Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-26/2024 29.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X19, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)- 139/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,536 qram miqdarında narkotik vasitə olan heroini, 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayırma üsulu ilə hazırlanmış xəncəri və 01 ədəd soyuq silah hesab olunan vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etməklə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:20-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Q.B.Zakir küçəsində Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmək istənilən zaman o, üzərində qanunsuz olaraq saxladığı 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayrılma üsulu ilə hazırlanmış xəncəri və 01 ədəd soyuq silah hesab olunan vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kasteti (beşbarmaq) çıxardaraq kənara atmaq istəyərkən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əlindən həmin soyuq silah hesab edilən 01 ədəd xəncər və 01 ədəd kastet (beşbarmaq) alınmaqla Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində orada həmin gün saat 19:15-dən 19:50-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2,536 qram külli miqdarda narkotik vasitə olan heroin, gödəkcəsinin sağ yan cibindən üzərində cüzi miqdarda narkotik maddə heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar olunmaqla və Yevlax RPŞ-nin NMQ-nun inspektoru Şahid1 təqdim etməsi ilə Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayrılma üsulu ilə hazırlanmış xəncər və 01 ədəd soyuq silah hesab olunan vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kastet (beşbarmaq) qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 228.4 və 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ittiham aktında güya polis əməkdaşlarının onu qapının yanından götürməsi yazılsa da, ancaq əslində polis əməkdaşları təxminən səhər saat 8-9 radələrində onu evdə saxlamışlar. Səhər evdə yatmışdır. Birdə görmüşdür ki, polis əməkdaşları qapını qırıb içəri daxil olmuşlar. Onların evi həyət evidir. Saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Qonşularının evində kamera vardır. Polis əməkdaşları onu aparan vaxt kameraya düşmüşdür. Polis əməkdaşları onu polis şöbəsinə aparıb, səhər saat 09 radələrindən axşam radələrinə kimi ona təzyiq göstərmişlər. Üzərindən aşkarlanan narkotik vasitə və beş barmaq ona aid olmamışdır. Belə ki, aşkarlanan narkotik vasitə və beş barmağı üzərinə polis əməkdaşları qoymuşdur. Videoçəkiliş zamanı etiraz etmişdir və ona təyin olunan birinci vəkilə etiraz etmişdir. Vəkil Fərhad müəllim gəldikdən sonra razılaşmışdır. Videoçəkiliş zamanı demişdir ki, aşkar olunan narkotik vasitə ona aid deyildir. Ona həddindən artıq təzyiq göstərilmişdir. Polis əməkdaşları onu evdən aparan vaxt qardaşının yoldaşı qardaşına zəng edib hadisə barədə məlumat vermişdir. Qardaşı da onun hansı vəziyyətdə aparıldığını görmüşdür. Yazıblar ki, onun üzərindən bıçaq, beş barmaq və telefonlar çıxmışdır. Saxlanılan zaman heç onun üzərində telefon olmamışdır. İttiham aktında yazılan nömrə ona aid deyildir. Ümumiyyətlə aşkarlanan heç nə ona aid olmamışdır. Aşkar olunan narkotik vasitəni və beş barmağı polis əməkdaşları onu döyərək boynuna qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ***- ***-**-** mobil nömrəsi ona məxsus olmamışdır. Ümumiyyətlə ibtidai istintaq zamanı ifadə verməmişdir. ***-***-**-** mobil nömrəsi ona məxsus olmamışdır. İbtidai istintaq zamanı ifadəsini oxumamış, nə də ifadəyə imza çəkməmişdir. Müstəntiq ondan nömrənin ona aid olmasını soruşmuş, o da həmin vaxt cavab vermişdir ki, sözügedən nömrə ona aid deyildir. ***-***-**-** mobil nömrəsinin kimə aid olduğunu bilmir. Müstəntiqə hansı nömrə işlətdiyini deməmişdir. O, elan olunan məzmunda ifadə verməmişdir. Elan olunan məzmunda cavab verməmişdir. İbtidai istintaq zamanı yazılanların ona aidiyyəti yoxdur. Mobil telefon işlətmişdir. Təxminən iki il əvvəl mobil telefon işlətmişdir. Mobil nömrəsi öz adına olmuşdur. İki il əvvələ qədər mobil telefon işlətmişdir. “İphone 6S” markalı mobil telefon işlətmişdir. Sadə telefon istifadə etməmişdir. Bəraət aldıqdan sonra telefon işlətməmişdir. İki ay ərzində evdə olmuş və telefon istifadə etməmişdir. “Zinyət Mahmudova” adlı şəxsi tanımır. “Elşən” adlı şəxsi tanıyır, lakin atasının adını bilmir. Hansı Elşəndən söhbət getdiyini dəqiq deyə bilmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, təxminən 2022-ci ilin noyabr ayından etibarən onun istifadəsində olduğunu, ancaq həmin mobil nömrəyə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı daxil olmuş mesajları xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə 22 fevral 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etmişdir. Onun, polis baş serjantı Şahid2, polis baş serjantı Şahid3 və təhqiqatçı X6 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Q.B.Zakir küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt yaşadığı evin yerləşdiyi Yevlax şəhəri Q.B.Zakir küçəsində olması barədə onun məlumatı olmuş, onlar həmin ünvana getmiş və yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmiş, lakin bu zaman Təqsirləndirilən şəxs əlində olan “İtel” və “Ulefone” markalı mobil telefonları yerə ataraq üzərində gəzdirdiyi bir ədəd bıçağı və bir ədəd beşbarmağı çıxarmış, bu zaman o, və digər polis əməkdaşları Təqsirləndirilən şəxs əlindəki bıçağı və beşbarmağı əlindən alaraq zərərsizləşdirmiş sonra isə Elməddini üzərinə baxış keçirilməsi üçün Yevlax RPŞ-nin inzibati binasına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra onun, Şahid2, Şahid3 və vəkil X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Çəkiliş zamanı o, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılan zaman üzərində gəzdirdiyi bir ədəd bıçağı və bir ədəd beşbarmağı çıxaran zaman onun və digər polis əməkdaşlarının Təqsirləndirilən şəxs əlindəki bıçağı və beşbarmağı əlindən alaraq zərərsizləşdirdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki paltara və üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə keçirilən baxış zamanı onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd boz rəngli sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, gödəkçənin sağ yan cibindən isə 01 ədəd gümüşü rəngli elektron tərəzini Təqsirləndirilən şəxs özü çıxararaq masanın üstünə atmışdır. Bundan sonra təhqiqatçı tərəfindən onun təqdim etdiyi 01 ədəd bıçaq və 01 ədəd beşbarmağa baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən şəxsi axtarış və götürmə zamanı 01 ədəd boz rəngli sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, narkotik vasitəyə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisi 2.82 qram təşkil etmişdir. Onun təqdim etdiyi, vətəndaş Təqsirləndirilən şəxs əlindən alınmış 01 ədəd bıçaq, 01 ədəd beş barmaq, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş ümumi çəkisi 2.82 qram olan heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi maddi sübut əhəmiyyəti kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Protokol tərtib edildikdən sonra Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən protokola imza etməkdən imtina etmişdir. O, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyini bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 vəfat etdiyindən, Şahid2, həmçinin Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və onların da Şahid1la eyni məzmunlu ifadə vermələri müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Onlar birlikdə eyni evdə yaşayırlar. Xatırlamadığı ay və tarixdə səhər saat 9-10 radələrində polis əməkdaşları onların yaşadıqları evə gəlmişlər. Həmin vaxt o evin ikinci mərtəbəsində olmuşdur. Bir də eşitmişdir ki, Elmədin qışqıraraq onu səsləyir. Polis əməkdaşları Elməddini o qədər bərk döymüşlər ki, səsinə o, gəlmişdir. Həmin vaxt Elməddinin yanında heç kim olmamışdır. Elməddini polis əməkdaşları döymüşdürlər. Polis əməkdaşlarına demişdir ki, niyə onu döyürlər? Həmin vaxt polis əməkdaşı üstünə qışqırmış və ona içəri girməyini bildirmişdir. Sonra Elməddini polis şöbəsinə aparmışdırlar. Polis əməkdaşlarının hansı ayda gəldiklərini dəqiq xatırlamamış, səhv etmirsə, polis əməkdaşları səhər 9-10 radələrində gəlmiş və Elməddini polis şöbəsinə aparmışdırlar. Mobil telefon istifadə edir, “102” qaynar xəttinə zəng etməmiş, lakin yoldaşına zəng etmişdir ki, Elməddini apardılar. Həmin vaxt evdə azyaşlı övladı və Elməddin olmuşdur. Yoldaşı Elməddini polis əməkdaşları apardıqdan sonra gəlmişdir. Yoldaşı təxminən on dəqiqə sonra gəlmişdir. Polis əməkdaşları səhər saat 9-10 radələrində gəlmişdir. Havanın necə olduğu yadında deyil, səhv etmirsə həmin vaxtlar qısa qol geyinmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, hadisə günü bazarda olmuşdur. Yoldaşı zəng etmişdir ki, polis əməkdaşları evə girərək Elməddini aparırlar. Yoldaşı təxminən səhər saat 9-10 radələrində ona zəng etmişdir. Evə gələrək görmüşdür ki, Elməddini mülki geyimdə olan polis əməkdaşları aparırlar. Səhv etmirsə həmin şəxslər Yevlax RPŞ-nin əməkdaşları olmuşdur. Polis əməkdaşlarının hansı ayda gəldiyini dəqiq xatırlamamışdır. Polis əməkdaşları gələn vaxt səhv etmirsə, yaz fəsli olmuşdur. Yoldaşı demişdir ki, polis əməkdaşları Elməddini döymüşlər. Qardaşını polis əməkdaşları aparandan sonra polis şöbəsinə getmişdir. Ona oradan məlumat vermişdirlər ki, qardaşının üstündən narkotik vasitə aşkar edilmişdir. Hər hansı bir yerə şikayət etməmişdir. Gəlib görmüşdür ki, qardaşını polis əməkdaşları aparır. Bundan sonra polis şöbəsinə getmişdir. Polis əməkdaşları on nəfərdən çox olmuşdur. Qardaşının əllərini qandalla bağlayıb aparmışdırlar. Polis əməkdaşları qardaşını aparan vaxt onu döyməmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusudur. Hadisənin şahidi olmamışdır. Elməddini polis əməkdaşları aparan vaxt görməmişdır. Evinin ətrafında kamera var, lakin həmin ərəfədə kamera qısa qapanma nəticəsində işləməmişdir. Belə ki, kamera işləyir və çəkiliş aparır lakin, yaddaşa yazmır. Kamera bu ilin əvvəllərində işlək vəziyyətdə olmuş, lakin çəkilişi yaddaşa yazmamışdır. Hadisədən sonra heç kəs kamera ilə bağlı maraqlanmamışdır. Kamera evin qarşısındadır. Kameranın yaddaşı olmadığı üçün hazırda heç nəyə baxmaq olmamışdır. Kamera öz evinin qarşısını çəkmiş və kamera Təqsirləndirilən şəxs evinin qarşısını çəkməmişdir. Elməddin saxlanan vaxt anası evdə olmuşdur. Polis əməkdaşları evlərinə gəlib kamera görüntülərini almamışdır. Belə bir hal baş verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, 22 fevral 2023-cü il tarixində Yevlax Şəhər Vəkil Bürosunun növbətçi vəkili o olmuşdur. Polis Şöbəsindən onu dəvət etmişdirlər. Təqsirləndirilən şəxs tanımamış və həmin günü onu polis şöbəsində görüb-görmədiyini xatırlamır. O, həmin gün polis şöbəsində bir nəfər şəxsin özünü aqressiv apardığını görmüş, iki polis əməkdaşı onu saxlaya bilməmişdir, amma şəxsin üzünü xatırlamır. Həmin şəxs ona və polis əməkdaşlarına aqressiv davranmışdır. Digər istintaq idarələrindən, həmçinin məhkəmədən onu növbətçi vəkil kimi gözlədikləri üçün Yevlax Şəhər Vəkil Bürosunun rəhbəri Fərhad Məmmədova məlumat vermişdir ki, Yevlax rayon polis şöbəsindədir, bir nəfər şəxs tutulmuş, şəxs özünü həddindən artıq aqressiv aparır. O Təqsirləndirilən şəxs tutulması ilə bağlı polis şöbəsinə order təqdim etməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Yevlax Şəhər Vəkil Bürosunun rəhbəri Fərhad Məmmədov həmin işlə bağlı order vermiş və istintaq hərəkəti keçirilən zaman orada iştirak etmişdir. Polis şəbəsində Təqsirləndirilən şəxs hər hansı bir xəsarətini görməmişdir. Onun gördüyü odur ki, şəxs oturmuş, aqressiv hərəkətlər etmiş və onu iki polis əməkdaşı tutub saxlamışdır. Şəxsin əlində qandal olmamış, ancaq iki polis hər iki əlindən tutmuşdur. O, polis əməkdaşları tərəfindən təzyiq göstərilməsini görməmişdir. O, polis şöbəsində onun yanında olan zaman polis əməkdaşları tərəfindən ona təzyiq olmamışdır. Demək istədiyi odur ki, şəxs aqressiv davranmış, təhqiqatçı ona sakitləşməyini bildirmiş və vəkilinizi təyin edək daha sonra istintaq hərəkətini aparaq demişdir. Lakin şəxs sakitləşməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə xx.xx.1985-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1985-ci il tarixdə ünvan 4 ünvanında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1985-ci il tarixdə ünvan 4 ünvanında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, X1 zaman əlində olan “İTEL” markalı və “Ulefone” markalı mobil telefonları yerə atdığından götürülmüş və həmin mobil telefonların saxlanılması üçün Yevlax RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 20-21). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı təhqiqatçı Şahin Fətullayev tərəfindən Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Çəkiliş zamanı Yevlax RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixdə PPX-nin polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı küçədə üzərində narkotik vasitə və soyuq silah gəzdirməsində şübhəli olduğu üçün saxlamışlar, lakin saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bir ədəd bıçağı və bir ədəd beşbarmağı çıxarmış, bu zaman polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 onun əlindəki bıçağı və beşbarmağı əlindən alaraq zərərsizləşdirmiş sonra isə onun üzərinə baxış keçirilməsi üçün Yevlax RPŞ-nin inzibati binasına gətirmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı onun əyninə geydiyi qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd boz rəngli sellofan bükülünün içərində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, gödəkçənin sağ yan cibindən isə 01 ədəd gümüşü rəngli elektron tərəzini Təqsirləndirilən şəxs özü çıxararaq masanın üstünə atmışdır. Təqsirləndirilən şəxs masanın üzərində olan bir ədəd bükümdəki narkotik vasitə olan heroini götürərək narkotik vasitəni udmağa cəhd etmiş, lakin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini udmağına imkan verilməmişdir. Bundan sonra Şahid1 təqdim etdiyi 01 ədəd bıçaq və 01 ədəd beşbarmağa baxış keçirilmiş və müəyyən edilmişdir ki, bıçağın tiyəsi 23 sm, dəstəyi 12 sm, bıçağın dəstəyi qara rəngli lentlə sarılmış vəziyyətdədir ümumi uzunluğu 35 sm-dir, 01 ədəd beşbarmağın uzunluğu isə 12 sm olmaqla qara rənglidir. Təqsirləndirilən şəxs üstündən şəxsi axtarış və götürmə zamanı 01 ədəd boz rəngli sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, narkotik vasitəyə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisi 2.82 qram təşkil etmişdir. Əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi, vətəndaş Təqsirləndirilən şəxs əlindən alınmış 01 ədəd bıçaq, 01 ədəd beş barmaq və Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş ümumi çəkisi 2.82 qram olan heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi maddi sübut əhəmiyyəti kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış video çəkiliş bir ədəd diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 27-34). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş materialların məhkəmə eskpertizasının xx.xx.2023-cü il tarixli 17/204 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş boz rəngli sellofan bükülüdə bükülmüş narkotik vasitəyə oxşar bir ədəd bükülü.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 2,536 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli elektron tərəzi.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Heroinin təmiz çəkisi – 2,536 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 2,486 qram (cild 01, iş vər. 39-43). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-ballisitik ekspertizasının 23 fevral 2023-cü il tarixli 17/205 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet hər iki tərəfi kəsici, ucu deşici, xassəyə malik olan, əldə qayrılma üsulu ilə xəncər formasında hazırlanmış soyuq silahdır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır (cild 01 iş vər. 44-47). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 92-94). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “X50 Sistemi”ndən çıxarışdan görünür ki, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin Təqsirləndirilən şəxs adına qeydiyyatda olması müəyyən olunmuşdur (cild 01 iş vər. 113). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 05 mart 2023-cü il tarixli qəbzdən görünür ki, “İtel” markalı mobil telefonu və “Ulefone” markalı mobil telefonu Yevlax RPŞ-nin İB-nin müstəntiqi X16 Bayramzadənin qardaşı X26 təhvil almışdır (cild 01 iş vər. 115). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserin 10 mart 2023-cü il tarixli 247 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2004-cü il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” asılılıq sindromu diaqnozu ilə Mingəçevir Şəhər Rayonlararası Dispanserdə qeydiyyatdadır (cild 01, iş vər. 124). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Gəncə Apellyasiya Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 10 (on) ay 09 (doqquz) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaq yolu ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbs olunaraq cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 135-154). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, Yevlax rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1; 67.1; 221.3; 70; 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən əməli 02.07.03-cü il tarixli qərarı ilə birləşdirilib qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuş, Moskva şəhəri Nikulin rayon məhkəməsinin xx.xx.2012ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228 M 1 H ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə (ümumi) cəzasına məhkum edilmiş, Moskva şəhəri Doroqomilov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 30 M 3 His, 161 M 1 His ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə (ümumi) cəzasına məhkum edilmiş, Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Yevlax rayon məhkəməsinin qərarı ilə 234.1-ci maddəsi ilə 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasını çəkib qurtarmışdır. Tərtər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbs edilmiş, Gəncə ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə Apellyasiya məhkəməsinin hökmü ilə xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və Cinayət Məcəlləsinin 234.1; 69.3; 93-1.2 maddəsinə əsasən üzərində qəti olaraq 07 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01, iş vər. 155-156). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Yevlax RMX” X56 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01 iş vər. 158). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax ŞİHB-nin 1 nömrəli sahə İƏD nümayəndəliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (atası, anası və qardaşları ilə) birlikdə ünvan 6 ünvanında yaşayır, yaşayış yeri üzrə qismən yaxşı səciyyələndirilir (cild 01, iş vər. 161-163) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**- ** saylı mobil nömrə X18 adınadır. ***-***-**-** saylı mobil nömrə X12 adınadır. ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş sms mətinlərinə baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 19:07-də və xx.xx.2023-cü il tarixdə saat 16:07-də göndərilən mesajlarda müvafiq olaraq “Qaqa neynsen nagrsan salamaclgdl brat sagol her weye gore beyaxkl yarl idi habi imkan var qalanda verim yarda veresen vezyet krtiqdi canm agrylr torpakda yoxdu pisem” və “Emos qardaslm niye bele elysenki meni bagsda dedim sene bratlm lomkadayam qaqa komek ol pisdi vezyet”, ünvan 7 ünvanında qeydiyyatda olan X33 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 18:49-da göndərilən mesajda “Salam rowendi berde.elmedn men burdan cixandada sene deyrem yevlaqn kuruqundada deyrem onnanda bele meni lengdrsen.qaqa burdada kanalm var ama qatqardi hemde 02ni.varyoxunu sikim deyib 04adynan verler.qaqa birde men her ora gelb gedende 15manat taksye verem.pulda mene brez stubka ele iwleyek.meslehetdise?”, ünvan 8 ünvanında qeydiyyatda olan X27 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 17:11-də və 17:16-da göndərilən mesajlarda müvafiq olaraq “Men clndlr dolem s3nol me aynon ver lomkadayam” və “Menim qaqam biz clndlr doluy bide o sefe yol vermerem meni bagsda qardaslm”, ünvan 7 ünvanında qeydiyyatda olan X10 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 00:09-da “Ay qaqa.men taksiyle gelib gedrem pul yazir axi.berdenin cixiwinda senden cavab gozleyrem.telfonu ac alnmrsa de qaydim cixim gedim menim ele imkanim yoxdu ki taksye pul verim qaqa mene bir soz de bilim iwimi ay elmeddin.”, xx.xx.2023-cü il tarixdə saat 00:43-də və saat 16:10-da göndərilən mesajlarda müvafiq olaraq “Ay elmeddin qaqa bezin qurtarib.ona gore lengidim qaqa qadan alaram turmye catasi temadi qadana alaram denen yaxwi elesin.birde sen allah meni lengitme orda” və “Qaqa men ordan cixandada bura kuruqa catandada seni yiqram qaqa bu vaxda qeder sen onu aldira blmirsen qaqa senden gotuyum 70 manata cixir usdume qaqa oda olmur”, ünvan 9 ünvanında qeydiyyatda olan X22 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 15:58-də və 17:00-da göndərilən mesajlarda müvafiq olaraq “Qaqa heresen on manat alinar” və “Qaqa bidene yarim lazim te ac”, ünvan 10 ünvanında qeydiyyatda olan X34 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 00:53-də göndərilən mesajda “AY ELİ MENİM PAYİMA FERQİ YOXDU YA BO YUK YA BALACA PU LU OLUB PULUM YOX DU DEYENİN KİSİLİYİNİ QEYRETİNİ SEN SİKES EN OZUMDE LOMKAD AN CARTLAYİRAM DE DİM”, ünvan 11 ünvanında qeydiyyatda olan X28 məxsus olan ***-***-**-** saylı nömrəyə xx.xx.2023-cü il tarixdə saat 01:19-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən göndərilən mesajda “Vava 200 Manatdiq lazimdi ikisinende”, ünvan 12 ünvanında qeydiyyatda olan X5 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023cü il tarixdə saat 00:02-də göndərilən mesajda “ay qaqa aradayam nazim ve yaxut sen nem ferqi yoxdu gedey cixaraq dedem mazqimi sikir sen ol, camahat pul atasidi yuvada yuvada qalmisam”, Bərdə rayonu Qaradəmirçi kənd sakini X11 məxsus ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 22:40-dan 22:59-dək olan müddət ərzində göndərilən çoxsaylı mesjlarda “Qaqa camatn xəstəsi olan sonra o aynuyun lazım deyil tefonu ac qardaş camatn qapsnln agzdl bura, Biz gəlirik sizin qapsnln ağzına çölə çıx birdənə, Qaqa gəlim sizin qapsnln ağzına çölə çıx, Qaqa ac tefonu camatn xəstəsi evdə ölür bunu heçkim bagdamaz bu nə deməkdi belə oğlana olar başa dusnədim, Sən bil ki mənim pulumu yeyənin var-yoxunu skərən qapnln agzda yatıram görün var çox çölə mənəm orxandl pulu qayt vur karta var-yoxunu”, ünvan 13 ünvanında qeydiyyatda olan X2 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə saat 08:25-dən 13:39-dək olan müddət ərzində göndərilən mesajlarda “Acdana bur olem burda lomqadan qola ver puldan, Acdana eee, Heeecccc eyyybbuuu yoqqqq nolar borc olqun olem deyurenm eee lomqa oldurur menu evu daqudub toqmucem, Evdecen olem yezud olmaaaaa yeqe adamcan eeee olem evdecen Adam olll eee hec eybu yooo Aqruncudu zeng edurem Ne cundur adam oldun pocunu ac Aqru bulmurcen nedu ee qolanun aqruccu ozde emun olem deyurem dozemurem mene puldan mal ver”, ünvan 13 ünvanında qeydiyyatda olan X2 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023cü il tarixdə, xx.xx.2023-cü il tarixdə saat 08:25-dən 13:39-dək olan müddət ərzində göndərilən mesajlarda “Acdana bur olem burda lomqadan qola ver puldan, Acdana eee, Heeecccc eyyybbuuu yoqqqq nolar borc olqun olem deyurenm eee lomqa oldurur menu evu daqudub toqmucem, Evdecen olem yezud olmaaaaa yeqe adamcan eeee olem evdecen Adam olll eee hec eybu yooo Aqruncudu zeng edurem Ne cundur adam oldun pocunu ac Aqru bulmurcen nedu ee qolanun aqruccu ozde emun olem deyurem dozemurem mene puldan mal ver”, ünvan 14 ünvanında qeydiyyatda olan X23 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 20:01-də göndərilən mesajda “Elmeddin 15 manatdi ac gorey bir”, ünvan 15 ünvanında qeydiyyatda olan X13 məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 02:37-də və xx.xx.2022-ci il tarixdə göndərilən mesajda “Qaqa 25 manat var agriyram” “Qaqa 20 manat var” məzmunlu mesajların göndərilməsi aşkar edilmişdir (cild 01 iş vər. 180-210). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X56 təqdim etdiyi xx.xx.2023-cü il tarixli 288 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04.05.223-cü il tarixdə şöbədə ambulator məhkəmə psixiatriya ekspertizasından keçirilərkən ona ekspertiza keçirilməsinə etiraz etmiş və törətmiş olduğu əməllər barədə məlumatlar verməkdən imtina edərək verilən suallara cavab verməmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs ekspertiza keçirmək və barəsində rəy tərtib etmək mümkün olmamışdır (cild 01 iş vər. 244). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli 817 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs özünü qeyri-səmimi apararaq polis əməkdaşlarına və həkimlərə hörmətsizlik edərək X24 Tibbi Yoxlamadan imtina etmişdir. Nəzərinizə çatdırırq ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Tərtər RPŞ-nin müstəntiqi Vüqar Hüseynovun qərarı əsasında X4 Yoxlamadan keçirilmiş və ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir (cild 01 iş vər. 246). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.2ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 01 iş vər. 269-283). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Akt”-lardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs bədəninə baxış keçirilərkən hər iki aşağı ətrafında post ineksyon yarası, aşağı ətrafın sol baldır nahiyyəsində rəng dəyişməsi, sol topuq nahiyyəsində yara və şişkinlik (ödem) aşkar edilmiş, həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs şəxsi işinə baxış zamanı ona məxsus ola aşkar edilmişdirn tibb kitabçası olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin kitabı”-ndan görünür ki, Təqsirləndirilən şəxs MSY-də tibbi müayinədən keçərkən onun sol ayağında topuq nahiyyəsində xəsarət aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”-ndan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nə 22.02.23-cü il tarixdə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “AKT”-dan görünür ki, Təqsirləndirilən şəxs ittiham aktını qəbul etməkdən imtina etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 12 fevral 2024-cü il tarixli məktubundan görünür ki, X14 müalicə olunmaq üçün xx.xx.2023-cü il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən ixtisaslaşdırılmış müəssisəyə keçirilmiş, xx.xx.2024-cü il tarixədək orada müalicə alaraq müalicə kursunu bitirmiş və Şəki Penitensiar müəssisəsinə keçirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X25 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə olan heroin - külli miqdar təşkil edir. Həmçinin CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkarlanmış külli miqdarda narkotik vasitə olan heroin, eləcə də 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayırma üsulu ilə hazırlanmış xəncəri və 01 ədəd soyuq silah hesab olunan vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, haradan, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə olan heroini, habelə 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayırma üsulu ilə hazırlanmış xəncəri və 01 ədəd soyuq silah hesab olunan vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqında 22 fevral 2023-cü il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edib üzərində saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması, daxil olmuş əməliyyat məlumatı əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həmin gün təxminən saat 19:00 radələrində onun şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərinə şəxsi axtarışın keçirilməsi, həmin vaxt onun əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2,536 qram külli miqdarda narkotik vasitə olan heroinin, gödəkcəsinin sağ yan cibindən üzərində cüzi miqdarda narkotik maddə heroin hissəcikləri olan 01 ədəd elektron tərəzinin, həmçinin şübhəli şəxs qismində saxlanılarkən Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayrılma üsulu ilə hazırlanmış xəncər və 01 ədəd soyuq silah hesab olunan vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kastetin (beşbarmağın) aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs killi miqdarda narkotik vasitə olan heroinin qanunsuz şəkildə əldə edərkən, saxlayarkən, eləcə də 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayrılma üsulu ilə hazırlanmış xəncər və 01 ədəd soyuq silah hesab olunan vurucuəzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) üzərində saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında onun narkotik vasitələrin əldə edib üzərində saxlanması, istehlakı və satışı ilə məşğul olması öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edib üzərində saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə tutulmamışdan əvvəl əməliyyat orqanında onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlaması, gəzdirməsi və həmin vasitə/maddələrin satışı ilə məşğul olması barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı öz hüququndan istifadə edərək ifadə verməkdən imtina etmiş, həmçinin Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra aqressif davranış sərgiləmişdir. Onun bu davranışı şahid ifadələri ilə yanaşı şəxsin üzərinə şəxsi axtarış keçirilərkən video görüntüdə öz əksini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları onu evdə saxladıqlarını, saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasını, qonşularının evində kameranın olmasını, polis əməkdaşlarının onu aparan vaxt kameraya düşməsini, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsini, üzərindən aşkarlanan narkotik vasitə və beş barmağın ona aid olmamasını, aşkarlanan narkotik vasitə və beş barmağı üzərinə polis əməkdaşlarının qoymasını, ona həddindən artıq təzyiq göstərilməsini, polis əməkdaşları onu evdən aparan vaxt qardaşı yoldaşının qardaşına zəng etməsini və hadisə barədə məlumat verməsini, qardaşı da onun hansı vəziyyətdə aparıldığını görməsini, aşkar olunan narkotik vasitəni və beş barmağı polis əməkdaşları onu döyərək boynuna qoymasını bildirmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirərək ayağında olan izlərə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, DİN-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin kitabı”-ndan görünür ki, Təqsirləndirilən şəxs MSY-də tibbi müayinədən keçərkən onun sol ayağında topuq nahiyyəsində xəsarət aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 12 fevral 2024-cü il tarixli məktubundan görünür ki, X14 müalicə olunmaq üçün xx.xx.2023-cü il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən ixtisaslaşdırılmış müəssisəyə keçirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan Təqsirləndirilən şəxs bədəninə baxış keçirilərkən hər iki aşağı ətrafında post ineksyon yarası, aşağı ətrafın sol baldır nahiyyəsində rəng dəyişməsi, sol topuq nahiyyəsində yara və şişkinlik (ödem) aşkar edilmişdir. Habelə “şübhəli şəxsin üzərinə axtarış aparılmasına dair” videogörüntünün 0:16:16 dəqiqəsində müdafiəçinin sualına Təqsirləndirilən şəxs “ayaqlarının qanqirena olduğunu” bildirərək cavablandırmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin, əldəqayrılma üsulu ilə hazırlanmış xəncəri və beş kasteti (beşbarmaq) ona aid olmamasını, aşkar olunanların polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasını iddia etmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldığı andan özünü aqressiv aparmış, polis əməkdaşları onu sakitləşdirməyə çalışsalarda o, öz hərəkətlərini davam etdirmiş və bununla əlaqədar polis əməkdaşları təhlükəsizlik tədbiri olaraq onun əllərini tutmuşlar. “Şübhəli şəxsin üzərinə şəxsi axtarış aprılmasına dair” videogörüntünün 0:04:14 dəqiqəsində görünür ki, Təqsirləndirilən şəxs bu hərəkətlərinə baxmayaraq müdafiəçisinin xahişi nəzərə alınaraq onun əlləri buraxılmışdır. Təqsirləndirilən şəxs əlləri polis əməkdaşları tərəfindən əlləri buraxılaraq sərbəst olduqdan sonra o, qeyri –adekvat davranış göstərərək üzərindən aşkar edilmiş və iş üzrə maddi sübut olan narkotik vasitəni udmaq istəmiş, lakin polis əməkdaşlarının sayıqlığı nəticəsində öz niyyətinə nail ola bilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs fürsət tapdığı anda ilk hərəkəti onun üzərinə qoyulduğunu iddia etdiyi maddi sübutu məhv etməyə yönəlmişdir. Təqsirləndirilən şəxs maddi sübutun məhvinə yönəlmiş bu hərəkətləri onun iddia etdiyi hallara münasibətdə əsaslı şübhələr yaratmış və onun qeyd etdiyi xüsusatları təkzib etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs səhər saatlarında aparıldığını qeyd edərək həmin halın təsdiqi kimi polis əməkdaşları onu evdən aparan vaxt qardaşının yoldaşının qardaşına zəng edərək hadisə barədə ona məlumat verməsini və qardaşının onun hansı vəziyyətdə aparıldığını görməsini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilən "xxxx" MMC-nin məlumatlarından görünür ki, Seymur Bayramzadə həyat yoldaşı Xəyalə ilə telefon danışıqları aparmışdır. Habelə həmin məlumatlarda əksini tapmış anten məlumatlarından görünür ki, 22 fevral 2023-cü il tarixdə saat 17:14-də X47 rayonu ərazisində olmuşdur. Lakin müdafiə tərəfinin göstərdiyi bu xüsusata məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, Xəyalə Bayramzadə ilə Seymur Bayramzadə ər-arvaddır və birgə həyat yaşamaqla ailə, təsərrüfat və.s işlərini birgə həll edirlər. Onların telefonla danışması, əlaxsusda mütamadi olaraq danışması normaldır və Təqsirləndirilən şəxs qeyd etdiyi halları müəyyən etmir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında dindirilmiş Seymur Bayramzadə ifadə verərək göstərmişdir ki, evə gələrək görmüşdür ki, Elməddini mülki geyimdə olan polis əməkdaşları aparmışlar. X30 həyat yoldaşı Xəyalə Bayramzadə məhkəmə iclasında suallara cavab verərkən göstərmişdir ki, “102” qaynar xəttinə zəng etməmişdir, lakin yoldaşına zəng etmişdir ki, Elməddini apardılar. Həmin vaxt evdə azyaşlı övladı və Elməddin olmuşdur. Yoldaşı Elməddini polis əməkdaşları apardıqdan təxminən on dəqiqə sonra gəlmişdir. X31 ifadəsində göstərmişdir ki, Elməddin polis şöbəsinə aparıldıqdan sonra o, qardaşı Təqsirləndirilən şəxs aparılması ilə bağlı polis şöbəsinə getmişdir. Lakin məhkəmə istintaqında tədqiq edilmiş anten dairə məlumatlarından görünür ki, Seymur Bayramzadənin qardaşı Təqsirləndirilən şəxs saxlanıldığı gün, yəni 22 fevral 2023-cü il tarixdə saat 17:14-də adi bir gün kimi X47 rayonunda olmuş, yəni öz işləri ilə məşğul olmuşdur. Qardaşının polis şöbəsində olduğunu bilərək X32 rayonununa getməsi anlaşılan deyildir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs səhər saatlarında, hətta qardaşı X32 rayonunda olduğu vaxtlarda belə polis əməkdaşları tərəfindən saxlanılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları, həmiçinin məhkəmə iclaslarında tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib etmişdir. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə şahidlər X15 və X8 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələrlə razılaşmır. Belə ki, iş üzrə şahidlər X15 və X8 Təqsirləndirilən şəxs ilə bir evdə yaşamaqla qohumluq əlaqəsinin olması, yəni təqsirləndirilən şəxsin qardaşı və qardaşının arvad olması onların bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadələr vermələrini anlaşılan edir. Göründüyü kimi şahidlər X26 və X17 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Təqsirləndirilən şəxs ifadəsində qonşularının evində kameranın olmasına və polis əməkdaşlarının onu aparan vaxt kameraya düşməsinə istinad etmişdir. Məhkəmə istintaqında bununla əlaqədar Müseyib Cabbarov dindirilmiş, o, Elməddini polis əməkdaşları aparan vaxt görmədiyini, evin ətrafında kameranın olmasını, lakin həmin ərəfədə kamerada qısa qapanma nəticəsində işləmədiyini, yəni kameranın çəkiliş apardığını, lakin çəkilişi yadda saxlamadığını, həmçinin polis əməkdaşlarının onların evə gəlib kamera görüntülərini almadıqlarını göstərmiş və məhkəmədə təqsirləndirilən şəxsin kamera görüntüləri ilə bağlı iddia etdiyi halı araşdırmaq mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında mobil telefondan istifadə etmədiyini, telefonların və nömrələrin ona aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilən ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, göndərilən və daxil olan SMS-lərin mətni və anten dairəsi barədə məlumatlarından ***-***-**-** saylı mobil nömrə X18 və ***-***-**-** saylı mobil nömrə X12 adlarına olduğu müəyyən olunur. Lakin mobil nömrələr rəsmi olaraq Elşən İsmixanovun adına qeydiyyata alınmasına baxmayaraq ələ keçirilmiş SMS-lərin mətinləri: salam rowendi berde.elmedn..., ... ele imkanim yoxdu ki taksye pul verim qaqa mene bir soz de bilim iwimi ay elmeddin, ay elmeddin qaqa bezin qurtarib.ona gore lengidim qaqa qadan alaram turmye catasi temadi ..., Elmeddin 15 manatdi ac gorey bir, Qaqa 20 manat var, Qaqa 25 manat var agriyram mobil telefon nömrələrinin məhs Təqsirləndirilən şəxs istifadəsində olduğunu təsdiq edir. Habelə cinayət işi materiallarına əlavə edilmiş 05 mart 2023-cü il tarixli qəbzdən görünür ki, “İtel” markalı mobil telefonu və “Ulefone” markalı mobil telefonu Yevlax RPŞdən Təqsirləndirilən şəxs qardaşı X26 təhvil almışdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışı əks etdirən videogörüntülərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi halları müəyyən edilmir. Eyni zamanda cinayət işinin materiallarında Təqsirləndirilən şəxs iddia etdiyi halları təsdiq edə biləcək heç bir sübut yoxdur. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni yalan ifadə kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2,536 qram külli miqdarda narkotik vasitə olan heroinin, eləcə də gödəkcəsinin sağ yan cibindən üzərində cüzi miqdarda narkotik maddə heroin hissəcikləri olan 01 ədəd elektron tərəzinin, o cümlədən 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayırma üsulu ilə hazırlanmış xəncərin və 01 ədəd soyuq silah hesab olunan vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kastetin (beşbarmağı) aşkar olunmasını, narkotik vasitə olan heroinin çəkisini həm ayrı-ayrılıqda, həm də məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,536 qram miqdarında narkotik vasitə olan heroini və 01 ədəd soyuq silah hesab olunan iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, əldəqayırma üsulu ilə hazırlanmış xəncəri və 01 ədəd soyuq silah hesab olunan vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etməklə saxlamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və soyuq silah hesab olunan əldəqayırma üsulu ilə hazırlanmış xəncəri və soyuq silah hesab olunan kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir cinayət əməlinə nisbətdə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə cinayətlərdən biri böyük ictimai təhlükə törətməyən, digəri isə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Eyni zamanda, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-139/2023 nömrəli hökmü ilə ona 1 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 10 (on) ay 09 (doqquz) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaq yolu ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 3 mart 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün çıxarılmasından daha əvvəl törətdiyindən, yəni hazırkı cinayəti barəsində qanuni qüvvəyə minmiş hökm olmadan törətdiyindən, onun əməllərində cinayətlərin residivi yaranmır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunan cəza ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza qismən toplanılmalı, onun barəsində cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə ona təyin edilmiş 7 (yeddi) ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayət işi üzrə xx.xx.2023-cü il tarixli 1(091)-200/2023 tarixli məhkəmə hazırlıq iclasının qərardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Elmdəddin Bayramzadənin barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin 22 fevral 2023-cü il tarixdən, 24 fevral 2023-cü il tarixədək olan 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalı, habelə təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun barəsində “həbs” növündə qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 10 may 2023-cü il tarixli 817 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs özünü qeyri-səmimi apararaq polis əməkdaşlarına və həkimlərə hörmətsizlik edərək X24 Tibbi Yoxlamadan imtina etmişdir. Habelə rəydə əlavə olaraq qeyd edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Tərtər RPŞ-nin müstəntiqi Vüqar Hüseynovun qərarı əsasında X4 Yoxlamadan keçirilmiş və ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq tibbi xarakterli məcburi tədbirlərin tətbiqi yalnız tibbi rəy əsasında təyin edilir. Təqsirləndirilən şəxs tibbi yoxlamadan keçirilərkən öz hərəkət və davranışları ilə yoxlamanın aparılmasına mane olmuş, bu hərəkət və davranışlar Təqsirləndirilən şəxs narkoloji tibbi yoxlamadan keçirilməsini qeyri-mümükün etmişdir. Göründüyü kimi yuxarıda göstərilən xüsusatlar Təqsirləndirilən şəxs X46 yoxlamadan keçirilərək yoxlamaya dair rəyin əldə edilməsini mümkünsüz edir. Qeyd edilən halları təqsirləndirilən şəxsin xeyrinə həll edərək məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,486 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 01 ədəd bıçaq və 01 ədəd beşbarmaq məhv edilməli, həmçinin 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99 (doxsan doqquz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 99 (doxsan doqquz) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunan cəza ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunan 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 06 (altı) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının çəkdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müdddət ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və ona 06 (altı) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdən, 24 fevral 2023-cü il tarixdə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 06 (altı) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 2,486 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 01 ədəd bıçaq və 01 ədəd beşbarmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 99,70 AZN (doxsan doqquz manat, yetmiş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-26/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-26/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver