Məhkəmə qərarları › İş №1(091)-256/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-256/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-256/2025 12.01.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X6, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olmaqla, Yevlax rayonunun Nemətabad kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin zor tətbiq etmə hədəsi və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə, cinsi istismar edilməsi məqsədi ilə cəlb edib, təkrarən tamah niyyəti ilə iki və daha şox şəxs barəsində insan alveri cinayəti, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə 10 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini X8 buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs3 ilə həmin şəhərdə yerləşən restoranların birində tanış olduqdan sonra birlikdə yaşadıqları evdə olan zaman onu İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib, aldatma yolu ilə, eləcə də təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək qərarına gəlmiş, bu məqsədlə əlaqələrindən istifadə edərək, məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə ona hədə-qorxu gəlmə, məcbur etmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus ümumvətəndaş pasportunu götürüb, saxlamaqla 2021-ci ilin oktyabr ayının ortalarından 30 dekabr 2021-ci il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb, pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə 19 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə, Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində həmin şəhərdə tanış olduqdan sonra İğdır şəhərində birlikdə yaşadıqları evdə olan zaman onu qeyd olunan şəhərdə restoranda işə düzəldəcəyini vəd edib, aldatma yolu ilə, eləcə də təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək qərarına gəlmiş, bu məqsədlə əlaqələrindən istifadə edərək, məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə ona hədə-qorxu gəlmə, məcbur etmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ümumvətəndaş pasportunu götürüb, saxlamaqla 2024-cü ilin may ayının əvvəllərindən 23 iyul 2024-cü il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən yaşadıqları evdə kişi müştəriləri ilə görüşdürüb, pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə 07 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə, Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və orada istintaqa məlum olmayan ünvanda yaşayan Zərərçəkmiş şəxs4 ilə 2024-cü ilin iyul ayının ortalarında mobil telefon vaitəsi ilə əlaqə saxlayaraq, onu Türkiyə Respublikasının İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib, aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verib həmin şəhərə gəldikdən sonra İğdır şəhərində yerləşən kirayə tutduğu mənzilə yerləşdirməklə ona əlaqələrindən istifadə edərək, məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə, məcbur etmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus ümumvətəndaş pasportunu götürüb, saxlamaqla 2024-cü ilin iyul ayının ortalarından 2024-cü ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb, pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə 06 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs2 ilə 08 avqust 2024cü il tarixdə İğdır şəhərində yerləşən restoranların birində tanış olduqdan sonra onu Türkiyə Respublikasının İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək qərarına gəlmiş, bu məqsədlə həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirib, ona əlaqələrindən istifadə edərək, məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə, məcbur etmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus ümumvətəndaş pasportunu götürüb saxlamaqla 08 avqust 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb, pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Türkiyəyə 2021-ci ilin ya iyul, ya da avqust ayında getmiş və orada ofisant işləmişdir. Qızların heç birini tanımır, onlarla münasibəti olmamışdır. Onları heç görməmiş, yaşadığı yerə aparmamışdır. Onlar da yaşadıqları ünvanı bilmirlər. O, saxlanılandan 4 ay sonra qızlar izahat vermişlər ki, o, qızların pasportlarını alıb, onları müxtəlif otellərə göndərmişdir. Pasportu onda olan şəxs necə otellərə gedə bilər. Orada yazılanların heç birini qəbul etmir, hamısı yalandır. Orada qeyd olunmuşdur ki, o, həmin qızlara səs atıb onlara hədə-qorxu gəlmiş, ailələrini təhqir etmişdir. Həmin səs yazılarını, yazışmaları istəyir. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, orada müəyyən şeyləri deməmiş, amma ifadəsinə yazılmışdır. Onu döymüşlər, lakin bu barədə heç yerə şikayət etməmişdir. Zərərçəkmiş şəxsləri tanımır. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ehtiyacdan bu yola düşmüşdür. İmkanı olmadığına görə Türkiyəyə getmiş, amma heç kimi ora aparmamış, işlətməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2007-ci ildə Əfqan Adıgözəlovla rəsmi olaraq ailə qurmuş və 2008-ci ildə həmin evlilikdən doğulmuş bir bir uşağı vardır. Xasiyyətləri uyğun gəlmədiyinə görə, 2010-cu ildə Əfqandan boşanmışdır. Boşandıqdan sonra ata evinə qayıtmış, sonra isə uşağını saxlamaq üçün işləmək məqsədilə Bakı şəhərinə getmiş və 2021-ci ilədək keçən müddət ərzində Xırdalan şəhərində müxtəlif restoranlarda xidmətçi kimi işləyib, övladına baxmışdır. 2021-ci ildə gözəllik salonunda tanış olduğu Sima adlı qadınla tanış olarkən həmin qadın ona Ankara şəhərində tanışının olduğunu, onun yanında fahişəliklə məşğul olub, yaxşı pul qazana biləcəyini demişdir. Həmin vaxtlarda maddi cəhətdən sıxıntıları olduğundan məcburiyyət qarşısında qalıb, Simanın təklifi ilə razılaşmışdır. Ancaq Ankara şəhərinə getmək üçün bilet almağa pulunun olmadığını dedikdə, Sima həmin tanışının ona bilet alacağını demişdir. Bundan sonra ümumvətəndaş paportunun şəklini bilet alması üçün Simaya göndərmiş və bilet alındıqdan sonra xx.xx.2021-ci ildə Bakı hava limanından əvvəlcə İzmir şəhərinə getmişdir. Razılaşmaya əsasən, Simanın tanışı onu Ankara şəhərində qarşılamalı olmuşdur. Buna görə də İzmir şəhərindəki hava limanında olan zaman Simanın verdiyi nömrə ilə əlaqə saxlamaq istəmiş, lakin bu mümkün olmamış, həmin şəxs zənglərə cavab verməmişdir. Belə olan halda Ankara şəhərinə getməmiş və İzmir şəhərində qalmağa qərar vermişdir. İzmir şəhərində olan zaman hazırda adını xatırlamadığı taksi sürücüsü ilə tanış olmuş və söhbət əsnasında ona Türkiyə Respublikasına fahişəliklə məşğul olmaq üçün gəldiyini demişdir. Sürücü İzmir şəhərinin böyük yer olduğunu, orada ona problem yaranacağını bildirmiş, həmçinin İğdır şəhərində restoran işlədən tanışının olduğunu, onun yanında fahişəliklə məşğul ola biləcəyini demişdir. İzmir şəhərini tanımadığından sürücünün dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış, bundan sonra birlikdə İğdır şəhərinə getmiş, orada sürücü onu tanışının işlətdiyi “Taşburun” restoranına aparmış və restoranın sahibi ilə onu tanış etmişdir. Həmin şəxs oraya gələn kişi müştərilərlə cinsi əlaqədə olub, pul qazana biləcəyini demişdir. Maddi vəziyyətinin yaxşılaşması üçün onunla razılaşmış və orada fahişəliklə məşğul olmağa başlamışdır. Belə ki, orada “çiçəkçi” adı ilə tanınan Xuraman adlı qadın onları müştərilərə təqdim etmiş və onlar həmin müştəri ilə pul müqabilində cinsi əlaqədə olmuşlar. Həmin qadınlardan Nəzrin, Könül və hazırda adını xatırlamadığı qadınlar olmuş, lakin onların əsl adlarını bilməmişdir. Ona isə orada Yağmur deyə, müraciət etmişlər. Müştəri onları təqdim etdiyinə görə, Xuramana da pul ödəmiş, daha sonra isə onlarla pulun miqdarını razılaşdıqdan sonra cinsi əlaqədə olmuşdur. Keçən bir il ərzində həmin restoranda fahişəliklə məşğul olmuşdur. Əldə etdiyi pulu isə övladına baxması üçün bacısına göndərmişdir. Bir ildən sonra isə həmin restoranda xidmətçi kimi fəaliyyət göstərməyə başlamış, lakin işi bəyənilmədiyindən, Bakı şəhərinə qayıtmışdır. Bir müddət sonra isə yenidən İğdır şəhərinə gedərək, “Grand” restoranında əvvəlcə mətbəxdə köməkçi, daha sonra isə xidmətçi kimi faəliyyət göstərmişdir. Həmin restoran da “Taşburun” restoranı kimi fəaliyyət göstərmişdir. Orada fahişəliklə məşğul olan Aynur, Elif, Ela, Arzu, Sevilay, Mizgin, Oksana, Aygün, Ayna, Aybəniz, Leyla, Sıla, Damla adlı qadınları hazırda xatırlayır. Orada işlədiyi müddət ərzində Vedat adlı türk vətəndaşı ilə tanış olmuş, bundan sonra bir müddət onunla qeyri rəsmi ər-arvad münasibətində yaşamış və arabir Bakı şəhərinə gəlib-getmişdir. Vedatla münasibəti olduğu müddət ərzində restoranlarda xidmətçi işləmiş, bundan sonra “Çorbacı” adlı kafedə də xidmətçi işləmişdir. Orada da Zeynəb, Aydan, Sevinc və digər qadınlar fahişəliklə məşğul olmuş, bundan sonra təxminən 1-2 gün “Şahmeran” restoranında xidmətçi kimi fəaliyyət göstərmişdir. 2024-cü ilin sentyabr ayınadək keçən müddət ərzində orada müxtəlif restoranlarda işlədikdən sonra isə Bakı şəhərinə geri qayıtmışdır. 26 dekabr 2024-cü il tarixdə, saat 07 radələrində restoranda xidmət etmək məqsədilə “Sədərək” sərhədkeçmə məntəqəsindən Türkiyə Respublikasına getmək istəyərkən, nəzarət buraxılış məntəqəsində saxlanılmış, biraz orada gözlədikdən sonra Bakı şəhərinə bilet alıb, təyyarə ilə özü gəlmişdir. Bakı hava limanında onu Elvin adlı polis əməkdaşı qarşılamışdır. Həmin polis əməkdaşı onu hazırda markasını xatırlamadığı avtomobillə X10 Mübarizə Baş İdarəsinə gətirmiş və orada Elvin adlı polis əməkdaşı onu əvvəlcə söyüb, təhqir edərək, daha sonra vurmuşdur. O, İğdır şəhərində xidmətçi işlədiyini bildirsə də, həmin polis əməkdaşı onun orada insan alveri ilə məşğul olduğunu bildirmiş və adını Aynur bildiyi əsl adı isə Arifə olan qadının kağız üzərində olan əlyazmasını ona göstərib, İğdır şəhərində cinsi istismara məruz qoyması ilə bağlı şikayət etdiyini demişdir. Bundan sonra onun dediklərini izahatına qeyd edəcəyini, əks təqdirdə 4-5 nəfər qadını onun üzünə qoyacağını və həbs etdirəcəyini bildirmişdir. Buna görə də məcbur qalıb, deyilənləri izahatında qeyd etmişdir. Daha sonra oradan çıxıb, Yevlax şəhərinə qayıtmışdır. Bundan sonra isə hüquqlarının müdafiəsi ilə bağlı vəkillə müqavilə bağlamışdır. Elvin adlı polis əməkdaşı izahatını aldıqdan sonra insan alveri ilə məşğul olmasını etiraf etməyəcəyi təqdirdə onun Türkiyə Respublikasında olduğu tarixdə orada olmuş 4-5 qadını tapacağını və üzünə qoyaraq həbs etdirəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs1 tanımır, onunla hər hansı formada görüşüb, münasibət qurmamış, yaşadığı evdə yaşamamış və pasportu onda olmamışdır. Ayselin nə üçün ondan şikayətçi olduğunu bilmir. Xanımları orada görmüşdür. Dörd aydan sonra xanımlar gəlib, ərizə yazaraq şikayətçi olmuşlar. Zərərçəkmiş şəxs1 ilə üzləşməmişdir. Zərərçəkmiş şəxslərin dediklərinin heç birini etməmişdir, onlar ya könüllü gəlmiş, ya da gətirilmişlər. Ona heç kim müraciət etməmiş, nə də o həmin xanımları həmin işə vadar etməmişdir. O, Elif adlı Türk vətəndaşı tanımır. Zərərçəkmiş şəxs2 tanımır və onu heç bir yerə aparmamış, hər hansı bir formada münasibət saxlamamışdır. Zərərçəkmiş şəxs4 tanımır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Vüsalə xanımı İğdır şəhərində tanımışdır. Türkiyəyə getməyinin səbəbi alış-veriş etmək, orada aldığı şeyləri gətirib, burada satmaq olmuşdur. İç geyimlərinə baxıb, alarkən həmin türk vətəndaşı Elif adlı xanım onunla yaxınlıq etmiş, sonra isə Vüsalə xanımın Yağmur olduğunu deyərək, onunla tanış etmişdir. Öz vətənindən olduğuna görə, yaxşı insandır deyə, Vüsalə ilə onu tanış etmiş və onun evinə aparmışdır ki, buraları yaxşı tanıyır, mənə köməklik edəcək. Onu Vüsalə xanımgilə aparmışdır. Vüsalə onu xoş qarşılamış, ona köməklik edəcəyini bildirmişdir. O, Vüsaləyə inanmış, onun evində qalmışdır. 2-3 gün qaldıqdan sonra onu təhdid etmiş, “Sən getməyəcəksən, burada qalacaqsan” demişdir. Pasportunu əlindən almış, verməmişdir. Bir-iki dəfə almağa cəhd etsə də, mübahisə yaranmış, onu yenə təhdid etməyə başlamış, “Mənim burada tanıdıqlarım, əhatəm var” demişdir. Ailəsilə, ətrafı ilə təhdid etmişdir. O da oraları tanımadığı üçün razılaşmışdır ki, bəlkə insafa gəlib, onu buraxar. Pasportu onda olmuşdur. Həm pasporta görə, həm təhdidə görə, həm də tanımadığı üçün gedə bilməmiş, bir müddət onun yanında qalmışdır. Vüsalə onu pis şeylərə vadar etməyə başlamışdır. O, dözməmiş və aralarında mübahisə yaranmışdır. Vüsalə onu əxlaqsızlıq etməyə məcbur etmişdir. Ən sonda ona şərt qoymuşdur ki, aralarında bu şeylər olmamışdır, heç kimə və heç yerdə onun adını deməyəcəkdir. Sonda pasportunu vermiş və bundan sonra onun yanından çıxıb, Azərbaycana qayıtmışdır. Vüsalə onu yenə şantaj etməyə başlamışdır ki, birdən kiməsə deyərsən. Onu yanına çağırmış, lakin o, gəlməyəcəyini bildirmişdir. Vüsalə onu şantaj edib, “Əgər, mənim adımı və burada olanları kiməsə desən, səni ailənə, qohum-əqrəbana rüsvay edərəm. Azərbaycanda adamlarım var, mənə heç kim bata bilmir. Mən istədiyimi edəcəyəm” demişdir. Stressdə olduğuna görə, bir müddət heç kimə deyə bilməmişdir. Lakin internet səhifələrində ailəsi və ətrafının xəbəri olmadan, gizli şikayət edə biləcəyini öyrənmiş və Bakıya gəlib, ərizə yazaraq, şikayətini bildirmişdir. Vüsalənin cəza çəkməsini istəyir. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlcə Vüsalə özünü Yağmur kimi təqdim etmişdir. Evdə telefonla danışarkən ona Vüsalə deyildiyini eşitmişdir. Bundan sonra başa düşmüşdür ki, adı Vüsalədir. İğdır şəhərində evdə ikisi qalmışdlr. Getməməsi üçün Vüsalə onun pasportu götürmüşdür. Vüsalə onu gün ərzində iki-üç kişi ilə görüşdürmüşdür. May ayında ora getmiş, iyul ayının əvvəli oradan çıxmışdır. İki aydan bir az artıq müddət də bu formada olmuşdur. Əlaqədə olduğu kişiləri tanımamışdır. Onlar Vüsalənin öz adamları olmuşlar, onlarla telefonla danışmışlar. Kişilərlə pul barədə özü danışıb almış, az bir qismini isə ona vermişdir. Vüsalənin nə qədər pul aldığını bilmir. Vüsalə danışıb, onları qarşılamışdır. Azərbaycanda olanda da, Vüsalə onu hədələmişdir. Yanına çağıranda gəlməyəcəyini bildirdikdə, onu şantaj etməyə, hədə-qorxu gəlməyə başlamışdır. Ona “Burada və orada adamlarım var. Məndə sənin şəklin var, səni rüsvay edəcəm” demişdir. Vüsalə xanım olmasa idi, elə hərəkətlər etməzdi. Onu şantaj, təhdid və qorxu ilə məcbur etmişdir. Sonda mübahisələri olmuş və insafa gəlib, pasportunu vermişdir. Həmişə evdə olmuş, şəhərə çıxanda Vüsalə də onula getmişdir. Şəhərə tək çıxmamışdır. Evdə qalarkən onun nəzarəti altında olmuşdur. Evdə üçüncü bir şəxs olmamışdır. Kişilərlə həmin evdə münasibətdə olmuşdur. Vüsalə onu şəhərə tək buraxmamışdır. Həm şəhəri tanımadığına, həm Vüsalənin onu hədələdiyinə, həm də pasportu onda olduğuna görə pasportsuz getməyə cəhd etməmişdir. Vüsalə ilə bir dəfə üzləşmələri olmuşdur. Üzləşmə zamanı Vüsalə onu tanımadığını demişdir. Vüsalə onu kişilərlə görüşdürdükdən sonra ona 500-700 tl pul vermişdir. 700 tl 25-30 manat təşkil edir. Yeməyi və qalmağı Vüsaləyə aid olmuşdur. Birinci dəfə qorxmuş, yorulma səviyyəsinə gəldikdə isə heç nə gözünə görünməmişdir. Stress bədənində, canında olmuşdur. Vüsalənin mobil nömrəsi uzun olduğu üçün xatırlamır. Ondan şikayətçidir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 06 avqust tarixində işlə bağlı İstanbula getmiş, lakin orada qalmaq çox baha olduğuna görə pulu çatmamış və qala bilməmişdir. Oradakı sakinlərə işləməyə gəldiyini bildirmiş və ona İğdır şəhərinə gedib işləyə biləcəyini demişlər. Ayın 8-i İğdır şəhərinə getmiş və orada xadimə işi tapıb, on gün işləmişdir. Sonra Vüsalə xanımla tanış olmuş və onunla isti münasibət qurmuşdur. Vüsalə ona bildirmişdir ki, yanımda qalacaqsan və sənə kömək edəcəyəm. Vüsalə onu öz evinə aparmış və onu işlə təmin edəcəyini bildirmişdir. Ona demişdir ki, “Pasportunu mənə ver. Narahat olma, sənə iş tapacam.” Bir-iki gün sonra görmüşdür ki, Vüsalə onunla həmin münasibətdə deyil. Ona “Səni otellərdə kişilərlə görüşdürəcəm” deyəndə, cavab vermişdir ki, yox, istəmirəm. Vüsalə bildirmişdir ki, pasportun məndədir, sən bunu etməlisən. Vüsalə gündə iki-üç dəfə onu kişilərlə görüşdürmüş və pulun çox az qismini ona vermişdir. Dəfələrlə Vüsalə ilə mübahisə etmiş, vətəninə qayıtmaq istədiyini bildirmişdir. Vüsalə onu döymüş, saçından tutub, əxlaqsız sözlər demişdir. Ona çox işgəncə vermişdir, o, Vüsalənin bu hərəkətlərindən tramva almışdır. Ona görə gələndən sonra müalicə götürmüşdür. Hələ də onun stresini yaşayır. Ona “Pasportumu ver, atıq dözə bilmirəm” dedikdə, “Yox, verməyəcəyəm” demişdir. Vüsaləyə “Yağmur” deyə, müraciət etmişilər. Bir gün o, evdə olmayanda pasportunu axtarıb tapmış və evdən qaçmışdır. Sonra Vüsalə ona zəng edib “Sən hara getmisən? Məndən şikayət edə bilməzsən. Mənim burada əlim çox uzundur. Mənə burada bata bilməzsən. Azərbaycanda da, burada da əhatəm çox böyükdür” demişdir. Yanında olarkən də onu hədələmişdir ki, sən burada mənə bata bilməzsən. İlk dəfə ora işləmək üçün getmişdir. Burda dolana bilməmiş, vəziyyəti çox pis olmuşdur. Oraları isə tanımamışdır, fikirləşmişdir ki, çox gözəl xanımdır, ona dəstək olar. Amma onu pis yollara salmış, vadar etmişdir ki, bədənini pula satsın. Onun yanından çıxıb, özünü toparlayıb, biletini alıb, Azərbaycana qayıtmışdır. 09 yanvarda Bakıya getmiş, müalicə götürmüşdür. Vüsalə onun kimi neçə insanı satmışdır. İstəməz ki, xanımlar belə insanlara görə təcavüzə məruz qalsınlar. Vüsalə zorla onu tanımadığı insanlarla üz-üzə gətirmişdir. Məcbur olub, bunu etmişdir. 2021-ci ildə boşanmış və bir övladı var. Öz zəhmətilə övladına baxmışdır. Eşitmişdir ki, orada daha yaxşı məbləğə baxıcılıq, ev təmizliyi edə bilər. Lakin orada çətin bir insana rast gəlmişdir. X10 Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Ondan şikayətçidir. Zərərçəkmiş şəxs daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, restoranda xadimə işi tapmış və Vüsalə ilə orada tanış olmuşdur. Vüsalə restorana bir neçə dəfə gəlmiş, sonra isə onunla münasibət qurulmuşdur. Orada ona həyatını danışmış və sanki Vüsalənin ona yazığı gəlmiş, onu yaxşı işlə təmin edəcəyini və çoxlu pul qazanacağını bildirmişdir. 2 aydan çox birlikdə qalmışlar. Müştərilərlə evdə yox, otellərdə görüşmüşdür. Hər gün tanımadığı şəxslərlə görüşmüşdür. Vüsalə ona demişdir ki, sən bu işi etməlisən. Vüsaləyə “Bədənimi pula sata bilmərəm” dedikdə, onu ailəsilə hədələmiş, pasportunu əlindən almış, əxlaqsızlıqla məşğul olmasını evinə bildirəcəyini demişdir. İğdır şəhərinə 06 avqust 2024-cü il tarixində getmişdir. O, restoranda işləmiş, Vüsalə isə ora gəlib-getmişdir. Vüsalə ona hədə-qorxu gəlmişdir deyə, ondan şikayət etməmişdir. İstəməmişdir ki, ailəsi, qohum-əqrəbası bilsin. Həmişə adımı qorumuşdur. İğdırda sərbəst şəkildə gəzə bilməmişdir, Vüsalənin nəzarəti altında olmuşdur. Hər dəfə fərqli otellərə getmişlər. Vüsalə özü onu otelə aparmış, sonra evə göndərmişdir. 09 yanvar 2024-cü il tarixdə Azərbaycana gəlmişdir. Hadisə 2024-cü ilin yay aylarında baş vermişdir. Vüsalədən nə zaman ayrıldığını xatırlamır. X10 Mübarizə Baş İdarəsini sosial şəbəkədən axtarıb tapmış və fevral ayında müraciət etmişdir. Azərbaycana gələnə kimi müraciət etməməsinin səbəbi vəziyyətinin pis olması olmuşdur. Azərbaycana qayıtdıqdan sonra Vüsalə ilə əlaqəsi olmamışdır. Pasportu Vüsalədə olduğu üçün otellərə pasportsuz girməyini Vüsalə təşkil etmişdir, o, belə işləri bilmir. Vüsalə ilə üzləşmişdir. Vüsalə ilə Elif vasitəsilə yox, özü tanış olmuş və iki aya yaxın onun yanında qalmışdır. Sonra pasportunu tapıb, evdən çıxmışdır. Çünki, pasportunu gizlədən zaman görmüş, ona görə sonra götürüb, qaçmışdır. Ondan əvvəl pasportunu hara gizlətdiyini görməmişdir. Vüsalə ilə tək yaşamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 2021-ci ilin avqust ayında qadın və uşaq paltarları alıb, Azərbaycanda öz ətrafına və tanışlarına satmaq üçün Türkiyəyə getmişdir. Orada Narın adlı xanım uşaq paltarları satmaqla məşğul olmuşdur. Həmin xanımın satdığı mallar ona sərf etdiyi üçün ondan alıb satmışdır. Onun nömrəsini almış və malları alandan sonra Azərbaycana qayıtmışdır. Sonra hər gün onunla telefonla danışmışdır. Narın xanım 11 oktyabrda ad günü olacağını dediyi üçün həmin ay ora getməyi düşünmüşdür. O, xanımla münasibət qurduğu üçün buna çox sevinmişdir. Ona görə 10 oktyabrda İğdır şəhərinə gedib, oteldə qalmışdır. 11 oktyabrda Narın xanımın ad gününə getmişdir. Ondan başqa orada 7-8 nəfər qadın da olmuşdur. Məclis qadın məclisi olmuşdur. Lakin Narından başqa heç kimi tanımadığı üçün orada sıxılmışdır. Narın ona “Narahat olma, sənin burada həmyerlin də var” deyib, Vüsalə ilə onu tanış etmişdir. O, bu tanışlıqdan sevinmiş, pis-yaxşı günlərindən, ailə həyatından, uşağı ilə bağlı problemlərindən danışmış və onun nömrəsini almışdır. Sonra o, otelə, Vüsalə isə öz evinə qayıtmışlar. Onlar gecə danışanda Vüsalə onu işlə təmin edəcəyini bildirmişdir. Təklif olunan əmək haqqı ona sərf etdiyindən, onunla razılaşmışdır. Vüsalə ona “İstəsən, bu gündən gəlib, mənim yanıma yerləşə bilərsən” demişdir. Düşünmüşdür ki, niyə hər gün otelə pul verməlidir, onun dediyi ilə razılşaşsın. Ona görə getmiş, Vüsalə onu qarşılamış, gecə səhərə qədər deyib, gülmüş, işlə bağlı danışmışlar. Sonra Vüsalə viza üçün pasportunun lazım olduğunu bildirmişdir. Düşünmüşdür ki, onun yanında qalsın, ailəsinə kömək etsin. Kasıb ailə olmuşlar. Ona inanaraq pasportunu təqdim etmişdir. Səhər restoran müdiri ilə danışmağa getmişdir. İki gün keçəndən sonra ondan işin necə olması ilə maraqlananda, Vüsalə ona təklif etmişdir ki, yanımda qal, daha çox pul qazanacaqsan. O, bu təkliflə razılaşmamışdır. Razılaşmadıqdan sonra Vüsalə ona hədəqorxu gəlməyə, təhqir etməyə başlamış, ondan pasportunu istədikdə, “Məni burada hər kəs tanıyır. Sən buradan heç yerə gedə bilməzsən. Ətrafım, əhatəm böyükdür. Hara getsən, səni tapa bilərəm” deyə bildirmişdir. Ona görə məcbur qalıb, onunla razılaşmışdır. İlk şəxslə evdə, sonra isə otellərdə, bəzən isə evdə görüşmüşdür. Bir müddətdən sonra ona “Evimə qayıtmaq istəyirəm, bu iş mənlik deyil” deyəndə, yenə də eyni problemlər yaranmışdır. Ona görə iki aya yaxın Vüsalənin yanında qalmağa məcbur olmuşdur. Vüsaləyə uşağı üçün darıxdığını, çox uzun müddət burada olduğunu bildirmiş, hətta onu aldatmaq istəmişdir ki, gedim, sonra yenə gələrəm, ancaq xeyri olmamış, qalmağa məcbur olmuşdur. Vüsalə ona güvənmişdir, düşünmüşdür ki, onun dediklərilə razılaşacaq. Ancaq Vüsalə çölə çıxdıqdan sonra pasportunu götürüb, hava limanına gedib, bilet almış və Azərbaycana qayıtmışdır. Alver gedib-gəldiyi üçün türk nömrəsi də almışdır. Telefonu internetə bağlandıqdan sonra ona mesajlar gəlmişdir. Vüsalə onun harada olması ilə maraqlanmış, “Mən artıq Azərbaycandayam” dedikdə, ona hədə-qorxu gəlib, “Bu işlə bağlı kiməsə desən, ailəni yığacam. Səni uşağından edəcəm” demişdir. “Ailənin nömrəsini götürmüşəm. Ailənə və hər hansı bir orqana bildirsən, əlimdən qaça bilməyəcəksən. Azərbaycanda da ətrafım çoxdu, gəlib səni tapacam” demiş, o da sakit dayanmışdır. Sonra düşünmüşdür ki, belə bir insan cəzasız qalmalı deyil. Ona görə internet vasitəsilə belə bir orqanın olduğunu öyrənmiş və bu şəxs barədə şikayəti olduğunu və ərizə yazmaq istədiyimi bildirmişdir. Zərərçəkmiş şəxs daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vüsalədən şikayətçidir. Evdə ancaq ikisi qalmış, Vüsalənin orta yaşlı türk rəfiqəsi isə ora gəlib-getmişdir. Vüsalə pasportunu onu işə düzəltmək üçün götürmüş, o da razılaşmışdır. Onun evində qaldığına və pasportu da onda olduğuna görə Vüsalənin dediklərini etməyə məcbur olmuşdur. Onun kimi neçə qadınlar da onun qurbanı olmuşlar. Özünü köməksiz hiss etmişdir, çünki pasportu onda olmuşdur. 2021-ci il gedib, həmin tarixdə də Azərbaycana qayıtmışdır. Qorxuduğu üçün sakit durmuşdur. Söhbətin bu yerə kimi gələcəyini və böyüyəcəyini bilsəydi, yenə də susardı. Çünki, internetdə yazılmışdır ki, hadisəni ancaq vətəndaş və həmin orqan biləcək. Hadisədən sonra üç telefon dəyişmişdir, hazırki telefonu da qırıqdır. Vüsalə ilə üzləşmiş və hadisələrin hamısını ona demişdir. Ancaq Vüsalə onu tanımadığını bildirmişdir. Orada ancaq Narın və Vüsaləni tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiysının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 2013-cü ildə ailə həyatı qurmuş və iki övladı var. 2017-ci ildə yoldaşından ayrılmışdır. 2021-ci ildə ailəslə İstanbula getmişdir. Həm Azərbaycanda, həm də İstanbulda dırnaq ustası işləmiş, ailəsi də yanında olmuşdur. Dayısı vəfat etdiyi üçün geri qayıtmışlar. Orada Ebru adlı müştərisi ilə çox yaxın olmuşlar. Ona görə Ebrudan ona başqa iş tapmaqda kömək etməsini xahiş etdikdə, o bildirmişdir ki, “Yağmur adında bir xanım var, Azərbaycanlıdır. X7 şəhərindədir.” Onun nömrəsini almış və 2023-cü ildə Azərbaycana qayıtmışdır. 2024-cü ildə Bakıda olanda zəng edib, onunla danışmış və həmin xanım ona demişdir ki, hansı sahədə iş istəsən, kömək edərəm. O, yenə İstanbula getmiş və həmin xanımla özü danışacağını bildirmişdir. O, adının Təqsirləndirilən şəxs olduğunu demiş, sonra isə onu həmin salona çağırmışlar. Ebru xanımdan aldığı nömrə ilə Yağmur adlı xanımla əlaqə saxlamışdır. Yağmur ona İğdır şəhərində olduğunu və onun da İğdıra gəlməyini bildirmişdir. O, Yağmur adlı xanımın evinə getmiş və oun evində qalmışdır. Sonra bilmişdir ki, Yağmurun əsl adı Vüsalədir. Vüsalə iş vizası üçün onun pasportunu almışdır. Ondan hansı sahədə işləyəcəyini soruşduqda, o “Burada Azərbaycanlı xanım var, onun gözəllik salonuna işə düzəldə bilərəm” deyə, cavab vermişdir. Həmin işi istəmədiyini və ona sərf etmədiyini bildirmişdir. Restoranda işləmək istədiyini soruşduqda, razılaşmışdır. Sonra onun pasportunu almış və iki gün sonra onu kişilərlə görüşməyə məcbur etmişdir. O, biraz işləmişdir. Ailəsinə danışmışdır ki, burada Azərbaycanlı xanım var, ona iş tapacaq. Anası bu işi etdiyini bilməmişdir. Anası xanımın nömrəsini istəmişdir ki, onunla əlaqə saxlaya bilməsə, həmin xanımla danışsın. Xanımın nömrəsi anasında olduğuna görə, ona məlumat verməklə, hədələmişdir. Vüsalə ona demişdir ki, “Bu yaxşı işdir, çoxlu pul qazanacaqsan. Həyatın qurtular.” 15 gün Vüsalənin yanında olmuş, evində işləmişdir. Van şəhərindən olan tanıdığı Yusif adlı bir oğlana demişdir ki, “Xarici pasportum əlindədir, Azərbaycana getmək istəyirəm. Bu işə görə yox, başqa işə görə gəlmişdim.” Oğlan isə ona demişdir ki, “Vanda dostum var, gözəllik salonu işlədir. Səni ora işə düzəldərəm. O, Yusif adlı şəxsə bildirmişdir ki, pasportu xanımda olduğu üçün gedə bilməyəcək. Vüsalə pasportunu zorla yox, iş vizası üçün almışdır. Vüsalə onu döyməmiş, nalayiq ifadə işlətməmişdir. 15 gün ərzində pasportunun yerini tapmış və oğlana türk nömrəsilə zəng etmişdir. Ona “Pasportum əlimdədir. Mənə kömək edə bilərsən?” deyəndə, o, “hə” cavabı vermişdir. Sonra Yusif adlı oğlan gəlib, maşınla onu götürmüş və onlar Vana getmişlər. Orada bir aya yaxın gözəllik salonunda işləmiş və burada da pulun olmadığını başa düşmüşdür. Sonra həmin oğlan onu Azərbaycana göndərmişdir. 2024-cü ilin iyul ayının axırı Azərbaycana qayıtmışdır. Zərərçəkmiş şəxs daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, pasportunu evdən tapmışdır. Vüsalə onun pasportunu xalçanın altına gizlətmişdir. Vüsalənin nömrəsi anasında olmuşdur. Vüsalə onun anasına bu işi deyəcəyini, vəzifəli tanışlarının olduğunu və onlara şikayət edəcəyi ilə bağlı onu təhdid etmişdir. Vüsalə onu müştərilərlə ancaq evdə görüşürmüş və pulu da həmin şəxslərdən özü götürmüşdür. Ona pulu gündəlik vermişdir. Bu yolla o 15 gün içində çox az pul qazanmış, bilet pulunu belə yığa bilməmişdir. Oğlan ona 30 000 tl pul vermişdir. 09 oktyabrda Azərbaycana geri qayıtmışdır. Vüsalə pasportu özündə saxlamışdır. Pasportunu çox axtarmış, ancaq tapa bilməmimşdir. Vüsalədən şikayətçidir, onunla barışmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid bildirmişdir ki, 04 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Daxili İşlər Nazirliyinin İAQMBİ-ə yaxınlaşaraq, ərizə vermişlər. Onların dediklərinə görə, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının İğdır şəhərində onları cinsi istismara məruz qoymuşdur. Baş İdarənin rəhbərliyi tərəfindən bu məsələnin araşdırılması ona həvalə olunmuşdur. O, həmin şəxslərin izahatlarını almışdır. Ondan bir gün sonra, 5 fevralda isə Zərərçəkmiş şəxs4 yaxınlaşıb, ərizə vermişdir. Müvafiq sənədləşdirməni aparıb, prosessual qərar qəbul olunması üçün işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq bölməsinə təhvil vermişlər. Şahid daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Vüsalə xanımın məlumatları verilmiş, onlar da xüsusi portal vasitəsilə onu müəyyən etmişlər. Zərərçəkmiş şəxslərə Vüsalə xanımın şəkilini göstərdikdə, onlar həmin şəxs olduğunu təsdiq etmişlər. Onu döysəydik, ekspertizadan keçən zaman xəsarətlər aşkar olardı. Vüsalə xanım izahat verən zaman ona heç bir təyziq göstərilməmişdir. O, etriafedici izahat vermişdir. Onun döyülməsi ilə bağlı cinayət işinin başlanmasının rədd olunması haqqında qərar barədə məlumatı yoxdur. Səhv etmirsə, prokurorluq araşdırma aparmış, onda izahat vermişdir. Ancaq rədd qərarı ilə bağlı məlumatı yoxdur. Ona bu barədə məlumat verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Şahid ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-biri ilə uzlaşır, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında münasibətlərin yaranması, sonrakı inkişafı, hadisənin baş verməsi halları, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə təsir göstərmə üsulu, habelə zərərçəkmiş şəxslərin hadisəyə qədər və hadisədən sonrakı vəziyyətləri bir-biri ilə üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə də məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxslər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin ifadəsi cinayət işnin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Zərərçəkmiş şəxs2 DİN-in X10 Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı 04 fevral 2025-ci il tarixli ərizəsilə. Həmin ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 DİN-in X10 Mübarizə Baş İdarəsinin rəisinə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs maddi vəziyyətinin çətin olduğunu bildiyindən, işə düzəldəcəyi adı ilə aldadaraq məni 2024-cü ilin avqust ayının əvvəlindən sonuna qədər Türkiyə Respublikasının İğdır şəhərində pul qarşılığında cinsi əlaqədə olmaq məqsədilə kişilərə təqdim etmiş və bundan qazanc əldə etmişdir. Xahiş edirəm Təqsirləndirilən şəxs barədə qanuni tədbir görəsiniz (İ cild, i/v 04). Zərərçəkmiş şəxs3 DİN-in X10 Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı 04 fevral 2025-ci il tarixli ərizəsilə. Həmin ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 DİN-in X10 Mübarizə Baş İdarəsinin rəisinə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs maddi vəziyyətimi bildiyindən, işə düzəldəcəyi adı ilə aldadaraq, məni 2021-ci ilin oktyabr ayından həmin ilin dekabr ayının sonuna qədər Türkiyə Respublikasının İğdır şəhərində cinsi əlaqədə olmaq məqsədilə kişilərə təqdim etmiş və bundan qazanc əldə etmişdir. Xahiş edirəm Təqsirləndirilən şəxs barədə qanuni tədbir görəsiniz (İ cild, i/v 11). Zərərçəkmiş şəxs4 DİN-in X10 Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı 05 fevral 2025-ci il tarixli ərizəsilə. Həmin ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 DİN-in X10 Mübarizə Baş İdarəsinin rəisinə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Ebru adlı qadın maddi vəziyyətimi bildiyindən, işə düzəldəcəyi adı ilə aldadaraq, məni 2024-cü ilin aprel ayında Türkiyə Respublikasının İğdır şəhərinə dəvət etmiş və həmin şəhərdə yerləşən “Grand” adlı kulubda Təqsirləndirilən şəxs məni 2024-cü ilin oktyabr ayınadək fahişəliyə məcbur etmişdir. Xahiş edirəm Təqsirləndirilən şəxs və “Ebru” adlı şəxslər barədə qanuni tədbir görəsiniz (İ cild, i/v 18). Zərərçəkmiş şəxs1 DİN-in X10 Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı 05 fevral 2025-ci il tarixli ərizəsilə. Həmin ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 DİN-in X10 Mübarizə Baş İdarəsinin rəisinə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs maddi vəziyyətimin çətin olduğunu bildiyindən, işə düzəldəcəyi adı ilə aldadaraq məni 2024-cü ilin may ayının əvvəlindən həmin ilin iyul ayının sonuna qədər Türkiyə Respublikasının İğdır şəhərində pul qarşılığında cinsi əlaqədə olmağa məcbur etmiş və bundan qazanc əldə etmişdir. Xahiş edirəm Təqsirləndirilən şəxs barədə qanuni tədbir görəsiniz (İ cild, i/v 38). Üzləşdirmə haqqında 29 aprel 2025-ci il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış və üzləşdirmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (İ cild, i/v 127-133). Üzləşdirmə haqqında 29 aprel 2025-ci il tarixli digər protokolla. Həmin protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış və üzləşdirmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (İ cild, i/v 134-141). Üzləşdirmə haqqında 29 aprel 2025-ci il tarixli digər protokolla. Həmin protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış və üzləşdirmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (İ cild, i/v 141-147). Üzləşdirmə haqqında 29 aprel 2025-ci il tarixli digər protokolla. Həmin protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış və üzləşdirmədə Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (İ cild, i/v 148-154). Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1153 nömrəli rəyi ilə. Həmin rəyin məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissəsində göstərilir ki, Zərərçəkmiş şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs3 hadisə dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs3 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Rəyin məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsində isə bildirilir ki, Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları normaya uyğundur. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) tipli hesab edilir. Ünisyyətçillik, adaptivlik, zirəklik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Zərərçəkmiş şəxs3 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, həmçinin emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, yüksək vəzifəli şəxslərlə problemlər yaratmaqla qorxudulması, rüsvay ediləcəyi ilə təhdid olunması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin hərəkəti nəticəsində cinayətə məruz qaldığı yeri tərk edə bilməməsi mümkündür. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs3 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (İ cild, i/v 228-232). Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1154 nömrəli rəyi ilə. Həmin rəyin məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissəsində göstərilir ki, Zərərçəkmiş şəxs4 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs4 hadisə dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs4 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Rəyin məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsində isə bildirlir ki, Zərərçəkmiş şəxs4 əqli-intellektual imkanları normaya uyğundur. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) tipli hesab edilir. Ünisyyətçillik, adaptivlik, situativlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Zərərçəkmiş şəxs4 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs4 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, həmçinin emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, yüksək vəzifəli şəxslərlə problemlər yaratmaqla qorxudulması, rüsvay ediləcəyi ilə təhdid olunması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs4 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin hərəkəti nəticəsində cinayətə məruz qaldığı yeri tərk edə bilməməsi mümkündür. Zərərçəkmiş şəxs4 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs4 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (İ cild, i/v 233-236). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1155 nömrəli rəyi ilə. Həmin rəyin məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissəsində göstərilir ki, Zərərçəkmiş şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs2 hadisə dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Rəyin məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsində isə bildirilir ki, Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) tipli hesab edilir. Ünisyyətçillik, adaptivlik, situativlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Zərərçəkmiş şəxs2 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, həmçinin emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, yüksək vəzifəli şəxslərlə problemlər yaratmaqla qorxudulması, rüsvay ediləcəyi ilə təhdid olunması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin hərəkəti nəticəsində cinayətə məruz qaldığı yeri tərk edə bilməməsi mümkündür. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs2 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (İ cild, i/v 237-241). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1156 nömrəli rəyi ilə. Həmin rəyin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsində göstərilir ki, Zərərçəkmiş şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs1 hadisə dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Rəyin məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsində isə qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) tipli hesab edilir. Çılğınlıq, tez özündən çıxmaq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Zərərçəkmiş şəxs1 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, həmçinin emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, yüksək vəzifəli şəxslərlə problemlər yaratmaqla qorxudulması, rüsvay ediləcəyi ilə təhdid olunması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin hərəkəti nəticəsində cinayətə məruz qaldığı yeri tərk edə bilməməsi mümkündür. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs1 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (İ cild, i/v 242-245). Baxış keçirilməsi haqqında 16 iyul 2025-ci il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə əsasən, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə, saat 12:05 dəqiqədə C03778186 nömrəli sənəddən istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini X8 Buraxılış Məntəqəsindən keçməklə, Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə, saat 12:21 dəqiqədə həmin pasportdan istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini X8 Buraxılış Məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 02:08 dəqiqədə C01803874 nömrəli sənəddən istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X2 keçməklə, Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2024-cü il tarixdə, saat 03:19 dəqiqədə həmin pasportdan istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini X8 Buraxılış Məntəqəsindən keçməklə, Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə, saat 00:28 dəqiqədə C01515484 nömrəli sənəddən istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X2 keçməklə, Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2024-cü il tarixdə, saat 11:54 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev X2 keçməklə, Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 07:44 dəqiqədə C05233682 nömrəli sənəddən istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X2 keçməklə, Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2025-ci il tarixdə, saat 18:14 dəqiqədə həmin pasportdan istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini X8 Buraxılış Məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 02:53 dəqiqədə C02901130 nömrəli sənəddən istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X2 keçməklə, X3 istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə, saat 12:51 dəqiqədə həmin pasportdan istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini X8 Buraxılış Məntəqəsindən keçməklə, Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Bundan başqa, o xx.xx.2024-cü il tarixdə, saat 05:27 dəqiqədə C04130931 nömrəli sənəddən istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X2 keçməklə, X3 istiqamətində tərk etmiş, xx.xx.2024-cü il tarixdə, saat 17:25 dəqiqədə həmin pasportdan istifadə etməklə, Azərbaycan Respublikasının dövlət sərhədini X8 Buraxılış Məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur (İ cild, i/v 272-273). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin zor tətbiq etmə hədəsi və hədə-qorxu, məcbur etmə vəsitəsindən istifadə etməklə, cinsi istismar edilməsi məqsədi ilə cəlb edib, təkrarən tamah niyyəti ilə iki və daha şox şəxs barəsində insan alveri cinayəti, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etməkdə təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməllərini CM-in 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddələrilə tövsif etməyə imkan verir. Çünki, o, tamah məqsədilə 10 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini X8 buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs3 ilə həmin şəhərdə yerləşən restoranların birində tanış olduqdan sonra birlikdə yaşadıqları evdə olan zaman onu İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib, aldatma yolu ilə, eləcə də təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə, cinsi istismar etmək qərarına gələrək, bu məqsədlə əlaqələrindən istifadə edib, məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə ona hədə-qorxu gəlmə, məcbur etmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus ümumvətəndaş pasportunu götürüb, saxlamaqla 2021-ci ilin oktyabr ayının ortalarından 30 dekabr 2021-ci il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb, pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil etmiş, daha sonra təkrarən tamah məqsədi ilə 19 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə, Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin may ayının əvvəllərində həmin şəhərdə tanış olduqdan sonra İğdır şəhərində birlikdə yaşadıqları evdə olan zaman onu qeyd olunan şəhərdə restoranda işə düzəldəcəyini vəd edib, aldatma yolu ilə, eləcə də təsir imkanlarından və zərərçəkmiş şəxsin zəif vəziyyətindən sui-istifadə edib, cinsi istismar etmək qərarına gəlməklə, bu məqsədlə əlaqələrindən istifadə edərək, məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə ona hədəqorxu gəlmə, məcbur etmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ümumvətəndaş pasportunu götürüb, saxlamaqla 2024-cü ilin may ayının əvvəllərindən 23 iyul 2024-cü il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən yaşadıqları evdə kişi müştəriləri ilə görüşdürüb, pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil etmiş, təkrarən tamah məqsədi ilə 07 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə, Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və orada istintaqa məlum olmayan ünvanda yaşayan Zərərçəkmiş şəxs4 ilə 2024-cü ilin iyul ayının ortalarında mobil telefon vaitəsi ilə əlaqə saxlayaraq, onu Türkiyə Respublikasının İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib, aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verib həmin şəhərə gəldikdən sonra İğdır şəhərində yerləşən kirayə tutduğu mənzilə yerləşdirməklə, ona əlaqələrindən istifadə eib, məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə, məcbur etmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus ümumvətəndaş pasportunu götürüb, saxlamaqla 2024-cü ilin iyul ayının ortalarından 2024-cü ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb, pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil etmiş, təkrarən tamah məqsədi ilə 06 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə İğdır şəhərinə getmiş Zərərçəkmiş şəxs2 ilə 08 avqust 2024-cü il tarixdə İğdır şəhərində yerləşən restoranların birində tanış olduqdan sonra onu Türkiyə Respublikasının İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd edib aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar etmək qərarına gəlib, bu məqsədlə həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirib, ona əlaqələrindən istifadə edərək, məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlmə, məcbur etmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus ümumvətəndaş pasportunu götürüb, saxlamaqla 08 avqust 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb, pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı döyülməsi barədə dəlillərinə gəlincə, cinayət işinin materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 iyul 2025-ci il tarixli qərardan (İ cild, i/v 226-227) Vüsalə Fərzəliyev onun Daxili İşlər Nazirliyinin İAQMBİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə (633-C-25 nömrəli material) müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, lakin həmin müraciət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilir ki, “MTE və PA Birliyi” PHŞ-nın Nərimanov rayon şöbəsinin 142-M nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə xəsarət barədə heç bir qeydiyyat aparılmamışdır. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu barədə dəlillərini əsaslı hesab etmir. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri tanımaması, onlarla hər hansı formada görüşüb, münasibət qurmaması, zərərçəkmiş şəxslərin onun yaşadığı evdə qalmamları və onların pasportlarını alıb, özündə saxlamaması barədə dəlillərini də əsaslı hesab etmir və bu dəlilləri təqsirləndirilən şəxsin özünü müdafiə taktikası kimi qəbul edir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddlərində nəzərdə tutulan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, baxış keçirilməsi haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddlərilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək, onlarla razılaşmaya bilmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 144-1.2.1, 144-1.2.2 və 144-3.4-cü maddələrilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu yoxdur (İ cild, i/v 116). İş üzrə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-in 61.1.6-cı maddəsinə əsasən, cinayətin tamah məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran haldır. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2 (İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi iki və ya daha çox şəxs barəsində törədildikdə və təkrar törədildikdə) və 144-3.4-cü (İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilir. Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 1002-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Avropa Şurasının “X10 mübarizə haqqında” 16 may 2005-ci il tarixli 197 nömrəli Konvensiyasının (Varşava Konvensiyası) 4-cü (Anlayışlar) maddəsinə əsasən, "İnsan alveri" dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən süi-istifadə etməklə və yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hər hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla, şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür. İstismar dedikdə, ən azı, başqalarını məcburi fahişəliyə cəlbetmə və digər cinsi istismar formaları, məcburi əmək və ya xidmətlər, köləlik, daxili orqanların çıxarılması və buna bənzər əməllər nəzərdə tutulur. “X10 mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir (uşağın istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, bu maddədə göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir) (mad. 1.0.1). İnsanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsidir (insan alveri 1.0.1-ci maddədə göstərilən üsullarla törədildikdə insan alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır) (mad. 1.0.2-ci). Cinsi istismar - şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsidir (mad. 1.0.4). İnsan alverçisi - insan alveri ilə əlaqədar hər hansı fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxsdir (mad. 1.0.7). 1.0.8. insan alverinin qurbanı - insan alverindən zərər çəkmiş, yaxud zərər çəkməsi ehtimal olunan şəxsdir (mad. 1.0.8). 1.0.10. insan alverinin potensial qurbanları - avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslərdir (mad. 1.0.10). X10 mübarizənin məqsədləri şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsindən və insan alverinin aşkar edilməsi və qarşısının alınmasından, habelə nəticələrinin aradan qaldırılmasından ibarətdir (mad. 3.1.1-3.2.2). İnsan alveri cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, birinci növbədə Konstitusiyada təsbit edilmiş təməl insan hüquqlarını kobud şəkildə pozur, yəni insanın iradəsi ziddinə zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlamaqla, dələduzluq etməklə, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla şəxs istismar edilməsi məqsədilə cəlb edilir, əldə edilir, saxlanılır, gizlədilir, bir yerdən başqa bir yerə daşınır, kiməsə verilir və ya qəbul edilir, istismar məqsədilə zorla işlədilir, cinsi istismara məruz qalır. Bu hərəkətlər insanın fundamental hüquqlarını - azadlıq, ləyaqət və toxunulmazlığını kobud şəkildə pozur. Cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə zərbə vurur, insanı əşya kimi görən, onu alətə çevirən yanaşmanı yayır. Bu isə cəmiyyətdə əxlaqi deqradasiyaya, insanlıq anlayışının aşınmasına səbəb olur. Qanunçuluğa və hüquq mühafizə sisteminə zərər yetirir. Çox zaman transmilli mütəşəkkil cinayətkar qruplarla əlaqəli olur. Bu, hüquq-mühafizə orqanlarına qarşı etimadı azaldır və dövlətin hüquq normalarına əməl olunmasını təmin etmək qabiliyyətinə kölgə salır. Əhalinin sosial müdafiəsiz təbəqələrini hədəfə alır. Müəyyən olunur ki, bu cinayətin qurbanları çox zaman işsizlikdən, savadsızlıqdan, iqtisadi çətinliklərdən əziyyət çəkən insanlar olur ki, bu da sosial bərabərsizliyi və qeyri-bərabərliyi dərinləşdirir. Eyni zamanda, dövlətin beynəlxalq reputasiya və təhlükəsizliyinə təhdid yaradır. Yəni, insan alveri ilə mübarizədə zəif olan ölkə beynəlxalq aləmdə imicini itirə və müxtəlif sanksiyalara məruz qala bilər. Eyni zamanda, bu cinayət transmilli xarakter daşıdığından regional və qlobal təhlükəsizlik üçün də risk yaradır. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılmasının ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, kriminal hesab olunan və CM-də təsbit edilən bu əməl şəxsin fərdi azadlıq və hüquqlarını məhdudlaşdırır. Şəxsiyyət vəsiqəsi, pasport və digər şəxsiyyəti təsdiq edən sənədlərin şəxsin əlindən alınması onun hərəkət azadlığını tam və ya qismən məhdudlaşdırır, hüquqi şəxs kimi isə mövcudluğunu effektiv şəkildə ləğv edir. Bu, insanın öz taleyini idarə etmə imkanını (işi tərk etmə, sığınacaq axtarma, hüquqi yardım almağı) əlindən alır. Şəxsin istismar və nəzarətdə saxlamasına vasitə olur, onu qaçmaq və yardım axtarmaqdan qorxudur. Təqsirkar bu vasitə ilə zərərçəkmişdə qorxu, asılılıq və təcrid yaradır. Bundan əlavə, məcburi əmək, cinsi istismar və digər formaların davamlı olmasına birbaşa şərait yaradır. Hüquqi identifikasiya və müdafiə mexanizmlərinin sıradan çıxarır. Yəni zərərçəkmişin hüquqi statusu müəyyən edilmədikdə dövlət orqanları, hüquq-mühafizə və sosial xidmətlər onun kimliyini və hüquqi ehtiyaclarını müəyyən edə bilmir. Məcburi iş, qaçqınlıq, insan alveri hadisələrinin aşkarlanması və qurbanların reabilitasiyası çətinləşir. Şəxsin səhiyyə, maarif və sosial xidmətlərə çıxışını məhdudlaşdırır. Yəni, sənədsiz qalan şəxslər tibbi yardım, psixoloji yardım, təcili xidmətlər və sosial yardım proqramlarından istifadə edə bilmir. Bu həm fərdin, həm də ümumi ictimai səhiyyənin risklərini artırır. Uşaqlar və azyaşlılar daha çox risk altında qalır. Belə ki, uşaqların sənədlərinin götürülməsi onların təhsil, tibbi xidmət və hüquqi müdafiə kimi əsas hüquqlarının pozulmasına gətirib çıxarır və onların istismara daha asan məruz qalmasına səbəb olur. Cinayətkarlığın transmilli və təşkilati xarakterinin gücləndirir. Yəni, sənədləri saxlamaq və ya məhv etmək trafikin təşkilatçılarının insanları sərhədlərarası hərəkətə məcbur və ya gizlətməsinə imkan verir. Bu, ölkələrarası cinayət əlaqələrini və tranzit marşrutlarını asanlaşdırır. İctimai etibara və dövlət nəzarətinə ziyan vurur. Belə hallar dövlətin və hüquq-mühafizə orqanlarının vətəndaşların hüquqlarını qorumaq qabiliyyətinə dair ictimai etibarı azaldır, xarici investisiya və turizm üçün də mənfi təsir ola bilər. Qeyd olunanlarla bərabər, psixoloji və uzunmüddətli iqtisadi zərərlərə səbəb olur. Sənədsiz qalmaq insanda qorxu, depresiyia və travma yaradır ki, bu da zərərçəkmiş şəxsin bərpası üçün əlavə sosial və iqtisadi resurslar tələb edir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən əməllərin törədilməsinə görə CM-in 144-1.2.1, 144-1.2.2-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 144-3.4-cü maddəsinin sanksiyasında isə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın olmasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs qəti olaraq səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 144-1.2.1, 144-1.2.2-ci maddələrinin sanksiyasına uyğun olaraq, səkkiz il müddətə azadlıqdan məhrum etmə, CM-in 144-3.4-cü maddəsilə iki il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti olaraq səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxs cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına təsiri böyük və çoxyönlüdür. Belə ki, düzgün təyin edilmiş cəza, cəmiyyətdə hüquq və ədalət prinsipinin işləməsini təmin edir, həmçinin cinayət törətmiş şəxsin gələcəkdəki davranışlarını dəyişdirmək və zərərçəkmiş şəxsin hüquqlarını bərpa etmək məqsədini güdür. Cəzanın təyini, sosial ədalətin və hüququn bərpası üçün mühüm bir alət olur. Cəzanın təyin edilməsi, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməsini təmin edir. Bu, hüququn və ədalətin qorunması baxımından çox vacibdir. Əgər cinayət törətmiş şəxs cəzalandırılmırsa, bu, cəmiyyətdə ədalətsizlik hissinin yaranmasına və hüquq pozuntularının daha da artmasına səbəb ola bilər. Cəzanın təyini, təqsirləndirilən şəxsin təqsirini etiraf edib, tanıyıb, davranışlarını dəyişdirməsinə, həmçinin digər potensial cinayət törətmək niyyətində olan şəxsləri qorxutmağa, çəkindirməyə, tərbiyələndirməyə xidmət edir. Sosial ədalət, bütün fərdlərə bərabər hüquqların verilməsini və cinayətlərin qarşısının alınmasını nəzərdə tutur. Əgər cəmiyyətdə hüquqların pozulmasına qarşı cəza tədbirləri mövcuddursa və bu cəzalar ədalətli şəkildə tətbiq olunursa, cəmiyyətin üzvləri bu hüquq sisteminə güvənir və onlarda ədalət hissi güclənir. Bu, sosial harmoniya və hüquqi nizamı qorumağa kömək edir. Digər tərəfdən, cəzanın ədalətli tətbiqi insanlar arasında bərabərlik və ədalət anlayışını təşviq edir. Cəzanın təyin edilməsi yalnız cinayət törətmiş şəxslərə qarşı deyil, həm də cinayətin qurbanında ədalət mexanizminin mövcudluğuna əminliyi təmin edir. Eyni zamanda, ədalətli və düzgün təyin edilmiş cəza, cəmiyyətin hüquqi sisteminə inamı artırır. İnsanlar cəmiyyətdə hüquq sisteminin işləməsinə və ədalətin yerinə yetirilməsinə güvənməyə başladıqda, ümumi sosial harmoniya da güclənir. Əgər cinayət törətmiş şəxslər cəzasız qalarsa, bu, hüquq sisteminin zəifləməsinə və ədalətsizliyə gətirib şıxarar və qanunların pozulmasına səbəb olar. Cəzanın düzgün təyini isə hüquqi sisteminin etibarını artırır və sosial ədaləti bərpa edir. Cəzanın təyini, yalnız təqsirləndirilən şəxsin davranışını düzəltmək deyil, həm də digər şəxsləri cinayət törətməkdən çəkindirmək məqsədini güdür. Cinayət törətmiş şəxs cəzalandırılarsa, bu, digər şəxslər üçün bir xəbərdarlıq rolunu oynayar və hüquqi qaydalara riayət etməyə təşviq edir. Bu, həm də cinayətlərin qarşısını almaq və cəmiyyətdəki ümumi təhlükəsizliyi təmin etmək baxımından sosial ədalətin bərpası üçün mühüm rol oynayır. Cəzanın təyini, sosial ədalət prinsipinə uyğun olaraq, cəmiyyətdəki hüquqi və etik qaydaların gücləndirilməsinə də xidmət edir. Əgər cəzalar qanunla müəyyən edilmiş şəkildə, obyektiv və ədalətli təyin edilərsə, cəmiyyətin fərdləri hüquqi qaydalara daha çox hörmət etməyə başlayar. Bu, cəmiyyətin etikasının və hüquqi çərçivəsinin möhkəmlənməsinə kömək edir. Cəzanın məqsədi yalnız cəzalandırmaq deyil, həm də cinayət törətmiş şəxsin islah olunmasına, davranışlarını dəyişməsinə və cəmiyyətə reinteqrasiyasına şərait yaratmaqdır. Reabilitasiya proqramları, təhsil və psixoloji dəstək vasitəsilə cinayət törətmiş şəxslər cəmiyyətə yenidən uyğunlaşa bilərlər. Bu, cəzanın sosial ədalətin bərpasına təsirinin bir hissəsidir — cinayət törətmiş şəxsin gələcəkdə təkrarlanan cinayətlərdən çəkinməsinə və cəmiyyətə faydalı bir fərd halına gəlməsinə yardım edər. Cəzanın şəxsin islah olunmasına təsiri məsələsinə gəlincə, burada cəzanın məqsədi yalnız şəxsi cəzalandırmaq və cəmiyyətə qarşı törətdiyi cinayətə görə məsuliyyətini hiss etdirmək deyil, həm də onun təkrar cinayət törətməməsi və cəmiyyətə yenidən inteqrasiya olunması üçün bir vasitədir. Cəzanın daha geniş sosial və psixoloji məqsədləri vardır. Cəza şəxsin davranışlarını dəyişdirərək, onu daha yaxşı və məsuliyyətli bir fərd halına gətirməyi nəzərdə tutur. Cəza yalnız təhdid etmə və qorxutma ilə bitmir. Şəxsin mənəvi və psixoloji inkişafını dəstəkləyən proqramlar, təlimlər və reabilitasiya ilə müşayiət olunmasını ehtiva edir. Bu cür yanaşma, cəzanın məqsədinin yalnız şəxsin azadlığını məhdudlaşdırmaq olmadığını göstərməklə, həm də onu islah etmək və cəmiyyət üçün faydalı bir insan halına gətirmək vəzifəsi daşıyır. Cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri isə şəxsin cinayət əməlinə görə cəza almasını, onun ailə üzvlərində yaratdığı sosial, emosional, psixoloji, iqtisadi və digər təsirləri, cəzanın yalnız cinayətə görə məsuliyyət daşıyan şəxsi deyil, həm də onun ailə üzvlərinə necə təsir etdiyini, cəza alan şəxsin işləməkdən məhrum olmasını, bu vəziyyətin onun ailəsinin maliyyə vəziyyətinə mənfi təsirini, ailə üzvlərinin emosional (cəza alan şəxsə qarşı sevgi və ya qəzəb) hisslər yaşamalarını, bu halların ailə üzvlərinin psixoloji vəziyyətinə mənfi təsir edə bilmək ehtimalını nəzərdə tutur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə qəti olaraq səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. İşdən görünür ki, təqsirləndirilən şəxs Vüsalə Fərzəliyava 29 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərarı ilə əvvəli 29 aprel 2025-ci il tarixdən hesablanmaqla 17 iyul 2025-ci il tarixədək barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 15 iyul 2025-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 17 sentyabr 2025-ci il tarixədək uzadılmışdır (İ cild, i/v 246-271). CPM-in 158.2 və 158.2.2-ci maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsində göstərilir ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 nümayəndəsi, vəkil Rüslan Vəliyevin dövlət büdcəsinin vəsaiti hesabına zərərçəkmiş şəxslərin hər birinə 165 manat komoensasiya verilməsi haqqında ərizəsinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin zərər çəkmiş şəxsə kompensasiya verilməsi ilə bağlı 87.6.18-ci maddəsinin və XX fəslinin müddəaları müvafiq qanun qəbul edildikdən sonra qüvvəyə minir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.18-ci maddəsində zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona vurulmuş ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq hüququ göstərilsə də, bu hüququn reallaşdırılması, tətbiqi mexanizmini nəzərdə tutan müvafiq qanun hələ qəbul edilməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2 və CM-in 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 144-1.2.1, 144- 1.2.2-ci maddəsilə səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 144-3.4cü maddəsilə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 29 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərin nümayəndəsinin zərərçəkmiş şəxslərə kompensasiya ödənilməsi barədə ərizəsi təmin edilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar