Məhkəmə qərarları › İş №1(091)-253/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-253/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-253/2023 04.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1976-cı il tаriхdə Zаqаtаlа şəhərində dоğulmuş, evli, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, işləməyən, оrtа təhsilli, Şəki Аğır Cinаyətlər Məhkəməsinin xx.xx.2011-ci il tаriхli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-in 29, 120.2.4-cü mаddəsi ilə təqsirli bilinib 11 il 03 аy аzаdlıqdаn məhrum еdilmə cəzаsınа məhkum еdilmiş, Аzərbаycаn Rеspublıkаsı Prеzidеntinin xx.xx.2019-cu il tаriхli Sərəncаmınа əsаsən əfv оlunаrаq cəzаsının çəkilməmiş hissəsindən аzаd еdilmiş, həmin məhkumluğu ödənilməmiş, Zаqаtаlа rаyоn məhkəməsinin xx.xx.2021-ci il tаriхli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-in 221.3-cü mаddəsi ilə təqsirli bilinib 02 il 06 аy müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsınа məhkum еdilmiş, Şəki rаyоn məhkəməsinin xx.xx.2021-ci il tаriхli qərаrınа əsаsən cəzаsı 06 аy аzаldılаrаq 02 il təyin еdilmiş, Şəki rаyоn məhkəməsinin xx.xx.2022-ci il tаriхli qərаrınа əsаsən 01 аy 25 gün vахtındаn əvvəl cəzа çəkməkdən аzаd еdilmiş, məhkumluğu ödənilməmiş, Zаqаtаlа şəhəri Sülh küçəsi еv 9 mənzil 13 ünvаnındа qеydiyyаtdа оlmаqlа Zaqatala şəhəri Mollamuhuma Eminov küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Hеydərоv Rəfаyеl Zаkir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Hеydərоv Rəfаyеl Zаkir oğlu 14 iyun 2023-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində çöl sahəsində yol kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb gələcəkdə qurudub istifadə etmək niyyətilə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 3150 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuana əldə edib üzərində saxlamış, 14 iyun 2023-cü il tarixdə saat 1650 radələrində qeyd edilən narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üzərində daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində saxlanılaraq Zaqatala RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin gün saat 1823-dən 1846-dək olan müddət üzərində şəxsi axtarış keçirilərkən əlində olan 01 ədəd ağ rəngli sintetik kisənin içərisindən təmiz çəkisi 3150 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış natkotik vasitə qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Hеydərоv Rəfаyеl Zаkir oğlu özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evdən özü ilə bir ədəd ağ rəngli sintetik kisə götürüb Aşağı Tala kəndində əvvəl gördüyü yabanı halda bitmiş çətənə kollarının olduğu yerə getmiş, sintetik kisəyə yabanı halda bitmiş çətənə kollarını qoparıb yığmışdır. Saat 1650 radələrində Aşağı Tala kəndi ərazisində olan zaman Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Zaqatala RPŞ-nə dəvət еtmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan ağ rəngli sintetik kisəni polis əməkdaşlarına təqdim edərək həmin sintetik kisənin içərisində yaş vəziyyətdə həmin gün yığdığı çətənə bitkisi olduğunu bildirmişdir. Həmin sintetik kisə еlеktrоn tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 3380 qram оlması müəyyən оlunmuşdur. Bundan sоnra müvafiq prоtоkоl tərtib еdilmiş, həmin bağlama iri həcmli zərfə qоyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zaqatala şəhəri Mollamuhuma Eminov küçəsində yaşayan Hеydərоv Rəfayеl Zakir oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-nin kiçik inspektoru Şahid3 ilə birlikdə saat 1650-də Təqsirləndirilən şəxs Aşağı Tala kəndi ərazisində saxlanılaraq Zaqatala rayon Polis Şöbəsinə gətirilmiş, Zaqatala RPŞ-də Hеydərоv Rəfayеl Zakir oğlu şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan ağ rəngli sintetik kisəni təqdim edərək içərisində yaş vəziyyətdə çətənə bitkisi olduğunu bildirmişdir. Həmin ağ rəngli sintetik kisə açılıb içərisinə baxıldıqda kisənin içərisində yaşıl rəngli, qurudulmamış, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkilərək çəkisinin 3380 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkisini həmin gün yabanı halda olan çətənə bitkilərdən yığdığını bildirmiş, həmin bitki еkspеrtizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin kiçik inspektoru işləyən Şahid3 və X1 baş inspektoru işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15 iyun 2023-cü il tarixli 17/467 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş içərisində yaş vəziyyətdə olan yaşıl rəngli, çətənə bitkisinə bənzər bitki kütləsi olan ağ rəngli sintetik kisə.” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki, təmiz çəkisi-3150,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli 1120 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 iyun 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sintetik kisənin içərisində birlikdə çəkisi 3380 qr olan narkotik vasitə qurudulmamış marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Heydərov X4 rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 189-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə cəzasının sonu ilə azad edilmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli höküm ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzası bitmişdir. CM-in 18.3.3-cü maddəsinə əsasən qəsdən xüsusilə ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala bələdiyyəsi tərəfindən alınmış xx.xx.2023-cü il tarixli 212 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X3 Hüquqi Şəxsin 03 iyul 2023-cü il PHŞ-6-78/2-795-2023 nömrəli məktubundan görünür ki, Hеydərоv Rəfаyеl Zаkir oğlu Zaqatala RMX PHŞ-nin Poliklinika şöbəsinin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 14 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1805-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 16 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin Təqsirləndirilən şəxs saat 1650-də saxlanıldıqdan sonra saat 1805-də tutulmasına görə faktiki saxlanıldığı vaxtdan şübhəli şəxs kimi tutulduğu vaxta kimi uzun müddət keçdiyinə görə müdafiə hüququnun pozulmasına görə barəsində bəraət hökmünün çıxarılmasına dair dəlilinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs özü də məhkəmə araşdırması zamanı qurudulmamış marixunanı özü istifadə etmək üçün yığdıqdan sonra saxlanıldığını, polis şöbəsində ona qarşı heç bir qanunsuzluğa yol verilmədiyini bildirmiş, eyni zamanda şəxs saxlanıldıqdan sonra onun rayon Polis Şöbəsinə gətirilməsi, hüquqlarının müdafiəsi üçün müdafiəçinin dəvət edilməsi üçün qeyd edilən vaxtın keçməsi məhkəmə üçün ağlabatan müddət kimi qəbul edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin xüsusi təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 iyun 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.4-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 3149,80 qram qurudulmamış marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar