Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-26/2023 16.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1996-cı ildə Qax şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həbs edilənə kimi həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmiş və qəsdən, qanunsuz olaraq satış məqsədi olmadan psixatrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o 19 avqust 2022-ci il tarixdə, saat 20:10 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi kafedə Zərərçəkmiş şəxsla aralarında yaranan mübahisə zamanı sonuncunun onu təhqir etməsinə əsəbləşərək üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs qarın divarından daxilə nüfuz edərək qaraciyərin zədələnməsi nəticəsində qarın boşluğuna qanaxma verən bir ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bundan başqa, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1,428 qram çəkidə psixatrop maddə olan metamfetamini 2022-ci ilin avqust ayınının əvvəllərində dəqiq günü və vaxtı yadında olmayan vaxtda əldə edib özündə saxlayaraq daşımış, 21 avqust 2022-ci il tarixdə Qax şəhəri, İmam Mustafayev küçəsində özünə məxsus olan qarajda saxladığı Vaz 2107 markalı **-BA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılan zaman avtomobilin qabaq sağ oturacağının alt hissəsindən bir ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,428 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Sahib oğlu ona CM-in 126.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, pivə içmək üçün kafeyə getmiş və orada kabinetdə oturub 3 ədəd pivə sifariş vermişdir. Kafedə dostlarından biri nalayiq söyüş söyməyə başlamışdır. Həmin vaxt kafeni işlədən Zərərçəkmiş şəxs onların oturduğu otağa girib onlara demişdir ki, söyüş söyməyin. Sahibə “yaxşı, oldu” dedikdən biraz sonra yenidən orada ünvansız söyüş söymüşdür. Bundan sonra Sahib yenidən içəri girib, ona “sizə demədim söyüş söyməyin” deyib, ona qarşı nalayiq ifadə işlətmişdir. Buna görə aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbləşdiyindən, həm də içkili olduğundan Sahibin dəqiq xatırlamadığı nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra qorxmuş və oradan qaçıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, cinayəti dostunun verdiyi bıçaqla törətmişdir və həmin bıçaq açılıb-qatlanan bıçaq olmuşdur. Avtomobilindən aşkar olunmuş narkotik vasitədən isə xəbəri yoxdur. Çünki, əvvəllər biriki dəfə narkotik vasitə olan metamfetamindən istifadə etsə də, artıq xeyli müddətdir ki, heç bir narkotikdən istifadə etmir. İstintaqda ona deyilmişdir ki, narkotiki boynuna al, cəzan yüngül olsun. Ona görə ibtidai istintaq zamanı həmin narkotik vasitənin özünə aid olduğunu demişdir. Əslində narkotik onun olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs ona CM-in 126.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində 19 avqust 2022-ci il tarixdə dostları Cavid və Əsədullah ilə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafeyə pivə içmək üçün getdiyini, kafedə kabinetdə oturduğunu, 3 ədəd pivə sifariş verdiyini, təxminən saat 19:30 radələri olduğunu, 2 bakal pivə içdiyini, kafedə özü üçün deyib-güldüyünü, kafedə söhbət edə-edə ünvansız nalayiq söyüşlər söyməyə başladığını, həmin vaxtı kafeni işlədən Zərərçəkmiş şəxs içəri girdiyini, ona söyüş söyməməyi dediyini, Sahibə “yaxşı, oldu” dediyini, biraz sonra yenidən kafedə ünvansız nalayiq söyüşlər söydüyünü, yenidən Sahibin içəri girdiyini, ona “sizə demədim ki, söyüş söyməyin” deyərək ona qarşı nalayiq ifadə işlətdiyini, bundan sonra aralarında mübahisə baş verdiyini, mübahisə zamanı əsəbləşdiyini və sağ cibində gəzdirdiyi bıçaqla kafenin zal hissəsində Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə bıçaqla vurduğunu, Sahibin arxa-arxaya gedərək yeri yıxıldığını, bundan sonra qorxduğunu və oradan qaçıb getdiyini, belə ki, oturduğu kabinetin pəncərəsindən aşağı tullandığını və qaçdığını, həmin vaxtı əl və ayaq nahiyəsindən xəsarət aldığını, daha sonra polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiklərini, Zərərçəkmiş şəxs ilə aralarında olan hadisənin 19 avqust 2022-ci il tarixdə, saat 20:10 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafenin içərisində baş verdiyini, Zərərçəkmiş şəxs bir dəfə qarın nahiyəsindən bıçaqla vurduğunu, hadisə zamanı istifadə etdiyi bıçağı dostu Cavidin hədiyyə olaraq 17 avqust 2022-ci il tarixdə ona verdiyini, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməyinin səbəbi olaraq Sahibin ona “kafedə niyə söyüş söyürsüz” deyərək nalayiq ifadə işlətdiyini, bu səbəbdən əsəbləşib onu bıçaqladığını, niyyətinin Zərərçəkmiş şəxs bıçaqlamaq olmadığını, Sahiblə aralarında əvvəllər heç vaxt düşmənçilik və ədavətinin olmadığını, Sahibi öldürmək istəmədiyini, hadisənin təxminən 5-6 dəqiqə ərzində baş verdiyini, Sahibi bıçaqla vuran zaman orada dostları Cavid, Əsəd, kafedə ofisiant işləyən Gülər adlı xanımın olduğunu, hadisəni törədən zaman nalayiq ifadələr işlətmədiyini, ictimai qaydanın kobud şəkildə pozulmasına yol vermədiyini, Sahibi bıçaqla bir dəfə vurduqdan sonra, öz hərəkətlərini öz istəyi ilə dayandırdığını, yəni ki, Sahibin arxa-arxaya gedərək yerə yıxıldığını, bundan sonra qorxduğunu və oradan qaçaraq həmin yeri tərk etdiyini, bundan başqa, ona məxsus olan etibarnamə əsasında idarə etdiyi Vaz 2107 markalı 34-BA848 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunmuş psixatrop maddə olan metamfetaminin ona məxsus olduğunu, həmin psixatrop maddə olan metamfetamini Bakı şəhərində olarkən yerdən tapdığını, daha sonra onu üzərində daşıyıb Qax şəhərinə gəldiyini, ondan aradabir istifadə etdiyini, qalanını isə sellofan bükümdə avtomobilinin qabaq sağ oturacağının alt hissəsində gizlətdiyini, polis əməkdaşları tərəfindən avtomobilində onun dəvəti ilə axtarış keçirilərkən həmin kütlənin aşkar olunduğunu, çəkisinin 1,6 qram olduğunu, daha sonra həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırıldığını və möhürləndiyini, psixatrop maddə olan metamfetamini avtomobildə saxlamaqda məqsədinin ondan istifadə etmək olduğunu, psixatrop maddə olan metamfetamin qəbul etsə də, onun aludəçisi və xəstəsi olmadığını, psixatrop maddə olan metamfetamini istifadə məqsədi ilə başqa adamlarla bölüşmədiyini, yalnız özünün istifadə etdiyini, qalanını da sonradan istifadə etmək üçün avtomobilində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onu bıçaqla vurması ilə bağlı Təqsirləndirilən şəxs hadisə barədə dedikləri doğrudur. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, əlavəsinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ona ünvanlanan suallara cavab olaraq isə bildirmişdir ki, Muradgilin oturduqları yerdən birinci söyüşü eşitdikdən sonra onlara xəbərdarlıq etdiyini, bundan sonra yenə də söyüş səsləri eşidəndə aralarında münaqişə yarandığını və bu zaman Təqsirləndirilən şəxs onu bir dəfə bıçaqla vurduğunu, hazırda Muradla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 2022-ci ilin may ayından Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafeni kafenin sahibi İlham Sultanovdan icarəyə götürərək işlətdiyini, anası Natavanın kafedə ona kömək etməsi üçün qabları yuduğunu, həmçinin, kafedə Gülər adlı qızın ofisinat işlədiyini, 19 avqust 2022-ci il tarixdə kafedə olduğunu, təxminən saat 19:30 radələri olduğunu, kafenin kabinetində 3 nəfər şəxsin oturub piyvə içdiklərini, həmin şəxslərin əvvəllər tanıdığı Murad, Əsədullah və Cavid adlı şəxslər olduğunu, Muradın kafenin kabinetində nalayiq söyüşlər söydüyünü, kabinetə daxil olaraq Murada “burada qadın işləyir, söyüş söymə” dediyini, Muradın ona “yaxşı, oldu” dediyini, biraz sonra yenidən Muradın kabinetdə ucadan nalayiq söyüşlər söyməyə başladığını, bundan sonra kabinetə daxil olub Murada kafeni tərk etməsini dediyini, Murada qarşı nalayiq ifadə işlətdiyini, qolundan tutaraq çölə çıxartmaq istədiyini, kabinetdən çıxaraq kafenin içərisinə, yəni zal olan hissəyə doğru gəldiklərini, aralarında mübahisə getdiyini, mübahisə zamanı Muradın qəfildən cibindən bıçaq çıxardıb onun qarın nahiyəsindən 1 (bir) dəfə bıçaqla vurduğunu, Muradın onu bıçaqla vurduqdan sonra özündən asılı olmayaraq geri gedərək çöl tərəfə çıxdığını, yerə yıxıldığını, Muradın isə oradan qaçıb getdiyini, bundan sonra orada olan şəxslərin onu Qax RMX-ya apardıqlarını, orada həkimlər tərəfindən əməliyyat olunduğunu, hal-hazırda özünü normal hiss etdiyini, hadisənin 19 avqust 2022-ci il tarixdə, saat 20:10 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən icarəyə götürdüyü kafedə baş verdiyini, Muradın ona bir dəfə qarın nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisənin təxminən 5-6 dəqiqə ərzində baş verdiyini, Muradın onu bıçaqla vuran zaman orada kafedə işləyən ofisiant qız Gülərin, özünün, Muradın, Muradın dostları Əsədullah və Cavidin olduğunu, hadisə zamanı Muradın nalayiq söyüşlər söymədiyini, Murad tərəfindən ictimai qaydanın kobud şəkildə pozulmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid1 19 avqust 2022ci il tarixdə dostları Murad və Əsədullahla Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafeyə yeyib-içmək üçün getdiklərini, kafedə kabinetdə oturduqlarını və 3 ədəd pivə sifariş verdiklərini, saat 19:30 radələri olduğunu, Muradın söhbət edə-edə kafedə nalayiq söyüşlər söyməyə başladığını, həmin vaxtı kafeni işlədən Sahibin içəri girdiyini, Murada söyüş söyməməsini dediyini, Muradın Sahibə “yaxşı, oldu” dediyini, biraz sonra Muradın yenidən kafedə nalayiq söyüşlər söydüyünü, yenidən Sahibin içəri girdiyini, Murada “sizə demədim ki, söyüş söyməyin” deyərək nalayiq ifadə işlətdiyini, bundan sonra Muradla Sahibin arasında mübahisə baş verdiyini, mübahisə zamanı Muradın cibindən bıçaq çıxardaraq kafenin içərisində Sahibin qarın nahiyəsindən bir dəfə vurduğunu, daha sonra oradan qaçıb getdiyini, bundan sonra orada olan şəxslərlə birlikdə Sahibi Qax RMX-ya apardıqlarını, hadisənin 19 avqust 2022-ci il tarixdə, saat 20:10 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafenin içərisində baş verdiyini, Muradın konkret olaraq Sahibə bir dəfə qarın nahiyəsindən bıçaqla vurduğunu, Muradın hadisə zamanı istifadə etdiyi bıçağı haradan əldə etdiyindən xəbərinin olmadığını, həmin bıçağı 17 avqust 2022-ci il tarixdə hədiyyə olaraq Murada onun tərəfindən verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid İbrahimov X2 Cavid Əhmədiyyə oğlu ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, 21 avqust 2022-ci il tarixdə CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs məxsus Vaz-2107 markalı **-BA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə müstəntiq tərəfindən şəxsin icazəsi ilə axtarış aparılarkən avtomobilin qabaq sağ oturacağının alt hissəsindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra avtomobilin digər hissələrində axtarış aparılsa da, axtarış zamanı başqa əşyanın aşkar edilməmiş və götürülməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus avtomobildə aparılmış axtarış zamanı aşkar olunmuş bir ədəd sellofan bükümün içərisində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini Bakı şəhərində yerdən tapdığını, üzərində daşıdığını, bir qismindən istifadə etdiyini, qalanını isə avtomobilində gizlətdiyini, həmin metamfetamini özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş və Təqsirləndirilən şəxs məxsus avtomobildə aparılmış axtarış zamanı aşkar olunmuş bir ədəd sellofan bükümün içərisində olan psixotrop maddə - metamfetaminlə birlikdə çəkisi 1,6 qram olmuşdur. Bundan sonra aşkar olunan bir ədəd büküm maddi sübut əhəmiyyəti kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında digər Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilmiş Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin may ayından Qax şəhəri, Azərbaycan prospektində kafe icarəyə götürərək işlətdiyini, Sahibin işlətdiyi kafedə ofisiant işlədiyini, Sahibin ona günlük 10 manat pul verdiyini, Sahibin anası Natavan xanımın da həmin kafedə oğluna kömək etmək üçün qabyuyan işlədiyini, 19 avqust 2022-ci il tarixdə kafedə olduğunu, saat 19:30 radələrində kafenin kabinetində 3 nəfər şəxsin oturub piyvə içdiklərini, həmin şəxslərin Qax şəhər sakinləri, Murad, Əsədullah və Cavid adlı şəxslər olduğunu, əvvəllər də kafeyə gəlib-getdiklərindən həmin şəxsləri tanıdığını, həmin şəxslərdən birinin, yəni Muradın nalayiq söyüşlər söydüyünü, kafeni işlədən Zərərçəkmiş şəxs kabinetə daxil olub Murada sakit olmasını, nalayiq söyüşlər söyməməsini dediyini, biraz sonra yenidən Muradın kafedə nalayiq söyüşlər söydüyünü, bundan sonra yenidən Sahibin kabinetə daxil olub Murada söyüş söyməməsini dediyini, Muradla Sahibin arasında mübahisə yarandığını, mübahisə zamanı Sahibin Murada kafeni tərk etməsini bildirdiyini, Sahibin və Muradın mübahisə edərək kafenin içərisinə, yəni zala doğru gəldiyini, mübahisə zamanı Muradın kafenin içərisində cibindən bıçaq çıxardıb Sahibin qarın nahiyəsindən bir dəfə vurduğunu, bundan sonra Sahibin geri gedərək yerə yıxıldığını, Muradın isə oradan qaçıb getdiyini, daha sonra orada olan şəxslərlə birlikdə Sahibi Qax RMX-ya apardıqlarını bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində Zərərçəkmiş şəxs onun oğlu olduğunu, oğlu Sahibin evli olduğunu, hal-hazırda ailəsi ilə birlikdə onunla yaşadığını, oğlu Sahibin 2022-ci ilin may ayından Qax şəhəri, Azərbaycan prospektində kafe icarəyə götürərək işlətdiyini, oğlu Sahibə kömək etmək üçün həmin kafedə qabyuyan kimi işlədiyini, 19 avqust 2022-ci il tarixdə kafedə olduğunu, belə ki, kafenin mətbəxində qab yuduğunu, həmin vaxtı kafedə səs-küy eşitdiyini, bundan sonra kafenin zal olan hissəsinə gəldiyini, oğlu Sahibi yerə yıxılmış vəziyyətdə və qan içində gördüyünü, kafedə ofisiant işləyən Gülər adlı xanımın ona Sahibin Murad adlı şəxs tərəfindən bıçaqlanmasını dediyini, orada olan şəxslərlə birlikdə oğlu Sahibi Qax RMX-ya apardıqlarını, daha sonra oğlu Sahibə bıçaqla xəsarət yetirən şəxsin Qax şəhər sakini Murad olmasının ona məlum olduğunu, Muradın oğlu Sahibi bıçaqla vuraraq xəsarət yetirən zaman orada olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 avqust 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə toplanmış material üzrə cinayət işi açılaraq icraata qəbul olunub. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 avqust 2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 avqust 2022-ci il tarixdə, təxminən saat 20:10 radələrində Qax şəhəri, Azərbaycan küçəsində yerləşən kafedə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olduğu üçün tutulsun. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 21 avqust 2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04 oktyabr 2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyü Zərərçəkmiş şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və X6” X13 Qax rayon şöbəsinin 31 avqust 2022-ci il tarixli 196 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər (qarın divarından daxilə nüfuz edərək qaraciyərin zədələnməsi nəticəsində qarın boşluğuna qanaxma verən bir ədəd deşilmiş-kəsilmiş yara) iti kəsici kənara malik deşici-kəsici əşyanın, alətin təsirindən törənmişdir, müddəti yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2022-ci il tarixə uyğundur. Bıçağın təsirindən törənməsi istisna edilmir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Həmin X13 19 sentyabr 2022-ci il tarixli 436-MTŞK/2022 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət qarın divarından daxilə nüfuz edərək qaraciyərin zədələnməsi nəticəsində qarın boşluğuna qanaxma verən bir ədəd deşilmiş-kəsilmiş yara, ekpertizaya təqdim edilmiş köynəyin ön səthində bir ədəd dəlib-keçən zədə ilə nisbi uyğun gəlir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserin 14 sentyabr 2022-ci il tarixli 561 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əmlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, halhazırdada heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə narkoloji ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 1458 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixatrop maddələrdən istifadə edir. Psixatrop maddə olan metamfetamin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işi üzrə alınmış məhkəmə kimyəvi ekspertizasının 21 avqust 2022-ci il tarixli 17/671 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs... idarə etdiyi... avtomobilin qabaq sağ oturacaq hissəsinin aşağısından aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,428 qram olan maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 avqust 2022-ci il tarixli könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, hadisənin törədilməsində istifadə olunmuş 01 ədəd bıçaq Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 avqust 2022-ci il tarixli götürmə aparılması haqqında qərardan və protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs məxsus olan bir ədəd ağ rəngli qısaqol köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax RİH başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X7 və qızı X4 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş həmin nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barədə Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 21 avqust 2022-ci il tarixli şəxsin dəvəti (icazəsi) ilə axtarış aparılması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə ona məxsus olan Vaz 2107 markalı **-BA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmış və avtomobilin qabaq sağ oturacağının alt hissəsindən bir ədəd sellofan bükümdə, ümumi çəkisi 1,6 qram olan psixatrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 06 oktyabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş bıçaqlardan hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı tanımış və əyani surətdə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qax rayon Mərkəzi Xəstəxanası” X12 Qax RPŞ-ya daxil olmuş 29 avqust 2022-ci il tarixli PHŞ/650-2-2022-150 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 31 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Muxtar Muradlının törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq оna CM-in 126.1 və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Muxtar Muradlının ona qarşı irəli sürülən cinayət əməllərini törətməsi özünün ibtidai istintaq və məhkəmə kollegiyasının iclasında verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sübutlarla tam təsdiqini tapmış, sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadə verərkən avtomobilindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasını bildirsə də, ancaq ona məxsus avtomobilə videoçəkilişlə axtarış keçirilən zaman, habelə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən Qax şəhəri, İmam Mustafayev küçəsində özünə məxsus qarajda saxladığı Vaz 2107 markalı **-BA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılan zaman avtomobilin qabaq sağ oturacağının alt hissəsindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,428 qram psixatrop maddə olan metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini təqsirli olaraq törətməsi özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sübutlarla tam təsdiqini tapmışdır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə, bir-birini tamamlayır və onların arasında heç bir ziddiyyət müəyyən olunmur. Təqsirləndirilən şəxs CM-in 126.1 və 234.1-ci maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə heç bir şübhə yoxdur. Qeyd edilən əməllərini cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası bununla bağlı məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Məhkəmə kollegiyası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin himayəsində azyaşlı övladının olmasını, Zərərçəkmiş şəxs qarşı törətdiyi əməldən peşman olduğunu bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. İşdən görünür ki, Təqsirləndirilən şəxs cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bundan başqa, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,428 qram çəkidə psixatrop maddə olan metamfetamini əldə edib özündə saxlayaraq daşımış və həmin psixatrop maddə ona məxsus avtomobildən aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə CM-in 126-ci maddəsində üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə, CM-in 234.1-ci maddəsində isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cəza təyin edərkən qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, zərərçəkmiş şəxsə yetirilən xəsarətin sayını, habelə ondan aşkar edilmiş psixatrop maddənin çeşidi və miqdarını, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini (ilk dəfə cinayət törətməsini, heç bir məhkumluğunun olmamasını) eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, CM-in 126.1-ci maddəsilə üç il müddətə azadlıqdan məhrum etmə, CM-in 234.1-ci maddəsilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzalar qismən toplanılmalı, qəti olaraq üç il bir ay müddətə azadlıqdan məhrum edilməli və təyin olunan cəza real olaraq çəkilməlidir. Məhkəmə kollegiyası gəldiyi bu nəticəni cəzanın islah təsiri baxımından da əsaslı sayır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətlərdə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 126.1 və 234.1-ci maddələrilə qəti olaraq üç il bir ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Qeyd olunanlarla yanaşı, cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 20 avqust 2022-ci il tarixdən hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə məsrəfi olan 69,10 (altmış doqquz manat on qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi Qax Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd ağ rəngli qısaqol köynək isə onun özünə qaytarılmalı, 1,378 qram psixatrop maddə olan metamfetamin isə məhv edilməldir. CM-in 99-1-ci maddəsinə əsasən, iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak və mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-in 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 126.1-ci maddəsilə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq üç il bir ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan altmış doqquz manat on qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olub, Qax RPŞ-da saxlanılan bir ədəd bıçaq Təqsirləndirilən şəxs, 01 ədəd ağ rəngli qısaqol köynək isə Zərərçəkmiş şəxs qaytarılsın, 1,378 qram psixatrop maddə olan metamfetamin isə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-26/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-26/2023
16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver