Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-252/2023 07.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yevlax şəhəri üzrə texniki-xidmət məntəqəsində vaqon baxıcısı vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həbs olunanadək ünvan 2nında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, dövlət sirrini xarici dövlətə vermiş və xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə onlara kömək etmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilərək, 2022-ci ilin dekabr ayının 19-dək olan müddət ərzində həmin ölkənin xüsusi xidmət orqanının özünü ona Nəriman kimi təqdim edən nümayəndəsinin tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin tapşırıqların icrası qaydasında, ona verilmiş xüsusi foto-kamera və uçan hərbi obyektləri müəyyən etmək məqsədilə hazırlanmış xüsusi radio qurğu vasitəsilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri, o cümlədən Hərbi X13 rayonu və Bakı şəhəri ərazisində yerləşən müxtəlif hərbi hissələri və həmin hərbi hissələrə məxsus zenitraket kompleksləri və aviasiya vasitələrinin yerləşmə məntəqələri, sayları, uçuş vaxtları, hərəkət trayektoriyaları və digər məlumatları toplayıb müxtəlif vaxtlarda mobil telefon vasitəsilə və İran İslam Respublikası ərazisində həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim etməklə, casusluq, dövlət sirrini xarici dövlətə vermə və xarici xüsusi xidmət orqanlarının nümayəndələrinin tapşırıqlarını yerinə yetirirək onlara kömək etmə formalarında dövlətə xəyanət etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 274-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt dövlətə xəyanət etmək niyyəti olmamış, İsrail dövlətinin Azərbaycan Respublikasında çaxnaşma yaratmaq, dini aradan qaldırıb Azərbaycan Respublikasını Fələstinə birləşdirmək istədiklərini və bunun baş verməməsi üçün İsrail dövlətinin Azərbaycan Respublikasında olan bazalarının fotoşəkillərini çəkib göndərməli olduğunu dedikləri üçün müvafiq məlumatları həmin şəxslərə vermiş, fotoşəkilləri qeyd olunan şəxslərə göndərməklə dövlətə xəyanət etdiyini bilməmiş, əksinə edəcəyi bu hərəkətlərin hamısının dövlət üçün faydalı olacağını fikirləşərək qeyd olunan tapşırıqları yerinə yetirmiş və Vüsal İsgəndərlinin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bilməmişdir. Sonradan o, artıq müvafiq tapşırıqları yerinə yetirməyəcəyini həmin şəxslərə bildirmiş, qeyd olunan şəxslər isə dediklərini etməyəcəyi təqdirdə onu həbs etdirəcəkləri və aralarında olan səs yazılarını təqdim edəcəkləri ilə hədələdikləri üçün müvafiq məlumatları təqdim etməyə davam etmişdir. Göstərilən şəxslər ona 7000 manat məbləğində pul göndərərək həmin pulu saxlamasını və qeyd olunan pulla nə etməli olduğunu deyəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, İslam dininə marağı yarandıqdan sonra müxtəlif sosial şəbələlərdə dini mövzulara qulaq asmağa başlamış, 2022-ci ilin yanvar-fevral aylarında “İnstagram” və ya “TikTok” sosial şəbəkəsində Vüsal İsgəndərli ilə tanış olmuş və sonuncunun profilinə baxdıqda Vüsal İsgəndərlinin dini mövzularda videolar yerləşdirməsi, İran İslam Respublikası ərazisində fotoşəkil və video paylaşması, dini mövzulu videolardakı çıxışlarında vətənindən sürgün olunmasını qeyd etməsi, Azərbaycan Respublikası və İsrail dövləti əleyhinə çıxışlar etməsi ona məlum olmuşdur. O, Vüsal İsgəndərlinin profilinin şəxsi bölümünə həmin vaxt öz istifadəsində olan Rusiya Federasiyasına məxsus olan mobil telefon nömrəsini qeyd edərək, Yevlax şəhərində yaşadığını və həmin nömrənin “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlaya biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra həmin nömrəyə Rusiya Federasiyasına məxsus mobil telefon nömrəsindən mesaj gəlmiş, mesaj göndərmiş şəxs Vüsal İsgəndərli olduğunu ona demiş və həmin vaxtdan etibarən “WhatsApp” tətbiqi vasitəsilə danışmağa başlamışlar. Söhbət əsnasında o, X6 rayonunda doğulduğunu öyrənmiş, sonuncu ilə dini mövzularda, İsrail dövlətinin Azərbaycan Respublikasının ərazisində olan döyüş təyinatlı pilotsuz uçuş aparatları və İslam dinini qorumaq barədə ümumi söhbətlər etmişlər və söhbət zamanı o, əlindən gələn köməkliyi edəcəyini demişdir. 2022-ci ilin mart ayının ortalarında Yevlax şəhərində olan zaman X15 Federasiyasına məxsus olan mobil telefon nömrəsindən onun istifadəsində olan Rusiya Federasiyasına məxsus olan mobil telefon nömrəsinə zəng etmiş və söhbət zamanı sonuncu ona İslam dini ilə mübarizə aparıldığını, İslam dininə qarşı çıxıldığını, İsrail dövlətinin Azərbaycan Respublikasının ərazisində bazalarının olduğunu və İsrail dövlətinin Azərbaycan Respublikasının düşməni olduğunu demişdir. Söhbət zamanı Vüsal İsgəndərli ona müəyyən şəxslərin də ona kömək etdiyini və Yevlax şəhərində olan İsrail dövlətinin pilotsuz uçuş aparatlarının saxlanıldığı yerin koordinatlarını atacağını deyərək, İsrail dövlətinin Azərbaycan Respublikasının ərazisində olan pilotsuz uçuş aparatları barədə məlumat toplamağı, Yevlax şəhərində olan həmin pilotsuz uçuş aparatlarının saxlanıldığı yerə gedib fotoşəkillərini çəkərək göndərməsini, qeyd olunan pilotsuz uçuş aparatlarının havaya qalxdığı zaman məlumat verməsini, fotoşəkillərini çəkməsini təklif etmiş və Nəriman adlı şəxsin ona zəng edəcəyini demiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Bundan sonra Vüsal İsgəndərli onun mobil telefon nömrəsinə “WhatsApp” tətbiqi vasitəsilə Yevlax hava limanının “Google Maps” proqramı vasitəsilə əldə edilmiş koordinatlarını göndərmiş və Nəriman adlı şəxsin onunla əlaqə saxlayacağını demişdir. Səhəri gün onun istifadəsində olan Rusiya Federasiyasına məxsus mobil telefon nömrəsinə Rusiya Federasiyasına məxsus mobil telefon nömrəsindən “WhatsApp” tətbiqi vasitəsilə zəng gəlmiş və cavab verdikdə zəng edən şəxs adının Nəriman olduğunu və Vüsal İsgəndərlinin təklif etdiyi şəxs olduğunu bildirmişdir. Nəriman adlı şəxs İsrail dövlətinin Azərbaycan Respublikasının ərazisində olan pilotsuz uçuş aparatlarının saxlanıldığı bazalarla bağlı onunla söhbətlər etmiş, İslam dininə xidmət etdiyini, İran İslam Respublikasında X7 Korpusunda xidmət etdiyini, İsrail dövlətinin Azərbaycan Respublikası ilə İran İslam Respublikasının biri-birilərinə qarşı düşmən münasibətində olmasına səbəb olduğunu, digər dövlətləri İran İslam Respublikasına qarşı qoyduğunu, köməklik edəcəyi təqdirdə bunun Allaha köməklik etməsi kimi qəbul olunacağını və əməkdaşlıq edəcəyi halda hər ay ona 300 manat məbləğində pulun göndəriləcəyini demişdir. Söhbət zamanı Nəriman adlı şəxs ona “Google” axtarış saytına daxil olmaqla İsrail dövlətinin “Hermes 900” döyüş təyinatlı pilotsuz uçuş aparatları barədə məlumatlar əldə etməsini, daha sonra isə Yevlax hava limanına gedərək öz mobil telefonu vasitəsilə orada saxlanılan həmin pilotsuz uçuş aparatlarının fotoşəkillərini çəkib ona göndərməsini tapşırmış, o da pilotsuz uçuş aparatları barədə məlumat toplamış və daha sonra isə Yevlax hava limanına gedərək göstərilən pilotsuz uçuş aparatlarının fotoşəkillərini çəkib “WhatsApp” tətbiqi vasitəsilə Nəriman adlı şəxsə göndərmişdir. Bundan sonra Nəriman adlı şəxs “WhatsApp” tətbiqi vasitəsilə ona zəng edərək plastik bank kartının hesab nömrəsini göndərməsini təklif etmiş və həmin hesab nömrəsinə pul köçürəcəyini demişdir. Öz adına olan plastik bank kartının şübhə doğuracağını hesab edərək dostu Şahid5 guya Bakı şəhərində olan tanışının ona pul köçürəcəyi barədə yalan məlumat verərək plastik bank kartının fotoşəkilini ona göndərməsini xahiş etmiş, Şahid5 "xxxx" ASC-yə məxsus plastik bank kartının fotoşəklini ona, o da həmin kartın fotoşəklini Nəriman adlı şəxsə göndərmişdir. Bir qədər sonra Nəriman adlı şəxs həmin plastik bank kartının hesabına 300 manat məbləğində pul köçürmüş, o da plastik bank kartını bankomata daxil edib qeyd olunan pulu çıxarmışdır. Həmçinin söhbət əsnasında o, Nəriman adlı şəxsə İran İslam Respublikasının Məşəd şəhərində yerləşən ziyarətgaha getmək istədiyini demiş, həmin şəxs isə ziyarətgaha getmək üçün plastik bank kartının hesabına pul köçürəcəyini, habelə ona daima maddi köməklik göstərəcəyini demişdir. Nəriman adlı şəxs İsrail dövləti tərəfindən istehsal olunmuş “Hermes 900” pilotsuz uçuş aparatlarını havada gördüyü zaman dərhal ona xəbər verməsini, mümkün olduğu halda havada fotoşəklini çəkib göndərməsini tapşırmış, o da hər dəfə havada həmin pilotsuz uçuş aparatlarını gördükdə “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək məlumat vermiş, qeyd olunan pilotsuz uçuş aparatları adətən təxminən dörd gündə bir dəfə, həftədə bir dəfə, bəzən isə hər gün Yevlax şəhəri üzərində uçuşlar həyata keçirmişdir. Bir-iki gün sonra Nəriman adlı şəxs Şahid5 adına olan plastik bank kartının hesabına onun ziyarətgaha getməsi üçün 500 manat pul köçürdüyünü demiş, o da plastik bank kartını bankomata daxil edib həmin pulu çıxarmış, 2022-ci ilin mart ayının axırlarında təyyarə ilə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına, oradan da Culfa gömrük postundan keçərək İran İslam Respublikasının Məşəd şəhərində yerləşən ziyarətgaha getmiş, daha sonra isə eyni qayda ilə Azərbaycan Respublikasına qayıtmışdır. 2022-ci ilin iyun-iyul aylarında Nəriman adlı şəxs eyni qaydada ona zəng edərək Yevlax şəhərindən Bakı şəhərinə gəlməsini, orada bir nəfər şəxslə görüşəcəyini və həmin şəxsin ona çanta verəcəyini demiş, bundan sonra o, Bakı şəhərinə gedib Nəriman adlı şəxsə zəng edərək bu barədə məlumat vermiş və sonuncu ona bir nəfər şəxsin zəng edəcəyini bildirmişdir. Bundan bir qədər sonra Rusiya Federasiyasına məxsus mobil telefon nömrəsindən “WhatsApp” tətbiqi vasitəsilə ona zəng etmiş şəxs Bakı şəhərində yerləşən “Hyatt Regency” hotelinin qarşısına getməyi təklif etmiş, o da həmin yerə gedib qeyd olunan şəxsə zəng etmişdir. Daha sonra bir qədər aralıda olan sedan avtomobilinin yanında olan şəxs əl işarəsi ilə ona avtomobilə əyləşməyi təklif etmiş, o da həmin avtomobilə əyləşdikdən sonra qeyd olunan şəxs avtomobili bir müddət idarə edib avtomobili saxlayaraq bunu şübhə doğurmamaq üçün etdiyini bildirmiş, sonra isə ona içərisində noutbuk və texniki vasitələr olan çantanı vermişdir. Bundan sonra o, avtomobildən düşərək Yevlax şəhərinə qayıdan zaman Nəriman adlı şəxsə zəng edərək çantanı aldığını demiş və sonuncu Yevlax şəhərinə çatan zaman ona hər şeyi izah edəcəyini bildirmişdir. Yevlax şəhərinə çatdıqdan sonra Nəriman adlı şəxsə zəng etmiş, həmin şəxs ona çantanın içərisində noutbukun və naqillərin birləşdiyi texniki vasitələrin olduğunu bildirib evdə saxlamasını məsləhət görmüş və sonra ona hər şeyi izah edəcəyini demişdir. Bir-iki gün sonra Nəriman adlı şəxs ona zəng edərək, həmin texniki vasitələrin İsrail dövləti tərəfindən istehsal olunmuş pilotsuz uçuş aparatlarını izləmək üçün nəzərdə tutulduğunu, qeyd olunan texniki vasitələr ilə göstərilən pilotsuz uçuş aparatlarının hərəkətini və yerini təyin etməyin mümkün olduğunu deyib göstərilən adıçəkilən texniki vasitələrin noutbuka qoşulması qaydalarını izah etmiş və dəftərdə bununla bağlı müvafiq qeydlər aparmasını məsləhət görmüş, o da qeydlər etmişdir. Həmin vaxt Nəriman adlı şəxs noutbuku açmamasını, noutbukun şifrəli olduğunu, lazımi vaxtda şifrəni deyəcəyini və qurğunu işə salacağını bildirərək avadanlığı evdə gizlətməyi tapşırmış, o da avadanlığı yatağının altında gizlətmişdir. Həmin vaxtlarda o, mütəmadi olaraq pilotsuz uçuş aparatlarının havaya qalxma vaxtlarını Nəriman adlı şəxsə demiş və fotoşəkillərini çəkmişdir. Nəriman adlı şəxs ona mobil telefon vasitəsilə çəkilən fotoşəkillərin keyfiyyətinin aşağı olduğunu, bu səbəbdən “Nicon” markalı fotoaparat alması məqsədilə onun plastik bank kartının hesabına pul köçürəcəyini bildirmiş və bu məqsədlə plastik bank kartının fotoşəklini göndərməyi təklif etmiş, o da dostu Şahid9 adına olan “https://www.unibank.az/ru/aboutBankX12” ASC-nin təqdim etdiyi yeni mobil bankçılıq xidməti olan “Leobank”ın plastik bank kartının hesab nömrəsinin fotosunu Nəriman adlı şəxsə göndərmişdir. Həmin vaxt o, Şahid9 dostunun ona pul göndərəcəyini demiş və İran İslam Respublikası ilə əlaqələri barədə danışmamışdır. Bundan sonra Nəriman adlı şəxs həmin plastik bank kartının hesabına 1100 (min yüz) manat pul köçürmüş, o da pulu hesabdan çıxardıqdan sonra Bakı şəhərindən “Nicon” markalı fotoaparat tapa bilmədiyindən Nəriman adlı şəxsin məsləhəti ilə “Canon” markalı fotoaparat almışdır. Daha sonra Nəriman adlı şəxs “WhatsApp” tətbiqi vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin “Google Maps” proqramı vasitəsilə əldə edilmiş koordinatlarını ona göndərərək həmin yerdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin zenit-raket komplekslərinin saxlanıldığı hərbi bazasının yerləşdiyini deyib oraya gedərək zenit-raket komplekslərinin fotoşəkillərini çəkməyi tapşırmış, o da 05 avqust 2022-ci ildə Şahid9la birlikdə həmin yerə gedib “Canon” markalı fotoaparat ilə hərbi bazanın videolarını və fotoşəkillərini çəkmişdir. Həmin vaxt Şahid9 bu haqda ondan soruşmuş, o isə narahat olmamasını və problem yaranmaması üçün bunun səbəbini deyə bilməyəcəyini qeyd etmişdir. Bir neçə gün sonra isə Yevlax şəhərinə qayıdıb pilotsuz uçuş aparatlarının saxlanıldığı Yevlax hava limanına getmiş və həmin fotoaparat ilə videolar və fotoşəkillər çəkmişdir. Həmin vaxtlarda o, Nəriman adlı şəxsə İraq Respublikasında yerləşən Ərbəin ziyarətinə getmək istədiyini demiş, qeyd olunan şəxs isə bunu reallaşdıracağına söz vermişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində ziyarət qrupları ilə birlikdə İran İslam Respublikasına getmiş və həmin vaxt ziyarət üçün Nəriman adlı şəxs dostu Şahid7 atası Vidadi Mikayılovun plastik bank kartının hesabına təqribən 400-500 manat məbləğində pul köçürmüşdür. Şahid7 pulun mənbəyini açıqlamamış və guya dostunun Bakı şəhərindən ziyarət kimi ehsan adı ilə ona pul göndərdiyini demişdir. Bundan sonra o, 2022-ci ilin sentyabr ayının əvvəlində təyyarə ilə Bakı şəhərindən Tehran şəhərinə gedib Nəriman adlı şəxsə zəng edərək bu barədə məlumat vermiş, həmin şəxs isə hava limanından çıxıb avtomobillərin duracaq yerində gözləməsini və bir nəfər şəxsin yaxınlaşacağını demişdir. Bir qədər sonra isə bir nəfər kişi cinsli şəxs ona yaxınlaşıb Nərimanın dediyi şəxs olub-olmadığını dəqiqləşdirmiş və o da həmin şəxs olduğunu bildirdikdən sonra yaddaş kartına yüklədiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində fotoaparat ilə çəkdiyi hərbi bazanın videolarını və fotoşəkillərini, habelə Yevlax şəhərində çəkdiyi fotoşəkilləri Nəriman adlı şəxsə çatdırması üçün həmin şəxsə vermiş, qeyd olunan şəxs də ona əlavə 300 ABŞ dolları məbləğində pul verərək həmin pulu Nərimanın verdiyini demiş, o da göstərilən məbləğdə pulu götürmüşdür. Bundan sonra o, əvvəlcə Şələmçə sərhəd-keçid məntəqəsi vasitəsilə İraq Respublikasının Kərbala şəhərinə getmiş, orada Ərbəin ziyarətgahını ziyarət edib təxminən 10 gün qaldıqdan sonra əvvəlcə İran İslam Respublikasına, oradan da Azərbaycan Respublikasına gəlmişdir. 2022-ci ilin oktyabr ayında isə Nəriman adlı şəxs ona Yevlax şəhərində pilotsuz uçuş aparatlarının saxlanıldığı yerə yaxın ərazidə kirayəyə ev götürməsini və həmin noutbuk və qurğunu orada saxlamasını bildirmiş, o da 18 sentyabr və ya 18 oktyabr 2022-ci il tarixdə Yevlax şəhərində pilotsuz uçuş aparatlarının saxlanıldığı hava limanının yaxınlığında yerləşən binanın arxasında həyət evini kirayəyə götürmüş və avadanlığı da həmin evə aparıb orada yaşamağa başlamışdır. Həmin noutbukun disk yerinə əlavə avadanlıq quraşdırılmış və naqillər vasitəsi ilə həmin qurğu oraya keçirilmişdir. 2022-ci ilin noyabr ayında Nəriman adlı şəxsin göstərişinə əsasən həmin avadanlıqları kirayədə yaşadığı evdə quraşdırmış və “WhatsApp” tətbiqi vasitəsilə qeyd olunan şəxslə görüntülü şəkildə danışdıqda göstərilən şəxs texniki vasitələrin quraşdırılması qaydasını ona izah etmiş və noutbukun parolunun 1 olduğunu demişdir. Daha sonra o, noutbuku açdıqda ekranında müxtəlif şifrəli hərflər, rəqəmlər və sxemlər görünmüş, Nəriman adlı şəxs ona həmin görüntüləri ayrıca qovluğa köçürməsini, ardınca isə mobil telefonuna köçürərək, “WhatsApp” tətbiqi vasitəsilə ona göndərməsini tapşırmış, o da Nəriman adlı şəxsin dediyi qaydada etmişdir. Habelə Nəriman adlı şəxs ona həmin texniki vasitənin antenna başlığını kirayəyə götürdüyü evin dam örtüyünün üzərində pilotsuz uçuş aparatlarının saxlanıldığı hava limanı istiqamətində quraşdırmağı tapşırmış, o da antennalardan bir ədədini həmin şəxsin dediyi qaydada yerləşdirmiş, digərini isə Nəriman adlı şəxsin deyəcəyi vaxt qoşmağı planlaşdırmışdır. Sonralar o, Nəriman adlı şəxsə səhhəti ilə əlaqədar olaraq əməliyyat olunduğunu və rahat gəzmək məqsədilə avtomobil almaq istədiyini demiş, həmin şəxs də bu məqsədlə ona 5000 ABŞ dolları pul göndərəcəyini demişdir. 16 dekabr 2022-ci il tarixdə Nəriman adlı şəxs ona zəng edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən uşaq sanatoriyasında işləyən Şahid8 mobil telefon nömrəsini verərək, həmin şəxsin yanına gedib özünü Elnur kimi təqdim etməsini və Vasif Rəsulovun göndərdiyini deməsini tapşırmış, lakin səbəbini ona deməmişdir. Bundan sonra o, Şahid8 ilə sonuncunun işlədiyi uşaq sanatoriyasının həyətində görüşüb sonuncudan 5000 manat məbləğində pul almış və Yevlax şəhərinə qayıtmışdır. 17 dekabr 2022-ci il tarixdə Nəriman adlı şəxs yenidən ona pul göndərəcəyini demiş, o da eyni qayda ilə tanışı Şahid4 Bakı şəhərindən pul göndərəcəklərini deyərək, plastik bank kartının hesabına pul köçürülməsinə icazə verməsini xahiş etmiş, sonuncu da "xxxx" ASC-yə məxsus plastik bank kartının fotoşəklini ona, o da Nəriman adlı şəxsə göndərmiş, Nəriman adlı şəxs həmin plastik bank kartının hesabına 3500 manat pul köçürmüş və o, plastik bank kartını bankomata daxil edib həmin məbləğdə pulu çıxarmışdır. Nəriman adlı şəxs tərəfindən pul vəsaitləri tanışları olan Şahid4, Şahid6, Şahid7, Şahid2, Şahid5 və Şahid9 adlarına olan plastik bank kartlarının hesab nömrələrinə köçürülmüş, həmin şəxslər plastik bank kartlarının hesablarına kim tərəfindən və hansı məqsədlə pul köçürülməsini bilməmişlər, o da bunun səbəbini deməmişdir. Nəriman adlı şəxs +48 784 107 343 mobil telefon nömrəsindən istifadə etmiş, habelə ona mail.proton.me internet saytı vasitəsi ilə yazmasını tapşırmış, bu məqsədlə onun üçün mailto:sajjadaliyev@proton.comElektron ünvan 1 profilini açmış, həmin profilin parolunu ona vermiş, o da həmin profilə daxil olaraq Nəriman adlı şəxsin istifadəsində olan Meysem.hemeidigmail.com, mailto:abufatemeh2@gmail.comElektron ünvan 2 və mailto:elxan.raziel@gmail.comElektron ünvan 3 profillərinə Yevlax şəhərində pilotsuz uçuş aparatlarının havaya qalxmaları barədə məlumatları qeyd etmiş və fotoşəkillərini göndərmişdir. Gizlilik üçün Nəriman adlı şəxsin göstərişinə əsasən pilotsuz uçuş aparatları havaya qalxan zaman onların adını “tuqra” və “suqra” kimi qeyd etmiş, tarix və saatı göstərməklə “tuqra qalx” məzmunlu mesajlar göndərmiş, mesajı alan Nəriman adlı şəxs də İsrail dövlətinin istehsalı olan pilotsuz uçuş aparatlarının havaya qalxmasını bilmişdir. 2022-ci ilin mart ayında Nəriman adlı şəxslə əlaqə saxlayan zaman sonuncu ona Yevlax şəhərində pilotsuz uçuş aparatlarının saxlanıldığı yerdə xidmət edən hərbi qulluqçular ilə əlaqə yaratmasını, həmin hərbi qulluqçuları ələ almasını, mümkün olacağı halda məxfi əməkdaşlığa cəlb etməsini ona tapşırmış, o da Müdafiə Nazirliyinin Hərbi X13 şəhərində həmin pilotsuz uçuş aparatlarının saxlanıldığı bazasında xidmət edən və yaşadığı evə yaxın ərazidə kirayədə yaşadıqları üçün hərbi qulluqçu olduqlarını bildiyi gizir rütbəli Sərxan və Kamil adlı şəxslərin Yevlax şəhərində yerləşən Cümə məscidinə namaz qılmağa gəldiklərini görmüş, bu barədə də Nəriman adlı şəxsə məlumat vermiş, Nəriman adlı şəxs də həmin şəxslərlə ünsiyyətə girməyi tapşırmışdır. Bundan sonra o, məsciddə Sərxan və Kamil adlı hərbi qulluqçularla xoş münasibət yaratmağa çalışmış və pilotsuz uçuş aparatları ilə maraqlandığını qeyd edərək həmin pilotsuz uçuş aparatlarının funksiyaları barədə soruşmuş, lakin həmin şəxslər ona hər hansı məlumat verməmişlər və o da Nəriman adlı şəxsə bu barədə demişdir. Verdiyi məlumatların müqabilində Nəriman adlı şəxs ona ümumilikdə təqribən 12000-15000 manat məbləğində pul göndərmiş və həmin pulları həm gördüyü işlə əlaqədar, həm də şəxsi ehtiyacları üçün xərcləmişdir. X3 Xidmətinin əməkdaşları tərəfindən kirayədə qaldığı evə baxış keçirilən zaman oradan müvafiq avadanlıqlar, habelə Nəriman adlı şəxs tərəfindən ona göndərilmiş pullardan qalan 7000 manat məbləğində pul aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Yevlax şəhərində olan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona yaxınlaşaraq baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini təklif etmiş, o da razılaşmışdır. Bundan sonra ona və Şahid10 hüquq və vəzifələri izah edilmiş və birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişlər. Həmin evə baxış keçirilən zaman evin dəhliz olan sol yuxarı hissəsində tavanda açılmış yer müəyyən edilmiş, həmin yerə baxdıqda üzərində “planar antenna frequency 1-1.19Hz” yazıları olan 02 ədəd texniki vasitə, üzərində “OUT1030P”, “OUT1090”, “İN1030” və İN1090” yazıları olan 01 ədəd texniki vasitə, həmin vasitəyə məxsus 02 ədəd naqil, evin yataq otağında 01 ədəd içərisində xüsusi qurğusu olan “ASUS” markalı noutbuk, həmin noutbukun arasından xüsusi qurğunun işə salınması üçün əl ilə yazılmış qeydlər olan 01 ədəd dəftərçə və naqillər, 01 ədəd “Canon” markalı fotoaparat, qonaq otağında olan divanın üzərindəki yastığın içərisindən 7000 manat məbləğində pul, 01 ədəd “Honor” və 01 ədəd “ZTE blade” markalı mobil telefonlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunanların ona aid olduğunu bildirmiş, daha sonra qeyd olunanlar müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərinə gəldiyini, icarəyə avtomobil götürdüyünü və Bakı şəhərini yaxşı tanımadığını bildirmiş və ona gəzməkdə köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, səhəri gün Təqsirləndirilən şəxsla Bakı şəhərində yerləşən Memar Əcəmi metrostansiyasının yaxınlığında görüşmüş və daha sonra isə birlikdə “Ukrayna” dairəsi adlanan yerin yaxınlığında olan mağazaya getmişlər və Təqsirləndirilən şəxs oradan “Canon” markalı fotoaparat almışdır. Bundan bir-iki gün sonra Təqsirləndirilən şəxs xahişi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə getmiş və orada olan zaman sonuncu Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin həmin yerdə dislokasiya olunmuş zenit-raket komplekslərinin fotoşəkillərini çəkməyə başlamışdır. O, Təqsirləndirilən şəxs bunun səbəbini soruşmuş, lakin sonuncu bu barədə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən 1988-ci ildə Gindes adına Sümük-Vərəm xəstəlikləri Sanatoriyasında tibb bacısı kimi çalışdığı dövrdə orada müalicə olunan və Masallı rayonunda doğulmuş X14 ilə yaxın münasibətləri yaranmış, lakin birlikdə ailə həyatı quracaqlarını güman etmədiyindən Vasif Rəsulovla əlaqəsi kəsilmişdir. Bundan bir müddət sonra 2021-ci ilin mart ayında o, “İnstagram” sosial şəbəkəsi vasitəsilə Vasif Rəsulovu tapmış və həmin sosial şəbəkə vasitəsilə ünsiyyət qurmuşlar. Vasif Rəsulov ona İran İslam Respublikasının Qum şəhərində yaşadığını bildirərək kirayə qaldığı evin kirayə haqqının ödənilməsi üçün ona 5000 manat məbləğində pul lazım olduğunu, hisə-hissə qaytaracağını demiş və ondan həmin məbləğdə pul istəmişdir. O isə həqiqəti gizlədərək rəfiqəsi X5 guya borclarını ödəmək üçün pula ehtiyacının olduğunu bildirmiş və sonuncudan öz adına kredit götürməsini xahiş etmişdir. Bundan sonra Sevil Hacıyeva "xxxx" ASC-dən 5000 manat məbləğində kreditə pul götürərək 17 dekabr 2022-ci il tarixdə ona vermiş, o da həmin gün “WhatsApp” tətbiqi vasitəsilə Vasif Rəsulovun istifadə etdiyi +**********66 mobil telefon nömrəsinə mesaj yazaraq bu haqda məlumat vermişdir. Daha sonra söhbət əsnasında o, həmin pulun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən iş yerindən götürülməsinin mümkün olduğunu demiş və qeyd olunan tarixdə saat təxminən 12:30-da iş yerinin yaxınlığında həmin məbləğdə pulu adının Elnur olduğunu və Vasif Rəsulov tərəfindən göndərildiyini bildirən şəxsə təqdim etmişdir. Sonradan həmin şəxs pulu Vasif Rəsulova verdiyini ona demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onu məsciddə görən zaman adına dostlarının ehsan pulu göndərəcəklərini və həmin pulla İraq Respublikasının Kərbəla şəhərində yerləşən ziyarətgaha gedəcəyini demiş və özünün plastik bank kartının olmaması səbəbindən dostlarının onun plastik bank kartının hesabına pul köçürülməsinə icazə verməsini xahiş etmişdir. O da etiraz etməmiş, lakin öz adına plastik bank kartı olmadığı üçün atası Vidadi Mikayılovun adına olan plastik bank kartının fotoşəklini “WhatsApp” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Bundan bir-iki gün sonra həmin plastik bank kartının hesabına təxminən 200-300 manat məbləğində pul köçürülmüş, Təqsirləndirilən şəxs da ona zəng edib həmin pulun ehsan pulu olduğunu və ona aid olmasını bildirmiş, daha sonra isə qeyd olunan pulu Təqsirləndirilən şəxs onun plastik bank kartının hesabından çıxarmışdır. Bundan sonrakı aylarda da bir neçə dəfə müxtəlif məbləğlərdə pul vəsaitləri həmin karta köçürülmüş, Təqsirləndirilən şəxs həmin pulların ehsan pulu olduğunu və ziyarətə getməsi ilə əlaqədar dostlarının köçürdüyünü demiş, ümumilikdə qeyd etdiyi qaydada kartına 2000-3000 manat məbləğində pul vəsaitləri köçürülmüş və sonuncu özü plastik bank kartını bankomata daxil edib qeyd olunan pul vəsaitlərini çıxarmışdır. Sonradan Təqsirləndirilən şəxs özünə plastik bank kartı alması məqsədilə, habelə məhərrəmlik ayı da qurtardığından və Kərbəla ziyarəti olmadığına baxmayaraq, sonuncunun plastik bank kartının hesabına yenə də pul köçürüldüyündən o, Təqsirləndirilən şəxs inanmamış və bu səbəbdən də 2022-ci ilin oktyabr ayının axırlarında, istifadəsində olan plastik bank kartının hesabına pul köçürülməməsini Təqsirləndirilən şəxs xahiş etmiş, sonuncu da razılaşmışdır. Təqsirləndirilən şəxs qanunsuz əməllərindən xəbəri olmamış və həmin pulların kim tərəfindən köçürülməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin avqust ayının əvvəlində Təqsirləndirilən şəxs Bakı şəhərindən yaxın dostunun pul göndərəcəyini və öz adına plastik bank kartının olmadığını deyərək həmin pulun onun adına olan plastik bank kartının hesabına köçürülməsini xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra onun plastik bank kartının hesabına 05 avqust 2022-ci il tarixdə 600, 250 və 150 manat olmaq ümumilikdə 1000 manat məbləğində, 06 avqust 2022-ci il tarixdə 800 manat məbləğində, 12 avqust 2022-ci il tarixdə 60 manat məbləğində, 28 noyabr 2022-ci il tarixdə 600 manat məbləğində, 15 dekabr 2022-ci il tarixdə 653 manat məbləğində, bir iki-gün sonra isə 600 manat məbləğində pul köçürülmüş, o isə Təqsirləndirilən şəxs xahişi ilə həmin pulları sonuncunun ona göndərdiyi plastik bank kartının hesabına köçürmüşdür. O, pulların haradan köçürüldüyünü Təqsirləndirilən şəxs soruşmuş, sonuncu isə atasının xəstəliyi ilə əlaqədar olaraq, Bakı şəhərində yaşayan dostlarının köçürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərindən xəbəri olmamış, həmin pulların kim tərəfindən köçürülməsi barədə məlumatı olmamış və sonuncu tutulduqdan sonra qeyd olunan pulların İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən köçürülməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs onunla görüşən zaman tanışının pul göndərəcəyini və öz adına plastik bank kartının olmadığını deyərək həmin pulun onun adına olan plastik bank kartının hesabına köçürülməsini xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra 2022-ci ilin aprel ayında onun plastik bank kartının hesabına 300 manat pul köçürülmüş, Təqsirləndirilən şəxs onunla görüşüb plastik bank kartını ondan almış və pulu kartın hesabından çıxarıb qaytaracağını ona demişdir. Daha sonra isə kartın hesabından 297 manat məbləğində pulun çıxarılması barədə ona mesaj gəlmiş, Təqsirləndirilən şəxs onunla görüşüb plastik bank kartını ona qaytarmış və bu zaman 3 manat məbləğində komissiya tutulduğuna görə həmin pulun ondan çıxmaması üçün onun kart hesabından 297 manat məbləğində pulu çıxardığını demişdir. Bundan bir müddət sonra 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs yenidən adına pul göndəriləcəyini deyərək həmin pulun onun adına olan plastik bank kartının hesabına köçürülməsini xahiş etmiş, o da razılaşmışdır. Bir müddət sonra onun plastik bank kartının hesabına 250 manat pul köçürülmüş, o da plastik kartı bankomata daxil edib həmin pulu çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərindən xəbəri olmamış, həmin pulların kim tərəfindən köçürülməsi barədə məlumatı olmamış və sonuncu tutulduqdan sonra qeyd olunan pulların İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən köçürülməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək, Bakı şəhərindən pul göndəriləcəyini və öz adına plastik bank kartının olmadığını deyərək həmin pulun onun adına olan plastik bank kartının hesabına köçürülməsini xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra 2022-ci ilin dekabr ayında 2 gün ərzində onun plastik bank kartının hesabına təqribən 2240 manat pul köçürülmüş, bir müddət sonra Təqsirləndirilən şəxs yaşadığı evə gələrək plastik bank kartını ondan götürüb getmiş və bir qədər sonra isə pul vəsaitini plastik bank kartının hesabından çıxarıb yenidən plastik bank kartını ona qaytarmışdır. Bundan sonra həmin tarixdə onun plastik bank kartının hesabına 1000 manatdan artıq pul köçürülmüş, o, həmin məbləğdə pulun Təqsirləndirilən şəxs göndərildiyini hesab etmiş, lakin sonuncu tutulduğu üçün qeyd olunan məbləğdə pul onun plastik bank kartının hesabında qalmışdır. 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs atası Şahid3 ona zəng edərək onun plastik bank kartının hesabında Təqsirləndirilən şəxs verilməli olan pulun olduğunu, həmin pulu çıxarmağın zəruri olduğunu demiş və qeyd olunan pulu çıxarıb ona verməsini xahiş etmişdir. Daha sonra isə Şahid3 ona məxsus olan plastik bank kartını götürmüş və plastik bank kartının hesabından pulu çıxarıb plastik bank kartını ona qaytarmışdır. Təqsirləndirilən şəxs qanunsuz əməllərindən xəbəri olmamış, həmin pulların kim tərəfindən köçürülməsi barədə məlumatı olmamış və sonuncu tutulduqdan sonra qeyd olunan pulların İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən köçürülməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu 2020-ci ildən Yevlax şəhəri, Aeroport qəsəbəsində yerləşən Dəmiryol stansiyasında vaqon baxıcısı vəzifəsində işləməyə başlamış, təxminən 2 ay əvvəl Yevlax şəhərində kirayəyə ev tutaraq orada tək yaşamağa davam etmiş, bunu ailə qurmaq məqsədinin olması ilə izah etmiş və həmin evin dostuna məxsus olması səbəbindən hər hansı kirayə haqqı ödəmədiyini bildirmişdir. 2023-cü ilin mart ayında o, oğlu Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayan zaman sonuncu ona Yevlax şəhərində yaşayan Şahid4 adına olan plastik bank kartının hesabında ona aid olan 1000 manatdan artıq məbləğdə pulun olduğunu, həmin pulu tanışlarının köçürdüyünü demiş və qeyd olunan pulu çıxarıb ona ərzaq almasını xahiş etmişdir. O da Təqsirləndirilən şəxs inanmış və bu barədə Şahid4 zəng edərək məlumat vermişdir. Daha sonra isə Şahid4 plastik bank kartının hesabından pulu çıxaran zaman hesabda 1201 manat məbləğində pulun olduğunu görmüş, hesabdan 1200 manat məbləğində pulu çıxarmış, 1 manat məbləğində pul hesabda qalmış, daha sonra isə plastik bank kartını sonuncuya qaytarmışdır. Qeyd olunan pulu öz ehtiyacları üçün sərf etmiş və həmin pulun İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən köçürüldüyünü bilməmişdir. Təqsirləndirilən şəxs heç vaxt ona və ailə üzvlərinə İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi, oradan verilmiş tapşırıqları icra etməsi və bunun müqabilində müəyyən məbləğlərdə pul alması barədə deməmiş və oğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulduqdan sonra bu haqda məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin sentyabr-oktyabr aylarında Yevlax Rayon Mərkəzi Xəstəxanasında olan zaman Təqsirləndirilən şəxs atasının müalicəsi üçün tanışlarının və qohumlarının Bakı şəhərindən pul göndərəcəyini deyərək ondan plastik bank kartını verməsini xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra 2022-ci ilin sentyabr-oktyabr aylarında hər dəfə 400-500 manat olmaqla təxminən 3 dəfə plastik bank kartının hesabına pul köçürülmüş və Təqsirləndirilən şəxs həmin pulları çıxardıqdan sonra plastik bank kartını ona qaytarmışdır. Təqsirləndirilən şəxs qanunsuz əməllərindən xəbəri olmamış, həmin pulların kim tərəfindən köçürülməsi barədə məlumatı olmamış və sonuncu tutulduqdan sonra qeyd olunan pulların İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən köçürülməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman dəhliz olan hissənin sol yuxarı hissəsində, tavanda xüsusi olaraq açılmış yerdə sonuncuya məxsus olan üzərində “planar antenna frequency 1-1.19Hz” yazıları olan 02 ədəd texniki vasitə, üzərində “OUT1030P”, “OUT1090”, “İN1030” və “İN1090” yazıları olan 01 ədəd texniki vasitə, 02 ədəd naqil, içərisində xüsusi qurğusu olan 01 ədəd “ASUS” markalı noutbuk, müxtəlif naqillər, xüsusi qurğunun işə salınması üçün əl ilə yazılmış qeydlər olan 01 ədəd dəftərçə, 01 ədəd “Canon” markalı fotoaparat, 7000 manat məbləğində pul, habelə Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Honor” markalı və 01 ədəd “ZTE blade” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Yevlax şəhəri, Aeroport qəsəbəsində yerləşən mənzilə baxış keçirilmiş və bu zaman 01 ədəd yaddaş kartı oxuyucusu aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 274-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq Təqsirləndirilən şəxs barəsində olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə tələbnamədən görünür ki, o, 25 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Culfa X16 Bölməsindən keçərək İran İslam Respublikasına getmiş və 29 mart 2022-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Culfa X16 Bölməsindən Azərbaycan Respublikasına daxil olmuşdur. Bundan başqa o, 05 sentyabr 2022-ci il tarixdə Heydər Əliyev adına hava limanından keçməklə İran İslam Respublikasına getmiş və 19 sentyabr 2022-ci il tarixdə Türkiyə Respublikasından Heydər Əliyev adına hava limanından Azərbaycan Respublikasına daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyalara baxış keçirilməsi haqqında 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus olan üzərində “planar antenna frequency 1- 1.19Hz” yazıları olan 02 ədəd texniki vasitə, üzərində “OUT1030P”, “OUT1090”, “İN1030” və “İN1090” yazıları olan 01 ədəd texniki vasitə, 02 ədəd naqil, içərisində xüsusi qurğusu olan 01 ədəd “ASUS” markalı noutbuk, müxtəlif naqillər, xüsusi qurğunun işə salınması üçün əl ilə yazılmış qeydlər olan 01 ədəd dəftərçə, 01 ədəd “Canon” markalı fotoaparat, 7000 manat məbləğində pula, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Honor” markalı və 01 ədəd “ZTE blade” markalı mobil telefonlara baxış keçirilmiş və bu zaman onun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq tapşırıqların icrası qaydasında, ona verilmiş xüsusi fotoaparat və uçan hərbi obyektləri müəyyən etmək məqsədilə hazırlanmış xüsusi radioqurğu vasitəsilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri, o cümlədən Hərbi X13 rayonu və Bakı şəhəri ərazisində yerləşən müxtəlif hərbi hissələri və həmin hərbi hissələrə məxsus zenit-raket kompleksləri və aviasiya vasitələrinin yerləşmə məntəqələri, sayları, uçuş vaxtları, hərəkət trayektoriyaları və digər məlumatları müxtəlif vaxtlarda İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etməsinə dair məlumatlar aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 yanvar 2023-cü il tarixli 17/55 nömrəli arayışdan və həmin arayışa əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, kompyuterin yaddaşında “Elektron ünvan 4” və “Elektron ünvan 5” elektron poçt hesablarının və “google” axtarış sistemində “protom mail” məzmunlarının axtarışı müəyyənləşdirilmişdir. 17 sentyabr 2022-ci il tarixdə kompyuterin yaddaşında https://account.proton.me elektron poçt xidmətinə “elxan” istifadəçi adını və “6236ELXAN” məzmunlu şifrəni daxil etmişdir. Bundan başqa, “sajjadaliyev” adlı elektron poçt hesabının bütün qovluqlarında “Meysem.hemeidi” adlı elektron ünvanın axtarış izləri müəyyənləşdirilmişdir. 04 fevral 2021-ci il tarixdə Ubuntu 20/0/4 buraxılışı olan Debian tipli əməliyyat sisteminin quraşdırılması müəyyənləşdirilmişdir. 06 sentyabr 2022-ci il tarixdə müvafiq proqram təminatının fəaliyyəti üçün zəruri tərkibin quraşdırılması əmri icra olunmuş və “Postqre” verilənlər bazasının faylları yaddaşa yazılmışdır. İnternet şəbəkəsinə “lrancell-FD-M60-8262_1” adlı İran İslam Respublikasına məxsus olması güman edilən mobil operator şəbəkəsi vasitəsilə qoşulmaların izləri müəyyənləşdirilmişdir. Təqdim edilmiş noutbukun yaddaşında “ƏRBƏİN” adlı qovluqda aşkar edilmiş proqram təminatı xüsusi olaraq müəyyən məqsədlər üçün tərtib olunub (müvafiq axtarışlar nəticəsində həmin ad və parametrlərə uyğun oxşar nəticələr aşkar edilməyib), buraxılışı 16 sentyabr 2021-ci il (build tarixi) qeyd olunub. Proqram təminatının verilən bazalarında və digər loq qeydlərində əks etdirilən məlumatlara əsasən proqram təminatının aşağıda göstərilən aktivliyi qeydə alınmışdır: 06.09.22 (14:59-15:15, 15:17-15:38, 15:40-15:45); 07.09.22 (10:25, 10:41, 11:09, 11:25, 12:06, 12:10, 17:39-17:42); 17.09.22 (15:06, 15:24); 29.10.22 (17:14); 30.10.22 (13:28, 13:33, 13:57-14:02, 14:15-14:19, 14:32-07:31 (31.10.22)); 31.10.22 (18:19-18:49 (09.11.22)); 09.11.22 (19:19-07:40 (16.11.22)). Ümumilikdə kompyuterdə fərqli tarixlərə və saatlara aid 28 ədəd qovluq (hər qovluq istifadə edilən proqram təminatının bir layihəsidir) aşkar edilmişdir. Bu qovluqlarda ümumilikdə təyyarələrin uçuş koordinatları üçün nəzərdə tutulmuş 49316 fayl vardır. Hər bir faylda yalnız bir təyyarənin uçuşu (trayektoriyası) qeyd edilib. Bu faylların təxminən yarısında təyyarələrin uçuş koordinatları (trayektoriyaları) qeyd edilmişdir. 07 sentyabr 2022-ci il, 31 oktyabr 2022-ci il, 01 noyabr 2022-ci il, 03 noyabr 2022-ci il, 09 noyabr 2022ci il və 16 noyabr 2022-ci il tarixlərdə proqramın işləməsi zamanı yaradılmış bütün faylların içərisində ümumilikdə 12558696 ədəd ölçülmüş nöqtəvi koordinatlar müəyyən edilmişdir (ancaq bunların təxminən yarısında texniki xəta səbəbindən yanlış koordinatlar qeyd edildiyindən bütün dünya üzrə səpələnmiş nöqtələr də qeydə alınmışdır). Uçuşlar əsasən Azərbaycan Respublikası, İran İslam Respublikası, Gürcüstan Respublikası və Rusiya Federasiyasının ərazilərini əhatə edir. “ASUS” markalı noutbuk tipli kompyuter, daxilinə pərdələnmiş qaydada “CD-ROM” olan hissəyə yerləşdirilmiş “SDR” (softwaredefined radio) modulu, bir ədəd 1030 Mhz tezlikdə (ötürücü), 1090 Mhz tezlikdə (qəbuledici) çalışan radioantenlər göndərilən və qəbul edilən siqnalları gücləndirmək üçün əlavə gücləndirici modul, habelə bir ədəd “DC” cərəyan filtri aktiv radar funksiyasını daşıyır. Göstərilənlər mülki və hərbi təyyarələrin real zamanda koordinatlarını, sürətini, hündürlüyünü və digər telemetriya məlumatlarını sorğulamaq üçün nəzərdə tutulmuş proqram aparat kompleksidir. Təqdim edilmiş “ASUS” markalı noutbuk tipli kompyuter, ona qoşulmuş “SDR” modulu və digər əlavə qurğular təyinatı üzrə istifadə üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş “Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndən görünür ki, X10 həmin bankdan 5000 manat məbləğində pulu kreditə götürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Şahid2 məxsus olan 123740******5891 nömrəli və Şahid4 məxsus olan 418980******8025 nömrəli plastik kartlara müəyyən məbləğdə pul mədaxil olunmuş və həmin kartlardan müəyyən məbləğdə pul məxaric olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, X1 məxsus olan 416973******5266 nömrəli və 676867******4430 nömrəli, Şahid6 məxsus olan 416973******6291 nömrəli və 416973******0598 nömrəli, Şahid5 məxsus olan 416973******4976 nömrəli, 416973******1239 nömrəli və 676867******2008 nömrəli və Şahid4 məxsus olan 416973******5001 nömrəli plastik kartlara müəyyən məbləğdə pul mədaxil olunmuş və həmin kartlardan müəyyən məbləğdə pul məxaric olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X12” ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Şahid6 məxsus olan 524375******5224 nömrəli və 524375******9279 nömrəli plastik kartlara müəyyən məbləğdə pul mədaxil olunmuş və həmin kartlardan müəyyən məbləğdə pul məxaric olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, X1 məxsus olan 4127 2093 0945 0283 nömrəli və 4127 2093 0454 3165 nömrəli plastik kartlara müəyyən məbləğdə pul mədaxil olunmuş və həmin kartlardan müəyyən məbləğdə pul məxaric olunmuş, Şahid2 məxsus olan 4127 2081 1171 7442 nömrəli və Şahid4 məxsus olan 4127 2093 0027 7115 nömrəli plastik kartlardan isə müəyyən məbləğdə pul məxaric olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 mart 2023-cü il tarixli 564 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayətin törədildiyi dövrdə öz əməllərinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda da öz əməllərinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarındadır, yəni anlaqlıdır. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, istinad edilən əməli törənədək öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və ya idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmişdir. Onun əməli CM-in 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəriman adlı şəxsə pilotsuz uçuş aparatlarının fotoşəkillərini və videogörüntülərini göndərmiş, pilotsuz uçuş aparatlarının qalxması və enməsi məqamlarını qeyd etmiş, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində dislokasiya olunmuş 3-cü “İldırım 8 ER” zenit-raket divizionunun ərazisində olan texnikalarının fotoşəkillərini və Yevlax rayonunda dislokasiya olunan N nömrəli hərbi hissəsində olan pilotsuz uçuş aparatlarının texniki idarəetmə qurğularının fotoşəkillərini çəkmiş, pilotsuz uçuş aparatlarının səmada olan hərəkətlərini qeyd alaraq göndərmiş, eləcə də müvafiq məlumatları İran İslam Respublikasının xüsusi xidmət orqanlarına verməsinin müqabilində pul vəsaitlərini əldə etməsi məqsədilə plastik bank kartlarının fotoşəkillərini göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 03 may 2023-cü il tarixli 4/507 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində 6/3/81 xüsusi qeydi olan ağ rəngli CD və 01 ədəd üzərində 6/3/77 xüsusi qeydi olan ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində 6/3/81 xüsusi qeydi olan ağ rəngli CD və 01 ədəd üzərində 6/3/77 xüsusi qeydi olan ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 274-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə digər şəxslərin barəsində CM-in 274-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Narkoloji Dispanserinin Yevlax Rayon Narkoloji Kabinetindən daxil olmuş 10 yanvar 2023-cü il 33 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 11 yanvar 2023cü il tarixli PHŞ-149/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, dövlət sirrini xarici dövlətə vermiş və xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə onlara kömək etmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etməklə, dövlət sirrini xarici dövlətə verməklə və xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə onlara kömək edərək dövlətə xəyanət etdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib CM-in 274-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək heç vaxt dövlətə xəyanət etmək niyyətinin olmadığını, İsrail dövlətinin Azərbaycan Respublikasında çaxnaşma yaratmaq, dini aradan qaldırıb Azərbaycan Respublikasını Fələstinə birləşdirmək istədiklərini və bunun baş verməməsi üçün İsrail dövlətinin Azərbaycan Respublikasında olan bazalarının fotoşəkillərini çəkib göndərməli olduğunu dedikləri üçün müvafiq məlumatları həmin şəxslərə verdiyini, fotoşəkilləri qeyd olunan şəxslərə göndərməklə dövlətə xəyanət etdiyini bilmədiyini, əksinə edəcəyi bu hərəkətlərin hamısının dövlət üçün faydalı olacağını fikirləşərək qeyd olunan tapşırıqları yerinə yetirdiyini, Vüsal İsgəndərlinin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bilmədiyini və sonradan artıq müvafiq tapşırıqları yerinə yetirməyəcəyini həmin şəxslərə bildirdikdən sonra qeyd olunan şəxslərin dediklərini etməyəcəyi təqdirdə onu həbs etdirəcəkləri və aralarında olan səs yazılarını təqdim edəcəkləri ilə hədələdikləri üçün müvafiq məlumatları təqdim etməyə davam etdiyini və qeyd olunan şəxslərin ona 7000 manat məbləğində pul göndərərək həmin pulu saxlamasını və qeyd olunan pulla nə etməli olduğunu deyəcəklərini bildirdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd etmək zəruridir ki, “dövlət sirri” anlayışı və “dövlət sirri təşkil edən məlumatların siyahısı” “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun) öz əksini tapmışdır. Belə ki, bu Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlət sirri - dövlətin hərbi, xaricisiyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Bu Qanunun 1.0.8-ci maddəsinə əsasən, dövlət sirri təşkil edən məlumatların siyahısı - müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirildiyi məlumat qruplarının məcmusudur. Bu Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında, silah və hərbi texnika nümunələrinin taktikitexniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında, qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında, Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında məlumatlar hərbi sahədə dövlət sirrini təşkil edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 274-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 274-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olsa da Yevlax şəhəri, Aeroport qəsəbəsində yerləşən yataqxanada yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini tamah məqsədi ilə törətməsini CM-in 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzasını ağırlaşdıran halın mövcudluğunu, cəzasını yüngülləşdirən halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 274-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 ay olmaqla 20 avqust 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində saxlanılan üzərində “planar antenna frequency 1-1.19Hz” yazıları olan 02 ədəd, üzərində “OUT1030P”, “OUT1090”, “İN1030” və “İN1090” yazıları olan 01 ədəd texniki vasitə və naqillər, 01 ədəd içərisində xüsusi qurğusu olan “ASUS” markalı noutbuk, 01 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Honor” markalı və 01 ədəd “ZTE blade” markalı mobil telefonlar, habelə dövlət bankında saxlanılan Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 7000 (yeddi min) manat məbləğində pul vəsaiti CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınmalı, xüsusi qurğunun işə salınması üçün əl ilə yazılmış qeydlər olan 01 ədəd dəftərçə və 055 292-07-12 və 070 292-07-12 mobil telefon nömrələri isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində saxlanılan üzərində “planar antenna frequency 1- 1.19Hz” yazıları olan 02 ədəd, üzərində “OUT1030P”, “OUT1090”, “İN1030” və “İN1090” yazıları olan 01 ədəd texniki vasitə və naqillər, 01 ədəd içərisində xüsusi qurğusu olan “ASUS” markalı noutbuk, 01 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Honor” markalı və 01 ədəd “ZTE blade” markalı mobil telefonlar, habelə dövlət bankında saxlanılan Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 7000 (yeddi min) manat məbləğində pul vəsaiti xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınsın, xüsusi qurğunun işə salınması üçün əl ilə yazılmış qeydlər olan 01 ədəd dəftərçə və 055 292-07- 12 və 070 292-07-12 mobil telefon nömrələri isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-252/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-252/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver