Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-269/2023 25.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı məhkəməyə yazılı vəsatət verərək Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin əlamətləri müəyyən edildiyindən, yəni onun əməlində külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlaması - CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri olduğundan irəli sürülmüş ittham üzrə cinayət işinin baxılmasına xitam verilməsini və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 159.7-159.9-cu tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin 01 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. Vəsatətdə göstərilmişdir ki, cinayət işinin materiallarında olan 23 may 2023-cü il tarixli 17/413 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin 0,956 qram, yaşadığı evin yataq otağından aşkar edilmiş heroin isə 198,063 qram olmuş, həmin narkotik vasitələr kimyəvi tərkib komponentlərinə görə eyni təşkil etmişlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında”Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ Siyahısına əsasən heroinin çəkisinin 0,15 qramdan yuxarı olması xeyli miqdar, xalis çəkisinin 2 qramdan yuxarı olması külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinin çəkisinə nəzər saldıqda da narkotik vasitənin şəxsi istifadə üçün əldə edilib üzərində və yaşadığı evdə saxlamaqla daşınmasını istisna edən, xeyli miqdardan 1326 dəfədən, külli miqdarından 99 dəfədən çox olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi cinayət işinin materiallarında olan telefon danışıqları çıxarışı (SMS məlumatları) ilə də öz təsdiqini tapır. Belə ki, haqqında bəhs olunan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 055 722-22-20 mobil telefon nömrəsinə “Qaqa mikan (imkan) olsa menide lomkadan clxardarsan mende onun altlnda qalmaram birdene cet komek ele varsa patlda qoy saat 3 de men sene vererem”, - “MALUN VAR TELFONU ACMRSAN SABAH SEN MENE ZEN VURANDA MEN SONDREREM DARİXMA NE DEYREM”, - “Sami mesazan kartln xodun at mene puluvu vurum tez vur qaqas var olardayam” və digər oxşar məzmunlu mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı eyni məzmunlu ifadələr verərək CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, həbs edilməmişdən üç gün əvvəl Ağsu-Kürdəmir yolunun kənarında istifadə olunmuş enerji içkilərinin qablarını və ya əlvan metal axtararkən yerdən bir ədəd sellofan torba tapmış, sellofan torbanın içərisində kütlə olmasını görüb torbanın ağzını açmış, bu zaman əvvəllər istifadə etdiyi üçün torbanın içərisindəki kütlənin narkotik vasitə olan heroin olmasını müəyyən etmiş və narkotik vasitəni özünə məxsus yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirərək yataq otağında olan, yatağın üzərindəki döşəyin altında gizlətmişdir. 22 may 2023-cü il tarixdə gizlətdiyi narkotik vasitə olan heroindən bir miqdarını istifadə etmək üçün sellofan bükümün içərisinə qoyub, enerji içkiləri qabı yığmaq üçün Ağsu-Kürdəmir yolunun 1-ci kilometrliyinə, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 3 saylı rayonlararası qeydiyyatimtahan və texniki baxış şöbəsinin yaxınlığına getmiş və həmin tarixdə saat 16:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında mobil telefon nömrəsinə daxil olan yuxarıda qeyd olunan mesajlarla bağlı Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin mesajlar narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı olmamış, ümumiyyətlə hər hansı şəxsə narkotik vasitə satmamış və pay kimi verməmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə deyil, belə məqsəd olmadan qanunsuz olaraq əldə etməsi və saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olduğunu və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən ümumilikdə 199,019 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürüldüyün göstərmişlər. Təqsirləndirilən şəxs və cinayət işi üzrə dindirilmiş şahidlər Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi olmadan əldə etdiyini göstərsələr də, cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 23 avqust 2023-cü il tarixli qərarda Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə göndərilmiş və onun göndərdiyi SMS mətnlərində onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair mesajların müəyyən edilməməsi göstərilməklə barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilsə də Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin çəkisi, ona daxil olmuş mesajların məzmunu nəzərə alındıqda Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, onun hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən olunur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin olması müəyyən edildiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılmalıdır. CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Ona görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin olması müəyyən edildiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham irəli sürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə onun əməlində CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin olması müəyyən edildiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə yeni ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə tərkibi, bu barədə tərəflərin fikrini dinləyib hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, CPM-in 318.2, 318.2-1 və 321-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin olması müəyyən edildiyinə görə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərarın surətləri təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətə - 25 yanvar 2024-cü il tarixədək uzadılsın. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-269/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-269/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver