Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-25/2022 06.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Müdafiəçi – İsmayıllı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə İsmayıllı rayonunun Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İsmayıllı rayonunun Göytəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edib saxlamış, 2021-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda, İsmayıllı rayonunun Göytəpə kəndi ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X11 X2 meşəbəyliyinin 15 saylı meşə dolayına aid meşə sahəsində 7 metr enində 10 metr uzunluğunda olan 70 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək torpaq üzərində ümumilikdə külli miqdar təşkil edən 41 (qırx bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 110 santimetrdən 320 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 02.08.2021-ci il tarixdə, saat 16 radələrində İsmayıllı rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 95 (doxsan beş) kiloqram 940 (doqquz yüz qırx) qram olan ümumilikdə 41 (qırx bir) ədəd çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, о, İsmayıllı rayon Göytəpə kəndində yaşayır, əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X11 X2 meşə bəyliyinin 15 saylı meşə dolayının meşə gözətçisi işləmişdir, hazırda heç yerdə işləmir. 2020-ci ilin mart ayında İsmayıllı rayonunun Göytəpə kəndində yerləşən meşə zolağında gəzərkən orada yabanı halda yetişmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını görüb yığmışdır və həmin toxumları yaşadığı evdə heç kimə demədən saxlamışdır. 2021-ci ilin aprel ayında qərara almışdır ki, həmin ay İsmayıllı rayonunun Göytəpə kəndinin ərazisində yerləşən meşə sahəsinə gedərək üzərində saxladığı toxumları orada əksin. Özü Göytəpə kəndinin meşə ərazisində meşə gözətçisi işlədiyi üçün meşə sahəsini yaxşı tanımış və buna görə orada çətənə bitkiləri əkdiyini kimsə bilməyəcəkmiş və o, da bu barədə kiməsə heç nə deməyəcəkmiş. Buna görə də 2021-ci ilin aprel ayında meşə sahəsinə gedərək orada təxminən 70 m2 sahəni əhatə edən yeri ağaclardan və kollardan təmizləmiş, daha sonra üzərində olan təxminən 50 ədəd toxumu yerə əkmişdir. Həmin toxumlardan 41-i cücərmişdir və bir müddət sonra böyümüşdür. 15 gündən bir gedərək həmin yerə nəzarət etmiş və oranı alaq-otlarından təmizləmiş, hazırki vaxtadək bir dəfə bitkiləri suvarmışdır. Mütəmadi olaraq yağış yağdığı üçün bitkilərə su verməyə ehtiyac qalmırmış. Bitkilərə su verərkən plastik qablardan istifadə etmişdir. Həmçinin bitkiləri zərərli həşəratlardan qorumaq və onların yaxşı inkişafını təmin etməkdən ötrü diblərinə peyin verirmiş. 2 avqust 2021-ci il tarixdə saat 16 radələrində çətənə bitkilərinin yanında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra olduğu yerdə aşkar olunmuş narkotik tərkibli bitkilərə bənzər kollarının nə olması, kimə məxsus olması barədə soruşulduqda o, həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinin kolları olduğunu, həmin kolların özünə məxsus olduğunu etiraf etmişdir və həmin bitkilərə yalnız özünün qulluq etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və mütəxəssis qismində dəvət olunmuş aqranomun iştirakı ilə həmin yerdə əkdiyi, çətənə bitkilərinə oxşar bitkilərə baxış keçirilmişdir. Aşkar edilmiş 41 ədəd bitkilər bağlamaya yığılaraq qablaşdırılmışdır. Baxış zamanı videoçəkiliş edilərək protokol tərtib olunmuşdur. Onun həmin 41 ədəd çətənə bitkilərini əkibbecərməkdə məqsədi, həmin çətənə bitkiləri tam yetişdikdən sonra yığıb qurudaraq gələcəkdə özü üçün istifadə etmək olmuşdur. Hazırda əməlindən peşman olmasını, gənc olmasını nəzərə alaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatına malik olduğundan 02.08.2021-ci il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almış, dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs və Mamedov X5 rayonu Göytəpə kəndi ərazisindəki meşə sahəsində olarkən sonuncularla rastlaşmışlar, yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs və Şahid2 təqdim etmişlər, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmasında şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini və həmin əraziyə baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı İsmayıllı rayon Göytəpə kəndi ərazisində yerləşən həmin meşə sahəsində, təxminən 70 kvadrat metr ərazidə narkotik təbiətli bitkilərə oxşar bitkilərin əkilib-becərilməsi yeri aşkar olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs həmin bitki kollarının nə olması, kimə məxsus olması barədə soruşmuş, sonuncu həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinin kolları olduğunu, həmin kolların özünə məxsus olduğunu etiraf etmiş, həmin bitkilərə yalnız özünün qulluq etdiyini və yetişdirdiyini bildirmişdir. Həmçinin keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yanında, şəxsiyyəti həmin vaxtı məlum olmuş, İsmayıllı rayon Göytəpə kənd sakini Şahid2 da olması müşahidə olunmuşdur. Sorğu zamanı Şahid2 həmin əraziyə ilk dəfə elə həmin vaxtı və Təqsirləndirilən şəxs dəvətilə gəldiyini, həmin yerdə əkilmiş çətənə bitkilərini Təqsirləndirilən şəxs ona elə həmin vaxtı göstərdiyini və sonuncuya aid olmasını, onun isə bundan məlumatı olmadığını deməsini bildirmişdir. Bundan sonra digər polis əməkdaşlarının və mütəxəssis qismində dəvət olunmuş aqranomun iştirakı ilə həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərə baxış keçirilmiş, aşkar edilmiş narkotik təbiətli bitkilərə oxşar bitkilər torpaqdan bir-bir çıxardılaraq sayılmı və ümumilikdə 41 ədəd olmuş, həmin bitkilər bir ədədə iri sellofan bağlamaya bükülərək qablaşdırılmış və ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüşdür. Daha sonra polis şöbəsində vəkilin dəiştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və lakin hər hansı qanunsuz əşya və ya predtmet aşkar olunmamışdır. Bundan sonra 03.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayıllı rayon Göytəpə kəndində yerləşən yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı həmin evdən və evin həyətyanı sahəsindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs kultivasiya edib yetişdirdiyi narkotik tərkibli bitkilərin toxumlarını hardan əldə etməsi barədə hələlik hər hansı bir əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması və ya kimlərlə sə birlikdə narkotik vasitələrdən istifadə etməsi, həmçinin narkotik tərkibli bitkilər kultivasiya etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamış, həmçinin Şahid2 narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması və ya kimlərləsə birlikdə narkotik vasitələrdən istifadə etməsi, həmçinin narkotik tərkibli bitkilər kultivasiya etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, İsmayıllı rayon Göytəpə kəndində yaşayır, Təqsirləndirilən şəxs onun dostudur, münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs meşə gözətçisi işləmişdir. 02 avqust 2021-ci il tarixdə saat 15 radələrində Namiz ona meşəyə getməyi təklif etmiş, sonuncu meşə işçisi olduğu üçün meşəyə tez-tez gedirmiş, həmin vaxtı o, da bekar olduğu üçün Təqsirləndirilən şəxs ilə getməyə razılıq vermiş və onlar birlikdə meşə sahəsinə getmişlər, yolda olarkən Namiz ona çətənə bitkilərinin əkdiyini və həmin yeri ona göstərmək istədiyini demiş, o, etiraz etməmiş və onlar həmin yerə getmişlər, həmin tarixdə saat 16 radələrində çətənə bitkilərinin yanında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, bundan sonra olduğu yerdə aşkar olunmuş narkotik tərkibli bitkilərə bənzər kollarının nə olması, kimə məxsus olması barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkil kolları olduğunu, həmin kolların sonuncu özünə məxsus olduğunu etiraf etməsini və həmçinin həmin bitkilərə yalnız sonuncu özünün qulluq etməsini deməsini bildirmişdir. Sorğu zamanı o, isə həmin çətənə bitkilərini ilk dəfə idi gördüyünü və onlara qulluq göstərmədiyini demişdir. Bundan sonra polis əməkdaşlarının və mütəxəssis qismində dəvət olunmuş aqranomun iştirakı ilə həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərə baxış keçirilmiş, həmin bitkilər torpaqdan birbir çıxarılaraq bir yerə yığılmış, sayılmış və ümumi sayları 41 ədəd olmuş, aşkar edilmiş həmin 41 ədəd bitkilər bağlamaya yığılaraq qablaşdırılmış, baxış zamanı videoçəkiliş edilərək protokol tərtib olunmuşdur. İsmayıllı rayon Göytəpə kəndi ərazisində yerləşən meşə sahəsindən aşkar edilmiş həmin 41 ədəd çətənə bitkilərini Təqsirləndirilən şəxs əkib-becərmiş, Namiz ona 02.08.2021-ci il tarixdə saat 16 radələrində saxlanılmazdan bir qədər əvvəl həmin çətənə bitkiləri əkdiyi ərazini göstərmiş, o, ilik dəfə elə həmin vaxtı Təqsirləndirilən şəxs çətənə bitkiləri əkdiyi sahəni və çətənə kollarını görmüş, həmin zaman da polis əməkdaşları onu saxlamış, o, çətənə bitkiləri əkib-becərməsi və kultivasiya etməsində Təqsirləndirilən şəxs hər hansı bir köməklik göstərməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri Cavanşir küçəsi ev 21A, mənzil 16 ünvanında ailəsi ilə birlikdə yaşayır, Azərbaycan Dövlət Aqrar universitetinin Aqranomluq fakultəsini bitirmişdir və hazırda X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. 02.08.2021-ci il tarixdə təxminən saat 15 radələrində İsmayıllı rayon polis şöbəsinin bir neçə əməkdaşları onun yaşadığım ünvana gələrək özlərini təqdim etmişlər, ona narkotik tərkibli bitkilərin əkib-becərməsində şübhəli olan İsmayıllı rayonu Göytəpə kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs İsmayıllı rayon Göytəpə kəndi ərazisində yerləşən meşə sahəsində narkotik təbiətli bitkilər əkib-becərdikləri yerə baxış keçirəcəklərini, həmin prosesdə onun da mütəxəssis kimi iştirak etməyi xahiş etmişlər, o, keçiriləcək baxışda iştirak etməyə könüllü olaraq razılıq vermiş və polis işçiləri ilə birlikdə göstərilən meşə sahəsinə getmişlər, həmin yerdə əvvəllər tanımadığı, şəxsiyyəti həmin vaxtı ona məlum olan Təqsirləndirilən şəxs görmüş, sonuncunun narkotik təbiətli bitkilər əkib-becərdiyi meşə sahəsinə baxış keçiriləcəyi bildirilmiş, baxış zamanı İsmayıllı rayon Göytəpə kəndi ərazisində yerləşən həmin meşə sahəsində, təxminən 70 kvadrat metr ərazidə narkotik təbiətli bitkilərə oxşar bitkilərin əkilib-becərilməsi yeri aşkar olunmuş, həmin vaxtı o, göstərilən torpaq sahəsini və həmin torpaq sahəsində əkilib-becərilmiş bitkiləri müayinə etmiş, müayinə zamanı məlum olmuş ki, qeyd olunan torpaq sahəsində əkilib-becərilmiş bitkilər narkotik təbiətli çətənə bitkilərinə oxşar bitkilərdir, həmin bitkilərin əkilib-becərildiyi torpaq çürüntülərlə zəngin olmuş, torpağa lazımı qida maddələri verilmiş, yumuşadılmış və suvarılmışdır. Həmin bitkilərə aqratexniki qaydada qulluq edilmiş, bitkilərin dibləri alaq otlarından təmizlənmiş və bunun nəticəsində bitkilərin inkişafı üçün əlverişli şərait yaranmışdır. Həmçinin keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yanında, şəxsiyyəti həmin vaxtı ona məlum olmuş, İsmayıllı rayon Göytəpə kənd sakini Şahid2 da olması müşahidə etmiş, sorğu zamanı Şahid2 həmin əraziyə ilk dəfə elə həmin vaxtı və Təqsirləndirilən şəxs dəvətilə gəldiyini, həmin yerdə əkilmiş bitkilərin Təqsirləndirilən şəxs ona elə həmin vaxtı göstərdiyini və sonuncuya aid olmasını, onun isə bundan məlumatı olmadığını deməsini bildirmiş. Aşkar edilmiş narkotik təbiətli bitkilər torpaqdan bir-bir çıxardılaraq sayılmış və ümumilikdə 41 ədəd olmuş, həmin bitkilər bir ədədə iri sellofan bağlamaya bükülərək qablaşdırılmış və ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin meşə sahəsində başqa cinayət xarakterli digər əşya və predmetlər, eləcə də narkotik vasitələr vardırsa təqdim etməsi təklif olunmuş, lakin sonuncu hər hansı bir cinayət xarakterli əşya və ya vasitə olmadığını bildirmiş, baxış zamanı həmin meşə sahəsində başqa hər hansı bir cinayət xarakterli əşya və predmetlər aşkar olunmamış, baxış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib olunmuş, o, və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təstiq edilmişdir. Cinayət işinin materiallarında olan 02.08.2021-ci il tarixli “Raport”dan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı rayonu Göytəpə kəndində yaşayan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkib yetişdirilməklə kultivasiya etməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan 02.08.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 03). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02.08.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə İsmayıllı rayonu Göytəpə kəndində yerləşən meşə zolağında baxış keçirilərkən külli miqdarda, cəmi 41 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar olunaraq götürülmüşdür. Video çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər.18-20). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02.08.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, İsmayıllı rayonu Göytəpə kəndində yerləşən meşə zolağında aşkar edilmiş torpağa əkilmiş 41 ədəd bitkilər ayrıayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03 avqust 2021-ci il tarixli, 17/570 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd göy rəngli böyük polietilen bağlamanın içərisindəki 41 (qırx bir) ədəd, hündürlükləri 110-sm-dən 320 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 95 kq 940 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranom Şahid1 Ağa oğlu tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli aqranom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 99-101). Cinayət işinə əlavə edilmiş İsmayıllı rayon X6 Hüquqi Şəxs tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli 02-01-1511/21 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 200). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 20 sentyabr 2021-ci il tarixli 1109 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 221). Cinayət işinin materiallarında olan 21.09.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs оğlu barəsində CM-in 237.2.1 və 188-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edimiş, həmçinin Şahid2 barəsində CM-in 237.2.1, 237.2.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edimiş (cild 01, iş vər. 224-238). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu, Göytəpə kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 176-178) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 194-195) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halların, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, yəni meşə gözətçisi olduğu halda qeyd edilən cinayəti törətməsini, beləliklə də şəxsiyyətinin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Tutma haqqında” 02.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 32-33). Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 02.08.2021-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 172- 175). Şəki Ağır Cinayətlər Məhkəməsinin 13.10.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməli, onun 02.08.2021-ci il tarixdən 13.10.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 02 (iki) ay 11 (on bir) gün müddət cəzasına hesablanmaqla ona təyin olunan cəzadan çıxılmalıdır. Cəzasının başlanğıcı isə hökm elan edildiyi gündən, yəni 06.04.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və İsmayıllı RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 41 ədəd, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 95 kq, 939.50 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02.08.2021-ci il tarixdən 13.10.2021-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu ümumilikdə 02 (iki) ay 11 (on bir) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il 09 (doqquz) ay 19 (on doqquz) gün müddət azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 41 ədəd, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 95 kq, 939.50 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-25/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-25/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver