Məhkəmə qərarları › İş №1(091)-25/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-25/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-25/2023 28.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Yevlax rayonu Hacıselli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Yevlax rayon Hacıselli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx xxx 1993-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3cü maddələri ilə təqsirli bilinərək 02 il 22 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü dəyişdirilərək onun üzərində 02 il 04 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Yevlax rayon Hacıselli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.2, 228.4, 234.4.3, 237.2.1, 237.2.3 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xx.xx.1968-ci il təvəllüdlü atası Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib 2022-ci il mart aynının əvvəllərində istintaqa məlum olmayan gündə və vaxtda vahid niyyətlə həmin toxumları qəsdən yaşadığı Yevlax rayonu Hacıselli kəndi ərazisində bir-birindən təxminən 150 metr məsafədə yerləşən torpaq sahələrində kolluqlarla əhatə olunmuş ərazilərdə torpaq üzərində qanunsuz olaraq əkib, külli miqdarda ümumilikdə 87 ədəd əkilibbecərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, 29 iyun 2022-ci il tarixdə, saat 23:00-dan 23:55-ə qədər olan müddətdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun Hacıselli kəndi ərazisində yerləşən ətrafı kollarla əhatələnmiş torpaq sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında kültivasiya etdikləri hündürlükləri 70 sm-dən 4 metrədək, ümumi çəkisi - 89 kq 970 qram külli miqdarda 47 ədəd əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, xx.xx.2022-ci il tarixdə saat 15:15 dəqiqədən 15:55 dəqiqəyədək olan müddətdə isə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılması zamanı Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonunun Hacıselli kəndi ərazisində yerləşən ətrafı kollarla əhatələnmiş torpaq sahəsində kültivasiya etdikləri hündürlükləri 45 sm-dən 1,30 metrədək, ümumi çəkisi- 5 kq 650 qram külli miqdarda 40 ədəd əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Yevlax rayonunun Hacıselli kəndi ərazisində yerləşən ətrafı kollarla əhatələnmiş torpaq sahəsinə kultivasiya etdiyi əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarından istintaqla müəyyən edilməyən vaxtda qəsdən satış məqsədilə 2930,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etməklə, həmin qurudulmuş marixuanaları 1 ədəd sellofan torbada 1410,0 qram və 1 ədəd sintetik torbada 1520,0 qram olmaqla qablaşdıraraq həmin ərazidə kolluqların arasında gizlətməklə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:15 dəqiqədən 15:55 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində Yevlax rayonunun Hacıselli kəndi ərazisində yerləşən ətrafı kollarla əhatələnmiş torpaq sahəsində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılması zamanı Təqsirləndirilən şəxs1 orada kolluqların arasında qəsdən satış məqsədilə əldə edib saxladığı 1 ədəd sellofan torbada 1410,0 qram və 1 ədəd sintetik torbada 1520,0 qram olmaqla ümumilikdə təmiz çəkisi 2930,0 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Yevlax rayonun Hacıselli kəndi ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etdiyi torpaq sahəsində olarkən həmin ərazidə xidmət aparan Yevlax Rayon Polis X22 Xitməti Bölüyünün polis nəfərləri, polis baş serjantı Zərərçəkmiş şəxs və polis serjantı Şahid1 onun çətənə (kannabis) bitkilərini kultivasiya etdiyi həmin əraziyə yaxınlaşıb ona “dayan polis” dediyini eşidib polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hadisə yerindən qaçmaq məqsədilə əlində olan fənərin gur halda yanan işığını polis əməkdaşı Zərərçəkmiş şəxs üzünə tərəf tutub sonuncunun görməsini məhdudlaşdıraraq üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən xəncəri silah qismində istifadə etməklə xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs bədən nahiyyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran daxili qanaxma ilə ağırlaşan qarnın ön divarının boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş bıçaq xəsarəti yetirərək hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs zor tətbiq etməklə müqavimət göstərməklə sonuncunun xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs2 xx.xx.1993-cü il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib 2022-ci il mart aynının əvvəllərində istintaqa məlum olmayan gündə və vaxtda vahid niyyətlə həmin toxumları qəsdən yaşadığı Yevlax rayonu Hacıselli kəndi ərazisində birbirindən təxminən 150 metr məsafədə yerləşən torpaq sahələrində kolluqlarla əhatə olunmuş ərazilərdə torpaq üzərində qanunsuz olaraq əkib, külli miqdarda ümumilikdə 87 ədəd əkilib-becərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, 29 iyun 2022-ci il tarixdə, saat 23:00-dan 23:55-ə qədər olan müddətdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən Yevlax rayonunun Hacıselli kəndi ərazisində yerləşən ətrafı kollarla əhatələnmiş torpaq sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında kültivasiya etdikləri hündürlükləri 70 sm-dən 4 metrədək, ümumi çəkisi - 89 kq 970 qram külli miqdarda 47 ədəd əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, xx.xx.2022-ci il tarixdə saat 15:15 dəqiqədən 15:55 dəqiqəyədək olan müddətdə isə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılması zamanı Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonunun Hacıselli kəndi ərazisində yerləşən ətrafı kollarla əhatələnmiş torpaq sahəsində kültivasiya etdikləri hündürlükləri 45 sm-dən 1,30 metrədək, ümumi çəkisi- 5 kq 650 qram külli miqdarda 40 ədəd əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı CM-in 126.2.2, 228.4, 234.4.3, 237.2.1, 237.2.3 və 315-ci maddələri ilə irəli sürülən ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı kəndin ərazisində kanalın yanındakı kolluqla əhatə olunmuş ərazidə 47 ədəd çətənə kolu əkmişdir. Bir gün axşam əkdiyi çətənə kollarını suvarmaq məqsədi ilə həmin əraziyə getmişdir. O, hadisə yerinə çatanda qəfil bir nəfər üzərinə qaçmış, üzərinə qaçan şəxs onun əlində olan xəncərə dəyərək xəsarət almışdır, o isə dərhal oradan uzaqlaşmışdır. O, həmin zərərçəkmiş şəxsin polis əməkdaşı olmasını bilməmiş və qəsdən həmin şəxsə xəsarət yetirməmişdir. Ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamla bağlı bildirmişdir ki, aşkar olunan qurudulmuş marixuana ona aid olmamışdır. Ona aid olan 47 ədəd çətənə kolu olmuşdur. Eyni zamanda, 126.2.2-ci maddə ilə ona qarşı irəli sürülən ittihamla bağlı bildirmişdir ki, o, qəsdən kiməsə xəsarət yetirməmişdir. O, çətənə kolları əkdiyi əraziyə gecə vaxtı girən zaman 1-2 metr məsafədən bir nəfər şəxs qəfil ağacın yanından üzərinə qaçmış və əlindəki xəncər ona xəsarət yetirmişdir. O, hadisə yerindən qaçandan sonra bilmişdir ki, xəsarət alan şəxs polis əməkdaşıdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun üzərində xəncər saxlamaqda məqsədi narkotik tərkibli çətənə kolları əkdiyi ərazidə kolları təmizləmək və vəhşi heyvanlardan özünü müdafiə etmək olmuşdur. Hadisə vaxtı əlində alışqanın fənəri olmuş, alışqanın fənəri onun yolu görməyi üçün kifayət etmişdir. O, əkin sahəsinə kolların arasında olan kiçik cığırla daxil olurmuş. Həmin cığırdan yenicə əkin sahəsinə daxil olan zaman 1-2 metr məsafədən ağacın yanından bir nəfər onu tutmaq üçün üzərinə qaçmışdır. O, üzərinə qaçan bir nəfəri görmüş, daha sonra öyrənmiş ki, orada 2 nəfər olmuşdur. O, kiçik cığırdan çıxanda əlində alışqan fənəri olmuş və istər-istəməz işığı üzərinə qaçan şəxsə tərəf tutmuş, lakin hadisə ani olduğundan, hansı hissəsinə işıq saldığını xatırlamamışdır. O, xəncərin həmin şəxsə dəydiyini hiss etmişdir. Xəncər elə ölçüdə olmuşdur ki, o, zərərçəkmiş şəxsi vurmaq istəsə, ona çox ağır xəsarət yetirmək iqtidarında olmuşdur. Ona yaxınlaşan zaman polis nəfəri heç nə deməmiş və heç bir göstəriş verməmişdir. O eşitmişdir ki, şəxs xəncərlə xəsarət alandan sonra demiş ki, əlində bıçaq var. Zərərçəkmiş şəxs polis əməkdaşı olduğunu səsli olaraq hadisə vaxtı bildirməmişdir. O, zərərçəkmiş şəxsin polis formasında olduğunu görməmişdir və formanın üzərindən başqa paltar geyinmiş ola biləcəyini düşünmüşdür. O, çətənə kollarını özü əkmiş və bununla atası Təqsirləndirilən şəxs2 əlaqəsi olmamışdır. O, ibtidai istintaqda da məhkəmədə verdiyi ifadəni vermişdir, lakin ittiham aktında oxumuşdur ki, fərqli ifadə yazılmışdır. O, yazıb bildirmişdir ki, onun işinə qərəzli baxılmış və ona işgəncə verilmişdir. Belə ki, zərər çəkmiş şəxs polis əməkdaşı olduğundan, müstəntiq onun işinə qərəzli baxmışdır. O, Mingəçevir Şəhər Polis Bölməsinə gedərkən saat 2-3 radələri olarmış, orada təslim olduqdan 30-40 dəqiqə sonra Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları gəlib onu aparmışlar. O, ibtidai istintaqda əkdiyi çətənə kolları ilə atasının və ya qardaşının da əlaqəsinin olmasını bildirməmişdir. O, Yevlax Yevlax Rayon Polis Şöbəsinə aparılanda bədənində heç bir xəsarət olmamışdır. O, Yevlax Yevlax Rayon Polis Şöbəsinə daxil olmağı ilə bağlı həmin polis şöbəsinin təhlükəsizlik kameralarına baxış keçirilsə, müəyyən olunar ki, onda heç bir xəsarət olmamışdır. Lakin hadisə yerinə baxış keçirilməsi ilə bağlı protokola əlavə edilmiş CD diskə baxış keçirilsə, onun üz-gözünün qan içində olması müəyyən olunar. O, Gəncə şəhərində yerləşən istintaq təcridxanasına aparılanda xəsarətlərə görə qəbul edilməmişdir. Gəncədən müstəntiq onu prokurorluğa gətirəndə kağız gətirmişlər ki, onda xəsarətlər var və ekspert təyin olunmalıdır. Sonra bildirmişlər ki, səhvlik olmuşdur. O qaçıb gizlənən vaxtları ailə üzvlərindən xəbəri olmamış, hadisə günü saat gecə 4-5 radələrində qardaşını göndərmişlər ki, onu tapsın. O, qardaşı ilə rastlaşanda öyrənmişdir ki, gecə atasını polis şöbəsinə aparmışlar. Eyni zamanda, qardaşını və anasını da polis şöbəsinə aparmışlar. O, ibtidai istintaq zamanı qarşılaşdığı qanunsuzluqlarla bağlı şikayət ərizələri yazmış, bununla bağlı ona cavab gəlmişdir ki, lazımi yerlərə şikayətlə bağlı məlumat verilib və araşdırma aparılacaqdır. Onu hadisə yerinə səhər saatlarında aparmışlar və orada qurudulmuş marixuana və ya çətənə kolları olmamışdır. Ona orada bildirmişdirlər ki, əlinlə göstər ki, ağacları harada əkmisən, o isə əkdiyi yerləri göstərmişdir. Daha sonra onu təxminən 150 metr məsafədə olan bir kolluq əraziyə aparmışlar və orada 40-45 ədəd balaca ağaclar olmuşdur. Əgər CD diskə baxış keçirilsə, həmin qurudulmuş marixuananı polislərin özünün göstərdiyi müəyyən olunar. Eyni zamanda, belə rəsmiləşdirilmişdir ki, güya əkilən bitkilərdən o, satış məqsədi ilə qurutmuşdur. Atası Təqsirləndirilən şəxs2 bu işlə əlaqəsi olmamışdır. O, narkotik tərkibli bitki əkdiyini qəbul etmiş, CM-in 237.2.1 və 228.4-cü maddələri ilə irəli sürülən ittihamları qəbul etmiş, lakin CM-in 126.2.2, 234.4.3, 237.2.3 və 315-ci maddələrlə irəli sürülən ittihamları qəbul etməmişdir. İbtidai istintaq zamanı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə çıxarılmış, lakin orada ondan heç nə soruşmamışlar və o da xəsarətlərlə bağlı heç nə deməmişdir. O, 2 X2 olunan təzyiqlərlə bağlı məlumat vermişdir. 2 gün sonra müstəntiq ekspertlə gəlmiş, ekspert onun bədənində olan xəsarətləri görmüş və bununla bağlı nə isə yazaraq çıxıb getmişdir. O elə bir şey yazmamışdır ki, iş materialları ilə tanış olmuş və heç bir etiraz və ya vəsatəti yoxdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, saat 07:00-da yuxudan oyanmış və Yevlax rayon Hacıselli kəndinin yaxınlığında olan körpünün yanında mal-heyvanları qarşılamağa getmişdir. O həmin günü saat 14 radələrinədək qonşusu Nacab Məmmədov ilə Hacıselli kənd qəbirstanlığının yaxınlığında yerləşən otlaq sahəsində olmuşdur. Saat 14-də qardaşı İsabəy onun yanına gəlmiş, o da mal-heyvanı ona təhvil vermiş ozü isə evə günorta yeməyi yeməyə getmişdir. O, yeməyini yedikdən sonra Nacafın da yeməyini anası hazırlamış, o da yeməyi götürərək Nacafın yanına geri qayıtmışdır. Daha sonra o evə geri qayıtmışdır. Saat 18:30 dəqiqədə Yevlax rayon Hacıselli kənd qəbirstanlığına gedib orada havanın qaralmağını gözləmişdir. Təxminən orada 40 dəqiqə dayanmışdır. Həmin vaxt 2 nəfər şəxsin əllərində fənər işığı ilə qəbirstanlığın arxa tərəfindən asfalt yola tərəf gəldiklərini görmüşdür. Bundan sonra o da qəbirstanlığın arxa tərəfindən keçib arxın üzərində olan taxta körpüdən keçərək sağa tərəf dönüb təxminən 100 metr getdikdən sonra dəmir materiallı çəpərin üzərindən tullanıb yonca əkilmiş torpaq sahəsinə tərəf gedib qaraağac deyilən ağacın yaxınlığına getmiş, daha sonra əkin sahələrinə daxil olmuşdur. Bundan sonra narkotik vasitə olan çətənə kollarını əkdiyi yerə çıxan torpaq yol ilə arxın sahilinə qalxmışdır. Orada olan su qabı ilə arxdan su götürərək çətənə kollarını sulamışdır. O həmişə çətənə kollarını sulamağa gedəndə evdə özümün olan xəncəri götürmüşdür ki, torpaq yolla arxın sahilinə qalxanda ətrafda olan yabanı kolları təmizləsin. Həmin vaxt da xəncər onun üzərində olmuşdur. Daha sonra gəldiyi cığır (torpaq) yolla geri qayıtmaq istəmiş, bu zaman onun sol əlində fənər və xəncərin qını sağ əlində isə xəncər olmuşdur. Geri qayıtmaq üçün cığıra yaxınlaşan zaman 2 nəfər şəxs cığırdan yuxarı qalxaraq ona bildirmişdir ki, ”yat yerə” həmin vaxt o anlamışdır ki, onlar polis əməkdaşlarıdır. Həmin vaxt polis əməkdaşlarından biri onun üzərinə gələn zaman əlində olan fanarın işığını həmin polis əməkdaşının üzünə tuşlamış və xəncər ilə onun qarın boşluğuna 01 dəfə xəncərlə vurub xəsarət yetirmişdir. Daha sonra arxdan keçərək arxın digər sahilində olan kolluq ərazidə gizlənmişdir. Xəncərin üzərində olan qanı oradakı gölməçədə olan su ilə yumuşdur. 30 iyun 2022-ci il tarixdə saat təxminən 04 radələrinədək orada gizlənmişdir. Artıq hava aydınlanan zaman oradan çıxmış, bir müddətdən sonra qardaşı İsabəyin səslərini eşitmişdir, həmin vaxt İsabəy onu çağırırmış. O da ona cavab verərək yerini bildirmişdir. Saat təxminən saat 04:30 dəqiqədə, qardaşı onun yanıma gələrək bildirmişdir ki, “o polis əməkdaşını yaralayıb onun vəziyyəti ağırdır”. Bundan sonra o gizləndiyi yerə geri qayıtmış qardaşı isə getmişdir. 01 gün həmin yerdə gizləndikdən sonra narkotik vasitə olan çətənə kollarını əkdiyi yerin yaxınlığında əvvəlcədən qoyduğu paltarları götürərək Hacıselli kəndinin ərazisində olan arxmaza gedərərk və üzərində olan paltarları orada soyunaraq arxmaza atmış, özü ilə gətirdiyi paltarları isə əyninə geyinmişdir. Həmin gün axmazın yaxınlığında olan talvarda gizlənmiş 01 iyun 2022-ci il tarixədək saat 22 radələrinədək orada qalmış, daha sonra Hacıselli kəndində yaşayan əmisi Natiqin (Möhlud ləqəbli) evinə getmiş, Natiqdən onu Mingəçevir şəhər polis şöbəsinə aparmasını xahiş etmiş, Natiq də onu istifadəsində olan göy rəngli VAZ 2106 markalı, 09 ** 680 dövlət nömrə nişanlı avtomobil ilə Mingəçevir şəhərinə aparmışdır. Daha sonra o Mingəçevir şəhər polis şöbəsinə getmişdir. Həmin vaxt xəncəri sağ qolunda paltarın altında gizlətmişdir. Polis şöbəsində olarkən cinayət hadisəsi törətdiyini bildirmiş və hadisəni törətdiyi xəncəri polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra Yevlax rayon polis şöbəsinə gətirilmişdir. O Yevlax rayon Hacıselli kənd ərazisində hadisə baş verən yerdə 47 ədəd həmin yerin təxminən 100-150 metr uzaqlığında 40-50 ədəd çətənə kolu daha əkmiş, həmin çətənə kollarından toplayaraq satış məqsədi ilə qurudaraq 02 ədəd torbaya yığımış və həmin çətənə kollarının yaxınlığında gizlətmişdir. Çətənə kollarını özü əkmişdir, lakin atası Təqsirləndirilən şəxs2 o olmayanda həmin çətənə kollarına su və peyin vermişdir. Hadisə zamanı istifadə etdiyi xəncər ona baba vaxtından qalıb, həmin xəncər uzun müddətdir ki ondadır. Polis əməkdaşını xəncərlə vurub xəsarət yetirməkdə və narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. (İ cild, iş vər. 198-201) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülən ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun bu hadisələrdən tamamilə xəbəri olmamış, gecə saat 11-12 radələrində 6-7 nəfər polis əməkdaşları onun yaşadığı evə gəlmiş və oğlunun harada olmasını soruşmuşlar. O, oğlunun harada olduğunu bilmədiyini demiş və sonra polislərlə birlikdə oğlunu axtarmağa getmişdir. Axtarıb evə qayıtdıqdan sonra, gecə saat 00:30 radələrində arvadını, oğlunu və onu polis şöbəsinə aparmışlar. Yoldaşı ilə onu 2-ci mərtəbədə saxlamışlar, daha sonra onu 3-cü mərtəbəyə qaldırmışlar. Ondan yenə də oğlunun harada olmasını soruşmuşlar, o isə oğlunun yerini bilmədiyini bildirmişdir. Onu gecə polis şöbəsində saxlamışlar, oğlu və arvadı da həmin vaxt polis şöbəsində dəhlizdə olmuşlar. O, polis şöbəsində niyə saxlandığını bilməmişdir. O, prokurorun da qəbulunda olanda bildirmişdir ki, onun heç nədən xəbəri yoxdur və səhhəti də yaxşı deyil. Prokuror bildirmişdir ki, oğlu tapılan kimi o buraxılacaq. Daha sonra məhkəmədə də eyni şeyi bildirmişdir. Məhkəmədə də ona bildirilmişdir ki, oğlu tapılan kimi onu buraxacaqlar. İyul ayının 1-i gün Gəncədə onun döş qəfəsini yoxlamışlar. Başında olan zədənin isə hələ də izi vardır və hələ də müalicə olunur. Ona prokurorluqda demişlər ki, sənədə qol çəkməlidir. Belə olub o, polis şöbəsində ifadəyə imza çəkmişdir. O, etirazını bildirmiş və orada ifadəsinin üzərinə yazmışdır ki, onun bu işlərdən xəbəri yoxdur. O məhkəmədə ev dustaqlığına buraxılanda da bildirmişdir ki, onun bu işlərdən xəbəri yoxdur. O, narkotik tərkibli bitki əkməmişdir. Polis şöbəsində bilmişdir ki, oğlu Röyal çətənə kolları əkmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, polis şöbəsində öyrənmişdir ki, oğlu çətənə kolları əkmişdir. O, müstəntiqə ifadə verməmişdir. Ondan oğlu və özü çətənə kolu əkməyi barədə sual veriləndə o, əkmədiklərini bildirmişdir. O, ibtidai istintaq zamanı müdafiəçisi Zaur müəllimdən ifadəsində nə yazıldığını soruşmamış və imza çəkmişdir. Belə ki, oğlu Röyal 3 gün müddətində gizlənmiş və o, məcbur bu ifadəyə imza çəkmişdir. Ona deyilmişdir ki, sənədə imza çəkməlidir və oğlu tapılanda o buraxılacaqdır. Ona polis şöbəsində 3-cü mərtəbədə fiziki təzyiqlər göstərmişlər və oğlunun harada olmasını soruşmuşlar. O orada xəsarətlər almışdır. O, çətənə kolları olan sahəni görməmiş və orada olmamışdır. Onu həmin sahəyə isə polislər kəndin camaatı ilə birlikdə aparmışdır. Polislər çətənə kolları əkilən sahəni tanıyırmış. Gəncədə onun yalnız döş qəfəsini yoxlamışlar. Narkotik tərkibli bitkilərin əkildiyi yer ilə onun yaşadığı kəndin arasında məsafə 3 km olarmış. Narkotik tərkibli kol əkilən yerə onu aparmışlar və tunel kimi yerdən 30 metrə yaxın məsafəni keçdikdən sonra bir bitki olmayan ağ torpaq olan yerə çıxmışlar. Narkotik tərkibli kol əkilən yer yola yaxın olmayan yer olmuş və polislər orada xidmət aparmışlar. O, 4 gün Yevlax Rayon Polis Şöbəsində qalmış və ona fiziki təzyiqlər olmuşdur. İki gün arvadı və oğlu da şöbədə olmuşdur. Daha sonra o, imza çəkmiş və onları buraxmışlar. O, narkotik tərkibli bitkiləri suvarmaqla bağlı etirafedici ifadələr vermişdir ki, arvadı və oğlunu buraxsınlar. Bundan sonra arvadı və oğlunu buraxmışdırlar. O, ifadələrdə nə yazıldığını bilmədən imza çəkmişdir. Belə ki, ona fiziki təzyiqlərə tab gətirə bilməmişdir. 2 X3 onun yalnız döş qəfəsini yoxlamışdırlar. O, orada bildirmişdir ki, onu döyüblər. Yoxlamışlar ki, o, onkoloji xəstədir. O qorxduğu üçün heç bir yerə şikayət edə bilməmişdir. O saxlanan gündən sonra 2-ci gün saat 5-6 radələrində bu işlə bağlı sənədləşmə işlərinə başlanılmışdır. Onun barəsində tutma protokolunda saatın neçə olduğunu bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. Onu polis şöbəsində döymüşlər, səsini arvadı və oğlu dəhlizdə eşitmişlər. 29-u günü onları polis şöbəsinə gətirmişlər və 30-u günü bu ifadəni təzyiq altında vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində Müşviq İsmayılov göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Yevlax rayon Hacıselli kəndində eyni evdə yaşayır. 2022-ci ilin mart ayında oğlu Təqsirləndirilən şəxs1 ona Yevlax rayon Hacıselli kəndində kanalkənarı torpaq sahəsində narkotik tərkibli çətənə kolları əkdiyni bildirərək, həmin çətənə kollarına su tökməyi ona tapşırmişdır. Oğlu Təqsirləndirilən şəxs1 həmin çətənə kollarını 2022-ci ilin mart ayının əvvəllərində əkmişdir. Həmin torpaq sahəsi onlara məxsus deyil kanalbeli adlanan torpaq sahəsidir. Röyal İsamyılov həmin çətənə kollarını suvarmaq üçün vedrələrdən və kapron qablardan istifadə edirmiş və tez inkişaf etməsi üçün həmin bitkilərə gübrə vermişdir. Həmin çətənə kollarını o özü də ayrı-ayrı vaxtlarda 2 dəfə suvarmışdır. Həmin çətənə kollarının yerini ona oğlu Təqsirləndirilən şəxs1 göstərmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Yevlax rayonu Hacıselli kəndi ərazisində aşkar olunaraq götürülmüş bitkilər həmin çətənə kollarıdır. Həmin çətənə kolları oğlu Təqsirləndirilən şəxs1 məxsusdur. Təqsirləndirilən şəxs1 həmin çətənə kollarını hansı məqsədlə əkdiyini bilmir bu barədə ona heç bir şey deməmişdir. Amma oğlu Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə edəndir, fikrincə oğlu Röyal həmin narkotik vasitələrini istifadə etmək üçün əkmişdir. Həmin çətənə kollarına oğlu Röyaldan və özündən başqa heç kim qulluq etməmişdir. Lakin onun Yevlax rayon Hacıselli kəndində oğlu Təqsirləndirilən şəxs1 40 ədəd çətənə kolu əkdiyi yerin yaxınlığında 1 ədəd sellofan torbada 1410,0 qram və 1 ədəd sintetik torbada 1520,0 qram olmaqla qablaşdırılmış qurudulmuş marixuandan xəbəri yoxdur. Oğlu Təqsirləndirilən şəxs1 hansı tarixdə və şəraitdə həmin qurudulmuş marixuananı hazırladığından və qablaşdırdığından məlumatı yoxdur. O yalnız oğlu Röyalın əkdiyi çətənə kollarını 2 dəfə suvarmışdır. Başqa heç bir şey etməmişdir. (cild 02 iş vər. 182-184) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü Yevlax Rayon Polis X23 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində çalışır. Hadisə günü Yevlax rayonu Hacıselli kəndində ərazi polisi olaraq iş yoldaşı ilə birlikdə xidmətdə olmuş, təxminən axşam saat 11-12 radələrində sahədə gəzdiyi zaman şübhəli şəxs qismində bir nəfəri görmüş, hava qaranlıq olduğu üçün həmin şəxsin üzünü görə bilməmişdir. Şəxsə yaxınlaşaraq polis işçisi olduğunu demiş və ona dayanmasını bildirmişdir. Şəxsə yaxınlaşıb tutmaq istədiyi zaman, ona nə isə dəydiyini hiss etmişdir. Şəxs onu itələyərək hadisə yerindən qaçıb uzaqlaşmışdır. Sonra görmüşdür ki, bıçaqla xəsarət almışdır. Sonradan xidmət yoldaşı polis şöbəsinə məlumat vermiş və onun yardımı ilə xəstəxanaya aparılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyi üçün, həmçinin də cərrahiyə əməliyyatı keçirdiyi və narkoz aldığı üçün bəzi xüsusatları indi yaxşı xatırlamır. İbtidai istintaq zamanı isə hər şeyi olduğu kimi danışmışdır və hazırda həmin ifadəsini təsdiq edir. Hazırda Təqsirləndirilən şəxs1la barışmışdır, ondan şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 2014-ci ildən Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Şahid1 onunla birlikdə Yevlax RPŞ-nin PPXB-də polis nəfəri vəzifəsində işləyir. O, Şahid1lə birlikdə xx.xx.2022-ci il tarixdə saat 21:00-dan xx.xx.2022-ci saat 09:00-dək Yevlax rayon Hacıselli kənd qəbirstanlığının yaxınlığında piyada xidmət təşkil etməli imiş. Saat təxminən 21 radələrində Hacıselli kənd qəbirstanlığının yaxınlığında 1 nəfər şəxsin əlində fənər ilə qəbirstanlğın yanından əkin sahələrinə doğru getdiyini görmüşlər. Həmin vaxt qaranlıq olduğu üçün o, həmin şəxsin üzünü görə bilməmişdir. Daha sonra onlar həmin şəxsi müşahidə etməyə başlamışdırlar. Həmin şəxs qəbirstanlığın yanında olan arxdan keçərək əkin sahələrinin yaxınlığında olan cığır ilə arxın sahilinə qalxmışdır. Daha sonra həmin şəxs qəbirstanlığın yanında olan arxdan keçərək əkin sahələrinin yaxınlığında olan cığır ilə arxın digər tərəfində olan sahilə qalxmışdır. Onlar həmin şəxsi görmələri ilə bağlı Yevlax RPŞ-yə məlumat vermiş və həmin şəxs müşahidə etmələrinindən şübhələnməsin deyə əllərində olan fənərlərin işıqlarını söndürmüşlər. Bundan sonra onlar arxın kənarında olan torpaq yolla həmin şəxsin olduğu əraziyə qalxmağa başlamış, bu zaman torpaq yol dar və yabanı otlarla örtülü olduğu üçün eyni anda ikisi də hərəkət edə bilməmişlər. O, irəlidə getmiş, Şahid1 də onun arxasında olmuşdur. Təxminən 150 metr getdikdən sonra həmin fənər işığının olduğu yerə yaxınlaşmışlar. Həmin torpaq yolun (cığırın) sonun çatdıqda o, irəlidə həmin cığırdan hadisə yerinə qalxmışdır. Həmin vaxt orada 1 nəfər şəxs olmuşdur. O, həmin şəxsə "dayan polis” demişdir. Həmin şəxs onların polis əməkdaşı olduğunu anlamışdır. Bundan sonra həmin şəxs əlində olan fənərin işığını onun üzərinə tuşlamış və əlində olan xəncər ilə onun qarın nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Qaranlıq olduğu üçün o, həmin şəxsin əlində xəncər olduğunu görməmişdir. O, həmin şəxsin üzünü görmüşdür. Daha sonra aldığı xəsarətin təsirindən sol tərəf istiqamətində yıxılmışdır. Xəyal da onun ardı ilə həmin şəxsə tərəf “dayan polis” deyə qışqırmışdır. Bundan sonra həmin şəxs oradan qaçaraq uzaqlaşmışdır. Daha sonra Xəyal ona xəsarət yetirən şəxsin əvvəllər də narkotik vasitələrin kultivasiyasına görə məhkum olunmuş Yevlax rayon Hacıselli kənd sakini Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Bundan sonra Xəyal onu Hacıselli kənd qəbirstanlığının yaxınlığına aparmış və polis əməkdaşları oraya gələrək onu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona xəsarət yetirdiyi ərazinin 2-3 metrliyində atası Müşfiqlə birlikdə nartotik tərkibli bitkilər əkib yetişdirmişdir. O, xəsarət almamışdan qabaq Röyal İsamyılova polis əməkdaşları olduqlarını demişdir. Röyal da onların polis əməkdaşı olmalarını bilmişdir. Hadisə baş verən zaman onun və Xəyalın üzərində xidməti polis uniformaları olmuşdur. O, hadisədən dərhal sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Üzərində olan paltarlar isə Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən istintaqa təhvil verilməsi üçün götürülmüşdür. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs1 yanında başqa şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs1la onun arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Hadisə baş verən zaman onun üzərində qaz balonu, rezin dəyənək və “qandal”, Xəyalın üzərində isə xidməti silah və rezin dəyənək olmuşdur. Hadisə ani bir şəkildə baş verdiyi üçün onun və Şahid1 xidməti silahladan istifadə etmək imkanları olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Zərərçəkmiş şəxs həmin ifadədə göstərilənlərin həqiqəti əks etdirdiyini bildirmiş və həmin ifadəni təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla birlikdə xx.xx.2022-ci il tarixdə saat 21:00-dan xx.xx.2022-ci saat 09:00-dək Yevlax rayon Hacıselli kənd qəbirstanlığının yaxınlığında çoxlu fermalar olduğu üçün və fermalarda baş verə biləcək oğurluq hadisələrinin qarşısının alınması istiqamətində ərazinin mühafizəsini təşkil etmişdir. Saat təxminən 21 radələrində Hacıselli kənd qəbirstanlığının yaxınlığında 1 nəfər şəxsin əlində fənər ilə qəbirstanlğın yanından əkin sahələrinə doğru getdiyini görmüşlər. Həmin vaxt qaranlıq olduğu üçün o, həmin şəxsin üzünü görə bilməmişdir. Daha sonra onlar həmin şəxsi müşahidə etməyə başlamışlar. Həmin şəxs qəbirstanlığın yanında olan arxdan keçərək əkin sahələrinin yaxınlığında olan cığır ilə arxın sahilə qalxmışdır. Onlar həmin şəxsi görmələri ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat vermiş və həmin şəxs müşahidə etmələrindən şübhələnməsin deyə əllərində olan fənərlərin işıqlarını söndürmüşlər. Bundan sonra onlar arxın kənarında olan torpaq yolla həmin şəxsin olduğu əraziyə qalxmağa başlamış, bu zaman torpaq yol dar və yabanı otlarla örtülü olduğu üçün eyni anda ikisi də hərəkət edə bilməmişlər. Elşən ondan irəlidə getmiş, o da Elşənin arxasında olmuşdur. Təxminən 150 metr getdikdən sonra həmin fənər işığının olduğu yerə yaxınlaşmışlar. Həmin torpaq yolun sonuna çatdıqda Elşən ondan irəlidə cığır ilə qalxaraq bildirmişdir ki, “dayan polis”. Həmin şəxs onların polis əməkdaşı olduğunu anlamışdır. Bundan sonra həmin şəxs əlində olan fənərin işığını Elşənin üzünə tuşlamışdır. Elşən onun qarşısında olduğu üçün qarşını və həmin şəxsi görə bilməmişdir. Daha sonra ani anda Elşən sol tərəf istiqamətinə yıxılmış və “məni vurdu”-deyə bildirmişdir. Daha sona o, əlində olan mobil telefonun işığını həmin şəxsə tərəf tuşladıqda həmin şəxsin Yevlax rayon Hacıselli kənd sakini Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. Bundan sonra Röyal oradan qaçaraq uzaqlaşmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 tərəf “dayan polis” deyə qışqırmış və dərhal Yevlax Rayon Polis Şöbəsinə məlumat verərək Elşənin yaralandığını bildirmişdir. Bundan sonra Elşəni Hacıselli kənd qəbirstanlığının yaxınlığına aparmış və polis əməkdaşları oraya gələrək Elşəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallar cavab olaraq Şahid1 bildirmişdir ki, hadisə günün hadisə yerinə yaxın ərazidə xidmət aparırlarmış. Təqsirləndirilən şəxs1 əlində uzağı işıqlandıra biləcək böyük fənər var imiş, o, fənərlə 5-6 metr məsafəni işıqlandırırmış, onlar şübhəli şəxsə polis əməkdaşı olduğuqlarını bildirmişlər, belə ki, Zərərçəkmiş şəxs “Dayan, polis” deyə şübhəli şəxsə səslənmiş, bundan sonra ani zamanda Zərərçəkmiş şəxs xəsarət yetirməklə şübhəli şəxs hadisə yerindən qaçmışdır. Onlar hadisə vaxtı polis formasında olmuşlar, onların ərazidə xidmət aparmaları ilə bağlı sənədi olmuşdur, lakin “Əməliyyat-axtarış” tədbirinin həyata keçirilməsi ilə bağlı hər hansı sənəd olmamış, yalnız təlimatda bildirilmişdir ki, şübhəli şəxslər görəndə yaxınlaşıb maraqlanmalıdırlar. Təqsirləndirilən şəxs1 həmin vaxtı qəbiristanlığın yaxınlığı ilə gedirmiş, Təqsirləndirilən şəxs1 oğurluq etməyi ilə bağlı şübhələnmişlər, onlar Röyaldan uzaqda olduğu üçün onu təqib etməyə başlamışlar. Əməliyyat müvəkkillərində hər hansı məlumatın olması ilə bağlı məlumatı olmamış, xidmətdə olanda üzərində silah olmuş, lakin silah istifadə etmək üçün imkan olmamışdır, belə ki, hava qaranlıq olmuşdur. Kənddən qəbiristanlığa qədər olan məsafə təxminən 500 metr olarmış, onlar xidməti kənd ərazisi, sahəlik və qəbiristanlığa yaxın ərazidə aparırlarmış. Təqsirləndirilən şəxs1 onlar əvvəllər təqib etməmişlər. Onlar Röyaldan 50-60 metr arxada gedirmişlər. Röyal əraziyə işıq salasala gedirmiş, Röyal çətənə kolları əkilmiş yerə girəndən sonra hadisə baş vermişdir, Röyal çətənə kolları əkilmiş yerə girəndə işığı əvvəlcə yandırırbmış. Onlar Röyal getdiyi yerdən gedirmişlər. Sonra qarşısındakı yoldaş “Dayan, polis” dedikdən sonra hadisə baş vermişdir. Onlar oğurluğun qarşısını almaqdan ötrü həmin ərazilərdə xidmət aparırlarmış, onlar şübhəli şəxslə bağlı komandirə məlumat vermiş və onlara göstəriş verilmiş ki, şəxsi təqib etsinlər. “Dayan, polis” deyiləndə o şübhəli şəxsi görmüş, bundan sonra şəxs zərbə endirmiş və qaçmağa başlamışdır, şübhəli şəxsin əlində fanar olmuş və hadisəni törədəndə fanarın işığını Elşənin gözünə salmışdır. Hadisəni törədəndən sonra o tanımışdır ki, bu şəxs kimdir. O bilmişdir ki, bu Təqsirləndirilən şəxs1dur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Yevlax Rayon Polis Şöbəsinə polis nəfəri Şahid1 və Zərərçəkmiş şəxs Yevlax rayon Hacıselli kəndinin ərazisində narkotik tərkibli çətənə kolları aşkar etməsi və həmin vaxt ordada olan naməlum şəxsin Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur. Dərhal Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları hadisə yerinə getmiş, polis əməkdaşlarının və aqronom mütəxəssisin iştirakı ilə Yevlax rayon Hacıseli kəndində arxın kənarında təxminən 20 kavrdarat metr əraziyə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı 47 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən aqronom bildirmişdir ki, bu bitkilər narkotik tərkibli çətənə kollarıdır, hər birinə ayrı-ayrılıqda vaxtı-vaxtında qarotexniki qulluq göstərilmişdir, bu bitkilərin əkilib-becərilməsi qadağandır. Daha sonra bu barədə protokol tərtib olunmuş o və digər iştirakçılar protokola imza etmişlər. xx.xx.2022-ci il tarixdə viedoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs1 Yevlax rayon Hacıselli kəndində ifadəsi yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs1 kolluqlarla əhatə olunmuş yeri göstərərk xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş 47 ədəd narkotik tərkibli çətənə bitkilərini həmin yerdə 2022-ci ilin mart ayının əvəllərində əkib becərdiyini və yaxınlıqda yerləşən ərazidə də təxminən 35-40 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini, əkib becərdiyi çətənə kolların yarpaqlarından yığıb qurudaraq həmin ərazidə 02 ədəd torbaya yığıb gizlətdiyini demişdir. Bundan sonra 47 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş ərazidən 150 metr qərb istiqamətində getdikdən sonra Təqsirləndirilən şəxs1 həmin ərazidən keçən kanalın kənar hissəsində yerləşən kolluqlara əhatə olunmuş ərazidə çətənə bitkilərinə oxşar kolları göstərərək 2022-ci ilin mart ayının əvvələrində əkib becərdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 həmin çətənə bitkilərini əkdiyi yerin ətafındakı kolluğun altından 01 ədəd sellofan torbanı və 01 ədəd sintetik torbanı çıxardaraq təqdim etmiş və bildirmişdir ki, həmin ərazidə əkib becərdiyi çətənə kollarının yarpaqlarından yığaraq qurudub həmin torbalara yığıb satmaq üçün saxlamışdır. 01 ədəd sellofan torbada olan kütlə elektron tərəzi ilə birlikdə çəkilmiş, sonra qablaşdırılaraq götürülmüşdür. Daha sonra narkotik tərkibi çətənə kolları kökündən çıxarılaraq sayılmış və çətənə kollarının sayının 40 olduğu müəyyən olunmuşdur. Bundan sonra 40 ədəd çətənə kolu da qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallar cavab olaraq Şahid4 bildirmişdir ki, onlar marixuananı görünməz bir hissədən, kolların içərisindən aşkar etmişlər, o, marixuana aşkar olunanda hadisə yerində olmuş və Təqsirləndirilən şəxs1 özü istifadə etmək üçün bunu saxladığını bildirmişdir. Röyal bildirmişdir ki, çətənə kollarını atası ilə birlikdə əkmişdir. Təqsirləndirilən şəxslər barədə dəfələrlə əməliyyat məlumatı daxil olmuş, lakin əməliyyat keçirə bilməmişlər. Əməliyyat-qeydiyyat işinin açılması üçün tələb olunan hallar mövcud olmadığından, əməliyyat-qeydiyyat işi açılmamışdır. Torpaq sahəsinə baxış keçirilərkən o, Müşfiqi görməmişdir. O, Müşfiqin saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 hadisə yerinə baxış keçirilməsində iştirakının niyə təmin edilməməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax rayon Hacıselli kəndində onun qonşularıdır, onlar eyni küçədə yaşayırlar. Onun uzun müddətdir ki, Müşfiqlə dostluq münasibəti vardır. Əvvələr Müşfiq ilə mal-heyvan alveri ilə məşğul olmuşdur. Lakin sonradan o, özünə ferma yaratmış və Müşfiqdən ayrılmışdır. xx.xx.2022-ci ildə saat təxminən 01 radələrində o, Yevlax Rayon Polis Şöbəsinə dəvət olunmuş və ona qonşusu Röyalın polis nəfərini bıçaqlaması barədə məlumat verilmiş, həmçinin polis əməkdaşları ondan Röyalı tapmalarına köməklik göstərməsini xahiş etmişlər. O da razılaşmışdır. Bundan sonra Yevlax rayon Hacıselli kənd sakinləri ilə Təqsirləndirilən şəxs1 axtarmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Yevlax rayon Hacıselli kəndində Təqsirləndirilən şəxs1 evlərinin yaxınlığında polis əməkdaşları ilə söhbət edən zaman Röyalın qardaşı İsabəy İsmayılov onlara yaxınlaşaraq demişdir ki, “Röyalı tapmışam, o Hacıselli kəndində yerləşən “arxmaz” adlanan yerdədir”. Daha sonra o, İsabəy və bir nəfər polis əməkdaşı ilə birlikdə həmin əraziyə getmişdir. Lakin həmin ərazini axtarmalarına baxmayaraq Röyalı orada tapa bilməmişlər. Bundan sonra yenidən kəndin ərazisində Röyalı axtarmağa başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Yevlax rayon Hacıselli kəndində yerləşən fərdi yaşayış evində olan zaman, evin qapısı döyülmüşdür. Həyətə çıxdıqda Təqsirləndirilən şəxs1 gəldiyini görmüş, həmin vaxt Röyal tək olmuş, yanında başqa heç kim olmamışdır. Röyal ona bildirmişdir ki, “mən böyük bir səhv etmişəm, gedib polisə təslim olmaq istəyirəm”. Bu zaman Röyalın əlində 01 ədəd xəncər olmuşdur. Röyal ona polis əməkdaşına əlində olan həmin xəncərlə xəsarət yetirdiyini bildirmişdir. O, daha sonra “Vaz 2106” markalı “**-BF-***” dövlət qeydiyyat nömrə avtomobili ilə təslim olması üçün Röyalı Mingəçevir şəhər polis şöbəsinə aparmışdır. Röyal Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olmuş və hadisəni törətdiyi xəncəri də polis əməkdaşlarına təhvil vermişdir. Onun Röyalın narkotik vasitə olan çətənə kollarını əkib-becərməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallar cavab olaraq Şahid2 bildirmişdir ki, Röyal çətənə kolları əkdiyi yerə girəndə bir nəfərin üstünə atıldığını, əlində olan xəncərin həmin şəxsi yaraladığını, həmin şəxsin qışqırmağa başladığını, onun isə qaçmağa başladığını bildirmişdir. Müşfiqin özünün və ailəsinin polis şöbəsinə aparılmaları barədə onun məlumatı olmuşdur. Onlar Röyalı axtarmış, lakin tapa bilməmişlər. Bundan sonra polis əməkdaşları Müşfiqi və onun arvadın polis şöbəsinə aparmışlar ki, Röyal tapılandan sonra onları buraxsınlar. Bu barədə məlumatı o, kənd camaatından almışdır. O, polislərdən xahiş etmişdir ki, Müşfiqin arvadını şöbəyə aparmasınlar. Polislər Müşfiqin arvadını və oğlunu indi aparacaqlarını, sonra isə buraxacaqlarını bildirmişdir. Müşfiq və arvadını polis şöbəsinə aparmışlar və 1 gün sonra onun arvadını buraxmışlar. Müşfiq və onun arvadının polislər tərəfindən saxlanılaraq aparılmasını və Müşfiqinin arvadının buraxılmasını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, o, 25 ildir kənddə çoban işləyir, hadisə günü Təqsirləndirilən şəxs1 günorta saatlarına qədər onunla birlikdə heyvanları otarmış, günün digər yarısı isə Röyalın qardaşı onunla heyvan otarmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallar cavab olaraq Şahid3 bildirmişdir ki, hadisə baş verən günü bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb kəlçə haqqında soruşmuş, lakin o, həmin şəxsin polis olduğunu və silahı olub-olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 o, narkotik vasitələrin istifadəçisi kimi tanımamışdır. O, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunduğunu bilirmiş, lakin həbsxanadan nə vaxt çıxmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində şahid göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində təhqiqatçı Şahin Fətullayev ona Yevlax rayon Hacıselli kəndində narkotik tərkibli çətənə bitkiləri əkib-becərilən yerdə video çəkilişlə baxış keçirirləcəyini demişdir. Daha sonra onlar Yevlax rayon Hacıselli kəndində arxın sahilində təxminən 20 kvadrat metrlik əraziyə gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 əkib becərilməsində şübhəli olduğu narkotik tərkibli çətənə bitkiləri olmuşdur. Yevlax RPŞnin TB-nin təhqiqatçısı Şahin Fətullayev tərəfindən onun, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid1, Yevlax RPŞ-nin NMQ-nun əməliyat müvəkkili Şahid4 Yevlax şəhəri X13 rəisi Vüqar Mahmudaovun ,Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Sənan Qarayevin iştirakı həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı oradan 47 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixdə müstəntiq Elçin Sevindikov tərəfindən müdafiəçi Hüseyn Abbasovun, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid1, Yevlax RPŞ-nin NMQ-nun əməliyat müvəkkili Şahid4, Yevlax şəhəri X13 rəisi X16 RPŞ-nin MSYnin polis nəfəri Abbas Pənahovun iştirakı ilə viedoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs1 Yevlax rayon Hacıselli kəndində ifadəsi yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs1 kolluqlarla əhatə olunmuş yeri göstərək xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş 47 ədəd narkotik tərkibli çətənə bitkilərini həmin yerdə 2022-ci ilin mart ayının əvəllərində əkib becərdiyini və yaxınlıqda yerləşən ərazidə də təxminən 35-40 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini, əkib becərdiyi çətənə kolların yarpaqlarından yığıb qurudaraq həmin ərazidə 02 ədəd torbaya yığıb gizlətdiyini demişdir. Bundan sonra 47 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş ərazidən 150 metr qərb istiqamətində getdikdən sonra Təqsirləndirilən şəxs1 həmin ərazidən keçən kanalın kənar hissəsində yerləşən kolluqlara əhatə olunmuş ərazidə çətənə bitkilərinə oxşar kolları göstərərək 2022-ci ilin mart ayının əvvələrində əkib becərdiyini və daha sonra həmin çətənə bitkilərini əkdiyi yerin ətafındakı kolluğun altından 01 ədəd sellofan torbanı və 01 ədəd sintetik torbanı çıxardaraq təqdim edib demişdir ki, həmin narkotik vasitələri həmin ərazidə əkib becərdiyi çətənə kollarının yarpaqlarından yığaraq qurudub həmin torbalara yığıb satmaq üçün saxlanmışdır. 01 ədəd sellofan torbada olan kütlə elektron tərəzi ilə birlikdə çəkilmiş, çəkisi 1485 qram olmuşdur. Sonra isə 01 ədəd sintetik torbada olan kütlə elektron tərəzidə çəkilmiş çəkisi 1485 qram olmuşdur. Daha sonra narkotik tərkibi çətənə kolları kökündən çıxarılaraq sayılmış və çətənə kollarının sayının 40 olduğu müəyyən olunmuşdur. Bundan sonra 40 ədəd çətənə kolu və 02 ədəd torba qablaşdırılaraq götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş o və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü əri Müşfiq evdə olmuş, oğlu Röyal isə torpaq sahələrində işləmək üçün getmişdir. Gecə saat 12-dən sonra polis əməkdaşları onlara gəlmiş və demişlər ki, oğulları Röyal cinayət törətmişdir. Polislər əri Müşfiqi, onu və digər oğlunu polis şöbəsinə aparmışlar. Onu polis şöbəsində dəhlizdə bir gün yarım saxlamışdırlar. Polislər oğlu Röyal tapıldıqdan sonra onları buraxacaqlarını bildirmişlər. Lakin bir gün yarım keçəndən sonra yalnız onu buraxmışlar. Digər oğlu və əri isə polis şöbəsində qalmışdır. Digər oğlunu 3 gün sonra buraxmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallar cavab olaraq əlavə şahid Gülara İsmayılova bildirmişdir ki, polis şöbəsində 2-ci mərtəbədə ondan izahat alınmış, daha sonra o dəhlizdə olanda əri Müşfiq ondan izahat alınan otağa aparılmış, həmin otaqda ərinə təzyiq olunmuş və o, polislər tərəfindən döyülmüşdür. Belə ki, o, ərinin qışqırıq səslərini eşitmişdir. Ərini 10 dəqiqə otaqda saxladıqdan sonra oğlunu həmin otağa aparmışlar. Polislər onun çox narahat olduğunu görəndə, onu dəhlizdən digər otağa aparmışlar. Oğlunu otağa aparanda ərini digər otağa keçirmişlər. Bundan sonra ona demişlər ki, gedib oğlu Röyalı tapsın və əgər tapmasa, sabah gəlib onu saat 8-9 radələrində yenidən polis şöbəsinə gətirəcəklər. O buraxılandan sonra sahəyə gedib oğlunu axtarmışdır. Polislər onun qonşusuna tapşırmışlar ki, oğlunu tapmaqda ona kömək etsin. O, qonşusunun maşını ilə qayınanası ilə birlikdə sahəyə getmiş, lakin Röyalı tapa bilməmişdir. Onlar bu hallarla bağlı heç bir yerə şikayət etməmişlər. O, evdar qadın olduğundan, heç bir yerə şikayət etməmiş, ibtidai istintaqda müstəntiqə yazılı ifadə verməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, hadisə günü gecə saat 01 radələrində qonşuda səs-küy olduğunu eşidərək, çölə çıxmış, polislərin Müşfiqi, onun arvadını və oğlu İsabəyi polis şöbəsinə apardığını görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallar cavab olaraq əlavə şahid Gülüzar Hüseynova bildirmişdir ki, Müşfiqi və ailəsini polislərin apardığını görmüşdür. Belə ki, orada polis və mülki maşınlar olmuş, onlar beləcə, onların polis olduğunu anlamışlar. Bir gün yarım Müşfiqin arvadı polis şöbəsində saxlanılmış və sonra buraxılmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrlə bağlı hər hansı fəaliyyətinin olmasından məlumatı olmamışdır. Müşfiqə təzyiq olduğunu və qaraciyərində xəstəlik olduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, qəbiristanlıqda işləyir və hadisə günü sahədə suvarma işləri ilə məşğul olmuşdur. Axşamtərəfi saat 5-ə qalmış radələri görmüşdür ki, ağ köynək və qara paltarda olan iki nəfər yolun kənarı ilə gəlir. O, uzaqdan onları müşahidə etmiş və onlar kolların içərisinə girmişdir. Onlar təxminən yarım saat sonra kolluqdan çıxıb getmişlər. O da suvarma işlərini qurtarandan sonra evə getmişdir. Daha sonra sahəyə qayıtmış və gedib çörək yeyib qəbiristanlığa gəlmişdir. Belə ki, qəbiristanlıqda dəmir oğurluğu olduğundan, o orada olurmuş. Qəbiristanlığın yanında olanda oraya maşın gəlmişdir. Daha sonra kanalın yanı ilə alışqan işığı ilə iki nəfərin gəldiyini görmüşdür. O gizlənmişdir ki, əgər oğru olarsa, onları tutsun. Daha sonra həmin şəxsləri izləməyə başlamışdır. Daha sonra “LADA 21015” markalı maşın gəlib keçmiş və onları götürüb getmişdir. O da evə getmişdir. Daha sonra kənddə səs-küy olduğunu və polis maşınlarının gəldiyini eşitmişdir. Ona məlum olmuşdur ki, Röyal kiməsə xəsarət yetirmişdir. O da Müşfiqgilin evinə gəlmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallar cavab olaraq əlavə şahid Eşqin İsmayılov bildirmişdir ki, axşamtərəfi əraziyə gələn adamlar mülki geyimli şəxslər olmuş və məsafə uzaq olduğundan, o onları tanıya bilməmişdir. O, narkotik tərkibli bitkilərin əkildiyi ərazini sonradan tanımışdır. Həmin iki nəfər şəxs narkotik tərkibli bitkilər əkildiyi əraziyə getmiş, o, “Lada 21015” markalı maşının qeydiyyat nömrəsini görməmiş, o, polis formasında heç kimi görməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Məlumat”dan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Yevlax RPŞ-nin növbətçi hissəsindən rayon prokurorluğuna Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri-polis baş serjantı xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və polis serjantı, xx.xx.1995-ci il təvəllüdlü Şahid1 Yevlax rayonu Hacıselli kəndinin ərazisində xidmət apararkən narkotik vasitə olan çətənə (kannabis) kollarına bənzər bitkilər əkilmiş ərazini aşkar edərək həmin əraziyə yaxınlaşan zaman qəflətən bir nəfər naməlum şəxsin onlara hucüm edərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə kəsici-deşici alətlə vuraraq ona qarın boşluğunu daxilə dəlib keçən, kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək hadisə yerindən qaçması barədə məlumat daxil olmuşdur (cild 01 iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:40-da Mingəçevir ŞMX-nin Acil şöbəsindən Bərdə şəhərində yaşayan 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qarın boşluğunun daxilə dəlib keçən, qanayan, kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Mingəçevir ŞMX-na müraciət etməsi barədə məlumat verilmişdir (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhərində yaşayan 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qarın boşluğunun daxilə dəlib keçən, qanayan, kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Mingəçevir ŞMX-na müraciət etməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Yevlax rayonu Hacıselli kəndində yaşayan Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2 ilə birlikdə Yevlax rayonu Hacıselli kəndi ərazisində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kollarına aqrotexniki qaydada qulluq edib yetişdirməkdə şübhəli olmaları müəyyən edilmişdir (cild 01 iş vər. 182). Cinayət işinin materiallarında olan 29-30 iyun 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Yevlax rayon Hacıselli kəndində yerləşən ümumi istifadədə olan torpaq sahəsidir. Hadisə yerinin ətrafı narkotik vasitə olan çətənə kollarına bənzər bitkilərlə əhatələnmişdir. Hadisə yerindən üzərində qanabənzər ləkələr olan 01 ədəd hərbi uniforma gödəkcəsi və 01 ədəd xəncər qını müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda, hadisə yerinə əks etdirən fotoşəkillər də protokola əlavə edilmişdir ( cild 01, iş vər. 05-15). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə” protokoldan görünür ki, hadisə yeri Yevlax rayonu Hacıselli kənd ərazisində yerləşən təxminən 20 kvadratmter kanal sahədir. Baxış zamanı aqrotexniki qaydada qulluq edilib yetişdirilmiş narkotik tərkibli bitkiyə bənzər 47 ədəd bitki kolları aşkar edilmişdir. Həmin narkotik tərkibli bitkiyə bənzər 47 ədəd bitki kolları maddi sübut əməmiyyəti kəsb etdiyindən kökündən çıxarılaraq qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün Yevlax RPŞ-yə aparılmışdır. Bundan başqa hadisə yerindən 01 ədəd dəmir qayçı, 01 ədəd mətbəx bıçağı,01 ədəd mişar, 01 ədəd selofon torbada gübrə, 03 ədəd baş hissəsi kəsilmiş plastik su qabı, 01 ədəd qara rəngli vanna, 02 ədəd ağ rəngli plastik vedrə, 02 ədəd şəffaf rəngli su qabı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 175-177). Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması barədə və maddi sübutların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı o, Yevlax rayon Hacıselli kənd ərazisində 40 ədəd çətənə(kannabis) bitkisi, 01 ədəd sellofan torbanın içərisində çəkisi 1410, qram olan qurudulmuş marixuana və 01 ədəd sintetik torbanın içərisində çəkisi 1520,0 qram olan qurudulmuş marixuananı təqdim etmişdir. 40 ədəd çətənə(kannabis) bitkisi, 01 ədəd sellofan torbanın içərisində çəkisi 1410, qram olan qurudulmuş marixuana və 01 ədəd sintetik torbanın içərisində çəkisi 1520,0 qram olan qurudulmuş marixuana müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vərəqə 98-105; 277-279). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi 01 ədəd xəncəri xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-nə təslim olan zaman polis əməkdaşlarına təqdim etmiş, həmin xəncər Mingəçevir ŞPŞ-dən aidiyyəti üzrə Yevlax rayon prokurorluğuna göndərilmişdir. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar - 01 ədəd tünd göy rəngli polis uniformasının köynəyi, 01 ədəd qara rəngli polis uniformasının şalvarı, 01 ədəd qara rəngli polis uniformasının maykası Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından götürülərək aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir (cild 01, iş vər. 107-110: 125-131). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 429 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-daxili qanaxma ilə ağırlaşan qarının ön divarının boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət yetirilən anda təhlükəli olmuş və bu əlamətə görə dərcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir (cild 01, iş vər. 18). Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/544 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 05 ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri-89 kiolqram 970 qram olan 47 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 30 iyun 2022-ci il tarixli rəyinə əsasən çətənə(kannabis) bitkilərinə aqrotexniki qulluq göstərilmişdir (cild 01, iş vər. 205- 209). Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/547 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 02 ədəd sintetik kisənin içərisindəki yaş vəziyyətdə ümumi çəkiləri- 5650,0 qram olan 40 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom(mütəxəssis) Vüqar Mahmudovun 02 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi” yazısı olan sarı rəngli sellofan torbanın içərisində, açıq vəziyyətdə təmiz çəkisi-1410,0 qram və 01 ədəd sintetik torbada, təmiz çəkisi-1520,0 qram, ümumi çəkiləri- 2930,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 40 ədəd çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 292-295). Cinayət işinə əlavə edilmiş kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 461/156 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 02, iş vər. 134-135). Cinayət işinə əlavə edilmiş kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 460/155 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 02, iş vər. 136- 137). Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1252 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 138). Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1253 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 139). Cinayət işinə əlavə edilmiş kompleks məhkəmə-trasoloji, lifli və daktiloskopik ekspertizanın xx.xx.2022-ci il tarixli 3/976, 3/977, 3/978 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə çalik olan xəncərdir, soyuq silah hesab edilir. Təqdim edilmiş 01 ədəd polis köynəyinin və 01 ədəd maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilmiş-kəsilmə zədələridir. Təqdim edilmiş polis köynəyinin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkred olaraq tədqiqata təqdim edilmiş xəncərin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş polis köynəyinin və maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından zədələrin yaranma mexanizimini müəyyən etmək mümkün olmadı (cild 02, iş vər. 125-127). Cinayət işinə əlavə edilmiş kompleks məhkəmə-trasoloji, lifli və daktiloskopik ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/3961 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır (cild 02, iş vər. 120-122). Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 447/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, X12 ABO sistemi üzrə qan qrupu:A/İİ/, Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu: O/İ/, / Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosürətlərinə əsasən/, Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus xidməti geyim forması olan polis qısaqol köynəyi, ona məxsus mayka və hadisə yerindən götürülmüş hərbi pencək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigentləri və həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs/əgər onun qanında müşayiətçi H antigeni varsa/ məxsus ola bilər. Göstərilən ləkələrdə Təqsirləndirilən şəxs1 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu təqdirdə mümkündür/ əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa (cild 02, iş. 129-133). Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Yevlax rayonu Hacıselli kəndində yaşayan Təqsirləndirilən şəxs1 Yevlax Rayon Narkoloji kabinetdə qeydiyyatda durur (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Yevlax rayonu Hacıselli kəndində yaşayan Təqsirləndirilən şəxs2 Yevlax Rayon Narkoloji kabinetdə qeydiyyatda durmur (cild 02, iş vər. 14). Cinayət işinin materiallarında olan Yevlax RMX-dən təqdim olunmuş arayışlardan görünür ki, Yevlax rayonu Hacıselli kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmırlar (cild 01, iş vər. 121, cild 02, iş vər. 14). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 əməllərində CM-in 234.4.1, 237.2.2 və 126.2.1 maddələri tərkibi olmadığından, onların barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 29, 120.2.3-cü maddəsinin tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş sağlamlığa zərər vurmayan hər iki diz və baldır nahiyyəsinin, təpə nahiyyəsinin sıyrıqları xəsarətləri ilə bağlı cinayət hadisəsi olmadığından, CPM-in 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 140- 163). Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xəsarət alması ilə bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından, CPM-in 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, CM-in 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. CM-in 126.2.2-ci maddəsində zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədilməsi cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Həmçinin, CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyətinə səbəb olur. Eyni zamanda, CM-in 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə cinayət məsuliyyətinə səbəb olur. Habelə, CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət sayılır və təqsirli bilinən şəxs üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 237.2.1 və 237.2.3-cü maddələrinə əsasən isə eyni hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədildikdə, təqsirli bilinən şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər”in siyahısında çətənə növlü bitkilərin külli miqdarı dedikdə 16 ədəd və ya ondan çox olan sayda bitki olması qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də atası Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda narkotik tərkibli çətənə bitkilərini aqrotexniki qaydada qulluq etməklə əkib-yetişdirmiş, habelə o, hadisə yerində kolluqların arasında əldə edib saxladığı 1 ədəd sellofan torbada 1410,0 qram və 1 ədəd sintetik torbada 1520,0 qram olmaqla ümumilikdə təmiz çəkisi 2930,0 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib saxlamışdır. Belə ki, əldə olunan narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından dəfələrlə çox olması onu deməyə əsas verir ki, şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamışdır. Həmçinin, cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs1 hakimiyyət nümayəndəsi olan polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən üzərində gəzdirdiyi soyuq silah hesab edilən xəncərlə sağlamlığına həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuş, (məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 429 nömrəli ekspert rəyinə əsasən) hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətməsi hər ikisinin də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 münasibətdə CM-in 126.2.2, 228.4, 234.4.3, 237.2.1, 237.2.3 və 315-ci maddələri, Təqsirləndirilən şəxs2 münasibətdə isə CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi, törədilən cinayət əməlindən onun xəbərinin olmaması ilə bağlı qeyd etdiklərinə, habelə Təqsirləndirilən şəxs1 qurudulmuş marixuananın ona aid olmaması və zərərçəkmiş şəxsə onun qəsdən xəsarət yetirməməsi ilə bağlı qeyd etdiklərinə tənqidi yanaşır və bunu cinayət məsuliyyətindən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifədələr iş materialları ilə üst-üstə düşür və biri digərini tamamlayır, ona görə məhkəmə kollegiyası həmin sübutları daha əsaslı sübut kimi qəbul edir və onlara elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Eyni zamanda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ibtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalmaları ilə bağlı qeyd etdiklərinə də məhkəmə kollegiyası tənqidi yanaşaraq bildirir ki, Təqsirləndirilən şəxs1 münasibətdə sonuncu saxlanılan zaman onun bədənində mövcud olan xəsarətlərlə bağlı həm ibatidai istintaqı aparmış müstəntiq, həm də Yevlax rayon prokurorunun köməkçisi Rauf Ələsgərov ayrı-ayrılıqda araşdırma aparmış, istintaqın yekununda müstəntiq Təqsirləndirilən şəxs1 aşkar olunan xəsarətlərin (sıyrıqların və s.) onun hadisə yerindən qaçması zamanı aldığı qənaətinə gələrək iş üzrə qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında bunu əsaslandırmış və həmin xüsusatla bağlı CPM-in 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanmasını rədd etmiş, həmçinin, müstəqil araşdırma aparmış Yevlax rayon prokurorunun köməkçisi Rauf Ələsgərov da araşdırmanın yekununda belə bir halın baş vermədiyi, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatların, yəni polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı xüsuatların öz təsdiqini tapmadığı qənaətinə gəlmiş, xx.xx.2022-ci il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında həmin məsələyə qiymət verərək CPM-in 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanmasını rədd etmişdir. Həmin qərarlar iş materiallarında olmaqla müdafiə tərəfinə təqdim olunmuş və sözügedən qərarlar mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Təqsirləndirilən şəxs2 gəldikdə isə məhkəmə istintaqı zamanın sorğu verilərək şəxsin ibtidai istintaq zamanı saxlanıldığı 2 saylı İstintaq Təcridxanasına qəbul edilərkən tibb heyəti tərəfindən aparılan müayinə nəticələrinin və tibbi kartoçkanın sürəti tələb edilməklə götürülmüş və məhkəmə istintaqı zamanı araşdırılmışdır. Həmin sənədlərdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 2 saylı İstintaq Təcridxanasına qəbul edilərkən onda hər hansı bir xəsarət olmamış və şəxs özü də hər hansı bir xəsarətlə bağlı narahatlığının olmasını bildirməmişdir. Sözügedən tibbi kartoçkalarda yalnız şəxsin onkoloji xəstə olması barədə qeydlər aparılmışdır. Odur ki, təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə polis təzyiqi və təsirinə məruz qalması ilə bağlı qeyd olunanlar öz təsdiqini tapmadığından, məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərini əsaslı saymır və onlarla razılaşmır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən şəxslərin verdiyi ifadələrə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əlavə şahid Eşqin İsmayılov ümumiyyətlə hadisə ilə əlaqəli heç bir xüsusat göstərməmiş, ümumiyyətlə hadisənin şahidi olmamışdır. Digər şahidlərə gəldikdə isə Gülara İsmayılova təqsirləndirilən Təqsirləndirilən şəxs2 arvadı, Təqsirləndirilən şəxs1 isə anası olmaqla təqsirləndirilən şəxslərin yaxın qohumudur, Gülüzar Hüseynova isə təqsirləndirilən şəxslərin yaxın qonşusudur. Belə olan halda, həmin şəxslərin təqsirləndirilən şəxslərin xeyrinə ifadə verməsi anlaşılandır. Ona görə də, məhkəmə sözügedən şahidlərin ifadəsini də ayrı-ayrılıqda əsaslı sübut növü kimi qəbul etmir və onlarla razılaşmır. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə (atası, anası, nənəsi və qardaşı ilə) birlikdə Yevlax rayonu, Hacıselli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 123-124). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsin könüllü təslim olması barədə” protokoldan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İsmayılov X7 Şəhər Polis Şöbəsinə gələrək, Yevlax rayonunda Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına bıçaqla xəsarət yetirdiyini bildirmiş və könüllü olaraq təslim olmuşdur (cild 01, iş vər. 51). Məhkəmə Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna almaqla təslim olmasını CM-in 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışması və sonuncunun ondan heç bir şikayətinin olmamasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 22 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək onun üzərində 02 il 04 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmişdir. (cild 02, iş vər. 86). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il hökmü ilə CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Həmin cinayət əməli ağır cinayət sayıldığından və CM-in 83-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs1 isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətin təhlükəli residivi yaranmış olur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən əməlində cəzanı ağırlaşdıran halın olmasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha sərt cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla yekunda cinayətlərin məcmusu ilə Təqsirləndirilən şəxs1 qəti azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı ral olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsinə göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd edilən CM-in 59.1.10-cu və 59.1.12-ci maddəsində göstərilən yüngülləşdirici hallar olsa da, ona CM-in 60-cı maddəsinin tətbiq üçün əsas mövcud deyildir. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivi mövcuddur. Belə olan halda ona münasibətdə CM-in 60.1-ci maddəsinin tətbiqi istisna olunur. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri (anası, arvadı və uşaqları) ilə birlikdə Yevlax rayonu, Hacıselli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 02, iş vər. 17- 18). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 86-87). İş materiallarında əlavə olunmuş tibbi kartoçkarların surətindən görünür ki, Təqsirləndirilən şəxs2 onkoloji xəstəlikdən əziyyət çəkir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 isə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 192-193). Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdə isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 01, iş vər. 237-241, 112-117). Cinayət işinin materiallarında olan “cinayət törətmiş şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 66). Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1m Müşfiq oğlunun barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 93-97). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət onun cəzasına hesablanmalı, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəzasına hesablanmalı və cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində və Təqsirləndirilən şəxs2 barəsində olan məhkəmə narkoloji ekspertizalarının rəyləri nəzərə alınmaqla onlara cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 isə yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 87 ədəd çətənə (kannabis) bitkiləri, 01 ədəd sellofan torbanın içərisində çəkisi 1409,95 qram olan qurudulmuş marixuana və 01 ədəd olan sintetik torbanın içərisində çəkisi 1519,95 qram olan qurudulmuş marixuana, Yevlax rayon prokurorluğunda saxlanılan 01 ədəd xəncər qını, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan 01 ədəd hərbi uniforma gödəkcəsi, Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi 01 ədəd xəncər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs məxsus - 01 ədəd tünd göy rəngli polis uniformasının köynəyi, 01 ədəd qara rəngli polis uniformasının şalvarı, 01 ədəd qara rəngli polis uniformasının maykası zərərçəkmiş şəxsə qaytarılmalı, 03 ədəd CD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə 338,10 AZN (üç yüz otuz səkkiz manat, on qəpik) ekspertiza xərcinin 300 AZN-i (üç yüz manat) Təqsirləndirilən şəxs1, 38,10 AZN-i isə (otuz səkkiz manat, on qəpik) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 228.4, 234.4.3, 237.2.1, 237.2.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X4 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 87 ədəd çətənə (kannabis) bitkilərii, 01 ədəd sellofan torbanın içərisində çəkisi 1409,95 qram olan qurudulmuş marixuana və 01 ədəd olan sintetik torbanın içərisində çəkisi 1519,95 qram olan qurudulmuş marixuana, Yevlax rayon prokurorluğunda saxlanılan 01 ədəd xəncər qını, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan 01 ədəd hərbi uniforma gödəkcəsi, Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi 01 ədəd xəncər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs məxsus - 01 ədəd tünd göy rəngli polis uniformasının köynəyi, 01 ədəd qara rəngli polis uniformasının şalvarı, 01 ədəd qara rəngli polis uniformasının maykası zərərçəkmiş şəxsə qaytarılsın, 03 ədəd CD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 338,10 AZN (üç yüz otuz səkkiz manat, on qəpik) ekspertiza xərcinin 300 AZN-i (üç yüz manat) Təqsirləndirilən şəxs1, 38,10 AZN-i isə (otuz səkkiz manat, on qəpik) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar