Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-26/2022 11.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Balakən rayonun Şərif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Şərif kəndində qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx xxxxxx 1999-cu il tarixdə Balakən rayonun Xalatala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Xalatala kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 2020-ci ilin sentyabr ayının əvvəllərində Balakən rayonu Şərif kəndinin ərazisindən axan Mazım çayının kənarından tapdıqları yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən birlikdə yığıb bir ədəd sellofana büküb Şərif kəndində kolluqda gizlətdikləri 18 ədəd toxumları gələcəkdə əkib həmin toxumlardan yetişdirdirəcəkləri narkotik tərkibli çətənə bitkilərinin üzərindən hissələrini yığıb qurudaraq satıb gəlir əldə edəcəkləri ilə bağlı əvvəlcədən razılaşıb, qəsdən qanunsuz olaraq 2021-ci ilin iyun ayınının əvvəllərində Şərif kəndindəki çöllük ərazidə qarğıdalı bitkiləri əkilmiş torpaq sahəsində həmin toxumları əkərək əkdikləri toxumlardan cücərərək bitmiş 18 (on səkkiz) ədəd hündürlükləri 120 sm-dən 233 sm-dək, ümumi təmiz çəkiləri 4 kiloqram 950,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişlər, 11 avqust 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Seriyev X5 Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra onların iştirakları ilə həmin gün saat 19:40-dan 20:55-dək olan müddət ərzində Balakən rayonu Şərif kəndindəki çöllük əraziyə keçirilmiş baxış zamanı Şərif kəndindəki çöllük ərazidə qarğıdalı bitkiləri əkilmiş torpaq sahəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdikləri hündürlükləri 120 sm-dən 233 sm-dək, ümumi təmiz çəkiləri 4 kiloqram 950,00 qram olan 18 (on səkkiz ) ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona CM-nin 237.2.1 və 237.2.3cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə evdə olduğu vaxt səhər saat 11 radələrində polis əməkdaşları onu evdən çölə çağırmış və o, çölə çıxan kimi polis əməkdaşları onu özləri ilə polis şöbəsinə aparmışdır. Polis şöbəsində ona Təqsirləndirilən şəxs2lə narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirib, ondan əkdiyi yeri soruşmuşlar. O isə heç yerdə narkotik tərkibli bitkilər əkmədiyini, birinci qrup əlil olduğunu, xəstə olduğunu bildirdikdə polis əməkdaşları tərəfindən döyülmüş, işgəncəyə məruz qalmışdır. Həmin vaxt polis şöbəsində Təqsirləndirilən şəxs2 də olmuşdur. Təqsirləndirilən şəxs2 bir qonşu kimi tanımış, onunla yaxın münasibəti olmamışdır. Polis əməkdaşları onlara birlikdə çətənə bitkiləri əkdikləri yeri deyəcəkləri halda birinin buraxılacağını bildirmiş, onlar isə belə bir şey olmadığını demişlər. Təzyiq nəticəsində etmədikləri cinayəti etiraf etmək məcburiyyətində qalmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən isə göstərmişdir ki, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı heç bir orqana müraciət etməmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən, habelə müdafiəçinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən, daha sonra barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə heç kimə heç nə söyləməmişdir. Təqsirləndirilən şəxs2lə arabir görüşmüş, aralarında olan telefon danışı isə məişət mövzuları ilə bağlı olmuşdur. Barəsində tərtib olunan istintaq hərəkətlərinin protokollarının, daha dəqiq dindirmə istintaq hərəkətinin protokolunun sonunda yazılan yazıların heç birini özü yazmamış, o, yalnız həmin sənədlərə imza etmişdir. Lakin həmin sənədlər hazırlandıqdan sonra ona oxunmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təsir və ya təzyiq olmamışdır. Ekspertizaya aparılarkən isə orda ondan qan və ya nəcis analızı götürülməmiş, ondan xəstəliyi barədə soruşulmuş, o da birinci qrup əlil olduğunu bildirmişdir. Narkotik vasitə alüdəçisi olmamışdır. 2012-ci ildən bugünə qədər xəstəliyi ilə bağlı olaraq qollarını hərəkət etdirə bilmir, odur ki, onun narkotik tərkibli çətənə bitkisini əkməsi mümkün deyildir. O, yalnız kənar şəxsin köməyi ilə qollarını tərpədə bilir. Ona görə də, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə dindirilərkən verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 özünü CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək göstərmişdir ki, Balakən rayonu Şərif kəndində atası Səməd Heydərov, anası Xalidə Saramanova və bacısının oğlu Ruslan Atayevlə birlikdə yaşayır. Subaydır. 1-ci qrup əlildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin mahiyyətini anlayır və həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Əvvəllər məhkum olunmamışdır və psixi xəstəliklərdən əziyyət çəkməmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Balakən rayonu Şərif kəndinin ərazisindən axan Mazım çayına tanışı Balakən rayonu Xalatala kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə çimməyə getmişdir. Çimməyə gedərkən çayın qırağında Təqsirləndirilən şəxs2lə yabanı halda bitən bir ədəd çətənə bitkisinin olduğunu görmüşlər. Həmin çətənə bitkisinin üzərindən toxumlarını Təqsirləndirilən şəxs2 yığaraq bitkinin özünü qıraraq məhv etmişdir. O da toxumları əli ilə götürmüşdür. Əlil olduğundan qolları yaxşı işləmir. Bu səbəbdən də toxumları Zumrat yığmış,bitkini də o qırıb məhv etmişdir. Özü də həmin vaxtı Zumratın yanında olmuşdur. Məsləhətli şəkildə hər şeyi fikirləşib eləmişlər. Yığdığı toxumları Zumratla birlikdə Şərif kəndinə gətirmişlər və həmin toxumları sellofan bükümə büküb gələcəkdə əkmək məqsədi ilə kolluq ərazidə gizlədib saxlamışlar. 2021-ci ilin iyun ayının əvvəllərində tanışı və qonşusu olan Təqsirləndirilən şəxs2lə birlikdə həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarını gizlətdikləri yerdən götürərək Balakən rayonu Şərif kəndində yerləşən çöl sahəsindəki sahibinin kim olduğunu bilmədikləri qarğıdalı sahəsinə əkmək qərarına gəlmişlər və 18 ədəd çətənə bitkisinin toxumlarını qarğıdalı sahəsinin orta hissələrinə birlikdə əkmişlər. Toxumları əlində saxlamış, Zumrat da əlindən götürüb əkmişdir. Əkdikləri narkotik bitkisinin toxumları cücərmişdir. Zumratla o mütəmadi olaraq qeyd edilən sahəyə gedərək bitkilərə nəzarət edirmişlər. Zumrat bitkilərin ətrafını alaq otlarından təmizləməklə, onları suvarmaqla bitkilərə qulluq etmiş, o da Zumratın yanında olmuş, Zumrata kömək etmişdir. Təqsirləndirilən şəxs2lə birlikdə əkdikləri narkotik tərkibli çətənə bitkilərini gələcəkdə böyüdükdən sonra qurudub satıb gəlir əldə etmək məqsədi ilə əkmişlər. Özü birinci qrup əlil olduğuna görə müalicəyə ehtiyacı var, onkoloji xəstədir. Narkotik vasitəni satıb əldə edəcəyi gəliri müalicəsinə xərcləmək istəmiş, lakin konkret olaraq kimə satacağını nə o, nə də Zumrat bilməmişlər. Sonradan əslində çox peşman olmuşdur. 11.08.2021-ci il tarixdə Balakən rayonu Şərif kəndinin ərazisində Təqsirləndirilən şəxs2la birlikdə olduqları zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlara üzərlərində narkotik vasitə saxlamaqda və narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduqlarını bildirərək Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də təhqiqatçı ona şübhəli şəxs qismində tutulduğunu bildirdilər. Ona təqdim edilmiş siyahıdan seçdiyi vəkil Məlahət Emçiyevanın və polis əməkdaşlarının iştirakı ilə 11.08.2021-ci il tarixdə saat təxminən 18 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkarlanmamışdır. Şəxsi axtarış zamanı qonşusu Təqsirləndirilən şəxs2lə birlikdə Balakən rayonu Şərif kəndində yerləşən çöl ərazisində sahibinin kim olduğunu bilmədikləri qarğıdalı əkilən sahədə 18 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdikləri və həmin ərazini göstərə biləcəyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2lə birlikdə Balakən rayonu Şərif kəndində qarğıdalı sahəsində birlikdə əkib-becərdikləri həmin 18 ədəd narkotik tərkibli çətənə bitkilərinin olduğu yeri polis əməkdaşlarına göstərmişlər. Qeyd edilən narkotik tərkibli çətənə bitkilərinin olduğu yerə keçirilmiş baxışda o, hüquqlarını müdafiə edən vəkil Məlahət Emçiyeva, təhqiqatçı Məhəmməd Xocaxov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, aqronom və polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs2lə birlikdə Balakən rayonu Şərif kəndinin çöllük ərazisində qarğıdalı olan sahədə əkib-becərdikləri həmin 18 ədəd narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs2lə birlikdə təqdim etdikləri həmin 18 ədəd narkotik tərkibli çətənə bitkilərini kökündən çıxardaraq saymışlar və hündürlüklərini ölçmüşlər. Həmin bitkilərin hündürlükləri 120 sm-dən 233 sm-dək olmuşdur. Baxışda iştirak edən aqronom əkdiklri 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə baxaraq onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Əkdikləri 18 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən bir ədəd sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Həmin bir ədəd sintetik kisə elektron tərəzidə çəkildikdə çəkisi 5 kiloqram 360 qram etmişdir. Hüquqlarını müdafiə edən vəkil Məlahət Emçiyevanın iştirakı ilə AR ƏN MEM X8 ekspertləri tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona aydın olmuşdur ki, Balakən rayonu Şərif kəndindəki çöllük ərazidə qarğıdalı sahəsində Təqsirləndirilən şəxs2lə birlikdə əkib-becərdiyi 18 ədəd bitkilər hündürlükləri 120 sm-dən 233 sm-dək, ümumi təmiz çəkiləri 4 kiloqram 950,00 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Ekspert rəyi ilə razıdır. Balakən rayonu Şərif kəndinin çöllük ərazisində qarğıdalı sahəsində Təqsirləndirilən şəxs2lə birlikdə 18 ədəd narkotik tərkibli çətənə bitkilərini əkibbecərmələrindən Zumratdan və ondan başqa heç bir şəxsin məlumatı olmamışdır. Əvvəllər narkotik tərkibli bitkilərin əkilib–becərilməsi, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Heç bir yerdə narkotik vasitə saxlamır. Zumratla birlikdə əkdiyi 18 ədəd narkotik tərkibli çətənə bitkilərindən başqa heç bir yerdə narkotik bitkisi əkməmişdir. Narkotik vasitə istifadəçisi deyldir. Əvvəllər heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs2lə birlikdə 18 ədəd narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyi qarğıdalı sahəsinin kimə məxsus olduğunu bilmir. Həmin şəxslə heç bir əlaqəsi olmayıb. Balakən RPŞ-də ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməyib. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 237.2.1 və 237.2.3cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə evdə olduğu vaxt səhər saat 08-09 radələrində polis əməkdaşları onu evdən çölə çağırmış və o, çölə çıxan kimi polis əməkdaşları onu özləri ilə Balakən Rayon Polis Şöbəsinə aparmışdır. Polis şöbəsində ona Təqsirləndirilən şəxs1la birlikdə narkotik tərkibli çətənə bitkiləri əkməkdə şübhəli olduğu bildirilmiş, ondan əkdiyi yer soruşulmuşdur. O isə heç yerdə narkotik tərkibli bitkilər əkmədiyini, idmançı olduğunu, güləşlə məşğul olduğunu, Təqsirləndirilən şəxs1la belə bir münasibətinin olmadığını bildirdikdə polis əməkdaşları tərəfindən döyülmüş, işgəncəyə məruz qalmışdır. Həmin vaxt polis şöbəsində Təqsirləndirilən şəxs1 da olmuşdur. Təqsirləndirilən şəxs1 bir qonşu kimi tanımış, onunla yaxın münasibəti olmamışdır. Həmin günü səhər saat 09-dan saat 17-dək polis şöbəsində saxlanılmış, sənədlərə imza etməsə və etirafedici ifadə verməsə qardaşının polis şöbəsinə gətiriləcəyi ilə hədələnmiş və təzyiq nəticəsində etmədiyi cinayəti etiraf etmək məcburiyyətində qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən isə göstərmişdir ki, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı heç bir orqana müraciət etməmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən, habelə müdafiəçinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən, daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə heç kimə heç nə söyləməmişdir. Təqsirləndirilən şəxs1la arabir görüşmüş, aralarında olan telefon danışı isə məişət mövzuları ilə bağlı olmuşdur. İbtidai istintaq zamanı verdiyi heç bir ifadəni oxumamış, yalnız imza etmişdir. Ona görə də, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə dindirilərkən verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 özünü CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək göstərmişdir ki, Balakən rayonu Xalatala kəndində atası Abutalib Seriyev, anası Zeynəb Seriyeva və qardaşı Nadir Seriyevlə birlikdə yaşayır. Subaydır. Heç bir yerdə işləmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin mahiyyətini anlayır və həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Əvvəllər CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə barəsində Balakən RPŞ-də araşdırma aparılmış, lakin zərərçəkmiş tərəflə barışdığına görə araşdırmaya xitam verilmişdir. Başqa məhkumluğu olmamışdır. Psixi xəstəliklərdən əziyyət çəkməmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində tanışı və qonşusu Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə Balakən rayonu Şərif kəndinin ərazisindən axan Mazım çayına çimməyə getmişlər. Həmin vaxtı çayın qırağında yabanı halda bitən bir ədəd çətənə bitkisinin olduğunu görmüşlər. Həmin çətənə bitkisinin üzərindən hər ikisi toxumlarını yığaraq bitkinin özünü bir neçə yerdən qırıb məhv etmişlər. Təqsirləndirilən şəxs1 1-ci qrup əlil olduğundan və əlləri tam işləmədiyindən narkotik bitkisini özü qırıb məhv etmişdir. Yığdıqları toxumları Vüqarla birlikdə Şərif kəndinə gətirmişlər və həmin toxumları sellofan bükümə büküb gələcəkdə əkmək məqsədi ilə kolluq ərazidə gizlədib saxlamışlar. 2021-ci ilin iyun ayının əvvəllərində tanışı və qonşusu olan Təqsirləndirilən şəxs1la birlikdə həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarını gizlətdikləri yerdən götürərək Balakən rayonu Şərif kəndində yerləşən çöl sahəsindəki sahibinin kim olduğunu bilmədikləri qarğıdalı sahəsinə əkmək qərarına gəlmişlər və 18 ədəd çətənə bitkisinin toxumlarını qarğıdalı sahəsinin orta hissələrinə birlikdə əkmişlər. Əkdikləri narkotik bitkisinin toxumları cücərmişdir. Vüqarla mütəmadi olaraq qeyd edilən sahəyə gedərək bitkilərin ətrafını alaq otlarından təmizləməklə, onları suvarmaqla bitkilərə qulluq etməyə başlamışlar. Vüqarın qolları yaxşı işləmədiyinə görə işin çox hissəsini o görmüş, lakin Vüqar da ona kömək etmişdir. Təqsirləndirilən şəxs1la məqsədləri birlikdə əkdikləri narkotik tərkibli çətənə bitkilərini yetişdirib qurudub gələcəkdə satıb gəlir əldə etmək olmuşdur. Konkret olaraq kimə satacaqlarını bilməmişlər. Ailə vəziyyəti ağır olduğundan maddi vəziyyəti düzəltmək məqsədi ilə narkotik tərkibli bitkiləri əkib becərib qurudaraq satmaq fikrinə düşmüşdür. Özü də narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 11.08.2021-ci il tarixdə Balakən rayonu Şərif kəndinin ərazisində Təqsirləndirilən şəxs1la birlikdə olduqları zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlara üzərlərində narkotik vasitə saxlamaqda və narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduqlarını bildirərək Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də təhqiqatçı ona şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. Ona təqdim edilmiş siyahıdan seçdiyi vəkil Hidayət Muradovun və polis əməkdaşlarının iştirakı ilə 11.08.2021-ci il tarixdə saat təxminən 19 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkarlanmamışdır. Şəxsi axtarış zamanı qonşusu Təqsirləndirilən şəxs1la birlikdə Balakən rayonu Şərif kəndində yerləşən çöl ərazisində qarğıdalı əkilən sahədə 18 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdikləri yeri və həmin ərazini göstərə biləcəyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1la birlikdə Balakən rayonu Şərif kəndində qarğıdalı sahəsində birlikdə əkibbecərdikləri həmin 18 ədəd narkotik tərkibli çətənə bitkilərinin olduğu yeri polis əməkdaşlarına göstərmişlər. Qeyd edilən narkotik tərkibli çətənə bitkilərinin olduğu yerə keçirilmiş baxışda o, hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, təhqiqatçı Məhəmməd Xocaxov, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil Məlahət Emçiyeva, aqronom və polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs1la birlikdə Balakən rayonu Şərif kəndinin çöllük ərazisində qarğıdalı olan sahədə əkib-becərdikləri həmin 18 ədəd narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs1la birlikdə təqdim etdikləri həmin 18 ədəd narkotik tərkibli çətənə bitkilərini kökündən çıxardaraq saymışlar və hündürlüklərini ölçmüşlər. Həmin bitkilərin hündürlükləri 120 sm.-dən 233 sm.-dək olmuşdur. Baxışda iştirak edən aqronom əkdikləri 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə baxaraq onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Əkdikləri 18 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən bir ədəd sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Həmin bir ədəd sintetik kisə elektron tərəzidə çəkildikdə çəkisi 5 kiloqram 360 qram etmişdir. Hüquqlarını müdafiə edən vəkil Hidayət Muradovun iştirakı ilə AR ƏN MEM X8 ekspertləri tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona aydın olmuşdur ki, Balakən rayonu Şərif kəndindəki çöllük ərazidə qarğıdalı sahəsində Təqsirləndirilən şəxs1la birlikdə əkib-becərdiyi 18 ədəd bitkilər hündürlükləri 120 sm.-dən 233 sm.-dək, ümumi təmiz çəkiləri 4 kiloqram 950,00 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Ekspert rəyi ilə razıdır. Balakən rayonu Şərif kəndinin çöllük ərazisində qarğıdalı sahəsində Təqsirləndirilən şəxs1la birlikdə 18 ədəd narkotik tərkibli çətənə bitkilərini əkibbecərmələrindən Vüqardan və ondan başqa heç bir şəxsin məlumatı olmamışdır. Əvvəllər narkotik tərkibli bitkilərin əkilib –becərilməsi, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Heç bir yerdə narkotik vasitə saxlamır. Vüqarla birlikdə əkdiyi 18 ədəd narkotik tərkibli çətənə bitkilərindən başqa heç bir yerdə narkotik bitkisi əkməmişdir. 3-4 ildir ki, narkotik vasitə olan “nəşə” dən, yəni qurudulmuş marixuanadan aradabir istifadə edir. Təqsirləndirilən şəxs1la birlikdə 18 ədəd narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyi qarğıdalı sahəsinin kimə məxsus olduğunu bilmir. Həmin şəxslə heç bir əlaqəsi olmayıb. Balakən RPŞ-də ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməyib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11.08.2021-ci il tarixdə Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs1 və Balakən rayonu Xalatala kənd sakini Təqsirləndirilən şəxs2 üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduqlarından, onun tərəfindən Balakən Rayon Polis Şöbəsinə dəvət olunmuşlar. Həmin tarixdə polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində saat 17 radələrində müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanunsuz əşya və ya vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən özünə verilmiş suallara cavab olaraq 18 ədəd narkotik tərkibli ağac əkdiyini, həmin ağacları Şərif kəndində çöldə qarğıdalılıqda qonşusu Təqsirləndirilən şəxs2lə birlikdə əkdiyini və narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərə biləcəyini bildirmişdir. Həmin tarixdə polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 da üzərində saat 18 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq uzaq qonşusu Təqsirləndirilən şəxs1la birlikdə Şərif kəndində çöllük ərazidə narkotik tərkibli çətənə bitkilərini əkdiklərini və həmin yeri göstərə biləcəyini bildirmişdir. Həmin tarixdə saat 20 radələrində Şərif kəndindin çöllük ərazisində qarğıdalı sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil Məlahət Emçiyeva, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, mütəxəssis kimi dəvət edilmiş aqronom Şahid1 və digər polis əməkdaşları iştirak etmişlər. Təhqiqatçının suallarına cavab olaraq şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini, baxış keçirmək üçün baxış iştirakçılarını gətirdikləri Şərif kəndindinin çöllük ərazisində yerləşən qarğıdalı sahəsində əkdiklərini, həmin ərazinin kimə məxsus olduğunu bilmədiklərini və narkotik tərkibli bitkiləri əkdikləri yeri göstərə biləcəklərini bildirmişlər. Qarğıdalı sahəsinin içərisinə doğru bir qədər hərəkət etdikdə bir ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkarlanmışdır. Həmin bitkinin yanına ağac çubuq basdırılmış və bitki özü sintetik iplə həmin o çubuğa bağlanmışdır. Digər narkotik tərkibli çətənə bitkilərinin harada olduqlarını soruşduqda şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin bitkilərin qarğıdalı sahəsinin içərisində bir qədər yuxarıda olduğunu bildirmişlər. Təhqiqatıçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 həmin bitkiləri bir ay, ya da ay yarım əvvəl əkdiklərini, toxumlarını çayın qırağına gedən zaman tapdıqları yabanı halda bitmiş bitkinin üzərindən yığdıqlarını, narkotik tərkibli çətənə bitkilərini pul əldə etmək məqsədi ilə əkdiklərini, ikisindən başqa hər hansı bir şəxsin həmin bitkiləri əkibbecərməkdə onlara kömək etmədiyini, digər bitkilərin də bir qədər uzaqda əkildiyini bildirmişdir. Baxış davam etdirilərkən təxminən 3 metr və 2 metr bir-birindən aralı məsafədə əkilmiş daha 17 ədəd, ümumilikdə cəmi 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkarlanmışdır. Baxışda iştirak edən mütəxəssis - aqronom aşkar etdikləri 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Aşkar edilmiş bitkilər kökündən çıxarılaraq müvafiq qaydada qablaşdırımaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ayrıayrılıqda Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 vəfat etməsi səbəbindən dindirilə bilməmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Şahid1 həmin ifadəsində göstərmişdir ki, Balakən rayon X12 Mərkəzində baş məsləhətçi vəzifəsində işləyir. İxtisasca ali təhsilli alim-aqranomdur. 11 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək Balakən rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq onların üzərlərində şəxsi axtarış keçirilərkən onların Balakən rayonu Şərif kəndində qarğıdalı əkilən çöl sahəsində qabaqcadan əlbir olaraq narkotik tərkibli çətənə bitkilərini əkdiklərini bildirdikləri barədə məlumat verərək bununla bağlı olaraq qeyd edilən əraziyə baxış keçirilməli olduğunu deyərək baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuş, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. Qeyd edilən əraziyə 11 avqust 2021-ci il tarixdə saat 20 radələrində keçirilən baxışda iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Məhəmməd Xocaxov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil Məlahət Emçiyeva, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov və digər polis əməkdaşları iştirak etmişlər. Təhqiqatçının suallarına cavab olaraq şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini baxış keçirmək üçün baxış iştirakçılarını gətirdikləri Şərif kəndindinin çöllük ərazisində yerləşən qarğıdalı sahəsində əkdiklərini, həmin ərazinin kimə məxsus olduğunu bilmədiklərini və narkotik tərkibli bitkiləri əkdikləri yeri göstərə biləcəklərini bildirmişlər. Qarğıdalı sahəsinin içərisinə doğru bir qədər hərəkət etdikdə bir ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkarlanmışdır. Həmin bitkinin yanına ağac çubuq basdırılmış və bitki özü sintetik iplə həmin o çubuğa bağlanmışdır. Bitkiyə aqrotexniki qaydada qulluq göstərilmiş, kənarı alaq otlarından təmizlənmiş, kök hissəsinin ətrafındakı torpaq yumşaldılmış və suvarılmışdır. Digər narkotik tərkibli çətənə bitkilərinin harada olduqlarını soruşduqda şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin bitkilərin qarğıdalı sahəsinin içərisində bir qədər yuxarıda olduğunu bildirmişlər. Təhqiqatıçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 həmin bitkiləri bir ay, ya da ay yarım əvvəl əkdiklərini, toxumlarını çayın qırağına gedən zaman yabanı halda bitmiş bitkinin üzərindən yığdıqlarını, narkotik tərkibli çətənə bitkilərini pul əldə etmək məqsədi ilə əkdiklərini, ikisindən başqa hər hansı bir şəxsin həmin bitkiləri əkib-becərməkdə onlara kömək etmədiyini, digər bitkilərin də bir qədər uzaqda əkildiyini bildirmişlər. Baxış davam etdirilərkən təxminən 3 metr və 2 metr bir-birindən aralı məsafədə əkilmiş daha 17 ədəd (ümumilikdə cəmi 18 ədəd) narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkarlanmışdır. Həmin bitkilərin də kənarına ağac çubuqlar basdırılmış və bitkilər sintetik ip vasitəsi ilə çubuqlara bağlanmışdılar. Aşkar edilmiş digər 17 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə də aqrotexniki qaydada qulluq göstərilmiş, dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdılar. Aşkar edilmiş bitkilər kökündən çıxarılaraq ölçüldükdə hündürlükləri 120 sm.-dən 233 sm.-dək olmuşdur. 18 ədəd bitkilər bir ədəd sintetik kisəyə qablaşdırılaraq elektron tərəzidə çəkildikdə çəkisi 5 kiloqram 360 qram təşkil etmişdir. Kisə möhürlənərək qeyd edilən bitkilər maddi sübut kimi götürülmüşdür. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə iş üzrə ibtidai istintaqı aparmış müstəntiq X4 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bütün hüquqları təmin olunmuş, həmin şəxslər ibtidai istintaqın ilkin dövründən müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə dindirilərkən ona heç bir təsir və ya təzyiq olmamış, o, sərbəst şəkildə ifadə vermişdir. İfadənin sonunda yazılan yazıları isə təqsirləndirilən şəxs birinci qrup əlil olduğundan, onun müdafiəçisi yazmış, lakin imzanı təqsirləndirilən şəxs özü atmışdır. Yekunda ifadə təqsirləndirilən şəxsə oxunmuşdur. Səhvə yol verərək ifadənin sonunda yazılan yazıların müdafiəçi tərəfindən həyata keçirilməsi ilə bağlı müvafiq qeyd aparmamışdır. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə iş materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində 21.09.2021-ci il tarixli 1127 saylı məhkəmə narkoloji ekspertizasının rəyini tərtib etmiş ekspertlərdən X7 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 1992-ci ildən həkim narkoloq kimi fəaliyyət göstərir, hazırki iş üzrə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində tərtib etdiyi rəyi müdafiə edir, onların müəssəsində laboratoriya olmadığından qan analizi vasitəsi ilə şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsinin müəyyən olunması həyata keçirilmir. Həmçinin nəcisdən götürülən nümunə vasitəsi ilə də çox vaxt rəy verilmir. Çünki adətən şəxs ibtidai araşdırma orqanı tərəfindən saxlanlandan bir neçə gün və ya uzun müddət sonra ekspert qarşısına çıxarılır. Belə olan halda nəcisdən götürülən nümunə vasitəsi ilə hər hansı bir müsbət nəticə əldə etmək mümükün olmur. Ona görə də, rəylərin tərtib olunmasında ənənəvi üsuldan istifadə olunur. Bu zaman şəxsin özü danışdırılır, onun özünün etirafı, həmçinin əl içinin və qoltuq altının tərləməsi, göz bəbəklərinin genişlənməsi əsasında şəxsdə narkomaniya xəstəliyinin olması müəyyən olunur. Təqsirləndirilən şəxs1 münasibətdə də həmin üsuldan istifadə olunmuşdur. Həmçinin sonuncu birinci qrup əlil olduğuna görə onda narkomaniyadan əzab çəkmə müəyyən olunsa da, Nazirlər Kabinetinin qərarına görə ona narkomaniyadan müalicə təyin edilməsi məsləhət görülməmişdir. Təqsirləndirilən şəxs1 qollarını xəstəliyi ilə bağlı hərəkət etdirə bilməməsi onlara rəy tərtib etmək üçün maneə olmamışdır. Belə ki, onun qolları kənar şəxs tərəfindən hərəkət etdirilmiş, digər əlamətlərə diqqət yetirilmiş, həmçinin özünün etirafı da nəzərə alınmaqla müvafiq rəy tərtib olumuşdur. Cinayət işinin materiallarında olan 11.08.2021-ci il tarixli “Raport”dan görünür ki, Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs1 və Balakən rayonu Xalatala kənd sakini Təqsirləndirilən şəxs2 üzərilərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib yetişdirməkdə şübhəli olduqları üçün Balakən Rayon Polis Şöbəsinə dəvət olunmuşdlar (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında 11.08.2021-ci il tarixdə saat 17:20-dən 17:50-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarışa başlmazdan əvvəl həmin şəxsdən üzərində narkotik vasitə və digər qanunsuz olaraq saxladığı əşya, vasitə varsa təqdim etmək təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən bir ədəd alışqan götürülmüşdür. Həmin bir ədəd qırmızı rəngli alışqan araşdırma zamanı əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Şəxsin üzərində şəxsi axtarış davam etdirilərkən əlavə narkotik vasitə və digər qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 tanışı Balakən rayonu Xalatala kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Balakən rayonu Şərif kəndində çöllük ərazidə qarğıdalı sahəsinin içərisində 18 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiklərini və həmin yeri göstərə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı «Sony» markalı videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış zamnı iştirakçılardan hər hansı bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 01, iş vər. 19-22). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında 11.08.2021-ci il tarixdə saat 18:30-dan 18:55-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl həmin şəxsdən üzərində narkotik vasitə və digər qanunsuz olaraq saxladığı əşya, vasitə varsa təqdim etmək təkdlif olunmuşdur. Üzərində şəxsi axtparış aparılarkən Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və digər qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 tanışı Balakən rayonu Şərif kənd sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə Balakən rayonu Şərif kəndində çöllük ərazidə qarğıdalı sahəsinin içərisində 18 ədəd narkotik tərkibli çətənə bitkilərini və həmin yeri göstərə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı «Sony» markalı videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı iştirakçılardan hər hansı bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 01, iş vər. 39-42). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə protokol”dan görünür ki, 11 avqust 2021-ci il tarixdə saat 19:40-dan 20:55-dək olan müddət ərzində şübhəli şəxs Təqsirləndirilən şəxs1 və onun seçmiş olduğu vəkil Məlahət Emçiyevanın, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və onun seçmiş olduğu vəkil Hidayət Murdovun, alim-aqronom Şahid1 və polis əməkdaşlarının iştirakları ilə Balakən rayonu Şərif kəndinin çöl sahəsində yerləşən, sahibi müəyyən olunmayan, qarğıdalı bitkilərinin əkildiyi əraziyə baxış keçirilmişdir. Qeyd olunan ərazisnin kənarları hasarlanmamış çöllük sahədir. Baxış zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin qarğıdalı əkilən torpaq sahəsinin içərisində əlbir olaraq 18 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiklərini, həmin çətənə bitkilərini qarğıdalı bitkilərinin orta hissələrində əkdiklərini bildirərək 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarını təqdim etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbir olaraq əkib-becərdikləri 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarını gələcəkdə gəlir əldə etmək məqsədi ilə əkdiklərini, çətənə bitkilərinin toxumlarını Mazım çayının kənarına çimmək üçün getdikləri zaman orada yabanı halda bitmiş 1 (bir) ədəd çətənə bitkisinin üzərindən yığdıqlarını bildirmişlər. Aşkar edilmiş 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarına baxış keçirilən zaman alim aqronom Şahid1 həmin 18 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir. Sonra aşkar edilmiş 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları torpaqdan çıxarılmış, hündürlükləri ölçüldükdə 120 sm.-dən 233 sm.-dək təşkil etmişdir. Həmin 18 ədəd çətənə bitkilərinə oxşar bitki kolları 1 (bir) ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmışdır. Həmin kisə elektron tərəzidə çəkilərkən yaş halda ümumi çəkisi 5 kq. 360 qram təşkil etmişdir. Kisə möhürlənərək təhqiqatçı tərəfindən götürlümüşdür. Baxış «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuşdur. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 01, iş vər. 49-53). Cinayət işinin materiallarında olan 11.08.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 11 avqust 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 və onun seçmiş olduğu vəkil Məlahət Emçiyevanın, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və onun seçmiş olduğu vəkil Hidayət Murdovun və polis əməkdaşlarının iştirakları ilə Balakən rayonu Şərif kəndinin çöl sahəsində yerləşən, sahibi müəyyən olunmayan, qarğıdalı bitkilərinin əkildiyi əraziyə baxış keçirilərkən aşkar edilmiş 18 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdır (cild 01, iş vər. 54). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 avqust 2021ci il tarixli 17/601 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1... əkdikləri çətənə bitkilərinə oxşar bitkilər.” sözləri yazılmış sintetik kisənin içərisindəki, hündürlükləri 120 sm.-dən 233 sm.-dək, ümumi təmiz çəkiləri – 4 kiloqram 950,00 qram olan 18 (on səkkiz) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir (cild 01, iş vər. 65). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 1127 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (cild 01, iş vər. 158). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 1128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 159). Cinayət işinin materiallarında olan 25.09.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 188-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 190-202). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə polis əməkdaşları tərəfindən döyüldüklərini, təsirə və təzyiqə məruz qaldıqlarını bildirsələr də, hər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bu barədə məlumat verməmiş, ayrı-ayrılıqda müdafiəçinin iştirakı ilə üzərilərinə baxış keçirilərkən, hadisə yerinə baxış keçirilərkən, təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən qeyd edilən xüsusatla bağlı heç nə bildirməmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı xəstəliyinə dair bəzi sənədlər təqdim edərək birinci qrup əlil olduğunu bildirmiş, xəstəliyi ilə əlaqədar olaraq ümumiyyətlə qollarını tərpədə bilmədiyini qeyd etməklə kənar şəxsin yardımı ilə qollarını hərəkət etdirdiyini göstərərək hazırki cinayət əməli ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir ki, onun qeyd etdiyi xüsusatla bağlı məhkəmə kollegiyası bildirir ki, məhkəmə istintaqı zamanı şəxsin üzərinə baxış keçirilməsi haqqında istintaq hərəkətinin əks olunduğu video görüntülərə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 xəstəliyi olsa da, sərbəst şəkildə əynindəki şalvarın yan ciblərinin zərcirbəndini açması, dolayısı ilə kifayət qədər qollarını hərəkət etdirməsi müəyyən olunmuşdur. Odur ki, onun kənar şəxsin yardımı olmadan qolları və əlləri ilə heç bir hərəkət edə bilməməsi barədə qeyd etdikləri sözügedən sübut vasitəsi ilə tam təkzib olunmuşdur. Bu hal isə məhkəmə heyətində Təqsirləndirilən şəxs1 xəstəliyini bəhanə edərək yardıma möhtac biri görüntüsünü yaratmaq üçün simulyasiya etdiyi fikrini yaratmışdır. Eyni zamanda, hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən 11 avqust 2021-ci il tarixdə səhər saatlarında saxlanılaraq polis şöbəsinə gətirildiyini, saxlanılan zaman üzərilərindən mobil telefonlarının götürüldüyünü, lakin həmin günü saat 17:00-dan sonra müvafiq rəsmiləşdirilmələrin aparıldığını bildirmişdir ki, bununla bağlı olaraq müdafiə tərəfinin vəsaəti təmin edilərək hər iki təqsirləndirilən şəxsin həmin vaxtı istifadəsində olan mobil nömrələr aydınlaşdırılmaqla müvafiq telefon rabitə operatorlarından məlumatlar götürülmüş və məhkəmə istintaqı zamanı tədqiq olunan həmin məlumatlar əsasında təqsirləndirilən şəxslərin qeyd etdiyi xüsusatlar öz təsdiqi tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 həmin günü saat 08 radələrində saxlanıldığını və polis şöbəsinə aparıldığını, həmin vaxtdan üzərindən mobil telefonun götürüldüyünü bildirsə də, anten məlumatlarından onun günorta radələrində Balakən rayonu Xalatala kəndində olduğu və istifadəsində olan telefon vasitəsi ilə danışıqlar apardığı müəyyən olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində olan anten məlumatlarından müəyyən olunmuşdur ki, həmin günü onun telefonundan son istifadə saat 11 radələrində olmuş, həmin vaxt şəxs Balakən rayonu Şərif kəndində olmuş, lakin sonra telefondan istifadə edilməmişdir. Belə olan halda şəxsin mobil telefonu barədə məlumat anten dairə məlumatlarında əks olunmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan məlumatlar əsasında şəxslərin 11 avqust 2021-ci il tarixdə məhz səhər vaxtı polis əməkdaşları tərəfindən saxlanılması qənaətinə gəlmək qeyri-mümkündür. Odur ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması, onların hadisə günü səhər saatlarında polis əməkdaşları tərəfindən saxlanılması, eyni zamanda Təqsirləndirilən şəxs1 qolları ilə hərəkət edə bilməməsi ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır. Əksinə şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri hərtərəfli olduğu, obyektiv həqiqəti əks etdirdiyi, işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyü üçün məhkəmə onların ibtidai istintaq zamanı verdiyi ifadələrini əsaslı sayır və onlara elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır və ailə üzvləri ilə birlikdə Balakən rayonu, Şərif kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 143-145). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 133). Cinayət işinin materiallarına əlavə olunan Təqsirləndirilən şəxs1 məxsus vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 01.03.2016cı il tarixdən ümumi xəstəlik səbəbi ilə birinci qrup əlil kimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 birinci qrup əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməli törətməsini və məhkəmə qarşısında xəstəliyini bəhanə edərək simulyasiya etməklə məhkəməni həqiqəti müəyyən etməkdən yayındıran hərəkətlərə yol verməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 subaydır, ailə üzvləri ilə birlikdə Balakən rayonu Xalatala kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 139-141). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abutalıb oğlu əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 134-135). Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini,qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməli törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan “Tutma haqqında” 11.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 11.08.2021-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 110-114). Cinayət işinin materiallarında olan “Tutma haqqında” 11.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 34). Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Abutalıb oğlunun barəsində əvvəli 11.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 116-119). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu müddət onun cəzasına daxil edilməklə cəzasının başlanğıcı 11.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməli, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəzasına hesablanmalı və cəzasının başlanğıcı 11.08.2021-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Habelə Təqsirləndirilən şəxs1 barəsində olan məhkəmə narkoloji ekspertizasının rəyi və onun birinci qrup əlil olması nəzərə alınmaqla onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Sadəcə o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 18 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 17,27 AZN (on yeddi manat, iyirmi yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin ev dustaqlığında olduğu müddət cəzasına daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 18 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 17,27 AZN (on yeddi manat, iyirmi yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-26/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-26/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver