Məhkəmə qərarları › İş №1(091)-251/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-251/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-251/2024 08.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Yevlax rayonu Qaroğlan kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2024-cü ilin may ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda yaşadığı Yevlax rayonunun Qaroğlan kəndinin ərazisində yerləşən Aşağı Salamabad bələdiyyəsinə məxsus istifadə edilməyən ərazidə olan qamışlığın içərisindəki torpaq üzərində qəsdən əkib qanunsuz olaraq külli miqdarda 93 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 22 iyun 2024-cü il tarixdə saat 1430-dan saat 1530-dək olan müddətdə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aqronom-mütəxəssisin iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs Yevlax rayonunun Qaroğlan kəndinin ərazisində yerləşən Aşağı Salamabad bələdiyyəsinə məxsus istifadə edilməyən ərazidə olan qamışlığın içərisindəki torpaq sahəsində qəsdən kultivasiya etdiyi külli miqdarda 93 ədəd, uzunluqları 55 sm-dən 240 sm-dək olan ümumi çəkisi 29 kq 120 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə etməklə narkotik vasitəni yaşadığı Qaroğlan kəndinin ərazisindən yabanı halda bitmiş çətənə bitkilərindən yığmış, istifadə etdiyi həmin marixuananın içərisindən çətənə bitkilərnin toxumlarından yığaraq gələcəkdə əkmək üçün yaşadığı evdə gizlətmişdir. 2024-cü ilin may ayında həmin toxumları yaşadıqları evin ayaq tərəfində yerləşən qamışlıq sahənin içərisində təmizləyərək həmin yerdə əkmiş və toxumları suvararaq qulluq etməyə başlamışdır. Bir neçə gün sonra toxumlar cücərməyə başlamış, bitmiş şitillərin dibini boşaldaraq seyrəltmişdir. Toxumlardan 93 ədədi yetişmiş, bitmiş şitillərin dibinə arx çəkərək peyin verməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində çətənə bitkilərini quluq edib evə gəlmiş, bu vaxt Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onlara gələrək yaşadığı evin həyətyanı sahəsinə narkotik vasitə əkməsi barədə məlumat olduğuna görə həmin yerə baxış keçirmək istədiklərini bildirmişlər. Polis əməkdaşlarının həyatyanı sahəsinə baxış keçirməsinə etiraz etməyərək bu barədə ərizə vermiş, bundan sonra polis əməkdaşları ilə birlikdə onun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahəsinin ayaq tərəfində qamışlıqda əkib-becərdiyi 93 ədəd çətənə bitkisi aşkar edilib qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyun 2024-cü il tarixdə saat 14 radələrində Yevlax rayonu Qaraoğlan kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə baş əməliyyat müvəkkili Nicat Rəhimova daxil olmuş məlumat əsasında rayon X3 X10 əməliyyat müvəkkili Şahid2 ibarət yaradılmış əməliyyat qrupu və dəvət edilmiş aqronom-mütəxəssis Yevlax rayonu X7 rəisi X5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, həmin vaxt evdə olan Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı evin həyətyanı məhləsinin ayaq tərəfində olan qamışlıqda 93 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin bitkilərin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənərək suvarıldığına görə aqronom-mütəxəssis Vüqar Mahmudov həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri özü əkib-becərdəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 23 iyun 2024-cü il tarixli 3-16-16-2-17\554 saylı rəyindən görünür ki, təhqiqata təqdim olunmuş 6 ədəd sintetik kisə bağlamalarda ümumi sayı 93 ədəd, uzunluqları 55 sm-dən 240 sm-dək yaş vəziyyətdə ümumi çəkisi 29 kq 120 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 avqust 2024-cü il tarixli 1359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 22 iyun 2024-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CDdiskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin arxa tərəfindəki qamışlıq sahənin içərisindən 93 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti Başçısının Aşağı Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Qaraoğlan kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində 09 aprel 2019-cu ildə doğulmuş Zəhra Məmmədli və 04 fevral 2021-ci ildə doğulmuş Gülçöhrə Məmmədli adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 22 iyun 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs saat 1620-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 iyun 2024-cü ildən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 93 ədəd narkotik təbiətli çətənə bitkisinin şitilləri məhv edilsin, iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar