Məhkəmə qərarları › İş №1(091)-25/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-25/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-25/2021 18.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X13, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Mingəçevir Vəkil Bürosunun vəkili X6, “Verdiktum” vəkil Bürosunun vəkili X27 xx xxxxxx 1981-ci il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla Ağdaş rayonu, Maşad kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri, xx xxxxxx 1971-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi, xx xxxx 1970-ci il tarixdə Ağdaş rayonu, Qarağansədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayon Telekommunikasiya qovşağının mühasibi vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 32.5, 311.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləyərkən həmin Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən vətəndaşlardan qanunvericiliyə uyğun olaraq lazımi sənədlərin tələb olunması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni xx xxxxxxx 2005-ci il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi həmin Şöbəyə göndərilməklə özünün icra edəcəyi tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə 2019- cu ilin sentyabr ayında Ağdaş rayon sakini Şahid2 barəsində Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunması ilə əlaqədar sonuncunun atası Şahid1 cinayətin törədilməsinə məlumatları ilə yardım etməklə, maneələri aradan qaldırmaqla əldə ediləcək pul vəsaitlərini alıb, onlara sahiblik edərək özünə təqdim edəcəyini qabaqcadan vəd etmiş Ağdaş şəhəri, Müşfiq İsayev küçəsi, 15/4 ünvanında yerləşən Ağdaş rayon Telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 yönləndirməklə sonuncu vasitəsilə, yəni köməkçiliyi ilə həmin qovşağın inzibati binasının qarşısında özü üçün birbaşa yolla maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, təxminən 1 həftə sonra qeyd edilən məbləğdə pulu həmin qovşağın inzibati binasının qarşısında özü üçün Təqsirləndirilən şəxs3 vasitəsilə, yəni sonuncunun köməkçiliyi ilə Şahid1 rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləməklə qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi işlədiyi şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, övladı Şahid2 barəsində ünvanlı sosial yardımla bağlı əvvəlki müraciətinin təmin edilməməsinin səbəbi barədə məlumat almaq üçün 2020-ci ilin may ayının 17-də özünə müraciət edən Şahid1 əvvəlki müraciətinin təmin olunmasından yaşayış yeri barədə məlumatlarda uyğunsuzluğun aşkar edilməsi ilə əlaqədar imtina olunmasını bildirib, yenidən müraciət edəcəyi təqdirdə işlədiyi həmin sektorun məsləhətçisi Təqsirləndirilən şəxs2la birlikdə ona kömək edib həmin sosial yardımın qızı Şahid2 barəsində təyin olunmasını təmin edəcəklərini bildirib, həmin gün Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanının qarşısında Şahid1la Təqsirləndirilən şəxs2 görüşməsinə nail olub, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, həmin görüş zamanı sonuncu ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş "Ərizəbəyannamə"nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədikləri həmin Şöbəyə göndərilməklə Təqsirləndirilən şəxs2la birlikdə icra edəcəkləri tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin Şahid2 üçün Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə Şahid1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 özü və onun üçün birbaşa yolla maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən istəmiş, həmin niyyətlə xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanında yerləşən həmin Fondun Ağdaş rayon şöbəsinin inzibati binasının 1-ci mərtəbəsində Şahid1 400 manat, xx xxx 2020-ci il tarixdə saat 11 radələrində isə həmin Şöbənin inzibati binasının qarşısında 600 manat olmaqla, cəmi 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almışdır. Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləyərkən həmin Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən vətəndaşlardan qanunvericiliyə uyğun olaraq lazımi sənədlərin tələb olunması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək funksiyalarına malik vəzifəli şəxs kimi işlədiyi şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, sonuncu ilə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni xx xxxxxxx 2005-ci il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş "Ərizə-bəyannamə"nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədikləri həmin Şöbəyə göndərilməklə Təqsirləndirilən şəxs1la birlikdə icra edəcəkləri tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin Ağdaş rayon sakini Şahid2 üçün Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə sonuncunun atası Şahid1 2020-ci ilin may ayının 17-də Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanının qarşısında, Təqsirləndirilən şəxs1la aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, sonuncu və özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, həmin niyyətlə xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti, 97 ünvanında yerləşən həmin Fondun Ağdaş rayon şöbəsinin inzibati binasının 1-ci mərtəbəsində Şahid1 400 manat, xx xxx 2020-ci il tarixdə saat 11 radələrində isə həmin Şöbənin inzibati binasının qarşısında 600 manat olmaqla, cəmi 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Təqsirləndirilən şəxs3 tanışı olmaqla xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 cinayəti törətməsi üçün məlumatları ilə yardım etməklə və maneələri aradan qaldıraraq əldə ediləcək pul vəsaitlərini alıb, sahiblik edərək ona təqdim edəcəyini qabaqcadan vəd etməklə sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni xx xxxxxxx 2005-ci il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə edilməklə doldurulmuş "Ərizə-bəyannamə"nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə Təqsirləndirilən şəxs1 işlədiyi həmin Şöbəyə göndərilməklə sonuncunun icra edəcəyi tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə 2019-cu ilin sentyabr ayında Ağdaş rayon sakini Şahid2 barəsində Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunması ilə əlaqədar sonuncunun atası Şahid1 özünün işlədiyi Ağdaş şəhəri, Müşfiq İsayev küçəsi, 15/4 ünvanında yerləşən Ağdaş rayon Telekommunikasiya qovşağının inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, təxminən 1 həftə sonra qeyd edilən məbləğdə pulu həmin qovşağın inzibati binasının qarşısında sonuncu üçün Şahid1 şəxsən rüşvət qismində almaqla həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 311.3.1 və 311.3.2-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, xidməti vəzifəsi ünvanlı sosial yardımın təyin edilməsi, sənədləşdirilməsi və bundan irəli gələn digər proseduralar ilə bağlı ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələblərinin izah edilməsindən ibarət olmuşdur. Təxminən 2019-cu ilin mart-aprel aylarında Şahid1 qızı Şahid2 ünvanlı sosial yardım təyin olunması üçün DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmiş, Şahid1 ünvanlı sosial yardım haqqında qanunvericilik izah olunaraq, bunun üçün elektron qaydada müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra Şahid2 ünvanlı sosial yardımın təyin edilməsi üçün elektron müraciət etmişdir. DSMF-nin Ağdaş rayon şöbəsində ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Şahid6 və həmin sektorda məsləhətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 vətəndaşın müraciətində göstərdiyi yaşayış yerinə gedib yerində baxış keçirmiş və vətəndaşın əslində orada yaşamadığını müəyyən edərək bu barədə akt tərtib etmişlər. Buna görə də Şahid2 üçün ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Bu nəticədən narazı olan Şahid1 təkrar işlədiyi şöbəyə müraciət edərək şöbə müdiri Şahid5 qəbulunda olmuş, sonuncu da Şahid1 mövcud qanunvericiliyi izah edərək ünvanı düzgün qeyd etməklə yenidən müraciət etməsini demişdir. Bundan sonra Şahid1 onun da qəbulunda olmuş və o da Şahid1 eyni qaydada qanunvericiliyi izah etmişdir. Təxminən 5-6 gün sonra Şahid1 yenidən işlədiyi şöbəyə gəlmiş, həmin şəxsin evinə baxış keçirmiş Təqsirləndirilən şəxs2 dəvət edib, sonuncudan Şahid1 imtinanın səbəblərini izah etməsini xahiş etmişdir. Bundan sonra Şahid1 görməmişdir. Şahid1 Təqsirləndirilən şəxs3 yanına göndərməmiş, sonuncu onunla əlaqə saxlamamış və Təqsirləndirilən şəxs3 Şahid1 400 manat almasını bildirməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs2 Şahid1 yanına pul danışması və pul alması üçün yox, sonuncunun qızına müavinətin düşmədiyini izah etməsi üçün və yoxlamada Təqsirləndirilən şəxs2 iştirak etdiyinə görə göndərmişdir. Əvəz Ələkbədovdan pul istəməmiş və ya Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da həmin şəxsdən pul istəmələrini deməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 311.3.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2014-cü ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində müxtəlif vəzifələrdə, 2019-cu ilin mart ayından həmin şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləmiş, xidməti vəzifəsi ünvanlı sosial yardımın təyin edilməsi, sənədləşdirilməsi və bundan irəli gələn digər proseduralar ilə bağlı ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlara qanunvericiliyin tələblərinin izah edilməsindən ibarət olmuşdur. Şöbənin müdiri 2019-cu ilin fevral ayından Şahid5 olmuşdur. xx xxx 2020-ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs1 işi onun icraatında olan bir nəfər şəxsin onu çöldə gözlədiyini, həmin şəxslə danışmasını demişdir. O, inzibati binanın qarşısına çıxıb adı sonradan ona məlum olan Şahid1la görüşmüş, Şahid1 həmin işin 1.000 manata düzələcəyini və pulu verdikdən sonra elektron müraciət etməsini demişdir. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Şahid1 işlədiyi şöbəyə gəlmiş, sonuncu ilə inzibati binanın birinci mərtəbəsində görüşərək 400 manat pulu almışdır. Şahid1 qalıq qalan 600 manatı növbəti gün gətirəcəyini demişdir. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Şahid1la yenidən inzibati binanın qarşısında görüşərək 600 manat pulu aldıqdan dərhal sonra prokurorluq əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin 1000 manat pulu kiməsə verməyi nəzərdə tutmamış, həmin pulu özünə götürməklə dələduzluq etməyi nəzərdə tutmuşdur. Ona görə də özünü dələduzluq əməlində təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə işlədiyi sektorun baş məsləhətçisi Təqsirləndirilən şəxs1 ona bir nəfər şəxsin bayırda gözlədiyini və ünvanlı sosial yardıma təyin verilməsi üçün 800 manat pul təklif etdiyini demiş, həmin şəxslə görüşməsini və razılaşmamasını, sonuncudan 1.000 manat pul istəməsini tapşırmışdır. O, inzibati binanın qarşısına çıxıb adı sonradan ona məlum olan Şahid1la görüşmüş, sonuncu ona ünvanlı sosial yardım almaq üçün poçt şöbəsində işləyən Təqsirləndirilən şəxs3 400 manat pul verdiyini, lakin işinin alınmadığını demişdir. O da Şahid1 həmin işin 1.000 manata düzələcəyini və pulu verdikdən sonra elektron müraciət etməsini demişdir. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Şahid1 işlədiyi şöbəyə gəlmiş, sonuncu ilə inzibati binanın birinci mərtəbəsində görüşərək 400 manat pulu almışdır. Şahid1 qalıq qalan 600 manatı növbəti gün gətirəcəyini demişdir. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Şahid1la yenidən inzibati binanın qarşısında görüşərək 600 manat pulu aldıqdan dərhal sonra prokurorluq əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid1 əvvəllər tanımamış, Təqsirləndirilən şəxs1 ona Şahid1 qızına ünvanlı sosial yardımın təyin edilməsinə imtina verildiyini, həmin məsələnin həlli üçün Şahid1 800 manat pul təklif etdiyini demiş və sonuncudan 1.000 manat pul istəməsini tapşırmışdır. Onun üçün Şahid1la görüşərək sonuncudan pulu almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-in 32.5, 311.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Əvəz adlı şəxsin qudası ona gəlininə ərizə göndərmək üçün kömək etməsini demiş, 2019-cu ilin noyabr ayında Əvəz onun yanına gələrək kompüterlə ərizəni göndərmişlər. Kompüterdə adına maşın və torpaq çıxdığına görə 2020-ci ilin yanvar ayında yenidən müraciət etmiş, bu dəfə sonuncuya imtina gəlmişdir. Əvəz ona 400 manat verərək işini düzəltməsini xahiş etmiş, ehtiyacı olduğu üçün həmin pulu götürüb may ayında qaytarmışdır. Qaraşla arasında heç bir razılaşma olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1997-ci ildən Ağdaş rayon Telekommunikasiya şöbəsində mühasib vəzifəsində işləmiş, xidməti vəzifəsi işçilərin əmək haqqının hesablanması və təşkilatların debitor borclarının yığılmasından ibarət olmuşdur. Bundan əlavə o, yaşadığı mənzildə kasıb insanların ünvanlı dövlət sosial yardımı üçün elektron müraciətlərinin doldurulmasına köməklik etmişdir. Təxminən 2019cu ilin sentyabr ayında Şahid1 onun yanına gələrək onu ünvanlı sosial yardımın düzəldilməsində köməklik etmək üçün DSMF-nin Ağdaş rayon şöbəsində işləyən Təqsirləndirilən şəxs1 göndərdiyini demişdir. O, Təqsirləndirilən şəxs1la telefonla əlaqə saxlayıb Şahid1 onun yanına gəldiyini demiş, Təqsirləndirilən şəxs1 isə ona telefonda Şahid1 ünvanlı sosial yardım təyin etmək üçün 500 manat pul istəməsini tapşırmışdır. Qaraşa Şahid1 kasıb olduğunu, 500 manata gücü çatmayacağını dedikdən sonra Təqsirləndirilən şəxs1 qiyməti endirərək 400 manat istəməsini tapşırmışdır. Telefon danışığı bitirdikdən sonra Təqsirləndirilən şəxs1 400 manat pul istədiyini Şahid1 demiş, sonuncu isə bir həftə sonra pulu gətirəcəyini demişdir. Təxminən bir həftə sonra Şahid1 ona 400 manat pul vermişdir. Sonradan Şahid1 qızı Şahid2 ünvanlı dövlət sosial yardımının təyin edilməsinə imtina verildiyi üçün 2020-ci ilin may ayında Şahid1 400 manat pulu ondan tələb edərək Təqsirləndirilən şəxs1 pulu istədiyini demiş, o da 400 manat pulu Şahid1 geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Şahid2 ünvanlı sosial yardım düzəltmək üçün təxminən 2019-cu ilin sentyabr ayında DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmiş, həmin vaxt ona ünvanlı sosial yardım məsələsinə Təqsirləndirilən şəxs1 baxdığı bildirildiyinə görə sonuncuya yaxınlaşaraq qızı Şahid2 4 azyaşlı uşağının olduğunu və əri Tahir Məmmədovun həbsdə olduğunu bildirib, qızı üçün sosial yardım düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da onu Ağdaş rayon poçt şöbəsində işləyən Təqsirləndirilən şəxs3 yanına göndərmiş, Təqsirləndirilən şəxs3 yanında olarkən sonuncu Təqsirləndirilən şəxs1 əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ondan 400 manat pul istəməsini demiş, o, da kənddə 1 inəyinin olduğunu, satıb 400 manatı verəcəyini demişdir. Bundan sonra o, qızı və nəvələrinə aid sənədləri topladıqdan sonra inəyini satıb təxminən 2019-cu ilin sentyabr ayında 400 manat pulu "xxxx" MMC-nin Ağdaş rayon şöbəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs3 vermişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müraciət etsə də, müxtəlif bəhanələr gətirilərək imtina cavabı verilmişdir. Onun bacısı Şahid3 ilə Təqsirləndirilən şəxs1 bacanağı Şahid4 qonşu olduğundan təxminən 2020- ci ilin aprel ayında işi düzəlmədiyi üçün bu dəfə bacısı Şahid3 Şahid4 müraciət edərək Təqsirləndirilən şəxs1 xahiş etməsini demişdir. Bir neçə gün sonra Şahid4 ona Təqsirləndirilən şəxs1 sözlərini çatdırıb Təqsirləndirilən şəxs3kı 400 manatı geri almasını və üstünə də 400 manat qoyaraq Təqsirləndirilən şəxs1 verməsini demişdir. xx xxx 2020-ci il tarixdə DSMF-nin Ağdaş rayon şöbəsinin qarşısında Təqsirləndirilən şəxs1la görüşmüş və sonuncudan hansı səbəblə işinin düzəlmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 çağıraraq ona sonuncu ilə söhbət etməsini demişdir. Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs3kı 400 manatı götürərək 400 manat da əlavə etməklə cəmi 800 manat pul verməsini demişdir. Təqsirləndirilən şəxs2 nağd pulunun olmadığını dedikdə isə sonuncu işin başqa formada mümkün olmadığını demişdir. Buna görə xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək baş vermiş hadisə haqqında ərizə vermişdir. xx xxx 2020-ci il tarixdə həmin Baş idarənin əməkdaşları onunla əlaqə saxlayaraq Ağdaş rayonunda görüşmüşlər. Həmin əməkdaşlar ona 4 ədəd 100 manatlıq əskinas təqdim edərək həmin pulları Təqsirləndirilən şəxs2 verməsini tapşırmış və bu barədə üzərinə quraşdırılmış xüsusi texnika vasitəsilə videoçəkilişin həyata keçiriləcəyini bildirmişlər. Könüllü şəkildə razılıq verərək xx xxx 2020-ci il tarixdə saat 10 radələrində DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasına gedərək Təqsirləndirilən şəxs2 xidməti otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs2 onunla birlikdə birinci mərtəbəyə düşmüş, inzibati binanın girişində ondan pulu götürməmişdən əvvəl 1.000 manat verməli olduğunu demişdir. Hazırda üzərində 400 manat olduğunu, pulun qalan hissəsini növbəti gün verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış, 400 manat pulu alaraq şalvarının cibinə qoymuşdur. Bundan sonra o, inzibati binadan çıxaraq prokurorluq əməkdaşlarının yanına getmiş və Təqsirləndirilən şəxs2 əlavə olaraq 600 manat pul istədiyini bildirmişdir. Bundan sonra xx xxx 2020-ci il tarixdə prokurorluq əməkdaşları ona 600 manat pul verərək videoçəkiliş aparılması üçün üzərinə xüsusi texnika quraşdırmışlar. Həmin gün saat 11 radələrində o, Təqsirləndirilən şəxs2la DSMFnin Ağdaş rayon şöbəsinin inzibati binasının qarşısında görüşmüş və 600 manat pulu sonuncuya vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, heç yerdə işləməməklə bir oğlan və 3 qız olmaqla 4 övladı olmuş, əri X21 Bakı İstintaq Təcridxanasında cəza çəkmişdir. Ona ailə vəziyyəti ilə əlaqədar ünvanlı sosial yardım təyin edilməsi üçün təxminən 2019-cu ilin sentyabr ayında DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Şöbədən ona ünvanlı sosial yardım məsələlərinə Təqsirləndirilən şəxs1 baxdığı deyilmiş, atası Şahid1la birgə Təqsirləndirilən şəxs1 yaxınlaşıb, ona ünvanlı sosial yardım düzəldilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə onları Ağdaş rayon poçt şöbəsində işləyən Təqsirləndirilən şəxs3 yanına göndərmiş, atası Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs3 yanına gedərək ünvanlı sosial yardımın təyin edilməsi üçün zəruri sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 ilə danışaraq onlara məlumat verəcəyini demişdir. Növbəti gün atası Şahid1 yenidən Təqsirləndirilən şəxs3 yanına getmiş, sonuncu Təqsirləndirilən şəxs1la telefonla danışdıqdan sonra atası Şahid1 400 manat pul istəmişdir. Təxminən 1 həftə sonra atası Şahid1 kənddə olan inəyini satıb 2019-cu ilin sentyabr ayında 400 manat pulu "xxxx" MMC-nin Ağdaş rayon şöbəsinin inzibati binasının yanında Təqsirləndirilən şəxs3 vermişdir. Bundan sonra müxtəlif bəhanələr gətirilərək ona imtina cavabı verilmişdir. Bibisi Şahid3 Təqsirləndirilən şəxs1 qohumları ilə qonşu olduğu üçün təxminən 2020-ci ilin aprel ayında sonuncunun bacanağı Şahid4 ona kömək etməsini xahiş etmişdir. Təxminən 3-4 gün sonra bibisi Şahid3 atası Şahid1 və ona zəng edərək Təqsirləndirilən şəxs1 sözlərini çatdırmış, Təqsirləndirilən şəxs3kı 400 manat pulu geri almasını və üstünə 400 manat qoyub Təqsirləndirilən şəxs1 verməsini demişdir. Atası Şahid1 da razılaşaraq yenidən Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu onu Təqsirləndirilən şəxs2 yanına göndərmişdir. Təqsirləndirilən şəxs2 isə atası Şahid1 1.000 manat pul istəmişdir. Ona görə də atası Şahid1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşı olmaqla sonuncu qızı Şahid2 ünvanlı sosial yardım düzəltdirmək üçün 2019-cu ilin sentyabr ayında DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmiş və bu məqsədlə orada işləyən Təqsirləndirilən şəxs1 çatdırılması üçün Təqsirləndirilən şəxs3 400 manat vermişdir. Bununla belə işləri alınmamış və Şahid2 imtina verilmişdir. Təqsirləndirilən şəxs1 qohumu Şahid4 onun qonşusu olduğu üçün 2020-ci ilin aprel ayında sonuncuya müraciət edərək qardaşı qızı Şahid2 kömək etməsini xahiş etmişdir. Bu söhbətdən təxminən 3 gün sonra Şahid4 ona Təqsirləndirilən şəxs1la danışdığını, Şahid1 Təqsirləndirilən şəxs3 olan 400 manat pulu götürməsini və üzərinə 400 manat da qoyub Təqsirləndirilən şəxs1 verməsini demişdir. O da bundan sonra qardaşı Şahid1 zəng edib Şahid4 dediklərini çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1la qardaşı Şahid1 arasında olan söhbətlərdən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dayısı nəvəsi, həmçinin Təqsirləndirilən şəxs1 qayınatası onun qaynıdır. Şahid1 bacısı Şahid3 ilə isə qonşudur. O, Şahid1 qızı Şahid2 ünvanlı sosial yardım təyin edilməsi üçün Təqsirləndirilən şəxs1 pul tələb etməsi barədə Şahid3 heç bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2013-cü ilin iyun ayından DSMF-nin Ağdaş rayon şöbəsində pensiya sektorunun müdiri, 2014-cü ilin iyul ayından Bakı şəhəri Nərimanov rayon məşğulluq mərkəzinin direktoru, 2015-ci ilin sentyabr ayından Sumqayıt şəhər Məşğulluq mərkəzinin direktoru, 2015-ci ilin noyabr ayından Kürdəmir rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru, 2016-cı ilin noyabr ayından DSMF-nin Mingəçevir şəhər şöbəsinin pensiya sektorunun müdiri vəzifələrində işləmişdir. x xxxxxx 2019-cu il tarixdən DSMFnin Ağdaş rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. Vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün DSMF-yə ilkin olaraq elektron qaydada müraciət edir və müvafiq məlumatları daxil edirlər. Bundan sonra isə yerli rayon şöbələrinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun işçiləri tərəfindən həmin məlumatların doğruluğunu yoxlamaq üçün vətəndaşın yaşayış yerinə yerində baxış keçirilir və müvafiq akt tərtib edilir. Məlumatların doğruluğu akt ilə təsdiq edildikdən sonra o da, şöbə müdiri kimi həmin akta əsaslanaraq elektron kabinetdə məlumatların doğruluğunu təsdiq edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun rəhbəri olduğunu DSMFnin Ağdaş rayon şöbəsinin sosial yardım və sosial müavinətlər sektorunda müvafiq olaraq məsləhətçi və baş məsləhətçi vəzifələrində işləmişlər. Şahid2 əvvəllər ünvanlı sosial yardım almaq üçün elektron qaydada müraciət etmiş, buna uyğun olaraq sosial yardım və sosial müavinətlər sektorunun işçiləri vətəndaşın elektron sistemə daxil etdiyi məlumatları yoxlamaq üçün yaşayış yerinə getmiş və yerində baxış keçirərək akt tərtib etmişlər. Bu zaman Şahid2 əslində elektron müraciətdə qeyd etdiyi ünvanda yaşamadığı müəyyən edilmişdir. O da öz növbəsində yerli icra hakimiyyəti orqanına sorğu məktubu göndərmiş, həmin sorğunun cavabında vətəndaşın həqiqətən elektron müraciətdə göstərilən ünvanda yaşamadığı göstərilmişdir. Buna görə Şahid2 ünvanlı dövlət sosial yardımının təyin edilməsinə imtina verilmişdir. Bir neçə gün sonra isə Şahid2 atası Şahid1 onun xidməti otağına gələrək qızı üçün ünvanlı sosial yardımın təyin edilməsində kömək göstərməsini xahiş etmişdir. O da ünvanlı dövlət sosial yardımının təyin edilməsinin qanunvericilikdə nəzərdə tutulmuş proseduralarını Şahid1 izah etmiş, müraciətdə vətəndaşın yaşayış yerinin düzgün göstərilmədiyi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsinə imtina verildiyini bildirmişdir. Şahid2 ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün sonuncudan və ya qohumlarından pul tələb etməmiş, eləcə də şöbənin hər hansı əməkdaşına vətəndaşdan pul tələb etməsi haqqında göstəriş verməmişdir. Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə Şahid1 pul tələb edərək alması barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs2 hansı səbəbdən vətəndaşdan pul tələb etdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2004-cü ildə DSMF-nin Ağdaş rayon şöbəsində fərdi uçot sektorunun baş məsləhətçisi vəzifəsində işləməyə başlamışdır. 2016-cı ildən həmin Şöbənin sosial sığorta sektorunun müdiri, 2019-cu ilin oktyabr ayından isə həmin Şöbənin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsində işləmişdir. Qulluq funksiyası ünvanlı sosial yardım və digər müavinət almaq üçün müraciət edən vətəndaşların qəbul edilməsi, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onlardan müvafiq sənədlərin tələb edilməsi və ailənin maddi-məişət şəraitinin yerində yoxlanılmasının təşkili və s. ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun rəhbərlik etdiyi sektorda müvafiq olaraq baş məsləhətçi və məsləhətçi vəzifələrində işləmişlər. Vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün ilkin olaraq "Elektron hökumət" və ya ƏƏSMN-nin "esosial" internet portalında qeydiyyatdan keçib "Ərizə-bəyannamə"ni doldururlar. "Ərizəbəyannamə"də göstərilən məlumatların düzgünlüyü və ailənin ünvanlı dövlət sosial yardımına uyğunluğu ilkin olaraq VEMTAS tərəfindən yoxlanılır. "Ərizə-bəyannamə"də müraciət edənin anket məlumatları, onun və ailə üzvlərinin adlarına olan telefon nömrələri, daşınar və daşınmaz əmlakları, ailənin aylıq gəliri və s. kimi bir sıra məlumatlar göstərilir. Həmin məlumatlar VEMTAS tərəfindən müvafiq məlumatları təqdim edən dövlət qurumunun portalı ilə sinxron qaydada yoxlanılır və həmin məlumatlarda uyğunsuzluq aşkar edildikdə sistem tərəfindən avtomatik imtina verilir. Uyğunsuzluq aşkar edilmədikdə isə DSMF-nin yerli rayon (şəhər) şöbələrinə ailənin maddi-məişət şəraitinin müayinə edilməsi üçün tapşırıq göndərilir. Həmin tapşırıqlar yerli şöbələrin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun işçiləri tərəfindən yerinə yetirilir. Belə ki, işçilər ailənin yaşadığı ünvana gedir, onun ailə tərkibi, aylıq gəliri, adına olan digər torpaq sahəsi və başqa əmlak, saxladığı ev heyvanları və quşlarının növü və sayı barədə məlumatları dəqiqləşdirib bu barədə akt tərtib edirlər. Bir sıra hallarda ailənin maddi-məişət şəraitinin müayinəsi üçün özü də sektor işçiləri ilə birlikdə yoxlamada iştirak etmişdir. Şahid2 və atası Şahid1 daha əvvəllər tanımamışdır. Şahid2 əvvəllər də bir neçə dəfə ünvanlı sosial yardım almaq üçün elektron qaydada müraciət etmiş, lakin adına olan nəqliyyat vasitəsini və başqa əmlakı bəyan etmədiyi üçün ona VEMTAS tərəfindən avtomatik imtina verilmişdir. Bundan sonra Şahid2 2020-ci ilin aprel ayında yenidən müraciət etmiş, bu dəfə məlumatların düzgünlüyü sistem tərəfindən təsdiq edildikdən sonra ailənin maddi-məişət şəraitinin müayinəsi üçün onun rəhbərlik etdiyi sektora tapşırıq gəlmişdir. xx xxx 2020-ci il tarixdə həmin sektorun məsləhətçisi Təqsirləndirilən şəxs2 ilə birlikdə ailənin maddi-məişət şəraitinin müayinəsi üçün qeyd edilən ünvana getmiş və bu zaman Şahid2 qeyd edilən ünvanda yaşamadığını müəyyən etmişlər. Bu barədə müvafiq akt tərtib edilərək Təqsirləndirilən şəxs2 və onun tərəfindən imza edilmişdir. Akt şöbə müdiri Şahid5 təqdim edildikdən sonra isə sonuncu şəhər icra nümayəndəliyinə sorğu vermiş və bu zaman da Şahid2 qeyd edilən ünvanda yaşamadığına dair cavab almışdır. Buna görə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi haqqında Şahid5 tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra baş verən proseslər barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvanlı sosial yardımın təyin edilməsində köməklik göstərilməsi üçün Şahid1 1.000 manat pul istəmələri barədə qətiyyən məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan Şahid1 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokoluna əsasən müəyyən edilir ki, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, qızı Şahid2 ünvanlı sosial yardım düzəltmək üçün Təqsirləndirilən şəxs1 müraciət etdikdə sonuncu onu Təqsirləndirilən şəxs3 yanına göndərmişdir. Təqsirləndirilən şəxs1 telefon danışığı zamanı Təqsirləndirilən şəxs3 ondan 500 manat pul istəməsini, daha sonra isə kasıb ailə olduğu üçün 400 manat pul istəməsini tapşırmışdır. O da 1 həftə sonra 400 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 öz bacanağı Şahid4 vasitəsi ilə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs3kı 400 manatı geri alsın və üzərinə 400 manat da qoyaraq ona gətirib versin. O da Təqsirləndirilən şəxs1 dediyi kimi edib DSMF-nin Ağdaş rayon şöbəsinə gəldikdə sonuncu onu Təqsirləndirilən şəxs2 yönləndirmişdir. Həmçinin Şahid1 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha ifadə etmiş və Təqsirləndirilən şəxs3 da Şahid1 göstərdiklərinin həqiqəti əks etdirdiyini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Şahid1 və Şahid4 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokoluna əsasən müəıyyəın edilir ki, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Şahid4 üzünə qarşı bildirmişdir ki, qızı Şahid2 ünvanlı sosial yardım işi düzəlmədiyi üçün 2020-ci il aprel ayında Şahid4 bacısı Şahid3 vasitəsi ilə ona 400 manat pulu Təqsirləndirilən şəxs3 almasını və üzərində 400 manat da qoyaraq Təqsirləndirilən şəxs1 verməsini demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli ərizədən görünür ki, həmin ərizə ilə Şahid1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək DSMFnin Ağdaş rayon şöbəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı işçilərinin qızı Şahid2 ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün ondan 800 manat məbləğində rüşvət tələb etmələri haqqında müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixli protokollardan görünür ki, DSMF-nin Ağdaş rayon şöbəsinin işçisi Təqsirləndirilən şəxs2 Şahid1 800 manat pul tələb etməsi barədə müraciətə əsasən sonuncuya xx xxx 2020-ci il tarixdə C40724283, C43003450, A78243077 və C64785773 nömrəli olmaqla 4 ədəd 100 Azərbaycan manatı nominallı əskinas, xx xxx 2020-ci il tarixdə isə C35365791, C49680013, C06913273, A37163189, A85439402 və C69989045 nömrəli olmaqla 6 ədəd 100 Azərbaycan manatı nominallı əskinas təqdim edilməklə həmin pulların Təqsirləndirilən şəxs2 verilməsi üçün DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasına göndərilmiş və hər iki vaxtda Şahid1 üzərinə danışıqların səs və video yazısının aparılması üçün xüsusi texniki avadanlıq yerləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərdə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin səs və video yazılarının qeydə alındığı görüntülərə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə üzərinə gizli kamera yerləşdirilmiş Şahid1 DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasına daxil olur və pilləkənlə 2-ci mərtəbəyə qalxdıqdan sonra sağa dönüb üzbəüz divardakı sol qapıdan otağa daxil olur. Burada o, vətəndaşların sayının çoxluğu ilə əlaqədar bir qədər gözləyir və Təqsirləndirilən şəxs2 "gəl görüm aşağı" sözlərindən sonra onlar birlikdə pilləkənlərlə 1-ci mərtəbəyə düşərək pilləkənlərin yanında söhbət etməyə başlayırlar. Onların arasında aşağıdakı məzmunda dialoq keçmişdir: Təqsirləndirilən şəxs2: "Gör nə deyirəm. Mən, bax, müdir ilə də şey elədik, yəni Allaha and olsun bu elə-belə iş deyil, özün bilirsən. Sırf yalandan olan bir şeydi də". Şahid1:"Necə yəni?" Təqsirləndirilən şəxs2:"Yəni orada yaşamırlar, eləmirlər, amma oraya qoyuruq da, zərəri yoxdur. Bunun üstünə... Səndə nə qədərdir?" Şahid1: "Dörd yüz manat". Təqsirləndirilən şəxs2: "Sən onun üstünə altı da qoyub gəlirsən, bununla da qurtarırsan. 4 dənə nəvən var, qəşəng də pul alacaq". Şahid1: "Nə qədər alacaq?" Təqsirləndirilən şəxs2: "Gəl belə danışaq. İyirmi dörd ay deyil? Dörd ayı bizim, iyirmi ayı sənin. Dörd aya nə düşsə onu səndən alacağam, amma nağd alacağam. Sən dörd yüz manata yaxın pul alacaqsan ey. Ayda dörd yüz manat alacaqsan". Şahid1: "Yox, Məharət müəllim..." Təqsirləndirilən şəxs2: "Yaxşı, onu qoyduq qırağa. Qulaq as! Bir dənənin başını bağla, gəl". Şahid1: "Min manat?" Təqsirləndirilən şəxs2: "Hə". Şahid1: "Yox ey, mən nə qədər pul ala bilərəm, təxminən?" Təqsirləndirilən şəxs2: "Qəşəng pul alacaqsan da, neynirsən". Şahid1: "Mən dünən o xanımdan pulu aldım". Burada Şahid1 əlindəki bağlamanı açmağa başlayır. Təqsirləndirilən şəxs2: "Eləmə də, çıxartma, onu saxla". Şahid1: "Mən notariusdan kağız almışdım, deyir onun vaxtı bitibdir". Təqsirləndirilən şəxs2: "Qurtarmır, sənin işin sistemdədir. Sənə imtina gəlibdir?" Şahid1: "Hə". Təqsirləndirilən şəxs2: "Vurmayıb təzədən işini?" Şahid1: "Yox ey, mənə imtina gələn gün gəldim də bura". Təqsirləndirilən şəxs2: "Hə, vaxtı qurtarıb?" Şahid1: "Nəyin?" Təqsirləndirilən şəxs2: "Sənədin vaxtı qurtarıb?" Şahid1: "Dedi ki, qurtarıb. O vaxtdan sənədi ona vermişəm. Deyir ki, notariusdan olan kağızın vaxtı qurtarıbdır". Təqsirləndirilən şəxs2: "Hə, bir dənə al da. Nə var ki orda? Bir dənə qızın gələcək də". Şahid1: "Nə gələcək?" Təqsirləndirilən şəxs2: "Bir dənə qızın gələcək, notariusdan onu eləyib gedəcək". Şahid1: "Deyirəm də, on manat, on beş manat rüsumudur". Təqsirləndirilən şəxs2: "Hə, bir dənə arayış al tez onda. Dayan görüm. Sənin işin sistemdə deyil hələ? Vurulmayıb?" Şahid1: "Sistemdədir". Təqsirləndirilən şəxs2: "Vurubdur?" Şahid1: "Yox ey, imtina gəlib də. İki gün, üç gün bundan qabaq imtina gəlib". Təqsirləndirilən şəxs2: "Dayan bir dənə görüm, dayan!" Bundan sonra Təqsirləndirilən şəxs2 pilləkənlərlə yuxarıya çıxır, 3 dəqiqə sonra telefonla danışa-danışa geri qayıdır və telefonla danışığını bitirib Şahid1la söhbətinə davam edir. Təqsirləndirilən şəxs2: "Gedirsən... " Şahid1: "Yəni məni Nigara caladınız?" Təqsirləndirilən şəxs2: "Sən neynirsən ey, mənlikdi. Sən heç nə eləmiyəcəksən ey". Şahid1: "Mən ondan gedib qızara-qızara dünən pul almışam". Təqsirləndirilən şəxs2: "Gör nə deyirəm. Sən belə eləyirsən. Sən əmanəti aldın ondan?" Şahid1: "Dörd yüz manat də". Təqsirləndirilən şəxs2: "Hə, almısan. Buradan gedirsən arayışı alırsan kənddən. Haradan almışdın? Kənddən almamışdın?" Şahid1: "Hə" Təqsirləndirilən şəxs2: "Kənddən almışdın. Gəlib bir dənə qızın orda qol çəkir. Kağızı gətirib mənə verirsən, Nigara yox. Onu mən özüm eləyəcəyəm. Oldu?" Şahid1: "Oldu. İndi başı bağlı deyəndə səkkiz yüz manat, yoxsa?" Təqsirləndirilən şəxs2: "Başı bağlı min manat". Şahid1: "Ə, Asif müəllimə de kasıb adamdı..." Təqsirləndirilən şəxs2: "Ə, nə olar, eləmə də. Kasıb deyəndə ki, sənə dörd yüz manat ayda pul veririk ey, dörd yüz manat". Şahid1: "Dörd yüz manat olanda bu nə qədər eləyir?" Təqsirləndirilən şəxs2: "Elə on min pul eləyir, on min. İyirmi dördü vur dörd yüzə. Nə qədər eləyir? Ala, vur bax". Burada Təqsirləndirilən şəxs2 mobil telefonunu çıxararaq kalkulyatordan istifadə edir. Təqsirləndirilən şəxs2: "İyirmi dörd vuraq dörd yüzə. Doqquz min altı yüz pul eləyir ey. Elə bilirsən sənə beş yüz, üç yüz pul verəcəyik?" Şahid1: "Bunu var ey. Bunu mənə Qaraş əvvəldən desəydi... 8 aydır mən..." Təqsirləndirilən şəxs2: "Hə, zərər yoxdur. Deməli bunu belə keçməli idin də sən". Şahid1: "Mən indi dörd yüzü verim sizə?" Təqsirləndirilən şəxs2: "Dörd yüzü verirsən, gedirsən notariusa, arayışı alırsan, gəlirsən notariusa qız qol çəkir, gətirib onu verirsən mənə, vəssalam. Sən daha heç nə eləmirsən. Oldu?" Şahid1: "Oldu, baş üstə". Təqsirləndirilən şəxs2: "Ver! Mən çıxacağam yuxarıya, heç kəs görməyəcək". Burada Şahid1 əlindəki bağlamanı Təqsirləndirilən şəxs2 verir. Təqsirləndirilən şəxs2: "Oldu, get sən!" Şahid1: "Oldu, sağ ol". Bundan sonra Təqsirləndirilən şəxs2 bağlamanı Şahid1 alaraq pilləkənlərlə ikinci mərtəbəyə qalxır, Şahid1 isə qapıdan çıxaraq inzibati binanı tərk edir. Protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə üzərinə gizli kamera yerləşdirilmiş Şahid1 DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasının qarşısına gəlir. Təqsirləndirilən şəxs2 da inzibati binadan çıxır və onlar binanın həyətində söhbət etməyə başlayırlar. Onların arasında aşağıdakı məzmunda dialoq keçmişdir: Şahid1: "Salam aleyküm". Təqsirləndirilən şəxs2: "Salam". Şahid1: "Müəllim, necəsiz?" Təqsirləndirilən şəxs2: "Sağ ol. Sən necəsən? Qız vururmu? Qıza dedin də, eləmi ki, vur?" Şahid1: "Mən qıza heç nə deməmişəm axı". Təqsirləndirilən şəxs2: "Aldın kağızı?" Şahid1: "Budur kağız". Burada Şahid1 bir gün əvvəlki söhbət zamanı Təqsirləndirilən şəxs2 notariusdan almasını tapşırdığı arayışı ona təqdim edir. Təqsirləndirilən şəxs2:"Nigar vuran deyil bu?" Şahid1:"Yox, bunu təzə almışam". Təqsirləndirilən şəxs2: "Nigar vuran da. Nigar vurub da sənin sənədlərini". Şahid1: "Bəli". Təqsirləndirilən şəxs2: "Apar ver də Nigara". Şahid1: "Əşi, mən..." Təqsirləndirilən şəxs2: "Sən neynirsən, sən mənim dediyimə qulaq as da. Nigar kimdir ki?! Mənə qulaq as!" Şahid1: "Siz mənə dediniz ki... Nigar məni daha bura yığıb e". Təqsirləndirilən şəxs2:"Yığmayacaq da, sən neynirsən onu.Bu artıq axırıncı nöqtədir.Bilirsən necədi? Bax, qulaq as! Sənin, elə bil, uşaqların... Dörd dənə uşaq... Onların bütün problemləri sistemdə yazılmışdı. Mən bunu başqasına versəm, bir həftə hələ sistemdən bunun məlumatlarını çıxaracaq. Sən narahat olma da, a kişi! Sən neynirsən bunu? Sən bunu götürüb gedirsən Nigarın yanına". Şahid1:"Nə qədər vaxta hazır olar bu?" Təqsirləndirilən şəxs2: "Sən bunu vurdur. Vurdur! Sənəd gələn kimi zəng eliyəcəm, gəl. Vurdur!" Burada Təqsirləndirilən şəxs2 Şahid1 aldığı arayışı sonuncuya geri qaytarır. Şahid1: "Sən Allah, mən bir də buralara gəlməyim də. Məni incitməyin də". Təqsirləndirilən şəxs2: "Sən kimlərdənsən kənddə?" Şahid1: "Mən Mayisin qardaşı, rəhmətlik Məcnunun qardaşı". Təqsirləndirilən şəxs2: "Əlövsət dayıgil, Elçingillə qohumluğun yoxdur?" Şahid1: "Yaxşıdır, yaxınıq da". Təqsirləndirilən şəxs2: "Onda elə onlara görə ürəkli iş görürəm. Qoy bura! Qoy bura, get!" Burada Təqsirləndirilən şəxs2 əlində saxladığı qara rəngli qovluğu açır və Şahid1 6 ədəd 100 manatlıq əskinası qovluğun içərisinə qoyur. Təqsirləndirilən şəxs2: "Get!" Şahid1: "Oldu". Təqsirləndirilən şəxs2: "Get! Bunu da ver Nigara, get". Şahid1: "Nigarın yanına gedim?" Təqsirləndirilən şəxs2: "Nigarın yanına get, bunu ver, get. Heç nə də demə! De ki, özüm danışmışam, yaxşı olacaq. Bunu ver get sən! Oldu?" Şahid1: "Bəs Nigar mənə desə ki, pul..." Təqsirləndirilən şəxs2: "Sənə heç nə deməyəcək. De ki, özüm onlarla danışdım, yaxşı olacaq. Vəssalam. Bax, belə də de!" Şahid1: "Oldu". Təqsirləndirilən şəxs2: "Get!" Protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 600 manat məbləğində pul vəsaitini Şahid1 qəbul etməsindən dərhal sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin sabiq prokuroru X33 idarəsinin 3 nəfər əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs2 DSMF-nin Ağdaş rayon şöbəsinin inzibati binasında yerləşən xidməti otağına daxil olurlar. Əmir Qaloyev əvvəlcə özünü təqdim edir, Şahid1 şikayətinin məzmununu və əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında məhkəmənin qərarını elan edir. Təqsirləndirilən şəxs2 özünü təqdim edərək ona verilən suallara cavab olaraq göstərir ki, DSMF-nin Ağdaş rayon şöbəsinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi vəzifəsində işləyir. Onun vəzifə funksiyası ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət edən vətəndaşların elektron sistemdə göstərilən məlumatlarının düzgünlüyünü yerində yoxlamaqdan ibarətdir. Bu gün inzibati binanın həyətində qəbul etdiyi vətəndaş Şahid1dur. Şahid1 qızının işinə görə ona min manat verməli idi. Dörd yüz manatı vermişdi, bu gün də altı yüz manatı gətirib verdi. Min manatın qarşılığında isə qızının işi elektron sistemə daxil olduqdan sonra o, məlumatları yerində yoxlayıb təyinat verməli idi. Şahid1 işi birinci dəfə elektron sistemə daxil olduqda ona imtina verilmişdir. Buna görə də ikinci dəfə Şahid1 köməklik etmək üçün sonuncu ilə min manat müqabilində razılaşmışdır. Dünən dörd yüz manatı Şahid1 inzibati binanın daxilində, bu gün isə altı yüz manatı inzibati binanın həyətində qəbul etmişdir. Onun ünvanlı sosial yardım təyin etmək səlahiyyəti yoxdur. Həmin pulu qəbul etdikdən sonra növbəti hərəkəti ondan ibarət olmalı idi ki, vətəndaşın işi elektron sistemə daxil edildikdən sonra o, müdiri Şahid5 razılığını alıb elektron sistemə daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən bir az əvvəl Şahid1 qəbul etdiyi 600 manat məbləğində 6 ədəd 100 manatlıq əskinası, şalvarının sol yan cibindən isə dünən qəbul etdiyi 400 manat məbləğində 4 ədəd 100 manatlıq əskinası çıxarıb təqdim edir. Bir az əvvəl qəbul etdiyi 6 ədəd 100 manatlıq əskinasa xüsusi işıqlandırma cihazı vasitəsi ilə baxış keçirilən zaman hər bir əskinasın üzərində "Rüşvət 2020" sözlərinin yazıldığı müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, 055- ***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs1 adına 050-236- 70-50, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı, Şahid5 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı, Şahid1 adına ***-***- **-**, ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri olmuşdur. Cinayət işinin matertiallarına əlavə edilmiş "xxxx" MMC-dən verilmiş telefonla ötürülən məlumatları əks etdirən diskə baxış keçirilməsi haqqında xx xxxx 2020- ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx xxxxxxx 2019-cu il tarixdə saat 09:43-də 28 saniyə, xx xxxxxxx 2019-cu il tarixdə saat 09:02-də 55 saniyə, saat 09:38-də 6 saniyə, saat 10:03-də 19 saniyə, saat 11:13-də 29 saniyə, x xxxxxx 2019-cu il tarixdə saat 09:23- də 15 saniyə, xx xxxxxx 2019-cu il tarixdə saat 17:05-də 93 saniyə, x xxxxx 2020-ci il tarixdə saat 22:06-da 21 saniyə, 22:09-da 16 saniyə, xx xxx 2020-ci il tarixdə saat 16:27- də 136 saniyə, saat 16:34-də 465 saniyə, xx xxx 2020-ci il tarixdə saat 21:04-də 592 saniyə, xx xxx 2020-ci il tarixdə saat 11:15-də 28 saniyə, xx xxx 2020-ci il tarixdə saat 10:33-də 16 saniyə davam edən telefon danışıqları aparılmışdır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 051- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrə arasında xx xxxx 2020-ci il tarixdə saat 22:04-də 6 saniyə, xx xxxxx 2020-ci il tarixdə saat 16:28-də isə 18 saniyə davam edən telefon danışıqları aparılmışdır. Protokoldan görünür ki, Şahid1 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrə ilə Şahid4 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrə arasında xx xxxx 2019-cu il tarixdə saat 19:41-də 1109 saniyə davam edən telefon danışığı aparılmışdır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 051- ***-**-** saylı mobil nömrə ilə Şahid4 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrə arasında x xxxxxx 2020-ci il tarixdə saat 17:32-də 67 saniyə, xx xxxxxx 2020-ci il tarixdə saat 09:24-də 11 saniyə, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da 40 saniyə, saat 13:04-də 14 saniyə, xx xxxxxx 2020-ci il tarixdə saat 14:22-də 112 saniyə, xx xxxxxx 2020-ci il tarixdə saat 18:46-da 12 saniyə, xx xxxxxx 2020-ci il tarixdə saat 09:52-də 33 saniyə, xx xxxxxx 2020-ci il tarixdə saat 17:37-də 20 saniyə, x xxxx 2020-ci il tarixdə saat 20:48-də 117 saniyə, saat 23:53-də 41 saniyə, x xxxx 2020-ci il tarixdə saat 10:11-də 32 saniyə, x xxxx 2020-ci il tarixdə saat 18:39-da 81 saniyə, x xxxxxxx 2020-ci il tarixdə saat 12:10-da 10 saniyə, xx xxx 2020-ci il tarixdə saat 07:50- də 201 saniyə, xx xxx 2020-ci il tarixdə saat 16:25-də 28 saniyə, xx xxx 2020-ci il tarixdə saat 14:47-də 21 saniyə, xx xxx 2020-ci il tarixdə saat 17:09-da 691 saniyə, saat 21:16-da 64 saniyə davam edən telefon danışığı aparılmışdır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 050- 236-70-50, ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında mütəmadi olaraq telefon danışıqları aparılmışdır. Protokoldan görünür ki, Şahid5 istifadəsində olan 050- 345-26-33, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə Şahid1 və Təqsirləndirilən şəxs3 istifadəsində olan telefon nömrələri arasında heç vaxt telefon danışığı aparılmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-sənədlərin texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 5/292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 (on) ədəd C69989045, C64785773, A85439402, C35365791, C49680013, A37163189, C06913273, A78243077, C40724283, C43003450 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla mətbəə poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasının nümunələri ilə eynilik təşkil edir. Təqdim edilmiş C69989045, A85439402, C35365791, C49680013, A371631189, C06913273 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən "Rüşvət 2020" yazıları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, Şahid2 ünvanlı dövlət sosial yardımı üçün ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmiş və müraciət **********20301 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə ailə üzvü X22 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı telefon nömrəsinin bəyan edilməməsi səbəbindən xx xxxxxx 2019-cu il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********23201 nömrəsi ilə qeydiyyata alınmışdır. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün həmin müraciətə xx xxxxxx 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55401 nömrəsi ilə qeydiyyata alınmışdır. Öz adına olan **********29 dövlət qeydiyyat nömrəli torpaq sahəsinin qeyd edilmədiyi və ailə üzvü X11 istifadəsində x xxxx 2015-ci il tarixdən nəqliyyat vasitəsi olduğu üçün həmin müraciətə x xxxxxx 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, x xxxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55402 nömrəsi ilə qeydiyyata alınmışdır. Ailə üzvü X11 istifadəsində x xxxx 2015-ci il tarixdən nəqliyyat vasitəsi olduğu üçün həmin müraciətə xx xxxx 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, xx xxxxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55403 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə ailənin maddiməişət şəraitinin müayinəsi nəticəsində onun "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamadığı müəyyən edildiyi üçün xx xxxxx 2020-ci il tarixdə DSMF-nin Ağdaş rayon şöbəsinin müdiri Şahid5 tərəfindən imtina verilmişdir. O, xx xxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********39301 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə xx xxxx 2020ci il tarixdə DSMF-nin Ağdaş rayon şöbəsinin müdiri Şahid5 tərəfindən təyinat verilmişdir. Təyinatın başlama tarixi x xxx 2020-ci il, bitmə tarixi x xxx 2022-ci il, məbləği isə 341,90 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na 4 nömrəli əlavəyə uyğun olaraq Şahid2 müraciəti üzrə "Ərizə-bəyannamə"də yaşayış yeri kimi qeyd edilən ünvan 9 ünvanında həmin Şöbənin Ünanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Şahid6 və həmin sektorun məsləhətçisi Təqsirləndirilən şəxs2 tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmişdir. cild 1 i.v. 39 Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxx 2020-ci il tarixli 166 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi yanındaDövlətSosial MüdafiəFondununAğdaş rayon şöbəsinin müdiri Şahid5 xx xxx 2020-ci il tarixli **********9 nömrəli sorğusu əsasında verilmiş həmin məktubla ünvan 10 ünvanında Şahid2 yaşamadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, Şahid2 ünvanlı dövlət sosial yardımı üçün ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə müraciət etmiş və müraciət **********20301 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə ailə üzvü X22 adına rəsmiləşdirilmiş ***-***-**-** saylı telefon nömrəsinin bəyan edilməməsi səbəbindən xx xxxxxx 2019-cu il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********23201 nömrəsi ilə qeydiyyata alınmışdır. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün həmin müraciətə xx xxxxxx 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55401 nömrəsi ilə qeydiyyata alınmışdır. Öz adına olan **********29 dövlət qeydiyyat nömrəli torpaq sahəsinin qeyd edilmədiyi və ailə üzvü X11 istifadəsində x xxxx 2015-ci il tarixdən nəqliyyat vasitəsi olduğu üçün həmin müraciətə x xxxxxx 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, x xxxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55402 nömrəsi ilə qeydiyyata alınmışdır. Ailə üzvü X11 istifadəsində x xxxx 2015-ci il tarixdən nəqliyyat vasitəsi olduğu üçün həmin müraciətə xx xxxx 2020-ci il tarixdə sistem tərəfindən imtina verilmişdir. O, xx xxxxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********55403 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə ailənin maddiməişət şəraitinin müayinəsi nəticəsində onun "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamadığı müəyyən edildiyi üçün xx xxxxx 2020-ci il tarixdə DSMF-nin Ağdaş rayon şöbəsinin müdiri Şahid5 tərəfindən imtina verilmişdir. O, xx xxx 2020-ci il tarixdə yenidən müraciət etmiş və həmin müraciət **********39301 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin müraciətə xx xxxx 2020ci il tarixdə DSMF-nin Ağdaş rayon şöbəsinin müdiri Şahid5 tərəfindən təyinat verilmişdir. Təyinatın başlama tarixi x xxx 2020-ci il, bitmə tarixi x xxx 2022-ci il, məbləği isə 341,90 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na 4 nömrəli əlavəyə uyğun olaraq Şahid2 müraciəti üzrə "Ərizə-bəyannamə"də yaşayış yeri kimi qeyd edilən ünvan 9 ünvanında həmin Şöbənin Ünanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Şahid6 və həmin sektorun məsləhətçisi Təqsirləndirilən şəxs2 tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxx 2020-ci il tarixli 166 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin müdiri Şahid5 xx xxx 2020-ci il tarixli **********9 nömrəli sorğusu əsasında verilmiş həmin məktubla ünvan 10 ünvanında Şahid2 yaşamadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Respublika üzrə rayon şöbələrinin sosial yardım və sosial müavinət sektorunun baş məsləhətçisi və məsləhətçisinin müvafiq olaraq 135429 və 135427 vəzifə kodlu qulluq funksiyalarından görünür ki,həriki vəzifəvətəndaşlara müavinətlərin, sosial yardımların vədigər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak və s. funskiyalara malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş kadrların şəxsi uçot vərəqəsindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xx xxxx 2013-cü il tarixli 0911-226 nömrəli, xx xxxxxx 2017-ci il tarixli **********3 nömrəli, xx xxxxxx 2019-cu il tarixli **********7 nömrəli, x xxxxxx 2019-cu il tarixli **********6 nömrəli və x xxxx 2020-ci il tarixli **********2 nömrəli əmrlərdən görünür ki,Təqsirləndirilən şəxs1 x xxxxxx 2009-cu il tarixdən xx xxxxxxx 2011-ci il tarixədək həmin Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Ağdaş rayon Əhalinin sosial müdafiəsi mərkəzinin sosial məişət xidməti sektorunda məsləhətçi, sonuncu tarixdən xx xxxx 2013- cü il tarixədək həmin sektorda aparıcı məsləhətçi, sonuncu tarixdən xx xxxxxx 2016-cı il tarixədək həmin Mərkəzin mühasibat uçotu sektorunun müdiri – baş mühasib, sonuncu tarixdən xx xxxxxx 2017-ci il tarixədək həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsində işləmiş, attestasiya imtahanında müvəffəqiyyət əldə edə bilmədiyi üçün xx xxxxxx 2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx xxxxxx 2019-cu il tarixdə həmin Fondun Ağdaş rayon şöbəsinin sosial sığorta sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilmiş, x xxxxxx 2019-cu il tarixdə həmin Fondun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsinə keçirilmiş, x xxxx 2020- ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş kadrların şəxsi uçot vərəqəsindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xx xxxx 2014-cü il tarixli 09/11-561 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli 09/12-311 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli 09/11-671 nömrəli. x xxxxxx 2015-ci il tarixli 09/12-229 nömrəli, x xxxxxx 2015-ci il tarixli 09/11-475 nömrəli, x xxxx 2016-cı il tarixli 09/12-504 nömrəli, x xxxxxx 2016-cı il tarixli xx/xx-1206 nömrəli, x xxxxxx 2019-cu il tarixli **********6 nömrəli və x xxxx 2020-ci il tarixli **********2 nömrəli əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2014-cü il tarixədək həmin Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Ağdaş rayon Əhalinin sosial müdafiəsi mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi, xx xxxxxxxx 2014-cü il tarixdən x xxxxxx 2015-ci il tarixədək həmin Mərkəzin sosial məişət xidməti sektorunda aparıcı məsləhətçi, x xxxxxx 2015-ci il tarixdən x xxxx 2016-cı il tarixədək həmin Mərkəzin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi, x xxxxxx 2016-cı il tarixdən x xxxxxx 2019-cu il tarixədək həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi, sonuncu tarixdən x xxxx 2020-ci il tarixədək həmin Fondun Ağdaş rayon şöbəsininÜnvanlı sosial yardım vəsosial müavinətlər sektorunda məsləhətçi vəzifələrində işləmiş, x xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" xx xxxxxxx 2005-ci il tarixli 1039-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq edilmişdir. Həmin Qaydaların 2-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüter, mobil telefon və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə "Elektron hökumət" və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "e-sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətdən istifadə etməklə" Ərizəbəyannamə"ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlıyardım" (VEMTAS) altsisteminə göndərir.Sosial yardımın alınması üçün kağız üzərində müraciət edən şəxs notariat orqanı tərəfindən təsdiq edilmiş "Ərizə" və "Ərizəbəyannamə"ni Təmsilçinin yaşayış yeri üzrə həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə və ya "DOST" mərkəzinə təqdim edir. Kağız üzərində edilən müraciət həmin Şöbə və ya həmin Mərkəz tərəfindən rəsmi olaraq qəbul olunur və bu barədə Təmsilçiyə müvafiq bildiriş təqdim edilir. Müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda həmin Şöbənin və ya həmin Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat rəsmən bir iş günü müddətində Təmsilçiyə bildirilir. Həmin Qaydaların 3-cü bəndində göstərilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin ünvanlı sosial yardım üzrə işçisinə həmin Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Şöbənin ünvanlı sosial yardım üzrə işçisi "Ailənin maddi-məişət şəraitinin müayinəsi"ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimindəVEMTAS-a ötürür.VEMTAStərəfindənxüsusiproqram təminatı vasitəsiləhəmin məlumatların "Ərizəbəyannamə"də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Həmin Qaydaların 3.7.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər üzrə"Ərizəbəyannamə"dəqeydedilmiş məlumatların yoxlanılması zamanıməlumatlarda uyğunsuzluq aşkar olunduqda, bu, sosial yardımın təyin olunmasından imtina edilməsi üçün əsasdır. Burada ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırığın göndərilməsi nəzərdə tutulan "Şöbənin ünvanlı sosial yardım üzrə işçisi" dedikdə həmin Nazirlik yanında DSMF-nin rayon (şəhər) şöbələrinin sosial yardım və sosial müavinətlər sektorunda işləyən məsləhətçilər və baş məsləhətçilər nəzərdə tutulur. Belə ki, ünvanlı dövlət sosial yardımı üçün müraciət edən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması,"Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması, məlumatlarda uyğunsuzluğun aşkar olunması və ya olunmaması haqqında akt tərtib edilməsi həmin sektorun işçilərinə həvalə edilmişdir. Müvafiq rayon (şəhər) şöbələrinin müdirləri "Ərizə bəyannamə"də göstərilən məlumatların doğruluğunu və müraciət edən şəxsin Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardımını almaq hüququ olan şəxs olduğunu təsdiq edərkən həmin işçilər tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi aktını əsas tutur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DSMF-nin Ağdaş rayon şöbəsinin sosial yardım və sosial müavinətlər sektorunun müvafiq olaraq baş məsləhətçisi və məsləhətçisi kimi ünvanlı dövlət sosial yardımı üçün müraciət edən ailələrə təyinatın verilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malik olmasalar da, "Ərizəbəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması və ailənin ünvanlı dövlət sosial yardımı üçün tələb olunan meyarlara cavab verməsinin müəyyən edilməsi üçün maddiməişət şəraitinin müayinəsinin aparılması və müəyyən edilmiş halların aktla təsdiq edilməsi onların vəzifələridir. Bu isə onların vəzifəli şəxs statusunu, müvafiq məsələlərlə əlaqədar hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək səlahiyyətinə malik olmalarını təsdiq edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş x xxxx 2020ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş x xxxx 2020ci il tarixli arayışdan və Ağdaş rayon məhkəməsinin 1(014)-10/2017 nömrəli iş üzrə x xxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 1174 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş rayon məhkəməsinin x xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzasının ödənilməsi üçün əmək haqqından 1.790 (bir min yeddi yüz doxsan) manat tutularaq dövlət nəfinə keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş x xxxx 2020-ci il tarixli 1807 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 12 ünvanında 1953-cü il təvəllüdlü anası X14, 1972-ci il təvəllüdlü arvadı X12 və 1995- ci il təvəllüdlü oğlu X7 ilə birlikdə yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş x xxxx 2020-ci il tarixli 1809 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 13 ünvanında 1970-ci il təvəllüdlü əri X28 və 1998-ci il təvəllüdlü oğlu X19 ilə birlikdə yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş vəsiqənin surətindən və tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 əri X4 Müharibəsi veteranıdır, onkoloji xəstəlikdən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş x xxxx 2020-ci il tarixli 127 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Ağzıbir kəndində 1984-cü il təvəllüdlü arvadı X3, 2005-ci il təvəllüdlü oğlu X15 və 2008-ci il təvəllüdlü qızı X8 ilə birlikdə yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş X9 tərəfindən məhkəməyə daxil olmuş müraciətdən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dayısı X1 müharibəsi zamanı şəhid olmuş, atası onkoloji xəstədir. Cinayət işinin materiallarına əlavə edilmiş "Ağdaş rayon Mərkəzi Xəstəxanası" publik hüquq şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 598 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda olmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4141 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xx/xx-5828 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmamışlar. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Bayraz qızının barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs1 Nuslət oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların təqsirli olaraq ittiham olunduqları cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə CM-in 311.3.1 və 311.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 münasibətdə CM-in 311.3.1-ci və Təqsirləndirilən şəxs3 münasibətdə isə CM-in 32.5, 311.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. CM-in 311-ci maddəsinin mənasına görə həmin cinayət formal tərkibli olmaqla vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi anından artıq rüşvət alma cinayətinin tərkibi yaranmış olur. Təqsirləndirilən şəxs1 Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində işləməklə qızına ünvanlı sosial müavinət təyin edilməsi üçün ona müraciət edən Əvəz Ələkbərovdan sonuncunun qızına ünvanlı sosial yardımın aparılması üçün Təqsirləndirilən şəxs3 vasitəsilə 500 manat pulu istədiyi andan onun əməlində rüşvət alma cinayəti başa çatmış, eyni zamanda Təqsirləndirilən şəxs3 da həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 rüşvət istəməsinə köməklik etmişdir. Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi işlədiyi işin xüsusiyyətinə görə müraciət edən hər bir şəxsin yaşadığı ünvanda ailənin maddi-məişət şəraitinin müayinəsi səlahiyyətinə malik olduğundan və həmin müayinə aktının ünvanlı sosial yardımın təyin olunmasına birbaşa təsiri olduğuna görə məhkəmə kollegiyası onun əməlində rüşvət alma cinayətinin əlamətlərinin olması qənaətinə gəlir. Eyni zamanda Təqsirləndirilən şəxs2 da öz vəzifə səlahiyyətlərinə görə şəxsin yaşadığı ünvanda ailənin maddi-məişət şəraitinin müayinəsini aparan şəxs olduğundan və onun tərəfindən tətrib olunmuş aktın birbaşa ünvanlı sosial yardıma təsir edə biləcəyi nəzərə alınaraq onun tərəfindən Əvəz Ələkbərovdan ünvanlı sosial yardım üçün 1000 manat pul istədiyi andan artıq onun əməlində rüşvət alma cinayəti başa çatmışdır. Təqsirləndirilən şəxs1 özünü müdafiə üçün gətirdiyi dəlillərdə qızı Şahid2 ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün müraciət edən Şahid1 Təqsirləndirilən şəxs3 yanına göndərmədiyini, sonuncuya Şahid1 400 manat pul almasını tapşırmadığını, bacanağı Şahid4 Şahid1 üçün ondan xahiş etmədiyini, Şahid4 800 manat pul müqabilində Şahid1 qızı Şahid2 ünvanlı sosial yardımın təyin edilməsində kömək edəcəyini demədiyini, eləcə də Təqsirləndirilən şəxs2 Şahid1 yanına pul danışması və pul alması üçün göndərmədiyini bildirməsinə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü müdafiəsi üçün verdiyi ifadə kimi qiymətləndirməklə iş hallarına uyğun olmayan ifadə kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş telefonla ötürülən məlumatlardan görünür ki, Şahid2 ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etdiyi vaxtda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istifadələrində olan telefon nömrələri arasında bir neçə dəfə telefon danışığı aparılmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 həmin danışıqların mahiyyətini izah edərkən Təqsirləndirilən şəxs1 ona Şahid1 əvvəlcə 500 manat, daha sonra maddi imkanını nəzərə alaraq 400 manat pul almasını tapşırdığını bildirmişdir. Keçirilmiş üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs3 həmin ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı qətiyyətlə bəyan etmişdir. Təqsirləndirilən şəxs1 ilə Şahid1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmələr zamanı da Şahid1 onu qızı Şahid2 ünvanlı sosial yardım işinin həll edilməsi üçün Təqsirləndirilən şəxs3 yanına göndərdiyini, həmin vaxt Təqsirləndirilən şəxs3 tapşırıq verərək ondan 400 manat pul almasını, Təqsirləndirilən şəxs2 isə onu Şahid1la görüşə sonuncu ilə pul danışması, 800 manata razı olmayaraq 1.000 manat tələb etməsi üçün göndərdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı qətiyyətlə bəyan etmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən və cəzadan yayınmağa yönəlmiş, bu məqsədlə özündən uydurulmuşdur. Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün gətirdiyi dəlillərdə Şahid1, Təqsirləndirilən şəxs1 və digər şəxslərin əvvəllər aralarında olan münasibətdən heç zaman xəbəri olmadığını, onların arasında aparılan danışıqların heç birində iştirak etmədiyini, niyyət və məqsədlərində birbaşa və ya dolayı iştirakının olmadığını göstərmişdir. 20 və xx xxx 2020-ci il tarixlərdə əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında olan görüşlərin xüsusi texniki vasitələrlə qeydə alındığı videogörüntülərə baxış zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Şahid1 qızı Şahid2 ünvanlı dövlət sosial yardımı almasının asan iş olmadığını, sonuncu elektron müraciətdə göstərdiyi ünvanda yaşamasa da onu həmin ünvanda yaşayırmış kimi rəsmiləşdirəcəklərini, lakin bunun üçün 400 manat pulun kifayət etmədiyini, əgər 1.000 manat verərsə həmin işinin müsbət həllinin mümkün olduğunu bildirmiş, yəni Şahid1 rüşvət qismində alacağı pulun məbləğinin razılaşdırılması üçün onunla sövdələşmiş, sonuncudan tələb etdiyi və cinayətin predmetinə çevrilən pul müqabilində səlahiyyətləri çərçivəsində öz üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, onlar, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidirlər. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, ilk dəfə cinayət törətməsi, himayəsində bir az yaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, əri X17 Qarabağ Müharibəsi veteranı olması, onkoloji xəstəlikdən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin başlanğıcı xx xxx 2020-cu il tarixdən, Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin başlanğıcı isə xx xxx 2020-ci ildən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi gücündə saxlanılmalıdır. CM-in 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzasının ödənilməmiş 1210 AZN (min iki yüz on manat) hissəsi ona təyin edilmiş cəzaya tam birləşdirilməklə qəti cəza təyin edilməlidir. CM-nin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkum olunduğundan onun əməlində cinayətin residivi yoxdur. Məhəkəmə CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, onun Əvəz Ələkbərovdan aldığı 400 manat pulu sonradan qaytarmasını, qadın olmaqla ailəsinin yeganə qazanc gətirəni olmasını, onkoloji xəstə olan ərinin qulluğa ehtiyacının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və s. halları nəzərə alaraq onun barəsində təyin edilən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın şərti olaraq tətbiq edilməsini mümkün sayır. CM-in 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ona təyin edilən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı 02 (iki) il sınaq müddəti ilə çəkməli, CM-in 70.5-ci maddəsinə əsasən həmin dövrdə onun üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.1-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəliliyini, onların şəxsiyyətini nəzərə alaraq onlara dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzası təyin olunmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 127,98 AZN (bir yüz iyirmi yeddi manat doxsan səkkiz qəpik) ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs1 Nuslət oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 42,66 AZN (qırx iki manat altmış altı qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. CM-in 67-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzasının ödənilməmiş 1210 AZN (min iki yüz on manat) hissəsi ona təyin edilmiş cəzaya tam birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il, 06 (altı) ay dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya və 1210 AZN (min iki yüz on manat) cərimə cəzasına məhkum edilsin. Cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.1cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 02 (iki) il dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs3 dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs3 üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi gücündə saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın, 10 ədəd C69989045, C64785773, A85439402, C35365791, C49680013, A37163189, C06913273, A78243077, C40724283, C43003450 nömrəli 100 Azərbaycan manatı nominallı əskinaslar Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 127,98 AZN (bir yüz iyirmi yeddi manat doxsan səkkiz qəpik) ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs1 Nuslət oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 42,66 AZN (qırx iki manat altmış altı qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar