Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-252/2024 18.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci ildə Şəki rayonunun Aşağı Layısqı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəki rayonunun Aşağı Layısqı kəndində qeydiyyatda olmaqla həbs olunanadək Şəki rayonunun Abbas kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda əkilibbecərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib qəsdən, qanunsuz olaraq 2024-cü ilin aprel ayının sonlarında Şəki rayonunun Abbas kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 23 iyun 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ona məxsus Şəki rayonunun Abbas kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə 23 iyun 2024-cü il tarixdə saat 15:00 dəqiqədən etibarən baxış keçirilən zaman həyətdəki evin arxa tərəfində əkilmiş külli miqdarda, yəni 44 ədəd hündürlükləri 65 sm-dən 200 sm-dək olmaqla yaş vəziyyətdə, ümumi təmiz çəkisi 6620,0 qram olan aqrotexniki qaydada qulluq göstərilən və əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edib CM-in 237.2.3-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Toxumları yabanı halda bitən narkotik tərkibli çətənə bitkilərindən əldə etmiş, atası onkoloji xəstə olduğu üçün müalicə etmək məqsədilə təxminən 15 ədəd toxumu lobya bitkilərinin əkildiyi yerin yanında əkmiş və həmin toxumlardan 11 ədədi yetişmişdir. Narkotik tərkibli çətənə bitkilərinə quluq etməmiş, lakin lobya bitkilərini sulayan zaman narkotik tərkibli çətənə bitkilərinə də su dəymişdir. Narkotik tərkibli çətənə bitkilərini suvarmamış, lakin polis əməkdaşları həyətə baxış keçirdikləri tarixdə leysan yağışı yağdığı üçün bitkilərin dib hissələrində su olmuşdur. Həyətyanı sahəyə baxış keçirilən zaman polis əməkdaşlarının özləri ilə hər hansı narkotik tərkibli çətənə bitkilərini gətiribgətirməmələrinin şahidi olmamış və 33 ədəd narkotik tərkibli çətənə bitkisinin hansı formada aşkar edildiyini bilməmişdir. Hadisə yerinə baxış keçirilən zaman o, iki ədəd narkotik tərkibli çətənə bitkisinin çıxarıldığını görmüş, lakin həmin narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarıldıqdan sonra polis əməkdaşları onu qeyd olunan yerdən kənara apardıqları üçün narkotik tərkibli çətənə bitkilərinin torpaqdan çıxarılmalarının şahidi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, həmin ifadəsində ümumilikdə 11 ədəd narkotik tərkibli çətənə bitkisini əkdiyini demiş, 33 ədəd narkotik tərkibli çətənə bitkisi ilə bağlı qeyd olunanlara etiraz etmiş, polis əməkdaşları isə 33 ədəd narkotik tərkibli çətənə bitkisinin də həyətyanı sahədən aşkar edildiyini bildirmişlər. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, heç kəsə narkotik vasitə satmamış və pay verməmişdir. Narkotik tərkibli çətənə bitkilərinin toxumlarını və həmin bitkinin yaş şəkildə yarpaqlarını qaynadıb yağını çıxarıb içdikdə xərçəng xəstəliyinin müalicəsi üçün xeyirli olduğunu eşitmiş və “YouTube” sosial şəbəkəsində görmüşdür. Atası xərçəng xəstliyindən əziyyət çəkdiyinə görə narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirib yağını əldə etmək qərarına gəlmiş və bu məqsədlə 2023-cü ilin noyabr ayında çöldə yabanı şəkildə yetişmiş narkotik tərkibli çətənə bitkilərinin toxumlarından yığıb saxlamışdır. 2024-cü ilin aprel ayının sonlarında yaşadığı evin arxa tərəfində torpağa əkdiyi lobya bitkilərinin arasına 44 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əkmiş və lobya bitkilərini suvardıqda həmin narkotik tərkibli çətənə bitkilərini də sulayıb qulluq göstərmişdir. 24 iyun 2024-cü il tarixdə saat təxminən 15 radələrində polis əməkdaşları gəlib yaşadığı həyətdə narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə məlumat daxil olduğunu bildirib həyətyanı sahəyə baxış keçirmək istədiklərini demişlər, isə etiraz etməmiş və həmin polis əməkdaşlarına yaşadığı həyətə baxış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının, hal şahidləri Şahid6 və Şahid5 və aqronom Şahid4 iştirakı ilə fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş, bu zaman evin arxa tərəfində lobya bitkilərinin arasında əkdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş, həmin narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb sayıldıqda 44 ədəd olması müəyyən olunmuş və Şahid4 həmin bitkilərə baxıb narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Bundan sonra narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəki rayonunun Aşağı Layısqı kəndində qeydiyyatda olmaqla Şəki rayonunun Abbas kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və həmin evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə 23 iyun 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Şəki rayonunun Abbas kəndində yerləşən yaşadığı evə gəlmişlər və həmin vaxt Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşlarının, 2 nəfər hal şahidinin, habelə X7 və Fumiqasiya mərkəzində aqronom vəzifəsində işləyən Şahid4 iştirakı ilə həyətində və yaşadığı evin həyətinə baxış keçirilmiş və bu zaman evin arxa tərəfində lobya bitkilərinin arasında əkdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş, həmin narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb sayıldıqda 44 ədəd, hündürlükləri ölçüldükdə isə 65 sm-dən 200 sm-dək olması müəyyən olunmuş və Şahid4 qeyd olunan bitkilərə baxıb göstərilən bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında çöldə yabanı şəkildə yetişmiş narkotik tərkibli çətənə bitkilərinin toxumlarını yığıb saxladığını və 2024-cü ilin aprel ayının sonlarında isə həmin yerdə torpağa əkdiyi lobya bitkilərinin arasına narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əkib lobya bitkiləri ilə birlikdə suvarıb qulluq göstərdiyini qeyd etmişdir. Bundan sonra narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Şəki Şəhər- Rayon Polis Şöbəsinə aparılaraq üzərində şəxsi axtarış aparılan zaman qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamış və bu zaman Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmədiyini və narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarından xərçəng xəstəsi olan atasının müalicəsi üçün istifadə etmək məqsədilə həmin narkotik tərkibli çətənə bitkilərini əkdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X7 və Fumiqasiya Mərkəzində aqronom vəzifəsində işləyir. 23 iyun 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə aqronom-mütəxəssis qismində iştirak etmək üçün dəvət olunaraq Şəki rayonunun Abbas kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini və onun da həmin həmin istintaq hərəkətində iştirak etməsinin zəruri olduğunu bildirmişlər, o isə etiraz etməmişdir. Bundan sonra həmin tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Şəki rayonunun Abbas kəndində yerləşən yaşadığı evinə gəlmişlər və həmin vaxt Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Daha sonra onun, polis əməkdaşlarının və 2 nəfər hal şahidinin iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilmiş və bu zaman evin arxa tərəfində lobya bitkilərinin arasında əkdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş, həmin narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb sayıldıqda 44 ədəd, hündürlükləri ölçüldükdə isə 65 sm-dən 200 sm-dək olması müəyyən olunmuşdur. O, qeyd olunan bitkilərə baxıb narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmiş, həmin vaxt əkilmiş narkotik tərkibli çətənə bitkilərinin dibinin yaş olduğunu və qeyd olunan bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında çöldə yabanı şəkildə yetişmiş narkotik tərkibli çətənə bitkilərinin toxumlarını yığıb saxladığını və 2024-cü ilin aprel ayının sonlarında isə həmin yerdə əkdiyi lobya bitkilərinin arasına narkotik tərkibli çətənə bitkilərinin toxumlarını torpağa əkib lobya bitkiləri ilə birlikdə suvarıb qulluq göstərdiyini qeyd etmişdir. Bundan sonra narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının Aşağı Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 23 iyun 2024-cü il tarixdə saat təxminən 15 radələrində polis əməkdaşları ona və Şəki rayonu, Aşağı Layısqı bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid6 Şəki rayonu, Abbas kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat daxil olduğunu deyib sonuncunun yaşadığı həyətyanı sahəyə baxış keçirmək istədiklərini bildirib həmin istintaq hərəkətində hal şahidi qismində iştirak etmələrini xahiş etmişlər, o və Şahid6 isə etiraz etməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Şəki rayonunun Abbas kəndində yerləşən yaşadığı evinə gəlmişlər və həmin vaxt Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşlarının, hal şahidləri qismində o və Şahid5, habelə aqronom qismində Şahid4 iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilmiş və bu zaman evin arxa tərəfində lobya bitkilərinin arasında əkdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş, həmin narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb sayıldıqda 44 ədəd, hündürlükləri ölçüldükdə isə 65 sm-dən 200 smdək olması müəyyən olunmuşdur. Şahid4 qeyd olunan bitkilərə baxıb narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmiş, həmin vaxt əkilmiş narkotik tərkibli çətənə bitkilərinin dibinin yaş olduğunu və qeyd olunan bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında çöldə yabanı şəkildə yetişmiş narkotik tərkibli çətənə bitkilərinin toxumlarını yığıb saxladığını və narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarından xərçəng xəstəsi olan atasının müalicəsi üçün istifadə etmək məqsədilə 2024-cü ilin aprel ayının sonlarında həmin yerdə torpağa əkdiyi lobya bitkilərinin arasına narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əkib lobya bitkiləri ilə birlikdə suvarıb qulluq etdiyini qeyd etmişdir. Bundan sonra narkotik tərkibli çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid5la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 iyun 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Şəki rayonunun Aşağı Layısqı kəndində qeydiyyatda olmaqla Şəki rayonunun Abbas kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və həmin evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şəki rayonunun Aşağı Layısqı kəndində qeydiyyatda olmaqla Şəki rayonunun Abbas kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Şəki rayonunun Abbas kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman evin arxa tərəfində əkilmiş lobya bitkilərinin arasında hündürlükləri 65 sm-dən 200 sm-dək olan 44 ədəd əkilib aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş aqronom-mütəxəssis Şahid4 tərəfindən tərtib edilmiş 23 iyun 2024-cü il tarixli rəydən görünür ki, həmin tarixdə Şəki Şəhər-rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Şəki rayonunun Abbas kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin arxa tərəfində lobya bitkilərinin arasında 44 ədəd 65, 170 və 200 sm hündürlüklərində narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş, həmin bitkilərin əkildiyi və aqrotexniki qulluq edildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 iyun 2024-cü il tarixli 3-16-16-2-17/556 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş maddi sübut...” yazısı, adlar və imzalar olan 02 (iki) ədəd sintetik kisələrin içərisindəki, ümumilikdə 44 (qırx dörd) ədəd, uzunluqları 65 sm-dən 200 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 6620,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid4 23 iyun 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 237.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 08 iyun 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hansı tarixdən narkotik vasitədən istifadə etməsini, narkotik vasitəni haradan və kimlərdən əldə etməsini, narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını, narkotik tərkibli çətənə bitkilərini nə məqsədlə əkib-becərməsini, həmin narkotik tərkibli çətənə bitkilərini əkib-becərmək üçün hər hansı şəxsdən sifariş alıb-almamasını və narkotik tərkibli çətənə bitkilərinin toxumlarını haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 237.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31- 1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 21-ci bəndinə əsasən CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 23 iyun 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Şəki rayonunun Aşağı Layısqı kəndində qeydiyyatda olmaqla Şəki rayonunun Abbas kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və həmin evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs Şəki rayonunun Abbas kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 23 iyun 2024-cü il tarixdə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs Şəki rayonunun Abbas kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmə cinayət əməlini törətmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək qanunsuz olaraq külli miqdarda olmaqla 44 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində narkotik vasitədən istifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, toxumları yabanı halda bitən narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyini, atası onkoloji xəstə olduğu üçün müalicə etmək məqsədilə təxminən 15 ədəd toxumu lobya bitkilərinin əkildiyi yerin yanında əkdiyini, həmin toxumlardan 11 ədədinin yetişdiyini, narkotik tərkibli çətənə bitkilərinə quluq etmədiyini, lakin lobya bitkilərini sulayan zaman narkotik tərkibli çətənə bitkilərinə də su dəydiyini, narkotik tərkibli çətənə bitkilərini suvarmadığını, lakin polis əməkdaşları həyətə baxış keçirdikləri tarixdə leysan yağışı yağdığı üçün bitkilərin dib hissələrində suyun olduğunu, həyətyanı sahəyə baxış keçirilən zaman polis əməkdaşlarının özləri ilə hər hansı narkotik tərkibli çətənə bitkilərini gətiribgətirməmələrinin şahidi olmadığını, 33 ədəd narkotik tərkibli çətənə bitkisinin hansı formada aşkar edildiyini bilmədiyini, hadisə yerinə baxış keçirilən zaman iki ədəd narkotik tərkibli çətənə bitkisinin çıxarıldığını gördüyünü, lakin həmin bitkilər kökündən çıxarıldıqdan sonra polis əməkdaşları onu qeyd olunan yerdən kənara apardıqları üçün narkotik tərkibli çətənə bitkilərinin torpaqdan çıxarılmalarının şahidi olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadığını, həmin ifadəsində ümumilikdə 11 ədəd narkotik tərkibli çətənə bitkisini əkdiyini dediyini, 33 ədəd narkotik tərkibli çətənə bitkisi ilə bağlı qeyd olunanlara etiraz etdiyini, polis əməkdaşlarının isə 33 ədəd narkotik tərkibli çətənə bitkisinin də həyətyanı sahədən aşkar edildiyini bildirdiklərini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmin istintaq hərəkəti zamanı aşkar olunanlar da Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dediklərini təkzib edir. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılan zaman müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, cinayət əməlini törətdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Abbas kəndinə yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzaı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 237.2.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 23 iyun 2024cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 12 iyul 2024-cü il tarixli 1195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 01 iyul 2024-cü il tarixli 18-1-71/2-956/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində Narkoloji kabnetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından bununla əlaqədar ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixatrik ekspertizanın 05 iyul 2024-cü il tarixli 459 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda hər hansı xroniki psixi xəstəlik keçirmir. O, cinayət törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edir və həmin əməli idarə etmək imkanındadır. Onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 27 iyun 2024-cü il tarixli 526 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 6620,0 qram olan 44 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi həmin tarixdə maddi sübut qismində tanınmış və saxlanılması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Rayon Polis Şöbəsində saxlanılan və çəkisi 6620,0 qram olan 44 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Rayon Polis Şöbəsində saxlanılan və çəkisi 6620,0 qram olan 44 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-252/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-252/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver