Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-27/2021 15.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X9 Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X10, xx.xx.1973-cü ildə Tərtər rayonu Xoruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax şəhəri Ş.Qurbanov küçəsi ev 89-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X14 Məhkəməsinin iclas zalında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda – ümumi təmiz çəkisi 258,770 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda – 24,250 qram çəkidə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı-Qazax yolunun 264cü kilometrliyində Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən Ləki restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş X2 və Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də qeyd olunan ünvanda saxlanılmaqla Ağdaş RPŞ-nə dəvət edilmiş və orada üzərinə şəxs axtarış keçirilərkən özü polis əməkdaşlarının təklifindən sonra əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükülünün içərisində olan iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 27,585 qram və 231,185 qram, ümumilikdə külli miqdarda 258,770 qram çəkidə narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə külli miqdarda 24,250 qram çəkidə psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 2130-22 radələrində Ağdaş rayonu Yuxarı Ləki kəndində yol kənarında yerləşən “Ləki” restoranda İftixar adlı şəxslə birlikdə olarkən həmin şəxs stolun üstünə bükülüdə nə isə qoyaraq yeməkxanadan çıxarkən Baş X2 və Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğuna görə sonuncularla birlikdə Ağdaş rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Ağdaş rayon Polis Şöbəsində stolun üstündə aşkar olunmuş narkotik vasitələrin ona aid olduğunu bildirmişlər. Həmin vaxt İftixar adlı şəxsin polisin adamı olmaqla narkotik vasitəni orada qoyub getdiyini başa düşmüşdür. Ona görə də özünü təqsirli bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 2130-22 radələrində Ağdaş rayonu Yuxarı Ləki kəndində yol kənarında yerləşən “Ləki” restoranın yanında olarkən Baş X2 və Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğuna görə sonuncularla birlikdə Ağdaş rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdikdən sonra ona vəkil təqdim edilməklə şübhəli şəxs kimi tutulmuş, müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sarı rəngli sellofan kisə və gödəkçənin sol yan cibindən bir ədəd samsung markalı mobil telefon aşkar olunmuşdur. Sarı rəngli sellofan bükümün içərisində ağ rəngli sellofan büküm olmuş, həmin büküm də açılan zaman içərisindən 03 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan bükümlərdən iki ədədində narkotik vasitə olan heroin, digər kisədə isə ağ rəngli psixotrop maddə metamfetamin olmuşdur. Heroinlər olan bükümlərin elektron tərəzidə çəkilən zaman çəkilərinin müvafiq olaraq 231 və 28 qram, metamfetamin olan sellofan büküm isə 24 qram olmuşdur. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş, üzərindən aşkarlanan bükümlər qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitələrdən heroini 4000 manata, metamfetamini isə 700 manata Yevlax şəhər avtovağzalından tanımadığı şəxsdən almışdır. Narkotik vasitəni satmaq üçün almamış, öz istifadəsi üçün almışdır. Bu səbəbdən də özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 baş əməliyyat müvəkkili işləyən X11 ifadəsində göstərmişdir ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında raportla işlədiyi Baş İdarənin rəhbərliyinə müraciət etmiş və bundan sonra Baş İdarənin əməkdaşları Şahid5, Şahid3, Şahid1 və Şahid4 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Həmçinin Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 əməliyyat qrupuna daxil edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 2150 radələrində Bakı-Qazax avtomobil yolunun 264-cü kilometrliyində Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən Ləki restoranının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna görə onlarla birlikdə Ağdaş rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Ağdaş rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sarı rəngli sellofan kisə və gödəkçənin sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon aşkar olunmuş, sarı rəngli sellofan büküm açılan zaman içərisindən ağ rəngli sellofan büküm, həmin büküm də açılan zaman içərisindən 03 ədəd sellofan büküm aşkar olunmuşdur. İki ədəd sellofan bükümlərdə qəhvəyi rəngli, toz halında maddələr, digər kisədə isə ağ rəngli psixotrop maddələrə oxşar maddələr olmuşdur. Qəhvəyi rəngli maddələr olan bükümlər elektron tərəzidə çəkilən zaman çəkilərinin müvafiq olaraq 321 və 28 qram, ağ rəngli maddələr olan sellofan büküm isə 24 qram olmuş, Firdovsi həmin qəhvəyi rəngli maddələr olan bükümlərin narkotik vasitə olan heroin, ağ rəngli maddələr olan olan kisənin isə psixotrop maddələr olan metamfetamin olduğunu, həmin maddələri özü istifadə etmək məqsədilə Yevlax şəhər avtovağzalından tanımadığı şəxsdən heroini 4000 manata, metamfetamini isə 700 manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş və ifadələri tədqiq edilmiş Baş X2 əməliyyat müvəkkilləri Şahid1, Şahid5, Şahid4, Şahid3 və Ağdaş rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək X7 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/132 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. qeydlər olan zərfdəki 3 ədəd bükümlərdən 2 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 27,585 qram və 231,185 qram ümumi təmiz çəkisi 258,770 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli nakotik vasitə olan heroindir. 1 ədəd bükümdəki təmiz çəkisi 24,250 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddəmetamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1361 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən(heroindən) və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar asılılığı ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra, narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 1230 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatrik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2245-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Ağdaş rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə həbs müddəti iki ay, yəni xx xxxxxxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxxx 1993-cü il tarixli hökmü ilə CM-in (xx xxxxxxxx 2000ci il tarixədək qüvvədə olan) 145-ci maddəsinin 2-ci hissəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya Qərarına əsasən azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1 rayon psixonevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 562 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X5 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 580 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Yevlax rayon “Heroin narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Yevlax rayon İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə X13 üzrə Nümayəndəsinin təqdim etdiyi xx xxx 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmamasına, həmin narkotik vasitəni İftixar adlı şəxsin onunla birlikdə oturduğu stolun üzərinə qoyaraq çıxmasını göstərməsinə dair ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Belə ki, məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi ifadəsi, İftixar adlı şəxsin konkret olaraq kim olması və həmin şəxs haqqında digər ətraflı məlumat verə bilməməsi, video-çəkilişlə aparılan istintaq hərəkəti zamanı törətdiyi əməli etiraf edirək narkotik vasitəni təqdim etməsi və.s hallar əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs “ağ ciyər vərəmi” xəstəliyindən əziyyət çəkməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli, ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar asılılığı ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra müalicə kursuna başlanılmalı və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 108,46 AZN (yüz səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsində saxlanılan 258,670 qram narkotik vasitə olan heroin, 24,200 qram qurudulmuş metamfetamin məhv edilməli, bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 108,46 AZN (yüz səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 258,670 qram narkotik vasitə olan heroin, 24,200 qram qurudulmuş metamfetamin məhv edilsin, bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar asılılığı ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra həmçinin somatik vəziyyətinin yaxşılaşmasından sonra müalicə kursuna başlanılsın və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X14 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-27/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-27/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver