Məhkəmə qərarları › İş №1(091)-268/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-268/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-268/2023 27.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Qax rayonunun Almalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyazlı uşağı olan, orta təhsilli, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 04 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Qax rayonunun Almalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2022-ci ilin iyun ayında dəqiq günü yadında olmayan vaxtı Qax rayonunun Şıxlar kəndində yerləşən meşəlik ərazidə olan kolluq sahədən yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərtkibli çətənə bitiki kolunu qırıb ondan əldə etdiyi toxumları üzərində daşıyıb yaşadığı evə gətirməklə saxlamış, daha sonra o, 2023-cü ilin may ayının ortalarında dəqiq günü yadında olmayan vaxtı narkotik tərkibli çətənə kolundan olan 24 ədəd toxumu 02 ədəd hər birində 12 yerlik sintetik stəkan formalı qabda becərmiş, bundan sonra 2023-ci ilin may ayının sonlarında dəqiq günü yadında olmayan vaxtı həmin toxumlardan cücərmiş 04 ədəd narkotik tərkibli bitki kollarını (şitillərini) yaşadığı evinin həyətində yerləşən fındıq bağ sahəsinə aparmış, yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 08 iyun 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirəri zamanı sonuncunun yaşadığı evin həyətində yerləşən fındıq bağ sahəsinə baxış keçirilən zaman oradan qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi külli miqdarda, yəni ümumi çəkisi 0,32 qram olan 6-8 sm uzunluqda 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki kolları (şitilləri) və 02 (iki) ədəd plastik şitil qablarında olan 24 (iyirmi dörd) ədəd yuvalardakı torpaq nümunələrindən ümumi çəkiləri 0,12 qram olan 16 (on altı) ədəd bitki toxumları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığıb Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarında əkmiş və 04 ədədi yetişmişdir. 08 iyun 2023-cü il tarixdə onun, müdafiəçinin və Qax RPŞ-nin əməkdaşlarının iştirakları ilə Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinin fındıq bağına baxış keçirilərkən oradan əkdiyi 04 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmiş, həmin şitillər müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qabları videoçəkiliş aparılmadan və onun iştirakı olmadan götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan əvvəl Qax rayonunun Şıxlar kəndinin ərazisində dəmir yolu xəttinin ətrafında yabanı halda bitən 01 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar etmiş, həmin yabanı halda bitən çətənə bitkisinin üzərində olan 24 ədəd toxumu yığmış və həmin toxumları üzərində daşıyaraq özü ilə birlikdə yaşadığı evə gətirib evin həyətində yerləşən tövlədə gizlətmişdir. 2023-cü ilin may ayının sonunda həmin yığdığı toxumları yaşadığı evin həyətində olan hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarında əkmiş, bir neçə gün sonra həmin şitil qablarını yaşadığı evin həyətində yerləşən fındıq bağında kolluq əraziyə apararaq orada saxlamış, daha sonra qulluq etmiş, bir neçə gün sonra plastik şitil qablarının içərisindən 02 ədəd çətənə bitkiləri, daha sonra isə həmin 02 ədəd çətənə bitkisindən 04 ədəd çətənə bitkiləri olmaqla ümumilikdə 06 ədəd çətənə bitkiləri yetişmiş, bundan sonra soyuq hava şəraiti ilə əlaqədar olaraq, qeyd olunan 06 ədəd çətənə bitkilərindən 04 ədədi qalmış və həmin bitkilərə 3-4 gündən bir qulluq etməyə davam etmişdir. 08 iyun 2023-cü il tarixdə saat təxminən 11:00 radələrində yaşadığı Qax rayonunun Almalı kəndinin ərazisində olan zaman Qax RPŞ-nin əməkdaşları qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olduğunu bildirib onu Qax RPŞ-yə aparmışlar. Orada olan zaman ona hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Bu zaman o, yaşadığı evin həyətindəki fındıq bağında özü üçün əkdiyi 04 ədəd çətənə bitkisinin olduğunu demiş, bir müddət sonra isə onun, müdafiəçinin və Qax RPŞ-nin əməkdaşlarının iştirakları ilə Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinin fındıq bağına baxış keçirilərkən oradan əkdiyi 04 ədəd çətənə bitkisi aşkar edilmişdir. Daha sonra həmin bitki kolları və hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qabları müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Ərinin hər hansı narkotik vasitədən istifadə etməsindən, hər hansı narkotik vasitəni əkib-yetişdirməsindən və kultivasiya etməsindən məlumatı olmamış, əri 08 iyun 2023-cü il tarixdə narkotik vasitələri əkib yetişdirməsi və kultivasiya etməsinə görə Qax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılan zaman bu barədə məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyun 2023-cü il tarixdə Qax rayonunun Almalı kəndində yaşayan vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı fərdi yaşayış evinin həyətində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə Qax RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Qax RPŞ-yə gətirilmiş, hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkdiyi 04 ədəd çətənə bitkisinin olduğunu demiş, bir müddət sonra isə Təqsirləndirilən şəxs, müdafiəçinin və Qax RPŞ-nin əməkdaşlarının iştirakları ilə Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs orada olan kolluq ərazidə hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarının içərisində narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Daha sonra polis əməkdaşlarının və aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs əkdiyi 08 ədəd narkotik tərkibli çətənə koluna bənzər kollar kökündən çıxarılmış, bu zaman baxışda iştirak edən Qax Rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin müdiri Şahid4 aşkar edilmiş 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollara baxaraq həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinin kolları olduğunu və hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərə vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərdiyini, diblərini yumşaltdığını və suladığını demişdir. Bundan sonra aşkar edilmiş 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kolları və hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qabları müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qax Rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin müdiri vəzifəsində işləyir. 08 iyun 2023-cü il tarixdə polis əməkdaşlarının dəvəti ilə Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Orada olan zaman Qax rayonunun Almalı kəndinin sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan kolluq ərazidə hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarının içərisində narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmiş, daha sonra onun və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli çətənə koluna bənzər kollar kökündən çıxarılmış və sayılan zaman 08 (səkkiz) ədəd olduğu müəyyən olunmuşdur. O, həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu və hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs da həmin bitkilərə vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərdiyini, diblərini yumşaltdığını və suladığını demişdir. Bundan sonra aşkar edilmiş 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kolları və hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qabları müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Qax Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman əvvəlcə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, videoçəkiliş dayandırıldıqdan sonra isə həmin tarixdə hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qabları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli protokolda narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin götürülməsi qeyd olunsa da, səhvən hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qablarının götürülməsi öz əksini tapmamışdır. Narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini, habelə hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qablarını raportla Qax RPŞ-nin İstintaq qrupuna təhvil vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi vəzifəsində işləyir. O, narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin, habelə hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qablarının götürülməsində iştirak etməmiş və maddi sübutlar ona təhqiqatçı Rəvan Bayramov tərəfindən qablaşdırılmış formada təqdim olunmuşdur. Hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qablarının götürülməsi videoçəkiliş vasitəsilə qeydə alınmamış və protokolda öz əksini tapmamışdır. Cinayət işi onun icraatına verildikdən sonra o, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli protokolla tanış olmuş, ancaq vaxt məhdud olduğu üçün videogörüntünün əks olunduğu diskə baxmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işi 10 iyun 2023-cü il tarixdə Qax RPŞ-nin İQ-nin müstəntiqi Zöhrab Abdullazadənin icraatından götürülərək onun icraatına verilmiş və bununla bağlı tərtib olunmuş raportla cinayət işi ilə birlikdə ona maddi sübutlar olan bir ədəd zərfdə dörd ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki kolları, hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş iki ədəd şitil qabları və iki ədəd disk təqdim olunmuşdur. Cinayət işinin materialları ilə tanış olduqda narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki kollarının narkotik tərkibli olub-olmaması, narkotik tərkibli olduğu təqdirdə növünün, çəkisinin, ölçüsünün və aqrotrexniki qaydada qulluq edilibedilməməsininn müəyyən olunması məqsədilə məhkəmə-bioloji ekspertizasının təyin olunduğunu müəyyən etmiş, lakin Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə verdiyi izahatında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində iyirmi dörd ədəd toxum əkdiyini bildirməsinə baxmayaraq, həmin cinayət işi başlamamışdan əvvəl təhqiqat aparmış təhqiqatçı, habelə ondan əvvəl istintaqı aparmış müstəntiq tərəfindən hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş iki ədəd şitil qablarında narkotik tərkibli çətənə bitkisinin toxumlarının olub-olmaması barədə əlavə məhkəmə-bioloji ekspertizası təyin olunmadığından o, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 19-cu bəndinin tələblərinə əsasən müvafiq ekspertiza təyin etmiş və rəy əldə etmişdir. Hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş iki ədəd şitil qablarının götürülməsi ilə bağlı ondan əvvəl istintaqı aparmış müstəntiq tərəfindən tərtib olunmuş raportda müvafiq qeydlər edilmiş, lakin baxış keçirilməsi haqqında 08 iyun 2023cü il tarixli protokolda bununla bağlı qeydlərin aparılıb-aparılmamasından məlumatı olmamış və həmin qabların hansı qaydada götürülməsini bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 iyun 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Qax Rayon Polis Şöbəsinə Qax rayonunun sakini Təqsirləndirilən şəxsov İsa oğlunun narkotik tərkibli bitkiləri əkib-becərməsi və narkotikdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Qax rayonunun sakini Təqsirləndirilən şəxsov İsa oğlunun cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 iyun 2023-cü il tarixli raportdan görünür ki, Qax rayonunun sakini Təqsirləndirilən şəxsov İsa oğlu narkotik tərkibli bitkiləri əkib-becərməsi və narkotikdən istifadə etməsi şübhəsi ilə həmin tarixdə Qax rayonunun Almalə kəndinin ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsov İsa oğlunun Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarının içərisində əkdiyi 08 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə bənzər kollar aşkar edilmiş və həmin bitki kolları kökündən çıxarılıb müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin müdiri Şahid4 tərəfindən tərtib edilmiş 08 iyun 2023-cü il tarixli rəydən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsov İsa oğlunun Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman orada olan plastik qablarda aqrotexniki qaydalara uyğun cücərdilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar cücərtilər aşkar olunmuş və kökündən çıxarılıb müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 08 iyun 2023-cü il tarixli 17/450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “Qax rayonu, Almalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunan 8 ədəd narkotik bitki kolları” sözləri yazılmış 01 ədəd kağız paketin içindəki uzunluqları 6 sm, 7 sm, 7 sm və 8 sm olmaqla ümumi çəkiləri 0,32 qram olan 04 (dörd) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Uzunluqları 2 sm, 3 sm, 3 sm və 3 sm olmaqla ümumi çəkiləri 0,07 qram olan 04 (dörd) ədəd cücərti formasında olan bitki nümunələri inkişaflarının ilkin fazasında olduqları üçün onların hansı növə aid olduqlarını müəyyən etmək mümkün olmadı. Aqronom-mütəxəssis Şahid4 08 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinin şitillərinə və bitki cücərtilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 237.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 17/464 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofon torbaların içərisindəki 02 (iki) ədəd plastik şitil qablarında olan 24 (iyirmi dörd) yuvalardakı torpaq nümunələrindən aşkar edilmiş ümumi çəkiləri 0,12 qram olan 16 (on altı) ədəd bitki toxumları əkilib-becərilməsi qadağan edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə kannabis bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 237.1-ci maddəsindən həmin Məcəllənin 237.2.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 iyul 2023-cü il tarixli 405 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 20 iyul 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs özünə məxsus həyətyanı evin fındıq bağında satış məqsədi olmadan əkib-becərdiyi çətənə bitkilərinin toxumlarını 2022ci ilin iyun ayında Qax rayonunun Şıxlar kəndində yerləşən meşəlik ərazidə olan kolluq sahədən yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə kolundan əldə etməsi müəyyən olunmuş, onun narkotik vasitələrin və psioxotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapdığı yeri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli 1319 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, 2-ci dərəcə əlilliyi olan şəxs olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsov İsa oğlunun narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapdığı Qax rayonunun Şıxlar kəndində yerləşən kolluq sahəyə baxış keçirilmiş və baxışda iştirak edən aqronom Şahid4 həmin sahədə yabanı halda narkotik tərkibli çətənə bitkisinin toxumlarının yetişməsinin mümkün olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 188-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 iyun 2023-cü il tarixli 6-50/2-523/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində “F-12” narkoloji xəstəliyi ilə bağlı dispanser qeydiyyatındadır, lakin ruhi-əsəsb xəstəliyi ilə bağlı qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ siyahısının 1.2-ci bəndinə əsasən, 3- 15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər xeyli miqdar, 16 ədəd (31 hissə) isə külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 19-cu bəndində əsasən CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi bu Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə, bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, 08 iyun 2023-cü il tarixdə Qax Rayon Polis Şöbəsinə Qax rayonunun sakini Təqsirləndirilən şəxsov İsa oğlunun narkotik tərkibli bitkiləri əkib-becərməsi və narkotikdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, bundan sonra qeyd olunan tarixdə Təqsirləndirilən şəxs ərizəsinə əsasən onun, müdafiəçisinin və Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Bu zaman orada olan hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarının içərisində əkdiyi 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinə bənzər şitillər və narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarına bənzər toxumlar aşkar edilmişdir. Lakin həmin vaxt təhqiqatçı tərəfindən bütün aşkar olunanlar CPM-in tələblərinə əsasən müvafiq qaydada qablaşdırılaraq götürülməli olduğu halda, qeyd olunan tələblər pozulmuş, göstərilən plastik qabların içərisində əkdiyi 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinə bənzər şitillər müvafiq qaydada qablaşdırılaraq götürsə də təsvir olunan qabların içərisində əkdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarına bənzər toxumlar isə müvafiq istintaq hərəkətinin protokolunda qeydlər edilmədən, hal şahidlərinin iştirakları olmadan və müvafiq videoçəkiliş edilmədən götürülmüş və məhkəmə istintaqı zamanı da həmin narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarının hansı qaydada götürülməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 08 iyun 2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsov İsa oğlunun Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarının içərisində əkdiyi 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinə bənzər şitillər aşkar edilmiş, həmin bitki şitilləri kökündən çıxarılıb müvafiq qaydada qablaşdırılaraq götürülmüş və baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Göründüyü kimi baxış istintaq hərəkətinin protokolunda yalnız plastik qabların içərisində əkilmiş 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinə bənzər şitillərin müvafiq qaydada qablaşdırılaraq götürülməsi qeyd olunmuş, göstərilən qabların içərisində əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarına bənzər toxumların götürülməsi isə qeyd edilməmiş, habelə həmin istintaq hərəkəti aparılan zaman çəkilmiş viodeogörüntüdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarının götürülməsi öz əksini tapmamışdır. Həmin xüsusatla bağlı müvafiq istintaq hərəkətini aparmış təhqiqatçı X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman əvvəlcə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin, videoçəkiliş dayandırıldıqdan sonra isə həmin tarixdə hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qablarının müvafiq qaydada qablaşdırılaraq götürüldüyünü, həmin protokolda narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin götürülməsi qeyd olunmasına baxmayaraq, səhvən hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qablarının götürülməsinin öz əksini tapmadığını qeyd etmişdir. Qeyd olunan xüsusatla bağlı cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin, habelə hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qablarının götürülməsində iştirak etmədiyini, maddi sübutların ona təhqiqatçı Rəvan Bayramov tərəfindən qablaşdırılmış formada təqdim olunduğunu, hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş və içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olan iki ədəd şitil qablarının götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmadığını və protokolda öz əksini tapmadığını bildirmişdir. Qeyd olunan xüsusatla bağlı cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq X9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işinin 10 iyun 2023-cü il tarixdə müstəntiq Zöhrab Abdullazadənin icraatından götürülərək onun icraatına verilən zaman bununla bağlı tərtib olunmuş müvafiq raportda cinayət işi ilə birlikdə ona maddi sübutlar olan bir ədəd zərfdə dörd ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki kollarının, hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş iki ədəd şitil qablarının və iki ədəd diskin təqdim olunması ilə bağlı qeydlərin aparıldığını gördüyünü, lakin baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli protokolda bütün maddi sübutların götürülməsi ilə bağlı qeydlərin aparılıb-aparılmaması barədə məlumatının olmadığını, həmin plastik qabların hansı qaydada götürülməsini bilmədiyini, sonradan hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş plastik qabların içərisində olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarına bənzər toxumlarla bağlı əlavə məhkəmə-bioloji ekspertizasının təyin olunduğunu və müvafiq rəy alındığını qeyd etmişdir. Habelə cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08 iyun 2023-cü il tarixli 17/450 nömrəli rəyində Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunan 04 (dörd) ədəd bitki şitillərinin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri olduğu, digər 04 (dörd) ədəd cücərti formasında olan bitki nümunələrinin isə inkişaflarının ilkin fazasında olmaları səbəbindən onların hansı növə aid olduqlarını müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 17/464 nömrəli rəyində 02 (iki) ədəd plastik şitil qablarında olan 24 (iyirmi dörd) yuvalardakı torpaq nümunələrindən aşkar edilmiş ümumi çəkiləri 0,12 qram olan 16 (on altı) ədəd bitki toxumlarının əkilib-becərilməsi qadağan edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları olduğu göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 128-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun, şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 134-cü maddəsinə əsasən istintaq hərəkətlərinin protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş baxış istintaq hərəkətinin protokolu sübut kimi istifadə oluna bilər. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. CPM-in 236-cı maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Baxış qurtardıqda müvafiq məlumatlarla yanaşı, həmçinin müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar qeyd olunur. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, 08 iyun 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərək hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş iki ədəd şitil qablarının içərisində əkdiyi 04 (dörd) ədəd çətənə (kannabis) bitkisinin şitillərinin aşkar edilib götürülməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının iş üzrə əldə etdiyi həmin sübutları əsaslı hesab edir. Lakin qeyd olunan tarixdə baxış keçirilərək hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş iki ədəd şitil qablarının içərisində əkilmiş, çəkiləri 0,12 qram olan 16 (on altı) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları müvafiq protokolda qeydlər edilmədən, videoçəkilişdən istifadə edilmədən, videoçəkilişdən istifadə olunmasa belə hal şahidlərinin iştirakı olmadan, əldə olunduqdan dərhal sonra ətraflı təsvir edilmədən, möhürlənmədən və bu kimi hərəkətlər yerinə yetirilmədən götürüldüyündən və istintaq hərəkəti protokolundakı həmin natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının və ya müstəntiqin ifadələri ilə aradan qaldırıla bilmədiyindən məhkəmə sübutların mümkünlüyü haqqında CPM-in yuxarıda qeyd olunan maddələrinin müddəalarına əsasən təhqiqat orqanının iş üzrə əldə etdiyi həmin sübutları əsaslı saymır və hesab edir ki, həmin sübutlar qanunun tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilməməli, hüquqi qüvvəsi olmayan hesab edilməli, hər hansı halın sübut olunmasında istifadə edilməməli və qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan həmin hissə xaric edilməlidir. Beləliklə də, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda əkmiş, yetişdirmiş və kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2022ci ilin iyun ayında dəqiq günü yadında olmayan vaxtı Qax rayonunun Şıxlar kəndində yerləşən meşəlik ərazidə olan kolluq sahədən yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərtkibli çətənə bitiki kolunu qırıb ondan əldə etdiyi toxumları üzərində daşıyıb yaşadığı evə gətirməklə saxlamış, daha sonra o, 2023-cü ilin may ayının ortalarında dəqiq günü yadında olmayan vaxtı narkotik tərkibli çətənə kolundan olan toxumları 02 ədəd hər birində 12 yerlik sintetik stəkan formalı qabda becərmiş, bundan sonra 2023-ci ilin may ayının sonlarında dəqiq günü yadında olmayan vaxtı həmin toxumlardan cücərmiş 04 ədəd narkotik tərkibli bitki kollarını (şitillərini) yaşadığı evinin həyətində yerləşən fındıq bağ sahəsinə aparmış, yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 08 iyun 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirəri zamanı sonuncunun yaşadığı evin həyətində yerləşən fındıq bağ sahəsinə baxış keçirilən zaman oradan qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi xeyli miqdarda, yəni ümumi çəkisi 0,32 qram olan 6-8 sm uzunluqda 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki kolları (şitilləri) aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihamdan “sonuncunun yaşadığı evin həyətində yerləşən fındıq bağ sahəsinə baxış keçirilən zaman oradan qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi ümumi çəkiləri 0,12 qram olan 16 (on altı) ədəd bitki toxumlarının aşkar edilərək götürülməsi” bəndi xaric olunmalı və onun cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə dindirilən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və biri digərinə uyğun gələn digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə CM-in 237.1-ci maddəsində göstərilən cinayət əməli az ağır cinayət kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonunun Almalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 21 dekabr 2010-cu ildə doğulmuş Kifayət Süleymanlı və 16 sentyabr 2013-cü ildə doğulmuş Nizami Süleymanlı onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmünün, habelə Şəki Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli və 23 iyun 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmünə əsasən CM-in 188.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarına əsasən cəzası azaldılaraq 04 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır, CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri isə ağır cinayət hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, CM-in 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 237.1-ci maddəsində göstərilən cinayət əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 08 iyun 2023-cü il tarixdən hesablanmalı və onun tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 Mühafizə taboruna təhvil verilməlidir. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 0,32 qram olan narkoti təbiətli çətənə (kannabis) bitkisinin 04 (dörd) ədəd şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarında olan 24 (iyirmi dörd) yuvalardakı torpaq nümunələrindən aşkar edilmiş ümumi çəkiləri 0,12 qram olan 16 (on altı) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları isə ibtidai araşdırmanın davam etdirilməsi üçün ibtidai istintaq orqanının sərəncamında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) və 34,55 (otuz dörd manat əlli beş qəpik) olmaqla ümumilikdə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, Təqsirləndirilən şəxs təqsirsiz sayıldığı hissədə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 0,32 qram olan narkoti təbiətli çətənə (kannabis) bitkisinin 04 (dörd) ədəd şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarında olan 24 (iyirmi dörd) yuvalardakı torpaq nümunələrindən aşkar edilmiş ümumi çəkiləri 0,12 qram olan 16 (on altı) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları isə ibtidai araşdırmanın davam etdirilməsi üçün ibtidai istintaq orqanının sərəncamında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən və təqsirli bilindiyi hissədə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün, Təqsirləndirilən şəxs təqsirsiz sayıldığı hissədə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edən digər ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar