Məhkəmə qərarları › İş №1(091)-252/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-252/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-252/2025 23.02.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 2007-cı il tarixdə Qax rayonunun Almalı kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qax rayonunun Almalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edərək, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının sonlarında yaşadığı Qax rayonunun Almalı kəndinin yaxınlığından keçən Əyriçaya balıq tutmaq üçün gedən zaman oradakı kolluq sahədən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını tapmış, bitki kollarını həmin yerdə quruması üçün yerə sərmiş, bitki kollarından 2 ədədi yaş vəziyyətdə həmin ərazidə qalmış, qurutduqdan sonra əldə etdiyi narkotik vasitənin bir hissəsini istifadə etməsi üçün sellofon torbaya qoyaraq öz üzərində gəzdirmiş, 24 iyun 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı Qax rayonu, Almalı kəndində qurutduğu narkotik vasitədən xeyli miqdarda- 6,76 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qəsdən, satış məqsədi ilə qanunsuz olaraq tanışı - yetkinlik yaşına çatmayan, Qax rayonunun Cəlayir kənd sakini Şahid4 50 manata satmış, həmin tarixdə, saat 15:25-də davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Almalı kəndində saxlanılaraq, Qax Rayon Polis Şöbəsinə (bundan sonra Qax RPŞ) gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada xeyli miqdarda, ümumi çəkisi 1,24 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni qurutduğu yaşadığı kənddən keçən Əyriçayın kənarındakı kolluq sahəyə baxış keçirilən zaman oradan əldə etdiyi külli mqidarda, ümumi təmiz çəkisi 6810 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, narkotik vasitəni tək balığa gedəndə çayın qırağından tapmışdır. Bitkilərin olduğunu görmüş, birini çantasına qoyub, evə getmişdir. Həmin bitkini istifadə etmək məqsədilə qurutmuşdur. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, bitki kolunu Əyriçay çayının qırağından tapmışdır. Həmin bitki yabanı halda bitmiş, onu əkməmişdir, lakin evdə qurutmuşdur. Ailə üzvləri ilə birlikdə yaşayır, lakin ailə üzvlərinin bu işdən xəbərləri olmamışdır. Həmin bitkiləri 4-5 gün ərzində qurutmuş və qapının ağızında gizlətmişdir. Onları qara sellofan paketə qoymuşdur. Çəkisi yadında deyil. Narkotik vasitənin çəkisi düzgün olduğu üçün verilən çəki ilə razıdır. İlk dəfə tapandan sonra narkotik vasitə istifadə etmişdir. İnternetdə narkotik gördüyü üçün, həmin bitkini tanımışdır. Polis şöbəsində ona qarşı təsir və təzyiq olmamışdır. Narkotik vasitəni satmaq fikri olmamışdır. Öz istifadəsi üçün bir ədəd çətənə kolu götürüb, getmişdir. Saxlanılan vaxt polislər olmuş, lakin vəkil olmamışdır. Tunar adlı şəxsə həmin narkotik vasitədən 50 manat qarşılığında narkotik vasitə satmışdır. Tunarı çoxdan tanımış, ona belə şeyin olduğunu demişdir. Tunara narkotik vasitəni pulsuz təklif etmiş, amma o, düz olmadığını demiş və onun kartına 50 manat pul göndərmişdir. Tunar yaşda ondan böyükdür. Narkotik vasitəni başqa heç kimlə istifadə etməmişdir. Narkotik vasitə quruyandan sonra onda həvəs yaranmış, sonra isə istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməlindən peşmandır. Daha sonra keçirilən məhkəmə iclasında isə Təqsirləndirilən şəxs bildirmişdir ki, onu döyüb, boynuna qoymuşlar. Əməliyyatçılar ona demişlər ki, səni burada 6 ay saxlayacağıq, sonra buraxacağıq. Onu hadisə yerinə aparmışlar və o, oradakı çətənə kollarını göstərmişdir. Özləri onu başa salmışlar ki, belə danış, o da danışmışdır. Amma oradan bir kol götürmüşdür. Tunara narkotik vasitə verməmişdir. Tunarın üzərindən çıxan narkotik vasitə polis şöbəsinə gedən zaman üzərində olmuşdur. Axşam, saat 23:00-da Tunarı, saat 00:00-da isə onu polis şöbəsinə aparmışlar. Onu polis şöbəsinə ayın 24-ü axşam aparmışlar. Onu döymüşlər. Onu polisdə 2 gün saxlamışlar. Barəsində həbs qətimkan tədbiri həmin günün səhəri seçilmişdir. X2 3-4 gün sonra, ayın 29-u yerləşdirilmişdir. X2 gətirilən zaman üzərində xəsarətlər olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının son iclaslarında verdiyi inkaredici ifadələrini mötəbər hesab etmir və onları nəzərə almır, çünki onlar ziddiyyətlidir, ardıcıl deyildir, şahidlər X8, Şahid3, Şahid2 və Şahid4 məntiqli, ardıcıl və birbirini tamamlayan ifadələri ilə təkzib edilir, yazılı iş materialları ilə təkzib olunur. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, 25 iyun 2025-ci ildə Tunar adlı şəxsin narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş və qrup yaradılaraq rəisə məruzə olunmuşdur. Tunar adlı şəxsi Heydər Əliyev prospektində saxladıqdan sonra onu polis şöbəsinə dəvət etmişlər və onun üzərindən kibrit qutusunda narkotik vasitə aşkar olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Tunar narkotik vasitəni Almalı kənd sakini Raman adlı şəxsdən əldə etmişdir. Daha sonra yenə əməliyyat qrupu yaradılaraq Raman adlı şəxsin arxasınca getmişlər. Onu kəndin mərkəzində saxlayaraq, polis şöbəsinə dəvət etmiş və onun da üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şəxs narkotik vasitəni çay kənarından yabanı halda əldə etdiyini bildirmişdir. Şəxsin atası dəvət olunmuş, onunla birlikdə həmin yerə gedilmiş və vəkil də təyin olunmuşdur. Raman ora balıq tutmağa getdiyini, orada narkotik vasitəni tapdığını, ondan istifadə etdiyini və Tunar adlı şəxsə satdığını bildirmişdir. Şahid Hüseyin Əliyev daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Raman 25 iyun 2025-ci il tarixdə, saat 16 radələrində saxlanılmışdır. Onu Almalı kəndinin mərkəzində saxlamışlar. İlkin məlumat olduğuna görə şəxsin ətrafında heç bir tədbir görülməmişdir. Ramanın hansı kənddən olduğunu və orada yaşadığını öyrənmişlər. Polis şöbəsinin rəisinə raport şəklində məruzə olunmuşdur. Raman saxlanılarkən heç bir etirazı olmamışdır. Hər şeyi özü etiraf etmişdir. Şəxs narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Tunar adlı şəxs barədə əməliyyat məlumatı daxil olmuşdur. Onu polis şöbəsinə gətirəndən sonra etiraf etmişdir ki, narkotik vasitəni Raman adlı şəxsdən əldə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 da ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, Raman belə bir şey etdiyini demişdir. Ramanı narkotik vasitəyə görə saxlamışlar. Çöldə yabanı halda bitən nəşə olmuşdur. Ramanın polislər tərəfindən saxlanıldığını eşitmişdir. Ramanı onun yanında dindirmişlər, lakin dindirməyə qədər olan hissəni bilmir. Şahid2 daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ramanı iyun ayının 24-ü, gecə saxlamışlar. Raman həmin gün evdə olmamışdır, ona görə elə bilmişdir ki, Raman əməliyyat olunmağa getmişdir. Lakin sonra onun polis şöbəsində oluğunu bilmişdir. Eşitdiyinə görə, Raman kiməsə nəşə vermişdir. Ancaq nəşənin miqdarını bilməmişdir. Raman nəşə qarşılığında pul aldığını, amma pulu həmin şəxsin vermədiyini demişdir. Ramanı dindirən zaman polislər onu da çağırmışlar. Raman nəşə əkilən yeri özü tapdığını demişdir. Çəkiliş zamanı nəşəni Tunara satdığını demişdir. Nəşə qarşılığında şəxsdən 50 manat aldığını bildirmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, demişdir ki, Tunar adlı şəxsin üzərində narkotik vasitənin olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbiri qurulmuş və əməliyyat qrupu yaradılmışdır. Şəxsi Qax şəhəri, Şahid1 prospektində saxlayıb, polis şöbəsinə gətirmişlər. Şəxsin üzərinə baxış keçirən zaman üzərində narkotik vasitəyə bənzər maddənin olduğunu görmüşlər. Ondan həmin narkotik vasitəni kimdən və haradan əldə etdiyini soruşduqda, Raman adlı şəxsdən 50 manat qarşılığında aldığını bildirmişdir. Həmin vaxt tədbiri gücləndirib, Ramanı saxlamış və ondan narkotik vasitəni haradan əldə etdiyini soruşmuşlar. Raman narkotik tərkibli bitkinin Qaxda olan Əyriçay ərazisində yabanı halda bitdiyini və oradan yığdığını bildirmişdir. Şəxs narkotik vasitələri yığdığı və qurutduğu yeri onlara göstərmişdir. Həmin vaxt bitki yaşıl qalmış və onlar həmin bitkiləri çıxarmışlar. Daha sonra isə bitkiləri yandırmışlar. Həmin yerin kənarı kol-koslu, meşəlik bir yer olmuşdur. Raman marixuananı şəxsi istifadəsi üçün qurutduğunu və bir müddət istifadə etdiyini bildirmişdir. Şahid daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxs narkotik vasitəni 50 manat qarşılığında satdığını təsdiq etmiş və şəxsi istifadəsi üçün qurutduğunu bildirmişdir. Onu saxlayanda üzərindən də narkotik vasitə çıxmışdır. Aşkar olunan narkotik vasitənin miqdarını xatırlamır, qabın içərisində olmuşdur. Şəxsin heç bir etirazı olmamışdır. Özü hər şeyi danışmışdır. Əməliyyat məlumatı Tunar barədə olmuş, Raman barədə məlumatı Tunardan öyrənmişlər. Ramanı nə zaman saxladıqlarını xatırlamır, yay vaxtı olmuşdur. Ramanı axşam tərəfi, Almalı kəndində saxlamışlar. Ramanı o, Tərlan və bölmə rəisi Azər müəllim saxlamışlar. Ramanı polis şöbəsinə maşınla aparmışlar. Həmin vaxt Ramanın geyimini və geyindiyi paltarın rəngini xatırlamır. Ərazidə 12-13 ədəd kol olmuşdur, onların bəziləri torpaqdan çıxardılıb, kənara qoyulmuşdur. Narkotik vasitətin miqdarını xatırlamır. Narkotik tərkibli bitkilərin sayı təxminən 12-13 ədəd olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, narkotiki öz istəyi ilə almışdır, onun günahı yoxdur. Sosial şəbəkələrdə belə bir şey görmüş və ona maraqlı gəlmişdir. Özündən soruşmuşdur ki, belə bir şey tapmaq mümkündür? Sonra ondan almış, 50 manatı isə Ramanın kartına atmışdır. Daha sonra Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, özü o qədər pul vermişdir, Raman qiymət barədə heç nə deməmişdir. Onu çoxdan tanıyır, çayxanada oturmuşlar. Əvvəllər narkotik vasitə istifadə etməmişdir. Özü soruşmuşdur ki, narkotik vasitə var? Hər kəsdən soruşmur, əvvəldən onunla əlaqəsi olmuşdur. Onda narkotik vasitənin olduğunu bilməmişdir. Ramandan narkotik vasitəni kənddə götürmüşdür. Aldığı narkotik vasitənin hamısı üzərindən aşkar olunmuşdur. Polis əməkdaşlarına narkotik vasitəni öz istəyi ilə Ramandan aldığını demişdir. Polis əməkdaşlarının onu nə vaxt saxladıqlarını və polis şöbəsinə nə vaxt getdiyini xatırlamır. Ramanı polis şöbəsində görmüşdür. Onun geyiminə fikir verməmişdir. Polis şöbəsində ona qarşı təyziq olmamışdır, ona qarşı normal davranmışlar. Ramanı görən zaman tək olmuşdur, onun valideynlərini görməmişdir. Onun ən yaxın dostu olmuşdur. Eyni yaşdadırlar, ünsiyyəti ancaq onunla olmuşdur. Deyəsən, Ramanın birbank kartı olmuşdur. Pulu karta telefondan göndərmişdir. Kart nömrəsi əvvəldən onda olmuşdur. Pulu karta nə zaman atdığını xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyası şahidlərin ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Təqsirləndirilən şəxsin ona israr edilən cinayətin törədilməsində təqsiri, həmçinin aşağıdakı yazılı sübutlarla da təsdiq olunur: 26 iyun 2025-ci il tarixli cinayət işinin başlanılması və aidiyyatı üzrə göndərilməsi haqqında qərarla. Həmin qərardan görünür ki, CM-in 234.1, 234.2 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (İ cild, i/v 01). Qax RPŞ-nın baş əməliyyat müvəkkili Şahid1 25 iyun 2025-ci il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Qax RPŞ-nın rəisinə müraciət edilərək bildirilmişdir ki, Qax rayonunun Cəlayir kənd sakini “Tunar” adlı şəxsin narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması və mütəmadi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, daxil olmuş əməliyyat məlumatının yoxlanılması, “Tunar” adlı şəxsin cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi xahiş edilir (İ cild, i/v 03). Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 25 iyun 2025-ci il tarixli qərarla. Bu qərardan müəyyən olunur ki, “Tunar” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanları, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (İ cild, i/v 4). 25 iyun 2025-ci il tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə əmrlə. Həmin əmrdən görünür ki, əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Qax RPŞ-nın CAB-ın rəisi, polis mayoru Azər Nəsirov, NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır (İ cild, i/v 7). Qax RPŞ-nın CAB-ın rəisi, Azər Nəsirovun 25 iyun 2025-ci il tarixli digər raportu ilə. Bu raportda göstərilir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olmaqda və mütəmadi olaraq üzərində narkotik vasitə - qurudulmuş marixuana gəzdirməkdə şübhəli olan Qax rayonu, Cəlayir kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2007-ci il təvəllüdlü Şahid4 xx.xx.2025-ci il tarixdə, saat 12:30 radələrində Qax şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq RPŞ-ya gətirilmiş və gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydə alınmışdır. Ona görə də Şahid4 barədə qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunur (İ cild, i/v 8). 25 iyun 2025-ci il tarixli tutma haqqında protokolla. Həmin protokoldan görünür ki, Qax rayonunun Cəlayir kəndində qeydiyyatda olmaqla yaşayan, Şahid4 xx.xx.2025-ci il tarixdə, saat 13:05-də şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 16). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 25 iyun 2025-ci il tarixli protokolla. Həmin protokoldan və protokola əlavə edilmiş diskdən müəyyən olunur ki, 25 iyun 2025-ci il tarixdə, saat 13:29-dan saat 13:42-yə qədər olan müddət ərzində Şahid4 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və axtarış zamanı şübhəli şəxs Şahid4 üstündə, paltarında və paltarların ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş və o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngdə üzərində yazılar olan kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxılarkən orada kəskin iyli, quru halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar edilmişdir. Üzərinə baxış zamanı başqa əşya aşkar edilməmiş və gotürülməmişdir. Şahid4 həmin kütlənin qurudulmuş marixuana olduğunu və bunu şəxsi istifadəsi üçün Qax rayonunun Almalı kənd sakini Raman adlı şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra həmin yaşıl rəngli kəskin spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş, ümumilikdə 9,88 qram təşkil etmişdir. Aşkar olunan kütlə 1 ədəd kibrit qutusu ilə birlikdə zərfə qoyulmuş, qablaşdırılmış və şöbənin “108” saylı möhürü ilə möhürlənmişdir. Şübhəli şəxs Şahid4 Qax RPŞ-ya gətirilərkən və Qax RPŞ-da olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda o, heç bir təzyiqin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı "Samsung S23” markalı mobil telefon vasitəsilə videoçəkilişdən istifadə edilərək, çəkiliş aparılmışdır. Şəxsi axtarış saat 13:29-da başlamış, saat 13:42-də qurtarmışdır (İ cild, i/v 31-36). Qax RPŞ-nın CAB-ın rəisi Azər Nəsirovun 25 iyun 2025-ci il tarixli digər raportu ilə. Həmin raportda göstərilir ki, Qax RPŞ-nın təhqiqatçısı Rəvan Bayramovun HK-1/378 nömrəli material üzrə yazdığı raport icraata daxil olmuşdur. Raportun icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonunun Cəlayir kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2007-ci il təvəllüdlü Şahid4 narkotik vasitə olan qurudulmuş marixuana satmaqda şübhəli olan Təqsirləndirilən şəxs müəyyən olunaraq xx.xx.2025-ci il tarixdə, saat 15:25 radələrində Qax rayonunun Almalı kəndi ərazisində saxlanılaraq, RPŞ-ya gətirilmiş və gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydə alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs barədə qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunur (İ cild, i/v 40). 25 iyun 2025-ci il tarixli tutma haqqında protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:10da şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 46). Şəxsi axtarış aparılması və maddi sübutu götürmə haqqında 25 iyun 2025-ci il tarixli digər protokolla. Həmin protokoldan və protokola əlavə edilmiş diskdən müəyyən olunur ki, 25 iyun 2025-ci il tarixdə, saat 16:42-dən saat 16:56-ya qədər olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılır. Axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan torbaya bükülmüş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edir. Həmin ağ rəngli sellofan torbanın içərisinə baxarkən orada kəskin iyli, quru halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə aşkar edilmişdir. Üzərinə baxış zamanı başqa əşya aşkar edilməmiş və gotürülməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kutlə qurudulmuş marixuanadır və o, bunu Qax rayonunun Almalı kəndinin ərazısindən keçən Əyriçay çayının yanında yerləşən kolluq ərazidə yabanı halda bitmiş bitkilərdən yığaraq, əldə etmişdir. Məqsədi də şəxsi istifadə olmuşdur. Bundan sonra həmin yaşıl rəngli kəskin spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər kütlə ağ rəngli sellofan torba ilə birlikdə “Kinlee” markalı elektron tərəzi vasitəsilə çəkilmiş, ümumilikdə 1,37 qram təşkil etmişdir. Aşkar olunan kütlə 1 ədəd kibrit qutusu ilə birlikdə zərfə qoyularaq, qablaşdırılmış və şöbənin “108” saylı möhürü ilə möhürlənmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Qax rayonunun Cəlayır kənd sakini Şahid4 50 manat dəyərində bir ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuananı satdığını, həmçinin Almalı kəndinin ərazisındən keçən “Əyriçay” çayının yaxınlığında olan kolluq ərazidə çətənə kollarının olduğunu, üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı həmin çətənə kollarından yığaraq qurutduğunu, Cəlayir kənd sakini Şahid4 satdığı narkotik vasitə olan qurudulmuş marixuananı həmin ərazidən yığdığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs Qax RPŞ-ya gətirilərkən və Qax RPŞ-da olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda o, heç bir təzyiqin olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs Qax RPŞ-ya gətirilərkən və Qax RPŞ-da olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda o, heç bir təzyiqin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı "Samsung S23” markalı mobil telefon vasitəsilə videoçəkilişdən istifadə edilərək, çəkiliş aparılmışdır. Şəxsi axtarış saat 16:42-də başlanıb, 16:56-da qurtarmışdır (İ cild, i/v 61-66). 25 iyun 2025-ci il tarixli mütəxəssis rəyi ilə. Həmin rəydə göstərilir ki, 25 iyun 2025-ci il tarixdə Qax RPŞ-nın əməkdaşları ilə birlikdə Qax rayonunun Almalı kəndinin ərazisindən keçən Əyriçay çayının sağ sahilində yerləşən meşəlik ərazinin kənarında kolluq ərazidə mənə göstərilən sahədəki bitkilərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olmaqla, yabanı şəkildə bitmiş və bitkilərə heç bir aqrotexniki xidmət göstərilməmişdir. Sözü gedən sahədə boyları təxminən 0,7-2 metr olan kök üstə 13 ədəd və çəkisi 1,8 kq təşkil edən 2 ədəd isə kökündən çıxardılmış, qırılmış vəziyyətdə qurumuş halda sahənin kənarında narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, həmçinin həmin sahədə yerdə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin qırılmış hissələrindən ibarət, ümumi çəkisi 6 kq 940 qram olan bitkilərin olduğu müəyyən olunmuşdur. Sahədəki kök üstə 13 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər Qax RPŞ-nın əməkdaşları tərəfindən kökündən çıxarıldı və onlardan ümumi çəkisi 1,5 kq olan 2 ədədi ekspertizaya göndərilməsi məqsədilə Qax RPŞ-nın əməkdaşları tərəfindən götürüldü, 11 ədədi isə yerində yandırılma yolu ilə məhv edildi. Həmçinin, sahədə yerdə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin qırılmış hissələrindən ibarət, ümumi çəkisi 6 kq 940 qram olan bitkilər və kökündən çıxardılmış, qırılmış vəziyyətdə, qurumuş halda sahənin kənarında aşkar edilmiş 2 ədəd, çəkisi 1,8 kq təşkil edən narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər Qax RPŞ-nın əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi məqsədilə götürüldü (İ cild, i/v 80). Məhkəmə bioloji ekspertizasının 26 iyun 2025-ci il tarixli 17/477 nömrəli rəyi ilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisənin içərisindəki, uzunluqları 134 sm və 152 sm, yaş vəziyyətdə ümumi çəkiləri 1360,0 qram olan iki ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Hikmət Hafizovun 25 iyun 2025-ci il tarixli rəyinə əsasən, çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməmişdir. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri 1655,0 qram olan iki ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi 3400,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi 3410,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərindən aşkar olunan 1 ədəd kibrit qutusunun içərisində olan narkotik maddəyə bənzər, yəni marixuana tərəfimizdən aşağıda adları qeyd olunan şəxslərin iştirakı ilə qablaşdırıldı...” yazısı, adlar və imzalar olan bir ədəd zərfin içərisindəki bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ağ sellofan bükümə bükülmüş 1 ədəd narkotik vasitəyə bənzər marixuana tərəfimizdən aşkar olunaraq və elektron tərəzi ilə çəkilərək 1,37 qr müəyyən olundu...” yazısı, adlar və imzalar olan bir ədəd zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 1,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd çətənə (kannabis) bitkiləri, iki ədəd çətənə (kannabis) bitkisinin hissələri, iki ədəd sintetik kisələrdə, bir ədəd kibrit qutusunda və bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, i/v 92-93). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 27 iyun 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərlə. Həmin protokol və fotoşəkillərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə narkotik vasitə olan marixuananı tanışı Şahid4 satdığı yeri göstərir (İ cild, i/v 130-131). Əşyanın könüllü təqdim edilməsi zamanı götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Şahid2 könüllü olaraq oğlu Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd XİAOMİ 12 markalı mobil telefonu təqdim edərək, məhz həmin telefondan Təqsirləndirilən şəxs istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə mobil telefona baxış keçirilmişdir. Telefonun əsas menyusuna daxil olduqda səs, video, şəkillər, əlaqələr (kontaktlar), qurma (nastroyka), Whatsap qovluqları vardır. Səs, video, əlaqələr, şəkillər, qurma (nastroyka) qovuqlarına baxış keçirilmiş, lakin hər hansı maddi sübut əhəmiyyətinə malik dəlil aşkar olunmamışdır. Bundan sonra mobil telefonun “galereya” qovluğuna baxış keçirilmişdir. Baxış zamanı Şahid4 24 iyun 2025-ci il tarixdə narkotik vastəni Təqsirləndirilən şəxs aldığı zaman ona göndərdiyi 50 manat pulun çeki aşkar edilmişdir. Həmin çekin şəkili iş üçün əhəmiyyəti kəsb etdiyindən fotoşəkli çəkilərək, götürülmüşdür. Göstərilənlər “Samsung” markalı mobil telefonun fotocihazı ilə fotolentə alınmışdır (İ cild, i/v 170). Məhkəmə narkoloji ekspertizasının 15 iyul 2025-ci il tarixli 1114 nömrəli rəyi ilə. Bu rəydə göstərilir ki, X1 istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloii kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 231). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqda təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.4.3-cü maddəsilə tövsif edilməsinə imkan verir. Çünki, o 2025-ci ilin may ayının sonlarında yaşadığı Qax rayonunun Almalı kəndinin yaxınlığından keçən Əyriçay ətrafında olan kolluq sahədən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını tapmış, bitki kollarını quruması üçün orada yerə sərmiş, qurutduqdan sonra əldə etdiyi narkotik vasitənin bir hissəsini istifadə etməsi üçün sellofon torbaya qoyaraq öz üzərində gəzdirmiş, bitki kollarından 2 ədədi yaş vəziyyətdə həmin ərazidə qalmış, 24 iyun 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı Almalı kəndində qurutduğu narkotik vasitə marixuananın 6,76 qramını qəsdən, satış məqsədi ilə qanunsuz olaraq tanışı - Şahid4 50 manata satmış, həmin tarixdə, saat 15:25-də davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Almalı kəndində saxlanılmış və Qax RPŞ-da üstünə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada 1,24 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bundan əlavə Təqsirləndirilən şəxs narkotik vasitəni qurutuduğu yaşadığı kənddən keçən Əyriçayın kənarındakı kolluq sahəyə baxış keçirilən zaman həmin yerdə qurudaraq, əldə etdiyi külli mqidarda, ümumi təmiz çəkisi 6810 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs dinləyən məhkəmə kollegiyası ona qarşı irəli sürülən ittihamı qismən əsaslı hesab edir. Çünki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham işdə olan digər sübutlar, ekspertiza rəyləri, protokollar, maddi sübut və digər istintaq sənədləri ilə təsdiq olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs döyülməsi, cinayətin boynuna qoyulması, necə danışmasının ona başa salınması, iyun ayının 24-ü, axşam saat 23:00-da Tunarın, saat 00:00-da isə onun polis şöbəsinə aparılması, iki gün polisdə saxlanılması, X2 3-4 gün sonra, iyun ayının 29-u yerləşdirilməsi və həmin müəssisəyə gətirilən zaman üzərində xəsarətlərin olması və s. barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər işdə olan digər sübutlar, özünün şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında videogörüntü və protokol, habelə maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edilir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polislərin onu döymələri barədə məsələni araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin də heç bir əsası yoxdur. Belə ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də əvvəlki məhkəmə iclaslarında polisin hər hansı bir qanunsuz təsirinə və ya təzyiqinə məruz qalması və ya döyülməsi, ümumiyyətlə ona qarşı hər hansı bir şəxs tərəfindən hər hansı bir qanunsuz hərəkət edilməsi barədə nə özü, nə qanuni nümayəndəsi, nə də müdafiəçisi tərəfindən hər hansı bir müraciət və ya şikayət olmamışdır. Bununla belə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istinad edilən videogörüntülərə baxılarkən Təqsirləndirilən şəxs özünü sərbəst aparması və üzərində hər hansı xəsarət əlamətlərinin olması müəyyən edilmir. Bununla belə, məsələnin əhəmiyyətini nəzərə alan məhkəmə kollegiyası onun həbs edildikdən sonra X4 yerləşdirilərkən tibbi müayinədən keçirilməsinə dair tibbi sənədləri (X3 09 yanvar 2026-cı il tarixli 3-16-17/33/2- 6126/2026 nömrəli məktubu və ona əlavə edilən tibbi sənədlər) əldə edib, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 27 iyun 2026-cı il tarixdə X2 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, lakin onun üzərində yeni xəsarət əlamətləri aşkar edilməmişdir (İİ cild, i/v 77). Beləliklə, Təqsirləndirilən şəxs polislərin qanunsuz təsirinə məruz qalması və döyülməsi barədə gətirdiyi dəlilləri araşdıran məhkəmə kollegiyası bu iddiaların əsaslı olması qənaətinə gələ bilmir. Müdafiə tərəfi isə fiziki və ya psixi zorakılığın tətbiq edilməsinə dair əsaslı şübhə yaradan daha nə kimi halların olmasını sübut edə bilmir. Digər tərəfdən, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə Qax RPŞ-ya gətirildiyini və iki gün polis şöbəsində saxlanıldığını iddia etsə də, cinayət işinin materiallarında onun həmin müddət ərzində Qax RPŞ-da saxlanılmasına dair hər hansı bir sübut aşkar edilməmişdir. Əksinə, işdə olan sübutlar onun 25 iyun 2025-ci il tarixdə, saat 15:25-də Qax rayonunun Almalı kəndində saxlanılaraq Qax RPŞ-ya gətirildiyini və həmin gün, saat 16:10-da şübhəli şəxs qismində tutulduğunu göstərir (İ cild, i/v 40, 47). Bundan əlavə, məhkəmə kollegiyasının sorğusu ilə göndərilmiş Qax RPŞ-ya gətirilən şəxslərin qeydiyyat jurnalından 23 iyun 2025-ci ildən 26 iyun 2025-ci il tarixə qədər olan qeydiyyat məlumatlarından müəyyən olunur ki, (həmin şöbənin rəisinin 10 yanvar 2026-cı il tarixli 3/3-87/2-403/2026 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından götürülmüş kserosurətlər, 20-ci vərəq, sıra nömrəsi 93) Təqsirləndirilən şəxs 25 iyun 2025-ci ildə, saat 15:25-də Qax RPŞ-ya gətirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini və həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini nəzərə alaraq bu barədə ifadələrin əsassız hesab edir. Təqsirləndirilən şəxs sonradan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ümumi çəkisi 1,24 qram narkotik vasitə olan marixuana, narkotik vasitəni qurutuduğu yaşadığı kənddən keçən Əyriçayın kənarındakı kolluq sahədə qurutmaq üçün yerə sərdiyi 2 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 1655,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri və həmin yerdə qurudaraq, əldə etdiyi, ümumi təmiz çəkisi 6810 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona aid olmaması, Tunara narkotik vasitə verməməsi və Tunarın üzərindən çıxan narkotik vasitənin polis şöbəsinə gedən zaman onun üzərində olması barədə dəlillərinə gəlincə, qeyd olunmalıdır ki, şahid Tunar Əhmədov və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış aparılarkən Təqsirləndirilən şəxs Tunar Əhmədova 50 manat müqabilində 6,76 qram marixuana verməsini etiraf etməsi aydın görünür. Bu zaman Təqsirləndirilən şəxs hər hansı bir təzyiq altında olması müşahidə edilmir. Ona görə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu dəlillərini də əsaslı hesab etmir. CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamdan “2 ədəd yaş vəziyyətdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1655,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri” ifadələri çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona görə CM-in 234.4.3-cü maddəsilə ittiham irəli sürülmüşdür ki, o 2025-ci ilin may ayının sonlarında yaşadığı Qax rayonunun Almalı kəndinin yaxınlığından keçən Əyriçaya balıq tutmaq üçün gedən zaman oradakı kolluq sahədən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını tapmış, bitki kollarını həmin yerdə quruması üçün yerə sərmiş, bitki kollarından 2 ədədi yaş vəziyyətdə həmin ərazidə qalmış, qurutduqdan sonra əldə etdiyi narkotik vasitənin bir hissəsini istifadə etməsi üçün sellofon torbaya qoyaraq öz üzərində gəzdirmiş, 24 iyun 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı Qax rayonu, Almalı kəndində qurutduğu narkotik vasitədən xeyli miqdarda - 6,76 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qəsdən, satış məqsədi ilə qanunsuz olaraq tanışı - yetkinlik yaşına çatmayan, Qax rayonunun Cəlayir kənd sakini Şahid4 50 manata satmış, həmin tarixdə, saat 15:25-də davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Almalı kəndində saxlanılaraq, Qax RPŞ-ya gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan torbada xeyli miqdarda, ümumi çəkisi 1,24 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni qurutuduğu yaşadığı kənddən keçən Əyriçayın kənarındakı kolluq sahəyə baxış keçirilən zaman oradan onun qurutmaq üçün yerə sərdiyi 2 ədəd yaş vəziyyətdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1655,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri və həmin yerdə qurudaraq, əldə etdiyi külli mqidarda, ümumi təmiz çəkisi 6810 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham həm də ondan ibarətdir ki, o 2 ədəd yaş vəziyyətdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1655,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini qurutmaq üçün yerə sərmişdir. İş üzə məhkəmə bioloji ekspertizasının 26 iyun 2025-ci il tarixli 17/477 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri 1655,0 qram olan iki ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. İlk növbədə qeyd olunmalıdır ki, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CMin 3-cü maddısinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 234-cü maddəsinə görə isə şəxs yalnız satış məqsədi olmadan və ya satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda, külli miqdarda və ya xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Həmin maddəsnin qeydinin 2-ci bəndində göstərilir ki, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində narkotik vasitələrə verilmiş anlayışa görə, BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir) (21 noyabr 2023-cü il tarixli 1024-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.1-ci maddəyə “bitkilərdir” sözündən sonra “(onların hissələridir)” sözləri əlavə edilmişdir). Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (Həmin Qanunun 1.0.9-cu maddəsi). Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində isə həmin anlayışlarla bağlı deyilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin qərarın 3-cü bəndində isə məhkəmələrə izah olunmuşdur ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qərarın 21-ci bəndində isə izah olunur ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir (tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir). CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”n İİİ siyahısının (tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları) 1.2-ci bəndinə əsasən, çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən və tərkibində narkotik maddələr olan bitkidir. Onun 6-30 hissəsi xeyli miqdar, 31-1550 hissəsi külli miqdar, 1551 hissəsi isə xüsusilə külli miqdar hesab olunur. Əvvəlcə qeyd olunmalıdır ki, tərkibində narkotik maddələr olan bitki hissələrinin 2 ədədinə görə, ümumiyyətlə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Bundan əlavə, təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsilə təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmeti olan, ümumi çəkiləri 1655,0 qram iki ədəd yaş bitki hissələrinin tərkibində narkotik maddələrin olub-olmaması, əgər varsa, onların miqdarının müəyyən edilməsi məqsədilə təyin edilmiş təkrar məhkəmə bioloji ekspertizasının nəticəsi olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2026-cı il tarixli 7/100 nömrəli ekspert rəyində bildirilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbadakı iki ədəd quru vəziyyətdə, ümumi çəkisi 657,0 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin hissələridir. Çətənə bitki hissələrinin tərkibində narkotik aktivliyə malik komponentlər vardır. Narkotik komponentlərin etalon nümunəsi olmadığına görə onların miqdarını müəyyən etmək mümkün olmadı (İİ cild, i/v 85). Göründüyü kimi, cinayətin predmeti olan 1655,0 qram iki ədəd əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin hissələrinin tərkibində narkotik maddələrin miqdarının müəyyən edilməsi mümkün olmamışdır. CM-in 234-cü maddəsi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutur. 234.4.3-cü maddə isə külli miqdar və ya digər ağırlaşdırıcı hallarla törədilmiş əməllərə görə daha ağır cəza müəyyən edir. Bu maddə ilə məsuliyyətin yaranması üçün əsas şərtlərdən biri ondan ibarətdir ki, cinayətin predmeti olan əkilib-becərilməsi qadağan olunmuş bitkinin tərkibində narkotik maddə olmalı və həmin maddənin miqdarı (külli miqdar) müəyyən olmalıdır. Miqdarın müəyyən edilməsi isə yalnız müvafiq ekspertiza keçirilməklə mümkündür. Çünki, həmin ekspertiza bitkinin tərkibində narkotik maddənin olmasını təsdiq edir, lakin ekspert narkotik maddənin konkret miqdarını müəyyən edə bilmirsə, bu halda cinayətin subyektiv və obyektiv tərkib əlamətləri tam sübuta yetirilməmiş sayılır. Miqdar müəyyən edilmədən “külli miqdar” anlayışının tətbiqi hüquqi baxımdan mümkün deyil. Sübutetmə yükü isə ittiham tərəfinin üzərinə düşdüyündən, şübhə yarandıqda təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır (“in dubio pro reo” prinsipi). Çünki, bitkinin özünün aşkar edilməsi avtomatik olaraq əməlin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratmır, xüsusilə narkotik maddənin miqdarı müəyyən edilməmişdirsə. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, CM-in 234.4.3-cü maddəsilə Təqsirləndirilən şəxs israr olunan ittihamdan onun qurutmaq üçün yerə sərdiyi 2 ədəd yaş vəziyyətdə, xeyli miqdarda, 1655,0 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrinə görə epizod ittihamdandan çıxarılmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir və məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib, məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 234.4.3-cü maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. "Qax Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nın 02 iyul 2025-ci il tarixli, 18-1-50/2- 736/2025 nömrəli məktubunda göstərilmişdir ki, Qax rayonunun Almalı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və Qax rayonunun Cəlayir kəndində qeydiyyatda olan və yaşayan xx.xx.2007-ci il təvəllüdlü Şahid4 Qax RMX PHŞ-nın Poliklinika şöbəsində ruhi-əsəb və narkoloyi xəstəliklər üzrə dispanser qeydiyyatında deyillər (İ cild, i/v 218). Həmçinin, Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi əlamətlərinin müşahidə olunmaması səbəbindən o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, i/v 233-234). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntularının olması barədə məlumat yoxdur, ona görə də məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq onun əməli CM-in 234.4.3-cü maddəsilə tövsif edilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Difər tərəfdən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 04 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir məhkumluğu olmamışdır (İ cild, i/v 195-196). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qax RİH başçısının Almalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonunun Almalı kəndində qeydiyyatda olmaqla, yaşayır (İ cild, i/v 177). Həmin nümayəndəlik tərəfindən təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2013/2022-ci illərdə Almalı kənd tam orta məktəbinin şagirdi olmuşdur. O, kənd əhalisi arasında hörmət qazanmış bir vətəndaşdır. Onun və ailəsinin haqqında nümayəndəliyə şikayət daxil olmamışdır (İ cild, i/v 178). Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qax Rayon Məhkəmsinin 27 iyun 2025-ci il tarixli 4(014)-25/2025 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barədə əvvəli 25 iyun 2025-ci il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədibiri seçilmişdir (İ cild, iş vər. 149-156). Məhkəmə kollegiyası CM-in 59.1.2-ci maddəsinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi və 59.2-ci maddəsinə görə isə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü (Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur. Təqsirləndirilən şəxsin əməli fərd olaraq narkotik vasitədən istifadə etməklə öz tələbatının ödənilməsinə yönəlsə də, bu cinayət əməli bütövlükdə cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaradır. Cinsindən asılı olmayaraq insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatının 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Bundan əlavə, külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəyə cəlb edilməsi narkomaniyanın yayılmasına şərait yaradır. Bu isə insanların fiziki və psixoloji sağlamlığına, ailə institutuna və cəmiyyətin genofonduna təhlükə yaradır. Şəxsin külli miqdarda narkotik əldə etməsi narkotik istifadəsinin davamlı və intensiv xarakter daşımasına, nəticədə fərdin sosial həyatının məhv olmasına gətirib çıxarır. Narkotik asılılığı olan şəxslər maddi ehtiyac səbəbilə oğurluq, soyğunçuluq, dələduzluq kimi digər cinayətləri törətməyə meylli olurlar ki, bu da ümumi cinayətkarlıq səviyyəsini artırır. Satış məqsədilə külli miqdarda narkotik əldə edilməsi narkotiklərin qeyri-qanuni istehsal və yayım zəncirinin fəaliyyətini stimullaşdırır və bu sahədə cinayətkar şəbəkələrin möhkəmlənməsinə xidmət edir. Bu cür əməllər dövlətin ictimai təhlükəsizliyin və sağlam həyat tərzinin qorunmasına yönəlmiş tədbirlərini sarsıdır və hüquq-mühafizə sisteminə əlavə yük yaradır. Satış məqsədilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi yalnız fərdi deyil, həm də cəmiyyətin təhlükəsizliyinə və sağlam inkişafına qarşı yönəlmiş yüksək ictimai təhlükəli əməl hesab olunur. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.4.3-cü maddəsində bu əməlin törədilməsinə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən, habelə ondan aşkar edilərək, götürülmüş, ümumi təmiz çəkisi 6811,24 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi CM-in ədalət və humanizm prinsplərinə uyğundur. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində isə göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsinin sanksiyasına uyğun olaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər (CM-in 56.1.2-ci maddəsi). Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır (İ cild, i/v 231-232). Eyni zamanda, Qax RPŞ-da saxlanılan tədqiqatdan sonra Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş 1 ədəd zərfin içərisində olan 1 ədəd kibrit qutusunda, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş 1 ədəd zərfin içərisində olan 1 ədəd sellofon bükümdə, Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yer baxış keçirilən zaman götürülmüş 2 ədəd sintetik kisənin içərisində ümumi təmiz çəkisi tədqiqatdan sonra 6817,56 qram olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yerə baxış keçirilən zaman götürülmüş 1 ədəd sintetik kisənin içərisində 2 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi tədqiqatdan sonra 1359,60 qram olan narkotik tərkibli çətənə bitkiləri, Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yer baxış keçirilən zaman götürülmüş 1 ədəd sintetik kisənin içərisində 2 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi tədqiqatdan sonra 1654,60 qram çətənə bitkisinin hissələri məhv edilməli, 1 ədəd Xiaomi 12 markalı mobil telefon Şahid2 qaytarılmalı, şəxsi axtarış və baxış protokollarına əlavə edilmiş 04 ədəd disk və Azərbaycan Respublikası DİN-nin BİKİdən daxil olmuş 01 ədəd disk disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərclərinə dair 26 iyun 2025-ci il tarixli bildirişə görə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat və 05 fevral 2026-cı il tarixli bildirişə görə 78,0 (yetmiş səkkiz) manat əlli beş qəpik) manat olmaqla, ümumi 112,55 (yüz on iki manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 25 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Qax RPŞ-da saxlanılan tədqiqatdan sonra Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş 1 ədəd zərfin içərisində olan 1 ədəd kibrit qutusunda, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı götürülmüş 1 ədəd zərfin içərisində olan 1 ədəd sellofon bükümdə, Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yer baxış keçirilən zaman götürülmüş 2 ədəd sintetik kisənin içərisində ümumi təmiz çəkisi tədqiqatdan sonra 6817,56 qram olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yer baxış keçirilən zaman götürülmüş 1 ədəd sintetik kisənin içərisində 2 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi tədqiqatdan sonra 1359,60 qram olan narkotik tərkibli çətənə bitkiləri, Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yer baxış keçirilən zaman götürülmüş 1 ədəd sintetik kisənin içərisində 2 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi tədqiqatdan sonra 1654,60 qram çətənə bitkisinin hissələri məhv edilsin, 1 ədəd Xiaomi 12 markalı mobil telefon Şahid2 qaytarılsın, şəxsi axtarış və baxış protokollarına əlavə edilmiş 04 ədəd disk və Azərbaycan Respublikası DİN-nin BİKİdən daxil olmuş 01 ədəd disk disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar