubolmaması, əgər olmuşsa cinayət işinin sonrakı nəticəsi barədə məlumatın, əməliyyat qeydiyyat işi, təqsirləndirici materialın Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə sorğusuna əsasən, Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş məlumatda göstərilmişdir ki, X29 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələrilə təqsirli bilinərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 05 il, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il və Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrilə təqsirli bilinərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 3 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əlavə olaraq bildiririk ki, X29 vəfat etmişdir. Butün bunlar məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsası yoxdur. «Yevlax Rayon Mərkəzi Xəstəxanası» X42 daxil olmuş xx.xx.2025-ci il tarixli RHŞ- 1476/25 nömrəli məktubda (İ cild, i/v 165) bildirilmişdir ki, Çuqay X31 Rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində disponser müşahidəsində dayanmır. Təqsirləndirilən şəxs psixiatr və narkoloqda uçotda olması, anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar olmadığına görə məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 234.4.1, 317-1.1 və 317-2.1-ci maddələrilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmünün surətindən və DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 aprel 2025-ci il tarixli tələbnaməsindən və müəyyən olunur ki, Təqsirləndirilən şəxs Göyüş oğlu CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2019-cu il tarixdən hesablanmaqla 12 il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və hazırda X8 cəza çəkir (İ cild, i/v 154-155, 226-231). CM-in 18.3.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi xüsusi təhlükəli sayılır. Ona görə də hazırda Təqsirləndirilən şəxs əməlində cinayətin xüsusi təhlükəli residivi vardır. Eyni zamanda, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş X23 tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət işi üzrə Yevlax Rayon Prokurorluğunun əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə CM-in 120.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə şübhəli şəxs qismində tutulmuşdur. Məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmünə əsasən, CM-in 120.1-ci maddəsilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2019, sonu xx.xx.2031. Məhkum Təqsirləndirilən şəxs X8 cəza çəkdiyi müddət ərzində barəsində iki dəfə, xx.xx.2022-ci ildə -04 gün cərimə təcridxanası, xx.xx.2024-cü ildə isə “Töhmət” tənbeh tədbiri tətbiq edilmişdir. İstintaq təcridxanasına gəldiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmış, yer və yataq ləvazimatı ilə təmin olunmuşdur. Həbs olunmuş şəxslə mütəmadi olaraq tərbiyəvi, maarifləndirici söhbətlər aparılmış, ona düzgün istiqamətlər göstərilmiş, cəmiyyətdə qəbul edilmiş davranış, əxlaq normaları izah edilmiş və faydalı məsləhətlər verilmişdir. Kamera yoldaşları ilə münasibət qurmaqda çətinlik çəkir. Xasiyyətcə çılğın və dəyişkən fikirlidir. Ailə üzvləri ilə telefon vasitəsilə arada əlaqə saxlayır. Nəticə: Məhkum Təqsirləndirilən şəxs X8 saxlandığı müddətdə mənfi xarakterizə olunur (İİ cild, i/v 80). Təqsirləndirilən şəxs əməlində cinayətin xüsusi təhlükəli residivinin olması və CM-in 29, 317-1.1-ci maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən, cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 29, 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilir. CM-in 234.4.1-ci maddəsində bu əməlin törədilməsinə görə, beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, 317-1.1-ci maddəsində min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 317-2.1-ci maddəsində isə altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. O da nəzərə alınmalıdır ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 63.3 və 65.2-ci maddəsi). Ancaq CM-in 317-1.1 və 317-2.1-ci maddələri böyük ictimai təhlükə törətməyən (CM-in 15.2-ci mad.) cinayətlər olduğundan həmin cinayət əməllərinə görə cəza təyin edilərkən residiv nəzərə alınmır (CM-in 18.4.1-ci maddəsi). Təqsirləndirilən şəxs əməlində cinayətin xüsusi təhlükəli residivinin olması və CM-in 29, 317-1.1-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən, cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirən və iş üzrə cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət və humanizm prinsiplərinin tələbləri və fəlsəfəsinə, habelə CM-in 63.3 və 65.2-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsilə doqquz il müddətə azadlıqdan məhrum etmə, 29, 317-1.1-ci maddəsilə 1 il müddətə azadlıqdan məhrum etmə, 317-2.1-ci maddəsilə 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-in 66.2 və 66.3-cü maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. O da nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə məhkum olunduğu 12 il müddətinə azadlıqdan mərhum etmə cəzasının 6 il 2 ay 20 gününü çəkmiş, lakin bu günə onun 5 il, 9 ay, 10 gün çəkilməmiş cəzası vardır. Ona görə də CM-in 67.1-ci maddəsinə əsasən, çəkilməmiş qalan həmin cəza hazırkı hökmlə ona təyin edilmiş 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən həbsdədir. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə cəza xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən iş üzrə 35,36 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir (İ cild, i/v 12). İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.4.1, 29, 317-1.1 və 317-2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 234.4.1-ci maddəsilə doqquz il müddətə azadlıqdan məhrum etmə cəzasına, 29, 317-1.1-ci maddəsilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına, 317-2.1-ci maddəsilə dörd ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2 və 66.3-cü maddələrinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs Göyüş oğluna doqquz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Göyüş oğluna Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 12 il müddətə azadlıqdan mərhum etmə cəzasından Təqsirləndirilən şəxs çəkdiyi 6 il, 2 ay, 20 gün ümumi çəzadan çıxılsın və bu günə şəkilməmiş qalan 5 il, 9 ay, 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş doqquz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs Göyüş oğlunun üzərində qəti olaraq on il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Şəki ŞRPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi olan 15,36 qram narkotik vasitə - qurudulmamış marixuana məhv edilsin. İş üzrə otuz beş manat otuz altı qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar