Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-250/2024 21.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X11 iştirakı ilə, xx xxxx 2004-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə saat 18 radələrində Yevlax şəhəri, Nizami prospekti 12 ünvanında yerləşən “Aytən” şadlıq sarayında keçirilən əmisi oğlu Sənan Abdullayevin toy məclisində spirtli içki qəbul edərək yüngül dərəcəli alkoqol və narkotik vasitənin qəbulu nəticəsində sərxoşluq vəziyyətində həmin toy məclisində iştirak edən əvvəllər tanıdığı X15 görərək sonuncunun onun bacısı X3 ilə əvvəllər aralarında münasibət olmasını ehtimal etməsinə görə baş vermiş mübahisəni xatırlayıb Elmir Abışovun onun yaxın qohumunun toy məclisində iştirak etməsini qəbul etməyərək bunu bəhanə edib əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə şadlıq sarayında keçirilən toy məclisində Elmir Abışovu qəsdən öldürmək qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə şadlıq sarayında musiqi ansamblının üzvlərinin əyləşdiyi hissəyə yaxınlaşıb orada olan stulda əyləşərək şadlıq sarayının giriş qapısının qarşı hissəsində ayaq üstə dayanan Elmir Abışovun hərəkətlərini müşahidə etmiş, sonuncunun diqqətinin toy məclisində iştirak edən ailə üzvlərinin rəqs etməsinə yönəldiyini görüb istintaqa məlum olmayan mənbədən əldə edib əvvəlcədən üzərində gəzdirdiyi qatlanan qara rəngli metaldan hazırlanmış tiyəsinin uzunluğu 70 mm olan 01 ədəd soyuq silah hesab edilməyən məişət bıçağını cibindən çıxarıb tiyəsini açaraq sağ əli ilə bıçağın dəstəyindən tutub bıçağın tiyəsini digər əli görünməməsi üçün gizlədərək qəfildən əyləşdiyi stuldan ayağa qalxıb ondan təxminən 5 metr məsafədə qapının qarşısında dayanmış Elmir Abışova tərəf hücum edib ictimai yer hesab edilən toy məclisində digər şəxslərin gözü qarşısında öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət və şənlik qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə toy məclisində iştirak edən Elmir Abışovun ailə üzvlərinin və digər qohumlarının gözü qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da Elmir Abışova əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək həmin bıçaq ilə qəsdən Elmir Abışovun bədəninə bir dəfə bıçaq zərbəsi vuraraq ürəyin tamponadası, ürəyin sağ qulaqcığının dəlib keçən deşilmiş-kəsilmiş yarası, habelə dərəcəsinə görə sağlamlığa ağır zərər vuran və ölümlə birbaşa səbəbli əlaqəsi olan döş qəfəsinin sol yuxarı iç hissəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirib, ürəyin sağ qulaqcığının zədələnməsi və döş qəfəsinin sol yuxarı iç hissəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının kəskin qanitirmə ilə ağırlaşması nəticəsində bilavasitə sonuncunun ölümünə səbəb olmaqla xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə Elmir Abışovu qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edib CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, lakin psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Onun bacısı Ülviyyə Abdullayeva ilə X26un arasında sevgi münasibəti olmuş və qeyd olunan səbəbdən əvvəllər X26a xəsarət yetirmişdir. X26 həmişə onu təhqir etmiş və şəxsiyyətini alçaldan ifadələr işlətmiş, lakin o, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Yevlax rayonunda onunla ədavəti olan çox şəxs olduğu üçün üzərində daim bıçaq gəzdirmiş, həmin toy məclisinə gedən zaman da qeyd olunan səbəbdən üzərində bıçaq olmuş, lakin X26un toyda iştirak edəcəyindən məlumatı olmamışdır. Toy məclisində iştirak edərkən X26 onun qarşısından keçən zaman onu təhqir etmiş, o isə həmin sözü qəbul edə bilməmiş və hadisə baş verməmişdən əvvəl X26u kənara çağıracağı halda sonuncunun gəlməyəcəyini düşündüyü üçün bu barədə sonuncuya təklif etməmişdir. Həmin vaxt zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, sonuncunun sifətinə xəsarət yetirməklə kifayətlənməyi qərarlaşdırmışdır. Lakin X26 hadisə vaxtı baş nahiyəsini kənara tərəf hərəkətləndirdiyi üçün bıçaq sonuncunun sifətinə dəyməmiş, həmin vaxt sonuncuya bir bıçaq zərbəsi vurmuş və sonuncunu xüsusi amansızlıqla öldürməmişdir. İbtidai istintaq zamanı ifadə verərəkən X26un onu təhqir etdiyini demiş, lakin ifadəsində həmin hissə qeyd olunmamışdır. İbtidai istintaq zamanı ifadəsinin cəmi iki vərəqi ona oxunmuş, digər hissələr isə oxunmamışdır. İfadə verən zaman müdafiəçi orada olmuş, ifadəsi ilə bağlı müdafiəçiyə etirazını bildirmiş, lakin sonuncu ona narahat olmamasını və ifadəsində qeyd olunanların onun xeyrinə olduğunu demişdir. İfadəsinin aşağı hissəsində polis əməkdaşları tərəfindən ona təklif edilən məzmunda qeydlər etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, bacısı Ülviyyə Abdullayeva əri Azər Əzizovla birlikdə Yevlax şəhərində yaşamış, mərhum X21 ilə hər hansı qohumluğu olmamışdır. 2021-ci ilin xatırlamadığı tarixində bacısı Ülviyyə Abdullayeva ilə Elmir Abışovun arasında sevgi münasibətlərinin olmasını eşitmiş, 2021-ci ilin xatırlamadığı tarixində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən keçmiş Yevlax mehmanxanasının yaxınlığında bu zəmində aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla Elmir Abışovun qol nahiyəsinə xəsarət yetirmiş və bununla bağlı barəsində CM-in 128-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işinin istintaqı aparılaraq icraatına xitam verilmişdir. 10 iyun 2024-cü il tarixdə Yevlax şəhərində yerləşən “Aytən” şadlıq sarayında əmisi oğlu Sənan Abdullayevin toy şənliyində qohumları ilə birlikdə iştirak etmiş və spirtli içki qəbul etmiş, həmçinin toy şənliyində X26 da ailə üzvləri ilə birlikdə iştirak etmişdir. Spirtli içki içdikdən sonra toy zalında musiqiçilərin yanına gedib orada əyləşmiş və təxminən saat 18 radələrində Elmir Abışovun qonşuları ilə söhbət etdiyini görmüşdür. Həmin vaxt Elmir Abışovun toyda əylənməsi onu qıcıqlandırmış, bu səbəbdən sonuncuya tərəf hərəkət etdikdə xəsarət yetirərək qətlə yetirmək məqsədilə həmin vaxt cibində olan, əvvəlcədən və həmişə Elmir Abışovla qarşılaşdıqda qıcıqverici hərəkətlər etdikdə sonuncunu öldürmək məqsədilə üzərində gəzdirdiyi, təxminən 02 ay bundan əvvəl Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə yerləşən “Fərid” marketdən 03 manat pulun müqabilində aldığı, açılıb-qatlanan, dəstək hissəsi qara rəngli, tiyə hissəsi isə gümüşü rəngli olan cib bıçağını əlində açıq vəziyyətdə tutub saxlamışdır. Bundan sonra o, oturduğu stuldan anidən qalxıb zalın giriş qapısının yaxınlığında olan Elmir Abışova yaxınlaşıb sonuncunu öldürmək məqsədilə sonuncuya bir zərbə vurmuş və bıçağın bədənə nüfuz etdiyini hiss etmişdir. O, bundan sonra bir neçə dəfə zərbə endirmiş, lakin həmin zərbələrin Elmir Abışova dəyib-dəymədiyini bilməmişdir. Hadisə baş verən kimi qohumları onları bir-birindən kənarlaşdırmışlar, xatırlamadığı şəxs isə onun əlindən bıçağı almışdır. Hadisədən sonra o, şadlıq sarayından çıxaraq Bakı-Qazax magistral yoluna doğru hərəkət edib hadisə yerindən qaçmaq istəmiş, bu məqsədlə əl işarəsi ilə həmin vaxt yoldan keçən markasını bilmədiyi avtomobili saxlatmışdır. Daha sonra həmin avtomobilə əyləşib tanımadığı sürücüyə onu Yevlax şəhəri ərazisindən çıxarmağı təklif etmiş, sürücü isə onun əynində olan paltarın üzərində qan ləkələrinin olduğunu görüb nə baş verdiyini soruşmuş və bu zaman o, həmin sürücüyə “Aytən” şadlıq evində Elmir Abışova bıçaqla zərbə vurduğunu bildirmişdir. Həmin şəxs ona polis əməkdaşı olduğunu demiş və onu Yevlax Rayon Polis Şöbəsinə aparıb təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X21 onun oğlu olmuşdur. 2021-ci ilin xatrlamadığı tarixində Təqsirləndirilən şəxs Yevlax mehmanxanasının yanında mərhum oğlu Elmir Abışova bıçaqla xəsarət yetirmiş, lakin Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Qohumlarının və tanışlarının deməsinə əsasən mərhum oğlu X24 Abdullayevin bacısı Ülviyyə Abdullayevanın arasında sevgi münasibətinin olması səbəbindən X24 Abdullayevin arasında mübahisənin yaranması ona məlum olmuş, lakin bildiyinə görə X22 Abdullayevanın arasında sevgi münasibəti olmamışdır. 10 iyun 2024-cü il tarixdə oğlu Elmir Abışov ailə üzvləri ilə birlikdə Yevlax şəhərinin ərazisində yerləşən “Aytən” şadlıq evində keçirilən tanışı Sənan Abdullayevin toy şənliyində iştirak etmiş, o isə iştirak etməmişdir. Həmin tarixdə saat 18:30 radələrində qohumları ona məlumat verərək mərhum oğlu Elmir Abışovun toy məclisində dalaşdığını və bıçaqla bədən xəsarəti aldığına görə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişlər. O da həmin xəstəxanaya getmiş və oraya çatdıqda oğlu Elmir Abışovun ölməsi ona bildirilmişdir. İbtidai araşdırma aparılan zaman mərhum oğlu Elmir Abışovun 10 iyun 2024-cü il tarixdə Yevlax şəhərinin ərazisində yerləşən “Aytən” şadlıq evində keçirilən toy məclisində bütün qohumlarının gözü qarşısında Təqsirləndirilən şəxs tərəfindən üzərində olan bıçaqla öldürülməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X21 onun əri olmuşdur. Eşitdiyinə görə 2021-ci ilin xatırlamadığı tarixində Təqsirləndirilən şəxs Yevlax mehmanxanasının yanında mərhum əri Elmir Abışova bıçaqla xəsarət yetirmiş, lakin Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Qohumlarının və tanışlarının deməsinə əsasən mərhum əri X24 Abdullayevin bacısı Ülviyyə Abdullayevanın arasında sevgi münasibətinin olması səbəbindən X24 Abdullayevin arasında mübahisənin yaranması ona məlum olmuş, lakin bildiyinə görə adları qeyd olunan şəxslərin arasında sevgi münasibətləri olmamış və mərhum əri X31 Abdullayevlə aralarında hər hansı mübahisənin olması barədə ona heç nə deməmişdir. 10 iyun 2024-cü il tarixdə onun qohumu X10 şəhərinin ərazisində yerləşən “Aytən” şadlıq evində toy şənliyi keçirilmiş, o da mərhum əri Elmir Abışov və azyaşlı övladları ilə birlikdə həmin toy məclisində iştirak etmişdir. Mərhum əri Elmir Abışov toy məclisində spirtli içki qəbul etmiş və toyda iştirak edən qonaqlarla birlikdə rəqs etmişdir. Toy məclisinin sonuna yaxın o, bəy-gəlin masasının yaxınlığında əyləşmiş, təxminən saat 18:00 radələrində toy zalının giriş qapısının qarşısında dava-dalaşın olduğunu görüb həmin istiqamətə tərəf getmiş və oraya çatdıqda mərhum əri Elmir Abışovun xəsarət aldığını və qanın axdığını görmüşdür. Mərhum əri Elmir Abışov xəsarət aldığına görə toy zalını tərk edərək çölə çıxmış, daha sonra isə avtomobilə əyləşdirərək Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Bundan sonra o da həmin xəstəxanaya getmiş və oraya çatdıqda əri Elmir Abışovun aldığı xəsarətdən ölməsi barədə ona məlumat verilmişdir. İbtidai araşdırma aparılan zaman mərhum əri Elmir Abışovun Təqsirləndirilən şəxs tərəfindən üzərində olan bıçaqla öldürülməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X21 onun nəvəsinin əri olmuşdur. 10 iyun 2024-cü il tarixdə Yevlax şəhərində yerləşən “Aytən” şadlıq sarayında qohumları ilə birlikdə X14 Məmmədovanın toy şənliyində iştirak etmiş və toy məclisində musiqiçilərin yanında əyləşərək musiqi sifariş verilməsinə nəzarət etmişdir. Təxminən saat 18:00 radələrində şadlıq sarayının giriş hissəsində dava-dalaşın olduğunu görüb digər qohumlarla birlikdə həmin yerə gedərək müdaxilə etmiş və bu zaman Təqsirləndirilən şəxs X16 xəsarət yetirdiyini görmüşdür. Elmir Abışov xəsarət aldığına görə həmin hissədən qan axmağa başlamış, daha sonra isə orada olan qohumları X24 Abdullayevi bir-birindən kənarlaşdırmışlar. Bundan sonra Elmir Abışov şadlıq sarayı tərk edib çölə çıxmış, ardınca isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılsa da aldığı xəsarətdən ölmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının oğlu olmuşdur. 10 iyun 2024-cü il tarixdə qohumlarla birlikdə Yevlax şəhərində yerləşən “Aytən” şadlıq sarayında X14 Məmmədovanın toy şənliyində iştirak etmişdir. Təxminən saat 18:00 radələrində şadlıq sarayının giriş hissəsinə yaxın stulda əyləşib qohumları ilə söhbət edən zaman dava-dalaşın başladığını görmüş və digər qohumları ilə birlikdə dava-dalaşa müdaxilə etmişdir. Bu zaman o, qardaşının oğlu Təqsirləndirilən şəxs əlində bıçağın olduğunu, həmin bıçaqla X16 xəsarət yetirdiyini görmüş və orada olan qohumlar adları qeyd olunan şəxsləri bir-birindən kənarlaşdırdıqdan sonra o, qardaşı oğlu Təqsirləndirilən şəxs tərəf gedərək əlində olan bıçağı almışdır. Elmir Abışov xəsarət aldığına görə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılmış, Təqsirləndirilən şəxs isə şadlıq sarayını tərk edib bilmədiyi yerə getmişdir. Hadisənin baş verməsinin səbəbi qardaşının oğlu Təqsirləndirilən şəxs bacısı Ülviyyə Abdullayevanın əvvəllər X26la aralarında sevgi münasibətinin olması olmuşdur. O, hadisə vaxtı qardaşının oğlu Təqsirləndirilən şəxs əlindən aldığı qara rəngli, üzərində naxışlar olan və açılıb-bağlanan 01 ədəd bıçağı özündə saxlamış, istintaq orqanına təqdim etmək məqsədilə özü ilə yaşadığı evə aparmış və ibtidai araşdırma zamanı həmin bıçağı könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 iyun 2024-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 18:15 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax Rayon X1 ölmüş vəziyyətdə həmin xəstəxananın X28 Bölməsinə daxil olması barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 iyun 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 18:20-də Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax Rayon Polis X2 bıçaqlanaraq öldürülməsi və meyitinin qeyd olunan xəstəxanaya gətirilməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri, Nizami prospektində yerləşən “Aytən” şadlıq sarayının mərasim zalıdır. Mərasim zalına daxil olduqda sağ tərəf istiqamətində toy şənliyinə dəvət olunmuş şəxslərin əyləşməsi üçün nəzərdə tutulmuş stol və stul dəstlərinin yerləşdiyi hissə vardır. Hadisə yerini təqdim edən X6 mərasim zalına giriş hissənin qarşısını təqdim edərək Təqsirləndirilən şəxs əlindəki bıçaqla Elmir Abışova zərbə vuraraq sonuncunu öldürdüyünü bildirmişdir. Baxış keçirilən zaman cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, mərhum X12 meyitinə baxış keçirilmişdir. Meyitin əynində qara rəngli qısaqol mayka (maykanın ön səthinin sağ tərəfində, sol yan tikişdən 15 sm, ətəyindən 35 sm məsafədə, istiqaməti köndələn-çəp yerləşmiş, 2,5 sm uzunluğunda hamar kənarlı, ellepsəbənzər formalı kəsik vardır), göy rəngli cins materialdan şalvar, tünd göy rəngli tuman, qara rəngli corablar və qara rəngli ayaqqabı vardır. Paltarlar qanabənzər ləkələrlə çirklənmişdir. Meyitin dərisi qoltuqaltı və aralıq nahiyəsində isti, digər nahiyələrdə soyuqdur. Müayinə olunan bütün qrup əzələlərdə meyit qacıması inkişaf etməmişdir. Meyit ləkəsi gövdənin arxa yan səthində yerləşir, zəif intensividir, yayılmışdır, solğun çəhrayımtıl-bənövşəyi çalarlı rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 25-30 saniyəyə əvvəlki rəngi bərpa olunur. Xarici müayinə zamanı sağ körpücüküstü nahiyədə, istiqaməti köndələn çəp yerləşmiş, sağ ucu nisbətən küt, sol ucu iti, hamar kənarlı, 4,5x1 sm ölçülü yara aşkar edildi. Yumşaq zondla təftiş zamanı yara kanalının daxilə nüfuz etdiyi məlum oldu. Yara kanalının istiqaməti öndən-arxaya, yuxarıdan aşağı, nisbətən sağdan soladır. Bədən səthində başqa xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Elmir Abışovu öldürən zaman istifadə etdiyi üzərində naxışlar olan, açılıb-bağlanan bir ədəd bıçaq Şahid2 tərəfindən təqdim olunmuş və götürülmüşdür. Bıçağın kəsici hissəsinin hər iki tərəfi qana bənzər ləkələrlə çirklənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş bıçağa baxış keçirilməsi haqqında 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Elmir Abışovu öldürən zaman istifadə etdiyi bıçağa baxış keçirilmişdir. Bıçaq tiyə və dəstək hissələrdən ibarətdir, açılıb-qatlanan formadadır, açıq vəziyyətdə bıçağın uzunluğu 155 mm-dir. Bıçağın tiyə hissəsi boz və gümüşü rəngli materialdan hazırlanmışdır, tiyə hissəsinin üst tərəfi küt, aşağı tərəfi kəsici, ucu isə deşici xassəyə malikdir, tiyə hissəsinin kəsici tərəfi itilənmişdir. Tiyə hissəsinin uzunluğu 6,5 sm, qalınlığı isə 1,1 mm-dir. Bıçağın tiyə hissəsində qanabənzər ləkələr vardır. Bıçağın dəstək hissəsinin uzunluğu 9 sm, qalınlığı isə 2,6 sm-dir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli qısaqol köynək götürülmüşdür. Şalvarın ön tərəfi qanabənzər ləkələrə bulaşmış haldadır, qısaqol köynəyin üzərində qanabənzər ləkələr yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü bir ədəd disk götürülmüşdür. Videogörüntünün müddəti 02 dəqiqə 29 saniyədir və videogörüntünün 44-cü saniyəsində Təqsirləndirilən şəxs hər hansı səbəb olmadan musiqiçilərin yanında oturduğu stuldan qalxıb mərasim zalının giriş qapısının qarşısında dayanmış X16 bıçaqla hücum edərək bir zərbə vurması, zərbədən az öncə Elmir Abışovun baş nahiyəsini kənara tərəf hərəkət etdirməməsi, daha sonra Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirərək Elmir Abışova bıçaqla yenidən zərbə vurmağa çalışması, lakin mərasim zalında olan şəxslərin onu tutub saxlaması səbəbindən buna nail ola bilməməsi müşahidə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 28 iyun 2024-cü il tarixli 21 nömrəli rəyindən görünür ki, X12 meyitində “ürəyin tamponadası, ürəyin sağ qulaqcığının dəlib keçən deşilmişkəsilmiş yarası” diaqnozu ilə, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, həyati, ölüm baş verməmişdən az müddət əvvəl yetirilmiş, habelə “döş qəfəsinin sol yuxarı iç hissəsinin daxilə nüfuz edən (1 ədəd) deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, ölümlə birbaşa səbəbli əlaqəsi olan və dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malik xəsarətlər aşkar olunmuşdur. Onun meyitində aşkar edilmiş xəsarətlərin yerləşdiyi nahiyələrlə hadisə vaxtı onun əynində olmuş paltarlarda olan zədələr cüzi fərqlə üst-üstə düşür. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr həmin xəsarətləri aldıqdan sonra mərhumun hər hansı iradi hərəkət etməsinin mümkün ola bilməyəcəyini deməyə əsas verir. Mərhumun meyitində anadangəlmə və ya sonradan qazanılma sümük-əzələ qüsuru aşkar edilməmişdir. Xəsarətlərin xarakterini və yerləşdiyi nahiyələri nəzərə alaraq, xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən şəxsin böyük ehtimalla qarşı-qarşıya olduqlarını güman etmək olar. Məhkəmə-kimyəvi şöbədə tərtib edilmiş 24 iyun 2024-cü il tarixli 1999/K nömrəli aktdan görünür ki, məhrum X12 meyitindən götürülmüş duru qan nümunəsinin məhkəmə kimyəvi tədqiqatı nəticəsində 0,9 promilli qatılığında etil spirti aşkar edilmişdir. Bu göstərici də mövcud cədvələ görə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik vasitələr və digər güclü təsiredici preparatlar aşkar edilməmişdir. Mərhumun bilavasitə ölümünə səbəb ürəyin sağ qulaqcığının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin sol yuxarı iç hissəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik-trasoloji ekspertizasının 16 iyul 2024-cü il tarixli 3-16-16/2-3/1008, 3/1024, 3/1028 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçağın səthində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Təqdim edilmiş bir ədəd bıçağın səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır. Tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş üzərində “ölmüş zərərçəkmiş şəxs X12...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilmiş bir ədəd zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin qısaqol köynəyin səthində olan zədədə, zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qısaqol köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından zədənin yetirilmə istiqamətini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş üzərində “ölmüş zərərçəkmiş şəxs X12...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş 01 ədəd cins şalvarın səthində trasoloji zədə yoxdur. Zədənin yetirildiyi anda zədə yetirən predmetlə zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyəti istintaq eksperimentinin keçirilməsi yolu ilə müəyyən edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 25 iyul 2024-cü il tarixli, 2/3-13-117/2-14796/24 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 10 iyun 2024-cü il tarixdə saat 18:00 radələrində “Aytən” şadlıq sarayında keçirilən toy məclisi zamanı Təqsirləndirilən şəxs ilə X12 arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan bıçaqla Elmir Abışova 01 (bir) zərbə vurmaqla sonuncuya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən ölməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 31 iyul 2024-cü il tarixli 408/2024-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs mərhum X12 ABO sistemi üzrə qan qrupu A(ll)-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu B(lll)-dür. Məhkəmə-bioloji ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olan və hadisə vaxtı əynində olmuş göy rəngli cins tipli materialdan olan şalvar, qara rəngli ön səthində zəncirbəndlə bağlanan qısaqol köynək, zərərçəkmiş X26a məxsus olan və hadisə vaxtı əynində olmuş göy rəngli cins tipli materialdan olan şalvar, ona keçirilmiş kəmər və qara rəngli qısaqol köynəyin üzərində olan ləkələrdə və 01 (bir) ədəd qatlanan bıçağın tiyəsinin sağ yan-uc hissəsində məhdud sahədə olan ləkədə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrində ABO sistemi üzrə qrup mənsubiyyəti təyin olunan zaman zərərçəkmiş X26a məxsus şalvar, ona keçirilmiş kəmər və qısaqol köynəkdə olan qan ləkələrində yalnız «A» antigeni alındı. ABO sistemi üzrə bu antigen tək halda və «beta» aqqlyutinini ilə birlikdə A(ll) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin birmənalı olaraq A(ll) qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar və bu halda həmin qan ləkələri ABO sistemi üzrə eyni qan qruplu zərərçəkmiş X26a məxsus ola bilər. Həmin ləkələrdə Təqsirləndirilən şəxs qanı inkar olunur. Təqsirləndirilən şəxs məxsus şalvar və zəncirbəndlə bağlanan köynəkdə olan əksər qan ləkələrində (5, 6, 7, 8 və 10 nömrəli obyektlər) qan qrupunun ABO sistemi üzrə təyini zamanı isə yalnız «B» antigeni alındı. ABO sistemi üzrə bu antigen tək halda və «alfa» aqqlyutinini ilə birlikdə B(lll) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin birmənalı olaraq B(lll) qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar və bu halda həmin qan ləkələri ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Həmin ləkələrdə zərərçəkmiş X26un qanı inkar olunur. Təqsirləndirilən şəxs məxsus qısaqol köynəyin ön səthində zəncirbəndin bir kənarı boyu yerləşmiş ləkədə (9 nömrəli obyekt) və qatlanan bıçağın tiyəsinin sağ yanuc hissəsində məhdud sahədə yerləşmiş ləkədə qan qrupunun ABO sistemi üzrə təyini zamanı “A” və “B” antigenləri alındı. Bu antigenlər həmin sistemin “dominant” antigenləri olduqlarından onların hər biri ayrılıqda və birlikdə qan qrupunu formalaşdıra bildikləri üçün bu ləkələrdə olan qanın qrupu ilə bağlı birmənalı fikir söyləmək olmaz. Göstərilən halda hadisənin dinamikada gedişatı, yaranmış ləkələrin ölçü və xarakteri, yaranma mexanizmi, ən əsası isə hadisə zamanı Təqsirləndirilən şəxs bədənində (əllərində) qanaxma ilə müşayiət olunan zədələrin olub-olmaması nəzərə alınmaqla fikir söyləmək məqsədəuyğundur. Belə ki, göstərilən hallar nəzərə alınmaqla bu ləkələrin bir şəxsin qanı hesabına yaranması halında «A» və «B» antigenləri birlikdə AB (1Y) qruplu qanı formalaşdırdıqları üçün qan ləkələrinin həmin qrupa mənsub olmayan Təqsirləndirilən şəxs, eləcə də Elmir Abışova məxsus olması mümkün deyil. Lakin həmin halların təhlili zamanı bu ləkələrin bir neçə şəxsin (şəxslərin) qarışmış qanları hesabına yarana bilməsini ehtimal etməyə əsas vardırsa, bu halda onların «A» və «B» antigenlərinin ayrılıqda formalaşdırdıqları A(ll) və B(lll) qruplu qarışmış qanların hesabına yaranması mümkündür və bu halda həmin ləkələrdə müvafiq olaraq Elmir Abışovun və Təqsirləndirilən şəxs qan qarışıqları inkar olunmur. Təqdim edilmiş qatlanan bıçağın tutacağı və tiyə yuvasının divarlarında qan aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2, 120.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 228.4 və 234.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilsə də məhkəmı istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib bacısı Ülviyyə Abdullayeva ilə X26un arasında sevgi münasibətinin olduğunu, qeyd olunan səbəbdən əvvəllər X26a xəsarət yetirdiyini, X26un həmişə onu təhqir etdiyini, şəxsiyyətini alçaldan ifadələr işlətdiyini, lakin bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmədiyini, Yevlax rayonunda onunla ədavəti olan çox şəxs olduğu üçün üzərində daim bıçaq gəzdirdiyini, həmin toy məclisinə gedən zaman da qeyd olunan səbəbdən üzərində bıçağın olduğunu, lakin X26un toyda iştirak edəcəyindən məlumatının olmadığını, toy məclisində iştirak edərkən X26un onun qarşısından keçən zaman onu təhqir etdiyini, həmin sözü qəbul edə bilmədiyini, hadisə baş verməmişdən əvvəl X26u kənara çağıracağı halda sonuncunun gəlməyəcəyini düşündüyü üçün bu barədə sonuncuya təklif etmədiyini, həmin vaxt zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, sonuncunun sifətinə xəsarət yetirməklə kifayətlənməyi qərarlaşdırdığını, lakin X26 hadisə vaxtı baş nahiyəsini kənara tərəf hərəkət etdirdiyi üçün bıçağın sonuncunun sifətinə dəymədiyini, həmin vaxt sonuncuya bir bıçaq zərbəsi vurduğunu, sonuncunu xüsusi amansızlıqla öldürmədiyini, ibtidai istintaq zamanı ifadə verərkən X26un onu təhqir etdiyini dediyini, lakin ifadəsində həmin hissənin qeyd olunmadığını, ibtidai istintaq zamanı ifadəsinin cəmi iki vərəqinin ona oxunduğunu, digər hissələrin isə oxunmadığını, ifadə verən zaman müdafiəçinin orada olduğunu, ifadəsi ilə bağlı müdafiəçiyə etirazını bildirdiyini, lakin sonuncunun ona narahat olmamasını və ifadəsində qeyd olunanların onun xeyrinə olduğunu dediyini və ifadəsinin aşağı hissəsində polis əməkdaşları tərəfindən ona təklif edilən məzmunda qeydlər etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadə verən zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və həmin hərəkətlərin qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü bir ədəd disk məhkəmə istintaqı zamanı görüntülü şəkildə tədqiq olunarkən Təqsirləndirilən şəxs hər hansı səbəb olmadan oturduğu stuldan qalxıb Elmir Abışova yaxınlaşaraq əlində olan bıçaqla məhz Elmir Abışova bıçaqla bir zərbə vurması, zərbədən az öncə Elmir Abışovun baş nahiyəsini kənara tərəf hərəkət etdirməməsi, daha sonra Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirərək Elmir Abışova bıçaqla yenidən zərbə vurmağa çalışması, lakin orada olan şəxslərin onu tutub saxlaması səbəbindən buna nail ola bilməməsi müşahidə olunmuşdur. Bununla bağlı qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlcə Elmir Abışova bir bıçaq zərbəsi vurması, daha sonra hərəkətlərini davam etdirərək bıçaqla yenidən zərbə vurmağa çalışması, lakin orada olan şəxslərin onu tutub saxlaması səbəbindən buna nail ola bilməməsi, nəticədə Elmir Abışovu qəsdən öldürməsi, bunlarla yanaşı məhz cinayətin üsulu kimi bıçaqdan istifadə edilməsi, yetirilən bədən xəsarətlərinin sayı, həyat üçün mühüm orqana zərbə endirilməsi sonuncunun Elmir Abışovu qəsdən öldürməsinə dəlalət edir. Habelə qeyd etmək zəruridir ki, “xuliqanlıq niyyəti” anlayışına bu Qərarın 6-cı bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Göründüyü kimi, Elmir Abışovun toyda əylənməsi, bu halların Təqsirləndirilən şəxs qıcıq yaratması, nəticədə bunu bəhanə edərək hər hansı əsaslı səbəb olmadan Elmir Abışovu öldürməsi onun məhz xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsini təsdiq edir. Həmçinin qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” anlayışına bu Qərarın 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs Elmir Abışovun yaxınlarının da toy məclisində iştirak etdiyini bilmiş və bunun şahidi olmuş, ardınca isə Elmir Abdullayevə məhz yaxınlarının yanında bıçaqla zərbə vuraraq sonuncunu öldürmüşdür. Digər tərəfdən isə Təqsirləndirilən şəxs Elmir Abışovu məhz yaxınlarından yanında bıçaqla zərbə vuraraq öldürməklə yaxınlarına xüsusi əzab verdiyini dərk etdiyindən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Bundan başqa, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Bu Qərarın 2-ci bəndinə əsasən, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu Qərarın 3-cü bəndinə əsasən, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bu Qərarın 4-cü bəndinə əsasən, CM-in 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu Qərarın 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Bu Qərarın 8-ci bəndinə əsasən, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin CM-in 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Bu Qərarın 9-cu bəndinə əsasən, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan CM-in 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs ictimai yer hesab edilən toy məclisində digər şəxslərin gözü qarşısında insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib birgə istirahət və şənlik qaydalarına etinasızlıq göstərərək bıçaqdan silah qismində istifadə etməklə zərərçəkmiş şəxs Elmir Abışova zərbə vurub sonuncunu qəsdən öldürməsi onun məhz xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 120.2.2 və 120.2.4-cü maddələrində göstərilən cinayət əməlləri xüsusilə ağır, CM-in 221.3-cü maddələrində göstərilən cinayət əməli isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla Yevlax şəhəri, H.ünvan 5aşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X4 şəhəri, Ə.Firdovsi küçəsi, ev 78 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 120.2.2 və 120.2.4-cü maddələrində göstərilən cinayət əməlləri xüsusilə ağır, CM-in 221.3-cü maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 20:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 10 iyun 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 10 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2024-cü il tarixli 1275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 02 iyul 2024-cü il tarixli xx/xx-7826 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həmin mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 30 iyul 2024-cü il tarixli 587 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdən “Eyni zamanda bir neçə narkotik vasitənin qəbul edilməsi və digər psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları. Asılılıq sindromu” diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 iyul 2024cü il tarixli 460 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. O, təsvir olunmuş cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. O, hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. O, təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 22 iyun 2024-cü il tarixli PHŞ-3843/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı mərhum X12 əynində olmuş bir ədəd qara rəngli qısaqol mayka və bir ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli qısaqol köynək, habelə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq həmin tarixdə maddi sübut qismində tanınmışdır, hadisə vaxtı mərhum X12 əynində olmuş bir ədəd qara rəngli qısaqol mayka və bir ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq Yevlax Rayon Prokurorluğunda saxlanılır, hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan, hadisə vaxtı mərhum X12 əynində olmuş bir ədəd qara rəngli qısaqol mayka və bir ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli qısaqol köynək, habelə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 180 (yüz səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan, hadisə vaxtı mərhum X12 əynində olmuş bir ədəd qara rəngli qısaqol mayka və bir ədəd göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli qısaqol köynək, habelə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisənin baş vermə anını əks etdirən videogörüntünün köçürüldüyü bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-250/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-250/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver